Məhkəmə qərarları › İş №1(100)-51/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-51/2022

07.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-51/2022 07.10.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə xx xxxxxxx 1990-cı ildə Şəmkir rayonu Çinarlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvəllər məhkum olunmamış, Şəmkir rayonu Çinarlı qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə və xx xxxxxx 1995-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli höküm ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 10 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şəmkir rayonu Yuxarı Çaykənd kəndində qeydiyyatda olmaqla Şəmkir şəhəri Hərbi Şəhərcik DOS 3, mənzil 11-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədilə qanunsuz olaraq əldə etdiyi 2,151 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və 4,047 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini üzərində saxlamaqla tanışı Təqsirləndirilən şəxs2 qazanc əldə etmək üçün qanunsuz satmaq məqsədilə 11 mart 2021-ci il tarixdə, saat 19:20-də taksi xidməti göstərən Şahid6 etibarnamə əsasında idarə etdiyi Vaz-21061 markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı Şəmkir rayonunun Çinarlı qəsəbəsindən Şəmkir şəhəri, Nəriman Nərimanov küçəsinə daşıyaraq orada Təqsirləndirilən şəxs2 ilə görüşüb aralarındakı razılaşmaya əsasən sonuncudan 195 manat pulu alıb ona 3 (üç) ədəd sellofan kəsiyinə bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,663 qram, 0,720 qram, 0,768 qram ümumi təmiz çəkisi 2,151 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və 6 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş 0,274 qram, 0,720 qram, 0,760 qram, 0,762 qram, 0,770 qram və 0,761 qram ümumi çəkisi 4,047 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini satmaq istəyərkən Şəmkir rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Şəmkir rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarın sağ cibindən Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısı” və “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin İ və İİ siyahları” ilə müəyyən edilmiş 3 (üç) ədəd sellofan kəsiyinə bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,663 qram, 0,720 qram, 0,768 qram ümumi təmiz çəkisi 2,151 qram külli miqdarda kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə olan metamfetamin və 6 ədəd şəffaf rəngli polietilen kəsiyə bükülmüş 0,274 qram, 0,720 qram, 0,760 qram, 0,762 qram, 0,770 qram və 0,761 qram ümumi çəkisi 4,047 qram olan külli miqdarda kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etdiyi 2,151 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və külli miqdarda 4,047 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi olmadan özünün şəxsi istehlakı üçün qanunsuz olaraq əldə etmək məqsədilə razılaşmış və 11 mart 2021-ci il tarixdə, saat 19:20-də Təqsirləndirilən şəxs1 Şahid6 etibarnamə əsasında idarə etdiyi Vaz 21061 markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı Şəmkir rayonu Çinarlı qəsəbəsindən Şəmkir şəhəri, Nəriman Nərimanov küçəsinə gələrək orada onunla görüşdükdən sonra psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroini Təqsirləndirilən şəxs1 almaq üçün 195 manat pulu vermiş və sonuncu isə ona ümumi təmiz çəkisi 2,151 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və ümumi çəkisi 4,047 kustar üsulla hazırlanmış narkotik vasitə heroini satmaq istəyərkən Şəmkir rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hər ikisi saxlanılaraq Şəmkir rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, orada Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarın sağ cibindən Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısı” və “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin İ və İİ siyahları” ilə müəyyən edilmiş 3 (üç) ədəd sellofan kəsiyinə bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,663 qram, 0,720 qram, 0,768 qram ümimi təmiz çəkisi 2,151 qram külli miqdarda kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə olan metamfetamin və 6 ədəd şəffaf rəngli polietilen kəsiyə bükülmüş 0,274 qram, 0,720 qram, 0,760 qram, 0,762 qram, 0,770 qram və 0,761 qram ümumi çəkisi 4,047 qram olan külli miqdarda kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 2 ünvanında bacısı Şahid8 və az yaşlı övladları ilə birlikdə yaşayır, narkotik vasitə qəbul etmir. Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs2 bir neçə ay əvvəl bacısı Esmiranın vasitəsilə tanımışdır. Buna görə də 10 mart 2021-ci il tarixdə Həsrət istifadəsində olan ***-***-**-** mobil nömrəsindən onun istifadəsində olan mobil ***-***-**-** nömrəsinə zəng edib qonşusu Şahid7 narkotik vasitə təşkil etməyini demişdir. O, da Həsrətə Aidə ilə əlaqə saxladıqdan sonra zəng edəcəyini bildirmişdir. Həmin günü günorta saatlarında Aidənin yaşadığı evə gedib Həsrətin narkotik vasitə olan “şüşə” istədiyini demiş, Aidə də ona yaşadığı evində, 6 ədəd “koko” kimi tanıdığı heroinə bənzər kütlə, 3 ədəd isə şüşə kimi tanıdığı metamfetamin verə biləcəyini və həmin narkotik vasitəni satdıqdan sonra isə ona 30 manat pul verəcəyini demişdir. Aidə həmin narkotik vasitələri 600 manat satmağını demişdir. O, da bu barədə Həsrətlə mobil telefonla danışıb məlumat vermiş, buna görə də səhəri gün yəni 11 mart 2021-ci il tarixdə axşam saatlarında tanışı Səidə ilə birlikdə Şahid7 yaşadığı ünvana gəlmiş və onun evinin həyətindəki hamamda çimdikdən sonra Aidə ona qeyd etdiyi narkotik vasitələri tərəzidə çəkib vermişdir. Aidə ona, narkotik vasitəni Həsrətə aparıb Şəmkir şəhərində satmağını demişdir. O, da Həsrətlə mobil telefonla danışmış və Şəmkir şəhərində yerləşən 13-cü küçə kimi tanıdığı Nəriman Nərimanov küçəsində görüşüb narkotik vasitəni ona verməsi barədə razılaşmışdır. Bundan sonra o, yaşadığı qəsəbənin yanında Cavidə məxsus dövlət qeydiyyat nişanını bilmədiyi avtomobil ilə rəfiqəsi Səidə ilə birlikdə Şəmkir şəhəri Nəriman Nərimanov küçəsinə gəlmişdir. O, taksidən düşüb Həsrət adlı şəxslə mobil telefon vasitəsi ilə danışıb onunla əlaqə saxladıqdan sonra Həsrət onun yanına gəlmişdir. Həsrət ona pul vermiş və pulu Həsrətdən alıb cibinə qoymuş və cibindən satmaq üçün gətirdiyi narkotik vasitəni çıxarıb Həsrətə vermək istəyəndə mülki geyimli polis əməkdaşları onlara yaxınlaşmışlar. Polis əməkdaşları ona narkotik vasitənin alqı-satqısında şübhəli olduğunu bildirmiş və həmin vaxt Həsrət qaçmağa başlamış, lakin polis əməkdaşları onu saxlamışlar. Bundan sonra onu polis əməkdaşları Şəmkir rayon polis şöbəsinə dəvət etmişlər və o, da Şəmkir RPŞ-nin inzibati binasına gəlmişdir. Bundan sonra dövlət hesabına dəvət edilmiş müdafiəçi və qadın polis əməkdaşının iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı ona üzərində narkotik vasitə psixotrop maddə, onların prekursorları, eləcə də dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya olduğu halda təqdim etməsi təklif edilmişdir. O, da üzərində olan qara rəngli şalvarın sağ cibindəki sellofanda olan narkotik vasitəni, pulu, şalvarının sol cibində olan “Samsung” markalı mobil telefonu və qara rəngli gödəkçəsinin iç cibindən əl çantasını təqdim etmişdir. Sellofan torba polis əməkdaşı tərəfindən açılan zaman içərisindən 6 ədəd bükülüdə olan “koko” kimi tanıdığı heroinə bəznər kütlə, 3 ədəd sellofan torbada olan “şüşə” kimi tanıdığı metafetaminə bənzər kütlə aşkar edilmiş, metafetaminə bənzər kütlə elektron tərəzi ilə çəkilən hər üç kütlə ayrı-ayrılıqda 0,8 qram təşkil etmişdir. Heroinə bənzər kütlə elektron tərəzidə çəkilən zaman hər biri müvafiq olaraq, 0,9 qram, 0,8 qram, 0,9 qram, 1 qram, 0,9 qram və 0,3 qram təşkil etmişdir. Təqdim etdiyi kütlələr ekspertiza üçün zərfə qoyulub qablaşdırılmış, sonra Həsrətin ona verdiyi pul sayılan zaman 195 manat təşkil etdiyi ona məlum olmuşdur. Həsrət ona pulu verərkən o, həmin pulun 600 manat olmasını bilmiş, lakin pulu verdikdən sonra polis əməkdaşları yaxınlaşdıqlarına görə onun həmin pulu saymaq imkanı olmamışdır. Həmçinin əl çantasından özünə məxsus olan 710 manat pulu da aşkar olunmuş və həmin pulu özünə məxsus olmasını demişdir. Bundan sonra polis əməkdaşları tərəfindən 195 manat pul və mobil telefonu qablaşdırılıb götürülmüş, lakin 710 manat pul isə ona qəbzlə qaytarılmışdır. Sonra qadın polis əməkdaşı onun üzərinə şəxsi axtarış aparmış, lakin təqdim etdiyi narkotik vasitədən başqa hər hansı bir narkotik vasitə psixotrop maddə, onların prekursorları, eləcə də dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Əvvəllər heç kimə narkotik vasitə satmadığını, Şahid7 ilə aralarında olan razılaşmaya əsasən sonuncunun ona verdiyi narkotik vasitəni Həsrətə 600 manata satdığı halda Aidə ona 30 manat pul verəcəyini dolanşığının aşağı olmasına görə razılaşdığını bildirmişdir. Bunlara baxmayaraq əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Şəmkir şəhəri Hərbi Şəhərçik DOS 3, mənzil 11-də ailə üzvləri və valideynləri ilə birlikdə yaşayır, narkotik vasitəni təxminən 3 aydır ki, istifadə etməyə başlamışdır. Təqsirləndirilən şəxs1 bacısı Esmiranın vasitəsilə tanımışdır. Təqsirləndirilən şəxs1 qonşusu Şahid7 narkotik vasitə satmasını bildiyindən ondan qonşusu Şahid7 “kokos” adı ilə bilinən heroin alıb iyləmək yolu ilə istifadə etmək istəmişdir. Buna görə də xx.xx.2021-ci il tarixdə Aidəyə zəng edib 4 qram “kako” kimi tanıdığı heroin və 2 qram “şüşə” kimi tanıdığı metafitamin satmasını xahiş etmiş, Aidə də onunla razılaşmış və onlar telefonla danışıb həmin günü Şəmkir şəhəri Nəriman Nərimanov küçəsinin baş hissəsində görüşməyi planlaşdırmışlar. Həmin günü axşam saat 19 radələrində aralarında olan razılaşmaya əsasən o, Şəmkir şəhəri N.Nərimanov küçəsinin baş tərəfində, yəni “Şəmkir Bazarı” tərəfində görüşmüşlər. Aidə “Vaz 2106” markalı, avtomobil ilə gəlmiş və maşından düşüb yanına gəlmişdir. O, Aidəyə 4 qram “kako” kimi tanıdığı heroin və 2 qram “şüşə” kimi tanıdığı metafitamin almaq üçün 195 manat pul vermişdir. Aidə də ondan həmin pulu aldıqdan sonra cibindən ona söz verdiyi narkotik vasitəni çıxarıb vermək istəyəndə mülki geyimli polis əməkdaşları onlara yaxınlaşmasını görmüşdür. Bu vaxt o, Aidədən narkotik vasitəni götürə bilməyib qaçmağa başlamışdır. Bu vaxt həmin polis əməkdaşları əvvəlcə Aidəni, sonra da ona saxlayıb Şəmkir rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində olan zaman onu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində dövlət hesabına təyin edilmiş müdafiəçisinin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən hər hansı narkotik vasitə və onun prekusorları, eləcə də dövriyyəsi qadağan edilmiş əşyalar aşkar edilməmişdir. O, üzərində olan “Jinga F200n” markalı mobil telefonu polis əməkdaşlarına təqdim etmiş və həmin mobil telefon götürülmüşdür. Bundan başqa o ifadəsində 195 manat pulu Təqsirləndirilən şəxs1 versə də, polis əməkdaşlarının onlara yaxınlaşması səbəbindən Təqsirləndirilən şəxs1 ona narkotik vasitəni verə bilmədiyini, Təqsirləndirilən şəxs1 2 qram “şüşə” və 4 qram “koko” – u cəmi 600 manata almaq barədə razılaşdığını, lakin üzərimdə pulu az olduğuna görə əvvəlcədən ona 195 manat verdiyni, qalan hissəsini də sonra verəcəyini bildirmişdir. Lakin o, bu barədə əvvəlcədən Aidəyə demədiyini, əvvəlcədən desə sonuncunun ona narkotik vasitə satmayacağını fikirləşmişdir. Buna görə də çox sifariş vermiş ki, bir müddət istifadə etsin. Bunlara baxmayaraq əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Şəmkir rayonu Çinarlı qəsəbəsi sakinləri Təqsirləndirilən şəxs1, Şahid7 və həmçinin Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs2 11 mart 2021-ci il tarixdən etibarən bilavasitə xidməti vəzifəsin icrası ilə əlaqədar tanımış, onlarla qohumluğu yoxdur, aralarında əlaqə və münasibət, habelə ədavət və ziddiyyət olmamışdır. 11 mart 2021-ci il tarixdə Şəmkir rayonu Çinarlı qəsəbəsi sakinləri Təqsirləndirilən şəxs1 və Şahid7 X5 dövriyyəsi, yəni istifadəsi, saxlanması və satışı ilə məşğul olmaları barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla əlaqədar dərhal müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair raportla rəhbərliyə məruzə edib, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul etdikdən sonra Təqsirləndirilən şəxs1 və Şahid7 olduqları yer müəyyənləşdirilmiş, onun saxlanılması məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tərəflərindən əvvəlcə həmin tarixdə saat 19:20-də, Təqsirləndirilən şəxs1 Şəmkir şəhəri, Nəriman Nərimanov küçəsində sonradan şəxsiyyəti müəyyən edilən Təqsirləndirilən şəxs2 narkotik vasitə olan “heroin” və psixotrop maddə olan “metamfitamin”-i 195 manata satması müəyyən edilmişdir. Belə ki, qeyd edilən ünvana gəldikdə Təqsirləndirilən şəxs2 cibindən pulu çıxarıb Təqsirləndirilən şəxs1 vermiş və Təqsirləndirilən şəxs1 da pulu alıb cibinə qoyduqdan sora cibində olan narkotik vasitəni ona vermək istəyərkən onları ifşa etmək məqsədilə yanlarına yaxınlaşmışlar, həmin vaxt Təqsirləndirilən şəxs2 qaçmağa başlamış, lakin Təqsirləndirilən şəxs1 qaçmamışdır. Buna görə də əvvəlcə Aiudə Abbasova saxlanılmış, daha sonra isə Təqsirləndirilən şəxs2 saxlanılıb Şəmkir rayon polis şöbəsinə gətirilib təhqiqat bölməsinin əməkdaşlarına təqdim edilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs1 üzərində digər polis əməkdaşlaırnın iştirakı ilə şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı onun üzərindən 6 ədəd bükümdə heroinə bəznər kütlə və 3 ədəd sellofan torbada isə metafetaminə bənzər kütlə aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılsa da onun üzərindən də hər hansı növdə narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitə istifadə etməsi, saxlaması və satması barədə Şəmkir RPŞ-nə əməliyyat məlumatı daxil olsa da, onun Təqsirləndirilən şəxs2 başqa konkret olaraq kimə narkotik vasitə satmasını tərəfindən müəyyən etmək mümkün olmamışdır. Eləcə də Şahid7 Təqsirləndirilən şəxs1 narkotik vasitə satması barədə məlumat daxil olsa da tərəfindən bunu müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 və Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun qonşusudur, əvvəllər aralarında heç bir narazılığı olmamışdır. 11 mart 2021-ci il tarixdə o, yaşadığı evdə olan zaman, polis əməkdaşları onun yaşadığı evə gəlib ona qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqda barədə əməliyyat məlumatı olduğunu və həmçinin qonşusu Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitələrin ondan almasını bildirdiyinə görə evinə baxış keçirmək istədiklərini bildirmişlər. O, polis əməkdaşlarına narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmadığını və həmçinin Təqsirləndirilən şəxs1 narkotik vasitə satmadığını bildirmişdir. Həmçinin o, polis əməkdaşlarına evinə baxış keçirmələrinə etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Sonra polis əməkdaşları tərəfindən onun razılığı və iştirakı ilə yaşadığı evə baxış keçirilməyə başlanılmış, polis əməkdaşları yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə, psixotrop maddələri və ya onların prekursorlarını olub-olmadığı ondan soruşulmuşdur. O, isə evində narkotik vasitə, psixotrop maddələri və ya onların prekursorlarının olmadığını bildirmiş, bundan sonra yaşadığı evə baxış keçirilmiş, lakin evindən narkotik vasitə, psixotrop maddələri və ya onların prekursorlarını və ya qadağan edilmiş hər hansı bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitə satmamışdır. 11 mart 2021-ci il tarixdə saat 17-18 radələrində Təqsirləndirilən şəxs1 və bacısı Esmira onun yaşadığı evə gəlib hamamda çimmiş, sonra isə onun evindən çıxarıb Şəmkir şəhərinə gedib-gələcəyini demiş, lakin hansı məqsədlə getdiyini ona deməmişdir. Təqsirləndirilən şəxs1 yalan danışdığını, narkotik vasitəni və psixotrop maddələrin satışı ilə məşğul olmadığını və Təqsirləndirilən şəxs2 tanımadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, ünvan 3 ünvanında az yaşlı övladı ilə birlikdə yaşayır, Təqsirləndirilən şəxs1 onun rəfiqəsidir və çox vaxt bir yerdə olurlar. Şahid7 isə Təqsirləndirilən şəxs1 qonşusudur və o, da həmkəndlisi olduğundan tanıyır. Onun Təqsirləndirilən şəxs1 və Şahid7 ilə münasibətləri yaxşıdır, aralarında hər hansı narazılıq və düşmənçilik olmamışdır. Aidə İsmayılov kənd ərazisində paltar satdığına görə ondan paltar alır. 11 mart 2021-ci il tarixdə axşam saatlarında o, Təqsirləndirilən şəxs1gildə olarkən ona, Şahid7gilə çimmək üçün getmək istədiyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 çıxıb getmiş, o, Şahid7 yaşadığı evdə gözləmişdir. Təxminən 1 saatdan sonra Təqsirləndirilən şəxs1 evə gəlmişdir. Bundan sonra onlar küçəyə çıxmışlar və Təqsirləndirilən şəxs1 yenidən Şahid7 evinə tərəf gedib gələcəyini demiş, ona isə küçədə dayanmağımnı bildirmişdir. O, da Təqsirləndirilən şəxs1 küçədə gözləmiş və o, isə Şahid7 evinə daxil olmuş, təxminən 5 dəqiqədən sonra oradan çıxıb yanlarına gəlmişdir. Təqsirləndirilən şəxs1 bundan sonra ona demişdir ki, “Şəmkir şəhərinə gedək, bir nəfər şəxslə görüşəcəm, işim var”. Bundan sonra o, Təqsirləndirilən şəxs1 ilə birlikdə Çinarlı qəsəbəsində yerləşən dayanacağın yanında dayanıb müştəri gözləyən adını bilmədiyi lakin üzdən tanıdığı şəxsin “Vaz 2106” markalı avtomobilinə minmişlər və Təqsirləndirilən şəxs1 həmin şəxsə onları Şəmkir şəhərinə aparmasını demişdir. Bundan sonra həmin şəxs avtomobili ilə onları Şəmkir şəhəri Nəriman Nərimanov küçəsinin baş tərəfinə gətirmiş, sağa dönüb avtomobili saxlamışdır. Sonra Təqsirləndirilən şəxs1 avtomobildən düşüb avtomobilin arxa tərəfinə keçmişdir. Həmin vaxt bir nəfər şəxs, adı sonradan ona məlum olan Həsrət adlı şəxs Aidənin yanına gəlmişdir. Bu vaxt avtomobilin qabaq tərəfindən avtomobilin arxa tərəfinə doğru mülki geyimli polis əməkdaşları qaçıb getmişlər və geri çönəndə görmüşdür ki, həmin polis əməkdaşları Aidəni saxlamışlar, Həsrət isə qaçmağa başlamış, polis əməkdaşları da onun arxasınca qaçmışlar. Bundan sonra taksi sürücüsü avtomobili sürüb oradan hərəkətə başlamış və Çinarlı qəsəbəsinə gəlmişlər. Sonradan bilmiş ki, Təqsirləndirilən şəxs1 həmin yerə Həsrət adlı şəxsə narkotik vasitə satmaq üçün gəlmiş və buna görə də polis əməkdşaları onu saxlayıb Şəmkir RPŞ-nə aparmışlar. Təqsirləndirilən şəxs1 narkotik vasitə satması barədə məlumatı olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs1 tutulduğu yerə gəlməmişdən əvvəl Şahid7 evinə hansı məqsədlə daxil olmasını bilməmiş və bu barədə ona heç bir məlumat verməmişdir. Onun Təqsirləndirilən şəxs1 Şahid7 məxsus narkotik vasitə olan heroini və metamfitamini satması barədə hər hansı məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Şəmkir rayonu Çinarlı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs1 və Şahid7 X5 dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanması üçün Təqsirləndirilən şəxs1 və Şahid7 üzərlərinə və yaşadıqları ünvana baxış keçirilməsi barədə əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 5(076)-24/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Şahid7 barəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar xx.xx.2021-ci il tarixli qərar qanuni hesab edilmişdir. “Şəxsi axtarış aparılması barədə ” xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir.Şəxsi axtrarış zamanı Təqsirləndirilən şəxs1 üzərində olan qara rəngli şalvarın sağ yan cibindən ağ sellofanda olan bükümü, pulu, şalvarın sol cibində olan samsung markalı mobil telefonu və gödəkcəsinin iç cibindən əl çantasının içərisində olan 710 manat pulu təqdim etdi.Həmin büküm açılan zaman içərisində sarımtıl rəngli 6 ədəd narkotik vasitə heroinə bənzər kütlə və 3 ədəd metafetaminə bənzər kütlə aşkar edildi.Aşkar edilmiş metafetaminə bənzər kütlə elektron tərəzidə ölçülən zaman hər üçü sellofanla birlikdə 0,8 qram, heroinə bənzər kütlə isə elektron tərəzidə ölçülən zaman sellofanı ilə birlikdə 0,9 qram, 0,8 qram, 0,9 qram, 1 qram, 0,9 qram və 0,3 qram təşki etdi. Bundan sonra həmin kütlə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-in möhürü ilə möhürlənərək imzalamışdır. 710 manat pul Təqsirləndirilən şəxs1 qaytarılmış, 195 manat pul və mobil telefon isə götürülmüşdür. “Şəxsi axtarış aparılması barədə ” xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir.Şəxsi axtrarış zamanı onun üzərindən hər hansı narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. “Baxış keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanına baxış keçirilmişdir. Baxış zamanı evdən hər hansı narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. “Baxış keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəyə bənzər kütlələri Şahid7 alınmasını bildirmişdir.Bu məqsədlə Şahid7 yaşadığı evə onun razılığı ilə baxış keçirilmişdir.Baxış zamanı evdən hər hansı narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. Şəmkir rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 11 mart 201-ci il tarixdə 2,151 qram psixotrop maddə olan metamfetamini və külli miqdarda 4,047 qram çəkiə narkotik narkotik vasitə olan heroini əldə edərək həmkəndlisi Şahid5 ilə birlikdə taksi xidməti göstərən X11 idarə etdiyi Vaz 2106 markalı, ** BA *** dövvlət nömrə nişanlı avtomobil ilə həmin tarixdə, saat 19:20-də Şəmkir şəhəri Nəriman Nərimanov küçəsinə gələrək orada avtomobildən düşmüş və Təqsirləndirilən şəxs2 ilə görüşmüş, bundan sonra sonuncu özü istifadə etmək məqsədilə Təqsirləndirilən şəxs1 195 manat pulu verib ondan özü ilə gətirdiyi narkotik vasitəni alarkən Şəmkir rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hər ikisi saxlanılaraq Şəmkir rayon polis şöbəsinin inzibati binasına gətirilmişdir. Təqsirləndirilən şəxs1 əvvəllər hər hansı şəxs və ya şəxslərə narkotik avsitə satması halları müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni özü istifadə etmək məqsədilə almışdır.Eləcə də Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddənin Şahid7 almasını müəyyən etmək mümkün olmamışdır. Şəmkir rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Şahid7 əvvəllər Aidə Abbosovadan narkotik vasitə və psixotrop maddələr aınıb X1 müəyyən edilməmişdir. “Üzləşdirmə haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Şahid7 ifadəsi ilə arasında yaranmış ziddiyətləri aradan qaldırmaq məqsədilə onlar arasında üzləşdirmədə dindirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfitamini Şahid7 600 manata satmaq üçün ona verdiyini təfərrüatları ilə Aidə İsmayllovanın üzünə dediyini Şahid7 ifadəsində göstərdiyi xüsusatları, yəni Təqsirləndirilən şəxs1 ondan üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfitamini almadığını sonuncunun üzünə deməklə ifadəsini bir daha təsdiq etmişdir. Bu barədə tərtib edilmiş protokol iş materiallarına əlavə edilmişdir “Üzləşdirmə haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsi ilə Təqsirləndirilən şəxs2 ifadəsi arasında yaranmış ziddiyətləri aradan qaldırmaq məqsədilə onlar arasında üzləşdirmədə dindirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfitamini Şahid7 600 manata satmaq üçün alıb ona satdığını təfərrüatları ilə Təqsirləndirilən şəxs2 üzünə deməklə ifadəsini bir daha təsdiq etmişdir. Bu barədə tərtib edilmiş protokol iş materiallarına əlavə edilmişdir. “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli məktubla daxil olmuş diskə baxış keçirilmiş, baxış zamanı "xxxx" götürülmüş 01 fevral 2021-ci il tarixdən 15 mart 2021-ci il tarixədək Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-**, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** və Şahid7 istifadəsində olan 50-807-12-62 nömrələrinə daxil olan və çıxan zənglər barədə məlumatların, zəng etmiş mobil telefon nömrələrinin sahiblərinin anket məlumatlarının, həmin zənglərin anten dairələri barədə məlumatların, habelə həmin nömrələrə daxil olmuş və həmin nömrələrdən göndərilmiş sms-lərin (mesajların) köçürüldüyü 1 ədəd “CD” disklərə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı sim nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı sim nömrə arasında 28 fevral 2021 –ci il tarixdən 11 mart 2021-ci il tarixədək tarixə kimi müxtəlif vaxtlarda mütəmadi olaraq qısa və uzunmüddətli telefon danışıqları aparılması aşkar edildi. Belə ki həmin cədvəldən görünür ki, 11 mart 2021-ci il tarixdə həmin nömrələr arasında 11 mart 2021-ci il tarixdə 16:06:23-də 881 saniyə, 18:38:47-d\ 82 saniyə, 18:52:37-də isə 35 saniyə danışıq əlaqəsi olmuş, həmin vaxt Təqsirləndirilən şəxs2 anten dairəsi ünvan 4 ünvanını göstərmişdir. Təqsirləndirilən şəxs1 mobil nömrəsini anten dairəsi şəmkir rayonu Seyfəli kəndinin ərazisini, daha sonra isə Şəmkir şəhəri ərazisini göstərmişdir. Eləcə də Təqsirləndirilən şəxs1 mobil nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan çobil nömrə arasında hər hansı bir sms yazışmaları aşkar edilmədi. Eləcə də Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı sim nömrə ilə Şahid7 istifadəsində olan 51-807-12-62 mobil nömrələr arasında 02 fevral 2021 –ci il tarixdən 11 mart 2021-ci il tarixədək tarixə kimi müxtəlif vaxtlarda mütəmadi olaraq qısa və uzunmüddətli telefon danışıqları aparılması aşkar edildi. Belə ki həmin cədvəldən görünür ki, sonuncu dəfə yəni xx.xx.2021-ci il tarixdə 12:24-də 121 saniyə, 13:40-da 21 saniyə 13:47-də 26 saniyə müddətində danışıqlar olmuş və həmin vaxtda hər iki mobil nömrənin anten dairəsi eyni yeri yəni Şəmkir rayou Seyfəli və A.Seyfəli kəndlərinin ərazisini göstərmişdir. Eləcə də sms-lər də olmuş və tarixlərdə də eyni ərazini göstərmişdir. Bundan başqa Şahid7 istifadəsində olan 51-807-12-62 mobil nömrənin 2021/02/13 15:06:57-də anten dairəsi Şəmkir rayonu Seyfəli kəndinin ərazisini göstərsə də, həmin günü saat 17:52-dən etiobarən isə növbəti gün saat 17 radələrinədək müvafiq olaraq Samux rayonu Çobanabdallı kəndinin, Gəncə şəhərinin ərazilərini göstərmişdir. Bundan başqa Şahid7 istifadəsində olan 51-807-12-62 mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan qeyd edilən mobil nömrə arasında hər hansı bir danışıq əlaqəsi, eləcə də sms yazışmaları aşkar edilmədi. Həmin diskdən iş üçün əhəmiyyət kəsb edən cədvəllər çıxarılaraq protokola əlavə olundu. “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy A21S” markalı mobil telefona baxış keçirilmiş və baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 məxsus həmin mobil telefonun “zənglər siyahısın”-da “T” hərfi ilə qeyd etdiyi şəxsə, yən Təqsirləndirilən şəxs2 məxsus 51-51-669-95-95 mobil telefon nömrəsindən onun mobil telefonun nömrəsinə 11 mart 2021-ci il tarixlərdə müxtəlif vaxtlarda 3 dəfə qarşlıqlı zənglər olması, Təqsirləndirilən şəxs1 həmin günü onunla Şahid7 həmin şəxsə narkotik satması üçün zəngləşdiyini bildirmişdir. Bundan başqa iş üçün əhəmiyyət kəsb edəcək hər hansı zəng aşkar edilmədi. Bu barədə protocol tərtib edildi və mobil telefon iş üçün əhəmiyyət kəsb etmədiyindən sahibə qaytarılmışdır. Materialların məhkəmə ekspertizasının xx.xx.2021-ci il tarixli 16/233 saylı rəyindən görünür ki, “Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli şalvarın yan cibindən aşkar edilmiş sellofan kəsiyində (6 ədəd büküm) heroinə bənzər kütlə, 3 bükümdə metafitaminə bənzər kütlə” yazılar və imzalar olan kağız paketdəki 3(üç) ədəd şəffaf rəngli polietilen kəsiyi bükümlərində, ayrı-ayrılıqda 0,663 qram, 0,720 qram, 0768 qram, ümumi təmiz çəkisi 2,151 qram maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. 6 ( altı) ədəd şəffaf rəngli polietilen kəsiyi bükümlərində, ayrı-ayrılıqda 0, 274 qram, 0,720 qram, 0,760 qram, 0,762 qram, 0,770 qram, 0,761 qram, ümumi təmiz çəkisi 4, 047 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Metafitamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasısının Qanuni ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, metafitamin “Azərbaycan Respublikasısının ərazisində dövriyyəsi qadağan edilənpsixotrop maddələr”-in 1-ci siyahısının İİ bəndinə daxildir.Tədqiqata təqdim olunmuş bir ədəd kağız paketdə olan metafitaminlər tərkiblərinə görə eynidirlər.Tədqiqata təqdim olunmuş bir ədəd kağız paketdə olan heroinlər tərkiblərinə görə eynidirlər. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 512 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 549 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Şəmkir rayon 3 saylı mənzil İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Şəmkir şəhəri Hərbi Şəhərcik DOS 3, mənzil 11-də arvadı X6, övladları X13 və X14 ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur. “Doğum haqqında arayışın” surətindən görünür ki, X13 xx.xx.2021-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs2, anası X4r. Şəmkir rayon Çinarlı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 1 ünvanında yaşayır. Onun barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. AZ-İİ № 698953 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X17 xx.xx.2010-cu il tarixdə anadan olmuş, atası X20, anası Təqsirləndirilən şəxs1dır. AZ-İ № 794760 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X21 xx.xx.2022-ci il tarixdə anadan olmuş, atası X18, anası Təqsirləndirilən şəxs1dır. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 11 mart 2021-ci il tarixdən hesablanmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs2 özünə məxsus “Jinga F200n” markalı mobil telefonu təhvil almışdır. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs1 özünə məxsus “Samsung Galaxy A21S” markalı mobil telefonu təhvil almışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı və cinayət işinə əlavə edilmiş hökmlərin surəti ilə müəyyən edilir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli höküm ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 10 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şəmkir Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli 26/22-7 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli höküm ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 10 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs2 hazırki hökm üzrə təyin edilmiş cəzasindan 04 ay 04 gününü çəkmiş, çəkilməmiş qalan hissəsi 06 ay 08 gün təşkil edir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarın sağ cibindən 3 (üç) ədəd sellofan kəsiyinə bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,663 qram, 0,720 qram, 0,768 qram ümimi təmiz çəkisi 2,151 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 6 ədəd şəffaf rəngli polietilen kəsiyə bükülmüş 0,274 qram, 0,720 qram, 0,760 qram, 0,762 qram, 0,770 qram və 0,761 qram ümumi çəkisi 4,047 kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 195 manat pul və videoçəkiliş köçürülmüş 1 ədəd DVD-R dis iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş, psixotrop maddə olan metamfetamin və narkotik vasitə heroin Şəmkir rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağına, 195 manat pul Şəmkir rayon polis şöbəsinin maliyyə hissəsinə saxlanca verilmiş və videoçəkiliş köçürülmüş 1 ədəd DVD-R disk, "xxxx" MMC-dən içərisində məlumatlar köçürülmüş 1 ədəd CD disk maddi sübut hesab edilmiş və iş materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarından başqa cinayət işin ayrılması haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə narkotik vasitənin və psixotrop maddələrin mənbəyinin müəyyən edilməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cinayət tərkibi vardır. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla razılaşsa da, digər Təqsirləndirilən şəxs2 elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla aşağıdakı səbəblərə görə razılaşmır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 ittiham verilmişdir ki, o, satış məqsədi olmadan ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni şəxsi istehlak miqdardından artıq miqdarda əldə etmə cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs2 əməlini satış məqsədi olmadan ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni şəxsi istehlak miqdardından artıq miqdarda əldə etmə kimi qiymətləndirərkən mötəbər, biri-birini tamamlayan sübutlara və işin faktiki hallarına əsaslanmamışdır. Məhkəmə, həm ibtidai istintaq həm də, məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrinə, eyni zamanda işin faktiki hallarına hüquqi qiymət verib hesab edir ki, o, satış məqsədi olmadan ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni şəxsi istehlak miqdardından artıq miqdarda əldə etməyə cəhd etmişdir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs2 əməli heç bir halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs2 əməli o, satış məqsədi olmadan ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni şəxsi istehlak miqdardından artıq miqdarda əldə etmə kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələrdə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci və 146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 29,234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi və Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 29, 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətdiklərindən həmin maddəsi təqsirli bilinib cəzalandırılmalıdırlar. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X7 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsinə, yetişdirilməsinə və ya toplanmasına yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevirilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ və İİ siyahılarında qanunsuz dövriyyəsi qadağan edilmiş narkotik vasitələr dərman preparatlarının adı və miqdarı göstərilmişdir. Həmin qanuna əsasən metamfetamin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, heroin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, nəzərdə tutulmuşdur. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olmasını, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Təqsirləndirilən şəxs2, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli höküm ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 10 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şəmkir Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli 26/22-7 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 həmin hökm üzrə təyin edilmiş cəzasindan 04 ay 04 gününü çəkmiş, çəkilməmiş qalan hissəsi 06 ay 08 gün təşkil edir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 29-cu maddəsinin tələblərinə görə Bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik) şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu qaydasında cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının cəzasının iki günü bərabər tutulur. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli höküm ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib qəti olaraq təyin edilmiş 10 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 06 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinin tələbinə əsasən 03 (üç) ay 04 (dörd) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydası üzrə, yeni hökm üzrə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların isə olmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasının aşağı həddlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsində göstərilmişdir ki, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Həmin Məcəllənin 79.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 79.1-ci maddəsində nəzərdə tutulmuş qadınlar, məhkum edilmiş şəxslər üzərində nəzarəti həyata keçirən müvafiq dövlət orqanının xəbərdarlığından sonra uşaqdan imtina etdiyi və ya uşağı tərbiyə etməkdən boyun qaçırmaqda davam etdiyi halda, məhkəmə həmin orqanın təqdimatı əsasında cəzaçəkmənin təxirə salınmasını ləğv edə və məhkumu cəzanı çəkmək üçün hökmlə müəyyən olunmuş yerə göndərə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə cəzasını təyin etməyi və himayəsində olan xx.xx.2022-ci il təvəllüdlü X21 on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə salınması məqsədə uyğundur. Azərbaycan Respublikası CM-nin 79.2-ci maddəsinə əsasən cəzanın çəkilməsi təxirə salındığı müddət ərzində Təqsirləndirilən şəxs1 üzərində nəzarət həyata keçirilməlidir. Təqsirləndirilən şəxs1 hazırkı vəziyyətdə cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi himayəsində olan azyaşlı uşaları ciddi məhrumiyyətlərə düçar edə bilər və məhkumun islah və yenidən tərbiyə olunmasına xidmət edə bilməz. Ona təyin edilən cəzanın uşağı on dörd yaşına çatanadək təxirə salınması cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında iltizam alınmalıdır. Cinayət işinin materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəliliyini, cəzasını yüngülləşdirən halların olmasını cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyası hədlərində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab etməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, ev dustaqlığında və həbsdə saxlandığı müddət daxildir. Cinayət işinin materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəmkir Rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilərək Şəmkir Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs1 götürülmüş 3 (üç) ədəd sellofan kəsiyinə bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,663 qram, 0,720 qram, 0,768 qram ümimi təmiz çəkisi 2,151 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 6 ədəd şəffaf rəngli polietilen kəsiyə bükülmüş 0,274 qram, 0,720 qram, 0,760 qram, 0,762 qram, 0,770 qram və 0,761 qram ümumi çəkisi 4,047 kustar üsulla hazırlanmış narkotik vasitə heroin, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X5 X7 üzrə Dövlət Komissiyasının Daimi X19 Qrupu tərəfindən həyata keçirilməlidir. Eləcə də 01 ədəd DVD disk və 01 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Şəmkir Rayon Polis Şöbəsinin maliyyə hissəsinə saxlanca verilmiş 195 manat pul, Azərbaycan Respublikası CM-nin 99-1.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaiti kimi xüsusi müsadirə tətbiq edilərək məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmiş və xüsusi müsadirə tətbiq ediləcək əmlak müəyyən olunmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilib təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 04 (dörd) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq olunaraq hazırki hökmlə ona qəti olaraq təyin edilmiş cəzanın çəkilməsi xx.xx.2022-ci il tarixdə anadan olmuş uşağı X21 on dörd yaşına çatanadək təxirə salınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında iltizam alınsın. Hökmün icrasına nəzarətin həyata keçirilməsi onun qeydiyyatda olduğu və yaşadığı yer üzrə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 10 (on) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 06 (altı) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən 03 (üç) ay 04 (dörd) gün müddət azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsininə əsasən yeni hökm üzrə təyin olunmuş 01 (bir) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə qəti olaraq ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və dərhal məhkəmə iclas zalından həbsə alınsın. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmənin başlanğıcı 07 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilərək Şəmkir Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs1 götürülmüş 3 (üç) ədəd sellofan kəsiyinə bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,663 qram, 0,720 qram, 0,768 qram ümimi təmiz çəkisi 2,151 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 6 ədəd şəffaf rəngli polietilen kəsiyə bükülmüş 0,274 qram, 0,720 qram, 0,760 qram, 0,762 qram, 0,770 qram və 0,761 qram ümumi çəkisi 4,047 kustar üsulla hazırlanmış narkotik vasitə heroin, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X5 X7 üzrə Dövlət Komissiyasının Daimi X19 Qrupu tərəfindən həyata keçirilsin. Eləcə də 01 ədəd DVD disk və 01 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Şəmkir Rayon Polis Şöbəsinin maliyyə hissəsinə saxlanca verilmiş 195 manat pul, Azərbaycan Respublikası CM-nin 99-1.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaiti kimi xüsusi müsadirə tətbiq edilərək məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə isə onlara hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar