Məhkəmə qərarları › İş №1(100)-5/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-5/2025

23.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-5/2025 23.06.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İbişov İlkin İlqar oğlu (sədrlik edən), hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri X18 və ədliyyə müşaviri Dövlət ittihamçısı, Gəncə Regional Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxxx 1987-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Gəncə şəhəri, M.Y.Axundzadə küçəsi, döngə 8, ev 13-də qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyənetdi Təqsirləndirilən şəxs 29 iyun 2019-cu il tarixdə, saat 03 radələrində ayıq vəziyyətdə idarə etdiyi «VAZ-2114» markalı minik, «O 9**-PC-*** rus» dövlət qeydiyyat nişanlı avtomobillə Qazaxıstan Respublikası, Jitikar şəhəri, Lenin küçəsi ilə ikitərəfli yolla «Şans» mağazası istiqamətində hərəkət edərkən, Qazaxstan Respublikasının “X27” 10-cu bölmənin 1, 2, 5-ci və 9-cü bölmənin 1-ci bəndi, 1-ci hissənin (ümumi müddəalar) 3 və 5-ci bəndlərinin, yəni «sürücü, nəqliyyat vasitəsinin və yükün hərəkət intensivliyini, xüsusiyyətlərini və vəziyyətini nəzərə alaraq müəyyən edilmiş həddi aşmayan sürətlə hərəkət etməli, yol və meteoroloji şərtlər, xüsusən səyahət istiqamətində görünüş, sürət, sürücüyə qaydaların tələblərinə riayət etmək üçün nəqliyyat vasitəsinin hərəkətini daim izləmək imkanı verməli, sürücünün aşkar edə biləcəyi nəqliyyat maneəsi və ya təhlükəsi olduqda nəqliyyat vasitəsi dayanana qədər sürəti azaltmaq və ya digər yol istifadəçiləri üçün maneəni təhlükəsiz şəkildə aradan qaldırmaq üçün tədbirlər görməli, yaşayış məntəqəsində nəqliyyat vasitəsini 60 km/saatdan çox olmayan sürətlə hərəkət etməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, qaydada müəyyən edilmiş maksimum sürəti və «Surət limiti…» nişanında göstərilən sürəti aşmamaq, nəqliyyat vasitələri üçün zolaqların saylı işarələrlə müəyyən edilmədiyi halda və yol təşkilatı başqa bir hərəkət qaydası ilə müəyyən edilmədiyi təqdirdə, solda yerləşən yolun hərəkət hissəsinin yarısı hesab olunduğu halda, həmçinin yol hərəkəti üçün təhlükəsiz şərait yaratmaq, hərəkət və ya hərəkətsizliyi ilə digər yol istifadəçilərinə, vasitələrə və digər əmlaka zərər verməməli», olduğu halda Qaydaların tələblərinə, həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən avtomobili yaşayış məntəqələri daxilində saatda 60 km/saat çox olmayan surətlə idarə etməli olduğu halda qeyd olunan qaydalara əməl etməyərək avtomobili 85 km/saat surətlə hərəkət etdirib idarəetməni itirərək yolun sol tərəfinə keçib ağac və elektrikötürən beton dirəyə çırpılmaqla həmin avtomobilin salonunda qabaq sağ oturacaqdakı sərnişin qismində əyləşmiş X19 ehtiyatsızlıqdan sağ çiynin xarici səthi üzrə geniş sıyrıntılar, boynun ön səthindən buxaq nahiyəsinədək yumşaq toxumaların geniş qansızması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər və qapalı kəllə-beyin travması, soldan piramida və türk yəhərinə keçməklə pullu sümüyün, gicgah sümüyünün qapalı sınığı, beyin əsasına keçməklə beynin hər iki yarımkürəsinə subaraxnoidal qansızma, beynin zədələnməsi, beynin şişməsi ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə qapalı kəllə-beyin travması, soldan piramida və türk yəhərinə keçməklə pullu sümüyün, gicgah sümüyünün qapalı sınığı, beyin əsasına keçməklə beynin hər iki yarımkürəsinə subaraxnoidal qansızma, beynin zədələnməsi, beynin şişməsi nəticəsində ehtiyatsızlıqdan Alişer Kelimanovun ölümünə, ehtiyatsızlıqdan həmin avtomobilin salonunda arxa sağ oturacaqdakı sərnişin qismində əyləşmiş X3 açıq kəllə-beyin travması, kəllə qapağının sümüyünün sınığı, soldan gicgah sümüyünün, hər iki kəllə çuxuruna, sağdan gicgah sümüyünün piramidasına keçməklə soldan pulu gicgah sümüyünün sınığı, beynin zədələnməsi, hər iki tərəfində subaraxnoidal qansızma, sağdan alt çənənin qapalı sınığı ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır xəsarətlər yetirməklə açıq kəlləbeyin travması, beynin zədələnməsi, beynin şişməsi, beynin hər iki tərəfinə subaraxnoidal qansızma, kəllə qapağının sümüyünün sınığı, soldan gicgah sümüyünün, hər iki kəllə çuxuruna, sağdan gicgah sümüyünün piramidasına keçməklə soldan pulu gicgah sümüyünün sınığı nəticəsində ehtiyatsızlıqdan Aleksandr Asanovun ölümünə və ehtiyatsızlıqdan həmin avtomobilin salonunda arxa sol oturacaqdakı sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs açıq kəllə beyin travması, alın sümüyünün sınığı, yüngül dərəcəli beyin zədəsi, soldan 6-cı qabırğanın 6-cı qabırğasının sınığı, sağ tərəfdən qasıq sümüyünün sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan ehtiyatsızlıqdan sağlamlığına az ağır zərər vurmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisədən uzun müddət keçdiyi üçün hadisəni tam xatırlamaqda çətinlik çəksədə, hadisə baş verən vaxt o, Qazaxıstan Respublikasının Jitikar şəhərində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Jitikar şəhərində X13 tanış olmuş, sonuncuya taksi lazım olan vaxtı ona zəng etmiş və o, Alişeri lazım olan yerə aparmışdır. Hadisə günü Alişer ona zəng edərək, yolda qaldığını, onu götürməsini xahiş etmişdir. O Alişer Kelimanovanı götürmüş, Alişer Kelimanov onu təhdid edərək, həmin gün nə deyəcəksə onu edəcəyini bildirmiş və onların yanında başqa bir nəfər də olmuşdur. Alişer və onun yanında olan digər şəxsi “kafe”yə apardıqdan sonra getmək istəyərkən onu qorxudaraq özləri ilə saxlamışlar. Bir müddət sonra dava olmuş, davadan sonra getmək istədə də, təkrar ona getməyə imkan verməmişlər. Restorandan çıxandan sonra onun avtomobilində bir nəfər qız da olmuşdur. Onlar birlikdə həmin “kafe”dən çıxdıqdan sonra avtomoibilində oturan şəxslər ona hərəkət etməsini bildirmişlər, avtomobil hərəkətə başladıqdan sonra onun baş nahiyyəsinə zərbə endirmişlər və onu vurduqdan sonra baş verənləri xatırlamır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, onu vuran şəxsin kim olduğunu xatırlamır, avtomobilin arxa sərnişin oturacağında bir nəfər qız və bir nəfər oğlan oturmuşdur. Avtomobil hərəkətdə olan zaman onu vurmuşlar, ondan sonra idarə etməni itirmişdir. Spirtli içki qəbul etməmişdir. Həmin vaxt avtomobilin sürəti təxminən 60-70 km/saat olmuşdur. Avtomobildə əyləşən şəxslər ona tez sürməsini bildirərək, onu tələsdirmişlər. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, həkim narkoloqda və həkim psixiatrda qeydiyyatda deyil, o 28 iyun 2019-cu il tarixdə sevdiyi oğlan X7 01 iyul 2019-cu il tarixdə Jitikara şəhərində baş tutmalı olan nikaha daxil olmağı ilə bağlı rəfiqələri ilə toplaşmış, əvvəlcədən bacısı Kelimanova (Kreydo) Viktoriya ilə, habelə rəfiqəsi Kurqanskaya Kristina ilə “İnjoy” kafesinə getmiş, kafedə saat 00:30-dək istirahət etmiş, hər biri iki bakal pivə içmiş, daha sonra isə bacısı Viktoriya Kelimanova və rəfiqəsi Kristina Kurqanskaya ilə şəhərin köhnə hissəsində yerləşən “Əli Baba” kafesinə getmişlər, kafedə Aleksey Asanov, Alişer Kelimanovla rastlaşmış, çünki Alekseylə əvvəlcədən gecəni həmin kafedə keçirmələri və sonrada onların həmin kafeyə gələcəkləri barədə razılaşmışlar, azyaşlı uşağı olduğu üçün bacısı Viktoriya Kelimanov evə getmiş, o rəfiqəsi Kurqanskaya Kristina ilə ayrıca stolda oturmuş, Aleksey Asanov və Alişer Kelimanov isə dostları ilə ayrıca stolda oturmuş, o rəfiqəsi Kristina Kurqanskaya ilə daha iki bakal pivə içmiş, kafenin bağlanmasına yaxın evə getmək qərarına gəlmiş, rəfiqəsi Kristina Kurqanskaya ilə “Əli Baba” kafesindən küçəyə çıxmış, əvvəlcədən danışdıqları kimi küçəyə çıxdıqdan sonra rəfiqəsi Kristina Kurqanskaya ilə birgə taksiyə oturaraq getməli imişlər, lakin Kristina Kurqanskaya tanışları Şahid1 və Şahid5 görərək onlarla gedəcəyini demiş, o isə kafenin qarşısında onları gözləyən, tünd göy rəngli VAZ-2114 markalı avtomobilin arxa oturacağına Aleksey Asanov ilə birlikdə oturmuş, Alişer Kelimanov isə qabaq oturacaqda oturmuş, o sürücünün arxasında oturduğu üçün sürücünün sifətini görməmiş, lakin onun əvvəllər tanımadığı adının Təqsirləndirilən şəxs olduğunu bilmiş, onlar əvvəlcə Ş.Ulixanov küçəsi ilə “Yubileyni” mağazası istiqamətində yerləşən dairəyə getmişlər, yolda sürücü avtomobili yüksək sürətlə, təxminən 100 km/saat sürətlə idarə etmiş, dairəyə çatdıqda Təqsirləndirilən şəxs Lenin küçəsi istiqamətində sağa dönmüş, o əvvəlcə həmin küçədə yaşayan Alişer Kelimanovu düşürtməsi üçün getdiyini fikirləşmiş, lakin Lenin küçəsi ilə Jtikara xəstəxanasına doğru hərəkət zamanı sürücü Təqsirləndirilən şəxs sürəti artırmasını hiss etmiş, o arxa oturacaqda Aleksey Asanov ilə söhbət etdiyi üçün sürət artımına fikir verməmiş, qabaq oturacaqda isə X32 Hacıyev ilə söhbət etmiş, maşının salonunda aralarında heç bir münaqişə olmamış, o, Aleksey Asanov və Alişer Kelimanov sürücü Təqsirləndirilən şəxs toxunmamış, sükandan yapışmamış və ona bədən xəsarəti yetirməmişlər, yol nəqliyyat hadisəsi zamanını xatırlamır, yalnız avtomobilin nəyə isə dəydiyini xatırlayır, əvvəlcə hansısa maşınla toqquşduğunu fikirləşmiş, lakin sonra başı dəydiyi üçün huşunu itirmiş, maşının hərəkət hissəsinin hüdudlarından kənara atılaraq elektrik dirəyi ilə toqquşduğu anı xatırlamır, baş vermiş hadisə haqqıda ona özünə gəldikdən sonra xəstəxanada demişlər. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs əlavə ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə o, sevgilisi Aleksey Asanov, kürəkəni Alişer Kelimanov şəhərin köhnə hissəsində yerləşən “Ali Baba” kafesindən çıxmışlar, daha sonra kürəkəni Alişer Kelimanov tanışı, taksi sürücüsü Təqsirləndirilən şəxs çağırmış, o, Təqsirləndirilən şəxs məxsus olan “VAZ-2114” markalı maşın arxa oturacağında Aleksey Asanovla ilə birlikdə oturmuş, Alişer Kelimanov isə qabaq oturacaqda oturmuş, o sürücünün arxasında oturduğu üçün onun sifətini görməmiş, yalnız arxadan bədən quruluşunu görmüş, onlar əvvəlcə Ş.Ulixanov küçəsi ilə “Yubileyni” mağazası istiqamətində yerləşən dairəyə getmişlər, yolda sürücü avtomobili yüksək sürətlə, təxminən 100 km/saat sürətlə idarə etmiş, dairəyə çatdıqda Təqsirləndirilən şəxs Lenin küçəsi istiqamətində sağa dönmüş, sürücü Təqsirləndirilən şəxs sürəti artırmasını hiss etmiş, yol nəqliyyat hadisəsi zamanını xatırlamır, hər şey ani olaraq baş vermiş, əvvəlcə ağaca dəymiş, sonra isə elektrik dirəyinə dəyərək yolun hərəkət hissəsindən kənara çıxmış, maşının salonunda hər şey normal olmuş, aralarında heç bir münaqişə olmamış, o Aleksey Asanovla, Alişer isə sürücü Təqsirləndirilən şəxs ilə söhbət etmiş, o, Aleksey Asanov və Alişer Kelimanov sürücü Təqsirləndirilən şəxs toxunmamış, sükandan yapışmamış, sürücünün başına və kürəyinə zərbələr endirməmiş, “Əli Baba” kafesində o pivə içmiş, Aleksey Asanov və Alişer Kelimanov isə bir şüşə konyak içmiş, lakin hamısı adekvat vəziyyətdə olmuş və baş verənləri xatırlamış, hazırda “VAZ-2114” markalı maşının sürücüsü Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istəmişdir. Məhkəmə əlavə olaraq hüquqi yardımın göstərilməsinə dair sorğuya əsasən, Qazaxıstan Respublikası Konstanay Vilayətinin Jitikara Rayon Məhkəməsi tərəfindən dindirilmiş Zərərçəkmiş şəxs ifadəsini elan etmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, sevgilisi Aleksey Asanov, Alişer Kelimanov ağır dərəcədə sərxoş olmuşlar, daha sonra Alişer Kelimanov tanışı taksi sürücüsü Təqsirləndirilən şəxs çağırmış, o Təqsirləndirilən şəxs məxsus olan avtomobilin arxa oturacağında Aleksey Asanovla ilə birlikdə oturmuş, Alişer Kelimanov isə qabaq oturacaqda oturmuşdur. Alişer Kelimanovla taksi sürücüsünün nə danışmasını eşitməmişdir. O, Təqsirləndirilən şəxs avtomobili yüksək sürətlə idarıə etməsini avtomobilin sürətini ölçən cihazdan görməmiş, sadəcə avtomobilin hərəkətindən hiss etmişdir. Eyni zamanda avtomobildə Təqsirləndirilən şəxs qarşı aqressiv reaksiyalar olmamışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə zərərçəkmiş şəxsin hüquqi varisi X8 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, X20 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, oğlu X14 xx.xx.2000-ci il tarixdən Zərərçəkmiş şəxs ilə mülki nikahda olmuş, xx.xx.2019-cu il tarixdə onların toyu olmalı imiş, Aleksey “Bisenbayev” FS-də ət sexində işləmiş, Aleksey ona toydan əvvəl “Enjoy” kafesində dostları ilə yığışaraq qeyd etmək istədiyini, Kristinanın isə öz rəfiqələri ilə “Əli Baba” kafesində qeyd etmək istəməsini demiş, 29 iyun 2019-cu il tarixdə saat 05:00 radələrində Alişer Kelimanovun arvadı Veronika Kreydo onların evlərinə gələrək yol nəqliyyat hadisəsinin baş verməsini demiş, Veronika ona Kristinanın rəfiqələri ilə “Əli Baba” kafesində oturmalarını, sonra Veronika uşağı ağladığı üçün evə tez getmiş, qızlar isə “Ali Baba” kafesində qalmış, həmçinin Veronika ona Alişerin Alekseylə “Ali Baba” kafesinə Kristinanı götürmək üçün getmiş, sonradan oğlu Aleksandr ona 29 iyun 2019-cu il tarixə keçən gecə “Qornıy lyon” kafesində toy olmasını, toyda olanların kafenin yanında yüksək surətlə Jitikar şəhəri, Lenin küçəsi istiqamətinə qədər gedən maşını və bir neçə saniyə sonra dirəklərdə fənərlərin söndüyünü görmələrini demiş, 30 iyun və 31 iyun 2019-cu il tarixdə o, anası Raisa Panfilova, əri, kürəkəni X21 və bacısı X10 ilə xəstəxanaya oğluna baş çəkməyə getmiş, xəstəxanadan çıxdıqda “Avtoimport” moykasına getmiş, moykada çalışan oğlan söhbət zamanı Aleksey və Alişerin “Ali Baba” kafesinə qızları götürməyə getməsini, kafedən çıxdıqda Zərərçəkmiş şəxs, Aleksey və Alişer VAZ-2114 markalı taksiyə oturmuş, taksinin sükanı arxasına Təqsirləndirilən şəxs oturmuş, o isə ikinci taksi ilə Kristina Kurqanskaya ilə birlikdə oturaraq birinci taksinin arxası ilə getmiş, təxminən 5 dəqiqə sonra Lenin küçəsində “Şans” mağazasının qarşısında yol nəqliyyat hadisəsi baş verməsini görmüş, maşına tərəf qaçdıqda Alişer yolda huşsuz vəziyyətdə olmuş, sürücü Təqsirləndirilən şəxs isə maşından özü çıxmasını demiş, 08 iyul 2019-cu il tarixdə saat 23:10 radələrində ona Jitikara rayon mərkəzi xəstəxanasından zəng edərək oğlu X9 öldüyünü demişlər. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X20 əlavə ifadəsində ilkin ifadəsini təsdiq edərək göstərmişdir ki, oğlunun dəfn mərasimində pul vəsaitləri, yəni Jitikara morqunda ritual xidmətlərə pul xərcləmiş, belə ki, o 9000 tenge dəyərində xaç, 19000 tenge dəyərində cənazə, 10000 tenge dəyərində meyit daşımaq üçün maşın, dəfn etmək üçün yerə 36800 tenge, meyidin emalına (ritual xidmətlər) 19500 tenge cəmi ümumilikdə 66.300 tenge ödəmiş, həmçinin “Alpinariy” restoranında yas naharına məndəki qəbzlərə görə 287850 tenge, dərmanlara görə 13919 ttenge olmaqla ümumilikdə 396069 tenge pul xərcləmiş, oğlu Aleksey Asanovun ölümünə görə 10.000000 tenge dəyərində mənəvi zərər dəydiyini göstərərək ümumilikdə 10 396096 tenge maddi zərərin ödənilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə zərərçəkmiş şəxsin hüquqi varisi X4 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, X11 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, X6 olmuş, oğlu Alişer Jitikar şəhəri, Lenin küçəsi 29 ünvanında arvadı X15 və 2017-ci il təvəllüdlü qızı X12 ilə yaşamış, oğlu Alişer gül satışı ilə məşqul olmuş, 28 iyun 2019-cu il tarixdə saat 22:00 radələrində Alişer evdə olmuş və dostu Aleksey Asanov taksi ilə gələrək onu götürüb oğlanların məclisinə getmiş, o hadisəyə qədər oğlunu bir daha görməmiş, 29 iyun 2019-cu il tarixdə saa 03:20 radələrində həyat yoldaşına Alişerin dostları zəng vuraraq Jitikar RMX-nın qəbul şöbəsinə getməyi bildirmiş, onlar Jitikar RMX-nın qəbul şöbəsinə getdikdə Alişerin dostlarından Şahid1 onlara Alişerin VAZ-2114 markalı taksidə getmiş, Oleq 5 dəqiqə sonra onların ardınca getmiş, maşının sürücüsü yüksək surətlə getmiş, daha sonra Oleq taksidə “Forte Banka” ilə üzbəüz yoldan keçərkən VAZ-2114 markalı maşının artıq elektrik dirəyi ilə toqquşaraq dayanmasını görməsini demiş, bundan başqa hadisə barədə heç nə bilməmiş, oğlu Alişer 03 iyul 2019-cu il tarixdə Jitikar RMX-nın reanimasiya şöbəsində ölmüşdür. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X11 əlavə ifadəsində ilkin ifadəsini təsdiq edərək göstərmişdir ki, oğlu X28 şəhər xəstəxanasında öldükdən sonra dəfni zamanı tərəfindən pul vəsaitləri xərclənmiş, yəni yas mərasimi üçün Dudoçkindən 180000 tenge dəyərində İBM başı, Maşkenovdan 490000 tenge dəyərində at başı, “Ritual” FS-da 160000 tenge dəyərində heykəl, “İşanov” FS-da 1ədədi 185 tengedən 550 kərpic (ümumilikdə 101750 tenge) 1 kisəsi 1850 tengedən 5 kisə sement (ümumilikdə 111000 tenge) almaqla cəmi 941000 tenge xərcləmişoğlu Alişer Kelimanovun oğlunun ölümü ilə bağlı ona 10 000000 tenge dəyərində mənəvi ziyan dəymiş, ümumilikdə 10941000 tenge pulun tululub ona verilməsini istəmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, atası və anası ilə birlikdə yaşayır, “İvanenko” FS-da septiklərə xidmət göstərməklə məşqul olur, özünə məxsus qara rəngli “Mazda-3” markalı (dövlət qeydiyyat nömrəsi V 0** CM *** region) maşını olmuş, 29 iyun 2019-cu il tarixdə gecə saat 02:00 radələrində şəhərin köhnə hissəsində yerləşən “Əli Baba” kafesində dostu, onun yanına qonaq gəlmiş RF vətəndaşı Şahid5 Naqaşpaiveçlə birlikdə olmuş, kafedə olan vaxt dostu Alişer Kelimanov ilə rastlaşmış, Alişerin yanında isə tanışı Aleksey Asanov olmuş, yanlarında isə adını sonradan bildiyi Təqsirləndirilən şəxs olmuş, Alişer və Aleksey konyak içmiş, Təqsirləndirilən şəxs isə çay içmiş,o və Şahid5 20 dəqiqəyə yaxın onlarla bir yerdə oturmuş, sonra küçəyə çıxmışlar, saat 02:40 radələrində kafe bağlanmış, Alişer Kelimanov ona Aleksey Anasovun yaxında evlənəcəyi qız dostu Zərərçəkmiş şəxs evə aparacaqlar, sonra özü tək ona zəng edəcək və istirahət etməkdə davam edəcəklər, Alişer Kelimanov, Aleksey Asanov və Zərərçəkmiş şəxs tünd göy rəngli VAZ-2114 markalı maşına minmişlər, sükan arxasında Təqsirləndirilən şəxs oturmuş, qabaq oturacaqda Alişer Kelimanov, arxa oturacaqda Aleksey Asanov və Zərərçəkmiş şəxs oturmuş, maşın şəhər istiqamətində hərəkət etmiş, Şahid5 isə özü ilə Kristina Kurqanskayanı aparmış, Kristinanı yaşadığı Severnı mikrorayona aparmaq üçün hərəkət etmiş, Lenin küçəsindəkə şəhər hamamının yanından keçdikdə VAZ-2114 markalı maşın yolunun hərəkət hissəsində kənarda Jitikara RMXistiqamətində “Şans” mağazasının qarşısında dayandığını görmüş, o öş maşınını “Yeqer” kafesinin yanında saxlayaraq maşından çıxdıqda həmin maşından iki metr aralıda dostu Alişer Kelimanovun asfalt üzərində arxası üstə uzandığını görmüş, dərhal Şahid5 təcili yardıma müraciət etməyi bildirmiş, Şahid5 polisə şikayət etmiş, həmçinin küçədə Təqsirləndirilən şəxs maşında olan Alişer Kelimanova yaxınlaşaraq “ölmə” deyə qışqırmağını görmüş, daha sonra gümüşü rəngli VAz-214 markalı maşında tanıdığı Şahid2 və Daniil Qarayev gələrək xəsarət alandarı maşından çıxarmağa çalışmışlar, sol sərnişin tərəfdə sürücü oturacağının arxasında Zərərçəkmiş şəxs çıxartmış, Zərərçəkmiş şəxs şokda olmuş, qışqırmış, daha sonra isə huşunu itirmiş Aleksey Asanovu çıxartmışlar, Aleksey Asanov tərəfdə olan qapı güclü şəkildə deformasiya etmiş və qapını uzun müddət aça bilməmişlər, Təqsirləndirilən şəxs də onlara Kreyde Kristinanı və Aleksey Asanovu maşının salonundan çıxartmağa kömək etmiş, 15 dəqiqə sonra təcili yardım maşını gəlmiş, əvvəlcə Alişer Kelimanovu yerləşdirib xəstəxanaya aparmışlar, sonra Aleksey Asanovu xəstəxanaya getməsi üçün təcili yardım maşınına qoymuşlar, daha sonra isə Zərərçəkmiş şəxs təcili yardım maşınına mindirmişlər, bundan sonra Təqsirləndirilən şəxs də xəstəxanaya yerləşdirilməsinə kömək etmişlər. Məhkəmə əlavə olaraq hüquqi yardımın göstərilməsinə dair sorğuya əsasən, Qazaxıstan Respublikası Konstanay Vilayətinin Jitikara Rayon Məhkəməsi tərəfindən dindirilmiş Şahid1 ifadəsini elan etmiş, Şahid1 ifadəsində göstərmişdir ki, X24 Asanov orta dərəcədə sərxoş olmuşlar, lakin onlar ayaq üstə dura bilmişlər. Həmin vaxt orada bir şüşə konyak spirtli içkisi olmuşdur. Əvvəllər gördüyü və ona taksi sürücüsü kimi təqdim etdikləri Təqsirləndirilən şəxs də onlarla eyni masada əyləşmişdir. Onların arasında hər hansı mübahisə də olmamışdır. Həmin şəxslər maşınə əyləşib uzaqlaşan zaman maşının hansı sürətlə hərəkət etdiyini görməmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid5 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid5 ibtidai istintaq orqanına verdiyi ifadəsində Şahid1lə eyni məzmunlu ifadə vermiş və Oleq İvanovkanın göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid2 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid2 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, 29 iyun 2019-cu il tarixdə gecə saat 03 radələrində özünə məxasus gümüşü rəngli VAZ-2114 markaıl X740TB174 region dövlət qeydiyyat nişanlı avtomobillə dostu Daniil Qorayev ilə Lenin küçəsi tərəfdən Jitikara rayon mərkəzi xəstəxanası istiqamətində hərəkət edərkən küçənin sol tərəfində dirəkdə işığın söndüyün görmüş, “Şans” mağazasının qarşısından tünd bordo rəngli VAZ2114 markalı maşının yol nəqliyyat hadisəsinə düşdüyünü görmüş, dayandıqda maşının yanında tanışları Şahid1 və Şahid5 görmüş, sonra asfaltın üzərində uzanıqlı vəziyyətdə olan oğlanı görmüş, o maşından 5 metr aralıda olmuş, həmin adama yaxınlaşdıqda tanışı Alişer Kelimanov olduğunu bilmiş, Alişerin yerdə xırıldadığını görmüş, həmin maşının yanında adını sonradan bildiyi Təqsirləndirilən şəxs adlı şəxs də görmüş, Atif maşının yanında qışqıraraq arxada yenə adamlar olduğunu demiş, həmin maşının yanında olan Daniil Qorayev, Şahid1 və Şahid5 maşında xəsarət alanları çıxarmağa başlamış, o isə yaxınlıqda yerləşən Jitikar rayon xəstəxanasına gedərək yol nəqliyyat hadisəsi olduğunu və xəsarət alanlar olduğunu demiş, xəstəxanadan ona çağırış edildiyini bildirmişlər, o da yenidən xəsarət alanlara kömək etmək üçün öz maşını ilə yol nəqliyyat hadisəsi baş verən yerə getmiş, xəsarət alanları maşından çıxarmağa kömək edən vaxt maşının arxa salonunda tanıdığı Aleksey Asanov ilə Zərərçəkmiş şəxs görmüş, 10 dəqiqə sonra birinci təcili yardım maşını gəlmiş və onlar Alişer Kelimanovu yerləşdirmişlər, sonra ikinci təcili yardım maşını gəlmiş və Aleksey Asanovu aparmış, bundan sonra isə təcili yardım maşınları Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs xəstəxanaya aparmışlar, o əvavəlcə anasının işlədiyi “Şokalad” kafesinə getmiş, yarım saatdan sonra Jitikara rayon xəstəxanasının qəbul şöbəsinə getmiş, yol nəqliyyat hadisəsinin hansı səbəbdən baş verməsini xəstəxanada olanlardan heç kim bilməmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid4 Aleksandroviçin ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid4 Aleksandroviç ibtidai istintaq orqanına verdiyi ifadəsində Şahid2lə eyni məzmunlu ifadə vermiş və Şahid2 göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahid X1 btidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, X5 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, 29 iyun 2019-cu il tarixdə tanışı Zərərçəkmiş şəxs nigaha daxil olması ilə bağlı “Ali Baba” kafesində rəfiqələri ilə toplaşmış, kafedə pivə içmişlər, sonda masa arxasında ikisi olmuş, sonradan kafeyə Aleksey Asanov və Alişer Kelimanov da gəlmiş, bir az oturduqdan sonra kafe bağlandığı üçün çıxmışlar, kafenin qarşısında Kristina, Alişer və Aleksey ilə dayanan vaxt, kafenin qarşısına Şahid1 və Şahid5 görmüş, küçədə Kristina, Alişer və Aleksey adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi tünd bordo rəngli VAZ-2114 markalı maşınla getməyə qərar vermiş, Alişer Kelimanov ön sərnişin toturacağında, Kristina sürücünün arxasında, Aleksey isə onun yanında oturduqdan sonra avtomobilləri şəhər istiqamətində hərəkətə başlamış, sonra o Şahid5la birlikdə Oleqin maşınına oturmuş, Oleq hamısının yaşadıqları Severnı mikrorayon istiqamətində hərəkət etməyə başlamış, Lenin küçəsində şəhər hamamının yanında keçən vaxt VAZ-2114 markalı maşının yolun hərəkət hissəsinin kənarında Jitikara RMX istiqamətində “Şans” mağazasının qarşısında durduğunu görmüşlər, Şahid1 maşını saxlayıb maşından çıxmış, sonra Şahid5 maşından çıxmış ona isə maşından çıxmamağı demişlər, maşından çıxdıqda VAZ-2114 markalı maşının dirəyi aşırıb ağaca dəyməsini görmüş, həmçinin yerdə maşından 2 metr aralıda Alişer Kelimanovun yerdə uzanıqlı vəziyyətdə olmasını görmüş, X34 təcili yardım çağırmağı demiş, həmin vaxt yanlarında gümüşü rəngli VAZ-2114 markalı maşınla əvvəllər tanıdığı Şahid2 və Daniil Qorayev gəlmiş, hamısı bir yerdə maşından sərnişinləri çıxartmağa başlamış, sol sərnişin tərəfdən sürücü oturacağının arxasında Zərərçəkmiş şəxs çıxarmışlar, sonra Aleksey Asanovu huşunu itirmiş vəziyyətdə çıxartmışlar, 15 dəqiqə sonra təcili yardım maşını gəlmiş birinci olaraq Alişer Kelimanovu, daha sonra Aleksey Asanovu, üçüncü isə Zərərçəkmiş şəxs aparmış, Kristina həmin vaxt şokda olmuş, həmçinin Təqsirləndirilən şəxs xəstəxanaya yerləşdirilmiş, Atifin körpücük sümüyü sınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 29 iyun 2019-cu il tarixli, “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisənin baş verdiyi yerdə yol ikitərəflidir, asfalt döşəmədir, quru və düzdür, yolun ümumi eni 12,8 metrdir, elekrik işığı ilə işıqlandırılır, avtomobilin əyləc yolu yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 29 iyun 2019-cu il tarixli, əməlin yenidən tövsif edilməsi haqqında qərardan görünür ki, 03 iyul 2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində xəsarət almış X25 almış olduğu bədən xəsarətləri nəticəsində xəstəxananın reanimasiya şöbəsində ölməsinə görə cinayət işi Qazaxıstan Respublikası CM-nin 345-ci maddəsinin 1-ci hissəsindən Qazaxıstan Respublikası CM-nin 345-ci maddəsinin 3-cü hissəsinə tövsif edilərək istintaqı davam etdirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 29 iyun 2019-cu il tarixli, əməlin yenidən tövsif edilməsi haqqında qərardan görünür ki, 09 iyul 2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində xəsarət almış X14 almış olduğu bədən xəsarətləri nəticəsində xəstəxananın reanimasiya şöbəsində ölməsinə görə cinayət işi Qazaxıstan Respublikası CM-nin 345-ci maddəsinin 3-cü hissəsindən Qazaxıstan Respublikası CM-nin 345-ci maddəsinin 4-cü hissəsinə tövsif edilərək istintaqı davam etdirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25 iyul 2019-cu il tarixli şübhəli şəxs olaraq tanınma haqqında qərardan görünür ki, Jitikara şəhər və rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı İ.İ.Nurjanova tərəfindən 25 iyul 2019-cu il tarixli qərarı ilə, xx xxxxxx 1987-ci ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı Hacıyev X26 Respubiikası CM-nin 345-ci maddəsinin 4-cü hissəsi ilə nəzərdə tutulan cinayət əməlini, yəni nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarını pozaraq iki və daha çox şəxsin ölümünə səbəbə olmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Qazaxıstan Respublikası Jitikar vilayət məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01 avqust 2019-cu il tarixli, şübhəli şəxsin barəsində axtarış elan olunması haqqında qərardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs istintaqdan qaçıb gizləndiyinə görə onun barəsində 01 avqust 2019-cu il tarixdə axtarış elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17 sentyabr 2019-cu il tarixli qərardan görünür ki, 17 sentyabr 2019-cu il tarixdə Xəzər rayon prokuroru, baş ədliyyə müşaviri Fəxri Ələsgərov tərəfindən Azərbaycan Respublikası DİNnin NBPİ-nin X30 İdarəsindən daxil olmuş Xid-1034/19 saylı material əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası vətəndaşı olduğu üçün onun Azərbaycan Respublikası Konstitusiyasının 53-cü maddəsinin 2-ci hissəsinə əsəsən xarici dövlətə verilməsinin mümkün olmaması, ailəsi ilə birlikdə Sumqayıt şəhəri, məhəllə 7-8-12, ev 12 A, mənzil 36-da yaşamasını nəzərə alaraq onun barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 28 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxsn barəsində cinayət təqibinin həyata keçirilməsi üçün həmin cinayət işi Qazaxıstan Respubükasi Baş Prokurorluğu vasitəsilə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 08 iyul 2019-cu il tarixli, protokoldan görünür ki, fotoşəkil üzrə tanınma istintaq hərəkəti keçirilmiş və Şahid1 4 nömrəli fotoşəkili göstərərək həmin şəxsi əvvəllər tanımadığını, xx.xx.2019-cu il tarixdə yol nəqliyyat hadisəsi yerində hadisə törətmiş avtomobilin sürücüsü kimi tanıdığı Təqsirləndirilən şəxsdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 08 iyul 2019-cu il tarixli, protokoldan görünür ki, fotoşəkil üzrə tanınma istintaq hərəkəti keçirilmiş və Şahid5 4 nömrəli fotoşəkili göstərərək həmin şəxsi dəfələrlə tanışı Alişer Kelimanovla gördüyü Təqsirləndirilən şəxsdur. xx.xx.2019-cu il tarixdə saat 03:00 radələrində “Ali Baba” kafesinin qarşısından Alişer Kelimanov, Aleksey Asanov və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2114 markalı avtomaşınla getmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 08 iyul 2019-cu il tarixli, protokoldan görünür ki, fotoşəkil üzrə tanınma istintaq hərəkəti keçirilmiş və Şahid2 4 nömrəli fotoşəkili göstərərək həmin şəxsi əvvəllər tanımadığını, xx.xx.2019-cu il tarixdə yol nəqliyyat hadisəsi yerində hadisə törətmiş avtomobilin sürücüsü kimi tanıdığı Təqsirləndirilən şəxsdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 08 iyul 2019-cu il tarixli, protokoldan görünür ki, fotoşəkil üzrə tanınma istintaq hərəkəti keçirilmiş və X16 4 nömrəli fotoşəkili göstərərək həmin şəxsi əvvəllər tanımadığını, xx.xx.2019-cu il tarixdə yol nəqliyyat hadisəsi yerində hadisə törətmiş avtomobilin sürücüsü kimi tanıdığı Təqsirləndirilən şəxsdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 08 iyul 2019-cu il tarixli, protokoldan görünür ki, fotoşəkil üzrə tanınma istintaq hərəkəti keçirilmiş və X2 4 nömrəli fotoşəkili göstərərək həmin şəxsi əvvəllər tanımadığını, xx.xx.2019-cu il tarixdə yol nəqliyyat hadisəsi yerində hadisə törətmiş avtomobilin sürücüsü kimi tanıdığı Təqsirləndirilən şəxsdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi ekspertizasının 03 iyul 2019-ci il tarixli, 12-12-12/216 nömrəli rəyindən görünür ki, -1995-ci təvəllüdlü Kelimanov A.A. ölümü zorakıdır, qapalıü kəllə-beyin travması, beynin zədələnməsi, beynin şişməsi, beynin əsasına keçməklə beynin hər iki yarımkürəsinə subaraxnoidal qansızma, soldan piramida və türk yəhərinə keçməklə pullu sümüyün, gicgah sümüyünün qapalı sınığı nəticəsində əmələ gəlib, xx.xx.2019-cu ildə Jitikar RMX reanimasiyap şöbəsində ölüb. -1995-ci il təvəllüdlü Kelimanov A.A. cəsədini tədqiq edərkən qapalı kəllə-beyin travması, soldan piramida və türk yəhərinə keçməklə pullu sümüyün, gicgah sümüyünün qapalı sınığı, beyin əsasına keçməklə beynin hər iki yarımkürəsinə subaraxnoidal qansızma, beynin zədələnməsi, beynin şişməsi formasında bədən xəsarətləri aşkar edilmişdir ki, onlar vurulduğu zaman həyat üçün təhlükəli olan və zərərçəkmiş şəxsin ölməsi ilə nəticələnən sağlamlığa ağır zərər yetirməyə aid edilirlər. -1995-ci il təvəllüdlü Kelimanov A.A. cəsədini zahiri tərəfini tədqiq edən zaman sağ çiynin xarici səthi üzrə geniş sıyrıntılar, boynun ön səthindən buxaq nahiyəsinədək yumşaq toxumaların geniş qansızması formasında bədən xəsarətləri aşkar edilib və onlar ağırlıq kateqoriyasına görə sağlamlığa yüngül zərər vurmaya aid edilirlər. -yuxarda təsvir edilmiş bütün bədən xəsarətləri eyni vaxtda, qərarda göstərilmiş müddət və şəraitdə alına bilər. -cəsədi tədqiq edən zaman ölümün əsas səbəbinə təsir göstərə biləcək xəstəliklər aşkar edilməyib. -xx.xx.2019-cu il tarixli 1165 nömrəli akta əsasən 1995-ci il təvəllüdlü Kelimanov A.A. qanından etil spirti aşkar edilməyib. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi ekspertizasının 09 iyul 2019-ci il tarixli, 12-12-12/223 nömrəli rəyindən görünür ki, - 1997-ci təvəllüdlü X9 ölümü zorakıdır, açıq kəllə-beyin travması, beynin zədələnməsi, beynin şişməsi, beynin hər iki tərəfinə subaraxnoidal qansızma, kəllə qapağının sümüyünün sınığı, soldan gicgah sümüyünün, hər iki kəllə çuxuruna, sağdan gicgah sümüyünün piramidasına keçməklə soldan pulu gicgah sümüyünün sınığı, xx.xx.2019-cu ildə Jitikar RMX reanimasiya şöbəsində ölüb. -1995-ci il təvəllüdlü Asanov A.A. cəsədini tədqiq edərkən açıq kəllə-beyin travması, kəllə qapağının sümüyünün sınığı, soldan gicgah sümüyünün, hər iki kəllə çuxuruna, sağdan gicgah sümüyünün piramidasına keçməklə soldan pulu gicgah sümüyünün sınığı, beynin zədələnməsi, hər iki tərəfində subaraxnoidal qansızma, sağdan alt çənənin qapalı sınığı formasında bədən xəsarətləri aşkar edilmişdir ki, onlar vurulduğu zaman həyat üçün təhlükəli olan və zərərçəkmiş şəxsin ölməsi ilə nəticələnən sağlamlığa ağır zərər yetirməyə aid edilirlər. -yuxarda təsvir edilmiş bütün bədən xəsarətləri eyni vaxtda, qərarda göstərilmiş müddət və şəraitdə alına bilər. -cəsədi tədqiq edən zaman ölümün əsas səbəbinə təsir göstərə biləcək xəstəliklər aşkar edilməyib. -Asanov A.A. adına Jitikar RMX açılmış stasionar kartoçkada zərərçəkmişin reanimasiya şöbəsinə daxil olarkən sərxoş vəziyyətdə olduğu qeyd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Kostanoy vilayəti üzrə Məhkəmə Ekspertizaları İnstitutunun 18 iyul 2019-cu il tarixli, 3483 nömrəli yol-nəqliyyat hadisəsinin və nəqliyyat vasitəsinin məhkəmə ekspertizası rəyindən görünür ki, «VAZ-2114» markalı minik, «O 9**-PC-*** rus» dövlət qeydiyyat nişanlı avtomobilin sükan idarə etməsi, hərəkət hissəsi və əylənc sistemi maneə ilə toqquşmadan əvvəl saz vəziyyətdə olmuş, balkanın sol tərəfinin və əylənc barabanının dağıntısı bilavəsitə YNH zamanı sərt obyektlə toqquşmadan yaranmışdır. Nəqliyyat vasitəsində olan xəsarətlər bilavəsitə YNH anı yaranmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-histologiya tədqiqatı ekspertinin 22 iyul 2019-cu il tarixli, 936 nömrəli rəyindən görünür ki, X17 cəsədinin daxili orqanlarından təqdim edilmiş parçalardan görünür ki, subaraxnoidal qansızma, beynin şişi və neyroistlərinin distrofiyası. Beynin cisminə xırda ocaqlı diapedez qansızma. Distelaktaz, ağ ciyərin ocaqlı alveolyar şişi. Ürəkdə ocaqlı fraqmentasiya, çox ehtimal ki, aqonal vəziyyətin əlaməti kimi miokardın əzələ liflərinidalğavari deformasiyası. Böyrək kanallarının epitelinin zülal distrofiyası. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-histologiya tədqiqatı ekspertinin 22 iyul 2019-cu il tarixli 938 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X9 cəsədinin daxili orqanlarından təqdim edilmiş parçalardan görünür ki, beynin yumşaq qişasına böyük həcmdə qansızma və beyin cisminin toxumasında destruksiya. Serozlu iltihablı meningit. Ağ ciyərin distelaktazı, ocaqlı iltihablı pnevmonayiya. İltihablı bronxit. Ürəkdə ocaqlı fraqmentasiya, çox ehtimal ki, aqonal vəziyyətin əlaməti kimi miokardın əzələ liflərinin dalğavari deformasiyası. Qara ciyərdə serroz hepatitinin əlamətləri. Böyrək kanallarının epitelinin zülal distrofiyası. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Nursultan şəhəri üzrə Məhkəmə Ekspertizaları İnstitutunun 21 avqust 2019-cu il tarixli, 1580 nömrəli yol nəqliyyat hadisəsinin və nəqliyyat vasitəsinin məhkəmə ekspertizanın rəyindən görünür ki, xx.xx.2019-cu il tarixli qərarda göstərilən məlumatlara əsasən hadisədən əvvəl və hadisə zamanı avtomobilin sürətini təyin etmək mümkün deyil. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Qazaxstan Respublikası ƏN-nin Məhkəmə Ekspertizaları İnstitutunun (MEİ) filiyalının Nursultan şəhəri üzrə MEİ-nin 02 dekabr 2019-cu il tarixdə, 249 nömrəli əlavə kompleks yol-nəqliyyüat hadisəsinin və nəqliyyat vasitəsinin məhkəmə ekspertizası rəyindən görünür ki, təqdim olunmuş materialların qrafiki analizi və aparılmış modelləşdirilməyə əsasən nəqliyyat vasitəsinin və ağacın qarşılıqlı yerləşmə versiyasına görə «VAZ-2114» markalı minik, (dövlət qeydiyyat nömrəsi O 9**-PC-***) avtomobilin ilkin təmas anında surəti təxminən 85,0 km/saata bərabərdir. Sürətin tədqiqi zamanı istifadə edilmiş metodika sürətin həqiqi ölçüsünü təyin etməyə iddia etməyib faktiki olaraq qiymətləndirmə məsələlərinin həlli üçün bir parametrdir. Nəqliyyat vasitəsinin sürətinin ölçülməsi üçün daha səmərəlisi toplanmış sübutların məcmusu, bu və ya digər şəxslərin ifadələri, istintaq tədbirlərinin keçirilməsidir ki, bu da işə mahiyyəti üzrə baxan şəxsin səlahiyyətindədir. Yol nəqliyyat hadisəsinin mexanizmi və VAZ-2114 markalı (dövlət qeydiyyat nömrəsi O 9**-PC-***) avtomobilin mümkün trayektoriyası 2-ci və 3-cü sualların tədqiqat hissəsində, habelə 1-ci sualla bağlı modelləşmədə təqdim olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Kostanoy vilayəti üzrə məhkəmə ekspertizalar institutunun Məhkəmə tibbi ekspertizanın 20 mart 2020-ci il tarixli 12-12-09/204 nömrəli rəyindən müəyyən olunur ki, xx.xx.2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs açıq kəllə beyin travması, alın sümüyünün sınığı, yüngül dərəcəli beyin zədəsi, soldan 6-cı qabırğanın 6-cı qabırğasının sınığı, sağ tərəfdən qasıq sümüyünün sınığı, bu da sağlamlığa üç həftədən artıq /21 gün/ müddətə zərər yetirdiyindən orta dərəcəli zərəryetirməyə aid edilir. -bu bədən xəsarətləri, bədən xəsarətində iz əmələgətirici əlamətlər əks olunmadığından, dəqiq görünüşünü müəyyən etməyin mümkün olmadığı sərt küt predmetin /predmetlərin/ təsiri nəticəsində əmələ gələ bilər. - bu bədən xəsarətləri qərarda göstərilmiş müddətdə əmələ gələ bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Kostanoy vilayəti üzrə məhkəmə ekspertizalar institutunun Məhkəmə tibbi ekspertizanın 20 mart 2020-ci il tarixli 12-12-09/205 nömrəli rəyindən müəyyən olunur ki, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədənində politravmalar, C3-C5 qapalı sınıqları, h-1 Th-3 qapalı kompressiv qəlpəli ağırlaşmamış stabil sınığı, sağ tərəfdən 1-ci qabırğanın sınığı, yerini dəyişmədən oynaq nahiyəsindən milin qapalı sınığı, qapalı baş beyin travması, beynin silkələnməsi, başın tüklü hissəsinin yumşaq toxumalarının sıyrıntıları, bu da sağlamlığa üç həftədən artıq /21 gün/ müddətə zərər yetirdiyindən orta dərəcəli zərəryetirməyə aid edilir. -bu bədən xəsarətləri, bədən xəsarətində iz əmələgətirici əlamətlər əks olunmadığından, dəqiq görünüşünü müəyyən etməyin mümkün olmadığı sərt küt predmetin /predmetlərin/ təsiri nəticəsində əmələ gələ bilər. - bu bədən xəsarətləri qərarda göstərilmiş müddətdə əmələ gələ bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə yol-nəqliyyat ekspertizasının 8/2989 nömrəli 09 dekabr 2021-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, VAZ-2114 markalı, O-9**-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayyət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-psixatrik ekspertizasın 22 noyabr 2021-ci il tarixli 704 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən, hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin muvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin muvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl, cinayət əməlini törədərkən və hazırki ekspertiza zamanı X29 pozuntusu XTB-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.4 xəstəliyi keçirmişdir və keçirir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər, anamnestik məlumatlar və hazırkı ekspertiza (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, hövsələsizlik və acıqlı olması, onda əsəbiliyə meyillilik aşkar edilməsi, davranışında teatrallıqmüşahidə olunması, diqqət mərkəzində olmağa çalışaraq hər vəchlə ağır xəstə olduğunu sübut etməyə çalışması, aqravasiya (şikayətlərin şişirdilməsi) əlamətləri müşahidə edilməsi, tez qıcıqlanması, xırda qıcığa isterik tipli reaksiyalarla cavab verməsi və s.) imkan verir. Hacıyev X22 İsterik Tipli Pozuntusu XTB-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.4 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma (kompensasiya) mərhələsində olduğundan o hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni Anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkərlərini idarə etmək iqtidarındadır. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs 2004-cü ildə Gəncə şəhər Psixonevroloji Dispanserində «İsteriya, X29 pozulması» diaqnozla qeydiyyata götürülməsi, Kəpəz rayon hərbi komissarlığının göndərişi əsasında dispanserdə 4 dəfə ambulator şəraitdə müayinə olunaraq həmin diaqnozun təsdiq edilməsi, xəstəliyi ilə əlaqədar olaraq sülh dövründə hərbi xidmətə yararsız hesab edilməklə hərbi xidmətdən möhlət hüququ verilməsi, bu müddət ərzində psixatrik stasionarda müalicə olmaması, ekspertiza zamanı törətmiş olduğu cinayət əməli barəsində ətraflı məlumat verməsə də törətmiş olduğu cinayət əməlini etiraf etməsi, cinayət əməlini törədərkən, istintaq və istintaq və hazırkı ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, ekspertiza zamanı onda qavrama, yaddaş, təfəkkür, intellekt pozğunluqlarının aşkar olunmaması, psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar edilməməsi, düşdüyü vəziyyətə tənqidi münasibət bəsləməsi, onda müşahidə edilən emosiya və davranış pozuntularının (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz və acıqlı olması, onda əsəbiliyə meyillilik aşkar edilməsi, davranışında teatrallıq müşahidə olunması, diqqət mərkəzində olmağa çalışaraq hər vəchlə ağır xəstə olduğunu sübut etməyə çalışması, aqravasiya (şikayətlərin şişirdilməsi) əlamətləri müşahidə edilməsi, tez qıcıqlanması, xırda qıcığa isterik tipli reaksiyalarla cavab verməsi və s.) az ifadəli olması əsas verir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə kimyəvi-toksikoloji ekspertizanın 02 iyul 2019-cu il tarixli 2090 nömrəli aktı ilə müəyyən edilmişdir ki, 19875-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qan nümunəsinin etil spirtinin olub-olmamasını müəyyən etmək məqsədilə həyata keçirilmiş analizin nəticəsində qanda etil spirti aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə RQİ və TBŞ-nə sorğu verilmiş və 20 noyabr 2021-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən, xx.xx.2026-cı il tarixədək AC- 625035 saylı BC kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və sürücülük hüququndan məhrum edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin arayışından göründüyü kimi, X31 əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək məhkəməyə verdiyi ifadədə, idarə etdiyi avtomobilin sürətinin 60-70 km/saat olduğunu və avtomobili idarə edərkən ona zərbə endirilməsi nəticəsində idarəetməni itirdiyini, daha sonra isə baş vermiş hadisəni xatırlamadığını bildirməsinə dair göstərdiyi xüsusatlarla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs göstərdiyi sözügedən xüsusatlar iş üzrə toplanmış çoxsaylı danılmaz sübutlarla (təqsirləndirilən şəxsin ilkin ifadəsi, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, sənədlər və maddi sübutlar) təkzib edilmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi sözügedən xüsusatlara tənqidi yanaşır və vurğulayır ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi sözügedən xüsusatlar ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Belə ki, Qazaxıstan Respublikası ƏN-nin Məhkəmə Ekspertizaları İnstitutunun (MEİ) filiyalının Nursultan şəhəri üzrə MEİ-nin 02 dekabr 2019-cu il tarixdə, 249 nömrəli əlavə kompleks yol-nəqliyyüat hadisəsinin və nəqliyyat vasitəsinin məhkəmə ekspertizası rəyindən görünür ki, təqdim olunmuş materialların qrafiki analizi və aparılmış modelləşdirilməyə əsasən nəqliyyat vasitəsinin və ağacın qarşılıqlı yerləşmə versiyasına görə «VAZ-2114» markalı minik, (dövlət qeydiyyat nömrəsi O 9**-PC-***) avtomobilin ilkin təmas anında surəti təxminən 85,0 km/saata bərabərdir. Sürətin tədqiqi zamanı istifadə edilmiş metodika sürətin həqiqi ölçüsünü təyin etməyə iddia etməyib faktiki olaraq qiymətləndirmə məsələlərinin həlli üçün bir parametrdir. Nəqliyyat vasitəsinin sürətinin ölçülməsi üçün daha səmərəlisi toplanmış sübutların məcmusu, bu və ya digər şəxslərin ifadələri, istintaq tədbirlərinin keçirilməsidir ki, bu da işə mahiyyəti üzrə baxan şəxsin səlahiyyətindədir. Yol nəqliyyat hadisəsinin mexanizmi və VAZ-2114 markalı (dövlət qeydiyyat nömrəsi O 9**-PC-***) avtomobilin mümkün trayektoriyası 2-ci və 3-cü sualların tədqiqat hissəsində, habelə 1-ci sualla bağlı modelləşmədə təqdim olunmuşdur. Bundan başqa, Məhkəmə yol-nəqliyyat ekspertizasının 8/2989 nömrəli 09 dekabr 2021-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, VAZ-2114 markalı, O-9**-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayyət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlirki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu səbəbdən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 263.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3cü maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məһkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, baş vermiş hadisə nəticəsində özünün də xəsarət almasını və 44 günlük müharibədə (İkinci Qarabağ müharibəsində) yaşadığı evinin yaxınlığına "Elbrus" ballistik raketinin atılması nəticəsində evinin dağılmasını, Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən һallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 12.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikası vətəndaşları olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Bu Məcəllənin 12.5-ci maddəsində göstərilir ki, “bu məcəllənin 12.1-ci maddəsində nəzərdə tutulan şəxslərə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən təyin edilən cəza, ərazisində cinayət törədilmiş xarici dövlətin qanuni ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz. «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» Konvensiyanın cinayət təqibinin həyata keçirilməsi bölməsinin 3-cü bəndində göstərilir ki, sorğu alan Razılığa gələn Tərəfdə cinayət təqibi yalnız o zaman həyata keçirilə bilər ki, əməl Razılığa gələn həmin Tərəfdə də cinayət qanunu ilə cəzalandırılan əməl olsun.Şəxs törədilmiş cəzaya görə məhkum edilərkən, ona təyin edilmiş cəza sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan cəzadan sərt olmamalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası vətəndaşıdır və o cinayəti 2019-cu ilin yanvar ayında Qazaxıstan Respublikasının ərazisində törətmişdir. Onun təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsinin sanksiyasında 5 ildən 10-ilə kimi azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Eyni əməli törətməyə görə həmin vaxt qüvvədə olan Qazaxıstan Respublikasının CM-in 345.4-cü maddəsində isə iki nəfərin ölümünə səbəb olan yol nəqliyyat hadisəsinin tərədilməsinə görə 5 ildən 10 ildədək azadlıqdan məhrum etmə cəzası, 7 ilə qədər isə nəqliyyat vasitəsini idarə etmək və ya hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə əlavə cəzası nəzərədə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi həmin cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 263.3cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddində cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikası CM-in 56.1.1 maddəsinin tələbinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Təqsirləndirilən Təqsirləndirilən şəxs da törətdiyi cinayət eһtiyatsızlıqdan törədilmiş cinayət hesab olunduğundan və o, təqsirli bilindiyi CM-in 263.3-cü maddənin sanksiyasında nəzərdə tutulmiş azadlıqdan məhrumetmə növündə cəzanın minimum həddində yəni 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağından həmin cəzasını Azərbaycan Respublikası CM-in 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-nin 158.2.1-ci maddəsinə əsasə tutulduğu və həbsdə saxlanıldığı müddət, həmçinin CPM-nin 158.2.2-ci maddəsinə əsasən ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Bununla bərabər Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 263.3-cü maddəsinin sanksiyasında həmçinin təyin olunması məcburi olan əlavə cəza-beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası da nəzərdə tutulmuşdur. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası ilə bərabər həmçinin əlavə cəza qismində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası da təyin edilməlidir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası CM-nin müvafiq maddəsinin sanksiyasında əlavə cəza kimi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmənin müddəti yuxarı həddlərdə təyin olunmalıdır. Belə ki, məhkəmə onun gələcəkdə bu növ cinayətləri bir daha törətməməsi üçün bu yolla islah olunacağını daha səmərəli və məqsədyönlü hesab edir. Azərbaycan Respublikası CM-nin 45.2-ci maddəsinə əsasən isə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzalarını çəkməlidir, belə ki, onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə, eləcə də barəsində hər hansı tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsaslar yoxdur. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. İş üzrə maddi sübut kimi tanınmış Qazaxıstan Respublikası Jitikar rayon Polis Şöbəsinin avtomobil dayanacağında saxlanılan VAZ-2114» markalı, (O 9**-PC-*** rus) qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə 1411 (min dörd yüz on bir) manat 70 (yetmiş) qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-ci maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi təqsirləndirilən şəxsin üzərinə qoyulmalıdır. Odur ki, 1411 (min dörd yüz on bir) manat 70 (yetmiş) qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə X11 tərəfindən (48140 manat 04 qəpik) və X20 tərəfindən (45742 manat 70 qəpik) qaldırılmış mülki iddia baxılmamış saxlanılmalı və zərərçəkmiş şəxslərin hüquqi varislərinə onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəmədə mülki iddia qaldırmaq hüququ izah edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona həmin maddə ilə 03 (üç) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının çəkilmə müddəti onun cəza çəkməli olduğu məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm icraya yönəldilənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin olunan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza, ona təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut qismində tanınmış Qazaxıstan Respublikası Jitikar rayon Polis Şöbəsinin avtomobil dayanacağında saxlanılan VAZ-2114» markalı, (O 9**-PC-*** rus) qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılsın. İş üzrə məhkəmə məsrəfləri – 1411 (min dörd yüz on bir) manat 70 (yetmiş) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə X11 tərəfindən (48140 manat 04 qəpik) və X20 tərəfindən (45742 manat 70 qəpik) qaldırılmış mülki iddia baxılmamış saxlanılsın və zərərçəkmiş şəxslərin hüquqi varislərinə və zərərçəkmiş şəxsə, onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəmədə mülki iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar