Məhkəmə qərarları › İş №1(100)-51/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-51/2024

25.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-51/2024 25.01.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, X3 və Əliyev Nicat Şirzad oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, zərərçəkmiş şəxslərin nümayəndələri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Nümayəndə1, Nümayəndə2, Nümayəndə3, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1983-cü ildə Xanlar rayonunda anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, Göygöl şəhəri, A.Hacıyev küçəsi, ev 26, mənzil 1-də qeydiyyatda olmaqla, Göygöl şəhəri, şəhid Həsən Bayramov küçəsi, ev 67-də yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs təkrar zərərçəkmiş şəxslərin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, o, tamah niyyəti ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmək məqsədilə 2018-ci ilin mart ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə X14 İdarəsinin rəisi vəzifəsində çalışan Zərərçəkmiş şəxs2 Göygöl rayonu, Üçtəpə kəndində yerləşən xidməti iş otağına gəlib sonuncuya 2014-cü ildə idarədə iş qəzası zamanı bir nəfərin ölməsi və həmin ölümlə bağlı onda tutarlı faktların olması, bununla bağlı təsisçisi və baş redaktoru olduğu “Demokratik.az” saytında məlumatlar dərc edəcəyini bildirib, həmin məlumatın dərc edilməməsi üçün Zərərçəkmiş şəxs2 1000 (bir min) manat verməsini tələb etmiş, lakin sonuncu pulu verməkdən imtina etdiyi üçün o, Zərərçəkmiş şəxs2 vəzifəli şəxslərə pul verməklə ölüm işini ört-basdır etməyi ilə bağlı 02 aprel 2018-ci il tarixdə “Demokratik.az” internet portalında “Əhmədzadə Qaralovdan nə xahiş edib Göygöl SSİ-də ölüm işi” başlığı altında həqiqətə uyğun olmayan məlumatları yerləşdirərərək Zərərçəkmiş şəxs2 barəsində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə 1000 (bir min) manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, o, təkrar, tamah niyyəti ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmək məqsədilə 2018-ci ilin may ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə X14 İdarəsinin rəisi vəzifəsində çalışan Zərərçəkmiş şəxs2 Göygöl rayonu, Üçtəpə kəndində yerləşən xidməti iş otağına gəlib sonuncuya rəhbəri olduğu idarə ilə bağlı onda xeyli sayda xoşagəlməz məlumatlar olduğunu və həmin məlumatları təsisçisi və baş redaktoru olduğu “Demokratik.az” saytında yerləşdirmək istədiyini, həmin məlumatların yerləşdirilməməsi üçün Zərərçəkmiş şəxs2 ona 1000 (bir min) manat pul verməsini tələb etmiş, lakin sonuncu pulu verməkdən imtina etdiyi üçün o, 04 iyun 2018-ci il tarixdə “Əhməd hardadır? - Göygöl Melioratorları bu suala cavab tapdı” başlığı altında X14 İdarəsinin rəhbərinin ünvanına həqiqətə uyğun olmayan məqaləni “Demokratik.az” internet portalında yerləşdirməklə Zərərçəkmiş şəxs2 barəsində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə 1000 (bir min) manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, o, təkrar, tamah niyyəti ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmək məqsədilə 2018-ci ilin iyul ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə X14 İdarəsinin rəisi vəzifəsində çalışan Zərərçəkmiş şəxs2 Göygöl rayonu, Üçtəpə kəndində yerləşən xidməti iş otağına gəlib sonuncunun Göygöl rayon prokuroru haqqında xoşagəlməz ifadələr işlətməsi barədə onda materiallar olduğunu, həmin materialları təsisçisi və baş redaktoru olduğu “Demokratik.az” internet xəbər portalında yerləşdirməməsi üçün ona 2000 (iki min) manat pul verməsini tələb etmiş, lakin sonuncu pulu verməkdən imtina etdiyi üçün o, 08 avqust 2018-ci il tarixdə “Demokratik.az” internet portalında “Əhmədzadənin ərköyünü prokurora küfr edir – “başçının başına kül” deyir – Göygöldə” başlığı altında həqiqətə uyğun olmayan məlumatları yerləşdirməklə Zərərçəkmiş şəxs2 barəsində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə 2000 (iki min) manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, o, təkrar, tamah niyyəti ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmək məqsədilə 2022-ci ilin fevral ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə Göygöl Rayon X7 Hüquqi Şəxsdə ümumi şöbənin müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs3 xidməti iş otağına gəlib sonuncunun və ailə üzvlərinin barəsində təsisçisi və baş redaktoru olduğu “demokratik.az” internet xəbər portalında məqalələr dərc edəcəyi barədə xəbərdarlıq edib, həmin məqalələrin dərc edilməməsi üçün Zərərçəkmiş şəxs3 ona 500 manat verməsini tələb etmiş, lakin Zərərçəkmiş şəxs3 pulu verməkdən imtina etdiyi üçün o, “demokratik.az” internet xəbər portalında 19 fevral 2022-ci il tarixdə “TƏBİB-dən YAP-a xəyanət! Partiyadan qovulan stomotoloqa yüksək vəzifə necə verilib?” başlığı altında həqiqətə uyğun olmayan məlumatları dərc etməklə Zərərçəkmiş şəxs3 barəsində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə 500 (beş yüz) manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, o, təkrar, tamah niyyəti ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmək məqsədilə 2022-ci ilin mart ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə Göygöl rayon X7 Hüquqi Şəxsdə həkim stomotoloq işləyən Zərərçəkmiş şəxs4 barəsində təsisçisi və baş redaktoru olduğu “Demokratik.az” internet portalında silsiləli şəkildə rüsvayedici məlumatlar dərc edəcəyi barədə sonuncunun qohumu Şahid3 məlumat verərək həmin məlumatların yayılmaması müqabilində Zərərçəkmiş şəxs4 ona 200 (iki yüz) manat, Göygöl rayon X7 Hüquqi Şəxsin mühafizə xidmətinin rəhbəri vəzifəsində işləyən Şahid1 vasitəsi ilə isə 500 (beş yüz) manat verməsini tələb etmiş, lakin Zərərçəkmiş şəxs4 göstərilən məbləğlərdə pulu ona vermədiyi üçün Zərərçəkmiş şəxs4 barəsində “demokratik.az” saytında 05 may 2022-ci il tarixdə “Göygöl Xəstəxanasının direktoru qazanc üçün poliklinikanın ayaqyolusunu da "yoxa çıxartdı"” başlığı altında həqiqətə uyğun olmayan rüsvayedici məlumatlar dərc edərək nəticədə Zərərçəkmiş şəxs4 barəsində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə 700 (yeddi yüz) manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa o, təkrar, tamah niyyəti ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmək məqsədilə 2021-ci ilin sentyabr ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə Göygöl rayon X7 Hüquqi Şəxsin direktoru Zərərçəkmiş şəxs1 xidməti iş otağına gəlib sonuncuya özünü “Demokratik.az” saytının baş redaktoru kimi təqdim edərək ona bütün dövlət idarələrinin rəhbərləri tərəfindən aylıq pul verildiyini, pul verməyənlərin isə aqibətinin X14 İdarəsinin rəisi vəzifəsində çalışmış Zərərçəkmiş şəxs2 kimi işdən çıxarıldığını, bunun üçün də hər ay ona 150 manat pul verməsini, verməyəcəyi təqdirdə rəhbərlik etdiyi xəstəxana ilə bağlı bütün xoşagəlməz məlumatları silsiləli şəkildə təsisçisi və baş redaktoru olduğu “Demokrtik.az” saytında yerləşdirəcəyini bildirib, 10 gün sonra 2021-ci ilin sentyabr ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə yenidən xəstəxanaya gəlib ona veriləcək aylıq 150 manatın əvəzinə arvadını xəstəxanada işə qəbul etdirmək istəyini bildirmiş, lakin Zərərçəkmiş şəxs1 onun tələbləri ilə razılaşmadığı üçün 27 noyabr 2021-ci il tarixdə “X8 yoxsa X21 Şəxs?” 30 dekabr 2021-ci il tarixdə “”TƏBİB”-dən Göygöl MRX PHŞ-yə maraqlı cavab: “Bizi narahat etməyin!””, 31 dekabr 2021-ci il tarixdə “”TƏBİB”-in diqqətinə! Zərərçəkmiş şəxs1 kollektivi sağlamlıqla deyil, “trolluq”la məşğuldur” başlıqları altında məlumatları təsisçisi və baş redaktoru olduğu “Demokratik.az” internet xəbər portalında yerləşdirdikdən sonra vahid niyyətlə əhatə olunan davamlı qəsdlə yenidən 2022-ci ilin mart ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə Göygöl rayon Mərkəzi Xəstəxanasına gələrək xəstəxananın ətrafından fotoşəkillər çəkdikdən sonra 2022-ci ilin aprel ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə Göygöl rayon X7 Hüquqi Şəxsin mühafizə xidmətinin rəhbəri vəzifəsində işləyən Şahid1 vasitəsi ilə xəstəxananın baş həkimi Zərərçəkmiş şəxs1 xəstəxana haqqında yazıların bundan sonra davamlı olacağını, sonucunun da taleyinin X14 İdarəsinin rəisi vəzifəsində çalışmış Zərərçəkmiş şəxs2 taleyi ilə eyni olacağını bildirərək yazıların dayandırılması üçün ilkin olaraq Zərərçəkmiş şəxs1 Şahid1 vasitəsi ilə 500 (beş yüz) manat pul tələb etmiş, Zərərçəkmiş şəxs1 həmin məbləğdə pulu verməklə razılaşsa da, göstərilən məbləğdə pulu vaxtında çatdırıb vermədiyi üçün sonuncudan 500 (beş yüz) manat əvəzinə 700 (yeddi yüz) manat verməsini tələb etmiş, Zərərçəkmiş şəxs1 700 (yeddi yüz) manat pulu bir gün müddətində gecikdirdiyi üçün 3000 (üç min) manat pul tələb etmiş, lakin Zərərçəkmiş şəxs1 3000 (üç min) manat pulu verməkdən imtina etdiyi üçün 15 aprel 2022-ci il tarixdə “Zərərçəkmiş şəxs1 Göygöl MRX-nin qazon örtüyünü niyə dağıtdırıb”, 02 iyun 2022-ci il tarixdə “Göygöl xəstaxanasının direktoru rüşvət aldı və laborotoriya müdirini döydü cinayət işi açıldı” başlığı altında məqalələr yerləşdirib göstərilən dövr ərzində Zərərçəkmiş şəxs1 barəsində həqiqətə uyğun olmayan rüsvayedici məlumatlar yaymaq hədəsi ilə 3000 (üç min) manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, o, təkrar, tamah niyyəti ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmək məqsədilə Göygöl şəhəri, İbrahim Əliyev prospekti, ev 38-də yaşayan, Gəncə şəhərində yerləşən “X24 Mərkəzi”nin həkimi Zərərçəkmiş şəxs7 10 iyun 2022-ci il tarixdə sonuncunun haqqında təsisçisi və baş redaktoru olduğu “demokratik.az” internet xəbər portalında “X9 klinikasında şok: cinayət ört-basdır edilir” başlığı altında dərc etdiyi həqiqətə uyğun olmayan məlumatların silinməsi qarşılığında 12 iyun 2022-ci il tarixdə saat 11:03-də və 13 iyun 2022-ci il tarixdə saat 13:59-da istifadəsində olan 051 547 25 22 saylı mobil telefon nömrəsi vasitəsi ilə Zərərçəkmiş şəxs7 istifadəsində olan 050 574 53 74 saylı mobil telefon nömrəsi ilə əlaqə saxlayıb sonuncudan və X24 Mərkəzinin direktoru Zərərçəkmiş şəxs8 hər birindən ayrı ayrılıqda 1500 (min beş yüz) manat olmaqla ümumilikdə 3000 (üç min) manat məbləğində pul vəsaitini verməsini tələb etmiş, lakin Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs7 ona istədiyi məbləğdə pulu vermədiyi üçün “X9 klinikasında şok: cinayət ört-basdır edilir” başlığı altında dərc etdiyi həqiqətə uyğun olmayan məlumatları təsisçisi və baş redaktoru olduğu “demokratik.az” internet xəbər portalında saxlayaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 ümumilikdə 3000 (üç min) manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, o, təkrar, tamah niyyəti ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmək məqsədilə Azərbaycan Dövlət Aqrar Universitetində ingilis dili fənni üzrə müəllimə işləyən Zərərçəkmiş şəxs9 barəsində 16 iyun 2022-ci il tarixdə “Gəncədə dələduz universitet müəllimi görün nə işlər görüb-şikayət” başlığı altında həqiqətə uyğun olmayan rüsvayedici məlumatları yerləşdirdikdən sonra 17 iyun 2022-ci il tarixdə saat 10:12-də, saat 14:04-də, saat 14:08-də, 20 iyun 2022-ci il tarixdə saat 18:21-də və saat 20:25-də istifadəsində olan 051 547 25 22 saylı mobil telefon nömrəsi vasitəsi ilə Zərərçəkmiş şəxs9 istifadəsində olan 051 608 36 50 saylı mobil telefon nömrəsi ilə əlaqə saxlayıb sonuncu ilə 21 iyun 2022-ci il tarixdə Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Xan bağı” adlanan istirahət parkının yaxınlığında görüşüb təsisçisi və baş redaktoru olduğu “demokratik.az” internet xəbər portalında yazmış olduğu göstərilən məlumatların silinməsi qarşılığında Zərərçəkmiş şəxs9 5000 (beş min) manat məbləğində pul tələb etmiş, lakin Zərərçəkmiş şəxs9 həmin məbləğdə pulu ona verə bilmədiyi üçün “Gəncədə dələduz universitet müəllimi görün nə işlər görüb-şikayət” başlığı altında yazdığı məqaləni “demokratik.az” internet xəbər portalında saxlamaqla Zərərçəkmiş şəxs9 5000 (beş min) manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, o, təkrar, tamah niyyəti ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmək məqsədilə ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs5 25 iyun 2022-ci il tarixdə onun Göygöl rayon mərkəzi xəstəxanasında tibb bacısı işləyən qardaşı qızı X1 haqqında təsisçisi və baş redaktoru olduğu “demokratik.az” internet xəbər portalında həqiqətə uyğun olmayan rüsvayedici məlumatlar yayıb işdən çıxartdıracağı adı ilə Zərərçəkmiş şəxs5 Göygöl şəhəri, Hummel küçəsində yerləşən H.Əliyev parkının qarşısında hədə qorxu ilə 500 (beş yüz) manat pul vəsatini tələb edib almışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və cinayət işinə aid məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlərlə sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, kiminsə barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə heç kimdən hədə-qorxu ilə pul tələb etməmişdir. Heç bir cinayət əməli törətməmişdir. O, Göygöl rayon Mərkəzi Xəstəxanasının direktoru Zərərçəkmiş şəxs1 və Göygöl rayon prokuroru İlqar Hacızadənin sifarişi ilə tutulmuşdur. Zərərçəkmiş şəxs1 onun barəsində bildirdikləri tamamilə həqiqəti əks etdirmir. O, heç vaxt Zərərçəkmiş şəxs1 ona pul verməsini tələb etməmişdir. O, demokratik.az saytında Zərərçəkmiş şəxs1 barəsində tənqidi məqalələr yazdığına görə Zərərçəkmiş şəxs1 ondan şikayət etmişdir. Zərərçəkmiş şəxs1 ondan onun barəsində məqalələr yazmamasını tələb etmişdir. Lakin o, Zərərçəkmiş şəxs1 tələbini qəbul etməmişdir. Göygöl rayon Suvarma Sistemləri İdarəsinin sabiq rəisi Zərərçəkmiş şəxs2 orada baş vermiş ölüm hadisəsi ilə bağlı hədə-qorxu gələrək hər hansı məbləğdə pul tələb etməmişdir, ümumiyyətlə Zərərçəkmiş şəxs2 barəsində hər hansı rüsvayedici məlumatlar yayacağı ilə bağlı pul tələb etməmişdir. Həmçinin Zərərçəkmiş şəxs2 Göygöl rayon prokuroru barəsində danışdıqlarını demokratik.az saytında nəşr etməməsi ilə əlaqədar pul tələb etməmişdir. Əslində onun əvvəllər Zərərçəkmiş şəxs2la dostluq münasibətləri olmuşdur, onların münasibətləri onun sabiq icra başçısını tənqid etməsi ilə əlaqədar pozulmuş, Zərərçəkmiş şəxs2 isə icra başçısının tərəfini saxlamış və başçıdan yazmamağı tələb etmişdir. O, Zərərçəkmiş şəxs2 heç vaxt hədə-qorxu gəlməmiş və pul tələb etməmişdir. Zərərçəkmiş şəxs3 barəsində bildirir ki, Zərərçəkmiş şəxs3 xəstəxananın kollektivini təmsil edir. Zərərçəkmiş şəxs3 Göygol rayon Mərkəzi Xəstəxanasında ümumi şöbənin müdiri vəzifəsini icra edir. Həmin şəxs ona qarşı qərəzli ifadə verərək şikayətlə istintaqa müraciət edib və cinayət işində zərərçəkmiş şəxs kimi tanınmışdır. Həmin şəxsin özü ərizəsində bildirmişdir ki, güya o, xəstəxanaya getmiş və Zərərçəkmiş şəxs3 otağında görüşü olub, nəyinsə müqabilində pul tələbi olub. Demək istəyir ki, həmin şəxsin dedikləri yalandır. Zərərçəkmiş şəxs3 barəsində “Demokratik.az” saytında yayımladığı Yeni Azərbaycan Partiyasının üzvlük haqqının ödənilməməsi və digər əməllərlə bağlı Göygöl rayonunda yayımlanan məlumatlar sirli məlumat hesab olunmur və jurnalist kimi tam rahat həmin materialdan istifadə edə bilər. Bir çox şəxsin bildiyi kimi, o, həmin məsələni müzakirə etdikdən sonra yayımlamışdır. O, Zərərçəkmiş şəxs3 heç bir halda pul tələb etməmişdir. Həmin məqalə gerçəkliyi ifadə edir və orada şər-böhtan, rüsvayedici sözdən söhbət gedə bilməz. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərmişdir ki, Zərərçəkmiş şəxs4 ibtidai araşdırma zamanı ərizəsində absurd, qərəzli şəkildə ona qarşı böhtan xarakterli ərizə ilə çıxış edib. Zərərçəkmiş şəxs4 Göygöl rayon poliklinikasının baş həkimi Vüsalə Hacıyevanın əridir. Həmin epizodu yalan ifadəyə əsaslanan öz dayısı oğlunun ifadəsinə əsaslanıb təsdiq etmək istəmişlər. İddia edirlər ki, mart ayında ət alarkən Zərərçəkmiş şəxs4 dayısı oğluna yaxınlaşaraq güya Osman 500 manat pul tələb edib. Güya həmin pulun qarşılığında onun barəsində sözü gedən məlumatı paylaşmayacaq. Tamamilə yalan danışır. Zərərçəkmiş şəxs4 şər-böhtan kompaniyasında iştirak edən maraqlı şəxsdir. Çünki arvadı poliklinikanın baş həkimi olduğuna görə maraqlıdır. Bundan başqa, X12 ilə bağlı bildirir ki, həmin şəxsin özü Zərərçəkmiş şəxs1 dostu olduğuna görə xəstəxananın direktorunun müdafiəsi məqsədilə atasının dostluğuna dayanan münasibətlərə görə fevralmart aylarında onun barəsində yuxarı orqanlara rüsvayedici, şikayət xarakterli ərizələr göndərib. O, ümumiyyətlə Məntiq Mehtiyevin barəsində heç bir yazı yazmamış və sonuncudan təbii ki, hədə-qorxu ilə hər hansı məbləğdə pul tələb etməmişdir. X10 bacısı qızını da tanımır və barəsində də heç bir rüsvayedici məlumat yaymayıb və ya pul etməyib. Bundan başqa, Zərərçəkmiş şəxs6 da hər hansı məsələ ilə bağlı pul tələb etməmiş və barəsində hər hansı rüsvayedici məlumatları yayacağı ilə hədələməmişdir. Həmin epizodla bağlı heç bir sübut yoxdur. Onu da bildirir ki, təcili tibbi yardım xidməti həmin aptekin yanında fəaliyyət göstərir. Əgər Zərərçəkmiş şəxs6 ilə bağlı ona elan edilmiş ittihamda göstərilənlər doğru olsa idi, yəni o, Zərərçəkmiş şəxs6 hədə-qorxu ilə pul tələb etsə idi həmin təcili tibbi yardım xidmətinin əməkdaşları da baş verənləri eşidərdilər. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, Zərərçəkmiş şəxs7 bildirməsinə əsasən onunla arasında iki telefon danışığının olduğu səs yazısı var. Zərərçəkmiş şəxs7 özü də etiraf etmişdir ki, həmin səs yazısı onun telefonu vasitəsilə yazılıb. Bildirir ki, həmin telefon danışığı natamamdır. Həmin səs yazısından ikincisinə əsasən güya ki, o, 1500 manat pul tələb eləmişdir. Ortaya çıxan həmin səs yazısı (Ramiz Mehtiyevin klinikasından söhbət gedir) Dilşad adlı mərhumun ailəsinin şikayəti əsasında dərc edilmiş, ancaq onların tərəfindən hazırlanmamış xəbərin yayımlanmasından söhbət gedir. Həmin xəbəri bir çox saytlar yayımlayıb. O isə bir həftə sonra məsələnin ciddiyyəti və Ramiz Mehtiyevin klinikası olduğuna görə ehtimal edir ki, ona şər-böhtan atılması üçün Zərərçəkmiş şəxs7 istifadə olunub. Birinci telefon danışığında 1500 manat söhbəti olmayıb. Yəni, Zərərçəkmiş şəxs7la bağlı da ittihamda göstərilənlər qondarma ittihamın bir hissəsidir. Göstərdiklərindən başqa, Zərərçəkmiş şəxs8 ilə bağlı bildirir ki, ümumiyyətlə onun birinci danışıqda adı olmayıb, ikinci danışıqda da o, yoxdur. O, Zərərçəkmiş şəxs8 tanımır. Həmin epizodla bağlı ittihamda göstərilənlərlə bağlı bildirir ki, orada heç bir rüsvayedici məlumat yoxdur. O, orada sirr olan yox, 50-100 nəfərin bildiyi məlumatları yazmışdır. Məsələn, xəstəxanada olan ayaqyolu dağılırsa, xəstəxana işçiləri şikayət edib ona müraciət edirlərsə, o da onu irad kimi yazmalıdır. Bu məsələ ilə bağlı nə kimi şantaj oluna bilər axı? Jurnalist kimi bu tip problemləri işıqlandırmışdır. İradları yayımlamaqda məqsədi problemlərin qarşısının alınmağı olmuşdur. O, jurnalistlik fəaliyyətində heç kimin şəxsi həyatı barədə, yaxud rüsvayedici məlumatını yaymamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs9 ilə bağlı bildirir ki, sonuncu ilə parkda görüşmüşlər. Dələduzluq faktı ilə bağlı universitetdə rektorluq tərəfindən işdən qovulma məsələsi olub. Həmin məsələ dəqiqləşdirildikdən sonra şikayət əsasında dərc olunub. Onlar “Xan bağı”nda təxminən 19- 20 dəqiqə ərzində görüşmüşlər. Ancaq Zərərçəkmiş şəxs9 özünün dəfələrlə ona zəng edib, xahiş etməsi əsasında qarşı tərəfə olan mövqeyi dərc olunub, lakin həmin şəxs bununla bağlı onların görüşünün səsini yazıb yayıb. Zərərçəkmiş şəxs9 pul tələb etməsi ilə bağlı ona elan edilmiş ittiham absurt və cəfəngiyyatdır. Həmin ittiham da ona qarşı olan böhtanın təkrarı halıdır. O, heç bir cinayət əməli törətmədiyindən və kiminsə barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə heç kimdən hədə-qorxu ilə pul tələb etmədiyindən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Göygöl rayon X7 Hüquqi Şəxsin direktoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs “demokratik.az” saytının təsisçisi və baş redaktoru kimi tanımışdır. Təqsirləndirilən şəxslə əvvəllər hər hansı düşməniliyi və ədavəti olmamışdır. 2021-ci ilin xatırladığı qədər sentyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs xəstəxananın inzibati binasının birinci mərtəbəsində yerləşən vətəndaşları qəbul etdiyi akt zalına gələrək onunla işi olduğunu bildirərək akt zalında vətəndaşlar olduğuna görə onunla zalda söhbət etmək istəmədiyini demişdir. Sonra Təqsirləndirilən şəxs xəstəxananın həyətinə açılan qapısının yanında ona yaxınlaşmışdır. Təqsirləndirilən şəxs ona hər ay 150 manat pul versə onun rəhbərlik etdiyi xəstəxananın qeyri-rəsmi mətbuat işçisi olacağı, xəstəxanaya gələn digər mətbuat işçilərinin xəstəxanaya gəlməsinə imkan verməyəcəyini demişdir. Təqsirləndirilən şəxs ona həmçinin X14 İdarəsinin rəisi İlqara da bu təklifi etdiyini, İlqar isə Osmanla razılaşmadığına görə İlqarın barəsində “demokratik.az” saytında rüsvayedici məlumatlar yayıb sonuncunu məhv etdiyini demişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, onun da barəsində əlində bir-iki rüsvayedici məlumatların olduğunu və bu baxımdan ondan hər ay istədiyi 150 manat pulu ona verməsini təkidlə tələb etməyə başlamışdır. O, Təqsirləndirilən şəxs təklif etdiyi fikrin qanunvericiləyə zidd olduğunu deyib hər ay 150 manat pul vermək istəmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs onun hələ cavan olduğunu, heç nə görmədiyini, bu xəstəxanaya nə qədər mətbuat işçisi gəlib ondan pul istəyəcəyini, etdiyi təkliflə razılaşmasını və bunun nəticəsində də digər mətbuat işçilərinin gəlməsinin qarşısını alacağını demişdir. O, Təqsirləndirilən şəxs etirazını bildirərək xidməti iş otağına getmişdir. Bir neçə gün sonra X11 müdiri Zərərçəkmiş şəxs3 onun otağına gələrək Təqsirləndirilən şəxs onunla görüşdüyünü və onun barəsində “direktorun dilənçidir, hər ay 150 manat pul verə bilməyəcək, bilirəm ki, maddi imkanı zəifdir, heç olmasa hər ay 50 manat versin, yoxsa internet saytında onun barəsində rüsvayedici məlumatlar yayacam” sözlərini dediyini bildirmişdir. O isə yenə də Təqsirləndirilən şəxs tələbinin qanunsuz olduğunu deyərək ona heç zaman pul verməyəcəyini demişdir. Zərərçəkmiş şəxs1 ifadəsinin davamında göstərmişdir ki, 2021-ci ilin sentyabr ayının sonlarında Təqsirləndirilən şəxs onunla xəstəxananın həyətində görüşmüş və onunla işi olduğunu dediyi üçün həyətdə söhbət etməyə başlamışlar. Təqsirləndirilən şəxs onun dediyi pulları vermədiyini, heç olmasa arvadını xəstəxanaya kompyuter-qeydiyyatçı kimi işə qəbul eləməsini demişdir. O isə həmin iş yeri üçün hal-hazırda heç bir vakant yer olmadığını, lakin gələcəkdə vakant yer olarsa, bu barədə məlumat verəcəyini bildirmişdir. Həmin gündən sonra Təqsirləndirilən şəxs onunla arvadının işə düzəlməsi məsələsi ilə bağlı təxminən üç dəfə mobil telefonla danışıb və o, hər dəfə Təqsirləndirilən şəxs vakant yerin olmadığını bildirmişdir. 28 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs “demokratik.az” saytında onun barəsində şər-böhtan xarakterli və həqiqətə uyğun olmayan məlumatlar dərc edərək yayımlaması ona məlum olmuşdur. Güya ki, o, xəstəxananın işçilərinin böyük əksəriyyətini yaşadığı Göygöl rayonu, Balçılı kənd sakinlərindən işə götürmüş və bununla bağlı onlardan rüşvət almışdır. O, Təqsirləndirilən şəxslə əlaqə saxlamadığına və ona pul vermədiyinə görə Təqsirləndirilən şəxs “demokratik.az” saytında onun barəsində bir neçə dəfə şər-böhtan xarakterli məlumatlar dərc etməyə başlamışdır. 2022-ci ilin yanvar ayının sonlarında onun Balçılı kəndində yaşayan sinif yoldaşı Şahid2 kənddə onunla görüşmüşdür. Sənan ona Təqsirləndirilən şəxs onun barəsində “demokratik.az” saytında yerləşdirdiyi şər-böhtan xarakterli məlumatlarla bağlı saytın şərh hissəsində Təqsirləndirilən şəxs tənqid etdiyini, həqiqətə uyğun olmayan məqalələr dərc etməməsini yazdığını bildirmişdir. Təqsirləndirilən şəxs isə onunla mobil telefon əlaqəsi yaradaraq bildirmişdir ki, “Vasif həkim bu məsələni çox uzadır, sən Vasifin sinif yoldaşısan, ya sən, ya da Vasifin özü ortaya çıxın bu məsələni həll edək” sözlərini dediyini bildirmişdir. O isə sinif yoldaşı Şahid2 Təqsirləndirilən şəxs ondan pul tələb etdiyini bildirərək Sənana Osmanla görüşməsinin məsləhət olmadığını demişdir. Təqsirləndirilən şəxs isə onun barəsində yenə də şər-böhtan xarakterli yazılarını yazmağa davam etmişdir. 2022-ci ilin aprel ayının ortalarında sinif yoldaşı Şahid2 Balçılı kəndində onunla görüşərkən ona Gəncə şəhərində yerləşən 5 nömrəli Natoriat Kontorunun yanında təsadüfən Təqsirləndirilən şəxslə görüşdüyünü, həmin vaxt Təqsirləndirilən şəxs Sənana “Vasifə denən mənə 500 manat pul versin, onun barəsində əlimdə bir neçə tutarlı məlumatlar var, 500 manat pulu verməsə, həmin məlumatları da sayta yerləşdirib onu işdən çıxartdıracam” sözlərini dediyini bildirmişdir. Həmin gündən iki-üç gün sonra saat 20 radələrində xəstəxananın mühafizəçisi Elşad Hüseynov onun mobil telefonuna zəng edərək Təqsirləndirilən şəxs və arvadının xəstəxananın arxa tərəfində mobil telefonla şəkil çəkdirdiklərini demişdir. O, Elşada onlara yaxınlaşmasını və xəstəxanada hansı səbəbdən şəkil çəkdiklərini öyrənməsini tələb etmişdir. Sonra isə xəstəxananın təhlükəsizlik bölümünün rəhbəri Şahid1 zəng vuraraq Elşadın ona dediklərini deyib həmin yerə getməsini tələb edərək nəticə barədə ona bildirməsini istəmişdir. Bir az sonra Şahid1 ona zəng edib Təqsirləndirilən şəxs ona “Vasiflə bu məsələyə son qoymaq lazımdır, Vasifdən istədiyim 500 manatı mənə vermir, ona görə də Vasif mənimlə görüşməlidir və son söhbət olunmalıdır, yoxsa mən onun barəsində saytda rüsvayedici məlumatları yazmağa davam edəcəm” sözlərini dediyini bildirmişdir. Zərərçəkmiş şəxs1 ifadəsinin davamında daha sonra göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ondan əl çəkmədiyini görüb, Osmanla gürüşüb son bir söhbət etməyin vacib olduğunu düşünərək Şahid1 “gözləsin onunla söhbət etməyə gəlirəm” demişdir. Elə həmin gün o, Şahid1 və Təqsirləndirilən şəxs Xəstəxananın qarşısında olan “Məkan” adlı yeməkxanada görüşmüşlər. Həmin vaxt o, Təqsirləndirilən şəxs onun barəsində yalan yerə, şər böhtan xarakterli, həqiqətə uyğun olmayan məlumatlar yazmasını dayandırmasını demişdir. Təqsirləndirilən şəxs tibb sahəsində cavan kadr olduğunu, karyerasının irəliləməsi üçün çalışdığını, lakin onun barəsində kütləvi informasiya vasitələrində həqiqətə uyğun olmayan məqalələr dərc etməsinin karyerasına pis təsir etdiyini, cəmiyyətdə onun barəsində pis fikirlərin formalaşdığını deyib xahiş etmişdir ki, onun barəsində yazılarını dayandırsın. Təqsirləndirilən şəxs isə ona istədiyi 500 manat pulu verməsə onun barəsində “demokratik.az” saytında silsilə məqalələr dərc edəcəyinə davam edəcəyini demişdir. O, artıq başa düşmüşdür ki, Təqsirləndirilən şəxs ondan hədə-qorxu yolu ilə pul almaq istəyir və onu çıxılmaz vəziyyətə salır. O, Təqsirləndirilən şəxs “demokratik.az” saytında onun barəsində yazdıqlarının həqiqətə uyğun olmadığını, şər-böhtan xarakterli olduğunu bilə-bilə Osmanın ondan əl çəkməsi üçün düşünmüşdür ki, Osmanın istədiyi 500 manat pulu versin və bundan sonra ondan əl çəksin. Lakin həmin vaxt onun üstündə o qədər pul olmamış, maaşını isə almağa təxminən bir-iki gün vaxt qalmışdır. Ona görə də Təqsirləndirilən şəxs ona bir-iki gün vaxt verməsini, istədiyi 500 manat pulu həmin vaxt onların yanında olan İsmayılın vasitəsi ilə göndərəcəyini demişdir. Təqsirləndirilən şəxs onunla razılaşıb gedərək iki gündən sonra əlaqə saxlayacağını bildirmişdir. İki gün sonra Şahid1 ona zəng edib Təqsirləndirilən şəxs onunla əlaqə saxladığını və ondan 500 manat deyil, 700 manat tələb etdiyini demiş, həmçinin Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxslə özünün telefon danışığını əsk etdirən səs yazısını “Whatsapp” proqramı vasitəsi ilə onun mobil telefonuna göndərmişdir. O, həmin səs yazısını dinləyərkən Təqsirləndirilən şəxs İsmayılla danışdığı zaman ondan 500 manat deyil, 700 manat tələb etdiyini eşitmişdir. Sabahı gün Şahid1 xəstəxanada onun iş otağına gələrək Təqsirləndirilən şəxs onunla yenə də əlaqə saxladığını, tələb etdiyi 700 manat pulu bir gün gecikdirdiklərinə görə əsəbləşdiyini, ona görə də 3000 manat tələb etdiyini, 3000 manat pulu ona verməsə onu işdən çıxartdırana qədər ondan əl çəkməyərək barəsində sosial şəbəkələrdə rüsvayedici məlumatlar yazmağa davam edəcəyini demişdir. O, Şahid1 demişdir ki, Təqsirləndirilən şəxs ondan tələb etdiyi 3000 manat pulu verə bilməyəcəyini desin. Bundan sonra isə o, Təqsirləndirilən şəxs ondan tələb etdiyi 3000 manat pulu verə bilmədiyi üçün Təqsirləndirilən şəxs “demokratik.az” saytında onun barəsində şər-böhtan xarakterli, həqiqətə uyğun olmayan məqalələr yazmağa davam etmişdir. Təqsirləndirilən şəxs ondan hədə-qorxu ilə tələb etdiyi 3000 manat pulu vermədiyinə görə Təqsirləndirilən şəxs onun barəsində şər-böhtan xarakterli, həqiqətə uyğun olmayan məqalələr yazmağa davam etdiyini görüb Göygöl rayon Polis Şöbəsinə şikayət ərizəsi yazmışdır. O, Təqsirləndirilən şəxs şikayətçidir və ona ən ağır cəzanın təyin edilməsini xahiş edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, X6 İdarəsinin rəisi işləmişdir. 2018-ci ilin mart ayının əvvəllərində saat 11 radələrində Təqsirləndirilən şəxs onun iş yerinə gəlmiş, ona 2014-cü ildə Suvarma Sistemləri İdarəsində iş qəzası zamanı bir nəfərin ölüm hadisəsini onun ört-basdır etdiyini, bununla bağlı əlində tutarlı sübutlar olduğunu və bu barədə təsisçisi olduğu “demokratik.az” saytında yazacağını bildirərək, həmin məlumatları təsisçisi olduğu saytda yazmağını istəmirsə, ona 1000 manat pul verməli olduğunu demişdir. O isə Təqsirləndirilən şəxs baş vermiş həmin bəxbəxt hadisə ilə bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparıldığını, qanuna müvafiq qərar qəbul edildiyini və ona pul verməyəcəyini bildirmişdir. 02 aprel 2022-ci il tarixdə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs “demokratik.az” saytında ona hədə-qorxu gələrək 1000 manat pul istədiyi ölüm hadisəsi ilə bağlı “Ölüm İşi” başlığı altında məqalə dərc etmişdir. Həmin məqalədə Təqsirləndirilən şəxs yazmışdır ki, güya o, həmin ölüm hadisəsini ört-basdır eləmiş və bununla bağlı bir neçə vəzifəli şəxslərə rüşvət olaraq pul vermişdir. O, həmin məqalənin onun nüfuzuna xələl gətirəcəyini görüb Təqsirləndirilən şəxs xahiş etmişdir ki, məqaləni saytından çıxartsın. Lakin Təqsirləndirilən şəxs həmin məqaləni 1000 manat verəcəyi təqdirdə çıxardacağını ona bildirmişdir. O, Təqsirləndirilən şəxs ondan hədəqorxu ilə tələb etdiyi 1000 manat pulu verməmiş, həmin məqalə indi də saytda qalmaqdadır. 2018-ci ilin may ayının əvvəllərində Təqsirləndirilən şəxs yenə də onun iş yerinə gələrək, ona rəhbəri olduğu idarənin barəsində “demokratik.az” saytında rüsvayedici məlumatlar yayacağını demişdir. Həmin məlumatların saytda öz əksini tapmaması üçün ondan yenə də 1000 manat pul istəmişdir. Təqsirləndirilən şəxs xahiş etmişdir ki, yalan və şər-böhtan xarakterli məqalələr yazmağı dayandırsın, çünki həmin məlumatların heç biri düzgün məlumatlar deyil və heç biri reallığı əks etdirmir. O, Təqsirləndirilən şəxs sonuncunun barəsində Azərbaycan Respublikası Mətbuat Şurasına şikayət edəcəyini demişdir. Təqsirləndirilən şəxs “demokratik.az” saytında yenə də onun barəsində ləkələyici, şər- böhtan xarakterli məqalələr yazmağa davam etmişdir. O, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Mətbuat Şurasına şikayət ərizəsi yazmış və Təqsirləndirilən şəxs töhmət verilmişdir. Buna baxmayaraq, Təqsirləndirilən şəxs onun barəsində “demokratik.az” saytında şər-böhtan xarakterli yazıları yazmağı dayandırmamışdır. O da Təqsirləndirilən şəxs barəsində təkrarən Mətbuat Şurasına şikayət etmişdir. 2018-ci ilin iyun ayının əvvəllərində Göygöl rayon İcra Hakimiyyətində işləyən Mirzə Məmmədov onun mobil telefonuna zəng edib görüşmək istədiyini bildirmişdir. İcra Hakimiyyətinin inzibati binasında olan iclasdan çıxdıqdan sonra onlar görüşmüşlər. Mirzə Məmmədov onun və rəhbərliyi haqqında rüsvayedici məlumatların yayılmaması üçün Təqsirləndirilən şəxslə dil tapmasını və bir daha belə yazılar yazmamaq üçün razı salmasını məsləhət görmüşdür. O isə Mirzə Məmmədova da Təqsirləndirilən şəxs pul verməyəcəyini bildirmişdir. Ona görə də 04 iyun 2018-ci il tarixdə Təqsirləndirilən şəxs onun barəsində “demokratik.az” saytında “Əhməd haradadır” başlığı altında yalan və şər-böhtan xarakterli məqalə yazmışdır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bundan başqa ifadəsində göstərmişdir ki, 2018-ci ilin iyul ayında Təqsirləndirilən şəxs yenə də onun iş yerinə gəlmiş və bildirmişdir ki, güya o, Göygöl rayon prokuroru haqqında nəsə danışmış və onun danışıqlarını “demokratik.az” saytında yazacağını demişdir. Təqsirləndirilən şəxs ona həmin yazıları təsisçisi olduğu saytda yazmasını istəmirsə, ona 2000 manat pul verməsini tələb etmişdir. O, Təqsirləndirilən şəxs Göygöl rayon prokuroru haqqında heç nə danışmadığını, ondan tələb etdiyi 2000 manat pulun çox olduğunu, cəmi 300 manat pul verə biləcəyini demişdir. O, düşünmüşdür ki, bəlkə pulu götürərək ondan əl çəkər və onun barəsində sosial şəbəkələrdə həqiqətə uyğun olmayan yazılar yazmayar. Lakin Təqsirləndirilən şəxs onunla razılaşmamış və 08 avqust 2018-ci il tarixdə onun barəsində “Əhmədzadənin ərköyünü prokurora küfür edir” başlığı altında şər-böhtan xarakterli, həqiqətə uyğun olmayan məqalə yazıb sosial şəbəkədə paylaşmışdır. Onu da qeyd etmişdir ki, Təqsirləndirilən şəxs onun barəsində “demokratik.az” saytında şər-böhtan xarakterli məlumatlar yazmağa hələ də davam etmişdir. Əlavə olaraq ona ünvanlanmış sualların mahiyyəti üzrə göstərmişdir ki, Təqsirləndirilən şəxs ona hədə-qorxu gələrək onun barəsində rüsvayedici məlumatları “demokratik.az” saytında yayımlamamaq üçün pul tələb etmişdir. O, Təqsirləndirilən şəxs şikayətçidir. Təqsirləndirilən şəxsə ən ağır cəzanın təyin edilməsini xahiş edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Göygöl rayon Mərkəzi Xəstəxanasında ümumi şöbənin müdiri vəzifəsində işləyir. 2022-ci ilin fevral ayının əvvəllərində xəstəxanada iş yerində olarkən Təqsirləndirilən şəxs onun iş otağına gəlmiş və ona Yeni Azərbaycan Partiyasının üzvü olduğunu bildiyini, lakin partiyanın üzvlük haqqını keçirmədiyini və bununla bağlı təsisçisi olduğu “demokratik.az” saytında onun barəsində rüsvayedici məlumatlar yazacağını demişdir. Ona “əgər sənin barəndə saytda məqalələr yazmağımı istəmirsənsə, mənə 200 manat pul verməlisən, hələ sənə hörmət edirəm, bu işin qiyməti 500 manatdır” demişdir. O isə Təqsirləndirilən şəxs pul verməyəcəyini demişdir. Təqsirləndirilən şəxs ona pulu zorla alacağını deyib çıxıb getmişdir. Onu da bildirir ki, o, 2018-ci ilin yanvar ayında ürək əməliyyatı keçirdiyinə görə özünün müalicə xərcləri yarandığından və qızının Bakı şəhərində tələbə olması və kirayədə yaşamasına görə onun maddi problemləri ilə bağlı xəstəxananın sabiq müdiri, həmçinin Yeni Azərbaycan Partiyasının xəstəxanadakı təşkilatının sədri olmuş Hamlet Ömərova ərizə ilə müraciət edərək onu partiyanın üzvlük haqqından azad etməsini xahiş etmiş, Hamlet Ömərov isə sonuncunun belə səlahiyyətləri olduğundan onu üzvlük haqqından azad etmişdir. O, 19 fevral 2022-ci il tarixdə “demokratik.az” saytında Təqsirləndirilən şəxs onun barəsində həqiqətə uyğun olmayan, şər-böhtan xarakterli bir neçə məqalə yazdığını, onun fotoşəklini məqaləyə əlavə etdiyini görmüşdür. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində həmçinin göstərmişdir ki, 28 fevral 2022-ci il tarixdə xəstəxanada iş yerində olan zaman otağına onun əvvəllər tanımadığı, təxminən 40-45 yaşı olan bir şəxs daxil olmuşdur. Həmin şəxs ona “Osman mənim dostumdu, o, mənim sözlərimə qulaq asır, eşitmişəm ki, Osman sizdən yazır, 500 manat versən aparıb Osmana verərəm və deyərəm ki, sizin barənizdə yazılarını dayandırsın” sözlərini demişdir. O isə həmin şəxsə Təqsirləndirilən şəxs heç zaman pul verməyəcəyini bildirmişdir. Həmin şəxs cavabında “Osman çox çətin adamdı, onun pulunu verməsən səni işdən çıxartdırana qədər yazacaq, özü də bu dəfə sənin oğlundan da yazacaq, Osman bilir ki, sənin oğlun sağlam ola-ola əlilliklə bağlı təqaüd alır” demişdir. O isə həmin şəxsin sözlərinə məhəl qoymayıb ona heç bir cavab verməmişdir. Çünki oğlu heç zaman əlilliklə bağlı təqaüd almamışdır. Bundan sonra həmin şəxs onun otağından çıxıb getmişdir. Həmin vaxtdan sonra Təqsirləndirilən şəxs onun və oğlunun barəsində “demokratik.az” saytında həqiqətə uyğun olmayan, şər-böhtan xarakterli məqalələr yazmışdır. Bundan başqa, ayrı-ayrı vaxtlarda onun əvvəllər tanımadığı bir neçə nəfər şəxs də onun iş yerinə gələrək Təqsirləndirilən şəxs ondan tələb etdiyi 500 manat pulu istəsələr də, o, həmin şəxslərin heç birinə pul verməmiş, Təqsirləndirilən şəxs isə onun barəsində sosial şəbəkələrdə şər-böhtan xarakterli məqalələr yazmağa davam etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində daha sonra göstərmişdir ki, 2021-ci ilin sentyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs xəstəxananın inzibati binasının arxasında yerləşən pilləkəndə onunla tasadüfən rastlaşmış və ona “direktorun dilənçidir, hər ay 150 manat pul verə bilməyəcək, bilirəm ki, maddi imkanı zəifdir, heç olmasa hər ay 50 manat versin, yoxsa internet saytında onun barəsində rüsvayedici məlumatlar yayacam” demişdir. O da Təqsirləndirilən şəxs dediklərini xəstəxananın direktoru Zərərçəkmiş şəxs1 bildirmişdir. Zərərçəkmiş şəxs1 isə ona Təqsirləndirilən şəxs ona hədə-qorxu gələrək ondan pul tələb etdiyini, əks halda isə “demokratik.az” saytında Zərərçəkmiş şəxs1 barəsində rüsvayedici məlumatlar yazacağını dediyi barədə məlumat vermişdir. O, Təqsirləndirilən şəxs onun barəsində həqiqətə uyğun olmayan, şər-böhtan xarakterli rüsvayedici məlumatlar yayması ilə hədələyərək ondan pul tələb etməsi ilə bağlı hərəkətlərinə görə təqsirləndirilən şəxsdən şikayətçidir və törətdiyi həmin cinayət əməlinə görə təqsirləndirilən şəxsə ən ağır cəzanın təyin edilməsini xahiş edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, Göygöl rayon Mərkəzi xəstəxanasında həkim stomotoloq işləyir. O, Təqsirləndirilən şəxslə eyni küçədə yaşayır. Onun Təqsirləndirilən şəxslə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 2022-ci ilin mart ayında onun dayısı oğlu Şahid3 xəstəxanaya gələrək ona Təqsirləndirilən şəxs ona “Eşitmişəm Rəşad həkim xəstəxanada implant əməliyyatı həyata keçirmək istəyir. Əgər Rəşad həkim direktor Zərərçəkmiş şəxs1 kimi onun da haqqında şər, böhtan və rüsvayedici məlumatlar yayımlamağımı istəmirsə, mənim ofisimin kirayə haqqı olan 200 manat pulu versin. Əks halda, Vasif həkim kimi onu da bütün respublika ilə bir edəcəm” sözlərini dediyini bildirmişdir. O isə Təqsirləndirilən şəxs onunla hansı səbəbdən qərəzli mövqe tutduğunu anlamamış və Şahid3 onun implant əməliyyatı keçirməsinin tam qanuni olmasını və heç bir qanunsuzluq etmədiyini demişdir. Ona görə də Təqsirləndirilən şəxs pul verməyəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs ondan tələb etdiyi pulu vermədiyinə görə həqiqətən də görmüşdür ki, Təqsirləndirilən şəxs dediyi kimi, 05 may 2022-ci il tarixdə “demokratik.az” saytında onun barəsində şər-böhtan xarakterli məqalələr dərc etmişdir. 2022-ci ilin iyun ayının əvvəllərində isə xəstəxananın mühafizə xidmətinin rəhbəri Şahid1 ona yaxınlaşıb Təqsirləndirilən şəxs onun barəsində “Rəşad həkimə “quş göstərməsi” edərək məqalə dərc etdim. Görürəm ki, ağıllanmayıb. Əvvəl yazığım gəlib 200 manat istəmişdim, indi isə 500 manat verməsə onu iki aya yazıb-pozub işdən çıxartdıracam. Əgər mənə inanmasa getsin maraqlansın görsün ki, X24 Mərkəzinin baş həkimi Mahir həkimi nə vəziyyətə salmışam. Ona da Rəşad həkim kimi əvvəl az miqdarda pul demişdim, o isə vaxtında pulu vermədiyi üçün ondan da bildiyim kimi yazmışam. Bu yaxınlarda X24 Mərkəzini bağladacam. Rəşad həkim işdən çıxmaq istəmirsə 500 manatı versin” sözlərini dediyini bildirmişdir. O, Şahid1 Təqsirləndirilən şəxs ondan pul tələb etdiyini, ona görə də istəyinə çatmaq üçün ona hədə-qorxu gəldiyi barədə məlumat vermişdir. O, Təqsirləndirilən şəxs ona qarşı etdiyi hərəkətlərə görə, yəni barəsində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə ondan pul tələb etməsinə görə şikayətçidir. Ona görə də təqsirləndirilən şəxsə ən ağır cəzanın təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür. X23 Orqanlarında, müxtəlif rayon polis şöbələrində xidmət etmişdir. Özünü jurnalist kimi qələmə verən Təqsirləndirilən şəxs uzun zamandır tanıyır. Onunla əvvəllər aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. O, Təqsirləndirilən şəxs müxtəlif şəxsləri, eyni zamanda idarə və müəssisə rəhbərlərini hədələyərək onlardan müxtəlif məbləğlərdə pullar tələb etdiyini eşitmiş, Təqsirləndirilən şəxs bu cür qanunsuz hərəkətlərini eşitdikdən sonra sonuncunun bu cür hərəkətlərini qəbul etməyib onun barəsində Prezident Aparatına, Ədliyyə Nazirliyinə və Göygöl rayon Məhkəməsinə müraciətlər ünvanlamışdır. Təqsirləndirilən şəxs barəsində etdiyi şikayətlərdən sonra, təxminən 2022-ci ilin iyun ayında sonuncu onunla əlaqə saxlayaraq barəsində etdiyi şikayətlərə görə Göygöl rayon Mərkəzi xəstəxanasında işləyən qardaşı Firdovsinin qızı Xəyaləni işdən çıxartdıracağını deyərək onu hədələməyə başlamışdır. O, Təqsirləndirilən şəxs Xəyaləni işdən necə çıxartdıra biləcəyini, onun buna gücünün çatmayacağını demişdir. Təqsirləndirilən şəxs Xəyalənin barəsində rüsvayedici məlumatlar yayaraq onun işdən çıxarılmasına nail olacağını bildirmişdir. Təqsirləndirilən şəxs qardaşı qızı Xəyalənin işində vicdanla çalışdığını, onun barəsində rüsvayedici hər hansı məlumat əldə edə bilməyəcəyini dedikdə isə Təqsirləndirilən şəxs ona Xəyalənin barəsində həqiqətə uyğun olmayan rüsvayedici məlumatlar yayacağını bildirmişdir. Daha sonra ondan qardaşı qızı Xəyalənin barəsində rüsvayedici məlumatlar yaymaması qarşılığında 500 manat pul verməsini tələb etmişdir. O, əvvəl razı olmasa da, sonradan onun hədə-qorxularından ehtiyat etməyə başlamışdır. Çünki qardaşı Firdovsi vəfat etdiyindən Xəyalənin işdən çıxarılacağı təqdirdə onunla qohumları və eyni zamanda Xəyalənin ailəsi arasında narazılıqlar yaranacağını düşünmüşdür. Bundan sonra, o, Təqsirləndirilən şəxs 500 manat pul verməyə razılaşmışdır. Təqsirləndirilən şəxs pensiyasını aldıqdan sonra 500 manat verəcəyini demişdir. Təxminən 2022-ci ilin iyun ayının 15-16-sı tarixlərində pensiyasını almışdır. 25 iyun 2022-ci il tarixdə günorta saat 14- 15 radələrində Göygöl şəhəri, Hummel küçəsində yerləşən “Heydər Əliyev“ adına parkın yaxınlığında Təqsirləndirilən şəxs ilə qarşılaşdığı zaman Osmana 500 manat pulu vermişdir. Həmin vaxtı yanlarında heç kəs olmamışdır. Təqsirləndirilən şəxs ondan həmin vaxtı tək gəlməsini tələb etmiş, əks təqdirdə ondan tələb etdiyi pulu götürmədən qardaşı qızı Xəyalənin barəsində rüsvayedici məlumatları yayacağını deyərək hədələdiyi üçün o, Təqsirləndirilən şəxslə görüşə tək getmişdir. Sonradan Təqsirləndirilən şəxs etdiyi bu kimi əməllər nəticəsində tutulduğu barədə məlumat aldıqda o da Təqsirləndirilən şəxs barəsində şikayət etmək qərarına gəlmişdir. O, Təqsirləndirilən şəxs şikayətçidir və ona ən ağır cəzanın təyin edilməsini xahiş edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, Göygöl rayon Mərkəzi xəstəxanasının nəzdində olan ümumi aptekin müdiri vəzifəsində çalışır. Həmin aptek stasionar və imtiyazlı xəstələr üçün nəzərdə tutulmuşdur. 12 aprel 2022-ci il tarixdə təxminən saat 17 radələrində əvvəllər tanımadığı Təqsirləndirilən şəxs aptekə gəlmiş, ona güya dövlət tərəfindən xəstəxanada olan xəstələrə pulsuz verilən dərmanları aparıb başqa yerlərdə pulla satmasını demiş, bununla bağlı əlində sübutlar olduğunu və o, 200 manat pul verməsə həmin məlumatları təsisçisi olduğu “demokratik.az” saytında yazıb paylaşacağını bildirmişdir. Həmin vaxt aptekin işçisi Şahid5 da aptekdə olmuşdur. O, Təqsirləndirilən şəxs onun barəsində əlində olan sübutları ona təqdim etməsini istəmişdir. Təqsirləndirilən şəxs isə sübutları ona göstərməyəcəyini demişdir. Sonra isə ona 150 manat versə, həmin sübutları ona göstərə biləcəyini və sonra telefonundan siləcəyini demişdir. O, Təqsirləndirilən şəxs ondan hədə-qorxu ilə pul tələb etdiyini, onu şantaj etdiyini görmüşdür. Ona görə də Təqsirləndirilən şəxs pul verməyəcəyini, əgər əlində onun dərmanları satması ilə bağlı sübutlar varsa sosial şəbəkələrdə yazmasını demiş və Osmanı otaqdan qovmuşdur. O, Təqsirləndirilən şəxs şikayətçidir. Təqsirləndirilən şəxsə ən ağır cəzanın təyin edilməsini xahiş edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri X24 mərkəzində həkimnevroloq işləyir. 2022-ci ilin fevral ayında onun işlədiyi tibb mərkəzində X5 adlı xəstə başbeyin qan dövranının pozulması, şəkərli diabet və sair xəstəliklərdən müalicə almış, lakin 2022-ci ilin mart ayında Dilşad Yusibova ağır xəstəliklər səbəbindən vəfat etmişdir. Bu hadisədən bir müddət sonra 10 iyun 2022-ci il tarixdə X2 ölümü ilə bağlı “demokratik.az” saytında “X9 klinikasında şok: Cinayət ört-basdır edilir” başlığı altında onun və klinikanın baş həkimi Zərərçəkmiş şəxs8 barəsində rüsvayedici məlumatlar dərc etdiyini görmüşlər. Klinika barəsində həqiqətə uyğun olmayan rüsvayedici məlumatlar yayan şəxsin kim olması ilə maraqlanmış və həmin şəxsin “demokratik.az” saytının təsisçisi və baş redaktoru Təqsirləndirilən şəxs olmasını bilmişlər. Onu da bildirir ki, baş verən hadisə ilə bağlı həmin dövrdə Gəncə şəhər prokurorluğunda da araşdırma aparılmış və xəstəyə mümkün olan bütün tibbi yardımların göstərilməsinə baxmayaraq, vəfat etməsi müəyyən olunmuşdur. Yəni, Dilşad Yusibovanın ölümü ilə bağlı hər hansı həkim səhlənkarlığı olmamışdır. Hadisədən bir müddət sonra, 12 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə ilə onun istifadəsində olan ***-***-**-** saylı nömrə vasitəsilə əlaqəyə girərək ona hədə-qorxu gəlib müxtəlif saytlarda klinikanın, onun və baş həkim Zərərçəkmiş şəxs8 barəsində yaydığı məlumatların silinməsi üçün ondan və Zərərçəkmiş şəxs8 pul tələb etməyə başlamışdır. Telefon danışığı zamanı baş həkim Zərərçəkmiş şəxs8 də orada olmuş və telefon danışıqlarına şahid olaraq Təqsirləndirilən şəxs klinikaya dəvət etməsini və üzbəüz onunla söhbət edib hadisə barədə Gəncə şəhər prokurorluğunda müvafiq araşdırma aparıldığını və hadisə barədə sosial şəbəkələrdə yaydığı məlumatların həqiqəti əks etdirmədiyini, qeyd edilən hadisə ilə bağlı daha dəqiq və dolğun məlumat aldıqdan sonra bu barədə istədiyi yerdə yalnız həqiqətləri yazmasını izah etməsini istəmişdir. O, Təqsirləndirilən şəxs ilə telefon danışığı zamanı ona baş həkim Zərərçəkmiş şəxs8 sözlərini çatdırmış, lakin Təqsirləndirilən şəxs sosial şəbəkələrdə yaydığı həqiqətə uyğun olmayan rüsvayedici məlumatları silməsi qarşılığında ondan və baş həkim Zərərçəkmiş şəxs8 hər biri üçün 1500 manat pul tələb etmişdir. O isə hansı səbəbdən ona pul verməli olduqlarını, həmin hadisə ilə bağlı Gəncə şəhər Prokurorluğunda qanuna müvafiq araşdırma aparıldığını bildirmişdir. Təqsirləndirilən şəxs klinikaya gəlib onlarla söhbət edəcəyini bildirmişdir. O da Osmana etiraz etməyərək klinikaya dəvət etmişdir. 13 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yenidən onunla əlaqə saxlayaraq həmin gün klinikaya gələ bilmədiyini, növbəti gün, yəni 14 iyun 2022-ci il tarixdə gələcəyini bildirmiş, lakin həmin gün də gəlməmişdir. Bir müddət sonra isə Təqsirləndirilən şəxs Göygöl rayon Polis şöbəsinin əməkdaşları tərəfindən başqa şəxslərə qarşı da hədə-qorxu gələrək pul tələb etməsi, özünün təsisçisi və baş redaktoru olduğu “demokratik.az” saytında və digər saytlarda barələrində həqiqətə uyğun olmayan şərböhtan xarakterli məlumatlar yayaraq həmin məlumatların silinməsi qarşılığında pul tələb etməsinə görə cinayət işi başlandığını və Təqsirləndirilən şəxs həbs olunduğunu eşidib o və klinikanın baş həkimi Zərərçəkmiş şəxs8 də Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi üçün ərizə ilə müraciət etmək qərarına gəlmişlər. Təqsirləndirilən şəxs X24 mərkəzi və onların barəsində yazdığı həmin məqalə hələ də saytda olduğu kimi durur. O, hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı isə məhkəmənin mülahizəsinə buraxdığını bildirir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri X24 Mərkəzinin baş həkimi vəzifəsində çalışır. 2022-ci ilin fevral ayında X5 adlı xəstə onun baş həkimi olaraq işlədiyi X24 Mərkəzində baş-beyin qan dövranının pozulması, şəkərli diabet və sair xəstəliklərdən müalicə almışdır. Dilşad Yusibova 24 gün müddətində xəstəxanada müalicə almasına baxmayaraq, 2022-ci ilin mart ayında qəflətən vəfat etmişdir. Bu hadisədən bir müddət sonra 10 iyun 2022-ci il tarixdə X2 ölümü ilə bağlı müxtəlif saytlarda “X9 klinikasında şok: Cinayət ört-basdır edilir” başlığı altında klinikanın, onun və nevroloq həkim Zərərçəkmiş şəxs7 barəsində rüsvayedici məlumatlar dərc edildiyini görmüşdür. O, klinika barəsində həqiqətə uyğun olmayan rüsvayedici məlumatlar yayan şəxsin kim olması ilə maraqlanmış və həmin şəxsin Təqsirləndirilən şəxs olmasını müəyyən etmişlər. 12-13 iyun 2022-ci il tarixlərində Təqsirləndirilən şəxs klinikanın həkimi işləyən Zərərçəkmiş şəxs7la telefon əlaqəsinə girərək ona hədə-qorxu gəlib müxtəlif saytlarda klinika barəsində yayılmış məlumatların silinməsi üçün ondan və Zərərçəkmiş şəxs7 özündən pul tələb etməyə başlamışdır. O, Zərərçəkmiş şəxs7 telefon danışıqlarına şahid olduğundan Təqsirləndirilən şəxs klinikaya dəvət etməsini və üzbəüz onunla söhbət edib hadisə barədə Gəncə şəhər prokurorluğunda müvafiq araşdırma aparıldığını və araşdırmanın nəticəsində onların təqsirinin olacağı təqdirdə barələrində qanuna müvafiq tədbir görüləcəyini izah etməyi demişdir. Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs hədə-qorxu gəlib onlardan pul istədiyini, əks təqdirdə yenə də klinika barəsində həqiqətə uyğun olmayan yazıları yazmağa davam etdirəcəyini dediyini bildirmişdir. O isə öz növbəsində Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs həmin hadisə ilə bağlı Gəncə şəhər Prokurorluğunda qanuna müvafiq araşdırma aparıldığını izah etməsini demişdir. Təqsirləndirilən şəxs klinikaya gəlib onlarla söhbət edəcəyini bildirdikdən bir müddət sonra isə Təqsirləndirilən şəxs Göygöl rayon Polis şöbəsinin əməkdaşları tərəfindən başqa şəxslərə qarşı da hədə-qorxu gələrək pul tələb etməsi, özünün təsisçisi və baş redaktoru olduğu “demokratik.az” saytında və digər saytlarda barələrində həqiqətə uyğun olmayan şər-böhtan xarakterli məlumatlar yayaraq həmin məlumatların silinməsi qarşılığında pul tələb etməsinə görə cinayət işi başlandığını və Təqsirləndirilən şəxs həbs olunduğunu eşidib o və klinikanın həkimi Zərərçəkmiş şəxs7 da ərizə ilə müraciət etmək qərarına gəlmişlər. O, Təqsirləndirilən şəxs şikayətçidir və Təqsirləndirilən şəxs ondan hədə-qorxu ilə pul tələb etdiyinə görə ona ən ağır cəzanın təyin edilməsini xahiş edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Dövlət Aqrar Universitetində ingilis dili fənni üzrə müəllimə işləyir. O, Universitetdə yarım ştat cədvəli ilə işləmişdir. Həmin vaxtı o, əmək haqqının yarısını alsa da, bununla bağlı o, Universitet rəhbərliyinə hər hansı narazılıq etməmişdir. 2018-2019-cu illərdə işlədiyi kafedrada olan müəllimlər ona bildirmişlər ki, yarım ştat cədvəli ilə işləməsi gələcəkdə onun təqaüd almasına təsir edəcəkdir. O, Təhsil Nazirliyinə teleqramla müraciət etmiş, müraciəti ilə bağlı komissiya gəlmişdir. X13 qəbul edərək onun yarım ştat cədvəli ilə işlədiyindən xəbərinin olmadığını və onun tam ştatını bərpa edəcəyini demişdir. Onun tam ştat cədvəli ilə işləməsini də bərpa etmişdir. 2022-ci ilin təxminən mart ayında ona xatırlamadığı mobil nömrədən zəng gəlmiş və bir nəfər şəxs özünü “demokratik.az” saytının baş redaktoru kimi təqdim edərək adının Osman olduğunu bildirmişdir. Onun barəsində onda məlumatların olduğunu və görüşməli olduqlarını bildirmişdir. O, Osmanı tanımadığını və onunla görüşmək üçün səbəb olmadığını bildirmişdir. Sonradan bəzi şəxslər ona həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu, müxtəlif şəxslərin barələrində sosial şəbəkələrdə rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək pul almasını demişlər. 16 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs “demokratik.az” internet saytında onun barəsində “Gəncədə dələduz universitet müəllimi görün nə işlər görüb-şikayət” adı altında həqiqətə uyğun olmayan məlumat dərc etmişdir. Bundan sonra onu tanıyan insanlar onunla əlaqə saxlayaraq nə məsələ olduğunu soruşmağa başlamışlar. Həmin məqalənin dərc edilməsindən sonra o, Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq ondan hansı səbəbdən onun barəsində rüsvayedici məlumatlar yaydığını soruşmuşdur. Təqsirləndirilən şəxs onun barəsində dərc etdiyi həqiqətə uyğun olmayan məlumatları silməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs onunla görüşüb söhbət etməli olduqlarını bildirmişdir. O, Təqsirləndirilən şəxs ilə 2022-ci ilin iyun ayının 21-də Gəncə şəhərində yerləşən “Xan bağı” parkının yaxınlığında qardaşı Şahid4 iştirakı ilə görüşmüşdür. Təqsirləndirilən şəxs onu tanıyıb-tanımadığını və hansı səbəbdən onun barəsində bu cür rüsvayedici məlumatlar yaydığını soruşmuşdur. Təqsirləndirilən şəxs ona onun barəsində onda şikayətlərin olmasını və həmin məlumatlar əsasında məqalə dərc etdiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs məsələnin həlli üçün ondan pul istəmişdir. O, Təqsirləndirilən şəxs nə qədər pul istədiyini soruşduqda isə Osman əli ilə ona “beş” işarəsini göstərmişdir. O, Osmana “yüz?”, yəni 500 manat istədiyini soruşduqda Təqsirləndirilən şəxs ona “yox beş min” deyə cavab vermişdir. O, Təqsirləndirilən şəxs ondan istədiyi 5000 manat pulu verməyə imkanı olmadığını demişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs onun barəsində yaydığı məlumatların alt hissəsində onun mövqeyini dərc edərək həmin məlumatların həqiqətə uyğun olmadığını bildirdiyini qeyd etmişdir. Lakin həmin məqalə hələ də internet saytlarında qalmaqdadır. 2022-ci ilin iyul ayında Təqsirləndirilən şəxs öz əməllərinə görə Göygöl rayon Polis şöbəsinin əməkdaşları tərəfindən tutulduğunu eşitdikdə o da Təqsirləndirilən şəxs barəsində ona qarşı etdiyi cinayət əməli barədə məlumat vermək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs ona qarşı etdiyi cinayət əməlinə görə, yəni ondan hədə-qorxu ilə pul tələb etməsinə görə sonuncudan şikayətçidir və barəsində ən ağır cəzanın təyin edilməsini xahiş edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Göygöl rayon Mərkəzi Xəstəxanasında mühafizə xidmətinin rəhbəri vəzifəsində işləyir. 2022-ci ilin aprel ayının sonlarında axşam saatlarında Zərərçəkmiş şəxs1 onun mobil telefonuna zəng etmiş və ona Təqsirləndirilən şəxslə arvadının xəstəxananın arxa tərəfində şəkil çəkdirdiklərini demiş və ona görə də onun da həmin yerə getməsini istəmişdir. Bundan sonra o, xəstəxanaya getmişdir. Xəstəxananın arxa tərəfinə çatan zaman orada Təqsirləndirilən şəxs, sonuncunun arvadının, xəstəxananın mühafizəçisi Elşad Hüseynovun və xəstəxananın giriş qapısında xidmət edən mühafizə polisi Rövşən Nəbiyevin olduqlarını görmüşdür. O, Təqsirləndirilən şəxs yaxınlaşıb xəstəxanaya nə üçün gəldiyini soruşmuşdur. Təqsirləndirilən şəxs isə ona xəstəxananın həkimi Əlişir həkimin yanına gəldiklərini demişdir. O isə iş vaxtının qurtardığını, Əlişir həkimin işdə olmadığını və ona tibbi yardım üçün nə lazımdırsa qəbul şöbəsində köməklik edə biləcəyini demişdir. Təqsirləndirilən şəxs Əlişir həkimdən başqa heç bir həkimlə görüşmək istəmədiyini demişdir. O, Təqsirləndirilən şəxs səhhəti ilə bağlı hansı probleminin olduğunu və ona köməklik etmək istədiyini demişdir. Təqsirləndirilən şəxs ona “vapşe gəzmək üçün gəlmişəm, nədi, olmazki” deyə cavab vermişdir. O isə Təqsirləndirilən şəxs niyə aqressiv olduğunu və nə üçün belə hərəkətlər etdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs isə ona “Mən Vasiflə görüşmək istiyirəm, ona denən mənlə görüşsün” deyib çıxıb getmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs1 zəng vurub Təqsirləndirilən şəxs dedikləri barədə bildirmişdir. Zərərçəkmiş şəxs1 isə Təqsirləndirilən şəxslə görüşmək üçün heç bir problem olmadığını və bir neçə dəqiqədən sonra xəstəxanaya gələcəyini bildirmişdir. Təxminən yarım saatdan sonra Zərərçəkmiş şəxs1 xəstəxananın qabağına gəlmiş və o, Təqsirləndirilən şəxslə əlaqə saxlayaraq öz avtomobili ilə gedib onu evlərindən götürüb Zərərçəkmiş şəxs1 yanına gətirmişdir. Onlar xəstəxananın qarşı tərəfində yerləşən “Məkan” adlı yeməkxanaya gedib orada çay içib söhbət etmişlər. Söhbət zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs sosial şəbəkələrdə onun barəsində nə üçün həqiqətə uyğun olmayan, yalan və şər-böhtan xarakterli məlumatlar yaydığını, onunla nə qəsdi-qərəzliyi olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs1 “sən mənə 500 manat ver, əlavə olaraq mənim arvadımı xəstəxanaya kompyuter-qeydiyyatçı işinə götür, mən də sənin barəndə yalan və həqiqətə uyğun olmayan məlumatlar yazmayım. Əgər sən mənə istədiyim 500 manatı verməsən mən sənin barəndə həqiqətə uyğun olmayan, yalan məlumatları saytda yerləşdirib sənin karyerana ləkə gətirəcəm və səni rayonda biabır edəcəm, yazıqsan, cavan kadırsan. Özünə yazığın gəlsin” deyərək cavab vermişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs üstündə 500 manat olmadığını deyərək 12 gün möhlət istəmiş və 500 manat pulu düzəldib onun vasitəsi ilə çatdıracağını demişdir. Sonra Təqsirləndirilən şəxs stoldan durub iki gündən sonra əlaqə saxlayacağını deyərək çıxıb getmişdir. İki gün sonra Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edib ona “heç səs-soraq çıxmadı əmioğlu” demişdir. O isə Təqsirləndirilən şəxs Vasif həkimin yanına gedib ona bir cavab verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs isə ona 500 manat deyil, 700 manat tələb etdiyini və onun sözlərini Zərərçəkmiş şəxs1 çatdırmasını istəmişdir. Təqsirləndirilən şəxslə onun danışığı telefonunda olan xüsusi proqramla qeydə alınmışdır. O, Zərərçəkmiş şəxs1 zəng edərək Təqsirləndirilən şəxs dediklərini bildirib səs yazısını da “Whatsapp” proqramı vasitəsi Zərərçəkmiş şəxs1 mobil telefonuna göndərmişdir. Sabahı gün Təqsirləndirilən şəxs onunla mobil telefonuna zəng edərək istədiyi 700 manat pulu Zərərçəkmiş şəxs1 bir gün gecikdirdiyinə görə əsəbləşdiyini və ona görə də 700 manat deyil, 3000 manat tələb etdiyini, tələb etdiyi 3000 manat pulu Zərərçəkmiş şəxs1 verməsə, sonuncunu işdən çıxartdırana qədər əl çəkməyərək barəsində sosial şəbəkələrdə rüsvayedici məlumatlar yazmağa davam edəcəyini demişdir. O, bu barədə Zərərçəkmiş şəxs1 bildirmişdir. Zərərçəkmiş şəxs1 isə Təqsirləndirilən şəxs pul verməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs “demokratik.az” saytında Zərərçəkmiş şəxs1 barəsində şərböhtan xarakterli, həqiqətə uyğun olmayan məqalələr yazmağa davam etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə əvvəllər qonşuluqda yaşamışdır. Onun Təqsirləndirilən şəxslə hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. 2021-ci ilin sonlarında və 2022-ci ilin əvvəllərində Təqsirləndirilən şəxs redaktoru olduğu “demokratik.az” saytında Göygöl rayon Mərkəzi Xəstəxanası, onun direktoru, həmçinin orada işləyən bir neçə nəfər işçi də daxil olmaqla, xəstəxanada stomotoloq işləyən bibisi oğlu Zərərçəkmiş şəxs4 da barəsində həqiqətə uyğun olmayan rüsvayedici məlumatlar dərc etməyə başlamışdır. Dərc edilən həmin həqiqətə uyğun olmayan məlumatların şərh hissəsindən müxtəlif şəxslər, həmçinin də o, rəy yazaraq Təqsirləndirilən şəxs dərc etdiyi yazıların həqiqəti əks etdirmədiyini qeyd edərək məqalələrin müəllifinə iradlarını bildirmişlər. Sonradan həmin məqalələri dərc edən şəxsin Təqsirləndirilən şəxs olmasını bilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ilə “facebook” sosial şəbəkəsində mesaj bölməsində bir qədər danışmışlar və aralarında narazılıq yarandıqdan sonra biri-birlərinə telefon nömrələrini verib telefonla danışmışlar. Təqsirləndirilən şəxs ilə telefon danışığı zamanı Osmana iradını bildirmiş və dərc etdiyi məqalələrin həqiqət olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs telefon danışığı zamanı ona bibisi oğlu Zərərçəkmiş şəxs4 da xəstəxanada implant əməliyyatı etmək istədiyi barədə onda məlumatlar olduğunu və Zərərçəkmiş şəxs1 kimi Zərərçəkmiş şəxs4 da barəsində yazmasını istəmirsə, Rəşadın onun ofisinin kirayə haqqı olan 200 manat pulu verməsini, əks halda Vasif həkim kimi Rəşadın da barəsində rüsvayedici məlumatlar dərc edib onu bütün respublika ilə bir edəcəyini demişdir. O da Osmana onun dediklərinin şər və böhtandan başqa bir şey olmadığını bildirmişdir. Bundan bir neçə gün sonra isə Göygöl rayon Mərkəzi Xəstəxanasına gedərkən Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs dediklərini demişdir. Rəşad da ona Təqsirləndirilən şəxs onunla hansı səbəbdən qərəzli mövqe tutduğunu anlamadığını demişdir. Rəşad ona implant əməliyyatı keçirməsinin tam qanuni olduğunu və heç bir qanunsuzluq etmədiyini, ona görə də Təqsirləndirilən şəxs pul verməyəcəyini bildirmişdir. 05 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs “demokratik.az” saytında Zərərçəkmiş şəxs4 barəsində şər-böhtan xarakterli məqalələr dərc etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 2018-ci ilin fevral-mart aylarında tanımışdır. Təqsirləndirilən şəxs təsisçisi və baş redaktoru olduğu “demokratik.az” saytında Gəncə Dövlət Universitetində ingilis dili müəlliməsi işləyən bacısı Zərərçəkmiş şəxs9 barəsində həqiqətə uyğun olmayan, rüsvayedici məlumatlar yazıb paylaşmışdır. Təxminən 2022-ci ilin may ayının sonlarında bacısı Zərərçəkmiş şəxs9 Təqsirləndirilən şəxs ilə danışdığını və Təqsirləndirilən şəxs onunla üzbəüz görüşmək istədiyini və tək getmək istəmədiyini demişdir. O da bacısı Zərərçəkmiş şəxs9 ilə birlikdə Gəncə şəhərində “Xan bağı” parkının yaxınlığında Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Bacısı Zərərçəkmiş şəxs9 Təqsirləndirilən şəxs onu tanıyıb-tanımadığını və hansı səbəbdən onun barəsində bu cür rüsvayedici məlumatlar yaydığını soruşmuşdur. O, Təqsirləndirilən şəxs bacısı Aygünün barəsində rüsvayedici məlumatlar yaymamasını xahiş etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs məsələnin həlli üçün onlardan pul istəmişdir. Onlar Osmandan nə qədər pul istədiyini soruşduqda isə Osman əli ilə onlara “beş” işarəsini göstərmişdir. O, Osmanın 500 manat istədiyini zənn edərək həmin miqdarda pulu borc-xərc tapıb verə biləcəklərini demişdir. Bu zaman bacısı Aygün ona “yüz?”, yəni 500 manat istədiyini soruşduqda Osman “yox” 5000 verməli olduqlarını demişdir. Onlar Təqsirləndirilən şəxs 5000 manat pulu düzəldə bilməyəcəklərini demişdir. Onlar Təqsirləndirilən şəxs müəyyən nüfuzlu şəxslərlə qohum olduqlarını, həmin şəxsləri onun da tanıdığını, bacısı Aygünün pis insan olmadığını və onun barəsində bu cür rüsvayedici məlumatların yayılmasına vasitəçi olmamasını xahiş etmişlər. Təqsirləndirilən şəxs həmin vaxt bacısı Aygünə başqa bir mobil nömrə verərək həmin nömrəyə “whatsapp” vasitəsi ilə yığmasını istəmişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs bacısı Aygünün barəsində yaydığı məlumatların alt hissəsində onun mövqeyini dərc edərək həmin məlumatların həqiqətə uyğun olmadığını bildirdiyini qeyd etmişdir. Lakin Təqsirləndirilən şəxs yaydığı həmin rüsvayedici məlumatları internet saytlarından silməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 məhkəmənin əvvəlki iclaslarında ifadəsində göstərmişdir ki, o, Göygöl rayon X7 Hüquqi Şəxsin nəzdində olan aptekdə xadimə işləmişdir. Təqsirləndirilən şəxs əvvəllər adını eşitsə də, özünü görməmişdir. 12 aprel 2022-ci il tarixdə aptekə dərmanlar gətirildiyi üçün işləri çox olduğundan saat təxminən 16 radələrindən sonra da işlədiyi aptekdə olmuşdur. Həmin gün saat təxminən 17 radələrində işdə olarkən aptekin müdiri Zərərçəkmiş şəxs6 otağından mübahisə səslərinin gəldiyini eşitmişdir. Əvvəl xəstələr üçün dərman almağa gələn vətəndaşlardan birinin olduğunu zənn etmişdir. Lakin nisbətən yaxında olduğu zaman Zərərçəkmiş şəxs6 yanına gələn şəxs Zərərçəkmiş şəxs6 onun dövlət tərəfindən verilən dərmanları satması baradə əlində görüntülər olmasını və həmin görüntüləri sosial şəbəkələrdə yaymamaq qarşılığında ona 200 manat pul verməsini tələb etdiyini görmüşdür. Zərərçəkmiş şəxs6 həmin şəxsə onun barəsində işlətdiyi ifadələrin heç bir əsası olmadığını, xəstəxananın aptekinə gələn dərmanların xəstələr üçün olduğunu, sayla gəldiyini və eyni qayda ilə də xəstələr üçün istifadə olunduğunu, aptekdə dərmanların kənar şəxslərə satılmasının qeyri-mümkün olmasını demişdir. Həmin şəxsə əlində görüntülər olması barədə dediklərinin həqiqət ola bilməyəcəyini demişdir. Həmin şəxs təkidlə ona 200 manat pul verməsə əlində olan görüntüləri rəhbəri olduğu “demokratik.az” saytında paylaşacağını demişdir. Zərərçəkmiş şəxs6 da həmin şəxsə əlində olan görüntüləri göstərməsini demişdir. Həmin şəxs Zərərçəkmiş şəxs6 150 manat verəcəyi təqdirdə həmin görüntüləri göstərə biləcəyini demişdir. Zərərçəkmiş şəxs6 ona heç bir məbləğdə pul verməyəcəyini və ona mənasız yerə hədə-qorxu gəlməməsini bildirmişdir. Həmin şəxs hədə-qorxu gələrək Zərərçəkmiş şəxs6 barəsində rüsvayedici məlumatları yayacağını bildirərək apteki tərk etmişdir. Sonradan o, Zərərçəkmiş şəxs6 həmin şəxsin kim olması barədə soruşduqda Zərərçəkmiş şəxs6 ona həmin şəxsin jurnalist olduğunu, adının isə Təqsirləndirilən şəxs olduğunu ona bildirmişdir. Şahid qismində dindirilmiş Şahid5 məhkəmənin sonrakı iclaslarında ifadəsində göstərmişdir ki, o, həm ibtidai istintaq zamanı, həm də məhkəmənin əvvəlki iclasında düzgün ifadə verməmişdir. Belə ki, o, işlədiyi aptekə Təqsirləndirilən şəxs gəldiyini görməmişdir. O, həm ibtidai istintaq zamanı, həm də məhkəmənin əvvəlki iclasında verdiyi ifadələrini təsdiq etmir. O, işlədiyi aptekdə Zərərçəkmiş şəxs6 ilə Təqsirləndirilən şəxs danışdığını xatırlamır və belə halın şahidi olmamışdır. O, evlidir, əri onun hazırki cinayət işi üzrə şahid qismində ifadə verdiyini bilkdikdən sonra onu danlamış və bu işlərə qarışmamasını bildirmişdir. Bir daha bildirir ki, o, həm ibtidai istintaq zamanı, həm də məhkəmənin əvvəlki iclasında düzgün danışmamışdır, yəni Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 müdürü olduğu aptekə gəlməsini görməmişdir. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş Şahid2 barəsində Göygöl Rayon İcra Hakimiyyəti Başçısının Balçılı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin iş materiallarına əlavə edilmiş arayışına əsasən Şahid2 hal-hazırda Rusiya Federasiyasında yaşadığından məhkəmədə iştirakının təmin edilməsi mümkün olmamış və məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, Şahid2 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləməmişdir. Əkinçiliklə məşğul olub ailəsini dolandırmışdır. Göygöl rayon Mərkəzi Xəstəxanasının müdiri Zərərçəkmiş şəxs1 onun həmkəndlisidir, eyni zamanda sinif yoldaşı olmuşdur. 2021-ci ilin noyabr ayının əvvəllərində o, “demokratik.az” saytında Təqsirləndirilən şəxs adlı şəxsin Zərərçəkmiş şəxs1 barəsində şər-böhtan xarakterli, həqiqətə uyğun olmayan məqalələr yazdığını görmüşdür. Təqsirləndirilən şəxs yazdıqlarının yalan olduğuna görə o, saytın şərhlər olan hissəsində ona Zərərçəkmiş şəxs1 barəsində yalan yerə məqalələr yazmamasını, Zərərçəkmiş şəxs1 cavan kadr olduğunu və ona şər atmamasını yazmışdır. Təqsirləndirilən şəxs isə ona kim olduğunu yazmışdır. O, Təqsirləndirilən şəxs Balçılı kəndində yaşadığını, adının Sənan olduğunu və Zərərçəkmiş şəxs1 sinif yoldaşı olduğunu yazmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ona “əgər kişisənsə, telefon nömrəni yaz əlaqə saxlayıb görüşək” sözlərini yazmışdır. O da Təqsirləndirilən şəxs öz istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefonlarının nömrəsini yazıb göndərmişdir. Lakin Təqsirləndirilən şəxs ona zəng etməmişdir. Təqsirləndirilən şəxslə onun arasında olan yazışmalarla bağlı o, Zərərçəkmiş şəxs1 heç nə bildirməmişdir. 2021-ci ilin dekabr ayının 31-i günü saat 11 radələrində Təqsirləndirilən şəxs ona hazırda xatırlamadığı nömrə ilə zəng etmişdir. Təqsirləndirilən şəxs ona özünü təqdim edib ondan nə üçün Zərərçəkmiş şəxs1 tərəfini saxladığını soruşmuşdur. O isə Təqsirləndirilən şəxs “demokratik.az” saytında Zərərçəkmiş şəxs1 barəsində heç bir həqiqətə uyğun olmayan, şər-böhtan xarakterli yazılar yazdığını, bu hərəkətin doğru olmadığını, Zərərçəkmiş şəxs1 karyerasına qəsdən ləkə vurmaq istədiyini, onun da haqsız məsələlərə susa bilmədiyi üçün Vasifin tərəfini saxladığını demişdir. Təqsirləndirilən şəxs telefonda əsəbləşərək ona hədə-qorxu gəlib onu tutduracağını demişdir. O isə Osmana ona hədə-qorxu gəlməməsini, heç bir hüquqazidd hərəkət etmədiyini deyərək, onu hansı səbəbdən tutdura biləcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs isə ona “Sən Vasiflə mənim aramda olan məsələyə niyə qarışırsan, sənin nəyinə lazımdı, Vasif mənə pul versin, mən də ondan əl çəkim” deyərək telefonu söndürmüşdür. 2022-ci ilin yanvar ayının sonlarında o, Vasiflə təsadüfən yaşadıqları kənddə görüşmüş və Təqsirləndirilən şəxslə onun arasında olan yazışmalarla telefon danışığı barəsində məlumat vermişdir. Zərərçəkmiş şəxs1 isə ona Təqsirləndirilən şəxs ondan pul tələb etdiyini və o, pul vermək istəmədiyini demişdir. Ona Təqsirləndirilən şəxs telefonlarına cavab verməməsini və onunla görüşə də getməməsini demişdir. 2022-ci ilin aprel ayının ortalarında o, şəxsi işləri ilə bağlı Gəncə şəhərində yerləşən 5 nömrəli Natoriat Kontoruna getmişdir. Həmin vaxt saat 14 radələri olmuşdur. O, notariusun binasından çıxan zaman təsadüfən Təqsirləndirilən şəxslə rastlaşmışdır. Təqsirləndirilən şəxs onu görən kimi tanımış və onunla işi olduğunu deyib bir kənara çəkilmələrini istəmişdir. O da Osmanla razılaşmış və notariusdan təxminən 2 metr piyada aralaşdıqdan sonra onunla söhbətə başlamışlar. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 nə istədiyini, nə üçün prinsip apardığını və onun barəsində nə üçün həqiqətə uyğun olmayan məqalələr yazdığını soruşmuşdur. Təqsirləndirilən şəxs isə ona “Vasif kimdi ki, mən onun qəsdinə durum, mən ondan yüksək vəzifəli adamlarla prinsip aparıram” demişdir. Sonra isə ona “Vasifə denən mənə 500 manat pul versin, onun barəsində əlimdə bir neçə tutarlı məlumatlar var, 500 manat pulu verməsə həmin məlumatları da saytda yerləşdirib onu işdən çıxartdıracam” sözlərini demişdir. O, yenə də Təqsirləndirilən şəxs haqsız hərəkət etdiyini, Vasifə şər böhtan atdığını deyib onun yanından uzaqlaşıb getmişdir. Təxminən on gün sonra Zərərçəkmiş şəxs1lə yenə də kənddə görüşən zaman Təqsirləndirilən şəxslə görüşməsi və aralarında olan söhbətlər barədə ona bildirmişdir. Zərərçəkmiş şəxs1 ona Təqsirləndirilən şəxs onun yanına gələrək ondan hədə-qorxu ilə pul tələb edərək ona pul verməsə “demokratik.az” saytında rüsvayedici məlumatlar yayacağını, sonra isə Təqsirləndirilən şəxs öz arvadını xəstəxanaya işə düzəltmək istədiyini, lakin vakant yer olmadığına görə Osmana bu barədə bildirdiyini demişdir. Ona görə də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 barəsində həqiqətə uyğun olmayan məqalələr yazmışdır. Zərərçəkmiş şəxs1 ona Təqsirləndirilən şəxs əhəmiyyət verməməyi, özünün heç bir qanunsuz hərəkətinin olmadığını və Təqsirləndirilən şəxs pul verməyəcəyini bildirmişdir (iş vərəqə: cild 2, səh. 43-46). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 06 iyul 2022-ci il tarixli “üzləşdirmə” istintaq hərəkəti barədə protokoldan görünür ki, Şahid1 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək həmin halları bir daha təsdiq etmişdir (iş vərəqə: cild 1, səh. 178-181). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 06 iyul 2022-ci il tarixli “üzləşdirmə” istintaq hərəkəti barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək həmin halları bir daha təsdiq etmişdir (iş vərəqə: cild 1, səh. 174-177). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 07 iyul 2022-ci il tarixli “üzləşdirmə” istintaq hərəkəti barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək həmin halları bir daha təsdiq etmişdir (iş vərəqə: cild 1, səh. 226-229). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 07 iyul 2022-ci il tarixli “üzləşdirmə” istintaq hərəkəti barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs4 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək həmin halları bir daha təsdiq etmişdir (iş vərəqə: cild 1, səh. 230-232). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 04 noyabr 2022-ci il tarixli “üzləşdirmə” istintaq hərəkəti barədə protokoldan görünür ki, Şahid3 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Şahid3 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək həmin halları bir daha təsdiq etmişdir (iş vərəqə: cild 3, səh. 10-11). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 27 dekabr 2022-ci il tarixli “üzləşdirmə” istintaq hərəkəti barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs9 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs9 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək həmin halları bir daha təsdiq etmişdir (iş vərəqə: cild 3, səh. 189-190). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 10 yanvar 2023-cü il tarixli “üzləşdirmə” istintaq hərəkəti barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək həmin halları bir daha təsdiq etmişdir (iş vərəqə: cild 3, səh. 202-203). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 13 yanvar 2023-cü il tarixli “üzləşdirmə” istintaq hərəkəti barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs5 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək həmin halları bir daha təsdiq etmişdir (iş vərəqə: cild 3, səh. 209-211). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 13 yanvar 2023-cü il tarixli “üzləşdirmə” istintaq hərəkəti barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs6 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək həmin halları bir daha təsdiq etmişdir (iş vərəqə: cild 3, səh. 212-213). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 18 yanvar 2023-cü il tarixli “üzləşdirmə” istintaq hərəkəti barədə protokoldan görünür ki, Şahid2 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Şahid2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək həmin halları bir daha təsdiq etmişdir (iş vərəqə: cild 3, səh. 228-230). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 18 yanvar 2023-cü il tarixli “üzləşdirmə” istintaq hərəkəti barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs8 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs8 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək həmin halları bir daha təsdiq etmişdir (iş vərəqə: cild 3, səh. 231-233). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 18 yanvar 2023-cü il tarixli “üzləşdirmə” istintaq hərəkəti barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs7 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs7 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək həmin halları bir daha təsdiq etmişdir (iş vərəqə: cild 3, səh. 234-236). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 13 yanvar 2023-cü il tarixli “üzləşdirmə” istintaq hərəkəti barədə protokoldan görünür ki, Şahid5 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Şahid5 Təqsirləndirilən şəxs əvvəllər görmədiyini, Təqsirləndirilən şəxslə hər hansı düşmənçilik və ədavətinin olmadığını, Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs6 arasında olan məsələdən xəbərdar olmadığını bildirmişdir (iş vərəqə: cild 3, səh. 214-215). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 26 sentyabr 2022-ci il tarixli “baxış və götürmə haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayon X7 Hüquqi Şəxsin direktoru Zərərçəkmiş şəxs1 təsisçisi və baş redaktoru olduğu “Demokratik.az” internet portalında və digər saytlarda dərc etdiyi məqalənin saytdan silinməsi və ya yenilərinin dərc olunmamasına görə hədə-qorxu ilə pul tələb etməsi ilə bağlı Təqsirləndirilən şəxslə Şahid1 arasında olan qeydə alınmış danışıq səsinin olduğu CD diski Şahid1 ibtidai istintaq zamanı təqdim etmiş və həmin diskə baxış keçirilmişdir (iş vərəqə: cild 2, səh. 166-167, 168-169). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 16 oktyabr 2022-ci il tarixli “baxış və götürmə haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs7 və xəstəxananın baş həkimi Zərərçəkmiş şəxs8 klinikada vəfat etmiş xəstə Dilşad Yusibovanın ölümünə güya səbəbkar onların olması ilə bağlı saytda dərc etdiyi məqalənin saytdan silinməsinə görə onlardan hədə-qorxu ilə pul tələb etməsindən sonra klinikaya gəlməli olması ilə bağlı qeydə aldığı səs yazısının olduğu CD diski Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı təqdim etmiş və həmin diskə baxış keçirilmişdir (iş vərəqə: cild 2, səh. 192-193, 194). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-fonoskopik ekspertizasının 23 dekabr 2022-ci il tarixli, 4/1684 saylı rəyindən görünür ki, həmin rəyin tədqiqi hissəsində qeyd olunanlar aşağıdakı kimidir. “İsmayıl-Osman” K1 - Əmimoğlu K2 – Hə K1 – Müsayitsən? K2 – De, qadan alım K1 – Əmimoğlu, yeddi gedir yeddi pul götürəjəm indi axşam, yeddi yüz K2 – Qaqa, qoy bir danışaq görək nədi nə döy..... qaçaqaç döyül ha K1 – Əmimoğlu, eşissəmmi? Ə sənin nəyinə lazımdı, sənin əminoğlu bilirsən ki/// ha? K2 - .... ə qardaş... K1 – Əmimoğlu, eşitsənmi? K2 - Hə K1 - Sənin mənim canıma and ola Allaha, dibişin canı, eşissən məni? K2 – Hə K1 – Yəni başqa söhbət ola bilməz də yəni K2 – Başqa söhbət odu ki, razılaşaq də bəlkə görək nədi nə döyül, nə deyir danışaq K1 - Sən nə deyirsən? Denən bir dənə K2 – Yox e, danışarıq də, görüşərik qadan alım, səbrli ol K1 – Bilirsən nəyə görə? K2 – Qaçaqaç eləmə K1 – Yox, qaçaqaç eləmirəm e. Məndən xəbər gözləyir eşitsənmi şappaşarap. Sən bi dənə nə deyirsən K2 – Hə K1 – Bir kəlmə de mən də deyim ki, budu da, əmimoğlu K2 – Qoy düşünüm ondan deyin sənə mən çağırıb... gözdə görüm nə deyir onun fikri /// K1 – Hə, o dedi ki, yəni yeddi dənə bu dəyqə yəni götürə bilərəm. Sən bidənə düşün, maa bi on beş iyirmi dəyqəyə bir xəbər de, mən yığım da K2 – Yaxşı, qardaş K1 – bir əminoğluna da indi istəsən hörmət eliyərsən, istəsən eləmərsən K2 – Ə oldu, sən qardaşısan. Gözdə qadan alım, şeylə K1 - məni bir on beş dəyqəyə yığ da, məndən xəbər gözlüyüllər. Yaxşı? K2 – Oldu K1 – Yaxşı, sağ ol “Knyaz – Osman” K3 - Alo K2 – Bağışlayın kimiydi? K3 – Alo K2 – Alo. Bağışlayın kimiydi? Doktor, sizsiz? K3 – Hə K2 - Nətərsiz, nə var nə yox? K3 – Sağ ol K2 - Hə, dünən danışdıx, Osmanıydı narahat eliyən K3 – Hə bə dedin səhər gələjəm, gəlmədin K2 – Hə birəz gecikdim üzrrü sayın. Nə vaxt desəz görüşə bilərik K3 – Heş nə, sabah səhər gəl görüşək danışarıx da, qardaş K2 - Tibb mərkəzinə? K3 – Hə. Çünki Mahir doktor da orda olajax K2 – Yaxşı doktor, onda saat on üçün gələrəm onda ora K3 – Hə, yaxşı K2 – Yaxşı. Həmin rəyin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “PRİNCO” markalı DVD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “PRİNCO” markalı DVD diskdə olan mübahisəli fonoqramlardakı danışıqlar üç nəfər kişi diktor tərəfindən aparılmışdır. Ekspertizaya təqdim olunmuş 1 ədəd “PRİNCO” markalı DVD diskdə olan “İsmayıl- Osman” adlı mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid1, “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi ehtimal ki – Təqsirləndirilən şəxs məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “PRİNCO” markalı DVD diskdə olan “Knyaz- Osman” adlı mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnində “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs, “K3” kimi işarə olunmuş diktorun səsi və nitqi Zərərçəkmiş şəxs7 məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “PRİNCO” markalı DVD diskdə olan mübahisəli fonoqramlardakı danışıqlarda iştirak edən diktorların emosional-psixoloji vəziyyətlərində ekstremallıq müşahidə olunmur, mübahisəli fonoqramdakı danışıqlar spontandır, təhrif edilməklə tələffüz əlamətləri müəyyən olunmamışdır (iş vərəqə: cild 3, səh. 191-195). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 13 noyabr 2022-ci il tarixli “baxış keçirilməsi barədə protokol”dan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə bağlı çıxan və daxil olan zənglərin siyahısı (siyahıda telefon nömrələri, zənglərin tarixi, dəqiq vaxtları, danışıq müddətləri, nömrələrin məxsus olduğu şəxslər haqqında məlumatları və ünvanları göstərilməklə), həmin mobil nömrələrdən göndərilən və daxil olan SMS mesajlarının mətnləri barədə məlumatlar "xxxx" MMC-dən götürülərək baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsində olmuş telefon nömrəsi ilə Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs7 istifadəsində olan və X4 adına rəsmiləşdirilmiş mobil nömrələr arasında danışıqların olması müəyyən edilmişdir (iş vərəqə: cild 3, səh. 141-142). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 08 iyul 2022-ci il tarixli, 123 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi ekspertizası zamanı onun bədəni üzərində xəsarət aşkar edilməmişdir (iş vərəqə: cild 2, səh. 31-32). Cinayət işinin materiallarına əlavə edilmiş 05 iyul 2022-ci il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 05 iyul 2022-ci il tarixdə tutulmuşdur (iş vərəqə: cild 1, səh. 132-133). Cinayət işinin materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 07 iyul 2022ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 05 iyul 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild 2, səh. 36-38). Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqları var (iş vərəqə: cild 2, səh. 153-154). Cinayət işinin materiallarına əlavə edilmiş Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə şikayət və narazılıqlar daxil olmamışdır (iş vərəqə: cild 2, səh.152). Məhkəmə araşdırması zamanı iş üzrə Zərərçəkmiş şəxs7 başqa, digər zərərçəkmiş şəxslərin təqdim etdikləri ərizələrdən görünür ki, onlar Təqsirləndirilən şəxs şikayətçidirlər və ona ən ağır cəza təyin edilməsini xahiş edirlər (cinayət işinin materialları). Məhkəmə araşdırması zamanı iş üzrə Zərərçəkmiş şəxs7 ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona təyin olunacaq cəzanı isə məhkəmənin mülahizəsinə buraxdığını göstərmişdir (cinayət işinin materialları). Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təkrar zərərçəkmiş şəxslərin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə cinayət əməllərini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan Təqsirləndirilən şəxs cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməlləri məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı heç bir cinayət əməli törətməməsi, kiminsə barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə heç kimdən hədə-qorxu ilə pul tələb etməməsi ilə bağlı göstərdikləri məhkəmə tərəfindən onun cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirilir və onun ifadəsində göstərdiyi hallar şahidlərin, zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkəti protokolları, cinayət işinin materiallarına əlavə edilmiş səs yazılarının əks olunduğu disklər və onların sübut növü kimi mötəbərliyini təsdiq edən ekspertiza rəyi kimi mötəbər və təkzibedilməz sübutlarla tam inkar olunduğundan və onun inkaredici ifadələri cinayət işinin məhkəmə araşdırması zamanı tədqiq edilən sübutları ilə təkzib edildiyindən məhkəmə təqsirləndirilən şəxsin həmin inkaredici ifadələrini sübut növü kimi qəbul etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” 21 oktyabr 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, “....hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkiblidir. Hədə-qorxu ilə tələblərin ifadə edilməsi anından cinayət başa çatmış hesab olunur. Belə ki, əmlakın, əmlaka olan hüququn verilməsi və ya əmlak xarakterli hərəkətlərin edilib-edilməməsindən asılı olmayaraq, hədə-qorxu irəli sürüldüyü andan bu cinayət başa çatmış hesab olunur. ... Hədə-qorxu zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə formalarında ifadə oluna bilər. Hədə-qorxu şifahi və ya yazılı, açıq və ya gizli, şəxsən və ya vasitəçi ilə ifadə oluna bilər. ... Rüsvayedici məlumatları yayma zərərçəkmiş və onun yaxın qohumları üçün yayılması arzuolunmaz məlumatların üçüncü şəxslərə verilməsidir. Rüsvayedici məlumatlar həqiqət olub-olmamasından asılı olmayaraq zərərçəkmiş şəxs tərəfindən onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilən istənilən məlumatlardır. Məlumatların rüsvayedici kimi qiymətləndirilməsi tamamilə zərərçəkmiş şəxsin həmin məlumatları necə qəbul etməsindən asılıdır. Həmin məlumatları yayma hədəsi isə təqsirkar tərəfindən zərərçəkmiş şəxsdən müəyyən əmlak əldə etmək məqsədilə istifadə olunur. Hədə-qorxu ilə tələb etmə təqsirkarda birbaşa niyyət və tamah məqsədi olmasını ehtiva edir. Təqsirkar qanunsuz tələb irəli sürdüyünü anlayır və bu yolla əmlak əldə etmək istəyir. Belə olan halda həmin cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Eyni zamanda, cinayət əməlinin tərkibi üçün təqsirkarın hədəni həqiqətən həyata keçirmək niyyətinin olub-olmaması əhəmiyyət kəsb etmir. ... Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsinə əsasən hədəqorxu ilə tələb etmə cinayət əməli özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə anından başa çatmış hesab edilir.” Hazırki cinayət işinin məhkəmə araşdırması zamanı tədqiq edilmiş və mötəbərliyi heç bir mübahisə doğurmayan iş üzrə yuxarıda göstərilmiş sübutların məcmusu ilə müəyyən edilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs rüsvayedici məlumatlar yayma hədəsi ilə heç kimdən hədə-qorxu ilə pul tələb etməməsi, onun heç bir cinayət əməli törətməməsi, həmçinin onun sifariş əsasında tutulması ilə bağlı göstərdiyi həmin hallar cinayət işinin faktiki hallarına uyğun deyil. Məhkəmə təqsirləndirilən şəxsin inkaredici ifadələrini və cinayət işi üzrə zərərçəkmiş şəxslərin göstərdikləri ifadələri iş üzrə yuxarıda göstərilmiş digər sübutlarla qarşılıqlı şəkildə tədqiq edərək, zərərçəkmiş şəxslərin ifadələrində göstərdiklərinin şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, cinayət işinin materiallarına əlavə edilmiş səs yazılarının əks olunduğu disklər və ekspertiza rəyi kimi mötəbərliyi heç bir mübahisə doğurmayan sübut növləri və cinayət işinin obyektiv halları ilə də təsdiq edildiyindən zərərçəkmiş şəxslərin ifadələrini öz təsdiqini tapmış mötəbər sübut növü kimi qəbul edir, təqsirləndirilən şəxsin ifadələri isə cinayət işinin materialları üzrə göstərilən bütün sübutlarla təkzib edildiyindən və işin faktiki hallarına uyğun olmadığından inandırıcı hesab edilməyən, onun törətdiyi cinayət əməlinə görə məsuliyyətdən yayınmağa yönəlmiş özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirilir və sübut növü kimi qəbul edilmir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda göstərilmiş sübutlarla və cinayət işinin faktiki halları ilə təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs ayrı-ayrı zərərçəkmiş şəxslərin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə onlardan hədə-qorxu ilə müxtəlif məbləğlərdə pul vermələrini tələb etmişdir. Məhkəmə istintaq hərəkətlərinin protokollarını, sübut növü kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş diskləri, şahidlərin və zərərçəkmiş şəxslərin ifadələrini və yuxarıda qeyd edilmiş əsaslılığı heç bir şübhə doğurmayan cinayət işinə aid məhkəmə araşdırması zamanı digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, həmin sübutlar bir-biri ilə vəhdət təşkil edib elan edilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək təsvirini formalaşdırmışdır. Təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması cinayət təqibi ilə bağlı məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilib toplanmış iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Göstərilənlərlə yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən həm də təkrar, tamah niyyəti ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmək məqsədilə Göygöl rayonu X7 Hüquqi şəxsdə aptek müdiri işləyən Zərərçəkmiş şəxs6 12 aprel 2022-ci il tarixdə sonuncunun iş yerində Zərərçəkmiş şəxs6 haqqında təsisçisi və baş redaktoru olduğu “demokratik.az” internet xəbər portalında həqiqətə uyğun olmayan rüsvayedici məlumatlar yayıb işdən çıxartdıracağı barədə hədə-qorxu gəlib, həmin məlumatların yayılmaması üçün Zərərçəkmiş şəxs6 200 (iki yüz) manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etməsi ilə bağlı da ittiham elan edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 37-ci bəndində göstərilmişdir ki, “CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır”. Həmin Qərarın 38-ci bəndində göstərilmişdir ki, “...Şəxs cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayətin və yaxud çox epizodlu cinayətin törədilməsində təqsirləndirilirsə (məsələn, bir neçə oğurluq və ya davam edən cinayətin bir neçə epizodu) və məhkəmə baxışı nəticəsində bunlardan bəziləri üzrə ittiham təsdiq edilmirsə, bu hallar cinayətin tövsifinin dəyişməsinə səbəb olmadıqda, məhkəmə ittihamın bu hissədə əsassız hesab edilməsi barədə nəticəni və gəldiyi qənaətin motivlərini hökmün təsviri-əsaslandırıcı hissəsində göstərir”. Göstərilənlərlə əlaqədar məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittiham üzrə Zərərçəkmiş şəxs6 12 aprel 2022-ci il tarixdə sonuncunun barəsində rüsvayedici məlumatların yayılmaması üçün Zərərçəkmiş şəxs6 200 (iki yüz) manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etməsi ilə bağlı epizod ona elan edilmiş ittihamdan çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittiham üzrə bütün epizodlarla bağlı sübutlar tədqiq edilərkən Zərərçəkmiş şəxs6 ilə bağlı elan edilmiş ittihamı təsdiq edəcək kifayət qədər sübutların olması müəyyən edilməmişdir. Belə ki, cinayət işinin materiallarına əsasən həmin epizodla bağlı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs6 ifadəsində göstərdiklərini təsdiq edən sübut növü kimi Şahid5 şahid qismində ifadəsi təqdim edilmişdir. Lakin məhkəmə istintaqı zamanı Şahid5 məhkəmənin əvvəlki iclasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 hədə-qorxu gələrək Zərərçəkmiş şəxs6 barəsində rüsvayedici məlumatları yayacağını bildirərək ondan pul tələb etməsini göstərsə də, məhkəmənin sonrakı iclaslarında o, həm ibtidai istintaq zamanı, həm də məhkəmənin əvvəlki iclasında düzgün ifadə vermədiyini bildirmiş, işlədiyi aptekə Təqsirləndirilən şəxs gəldiyini görmədiyini, həm ibtidai istintaq zamanı, həm də məhkəmənin əvvəlki iclasında verdiyi ifadələrini təsdiq etmədiyini, işlədiyi aptekdə Zərərçəkmiş şəxs6 ilə Təqsirləndirilən şəxs danışdığını xatırlamadığını və belə halın şahidi olmadığını, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 müdiri olduğu aptekə gəlməsini görmədiyinə dair ifadə vermişdir. Məhkəmə araşdırması zamanı cinayət işinin materialları tədqiq edilərkən müəyyən edilmişdir ki, Şahid5 ibtidai istintaq zamanı da onun iştirakı ilə keçirilmiş istintaq hərəkətləri zamanı ziddiyyətli ifadələr vermiş, belə ki, ibtidai istintaq zamanı da Şahid5 26 noyabr 2022-ci il tarixdə ifadə verərkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 hədə-qorxu gələrək Zərərçəkmiş şəxs6 barəsində rüsvayedici məlumatları yayacağını bildirərək ondan pul tələb etməsini təsdiq edən hallarla bağlı ifadə vermiş (iş vərəqə: cild 3, səh. 162-164), lakin sonra 13 yanvar 2023-cü il tarixdə Şahid5 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Şahid5 Təqsirləndirilən şəxs əvvəllər görmədiyini, Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs6 arasında olan məsələdən xəbərdar olmadığını bildirmiş (iş vərəqə: cild 3, səh. 214-215), daha sonra isə 15 yanvar 2023-cü il tarixdə Şahid5 həmin ziddiyyətli halla bağlı ifadə verərkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 yanına gələn şəxs olduğunu bildirmişdir (iş vərəqə: cild 3, səh. 216-218). Məhkəmə baxışı zamanı Şahid5 ifadələrində müəyyən edilən ziddiyyyətli halların araşdırılması zamanı cinayət prosesi tərəflərinin məhkəmədə təqdim etdikləri səs yazısının və video görüntünün əks olunduğu disklər nümayiş etdirilmiş, daha sonra həmin səs yazısı və video görüntü ilə bağlı Şahid5 həmin səs yazısının həqiqətən də onunla Zərərçəkmiş şəxs6 arasında olan danışıq olduğunu, həmçinin video görüntüdə də olan şəxslərin onunla Zərərçəkmiş şəxs1 olduğunu təsdiq etmişdir. Həmin səs yazısı və videogörüntü məhkəmə baxışı zamanı nümayiş etdirilərkən Şahid5 kənar şəxslər tərəfindən ona edilən təsirlər altında ifadələr verdiyi bildirdiyi müəyyən olunur. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə göstərilən epizodla bağlı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs barəsində göstərdiklərini təsdiq edən sübut növü kimi təqdim edilmiş Şahid5 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı kifayət qədər ziddiyyətli ifadələr verməsini nəzərə alaraq həmin ifadələrlə bağlı ziddiyyətləri digər sübutlarla aradan qaldırmaq mümkün olmadığından, həmçinin Zərərçəkmiş şəxs6 ifadəsində göstərdiklərini təsdiq edən kifayət qədər sübutlar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs6 ilə bağlı epizod təqsirləndirilən şəxsə elan edilmiş ittihamdan çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə də, qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə onun təkrar, tamah niyyəti ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmək məqsədilə Göygöl rayonu X7 Hüquqi Şəxsdə aptek müdiri işləyən Zərərçəkmiş şəxs6 12 aprel 2022ci il tarixdə sonuncunun iş yerində Zərərçəkmiş şəxs6 haqqında təsisçisi və baş redaktoru olduğu “demokratik.az” internet xəbər portalında həqiqətə uyğun olmayan rüsvayedici məlumatlar yayıb işdən çıxartdıracağı barədə hədə-qorxu gəlib, həmin məlumatların yayılmaması üçün Zərərçəkmiş şəxs6 200 (iki yüz) manat məbləğində pul vəsaitini hədəqorxu ilə tələb etməsi epizodunu Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan çıxarır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9 qarşı Təqsirləndirilən şəxs təkrar zərərçəkmiş şəxslərin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə onların əmlakını hədə-qorxu ilə tələb etməsi cinayət əməlini törətdiyindən təqsirləndirilən şəxsin barəsində cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, bir nəfər zərərçəkmiş şəxsin onunla barışmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır, onun cəzasını ağırlaşdıran hal isə müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi nəzərə alınaraq, həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş, şəxsiyyətinə uyğun, ədalətli və cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 05 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 05 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Göygöl Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 05 iyul 2022-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 200 (iki yüz) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa, iş üzrə zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəmədə mülki iddia qaldırmaq hüququ izah edilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 05 iyul 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfləri – 200 (iki yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə zərərçəkmiş şəxslərə, onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəmədə mülki iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Mikayıl Məmmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar