Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-503/2025 25.12.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Müslümov Bəhruz Firizman oğlu (sədrlik edən), hakimlər İmanov Dadaş Hüseyn oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi X3 və Məmmədova Təhminə Cahid qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və kiçik ədliyyə müşaviri X4, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında xx xxxxxxxx 2007-ci ildə Bərdə rayonu, Bala Göyüşlü kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, Bərdə şəhər 8 saylı tam orta məktəbin 11-ci sinif şagirdi, işləməyən, məhkumluğu olmayan, Bərdə rayonu, Bala Göyüşlü kəndində qeydiyyatda olmaqla, şübhəli şəxs qismində tutulanadək Bərdə rayonu, Lək kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 12 mart 2025-ci il tarixdə axşam saatlarında əmisi Şahid3 Bərdə rayonu, Bala Göyüşlü kəndində yerləşən fərdi yaşayış evinə qonaq qismində gəlib həmin evdə yaşayan Şahid3 ögey qızı xx.xx.2020-ci il təvəllüdlü, 14 yaşma çatmayan, pisixi və fiziki vəziyyətinə görə onun barəsində edilən hərəkətlərin mənasını və xarakterini anlamayan Zərərçəkmiş şəxs həmin gün saat 21 radələrində evin yataq otağında yerləşən çarpayının üzərində yatmış vəziyyətdə olmasını görüb cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə yanma uzanaraq Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə əynində olan qadın dar ayaq geyimi hesab edilən kolqotqasını və alt geyimini əli ilə çıxarıb özünün sol əlinin orta barmağını Zərərçəkmiş şəxs cinsiyyət orqanına yeridib qızlıq pərdəsinin tamlığının pozulması ilə nəticələnən seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Ailəsi ilə birgə evdən çıxaraq rayona əmisigilə getmişdir. Əmisigildə olarkən yataq otağında 4 nəfər olduqları qeyd edilmişdir: Sevgi, o, Səma və Tuncay. Daha sonra Sevgi yataqdan yıxıldığı üçün ağlamağa başlamışdır və onlar onu sakitləşdirməyə çalışmışdırlar. Axşam evə gəldikdən sonra polislər onu aparmışdır. Bildirilmişdir ki, Sevgi yataqda oynayan zaman orada yıxılmışdır. Həmin vaxt otaqda heç kim yatmamışdır. Yataqla yer arasındakı hündürlük təxminən 1 metr olmuşdur. Sevginin ayağı ilişdiyi üçün üzüüstə yerə yıxılmışdır. Yıxılan zaman Sevgiyə heç nə olmamışdır və heç yeri qanamamışdır. O, ifadə verən zaman ona fiziki təzyiq göstərildiyini də bildirmişdir. Onu taxta ilə vurmuşdurlar və gözünün üstündə xəsarətlər əmələ gəlmişdir. Evə axşam saat 10–11 radələrində gəldikləri qeyd edilmişdir. Həmin gün onların məzarlığa da getdikləri deyilmişdir. Sevgi məzarlıqda olduğu zaman da yıxılmışdır. Yataq otağının qapısı qonaq otağına açılmışdır. Onlar otaqda olan zaman bibisi və anası mətbəxdə olmuşdur. Onlar otaqda olarkən qapı açıq olmuşdur, lakin mətbəxin qapısı açıq olmamışdır. Hadisə zamanı yan otaqda babası, qonaq otağında isə atası və digər qonaqlar olmuşdur. Zalın qapısı açıq olmamışdır. Onlar otaqda təxminən yarım saat – 1 saat qalmışdırlar və həmin müddətdə Sevgi ilə Səma otaqdan çıxmamışdır. Polislər gələn zaman anası və bacısı evdə olmuşdur. Onu aparan zaman polislər atasına zəng vurmayıblar. Həmin vaxt onun 18 yaşı tamam olmamışdır və o, aparıldığı gün yox, 1 gün sonra səhər saat 7–8 radələrində atasını görmüşdür. Polislər onu aparan zaman yanında vəkil olmamışdır. İlk izahatı həmin gecə alınmışdır. İfadə verdiyi zaman tək olmuşdur. Saxlanıldığı axşam fiziki təsir göstərildiyi üçün özünün etdiyini demişdir. Onun üzərində olan geyimdə əvvəlcə qan ləkəsi olmamışdır. Şöbədə olarkən polislər üzünə vurmuşdur və qan ləkəsi o zaman yaranmışdır. Aldığı xəsarətlə bağlı həmin vaxt ekspertizadan keçirilməmişdir. O, Sevgi ilə münasibətlərinin yaxşı olduğunu da qeyd etmişdir. Sevginin alt paltarlarının ona təqdim olunduğunu və qan ləkələrini gördüyünü demişdir. Ondan soruşulan zaman qan ləkələrinin onunla əlaqəsi olmadığı bildirilmişdir. Sevgiyə qarşı hər hansı başqa hərəkət edilməmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, onlar evdə iş görən zaman Emin və ailəsi onlara gəlmişdir. Otaqda oynayan zaman Səma yanlarına gəlmiş və otaqda Emin, Sevgi və Tuncay qalmışdır. Bir müddət sonra Sevgi otaqdan halsız halda çıxaraq anasının yanına yaxınlaşmışdır və yatmaq istədiyini demişdir. Sevgi yuxudan ağlayaraq oyandıqda nə baş verdiyini soruşduqda, belinin ağrıdığını bildirmişdir. Onun rahat yatması üçün paltarlarını dəyişən zaman paltarında qan olduğunu görmüşdür. Nə baş verdiyini soruşanda Sevgi ağlamağa başlamışdır. Daha sonra anasını çağırmışdır, anası Sevgini qucağına almışdır və Sevgi ona Eminin barmağı ilə hərəkət etdiyini demişdir. Onlar Sevgini xəstəxanaya aparmışdır və orada polisə xəbər verilmişdir. Həmin vaxt otaqda 4 nəfər olduqları məlum olmuşdur, lakin Səma xəstə olduğu üçün otaqdan çıxaraq mətbəxdə anasının yanına getmişdir. Otaqdakı yataqda uzanaraq oynadıqları bildirilmişdir. Emin otaqda Sevginin yanında olmuşdur. Sevgi otaqdan yorğun və halsız halda çıxmışdır. O zaman Sevginin 5 yaşı olmuşdur. Bir gün sonra Sevgi ilə yenidən danışdıqda, Sevgi “Emin ağzımı tutdu, daha sonra yıxıldım. Yıxılan zaman mənə kim soruşsa yıxıldım deyərsən” dediyini bildirmişdir. Oğlu yatan zaman onların hamısının otaqda oynadıqlarını görmüşdür. Mətbəxdə olarkən həmin otağın görünmədiyi qeyd edilmişdir. Qonaqların hamısı saat 9–10 radələrində getmişdir. Qonaqlar qonaq otağında oturmuşdur. Sevgi ağrıdığını və yatmaq istədiyini bildirərək onların yanına gəlmişdir. Hadisə zamanı Sevginin ağladığını heç kimin eşitmədiyi deyilmişdir. Sevginin üzündə nə qan ləkəsi, nə də hər hansı iz olmadığı görülmüşdür. Həyat yoldaşı həmin vaxt qonaqların yanında olmuşdur. Qaynatası hadisə zamanı öz otağında olmuşdur. Sevgidən nə olduğunu ilk dəfə o soruşmuşdur. O, şikayətçi olduğunu bildirmişdir. Eminin ailəsi ona şikayətçi olmamağını demiş, şikayət etsə boşanacağını bildirmişdir. Ona pul təklif etmişdirlər, razı olmayanda isə ev alacaqlarını demişdirlər. Sevginin məzarlıqda onların yanında yıxıldığı və yalnız dizlərinin dəydiyi qeyd edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Qara bayram günü o, qızı Sevdanın evinə getmişdir. Evdə qonaqlar olduğu üçün mətbəxdə yemək hazırlamışdırlar. Qonaqlar getdikdən sonra Sevgi onun qucağında yatmışdır və o, qızı Sevdanı çağıraraq Sevginin paltarlarını dəyişdirməsini və onu yumasını demişdir. Bir neçə dəqiqə keçdikdən sonra Sevda qışqıraraq onu çağırmışdır. O, Sevginin paltarını gördüyü zaman çox pis olmuşdur. Bir qədər özünə gəldikdən sonra Sevgini qucağına alaraq divanda oturmuşdur və ona kimin nə etdiyini soruşmuşdur. Bu vaxt Sevgi Eminin onun sinə nahiyəsinə toxunduğunu demişdir. Onlar Sevgini xəstəxanaya aparmışdır və daha sonra polisə müraciət etmişdir. Həmin zaman Emindən soruşmamışdırlar, sonradan ona zəng etmişdirlər və ailəsi onlara polisə getməməyi bildirmişdir. Polisə xəstəxanada xəbər verilmişdir. Onlar telefonda Eminin bibisi Zülfiyyə ilə danışmışdırlar. Həmin zaman evdə qonaqlar çox olmuşdur, lakin kim olduqları məlum olmamışdır. Qonaqların bir qismi mətbəxdə oturmuşdur. Saat 8–9 radələrində hamı getmişdir. Kişilərin hamısı həyətdə oturmuşdur. Emin, Sevgi və Səma yataq otağında olmuşdur; bir müddət sonra Səma onların yanına gəlmişdir. Emin və Sevgi həmin vaxt otaqda tək qalmışdır. Səmanı gördükdən sonra onlar Turalı oyatmışdırlar və ona məlumat vermişdirlər. Sevginin paltarında qan ləkəsi olmuşdur. Qan ləkəsi Sevginin alt paltarında və ayaqlarında müşahidə edilmişdir. Sevginin üzündə heç bir iz olmamışdır. Yataqda qan ləkəsi olub-olmadığını o görməmişdir. Uşağın şalvarında da qan ləkəsi olduğu qeyd edilmişdir. Uşağın ağzında göyərmə müşahidə edilməmişdir. Həkim Sevgiyə polis olmadan baxa bilməyəcəyini demişdir. Sevgi həkimə Eminin etdiyini bildirmişdir. Eminin valideynlərinin barışmaq istədikləri deyilmişdir. O, barışıq üçün yüz min manat tələb etmişdir. İstintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Sevdanın ailə münasibətlərinin əvvəl yaxşı olduğu qeyd edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, məzarlığa gedib-gəldikdən sonra qonaqlarla yemək yemişdirlər. Daha sonra evə qayıtmışdırlar. Bir gün sonra polis zəng edərək onu şöbəyə çağırmışdır və Eminin saxlanıldığını bildirmişdir. Orada Eminin adını hallandırmışdırlar. Onu Emin saxlanıldıqdan bir gün sonra çağırmışdırlar. Eminin qeyri-adi heç bir hərəkətini görməmişdir. Hadisədən sonra o, qarşı tərəfdən baş verənləri soruşmuşdur və ona Eminin özünün etiraf etdiyini bildirmişdirlər. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 mart 2025-ci il tarixli «Baxış keçirilməsi və götürmə haqqında» protokoldan görünür ki, baxış keçirilən yer iş üzrə Zərərçəkmiş şəxs ailə üzvləri ilə birlikdə yaşadığı Bərdə rayonu, Bala Göyüşlü kəndində yerləşən fərdi yaşayış evidir. Zərərçəkmiş şəxs yaşadığı ev 1 (bir) mərtəbədən ibarətdir. Zərərçəkmiş şəxs anası Qanuni nümayəndə iştirakı ilə keçirilmiş baxış zamanı Qanuni nümayəndə yaşadıqları fərdi yaşayış evində hadisənin baş verdiyi yataq otağında Təqsirləndirilən şəxs tərəfindən azyaşlı qızı Zərərçəkmiş şəxs qızma qarşı seksual xarakterli hərəkətlərin olduğu çarpayını əli ilə göstərmişdir. Bundan sonra Qanuni nümayəndə hadisənin baş verdiyi yataq otağında azyaşh qızı Zərərçəkmiş şəxs su ilə yuduğu yeri əli ilə göstərmişdir. Bundan sonra Qanuni nümayəndə hadisənin baş verdiyi yataq otağında azyaşh qızı Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan ağ rəngli üzərində qanabənzər ləkələr olan alt paltarları əli ilə göstərmişdir. Hadisə yerinə baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb etdiyindən Zərərçəkmiş şəxs qızma məxsus hadisə zamanı əynində olan 2 (iki) ədəd ağ rəngli alt paltarı, 1 (bir) ədəd göy rəngli kalqotka, 1 (bir) ədəd qırmızı rəngli uzunqol köynək və 2 (iki) ədəd narıncı rəngli qolsuz köynək müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 4 mart 2025-ci il tarixli «İfadəsinin yerində yoxlanılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 mart 2025-ci il tarixdə saat 18 radələrində Bərdə rayonu, Bala Göyüşlü kəndində yaşayan əmisi Şahid3 yaşadığı evə nənəsinin qara bayramı ilə əlaqədar olaraq ailə üzvləri ilə birlikdə getdiyini bildirmişdir. İfadənin yerində yoxlanılması zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs 12 mart 2025-ci il tarixdə saat 21 radələrində əmisi evində olarkən yataq otağında azyaşh Zərərçəkmiş şəxs ilə birlikdə olduqları yataq'otağına tərəf gedib yataq otağında Zərərçəkmiş şəxs ilə bir nəfərlik çarpayıda bir yerdə uzandıqları yeri, həmin vaxt çarpayıda Sevginin əynində olan kalqotkanı və ağ rəngli alt paltarını aşağı çəkib barmağını Sevginin cinsiyyət orqanına soxduğu yeri əli ilə göstərmişdir, ifadənin yerində yoxlanılması zamanı sübut əhəmiyyətinə malik ola biləcək hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. İfadənin yerində yoxlanılması hadisə yerinin bir neçə görünüşdən fotoşəkilləri çəkilərək tərtib edilmiş protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 mart 2025-ci il tarixli «Götürmə aparılması haqqında» protokolundan görünür ki, ilə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs təqdim etdiyi hadisə zamanı əynində olmuş özünə məxsus 1 (bir) ədəd qara rəngli alt paltarı olan tursik, 1 (bir) ədəd ağ rəngli mayka, 1 (bir) ədəd üzərində «Şavage» markalı ağ rəngli köynəyi, 1 (bir) ədəd üzərində «EA7» markalı qara rəngli qarşı hissəsi zincirbəndli olan kofta və 1 (bir) ədəd üzərində «Gucci made imtaly» markalı açıq göy rəngli cins şalvarı müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X11 Bərdə şöbəsinin məhkəmə-tibbi ekspertizasının 13 mart 2025-ci il tarixli, 172 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir. Qızlıq pərdəsinin tamlığının pozulması uzunsov küt əşyanın təsirindən törənmişdir, həmçinin qərarın təsviri hissəsində göstərilən şəraitdə-yəni barmağın cinsiyyət orqanına yeridilməsi nəticəsində törənə bilməsi inkar olunmur. Azyaşh Zərərçəkmiş şəxs arxa keçəcək dəliyində qeyri-təbii yolla cinsi əlaqəyə aid hər hansı bir əlamət aşkar edilməmişdir. “ İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik ekspertiza Mərkəzi» publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 243 saylı məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyin nəticə hissəsinin məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissədə göstərilmişdir ki, yoxlanılan şəxs Zərərçəkmiş şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və halhazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Zərərçəkmiş şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs qərarda qeyd edilən-ona qarşı edilmiş əməlin mahiyyətini dərk etməmiş və hadisə zamanı nə baş verdiyini anlamamışdır. Məhkəmə- psixoloji ekspertizası üzrə motivləşdirici hissədə göstərilmişdir ki, aparılmış eksperimental- psixoloji müayinə gedişində Zərərçəkmiş şəxs əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertdir. Ünsiyyətçillik, emosionallıq, adaptivlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Məhkəmə-psixiatrik ekspertizası üzrə Zərərçəkmiş şəxs hər hansı psixi pozuntudan, xəstəlikdən və ya ağır psixi pozuntulardan əziyyət çəkmir. Zərərçəkmiş şəxs hər hansı psixi pozuntu əlamətləri müəyyən edilmir. Lakin Zərərçəkmiş şəxs azyaşh olduğundan o, ona qarşı edilən qərarın təsviri hissəsində göstərilən hərəkətləri dərk etmək qabiliyyətinə malik deyildir. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı norma daxilində olmaqla yaş xüsusiyyətlərinə uyğundur. Ünsiyyətçillik, fəallıq adaptivlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs ona qarşı edilən hərəkətlər zamanı fərdi-psixi xüsusiyyətləri deyil, yaş xüsusiyyətləri daha qabarıq təzahür olunmuşdur. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya və ya dərk edə bilməz. Zərərçəkmiş şəxs ona qarşı edilən hüquqa zidd hərəkətlərdən əvvəl adi psixi emosional vəziyyətdə olmuşdur. Baş vermiş hadisə zamanı və hadisədən sonra psixi emosional vəziyyətində qorxu, həyəcan və gərginlik yaranmışdır. Zərərçəkmiş şəxs özünün psixi yaş psixi xüsusiyyətləri ilə əlaqədar müqavimət göstərmək qabiliyyətinə malik olmamışdır. Hazırkı ekspertiza zamanı Zərərçəkmiş şəxs psixi vəziyyətində hər hansı dəyişiklik müşahidə edilmir. Zərərçəkmiş şəxs özündən uydurmağa meyilli əlamətləri müşahidə edilmir. Zərərçəkmiş şəxs əqli inkişafında gerlik əlamətləri müəyyən olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik ekspertiza Mərkəzi» publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 262 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyin nəticə hissəsində yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamriestik məlumatlar və hal- hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs'Elməddin oğlu cinayət hadisəsi törədərkən törətmiş olduğu əməlin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs cinayəti törədən öz hərəkətlərini dərk etmək və idarə etmək imkanında olmuşdur. O, hal- hazırda da öz hərəkətlərini dərk etmək və ya idarə etmək imkamndadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası'CM-nin 21-ci maddəsinin təsviri altına düşmür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X7» publik hüquqi şəxsin 29 may 2025-ci il tarixli, 169-2025/MTKŞ" nömrəli məhkəmə-tibbi kriminalistika ekspertizasının rəyinin nəticə hissəsində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs qızma məxsus bir ədəd mayka, bir ədəd sviter, bir ədəd pulover, bir ədəd kalqotka, iki ədəd köynək və iki ədəd tumanın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus bir ədəd mayka, bir ədəd köynək, bir ədəd pulover, bir ədəd şalvar və b’ir ədəd tumanınüzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X7» publik hüquqi şəxsin 04 iyun 2025-ci il tarixli, 270-2025/TBŞ nömrəli məhkəmə-tibbi ekspertizasının rəyinin nəticə hissəsində göstərilmişdir ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi A (İİ) şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi A (İİ) şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus iki ədəd tuman və bir ədəd kalqotka, Təqsirləndirilən şəxs qısaqol köynəyi üzərində insan qanı ləkələri aşkar olundu. Zərərçəkmiş şəxs məxsus iki ədəd tuman və bir ədəd kalqotka üzərində olan ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə «A» antigeni alındı, «B» antigeni və aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri Abeta (İİ) qruplu şəxsə, o, cümlədən Zərərçəkmiş şəxs qızma məxsus ola bilər. Təqsirləndirilən şəxs qısaqol köynəyi üzərində olan ləkədə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə «A» antigeni alındı, «B» antigeni və aqqlyutininlər isə alınmadı. Bu qan ləkəsi Abeta (İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə, olunan xəsarətlər olmuşdursa) məxsus ola bilər. Təqdim olunmuş Zərərçəkmiş şəxsnm «Thanking of you» yazıh qısaqol koftası və Təqsirləndirilən şəxs şalvarı üzərində qan, Zərərçəkmiş şəxs məxsus bir ədəd «Happy Butterfly» yazılı qısaqol kofta və bir ədəd uzunqol kofta, Təqsirləndirilən şəxs məxsus bir ədəd tuman, qolsuz mayka və uzunqol idman gödəkçəsi üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X11 Bərdə şöbəsinin məhkəmə-tibbi ekspertizasının 21 iyun 2025-ci il tarixli, 07 (xx.xx.2025-ci li tarixli, 172 nömrəli rəyə əlavə) nömrəli rəyinin nəticə hissəsindən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayjnəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. Azyaşlı Zərərçəkmiş şəxsnm qızlıq pərdəsinin tamlığı pozulmuşdur, müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir. Qızlıq pərdəsinin tamlığının pozulması uzunsov küt əşyanın təsirindən törənmişdir, həmçinin qərarın təsviri qərarın təsviri hissəsində göstərilən şəraitdə-yəni barmağın cinsiyyət orqanına yeridilməsi nəticəsində törənə bilməsi inkar olunmur. Azyaşlı Zərərçəkmiş şəxs arxa keçəcək dəliyində qeyri-təbii yolla cinsi əlaqəyə aid hər hansı bir əlamət aşkar edilməmişdir. Azyaşlı Zərərçəkmiş şəxs uşaqlıq yolu möhtəviyyatı olan 01 ədəd tamponun tədqiqi zamanı sperma olunmadı (əsas xx.xx.2025-ci il tarixli 9/34 №-li rəy). Azyaşh Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamhğı pozulmasının şəxsin hündürlükdən tullanma və ya yıxılma nəticəsində törənməsi mümkün deyildir. Qızlıq pərdəsinin pozulması xəsarət kimi qiymətləndirilmədiyindən sağlamlığa zərər vurma dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X11 məhkəmə-tibbi ekspertizasının 07 iyul 2025-ci il tarixli, 234 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərinin antropometrik ölçülərinə, cinsi yetkin yaş həddində olmasına və qıcıqlandırma (kremestr) simptromunun müsbət olmasına əsasən demək olar ki, cinsi əlaqədə olma qabiliyyətinə malikdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 16 iyul 2025-ci il tarixli, 6/2221 nömrəli məhkəmə-lifli ekspertiza rəyinin nəticə hissəsində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs qızma məxsus olduğu qeyd edilən kalqotkanın səthi üzərindən aşkar edilmiş göy rəngli təbii pambıq liflər rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarını tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş geyim əşyaları üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında qarşılıqlı keçmiş lif mikrohissəcikləri olmadığından geyim əşyalarının qarşılıqlı təmasda olma faktını müəyyən etmək mümkün deyildir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 iyul 2025-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğu Xidməti araşdırmalar idarəsinin böyük prokuroru, ədliyyə müşaviri X9 tərəfindən 11/696-C-25 saylı toplanmış material üzrə aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək bədənində heç bir xəsarət olmadığı üçün məhkəmə-tbbi ekspertizasından keçmək istəmədiyini bildirmişdir. Beləliklə aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən döymə, işgəncə, fiziki zor, hədə-qorxu, fiziki-psixoloji təzyiqlərə, qəddar, qeyri-insani, yaxud ləyaqəti rəftara və ya cəzaya məruz qalması öz təsdiqini tapmadığından 11/696-C-25 saylı toplanmış material üzrə cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» publik hüquqi şəxs «Bərdə rayon Mərkəzi Xəstəxanası» X10 daxil olmuş 19 may 2025-ci il tarixli məktubdan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Bərdə RMX-nın Poliklinika şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradəmirçi kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyinin 09 sentyabr 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Lək kəndində yaşayır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən 31 mart 2025-ci il tarixdə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkümluğu olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmiş bir sıra əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı X2 həbsdə saxlanılan Təqsirləndirilən şəxs əmisi Şahid3 ögey qızı azyaşlı xx.xx.2020-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qızma qarşı seksual xarakterli hərəkətlər edərkən yanlarında hər hansı bir şəxs olmadığı üçün hadisəni görmüş şəxs və ya şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa Zərərçəkmiş şəxs qızma qarşı analoji hərəkətlərə yol vermiş hər hansı başqa şəxs və ya şəxslərin olması müəyyən edilməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs əvvəllər də hər hansı başqa şəxs tərəfindən seksual xarakterli zorakılıq hərəkətlərə məruz qalması faktı müəyyən edilməmişdir. Həmçinin iş üzrə Təqsirləndirilən şəxs digər hər hansı cinayət əməlinin törədilməsində iştirak etməsi müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmədiyini, onu şərlədiklərini, ibtidai istintaq zamanı verdiyi ifadələrini ona fiziki təsir göstərərək qol çəkdirdiklərini və həmin ifadələrini verən zaman qanuni nümayəndəsi Şahid5 yanında olmadığını göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin onun məhkəməyədək icraat zamanı tutulduqdan sonra şübhəli şəxs qismində, təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə tam təkzib olunduğunu hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik ekspertiza Mərkəzi» publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 243 saylı məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyin nəticə hissəsinin məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissədə göstərilmişdir ki, yoxlanılan şəxs Zərərçəkmiş şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Zərərçəkmiş şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs qərarda qeyd edilən-ona qarşı edilmiş əməlin mahiyyətini dərk etməmiş və hadisə zamanı nə baş verdiyini anlamamışdır. Məhkəmə- psixoloji ekspertizası üzrə motivləşdirici hissədə göstərilmişdir ki, aparılmış eksperimental- psixoloji müayinə gedişində Zərərçəkmiş şəxs əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertdir. Ünsiyyətçillik, emosionallıq, adaptivlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Məhkəməpsixiatrik ekspertizası üzrə Zərərçəkmiş şəxs hər hansı psixi pozuntudan, xəstəlikdən və ya ağır psixi pozuntulardan əziyyət çəkmir. Zərərçəkmiş şəxs hər hansı psixi pozuntu əlamətləri müəyyən edilmir. Lakin Zərərçəkmiş şəxs azyaşh olduğundan o, ona qarşı edilən qərarın təsviri hissəsində göstərilən hərəkətləri dərk etmək qabiliyyətinə malik deyildir. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı norma daxilində olmaqla yaş xüsusiyyətlərinə uyğundur. Ünsiyyətçillik, fəallıq adaptivlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs ona qarşı edilən hərəkətlər zamanı fərdi-psixi xüsusiyyətləri deyil, yaş xüsusiyyətləri daha qabarıq təzahür olunmuşdur. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya və ya dərk edə bilməz. Zərərçəkmiş şəxs ona qarşı edilən hüquqa zidd hərəkətlərdən əvvəl adi psixi emosional vəziyyətdə olmuşdur. Baş vermiş hadisə zamanı və hadisədən sonra psixi emosional vəziyyətində qorxu, həyəcan və gərginlik yaranmışdır. Zərərçəkmiş şəxs özünün psixi yaş psixi xüsusiyyətləri ilə əlaqədar müqavimət göstərmək qabiliyyətinə malik olmamışdır. Hazırkı ekspertiza zamanı Zərərçəkmiş şəxs psixi vəziyyətində hər hansı dəyişiklik müşahidə edilmir. Zərərçəkmiş şəxs özündən uydurmağa meyilli əlamətləri müşahidə edilmir. Zərərçəkmiş şəxs əqli inkişafında gerlik əlamətləri müəyyən olunmamışdır. Ekspert rəyindən göründüyü kimi Zərərçəkmiş şəxs ona qarşı edilən hərəkətlərin xarakterini, mənasını və mahiyyətini dərk etməmiş, fiziki müqavimət göstərmək qabiliyyətinə malik olmamış və özündən uydurmağa meyilli deyildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X6 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Beləliklə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutulduqdan sonra şübhəli şəxs qismində, təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələrini iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidin ifadələri, o cümlədən təqsirləndirilən şəxsin ifadənin yerində yoxlanması haqqında və üzləşdirmə haqqında protokollar ilə, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutulduqdan sonra şübhəli şəxs qismində, təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələri ittihamın həllində əsas götürülməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadələr özünü müdafiə xarakterli olması qəbul edilməli, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixli şübhəli şəxs qismində ifadəsi, xx.xx.2025-ci il tarixli ifadəsinin yerində yoxlanılması haqqında Protokolu, eyni zamanda xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadələr əsas götürülməlidir. İlkin izahatında və sonrakı ifadələrdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs alt paltarını aşağı çəkməsini və barmağını sonuncunun cinsiyyət orqanına salmasını və nəticədə qan gəlməsini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs Sevginin yıxılması nəticəsində sonuncunun qızlıq pərdəsinin tamlığının pozulması ilə öz müdafiəsi məqsədilə gətirdiyi dəlil olaraq qiymətləndirilir və bütün sübutların məcmusu ilə müqayisə edilib qiymətləndirilikdə öz müdafiəsi məqsədilə irəli sürülməsi bildirilir. Belə ki, cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs barəsində keçirilmiş əlavə komisyon məhkəmə tibb ekspertizasının xx.xx.2025-ci il tarixli, 07/172 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığının pozulmasının şəxsin hündürlükdən tullanma və yıxılma nəticəsində törətnməsi mümkün deyildir. Eləcə də, məhkəmə istintaqı zamanı mütəxəssisin və qanuni nümayəndənin iştirakı ilə dindirilən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tanıması, sonuncunun onu başa düşməsə belə əli ilə qarının aşağısını göstərək Emin tərəfindən vurulmasını bildirməsi və göstərməsi, məhkəmə tərkibində sözügedən cinayətin Təqsirləndirilən şəxs tərəfindən törətməsinə heç bir şübhə yeri qoymur. Təqsirləndirilən şəxs köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs alt paltarını aşağı çəkərək öz cinsi ehtirasını pozğun formada reallaşdırmaqla barmağını sonuncunun cinsiyyət orqanına daxil etmiş, bu zaman Sevginin ağrıdan qışqırmasının qarşısını almaq məqsədilə köməksiz vəziyyətdə olan zərərçəkmişin ağzını sıxmışdır. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal olaraq müəyyən olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Cinayət Məcəlləsinin 46-cı maddəsinin mənasına görə “vəzifə” anlayışı dövlət və yerli özünüidarə orqanlarında seçki və ya təyinetmə yolu ilə tutulan vəzifələri, pullu və ya ictimai əsaslarla yerinə yetirilən vəzifələri, habelə daimi və ya müvəqqəti vəzifələri, “fəaliyyət” anlayışı isə həmin orqanlarda şəxsin müəyyən peşə ilə əlaqədar fəaliyyətini nəzərdə tutur. Bununla belə, iş materiallarına əsasən Təqsirləndirilən şəxs işsiz olmaqla hər hansı bir dövlət və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmur, o cümlədən yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisəsində müəllim və ya işçi kimi işləmir, eləcə də qeyd edilən fəaliyyət istiqamətləri üzrə hər hansı bir peşə ilə məşğul olmur. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinin sanksiyasına əsasən Təqsirləndirilən şəxs əlavə cəza növü kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası təyin edilməməlidir. Təqsirləndirilən şəxs sözügedən cinayət işini törədən zaman yetkinlik yaşına çatmamışdır. Belə ki, sözügedən cinayət işini xx.xx.2025-ci il tarixdə törədən zaman xx.xx.2007-ci il tarixdə anadan olmuş Təqsirləndirilən şəxs 18 yaşı tamam olmamışdır. Belə olan halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Eləcə də, Cinayət Məcəlləsinin 86.1-ci maddəsiunə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmin Məcəllənin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının 2-ci bəndinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunurlar. X12 22-ci bəndinə əsasən yetkinlik yaşına çatmadığı dövrdə qəsdən cinayət (o cümlədən xüsusilə ağır cinayət) törətmiş şəxs hökm çıxarılan vaxt yetkinlik yaşına çatarsa və azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, o, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilməlidir. “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli Qərarının 14cu bəndinə əsasən hökm çıxarılanadək 18 yaşı tamam olmamış şəxs azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə (CM-in 55.1-ci maddəsi), məhkəmə CM-in 85.5-ci maddəsinə müvafiq olaraq ona ümumi və ya möhkəm rejimli tərbiyə müəssisəsi təyin edir. Ona görə də, yetkinlik yaşına çatmadığı dövrdə qəsdən cinayət (o cümlədən xüsusilə ağır cinayət) törətmiş şəxs hökm çıxarılan vaxt yetkinlik yaşına çatarsa və azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, o, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 13 mart 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 154 (bir yüz əlli dörd) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Bərdə RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus 2 (iki) ədəd ağ rəngli alt paltarı, 1 (bir) ədəd göy rəngli kalqotka, 1 (bir) ədəd qırmızı rəngli uzunqol köynək və 2 (iki) ədəd narıncı rəngli qolsuz köynək Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə qaytarılmalı, götürülmədikdə məhv edilməlidir. Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd qara rəngli alt paltarı olan tursik, 1 (bir) ədəd ağ rəngli mayka, 1 (bir) ədəd üzərində «Şavage» markalı ağ rəngli köynəyi, 1 (bir) ədəd üzərində «EA7» markalı qara rəngli qarşı hissəsi zincirbəndli olan'kofta və 1 (bir) ədəd üzərində «Gucci made imtaly» markalı açıq göy rəngli cins şalvar Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, götürülmədikdə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 13 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar X1 154 (bir yüz əlli dörd) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Bərdə RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus 2 (iki) ədəd ağ rəngli alt paltarı, 1 (bir) ədəd göy rəngli kalqotka, 1 (bir) ədəd qırmızı rəngli uzunqol köynək və 2 (iki) ədəd narıncı rəngli qolsuz köynək Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə qaytarılsın, götürülmədikdə məhv edilsin. Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd qara rəngli alt paltarı olan tursik, 1 (bir) ədəd ağ rəngli mayka, 1 (bir) ədəd üzərində «Şavage» markalı ağ rəngli köynəyi, 1 (bir) ədəd üzərində «EA7» markalı qara rəngli qarşı hissəsi zincirbəndli olan kofta və 1 (bir) ədəd üzərində «Gucci made imtaly» markalı açıq göy rəngli cins şalvar Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, götürülmədikdə məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-503/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-503/2025
25.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver