Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-50/2025 28.01.2026 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər X11 və Müslümov Bəhruz Firizman oğlundan ibarət tərkibdə, X12 və X5 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, X7, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, “Vətən müharibəsi iştirakçısı” “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmiş, Goranboy rayonu, Nizami kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi ümumi təmiz çəkisi 2045,247 qram olan külli miqdarda narkotik vasitə olan heroini və ümumi təmiz çəkisi 2,265 qram olan külli miqdarda psixotrop maddə olan metamfetamini müxtəlif hissələrə bölərək, ümumi təmiz çəkisi 2045,247 qram olan külli miqdarda narkotik vasitə olan heroinin 2045 qramını iki ədəd üzəri sarı rəngli yapışqanlı lentlə sarınmış səffaf polietilin torbalarada, 0,247 qramını isə bir ədəd şəffaf sellofan bükümdə, ümumi təmiz çəkisi 2,265 qram olan küllli miqdarda psixotrop maddə olan metamfetamini bir ədəd qızılı rəngli kağız bükümdə və iki ədəd səffaf polietilen kəsiyi bükümlərdə qablaşdırmış, iki ədəd üzəri sarı rəngli yapışqanlı lentlə sarınmış səffaf polietilin torbalarada qablaşdırdığı ayrı-ayrılıqda təmiz çəkiləri 1020 qram, 1025 qram, ümumi təmiz çəkisi 2045 qram külli miqdarda narkotik vasitə olan heroini yaşadığı evin həyətində yerləşən yardımçı tikilidə gizlətmiş, şəxsi istehlak miqdarından artıq bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,247 qram olan narkotik vasitə heroini, bir ədəd qızılı rəngli kağız bükümdə və iki ədəd səffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,662 qram, 0,769 qram, 0,834 qram, ümumi təmiz çəkisi 2,265 qram olan külli miqdarda maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini isə satış məqsədi ilə dəri materialdan hazırlanmış, zəncirbəndlə bağlanan qəhvəyi rəngli açar qabına yerləşdirib əynində olan qara rəngli gödəkcənin sol yan cibində qanunsuz saxlayıb daşıyarkən 05 mart 2023-cü il tarixdə saat 01:00 radələrində Goranboy RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonu Nizami kəndi ərazisində saxlanılaraq RPŞ-nə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkcənin sol yan cibində saxladığı dəri materialdan hazırlanmış, zəncirbəndlə bağlanan qəhvəyi rəngli açar qabında satış məqsədi ilə qanunsuz olaraq saxladığı şəxsi istehlak miqdarından artıq bir ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,247 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd qızılı rəngli kağız bükümdə və iki ədəd səffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,662 qram, 0,769 qram, 0,834 qram, ümumi təmiz çəkisi 2,265 qram olan külli miqdarda maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş, 05 mart 2023-cü il tarixdə saat 16:02-də istintaq-əməliyyat tədbirlrinin davamı olaraq Goranboy rayonu Nizami kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə Goranboy RPŞ-nin əməkdaşları tərəfindən baxış keçirilən zamanı satış məqsədi ilə qanunsuz olaraq saxladığı iki ədəd üzəri sarı rəngli yapışqanlı lentlə sarınmış səffaf polietilin torbalarada qablaşdırdığı ayrı- ayrılıqda təmiz çəkiləri 1020 qram, 1025 qram, ümumi təmiz çəkisi 2045 qram külli miqdarda narkotik vasitə olan heroin və “Constant” markalı bir ədəd elektron tərəzi həyətdə olan yardımçı tikilidən aşkar olunaraq götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Gəncədən kəndə gəlmiş və kəndlərinin ayağında polis əməkdaşları saat 12 radələrində onun boynuna tros ip keçirib tutmuşlar. Onu öz maşınının yanında tutmuşlar və Goranboy RPŞ-yə aparmışlar. Şöbədə qarşısına narkotik vasitə qoyub və bunu götür demişlər. O isə imtina etmişdir. Orada onu söyüb, döyüb və ona qarşı nalayiq ifadələr işlətmişlər. Sonra onu müstəntiqin yanına aparmışlar. Müstəntiq ona evinizin yarım tikilisində 2 kq-ya yaxın narkotik vaitə tapılıb demiş, o da həmin narkotik vasitələrin onun olmamasını bildirmişdir. Daha sonra onu məhkəməyə aparmışlar və o məhəkəmədə də narkotik vasitələrin ona aid olmamasını bildirmişdir. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər istintaqda verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmişdir. Belə ki, istintaq zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiy ifadəsindən görünür ki,iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, «…8 aydır narkotik vasitə qəbul edir, qəbul etməyən zaman bədəni ağrıyır. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Goranboy rayon Nizami kəndi ərazisində kəndə gedən avtomobil yolunun kənarında olan zaman yerdə şəffaf sellafon torbacıqlar görmüş, həmin torbacıqlar diqqətini çəkmiş, həmin yerə yaxınlaşıb 3 ədəd sellafon bükümü, 1 ədəd kağız bükümü yerdən götürüb içinə baxan zaman kağız bükümdə və 2 ədəd sellafon torbanın içərisində patı kimi tanıdığı metamfetamin, digər sellafon torbada isə narkotik vasitə olan heroin olduğunu görmüşdür. Özü narkotik vasitə qəbul etdiyi üçün sellafon torbacıqda və kağız bükümdə olan maddələrin metamfetamin və heroin olduğunu bilmiş, istifadə etmək üçün yerdən götürüb qəhvəyi rəngli açar qabının içərisinə qoymuş, zəncirbənd ilə ağzını bağlayıb əynində olan qara rəngli gödəkçəsinin sol yan cibinə metamfetamin qəbul etmək üçün üzərində gəzdirdiyi 1 ədəd şüşə qabın olduğu yerə qoymuş, bu barədə heç kimə məlumat verməmişdir. xx.xx.2023-cü il tarixdə saat 01:00 radələrində Goranboy rayon Nizami kəndinin girişində dayanacaqda olan zaman bir neçə mülki geyimli şəxs ona yaxınlaşmış, xidməti vəsiqələrini təqdim edərək Goranboy RPŞ-nin əməkdaşları olduqlarını demişlər. Polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər, üzərində şəxsi axtarış aparılması üçün onu rayon polis şöbəsinə dəvət etmişlər. O, heç bir etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə gəlmişdir. Polis əməkdaşlarının xidməti avtomobilində axra oturacaqda oturmuş, hər iki tərəfində polis əməkdaşları oturduğu üçün rayon polis şöbəsinə gələnə kimi üzərindəki narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini üzərindən ata bilməmişdir. Rayon polis şöbəsində ona hüquq və vəzifələrini izah etmişlər, hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edildikdən sonra o, şübhəli şəxs qismində tutulmuş, bundan sonra müdafiəçinin və RPŞ-nin əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl ona bir daha hüquq və vəzifələri izah olunmuş və üzərində olan əşyaları, eləcə də narkotik vasitə vardırsa onu çıxarıb masanın üzərinə qoymağı təklif edilmişdir. Bundan sonra əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd qara rəngli avtomobil qapısını açıb-bağlayan mexanizmi (pult), sol yan cibindən 2 ədəd 100 manatlıq, 7 ədəd 20 manatlıq, 5 ədəd 1 manatlıq ümumilikdə 345 manat pulu, 1 ədəd Kapital Banka aid **********652095 nömrəli plastik kartı, əynində olan qara rəngli zəncirbənd ilə bağlanan gödəkçənin sol yan cibindən 1 ədəd içərisində çöküntü maddə olan şüşə qabı, 1 ədəd qəhvəyi rəngli zəncirbənd ilə bağlanan dəri materialdan hazırlanmış açar qabının içərisindəki 1 ədəd sellofan bükümdə içərisində narkotik vasitə olan heroini, 2 ədəd sellofan bükümdə içərisində psixotrop maddə olan olan metamfetamini, 1 ədəd kağız parçasına bükülmüş halda iç rəngi qızılı rəng olan içərisində psixotrop maddə olan metamfetamini, sağ yan cibindən 1 ədəd Redmi markalı mobil telefonu müdafiəçinin və RPŞ-nin əməkdaşlarının iştirakı ilə masanın üzərinə qoyaraq təqdim etmişdir. Sonra polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılmış, lakin əlavə olaraq heçnə aşkar edilməmişdir. Sonra 1 ədəd iç hissəsi qızılı rəngdə olan kağız parçasına bükülmüş, içərisində psixotrop maddə olan metamfetamin elektron tərəzidə çəkilərək 0.8 qram, 2 ədəd sellofan bükümdə içərisində psixotrop maddə olan olan metamfetamin ayrı-ayrılıqda elektron tərəzidə çəkilərək 0,8 qram, digəri 0,9 qram, 1 ədəd sellofan bükümdə içərisində narkotik vasitə olan heroin elektron tərəzidə çəkilərək 0,4 qram olduğu müəyyən edilmiş və ekspert tədqiqatına göndərilməsi üçün bir ədəd zərfə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin 121 saylı möhürü ilə möhürlənib üzəri iştirakçılar tərəfindən imza edildikdən sonra götürülmüşdür. Həmçinin üzərindən aşkar olunmuş 1 ədəd qara rəngli avtomobil qapısını açıb-bağlayan mexanizm (pult), 345 manat pul, 1 ədəd Kapital Banka aid **********652095 nömrəli plastik kart və 1 ədəd Redmi markalı mobil telefon özünə geri qaytarılmışdır. Üzərindən aşkar olunmuş şüşə qab vasitəsi ilə patı kimi tanıdığı metamfetamini qəbul etdiyini, şüşə qabın içərisində olan çöküntü maddənin də metamfetaminin çöküntüsü olduğunu bildirmişdir. Bundan başqa ifadəsində göstərmişdir ki, üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamindən, heroindən heç kimə verməmiş və satmamış, həmçinin kiməsə vermək və ya satmaq niyyəti olmamışdır. Həmin narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini tapan zaman ayrı-ayrı bükümlərdə olmuşdur. Polis əməkdaşları onu saxlayan zaman yanında heç kim olmamış, tək olmuş, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada təzyiq və ya təsir olmamışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş mobil telefonda ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrdən istifadə etdiyini qeyd etmişdir. xx.xx.2023-cü il tarixdə Goranboy RPŞ-nin əməkdaşları tərəfindən Goranboy rayonu Nizami kəndində yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilərkən həyətyanı sahəsində olan yardımçı tikilidən aşkar edilərək götürülmüş iki ədəd üzəri yapışqanlı lentlə sarınmış, içərisində narkotik vasitə heroin olan bağlamaların ona məxsus olmadığını, bu barədə məlumatının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs verdiyi əlavə ifadəsində göstərmişdir ki, təxminən 8 aydır psixotrop maddə metamfetamin qəbul edir, metamfetamin qəbul etməyinə səbəb 2-ci Qarabağ müharibıəsində iştirak etməyi, müharibə dövründə aldığı psixoloji sarsıntılar olmuşdur. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları onu Goranboy RPŞ-nə gətirən zaman üzərində iki büküm psixotrop maddə metamfetamin, bir büküm isə qurudulmuş marixuana olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Goranboy rayon Nizami kəndinə gedən avtomobil yolunun kənarından tapdığı narkotik vasitə və psixotrop maddələrdən kiməsə satmamış və ya verməmişdir. Bundan başqa bir-iki dəfə dəqiq xatırlamadığı vaxtlarda əvvəllər tanıdığı Goranboy rayonu Xoylu kənd sakinləri Seyrəddin və Mikayıl adlı şəxslərə bir dəfə istifadə etmələri üçün cuzi miqdarda psixotrop maddə olan metamfetamin satmış, lakin konkret olaraq həmin şəxslərdən nə qədər pul aldığını hal-hazırda xatırlamadığını bildirmişdir. Həmçinin təxminən 5-6 ay bundan əvvəl Goranboy rayonu Qaradağlı kənd sakini Abdulla adlı şəxsə az miqdarda qurudulmuş marixuana vermiş, lakin həmin şəxsin bunun qarşılıında ona pul verib-vermədiyini xatırlamadığını qeyd etmişdir. Təxminən xeyli müddət bundan əvvəl Gəncə şəhərində olan zaman yerdən bir büküm psixotrop maddə olan metamfetamin və bir bükümdə narkotik vasitə olan qurudulmuş marixuana tapmış, həmin tapdığı psixotrop maddənin bir hissəsini özü istifadə etmiş, bir hisəsini isə Mikayıl və Seyrəddinə satmışdır. Həmçinin yerdən tapdığı bir büküm qurudulmuş marixuananı Abdullaya satmışdır….» Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Goranboy Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barəsində məlumat daxil olmuşdur. Bundan sonra istintaq qrupu yaradılmış və Təqsirləndirilən şəxs saxlanılmış və polis şöbəsinə gətirilmişdir. Onun üzərinə baxış keçirilən zaman üzərində metanfetamin və heroin aşkar olunmuşdur. Axtarışın davamı olaraq şəxsin yaşadığı evə baxış keçirilmişdir. Orada isə 2 kq yaxın narkotik vasitə aşkarlanmışdır. İstintaqda verdiyi ifadəni təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Goranboy Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məlumat əsasında o, Şəfiyevlə birlikdə kəndə gedib Təqsirləndirilən şəxs onu şöbəyə gətirmişlər. Sonuncunun üzərinə baxış keçirilən zaman 3 ədəd kiçik büküm aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs evinə gedib orada kiçik daxma kimi yerdən bağlama aşkar edilmişdir. Bağlamalar iki ədəd skoçla bağlanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, səhər saatlarında gəlini ona zəng vurub Elçinin evə gəlmədiyini bildirmişdir. Elçin heç vaxt gecəni hardasa qalmadığından o təşvişə düşmüşdür. O rayonda tanış müstəntiqə ona zəng vurmuş Elçinlə maraqlanmasını xahiş etmişdir. Müstəntiq sonra ona zəng vurmuş və Elçinin polis şöbəsində olmasını bildirmişdir. O, Elçinin niyə tutulmasını soruşmuş,tanışı müstəntiq Elçinin hansı səbəbdən tutulmasını bilmədiyini demişdir. Bir neçə saat keçəndən sonra, 40-dan çox polis əməkdaşı onların evinə gəlmiş və ona oğlununun narkotiklə əlaqədar həbs edildiyini bildirmişlər. Polis əməkdaşları icazə kağızları olmadan evi axtarmış və evdən heç nə tapmamışlır. Polis əməkdaşları daha sonra göy çadırın içinə keçmişlər. Polis əməkdaşları içəri girəndə təmiz bir paket çıxarmış və burada iki yüz minlik mal var demişdir. O da oğlunun niyə iki yüz minlik malı orada saxlasın ki demişdir. Həmin gündən bir gün əvvəl güclü külək olmuş, lakin paket tozlu olmamış təmiz olmuşdur. Əgər o paket gecədən orada olsaydı, tozlu və torpaqlı olardı. O, ekspertiza tələb edərək həmin paketdəki barmaq izləri çıxarılmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Goranboy Rayon Polis Şöbəsindən ona zəng gəlmiş və ona Təqsirləndirilən şəxs evinə getməsi deyildiyindən o da Təqsirləndirilən şəxs evinə getmişdir. Sonradan Elçinin evində axtarış aparılacağı ona məlum olmuşdur. Evdə anası və arvadı olmuşdur. Axtarışın nəticəsində evdən kənarda bir çadır tapılmış və içərisində iki büküm narkotik maddə və tərəzi aşkar olunmuşdur. 05 mart 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 mart 2023-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(045)-14/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli şəxsin şübhəli kimi saxlanıldığı vaxtdan yəni xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə-kimyəvi ekspertizanın 05 mart 2023-cü il tarixli 16/295 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi 1 ədəd kağız bükümdə, 2 ədəd sellofan torbada olan psixotrop maddə metamfetaminə bənzər maddə, bir ədəd sellofanda heroinə bənzər maddə, bir ədəd şüşə qab...” sözləri və imzalar olan kağız paketdəki; -bir ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,247 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. -bir ədəd qızılı rəngli kağız bükümdə və iki ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,662 qram, 0,769 qram, 0,834 qram, ümumi təmiz çəkisi 2,265 qram maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. -bir ədəd şüşə kolbanın içərisində metamfetamin izləri vardır, metamfetamin iz şəklində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq və müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. -Tədqiqata təqdim edilmiş bir ədəd kağız paketdəki metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Məhkəmə-kimyəvi ekspertizanın 06 mart 2023-cü il tarixli 16/296 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs Goranboy rayonu Nizami kəndində yaşadığı evin həyətindən aşkar olunaraq götürülmüş iki ədəd sarı rəngli yapışqanla bağlanmış narkotik maddə olan heroinə bənzər maddələr olan bağlamalar.” Sözləri və imzalar olan kağız paketdəki, iki ədəd üzəri sarı rəngli yapışqanlı lentlə sarınmış şəffaf polietilen torbalarda ayrı ayrılıqda təmiz çəkiləri 1020 qram, 1025 qram, ümumi təmiz çəkisi 2045 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Məhkəmə-narkoloji ekspertizasının 15 may 2023-cü il tarixli 841 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psxotrop maddə olan metamfetamindən istifadə edib, psixotrop maddə olan metamfetamindən və narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə protokoldan, protokola əlavə edilmiş fotocədvəl və 1 ədəd diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində göy rəngli cins şalvar, qara rəngli zəncirbənd ilə bağlanan gödəkcə, tünd göy rəngli uzunqol jaket, qara rəngli kənarları zəncirbənd ilə bağlanan ayaqqabı vardır. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qara rəngli avtomobil qapısını açıb-bağlayan mexanizm (pult), sol yan cibindən iki ədəd 100 manatlıq, yeddi ədəd 20 manatlıq, beş ədəd 1 manatlıq ümumilikdə 345 manat pulu, bir ədəd Kapital Banka aid **********652095 nömrəli plastik kartı, əynində olan qara rəngli zəncirbənd ilə bağlanan gödəkcənin sol yan cibindən bir ədəd içərisində çöküntü maddə olan şüşə qabı, bir ədəd qəhvəyi rəngli, zəncirbənd ilə bağlanan dəri materialdan hazırlanmış açar qabının içərisində olan bir ədəd sellofan bükümdə içərisində narkotik vasitə olan heroinə bənzər maddəni, iki ədəd sellofan bükümdə içərisində psixotrop maddə olan olan metamfetaminə bənzər maddəni, bir ədəd kağız parçasına bükülmüş halda içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddəni, sağ yan cibindən bir ədəd Redmi markalı mobil telefonu masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs bir ədəd sellofan bükümdə içərisində narkotik vasitə olan heroinə bənzər maddəni, iki ədəd sellofan bükümdə içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddəni, bir ədəd kağız parçasına bükülmüş halda iç hissəsi qızılı rəngdə olan içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddəni təqdim edərək xx.xx.2023-cü il tarixdə Goranboy rayon Nizami kəndi ərazisində tapdığını, şəxsi istifadəsi üçün götürərək özündə saxladığını, lakin istifadə etmədiyini, bir ədəd şüşə qabı isə metamfetamin qəbul etmək üçün istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd iç hissəsi qızılı rəngdə olan kağız parçasına bükülmüş halda içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddə elektron tərəzidə çəkilərək 0,8 qram, iki ədəd sellofan bükümdə içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddə ayrı-ayrılıqda elektron tərəzidə çəkilərək 0,8 qram, digəri 0,9 qram, bir ədəd sellofan bükümdə içərisində narkotik vasitə olan heroinə bənzər maddə elektron tərəzidə çəkilərək 0,4 qram olduğu müəyyən edilmiş, iştirakçıların iştirakı ilə bir ədəd içərisində çöküntü maddə olan şüşə qabda daxil olmaqla bir ədəd zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 121 saylı möhürü ilə möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq ekspert tədqiqatına göndərilməsi üçün götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd qara rəngli avtomobil qapısını açıb-bağlayan mexanizm (pult), 345 manat pul, bir ədəd Kapital Banka aid **********652095 nömrəli plastik kart və bir ədəd «Redmi» markalı mobil telefon iş üzrə maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs Goranboy rayonu Nizami kəndində yerləşən fərdi yaşayış evinə və həyətyanı sahəsinə baxış keçirilməsi barədə protokoldan, protokola əlavə edilmiş fotocədvəl və 1 ədəd diskdən görünür ki, Təqsirləndirilən şəxs Goranboy rayonu, Nizami kəndində yerləşən fərdi yaşayış evinin həyətinə girişdə yaşıl rənglə rənglənmiş, dəmir materialdan hazırlanmış iki taylı qapı (darvaza) vardır. Həmin iki taylı qapının sağ tayının içərisində olan bir taylı qapıdan həyətə daxil oduqda sol tərəfdə mişar və qara daşlar ilə inşa edilmiş fərdi yaşayış evi, qarşısında isə dəmir konstruksiyalı çardaq, sağ tərəfdə həyətin hasarına bitişik formada kənarları və üzəri göy rəngli çadırla bağlanmış, giriş qapısı isə dəmir tordan hazırlanmış, üzəri isə sintetik tərkibli parça ilə örtülmüş halda olan yardımçı tikili, ondan sonra tövlələr, fərdi yaşayış evinin qarşısında isə hamam və sanitar qovşağı yerləşir. Həyətin sağ tərəfində yerləşən üzəri göy çadırla örtülmüş yardımçı tikiliyə baxış keçirilmış, yardımçı tikilinin içərisində istifadəyə yararlı və yarasız halda olan ev, məişət əşyalarının səliqəsiz, dağınıq formada olduğu, sol tərəfdə hasara bitişik olan yerdə 2 ədəd üzəri qırmızı parçada olan taxta kresloların üst-üstə olduğu müəyyən edilmişdir. Həmin üst-üstə yerləşdirilmiş kresloların qarşısına baxış zamanı 1 ədəd istifadə olunmuş su qızdırıcı cihaz, plastik qablar və üzəri sarı rəngli yapışqanlı lentlə sarınmış 2 ədəd polietilen torbada narkotik vasitə olan heroinə bənzər maddələr, 1 ədəd ağ rəngli torbada işlək vəziyyətdə olan “Constant” markalı elektron tərəzi aşkar edilmişdir. Həmin üzəri sarı rəngli yapışqanlı lentlə bağlanmış 2 ədəd bağlamanın içərisinə baxış zamanı orada qəhvəyi rəngli, kəskin spesifik qoxuya malik polietilen torbada narkotik vasitə olan heroinə bənzər maddə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətində göy rəngli çadırla üst və yan hissəsi bağlanmış yardımçı tikilidən götürülmüş üzəri sarı rəngli yapışqanlı lentlə bağlanmış 2 ədəd polietilen torbada narkotik vasitə olan heroinə bənzər maddələr sellofan torbada “WeiHeng” markalı elektron tərəzidə ayrı-ayrılıqda çəkilərək 1 ədədinin 1110 qram, digərinin isə 1100 qram olduğu, ümumi çəkisinin 2210 qram olduğu müəyyən edilmiş və iştirakçıların iştirakı ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 121 saylı möhürü ilə möhürlənərək tərtib edilmiş protokola əlavə edilmişdir. Həmin ağ torbanın içərisində olan bir ədəd elektron tərəzi maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Bundan başqa həmin fərdi yaşayış evinə, zirzəmisinə, tövlələrə, həyətə baxış zamanı maddi sübut əhəmiyyəti kəsb edəcək və qanunla qadağan olunmuş hər hansı əşya, vasitə aşkar olunmamış və götürülməmişdir. xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirlməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülərək bir ədəd şəffaf sellofan kəsiyi bükümündə ekspertiza təqdiqatından sonra təmiz çəkisi təmiz çəkisi 0,177 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroinin, bir ədəd qızılı rəngli kağız bükümdə və iki ədəd səffaf polietilen kəsiyi bükümlərində ekspertiza tədqiqatından sonra ümumi təmiz çəkisi 2.115 qram olan külli miqdardamaddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetaminin, Təqsirləndirilən şəxs Goranboy rayonu, Nizami kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan yardımçı tikilidən aşkar edilərək götürülmüş iki ədəd üzəri sarı rəngli yapışqanlı lentlə sarınmış səffaf polietilin torbalarada qablaşdırdığı ayrı- ayrılıqda ekspertiza tədqiqatından sonra ümumi çəkisi 2044,8 qram külli miqdarda narkotik vasitə olan heroin və “Constant” markalı bir ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq Goranboy RPŞ-nin saxlancına verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs götürülmüş bir ədəd şüşə qab iş üzrə əhəmiyyət kəsb etmədiyindən məhv edilməsi üçün Goranboy RPŞnin saxlancına verilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd qara rəngli avtomobil qapısını açıb-bağlayan mexanizmin (pult), 345 manat pul, bir ədəd Kapital Banka aid **********652095 nömrəli plastik kart və bir ədəd «Redmi» markalı mobil telefon maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün sonuncunun özünə qaytarılmışdır. Goranboy rayon polis şöbəsindən daxil olmuş əməliyyat tapşırığına cavab məktubundan görünür ki ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibində saxladığı dəri materialdan hazırlanmış, zəncirbəndlə bağlanan qəhvəyi rəngli açar qabında qanunsuz olaraq saxladığı şəxsi istehlak miqdarından artıq bir ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,247 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, bir ədəd qızılı rəngli kağız bükümdə və iki ədəd səffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,662 qram, 0,769 qram, 0,834 qram, ümumi təmiz çəkisi 2,265 qram olan külli miqdarda maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini, həmçinin 05 mart 2023-cü il tarixdə saat 16:02-də istintaq-əməliyyat tədbirlərinin davamı olaraq Goranboy rayonu, Nizami kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə Goranboy RPŞ-nin əməkdaşları tərəfindən baxış keçirilən zaman aşkar olunmuş qanunsuz olaraq saxladığı iki ədəd üzəri sarı rəngli yapışqanlı lentlə sarınmış səffaf polietilin torbalarada qablaşdırdığı ayrı-ayrılıqda təmiz çəkiləri 1020 qram, 1025 qram, ümumi təmiz çəkisi 2045 qram külli miqdarda narkotik vasitə olan heroini naməlum mənbədən satış məqsədi ilə əldə edib bir hissəsini üzərində, bir hissəsini isə yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz olaraq saxlamışdır.Təqsirləndirilən şəxs faktiki olaraq Goranboy rayonu, Xoylu kənd sakinləri X2, X3, Goranboy rayonu Qaradağlı kənd sakini X4 əvvəllər narkotik vasitə satdığı müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı başqa şəxslərlə hər hansı formada əlbirliyinin olması müəyyən edilməmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs Goranboy rayonu ərazisində və digər ərazilərdə analoji cinayətlərdə iştirakının olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki,Əliyev X15 Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 333.3, 333.4, 62, 66.2-ci maddələri ilə təqsirli bilinərək 250 saat ictimai işlər cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Azərbaycan Respublikası Goranboy rayon İHB-nın Nizami kənd şəhər İƏD üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2023-cü-ci il tarixli 88 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Əliyev X10 rayonu, Nizami kəndində daimi qeydiyyatdadır və həmin kənddə yaşayır və yaşadığı yerdən müsbət xarakterizə olunur. AZ-İV № 916709 və AZ-İV № 916710 saylı “Doğum haqqında şəhdətnamələrdən” görünür ki, xx.xx.2017-ci il təvəlldülü X14 və X13 atası Təqsirləndirilən şəxsdur. Azərbaycan Respublikası medalının № İ-19177 saylı vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası medalının № İ-1720 saylı vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasının 23 dekabr 2023-cü il tarixli 3-16-17/39/2-8351/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2 saylı istintaq təcridxanasına daxil olmuşdur. Müayinə zamanı üzərində hər iki gözün alt nahiyyəsində, sağ əlin üst nahiyyəsində və sağ topuğun iç tərəfində şişginlik aşkar olunmuşdur. Goranboy rayon prokurorluğunda araşdırılmış, Goranboy rayon prokurorunun böyük köməkçisi, İİİ dərəcəli hüquqşünas Ayaz Rzayevin 13 aprel 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd olunması haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən 13 aprel 2023-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Məhəkəmə Təqsirləndirilən şəxs özünü ona elan olunmuş CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək, nakotik vasitlərin ona məxsus olmaması polis əməkdaşları tərəfindən üzərinə qoyulması barədə ifadəsi mötəbər sübutlarla, o cümlədən Təqsirləndirilən şəxs istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ilkin qsmən etiafedici ifadələri, şahid ifadələri, üzləşdirmə protokolu, ekspertiza rəyləri, şəxsi axtarış keçirilməsi barədə protokol, baxış və götürmə keçirilməsi barədə protokol, həmin protokollara əlavə olunmuş videogörüntülər, maddi sübutlar, iş üzrə keçirilmiş əməliyyat tapşırıqları və digər sübutlarala təkzib edildiyindən həmin ifadəni özünü müdafiə məqəsədi ilə verilmiş ifadə kimt qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi ümumi təmiz çəkisi 2045,247 qram olan külli miqdarda narkotik vasitə olan heroini və ümumi təmiz çəkisi 2,265 qram olan külli miqdarda psixotrop maddə olan metamfetamini müxtəlif hissələrə bölərək, ümumi təmiz çəkisi 2045,247 qram olan külli miqdarda narkotik vasitə olan heroinin 2045 qramını iki ədəd üzəri sarı rəngli yapışqanlı lentlə sarınmış səffaf polietilin torbalarada, 0,247 qramını isə bir ədəd şəffaf sellofan bükümdə, ümumi təmiz çəkisi 2,265 qram olan küllli miqdarda psixotrop maddə olan metamfetamini bir ədəd qızılı rəngli kağız bükümdə və iki ədəd səffaf polietilen kəsiyi bükümlərdə qablaşdırmış, iki ədəd üzəri sarı rəngli yapışqanlı lentlə sarınmış səffaf polietilin torbalarada qablaşdırdığı ayrı-ayrılıqda təmiz çəkiləri 1020 qram, 1025 qram, ümumi təmiz çəkisi 2045 qram külli miqdarda narkotik vasitə olan heroini yaşadığı evin həyətində yerləşən yardımçı tikilidə gizlətməsi, şəxsi istehlak miqdarından artıq bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,247 qram olan narkotik vasitə heroini, bir ədəd qızılı rəngli kağız bükümdə və iki ədəd səffaf polietilen kəsiyi bükümlərində ayrıayrılıqda təmiz çəkiləri 0,662 qram, 0,769 qram, 0,834 qram, ümumi təmiz çəkisi 2,265 qram olan külli miqdarda maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini isə satış məqsədi ilə dəri materialdan hazırlanmış, zəncirbəndlə bağlanan qəhvəyi rəngli açar qabına yerləşdirib əynində olan qara rəngli gödəkcənin sol yan cibində qanunsuz saxlayıb daşıyarkən 05 mart 2023-cü il tarixdə saat 01:00 radələrində Goranboy RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonu Nizami kəndi ərazisində saxlanılaraq RPŞ-nə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkcənin sol yan cibində saxladığı dəri materialdan hazırlanmış, zəncirbəndlə bağlanan qəhvəyi rəngli açar qabında satış məqsədi ilə qanunsuz olaraq saxladığı şəxsi istehlak miqdarından artıq bir ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,247 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroinin, bir ədəd qızılı rəngli kağız bükümdə və iki ədəd səffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,662 qram, 0,769 qram, 0,834 qram, ümumi təmiz çəkisi 2,265 qram olan külli miqdarda maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkar olunaraq götürülməsi, 05 mart 2023-cü il tarixdə saat 16:02-də istintaq-əməliyyat tədbirlrinin davamı olaraq Goranboy rayonu Nizami kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə Goranboy RPŞ-nin əməkdaşları tərəfindən baxış keçirilən zaman satış məqsədi ilə qanunsuz olaraq saxladığı iki ədəd üzəri sarı rəngli yapışqanlı lentlə sarınmış səffaf polietilin torbalarada qablaşdırdığı ayrı- ayrılıqda təmiz çəkiləri 1020 qram, 1025 qram, ümumi təmiz çəkisi 2045 qram külli miqdarda narkotik vasitə olan heroinin və “Constant” markalı bir ədəd elektron tərəzinin həyətdə olan yardımçı tikilidən aşkar olunaraq götürülməsi məhkəmə istintaqında tədqiq edilmiş yuxarıda qeyd olunan sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən narkotik vasitələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və oların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun həmin tələblərinə görə satış dedikdə yalnız, qeyd olunan üç əsas amil, əvəzli, qazanc əldə etmək, yaxud digər maraq məqsədi ilə yayılması nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” “ 14 ” iyun 2024-cü il 8№ li Qərarın 9-cu bəndində göstərilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və yapsixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda bir ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,177 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, bir ədəd qızılı rəngli kağız bükümdə və iki ədəd səffaf polietilen kəsiyi bükümlərində ümumi təmiz çəkisi 2.115 qram olan külli miqdarda maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs Goranboy rayonu Nizami kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan yardımçı tikilidən aşkar edilərək götürülmüş iki ədəd üzəri sarı rəngli yapışqanlı lentlə sarınmış səffaf polietilin torbalarada qablaşdırdığı ayrı-ayrılıqda ekspertiza tədqiqatından sonra ümumi çəkisi 2044,8 qram külli miqdarda narkotik vasitə olan heroin əldə edərək saxlaması və daşıması, külli miqdar olduğundan eləcə də ayrı-ayrı bükümlərdə olduğundan satış məqsədi ilə əldə etməsi və saxlaması kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikasıının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımaldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə, Azərbaycan Respublikasının CM-nin 59-cü maddəsinə əsasən “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsini, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır . Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki,Əliyev X15 Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.3, 333.4, 62, 66.2-ci maddələri ilə təqsirli bilinərək 250 saat ictimai işlər cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Məhəkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına baxmayaraq, həmin məhkumluğun ödənilməsi üçün qanunda nəzərədə tutulan müddət keçdiyindən hal-hazırda heç bir hüquqi nəticə yaratmır. Məhkəmə kollegiyası yuxarıda sadalanan halları, Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzanın başlanğıcı onun tutulduğu gündən, yəni 05 mart 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaəsən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Goranboy rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs götürülərək bir ədəd şəffaf sellofan kəsiyi bükümündə ekspertiza təqdiqatından sonra təmiz çəkisi təmiz çəkisi 0,177 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, bir ədəd qızılı rəngli kağız bükümdə və iki ədəd səffaf polietilen kəsiyi bükümlərində ekspertiza tədqiqatından sonra ümumi təmiz çəkisi 2.115 qram olan külli miqdarda maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin, Təqsirləndirilən şəxs Goranboy rayonu Nizami kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan yardımçı tikilidən aşkar edilərək götürülmüş iki ədəd üzəri sarı rəngli yapışqanlı lentlə sarınmış səffaf polietilin torbalarada qablaşdırdığı ayrı- ayrılıqda ekspertiza tədqiqatından sonra ümumi çəkisi 2044,8 qram külli miqdarda narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Goranboy rayon Polis Şöbəsində və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə maddi sübut “Constant” markalı bir ədəd elektron tərəzi məhv edilməldir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 64 (altımış dörd) manat, 80 (səksən) qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümümi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 05 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Goranboy rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs götürülərək bir ədəd şəffaf sellofan kəsiyi bükümündə ekspertiza təqdiqatından sonra təmiz çəkisi təmiz çəkisi 0,177 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitəheroin, bir ədəd qızılı rəngli kağız bükümdə və iki ədəd səffaf polietilen kəsiyi bükümlərində ekspertiza tədqiqatından sonra ümumi təmiz çəkisi 2.115 qram olan külli miqdarda maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin, Təqsirləndirilən şəxs Goranboy rayonu Nizami kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan yardımçı tikilidən aşkar edilərək götürülmüş iki ədəd üzəri sarı rəngli yapışqanlı lentlə sarınmış səffaf polietilin torbalarada qablaşdırdığı ayrı-ayrılıqda ekspertiza tədqiqatından sonra ümumi çəkisi 2044,8 qram külli miqdarda narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Goranboy rayon Polis Şöbəsində və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə maddi sübut “Constant” markalı bir ədəd elektron tərəzi məhv edilsin. İş üzrə məhkəmə məsrəfi ekspertiza tədqiqatının dəyəri 64 (altımış dörd) manat, 80 (səksən) qəpik Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-50/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-50/2025
28.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver