Məhkəmə qərarları › İş №1(100)-51/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-51/2021

21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-51/2021 21.04.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, müdafiəçi - Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən Təqsirləndirilən şəxs iştirakları ilə 11 yanvar 1992-ci il tarixdə Ağstafa rayonunun Dağkəsəmən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilmiş, Ağsatfa rayonu, Dağkəsəmən kəndində olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4, 221.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Ağstafa rayon Dağkəsəmən kəndində, dostu Şahid5 məxsus evdə yemək yeyib spirtli içki qəbul etdikdən sonra saat 24 radələrində oradan çıxaraq orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində piyada öz evlərinə doğru gedərkən bir neçə gün əvvəl qonşuluqda yaşayan həmkəndlisi Şahid1 evlərinin qarşısında oturmasına görə ona öz iradını bildirməsi ilə bağlı aralarında yaranmış sözlə mübahisəyə aydınlıq gətirmək məqsədi ilə küçəyə çağırmaq üçün xx.xx.2020-ci il tarixdə gecə saat 01 radələrində sonuncunun Ağstafa rayon Dağkəsəmən kəndi Sərxan Qasımov küçəsində yerləşən evlərinin küçə darvazasını möhkəm döyərək sakinlərin yuxuda ola biləcəyinə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozan hərəkətlər edərək Şahid1 qarşı yüksək səslə təhqiredici ifadələr işlətmiş, “ay şərəfsizlər, çıxın çölə,102-ə zəng eliyin gəlib məni aparsınlar” deyərək ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərmiş, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirərək ərtafda yaşayan sakinlərin narahatçılığına səbəb olmaqla ictimai qaydanı kobud surətdə pozmuş, Şahid1 küçəyə çağırarkən “çıx çölə ay şərəfsiz, sənin qılçanı deşik-deşik edəcəm” deyərək üzərində zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa o, yuxarıda qeyd edilən xuliqanlıq hərəkətlərini etdikdən sonra xx.xx.2020-ci il tarixdə saat 01 radələrində Şahid1 darvazanı açmadığını görərək bir qədər sakitləşib Ağstafa rayon Dağkəsəmən kəndi Sərxan Qasımov küçəsində yolun qarşı tərəfinə keçib subağlayıcının üzərində oturmuş, həmin vaxt yaranmış səs-küyə və narahatçılığa görə Şahid1 əmisi oğlu olmaqla qonşuluğunda yaşayan X8 qaranlıqda ona yaxınlaşaraq uzunluğu 1 metr olan taxta dəyənəklə bədəninin müxtəlif nahiyələrinə vuraraq ona sağ təpə nahiyəsinə əzilmiş, sol baldır nahiyəsində əzniyi ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarətləri yetirmiş, bu zəmində o, aralarında yaranmış münaqişə zamanı əsəbləşərək H.Şəmilovu xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmək qərarına gəlmiş, bu məqsədlə əlbəyaxa olaraq sonuncunun əlində olan taxta dəyənəyin yerə salınmasına nail olmuş, üzərində gəzdirdiyi qatlanan və soyuq silah hesab edilməyən bıçaqla Şahid3 sol döşün üst səthində 1 ədəd, sağ körpücükaltı nahiyədə 2 ədəd boşluğa keçən sağ ağciyərin üst payını zədələyən kəsilmiş-deşilmiş yaralarla nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran və sağ boynun 1 ədəd, sağ körpücük altının 1 ədəd, sağ çiyin üstünün 2 ədəd, sol almacıq nahiyəsində 1 ədəd və sol qaşın üst səthində 1 ədəd kəsilmiş yara ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarətlər, sol əlin baş və göstərici barmaqlarına isə dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, zərbələr vuran zaman sonuncuya əzab verdiyini dərk edərək yuxarıda qeyd olunan zərbələri endirməkdə davam etmiş, H.Şəmilov çətinliklə onun əlindən çıxaraq yaralı vəziyyətdə özünü yaşadığı evin həyətinin hasarının üzərindən içəriyə-həyətlərinə atmış, həmin vaxt ətrafa toplaşan şəxslər tərəfindən Qazax rayon Diaqnostika Mərkəzinə çatdırılsa da, həyatını xilas etmək mümkün olmadığından orada ölmüşdür. Bununla da o, H.Şəmilovu xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Bundan başqa o, ümumi uzunluğu 290 mm, tiyəsinin uzunluğu 164 mm, maksimal eni 29 mm və qalınlığı 4 mm olmaqla zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını hadisə baş verməmişdən əvvəlki dövrlərdə istintaqla müəyyən edilə bilinməyən vaxtda və mənbədən əldə etmiş və xx xxxx 2020-ci il tarixədək Ağstafa rayonu ərazisində üzərində gəzdirmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş üzrə dindirilmiş zərərçəkimiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1, 120.2.4 və 228.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyun ayının 8-9-da axşam saat 23 radələrində mərhum Hürrüyyətlə birlikdə həmkəndlisi və qonşusu Şahid1 evinin qarşısında qoyulmuş oturacaqda oturduğu üçün Elçin gəlib ona öz iradını bildirərək, əsəbi formada evinin qarşısında oturmamağını demişdir. Həmin vaxtı o, bunun üstündə mübahisə etmək istəsə də, mərhum Hürrüyyət Elçinin içkili olduğunu, ona baş qoşmamağı demiş, bundan sonra Elçin çıxıb getmiş, onlar da oradan ayrılmış və sonradan Elçinlə aralarında hər hansı söhbət olmamışdır. xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində Dağkəsəmən kəndində Şəmilin obyektinə gedib təkbaşına oturub 1-2 bakal pivə içmiş, bir müddət sonra sinif yoldaşları X19 Namazov da gəlmişlər və birlikdə İsmayılgilin evinə gedib orada yeyib-içməyi qərarlaşdırmışlar. İsmayılgildə gecə saat 24dək yemək yeyib, spirtli içki qəbul etmişlər, sonradan digər sinif yoldaşları Emin Almamedov və Fariz Yusifov da gəlmişlər, lakin çox qalmayıb tez də getmişlər. Saat 24 radələrində oradan çıxıb piyada öz evinə doğru getmiş, lakin çox içki qəbul etmədiyinə görə yaddaşı üzərində olmuşdur. O, evə gələrək üzərində olan bıçağı evdə soyuducunun üzərinə qoymuş və gələndə Qızyetərgilin mağazalarının açıq olduğunu gördüyündən pivə almaq məqsədi ilə qayıdıb getmiş, lakin Qızyetər mağazanı bağladığına görə məcbur olub onların qapısını döyüb Qızyetəri çağırmışdır. Qapını açmadığı üçün qapını əli ilə möhkəm döyməyə davam etmiş, lakin Qızyetər çıxmadığı üçün o, Elçini nəzərdə tutub “o əksik oğluna görəmi gəlmirsən”-demişdir. Qapını açmadığı üçün o, yolun digər tərəfinə keçib təxminən 1-2 dəqiqə başını aşağı salıb təkbaşına səssiz yerdə olan subağlayıcının üzərində oturmuşdur. Əlini cibinə salıb siqareti çıxarmaq istəyəndə ayaq səsi eşitmiş və qonşusu Hürüyyətin əli belində ona yaxınlaşdığını görmüşdür. Bir neçə gün əvvəl o, Elçinlə mübahisə edəndə, Hürrüyyət Elçinin içkili olduğunu, ona baş qoşmamağını dediyinə görə əvvəlcə Hürrüyyətin səs eşidib onunla söhbət etmək üçün gəldiyini düşünmüş, lakin Hürrüyyət gələn kimi əlində tutduğu uzun taxta dəyənəklə onun başına qüvvətli zərbə endirmişdir. Zərbədən sonra o, yerə yıxılmış, yerdə olarkən ağzına-üzünə söyüb həmin taxta dəyənəklə sol ayağına və bədəninə vurmağa başlamışdır. O, yerdə olarkən taxtadan tutub zərbələrin qabağını alaraq ayağa qalxmış və təxminən səkkiz metr məsafədə Hürrüyətgilin evinin divarının qarşısına tərəf küçədə çəkişmişlər. O, Hürriyətin əlindən taxtanı salmış və dava zamanı sol qolunda ağrı hiss etdikdə Hürrüyyətin sağ əlində bıçaq olduğunu görmüş, lakin Hürrüyətin bıçağı haradan çıxardığını görməmişdir. Hürrüyət bıçağı ona doğru sallayıb vurmağa çalışmış, o da Hürrüyətin bıçaq tutduğu əlini saxlamışdır. Onlar ayağüstə süpürüləşərkən Hürrüyyət eyni zamanda Elçini çağırmış, həmin vaxt Elçin çölə çıxaraq ona əl-qol atmağa başlamış, sol qaşının üzərindəki bıçaq xəsarətini də yəqin ki, Elçin ona yetirmiş, çünki həmin vaxt Hürrüyyətin əlində olan bıçağı öz əli ilə tutub saxladığında Hürrüyyət ona həmin xəsarəti yetirə bilməmişdir. Dava zamanı Hürrüyyət onu Elçingilin evlərinin darvazasına yaxın yerdə yerə yıxmış, yerə yıxılanda bıçağı Hürrüyyətin əlindən alıb onun özünə xəsarətlər yetirmiş, həmin vaxt Elçin isə yerdə onun kürək nahiyəsinə təpiklə zərbə vurmuşdur. O, yerdə Hürrüyyətlə dalaşarkən anası və yoldaşı gəlib Elçini evlərinə aparmışlar. Bundan sonra Hürrüyyət halsızlaşıb üstündən yerə yıxılmış, o da ayağa qalxıb evə doğru gedərək evdə hadisə barəsində məlumat verib Hürrüyyətə kömək etmək üçün onlara getmələrini demiş, daha sonra özü də təslim olmaq üçün yolun kənarına çıxmışdır. Polis əməkdaşı Aftandil Alməmmədov ona zəng edib yerini soruşduqda, yolun kənarında, kameranın altında olduğunu demişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, əvvəllər çölə gedəndə, heyvan kəsmək üçün yekə ov bıçağını üzərində gəzdirmiş, həmin gün də səhər həmin bıçaqla heyvan kəsmiş və İsmayılgildən birbaşa evə gələrək üzərində olan bıçağı soyuducunun üzərinə qoymuşdur. Qızyetərgilin qapısını döyərkən söyüş söyməmiş, Hürrüyyətin içkili olub-olmadığını bilməmiş, yerə yıxılandan sonra Hürrüyyət bıçaq çıxartmış və bıçaqla onun sol qoluna vurmuş, Elçin isə onu təpiklə vurub qaçmışdır. O, bıçağın iti tiyəsini tutmuş və Hürrüyyətin əlindən bıçağı almağa çalışmışdır. Bıçağı alandan sonra Hürrüyyətin sag döş qəfəsinə vurmuş və bıçaq dəydiyinə görə Hürrüyyətin güçü tükənmişdir. O, sol əli ilə Hürrüyyətin qolunu saxlamış, bıçağı sağ əli ilə tutub Hürrüyyətin sağ tərəfinə altdan yuxarı istiqamətdə bıçağı vurmuşdur. Hürrüyyəti özünü müdafiə etmək üçün bıçaqla vurmuş, Hürüyyəti vurmasaydı sonuncu onu öldürəcəkdi. Mərhum Hürrüyyətlə də aralarında normal münasibətləri olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdən 14 iyuna keçən gecə saat 01 radələrində küçədən gələn Turalın səsinə yuxudan qalxmış, Tural qışqıraraq “ay şərəfsiz, ay qeyrətsiz, kişisən ortaya çıx”-deyə ucadan Elçini səsləmişdir. O, evin içərisində pəncərənin qabağında durub “ay Tural, çıx get, sabah söhbət edərsiz”-demiş, bundan sonra bir müddət səssizlik yaranmışdır. Tural sonra gedib öz qapılarını döymüş, daha sonra yenidən qayıdıb Elçingilin qapısını yüksək zərbə ilə döyməyə başlayaraq söyməyə davam etmişdir. Bu zaman Elçinin anası Qızyetər də səs-küyə çıxıb Turala çıxıb getməsini demiş, o da həyətdən gəlini Həmidəyə səslənib “qoyma birdən Hürrüyyət küçəyə çıxar”demişdir. Bundan 1-2 dəqiqə sonra Həmidənin yüksək səslə qışqırdığını eşitmiş və həyətə düşəndə Hürrüyyətin yerdə qan içində olduğunu gördükdə donub qalaraq nə baş verdiyini anlamağa çalışmışdır. Daha sonra səs-küyə Elçingil və digər qonşular gələrək Hürrüyyəti qonşu Məmmədin maşını ilə Qazax rayon Diaqnostik Xəstəxanasına aparmışlar, lakin həkimlər onun həyatını xilas edə bilməmişlər. Turalın əvvəllər Hürrüyyətlə mübahisəsi, ədavəti olmamış, bir-biriləri ilə münasibətləri yaxşı olmuşdur. Hürrüyyət heç vaxt üzərində bıçaq gəzdirməmiş, əksinə Təqsirləndirilən şəxs həmişə üzərində bıçaqla gəzibdolaşdığını bilmiş, hətta bir neçə dəfə Tural açılıb bağlanan, düyməli bıçağı ona göstərmişdir. Hazırda təqsirləndirilən şəxsən şikayətçidir, ona ağır cəzanın verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Böyükkişi oğlu ifadəsində göstərmişdir ki, hadisə baş verməmişdən təxminən 1 həftə əvvəl işdən evə gələndə Turalın Hürrüyyətlə birlikdə qapılarının yanında oturduqlarını görərək Turala onların qapılarının qabağında oturmamasını demiş, bu zaman Tural ona sərt şəkildə “məhlə sənin adınamı yazılıb, sən kimsən ki, mənə belə deyirsən”-demişdir. Bundan yarım saat sonra Tural yenidən gəlib onu çağırmış, o da Turala baş qoşub çölə çıxmadığına görə sonuncu hasardan boylanıb yoldaşının, anasının yanında onu təhqir etmişdir. Anası və həyat yoldaşı onu sakitləşdirib Turala baş qoşmamağını demişlər. xx xxxx 2020-ci il tarixdə axşam saat 11 radələrində Hürrüyyət onlara gələrək 10-15 dəqiqə oturmuş və qazlı su içərək yorğun olduğuna görə yatmağa getdiyini deyərək çıxıb getmişdir. Bundan sonra o da çimib yatmağa getmişdir. Gecə saat 01 radələrində anasının qışqırığına yuxudan oyanmış və anası qışqıraraq Turalın Potesi vurduğunu demişdir. O, yuxudan qalxıb bağ tərəfdən Hürrüyyətgilin həyətinə gedəndə Hürrüyyətin uzanıqlı vəziyyətdə yerdə, başının da Həmidənin qucağında olduğunu görmüşdür. Həmin vaxt Hürrüyyətin boğazının sağ tərəfində xəsarət olmuş və oradan qan fışqırmışdır. Saat 01:30-da təcili tibbi yardıma zəng etmiş, həmin vaxt ambulansın gec gələcəyini güman etdikləri üçün qonşuluqda yaşayan Məmmədə Hürrüyyəti həkimə aparmaq üçün maşın tapmasını demiş, Məmməd də qardaşı Nəsirin maşınını gətirmiş və Hürrüyyəti Həmidə və yoldaşı Türkanə ilə birlikdə Qazax Diaqnostika mərkəzinə aparmışlar. Yolda Hürrüyyət özündə olsa da, halsız olmuşdur. Hürrüyyəti xəstəxanaya çatdırdıqdan 5-10 dəqiqə sonra onun keçindiyini demişlər. Sonradan anası Qızyetər ona bir az əvvəl qonşu Təqsirləndirilən şəxs içkili vəziyyətdə gəlib darvazalarını bərk-bərk döyüb onu çağırdığını demişdir. Təqsirləndirilən şəxs həmişə üzərində bıçaq gəzdirmişdir. Tural onu öldürəcəyi ilə hədələmişdir. Hadisə zamanı bərk yatdığına görə Turalın qapını döyməsini və səs-küyü eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdən 14 iyuna keçən gecə saat 01 radələrində səs-küyə yuxudan oyanmış və Turalın “ay şərəfsizlər, çıxın çölə, 102-ə zəng eliyin gəlib məni aparsınlar”deyə qışqırdığını eşitmişdir. Afina isə balkona çıxıb Turala çıxıb getməsini demişdir. Həmin vaxt Afina “Potes getdi qoymayın”-deyə qışqırmış, o, səs-küyü eşidib Hürrüyyətgilin həyətinə gəlmiş və Hürrüyyətin həyətdə yerdə uzanıqlı vəziyyətdə, başının da Həmidənin qucağında olduğunu görmüşdür. Hürrüyyətin boynunun sağ tərəfindəki xəsarətdən qan fışqırmış, daha sonra Elçin də gəlmiş, təcili yardım gec gələcəyinə görə qonşuluqda yaşayan Məmməd qardaşı Nəsirin maşınını gətirib X10 mərkəzinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid2 ilə eyni məzmunlu ifadə verərək hadisə günü Elçinin saat 12-də yatdığını, hadisə baş verən zaman Həmidənin qışqırığını eşidəndə Elçini yuxudan qaldıraraq birlikdə evin arxa tərəfindən Hürrüyyətgilə getdiklərini, orada Hürrüyyətin yerdə Həmidənin qucağında olduğunu və boğazından yüksək təyziqlə qan axdığını gördüyünü, Həmidənin də sözlərindən Turalın Hürrüyyəti bıçaqladığını bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə gecə saat 01 radələrində Elçingilin qapısının bərk döyülməsinə görə yaranmış səs-küyə yuxudan qalxmış və Turalın səsinin gəldiyini eşitmişdir. Elçinin anasının adı Qızyetər olsa da hamı onu “Tetər” ləqəbi ilə tanımış, Tural da “Ay Tetər, çıx 102 çağır, niyə çağırmırsan, çağır gəlsin məni tutsun”-deyə səsləmişdir. Bundan sonra Tiral Elçini çağırıb “çıx çölə ay şərəfsiz, sənin qılçanı deşik-deşik edəcəm”-deyə qışqırmış, bu zaman Afina da Turala qışqırıb çıxıb getməsini demişdir. Daha sonra Afina onu çağıraraq “qoyma, birdən Potes küçəyə çıxar”-demiş, bu zaman qızı Dərya ona “əmim çıxdı”- demişdir. O, dərhal küçəyə çıxmış, küçə qapısı açıq formada olmuş və küçəyə çıxıb bir az irəlilədikdə “ay Potes, qurban olum qayıt, qoşulma ona”-deyərək qışqırmışdır. Küçədə işıqlanma olmadığından qaranlıq olmuş, torpaqda xışıltı eşitmiş, lakin dəqiq olaraq səsin haradan gəldiyini və nə səs olduğunu ayırd edə bilməmiş, eyni zamanda həmin vaxt yolun sol tərəfində adam formasında qaraltı gözünə dəymiş, lakin onun nə olduğunu tam müəyyənləşdirə bilməyərək qorxduğundan evə qayıtmışdır. O, Afinanı köməyə çağırmaq istəmiş və həyətə təzəcə keçəndə Hürrüyyətin hasarın üstündən özünü həyətə atdığını görmüşdür. Bu zaman o, hasarın yanındakı hovuzun üzərinə düşmüş və üst-başı təmiz qan içərisində olmuşdur. Hürrüyyət yarıyıxılı vəziyyətdə pilləkənə tərəf gəlmiş, o da qışqıraraq evdəkiləri köməyə çağırmışdır. Səs-küyə Elçin, Türkanə, Qızyetər, Məmməd gəlmiş, sonradan Turalın anası Dürdanə də gəlib baxaraq getmişdir. Daha sonra qonşu Məmməd maşın gətirərək Hürrüyyəti Qazax rayon Diaqnostik Xəstəxanasına aparmışlar. Hadisə zamanı Tural Qızyetərə və oğlu Elçinə qışqırmış, onların qapısını möhkəm döymüşdür. Turalın həmişə üzərində bıçaqla gəzib-dolaşdığını hamı bilmişdir. Hadisə zamanı Hürrüyyətin küçəyə çıxmağını görməmiş, eləcə də Hürrüyyət heç vaxt üzərində bıçaq gəzdirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə oğlu Süleymanın birinci sinifi başa vurması münasibətilə evdə kiçik yığıncaq keçirmiş, həmin gün axşam saat 19 radələrində sinif yoldaşı Ayaz Rəhimovla birlikdə Dağkəsəmən kəndi ərazisində “şirin ağzı” deyilən yerdən keçərkən sinif yoldaşları Turalı yolda görmüşlər və ona da evdə keçirəcəyi yığıncağa gəlməsini təklif etmişdir. Üçü birlikdə onlara gəlmişlər və 4-5 nəfərə ümumilikdə 1 litr araq içmişlər. Tural saat 23 radələrində evə gedəcəyini deyərək çıxmışdır. Ertəsi gün Turalın qonşusu Hürrüyyət adlı şəxsi bıçaqlayaraq qətlə yetirdiyini eşitmişdir. Onlarda olarkən Turalın üzərində bıçaq görməmiş, Təqsirləndirilən şəxs əvvəllər üzərində bıçaq gəzdirmiş, əvvəllər bunu Turala irad tutub bıçaq gəzdirməməsini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 və Şahid15 Mayıs oğlu Şahid5la eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Elçingildə olan zaman saat təxminən 23 radələrində Hürrüyyət də ora gəlmiş və 10-15 dəqiqə söhbət etdikdən sonra evlərinə getmişdir. Hürrüyyət getdikdən bir müddət sonra o da evilərinə getmiş və gecə saatlarında Hürrüyyətin qardaşı qızı Dərya ona zəng edib əmisi Potesi qonşuları Turalın bıçaqladığını, tez gəlməyini demişdir. O, evdən çıxana qədər Hürrüyyəti xəstəxanaya apardıqlarını demişlər, o da Qazax Diaqnostika xəstəxanasına getmiş, ora çatanda Hürrüyyətin artıq keçindiyini öyrənmişdir. Əmisi oğlu Hürrüyyətlə uşaqlıqdan yaxın münasibətləri olmuş, onun heç vaxt üzərində bıçaq gəzdirdiyini görməmiş və eşitməmişdir. Hadisə günü Elçinlə spirtli içki içmiş, lakin Hürrüyyət qazlı su içmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə axşam saat 21 radələrində böyük oğlu Anar və yoldaşı Misir ilə birlikdə evə gələrkən oğlu Tural evdə olmamışdır. xx.xx.2020-ci il tarixdə saat 01 radələrində Tural səs-küylə, üstü-başı qanlı formada evə gələrək “məni bağışlayın, iki əmioğlu birləşib məni öldürürdü, məcbur olub mən Hürrüyyəti vurdum”-demişdir. Tural ona Hürrüyyəti həkimə çatdırmağını, ölməyinə imkan verməməyini bildirmiş, o da Hürrüyyətgilə gedib baxdıqda Hürrüyyətin qan içində olduğunu, Elçin, Həmidə, Türkanə, Afinanın da orada olduqlarını görmüşdür. O, təcili olaraq ambulans çağırmalarını demiş, bu əsnada səs-küyə qonşuluqda yaşayan qaynı Mamed gəlmiş və digər qaynı Nəsirin maşını ilə Hürrüyyəti xəstəxanaya aparmışlar. Sonradan Hürrüyyətin xəstəxanada öldüyünü bilmişdir. Hürrüyyət qonşuları olmuş, Turalın onunla münasibəti yaxşı olmuşdur. Hadisədən bir neçə gün qabaq Turalın qonşuları Şahid1la onların qapısının qarşısında oturmaq üstündə mübahisələri olmuş, bu barədə ona Elçinin anası Qızyetər demişdir. Həmin vaxt Tural Hürrüyyətlə birlikdə Elçingilin qapısının qarşısında oturub pivə içmiş, Elçin gəlib Turala öz iradını bildirərək ailəsi olduğunu, orada oturmamağını demiş, Qızyetərin özü də Elçinin mübahisənin genişlənməməsi üçün Turaldan üzr istəmiş, o da buna görə Elçinə təşəkkür etmişdir. Afinagilə kömək üçün getsə də Hürrüyyəti görüb qorxaraq evə qayıtmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində Şahid8 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə gecə saat 01 radələrində yatan zaman Tural səs-küylə üst-başı qanlı formada gəlib, Elçin və Hürrüyyəti nəzərdə tutaraq “məni bağışlayın, iki əmioğlu birləşib məni öldürürdülər. Ya ölməliydim, ya da öldürməli. Məcbur olub mən də onu vurdum”-demişdir. Bundan sonra anası Dürdanə Hürrüyyətgilə gedib, Hürrüyyətin qan içində orada olduğunu görüb qayıtmışdır. Daha sonra Tural evin arxa tərəfi ilə çıxıb getmiş, o da Turala sms yazıb gedib təslim olmasını bildirmişdir. Tural həmçinin özü də xəsarət almış, onun özünün də təhlükəsizliyi və sağlamlığı üçün gedib təslim olmasını demişdir. Tural həmin gün dostunun evində qurban kəsəcəyini deyərək evdə olan bıçağını özü ilə götürmüş, həmin bıçaq evdə işlənən bıçaq olmamış, heyvan kəsmək üçün istifadə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə gecə saat 01 radələrində yatmağa hazırlaşan zaman həyat yoldaşı Şahid13 Turalın evlərinə gəldiyini, kiminsə öldüyünü dediyini eşitdiyini bildirmişdir. Bundan sonra yola çıxmışlar və uzaqdan Afinagilin qapılarının ağzında Qızyetər onları görüb Turalın Potesi öldürdüyünü bağıraraq demişdir. Onlar içəri keçdikdə Qızyetərin gəlini Türkanə də Potesi Turalın öldürdüyünü demiş və o, Potes kimi tanıdıqları Hürrüyyət Şəmilovun yerdə qan içində uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Potesin başı Həmidənin qucağında olmuş və yer təmiz qan içində olmuşdur. O, dərhal təcili tibbi yardıma zəng etmələrini bildirmiş, lakin telefonu evdə qaldığından yoldaşı Gülnarəni telefonu gətirməyə göndərmiş, həmin vaxt Turalın anası Dürdanə də orada olmuş, lakin orada çox qalmayıb getmişdir. Yoldaşı telefonunu gətirənə qədər yaxınlıqda olan qardaşı Nəsirgilə gedib onun maşınını götürmüşdür ki, ambulans gələnə qədər Potesi tez xəstəxanaya çatdırsın. Avtomobili götürüb Hürrüyyəti maşına mindirmiş və Elçin, Həmidə, Türkanə ilə birlikdə Hürrüyyəti Qazax Rayon Diaqnostika xəstəxanasına aparmışlar. Xəstəxanaya çatdıqdan 10-15 dəqiqə sonra həkimlər Hürrüyyətin keçindiyini demişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 Şahid12la eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə gecə saat 01 radələrində evdə yatan zaman həyətdə olan itlərin bərk hürməsinə yuxudan qalxmış və həmin vaxt məhəllədə hansısa qapının həddən artıq yüksək səslə döyüldüyünü eşitmişdir. Pəncərəyə yaxınlaşanda qapının döyülməsi ilə eyni vaxtda bir nəfər kişi səsinin qışqıraraq nalayiq ifadələr işlətdiyini eşitmiş, lakin həmin şəxsin səsindən kim olmasını dəqiq müəyyənləşdirə bilməmiş, sonradan həmin vaxtı qışqıraraq danışanın Tural olduğunu öyrənmişdir. Səs Elçingilin qapısı tərəfdən gəldiyi üçün ilkin olaraq Elçinin yoldaşı ilə dava etdiyini düşünmüşdür. Tural bağıraraq söyüş söydüyündən onun nə dediyi aydın eşidilməmiş, onunla eyni vaxtda bir nəfər qadın səsi də eşidilmiş, lakin həmin səsin kimə aid olduğunu bilməmişdir. O, qayınanasını yuxudan qaldırmaq üçün səsləmiş, lakin qayınanası durmadığından yenidən öz yerinə uzanarkən səs gəlməkdə davam etmişdir. Nə baş verdiyini öyrənmək üçün balkona çıxmış və qayınatasının qardaşı Məmmədin yoldaşı Gülnarə ilə birlikdə üzü yola tərəf getdiklərini görmüş, həmin vaxt qonşuluqda Həmidənin də qışqırıq səslərini eşitmiş, eyni zamanda Qızyetər də yolda durub Dürdanəni səsləyərək onu çölə çağırmışdır. Təxminən 2-3 dəqiqə ərzində Məmməd gəlib qapıdan qayınatası Nəsirin maşınının açarını istəmiş, həmin vaxt Məmmədin yoldaşı da gələrək Turalın Hürrüyyəti bıçaqladığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə gecə saat 2-yə işləmiş Hürrüyyət özü zəng edib onunla hal-əhval tutmuş, həmin vaxt Hürrüyyət evdə olduğunu, daha sonra evdə rahat danışa bilmədiyini deyərək avtomobilin içinə getdiyini demişdir. Təxminən 10-15 dəqiqə danışdıqdan sonra Hürrüyyətin telefonunun enerjisi bitmiş və danışıq yarımçıq qalmışdır. Bundan sonra o, yenidən Hürrüyyətə zəng vurmuş, lakin telefon sönülü olduğu üçün zəng çatmamış, o da sabahı günü görüşmələri barədə sms yazmış, sonra isə telefonu söndürüb yatmışdır. Həmin gün gecə saat 3-ə işləmiş Hürrüyyətin anası Afina zəng edərək Hürrüyyətin bıçaqlandığını demişdir. O, X10 mərkəzinə apardıqlarını öyrənib qardaşı Turanla birlikdə Qazaxa getmiş və orada Hürrüyyətin artıq keçindiyini öyrənmişdir. Həmin gün gecə saat ikinin yarısına kimi Hüriyyətlə telefonla danışmış, Hürrüyyətin iki nömrəsi olmuş, biri Hürrüyyətin öz adına, digəri isə onun adına olan və Hürrüyyətə hədiyyə aldığını nömrə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində Dağkəsəmən kəndində RED Petrol yanacaqdoldurma mənqətəsinin yaxınlığında çayçıda dostları İmran, Həmid və Elçinlə oturan zaman Hürrüyyət gəlib onlara qoşulmuş və birlikdə çay içmişlər. Təxminən yarım saat ərzində Hürrüyyət onlarla oturduqdan sonra çıxıb getmişdir. Həmin günün səhəri Hürrüyyətin bıçaqlanıb öldürüldüyünü eşitmişdir. Şəmilov Hürrüyyət çayçıda onların yanına gələrkən üzərində bıçaq olmamış, onu tanıdğı müddət ərzində onun üzərində bıçaq gəzdirdiyini nə eşitməmiş, nə də görməmişdir. Məhkəmədə tədqiq edilmiş baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Ağstafa rayonu, Dağkəsəmən kəndinin girəcəyində yerləşən Sərxan Qasımov küçəsidir. Hadisə yerindən üzərində qanabənzər ləkələr olan çay daşları, 100 sm uzunluqda taxta materialdan olan dəyənək, bir cüt yay çəkələyi, Hürriyət Şəmilova aid optik eynək və onun sol gözündən qopub düşmüş optik eynək qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş götürülmə aparılması haqqında xx.xx.2020-ci il tarixli protokollardan və onlara əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs üzərində olmuş bir ədəd mayka, bir ədəd qara rəngli uzunqol köynək, bir ədəd göy rəngli cins şalvar və bir cüt qara rəngli ayaqqabı, meyitə baxış zamanı Hürrüyyət Şəmilovun əynində olmuş bir ədəd şortik, bir ədəd qara rəngli mayka və bir ədəd qısaqol köynək götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş götürmə haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Şahid8 təqdim etdiyi bir ədəd bıçaq baxış keçirilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 264 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində olan xəsarətlər sağ təpə nahiyəsində əzilmiş yara, sol alın nahiyəsində, sağ əlin 4-5-ci barmağın üst səthində və sol bazunun aşağı 1/3-nin kəsilmiş yaraları, sol dirsək nahiyəsində sıyrıqlar, sağ təpə nahiyəsində əzilmiş yara və sol dirsək nahiyəsində sıyrıqlar küt, sol alın nahiyəsində, sağ əlin 4-5-ci barmağın üst səthində və sol bazunun aşağı 1/3-nin kəsilmiş yaraları isə kəsici əşyanın təsirindən törənmişdir, xx.xx.2020-ci il tarixdə taxta və bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi. Həmin xəsarətlərdən sağ təpə nahiyəsində əzilmiş yara və sol alın nahiyəsində kəsilmiş yara dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 310 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində olan xəsarətlər - sol baldır nahiyəsində əznik yeri küt əşyanın təsirindən törənmişdir. xx.xx.2020-ci il tarixdə taxta ilə vurma nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 06 saylı rəyindən görünür ki, X2 meyiti üzərində - sol döşün üst səthində 1 ədəd, sağ körpücükaltı nahiyədə 2 ədəd boşluğa keçən sağ ağciyərin üst payını zədələyən kəsilmiş deşilmiş yaralar, kəskin qanaxma kəsici əşyanın təsirindən törənmişdir, həmin xəsarətlər canlı şəxslərdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Hürrüyyət Şəmilovun sağ boynun 1 ədəd, sağ körpücük altının 1 ədəd, sağ çiyin üstünün 2 ədəd, sol almacıq nahiyəsində 1 ədəd və sol qaşın üst səthində 1 ədəd kəsilmiş yaralar isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Sol əlin baş və göstərici barmaqda olan səthi yaralar isə dərəcəsi təyin edilməyən xəsarətlərə aiddir. Hürrüyyət Şəmilovun ölümünün səbəbi kəskin qanaxma olmuş, o, sağlığında spirtli içki və narkotik vasitə qəbul etməmişdir. Məhkəmədə tədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 6/1097 nömrəli xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X5 məxsus 01 ədəd şortikin, 01 ədəd maykanın, 01 ədəd köynəyin, Təqsirləndirilən şəxs məxsus 01 ədəd maykanın, 01 ədəd köynəyin, 01 ədəd şalvarın və 01 cüt ayaqqabının üzərində kənar lif mikrohissəcikləri vardır. X5 məxsus 01 ədəd köynəyin səthi üzərindən tapılmış göy rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğundur. Təqsirləndirilən şəxs məxsus 01 ədəd maykanın, 01 ədəd köynəyin, 01 ədəd şalvarın və 01 cüt ayaqqabının üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında X5 məxsus 01 ədəd şortikin, 01 ədəd maykanın, 01 ədəd köynəyin tərkib liflərindən yoxdur. Məhkəmədə tədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 3/657 nömrəli xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd maykanın sağ yan hissəsində, bir ədəd köynəyin arxa hissəsində olan kəsilmələr onları hissələrə ayırmamışdır. Həmin geyim əşyaları ekspertizaya vahid bütövlükləri pozulmadan təqdim edilmişdir. Məhkəmədə tədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 16/515 nömrəli xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. Məhkəmədə tədqiq edilmiş maddi sübutların ekspertizasının xx.xx.2020-ci il tarixli 283/2020 MTKŞ saylı rəyindən görünür ki, X5 məxsus köynəyin ön hissəsinin sağ çiyin nahiyəsində beş ədəd, köynəyin arxa hissəsinin sağ çiyin nahiyəsində üç ədəd, köynəyin yaxalığının sağ tərəfində bir ədəd, köynəyin sol döş nahiyəsində bir ədəd və maykanın sol döş nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Bu zədələrin eyni alətin tiyəsi ilə, həmçinin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Zədələr yetirilən zaman zərərçəkmişlə təqsirləndirilən şəxs müxtəlif qarşılıqlı yerləşmə vəziyyətində ola bilərdilər. Ekspertizaya təqdim edilmiş X5 məxsus köynəyin arxa hissəsində bir ədəd və köynəyin ön hissəsinin sağ nahiyəsində bir ədəd məhdud cırılma aşkar olundu. Bu cırılmalar küt yaranma mexanizmə malikdir, köynəyin müvafiq nahiyələrinin gərilib-dartılması nəticəsində yaranmışlar. Ekspertizaya təqdim edilmiş X5 məxsus köynəyin arxa hissəsinin orta nahiyəsində bir ədəd və maykanın arxa hissəsinin orta nahiyəsində bir ədəd məhdud cırılma aşkar olundu. Bu cırılmalar küt yaranma mexanizmə malikdir, paltarların müvafiq nahiyəsinin hər-hansı bir iti uclu əşyaya ilişibdartılması nəticəsində yaranmışlar. Ekspertizaya təqdim edilmiş X5 məxsus köynəyin öndən bağlandığı İİİ, İV, V, Vİ və Vİİ düymələr yerində yoxdur. Bu düymələrin yerində olmaması onlara küt qüvvə tətbiq etməklə, qopub-düşmələri ilə izah oluna bilər. Ekspertizaya təqdim edilmiş X5 məxsus şortikin üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynəyin sol kürək nahiyəsində bir ədəd, sol qolunun arxa-aşağı nahiyəsində üç ədəd, sol dirsək nahiyəsində bir ədəd və sağ qolunun arxa-aşağı nahiyəsində bir ədəd məhdud cırılma aşkar olundu. Bu cırılmalar küt yaranma mexanizmə malikdir, köynəyin müvafiq nahiyələrinin hər-hansı əşyaya ilişib-dartılması nəticəsində yaranmışlar. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bir cüt ayaqqabı, mayka və şalvar üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Təqdim olunmuş cinayət hadisəsinin predmeti olan bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan cib bıçağıdır və soyuq silah hesab edilmir. Məhkəmədə tədqiq edilmiş maddi sübutların ekspertizasının xx.xx.2020-ci il tarixli 443/2020-MTBŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 01 ədəd bıçağın tiyəsi və dəstəyi, hadisə yerindən 01 ədəd pambıq tampona hopdurulmuş ləkədə, 12 ədəd çınqıl daşı, eynək şüşəsi,taxta dəyənək,01 cüt sandalet, H.Şahid3 məxsus şortik, köynək, alt mayka, Təqsirləndirilən şəxs məxsus köynək, şalvar, alt mayka və 01 cüt ayaqqabı üzərində insan qanı aşkar olundu. Tədqiq olunan qan ləkələrinin antigen və aqqlyutininlərə görə qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda 01 ədəd bıçağın tiyəsi, hadisə yerindən 01 ədəd pambıq tampona hopdurulmuş ləkədə, 12 ədəd çınqıl daşı, eynək şüşəsi,01 cüt sandalet, H.Şahid3 məxsus şortik, köynək, alt mayka,Təqsirləndirilən şəxs məxsus 01 cüt ayaqqabı üzərindəki ləkələrdə «H» antigeni, bəzi ləkələrdə həmçinin alfa,beta aqqlyutininləri alındı. Bu qan ləkələri Oalfa,beta/İ/ qruplu şəxsə, o cümlədən X5 məxsus ola bilər. Bıçağın dəstəyi, taxta dəyənək,Təqsirləndirilən şəxs məxsus köynək, şalvar, alt mayka üzərindəki ləkələrdə «B» və «H» antigenləri, bəzi ləkələrdə həmçinin alfa aqqlyutinini alındı.Bu qan ləkələri bir şəxsə məxsusdursa Balfa(H)/İİİ/ qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs məxsus ola bilər. Qanın qarışıq olduğu halında isə bu ləkələrdə həmçinin X1 qarışmış qanının olması inkar olunmur. Tədqiq olunan sol şüşəsi düşmüş ortik eynək üzərində qana şübhəli ləkələr aşkar olunmadı. Məhkəmədə tədqiq edilmiş iş materialları üzrə ekspertizanın xx.xx.2020-ci il tarixli T 244/2020 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ təpə nahiyəsində əzilmiş yara, sol alın nahiyəsində, sağ əlin 4-5-ci barmağın üst səthində və sol bazunun aşağı üçdə birində kəsilmiş yara, sol dirsək nahiyəsində sıyrıqlar olmuşdur. Sağ təpə nahiyəsində əzilmiş yara və sol dirsək nahiyəsində sıyrıqlar küt əşyanın, alın nahiyəsində, sağ əlin 4-5-ci barmağın üst səthində və sol bazunun sağ üçdə birinin kəsilmiş yaralar isə iti uclu və ya kəsici əşyanın təsirindən törənmişdir, xx.xx.2020-ci il tarixdə taxta və bıçaqla vurma nəticəsində əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən sağ təpə nahiyəsində əzilmiş yara və sol alın nahiyəsində kəsilmiş yara dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Vətəndaş Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizaları zamanı bədənin sağ bayır nahiyələrində dəri səthində hər hansı bir xəsarət, rentgen müayinələri zamanı isə sümüklərdə travmatik dəyişiklik aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 422/178 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında, yəni anlaqlı olmuşdur. AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə anlaşmaya çətin daxil olma. O, hadisə baş verərkən əsəbi psixi-emosional halda olmuşdur. Bu halın yaranma səbəblərindən biri zərərçəkmişlə münaqişəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Məhkəmədə tədqiq edilmiş xx.xx.2020-ci il tarixli 75 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 04:30 radələrində müayinə olunarkən o, orta dərəcə sərxoşluq vəziyyətində olmuşdur. Məhkəmədə tədqiq olunan əşyanın tanınmaya təqdim edilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim edilmiş bıçaqlardan 1 nömrə ilə nömrələnmiş bıçağı göstərərək həmin bıçağın hadisədən bilavasitə əvvəl onun üzərində olan və hadisədən əvvəl aparıb evə qoyduğu bıçaq olduğunu göstərmişdir. Məhkəmədə tədqiq olunan Ağstafa rayon polis Şöbəsinin xx.xx.2020-ci il tarixli 133- 11800-1220 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs hadisədən əvvəl üzərində qatlanan bıçaq gəzdirməsi və Hüriyyət Şəmilovu vurduğu bıçağın ona aid olması müəyyən edilmişdir. Məhkəmədə tədqiq olunan Qazax Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2020-ci il tarixli 704 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada qeydiyyatda yoxdur. Məhkəmədə tədqiq olunan Ağstafa rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli 208/g saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın Konsultativ Poliklinikasının ruhi-əsəb, narkoloji, dəri-zöhrəvi və vərəm kabinetlərində qeydiyyatda yoxdur. Məhkəmədə tədqiq olunan Ağstafa RİHB-nın Dağ Kəsəmən kənd İƏD üzrə nümayəndəliyinin 670/9 nömrəli xx.xx.2020-ci il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yaşayır, atası Şahid7, anası Şahid8, qardaşı Şahid9 və bacısı X6 ibarət ailə üzvləri vardır, son bir ildə barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Məhkəmədə tədqiq edilmiş xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində olan mobil telefonu və cinayət əməlini törədən zaman istifadə etdiyi, üzərində qanabənzər ləkələr olan qatlanan bir ədəd bıçağı könüllü olaraq təqdim etmişdir. Məhkəmədə tədqiq olunan əşyaya baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, mobil telefonun markası «Nokia 246»dır. Telefonda iki nömrə vardır. İ Bakcell, İİ Nar yazılmışdır. Telefonun sms yerində sonuncu ismarıc ANAR 1 adı ilə qeyd edilmiş 055 ***-**-** nömrəsindən gəlmişdir. Saat 03:22-də “Polise teslim ol. Onlar seni axtarir. Özünün xeyri ucun teslim ol” məzmununda, saat 03:24-də “Öldürmək üçün seni axtarılar polisə təslim ol sağ qal” məzmununda ismarıclar gəlmişdir. ANAR 1 adı ilə qeyd edilmiş 055 ***-**-** nömrəsindən xx.xx.2020-ci il tarixdə saat 03:25-dən saat 03:27dək 4 dəfə zəng gəlmiş, cavab verilməmişdir. xx.xx.2020-ci il tarixdə saat 00:57-də Emin Sinif adı ilə qeyd edilmiş 055 ***-**-** nömrəsindən telefonun 2-ci nömrəsinə zəng daxil olmuş, 21 saniyə danışıq olmuşdur.xx.xx.2020-ci il tarixdə ***-***-**-** mobil nömrəsindən saat 22:25, 22:29 və 22:32-də telefonun 1-ci nömrəsinə zəng daxil olmuş zəng daxil olmuş, müvafiq olaraq 70, 50 və 27 saniyə danışıq olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 19:28, 19:36 və 21:09-da Senan adı ilə qeyd edilmiş 070 ***-**-** nömrəsindən telefonun 2-ci nömrəsinə zəng daxil olmuş, müvafiq olaraq 08, 13 və 30 saniyə danışıq olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 19:29-da 055 ***-**-** mobil nömrəsindən telefonun 2-ci nömrəsinə zəng daxil olmuş, 19 saniyə danışıq olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 18:39, 18:48, 18:53 və 18:56-da 055 ***-**-** mobil nömrəsindən telefonun 1-ci nömrəsinə zəng daxil olmuş, müvafiq olaraq 53, 38, 39, 16 saniyə danışıq olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 11:28, 11:55, 17:02 və 17:07-də 077 ***-**-** mobil nömrəsindən telefonun 1ci nömrəsinə zəng daxil olmuş, müvafiq olaraq 42, 15, 28, 44 saniyə danışıq olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 00:18-də telefonun 1-ci nömrəsindən 055 ***-**-** nömrəsinə geri zəng etməsi üçün çağırış zəngi edilmişdir. xx.xx.2020-ci il tarixdə saat 00:18-də telefonun 1-ci nömrəsindən Natiq adı ilə qeyd edilmiş 070 ***-**-** nömrəsinə yenidən zəng edilmiş və 18 saniyə danışıq olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 00:47-də telefonun 2-ci nömrəsindən 070 ***-**-** nömrəsinə zəng edilmiş, 08 saniyə danışıq olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 02:57-də telefonun 2-ci nömrəsindən 050 ***-**-** nömrəsinə geri zəng etməsi üçün çağırış zəngi edilmişdir. Telefona baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı başqa məlumat aşkar edilmədi. Məhkəmədə tədqiq olunan şübhəli şəxsin tutulması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq olunan Ağstafa rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 4(015)-17/2020 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası DİN Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və Ağstafa rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağstafa rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə təqsirli bilinərək 4 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2016-cı il tarixdə cəzasını çəkib qurtarmışdır. Məhkəmədə tədqiq olunan sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, üzərində qan ləkələri olan çay daşları, bir ədəd taxta dəyənək, bir ədəd eynək və onun bir gözünün şüşəsi, bir cüt yay çəkələyi, hadisə zamanı ölmüş zərərçəkmiş şəxs X2 əynində olmuş bir ədəd şortik, bir ədəd qara mayka, bir ədəd qısaqol yaxalıqlı köynək, Təqsirləndirilən şəxs Misir oğlunun üzərində olmuş bir ədəd ağ mayka, bir ədəd qara köynək, bir ədəd cins şalvar, bir cüt ayaqqabı, bir ədəd Nokia markalı mobil telefon, cinayət hadisəsinin predmeti olmuş qatlanıb-açılan bıçaq və Şahid8 təqdim etdiyi soyuq silah hesab edilən ov bıçağı, iki ədəd disklər iş üzrə maddi sübut kimi tanınmışlar. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nın 221.1 və 228.4-cü maddələri ilə ona elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək mərhum Hürrüyyət Şəmilovu öldürmək niyyətinin olmadığını, sonuncunun onun üzərinə bıçaqla gəldiyini, onu yerə yıxıb əli ilə boğduğunu və buna görə də Hürrüyyətin əlində olan bıçağı alıb, sonuncuya bir neçə dəfə xəsarət yetirməklə özünü müdafiə etdiyini qeyd etmişdir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs göstərmiş olduğu həmin xüsusatlara tənqidi yanaşır və onun ifadəsinin bu hissəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirib, sonuncunun qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarından istifadə etməklə xüsusilə ağır cinayətə görə nəzərdə tutulmuş ağır məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdməsi qənaətinə gəlir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində Hürrüyyət Şəmilovun üzərindəki bıçaqla ona xəsarət yetirməsini, həmin vaxt Elçinin də çölə çıxaraq ona əl-qol atmağa başladığını, dava zamanı Hürrüyyətin onu Elçingilin evlərinin darvazasına yaxın yerdə yerə yıxdığını, əli ilə onu boğmağa başladığını, bundan sonra bıçağı Hürrüyyətin əlindən alıb onun özünə xəsarətlər yetirdiyini, həmin vaxt Elçinin yerdə onun kürək nahiyəsinə təpiklə zərbələr vurduğunu göstərmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid1 Böyükkişi oğlu ifadəsində xx xxxx 2020-ci il tarixdə axşam saat 11 radələrində Hürrüyyət onlardan gedəndən sonra yatmağa getdiyini, gecə saat 01 radələrində anasının qışqırığına yuxudan oyanaraq Turalın Hürrüyyəti vurduğunu dediyini və Hürrüyyətgilin həyətinə gedərək onun yerdə uzanıqlı vəziyyətdə, başının da Həmidənin qucağında olduğunu gördüyünü, hadisə zamanı bərk yatdığına görə Turalın qapını döyməsini və səs-küyü eşitmədiyini göstərmişdir. Şahid1 hadisə zamanı evdə olması şahidlər Şahid4 və Şahid2 da ifadələri ilə birmənalı olaraq öz təsdiqini tapır. Həmçinin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində, xx xxxx 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilmə zamanı, eləcə də xx xxxx 2020-ci il tarixdə Şahid1la, Şahid2, Şahid4, Afina Aydınova ilə üzləşdirmə zamanı Şahid1 hadisə yerində olmadığını, Elçin hadisə zamanı oraya gəlmədiyini bildirmişdir. Habelə xx xxxx 2020-ci il tarixdə müdafiəçisinin iştirakı ilə Şahid8 və Şahid7la üzləşdirmə zamanı Elçinin hadisə yerində olmadığını, hadisədən sonra evə gələrkən anası Dürdanəyə iki əmioğlunun onun üzərinə düşərək öldürdüklərini içkili və şokda olduğu üçün dediyini bildirmişdir. Bundan başqa təqsirləndirilən Təqsirləndirilən şəxs hadisə zamanı onun üzərində bıçaq olmadığını, bıçağın Hürrüyyət Şəmilova məxsus olmasını, əvvəllər çölə gedəndə, heyvan kəsmək üçün yekə ov bıçağını üzərində gəzdirdiyini, həmin gün də səhər həmin bıçaqla heyvan kəsdiyini və İsmayılgildən birbaşa evə gələrək üzərində olan bıçağı soyuducunun üzərinə qoyduğunu, sonra Qızyetərin mağazasına getdiyini bildirmişdir. Həmçinin, təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsində hadisə zamanı Hürrüyyət ona yaxınlaşan kimi əlində tutduğu uzun taxta dəyənəklə onun başına qüvvətli zərbə endirdiyini, daha sonra isə onun üzərinə bıçaq çıxardığını qeyd etmişdir. X12 təqsirləndirilən Təqsirləndirilən şəxs yanına gələn zaman üzərində həm 1 metr uzunluğunda taxta dəyənək, həm də bıçaq götürməsi məhkəməyə inandırıcı gəlmir. Əksinə cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra cinayətin aləti olan bıçağı özü ilə götürmüş və təslim olan zaman könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxsin özünə aid olmayan bıçağı götürərək üzərində saxlaması, daha sonra polisə təqdim etməsi məhkəmədə əminlik yaradır ki, həmin bıçaq məhz təqsirləndirilən şəxsə məxsus olmuşdur. Bundan başqa, cinayət işinin materiallarında olan Ağstafa rayon polis Şöbəsinin xx.xx.2020-ci il tarixli 133-11800-1220 nömrəli əməliyyat tapşırığına cavab məktubundan da görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs hadisədən əvvəl üzərində qatlanan bıçaq gəzdirməsi və Hüriyyət Şəmilovu vurduğu bıçağın ona aid olması müəyyən edilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəllər üzərində qatlanan bıçaq gəzdirməsi məhkəmə iclası zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 və Şahid5 ifadələri ilə də öz təsdiqini tapır. Həmçinin, hadisədən əvvəl Hürrüyyət Şəmilovla birlikdə olmuş Şahid10 və Əyyubov X9 Şəmilovda bıçaq görmədiklərini bildirmişlər. Eləcə də, təqsirləndirilən Təqsirləndirilən şəxs Qızyetərgilin mağazalarının açıq olduğunu gördüyündən pivə almaq məqsədi ilə ora getdiyini, lakin Qızyetərin sonradan mağazanı bağladığına görə məcbur olub onların qapısını döyərək Qızyetəri çağırdığını, qapını açmadığı üçün qapını əli ilə möhkəm döyməyə davam etdiyini, lakin Qızyetər çıxmadığı üçün Elçini nəzərdə tutub “o əksik oğluna görəmi gəlmirsən”-dediyini, qapını döyərkən söyüş söymədiyini qeyd etmişdir. Lakin məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər Şahid2, Şahid4, Şahid3 və Şahid14 ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs Qızyetərgilin qapını döyərkən qışqıraraq nalayiq ifadələr işlətmişdir. Yuxarıda qeyd olunanlar təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəməyə qarşı qeyri-səmimilik göstərərək özünü müdafiə xarakterli ifadə verməsini bir daha təsdiq edir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində hadisənin baş vermə mexanizmi barədə qeyd etmişdir ki, hadisə zamanı yerə yıxılandan sonra Hürrüyyət bıçaq çıxartmış və bıçaqla onun sol qoluna vurmuş, Elçin isə onu təpiklə vurub qaçmışdır. O, bıçağın iti tiyəsini tutmuş, Hürrüyyət də onun əlindən bıçağı almağa çalışmış, lakin ala bilməmişdir. O, bıçağı Hürrüyyətin əlindən alandan sonra sol əli ilə Hürrüyyətin qolunu saxlamış, bıçağı sağ əlində tutub Hürrüyyətin sağ tərəfinə altdan yuxarı istiqamətdə bıçağı vurmuş, Hürrüyyətin sag döş qəfəsinə bıçaq dəyib xəsarət aldığına görə Hürrüyyətin gücü tükənmişdir. Təqsirləndirilən şəxsin hadisənin baş vermə mexanizmi ilə bağlı göstərdiyi hallar, yəni sağ əlində tutduğu bıçaqla onun üzərində olan Hürrüyyət Şəmilovun sağ tərəfinə bıçaqla zərbə vurması qeyri-real olduğundan, məhkəmə təqsirləndirilən şəxsin ifadəsinin həmin hissəsini də inandırıcı hesab etmir. Məhkəmə, təqsirləndirilən şəxsin bıçağı X12 əlindən almasına dair ifadəsinə də tənqidi yanaşaraq, bu ifadəni də inandırıcı hesab etmir. Belə ki, təqsirləndirilən şəxs ifadəsində bıçağın iti hissəsindən əli ilə tutmasını və bu yolla bıçağı Hürrüyyətin əlindən almasını bildirsə də, məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 264 saylı və iş materialları üzrə ekspertizanın xx.xx.2020-ci il tarixli T 244/2020 saylı rəylərindən görünür ki, Təqsirləndirilən şəxs sağ əlinin iç səthində deyil, həmin əlin 4-5-ci barmağın üst səthində kəsilmiş yaralar vardır. Beləliklə, təqsirləndirilən Təqsirləndirilən şəxs mərhum Hürrüyyət Şəmilovu xüsusi amansızlıqla qəsdən öldürməkdə özünü təqsirli bilməsə də, yuxarıda göstərilən halların məcmusu, yetirilmiş xəsarətlərin sayı, həmin zərbələrin insan həyatı üçün mühüm orqanlara yetirilməsi özü-özlüyündə Təqsirləndirilən şəxs mərhum Hürrüyyət Şəmilovu xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etməsinə dəlalət edir. Həmçinin məhkəmə-tibbi ekspertizasının rəyi ilə də sübut olunur ki, məhrum Hürrüyyət Şəmilovun bədəni üzərində olan çoxsaylı xəsarətləri məhz onun həyat üçün vacib orqanlarına yetirilmişdir. Məhkəmə hesab edir ki, xüsusi amansızlıq dedikdə, təqsirləndirilən şəxsin cinayət hadisəsini törədərkən müstəsna dərəcədə rəhmsizliyindən, qəddarlığından söhbət gedir. Xüsusi amansızlıqda şəxsi həyatdan məhrum etmə ərəfəsində və ya adam öldürmə prosesində təqsirləndirilən zərərçəkmiş şəxsə əzab, işgəncə verməli, xüsusi ağrılar yetirməlidir. Yəni, əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli qərarının 8-ci maddəsində məhkəmələrə tövsiyyə olunmuşdur ki, xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xuliqanlıq etdiyinə, xüsusi amansızlıqla qəsdən adam öldürdüyünə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etdiyinə, eləcə də qanunsuz olaraq soyuq silahı əldə edərək gəzdirdiyinə görə onun əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4, 221.1 və 228.4cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs istinad edilən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin sanksiyasında 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə, həmin Məcəllənin 228.4-cü maddəsinin sanksiyasında isə üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və cəzanın məqsədlərini, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Ağstafa rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 4 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2016-cı il tarixdə cəzasını çəkib qurtarmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi Ağstafa rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə az ağır cinayət törətməyə görə məhkum olunmuş Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmiş və həmin vaxtdan iki ildən çox vaxt keçdikdən sonra, yəni 2020-ci ilin iyun ayında hazırki cinayət əməllərini törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, az ağır cinayət törətməyə görə məhkum olunmuş Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edildiyindən və bundan iki ildən çox vaxt keçdiyindən onun məhkumluğu ödənilmişdir və hazırda o, məhkumluğu olmayan şəxs hesab edilir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-in 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4, 221.1 və 228.4-cü maddələrinin sanksiyaları həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Bundan başqa, Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə bərabər həmçinin məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınıb Ağstafa rayon prokurorluğunda saxlanılan cinayət hadisəsinin predmeti olmuş qatlanıb-açılan bıçaq, üzərində qan ləkələri olan çay daşları, bir ədəd taxta dəyənək məhv edilməli, hadisə zamanı ölmüş zərərçəkmiş şəxs X2 əynində olmuş bir ədəd şortik, bir ədəd qara mayka, bir ədəd qısaqol yaxalıqlı köynək, bir ədəd eynək və onun bir gözünün şüşəsi, bir cüt yay çəkələyi zərərçəkmiş şəxsin hüquqi varisi X7, Təqsirləndirilən şəxs Misir oğlunun üzərində olmuş bir ədəd ağ mayka, bir ədəd qara köynək, bir ədəd cins şalvar, bir cüt ayaqqabı onun yaxın qohumlarına qaytarılmalı, qəbul etməkdən imtina etdikdə məhv edilməli, Təqsirləndirilən şəxs Misir oğluna məxsus bir ədəd Nokia markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, Şahid8 təqdim etdiyi soyuq silah hesab edilən ov bıçağı isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilməli, iki ədəd disklərin cinayət işinin materiallarına əlavə edilmələri nəzərə alınmalıdır. Həmçinin, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 190 manat 66 qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə, təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçinin xidmətlərini ödəməyə vəsaiti olmadığına görə onun hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi 32 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş cəmi 32 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 192 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan başqa əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4, 221.1 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə 16 (on altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu gündən, yəni xx xxxx 2020-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınıb Ağstafa rayon prokurorluğunda saxlanılan cinayət hadisəsinin predmeti olmuş qatlanıb-açılan bıçaq, üzərində qan ləkələri olan çay daşları, bir ədəd taxta dəyənək məhv edilsin, hadisə zamanı ölmüş zərərçəkmiş şəxs X2 əynində olmuş bir ədəd şortik, bir ədəd qara mayka, bir ədəd qısaqol yaxalıqlı köynək, bir ədəd eynək və onun bir gözünün şüşəsi, bir cüt yay çəkələyi zərərçəkmiş şəxsin hüquqi varisi X7, Təqsirləndirilən şəxs Misir oğlunun üzərində olmuş bir ədəd ağ mayka, bir ədəd qara köynək, bir ədəd cins şalvar, bir cüt ayaqqabı onun yaxın qohumlarına qaytarılsın, qəbul etməkdən imtina etdikdə məhv edilsin, Təqsirləndirilən şəxs Misir oğluna məxsus bir ədəd Nokia markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın, Şahid8 təqdim etdiyi soyuq silah hesab edilən ov bıçağı isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilsin, iki ədəd disklərin cinayət işinin materiallarına əlavə edilmələri nəzərə alınsın. İş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 190 manat 66 qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 192 manat məbləğində pul köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər 1.(sədrlik edən) Məhəmməd Bağırov

2. Dadaş İmanov

3. Nural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar