Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-504/2025 02.12.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X4 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1978-ci il tarixdə Türkmənistan Respublikası, Nebitdağ şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu, Köçəsgər kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 22 radələrində yaşadığı Ağstafa rayonu, Köçəsgər kəndində qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs evinin qarşısından keçərkən, həmin gün saat 21 radələrində Ağstafa şəhərindən yaşadığı Köçəsgər kəndinə qayıdan zaman avtobusda Zərərçəkmiş şəxs onun boğaz nahiyəsindən tutaraq barmağını ağzına salması ilə bağlı aralarında yaranmış mübahisə ilə bağlı söhbət etmək istəyən, yaşadığı evin qarşısında küçədə onu gözləyən və həmin vaxt yoldan keçərkən onu səsləyib saxladan Zərərçəkmiş şəxs “Sən kimsən mənim ağzımı cırırsan” deyə bildirmiş, Zərərçəkmiş şəxs “yaxşı etmişəm” deyə bildirib onun ünvanına nalayiq ifadələr işlətməsindən əsəbiləşərək həmin gün saat 22 radələrində sərxoş vəziyyətdə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı istintaqa məlum olmayan kəsici-deşici alətlə həmin yerdə sonuncunun qarın nahiyəsinə bir dəfə zərbə vuraraq qarnın ön divarının boşluğa keçən iti alət yarası, köndələn çənbər bağırsağın zədələnməsi ilə müşayiət olunan və dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli xəsarət yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qonşusu olmuşdur. xx.xx.2025-ci il tarixdə qonşusunun oğlunun kiçik toy məclisində iştirak etmək üçün Ağstafa şəhərində yerləşən “İnci” şadlıq sarayına getmişlər. Toydan sonra kənd camaatını kəndə qaytarması üçün əvvəldən danışdıqları avtobusa əyləşmişlər. Yola düşdükdən bir qədər sonra qonşuları ilə danışıb-gülmüşdür. Bu zaman avtobusun arxa hissəsində əyləşən “Qulu” adlandırdıqları Şahid2 adlı şəxs ayağa qalxaraq onun ünvanına “sakit durun, ay əclaf” ifadəsini işlətmişdir. O, Azərdən həmin ifadəni kimə qarşı işlətdiyini soruşduqda sonuncu ona dediyini bildirmişdir. Həmin vaxt Azərə fikir verməyib cavab qaytarmamışdır. Təxminən beş dəqiqə sonra Azər yenidən ayağa qalxaraq ona qarşı “ay əskik, sənlə deyiləmmi?” ifadəsini işlətmişdir. O, Azərə cavab qaytaran zaman Zərərçəkmiş şəxs arxa oturacaqdan yaxınlaşaraq əlini ağzına salmışdır. Həmin vaxt Nazimlə əlbəyaxa olmuş və avtobus sürücüsünə dayanmasını demişdir. Avtobus dayandıqdan sonra yerə düşərək piyada kəndə doğru getmişdir. Yaşadığı evə gedən yol Nazimgilin evinin qarşısından keçmişdir. Kəndə çatanda Nazim yaşadıqları evin qarşısında dayanıb onu gözləmişdir. Nazim “bir dəqiqə səni olar?” desə də, ona evə getdiyini demişdir. Lakin yaşadığı evin qapısı bağlı olmuş və həmin vaxt yağış yağmışdır. O, Nazimin yanına qayıdaraq ona qarşı niyə nalayiq ifadələr işlətdiyini soruşmuşdur. Nazim isə “yaxşı elədim” deyə cavab vermiş və ona qarşı yenidən nalayiq ifadələr işlətmişdir. Həmin vaxt aralarında mübahisə yaranmış və o əvvəlcədən yerdən tapdığı dəmir parçası ilə Nazimə xəsarət yetirmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, əvvəlcədən yerdən tapdığı iti, nazik dəmir parçası ilə cəmi bir dəfə Zərərçəkmiş şəxs xəsarət yetirmiş, bundan sonra mübahisənin səsinə qonşular gəlmişlər. Onlar dərhal Nazimi Ağstafa RMX-a aparmışlar. Zərərçəkmiş şəxsla barışmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəllə) 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxslə birlikdə qonşuları Kamalın toy məclisində iştirak etdikdən sonra kənd camaatını kəndə qaytarması üçün əvvəlcədən danışdıqları avtobusa əyləşmişlər. Yolda gedərkən “Qulu” adlandırdıqları Şahid2 avtobusun arxa oturacağından ayağa qalxaraq “abrınız həyanız olsun, bu nə səs-küydür?” deyə qışqırmışdır. Natiq digər qonşuları ilə danışıb gülürmüş. Bir qədər keçdikdən sonra Azər yenidən ayağa qalxıb Natiqə qışqırmağa başlamışdır. Natiq Azərə cavab qaytaran zaman o, Natiqin ağzından tutaraq Azərin böyük olduğunu və cavab qaytarmamasını demişdir. Bundan sonra Natiqlə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Natiqin onun yoldaşına qarşı nalayiq ifadə işlətdiyini zənn etmiş, lakin mübahisədən sonra yoldaşı Natiqin ona qarşı nalayiq ifadə işlətmədiyini demişdir. Natiq avtobus sürücüsünə avtobusu dayandırmasını demiş və avtobusdan düşmüşdür. Evə gəldikdən sonra Natiqdən üzr istəmək məqsədilə sonuncunun evinə getmiş, lakin qapıları bağlı olmuşdur. Bundan sonra yaşadığı evin qarşısında Natiqi gözləmişdir. Natiq evlərinin qapısının bağlı olduğunu görüb yanına gəlmişdir. Natiq ona “sən kimsən mənim ağzımı cırırsan” ifadəsini işlətmiş, o da Natiqə cavab qaytarmış və aralarında yenidən mübahisə yaranmışdır. Həmin vaxt Natiqin onu nə ilə vurmasını görməsə də, səs-küyə toplaşan qonşular sonradan Natiqin onu dəmir parçası ilə vurduğunu demişdir. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxslə barışmış, sonuncudan heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş maddi ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs baş vermiş hadisəni düzgün danışmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə qonşularının oğlunun kiçik toy məclisində iştirak etmək üçün Ağstafa şəhərində yerləşən şadlıq sarayına gəlmişlər. Saat 21 radələrində toydan çıxaraq onları kəndə qaytarması üçün əvvəldən danışdıqları avtobusa əyləşmişlər. Yolda olarakən “Qulu” adlandırdıqları Azər adlı şəxs avtobusun arxa oturacağından ayağa qalxaraq Natiqə qarşı nalayiq ifadələr işlətməyə başlamış, Natiq də Azərə cavab olaraq sonuncuya qışqırmışdır. Kişilərin hamısı sərxoş vəziyyətdə olmuşlar. Zərərçəkmiş şəxs həmin vaxtı Natiqin öz yoldaşına qarşı nalayiq ifadə işlətdiyini zənn edərək oğlunun üzərinə getmiş, Natiqlə Nazim arasında mübahisə başlamış və onlar Natiqlə Nazimi ayırmışlar. Bundan sonra Natiq avtobusu saxladıb düşmüşdür. O və gəlini Natiqi tək qoymamaq üçün Natiqin arxasınca avtobusdan düşmüşlər, lakin hava yağışlı və qaranlıq olduğundan Natiqi gözdən itirmişlər. Onlar evə çatanda Natiq hələ də gəlməmişdir. Sonradan ona Natiqlə Nazimin dalaşması və Nazimin xəstəxanaya aparılması məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə qonşuları Kamalın oğlunun toy məclisində iştirak etdikdən sonra kənd sakinləri ilə birlikdə Ağstafa şəhərindən avtobusla yaşadıqları kəndə qayıtmışlar. Arvadı Şahid6 da onunla birlikdə olmuşdur. Həm içkili, həm də yorğun olduğu üçün yolda avtobusun arxa oturacaqlarının birində yatmışdır. Kəndə çatana yaxın avtobusun qabaq oturacaqları tərəfdən səs-küy gəldiyini eşitmiş və ayağa qalxıb “nə səsküy salırsınız, sakit olun” demişdir. Qabaq oturacaqlar olan tərəfdən kimsə ona “nə qışqırırsan, səs-küy yoxdu” deyə cavab vermişdir. Arvadı və digər qadınlar mübahisə etməməyi üçün onu sakitləşdirmiş, o da yerində əyləşmişdir. Bundan sonra qabaq oturacaqlarda nə isə mübahisə yaranmış və sürücü avtomobili saxlamışdır. Natiqgil avtobustan düşmüş, onlar isə evlərinə getmişlər. Evə gəldikdən 15-20 dəqiqə sonra siqaret çəkmək üçün həyətə çıxdıqda evin arxa tərəfində olan küçədən səs-küy gəldiyini eşitmiş və oraya getmişdir. Arxa küçəyə çatdıqda Nazimin vurulduğunu görmüşdür. Nə baş verdiyini soruşduqda Nazimi Natiqin vurduğunu desələr də, nə ilə xəsarət yetirdiyini deməmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7, Şahid6, Şahid5, Şahid4 və Şahid8, həmçinin məhkəmə istintaqı zamanı ifadələri elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid10 Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Ağstafa rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 236 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarət – qarnın ön divarının boşluğa keçən, iti alət yarası, köndələn çənbər bağırsağın zədələnməsi kəsici əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə iti dəmir alətlə vurma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Ağstafa rayon şöbəsinin xx.xx.2024cü il tarixli, 213 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində müəyyən edilmiş xəsarət – sol almacıq və sol dirsək nahiyəsində sıyrıqlar küt əşyanın təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə əllə vurma nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Ağstafa rayon şöbəsinin xx.xx.2024cü il tarixli, 219 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Şahid1 bədənində müəyyən edilmiş xəsarət – sol biləyin və sağ baldırın qançırları küt əşyanın təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə əllə tutma və təpiklə vurma nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 X6 Regional Ambulator şöbəsinin xx.xx.2025-ci il tarixli, 546 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs psixi inkişafında gerilik əlamətləri aşkar edilmir. O, təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əmələ münasibətdə anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin xx.xx.2025-ci il tarixli, 16/706 nömrəli məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki: təqdim olunan Zərərçəkmiş şəxs məxsus köynəyin üzərindəki bir ədəd zədə və maykanın üzərindəki bir ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan bir ədəd predmetin (o cümlədən, bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yuxarıdan aşağıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədəsidir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 15:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli də həmin xx.xx.2025-ci il tarixdə saat 15:00-da azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 14 iyun 2025-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “hadisə yerinin baxışının aparılması haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, hadisə yeri - Ağstafa rayonu, Köçəsgər kəndində yerləşən Zərərçəkmiş şəxs yaşadığı evin qarşısıdır. Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet götürülməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “götürmə aparılması və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs arvadı Şahid3 könüllü təqdim etdiyi hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 (bir) ədəd ağ rəngli, qısaqol, boyunluqlu, boyun nahiyəsinə daxildən tikilmiş etiketin üzərində “Dolce and Gabanna” işarəsi qeyd olunmuş köynək və 01 (bir) ədəd ağ rəngli sadə mayka müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, xx.xx.2025-ci il tarixdə avtobusdan düşdüyü və hərəkət etdiyi istiqaməti, Zərərçəkmiş şəxs xəsarət yetirdiyi dəmir parçasını götürdüyü və xəsarət yetirdiyi yeri, həmçinin hadisənin baş vermə şəraitini əyani göstərməklə törətdiyi cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağstafa RPŞnin məsul növbətçisinin xx.xx.2025-ci il tarixli raportundan görünür ki, həmin tarixdə saat 00:15 Qazax RMX-nin növbətçi həkimi 1980-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qarının ön divarının açıq yarası xəsarəti ilə xəstəxanaya daxil olması barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş vəziyyətdə olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağstafa RPŞnin xx.xx.2025-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 iyun 2025-ci il tarixdə saat 22 radələrində Ağstafa rayonu, Köçəsgər kəndində yaşayan Təqsirləndirilən şəxs ilə qonşusu Zərərçəkmiş şəxs arasında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs əvvəlcədən köhnə dəyirmanın yanından yerdən götürdüyü dəmir parçası ilə Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir dəfə vuraraq sonuncuya xəsarət yetirməsi, hadisənin Zərərçəkmiş şəxs evin qarşısında baş verməsi və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi vaxt orada başqa şəxsin olmaması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi dəmir parçasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağstafa RİH başçısının Köçəsgər kənd İƏDÜN-nin xx.xx.2025-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri - arvadı X3, xx.xx.2010-cu il təvəllüdlü oğlu Namiq Abdullayev və xx.xx.2010-cu il təvəllüdlü qızı Səadət Abdullayev ilə birlikdə Ağstafa rayonu, Köçəsgər kəndində yaşamış və yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş 01 (bir) ədəd köynək və 01 (bir) ədəd mayka maddi sübut kimi tanınaraq saxlanılması üçün Ağstafa RPŞ-nin məsul saxlancında təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən, eləcə də onun məhkəmə istintaqı zamanı təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan tam olaraq ödənilmiş, Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur, sonuncu barəsində azadlıqdan məhrum etmə ilə bağı olmayan cəza təyin edilməsini xahiş edir. Bununla da, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən, törətdiyi əmələ görə peşmançılıq hissi keçirməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb Cinayət Məcəlləsinin 60.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti qeyd edilən maddənin sanksiyasında göstərilən daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəllənin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 14 iyun 2025-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə Regional Bürosunun vəkili Müdafiəçi tərəfindən dövlət hesabına həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Cinayət-Prosessual Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 15 (on beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi üçün 165 (bir yüz altmış beş) manat pul onun vəkil işlədiyi Gəncə Regional Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 31 (otuz bir) manat 50 (əlli) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Ağstafa RPŞ-nin məsul saxlancına təhvil verilmiş hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 (bir) ədəd köynək və 01 (bir) ədəd mayka sahibinə qaytarılmalı, götürülmədikdə məhv edilməlidir. Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 14 iyun 2025-ci il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi 165 (bir yüz altmış beş) manat pul onun vəkil işlədiyi Gəncə Regional Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 31 (otuz bir) manat 50 (əlli) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Ağstafa RPŞ-nin məsul saxlancına təhvil verilmiş hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 (bir) ədəd köynək və 01 (bir) ədəd mayka sahibinə qaytarılsın, götürülmədikdə məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-504/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-504/2025
02.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver