Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-505/2025 12.03.2026 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İbişov İlkin İlqar oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Bəylərov Elşad Heydər oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxx 1978-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işsiz, Zəngilan rayonu, Kolluqışlaq kəndində qeydiyyatda olmaqla tutulanadək ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən külli miqdarda, yəni təmiz ümumi çəkisi 2.186 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində saxlayaraq daşımış və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 29 may 2025-ci il tarixdə, saat 23:45-də ünvan 2 ünvanında piyada gəzən zaman saxlanılmaqla video çəkilişlə üzəri yoxlanılarkən, əynində olan qara rəngli cins şalvarın sağ yan cibinin içərisindən 02 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.897 qram və 1.289 qram, ümumi təmiz çəkisi 2.186 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilmiş, lakin ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisi olsa da, “Yeni Gəncə” qəsəbəsinə narkotik vasitə götürmək üçün gedən zaman onun üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları ona yaxınlaşıb “sən bura narkotik vasitə götürməyə gəlibsən” deyə bildirib, onun cibinə narkotik vasitə yerləşdirib çəkiliş etmişlər və ona hədə-qorxu gələrək sözügedən narkotik vasitənin onun olduğunu etiraf etməsini istəmişlər. Əlavə olaraq, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq göstərmişdir ki, nadir hallarda narkotik vasitədən istəfadə etmiş və narkotik vasitə istifadə etmək üçün tanımadığı şəxsin kart hesabına 100 manat məbləğində pul köçürüb, həmin şəxsdən 2 qram narkotik vasitə istəmişdir. Bundan sonra həmin tanımadığı şəxs, ona narkotik vasitənin olduğu ünvanı göndərmişdir. Daha sonra narkotik vasitənin olduğu ünvana çatmış və avtomobildən enib həmin narkotik vasitəni götürmək istəyən zaman “Yeni Gəncə” qəsəbəsində yerləşən 2 nömrəli məktəb ərazisində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanıldıqdan sonra polis əməkdaşları ona hədə-qorxu gələrək, cibinə narkotik vasitə yerləşdirib video çəkiliş həyata keçirmişlər. Təqsirləndirilən şəxsin ibtidai istintaq orqanına verdiyi ilkin ifadəsi ilə məhkəmə baxışı iclasında verdiyi ifadəsi arasında ziddiyətlər olduğundan cinayət prosesi tərəflərinin iştirakı ilə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zəngilan rayonu, Kolluqışlaq kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmuşdur. Təxminən 15 ildir ki narkotik vasitələrin müxtəlif növlərindən, son 3 ay isə psixotrop maddə metamfetamindən istifadə edirmiş. Təxminən 1 ay əvvəl “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə əvvəllər tanımadığı “Sümayə” adlı İran islam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Bir neçə dəfə həmin şəxsdən şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin əldə etmişdir. Psixotrop maddəni Sümayə adlı şəxsin kart hesabına pul göndərdikdən sonra onun mobil tətbiq vasitəsilə göndərdiyi yerə gedərək gizlədildiyi yerdən əldə edirmiş. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə “Sümayə” adlı şəxsin kart hesabına 100 manat pul göndərmiş, sonra onun göndərdiyi məkana, yəni Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 2 saylı orta məktəbin yanına gedərək metamfetaminin gizlədildiyi yerdən götürərək əldə etmişdir. xx.xx.2025-ci il tarixdə saat təxminən 23 radələrində Gəncə şəhəri 28 may küçəsi ilə piyada gəzən zaman iki nəfər mülki geyimli şəxs Məmmədə yaxınlaşaraq xidməti vəsiqələrini nümayiş etdirərək polis əməkdaşları olduqlarını və onun qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməkdə, istifadə etməkdə və saxlamaqda şübhəli olduğunu bildirmişlər. Məmmədə orada hüquq və vəzifələri izah edilmişdir. Həmin vaxt “patı” kimi tanıdığı psixotrop maddə metamfetamində üzərində idi. Məmmədə üzərində qanunla dövriyyəsi qadağan olunmuş psixotrop maddə, əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra Məmməd əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı 02 ədəd sellofan bükümdə olan “patı” kimi tanıdığı psixotrop maddə metamfetamini təqdim etmişdir. Sorğu zamanı Məmməd “patı” kimi tanıdığı psixotrop maddə metamfetamini tanımadığı İran İslam Respublikasının vətəndaşı “Sümayə” adlı şəxsdən kart hesabına 100 manat pul göndərdikdən sonra onun göndərdiyi məkana, yəni Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 2 saylı orta məktəbin yanına gedərək metamfetaminin gizlədildiyi yerdən götürərək əldə etdiyini və polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl həmin “patı” kimi tanıdığı psixotrop maddə metamfetamindən istifadə etməkdən ötrü üzərində saxladığını demişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 02 ədəd sellofan bükümdə olan “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin iştirakçıların iştirakı ilə tərəzidə çəkilmiş və sellofan büküm ilə birlikdə çəkisi 2.39 qram olmuşdur. AR DİN-in möhürü ilə möhürlənərək üzəri Məmmədin və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuşdur. Məmməd və iştirakçılar qablaşdırmanın üzərinə və protokola imza etmişlər. Sonra polis əməkdaşları Məmmədi xidməti avtomobillərinə əyləşdirərək DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin inzibati binasına aparmışlar. Şöbənin inzibati binasında xidməti iş otağında hüquqları izah olunaraq hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmağından ötrü Məmmədə müdafiəçilərin siyahısı təqdim edilmiş və ona bildirilmişdir ki, həmin müdafiəçilərdən kimi istəyərsə seçə bilər, əgər seçməkdə tərəddüd etsə, növbətçi vəkilin yardımından istifadə edə bilərmiş. Məmmədə təqdim olunmuş vəkillərin siyahısından vəkil X4 hüquqlarının dövlət hesabına müdafiə olunması üçün təqdim edilmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra müdafiəçi X4 dəvət olunaraq Məmmədə təqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. Məmməd həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamışdır. Təqsirləndirilən şəxs qismində dindirmə zamanı Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini xx.xx.2025-ci il tarixdə tanımadığı İran İslam Respublikasının vətəndaşı “Sümayə” adlı şəxsdən kart hesabına 100 manat pul göndərdikdən sonra onun göndərdiyi məkana, yəni Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 2 saylı orta məktəbin yanına gedərək metamfetaminin gizlədildiyi yerdən götürərək əldə etmişdir. 29 may 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmamışdan qabaq mobil telefonunda olan bir neçə oyun proqramını, şəkillərini, “WhatsApp” ani mesajlaşma tətbiqini mobil telefonun yaddaşı az olduğu üçün müvəqqəti olaraq silmişdir. İran İslam Respublikasının vətəndaşı “Sümayə” adlı şəxsin ona göndərdiyi kart hesabını və həmin kart hesabına 100 manat pulu hansı üsulla göndərdiyini uzun müddət keçdiyi üçün dəqiq olaraq xatırlamır. Üzərindən aşkar edilmiş ümumi təmiz çəkisi 2.186 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin onda olmasından hər hansı bir şəxsin və ya ailə üzvlərinin xəbəri olmamışdır. O, hər hansı bir şəxsə narkotik vasitə və psixotrop maddə satmamış və belə bir niyyəti olmamışdır. Hazırda yaşadığı evdə və digər yerdə narkotik vasitə, psixotrop maddə və qanunla daşınması, saxlanması qadağan edilmiş maddə yoxdur. Onu heçkəs narkotik vasitələrin istehlakına təhrik etməmişdir. Barəsində əməliyyat-axtarış tədbirləri, təhqiqat və rəsmiləşdirmə aparılarkən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir, bununla bağlı hər hansı bir vəsatəti və şikayəti yoxdur. Başqa heçbir cinayət hadisəsi törətməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və istifadəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və yaradılmış əməliyat qrupuna onu da daxil etmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs Gəncə şəhəri, “Yeni Gəncə” qəsəbəsi, “28 May” küçəsi ərazisində piyada hərəkət edən zaman görmüşlər. Onlar yaxınlaşıb özlərini təqdim etmiş və Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və yaxud predmet olması barədə soruşulduqda, Təqsirləndirilən şəxs üzərində olan metamfetaminə bənzər kütləni təqdim etmiş və sözügedən kütləni İran İslam Respublikasının vətəndaşından almağa gəldiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlənin çəkisi isə təxminən 2 qram olmuşdur. Əlavə olaraq, Şahid2 verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərində 2 büküm metamfetamin olmuşdur. Narkotik vasitı ilə yanaşı Təqsirləndirilən şəxs üzərində mobil telefon, siqaret və bank kartı olmuş, lakin onlar mobil telefona baxış keçirməmişlər. Sonuncuya qarşı hədə-qorxu və ya təzyiq göstərilməmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakları ilə digər Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, Şahid1 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2007-ci ildən X2 və 2023-cü ildən isə tutduğu vəzifədə xidmət edir. xx.xx.2025-ci il tarixdə DİN-nin BNMİ-nin QBRŞ-yə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə əldə edərək üzərində saxlaması daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Onun həmin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsinə qərar alınmış və əməliyyat qrupu yaradılmışdır. Bundan sonra DİN-nin BNMİ-nin QBRŞ-nin sürücüsü polis baş serjantı Şahid2 ilə birlikdə Gəncə şəhəri ərazisində Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs saat 23:30 radələrində ünvan 3 ünvanında olmasını müəyyən etmişlər və o saxlanılmışdır. Onlar Məmmədə xidməti vəsiqələrini nümayiş etdirib DİN-nin BNMİ-nin QBRŞ-nin əməkdaşları olduqlarını deyərək qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri üzərində saxlamasında, daşımasında və istifadəsində şübhəli olduğunu bildirərək üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet varsa təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol ön cibinin içərisindən 01 ədəd “Samsung” markalı mobil telefonu, əynində olan qara rəngli cins şalvarın sağ ön cibinin içərisindən 02 ədəd şəffaf rəngli sellofan bükümü və əynində olan qara rəngli cins şalvarın sol arxa cibinin içərisindən “Kapital Bank”a məxsus 01 ədəd “**********835208” saylı plastik kartı təqdim etmişdir. Həmin sellofan bükümlərin içərisinə baxış keçirilmiş və içərisindən ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütləni tanımadığı İran İslam Respublikasının vətəndaşının göndərdiyi ünvana xx.xx.2025-ci il tarixdə axşam saatlarında Yeni ünvan 4bin yaxınlığına gedərək əldə etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd şəffaf rəngli sellofan bükümlərdə olan ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütlə tərəzidə çəkilmiş və həmin kütlənin sellofan bükümlər ilə birlikdə ümumilikdə çəkisi 2.39 qram olması müəyyən edilmişdir. Daha sonra isə içərisində ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütlə sellofan bükümlər ilə birlikdə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmiş və doğruluğunu imzalarla təsdiq etmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 29 may 2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 may 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Şəhər Məhkəməsinin 31 may 2025-ci il tarixli, 4(125)-277/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 29 may 2025-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə fiziki-kimyəvi ekspertizasının 30 may 2025-ci il tarixli 16/503 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş metamfetaminə bənzər kütlələr” yazı və imzalar olan kağız paketdəki, 02 (iki) ədəd şəffaf rəngli sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0.897 qram, 1.289 qram, ümumi təmiz çəkisi 2.186 qram maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, kimyəvi tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-narkoloji ekspertizasının 19 avqust 2025-ci il tarixli 1310 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyatda alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 10 iyun 2025-ci il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin sürücüsü, polis baş serjantı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir və o hüquqlarının aydın olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol ön cibinin içərisindən 01 ədəd “Samsung” markalı mobil telefonu, əynində olan qara rəngli cins şalvarın sağ ön cibinin içərisindən 02 ədəd şəffaf rəngli sellofan bükümü və əynində olan qara rəngli cins şalvarın sol arxa cibinin içərisindən “Kapital Bank”a məxsus 01 ədəd “**********835208” saylı plastik kartı təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, onu tanımadığı İran İslam Respublikasının vətəndaşından aldığını və şəxsi istifadə üçün saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd şəffaf rəngli sellofan bükümlər açılmış və içərisindən ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs başqa yerdə psixotrop maddə saxlamadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütlə tərəzidə çəkilmiş və həmin kütlənin sellofan büküm ilə birlikdə ümumilikdə çəkisi 2.39 qram olması müəyyən edilmişdir. Ona hər hansı bir fiziki və ya psixi təsirin, insan ləyaqətini alçaldan hərəkətlərin olubolmadığını soruşan zaman Təqsirləndirilən şəxs ona qarşı heç bir psixi, fiziki təsirin olmadığını bildirmişdir. Bundan sonra həmin kütlə Şahid1 tərəfindən 01 ədəd zərfdə müvafiq qaydada qablaşdırılaraq DİN-nin zərflər üçün 7(2) saylı möhürü ilə möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 10 iyun 2025-ci il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan zaman üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş 01 ədəd zərfdə müvafiq qaydada qablaşdırılaraq DİN-nin zərflər üçün 7(2) saylı möhürü ilə möhürlənmiş zərfdə olan 02 ədəd şəffaf rəngli sellofan büküm ilə birlikdə 2.39 qram çəkisi olan psixotrop maddə metamfetaminə bənzər kütləni, “Kapital Bank”a məxsus 01 ədəd “**********835208” saylı plastik kartı, 01 ədəd “Samsung” markalı mobil telefonu və şəxsi axtarış keçirilən zaman qeydə alınmış video görüntü olan 01 ədəd “DVD” diski DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin təhqiqatçısı, polis kapitanı Ömər İsmayılova təqdim etmişdir. Bundan sonra Ömər İsmayılov tərəfindən Təqsirləndirilən şəxs və Şahid1 iştirakı ilə şəxsi axtarış zamanı qeydə alınmış video görüntüyə baxış keçirilmişdir. Bundan sonra X5 Qurbanova bir neçə sual vermiş və Təqsirləndirilən şəxs sorğu zamanı üzərindən aşkar edilmiş kütlənin “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, onu tanımadığı İran İslam Respublikasının vətəndaşından aldığını və şəxsi istifadə üçün saxladığını bildirmişdir. Ona hər hansı bir fiziki və ya psixi təsirin, insan ləyaqətini alçaldan hərəkətlərin olub-olmadığını soruşan zaman Təqsirləndirilən şəxs ona qarşı heç bir psixi, fiziki təsirin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, verilmiş əməliyyat tapşırığına 30 iyul 2025-ci il tarixli, 3-13-57-2/2-246/2025 nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin hansı mənbədən və nə vaxt əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetami digər şəxslərə satmasını müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, qanunsuz olaraq psixotrop maddə əldə etməsində Təqsirləndirilən şəxs kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi psixotrop maddələrdən əlavə olaraq digər yerdə gizlədərək saxlaması, həmçinin onun baş vermiş digər cinayətlərdə iştirak etməsi müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər rayonlararası Psixo-Nevroloji dispanserindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs 31 avqust 2024-cü il tarixdən “F.19.2” diaqnozu ilə həmin dispanserdə qeydiyyatdadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 19 iyul 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyun 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 04 iyun 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkməsinin 11 iyul 2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin 20 may 2016-cı il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən çəkilməmiş cəzası 06 ay azaldılaraq 01 il 06 ay cəza müddəti saxlanılmışdır. 25 avqust 2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisin 20 may 2016-cı il tarixli amnistiya qərarının 25-ci bəndinə əsasən narkomaniyadan məcburi müalicə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 04 avqust 2016-cı il tarixli qərarı ilə ləğv edildikdən sonra azad edilmişdir. Odur ki, hazırda qüvvədə olan Azərbaycan Respublikası CM-nin 18.4.1 və 83.3.3cü maddələrinə əsasən Təqsirləndirilən şəxs əməli cinayətlərin residivi kimi nəzərə alınmamış və məhkumluğu ödənilmiş hesab olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyindən təqdim olunmuş, 25 avqust 2025-ci il tarixli, 1861 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 05 sentyabr 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2.086 qram psixotrop maddə metamfetamin iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq, Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş, həmçinin cinayət işinə əlavə edilmiş 29 may 2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı istifadə edilmiş video çəkilişin 01 ədəd “DVD” diski, 29 may 2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin inzibati binasında olan zamanı istifadə edilmiş video çəkilişin 01 ədəd “DVD” diski "xxxx" MMCdən daxil olmuş 01 ədəd “CD” diski və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd “CD” disk isə iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində ona elan olunmuş Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsilə özünü təqsirli bilsə də, onda narkotik vasitə olmadığını, şəxsi istifadəsinə görə 2 qram narkotik vasitə əldə etmək üçün tanımadığı şəxsin bank kartı hesabına 100 manat məbləğində pul köçürdüyünü və sözügedən narkotik vasitəni götürmək üçün “Yeni Gəncə” qəsəbəsinə yollandığını, lakin narkotik vasitəni götürməmiş polis əməkdaşlarının ona yaxınılaşaraq, saxlayıb hədə-qorxu gələrək üzərinə narkotik vasitə yerləşdirdiklərini, aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını bildirməsinə dair xüsusatlara tənqidi yanaşır və həqiqətə uyğun hesab etmir. Belə ki, sözügedən xüsusat iş üzrə danılmaz sübutlarla (təqsirləndirilən şəxsin özünün ilkin etirafedici ifadəsi, tutulma və şəxsi axtarış, baxış, götürmə istintaq hərəkətlərində iştirak etmiş polis əməkdaşlarının ifadələri və digər istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri, əməliyyat-axtarış subyektinin məlumatları və.s) təkzib edilmişdir. Belə ki, 10 iyun 2025-ci il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan zaman üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş 01 ədəd zərfdə müvafiq qaydada qablaşdırılaraq DİNnin zərflər üçün 7(2) saylı möhürü ilə möhürlənmiş zərfdə olan 02 ədəd şəffaf rəngli sellofan büküm ilə birlikdə 2.39 qram çəkisi olan psixotrop maddə metamfetaminə bənzər kütləni, “Kapital Bank”a məxsus 01 ədəd “**********835208” saylı plastik kartı, 01 ədəd “Samsung” markalı mobil telefonu və şəxsi axtarış keçirilən zaman qeydə alınmış video görüntü olan 01 ədəd “DVD” diski DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin təhqiqatçısı, polis kapitanı Ömər İsmayılova təqdim etmişdir. Bundan sonra Ömər İsmayılov tərəfindən Təqsirləndirilən şəxs və Şahid1 iştirakı ilə şəxsi axtarış zamanı qeydə alınmış video görüntüyə baxış keçirilmişdir. Bundan sonra X5 Qurbanova bir neçə sual vermiş və Təqsirləndirilən şəxs sorğu zamanı üzərindən aşkar edilmiş kütlənin “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, onu tanımadığı İran İslam Respublikasının vətəndaşından aldığını və şəxsi istifadə üçün saxladığını bildirmişdir. Ona hər hansı bir fiziki və ya psixi təsirin, insan ləyaqətini alçaldan hərəkətlərin olub-olmadığını soruşan zaman Təqsirləndirilən şəxs ona qarşı heç bir psixi, fiziki təsirin olmadığını bildirmişdir. Bundan başqa, Məhkəmə-narkoloji ekspertizasının 19 avqust 2025-ci il tarixli 1310 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyatda alınması məsləhət görülür. Bundan başqa, Təqsirləndirilən şəxs ona polis əməkdaşları tərəfindən hədə-qorxu gəlinərək psixoloji təzyiqlər olunması ilə bağlı qeyd etdiyi xüsusatlar məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış və sözügedən hallar məhkəmə tərəfindən Təqsirləndirilən şəxs məsuliyyətdən boyun qaçırması kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxsin ibtidai istintaq orqanına verdiyi ilkin ifadəsi ilə məhkəmə baxışı iclasında verdiyi ifadəsi arasında ziddiyətlər olduğundan cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zəngilan rayonu, Kolluqışlaq kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmuşdur. Təxminən 15 ildir ki narkotik vasitələrin müxtəlif növlərindən, son 3 ay isə psixotrop maddə metamfetamindən istifadə edirmiş. Təxminən 1 ay əvvəl “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə əvvəllər tanımadığı “Sümayə” adlı İran islam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Bir neçə dəfə həmin şəxsdən şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin əldə etmişdir. Psixotrop maddəni Sümayə adlı şəxsin kart hesabına pul göndərdikdən sonra onun mobil tətbiq vasitəsilə göndərdiyi yerə gedərək gizlədildiyi yerdən əldə edirmiş. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə “Sümayə” adlı şəxsin kart hesabına 100 manat pul göndərmiş, sonra onun göndərdiyi məkana, yəni Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 2 saylı orta məktəbin yanına gedərək metamfetaminin gizlədildiyi yerdən götürərək əldə etmişdir. xx.xx.2025-ci il tarixdə saat təxminən 23 radələrində Gəncə şəhəri 28 may küçəsi ilə piyada gəzən zaman iki nəfər mülki geyimli şəxs Məmmədə yaxınlaşaraq xidməti vəsiqələrini nümayiş etdirərək polis əməkdaşları olduqlarını və onun qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməkdə, istifadə etməkdə və saxlamaqda şübhəli olduğunu bildirmişlər. Məmmədə orada hüquq və vəzifələri izah edilmişdir. Həmin vaxt “patı” kimi tanıdığı psixotrop maddə metamfetamində üzərində idi. Məmmədə üzərində qanunla dövriyyəsi qadağan olunmuş psixotrop maddə, əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra Məmməd əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı 02 ədəd sellofan bükümdə olan “patı” kimi tanıdığı psixotrop maddə metamfetamini təqdim etmişdir. Sorğu zamanı Məmməd “patı” kimi tanıdığı psixotrop maddə metamfetamini tanımadığı İran İslam Respublikasının vətəndaşı “Sümayə” adlı şəxsdən kart hesabına 100 manat pul göndərdikdən sonra onun göndərdiyi məkana, yəni Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 2 saylı orta məktəbin yanına gedərək metamfetaminin gizlədildiyi yerdən götürərək əldə etdiyini və polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl həmin “patı” kimi tanıdığı psixotrop maddə metamfetamindən istifadə etməkdən ötrü üzərində saxladığını demişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 02 ədəd sellofan bükümdə olan “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin iştirakçıların iştirakı ilə tərəzidə çəkilmiş və sellofan büküm ilə birlikdə çəkisi 2.39 qram olmuşdur. AR DİN-in möhürü ilə möhürlənərək üzəri Məmmədin və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuşdur. Məmməd və iştirakçılar qablaşdırmanın üzərinə və protokola imza etmişlər. Sonra polis əməkdaşları Məmmədi xidməti avtomobillərinə əyləşdirərək DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin inzibati binasına aparmışlar. Şöbənin inzibati binasında xidməti iş otağında hüquqları izah olunaraq hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmağından ötrü Məmmədə müdafiəçilərin siyahısı təqdim edilmiş və ona bildirilmişdir ki, həmin müdafiəçilərdən kimi istəyərsə seçə bilər, əgər seçməkdə tərəddüd etsə, növbətçi vəkilin yardımından istifadə edə bilərmiş. Məmmədə təqdim olunmuş vəkillərin siyahısından vəkil X4 hüquqlarının dövlət hesabına müdafiə olunması üçün təqdim edilmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra müdafiəçi X4 dəvət olunaraq Məmmədə təqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. Məmməd həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamışdır. Təqsirləndirilən şəxs qismində dindirmə zamanı Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini xx.xx.2025-ci il tarixdə tanımadığı İran İslam Respublikasının vətəndaşı “Sümayə” adlı şəxsdən kart hesabına 100 manat pul göndərdikdən sonra onun göndərdiyi məkana, yəni Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 2 saylı orta məktəbin yanına gedərək metamfetaminin gizlədildiyi yerdən götürərək əldə etmişdir. 29 may 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmamışdan qabaq mobil telefonunda olan bir neçə oyun proqramını, şəkillərini, “WhatsApp” ani mesajlaşma tətbiqini mobil telefonun yaddaşı az olduğu üçün müvəqqəti olaraq silmişdir. İran İslam Respublikasının vətəndaşı “Sümayə” adlı şəxsin ona göndərdiyi kart hesabını və həmin kart hesabına 100 manat pulu hansı üsulla göndərdiyini uzun müddət keçdiyi üçün dəqiq olaraq xatırlamır. Üzərindən aşkar edilmiş ümumi təmiz çəkisi 2.186 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin onda olmasından hər hansı bir şəxsin və ya ailə üzvlərinin xəbəri olmamışdır. O, hər hansı bir şəxsə narkotik vasitə və psixotrop maddə satmamış və belə bir niyyəti olmamışdır. Hazırda yaşadığı evdə və digər yerdə narkotik vasitə, psixotrop maddə və qanunla daşınması, saxlanması qadağan edilmiş maddə yoxdur. Onu heçkəs narkotik vasitələrin istehlakına təhrik etməmişdir. Barəsində əməliyyat-axtarış tədbirləri, təhqiqat və rəsmiləşdirmə aparılarkən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir, bununla bağlı hər hansı bir vəsatəti və şikayəti yoxdur. Başqa heçbir cinayət hadisəsi törətməmişdir. Odur ki, məhkəmə iş üzrə yuxarıda sadalanan halları, eyni zamanda şahid ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri qarşılıqlı təhlil edərək, Təqsirləndirilən şəxs məhkəmə baxış iclası zamanı verdiyi ifadəsinin deyil, ibtidai istintaq zamanı vermiş olduğu ilkin ifadəsinin işin hallarına daha uyğun olduğundan əsas götürülməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234-1.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234-1.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirlidir və o həmin maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi–həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş İİ saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 2 saylı Siyahısına əsasən metamfetamin psixotrop maddə hesab olunur və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarı isə 2 qram və ondan yuxarı hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, ona yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan minimum həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Digər tərəfdən məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə tərkibi vurğulayır ki, Təqsirləndirilən şəxs yşayış yeri üzrə müsbət xarakterizə olunması Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 29 may 2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 may 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Şəhər Məhkəməsinin 31 may 2025-ci il tarixli, 4(125)-277/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 29 may 2025-ci il tarixdən hesablanmışdır. Odur ki, Qanunun tələblərinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməklə həbsetmənin əvvəli 29 may 2025-ci il tarixdən hesablanmalıdır. Bununla bərabər məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Bundan əlavə, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 19 avqust 2025-ci il tarixli 1310 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyatda alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.2-cü maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Bundan əlavə, müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübut hesab edilən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2.086 qram psixotrop maddə metamfetamin iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq, Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş, həmçinin cinayət işinə əlavə edilmiş 29 may 2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı istifadə edilmiş video çəkilişin 01 ədəd “DVD” diski, 29 may 2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin inzibati binasında olan zamanı istifadə edilmiş video çəkilişin 01 ədəd “DVD” diski "xxxx" MMCdən daxil olmuş 01 ədəd “CD” diski və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd “CD” disk isə iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər BPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 2.086 qram psixotrop maddə metamfetamin məhv edilməli və 29 may 2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı istifadə edilmiş video çəkilişin 01 ədəd “DVD” diski, 29 may 2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin inzibati binasında olan zamanı istifadə edilmiş video çəkilişin 01 ədəd “DVD” diski "xxxx" MMC-dən daxil olmuş 01 ədəd “CD” diski və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd “CD” disklərin isə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Bundan əlavə, şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 16 (on altı) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına müdafiəçi üçün 176 (yüz yetmiş altı) manat məbləğində pul köçürülməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPMnin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1ci maddəsi ilə təqsirli bilinsin və ona həmin maddə ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 29 may 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər BPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 2.086 qram psixotrop maddə metamfetamin məhv edilsin və 29 may 2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı istifadə edilmiş video çəkilişin 01 ədəd “DVD” diski, 29 may 2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin inzibati binasında olan zamanı istifadə edilmiş video çəkilişin 01 ədəd “DVD” diski "xxxx" MMC-dən daxil olmuş 01 ədəd “CD” diski və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd “CD” disklərin isə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz manat) 40 (qırx) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-505/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-505/2025
12.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver