Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-499/2023 21.11.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), X11 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X24 oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi X5 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.1986-cı il tarixdə Bərdə rayonu, Kələntərli kəndində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, "xxxx" MMC-nin “MKT-Bərdə” filialında traktor sürücüsü işləmiş, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Kələntərli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PXnin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 24 iyun 2023-cü il tarixdə, saat 17 radələrində bacısı X6 Bərdə rayonu, Bahadur Hacıyev küçəsi, Təzə Məhəllə adlanan yaşayış massivində yerləşən mənzilinə gələrək, bacısının əxlaqsız həyat tərzi keçirməsi səbəbindən sonuncu ilə evin yataq otağında sözlü mübahisə edərək əxlaqsız həyat tərzi keçirməsi səbəbindən qohum-əqrəbə içərisində ailələrinin başını aşağı etməsini bildirmiş və bu tipli əməllərinə son qoymasını bacısından tələb etmiş, bu zaman Vəfa Həsənovanın ona saymamazlıq nümayiş etdirməsi və istədiyi həyat tərzini yaşayacağını deməsindən hiddətlənərək sonuncunu qısqanclıq zəminində qəsdən öldürmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək məqsədilə yaşayış evinin giriş hissəsinə doğru gedib orada olan moydadırın üzərində gördüyü bıçağı götürüb şalvarının bel nahiyəsinə qoyaraq yenidən bacısının olduğu yataq otağına qayıtmış, həmin gün saat 18 radələrində otaqda olan bacısı qızı 2006-cı il təvəllüdlü Şahid2 və yaranmış səs-küyə görə otağa gəlmiş bacısı oğlu 2005-ci il təvəllüdlü Şahid1 və bacısının əri 1983-cü il təvəllüdlü Şahid3 gözləri qarşısında xüsusi amansızlıqla, yəni sonunculara xüsusi əzab verdiyini dərk edərək və bunu arzulayaraq müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək, şalvarının bel nahiyəsindən çıxardığı, soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Vəfa Həsənovaya xüsusi amansızlıqla yəni, zərərçəkmiş şəxsə çoxsaylı bıçaq zərbələri vurub xüsusi ağrılar yetirməklə, sonuncuya sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aid olan sol bazu arteriyasının yaralanması ilə sol bazu nahiyəsinin deşilmiş-kəsilmiş 1 (bir) ədəd yarası, sol Vİİİ qabırğanın kəsilməsi və ağ ciyərin yaralanması ilə döş boşluğuna keçən 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları, sağlamlığa az ağır zərər vurmaya aid olan İİ-İİİ-İV əl daraq sümüklərinin kəsilməsi ilə sağ mil-bilək oynağı ilə sağ əl nahiyəsinin arxa səthini əhatə edən sahənin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları, sağlamlığa yüngül zərər vurmaya aid döş boşluğuna keçməyən 3 (üç) ədəd, sol said nahiyəsinin 4 (dörd) ədəd, sol bazu oynağı nahiyəsində 1 (bir) ədəd, sağ əl nahiyəsinin 1 (bir) ədəd, qasıq nahiyəsinin 1 (bir) ədəd, sol kürəküstü nahiyənin 1 (bir) ədəd, boyun nahiyəsinin 1 (bir) ədəd, onurğa nahiyəsinin döş şöbəsinin 1 (bir) ədəd, sol bel nahiyəsinin 1 (bir) ədəd, sol qoltuq nahiyəsinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları və sol çənə şaxəsinin 1 (bir) ədəd kəsilmiş yarası xəsarətlərini yetirmiş, Vəfa Həsənovanı ölümünə səbəb olan bazu arteriyasının, ağ ciyərin zədələnməsi ilə gedən bazunun, döş qəfəsinin kəsilmiş və deşilmiş-kəsilmiş yaralanmaları ilə əhatə olunan baş vermiş kəskin qanitirmə nəticəsində əri Şahid3, qızı Şahid2 və oğlu Şahid1 gözləri qarşısında müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək, habelə, zərərçəkmiş şəxsə xüsusi ağrılar, yəni çoxsaylı bədən xəsarətləri yetirməklə xüsusi amansızlıqla qəsdən Vəfa Həsənovanı öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəlidir və himayəsində 3 azyaşlı övladı vardır. O, 2004-cü ildə hərbi xidmətdə olarkən bacısı X27 adlı şəxsə qoşulub qaçmışdır. O, hərbi xidmətdən gəldikdən sonra ailələri barışmış, bacısı onlara gəlib getməyə başlamış və bacı-qardaş kimi onların normal münasibətləri olmuşdur. 2023-cü ilin aprel ayında bacısının əxlaqsızlıqla məşğul olmasını eşitmişdir. X38 həmin vaxta qədər də əxlaqsızlıqla məşğul olmuş, lakin ondan başqa hamıya bu hal məlum olmuşdur. Ona bu ilin aprel ayında məsələ məlum olduqdan sonra təxminən may ayının ortalarında anası ilə birlikdə bacısı Vəfa Həsənovanın evinə gedərək sonuncuya etmiş olduğu hərəkətin onların başını aşağı elədiyini və qohum əqrəba içərisində hörmətdən düşdüklərini demişdir. Vəfa Həsənova isə nə onun, nə də ki, anasının sözünü eşitməmiş və onlara “Özüm bilərəm, istədiyim kimi yaşayıram, mənim həyatımın heç kimə aidiyyəti yoxdur” deyə bildirmişdir. Bu hadisədən bir neçə gün sonra bacısı oğlu Aqşin onun istifadəsində olan mobil telefona zəng vuraraq anasının evdən çıxdığını, anasını tapa bilmədiyini və buna görə də polis şöbəsinə gedəcəyini bildirmişdir. O da polis şöbəsinə gedərək bu barədə məlumat vermişdir. Şöbənin həyətinin qarşısında Tacəddin də ona Vəfa Həsənova ilə bacara bilmədiyini və sonuncunun onu söyərək təhqir etdiyini demişdir. Bir qədər sonra polis əməkdaşları bacısını tapmış, o da şöbədən çıxaraq yaşadığı evə getmişdir. Bu hadisədən sonra öz həyatına davam etsə də, yenə də bacısı Vəfa Həsənovanın əxlaqsız əməlləri barədə məlumat almış və dost-tanış arasında hörmətdən düşmüşdür. Bu məqsədlə yenə 24 iyun 2023-cü il tarixdə saat 17 radələrində bacısı Vəfa Həsənovanın yaşadığı Bərdə şəhəri, Bahadur Hacıyev küçəsində yerləşən fərdi yaşayış evinə getmişdir. Həyətin darvazasının qapısı bağlı olmuş və qapını döydükdə bacısı oğlu Aqşin qapını açmışdır. O, evə daxil olduqda yeznəsi Tacəddin zalda əyləşmiş, Vəfa Həsənova isə qızı Ulduz ilə birlikdə yataq otağında çarpayının üzərində əyləşmişdir. O bacısına bir daha bu əməllərinə son qoymağı, lazım gələrsə ona maddi yardım etməyə hazır olduğunu desə də, sonuncu onun sözlərinə qulaq asmamış və əsəbi halda ona “Bu həyat mənimdir, istədiyim kimi də yaşayaram” demişdir. Hərəkətləri ilə onların başlarını aşağı etdiyi üçün qohumlarının içinə çıxa bilmədiyinə görə Vəfa Həsənovadan əməllərinə son qoymasını xahiş etsə də, sonuncu yenə də eyni cavabları verdikdə o, əsəbiləşmiş və evin içərisinə doğru giriş otağına moydadırın yanına getmiş, orada olan mətbəx bıçağını götürmüş və şalvarının belinə qoyaraq yenidən Vəfa Həsənovanın olduğu yataq otağına daxil olmuşdur. Otaqda bir daha Vəfa Həsənovaya “gəl çıxaq gedək sən bizim başımızı aşağı eləmisən” dedikdə, bacısı yenə eyni cavab verib onun ünvanına nalayiq ifadələr işlətmiş, o da əsəbiləşərək sonuncunun üz nahiyəsindən iki dəfə şillə vurmuş və şalvarının belinə qoyduğu bıçağı çıxararaq Vəfa Həsənovanın bədənin müxtəlif nahiyələrinə həmin bıçaqla çoxsaylı zərbələr vurmuşdur. O, bacısını bıçaqla vurarkən həmin vaxt otaqda sonuncunun qızı Ulduzun olub-olmasınına fikir verməmiş və Vəfa Həsənovaya neçə bıçaq zərbəsi vurduğunu da xatırlamır. Daha sonra o, evdən çıxmış, bıçağı evin həyətinə atmış və könüllü təslim olmaq üçün Bərdə rayon polis şöbəsi istiqamətində Mirzalıbəyli kənd avtomobil yoluna tərəf getmişdir. Təxminən saat 18 radələrində asfalt yola çıxdıqda PPXnin əməkdaşlarının olduğu maşını görüb sonunculara yaxınlaşaraq cinayəti törədənin özü olduğunu bildirib təslim olmuş və polis əməkdaşlarının avtomobilinə əyləşmişdir. Sonuncular da onu polis şöbəsinə aparmış və o, şöbədə törətdiyi cinayət əməlini etiraf etmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, Vəfanı öldürərkən evdə ancaq bacısı oğlu Aqşin, bacısı qızı Ulduz və yeznəsi Tacəddin olmuşdur. O, bacısına bıçaqla xəsarət yetirməmişdən əvvəl aralarında sözlə mübahisə olmuş və sonuncu onun ünvanına nalayiq ifadələr işlətmişdir. Hadisə vaxtı nə bacısı, nə də ki digər şəxs ona xəsarət yetirməmişdir. Vəfa Həsənova əri Tacəddini saymamış, sonuncuların arasında dəfələrlə mübahisə olmuş, X38 əri Tacəddini döymüşdür. Çünki sonuncu ona arvadı ilə bacarmadığını demişdir. Ona görə də onunla Vəfa Həsənova arasında sonuncunun əxlaqsız hərəkətləri ilə əlaqədar dəfələrlə söhbətləri olmuşdur. O, hadisə vaxtı bıçağı nə məqsədlə götürdüyü bilməmiş, bacısı qabaqcadan öldürmək niyyəti olmamış, əgər belə bir fikri olsa idi sonuncunun evinə gedərkən üzərində bıçaq götürmüş olardı. Hadisə vaxtı Vəfa Həsənova onu əsəbiləşdirdiyi üçün o, bıçağı sonuncunun yaşadığı evin giriş otağında olan moydadırın yanından götürmüş və bacısının olduğu yataq otağına qayıtmış, həmin vaxtı da əsəbi olduğu üçün otaqda Vəfa Həsənovadan başqa kiminsə olmasına fikir verməmişdir. Bıçağı götürmək üçün otaqdan çıxanda bacısı qızı Ulduz otaqda olmuş və o, sonuncunun otaqdan çıxmasına fikir verməmiş, ancaq Vəfa Həsənovanın əri Tacəddin və oğlu Aqşin həmin otaqda olmamışlar. O, əsəbi olduğu üçün bacısına neçə bıçaq zərbəsi vurduğunu xatırlamamışdır. O, bacısına bıçaqla zərbələr endirdikdən sonra təslim olmaq üçün otaqdan çıxıb getmişdir. Qətl hadisəsini törətdikdən sonra da əsəbi və həyəcanlı olduğu üçün otaqda heç kimi görməmişdir. Törətdiyi əmələ görə peşmandır və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun etirafedicisi ifadəsi ilə yanaşı məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Vəfa Həsənova onun qızı, Təqsirləndirilən şəxs isə ortancıl oğlu olmuşdur. Təxminən 2003-cü ildə Vəfa Həsənova onun razılığı olmadan qoşulub qaçdığı üçün o, sonuncunu və ailə üzvlərini dörd ilə yaxın danışdırmamışdır. Daha sonra isə qızı ilə barışmış və sonuncunun ailə üzvləri onun maddi yardımı ilə dolanmışlar. Oğlu Təqsirləndirilən şəxs ailəsi və üç azyaşlı övladı ilə birlikdə onunla yaşamışdır. O, son bir-iki ildə səhhətində yaranmış problemlərlə əlaqədar heç kimin xeyrində şərində iştirak etməmişdir. Tez-tez Vəfa Həsənovanın ailəsində dava dalaş barəsində eşitsə də, hadisənin baş verdiyi günə qədər qızının əxlaqsızlıqla məşğul olmasından məlumatı olmamışdır. Təxminən dörd ay bundan əvvəl evində olarkən kürəkəni Tacəddin oğlu Həsənin mobil telefonuna zəng vuraraq evlərində dava olduğunu bildirdikdə o, çox əsəbiləşmiş və telefonu Həsənin əlindən alaraq Tacəddinə əsəbi şəkildə ailə daxili məsələlərini öz aralarında həll etməsini və onunla oğlunu narahat etməməsini bildirmişdir. Bu hadisədən sonra qızı ilə əlaqəni kəsmiş və arvadına da Vəfagilə getməməsini və sonuncunun əri ilə aralarında olan problemi özlərinin həll etməsini bildirmişdir. 24 iyun 2023-cü il tarixdə səhər saatlarında oğlu Həsən yuxudan gec qalxmışdır. Sonuncuya işə getməli olduğunu dedikdə Həsən bu gün Kələntəli kəndində torpaq əkəcəyini demişdir. O da oğluna işlərini gördükdən sonra növbəti gün onun bacısının 40 mərasimi olduğu üçün oraya anası ilə birlikdə gedərək, nə köməklik lazımdırsa yas mərasimi üçün eləməsini demişdir. Həmin gün nahardan sonra arvadı ilə oğlunu yola salaraq istirahət etmişdir. Təxminən saat 17 radələrində nəvəsi Elgün digər nəvəsi Aqşinin zəng vuraraq atasının Vəfanı öldürməsini dedikdə o, əvvəlcə elə bilmiş ki, Tacəddin Vəfanın öldürüb, amma sonra məlum olmuş ki, Vəfanı Həsən öldürmüşdür. Daha sonra eşitmiş ki, bacı qardaş evdə dalaşmışlar, Həsən də Vəfanı öldürmüşdür. İfadəsinin davamı olaraq Nürəddin Həsənov bildirmişdir ki, bu hadisə nəticəsində ona ikitərəfli zərbə dəymişdir. Həm qızını itirmiş, həm də oğlunun azadlığı alınmışdır. Özü də onkoloji xəstədir. Ona görə də heç kimdən şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Vəfa Həsənova anası, Təqsirləndirilən şəxs isə dayısı olmuşdur. Qardaşı Şahid1 hal-hazırda hərbi xidmətdədir. Atası Şahid3 əvvəllər avtoyuma mərkəzində işləmiş, təxminən üç il əvvəl görmə qabiliyyətini itirmişdir. Atasının gözləri tutulduqdan sonra anası yüngül həyat tərzi keçirməyə başlamış və bir müddət sonra bu barədə dayılarının hər ikisinin məlumatı olmuşdur. Buna görə də, evlərində daima söz söhbət yaranmış, lakin atasının gözləri görmədiyi üçün sonuncu anasına mane ola bilməmişdir. Anası yüngül həyat tərzi keçirdiyinə görə kiçik dayısı Təqsirləndirilən şəxs daha çox narahat olmuş, əsəbiləşmiş və onlara gəlib anasına dəfələrlə məsləhət verib sonuncunu doğru yola çəkməyə çalışmışdır. Ancaq anası Təqsirləndirilən şəxs dediklərini ciddiyə almamış və öz bildiyini eləməyə davam etmişdir. Anası dəfələrlə onlar yatdıqdan sonra gecə özbaşına evi tərk edərək səhərə yaxın qayıtmış, anası gəldikdə isə bundan onun və atasının xəbəri olmuş, evdə yenidən söz söhbət başladıqda anası onlara “sizə nə, özüm bilərəm” sözlərini deyib nalayiq ifadələr işlətmişdir. Atasının gözləri görmədiyi üçün anası Vəfaya mane ola bilməsə də, bu barədə dayısı Həsənə məlumat vermişdir. 24 iyun 2023-cü il tarixdə günorta vaxtı Bakıdan gələn nənəsinin bacısı Kəmalənin Bərdə şəhəri 26-lar küçəsi adlanan evlərinə köməklik üçün anası Vəfa ilə birlikdə getmişdir. Həmin qadın tək yaşamış və onlar da sonuncunun kirayə qaldığı evə əşyalarını yerləşdirmək üçün getmişlər. Təxminən bir saat qohumunun evində qalaraq köməklik etdikdən sonra anası ilə birlikdə yaşadığı evə qayıtmış və yatmışdır. Yuxudan qalxanda atası Tacəddinlə anası Vəfanın mübahisə etdiyini görmüşdür. Atası ilə anasının arasında tez-tez mübahisə olduğu üçün o, sonunculara fikir verməmiş və oturub yemək yeməyə başlamışdır. Bir müddət keçdikdən sonra dayısı Təqsirləndirilən şəxs onlara gəlmiş və anasının otağına keçmişdir. Dayısı anasının otağına girəndə o da həmin otaqda olmuşdur. Dayısı anasını başa salmağa çalışsa da Vəfa Həsənə onun işinə qarışmamasını bildirib söyüş etməyə başlamışdır. Həmin vaxt o, otaqdan zala çıxmışdır. O, zalda olanda anası səs-küy salmış və o, otağa qayıdanda dayısı Həsənin anasını bıçaqladığını və sonuncunun yerdə olduğunu görmüşdür. İfadəsinin davamı olaraq Şahid2 bildirmişdir ki, atası anasının işləməsini istəməmiş, atası Tacəddinlə anası Vəfanın arasında sonuncunun yüngül həyat tərzi keçirməsi ilə bağlı dava-dalaşları olmuş və atası dəfələrlə anasının ailəsinə Vəfanın əxlaqsızlığı barədə məlumat vermişdir. Hadisə olan gün evdə ondan başqa atası, anası, qardaşı və dayısı Həsən olmuşdur. Dayısı anasına demiş ki, “gəl səni aparım evimizə mənim yanımda qal”. Anası ilə dayısı Həsən yaşadığı evin yataq otağında mübahisə etmişlər, həmin vaxt o da sonuncuların yanında olmuş, lakin onlar nalayiq ifadələr işlətdikləri üçün o, otaqdan çıxmışdır. Qardaşı Aqşin isə evin həyətində olmuşdur. O, hadisədən əvvəl dayısının əlində bıçaq görməmişdir. Həsən Vəfa ilə mübahisə etdikdən sonra otaqdan çıxmış, həmin vaxt o, anası ilə bir otaqda olmuşdur. Dayısı təkrar otağa qayıdandan sonra onlar söyüş etdikləri üçün o, otaqdan çıxaraq zala keçib atasının yanına getmişdir. Bir qədər sonra anasının səsinə atası və qardaşı yataq otağa girmiş, o isə sonuncuların arxası ilə otağa girəndə anasının yerdə uzanıqlı olduğunu görmüşdür. Həmin vaxtı dayısı artıq çıxıb getmişdir. Ona görə də dayısı Həsən anası Vəfanı bıçaqla vuran zaman o, otaqda olmamış, o sadəcə anasının səsinə otağa girmiş və sonuncunun yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. İfadəsinin davamı olaraq Şahid2 həmçinin bildirmişdir ki, dayısı anasını vurmasın deyə o, anasını qucaqlamış, həmin vaxtı da bıçaq onun qoluna dəymişdir. O, anasını bıçaqdan qorumaq üçün qolunu qabağa atmışdır. Bıçaq onun qoluna girəndən sonra dayısı çıxıb getmişdir. O, otağa daxil olandan sonra dayısı Həsən anasını vurmaq istəməmişdir. O, otaqda qan görəndən sonra dayısının anasını bıçaqladığını anlamışdır. Həsənlə anasını ayırmaq üçün otağa birinci atası ilə qardaşı, daha sonra isə o, girmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.1988-ci il təvəllüdlü X13 anası olmuş, sonuncu təxminən 2003-cü il tarixdə atası Şahid3 ilə evlənmiş, ailələrində ondan başqa 2006-cı il təvəllüdlü bacısı Şahid2 da olmuşdur. Gözünü açandan ailəsi Bərdə şəhəri, Bahadur Hacıyev küçəsində yaşamışdır. Atası Tacəddin əvvəllər avtoyumada işləmiş, üç il əvvəl isə görmə qabiliyyətini itirmişdir. Anası orta təhsilli olmuş və heç vaxt rəsmi olaraq heç bir yerdə işləməmişdir. Atasının gözləri tutulduqdan sonra anası yüngül həyat tərzi keçirməyə başlamışdır. X2 və Təqsirləndirilən şəxs adlarında iki qardaşı olmuşdur. X39 yüngül həyat tərzi keçirməyə başladıqdan bir qədər sonra bundan dayılarının hər ikisinin də məlumatı olmuşdur. Buna görə də, evlərində daima söz söhbət yaranmış, lakin atasının gözləri görmədiyi üçün anasına mane ola bilməmişdir. Anası yüngül həyat tərzi keçirdiyinə görə kiçik dayısı Təqsirləndirilən şəxs daha çox narahat olmuş, əsəbiləşmiş və evə gəlib anasına dəfələrlə məsləhət verib sonuncunu doğru yola çəkməyə çalışmışdır. Ancaq anası Həsənin dediklərini ciddiyə almamış və öz bildiyini etmişdir. Anası dəfələrlə onlar yatdıqdan sonra gecə özbaşına evi tərk edərək səhərə yaxın qayıtmışdır. Anası gəldikdə isə bundan onun da, atasının da xəbəri olmuş, evlərində yenidən söz-söhbət başladıqda anası “sizə nə, özüm bilərəm” sözlərini deyərək onlara qarşı nalayiq ifadələr işlətmişdir. Atasının gözləri görmədiyi üçün anasına mane ola bilməsə də, Vəfanın etdikləri barədə Həsənə məlumat vermişdir. 24 iyun 2023-cü il tarixdə səhər tezdən yuxudan oyandıqda ailə üzvlərinin hamısı evdə olmuş, Tacəddin Vəfaya yüngül həyat tərzindən əl çəkməyi, gedib normal bir işlə məşğul olmağı məsləhət görmüş, anası isə atasına nalayiq sözlərlə cavab vermişdir. Həmin gün təxminən saat 16-17 radələrində dayısı Təqsirləndirilən şəxs onlara gəlmiş və evə daxil olaraq hamı ilə salamlaşmışdır. Həmin vaxtı evdə o, bacısı, anası və atası olmuşdur. Dayısı abu-havandan yenə də evdə mübahisə olduğunu anlamışdır. Daha sonra dayısı yataq otağında anasına barəsində xoşagəlməz sözlər eşitdiyini, əgər Tacəddin ilə yaşamaq istəmirsə ona Kələntərli kəndindəki evinin həyətində ev tikdirəcəyini və orada ona özünün baxacağını bildirmişdir. Anası isə Təqsirləndirilən şəxs “mən özüm gedib ayrıca yaşayacam, mənim işimə qarışmayın” deyəndə dayısı əsəbiləşmişdir. Həsən ilə Vəfa yataq otağında söhbət edən zaman bacısı Ulduz və o da həmin otaqda olmuş, atası Tacəddin isə qonaq otağında oturmuşdur. Anası dayısı Həsənin məsləhətinə qulaq asmaq istəməmiş, bu isə Həsəni əsəbiləşdirmiş və buna görə də Həsən Vəfanı vurmağa başlamışdır. Həsən anası Vəfanı vurduqca sonuncu nalayiq ifadələr işlətmiş, daha sonra Həsən yataq otağından çıxaraq qonaq otağına keçmiş, bir qədər sonra isə yenidən yataq otağına qayıdaraq Vəfa ilə danışsa da yenə də sonuncu başa düşmək istəməmişdir. Həmin vaxtı Həsən qəflətən əlindəki bıçaqla Vəfaya zərbələr vurmağa başlamışdır. Bıçaq zərbəli vuran zaman bacısı və o, hadisə olan yataq otağında olmuşlar. Onlar gözləməmiş ki, dayısı anası Vəfanı bıçaqla vura və dayısı anasına bir neçə zərbə vurduqdan sonra o, sonuncunun bıçaqla zərbə vurduğunu anlamışdır. Həmin vaxtı bacısı Ulduzla dayısı Həsənin qabağına keçərək sonuncuya mane olmağa çalışmışlar, bu vaxt Həsənin əlindəki bıçaq bacısı Ulduzun qoluna dəymiş, daha sonra səsə Tacəddin də gəlmiş, sonuncunun gözü görməsə də səsə görə Həsəni qucaqlayıb aralamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, X13 onun arvadı olmuş və o, sonuncu ilə təxminən 20 ildir rəsmi nikah münasibətlərində yaşamışdır. Birgə nikahlarından 2005-ci il təvəllüdlü Aqşin adlı oğlu və 2006-cı il təvəllüdlü Ulduz adlı qızı vardır. Təxminən iki ildir avto qəza keçirdikdən sonra gözlərinin görməsi zəifləmişdir. Vəfa ilə ilk vaxtlar normal ər ar-arvad münasibətində olsa da o, işsiz qaldıqdan sonra Vəfa çox dəyişmişdir. Belə ki, Vəfanın ailədə ona və uşaqlarına qarşı münasibəti çox dəyişmiş və sonuncu evdə tez-tez nalayiq söyüşlər işlətmişdir. Təxminən bu ilin fevral ayında Vəfa onu rayon polis şöbəsinə çağırmış və tutulduğunu bildirmişdir. O, oğlu Aqşinlə birlikdə polis şöbəsinə getdikdə ona məlum olmuş ki, Vəfanı əxlaqsızlıq üstündə tutmuşlar. Bundan sonra artıq dəqiq fikir yaranmış ki, Vəfa əxlaqsızlıqla məşğul olmuşdur. Daha sonra isə Vəfanın bu əməllərinə görə 100 manat cərimə edilməsi barədə protokol gəlmişdir. Həmin cərimə protokolunu kimin ödəməsindən məlumatı olmamışdır. 24 iyun 2023-cü il tarixdə Həsən onun istifadəsində olan mobil nömrəsinə zəng vurmuşdur. O, qaynı ilə danışarkən bacısının əxlaqsız əməlləri barədə məlumat vermiş, bezdiyini və bacısının onu təhqir etdiyini demişdir. Həsənlə danışdıqdan bir neçə dəqiqə sonra yenidən Həsən onun mobil telefonuna zəng vuraraq darvazanın qarşısında olduğunu və qapını açmasını bildirmişdir. Oğlu Aqşin gedib həyətin darvazasını açmışdır. Həsən evə daxil olduqda evin giriş hissəsində olan çarpayının üzərində əyləşmişdir. Vəfa isə Ulduzla birlikdə yataq otağında olmuşlar. Həsən onunla görüşdükdən sona arxa yataq otağına keçmiş və Vəfa ilə danışmağa başlamışdır. Qaynı bacısına bu əməllərindən uzaq olmağı və evlərinin qarşısında ev tikərək onlarla birgə yaşamasını desə də, Vəfa onunla razılaşmamış və Həsənə onun işinə qarışmamasını demişdir. Bu sözlərindən sonra Həsən Vəfanın xatırladığı qədəri ilə üzünə sillə vuraraq otaqdan çıxmışdır. O, əvvəlcə elə bilmiş ki, Həsən artıq getmiş, lakin sonuncu yenidən yataq otağa qayıdaraq Vəfaya bir daha bu əməllərindən uzaq durmağı desə də, sonuncu ona kobud şəkildə cavab qaytarmışdır. Ona görə də Həsən bıçaqla Vəfanı vuraraq öldürmüşdür. İfadəsinin davamı olaraq Şahid3 bildirmişdir ki, Vəfa təxminən 7-8 ay olardı ki əxlaqsızlıqla məşğul olmuşdur. O, bir neçə dəfə Vəfanın başqa şəxslərlə telefon danışıqlarını eşitmiş və dəfələrlə ailəsinə Vəfanın əxlaqsızlığı barədə bildirmişdir. Hadisə günü Həsən onların evinə gələndə Aqşin həyətdə olmuş, o, evin zal otağında, qızı Ulduz isə anası ilə birlikdə yataq otağında olmuşdur. Həsən Vəfaya tutduğu əməlin pis əməl olduğunu başa salmaq istəsə də sonuncu qardaşını başa düşmək istəməmişdir. Vəfa ilə Həsən yataq otağında mübahisə edən zaman qızı Ulduz da sonuncuların yanında olmuşdur. Həsən otaqdan çıxaraq su içib qayıdandan sonra Vəfa Həsənə onun işinə qarışmamasını deyib söyüş etməyə başladığı üçün Ulduz otaqdan çıxmışdır. Həmin vaxtı oğlu Aqşin də həyətdə olmuşdur. Daha sonra Həsən Vəfanı bıçaqla vurmuşdur. Həsən Vəfanı bıçaqla vuranda o, evin zal hissəsində olmuşdur. O, ilk əvvəl Həsənin Vəfanı sillə ilə vurduğunu zənn etsə də, sonradan Həsənin Vəfanı bıçaqla vurduğunu anlamışdır. Aqşin dava-dalaşdan sonra yataq otağına daxil olmuş, Ulduz isə Həsənin Vəfanı bıçaqla vurmasını görməmişdir. Çünki otağa birinci o girmiş və Həsəni araladıqdan sonra sonuncu çıxıb getmişdir. Ona görə də oğlu Aqşin, qızı Ulduz və o, Həsən Vəfanı vurduqdan sonra otağa daxil olmuşlar. Aqşinlə o, otağa daxil olandan sonra Həsən Vəfaya bıçaq zərbələri endirməmiş və hərəkətlərini dayandıraraq çıxıb getmişdir. Həmin vaxt Ulduz zalda olmuşdur. O, ibtidai istintaq zamanı Həsənin Vəfanı onun, oğlunun və qızının gözləri qarşısında vurduğunu deməmişdir. O, Ulduzun qolundan xəsarət almasını sonradan bilmişdir. Ola bilsin ki, X36 aralayan vaxt xəsarət almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin PPXB-nın polis nəfəri Şahid5 ifadəsində göstərmişdir ki, 24 iyun 2023-cü il tarixdə saat 19 radələrində Şahid4 ilə xidmətdə olarkən Bərdə rayonu, Bahadur Hacıyev küçəsində, Təzə Məhəllə adlanan yaşayış massivində bir nəfər üzərindəki koftası cırılmış şəxs onların xidməti maşınına yaxınlaşaraq, öz bacısını qətlə yetirdiyini və könüllü təslim olmaq istədiyini bildirmişdir. Həmin şəxsin ad və soyadını soruşduqda Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar həmin şəxsi maşına əyləşdirərək Bərdə şəhər polis şöbəsinə aparmışlar və aidiyyəti üzrə təhvil vermişlər. Təqsirləndirilən şəxs bacısı Vəfa Həsənovanı sonuncunun yaşadığı evdə ailə üzvlərinin yanında əxlaqsız əməllərinə görə qətlə yetirdiyini və başqa çıxış yolu olmadığını demişdir. İfadəsinin davamı olaraq Şahid5 bildirmişdir ki, xidmətdə olan zaman hadisə olan yerə yaxın istiqamətdə X40 avtomobili keçmiş və onlar da həmin avtomobilin arxası ilə hadisə baş verən əraziyə yaxınlaşanda Həsən özü onlara yaxınlaşıb hadisə barədə məlumat vermişdir. Həmin vaxtı Həsənin üst-başı dağınıq vəziyyətdə olmuş və sonuncu könüllü təslim olmaq üçün polis şöbəsinə getdiyini demişdir. Xidmətdə olarkən onlarda qətl hadisəsi barədə məlumat olmamış, Həsən özü onlara yaxınlaşanda bacısını öldürdüyü demiş və sonuncu əlində qanunla qadağan olunan əşya olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin PPXB-nün manqa komandiri Əliyev X22 Alı Hafis oğlu ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Bərdə rayon şöbəsinin 22 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki: 1) X1 meyitinin bədənində aşağıdakı xəsarətlər - sol bazu arteriyasının yaralanması ilə sol bazu nahiyəsinin 1 (bir) ədəd, sol Vİİİ qabırğanın kəsilməsi və ağ ciyərin yaralanması ilə döş boşluğuna keçən 2 (iki) ədəd və döş boşluğuna keçməyən 3 (üç) ədəd deşilmiş-kəsilmiş yaraları, sol çənə şaxəsinin 1 (bir) ədəd kəsilmiş yarası, sol said nahiyəsinin 4 (dörd) ədəd, sol bazu oynağı nahiyəsinin 1 (bir) ədəd, sağ əl nahiyəsinin 1 (bir) ədəd, İİ-İİİ-İV daraq sümüklərinin kəsilməsi ilə sağ mil-bilək ilə sağ əl nahiyəsini əhatə edən sahənin 1 (bir) ədəd, qasıq nahiyəsinin 1 (bir) ədəd, sol kürəküstü nahiyənin 1 (bir) ədəd, boyun nahiyəsinin 1 (bir) ədəd, onurğa nahiyəsinin döş şöbəsinin 1 (bir) ədəd, sol bel nahiyəsinin 1 (bir) ədəd və sol qoltuq nahiyəsinin 1 (bir) deşilmiş-kəsilmiş yaraları vardır. 2) Həmin xəsarətlər həyatidirlər, ölümdən az vaxt əvvəl törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və tarixdə törənə bilərdilər, deşici-kəsici alətin (alətlərin) ola bilsin bıçaq təsirindən törənmişlər; törənmə müddətləri qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcələrinə görə - a) sol bazu arteriyasının yaralanması ilə sol bazu nahiyəsinin deşilmiş-kəsilmiş 1 (bir) ədəd yarası, sol Vİİİ qabırğanın kəsilməsi və ağ ciyərin yaralanması ilə döş boşluğuna keçən 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaralar canlı şəxslərdə birlikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddirlər; b) İİ-İİİ-İV əl daraq sümüklərinin kəsilməsi ilə sağ mil-bilək oynağı ilə sağ əl nahiyəsinin arxa səthini əhatə edən sahənin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası canlı şəxslərdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir; c) döş boşluğuna keçməyən 3 (üç) ədəd, sol said nahiyəsinin 4 (dörd) ədəd, sol bazu oynağı nahiyəsində 1 (bir) ədəd, sağ əl nahiyəsinin 1 (bir) ədəd, qasıq nahiyəsinin 1 (bir) ədəd, sol kürəküstü nahiyənin 1 (bir) ədəd, boyun nahiyəsinin 1 (bir) ədəd, onurğa nahiyəsinin döş şöbəsinin 1 (bir) ədəd, sol bel nahiyəsinin 1 (bir) ədəd, sol qoltuq nahiyəsinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları və sol çənə şaxəsinin 1 (bir) ədəd kəsilmiş yarası canlı şəxslərdə birlikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. 3) X1 ölümünə səbəb bazu arteriyasının, ağ ciyərin zədələnməsi ilə gedən bazunun, döş qəfəsinin kəsilmiş və deşilmiş-kəsilmiş yaralanmaları nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. 4) X1 ölümü meyit əlamətlərinin inkişaf mərhələsi görə demək olar ki, onun meyitinin məhkəmətibbi müayinəsindən əvvələ doğru 14-16 saat olar baş vermişdir. 5) X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (xx.xx.2023-cü il tarixli 2268/k saylı maddi sübutların müayinəsi aktı). 6) X4 hamilə deyildir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Bərdə rayon şöbəsinin 465 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Şahid2 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sol said nahiyəsinin kəsilmiş yaraları, kəsici xassəyə malik olan əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Şahid2 qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Şahid2 arxa keçəcək dəliyində aşkar edilmiş şərti saat siferblatının “6” rəqəminə uğun nahiyədəki çapıq toxuması hamar səthli uzunsov formalı küt əşyanın, ola bilsin ki, gərginləşmiş kişi cinsiyyət üzvünün düz bağırsağa yeridilməsi zamanı törənə bilərdi, bu da qeyri-təbii yolla cinsi əlaqədə olma əlamətləri hesab edilir. Həmçinin şəxsin arxa keçəcək dəliyində qıfabənzər genişlənmənin, sfiktorun tonusunda boşalmanın, şüavari büküşlərdə və selikli qişada hamarlaşmanın müşahidə olunmamasına görə demək olar ki, şəxslə qeyri-təbii yolla mütəmadi olaraq cinsi əlaqədə olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in 345/MTKŞ-2023 nömrəli, xx.xx.2023cü il tarixli məhkəmə-tibbi kriminalistik ekspertizasının rəyindən görünür ki: 1) Təqdim edilmiş X3 məxsus qısaqol koftanın ön səthinin sağ və sol yarısının yuxarı hissəsində, arxa səthinin sol yarısında və sol qolun arxa səthində, donun ön səthinin sol yarısında və arxa səthinin sol yarısında çoxsaylı deşilmiş-kəsilmiş zədələr var. Bu zədələr iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. 2) Təqdim edilmiş bıçağın tiyəsi kəskin deformasiyalı və əyrilmiş vəziyyətdə olduğundan, paltarlar üzərinə eksperimental zədələrin yetirilməsi mümkün deyil. Bununla belə təqdim edilmiş paltarların üzərində olan zədələrin morfoloji əlamətlərini, iz törədən alətin (alətlərin) konstruktiv xüsusiyyətlərini və tiyəsinin ölçüsünü nəzərə alaraq, X3 məxsus paltarların üzərində olan deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin ( alətlərin) təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. 3) X3 məxsus qısaqol koftanın sol yan tikişi üzərində sökülmüş zədə, donun ön səthinin aşağı hissəsində, sağ yan nahiyəsində və arxa səthinin sağ yarısında cırılmış zədələr, parça fraqmentinin üzərində cırılmış zədə var. Bu zədələr küt mexanizmi ilə paltarların həmin nahiyələrinin dartılması nəticəsində törənmişlər. 4) X3 məxsus büstqalterin üzərində zədə aşkar edilmədi. 5) Təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus koftanın ön tərəfinin yuxarı hissəsində və sol qolun dairəvi tikişi üzərində bir ədəd sökülmüş-cırılmış zədə var. Bu küt mexanizmlə, koftanın həmin nahiyəsinin kəskin dartılması nəticəsində törənmişdir. 6) Təqsirləndirilən şəxs məxsus şalvarın və qolsuz maykanın üzərində zədə aşkar edilmədi. 7) Təqdim edilmiş Şahid2 məxsus şalvarın və bir cüt corabın üzərində zədə aşkar edilmədi. 8) Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in 474/2023-MTBŞ nömrəli, xx.xx.2023cü il tarixli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki: 1) X7 ABO sistemi üzrə qrup göstəricisi: A beta/H/. 2) Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: A(İİ) (şəxsiyyət vəsiqəsinin surətinə əsasən). 3) Şahid2 ABO sistemi üzrə qrup göstəricisi: A(İİ) (şəxsiyyət vəsiqəsinin surətinə əsasən). 4) Ekspertizaya təqdim edilmiş V.N.Həsənovaya məxsus qısaqol kofta, qırmızı lifçik, parça hissəsi, qadın paltarının bir hissəsi, Təqsirləndirilən şəxs məxsus cins şalvar, qolsuz mayka, Şahid2 məxsus cins şalvar, bir cüt corab, 09 ədəd tənzif kəsikləri və bir ədəd bıçaq üzərində olan ləkələrdə insan qanı ləkələri aşkar olundu. Bu ləkərdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə ləkələrdə “A” və “H” antingenləri alındı. Aqqlyutininlər isə alınmadı. Bu ləkələr ABO sistemi üzrə A beta /H/(İİ) qruplu şəxsə, o cümlədən X9, Şahid2 və ya Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər sonuncularda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətləri olubsa və qanlarında müşayiətçi H antingeni varsa). 5) Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd qısaqol kofta üzərində qan aşkar olunmadı. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X17 X32 Ambulator Şöbəsinin xx.xx.2023-cü il tarixli, 398 nömrəli kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazıradək olan dövr ərzində hər hansı psixi xəstəlikdən əziyyət çəkməmiş və öz hərəkətlərini ölçüb-biçmək və ya onlara hesabat vermək imkanına malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməmişdən əvvəl, cinayət əməlini törədən zaman və ondan sonrakı dövrdə, həmçinin hal-hazırda hər hansı xroniki psixi xəstəlikdən, psixi fəaliyyətin müvəqqəti pozulmasından, kəmağıllıq və sair psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik olmamışdır. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman anlaqlılığı istisna etməyən psixi pozuntu müşahidə olunmamışdır. Onun əməli Azərbaycan Respublikasının CM-in 22 maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs törətmiş olduğu hüquqazidd hərəkətlərdən əvvəl adi, baş vermiş, hadisə zamanı və hadisədən sonra əsəbi psixi-emosional halda olmuşdur. Təqsirləndirilən şəxs hadisə zamanı əsəbi psixi emosional halda olması zərərçəkmişlə mübahisəsi nəticəsində yarana bilərdi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 1216 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əziyyət çəkmir və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:00-da Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, hadisə yeri X6 yaşadığı - Bərdə rayonu, Bahadur Hacıyev küçəsi, Təzə Məhəllə adlanan yaşayış massivində yerləşən həyət evinin yataq otağıdır. Evin giriş hissəsində pilləkənin üzərində qanabənzər ləkələr vardır. Həmin hissə şərti olaraq 1 rəqəmi ilə işarələndi. Daha sonra isə mənzilin içərisində giriş (zal+ mətbəx) otağında yerdə olan taxta döşəmənin üzərində qan izləri müəyyən edildi. Həmin qan izlərinin olduğu yer şərti olaraq 2 rəqəmi ilə işarələndi. Şərti olaraq 1 və 2 rəqəmi ilə işarələnmiş yerlər arasındakı məsafə 3.50 metrdir. Mənzilin yataq otağının (hadisənin baş verdiyi yer) girişində qapının qarşısında qan gölməçəsinin olduğu müəyyən edildi. Həmin qan gölməçəsinin uzunluğu 1.5 metr, eni isə 0.80 metrdir. Həmin yer şərti olaraq 3 rəqəmi ilə işarələndi. Şərti olaraq işarələnmiş 2 rəqəmin olduğu yerdən 3 rəqəmin olduğu yerə qədər məsafə 3.30 metrdir. Həmin yerdən 2.9 metr məsafədə çarpayının yanında üzərində qanabənzər ləkələrin olduğu qadın paltarının bir hissəsi aşkar edildi və şərti olaraq 4 rəqəmi ilə işarələndi. Baxış zamanı Təqsirləndirilən şəxs evin həyətinə çıxaraq cinayəti törətdikdən sonra bıçağı atdığı yeri göstərdi. Evin giriş qapısından bıçağın atıldığı yerə qədər məsafə 7.2 metrdir. Həmin bıçaq şərti olaraq 6 rəqəmi ilə işarələndi. Hadisə yerinə baxış keçirilərkən hadisə yerindən 01 ədəd üzərində qanabənzər ləkələr olan, dəstəyi sarı rəngli, tiyəsinin bir tərəfi küt, digər tərəfi iti olan bıçaq, tampon vasitəsilə 03 ədəd qanabənzər nümunə, qanabənzər ləkələrin olduğu paltar hissəsi, həmçinin hadisənin baş verdiyi vaxt Təqsirləndirilən şəxs üzərində olmuş qara rəngli cins materialdan olan şalvar, qara rəngli ön hissədən cırılmış qısaqol kofta və ağ rəngli üzərində qanabənzər ləkələr olan mayka, Şahid2 hadisənin baş verdiyi vaxtı geyindiyi üzərində qanabənzər ləkələr olan boz rəngli cins şalvar və ağ rəngli bir cüt corab, o cümlədən Bərdə RPŞ-nin Post Patrul Xidməti Bölüyünün serjantı X18 təqdim etdiyi Təqsirləndirilən şəxs istifadə etdiyi “Samsung” markalı mobil telefon müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “meyitə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, X6 meyitinə baxış zamanı meyitin əynində 01 ədəd üzərindən narıncı rəngli qısaqol kofta, 01 ədəd qırmızı rəngli busqalter (qadın alt paltarı) və qadın paltarının hissəsi müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin ifadənin yerində yoxlanması haqqında” protokoldan və həmin protokola əlavə olunmuş bir ədəd informasiya daşıyıcısı olan diskdəki videogörüntüdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, hadisənin yerini və baş vermə şəraitini, o cümlədən xx.xx.2023-cü il tarixdə saat 18 radələrində bacısı X6 yaşadığı evin yataq otağında sonuncu ilə mübahisə etdiyi yeri, daha sonra ona bıçaqla çoxsaylı zərbələri vuraraq qəsdən öldürdüyü yeri göstərməklə törətdiyi cinayəti əməlini səmimi etiraf etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********18 mobil nömrəyə dair "xxxx" MMC tərəfindən təqdim olunmuş diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxsla bacısı Vəfa Həsənova (+**********92 mobil nömrə) və sonuncunun qızı Şahid2 (+**********82 mobil nömrə) arasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müxtəlif vaxtlarda Vəfa Həsənovanın öz başına qızı ilə birlikdə yaşadığı evi tərk etməsi və yüngül həyat tərzi sürməsi ilə bağlı aşağıda göstərilən məzmunda mesajlar vardır: xx/xx/2023,19:12:18,**********18,**********82,Səni də getdiyin adamı da qızını da bu gecə tapacam mənə cavab ver xx/xx/2023,19:26:56,**********18,**********92,Hardasan mənə zəng et papam yazıqdı eşitsə naxadı öləcək tez mənə zəng et xx/xx/2023,19:41:14,**********18,**********92,Sənə bir kəlmə söz demiyəcəm hardasansa tez get evinə camaat bilməmiş, mənə yazığın gəlsin mənim 3 balam var məni camaat içində alçaltma xx/xx/2023,20:21:57,**********18,**********92,Sən məni saymırsan sənə dedim zəng et yoxsa mən öləcəm hirsimdən xx/xx/2023,21:54:47,**********18,**********92, Az papamda gəlməyib evə gəlməmiş mənə bir söz de xx/xx/2023,22:47:59,**********18,**********92,Agız nə qədər papam bilməyib ya bura gəl yada get evinə bunun axırı yaxşı olmayacaq xx/xx/2023,20:50:48,**********18,**********82,Ağız hardasınız sizə yarım saat vaxt verirəm olun evinizdə yoxsa gedirəm tacını görürəm gedəm şöybəyə xx/xx/2023,21:55:08,**********18,**********82,Bu gecə evinizə gəlməsinin bu işin axırı yaxşı olmayacaq mən sözümü dedim xx/xx/2023,08:56:04,**********18,**********82,Gedirik şöybəyə sizi harada olsaz bu gün tapıb gətirəcəyik şöybiyə pramoyda saldıracam içəri. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin əməliyyat tapşırığına xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, X6 aldığı bıçaq xəsarətindən ölməsi ilə əlaqədar bır sıra əməliyyat tədbirləri həyata keçirilmiş, lakin heç bir müsbət nəticə əldə olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X13 barəsində RPŞ-ya ərizə, şikayət və cinayət xarakterli material, yaxud cinayət işi yoxdur və münaqişəli ailə kimi qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində RPŞ-də təqsirləndirici material olmamış, həmçinin barəsində heç bir araşdırma aparılmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası DİN-nin məlumat axtarış sistemində Təqsirləndirilən şəxs məhkumluğu barədə ilkin əməliyyat məlumatı aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş X42 Dispanserinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və X13 həmin dispanserdə müşahidədə deyildir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Bərdə Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və X13 xəstəxananın narkoloji və ruhi-əsəb dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş çağırış vərəqəsinin surətindən görünür ki, Şahid1 xx.xx.2023-cü il tarixdə həqiqi hərbi xidmətə çağırılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC-nin “MKT-Bərdə” filialının xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs həmin filialda traktor sürücüsü işləmiş və iş yerində müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RİH başçısının Kələntərli KİƏDÜN-nin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs həmin kəndə atası - 1962-ci il təvəllüdlü X12, anası – 1962-ci il təvəllüdlü X15, arvadı – 1986-cı il təvəllüdlü X19, qızı - 2009-cu il təvəllüdlü X20, oğlu – 2012-ci il təvəllüdlü X21 və qızı – 2021-ci il təvəllüdlü X16 ilə birlikdə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 601001, 028530 və 123203 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü Gülər Həsənzadə, xx.xx.2012-ci il təvəllüdlü Elgün Həsənzadə və xx.xx.2021-ci il təvəllüdlü Gülnar Həsənzadə adlı övladları vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X12 ibtidai istintaq orqanına həmin tarixdə ərizə ilə müraciət edərək qızının ölümü ilə əlaqədar heç kimdən şikayət və tələbinin olmadığını göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş notarial qaydada təsdiq olunmuş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X12 məhkəmə istintaq zamanı ərizə ilə müraciət edərək qızının ölümü ilə əlaqədar heç kimdən şikayət və tələbinin olmadığını, Təqsirləndirilən şəxs ilə barışdığını göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, 01 ədəd üzərində qanabənzər ləkələr olan dəstəyi sarı rəngli, tiyəsinin bir tərəfi küt, digər tərəfi iti olan bıçaq; qanabənzər ləkələrin olduğu paltar hissəsi; Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung” markalı mobil telefon; hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli cins materialdan olan şalvar, qara rəngli ön hissədən cırılmış qısaqol kofta və ağ rəngli üzərində qanabənzər ləkələr olan mayka; Şahid2 hadisə vaxtı əynində olmuş üzərində qanabənzər ləkələr olan boz rəngli cins şalvar və ağ rəngli bir cüt corab; meyitə baxış zamanı götürülmüş X3 məxsus 01 ədəd üzərindən narıncı rəngli qısaqol kofta, 01 ədəd qırmızı rəngli büstqalter (qadın alt paltarı) və qadın paltarının hissəsi maddi sübut kimi tanınmış və saxlanılması üçün Bərdə rayon prokurorluğunun maddi sübutların saxlanması otağına təhvil verilmişdir, 02 ədəd disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində hadisə vaxtı bıçağı nə məqsədlə götürdüyü bilmədiyini, bacısını qabaqcadan öldürmək niyyətinin olmadığını, əgər belə bir fikri olmuş olsa idi sonuncunun evinə gedərkən üzərində bıçaq götürmüş olardı, hadisə vaxtı da əsəbi olduğu üçün otaqda Vəfa Həsənovadan başqa kiminsə olmasına fikir vermədiyini, bıçağı götürmək üçün otaqdan çıxanda bacısı qızı Şahid2 otaqdan çıxmasına fikir vermədiyini, ancaq Vəfa Həsənovanın əri Tacəddinin və oğlu Aqşinin həmin otaqda olmadıqlarını göstərmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində dayısı Təqsirləndirilən şəxs anasını başa salmağa çalışsa da, sonuncunun Təqsirləndirilən şəxs onun işinə qarışmamasını bildirib söyüş etməyə başladığını, həmin vaxtı da özünün otaqdan zala çıxdığını, zalda olanda anasının səs-küy saldığını, yataq otağa qayıdanda dayısı Təqsirləndirilən şəxs artıq anasını bıçaqladığını və sonuncunun yerdə olduğunu gördüyünü, buna görə də hadisənin onun gözü qarşısında baş vermədiyini göstərmişdir. Eyni zamanda məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində Vəfa ilə Həsənin yataq otağında mübahisə edən zaman qızı Ulduzun da sonuncuların yanında olduğunu, Həsən otaqdan çıxaraq su içib qayıdandan sonra Vəfanın Həsənə onun işinə qarışmamasını deyib söyüş etməyə başlaması səbəbindən Ulduzun otaqdan çıxdığını, həmin vaxtı oğlu Aqşinin həyətdə olduğunu, daha sonra Həsənin Vəfanı bıçaqla vurduğunu, Həsənin Vəfanı bıçaqla vuranda özünün evin zal hissəsində olduğunu, Aqşinin dava-dalaşdan sonra yataq otağına daxil olduğunu, Ulduzun isə Həsənin Vəfanı bıçaqla vurmasını görmədiyini göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs, şahidlər Şahid2 və Şahid3 tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmasına xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin təqsriləndirilən şəxsin və şahidlərin ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələri, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində bacısı Vəfa Həsənovaya bıçaq zərbələri vurarkən sonuncunun qızı Şahid2 məhz hadisə baş verən otaqda olduğunu və hadisənin də Şahid2 gözü qarşısında baş verdiyini göstərmişdir. Eyni zamanda sözügedən ifadələrində Təqsirləndirilən şəxs bacısı oğlu Şahid1 da hadisə baş verən otaqda olmasını inkar etməyərək, hadisə baş verən anda əsəbi olduğundan otaqda olanlara diqqət yetirmədiyini göstərmişdir. Həmçinin iş materiallarında olan Təqsirləndirilən şəxsovun xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinə dair protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, ifadəsi yerində yoxlanılan zamanı Təqsirləndirilən şəxs bacısı Vəfa Həsənovaya bıçaq zərbələri vurarkən sonuncunun ailə üzvlərinin hadisə baş verən evdə olduqlarını və onlar səs-küyə gəldikdən sonra da Vəfa Həsənovaya bir neçə bıçaq zərbələri vurduğunu göstərmişdir. Eyni zamanda ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 da ifadəsində göstərmişdir ki, dayısı Təqsirləndirilən şəxs bir qədər X39 ilə danışsa da, sonuncu yenə də dayısını başa düşmək istəməmiş, Təqsirləndirilən şəxs isə qəflətən əlindəki bıçaqla Vəfa Həsənovaya zərbələr vurmağa başlamış, həmin vaxt bacısı Ulduz və o hadisə olan yataq otağında olmuşlar, dayısı anası Vəfaya bıçaqla bir neçə zərbə vurduqdan sonra dayısının bıçaqla zərbə vurduğunu anlamış, bacısı Ulduzla dayısı Həsənin qabağına keçərək sonuncuya mane olmağa çalışdıqda, Həsənin əlindəki bıçaq bacısı Ulduzun qoluna dəymiş, səsə atası Tacəddin də gəlmiş və sonuncunun gözü görməsə də səsə görə Həsəni qucaqlayıb aralamışdır. Habelə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 da qardaşı Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək dayısı Təqsirləndirilən şəxs onun və qardaşının gözü qarşısında X39ya bıçaqla zərbələr vurduğunu, bunu görüb qarşısına keçərək maneə olmağa çalışanda dayısının əlindəki bıçağın onun qoluna dəydiyini göstərmişdir. O cümlədən iş materiallarında olan 465 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmətibbi ekspertizasının rəyində göstərilmişdir ki, Şahid2 qının məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sol said nahiyəsinin kəsilmiş yaraları, kəsici xassəyə malik olan əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir. Habelə iş materiallarında olan 474/2023-MTBŞ nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə-bioloji ekspertizasının rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş Şahid2 məxsus cins şalvar və bir cüt corab, həmçinin bir ədəd bıçaq üzərində olan ləkələrdə insan qanı ləkələri aşkar olundu. Bu ləkələr ABO sistemi üzrə A beta /H/(İİ) qruplu şəxsə, o cümlədən X9, Şahid2 və ya Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər sonuncularda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətləri olubsa və qanlarında müşayiətçi H antingeni varsa). Göründüyü kimi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs, şahidlər Şahid2 və Şahid3 ifadələrində hadisənin Şahid2 ilə Şahid1 gözü qarşısında baş vermədiyini bildirsələr də, ibtidai istintaq zamanı həm təqsirləndirilən şəxsin, həm Şahid2, həm də ki Şahid1la Şahid3 ifadələri ilə Vəfa Həsənovanın övladlarının hadisə baş verən vaxtı otaqda olması və hadisənin sonuncuların gözü qarşısında baş verməsi tam olaraq sübuta yetirilmişdir. Bundan başqa da, Şahid2 məhkəmə istintaqında bir tərəfdən hadisənin onun gözü qarşısında baş vermədiyini bildirsə də, digər tərəfdən dayısı anasını vurmasın deyə anasını qucaqladığını, həmin vaxtı da dayısının əlində olan bıçağın onun qoluna dəydiyini və o, anasını bıçaqdan qorumaq üçün qolunu qabağa atdığını göstərmişdir. Göründüyü kimi Şahid2 sol said nahiyəsinin kəsilmiş yarasını alması faktı bir daha hadisənin məhz onun gözü qarşısında baş verdiyini və həmin vaxtı da onun anasını qucaqlayıb qorumasına baxmayaraq dayısı Təqsirləndirilən şəxs Vəfa Həsənovaya bıçaq zərbəsi vurduğunu təsdiq edir. Adları qeyd edilən hər üç şahidin ibtidai istintaq zamanı şahid qismində dindirilmələrinə dair protokollardan görünür ki, dindirilməmişdən əvvəl onlara Azərbaycan Respublikası Konstitusiyasının 66-cı və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 20-ci maddəsinin tələbləri izah edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Belə olan halda məhkəmə tərkibi məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs bacısı qızı Şahid2 və yeznəsi Şahid3 hadisənin baş vermə mexanizminə dair hissədə verdikləri ifadələrinə tənqidi yanaşaraq həmin ifadələri təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirməyə xidmət edən, işin faktiki hallarına uyğun olmayan, qeyri obyektiv ifadələr kimi qəbul edir və ittihamın həllində adları qeyd edilən şahidlərin ibtidai istintaq zamanı verdiyi ifadələrini iş üzrə şahid qismində dindirilmiş şəxslərin ifadələri ilə, o cümlədən işdə olan ekspert rəyləri, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, hadisənin baş vermə mexanizminə dair hissədə Şahid2 və Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadələri əsas götürülməlidir. Bundan başqa da, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı xüsusi amansızlıqla qəsdən adam öldürmə ilə əlaqədar ittiham irəli sürülərkən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməklə yanaşı xüsusi amansızlığın əlamətlərindən biri kimi də təqsirləndirilən şəxsin adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, o cümlədən aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar, yəni çoxlu miqdarda (20 ədəd) xəsarətlər yetirməsini də əsas götürmüşdür. İş materiallarında olan 22 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X6 meyitinin bədəni üzərində müxtəlif ağırlıq dərəcəli ümumilikdə 20 ədəd xəsartlər aşkar edilmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il 3 nömrəli Qərarının 8-ci bəndində göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Beləliklə də, yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs 24 iyun 2023-cü il tarixdə saat 18 radələrində bacısı X6 əxlaqsız həyat tərzi keçirməsi və qohum-əqrəbə içərisində ailələrinin başını aşağı etməsi səbəbindən sonuncu ilə aralarında yaranmış mübahisə zamanı həmin vaxtı hadisə baş verən yataq otağında olan Vəfa Həsənovanın qızı 2006-cı il təvəllüdlü Şahid2, oğlu 2005-ci il təvəllüdlü Şahid1 və bacısının əri 1983-cü il təvəllüdlü Şahid3 gözləri qarşısında xüsusi amansızlıqla, yəni zərərçəkmişə xüsusi əzab verdiyini dərk edərək və bunu arzulayaraq müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək, şalvarının bel nahiyəsindən çıxardığı, soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Vəfa Həsənovaya xüsusi amansızlıqla yəni, zərərçəkmiş şəxsə xüsusi ağrılar verdiyini dərk etməklə sonuncuya ümumilikdə 20 ədəd müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək qəsdən xüsusi amansızlıqla öldürməsi, yəni Vəfa Həsənovanı qəsdən xüsusi amansızlıqla həyatdan məhrum etməsi tam sübuta yetirilmişdir. Bundan başqa iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18 radələrində bacısı X10 öldürdükdən sonra heç bir kənar təzyiq olmadan könüllü olaraq Bərdə RPŞ-ya gedərkən yolda polis şöbəsinin PPXB-nün əməkdaşları Şahid4 və Şahid5 Hafiz oğlunun ərazidə xidmət apardıqlarını görüb sonunculara yaxınlaşaraq bacısını qəsdən öldürdüyünü etiraf edib könüllü olaraq təslim olmuşdur. Bu hal Təqsirləndirilən şəxs, Bərdə RPŞ-nin PPXB-nün komandiri Şahid4 və PPXB-nün polis nəfəri Şahid5 Hafiz oğlunun ifadələri ilə tam təsdiq olunmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2012-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, hüquq-mühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin onun tapılması üçün əməliyyat-axtarış tədbirlərinin heç bir nəticə vermədiyi halda şəxsin könüllü gəlib təqsirini boynuna alması; hüquq-mühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin şəxsin özünün ifşa olunmasını bilmədən könüllü gəlib təqsirini boynuna alması; açıq-aşkar cinayət törətdikdən dərhal sonra şəxsin hüquq mühafizə orqanlarına və ya digər dövlət orqanına könüllü gəlib təqsirini boynuna alması kimi halları Konstitusiya Məhkəməsinin Plenumu şəxsin könüllü gəlib təqsirini boynuna alması kimi qiymətləndirilməsini mümkün hesab edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, könüllü gəlib təqsirini boynuna almasını Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 60.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və ona təyin ediləcək cəzanın əvvəli tutulduğu vaxtdan, yəni 24 iyun 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 26 (iyirmi altı) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 156 (bir yüz əlli altı) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə məhkəmə məsrəfləri yoxdur. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Bərdə rayon prokurorluğunun maddi sübutların saxlanması otağına təhvil verilmiş - 01 ədəd üzərində qanabənzər ləkələr olan dəstəyi sarı rəngli, tiyəsinin bir tərəfi küt, digər tərəfi iti olan bıçaq və qanabənzər ləkələrin olduğu paltar hissəsi məhv edilməli; Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung” markalı mobil telefon, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli cins materialdan olan şalvar, qara rəngli ön hissədən cırılmış qısaqol kofta və ağ rəngli üzərində qanabənzər ləkələr olan mayka Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, götürülmədikdə məhv edilməli; Şahid2 hadisə vaxtı əynində olmuş üzərində qanabənzər ləkələr olan boz rəngli cins şalvar və ağ rəngli bir cüt corab Şahid2 qaytarılmalı, götürülmədikdə məhv edilməli; meyitə baxış zamanı götürülmüş X3 məxsus 01 ədəd üzərindən narıncı rəngli qısaqol kofta, 01 ədəd qırmızı rəngli büstqalter (qadın alt paltarı) və qadın paltarının hissəsi zərərçəkmiş şəxsin hüquqi varisi X8 qaytarılmalı, götürülmədikdə məhv edilməli; 02 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 24 iyun 2023-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 156 (bir yüz əlli altı) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Bərdə rayon prokurorluğunun maddi sübutların saxlanması otağına təhvil verilmiş - 01 ədəd üzərində qanabənzər ləkələr olan dəstəyi sarı rəngli, tiyəsinin bir tərəfi küt, digər tərəfi iti olan bıçaq və qanabənzər ləkələrin olduğu paltar hissəsi məhv edilsin. Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung” markalı mobil telefon, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli cins materialdan olan şalvar, qara rəngli ön hissədən cırılmış qısaqol kofta və ağ rəngli üzərində qanabənzər ləkələr olan mayka Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, götürülmədikdə məhv edilsin. Şahid2 hadisə vaxtı əynində olmuş üzərində qanabənzər ləkələr olan boz rəngli cins şalvar və ağ rəngli bir cüt corab Şahid2 qaytarılsın, götürülmədikdə məhv edilsin. Meyitə baxış zamanı götürülmüş X3 məxsus 01 ədəd üzərindən narıncı rəngli qısaqol kofta, 01 ədəd qırmızı rəngli büstqalter (qadın alt paltarı) və qadın paltarının hissəsi zərərçəkmiş şəxsin hüquqi varisi X8 qaytarılsın, götürülmədikdə məhv edilsin. 02 ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-499/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-499/2023
21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver