Məhkəmə qərarları › İş №1(100)-50/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-50/2023

14.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-50/2023 14.04.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və X8 ibarət tərkibdə, X31 və X23 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslərin hüquqi varisləri X36, X21, X24, X32, zərərçəkmiş şəxs X33, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Goranboy rayonu Qızılhacılı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, "xxxx" MMC-nin “MKT-Goranboy” filialında traktorçu vəzifəsində işləyən, məhkum olunmamış, Goranboy rayonu, Qızılhacılı qəsəbəsi, Q.Məmməd küçəsi, ev 47-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs texniki cəhətdən saz vəziyyətdə olan, etibarnamə əsasında idarə etdiyi X14 məxsus “BMV 525İ minik” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 23 yanvar 2022-ci il tarixdə saat 11:30 radələrində Naftalan-Goran avtomobil yolunun Goranboy rayonu, Qızılhacılı qəsəbəsi ərazisindən keçən 1-ci kilometrliyində, Qızılhacılı qəsəbəsi istiqamətində 90-100 km/saat sürətlə hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı, diqqətini avtomobilin idarə etməsindən və daim dəyişən yol şəraitindən yayındırmamalı, qarşıda onunla eyni istiqamətdə sol zolaqda “VAZ 21093” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olmasını nəzərə alaraq vaxtında tədbir görməklə sol zolaqla idarə etdiyi “BMV 525İ minik” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürətini azaltmalı, həmin avtomobil ilə təhlükəsiz ara məsafəsi saxlamaqla hərəkətini davam etdirməli, sola dönmək üçün “VAZ 21093” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobilin sürətini azaltdıqda, həmin avtomobilə çatmadan idarə etdiyi avtomobilin hərəkət sürətini “VAZ 21093” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət sürətinə qədər bərabərləşdirməsini təmin etməli, sola doğru təhlükəli manevr aparmamalı və lazım gələrsə sağa doğru manevr aparmaqla sola dönmək üçün sürətini azaltmış “VAZ 21093” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan tərəfindən təhlükəsiz keçib getməli olduğu halda, göstərilən tələblərə əməl etməyib, habelə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq idarə etdiyi “BMV 525İ minik” markalı, **- EM-*** dövlət qeydiyyat nişanlı avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda, 90-100 km/saat sürətlə idarə edərək yolun Qızılhacılı qəsəbəsi istiqamətində sağ kənar xəttindən mərkəzinə doğru 3,6 metr məsafədə avtomobilin qabaq hissəsi ilə qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan X25 idarə etdiyi “VAZ 21093” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa hissəsini toqquşdurmuş, nəticədə ehtiyatsızlıqdan “VAZ 21093” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər: zərər çəkmiş şəxs X9а qarının ön divarının küt travması, dalağın və qara ciyərin əzilib-didilməsi, qarın boşluğuna daxili qan itirmənin olması, daxili üzvlərin azqanlığı, sol göz ətrafında və sol qaş nahiyəsində sıyrılmış yaraları ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmağa aid edilən xəsarətlər yetirilməsinə, sonuncunun dalağın və qara ciyərin əzilib-didilməsi nəticəsində baş vermiş kəskin daxili qan itirmədən hadisə yerində ölməsinə, zərər çəkmiş şəxs X26а döş qəfəsinin sol yarısının qançırı və divar aralığında küt travması, İİİ-İV-V qabırğanın sınığı, sol ağ ciyərin orta payının cırılması, döş qəfəsi boşluğuna qanitirmənin olması, daxili üzvlərin azqanlığı, döş qəfəsinin sol yarısının hematoması, burun sümüyünün sınığı ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid edilən xəsarətlər yetirməsinə, sonuncunun ağ ciyərin cırılması nəticəsində baş vermiş vermiş kəskin daxili qan itirmədən hadisə yerində ölməsinə, zərər çəkmiş şəxs X27а açıq küt kəllə-beyin travması, sol təpə və gicgah sümüklərinin sınığı, başın sol təpə-gicgah nahiyəsinə qansızma, sol təpə-gicgah sümüklərinin açıq sınıqları, ağır baş beyin əzilməsi, beyinin yumşaq qişasına, beyin toxumasına, beyin mədəciklərinə qansızma, sol baldır sümüklərinin dəyişən açıq sınığı və sol bazu sümüyünün oynaq daxili qapalı sınığı, çənə sümüyünün sınığı travmatik hemoragik şok İİİ-İV dərəcə, bədən səthinin çoxsaylı yaraları və hematoması ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid edilən xəsarətlər yetirməsinə, sonuncunun ağır açıq kəllə-beyin travması nəticəsində kəllə sümüklərinin sınması zamanı beyin toxumasına və beyin mədəciklərinə qansızmadan 23 yanvar 2022-ci il tarixdə saat 16 radələrində Gəncə şəhər Abbas Səhhət adına xəstəxanada ölməsinə, “VAZ 21093” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü zərər çəkmiş şəxs X37а küt kəllə-beyin travması, təpə sümüyünün sınığı, təpə nahiyəsinin çapılmış yarası ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid edilən xəsarətlər yetirməsinə, sonuncunun ağır qapalı kəllə-beyin travması nəticəsində təpə sümüyünün sınması, beyin toxumasına və beyin mədəciklərinə qansızmadan 27 fevral 2022-ci il tarixdə saat 04:25 dəqiqədə Goranboy rayon Mərkəzi Xəstəxanasında ölməsinə, həmçinin ehtiyatsızlıqdan “VAZ 21093” markalı, **-BX-*** qeydiyyat nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs QKBT baş beyin silkələnməsi, Th İV fəqərənin qəlpəli sınığı, qarının küt travması əməliyyatdan sonrakı vəziyyət, qaraciyərin zədələnməsi splektamiya xəsarətləri ilə müşayiət edilən, həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmasına və X22 qapalı kəllə beyin zədələnməsi, alın nahiyəsinin yarası, sol hemorodial pnevmatoraks, sol kürək sümüyünün sınığı, İİİ, İV, V, Vİ, İX qabırğaların sınığı, sol said sümüklərinin sınığı xəsarətləri ilə müşayiət edilən həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.3-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünə məxsus “BMV 525İ minik” markalı, **-EM-*** qeydiyyat nişanlı avtomobili olmuş, həmin avtomobili baş etibarnamə əsasında idarə etmiş və onun avtomobil idarə etmək üçün “BC” kateqoriyalı sürücülük vəsiqəsi olmuşdur. O, 23 yanvar 2022-ci il tarixdə saat 12 radələrində idarə etdiyi “BMV 525İ minik” markalı, **-EM-*** qeydiyyat nişanlı avtomobil ilə Naftalan şəhərindən yaşadığı Goranboy rayonu, Qızılhacılı qəsəbəsinə gələrkən avtomobili Naftalan-Qızılhacılı avtomobil yolunun Goranboy rayonu, Qızılhacılı qəsəbəsi ərazisində, həmin qəsəbə istiqamətində saatda təxminən 90-100 km/saat sürətlə hərəkət etdirmiş və həmin vaxt qarşı tərəfdə onunla eyni istiqamətdə, yəni Qızılhacılı qəsəbəsi istiqamətində “VAZ 21093” markalı, lakin qeydiyyat nişanını görmədiyi avtomobilin yolun hərəkət hissəsinin sağ zolağında hərəkət etdiyini görmüş, həmin avtomobilə çatmağa təxminən 150 metr qalmış həmin avtomobilin sürətinin yavaş olduğunu görüb, avtomobili ötmək üçün idarə etdiyi avtomobilin sola dönmə işığını yandırıb 150 metr məsafədən ötmə əməliyyatına başlamışdır. O, idarə etdiyi “BMV 525İ minik” markalı avtomobil ilə “VAZ 21093” markalı avtomobili ötdüyü anda “VAZ 21093” markalı avtomobilin sürücüsü dönmə işığını yandırmadan dönmək üçün avtomobili sola manevr etdirmiş və həmin vaxt onun idarə etdiyi avtomobilin qabaq hissəsi ilə “VAZ 21093” markalı avtomobilin arxa sol qanadı arasında toqquşma baş vermişdir. Toqquşmanın təsirindən “VAZ 2109” markalı avtomobil onun idarə etdiyi avtomobilin qarşısında təxminən 5 metr aparılıb yolun sol tərəfində aşdıqdan sonra onun idarə etdiyi avtomobil isə “VAZ 21093” markalı avtomobildən təxminən 4-5 metr аrаlıda yolun çiynində dayanmışdır. O, yol-nəqliyyat hadisəsindən sonra dərhal avtomobildən yerə enmiş, lakin ayağında kəskin ağrı hiss etdiyi üçün yerə uzanmışdır. Həmin vaxt “VAZ 21093” markalı avtomobilin yanında qara çadralı qadının qışqırdığını, sürücünün başının qanlı və bir nəfər uşağın isə "ana" deyib ağladığını görmüş, lakin ayağa dura bilmədiyi üçün onlara kömək edə bilməmişdir. Bir qədər sonra xəsarət alanları və onu Goranboy rayon mərkəzi xəstəxanasına aparmışlar. Xəstəxanada ona tibbi yardım edildikdən sonra spirtli içki qəbul edib-etməməsi yoxlanılaraq ondan qan nümunəsi götürülmüşdür. Həmin gün müstəntiq tərəfindən ifadəsi alınmış və sonra müstəntiqlə birlikdə yol-nəqliyyat hadisəsinin baş verdiyi yerə gedərək, ifadəsi hadisə yerində yoxlanılmışdır. Həmçinin, ifadəsində hadisə zamanı avtomobilində sərnişin və ya yük olmadığını, avtomobilinin texniki cəhətdən saz vəziyyətdə olduğunu göstərmişdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X36 ifadəsində bildirmişdir ki, mərhum Aybəniz Yusifova onun anasıdır. 23 yanvar 2022-ci il tarixdə o, özünə məxsus olan “Ford Fusion” markalı, **-PF-*** qreydiyyat nişanlı avtomobili idarə etmiş, mərhum anası Aybəniz Yusifova, mərhum xalası X12, Rəsul Əliyevin arvadı Zərərçəkmiş şəxs, sonuncunun azyaşlı qızı Cəmilə Əlizadə, Rəsul Əliyevin bacısı Dilarə Əliyeva isə X25 idarə etdiyi “VAZ-21093” markalı avtomobil ilə Goranboy rayonu Qaraçinar kəndinə toy mərasiminə getmişlər. O, X54 kəndindən torpaq yolla Naftalan şəhərindən keçməklə Goranboy rayonu Qaraçinar kəndinə gedəcəklərini görüb, özü isə avtomobili təzə olduğu üçün asfalt yolla Qaraçinar kəndinə getmək istəmiş, Rəsul Əliyev ona Goranboy rayonu Səfikürd kəndinin çıxışında görüşmələrini təklif etmişdir. O, 23 yanvar 2022-ci il tarixdə saat 12 radələrində idarə etdiyi “Ford Fusion” markalı avtomobil ilə Goranboy rayonu Qızılhacılı qəsəbəsindən Naftalan şəhərinə, oradan isə Goranboy rayonu Qaraçinar kəndinə gedərkən Naftalan şəhərinin giriş hissində yol-nəqliyyat hadisəsinin baş verdiyini görüb avtomobilin sürətini azaltmış və həmin vaxt Rəsul Əliyevin idarə etdiyi “VAZ 21093” markalı avtomobil ilə sonradan tanıdığı Təqsirləndirilən şəxs idarə etdiyi “BMV 525İ minik” markalı, **-EM-*** qeydiyyat nişanlı avtomobilin toqquşduğunu və hadisə yerində anası Aybəniz Yusifovanın, xalası Vəzifə Tanırverdiyevanın öldüyünü, digər şəxslərin də ağır xəsarət aldıqlarını görmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X21 ifadəsində bildirmişdir ki, ünvan 1 ünvanda yaşayır, mərhum X34 və X12 onun bacılarıdır, Vəzifə Tanırverdiyeva subay olduğu üçün Goranboy rayonu Təhlə kəndində Aybəniz Yusifova ilə birlikdə yaşamışdır. O, 23 yanvar 2022-ci il tarixdə Goranboy rayonu Qaraçinar kəndində qohumlarının toy mərasiminə gedəcəkləri üçün Goranboy rayonu Təhlə kəndində yaşayan qaynı oğlu X41 ilə əvvəlcədən razılaşıb mərhum bacıları Aybəniz Yusifova və Vəzifə Tanırverdiyeva ilə birlikdə sonuncunun idarə etdiyi avtomobil ilə Goranboy rayonu Qaraçinar kəndinə toy mərasiminə getməyi planlaşdırmışlar. O, həmin gün onlarla telefonla danışmış və ona Rəsul Əliyevin idarə etdiyi avtomobil ilə yol gəldiklərini, onu Naftalan şəhərindən öz yaşadığı evdən götürəcəklərini bildirmişlər. Həmin gün saat 11 radələrində yaşadığı evdə onları gözlədiyi zaman gec gəldiklərini görüb, Rəsul Əliyevin böyük qardaşı Rəhman Məmmədovun istifadəsində olan mobil telefona zəng edərək, hansı səbəbə gecikdiklərini soruşduğu zaman ona Naftalan şəhərinin giriş hissəsində yol-nəqliyyat hadisəsinin baş verdiyi bildirilmiş, о, dərhal qızı Reyhanə Məmmədova ilə birlikdə həmin yerə gəlmişdir. O, hadisə yerinə çatdıqda Rəsul Əliyevin idarə etdiyi “VAZ-21093” markalı avtomobilin və digər “BMV” markalı avtomobilin hadisə yerində olduqlarını görmüş, ona bacıları Aybəniz Yusifovanın və Vəzifə Tanırverdiyevanın yol-nəqliyyat hadisəsi nəticəsində Rəsul Əliyevin idarə etdiyi avtomobildə öldüklərini və meyitlərinin müayinə olunmaq üçün Goranboy rayon mərkəzi xəstəxanasına aparıldığı bildirildiyi üçün Goranboy rayon mərkəzi xəstəxanasına gəlmiş, xəstəxanada Aybəniz Yusifovanın və Vəzifə Tanırverdiyevanın öldüklərini, Rəsul Əliyevin, arvadı Zərərçəkmiş şəxs, azyaşlı qızı X16 və Rəsul Əliyevin bacısı X17 isə müxətlif dərəcədə bədən xəsarətləri aldıqlarını öyrənmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X24 ifadəsində bildirmişdir ki, Goranboy rayonu Təhlə kəndində yaşayır, mərhum Rəsul Əliyev onun qardaşı, mərhum X35 isə onun bacısıdır. Rəsul Əliyevin özünə məxsus “VAZ 21093” markalı, **-BX-*** qeydiyyat nişanlı avtomobili və avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi olmuşdur. 23 yanvar 2022-ci il tarixdə Goranboy rayonu Qaraçinar kəndində qızı Rəhmanə Məmmədovanın toy mərasimi olduğu üçün toy mərasiminə gedərkən özünə məxsus olan avtomobili idarə edib Goranboy rayonu Qızılhacılı qəsəbəsində gözlədiyi zaman mərhum qohumları X34, X12, Zərərçəkmiş şəxs, azyaşlı Cəmilə Əlizadə və mərhum bacısı X55 Əliyevin idarə etdiyi “VAZ 21093” markalı, **-BX-*** qeydiyyat nişanlı avtomobil ilə Naftalan-Goran avtomobil yoluna çıxmaq üçün Goranboy rayonu Təhlə kəndindən torpaq yolla hərəkət etmişlər. O, Qızılhacılı qəsəbəsində gözlədiyi zaman Naftalan-Goran avtomobil yolunda “VAZ 21093” markalı avtomobilin iştirakı ilə yolnəqliyyat hadisəsi baş verdiyi barədə məlumat alıb, həmin avtomobilin Rəsul Əliyevə məxsus olduğunu düşünərək, dərhal həmin yerə getdikdə Rəsul Əliyevin idarə etdiyi “VAZ 21093” markalı avtomobilin Naftalan şəhəri istiqamətində yolun kənarında aşdığını, avtomobildən düşdükdə isə Vəzifə Tanırverdiyevanın meyitinin avtomobilin arxasında yerdə, Aybəniz Yusifovanın meyitinin isə yolun sağ tərəfində yerdə olduğunu, mərhum bacısı Dilarə Əliyevanın yolun sağ tərəfində oturduğunu və Rəsul Əliyevin yolun kənarında uzandığını, "VAZ 21093" markalı avtomobillə toqquşmuş “BMV” markalı avtomobilin isə yolun sağ kənarında dayandığını görmüşdür. X5, Aybəniz Yusifovanın meyitləri Goranboy rayonu mərkəzi xəstəxanasına, mərhum bacısı Dilarə Əliyeva, qardaşı Rəsul Əliyev, onun arvadı Zərərçəkmiş şəxs, qızları Cəmilə Əlizadə isə əvvəlcə Goranboy rayon mərkəzi xəstəxanasına, oradan isə Gəncə şəhərinə Abbas Səhhət adına xəstəxanaya aparılmış, Dilarə Əliyeva aldığı xəsarətlərin təsirindən həmin gün xəstəxanada ölmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X32 ifadəsində bildirmişdir ki, Goranboy rayonu Təhlə kəndində yaşayır, mərhum X41 onun oğlu, mərhum Dilarə Əliyeva isə onun qızıdır. Rəsul Əliyevin özünə məxsus “VAZ 21093” markalı, **-BX-*** qeydiyyat nişanlı avtomobili olmuşdur. O, 23 yanvar 2022-ci il tarixdə Goranboy rayonu Qaraçinar kəndinə nəvəsinin toy mərasiminə getdikləri zaman qaynı Mirzə Məmmədovun idarə etdiyi avtomobildə olmuş, onlar Naftalan şəhərində yaşayan qohumları Gülbəniz Məmmədovanı götürmək məqsədi ilə Təhlə kəndindən torpaq yolla Naftalan-Goran avtomobil yoluna doğru hərəkət etmişlər, mərhum qohumları X34, X12, gəlini Zərərçəkmiş şəxs, nəvəsi Cəmilə Əlizadə və mərhum qızı Dilarə Əliyeva isə Rəsul Əliyevin idarə etdiyi “VAZ 21093” markalı, **-BX-*** qeydiyyat nişanlı avtomobil ilə həmin torpaq yolla onların qarşısında hərəkətdə olmuşlar. O, Naftalan-Goran avtomobil yoluna çatmağa az qalmış Rəsul Əliyevin onlardan əvvəl torpaq yoldan Naftalan-Goran avtomobil yoluna çatıb, həmin yolla hərəkət etdiyi üçün onun idarə etdiyi avtomobili görə bilməmişdir. Onlar Naftalan-Goran avtomobil yolunun Qızılhacılı qəsəbəsi istiqamətində sağ tərəfdəki torpaq yolla gedib, qarşıdan həmin yola çıxdıqdan sonra Naftalan şəhərinə gedib qohumları Gülbəniz Məmmədovanı götürmək üçün geriyə dönüb Naftalan şəhəri istiqamətinə doğru hərəkət edərkən Naftalan şəhərinin girişində yol-nəqliyyat hadisəsi baş verdiyini görüb, həmin yerə yaxınlaşdıqda Rəsul Əliyevin idarə etdiyi “VAZ 21093” markalı, **-BX-*** qeydiyyat nişanlı avtomobilin Naftalan şəhəri istiqamətində yolun kənarında aşdığını görmüşlər və avtomobildən düşdükdə Vəzifə Tanırverdiyevanın meyitinin avtomobilin arxasında yerdə olduğunu, Aybəniz Yusifovanın meyitinin isə yolun sağ tərəfində yerdə olduğunu, mərhum qızı Dilarə Əliyevanın yolun sağ tərəfində oturduğunu və oğlu Rəsul Əliyevin yolun kənarında uzandığını görmüşdür. O, Rəsul Əliyevin idarə etdiyi avtomobil ilə toqquşmuş və sonradan markasını bildiyi “BMV” markalı avtomobilin isə yolun sağ kənarında dayandığını görmüşdür. Bir müddət sonra X10 Yusifli də öz idarə etdiyi avtomobil ilə hadisə yerinə gəlmişdir. Vəzifə Tanırverdiyevanın və Aybəniz Yusifovanın meyitləri, eləcə də hadisə nəticəsində xəsarət almış Dilarə Əliyeva, Rəsul Əliyev, onun arvadı Zərərçəkmiş şəxs, onun qızı Cəmilə Əlizadə təcili tibbi yardım avtomaşınları ilə Goranboy rayonu mərkəzi xəstəxanasına aparılmışlar. Dilarə Əliyeva, Rəsul Əliyev, onun arvadı Zərərçəkmiş şəxs, onun qızı Cəmilə Əlizadə sonradan Goranboy rayon mərkəzi xəstəxanasından Gəncə şəhərinə Abbas Səhhət adına xəstəxanaya aparılmışlar, Dilarə Əliyeva həmin gün xəstəxanada ölmüşdür. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, o, Goranboy rayonu Təhlə kəndində yaşayır, X41 onun əridir. Rəsul Əliyevin “VAZ 21093” markalı, **-BX-*** qeydiyyat nişanlı avtomobili olmuşdur. 23 yanvar 2022-ci il tarixdə Goranboy rayonu Qaraçinar kəndində qaynı X11 Məmmədovanın toy mərasimi olduğu üçün onlar toy mərasiminə getmək üçün əri Rəsul Əliyevin idarə etdiyi “VAZ 21093” markalı avtomobildə qabaq oturacaqda, azyaşlı qızı Cəmilə Əlizadə onun qucağında, mərhum qohumları X34, X12 və baldızı X35 isə avtomobildə arxa oturacaqda əyləşmişlər. Rəsul Əliyevin idarə etdiyi avtomobillə torpaq yolla hərəkət edib Naftalan-Goran avtomobil yoluna çıxdıqdan sonra Rəsul Əliyev avtomobili həmin yolla təxminən 30-40 km/saat sürətlə hərəkət etdirdiyi zaman arxa tərəfdən markasını və nömrəsini bilmədiyi avtomobil gələrək onların olduğu avtomobili arxadan vurmuşdur. Bundan sonra huşunu itirmiş və toqquşmadan sonra nə baş verdiyini bilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X33 ifadəsində bildirmişdir ki, o, Goranboy rayonu Təhlə kəndində yaşayır, X41 onun atasıdır, Rəsul Əliyevə məxsus “VAZ 21093” markalı, **-BX-*** qeydiyyat nişanlı avtomobili olmuşdur. O, 23 yanvar 2022-ci il tarixdə Goranboy rayonu Qaraçinar kəndində əmisi qızı Rəhmanə Məmmədovanın toy mərasiminə getdikləri zaman atası Rəsul Əliyevin idarə etdiyi “VAZ 21093” markalı, **-BX- *** qeydiyyat nişanlı avtomobildə qabaq oturacaqda anası Zərərçəkmiş şəxs qucağında oturduğunu bildirmiş, mərhum qohumları X18, X6 və mərhum bibisi Dilarə Əliyevanın isə avtomobildə arxa oturacaqda oturduqlarını qeyd etmişdir. O, Rəsul Əliyevin özünə məxsus olan avtomobili idarə etdiyi zaman arxa tərəfdən qara rəngli avtomobilin gəlib onların avtomobili vurmuş və avtomobil yolun əks tərəfinə keçib aşmış, həmin hadisə zamanı o, xəsarət aldığı üçün heçnə xatırlamadığını, sonradan hadisə zamanı Aybəniz Yusifovanın, Vəzifə Tanırverdiyevanın hadisə yerində və Dilarə Əliyevanın isə həmin gün xəstəxanada öldüklərini bildirmiş və yol-nəqliyyat hadisəsinin hansı səbəbdən baş verdiyini bilmədiyini qeyd etmişdir. Məhəmə iclasında şahid qismində dindirilmiş Şahid, X13 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 12 aprel 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Goranboy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 12 aprel 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 03 fevral 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin, tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş MTE və PA birliyinin Goranboy rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 03 nömrəli ekspert rəyindən görünür ki, X1 bədəni üzərində qarının ön divarının küt travması, dalağın və qara ciyərin əzilib-didilməsi, qarın boşluğuna daxili qan itirmənin olması, daxili üzvlərin azqanlığı, sol göz ətrafında və sol qaş nahiyəsində sıyrılmış xəsarətləri müəyyən edilmiş, həmin xəsarətlər bərk küt əşya(lar)ın təsiri nəticəsində, о cümlədən qərarın təsviri hissəsində göstərildiyi kimi avtomobil qəzası nəticəsində əmələ gələ bilər. Ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa аğır zərər vurmaya aid edilir. X1 ölümünə səbəb - dalağın və qara ciyərin əzilib-didilməsi nəticəsində baş vermiş kəskin qan itirmə olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş MTE və PA birliyinin Goranboy rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 04 nömrəli ekspert rəyindən görünür ki, X2 bədəni üzərində döş qəfəsinin sol yarısının qançırı və divar aralığında küt travması, İİİ-İV-V qabırğanın sınığı, sol ağ ciyərin orta payının cırılması, döş qəfəsi boşluğuna qanitirmənin olması, daxili üzvlərin azqanlığı, döş qəfəsinin sol yarısının hematoması, burun sümüyünün sınığı xəsarətləri müəyyən edilmiş, həmin xəsarətlər bərk küt əşya(lar)ın təsiri nəticəsində eləcə də avtoqəza zamanı əmələ gələ bilərdi və ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olub sağlamlığa аğır zərər vurmaya aid edilir. X2 ölümünə səbəb - ağ ciyərin cırılması nəticəsində baş vermiş kəskin daxili qan itirmə olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş MTE və PA birliyinin Goranboy rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 05 nömrəli ekspert rəyindən görünür ki, X3 bədəni üzərində açıq küt kəllə-beyin travması, sol təpə və gicgah sümüklərinin sınığı, başın sol təpə-gicgah nahiyəsinə qansızma, sol təpə-gicgah sümüklərinin açıq sınıqları, ağır baş beyin əzilməsi, beyinin yumşaq qişasına, beyin toxumasına, beyin mədəciklərinə qansızma, sol baldır sümüklərinin dəyişən açıq sınığı və sol bazu sümüyünün oynaq daxili qapalı sınığı, çənə sümüyünün sınığı, travmatik hemoragik şok İİİ-İV dərəcə, bədən səthinin çoxsaylı yaraları və hematoması xəsarətləri müəyyən edilmiş, həmin xəsarətlər bərk küt əşya(lar)ın, o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni xx.xx.2022-ci il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa аğır zərər vurmaya aid edilir. X3 ölümünə səbəb - ağır açıq kəllə-beyin travması nəticəsində kəllə sümüklərinin sınması zamanı beyin toxumasına və beyin mədəciklərinə qansızma olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş MTE və PA birliyinin Goranboy rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 12 nömrəli ekspert rəyindən görünür ki, X7 bədəni üzərində küt kəllə-beyin travması, təpə sümüyünün sınığı, təpə nahiyəsinin çapılmış yarası xəsarətləri müəyyən edilmiş, həmin xəsarətlər bərk küt əşya(lar)ın, o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni, xx.xx.2022-ci il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa аğır zərər vurmaya aid edilir. X7 ölümünə səbəb - ağır qapalı kəllə-beyin travması nəticəsində təpə sümüyünün sınması, beyin toxumasına və beyin mədəciklərinə qansızma olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş MTE və PA birliyinin Goranboy rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 171 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə və tibbi sənədinə əsasən bədəni üzərində QKBT baş beyin silkələnməsi, Th İV fəqərənin qəlpəli sınığı, qarının küt travması əməliyyatdan sonrakı vəziyyət, qaraciyərin zədələnməsi splektamiya xəsarətləri müəyyən edilmiş, həmin xəsarətlər bərk küt əşya(lar)ın, о cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni, xx.xx.2021-ci il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi və ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa аğır зərər vurmaya aid edilir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş MTE və PA birliyinin Goranboy rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 163 nömrəli ekspert rəyindən görünür ki, X16 məhkəmə-tibbi müayinəsinə və tibbi sənədinə əsasən bədəni üzərində qapalı kəllə beyin zədələnməsi, alın nahiyəsinin yarası, sol hemorodial pnevmatoraks, sol kürək sümüyünün sınığı, İİİ-İV-V-Vİ-İX qabırğaların sınığı, sol said sümüklərinin sınığı xəsarətləri müəyyən edilmiş, həmin xəsarətlər bərk küt əşya(lar)ın, о cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2021-ci il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi və ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa аğır zərər vurmaya aid edilir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleks məhkəmə nəqliyyat-trasoloji və yol-nəqliyyat hadisələri ekspertizasının 06 aprel 2022-ci il tarixli 8/524 nömrəli rəyindən görünür ki, nəqliyyat vasitələri arasında ilkin kontakt anında toqquşma "VAZ 21093" markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə "BMV 525" markalı, 20-ЕМ-319 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi arasında təxminən paralelliyə yaxın vəziyyətdə baş vermişdir. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən “BMV 525” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “BMV 525” markalı avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda, 90-100 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər hər hansı cinayət məsuliyyətinə cəlb olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Goranboy rayon İHB-nin Goranboy rayon Qızılhacılı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2022-ci il tarixdə 137 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Orucov X20 rayonu Qızılhacılı qəsəbəsində anası X28, arvadı X29, oğlu X42 və qızı X38 ilə birlikdə qeydiyyatda olaraq yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan dörd nəfər şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməli törətməkdə təqsirli bilinib, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikasının CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, CM-in 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasında əsas cəza ilə yanaşı əlavə cəza kimi müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə məcburi hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edildiyindən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 12 aprel 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməli və başlanğıcı əsas cəzanın çəkilib qurtarmasından sonra hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edildiyindən, təqsirləndirilən şəxsin həbsdə saxlandığı müddət ona təyin olunan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının icrası əsas cəzanı çəkib qurtardığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut olan üçün “BMV 525İ minik” markalı, **-EM-*** qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs ailə üzvlərinə, “VAZ-21093” markalı, **-BX-*** qeydiyyat nişanlı avtomobil isə Rəsul Əliyevin hüquqi varisi X19 qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəflərinə aid olan 228 manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməldir. İş üzrə mülki iddia, xüsusi müsadirə ediləcək, əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs əsas cəza kimi təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun həbsə alındığı tarixdən, yəni 12 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə həmin cəzanın icrası əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan üçün “BMV 525İ minik” markalı, **-EM-*** qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs ailə üzvlərinə, “VAZ-21093” markalı, **-BX-*** qeydiyyat nişanlı avtomobil isə Rəsul Əliyevin hüquqi varisi X19 qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəflərinə aid olan 228 manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar