Məhkəmə qərarları › İş №1(100)-507/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-507/2024

13.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-507/2024 13.09.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər X2 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi – Talışova Şahnaz Nazir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X5, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx.xx.1987-ci il tarixdə Qazax rayonu, Ağköynək kəndində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində satış nümayəndəsi vəzifəsində işləmiş, ali təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş, Qazax rayonu, Ağköynək kəndində qeydiyyatda olmaqla yaşamış, Gəncə Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(100)-65/2024 nömrəli cinayət işi üzrə 12 may 2023-cü il tarixli qərarla barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 178.2.1, 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 178.2.1, 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində olan cinayət işi Qazax Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi tərəfindən aparılmış ibtidai istintaq başa çatdıqdan və ittiham aktı Qazax rayon prokuroru tərəfindən təsdiq edildikdən sonra baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Sözügedən cinayət işi xx.xx.2024-cü il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olmuşdur. Dövlət ittihamçısı X8 məhkəmənin hazırlıq iclasında şifahi vəsatət verərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin məhkəmə aidiyyətinin Gəncə Ağır Cinayətlər Məhkəməsinə aid olmadığını, Azərbaycan Respublikası CPM-in 74.5-ci maddəsinə əsasən cinayət işinin aidiyyəti üzrə ağır cinayətin törədildiyi yer üzrə ağır cinayətlər məhkəməsinə göndərilməsini, təqsirləndirilən şəxs barəsində Gəncə Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(100)-65/2024 nömrəli cinayət işi üzrə 12 may 2023-cü il tarixli qərarla “həbs” qətimkan tədbiri seçilməsinin nəzərə alınmasını xahiş etmişdir. Vəsatət onunla əsalandırılmışdır ki, iş materiallarına əsasən təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 178.2.1, 178.3.2, 320.1 və 320.2-ci maddələri verilmiş ittiham içərisində Cinayət Məcəlləsinin 15.4cü maddəsinə əsasən ağır cinayətlər təsnifatına yalnız Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham aiddir, ittiham aktına əsasən də həmin ittiham üzrə bütün hadisələr Bakı şəhəri ərazisində baş verdiyindən, yəni qeyd edilən cinayət əməli Bakı şəhərində başlanaraq həmin ərazidə başa çatdığından cinayət işinə Azərbaycan Respublikası CPM-in 74.5-ci maddəsinə əsasən Bakı şəhərinin ərazi yurisdiksiyası üzrə aid olduğu Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmalıdır. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bütün hadislərin Bakı şəhərində baş verdiyini, Zərərçəkmiş şəxs45 həbsdən azad edilməsi ilə bağlı pul vəsaitlərini Zərərçəkmiş şəxs43 hissə-hissə olmaqla Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda aldığını bildirərək barəsində olan cinayət işinin aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Təqsirləndirilən şəxsin müdafiəçisi X1 Elvin Vilayət oğlu barəsində olan cinayət işinin Azərbaycan Respublikası CPM-in 74.5-ci maddəsinə əsasən aidiyyəti üzrə ağır cinayətin törədildiyi yer üzrə ağır cinayətlər məhkəməsinə, yəni Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərkibi cinayət işinin materiallarını öyrənərək və cinayət prosesi tərəflərinin fikirlərini dinləyərək hesab edir ki, hazırki cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olmadığı üçün dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət əsaslı olduğundan təmin edilməli və bu cinayət işinə ağır cinayətin törədildiyi yerin ərazi yurisdiksiyası üzrə aid olduğu Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmalıdır. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 178.2.1, 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə irəli sürülmüş 47 epizoddan ibarət ittihamdan görünür ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər təsnifatına yalnız Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham aiddir. Digər maddələr ilə irəli sürülmüş ittihamlar az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlərin təsnifatına aiddir. Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihama əsasən, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq İdarəsində istintaq edilən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.4, 193.3.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Yasamal rayon Məhkəməsinin 17 sentyabr 2022-ci il tarixli qərarı ilə 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş Zərərçəkmiş şəxs45 barəsində həbsin ev dustaqlığı ilə əvəz olunmasına köməklik etmək üçün Zərərçəkmiş şəxs45 tanışı Zərərçəkmiş şəxs43 hüquq mühafizə və məhkəmə orqanlarının rəhbər vəzifəli şəxsləri ilə işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqǝtə uyğun olmayan məlumatlar verib sonuncunun inam və etibarını qazanaraq Zərərçəkmiş şəxs43 Zərərçəkmiş şəxs45 azadlığa buraxılmasına köməklik göstərməsi barədə ona müraciət etməsindən sonra bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda, yalandan sonuncunun azadlığa buraxılmasına köməklik göstərmək imkanına malik olması görüntüsü yaratmaqla əslində həmin pulu ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs43 aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə olmaqla sonuncudan 18 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində ünvan 3 ünvanında yerləşən Yasamal rayon Polis İdarəsinin inzibati binasının qarşısında 10,000 manat, 19 sentyabr 2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Xırdalan-Binəqədi şosesi 4 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 idarəsinin yaxınlığında Zərərçəkmiş şəxs45 məxsus **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 15,000 manat, 23 sentyabr 2022-ci il tarixdə saat 15 radələrində ünvan 6 ünvanında yerləşən 40 saylı notariat ofisinin qarşısında 25,000 manat, 30 sentyabr 2022ci il tarixdə saat 12 radələrində ünvan 7 ünvanında yerləşən Yasamal rayon məhkəməsinin qarşısında 19,000 manat, 07 oktyabr 2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində yerləşən “Megafun” yaşayış kompleksinin qarşısında 8000 manat, 11 oktyabr 2023-cü il tarixdə saat 15 radələrində ünvan 9 ünvanında yerləşən Azərbaycan Respublikası Mərkəzi Bankının yaxınlığında 9,450 manat olmaqla Zərərçəkmiş şəxs45 məxsus 15,000 manat, Zərərçəkmiş şəxs43 məxsus 71,450 manat, cəmi 86,450 manat pul vəsaitini ələ keçirib əvvəlcədən bu kimi cinayəti törətmək niyyətində olaraq bunun müqabilində hər hansı bir iş görmək və ya bu istiqamətdə vasitəçilik etmək arzusunda olmayaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Verilmiş ittihama, eləcə də iş materiallarına əsasən həmin epizod üzrə dindirilmiş həm təqsirləndirilən şəxsin, həm zərərçəkmiş şəxsin, həm də şahidlərin ifadələrindən görünür ki, cinayət hadisəsi Bakı şəhəri ərazisində başa çatdırılmış, Zərərçəkmiş şəxs43la Zərərçəkmiş şəxs45 ümumilikdə 86,450 manat pulu Təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda və məhz Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda vermişlər. Azərbaycan Respublikasının CPM-in 74.5-ci maddəsinə əsasən, cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə ağır cinayətlər məhkəməsində baxılır. “Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.1, 74.5 və 74.8-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 sentyabr 2023-cü il tarixli Qərarında formalaşdırılmış hüquqi mövgeyə görə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.5-ci maddəsinə müvafiq olaraq, cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə ağır cinayətin törədildiyi yer üzrə ağır cinayətlər məhkəməsində baxılmalıdır. “Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrin və hərbi məhkəmələrin ərazi yurisdiksiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2010-cu il tarixli Fərmanına əsasən Bakı şəhərinin rayonları Bakı Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidi kimi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə uyğun olaraq, cinayət o zaman başa çatmış hesab olunur ki, şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olsun. Müvafiq olaraq, əgər tərkib əlamətlərindən biri olmazsa, törədilmiş əməl başa çatmış cinayət kimi tövsif oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 29-cu maddəsinə əsasən heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Cinayət-Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama görə o, Cinayət Məcəlləsinin 15.4cü maddəsinə əsasən ağır cinayətlər təsnifatına aid Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini Bakı şəhəri ərazisində törətdiyi üçün onun barəsində olan cinayət işinə Azərbaycan Respublikası CPM-in 74.5-ci maddəsinə əsasən ağır cinayətin törədildiyi yerin ərazi yurisdiksiyası üzrə aid olduğu ağır cinayətlər məhkəməsində, yəni Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmalıdır. Bundan başqa, iş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-65/2024 saylı, 12 may 2023-cü il tarixli qərarından görünür ki, həmin məhkəmənin icraatında Təqsirləndirilən şəxs barəsində olan digər cinayət işi üzrə sonuncu barəsində 12 may 2023-cü il tarixdə “həbs” qətimkan tədbiri seçilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Meloni İsveçrəyə qarşı” iş üzrə 10 aprel 2008-ci il tarixli qərarında göstərilmişdir ki, həbs qərarı konkret əsaslara söykənməli və konkret vaxt müddəti müəyyən etməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 159.1 və 299.3.5-ci maddələrinə və Avropa İnsan Hüquqları Məhkəməsinin göstərilən hüquqi mövqeyinə əsaslanıb məhkəmənin bugünkü hazırlıq iclasında cinayət işinin baxılması üçün ağır cinayətin törədildiyi yerin, yəni Bakı şəhərinin ərazi yurisdiksiyası üzrə aid olduğu Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi nəticəsinə gəlindiyini və gələcəkdə qeyd edilən ağır cinayətlər məhkəməsində hazırlıq iclasının keçirilməli olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Gəncə Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(100)-65/2024 nömrəli cinayət işi üzrə 12 may 2023-cü il tarixli qərarla “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 74, 75, 77, 155 və 299cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi ilə bağlı dövlət ittihamçısı X5 vəsatəti əsaslı olduğundan təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 178.2.1, 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi Azərbaycan Respublikası CPM-in 74.5-ci maddəsinə əsasən ağır cinayətin törədildiyi yerin ərazi yurisdiksiyası üzrə aid olduğu Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində Gəncə Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(100)-65/2024 nömrəli cinayət işi üzrə 12 may 2023-cü il tarixli qərarla “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Qərarın surəti məlumat üçün cinayət prosesinin tərəflərinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasına göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar