Məhkəmə qərarları › İş №1(100)-50/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-50/2021

25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-50/2021 25.05.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: X19 oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Tovuz rayonunun Çeşməli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Tovuz rayonu Dondar Quşçu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 2019-cu ilin avqust ayının əvvəllərindən etibarnamə əsasında idarə etdiyi “VAZ 2106” markalı, **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla taksi fəaliyyəti ilə məşğul olarkən ayrı-ayrı vaxtlarda bir neçə dəfə taksi xidməti göstərdiyi həmkəndlisi, xx.xx.1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaq qərarına gəlmiş və 16 dekabr 2019-cu il tarixdə, saat 14:40 radələrində Zərərçəkmiş şəxs xahişi ilə onu rayonun Qovlar şəhərindən evlərinə apararkən istəyinə çatmaq üçün münasib şəraitin əmələ gəldiyini görüb, sonuncunu evlərinə aparmaq əvəzinə əvvəlcədən planlaşdırdığı, Ceyrançöl qış otlaq sahəsinə aparıb orada cinsi əlaqədə olmaq niyyətini həyata keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs aldadıb, guya anasının həmin istiqamətdə yerləşən Kür çayının kənarında tanışı ilə yeyib içdiyini, sərxoş olduğuna görə vəziyyətinin yaxşı olmadığını bildirərək onun yanına getməyi təklif etdikdə anasının sərxoş olduğunu eşidən Zərərçəkmiş şəxs həmin yerə getməyə razılaşdıqdan sonra o, avtomaşınla sonuncunu “Ceyrançöl” qış otlaq sahəsinin Tovuz rayonunun ərazisində yerləşən hissəsinə, çöllük əraziyə aparıb həmin ərazidə, saat 17.30 radələrində idarə etdiyi avtomaşını saxladıqdan sonra arxa oturacağa keçərək Zərərçəkmiş şəxs qolundan tutub onunla cinsi əlaqədə olmaq istədiyini bildirmiş, Anarənin onun təklifini rədd edib yumruqla vuraraq müqavimət göstərməsini və qışqırmasını görüb zor tətbiq etməklə və öldürmə hədəsi ilə Zərərçəkmiş şəxs zorlamaq qərarına gəlmiş, cinayətkar qəsdini başa çatdırmaq məqsədi ilə əvvəlcə avtomobilin salonundan götürdüyü rezin şarı Anarənin boğaz nahiyəsinə keçirməklə və əli ilə vurmaqla ona fiziki zor tətbiq edərək boyun nahiyyəsinin, hər iki körpücük nahiyyələrinin, sağ bazunun, sağ saidin, sol saidin və sol əlin qançırları ilə müşayiət olunan dərəcələri təyin edilməyən xəsarətlər yetirərək müqavimətini qırmış, daha sonra isə avtomobilin saxlanc yerindən götürdüyü istintaqa məlum olmayan bıçağı nümayiş etdirib Zərərçəkmiş şəxs öldürməklə hədələyərək avtomobildən düşüb əvvəlcə öz şalvarını və trusikini aşağı çəkmiş, daha sonra isə fiziki zor tətbiq edərək avtomobilin arxa oturacağında olan Anarənin qolunu arxaya burub əynindəki şalvarını və trusikini aşağı endirərək gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs iradəsi əleyhinə cinsiyyət orqanına daxil etməklə zorla təbii yolla cinsi əlaqədə olaraq sonuncuya sağ böyük cinsiyyət dodağının selikli qişasında olan qansızma sahəsi ilə müşayiət edilən və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirməklə onu zorlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Tovuz rayonu Dondar Quşçu kənd sakini Zərərçəkmiş şəxs əvvəllər bir həmkəndli kimi tanımış, Anarəni kənddə “Nüşü” adı ilə çağırdıqları üçün o da həmişə onu “Nüşü” kimi tanımış, onun həyat yoldaşından boşandığını və 3 övladının olduğunu bilmişdir. Taksi kimi fəaliyyət göstərdiyi üçün bir neçə dəfə lazım olanda Anarə və anasını maşınında bir neçə yerə aparmışdır. 15 dekabr 2019cu il tarixdə saat, 21 radələrində “Dondar Piryezi” deyilən ərazidə “Fidan” şadlıq evinin qarşısında dayanıb müştəri gözləyərkən Anarənin anası Bəsdi onun maşınına yaxınlaşıb öz çantasını toydan çıxanda götürməsi üçün maşınına qoymuş, çanta da həmin günü maşınında qalmışdır. 16 dekabr 2019-cu il tarixdə, saat 09 radələrində axşamdan Anarənin anasının çantası maşınında qaldığı üçün onu verməyə Anarəgilə getmiş, gedəndə darvaza açıq olduğu üçün həyətə keçib Anarənin anası Bəsdini səslədikdən sonra Anarə evin qapısının içəri tərəfindən “anam evdə yoxdur, nolub?” deyə bildirdikdə, o da Anarəyə anasının çantasının onun maşınında qaldığını, onu verməyə gəldiyini söyləmiş, Anarə də cavabında “anam evdə yoxdur, işdədir, çantanı qapının ağzına qoy özüm götürərəm” dedikdən sonra ona “hamamdayam, yarım saatdan sonra gəlib məni götürərsən, Qovlara gedib uşağın müəlliməsi ilə işim var, onunla danışmağa gedəcəm” demiş, o da “yaxşı” deyib kəndlərində yas yeri olduğu üçün ora getmişdir. Təxminən 2-3 saatdan sonra Tovuz rayonunda yerləşən “Asan xidmət”in qarşısında müştəri gözləyən zaman dövlət qeydiyyat nişanını görmədiyi “Daevoo” markalı avtobus saxlamış və avtobusdan sürücünün köməkçisi düşüb taksilərdən “Böyük Kəsiyə” kimin gedə biləcəyini bildirdikdə o da özünün gedə biləcəyini demiş, lakin həmin adamın kim olduğunu bilməmişdir. Həmin şəxs ona balaca bir bağlama verib nömrəsini götürərək bağlamanı verəcəyi şəxsə zəng etmiş, o, həmin şəxslə telefonla danışmış və ona Ağstafa rayonunun ərazisində yerləşən “Yaşılgöl” restoranına bağlamanı gətirməsi tapşırılmışdır. Bağlamanın üstündə onu verəcəyi şəxsin xatırlamadığı adı və nömrəsi olmuş, bağlamanı götürdükdən sonra maşınına benzin tökmüşdür. Öz telefonunu həmin günü səhər tezdən təmirə verdiyi üçün telefon ustası müvəqqəti olaraq ona başqa bir telefon vermiş, avtomobilinə benzin tökdükdən sonra telefonu ilə maraqlanmaq üçün telefonu ustaya verdiyi yer olan “Dondar Piryezinə” getmiş, lakin telefonu hələ düzəlməmişdir. Telefonuna tanımadığı nömrədən zəng gəldiyi üçün həmin nömrəyə zəng elədikdə ona zəng edənin Anarə olduğunu bilmiş və Anarə ona “Qovlarda məktəbin qabağındayam gəl məni evə düşür” demiş, o da Anarəni götürməyə getmişdir. Məktəbin qabağında gözləyən zaman Anarə tanımadığı bir qadınla məktəbdən çıxmış və ona maqazinə getdiyini dedikdə o da Anarəyə “onda svetoforun yanına gedirəm, səni oradan götürərəm” demiş, sonra da svetoforun yanına gedib bir dəfə Anarəyə zəng etsə də telefonu məşğul olmuş, ikinci dəfə zəng edəndə telefona cavab verib ona “gözlə, gəlirəm” demiş və təxminən 5-10 dəqiqədən sonra gəlib evlərinə getmək üçün onun maşınına oturmuşdur. Yolda olanda o Anarəyə Ağstafada tələsik işinin olduğunu, bağlama verəcəyini, tələsmədiyi halda bağlamanı verdikdən sonra onu aparıb evlərinə düşürməyi demiş, Anarə də razılaşmış və maşınını Qovlar polis bölməsinin qarşısı ilə sürüb Bakı-Qazax magistralına çıxdıqdan sonra həmin yolla gedərək Tovuz şəhərinin içərisi ilə Qazax şəhəri istiqamətində hərəkət eləməyə başlamış, şəhər ərazisində Heydər Əliyev prospekti ilə gedən zaman “Target” marketin qarşısında işıqforun qırmızı işığında dayanmış və həmin vaxt Anarə “yaxşı bir oğlan olsaydı yemək alardı yiyərdik” deyə ona bildirmiş, o da düşüb 1litrlik cola, 1 ədəd qril və 2 ədəd plastmas stəkan aldıqdan sonra aldıqlarını arxa qapıdan şüşənin altına qoymuşdur. Daha sonra maşına oturub sürməyə davam etmiş, həmin vaxtı saat təxminən 15-16 radələri olmuşdur. Yolda olan zaman iki dəfə avtomobili saxlayıb tanımadığı şəxslərdən yolunun qısa olması üçün “Yaşılgöl”ə gedən kəsə yolu soruşmuş, “Yaşılgöl” kafesinə çatdıqdan sonra bağlamanı verəcəyi şəxs onun qabağına çıxmış və bağlamanı həmin adama verib qayıtdıqdan sonra Anarə ona həmin restoranda yemək yeyə biləcəklərini bildirmiş, ancaq sonra ona birdən onu burada tanıyacaqlarını demişdir. O da yenidən maşından düşüb restoranda adamların cox olub olmamasını öyrənmək üçün hərlənib yenidən avtomobilə qayıtmış və Anarəyə restoranda adamların az olduğunu bildirmişdir. O, avtomobilə qayıdan zaman Anarənin hansısa polis əməkdaşı ilə danışdığını görmüşdür. Onlar restoranda onları tanıya biləcək adamların ola biləcəyi üçün restorana girməmişlər. Bundan sonra Anarə özünə maşın almaq istədiyi üçün bir neçə dəfə ondan Anarəyə maşın sürməyi öyrətməsini istəmişdir. Həmin gündə Anarə ondan maşın sürməyi ona öyrətməsini xahiş etmiş, buna görə də o, yolun yaxın olacağını zənn edib Ceyrançöl ərazisi ilə Tovuza gedib və boş ərazi olan yerdə Anarəyə maşın sürməyi öyrətmək üçün Tovuz istiqamətində hərəkət etməyə başlamışdır. Ceyrançöl deyilən ərazi ilə gələn zaman yolda maşını saxlayıb tanımadığı şəxsdən yolu soruşmuş və həmin şəxsin göstərdiyi yolla maşını sürməyə davam etmişdir. Poylu körpüsünə çatanda onları polis əməkdaşları və hərbiçilər saxlayıb avtomobilə baxış keçirmişlər. Poylu körpüsündə bütün maşınlar yoxlandığı üçün onun da maşınını yoxladıqdan sonra onlar yollarına davam etmişlər. Poylu körpüsündən bir az qabaqda dəmir yolunun altından keçidin olduğu yerdə yol patrul xidmətinin əməkdaşları yolu kəsdikləri üçün təxminən 15 dəqiqə gözləmişlər. Sonra yol açılmış və onlar Kür çayı istiqamətində hərəkət etməyə başlamışlar. Yolun çətin hissələrini keçdikdən sonra o, avtomobilin oturacağını tam geriyə çəkmiş və Anarə onun qucağında oturub maşını sürməyə başlamışdır. Bu zaman o, Anarənin belini əlləri ilə qucaqlamışdır. Anarə avtomobili təxminən 20 dəqiqə asta idarə elədiyindən maşınının radiatoru qaynatmış və onlar maşını saxladaraq, maşından düşüb arxa oturacağa keçib qrildən 1-2 tikə yemişlər. Hava qaralana yaxın onlar həmin ərazidən çıxıb Tovuz istiqamətində hərəkət etmişlər. Təxminən Əlimərdanlı kəndi ilə Girzan kəndinin arasında Anarə dəfələrlə “gec oldu indi evdə anama nə deyəcəm” deyə təkrarlamağa başlamışdır. O da acıqlı şəkildə Anarəyə “səni zorla gətirməmişəm ki, sən özün mənimlə gəldin” demişdir. Bundan sonra Anarə özünü döyməyə başlamış, o da Anarənin arxada oturduğu üçün fikirləşmişdir ki, birdən Anarə maşının qapısını açıb özünü avtomobildən atar. Buna görə də o, Anarəyə yalvarmağa başlamış, fikrində nə olsa onunla razılaşacağını bildirmişdir. Hadisədən qabaq Anarənin anası ona dəfələrlə qızı ilə ailə həyatı qurmağı ona bildirdiyinə görə fikirləşmişdir ki, bəlkə Anarə buna görə belə edir. Onların arasında mübahisə bir müddət davam etmişdir. Əlimərdanlı kəndinin ərazisini keçdikdən sonra polis maşını qarşı tərəfdən onları ötüb keçmiş, sonra isə geriyə qayıdaraq onu saxlatdırmış, maşını tamamilə saxlamağa az qalmış Anarə maşından tullanmaq istədikdə həmin vaxtı əl atıb onun qolundan tutaraq saxlayıb “qorxma nədən qorxursan, otur maşında, niyə düşürsən, mən özüm gedibgəlirəm” dedikdə Anarə onun sözünə məhəl qoymayıb maşından düşmüş, sonra isə polis maşını gəlib onun maşınının qabağında saxlamış və bir neçə polis əməkdaşları ona zor tətbiq edərək, yerə yıxmışlar. Həmin vaxt Anarə polis əməkdaşlarına guya onu zorla apardığımı bildirmişdir. Daha sonra isə onu polis şöbəsinə aparmışlar. Həmçinin Anarə göstərdi ki, onunla Qazax istiqamətinə gedəndə Anası Bəstinin işlədiyi kafenin yanından keçəndə anasının bayırda olduğunu görüb avtomobilin içərisində əyilərək gizlənmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Tovuz rayonu, Dondar Quşçu kəndində anası X4 və 3 azyaşlı uşağı ilə birlikdə yaşayırlar. 2008-ci ildə X13 ilə rəsmi nikaha daxil olmuş, 2017-ci ildə isə rəsmi olaraq ayrılmışlar. Dondar Quşçu kənd sakini Təqsirləndirilən şəxs həmkəndli kimi taksi fəaliyyəti ilə məşğul olduğu və bir neçə dəfə onu və anasını taksi kimi lazım olan yerə apardığı üçün tanımışdır. 16 dekabr 2019-cu il tarixdə, səhər uşaqlarını məktəbə yola saldıqdan sonra qapıları döyülmüş, həmin vaxtı anası da işdə olduğu üçün evdə heç kim olmamışdır. Qapı döyülən zaman gələnin kim olduğunu soruşduqda həmin şəxs həmkəndlisi, sarı taksisi olan Ceyhun olduğunu bildirdikdə ona “eşidirəm, nə deyirsən” demiş, Ceyhun isə ona dünəndən anasının sellofanının toya gedəndə onun maşınında qaldığını, onu gətirdiyini bildirmiş, o da cavabında Ceyhuna sellofanı qapının ağzına qoymasını demiş, daha sonra isə Ceyhundan taksi kimi boş olub-olmadığını soruşduqda Ceyhun boş olduğunu bildirmişdir. Ceyhundan yarım saatdan sonra gəlib onu Qovlar şəhərinə apara bilib-bilməyəcəyini soruşmuş, Ceyhun da apara biləcəyini deyib çıxıb getmişdir. Çimib çıxdıqdan sonra öz istifadəsində olan mobil nömrə ilə Ceyhuna zəng etsə də zəng çatmadığı üçün məcbur olub saat 12 radələrində başqa maşınla qarşıdan yeni il şənliyi gəldiyi üçün valideyn iclasının olması ilə bağlı uşaqlarının oxuduğu Qovlar şəhər internat məktəbinə getmişdir. Məktəbdə olan zaman saat 12:40 radələrində anası zəng edib ondan harada olduğunu soruşduqda anasına məktəbdə olduğunu bildirmiş, anası da taksi sürücüsünə zəng etdiyini, sürücünün onu gözlədiyini dedikdə, anasına taksi sürücüsünə yarım saatdan sonra gəlməsini dediyini, o da gəlmədiyi üçün başqa maşınla gəldiyini demişdir. Saat 12:45 radələrində Ceyhun ona zəng edib Qovlarda olduğunu, onu gəlib götürə biləcəyini dedikdə Ceyhuna hələ məktəbdə olduğunu demiş, sonuncu ona gözləyə biləcəyini bildirmişdir. Saat 14:30 radələrində Ceyhun yenidən ona zəng edib harada olduğunu soruşduqda ona svetoforun yanında olduğunu bildirmiş, Ceyhun da yaxınlıqda olduğunu bildirmişdir. O, daha sonra anasına zəng edib sosial yardım düzəltdirmək üçün pasport çıxartmalı olduğunu dedikdə anası ona pulunun olmadığını bildirdiyi üçün ona əsəbləşmiş, anası ona yenidən zəng edib işinin olduğunu, sabah gedə biləcəklərini deyib sağollaşmışdır. Bundan sonra o, Ceyhunun sarı rəngli Vaz 2106 markalı avtomobilini görüb yaxınlaşmış və avtomobilə əyləşmiş, onu evlərinə aparan zaman Ceyhun ona anasının Kürün qırağında sərxoş olduğu üçün vəziyyətinin yaxşı olmadığını demişdir. O, anasının kiminlə içdiyini soruşmuş, Ceyhun da ona anasının “toyotalı kişi” ilə içdiyini demişdir. Həmin “toyotalı kişi” də anasının şəriki olduğu üçün arada anasını evlərinə gətirib düşürtmüş, əvvəllər də anasının şəriki ilə 1-2 dəfə Kürün qırağına gedib yeyib-içdiyini anası ona dediyi üçün bu barədə bilmişdir. Ceyhun anasının Kür qırağında yeyib içməsini dediyindən anasının onunla sosial yardım düzəltdirməyə getməyib Kürün qırağında yeyib-içməyə getməsini öyrənib bu hərəkətinə görə əsəbləşmişdir. Ceyhun onu anasının olduğu yerə apara biləcəyini dedikdə gedib Kürün qırağında anasına sözünü demək üçün Ceyhunla razılaşıb getmişdir. O, anasını həmin yerdə gedib öz gözləri ilə görmək üçün ona zəng edib bu barədə heçnə deməmişdir. Həm də əvvəllər anası evə 1-2 dəfə sərxoş gəldiyindən içki içməyinə görə aralarında söz-söhbət olmuş, anası da ona bir daha evə içkili gəlməyəcəyi barədə söz vermişdir. Yolda gedəndə özünü yaxşı hiss eləmədiyi üçün Ceyhuna 1 manat pul verərək ondan su almasını xahiş etdikdə Ceyhun da Heydər Əliyev prospektində yerləşən “Target” marketdən ona 1 litrlik “Coca Cola” və iki ədəd su içmək üçün plastmas stəkan almışdır. Sonra Ceyhun maşınını Qazax şəhəri istiqamətində sürmüş, yol boyu onunla heç bir söhbət etməmişdir. Kür çayının yolunu tanımadığı üçün Ceyhunun hara ilə getdiyini bilməmiş, həmin vaxtı avtomobildə arxada sağ tərəfdə əyləşmiş, getdikləri yolları tanımasa da, həmin yollar yaddaşında qalmışdır. Ceyhun maşını 1 saata yaxın sürdükdən sonra maşınını torpaqlıq yol ilə sürməyə davam etmiş, yol uzandığı üçün narahat olub Ceyhundan uşağının baxçadan gəlib küçədə qaldığını, çatıb-çatmadıqlarını soruşmuş, Ceyhun da Ceyrançölün uzaq olduğunu deyib az qaldığını, çatdıqlarını demişdir. Yol boyu Ceyhun heç bir yerdə maşını saxlamamış, daha sonra isə yenidən Ceyhundan çatıb-çatmadıqlarını soruşanda o yenə az qaldığını deyib maşını sürdüyü yerdə qəfildən saxlamışdır. Ceyhun maşını saxlayanda ondan nə baş verdiyini soruşmuş, Ceyhun da bir dəqiqə deyib maşından düşərək arxa sol qapını açıb maşına oturub qapını örtmüş və qəfildən onu qolundan tutduqda Ceyhuna “ayə nolub, qolumu burax” dedikdə kəndlərində hamı onu “Nüşü” deyə çağırdığı üçün Ceyhun ona “Nüşü, mən sənə çoxdandır demək istəyirdim, amma deyə bilmirdim, mənim səndən xoşum gəlir, bir həyat yoldaşım kimi istəyirəm səni” demişdir. Ceyhun belə deyəndə ona qışqıraraq “sən nə danışırsan, ağlın başını idarə edirmi?” deyib sağ əli ilə onun sol gözünə yumruq atmış, həmin vaxtı da onun əlində üzük olmuşdur. Daha sonra isə maşının qapısını açıb düşmək istəyəndə Ceyhun onu qollarından tutub saxlamış, qışqıraraq ona “oğraş” deyib onu buraxmasını bildirərək “əskik, mən sənə qardaş demişəm, utanmırsanmı?” deyib ona söyüş söymüşdür. O, qışqırdığı üçün həmin günü uşaqları üçün Qovlar şəhərindən aldığı və sumkasından avtomobilə tökülən rezin şardan birini Ceyhun götürərək onun boğazına keçirib sıxmış, ona “o qədər qışqır ki, səni kimdir eşidən?” deyib əli ilə onun qolundan vurmuş, o da həmin vaxtı Ceyhuna yalvararaq “Ceyhun səni and verirəm allaha mənə toxunma, namusumu ləkələmə” dedikdə Ceyhun ona həmin ərəfələrdə itkin düşən 10 yaşlı Tovuz rayonu Dondar Quşçu kənd sakini olan Şərifin qızı Nərmini öldürüb Kürə atdığı kimi onu da öldürüb Kürə atacağını dedikdə həddindən artıq çox qorxmuş, həmin vaxtı Ceyhun onun qolunu tutub arxaya tərəf buraraq əl atıb maşının saxlanc yerindən dəstəyi qara rəngli mətbəx bıçağına oxşayan, bıçaq götürüb ona “səni öldürmək iki vuraq ikidir, sən mənimlə razılaşmalısan, mənimlə olmasısan” dedikdə Ceyhuna yalvararaq onu buraxmasını xahiş etmiş, lakin Ceyhun ona qulaq asmayaraq maşından düşüb maşının qapısının qarşısında dayanaraq onun qolunu arxaya burub şalvarını arxadan aşağı endirdikdə qışqıraraq “Ceyhun, mən namaz qılanam, məni korlama” demiş, həmin vaxtı başı maşının oturacağına söykəli vəziyyətdə olmuş, həmin vəziyyətdə də Ceyhun ona “sən istəsən də, istəməsən də bu iş olacaq, istəyirsən mənə 10 il iş versinlər bu iş olacaq, xeyri yoxdur” demiş, yalvarışlarına baxmayaraq Ceyhun ona məhəl qoymayıb kalqotkasını və trusikini arxadan aşağı endirərək öz cinsiyyət orqanını onun cinsiyyət orqanına salmış, nə qədər cəhd etsə də Ceyhunun əlindən çıxa bilməmişdir. Ceyhun onunla zorla cinsi əlaqədə olan zaman qışqıranda başından vurub “kiri, sən qışqıranda mənim hissiyyatım oyanmır” demiş, təxminən 5 dəqiqə onunla təbii yolla cinsi əlaqədə olduqdan sonra cinsiyyət orqanını onun cinsiyyət orqanından çıxartmış, həmin vaxt qışqırdığı üçün Ceyhunun öz spermasını onun cinsiyyət orqanına tökübtökmədiyini hiss edə bilməmişdir. Ceyhun onunla zorla iradəsi əleyhinə cinsi əlaqədə olduqdan sonra Ceyhunun onun boğazına keçirtdiyi rezin şarı əli ilə dartıb qopartmış, sonra isə Ceyhuna “Ceyhun sən allahın heç kimə heçnə deməyəcəm, sənə söz verirəm, məni evimizə apar” dedikdə Ceyhun da ona “sən məni tutduracaqsan” demiş, o da heç kimə deməyəcəyinə dair and içəndə Ceyhun ona inanmış, sonra da maşına oturub maşını sürməyə başlamışdır. Ceyhun maşını sürməyə başlayanda ona qışqıraraq “haradan gətirmisənsə, məni ora apar” dedikdə Ceyhun ona getdikləri yolun Əlimərdanlı kəndinin yoluna çıxdığını dediyi üçün dərhal sonra saat 17:30 radələrində əvvəldən də tanıdığı polis əməkdaşı olan Orxana “hardasan, tez Əlimərdanlı yoluna gəl, tək gəl, məni polisə salma, mənə kömək elə” deyə mesaj yazmış, 3 oğlu olduğu üçün gələcəkdə onun başına gələnlər oğlanlarını utandırmasın deyə Orxana tək gəlməsini bildirmiş, Orxan da ona “102-ə zəng elə yerini bilək, oranı tanımıram axı, hara gəlim?” deyə sms yazdıqdan sonra Orxana zəng eləmiş, amma danışmamışdır. Danışmamağına səbəb də Ceyhunun onun telefonunu əlində görüb qırıb atmaması üçün olmuşdur. Sonra da Ceyhunu söyərək “utanmırsanmı məni bura gətirib zorlamağa, bəlkə sən indiyənə qədər mənə demişdin ki, səndən xoşum gəlir, mən səni qardaş bilim sənin maşınına minmişəm” dedikdə Ceyhun ona “özümdən asılı olmadı, bilmədən oldu, səndən xoşum gəlir, səni arvadım olaraq görmək istəyirəm” demiş, bu məzmunda onunla danışa-danışa gələn zaman Ceyhun ona yalvararaq ondan onu polisə verməməsini xahiş etmiş, həmin vaxtı bu danışıqlarını telefonu ilə səs yazısında yazmışdır. Ceyhun avtomobili sürən zaman qəfildən tormoz verib maşını saxlamış, sonra da arxaya tərəf döndərib həmin ərazidə yerləşən yatağa tərəf sürüb orada olan qadından Əlimərdanlı kəndinə gedən yolu soruşmuş, daha sonra isə Ceyhun həmin qadının dediyi yolla maşınını sürməyə davam etmişdir. Yol boyu Ceyhun şikayət eləməməyini ona demiş, həmin vaxtı artıq hava qaranlıq olmuş, yolla gələndə bir neçə yerdə işıqları görüb rahatlaşdıqdan sonra Ceyhun onu zorladığı üçün onu söyməyə başlamış, Orxana tez-tez zəng edib telefonu qulağına qoymayaraq sarı maşınla gəldiklərini eşitdirmiş və maşında olan danışıqları eşitmələri üçün telefonu açıq qoymuş, təxminən 10-15 dəqiqədən sonra polis maşını onları ötüb keçdikdən sonra geriyə qayıdıb Ceyhunu saxlatdırmış, Ceyhun maşını saxlayanda o, maşından düşüb qaçmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Tovuz RPŞ-nin Qovlar PB-nin CA-üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. Tovuz rayonu Dondar Quşçu kənd sakini Zərərçəkmiş şəxs Dondar Quşçu kəndində sahə rəisi işləyən vaxtlarından tanımış, onunla aralarında hər hansı münasibət olmamış, həmin kənddə sahə rəisi vəzifəsində işlədiyi dövrdə ailə münaqişələri ilə bağlı Anarə ona şikayətlə müraciət etmiş, həmin müraciətlə əlaqədar bir neçə dəfə onların evində olmuşdur. Anarə özü başıbağlı, dindar olmuş, kasıb ailə olduqları üçün bir neçə dəfə ona sahə rəisi kimi lazım olanda köməklik etmiş, 2019-cu ilin noyabr ayında Tovuz rayonu Dondar Quşçu kəndində Nərmin adlı 10 yaşlı uşaq itkin düşdüyü üçün Anarədən itkin düşmüş Nərmini görüb-görmədiyini soruşmuş, onun da 3 uşağı olduğu üçün Nərmin itkin düşdükdən sonra Anarə daim qorxduğunu bildirmişdir. 16.12.2019-cu il tarixdə, saat 17-18 radələrində özünün istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna Anarənin istifadəsində olan ***-***-**-** nömrəli mobil telefondan zəng gəlmiş, həmin vaxt telefonu açanda Anarənin “məni hara aparırsan, yalvarıram saxla məni aparma” deyə ağlayaraq kiməsə yalvarış səslərini eşidib “alo, alo” deyə Anarəni telefonda çağırsa da Anarə cavab verməmiş, telefonda ancaq Anarənin yalvarış səsləri eşidilmişdir. Sonra əlaqə kəsilmiş və Anarə həmin nömrədən ona smslə harada olduğunu, təcili olaraq Tovuza, Əlimərdanlı kəndinə təkcə gəlməyini yazmış, o da Anarəyə əgər ciddi bir təhlükə varsa 102 xidmətinə zəng edib məlumat verməsini yazmış, sonra ondan nə baş verdiyini, həmin kənddə nə etdiyini soruşduqda təxminən 7-8 dəqiqədən sonra Anarə yenidən ona “gəlirsən ya yox, hə, yox” deyə sms yazdıqda artıq bu barədə bölmə rəislərinə məlumat vermiş, hətta bölmə rəisləri də smslərə baxıb onun həmin çağırışa tək getməməsini demişdir. Anarədən hər dəfə zəng gələndə onun qışqıraraq kiməsə yalvardığını eşitmiş, sanki Anarə olduğu yerlə bağlı hansısa məlumatı ona çatdırmağa çalışmış, bir dəfə də telefonda “göl, göl” deyib ona eşitdirmiş, bundan sonra isə bölmənin polis nəfəri olan Şahid5la birlikdə rayon polis şöbəsinə gedib bu barədə rəis müavinləri olan Şahlar müəllimə məlumat verdikdən sonra şöbənin post patrul əməkdaşları olan Elvin, Orxan, əməliyyatçı Şahid2 və onunla şöbəyə gedən Şahid5 ilə birlikdə Tovuz rayonu Əlimərdanlı kəndi istiqamətinə tərəf getmişlər. Həmin müddət ərzində Anarə bir neçə dəfə ona zəng etsə də hər dəfə telefonda onun ağlaması, qışqırması, yalvarması səsləri eşidilmiş, həmin dövrlərdə Tovuz rayonunda Nərmin adlı azyaşlı qız itkin düşdüyündən Anarənin də başına nəsə pis hadisə gələcəyini fikirləşib narahat olmuş, Anarə mesajla olduğu yeri təxminən onlara bildirdikdən sonra telefonunu açıq qoymuş və Əlimərdanlı kəndi yolu istiqamətində 2 ədəd post patrul avtomobili ilə hərəkətdə olarkən telefonda Anarənin “polis, polis” deyə qışqırmasını eşitmiş, bu zaman qarşıdan sarı rəngli VAZ-2106 markalı avtomaşının gəlməsini görüb Anarənin həmin avtomobildə olduğunu müəyyən etmişdir. Həmin avtomobil üzbəüz onların qarşısında keçdikdən sonra geriyə qayıdıb həmin avtomobili saxlatdırdıqdan sonra Anarə onların maşınını görən kimi tez maşının arxa oturacağından yerə düşüb ağlaya-ağlaya kənara tərəf qaçmış, əməliyyat müvəkkilləri ilə birlikdə onlar həmin maşını idarə edən sürücünü-sonradan adının Ceyhun olduğunu bildiyi şəxsi maşından düşürüb şöbəyə getməli olduğunu bildirdikdə sürücü heç bir müqavimət göstərmədən post patrul maşınına əyləşmiş, Anarə də onların maşına əyləşdikdən sonra rayon polis şöbəsinə getmişlər. Yolda olanda Anarə onlara Ceyhunun onun anasının Kür çayının qırağında sərxoş vəziyyətdə olduğunu deyib aldadaraq onu Ceyrançölə aparıb zorladığını, bıçaq çıxardıb ona hədə qorxu gəldiyini, sonra isə rezin şarı onun boğazına keçirib onu boğduğunu, həmin vaxtı da onu qorxutmaq üçün qışqıracağı halda onu da həmin ərəfələrdə itkin düşmüş Tovuz rayonu Dondar Quşçu kənd sakini 10 yaşlı Şərifin qızı olan Nərmin Quliyeva kimi öldürüb Kürə atacağını demişdir. Lakin Ceyhun tutulduqdan təxminən 20 gün sonra Nərmin Quliyevanın meyiti kəndlərində yanmış vəziyyətdə tapılmış, həmin vaxtları da Təqsirləndirilən şəxs artıq həbsdə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 2019-cu ilin avqust ayından etibarən Tovuz RPŞ-nin Qovlar PB-nin PPXB-nün polis nəfəri vəzifəsində işləyir, polis kiçik serjantıdır. 16.12.2019-cu il tarixdə, saat 17:30 radələrində Qovlar polis bölməsinin inzibati binasında olarkən bölmənin əməliyyat müvəkkili olan Şahid1 ona onunla birlikdə Tovuz RPŞ-nə getməli olduğunu dedikdən sonra onunla rayon polis şöbəsinə getmiş, lakin Orxan ona həmin vaxtı nə baş verdiyini deməmiş, şöbədə olanda isə hansısa qadının Orxana zəng edib kömək etməsini xahiş etdiyini bilmişdir. Şöbəyə getdikdən sonra isə Şahid1, o və şöbənin əməliyyat müvəkkili olan Şahid2 üçü birlikdə bir maşında, daha iki nəfər isə tanımadığı şöbənin polis əməkdaşı başqa bir post patrul maşınında Tovuz rayonu Hunanlar kəndi istiqamətində getmişlər. Həmin yerə gedəndə tam olaraq oraya nəyə görə, kimə görə getdiklərini bilməmiş, yolda olanda bir nəfər adını sonradan bildiyi Anarə adlı qadın Orxanın telefonuna zəng edib ona öz səsini eşitdirmiş, lakin danışmamış, telefonda onun yalnız ağlamaq, qışqırıq, yalvarış səsləri eşidilmişdir. Daha sonra isə həmin qadın deyəsən Orxanın telefonuna olduğu yerlə bağlı mesaj yazmış, yolda olanda Orxan özü onlara həmin qadını Dondar Quşçu kəndində sahə rəisi işləyən vaxtlarından bir neçə dəfə də ailə münaqişələri olduğu üçün tanıdığını, həmin qadının yoldaşından ayrıldığını, üç uşağının olduğunu, anasının işləyib onları saxladığını, özlərinin kasıb ailə olduğunu, nə isə lazım olanda Orxanın özünün onlara bir neçə dəfə köməklik etdiyini demiş, Əlimərdanlı kəndinin ərazisi ilə üzü Hunanlar kəndi istiqamətdə hərəkətdə olan zaman onlardan öndə gedən post patrul maşınını görəndə həmin qadının telefonda “polis, polis” deyə qışqırtı səsini eşidib, həmin qadını qarşıdan gələn sarı rəngli VAZ-2106 markalı avtomaşında olduğunu müəyyən etdikdən sonra həmin maşın üzbəüz onları ötdükdən sonra geriyə qayıdıb həmin avtomobili saxlatdırmışlar. Həmin vaxtı adının sonradan Anarə olduğunu bildiyi qadın ağlaya-ağlaya avtomobilin arxa oturacağından düşüb avtomobildən kənara tərəf qaçmış, daha sonra isə özləri həmin maşını idarə edən sürücünü-sonradan adının Ceyhun olduğunu bildiyi şəxsi maşından düşürüb şöbəyə getməli olduğunu bildirdikdə sürücü heç bir müqavimət göstərmədən post patrul maşınına əyləşmiş, Anarə də Orxangilin maşınına əyləşdikdən sonra onlar şöbəyə getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Tovuz rayonu Dondar Quşçu kəndində qızları Zərərçəkmiş şəxs, X5 və onların azyaşlı övladları ilə birlikdə yaşayır. Həyat yoldaşı 2014-cü ildə vəfat etmişdir. Özü Tovuz şəhər ərazisində yerləşən “Farm Qafur” klinikasının yeməkxanasında aşpaz işləyir. Qızı Anarə 2008-ci ildə X13 ilə rəsmi nikaha daxil olmuş, 2017-ci ildə isə rəsmi olaraq ayrılmışdır. 16 dekabr 2019cu il tarixdə, saat 07 radələrində evdən çıxıb işə getmiş, “Dondar Piryezi” deyilən yerdə hər səhər işinə bazarlıq etdiyi üçün orada düşmüş və həmkəndlisi olan Ceyhunu orada görmüşdür. Təqsirləndirilən şəxs özü Tovuz rayonu, Dondar Quşçu kənd sakinidir. Onu həmkəndli kimi əvvəllər tanımışdır. Belə ki, Ceyhun taksi fəaliyyəti ilə məşğul olduğu üçün bir neçə dəfə onu taksi kimi lazım olan yerlərə aparmışdır. Həmin gündən bir gün əvvəl də, yəni 15 dekabr 2019-cu il tarixdə o “Fidan” şadlıq evinə toya gedəndə iş yerinə aldığı süfrəni restorana daxil olmamışdan əvvəl toydan çıxanda götürmək üçün Ceyhunun maşınına qoymuş, ancaq sonradan yadından çıxıb süfrə Ceyhunun maşınında qalmışdır. Ceyhunu görəndə ona süfrəni evlərinə aparıb verməyi xahiş etmiş, o da razılaşaraq oradan çıxıb getmişdir. Ceyhun həmin günü saat 12:30 radələrində onun istifadəsində olan telefona zəng edib süfrəni aparıb evlərinə verdiyini, həmin vaxt Anarənin ona gəlib onu məktəbə aparmağını xahiş etdiyini, ancaq Anarənin hazırda evdə olmadığını demiş, o da Ceyhuna qızı ilə danışıb ona xəbər edəcəyini dedikdən sonra başı qarışıq olduğu üçün qızına zəng etmək yadından çıxmış, təxminən 15 dəqiqə sonra Ceyhun yenidən ona zəng edib Anarə ilə danışıb-danışmadığını maraqlanmış, sonra isə o özü qızı Anarəyə zəng edərək, taksi sürücüsünün onu gözlədiyini dedikdə Anarə ona taksi sürücüsünün dalınca gəlmədiyi üçün artıq başqa maşınla məktəbə getdiyini bildirmişdir. O, Ceyhuna zəng edərək bu barədə ona demişdir. Saat 14:30 radələrində Anarə yenidən ona zəng edib sosial yardım düzəltməklə bağlı ona pasport düzəltdirməli olduqlarını deyəndə ona pulunun olmadığını demiş və Anarə də bundan əsəbləşdiyi üçün aralarında sözlə mübahisələri olmuş, sonra isə sağollaşmışlar. Saat 16 radələrində Anarəyə zəng edib harada olduğunu maraqlanmaq istədikdə ona zəng çatmamış, sonradan bir neçə dəfə Anarəni yığsa da ona yenə zəng çatmamış, saat 18 radələrində evə getdikdən sonra Anarəni evdə görməyib uşaqlardan analarının harada olduğunu soruşduqda onlar da evə gəlmədiyini bildirmiş, o da sonra qohumlara zəng edib Anarəni görüb-görmədiklərini maraqlandıqdan sonra yenidən Anarəyə zəng etdikdə ona zəng çatmış və telefonu açanda telefonda Anarənin ağlaması, yalvarması və qışqırması səsləri eşidilmişdir. O, nə qədər Anarəni səsləsə də Anarə cavab verməmiş, eləcə ağlayaraq kömək istəmişdir. Sonra isə telefon adboy getmiş və o narahat olub bir neçə dəqiqədən sonra yenidən Anarəyə zəng edəndə Anarə ağlayaraq ona “ay ana mənə kömək elə, sarı taksidəyəm, ancaq yerimi bilmirəm” dedikdə dərhal 102-ə zəng edib qızının qaçırılmağı barədə məlumat vermiş, sonradan polis əməkdaşları ona zəng edib qızının tapıldığını, polis şöbəsində olduğunu bildirmişlər. O, birbaşa polis şöbəsinə getdikdən sonra bilmişdir ki, taksi sürücüsü Ceyhun qızına yalandan onun Kürün qırağında şəriki, eyni zamanda birlikdə işlədikləri “toyotalı kişi” dedikləri Elməddin adlı oğlanla yeyib-içdiyini, sərxoş olduğu üçün vəziyyətinin yaxşı olmadığını deyib onu aldadıb Kürün qırağına aparmaq adı ilə qızını Ceyrançölə aparıb zorlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, oğlu Ceyhun özünə məxsus Vaz 2106 markalı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 16.12.2019-cu il tarixdə, saat 09 radələrində Ceyhun həmişə olduğu kimi evdən çıxıb işə getmişdir. 16 dekabr 2019-cu ildə, saat 13 radələrində yas yerinə gedib ordan çıxanda Ceyhun ona zəng edib “atamın yerinə pul salmışam, sən özün öz adına yasa pul yazılarsan” demiş, başqa da aralarında heç bir söhbət olmamış, həmin günü Ceyhun telefonu xarab olduğu üçün telefonunu ustaya verib, əvəzində müvəqqəti istifadə üçün başqa telefon götürmüşdür. Saat 16-17 radələrində Ceyhun ona zəng edib evə gec gələcəyini, gələndə nə alacağını soruşduqda, o da ona çörək almasını demişdir. Sonradan o eşitmişdir ki, Ceyhun həmkəndlisi olan Anarə adlı qızı Ceyrançöl qış otlaq sahəsinə aparıb onu zorlamışdır. Həmin qızı o əvvəllər tanımamış, ancaq belə bir qızın kəndlərində yaşadığını, onun həyat yoldaşından boşandığından xəbəri olmuş, onun anası olan Bəsdini isə bir neçə dəfə avtobusda görmüşdür. Onun hadisənin necə baş verməsi ilə bağlı heç bir məlumatı yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya Elmi-Təcrübi və Tədris birliyinin 16.12.2019-cu il tarixli 1 saylı ekspert rəyindən görünür ki, 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər boyun nahiyyəsinin, hər iki körpücük nahiyyələrinin, sağ bazunun, sağ saidin, sol saidin və sol əlin qançırları küt əşyanın (əşyaların) təsirindən müayinədən bir qədər əvvəl əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. Bədən nahiyəsində və cinsiyyət orqanında olan xəsarətlər barəsində rəydə ətraflı məlumat veriləcəkdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya Elmi-Təcrübi və Tədris birliyinin 17.12.2019-cu il tarixli 786-A saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarət-yəni boyun nahiyəsinin zolaqşəkilli qançırının lokalizasiyasını, xarakerini və ölçülərini, həmçinin ekspertizaya təqdim edilmiş maddi sübutun olan rezin şarın ölçülərini nəzərə alaraq demək olar ki, həmin xəsarətin ekspertizaya təqdim edilmiş və ya ona oxşar ilgəklərlə əmələ gələ bilməsi inkar edilmir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya Elmi-Təcrübi və Tədris birliyinin 17.12.2019-cu il tarixli 787 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlər-alın, sol yanaq və sağ dirsək oynağı nahiyələrinin sıyrıqları, sol almacıq nahiyəsinin qançırı küt əşyanın (əşyaların) təsirindən müayinədən bir qədər əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən 16.12.2019-cu il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər insan bədəninin hissələrinin (dırnaq, yumruq, ayaq və s.) təsiri nəticəsində əmələ gələ bilərdi. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində cinsi əlaqədə olmağa maneçilik törədən hər hansı bir əlamət aşkar edilmədi. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 16 dekabr 2019-cu il tarixli 726 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibb müayinə protokollardan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya Elmi-Təcrübi və Tədris birliyinin 10.01.2020-cu il tarixli 786 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər-boyun nahiyəsinin, hər iki körpücük nahiyələrinin, sağ bazunun, sağ saidin, sol saidin və sol əlin qançırlari, sağ böyük cinsiyyət dodağının selikli qişasında olan qansızma sahəsi küt əşyanın (əşyaların) təsirindən müayinədən bir qədər əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən 16.12.2019-cu il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni boyun nahiyəsinin qançırı rezinə oxşar əşyanın təsirindən, digər xəsarətlər isə insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsiri nəticəsində müxtəlif şəraitlərdə həm şəxsin özü tərəfindən həm də digər şəxs tərəfindən əmələ gələ bilərdi, sağ böyük cinsiyyət dodağının selikli qişası üzərində olan qansızma sahəsi isə Zərərçəkmiş şəxs istəyi olmadan onunla cinsi əlaqədə olma zamanı əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs uşaqlıq yolundan götürülmüş tamponun məhkəmə tibbi tədqiqi zamanı spermatozoidlər aşkar olunmadı. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X12 Bölməsinin 27 dekabr 2019-cu il tarixli 713 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvarın üzərindən tapılmış boz rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın üzərindən tapılmış qara rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus şalvarın tərkib liflərinə uyğun gəlirlər. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X12 Bölməsinin 29 dekabr 2019-cu il tarixli 714 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs məxsus kalqotkanın üzərində olan bir ədəd zədə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb cırılma zədəsidir. Təqdim olunan Zərərçəkmiş şəxs məxsus gödəkçənin, şalvarın, poluverin, qadın baş örpəyinin, büstqalterin, qadın alt tumanının və Təqsirləndirilən şəxs məxsus uzunqol poluverin, isti alt köynəyinin, isti alt şalvarının, maykanın, şalvarın, kişi alt tumanının və 01 cüt corabın üzərində trasoloji zədə aşkar edilmədi. Zədələrin xarakterini nəzərə almaqla onların əmələ gəlmə mexanizminin müəyyən edilməsi ilə bağlı sualın həllini xüsusi ədəbiyyatda müvafiq metodu olmadığından kriminalistik tədqiqat aparılması yolu ilə cavab verilməsi mümkün deyildir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji dispanserin 19 mart 2020-ci il tarixli, 197 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji dispanserin 18 mart 2020-ci il tarixli 184/72 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən hazırki əməli törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (Qazax Rayonlararası Ruhi Xəstəxanasından verilmiş 08.01.2020-ci il tarixli 13 saylı arayış, Tovuz MRX- dan verilmiş 28.12.2019-cu il tarixli 703 saylı arayış), anamnestik məlumatlar və hazırkı ekspertiza (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, bir qədər hövsələsiz olması, tez qıcıqlanması, xırda qıcığa nevrotik reaksiyalarla cavab verməsi, əvvəllər əsəbilik zamanı özünə təkrari xəsarətlər yetirməsi və s.) imkan verir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik cizgiləri) baxmayaraq o, ona şamil edilən hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ya onları idarə etmək qabiliyyətində olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. O, hal-hazırda da öz hərəkətlərinin mənası dərk etmək və ya onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əqli inkafında psixi xəstəliyi ilə əlaqədar olan gerilik əlamətləri aşkar edilmir. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs əvvəllər psixiatriya müəssisələrində qeydiyyatda durmaması, tibbi yardım üçün həkim psixiatra müraciət etməməsi (Qazax Rayonlararası Ruhi Xəstəxanasından verilmiş 08.01.2020-ci il tarixli 13 saylı arayış, Tovuz MRX-dan verilmiş 28.12.2019-cu il tarixli 703 saylı arayış), istintaq zamanı dolğun və ardıcıl ifadələr verərək törətmiş olduğu cinayət əməlini etiraf etməsi, hazırki ekspertiza zamanı aktiv surətdə müdafiə olunaraq hər hansı cinayət əməli törətmədiyini bildirməsi, ona şamil edilən cinayət əməlini törədərkən, istintaq və hazırkı ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, eskpertiza zamanı onda qavrama, yaddaş, təfəkkür və intellekt pozğunluqlarının aşkar edilməməsi, onda psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması, tənqidi funksiyaların saxlanılması, onda müşahidə edilən emosiya pozğunluğunun (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, bir qədər hövsələsiz olması, tez qıcıqlanması, xırda qıcığa nevrotik reaksiyalarla cavab verməsi, əvvəllər əsəbilik zamanı özünə təkrari xəsarətlər və s.) az ifadəli olması əsas verir. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla, ona şamil edilən hərəkətlərin xarakter və mənasını anlaya bilərdi və hal- hazırda anlayır. Təqsirləndirilən şəxs, ona şamil edilən hüquqazidd hərəkətlərdən əvvəl, baş vermiş hadisə zamanı və hadisədən sonra adi psixi-emosional halda olmuşdur. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar (əgər psixi xəstəliyi varsa) olan və ya olmayan gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs psixi inkişafını nəzərə alaraq, o, yaranmış şəraitin mahiyyətini tam dərk etmiş və davranışının mümkün nəticələrini görə bilmişdir. Təqsirləndirilən şəxs özündən uydurmağa, yalan danışmağa meyilli deyildir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya Elmi-Təcrübi və Tədris birliyi” X29 17 mart 2020-cu il tarixli 157/2020-MTBŞ saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu 0 alfa, beta /İ/ -dir. Təqsirləndirilən şəxs AB0 sistemi üzrə qan qrupu 0 alfa, beta /İ/-dir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus tuman üzərində sperma qarışmış insan qanı ləkələri aşkar edildi. Bu ləkələrlə qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda yalnız “H” antigeni alındı. “H” antigeni 0 alfa, beta /İ/ qrupunun əsasını təşkil edir. “H” antigeni Zərərçəkmiş şəxs qrupunu xarakterizə etdiyindən onun qanı hesabına alınmasını izah etmək olar. Lakin H antigeninin hissəvi olaraq sperma hesabına alınması da mümkündür. Belə olan halda sperma 0 alfa, beta /İ/ qruplu şəxsə, o cümlədən AB0 sistemi üzrə Təqsirləndirilən şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus tuman üzərində sperma ləkəsi aşkar edildi. Bu ləkədə qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda yalnız “H” antigeni alındı. “H” antigeni 0 alfa, beta /İ/ qrupunun əsasını təşkil edir. Bu sperma ləkəsi 0 alfa, beta /İ/ qruplu şəxsə, o cümlədən AB0 sistemi üzrə Təqsirləndirilən şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus tuman üzərində qan aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar(alt paltar) üzərində qan, spermaya isə şübhəli ləkə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçə, uzunqol kofta, büstqalter, baş örpəyi, kalqotka, şalvar və Təqsirləndirilən şəxs məxsus şalvar, uzunqol köynək(alt paltar), qolsuz mayka, bir cüt corab, uzunqol jaket üzərində qana və spermaya şübhəli ləkə aşkar olunmadı. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 aprel 2020-ci il tarixli 4/130 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd "Transcend” markalı fləş yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Transcend” markalı fləş yaddaş kartında plan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi- Təqsirləndirilən şəxs məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Transcend” markalı fləş yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində «Q1» kimi işarə olunmuş diktorun səsi və nitqi – Zərərçəkmiş şəxs məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd "Transcend” markalı fləş yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqlarda montaj əlamətləri müəyyən olunmadı. Həmin rəyin təsviriəsaslındırıcı hissəsindən görünür ki, mübahisəli fonoqramlardakı danışıqların yazılı mətnlərinin müəyyən olunmasında danışıq materialına dəfələrlə qulaqasma metodundan istifadə olunmuşdur. Mətnlərdə aşağıdakı şərti işarələmələr qəbul olunmuşdur: çox nöqtələrlə-müəyyən olunmayan söz və ifadələr; K1 - kişi cinsinə məxsus səslə danışan diktor; Q1 - qadın cinsinə məxsus səslə danışan diktor; ///işarəsi ilə yarımçıq qalmış söz və ifadələr; ekspertlərə məxsus kommentariyalar mötərizədə verilmişdir, mötərizədə sual işarəsi ilə dəqiq müəyyən olunmayan söz və ifadələr verilmişdir. Təqdim olunmuş baxış protokoluna əsasən ekspertlər tərəfindən ayrılıqda və kollegial dinlənilmələr nəticəsində mübahisəli fonoqramdakı tədqiqatı tələb olunan danışıqların yazılı mətni əldə olunmuş və həmin mətn “səs 005” faylında aşağıdakı kimi verilmişdir: K1- Allaha and olsun, bu canımın canına kiməsə gedib deyib mənnən nəsə bıçağ çıxartdırmağa zada belə şeylərə görə yox, səni incitdiyimə görə Q1- Kişiyə yaraşan hərəkət eləmədin sən K1- Allaha and olsun/// Q1- Sən heç kişiyə yaraşan hərəkət eləmədin K1- Nə desən haqlısan Q1- Heş nə olmaz Ceyhun zərər yox. Sən məni maşınına mindirib Ceyhun məni zorlamaq məqsədinnən mindirməmişdin maşına K1- Allaha and olsun o fikirnən nə buruya gəlmişdim nə o fikirnən səni mindirmişəm. Sadəcə bax balamın canına and içirəm sadəcə ölürəm sizdən ötəri. Bunu nətər deyim e, yeri gəlsə üzünə deyim. Gedib bu dəyqə polisə verib ən azı 3 ildən 5 ilə kimi ... qoydura bilərsən, polnu da ixdiyarın çatır. Ancağ bunu mən gözümün qabağına/// Q1- Çünki sən məni aldatdın mindirdin maşınına Ceyhun. Sən məni aldatdın mindirdin. Kişiyə yaraşan hərəkət eləmədin sən. Həyatı boyu kişiyə hərəkət eləmədin sən (ağlayır) K1- Bax Allaha and olsun /// Q1- Deyirəm dana saa. Səndə bir az kişilik olsa bu hərəkəti eləməzdin maa qarşı. Sür əlini çəkginən K1- Bax balamın canına and olsun səni başqa fikirnən mindirməmişəm. Səni bax, sənnən görüşmək barəsində mən sənə ... Q1- Deyirəm da, adamda bir az kişilik olar, mənlik olar. Sən 5 dəyqalıx kefdən sarı məni sürüm-sürüm sürüyürsən. Ə utanmırsanmı, Allahdansa da qorxmursan utanmaz arsız K1- Allaha and olsun dözəmmirəm. Bax qurana, gedəy bu dəyqə Qərib Seyid babanın üsdündə əlimi qurana vurum ki, səni mən imenni o fikrinən mindirməmişəm maşına Q1- Deyirəm dana sən kişisən bir az da kişiliyin olardı kişiyə yaraşan hərəkət döyül sən məni maşınına mindir qapıları bağla cındır-cındır, kişiyə yaraşmaz o hərəkətin heç biri. Mən guya sənin maşınına o niyyətnən minmişdim? K1- Əyağının altında ölləm o .... Q1- Yox lazım döyül sür gedəy. Mənim balalarım evdə təkdi sür K1- Balamın canına and olsun Nüşü mən səni o fikirnən mindirməmişəm maşına. Sadəcə öz fikrimdə, nətər deyim də, öz fikrimdə, öz papağımın altında ölürəm sizdən ötəri. Bax bir dənə zənginə, sukunta elə bilirsən, bir dənə deyəndə məni filan yerə apar elə bil yağ yayılır Q1- Mən sənin pulunu verib minmişəm, maşınına həyatı boyu pulsuz sənin maşınına minməmişəm. Mən kişi qızıyam, mən nakişi qızı deyiləm. De bi dəfə müftə səni mindirmişəm maşınına. K1- Sən öl ömür boyu pul tamahında deyiləm. Mən prosda nətər deyim də, neçə dəfələrnən, o dəfə də sən maa 5 manat benzin tökdün. Quran haqqı isdədim qaytaram onu, dedim qayıdar ağzına gələni deyər ki, taksi döyülsənmi? Q1- Lazım döyül, mən dilənçi döyüldüm K1- Sənə dilənçi demirəm. Sadəcə deyirəm Allaha and olsun ölürəm sənnən ötəri. Sadəcə özümü saxlıya bilmədim. Mən səni başqa fikirnən maşına mindirməmişəm. Sadəcə sən mənim maşınıma minib harayasa sür deyəndə elə bilginən ki, dünyalar mənim olur. Mən etiraf eliyim. İndiyənə kimi mən Allaha and olsun çox isdəmişəm ki, mən sənə söz deyə bilib, risk eliyə bilməmişəm dana. Mən sənə, söz indi açılıb/// “Hft” faylında isə mətnlər aşağıdakı kimi verilmişdir: Q1- Cındır. Sən məni utanmadın e, arsız, utanmadın məni/// Hələ maa deyirsən öldürsələr də məni səni isdiyirəm. Utanmırsan e, mən sənin tayın tuşunam? Kafdar K1- Sadəcə sana qarşı işdəyim var Nüşü Q1- Pox yiyirsən. Mən sənin ailə yoldaşın döyüləm, mən sənin tayun-tuşun döyüləm ay insan balası. İnsan bi soruçar ki /// Mənim səndən xoşum gəlir? Bir gör qarşındakı insan saa nə deyər K1- Bilsəm ki, sən mənnən xoşun yoxdu, sən maa belə eliyəjəysən qurana and olsun mən barmağımı belə saa vurmazdım. Bax balamın canına and içirəm Q1- Məni dartıb sürüyüb, mənim qoulumu burursan cındır. Niyə burursan, mənim qolumu niyə qırıb cırıq-cırıq eliyirsən əysi. Zornan münasibət olar? Zornan gözəlliy olar? K1-Çox səhv elədim Q1- Nəyi səhv elədin, səhv elədin nədi? Ölməy var, eşidirsən bunu saa həyatı boyunca bağışlatmaram. Bəlkə mənim sənnən münasibət olmuşdu? Bəlkə sən maa demişdim səni isdiyirəm, mən saa ya hə demişdim, ya yox demişdim? Olmuşdumu ... aramızda K1- Allaha and olsun deyə bilmirdim Q1- Deyə bilmirdin sən camahatın uşağınnan sənin nə işin var məni alladıb maşınına mindirirsən. Utanmırsan əysi, cındır K1- Mən səni aldatmamışam Q1- Sən məni allatdın, sən məni allatdın K1- Mən saa bir kəlmə yalan söz.... Q1- Gəl gedəy anan xəsdədi gəl gedəy K1- Bax bir kəlmə yalan söz .... Q1- Arsız, ananın vəziyyəti pisdi deyir maa gəl gedəy. Utanmaz ölməz. Məni nətər alladıb gətirib gör. Çıxıb öyümə getdiyim yerdə peysər saa kim idi deyən gəl mənim qabağıma çıx. Gəl gedəy deyirsən anan xəsdədi K1-... dediyin adam kimdisə o indicənə 102-ə zəng eliyəcəy bu heç axırı yaxşı olmiyacağ Q1- Heç olan günü olmasın K1- Səni də sorğu-suala tutacaxlar ki, sən nə gəzerdin kürün qırağında? Q1- Məni kim gətririb kürün qırağına? Sən gətiribsən ə məni alladıb. Mən özüm gəlmişəm oğrəş? K1- Sənin qolunu qırıb zornan gətirməmişəm Q1- Mənim, sən məni zornan, sən məni aldatdın gətirdin. Qəhbə olma ə, kişi kimi hərəkət elə. Nə sorğu-sual. Məni sən alladıb gətirifsən Allah haqqı. K1-.... 102-ə zəng eləməynən içəri qoydura bilərsən Q1- Yoldaşım da içərdədi sən də içəri get K1-... Amma mən sənə kişi kimi deyirəm ki, əgər məni qəbul eliyirsənsə ... qızıla ... Q1- Sən kimsən ayə, sənin nəyini qəbul eliyim öyün yıxılsın. Sən nə zibilsən ki? Bir özünə də bax, maa da bax. K1-... Q1- Hə, buralarda ol. Tez-tez denən yadınnan zaddan çıxar birdən K1- Ailə qurmaq isdiyirəm də Q1- Lazım deyil. Ə sən kimsən mənnən ailə qurursan. Mənim 3 dənə oğlum var ay parçası. Sən nə zibilsən mən sənnən ailə qurum ay utammaz. Mən saa dedim sənin maşınına mən qardaş kimi minmişəm. Həmişə qardaş kimi minmişəm. Guya ki, indiyənə kimi bir dəfə pulsuz aparıb gətirmisən məni? Həmişə minmişəm, sənin 1 manatın da olub vermişəm ay cındır. Utanmadınmı heç olmasa olardansa da, əysik. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Tovuz rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi konsultativ poliklinika şöbəsinin 28 dekabr 2020-ci il tarixli, 703 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Tovuz rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi konsultativ poliklinika şöbəsində həkim-psixiatrın və həkim-narkoloqun dispanser qeydiyyatında dayanmır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Qazax rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi psixiatriya xəstəxanasının 08 yanvar 2020-ci il tarixli, 13 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Qazax ruhi xəstəxanasında qeydiyyatında dayanmır Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Tovuz rayon İcra Hakimiyyəti başçısının Dondar Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 28 dekabr 2019-cu il tarixli, 1094 və 1095 nömrəli arayışlarından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri atası X17, anası X10, bacısı X6, qızı X8 və oğlu X14 ilə birlikdə Dondar Quşçu kəndində qeydiyyatdadır və yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış 25 may 2021-ci il tarixli notariat qaydada təsdiq olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Əlixan oğlu ilə barışmış, ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Tovuz rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi konsultativ poliklinika şöbəsinin 13 fevral 2020-ci il tarixli, 78 nömrəli arayışlarından görünür ki, X10 həmin poliklinikada Th11-Th12 fəqərənin xondrosarkoması İ mərhələ diaqnozu ilə həkim-onkoloqun kabinetində və X9 idiopatik epilepsiya, tez-tez cəngolma tutmaları diaqnozu ilə dispanser qeydiyyatındadırlar. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Tovuz rayon Qeydiyyat şöbəsinin 13 fevral 2020-ci il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 4 azyaşlı övladı var. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış 17 dekabr 2019-cu il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və Tovuz Rayon Məhkəməsinin 18.12.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 17 dekabr 2019-cu il tarixdən hesablanmışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış 04 iyul 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, hadisə zamanı X3 əynində olmuş bir ədəd don və hadisədən sonra əyninə geyindiyi bir ədəd şalvar, eləcə də T.Abbasovanın yatdığı çarpayının üzərində olan döşək, yorğan, yastıq üzlüyü və X22 Abbasovanın evinə daxil olarkən qapının cəftəsini açmasında istifadə etdiyi evin girişinin sol yan tərəfindəki işıq sayğacının qutusundan açdığı məftil parçası, təqsirləndirilən şəxs Orxan Əhmədovun 08.11.2019-cu il tarixdə istintaqa təqdim etdiyi və həmin tarixli götürmə aparılması haqqında qərar və protokolla götürülmüş hadisə zamanı əynində olduğunu bildirdiyi bir ədəd cins şalvar, bir ədəd trusik və bir cüt ayaqqabı maddi sübut kimi tanınaraq Tovuz rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X2 İdarəsindən təqdim edilmiş 24 yanvar 2020-ci il tarixli tələbnamədən və Tovuz Rayon Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin 17 dekabr 2007ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 152-ci maddəsi ilə 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və 06 mart 2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə hesa edir ki, Təqsirləndirilən şəxs məhkəmə qərarı üzrə olan məhkumluğu ödənildiyindən Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə müvafiq olaraq hazırda barəsində məhkumluqla bağlı heç bir hüquqi nəticə yaratmır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə və öldürmə hədəsi ilə zorla cinsi əlaqədə olaraq onu zorlaması zərərçəkmiş şəxs və şahid ifadələri, hökmün təsviriəsaslandırıcı hissəsində sadalanan çoxsaylı ekspertiza rəyləri və cinayət işinin yuxarıda şərh edilən dəlilləri ilə tam olaraq sübut olunduğundan onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4-cü maddəsinə münasibətdə özünü təqsirli bilməyərək Zərərçəkmiş şəxs ilə nəinki zorla, ümumiyyətlə cinsi əlaqədə olmamasına dair ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətinin protokoları, çoxsaylı ekspertiza rəyləri, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin hadisə baş verdikdən sonra aralarında olan danışıqların yazıldığı fləş yaddaş kartının tədqiqi zamanı, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə, təqsirləndirilən şəxs tərəfindən daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Beləliklə, məhkəmə, işin hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini həll edərkən hesab edir ki, məhkəmədə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməli tam sübuta yetirildiyindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4-cü maddəsinin dizpozisiya şərtləri ilə uyğun gəlir. Bu səbəbdən də məhkəmə, təqsirləndirilən şəxsin əməlinin həmin maddə ilə tövsif edilməsini əsaslı sayaraq hesab edir ki, təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Məhkəmədə təqsirləndirilən şəxs Ceyhun Nuriyevin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 4 azyaşlı uşağının olmasını, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, 59.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsində deyilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, hazırki halda cəza təyini zamanı CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür və yalnız bu yolla cəzanın məqsədinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 8, 9 və 58-ci maddələrinin tələblərini rəhbər tutaraq və işin yuxarıda şərh edilərək sadalanan hallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 149.2.4-cü maddəsinin sanksiyasının aşağı həddində cəza təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə qanunun həmin tələbini nəzərə alaraq hesab edir ki, həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 17 dekabr 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 396.30 (üç yüz doxsan altı manat otuz qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlak müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Tovuz rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 ədəd şalvar, 1 ədəd yun jaket, 1 ədəd isti alt köynəyi, 1 ədəd isti alt tumanı, 1 ədəd trusik, 1 ədəd mayka və 1 cüt corab, Zərərçəkmiş şəxs məxsus 1 ədəd tüklü gödəkçə, 1 ədəd şalvar, 1 ədəd kofta, 1 ədəd trusik, 1 ədəd büstqalter, 1 ədəd kapron kalqotka və 1 ədəd qadın baş örpəyi, bir ədəd “Samsung” markalı mobil telefon, bir ədəd qadın “saç bağı” və papaqlı kişi gödəkçəsi onların özlərinə və ya yaxın qohumlarından birinə qaytarılmalı, bənövşəyi rəngli ortadan iki yerə ayrılmış rezin materialdan şar hissələri, qırmızı rəngli rezin materialdan uc hissələrdən bir-birinə düyünləşmiş vəziyyətdə olan şar məhv edilməli, imtina edildiyi təqdirdə məhv edilməli, Tovuz RPŞ-nin müvəqqəti saxlama duracağında saxlanılan Təqsirləndirilən şəxs məxsus VAZ-2106 markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobil anası X7 qaytarılmalı, 2 ədəd CD disk və 1 ədəd "Transcend” markalı fləş yaddaş kartı cinayət işi materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı dövlət hesabına dəvət edilmiş Tovuz rayon Vəkil Bürosunun vəkili X23 prosessual hərəkətlərdə 50 (əlli) saat iştirak etməklə müdafiə etmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı müdafiə etməyə görə müdafiəçinin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 17 dekabr 2019-cu il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınaraq Tovuz rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 ədəd şalvar, 1 ədəd yun jaket, 1 ədəd isti alt köynəyi, 1 ədəd isti alt tumanı, 1 ədəd trusik, 1 ədəd mayka və 1 cüt corab, Zərərçəkmiş şəxs məxsus 1 ədəd tüklü gödəkçə, 1 ədəd şalvar, 1 ədəd kofta, 1 ədəd trusik, 1 ədəd büstqalter, 1 ədəd kapron kalqotka və 1 ədəd qadın baş örpəyi, bir ədəd “Samsung” markalı mobil telefon, bir ədəd qadın “saç bağı” və papaqlı kişi gödəkçəsi onların özlərinə və ya yaxın qohumlarından birinə qaytarılsın, imtina edildiyi təqdirdə məhv edilsin, bənövşəyi rəngli ortadan iki yerə ayrılmış rezin materialdan şar hissələri, qırmızı rəngli rezin materialdan uc hissələrdən bir-birinə düyünləşmiş vəziyyətdə olan şar məhv edilsin, Tovuz RPŞ-nin müvəqqəti saxlama duracağında saxlanılan Təqsirləndirilən şəxs məxsus VAZ-2106 markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobil anası X7 qaytarılsın, 2 ədəd CD disk və 1 ədəd "Transcend” markalı fləş yaddaş kartı cinayət işi materiallarına əlavə olunması nəzərə alınsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 396.30 (üç yüz doxsan altı manat otuz qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçi X11 vəkil işlədiyi Tovuz rayon Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar