Məhkəmə qərarları › İş №1(100)-51/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-51/2023

23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-51/2023 23.06.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxx 1983-cü ildə Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib daşıyaraq saxlamış və satmışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxt və mənbədən qanunsuz olaraq satış məqsədi ilə ümumi təmiz çəkisi külli miqdar hesab edilən 2,394 qram çəkidə narkotik vasitə hesab edilən heroini və şəxsi istehlak miqdarından artıq miqdarda 0,326 qram psixotrop maddə olan metamfetamini əldə edərək, 15 dekabr 2021-ci il tarixdə saat 21 radələrində əldə etdiyi narkotik vasitə hesab edilən heroindən 0,19 qramını və psixotrop maddə hesab edilən metafemtamindən 0,102 qramını 40 (qırx) manat nağd pula Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən “Sevimli Market” mağazasının yaxınlığında X2 sonra satış məqsədi ilə külli miqdar hesab edilən 2,204 qram çəkidə narkotik vasitə olan heroini və 0,224 qram çəkidə psixotrop maddə hesab edilən metamfetamini qanunsuz olaraq üzərində saxlayıb daşıyan zaman 16 dekabr 2021-ci il tarixdə saat 17:30 radələrində Göygöl rayon X27 Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən “Sevimli market” mağazasının qarşısında saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, polis şöbəsində onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarın kəmərinin alt hissəsində saxladığı qara rəngli rezin iplə çəkilmiş, dəri materialdan olan bağlamanın içərisində qanunsuz olaraq satış məqsədi ilə saxlayıb daşıdığı 01 ədəd şəffaf rəngli sellofan torbanın içərisində ümumi təmiz çəkisi 0,224 qram çəkidə psixotrop maddə hesab edilən metamfetamin, 01 ədəd gümüşü rəngli kağız bükümün içərisində təmiz çəkisi külli miqdar hesab edilən 2,204 qram çəkidə narkotik vasitə hesab edilən heroin aşkar edilərək ondan götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirildiyi hazırki cinayət işinin mahiyyəti üzrə bildirir ki, onun üzərindən ümumiyyətlə hər hansı növdə narkotik vasitə aşkar edilməmişdir. O, 15 dekabr 2021-ci il tarixdə Gəncə şəhərində qayınanası gildən həyətə çıxıb siqaret çəkərkən onu qayınanası gilin qonşuluğundakı Gəncə şəhəri, Nəzakət Məmmədova küçəsi, 28 saylı evin qarşısında mülki geyimdə sonradan polis əməkdaşı olduğunu bildiyi şəxslər saxlayaraq üstünü axtarmışlar və üzərindən heç nə çıxmamışdır. Onu avtomobilə otuzduraraq Göygöl rayon Polis Şöbəsinə aparmışlar. O, polis əməkdaşlarından onu polis şöbəsinə aparılmasının səbəbini soruşduqda ona Faiq adlı şəxsə narkotik vasitə satdığını və buna görə də polis şöbəsinə gətirildiyini bildirmişlər. O isə Faiqə narkotik vasitə satmadığını bildirmişdir. Polis şöbəsində onunla pis rəftar etmiş və ona fiziki təzyiq göstərmişlər ki, etirafedici ifadələr versin. Daha sonra onu Göygöl rayon X15 Saxlama Yerinə aparmışlar. X5 üzərində hər hansı xəsarətlərin olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, onun üzərində şəxsi axtarış keçirilən zaman üzərindən hər hansı narkotik vasitə aşkar edilməmişdir. Göygöl rayon Polis Şöbəsində polis əməkdaşları onun cibinə narkotik vasitə qoymuşlar. Ondan Faiqi tanıyıb-tanımadığını soruşmuşlar. O, Faiqi tanıdığını bildirmişdir. Daha sonra ona Faiqə narkotik vasitə satdığını demişlər. O isə Faiqə narkotik vasitə satmadığını demişdir. O, Faiqi sonuncunun qardaşı Osmanın vasitəsi ilə tanımışdır. Faiqin qardaşı Osmanla münasibətləri yaxın olmuşdur. O, əvvəllər Faiqin qardaşı Osmangilə gedərkən Faiqlə orada tanış olmuşdur. O, Faiqin narkotik istifadə etdiyini bilmişdir. Onlar bir evdə olarkən o, “kokos” kimi tanıdığı heroin çəkmiş, Faiq isə başqa otaqda iynə vurmaq yolu ilə narkotik vasitə qəbul etmişdir. O, Faiqi sonuncu dəfə tutulmamışdan bir həftə qabaq görmüşdür. Faiqlə görüşəndə yalnız ikisi olmuşdur, yanlarında başqa heç kim olmamışdır. O, Faiqin istifadə etdiyi telefon nömrəsini bilməmişdir. Onun özü isə ümumiyyətlə telefon işlətməmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, ibtidai istintaq zamanı “Faiqin narkotik vasitə istifadə etdiyini bildiyinə görə özü üçün narkotik vasitə alarkən Faiq üçün də öz istəyi ilə narkotik vasitə almış və Faiqə vermişdir” kimi ifadə vermişdir. O, əslində bu ifadəni özündən uydurmuşdur. Bu cür ifadə verməsinin səbəbi isə ona polis əməkdaşları tərəfindən fiziki təzyiq göstərildiyindən və onun üzərində şəxsi axtarış video çəkilişlə keçirildiyindən ona bu barədə verilmiş suala hansı şəkildə cavab verəcəyini bilmədiyindən özündən uyduraraq bu cür fikirlər bildirmişdir. Onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmədə təqdimata baxılarkən o, məhkəmədə ona polis əməkdaşları tərəfindən fiziki təzyiq göstərildiyini və üzərindən hər hansı narkotik vasitə çıxmadığını, həmçinin Faiqə narkotik vasitə satmadığını bildirməmişdir. Həmçinin ibtidai istintaq zamanı ona qarşı qanunsuz hərəkətlərə yol verilməsi və üzərindən hər hansı narkotik vasitə çıxmadığı, eyni zamanda Faiqə narkotik vasitə satmadığını şəxsi axtarış zamanı heç öz vəkilinə də deməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin yekununda bir daha göstərmişdir ki, onun üzərindən heç bir narkotik vasitə aşkar edilməmiş, o, Faiqə heç bir narkotik vasitə satmamışdır. Eyni zamanda bildirir ki, elan edilmiş ittihamda göstərildiyi kimi, polis əməkdaşları onu 16 dekabr 2021-ci il tarixdə deyil, 15 dekabr 2021-ci il tarixdə saxlamışlar, həmçinin onu Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən “Sevimli market” mağazasının qarşısında deyil, Gəncə şəhərində qayınanası gildən həyətə çıxıb siqaret çəkərkən onu qayınanası gilin qonşuluğundakı Gəncə şəhəri, Nəzakət Məmmədova küçəsi, 28 saylı evin qarşısında saxlamışlar. İfadəsində qeyd etdiklərini nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu izahatı və ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi izahatında, sonra isə təqsirləndirilən şəxs qismində dindirilərkən müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olaraq dolanır. Bakı şəhərində qeydiyyatdadır və Gəncə şəhərində yaşayır, ailəlidir, himayəsində bir övladı var, heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Təxminən iki ilə yaxındır narkotik vasitələrin müxtəlif növlərindən istifadə edir, əvvəllər narkotikin satışı ilə məşğul olmamışdır. Faiq adlı şəxsi təxminən 10 günə yaxındır qardaşı Osmanın vasitəsi ilə tanımışdır, aralarında pis münasibət olmamışdır. Faiqin narkotik vasitə qəbul etdiyini bilmiş, ara-sıra bir yerdə narkotik vasitə qəbul etmişlər. Təxminən bir həftə bundan qabaq onlayn satışla Bakı şəhərindən tanımadığı şəxsdən 75 manat dəyərində narkotik vasitə olan heroin almışdır. Həmin heroini almazdan qabaq Faiq ona da narkotik vasitə alması üçün 30 manat pul vermişdir. O da özü üçün narkotik vasitə alarkən Faiq üçün də almışdır. xx.xx.2021-ci il tarixdə saat təxminən 20 radələrində Faiq ona zəng edib onun üçün aldığı narkotik vasitəni istəmiş, o, Faiq ilə Göygöl rayonu, Qızılqaya qəsəbəsində görüşməli olmuşdur. Saat təxminən 21 radələrində Faiqlə həmin ünvanda görüşüb onun üçün aldığı narkotik vasitəni Faiqə vermiş, bunun müqabilində Faiq ona 40 manat verməli olmuş, lakin həmin vaxtı Faiqin üstündə pul olmadığı üçün ondan xahiş edib pulu bir gün sonra verəcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə saat 17:30 radələrində Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən “Sevimli market” mağazasının yanında olan zaman 3 nəfər tanımadığı şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduğunu bildirib, onu saxlamışlar və Göygöl RPŞ-nə gətirmişlər. Polis şöbəsində hüquqları ona izah edildikdən sonra Göygöl rayonunda fəaliyyət göstərən 5 nəfərdən ibarət vəkil siyahısını ona təqdim edərək hüquqlarının müdafiə olunması üçün vəkil seçməsini bildirmişlər. O, həmin siyahıdan Tofiq Nuriyevin onun hüquqlarını müdafiə etməsini istəmişdir. Müdafiəçinin dəvətindən sonra, müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o, özü istifadə etmək üçün əynində olan şalvarın kəmərinin alt hissəsində saxladığı qara rəngli rezin iplə çəkib bağladığı, dəri materialdan olan bağlamanın içərisində gəzdirdiyi narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Həmin narkotik vasitələr elektron tərəzidə çəkilmiş, heroin olan bükümün çəkisi 2,30 qram, digər büküm isə 0,29 qram olmuşdur. Sonra bükümlər qablaşdırılmış, üzərinə baxış keçirilməsi ilə bağlı zəruri sənədləşmə aparılmış, o, müdafiəçisi və digər iştirakçılar olan polis əməkdaşları həmin sənədləri imza etmişlər. Əlavə olaraq ona ünvanlanmış sualların mahiyyəti üzrə göstərmişdir ki, o, başqa şəxslərə narkotik vasitə satmamışdır. Faiq adlı şəxsi tanıyır və narkotik vasitə istifadə etdiyini bildiyi üçün özü üçün narkotik vasitə aldığı zaman onun üçün də öz istəyi ilə narkotik vasitə almış və Faiqə vermişdir. Üzərindən aşkar olunmuş, narkotik vasitəni Bakı şəhərində tanımadığı şəxsdən onlayn sifariş etmiş, narkotik vasitədən heç yerdə saxlamamış, yalnız üzərindən aşkar olunan qədər narkotik vasitə saxlamışdır. O, Göygöl RPŞ-nin əməkdaşları tərəfindən şöbəyə gətirilən zaman ona qarşı heç bir zorakı hərəkət olmamış və heç bir təzyiq göstərilməmişdir. O, əvvəllər onlayn sifariş ilə narkotik vasitə almamış, narkotik vasitəni aldığı şəxsin kim olmasını da bilməmişdir (iş vərəqə: cild İ, səh. 58-59, 117-119). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, ibtidai istintaq zamanı fərqli ifadələr verməsinin səbəbini həmin vaxt onun saxlanılmasında iştirak edən polis əməkdaşlarının ona fiziki təzyiq etməsi ilə əlaqədar olduğunu bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, evlərdə təmir işləri ilə məğul olan usta kimi fərdi fəaliyyətlə məşğul olur. Uzun zaman narkotik vasitələrin müxtəlif növlərindən istifadə etmişdir. Hərdən Göygöl rayonu ərazisinə gələrək gəzib vaxt keçirir, bəzən isə narkotik vasitə əldə etdiyi zaman onu istifadə etmişdir. X14 təxminən 1-2 ildir ki tanımışdır. Faiq Bağırovun da narkotik vasitə istifadə etdiyini bilmişdir. O, əvvəllər də bir neçə dəfə Faiq Bağırovdan narkotik vasitəni pul ilə alıb istifadə etmişdir. 15 dekabr 2021-ci il tarixdə saat təxminən 21 radələrində Faiq ilə telefon vasitəsilə danışıb onda narkotik vasitə olub-olmadığını soruşmuşdur. Faiq ona təşkil edə biləcəyini demişdir. Təxminən 1 saat sonra onlar Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən “Sevimli market” mağazasının yaxınlığında görüşmüşlər. O, Faiq Bağırovdan 10 manata narkotik vasitə olan heroin almışdır. Onlar birlikdə mağazanın arxa hissəsindən çıxarkən 3 nəfər mülki geyimli şəxslər onlara yaxınlaşmışlar. Özlərini Göygöl rayon Polis şöbəsinin əməkdaşları olaraq təqdim edərək onları Göygöl RPŞ-nə dəvət etmişlər. Göygöl RPŞ-də müdafiəçi ilə təmin edildikdən sonra müdafiəçisinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmış və onun Faiq Bağırovdan aldığı narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bükümün içərisində olan narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş, zərfə qoyulub möhürlənərək qablaşdırılıb götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Sonra onu Göygöl rayon X15 Saxlama Yerinə təhvil vermişlər. xx.xx.2021-ci il tarixdə isə üzərindən aşkar edilmiş narkotik vasitə heroinin çəkisi şəxsi istehlak miqdarından artıq olmadığına və cinayət məsuliyyətinə səbəb olmadığına görə onu X12 azad etmişlər. Şahid1 ifadəsində həmçinin göstərmişdir ki, o, narkotik vasitəni Faiq Bağırovdan 10 manata aldıqdan təxminən 5 dəqiqə sonra polis əməkdaşları onları saxlamışlar. O, Göygöl rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şöbəyə gətirilən zaman ona qarşı hər hansı zorakı, fiziki təzyiqlər göstərilməmişdir. X29 narkotik vasitəni haradan əldə etməsinə dair məlumatı yoxdur. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri, N.Nərimanov küçəsi, ev 141-də yaşayır. O, əvvəllər Göygöl rayon X27 Polis bölməsində cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləmişdir. 15 dekabr 2021-ci il tarixdə Gəncə şəhəri Gülüstan qəsəbə sakini Şahid1 qanunsuz olaraq narkotik vasitə istifadə etməsi, üzərində saxlamaqla Göygöl rayonu ərazisində də narkotik vasitə qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat tədbirlərinin keçirilməsi üçün əməliyyat-axtarış fəaliyyətinin keçirilməsi barədə qərar qəbul etmişdir. Şahid1 ətrafında keçirilən tədbirlər nəticəsində Baxşəlinin Göygöl rayonu, Qızılqaya qəsəbəsi ərazisində olması barədə məlumat əldə edib dərhal Göygöl RPŞ-nin Sarısu Polis bölməsinin sahə rəisi Şahid4, manqa komandiri Şahid3, polis nəfərləri Şahid5, Şahid6, X21 ilə birlikdə həmin əraziyə getmişlər. Saat təxminən 22 radələrində Şahid1 Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən “Sevimli market” mağazasının yaxınlığında görüb ona yaxınlaşıb özləri barədə və hansı səbəbdən yaxınlaşmalarını izah edib Baxşəlini və yanında olan, sonradan şəxsiyyəti onlara məlum olan Gəncə şəhər sakini X14 Göygöl rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Şahid1 və Faiq Bağırov müdafiəçi ilə təmin edildikdən sonra Şahid1 üzərində müdafiəçisinin iştirakı ilə, video çəkilişlə şəxsi axtarış aparılmağa başlanmışdır. Şahid1 üzərindən 1 ədəd kağız bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Həmin büküm tərəzidə çəkilmiş, çəkisi xatırladığı qədər 0,08 qram olmuşdur. Baxşəli üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2021-ci il tarixdə saat 22 radələrində Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən “Sevimli market” mağazasının yaxınlığında saxlanılmazdan bir qədər əvvəl tanışı və onunla birlikdə saxlanılan Gəncə şəhər sakini Faiq Bağırovdan 10 manata aldığını və birlikdə istifadə etmək istəyərkən polis əməkdaşlarının onları saxlamasını bildirmişdir. Şahid1 bildirmişdir ki, Faiq ilə birlikdə həmin narkotik vasitəni özləri istifadə etmək məqsədi ilə Göygöl rayonuna gəlmişlər. Həmin narkotik vasitə qablaşdırılmış, bununla bağlı protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şahid Şəhriyar Orucov daha sonra ifadəsində göstərmişdir ki, X1 Faiq Bağırovun üzərində müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Faiq Bağırov şalvarının cibindən iki ədəd kağız bükümü çıxarıb təqdim etmiş, həmin bükümlər açıldıqda bükümün birinin içərisində narkotik vasitə hesab edilən heroinə, digərində isə psixotrop maddə olan metafetaminə oxşar maddələrin olması müəyyən edilmişdir. Faiq Bağırovun üzərindən aşkar edilmiş bükümlər tərəzidə çəkilərək kağız bükümlə birlikdə heroinin çəkisi xatırladığı qədər 0,24 qram, psixotrop maddə olan metafetaminin isə çəkisi 0,23 qram olmuşdur. Faiq Bağırov üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni Gəncə şəhərində adını bilmədiyi, şifahi tanıdığı şəxsdən özü istifadə etmək üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Faiq Bağırovun üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə onların iştirakı ilə qablaşdırılmış və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Keçirilən şəxsi axtarış əvvəldən axıra kimi videolentə alınmışdır. Faiq Bağırovun üzərinə şəxs axtarış aparılandan sonra onun narkotik vasitə və psixotrop maddəni aldığı, sonradan adı onlara məlum olan Elşənin kimliyi, harada yaşamasını müəyyən etmişlər. Onlara məlum olmuşdur ki, Elşən adlı şəxs Gəncə şəhərində yaşayan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirib onu 16 dekabr 2021-ci il tarixdə saat 17:30 radələrində Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən “Sevimli market” mağazasının yaxınlığında olmasını müəyyən etmişlər. Göygöl RPŞ-nin Sarısu PB-nin yuxarıda adlarını qeyd etdiyi əməkdaşları ilə birlikdə qeyd edilən ünvana gedərək Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və Faiq Bağırova narkotik vasitə satmaqda şübhəli olduğu üçün onlarla birlikdə Polis şöbəsinə getməli olmasını izah etmişlər. Təqsirləndirilən şəxs polis şöbəsinə gətiriləndən sonra müdafiəçi ilə təmin edilmiş və videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və yaxud qanunla saxlanılması və gəzdirilməsi qadağan edilmiş hər hansı əşyanın olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs əynində olan şalvarının belindəki kəmərin alt hissəsində qara rəngli rezin iplə çəkilmiş, dəri materialdan olan bağlamanı çıxarıb təqdim etmişdir. Həmin bağlamanın içərisində iki ədəd kağız büküm aşkar edilmişdir. Onlardan biri heroinə, digəri isə psixotrop maddə olan metamfetaminə oxşar maddələr olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni Bakı şəhərində tanımadığı şəxsdən onlayn sifariş əsasında aldığını, həmin narkotik vasitədən tanışı Faiq adlı şəxsə verdiyini, həmin narkotikin müqabilində Faiqin ona 40 manat verməli olduğunu bildirmişdir. Şəxsi axtarş zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metafetaminin kağız bükümlə birlikdə çəkisi səhv etmirsə 0,29 qram, heroinin çəkisi isə 2,30 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə zərfə qoyularaq möhürlənmiş, protokol tərtib edilmiş, bütün iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda onu da bildirir ki, Faiq Bağırovun üzərindən narkotik vasitə və psixotrop maddə aşkar edildikdən sonra, Faiqin həmin maddələri aldığı Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi üçün ətrafında əməliyyat-axtarış tədbirləri keçirilərkən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə həm Gəncə şəhərində, həm də Göygöl rayonunda olmuşlar. Şahid Şəhriyar Orucov ifadəsində həmçinin onu da göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən, həmçinin onun üzərində şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı fiziki və ya digər təsir, təzyiq göstərilməmiş, hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Şəxsi axtarış keçirilərkən prosessual hərəkətlər videoçəkilişlə, həmçinin təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı ilə keçirilmişdir. Onlar Təqsirləndirilən şəxs 16 dekabr 2021-ci il tarixdə Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən “Sevimli market” mağazasının qarşısında saxlamışlar. Təqsirləndirilən şəxs Gəncə şəhəri, Nəzakət Məmmədova küçəsi, 28 saylı evin qarşısında 15 dekabr 2021-ci il tarixdə saxlanılmasına dair, həmçinin üzərindən hər hansı narkotik vasitənin aşkar edilməməsinə dair göstərdikləri tamamilə yalandır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Göygöl rayon X27 Polis bölməsinin manqa komandiri vəzifəsində işləyir. 15 dekabr 2021-ci il tarixdə Gəncə şəhəri, Gülüstan qəsəbə sakini Şahid1 qanunsuz olaraq narkotik vasitə istifadə etməsi, üzərində saxlamaqla Göygöl rayonu ərazisində də narkotik vasitə qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat tədbirlərinin keçirilməsi üçün baş əməliyyat müvəkkili Şəhriyar Orucov tərəfindən əməliyyat-axtarış fəaliyyətinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Ondan başqa Göygöl RPŞ-nin Sarısu Polis bölməsinin sahə rəisi Şahid4, polis nəfərləri Şahid5, Şahid6, X21 da tədbirə cəlb edilmişdir. Şahid1 ətrafında keçirilən tədbirlər nəticəsində Bəxşəlinin Göygöl rayonu, Qızılqaya qəsəbəsi ərazisində olması barədə məlumat əldə edib dərhal həmin əraziyə getmişlər. Həmin gün saat təxminən 22 radələrində Şahid1 Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən “Sevimli market” mağazasının yaxınlığında görüb ona yaxınlaşıb özləri barədə və hansı səbəbdən yaxınlaşmalarını izah edib Baxşəlini və yanında olan, sonradan şəxsiyyəti onlara məlum olan Gəncə şəhər sakini X14 Göygöl rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Şahid1 və Faiq Bağırov müdafiəçi ilə təmin edildikdən sonra video çəkilişdən istifadə etməklə Şahid1 üzərində müdafiəçisinin və onların iştirakı ilə şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Şahid1 üzərindən 1 ədəd kağız bükümdə narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Həmin kütlə tərəzidə çəkilmiş və çəkisinin xatırladığı qədər 0,08 qram olduğu müəyyən olunmuşdur. Baxşəli üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2021-ci il tarixdə Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən “Sevimli market” mağazasının yaxınlığında saxlanılmazdan bir qədər əvvəl tanışı Gəncə şəhər sakini Faiq Bağırovdan 10 manata aldığını və birlikdə istifadə etmək istəyərkən polis əməkdaşlarının onları saxlamasını bildirmişdir. Şahid1 bildirmişdir ki, o, Faiqlə birlikdə həmin narkotik vasitəni özləri istifadə etmək məqsədi ilə Göygöl rayonuna gəlmişlər. Baxşəlinin üzərindən aşkar edilmiş narkotik vasitə onların iştirakı ilə qablaşdırılmış, bununla bağlı protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra X26 Mürsəqulova satdığı maddəni aldığı Elşən adlı şəxsin kimliyini və harada yaşamasını müəyyən etmişlər. Onlara məlum olmuşdur ki, Elşən adlı şəxs Gəncə şəhər sakini Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirib onu 16 dekabr 2021-ci il tarixdə saat 17:30 radələrində Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən “Sevimli market” mağazasının yaxınlığında olmasını müəyyən etmişlər. Sonra Göygöl RPŞ-nin Sarısu Polis bölməsinin yuxarıda adları qeyd olunan əməkdaşları ilə birlikdə qeyd edilən ünvana gedərək Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və Faiq Bağırova narkotik vasitə satmaqda şübhəli olduğu üçün onlarla Polis şöbəsinə getməli olmasını izah etmişlər. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirəndən sonra müdafiəçi ilə təmin edilmiş və üzərində video çəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının belindəki kəmərin alt hissəsində qara rəngli rezin iplə çəkilmiş, dəri materialdan olan bağlamanı çıxarıb təqdim etmişdir. Həmin bağlama açılarkən içərisində 2 ədəd bükümlər aşkar edilmişdir. Bükümlərdən birinin içərisində narkotik vasitə heroinə oxşar maddə, digər bükümdə isə psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni Bakı şəhərində tanımadığı şəxsdən onlayn sifariş əsasında aldığını, həmin narkotik vasitədən tanışı Faiq adlı şəxsə verdiyini, Faiqin ona 40 manat verməli olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr tərəzidə çəkilərkən metamfetaminin çəkisi xatırladığı qədər 0,29 qram, heroinin çəkisi isə 2,30 qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr zərfə qoyularaq möhürlənmiş, sonra protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda onu da bildirir ki, Faiq Bağırovun üzərindən narkotik vasitə və psixotrop maddə aşkar edildikdən sonra, Faiqin həmin maddələri aldığı Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi üçün ətrafında əməliyyat-axtarış tədbirləri keçirilərkən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə həm Gəncə şəhərində, həm də Göygöl rayonunda olmuşlar. Şahid3 ifadəsində həmçinin onu da göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən, həmçinin onun üzərində şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı fiziki və ya digər təsir, təzyiq göstərilməmiş, hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Şəxsi axtarış keçirilərkən prosessual hərəkətlər videoçəkilişlə, həmçinin təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı ilə keçirilmişdir. Onlar Təqsirləndirilən şəxs 16 dekabr 2021-ci il tarixdə Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən “Sevimli market” mağazasının qarşısında saxlamışlar. Təqsirləndirilən şəxs Gəncə şəhəri, Nəzakət Məmmədova küçəsi, 28 saylı evin qarşısında 15 dekabr 2021-ci il tarixdə saxlanılmasına dair, həmçinin üzərindən hər hansı narkotik vasitənin aşkar edilməməsinə dair göstərdikləri uydurma və yalan məlumatlardır, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmaq üçün bu cür ifadələr verir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Göygöl rayon X27 Polis bölməsinin sahə rəisi vəzifəsində işləmişdir. 15 dekabr 2021-ci il tarixdə Gəncə şəhəri, Gülüstan qəsəbə sakini Şahid1 qanunsuz olaraq narkotik vasitə istifadə etməsi, üzərində saxlamaqla Göygöl rayonu ərazisində də narkotik vasitə qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat tədbirlərinin keçirilməsi üçün əməliyyat-axtarış fəaliyyətinin keçirilməsi barədə Göygöl rayon X27 Polis bölməsinin baş əməliyyat müvəkkili Şəhriyar Orucov tərəfindən qərar qəbul edilmişdir. Ondan başqa Göygöl RPŞ-nin Sarısu Polis bölməsinin manqa komandiri Şahid3, polis serjantı Şahid5, polis nəfərləri Şahid6, Şahid7 Rəfail oğlu da tədbirə cəlb edilmişdir. Şahid1 ətrafında keçirilən tədbirlər nəticəsində Bəxşəlinin Göygöl rayonu, Qızılqaya qəsəbəsi ərazisində olması barədə məlumat əldə edib dərhal həmin əraziyə getmişlər. Həmin gün saat təxminən 22 radələrində Şahid1 Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən “Sevimli market” mağazasının yaxınlığında görüb ona yaxınlaşıb özləri barədə və hansı səbəbdən yaxınlaşmalarını izah edib Baxşəlini və yanında olan, sonradan şəxsiyyəti onlara məlum olan Gəncə şəhər sakini X14 Göygöl rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Şahid1 və Faiq Bağırov müdafiəçilərlə təmin edildikdən sonra video çəkilişdən istifadə etməklə üzərlərində şəxsi axtarış aparılmağa başlanmışdır. O, həmin şəxsi axtarışda iştirak etməmişdir. Daha sonra Faiq Bağırovun da üzərində şəxsi axtarış aparılmış və o, həmin şəxsi axtarışda da iştirak etməmişdir. Şahid4 ifadəsində daha sonra göstərmişdir ki, X26 Mürsəqulova satdığı, həmçinin özünün də üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddəni aldığı Elşən adlı şəxsin kimliyini və harada yaşamasını müəyyən etmişlər. Onlara məlum olmuşdur ki, Elşən adlı şəxs Gəncə şəhər sakini Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirib onu 16 dekabr 2021-ci il tarixdə saat 17:30 radələrində Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən “Sevimli market” mağazasının yaxınlığında olmasını müəyyən etmişlər. Sonra Göygöl RPŞ-nin Sarısu Polis bölməsinin yuxarıda adları qeyd olunan əməkdaşları ilə birlikdə qeyd edilən ünvana gedərək Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və Faiq Bağırova narkotik vasitə satmaqda şübhəli olduğu üçün onlarla Polis şöbəsinə getməli olmasını izah etmişlər. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirəndən sonra müdafiəçi ilə təmin edilmiş və video çəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının belindəki kəmərin alt hissəsində qara rəngli rezin iplə çəkilmiş, dəri materialdan olan bağlamanı çıxarıb təqdim etmişdir. Həmin bağlama açılarkən içərisindən 2 ədəd büküm aşkar edilmişdir. Bükümlərdən birinin içərisində narkotik vasitə heroinə oxşar maddə, digər bükümdə isə psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni Bakı şəhərində tanımadığı şəxsdən onlayn sifariş əsasında aldığını, həmin narkotik vasitədən tanışı Faiq adlı şəxsə verdiyini, Faiqin ona 40 manat verməli olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr tərəzidə çəkilərkən metamfetaminin çəkisi xatırladığı qədər 0,29 qram, heroinin çəkisi isə 2,30 qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr zərfə qoyularaq möhürlənmiş, sonra protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin onu da bildirir ki, Faiq Bağırovun üzərindən narkotik vasitə və psixotrop maddə aşkar edildikdən sonra, Faiqin həmin maddələri aldığı Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi üçün ətrafında əməliyyataxtarış tədbirləri keçirilərkən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə həm Gəncə şəhərində, həm də Göygöl rayonunda olmuşlar. Təqsirləndirilən şəxs saxlanılarkən, həmçinin onun üzərində şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı fiziki və ya digər təsir, təzyiq göstərilməmiş, hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Şəxsi axtarış keçirilərkən prosessual hərəkətlər videoçəkilişlə, həmçinin təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı ilə keçirilmişdir. Onlar Təqsirləndirilən şəxs 16 dekabr 2021-ci il tarixdə Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən “Sevimli market” mağazasının qarşısında saxlamışlar. Təqsirləndirilən şəxs Gəncə şəhəri, Nəzakət Məmmədova küçəsi, 28 saylı evin qarşısında 15 dekabr 2021-ci il tarixdə saxlanılmasına dair və üzərindən hər hansı narkotik vasitənin aşkar edilməməsinə dair göstərdikləri tamamilə yalan məlumatlar olmaqla törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətindən kənarda qalmaq məqsədilə verdiyi özünü müdafiə xarakterli ifadələrdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Göygöl rayon X27 Polis bölməsində polis nəfəri vəzifəsində işləmişdir. 15 dekabr 2021-ci il tarixdə Gəncə şəhəri, Gülüstan qəsəbə sakini Şahid1 qanunsuz olaraq narkotik vasitə istifadə etməsi, üzərində saxlamaqla Göygöl rayonu ərazisində də narkotik vasitə qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat tədbirlərinin keçirilməsi üçün əməliyyat-axtarış fəaliyyətinin keçirilməsi barədə Göygöl rayon X27 Polis bölməsinin baş əməliyyat müvəkkili Şəhriyar Orucov tərəfindən qərar qəbul edilmişdir. O, Göygöl RPŞ-nin Sarısu Polis bölməsinin sahə rəisi Şahid4, manqa komandiri Şahid3, polis nəfərləri Şahid6, X21 da tədbirə cəlb edilmişdir. Şahid1 ətrafında keçirilən tədbirlər nəticəsində Bəxşəlinin Göygöl rayonu, Qızılqaya qəsəbəsi ərazisində olması barədə məlumat əldə edib dərhal həmin əraziyə getmişlər. Həmin gün saat təxminən 22 radələrində Şahid1 Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən “Sevimli market” mağazasının yaxınlığında görüb ona yaxınlaşıb özləri barədə və hansı səbəbdən yaxınlaşmalarını izah edib Baxşəlini və yanında olan, sonradan şəxsiyyəti onlara məlum olan Gəncə şəhər sakini X14 Göygöl rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Şahid1 və Faiq Bağırov müdafiəçilərlə təmin edildikdən sonra video çəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Şahid1 üzərində şəxsi axtarış zamanı 1 ədəd bükümdə narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Həmin büküm tərəzidə çəkilərkən çəkisinin xatırladığı qədər 0,08 qram olduğu müəyyən olunmuşdur. Baxşəli üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2021-ci il tarixdə Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən “Sevimli market” mağazasının yaxınlığında saxlanılmazdan bir qədər əvvəl tanışı və onunla birlikdə saxlanılan Gəncə şəhər sakini Faiq Bağırovdan 10 manata aldığını və birlikdə istifadə etmək istəyərkən polis əməkdaşlarının onları saxlamasını bildirmişdir. Şahid1 bildirmişdir ki, o, Faiq ilə birlikdə həmin narkotik vasitəni özləri istifadə etmək məqsədi ilə Göygöl rayonuna gəlmişlər. Baxşəlinin üzərindən aşkar edilmiş narkotik vasitə onların iştirakı ilə qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra X26 Mürsəqulova satdığı, həmçinin özünün də üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddəni aldığı Elşən adlı şəxsin kimliyini və harada yaşamasını müəyyən etmişlər. Onlara məlum olmuşdur ki, Elşən adlı şəxs Gəncə şəhər sakini Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirib onu 16 dekabr 2021-ci il tarixdə saat 17:30 radələrində Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən “Sevimli market” mağazasının yaxınlığında olmasını müəyyən etmişlər. Göygöl RPŞ-nin Sarısu Polis bölməsinin yuxarıda adları qeyd olunan əməkdaşları ilə birlikdə qeyd edilən ünvana gedərək Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və Faiq Bağırova narkotik vasitə satmaqda şübhəli olduğu üçün onlarla Polis şöbəsinə getməli olmasını izah etmişlər. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirəndən sonra müdafiəçi ilə təmin edilmiş və video çəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış keçirilmişdir. O, həmin şəxsi axtarışda iştirak etməmişdir. Eyni zamanda onu da bildirir ki, Faiq Bağırovun üzərindən narkotik vasitə və psixotrop maddə aşkar edildikdən sonra, Faiqin həmin maddələri aldığı Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi üçün ətrafında əməliyyat-axtarış tədbirləri keçirilərkən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə həm Gəncə şəhərində, həm də Göygöl rayonunda olmuşlar. Şahid5 ifadəsində həmçinin onu da göstərmişdir ki, Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya digər təsir, təzyiq göstərilməmiş, hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Şəxsi axtarış keçirilərkən isə prosessual hərəkətlər videoçəkilişlə, həmçinin təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı ilə keçirilmişdir. Onlar Təqsirləndirilən şəxs 16 dekabr 2021-ci il tarixdə Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən “Sevimli market” mağazasının qarşısında saxlamışlar. Təqsirləndirilən şəxs Gəncə şəhəri, Nəzakət Məmmədova küçəsi, 28 saylı evin qarşısında 15 dekabr 2021-ci il tarixdə saxlanılmasına dair göstərdikləri tamamilə yalan məlumatlardır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Göygöl rayon X27 Polis bölməsində polis nəfəri vəzifəsində işləmişdir. 15 dekabr 2021-ci il tarixdə Gəncə şəhəri, Gülüstan qəsəbə sakini Şahid1 qanunsuz olaraq narkotik vasitə istifadə etməsi, üzərində saxlamaqla Göygöl rayonu ərazisində də narkotik vasitə qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat tədbirlərinin keçirilməsi üçün əməliyyat-axtarış fəaliyyətinin keçirilməsi barədə Göygöl rayon X27 Polis bölməsinin baş əməliyyat müvəkkili Şəhriyar Orucov tərəfindən qərar qəbul edilmişdir. O, Göygöl RPŞ-nin Sarısu Polis bölməsinin sahə rəisi Şahid4, manqa komandiri Şahid3, polis nəfərləri Şahid5, X21 da tədbirə cəlb edilmişdir. Şahid1 ətrafında keçirilən tədbirlər nəticəsində Bəxşəlinin Göygöl rayonu, Qızılqaya qəsəbəsi ərazisində olması barədə məlumat əldə edib dərhal həmin əraziyə getmişlər. Həmin gün saat təxminən 22 radələrində Şahid1 Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən “Sevimli market” mağazasının yaxınlığında görüb ona yaxınlaşıb özləri barədə və hansı səbəbdən yaxınlaşmalarını izah edib Baxşəlini və yanında olan, sonradan şəxsiyyəti onlara məlum olan Gəncə şəhər sakini X14 Göygöl rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Şahid1 və Faiq Bağırovun müdafiəçilərlə təmin edilmiş və video çəkilişdən istifadə etməklə Şahid1 üzərində şəxsi axtarış keçirilmişdir. O, həmin şəxsi axtarışda iştirak etməmişdir. Daha sonra Faiq Bağırovun üzərində müdafiəçisinin iştirakı ilə və video çəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Həmin şəxsi axtarışda o, iştirak etmişdir. Faiq Bağırovun üzərində şəxsi axtarış zamanı cibindən 2 ədəd bükümü çıxardıb təqdim etmişdir. Həmin bükümlər açıldıqda bükümün birinin içərisində narkotik vasitə heroinə oxşar maddə, digərində isə psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Faiq Bağırovun üzərindən aşkar edilmiş bükümlər tərəzidə çəkilərkən heroinin çəkisinin xatırladığı qədər 0,24 qram, psixotrop maddə metafetaminin isə çəkisinin 0,23 qram olduğu müəyyən olunmuşdur. Faiq Bağırov üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni Gəncə şəhərində adını bilmədiyi, şifahi tanıdığı şəxsdən özü istifadə etmək üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Faiq Bağırovun üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə onların iştirakı ilə qablaşdırılmış, bu barədə tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Faiq Bağırovun üzərində şəxs axtarış aparılandan sonra onun narkotik vasitə və psixotrop maddəni aldığı, sonradan adı onlara məlum olan Elşənin kimliyi, harada yaşamasını müəyyən etmişlər. Onlara məlum olmuşdur ki, Elşən adlı şəxs Gəncə şəhər sakini Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirib onu 16 dekabr 2021-ci il tarixdə saat 17:30 radələrində Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən “Sevimli market” mağazasının yaxınlığında olmasını müəyyən etmişlər. Sonra yuxarıda adlarını qeyd etdiyi Sarısu Polis bölməsinin əməkdaşları ilə birlikdə qeyd edilən ünvana gedərək Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və Faiq Bağırova narkotik vasitə satmaqda şübhəli olduğu üçün onlarla Polis şöbəsinə getməli olmasını izah etmişlər. Təqsirləndirilən şəxs polis şöbəsinə gətiriləndən sonra müdafiəçi ilə təmin edilmiş və video çəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. O, həmin şəxsi axtarışda iştirak etməmişdir. Qeyd etdikləri ilə yanaşı, onu da bildirir ki, Faiq Bağırovun üzərindən narkotik vasitə və psixotrop maddə aşkar edildikdən sonra, Faiqin həmin maddələri aldığı Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi üçün ətrafında əməliyyat-axtarış tədbirləri keçirilərkən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə həm Gəncə şəhərində, həm də Göygöl rayonunda olmuşlar. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya digər təsir, təzyiq göstərilməmiş, hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Şəxsi axtarış keçirilərkən isə prosessual hərəkətlər videoçəkilişlə, həmçinin təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı ilə keçirilmişdir. Onlar Təqsirləndirilən şəxs 16 dekabr 2021-ci il tarixdə Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən “Sevimli market” mağazasının qarşısında saxlamışlar. Təqsirləndirilən şəxs Gəncə şəhəri, Nəzakət Məmmədova küçəsi, 28 saylı evin qarşısında 15 dekabr 2021-ci il tarixdə saxlanılmasına dair göstərdikləri isə doğru olmayan, özündən uydurduğu məlumatlardır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Göygöl rayon X27 Polis bölməsində polis nəfəri vəzifəsində işləmişdir. 15 dekabr 2021-ci il tarixdə Gəncə şəhəri, Gülüstan qəsəbə sakini Şahid1 qanunsuz olaraq narkotik vasitə istifadə etməsi, üzərində saxlamaqla Göygöl rayonu ərazisində də narkotik vasitə qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat tədbirlərinin keçirilməsi üçün əməliyyat-axtarış fəaliyyətinin keçirilməsi barədə Göygöl rayon X27 Polis bölməsinin baş əməliyyat müvəkkili Şəhriyar Orucov tərəfindən qərar qəbul edilmişdir. O, Göygöl RPŞ-nin Sarısu Polis bölməsinin sahə rəisi Şahid4, manqa komandiri Şahid3, polis nəfərləri Şahid5, Şahid6 da tədbirə cəlb edilmişdir. Şahid1 ətrafında keçirilən tədbirlər nəticəsində Bəxşəlinin Göygöl rayonu, Qızılqaya qəsəbəsi ərazisində olması barədə məlumat əldə edib dərhal həmin əraziyə getmişlər. Həmin gün saat təxminən 22 radələrində Şahid1 Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən “Sevimli market” mağazasının yaxınlığında görüb ona yaxınlaşıb özləri barədə və hansı səbəbdən yaxınlaşmalarını izah edib Baxşəlini və yanında olan, sonradan şəxsiyyəti onlara məlum olan Gəncə şəhər sakini X14 Göygöl rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Şahid1 və Faiq Bağırov müdafiəçilərlə təmin edilmiş və video çəkilişdən istifadə etməklə Şahid1 üzərində şəxsi axtarış keçirilmişdir. O, həmin şəxsi axtarışda iştirak etməmişdir. Daha sonra Faiq Bağırovun üzərində müdafiəçisinin iştirakı ilə video çəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. O da həmin şəxsi axtarışda iştirak etmişdir. Şəxsi axtarış zamanı Faiq Bağırov cibindən 2 ədəd bükümü çıxardıb təqdim etmişdir. Həmin bükümlər açıldıqda bükümün birinin içərisində narkotik vasitə heroinə bənzər maddə, digərində isə psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Faiq Bağırovun üzərindən aşkar edilmiş bükümlər tərəzidə çəkilərək heroin bənzər maddənin çəkisinin xatırladığı qədər 0,24 qram, psixotrop maddə metafetaminə bənzər maddənin isə çəkisinin 0,23 qram olduğu müəyyən olunmuşdur. Faiq Bağırov üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni Gəncə şəhərində adını bilmədiyi, şifahi tanıdığı şəxsdən özü istifadə etmək üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Faiq Bağırovun üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə onların iştirakı ilə qablaşdırılmış, bu barədə tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Faiq Bağırovun üzərində şəxs axtarış aparılandan sonra onun narkotik vasitə və psixotrop maddəni aldığı, sonradan adı onlara məlum olan Elşənin kimliyi, harada yaşamasını müəyyən etmişlər. Onlara məlum olmuşdur ki, Elşən adlı şəxs Gəncə şəhər sakini Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirib onun 16 dekabr 2021-ci il tarixdə saat 17:30 radələrində Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən “Sevimli market” mağazasının yaxınlığında olmasını müəyyən etmişlər. Bundan sonra yuxarıda adlarını qeyd etdiyi Sarısu Polis bölməsinin əməkdaşları ilə birlikdə qeyd edilən ünvana gedərək Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və Faiq Bağırova narkotik vasitə satmaqda şübhəli olduğu üçün onlarla Polis şöbəsinə getməli olmasını izah etmişlər. Təqsirləndirilən şəxs polis şöbəsinə gətiriləndən sonra müdafiəçi ilə təmin edilmiş və video çəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış aparılmışdır. Həmin şəxsi axtarışda Göygöl rayon X27 Polis bölməsinin baş əməliyyat müvəkkili Şəhriyar Orucov, sahə rəisi Şahid4 və manqa komandiri Şahid3, KTQ-nin baş inspektor-kriminalisti Rafiq Hüseynov iştirak etmişlər. O, həmin şəxsi axtarışda iştirak etməmişdir. Faiq Bağırovun üzərindən narkotik vasitə və psixotrop maddə aşkar edildikdən sonra, Faiqin həmin maddələri aldığı Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi üçün ətrafında əməliyyat-axtarış tədbirləri keçirilərkən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə həm Gəncə şəhərində, həm də Göygöl rayonunda olmuşlar. Təqsirləndirilən şəxs qarşı onun tərəfindən və ya digər polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya digər təsir, təzyiq göstərilməmiş, hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Şəxsi axtarış keçirilərkən isə prosessual hərəkətlər videoçəkilişlə, həmçinin təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı ilə keçirilmişdir. Onlar Təqsirləndirilən şəxs 16 dekabr 2021-ci il tarixdə Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən “Sevimli market” mağazasının qarşısında saxlamışlar. Təqsirləndirilən şəxs Gəncə şəhəri, Nəzakət Məmmədova küçəsi, 28 saylı evin qarşısında 15 dekabr 2021-ci il tarixdə saxlanılmasına dair göstərdikləri yalan məlumatlar olmaqla törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətindən kənarda qalmaq məqsədilə verdiyi özünü müdafiə xarakterli ifadələrdir. Göstərilənlərdən başqa, cinayət işinin məhkəmə istintaqı zamanı müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X22 ifadəsində göstərmişdir ki, o, tutulmamışdan əvvəl təxminən iki ildən artıq müddətdə narkotik vasitə qəbul etmişdir. Şahid1 əvvəllər tanımışdır. O, hərdən Şahid1 ilə görüşüb birlikdə narkotik vasitə qəbul etmişlər. Narkotik vasitə lazım olduğu zaman da Gəncə şəhərində tanımadığı şəxsdən almışdır. 15 dekabr 2021-ci il tarixdə saat təxminən 21 radələrində Baxşəli ona zəng edərək narkotik vasitə olub-olmadığını soruşmuşdur. O, Baxşəliyə narkotik vasitə təşkil edəcəyini bildirmişdir. Sonra o, Gəncə şəhərində tanımadığı şəxsdən narkotik vasitə heroin almışdır. Baxşəliyə zəng edərək narkotik vasitə əldə etdiyini deyərək Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən “Sevimli market” mağazasının yanına gəlməsini demişdir. Həmin gün saat 22 radələrində narkotik vasitəni üzərində gətirərək Baxşəli ilə Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən “Sevimli market” mağazasının yaxınlığında görüşmüşdür. Üzərində gətirdiyi narkotik vasitə olan heroinin bir qismini Baxşəliyə 10 manata satmışdır. Bundan sonra Baxşəli ilə birlikdə “Sevimli market” mağazasının arxasına tərəf gedərkən Göygöl RPŞ-nin mülki geyimdə olan bir neçə nəfər əməkdaşı onlara yaxınlaşıb özlərini təqdim etmişlər və onları Göygöl RPŞ-nə dəvət etmişlər. Polis Şöbəsində müdafiəçi ilə təmin olunduqdan sonra videoçəkiliş vasitəsilə onun üzərinə baxış keçirilərək ona üzərində hər hansı bir narkotik vasitə və ya dövriyyəsi qanunla qadağan olunmuş əşya varsa təqdim etməsi təklif olunmuşdur. O, cibindəki 1 ədəd bükümün içərisində psixotrop maddə metamfetamini və 1 ədəd digər bükümün içərisində narkotik vasitə heroini təqdim etmişdir. Sonra həmin maddələr tərəzidə çəkilərək, zərfə qoyulub möhürlənərək qablaşdırılıb götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şahid X22 ifadəsinin davamında göstərmişdir ki, o, Təqsirləndirilən şəxs qardaşı Osmana görə tanımışdır. Təqsirləndirilən şəxs ona narkotik vasitə satmamışdır. Həmçinin o, Təqsirləndirilən şəxslə bir yerdə narkotik vasitə istifadə etməmişdir. Çünki o, narkotik vasitəni iynə vurmaq yolu ilə, Təqsirləndirilən şəxs isə narkotik vasitəni çəkmək yolu ilə qəbul etmişdir. Əvvəllər Təqsirləndirilən şəxslə aralarında elə söhbətlər olub ki, hər ikisi birlikdə pul qoyub narkotik vasitə alsınlar. Amma Təqsirləndirilən şəxs ona narkotik vasitə satmamışdır. Məhkəmə baxışı zamanı şahid X10 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində şahid qismində dindirilməsinə dair cinayət işinin materiallarında olan həmin protokol elan olunmaqla tədqiq edilmişdir. Şahid X22 məhkəməyədək icraat zamanı dindirilərkən verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadəsində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki, o, təxminən 2 ildən artıqdır ki, narkotik vasitə qəbul edir. Şahid1 isə 1 ilə yaxındır ki tanıyır. Ara-sıra Şahid1 ilə görüşüb birlikdə narkotik vasitə qəbul etmişlər. Narkotik vasitə lazım olduğu zaman da Gəncə şəhərində yaşayan tanışı Elşən adlı şəxsdən almışdır. 15 dekabr 2021-ci il tarixdə saat təxminən 21 radələrində Baxşəli ona zəng edərək narkotik vasitə olub-olmadığını soruşmuşdur. O, Baxşəliyə narkotik vasitə təşkil edəcəyini bildirmişdir. Bundan sonra həmin gün Elşən ilə görüşüb ondan narkotik vasitə heroin almışdır. Baxşəliyə zəng edərək narkotik vasitə əldə etdiyini deyərək Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən “Sevimli market” mağazasının yanına gəlməsini demişdir. Həmin gün saat 22 radələrində narkotik vasitəni üzərində daşıyaraq Baxşəli ilə Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən “Sevimli market” mağazasının yaxınlığında görüşmüşdür. Üzərində gətirdiyi Elşəndən aldığı narkotik vasitə olan heroinin bir qismini Baxşəliyə 10 manata satmışdır. Bundan sonra Baxşəli ilə birlikdə “Sevimli market” mağazasının arxasına tərəf gedərkən Göygöl RPŞ-nin mülki geyimdə olan bir neçə nəfər əməkdaşı onlara yaxınlaşıb özlərini təqdim etmişlər və onları Göygöl RPŞ-nə dəvət etmişlər. Polis Şöbəsində dəvət olunmuş müdafiəçi Siyavuş Bağırov və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərinə baxış keçirilərək ona üzərində hər hansı bir narkotik vasitə və ya dövriyyəsi qanunla qadağan olunmuş əşya varsa təqdim etməsi təklif olunmuşdur. O, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd qırmızı rəngli kağız bükümün içərisində olan psixotrop maddə metamfetamin və 1 ədəd qırmızı rəngli kağız bükümün içərisində olan narkotik vasitə heroini təqdim etmişdir. Həmin narkotik vasitəni və psixotrop maddəni Elşən adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra 1 ədəd qırmızı rəngli kağız bükümün içərisində olan psoxotrop maddə metamfetamin və 1 ədəd qırmızı rəngli kağız bükümün içərisində olan narkotik vasitə heroin elektron tərəzidə çəkilərək zərfə qoyulub möhürlənərək qablaşdırılıb götürülmüşdür. Daha sonra polis əməkdaşları tərəfinən bu barədə protokol tərtib olunmuş, o da həmin zərfin üzərini və tərtib olunmuş protokolu imzalamışdır. Əlavə olaraq ona ünvanlanmış sualların mahiyyəti üzrə göstərmişdir ki, həmin narkotik vasitə olan heroini o, Elşən adlı şəxsdən öz istifadəsi və Baxşəliyə satmaq üçün almışdır. O, Elşən adlı şəxsə narkotik vasitəni aldığı zaman pul verməmiş, narkotik vasitəni satdıqdan sonra ona 40 manat pul verməli olmuşdur. Onun üzərində aşkar edilmiş narkotik vasitədən nə yaşadığı evdə, nə də başqa yerdə olmamışdır. O, həmin narkotik vasitəni xx.xx.2021-ci il tarixdə saat 21 radələrində Gəncə şəhərində tanışı Elşəndən aldıqdan sonra üzərində saxlayıb daşıyaraq, həmin gün saat 22 radələrində Göygöl rayonu, Qızılqaya qəsəbəsində tanışı Baxşəli ilə görüşüb bir qismini ona satıb, bir qismini isə öz istifadəsi üçün üzərində saxlamışdır. Həmin vaxtı da polis əməkdaşları onu saxlamışlar və narkotik vasitəni aşkar edərək götürmüşlər. O, Göygöl RPŞ-nin əməkdaşları tərəfindən şöbəyə gətirilən zaman ona qarşı heç bir zorakı hərəkət olmamış və heç bir təzyiq göstərilməmişdir. O, Elşənin narkotik vasitə istifadə etdiyini bildiyi üçün ona da narkotik vasitə tapmasını istəmişdir. Elşənin narkotik vasitəni haradan əldə etməsini isə bilməmişdir (iş vərəqə: cild İ, səh. 87- 89). Məhkəmə baxışı zamanı elan olunan ifadəsinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi şahid X13 təklif edilərkən o, ziddiyyətli ifadələr verməsinin səbəbini isə izah edə bilməmişdir. Bundan başqa, cinayət işinin məhkəmə istintaqı zamanı müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Onun anasının qonşuluğunda olan evin qapısının qarşısında müşahidə kamerası var. Elşən tutulmamışdan qabaq anası gildə olmuşlar, həmin vaxt Elşən evdən mağazaya getmək üçün çıxmışdı. Sonradan Elşənin tutulduğunu bilmişdir. Sonra o, anası gilin qonşularının evinə gedib monitorda kamera görüntülərinə baxmışdır. O, kamera görüntülərinə baxarkən monitordan həmin görüntüləri telefon vasitəsi ilə videoya çəkmişdir. Lakin o, həmin görüntülərin əslini götürməmişdir. Həmin görüntülərdən görünürdü ki, Elşəni bir neçə nəfər mülki geyimli şəxslər saxlayırlar. O, hesab edir ki, həmin görüntülər Elşənin tutulduğu günə aid olan olan görüntülərdir. Cinayət işinin məhkəmə istintaqı zamanı müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri, Nəzakət Məmmədova küçəsi, 28 saylı evdə yaşayır. Onun yaşadığı evin qarşısında müşahidə kamerası var. O, evdə olmadığı vaxt qonşudan tanıdığı Leyla Xudaverdiyeva onların evinə gələrək müşahidə kamerasında hansısa görüntülərə baxmışdır. Həmin vaxt evdə uşaqları olmuşdur. Leyla Xudaverdiyeva kamera görüntülərinə baxarkən ola bilər ki, hansısa görüntüləri telefonu vasitəsilə videoya çəkmişdir. Lakin həmin vaxt o, evdə olmadığına görə bu barədə dəqiq deyə bilməz. Onu da bildirir ki, həmin vaxtdan olan görüntülər hazırki vaxtadək silinmiş və əvvəlki görüntüləri bərpa etmək mümkün deyil. Çünki, həmin müşahidə kamerasının müəyyən yaddaş tutumu olur və əvvəlki görüntülər bir neçə aydan sonra silinir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 25 fevral 2022-ci il tarixli qərardan görünür ki, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işindən Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır (iş vərəqə: cild İ, səh. 01-04). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 15 dekabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Şahid1 üzərində müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilərkən üzərindən narkotik vasitə heroinə oxşar maddə aşkar edilmiş, çəkisi 0,08 qram olmuşdur. Şahid1 həmin narkotik vasitə heroini özü istifadə etmək üçün Faiq adlı şəxsdən 10 manata aldığını bildirmişdir (iş vərəqə: cild İ, səh. 20-21). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 15 dekabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, X10 üzərində müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilərkən cibindəki 1 ədəd bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər və 1 ədəd digər bükümün içərisində narkotik vasitə heroinə bənzər maddələr aşkar edilmişdir. Heroinə bənzər maddənin çəkisi 0,24 qram, metamfetaminə bənzər maddənin çəkisi isə 0,23 qram olmuşdur (iş vərəqə: cild İ, səh. 31-32). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 16 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh. 51). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 16 dekabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan şalvarın belindəki kəmərin alt hissəsində qara rəngli rezin iplə çəkilmiş, dəri materialdan olan bağlamanın içərisində saxladığı biri şəffaf rəngli sellofan bükümdə, digəri isə gümüşü rəngli kağız bükümdə olan 2 ədəd bükümün içərisində ilk görünüşdən narkotik vasitə heroinə və psixotrop maddə olan metamfetaminə oxşar kütlələri təqdim etmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilərkən 1 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroinə oxşar kütlənin bükümlə birlikdə çəkisinin 2,30 qram, 1 ədəd gümüşü rəngli kağız bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlənin kağız bükümlə birlikdə çəkisinin 0,29 qram olması müəyyən edilmişdir. Sonra həmin 2 ədəd büküm zərfə qoyularaq möhürlənmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs həmin kütləni Bakı şəhərində tanımadığı şəxsdən onlayn formada aldığını, həmin kütlədən tanışı Faiq adlı şəxsə verdiyini, Faiqin ona 40 manat pul verməli olduğunu, həmin kütlədən başqa heç bir yerdə saxlamadığını bildirmişdir. Sonra isə bu barədə protokol tərtib olunmuş və imzalanmışdır (iş vərəqə: cild İ, səh. 53-55). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan X10 üzərindən aşkar edilmiş maddələrlə bağlı Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə Rеgiоnаl Bölməsinin 16 dekabr 2021-ci il tarixli, 16/1330 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində imzalar olan kağız paketdəki 1 (bir) ədəd qırmızı rəngli kağız bükümdə təmiz çəkisi 0,155 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Həmin kağız paketdəki 1 (bir) ədəd qırmızı rəngli kağız bükümdə təmiz çəkisi 0,102 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir (iş vərəqə: cild İ, səh. 63-66). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə Rеgiоnаl Bölməsinin 16 dekabr 2021-ci il tarixli, 16/1331 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Saxlanılan şəxs Şahid1.” sözlər və imzalar olan kağız paketdəki 1 (bir) ədəd “gümüşü” rəngi kağız bükümdə təmiz çəkisi 0,035 qram maddə- kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir (iş vərəqə: cild İ, səh. 67-69). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə Rеgiоnаl Bölməsinin 17 dekabr 2021-ci il tarixli, 16/1335 nömrəli rəyindən görünür ki, həmin ekspertiza rəyində həm Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələrin tərkibi, həm də həmin maddələrlə X10 üzərindən aşkar edilmiş maddələrin eyniliyinin müəyyən edilib-edilməməsi üçün ekspertiza keçirilmiş və həmin ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs.” sözləri yazılmış kağız paketdəki: -2 (iki) ədəd iç-içə keçilmiş şəffaf polietilen torbacıqda təmiz çəkisi 2,204 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. -1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 0,224 qram maddə kustar üsulla hazırlanmış pixotrop maddə - metamfetamindir. -Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd kağız paketlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. -Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd kağız paketlərdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər (iş vərəqə: cild İ, səh. 76-79). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 17 dekabr 2021-ci il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs və X10 arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Faiq Bağırov 15 dekabr 2021-ci il tarixdə saat 21 radələrində Elşən Xudaverdiyəvlə telefonla danışaraq Elşəndən narkotik vasitə olubolmadığını soruşmuş, Elşən Xudaverdiyəv isə narkotik vasitə olduğunu deyərək, Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən “Sevimli Market” mağazasının yaxınlığında Təqsirləndirilən şəxs narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Faiq Bağırova satmışdır. Həmin vaxt X31 verəcəyi 40 manat pulunun olmadığını, daha sonra verəcəyini demiş, Elşən Xudaverdiyəv isə razılaşmışdır, həmin üzləşmə zamanı Elşən Xudaverdiyəv isə göstərmişdir ki, Faiq Bağırov ona 30 manat pul verərək narkotik vasitə almasını istəmiş və X25 üçün narkotik vasitə almışdır. 15 dekabr 2021-ci il tarixdə saat 21 radələrində Faiq ona zəng edərək narkotik vasitə alıb-almadığını soruşmuş, o, Faiqə narkotik vasitə aldığını demişdir. Onlar Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən “Sevimli Market” mağazasının yaxınlığında görüşmüşlər və Elşən Xudaverdiyəv həmin narkotik vasitəni Faiq Bağırova vermişdir. Faiq Bağırov ona verəcəyi pulunun olmadığını, növbəti gün verəcəyini demiş, Elşən Xudaverdiyəv isə razılaşmışdır (iş vərəqə: cild İ, səh. 95-96). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Göygöl Rayon Məhkəməsinin 18 dekabr 2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 16 dekabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.137-138). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Göygöl Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli “əməliyyat-axtarış tədbirinin qanuniliyinin yoxlanılmasıda dair” qərardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göygöl rayon X27 PBnin CAÜ baş əməliyyat müvəkkili, polis kapitanı X4 15 dekabr 2021-ci il tarixli qərarı və həmin qərar əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri qanuni hesab edilmişdir (iş vərəqə: cild İ, səh.145). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Bakı şəhəri Suraxanı rayonu İcra hakimiyyəti başçısının Əmircan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 1/1 nömrəli xasiyyətnaməsindən və arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır, evlidir, bir azyaşlı övladı var. Həmin ünvanda yaşadığı müddətdə onun haqqında Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmayıb (iş vərəqə: cild İ, səh.167, 168). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 13 fevral 2022-ci il tаriхli tələbnаməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh.170). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2022-ci il tarixli, 859 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur (iş vərəqə: cild İ, səh.175). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 24 fevral 2022-ci il tarixli, 236 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Həmin rəydən həmçinin görünür ki, Təqsirləndirilən şəxs ekspertizadan keçərkən ondan aşkar edilən narkotik vasitəni sosial şəbəkədən tanımadığı şəxsdən aldığını bildirmişdir (iş vərəqə: cild İ, səh.186). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Göygöl rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 1(066)-59/2022 saylı hökmündən görünür ki, X22 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (iş vərəqə: cild İ, səh.216-224). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserin 17 fevral 2022-ci il tarixli, 160 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. O, hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini idarə etmək imkanına malik olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda da müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild İ, səh.225-227). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 29 aprel 2022-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, X22 və Şahid1 əməlinə ********* nömrəli başqa cinayat işi üzrə hüquqi qiymət verilməsi nəzərə alınmış, bundan başqa Şahid1 götürülmüş 0,035 qram çəkidə narkotik vasitə hesab edilən heroinin, X9 götürülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,155 qram narkotik vasitə hesab edilən heroinin, 0,102 qram psixotrop maddə hesab edilən metamfetaminin, Təqsirləndirilən şəxs götürülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 2,204 qram narkotik vasitə hesab edilən heroinin, 0,224 qram psixotrop maddə hesab edilən metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq çəkiləri cinayət işi üzrə maddi sübut kimi tanınmış və Göygöl rayon Polis Şöbəsində saxlanca təhvil verilmişdir, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün əks olunduğu 1 ədəd DVD disk iş üzrə sübut növü kimi qəbul edilmişdir (iş vərəqə: cild İ, səh.236-252). Məhkəmənin qərarı əsasında təyin edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 mart 2023-cü il tarixli, 3/361 saylı məhkəmə portret ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş və üzərində “Müdafiəçi təqdim etdiyi disk” yazı qeydləri olan kağız disk qabının içərisində olan “CD-R” tipli diskdəki videogörüntülərdə əks olunmuş şəxslərin xarici görünüşünün anatomik elementləri – sifət cizgiləri, alnı, qaşları, gözlərin, göz qapaqları, qulaq seyvanı əks olunmadığından, sifətin ümumi konfiqurasiyası, dodaqları, ağzı, burnu, burun-dodaq süzgəci, çənəsi, burun sonluğu, burun əsası, burunüstü hissəsi, yanaqları isə tam və aydın əks olunmadığından eyniləşdirmə tədqiqatı üçün yararsızdır (cinayət işinin materialları). Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2023-cü il tarixli, 5/262 saylı məhkəmə kompüter-texniki ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş optik diskin yaddaşında olan video fayllarda əks olunan tarix və zaman göstəricilərinin real tarix və zamana uyğun olubolmamasını yoxlamaq mümkün olmamışdır (cinayət işinin materialları). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “heroin” narkotik vasitəsinin və “metamfetamin” psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq əldə etdiyi “heroin” narkotik vasitəsinin miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da müəyyən edilmiş külli miqdar həddindən artıq miqdarda olmuş, “metamfetamin” psixotrop maddəsinin miqdarı isə şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, “Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində onun üzərindən şəxsi axtarış zamanı hər hansı növdə narkotik vasitə aşkar edilməməsinə və X13 narkotik vasitə satmamasına, ibtidai istintaq zamanı onun polis əməkdaşları tərəfindən göstərilən fiziki təzyiqlər nəticəsində etirafedici ifadələr verməsinə, bundan başqa onun elan edilmiş ittihamda göstərildiyi kimi 16 dekabr 2022-ci il tarixdə deyil, 15 dekabr 2021-ci il tarixdə saxlanılmasına, həmçinin onun Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən “Sevimli market” mağazasının qarşısında deyil, Gəncə şəhərində qayınanası gildən həyətə çıxarkən onun qayınanası gilin qonşuluğundakı Gəncə şəhəri, Nəzakət Məmmədova küçəsi, 28 saylı evin qarşısında polis əməkdaşları tərəfindən saxlanılmasına dair göstərdiklərini cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə qarşılıqlı şəkildə tədqiq edərək, cinayət işi materiallarına əlavə edilmiş ekspertiza rəylərini, istintaq hərəkəti protokollarını, həmçinin sübut növü kimi təqdim edilmiş şahid ifadələrini və iş üzrə sübut əhəmiyyəti daşıyan sənədləri tədqiq etməklə yanaşı, eyni zamanda məhkəmə araşdırması zamanı qəbul edilmiş qərarlar əsasında təyin edilmiş ekspertiza rəylərini, müvafiq mobil telefon operatorlarından göndərilmiş “anten dairəsi ilə bağlı məlumatlar”ı, həmçinin əlavə şahidlərin də ifadələrini tədqiq edərək Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı ifadəsində həmin göstərdiklərini onun cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli ifadələri heç bir dəlillərlə öz təsdiqini tapmadığı və inandırıcı olmadığı kimi, ümumiyyətlə cinayət işinin faktiki hallarına da uyğun deyil. Belə ki, təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni məhkəməyədək icraat zamanı onun polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalıb-qalmaması ilə əlaqədar qeyd edilən xüsusatların araşdırılıb müvafiq qərar qəbul edilməsinə dair Göygöl Rayon Prokurorluğuna sorğu göndərilmiş və həmin sorğu əsasında Göygöl Rayon Prokurorluğundan məhkəməyə göndərilmiş 69-C/22 saylı material məhkəmə araşdırması zamanı tədqiq edilmişdir. Həmin materialların məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni məhkəməyədək icraat zamanı onun polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalıb-qalmaması ilə əlaqədar olaraq onun barəsində əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, təhqiqat və istintaqın aparılmasında iştirak edən polis əməkdaşlarının izahatları alınmış və Təqsirləndirilən şəxs Göygöl RPŞ-nin əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması öz təsdiqini tapmadığından Göygöl Rayon Prokurorluğunda toplanmış material əsasında cinayət hadisəsi müəyyən edilmədiyindən 07 iyul 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin materiallar məhkəmədə tədqiq edilərkən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə X20 gətirilərkən tərtib edilmiş aktda onun sol qulağında sıyrıq müəyyən edildiyi görünsə də, Təqsirləndirilən şəxs həmin sıyrığı Göygöl RPŞ-yə gəlməmişdən qabaq yıxılaraq aldığını bildirmiş və aktı imzalamışdır. Göygöl Rayon Prokurorluğunda toplanmış həmin material məhkəmə araşdırması zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs sol qulağında müəyyən edilmiş sıyrıqla bağlı Göygöl RPŞ-nin X19 növbətçisi vəzifəsində işləyən X11 izahatı alınmış və İlham Quliyev izahatında göstərmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə X20 yerləşdirilərkən tibb işçisi tərəfindən müayinədən keçirilərkən onun sol qulağında sıyrıq olması müəyyən edilmiş, tibb işçisi Təqsirləndirilən şəxs həmin sıyrığı harada və necə almasını soruşduqda Təqsirləndirilən şəxs həmin sıyrığı Göygöl RPŞ-yə gətirilməmişdən bir neçə gün əvvəl yıxılması nəticəsində aldığını bildirmişdir, Təqsirləndirilən şəxs bundan başqa bədənində hər hansı xəsarət aşkar edilməmişdir. Həmçinin məhkəmənin sorğusu əsasında Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2022-ci il tarixli məktubdan da görünür ki, 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs həmin müəssisəyə daxil olunarkən tibbi müayinədən keçirilmiş və müayinə zamanı onun bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır (cinayət işinin materialları). Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı ifadəsində onun 16 dekabr 2022-ci il tarixdə deyil, 15 dekabr 2021-ci il tarixdə saxlanılmasına, həmçinin onun Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən “Sevimli market” mağazasının qarşısında deyil, Gəncə şəhərində qayınanası gildən həyətə çıxarkən onun qayınanası gilin qonşuluğundakı Gəncə şəhəri, Nəzakət Məmmədova küçəsi, 28 saylı evin qarşısında polis əməkdaşları tərəfindən saxlanılmasına dair ifadəsində göstərdiklərini araşdıraraq Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş Göygöl RPŞ-nin polis əməkdaşlarının istifadəsində olan mobil telefon nömrələrinin təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi 15 dekabr 2021-ci il tarixə aid anten dairəsi məlumatlarının müvafiq mobil telefon operatorlarından götürülməsinə dair qərar qəbul etmiş və həmin qərar əsasında məhkəməyə göndərilmiş anten dairəsi məlumatları məhkəmədə tədqiq edilərkən Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi həmin hallar öz təsdiqini tapmamışdır. Eyni zamanda, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Gəncə şəhəri, Nəzakət Məmmədova küçəsində yerləşən qayınanasının yaşadığı evin qarşısında saxlanması ilə əlaqədar qonşusunun müşahidə kamerasından götürüldüyü iddia edilən videogörüntünün telefon vasitəsilə çəkilişini əks etdirən diskin məhkəmə istintaqı zamanı həmin videogörüntünün əslinin olmadığı müəyyən edilsə də, təqdim edilmiş diskdəki görüntünün orijinal olub-olmaması, diskdə montaj əlamətlərinin olub-olmaması, həmçinin görüntüdə olan vaxtın və saatın real olub-olmaması və görüntüdə olan şəxslərin şəxsiyyətinin müəyyən edilməsi ilə əlaqədar məhkəmənin qərarı əsasında kompleks məhkəmə kompyuter-texniki və məhkəmə-portret ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2023-cü il tarixli, 5/262 saylı məhkəmə kompüter-texniki ekspertizasının, həmçinin 06 mart 2023-cü il tarixli, 3/361 saylı məhkəmə portret ekspertizasının rəylərindən görünür ki, təqdim edilmiş optik diskin yaddaşında olan video fayllarda əks olunan tarix və zaman göstəricilərinin real tarix və zamana uyğun olub-olmamasını yoxlamaq mümkün olmamış, bundan başqa tədqiqata təqdim edilmiş və üzərində “Müdafiəçi təqdim etdiyi disk” yazı qeydləri olan kağız disk qabının içərisində olan “CD-R” tipli diskdəki videogörüntülərdə əks olunmuş şəxslərin xarici görünüşünün anatomik elementləri – sifət cizgiləri, alnı, qaşları, gözlərin, göz qapaqları, qulaq seyvanı əks olunmadığından, sifətin ümumi konfiqurasiyası, dodaqları, ağzı, burnu, burun-dodaq süzgəci, çənəsi, burun sonluğu, burun əsası, burunüstü hissəsi, yanaqları isə tam və aydın əks olunmadığından eyniləşdirmə tədqiqatı üçün yararsızdır. Odur ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş həmin ekspertiza rəylərini məhkəmə mötəbər sübut növü kimi qəbul edərək təqdim edilmiş diskdə olan videogörüntülərin həqiqiliyi, yaranma mənbəyi, əldə edilməsi halları və görüntüdə olan şəxslərin kimliyinin müəyyən edilməsi mümkün olmadığından məhkəmə həmin video görüntülərin olduğu diski sübut növü kimi qəbul etmir. Bundan başqa, göstərilənlərlə yanaşı qeyd edilməlidir ki, cinayət işinin materialları və təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı verdiyi ifadələri qarşılıqlı şəkildə tədqiq edilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə ilkin araşdırma başlandığı vaxtdan üzərində şəxsi axtarış keçirilərkən sorğu-sual zamanı ondan aşkar edilmiş heroini və metamfetamini Bakı şəhərində tanımadığı şəxsdən onlayn formada aldığını, həmin kütlədən tanışı Faiq adlı şəxsə verdiyini, Faiqin ona 40 manat pul verməli olduğunu bildirmiş (iş vərəqə: cild İ, səh. 53-55), sonra həmin vaxt izahat verərkən verilmiş suallara da cavab olaraq onun üzərindən həmin maddələrin aşkar edildiyini etiraf etmiş və Faiqə narkotik vasitə verdiyini bildirmiş (iş vərəqə: cild İ, səh. 58-59), daha sonra Təqsirləndirilən şəxslə Faiq Bağırov arasında 17 dekabr 2021-ci il tarixdə üzləşdirmə istintaq hərəkəti keçirilərkən Faiq Bağırov 40 manat müqabilində Təqsirləndirilən şəxs ona heroin və metamfetamin satdığını Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs isə Faiq Bağırova pul müqabilində narkotik vasitə satdığını etiraf etmiş (iş vərəqə: cild İ, səh. 95-96), bundan sonra 18 dekabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində də pul müqabilində Faiq Bağırova narkotik vasitə satdığını etiraf etmiş (iş vərəqə: cild İ, səh. 117-119), eyni zamanda təqsirləndirilən Təqsirləndirilən şəxs ilkin araşdırma başlandığı vaxtdan bir neçə ay sonra polis əməkdaşlarının heç bir təsiri olmadığı şəraitdə Gəncə şəhəri Narkoloji Dispanserində 24 fevral 2022-ci il tarixdə ekspertizadan keçərkən ondan aşkar edilmiş narkotik vasitəni sosial şəbəkədən tanımadığı şəxsdən aldığını bildirmiş, yəni üzərindən həqiqətən də narkotik vasitənin aşkar edildiyini inkar etməmişdir (iş vərəqə: cild İ, səh. 186), sonda isə 02 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olarkən o, özünün törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməsini xahiş etdiyini bildirmiş və onun üzərindən narkotik vasitə aşkar edilməməsini və ya ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verildiyini ümumiyyətlə göstərməmişdir (iş vərəqə: cild İ, səh. 260-261). Cinayət işinin materiallarından göründüyü kimi, əgər təqsirləndirilən şəxsin üzərində ilkin araşdırma başlandığı vaxt şəxsi axtarış keçirildiyi və ya həmin vaxt izahat verdiyi vaxt onun saxlanılmasında iştirak edən polis əməkdaşları iştirak edərkən həmin polis əməkdaşlarının təqsirləndirilən şəxsə hətta hər hansı təsir etmək imkanları olsa belə, artıq ibtidai araşdırmanın sonrakı mərhələsində də Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan və orada polis əməkdaşlarının hər hansı təzyiq göstərilməsi imkanlarının olmadığı şəraitdə cinayət işinin materialları ilə tanış olarkən onun üzərindən heç bir narkotik vasitə aşkar edilmədiyini, ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verildiyini bildirməməsi və özünü qismən təqsirli bildiyini göstərməsi, həmçinin məhkəmə araşdırması zamanı özünün saxlanıldığı tarix və yerlə bağlı verdiyi fərqli ifadələrini ibtidai istintaqın əvvəlindən sonunadək ümumiyyətlə göstərməməsi Təqsirləndirilən şəxs məhkəmədə həqiqətə uyğun olmayan, uydurma və heç bir faktla öz təsdiqini tapmayan, yalnız özünün cinayət məsuliyyətindən azad edilməsinə yönəlmiş yalan məlumatlar olduğunu bir daha təsdiq edir. Təqsirləndirilən şəxs ibtidai istintaqda ilkin araşdırma zamanı etirafedici ifadələri verərkən onun polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya digər təzyiqlərə məruz qalması öz təsdiqini tapmadığından onun müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri cinayət işinin hallarına uyğun olduğundan, həmin ifadələrində göstərdikləri iş üzrə digər sübutlarla da təsdiq edildiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi həmin etirafedici ifadələrini sübut növü kimi qəbul edir. Məhkəmə eyni zamanda şahid X10 həm ibtidai istintaqda, həm də məhkəmə baхışında vеrdikləri ifadələrinin sübut növü kimi mötəbərliyinin müəyyən еdilməsini zəruri hеsab еdir. Şahid Faiq Bağırov ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin əleyhinə ifadə vermiş və üzərindən aşkar edilmiş heroini və metamfetamini 40 manat pulun müqabilində Elşəndən aldığını bildirmiş (iş vərəqə: cild İ, səh. 87-89), hətta ibtidai istintaq zamanı onların arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı da Faiq Bağırov üzərindən aşkar edilmiş heroini və metamfetamini 40 manat pulun müqabilində Elşəndən aldığını Təqsirləndirilən şəxs üzünə qarşı demişdir (iş vərəqə: cild İ, səh. 95-96). Həmin xüsusatlarla əlaqədar eyni zamanda qeyd edilməlidir ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələrlə X10 üzərindən aşkar edilmiş maddələrin eyniliyinin müəyyən edilib-edilməməsi üçün ekspertiza keçirilmiş və məhkəməkimyəvi ekspertizasının 17 dekabr 2021-ci il tarixli, 16/1335 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs.” sözləri yazılmış kağız paketdəki tədqiqata təqdim edilmiş 2 (iki) ədəd kağız paketlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər, həmçinin tədqiqata təqdim edilmiş 2 (iki) ədəd kağız paketlərdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər (iş vərəqə: cild İ, səh. 76-79). Göstərilənlərlə yanaşı, həmçinin qeyd edilməlidir ki, X10 məhkum olunmasına dair Göygöl rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 1(066)-59/2022 saylı hökmündən görünür ki, Faiq Bağırov özünün barəsində olan həmin cinayət işi üzrə də məhkəmədə təqsirləndirilən şəxs kimi verdiyi ifadəsində üzərindən aşkar edilmiş heroini və metamfetamini 40 manat pulun müqabilində Elşəndən aldığını bildirmişdir (iş vərəqə: cild İ, səh. 216-224). Lakin şahid Faiq Bağırov məhkəmə baxışında ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməyərək, Təqsirləndirilən şəxs narkotik vasitə almadığını bildirmiş, həmçinin məhkəmə baxışında ibtidai istintaqdakı ifadəsindən fərqli ifadələr verməsinin səbəbini izah edə bilməmişdir. Məhkəmə şahid Faiq Bağırovun həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi fərqli ifadələri cinayət işinin materialları ilə, həm onun, həm də Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələrin xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olmasına dair məhkəmə-kimyəvi ekspertizasının 17 dekabr 2021-ci il tarixli, 16/1335 nömrəli rəyi ilə, Faiq Bağırovun ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, üzləşdirmə istintaq hərəkəti zamanı ifadəsində göstərdikləri ilə, eyni zamanda Faiq Bağırovun özünün təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışında verdiyi ifadələri ilə, iş üzrə toplanmış digər sübutlar və cinayət işinin obyektiv halları ilə qarşılıqlı şəkildə müqayisə edərək Faiq Bağırovun ibtidai istintaq zamanı verdiyi ifadəsinin sübut kimi mötəbərliyini müəyyən etdiyindən onun hazırki məhkəmə istintaqı zamanı verdiyi ifadəsini sübut növü kimi qəbul etmir. Məhkəmə eyni zamanda cinayət işi üzrə əhəmiyyət kəsb edən hallar sırasında onu da qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 08 yanvar 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır; Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi, 63-cü maddəsi və 127-ci maddəsinin Vİİİ hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinin müddəaları cinayət təqibi üzrə təqsirləndirilən şəxsə münasibətdə o halda şamil edilir ki, həmin şəxsin təqsirliyi və ya təqsirsizliyi məhkəmə müdafiəsi hüququndan irəli gələn təminatlara riayət edilməklə digər əlaqəli cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş olsun”. Göygöl rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 1(066)-59/2022 saylı hökmündən görünür ki, X22 tanışı Təqsirləndirilən şəxs 15 dekabr 2021-ci il tarixdə saat 21 radələrində 40 manat pula razılaşıb aldığı 0,19 qram çəkidə narkotik vasitə heroini və 0,102 qram psixotrop maddə metamfetamini satış məqsədilə əldə etdikdən sonra, həmin gün saat 22 radələrində əldə etdiyi narkotik vasitə heroindən 0,035 qramını 10 manat nağd pula Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən “Sevimli Market” mağazasının yaxınlığında Şahid1 satdıqdan sonra satış məqsədilə 0,155 qram narkotik vasitə heroini və 0,102 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq üzərində saxlayıb daşıyan zaman 15 dekabr 2021-ci il tarixdə saat 22:20 radələrində Göygöl rayon X27 Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən “Sevimli market” mağazasının qarşısında saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, polis şöbəsində onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibində satış məqsədi ilə saxlayıb daşıdığı 01 ədəd qırmızı rəngli kağız bükümün içərisində ümumi təmiz çəkisi 0,102 qram çəkidə psixotrop maddə hesab edilən metamfetamin, 01 ədəd qırmızı rəngli kağız bükümün içərisində təmiz çəkisi 0,155 qram çəkidə narkotik vasitə hesab edilən heroin aşkar edilərək ondan götürülmüşdür (iş vərəqə: cild İ, səh. 216-224). Beləliklə də, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib daşıyaraq saxlaması və satması şahidlərin ifadələri, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, “üzləşdirmə istintaq hərəkəti haqqında”, “şəxsi axtarış haqqında” protokollar, maddi sübutlar, digər istintaq hərəkəti protokolları, ekspert rəyləri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq sübuta yetirilmişdir. Cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş və mötəbərliyi mübahisə doğurmayan qeyd edilən həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biridigərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib daşıyaraq saxlamaqla və satmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 16 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 16 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Göygöl Rayon Məhkəməsinin 18 dekabr 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 16 dekabr 2021-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 24 fevral 2022-ci il tarixli, 236 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən qeyd edir ki, Göygöl rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 1(066)-59/2022 saylı hökmündən görünür ki, X9 götürülmüş 0,155 qram narkotik vasitə heroinin və 0,102 qram psixotrop maddə metamfetaminin, həmçinin Şahid1 götürülmüş 0,035 qram narkotik vasitə heroinin məhv edilməsi barədə qərar qəbul edilmişdir. Odur ki, Göygöl rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 1(066)-59/2022 saylı hökmünə əsasən X9 götürülmüş 0,155 qram narkotik vasitə heroinin və 0,102 qram psixotrop maddə metamfetaminin, həmçinin Şahid1 götürülmüş 0,035 qram narkotik vasitə heroinin məhv edilməsi nəzərə alınmalı, bundan başqa Təqsirləndirilən şəxs götürülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 2,204 qram narkotik vasitə heroinin və 0,224 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq çəkiləri hökm qanuni qüvvəyə mindikdən məhv edilməli, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin video görüntülərinin əks olunduğu 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, ibtidai istintaq zamanı iş üzrə 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində, məhkəmə araşdırması zamanı isə 147 (yüz qırx yeddi), ümumilikdə 179,40 (yüz yetmiş doqquz manat qırx qəpik) manat ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 16 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Göygöl rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 1(066)-59/2022 saylı hökmünə əsasən X9 götürülmüş 0,155 qram narkotik vasitə heroinin və 0,102 qram psixotrop maddə metamfetaminin, həmçinin Şahid1 götürülmüş 0,035 qram narkotik vasitə heroinin məhv edilməsi nəzərə alınsın, bundan başqa Təqsirləndirilən şəxs götürülmüş ayrıayrılıqda təmiz çəkiləri 2,204 qram narkotik vasitə heroinin və 0,224 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq çəkiləri hökm qanuni qüvvəyə mindikdən məhv edilsin, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin video görüntülərinin əks olunduğu 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 179,40 (yüz yetmiş doqquz manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Mikayıl Məmmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar