Məhkəmə qərarları › İş №1(100)-51/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-51/2025

10.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-51/2025 10.03.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Müslümov Bəhruz Firizman oğlu (sədrlik edən), hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - Nəcəfzadə Cəmilə Şamo qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1983-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta-ixtisas təhsilli, ikinci dərəcəli əlil, məhkumluğu olmayan, Mingəçevir şəhəri 20 Yanvar küçəsi ev 20, məzil 6-da qeydiyyatda olmaqla yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 13 mart 2023-cü il tarixdə təxminən saat 18:40 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisindən keçən 439-cu kilometrliyində “X16” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq, müvafiq etibarnamə olmadan və narkotik vasitələrdən istifadə edilməsi nəticəsində sərxoş halda idarə etdiyi Mercedes-Benz E270 CDİ markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı istiqamətində hərəkət etdirərkən həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və bununlada hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyərək qarşısı ilə eyni istiqamətdə hərəkətdə olan sürücü X5 idarə etdiyi Mitsubishi L 200 markalı, **-PM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsi ilə toqquşması və bu səbəbdən də sonuncu avtomobilin aşması nəticəsində həmin avtomobilin sürücüsü X3 gicgah və sol təpə nahiyələrinin kəllə tağı (hər iki təpə, hər iki gicgah və alın) sümüklərinin çoxqəlpəli, yedəyişməli sınığı, baş beyinin toxumasına, qişalarına, mədəciklərinə qansızma ilə müşayiət edilən didilmiş yaraları, alın, sol almacıq, burun, sağ yanaq, alt çənə, sağ çiyinüstü, sol disrək oynağı, sol said, hər iki əl, hər iki bud, hər iki diz oynağı, hər iki baldır nahiyələrinin sıyırıqları, hər iki üst göz qapaqlarının qançırları ilə müşayiət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurmaqla ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə elan olunmuş özünü qismən təqsirli bilərək göstərmişdir ki, sürücülük vəsiqəsi var, lakin avtomobili ən son 2011-ci ildə sürmüş, daha sonra qəza etdiyi üçün ona maşın verməmişlər. Həmin qəzadan sonra mütamadi olaraq əsəblərinə görə dərman isdifadə etmiş, yola çıxan zaman da dərman istifadə etmiş, buna görə də yuxu tutmuş və qəza baş vermişdir. Hadisə yerindən qaçmamış, hadisə yerində digər avtomobildə olan və yerə dağılmış silahları götürmüş və itməməsi üçün avtomobilə qoymuşdur. Hadisədən iki saat sonra müstəntiq gəlmiş, onu ekspertə aparmışdır. Həkim yoxladıqdan sonra ona içkili olmadığını demişdir. Müstəntiq “buraxaq getsin” demiş, daha sonra müstəntiq onu kənara çəkib “mən sənin cavabına baxıram, mənə pul tapıb gətirə bilərsənmi? Mənə pulu gətir, mən sənin işini həll edim, özün də xəstə uşaqsan. Bilirəm içkili də deyilsən” demişdir. Təqsirləndirilən şəxs isə dərman istifadə etdiyi üçün yuxu tutduğunu demişdir. Daha sonra müstəntiq özü onu yola salmış, Təqsirləndirilən şəxs Mingəçevirə getmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, gedib qohumlarından 1000 manat pul toplamış, Şəmkir postuna gətirib pulu vermişdir. Sonra ona “mən tək deyiləm” demiş, Təqsirləndirilən şəxs isə “təksən cütsən bilmirəm, mənə bu sözü sən deyibsən. Üç min dedin, mən də min manat tapıb gətirdim. Qalanını da sonra gətirəcəm” demişdir. Təqsirləndirilən şəxs özünü CM-nın 263.2-ci maddəsi ilə təqsirli bilmiş, istifadə etdiyi dərmanlar səbəbindən qanında tiryək çıxdığını bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamı olaraq bildirmişdi ki, hadisə olan zaman heç bir yerə qaçmamış, təcili tibbi yardım gələnə qədər də gözləmiş, Elçin Yaqubəliyevin üzünü su ilə yumuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişdir ki, Cinayət Prosessual Məcəllənin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkətinin protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı hüquqi varis qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, hadisəni görməmişdir. Hadisə günü təxminən saat 7-nin yarısı radələrində ona zəng gəlmiş, hadisə olduğu deyilmişdir. O da həmin dəqiqə Tovuza xəstəxanaya getmişdir. Daha sonra ona Aqşin adlı şəxsin yüksək sürətlə gəlib oğlunun avtomobilini vurduğu, avtomobilin 3-4 dəfə aşdığı deyilmişdir. O, oğlunun yas mərasiminə Təqsirləndirilən şəxs qohumlarının gəlmədiyini, barışıq isdəmədiklərini demiş, şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xidmətdə olan zaman körpü ilə hərəkət edərkən qəza baş vermişdir. Əyləc səsi, nə də başqa birşey eşitməmişdir. Qəza baş verməmişdən əvvəl sürücü mərhum Elçin Yaqubəliyev arxadan gələn maşını güzgüdən görüb “bu nə edir?” demiş, daha sonra qəza baş vermiş, avtomobil yan üstünə düşmüşdür. O, özü maşından çıxmış, sol əlini şüşə kəsmişdir. Çıxanda mərhumu maşının sol yanında görmüşdür. Kənar şəxslər də maşını saxlayıb gəlmiş, su gətirmiş 5-10 dəqiqə keçmədən mərhum dünyasını dəyişmişdir. Şahid1 ifadəsinin dəvamı olaraq bildirdi ki, onların avtomoblində sürət təxmini 60km/saat olarmış, daha sonra Təqsirləndirilən şəxs onların avtomobilinə arxadan yüksək surətlə vurmuş, ucadan səs gəlmiş maşın fırlanmağa başlamışdır. O, Təqsirləndirilən şəxs avtomobili niyə yolun sol hissəsi ilə idarə etmədiyini soruşmuş, sonuncu da ona “telefona baxırdım, başım qarışıq idi” demişdir. Şahid1 ifadəsinin davamında Təqsirləndirilən şəxs onlara kömək etmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, qardaşı Təqsirləndirilən şəxsla birlikdə avtomobilinin təmiri ilə bağlı Qazax rayonuna getmişlər. Qazaxda bir az çox qalmış, yorğun olmuşdur. Şahid2 özü Bakıdan gəlib Qazaxa getmiş, gecə də maşını özü sürmüşdür. Bu səbəbdən də Qazaxdan qayıdanda maşını qardaşı Təqsirləndirilən şəxs idarə etmiş, o isə yatmışdır. Yorğun olduğu üçün Təqsirləndirilən şəxs “ver maşını, yavaş-yavaş sürəcəm” demişdir. Təqsirləndirilən şəxs psixoloji xəstəliyi olduğu üçün o avtomobil idarə etməmişdir. O, avtomobil dəyən vaxt oyanmış, yol bir az yağışlı olduğu üçün təkərin çıxdığını bildirmişdir. Avtomobil dəyən kimi fırlanmış, təxminən 8-10 metr kənardakı dəmirə dəymişdir. İkisidə düşüb mərhumu yolun ortasında görmüş, mərhumu yolun kənarına çəkmişdir. Maşında suyu götürüb başına su tökmüş, həmin vaxt mərhum yaşayırmış. Mərhumun və yanındaki iş yoldaşının üstündə silahı var idi. “Silahın biri yoxdur, kömək et tapaq” demişdir. Silahın birini də tapıb verdikdən sonra təcili tibbi yardım çağırmış, lakin təcili tibbi yardım gec gəlmişdir. Daha sonra onları oradan polis maşınına qoyub həkim narkoloq müayinəsindən keçirməyə aparmış və həkimlər onları yoxlamışdır. Daha sonra şöbəyə getmiş, ancaq onları buraxmışlar ki, “gedin sabah gələrsiniz”. Ağstafa da məhkəmə olmuş, qardaşı həbs olunmuşdur. Şahid2 ifadəsinin davamı olaraq bildirdi ki, hadisə zamanı avtomobilin surəti 120- 130 km/saat olmuşdur. Onun bu yaxınlarda əmisi rəhmətə getmiş, Bakıya əmisinin yas mərsasiminə getmiş, oradan qayıtdıqdan sonra Qazaxa yola çıxdığından yuxulu olmuş avtomobili qardaşı Təqsirləndirilən şəxs idarə etməyə vermişdir. Avtomobil ailə avtomobiləri olmuş, sənədləri qaydasında olmuşdur. Təqsirləndirilən şəxs gün ərzində 3 dəfə-səhər, günorta, axşam olmaqla, ümumilikdə 21 ədəd psixotrop maddə qəbul etdiyini, qardaşının dərmandan başqa heç nə içmədiyini demişdir. Qardaşı 2012-ci ildən dərman qəbul etmiş, Bakıda 21 gün komada yatmışdır. Ondan sonra da psixoloji xəstə olmuş, ilk dəfə Maştağada, daha sonra Şəkidə və Mingəçevirdə yatmışdır. Hal-hazırda da Mingəçevirin psixoloji həkimi Rafael həkim hər ay onun dərmanlarını Şahid2 vermiş, türməyə gətirmişdir. Təqsirləndirilən şəxs 2-ci qrup əlil olması ilə əlaqədar hazırda pensiya alır. Əvvəlki məhkəmə iclası zamanı nümayəndə qismində dindirilmiş Nümayəndə izahatında göstərmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Azərbaycan Respublikası Strateji X6 Agentliyinə məxsus Mistubishi L 200 markalı **-PM-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi ilə əlaqədar agentliyə 27457 manat dəyərində maddi zərər dəymiş, lakin həmin zərər hadisənin günahkarı olan Təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Təqsirləndirilən şəxs əməlləri nəticəsində “Azərbaycan Respublikası Strateji X6 Agentliyinə dəymiş 27457 manat maddi ziyanın təqsirləndirilən Təqsirləndirilən şəxs tutularaq “Azərbaycan Respublikası Strateji X6 Agentliyinə ödənilməsi üçün ibtidai istintaq zamanı verilmiş mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 14 nömrəli rəyində görünür ki, X5 meyiti üzərində müəyyən edilmiş xəsarətlər - sağ gicgah və sol təpə nahiyələrinin kəllə tağı (hər iki təpə, hər iki gicgah və alın) sümüklərinin çoxqəlpəli, yerdəyişməli sınığı, baş beyinin toxumasına, qişalarına, mədəciklərinə qansızma ilə müşayiət edilən didilmiş yaraları, alın, sol almacıq, burun, sağ yanaq, alt çənə, sağ çiyinüstü, sol dirsək oynağı, sol said, hər iki əl, hər iki bud, hər iki diz oynağı, hər iki baldır nahiyələrinin sıyırıqları, hər iki üst göz qapaqlarının qançırları küt əşyaların təsirindən törənmişdir, xx.xx.2023-cü il tarixdə avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhum E.A.Yaqubəliyevin ölümünə səbəb nəqliyyat travması nəticəsində baş beyinin toxumasına, qişalarına, mədəciklərinə qansızmalar və kəllə qapağı sümüklərinin sınığı olmuşdur. Mərhum E.A.Yaqubəliyevin meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı nəticəsində etil spirti və digər gülclü təsirə malik maddələr aşkar edilməmişdir. X5 bədənində müəyyən edilmiş xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı da əmələ gəlməsi mümkün hesab edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X11” X17 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1020/K nömrəli rəyində görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində tiryək qrupuna aid olan alkaloid aşkar edilmişdir. Metil, etil, propil, butil, amil spirtləri,barbitur turşusu törəmələri, femotiazin, pirazalon, 1,4 benzodiazepin, salisilatlar və kammabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə yolnəqliyyat hadisəsi ekspertizasının xx.xx.2023-cü il tarixi 8/768 nömrəli rəyindən görünür ki, Mercedes-Benz E270 CDİ markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X16» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etsə idi hadisənin qarşısını almağa texniki imkanı olardı. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəçevi şəhər X4 şəhər Rayonlararası Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 761 nömrəli arayışdan görünür ki, Rəşidov X9 Psixo-Nevroloji Dispanserdə üzvi mənşəli şəxsiyyət pozğunluğu, baş-beyinin travması nəticəsində üzvi mənşəli şəxsiyyət və davranış pozğunluğu psixopata bənzər davranış diaqnozu ilə psixiatrik müşahidəyə götürülüb. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinn “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 Ambulator Məhkəmə Psixiatrik Ekspertizası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 345 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda kəllə-beyin travması nəticəsində üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları XBT 10 (psixi və davranış pozuntularını beynəlxalq təsnifatı, 10-cu baxış) F07.2 müəyyən edilir. Bunu cinayət işinin materiaları, həmin cinayət işindəki tibbi sənədlər (Gəncə şəhər Psixonevroloji Dispanserindən verilmiş xx.xx.2018-ci il tarixli 571 saylı ambulator məhkəmə psixiatrik ekspertizası rəyi, Şəki rayon Psixiatriya Xəstəxanasından verilmiş xəstəlik tarixindən çıxarış, AR-sı SN-nin Respublika Psixiatriya Xəstəxanasından verilmiş 21TH2 saylı xəstəlik tarixindən çıxarış,TSEK-dən verilmiş xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli şəhadətləndirmə aktları, X1 verilmiş xx.xx.2023-cü il tarixli 761 saylı, X2 verilmiş xx.xx.2023-cü il tarixli 922 saylı arayışlar, ARsı SN-nin Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyindən verilmiş 1020/K sayh ekspert rəyi), verilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırki psixatrik müayinənin nəticələri (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz, acılı və kobud olması,tez qıcıqlanması,xırda qıcığa nevrotik tipli reaksiyalarla cavab verməsi,mülahizə və mühakimələrin bir qədər səthi olması,onda psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar edilməməsi, kobud qavrama, yaddaş, təfəkkür və intellekt pozuntularının müəyyən olunmaması,törətdiyi əmələ qarşı təndiqi münasibət bəslənməsi və əməlindən peşiman olduğunu söyləməsi,bununla yanaşı psixi pozuntu keçirməsi səbəbindən psixiatriya stasionarına müalcyə göndərilməsini tələb etməsi və.s) sübut edir. Təqsirləndirilən şəxs kəllə-beyin travması nəticəsində üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı, 10-cu baxış) F07.2 xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs kəllə-beyin travması nəticəsində üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı, 10-cu baxış) F07.2 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, cinayət əməlini törədərkən öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs Nəısib oğlu qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs anlaqhhğı istisna etməyən psixi pozuntu vəziyyəti müəyyən olunmur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəçevir şəhər X4 şəhər Rayonlararası Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 922 nömrəli arayışdan görünür ki, Rəşidov X9 şəhər Narkoloji dispanserdə qeyddiyyatdadır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş sərxoşluğun təyini edilməsi haqqında xx.xx.2023-cü il tarixli 133 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ayıq olduğu göstərilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş tədqiqat üçün nümunələrin götürülməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 ml qan götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə kifayət qədər əsaslar olduğundan o, xx.xx.2023-cü il tarixdə protokol tərtib edilərək şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Mingəçevir şəhəri Mənzil İstismar Sahəsindən verilmiş xx.xx.2023-cü il tarixli, 144 nömrəli arayışdan görünür ki, Rəşidov X9 şəhəri 20 Yanvar küçəsi ev 20 mənzil 6-da yaşayır. Eləcə də, eyni tarixli yaşayış yeri üzrə verilən xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində şikayətin daxil olmamasını bildirib. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinə əsasən 01 il 06 ay müddətində nəqliyyat vasitələrini idarə etmək hüququ məhrum edilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Rəşidov X9 şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 01 il 06 ay müddətində nəqliyyat vasitələrini idarə etmək hüququ məhrum edilməklə 04 il müddətinə azadlıqdan məhrum edilmişdir. (AR-sı MM-nin xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 1.2-ci bəndinə əsasən cəzadan azad edilmişdir) Rəşidov X9 şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 02 il 06 ay müddətinə azadlığı məhdudlaşdırılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X19 İdarəsinin Tovuz rayonu RQİ və TBŞ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 016-469 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2016-cı il tarixdən xx.xx.2026-cı il tarixədək AC-981362 nömrəli “BC” dərəcəli sürücülük vəsiqəsi verilmiş və adı sürücülük hüququndan məhrum edilənlərin siyahısında yoxdur. İş üzrə maddi ziyan çəkmiş Azərbaycan Respublikası Strateji X6 Agentliyi müraciət edərək mülki iddiaçı olaraq tanınmasını xahiş etmişdir. Agentlik mülki iddiaçı olaraq tanınmış, Agentliyin əməkdaşı baş zabit, mayor Nümayəndə isə mülki iddiaçının nümayəndəsi qismində cinayət işi üzrə tanınmışdır. İş üzrə ifadə verən Nümayəndə ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18:40 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Tovuz rayonu ərazisindən keçən 439-cu km-də baş vermiş yol nəqliyat hadisəsi zamanı Agentliyə məxsus Mitsubishi L 200 markalı **-PM-*** dövlət qeydiyyat nişanlı avtomobilinin əzilməsi nəticəsində agentliyə maddi zərər dəymiş, lakin həmin zərər ödənilmədiyi üçün Agentlik aparılan istintaq zamanı iş üzrə mülki iddiaçı qismində tanınmışdır. Eləcə də, bu vaxta qədər dəymiş ziyanın ödənilməməsi ilə əlaqədar həmin zərərin ödənilməsini tələb etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş aktından görünür ki, Mistubishi L 200 markalı **-PM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 27457 (iyirmi yeddi min dörd yüz əlli yeddi) manat zərər dəydiyi göstərilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/8216 nömrəli rəyində görünür ki, təmiri məqsədə müvafiq və rentabellı hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 30 000,00 manat olmuş, 2012-ci il buraxılışh Mitsubishi markalı, L 200 model, (**-PM-*** dövlət qeydiyyat nişanlı) avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği, salamat qalmış hissələrin dəyəri (təxminən 4500 manat) nəzərə alınmaqla nəzəri qaydada təxminən 25 500,00 (30.000-15%) manat müəyyən edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-28/2-8888/2023 nömrəli məktubdan görünür ki, həkim reseptində göstərilmiş Finlipsal 200 mg №50 tab. (karbamazepin), Leponeks 25 mg tab.№50 (klozapin), Fenzepin 1 mg №50 (fenazepam), Depakin xrono 500 mg (valproy turşusu, natrium valproat), Cyclodol 2 mg tab.№50 (triheksifenidil) dərman vasitələrinin tərkibində tiryək qrupuna aid olan alkaloidlər mövcud deyildir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Elspertiza Mərkəzi” PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 4784 nömrəli rəydən görünür ki, X10 hal-hazında «TRAVMA MƏNŞƏLİ ÜZVİ ŞƏXSİYYƏT POZUNTUSU» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir. Bunu cinayət işi materiallanndakı tibbi sənədlər, toplanmış ifadələr, anamnestik məlumatlar (2011-d ildə keçirdiyi avtoqəza nəticəsində kəllə-beyin travması alması, bundan sonra psixi vəziyyətində dəyişikliklər yaranması, Mingəçevir Şəhər Rayonlararası Psıxo-Nevrolojı Dispanserində 30 mart 2012ci il tarixdən «Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Baş beyin travması nəticəsində üzvi mənşəli şəxsiyyət və davranış pozğunluğu, psıxopatabənzər davranış» diaqnozu ilə psixiatrik müşahidəyə götürülməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasında 10 iyun 2022-d И tarixdə «F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Baş-beynin travması nəticəsində üzvi mənşəli şəxsiyyət və davranış pozğunluğu - psıxopatabənzər davranış, özünükəsmələriə. Posttravmatik ensefalopatiya» diaqnozu ilə ikinci dərəcəli əlillik təyin olunması), şəxsi işindəki qeydlər (istintaq təcridxanasında olarkən Müalicə Müəssisəsində xx.xx.2023-cü il tarixdə «Üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 (Keçirilmiş kəllə-beyin travması)» diaqnozu, xx.xx.2023-cü il tarixdə «Üzvi (Keçirilmiş kəllə-beyin travması) mənşəli şəxsiyyət pozuntusu. Hazırda kompensasiya halı F07.0» diaqnozu qoyulması, xx.xx.2024-cü ıl tarixdən xx.xx.2024-cü il tarixədək «Üzvi mənşəli şəxsiyyət pozuntusu, hazırda kompensasiya vəziyyəti» diaqnozu ilə müalicədə olması) və hal- hazıkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin şöbədə müayinədə olduğu müddət ərzində bəzən palata yoldaşlan ilə söhbət zamanı qıcıqlandığının, ' rpubəhısə etdiyinin müşahidə edilməsi, baş ağnsından, yuxusuzluqdan, əsəbilikdən şikayət etməsi, əhvali-ruhiyyəsinin dəyişkən olması, ekspert komissiyasının yığıncağında apanlan müayinə gedişində söhbətə könülsüz qoşulması, verilən suallan uzun-uzadı danışaraq ətraflı və müfəssəl cavablar verməsi, təfəkkürünün toıpid xarakter daşıması, mülahizə və müahikəmlərində bir qədər ilişkənlik müşahidə olunması, bir mövzudan digərinə keçməkdə bir qədər çətinlik çəkməsi, müzakirə olunan mövzunun detallanna vararaq xırdaçılıq etməsi, sorğu-sual gedşatında bır Qeder əsəbiliyinin Özünü büruzə verməsi, əhvali-ruhiyyə fonunun dəyişkən olması, söhbət əsnasında tez yorulması və s) sübut edir. Yoxlanılan şəxs X13 qərann təsvın hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlim törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidannda olmuşdur. Buna görə A.N Rəşıdov təqsirləndirdiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs X13 hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarındadır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs uzun müddət xəstəliyi ilə bağlı psixotrop dərmanlardan isdifadə etdiyini ona görə qanında narkotik aşkar edildiyini, heç vaxt narkotik isdifadə etmədiyini, özünü CM-nın 263.2-ci maddəsi ilə təqsirli bildiyni göstərsədə ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri özünümüdafiə xarakterli, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin təqsirləndirilən şəxsin özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli 3-28/2-8888/2023 nömrəli məktubdan görünür ki, həkim reseptində göstərilmiş Finlipsal 200 mg №50 tab. (karbamazepin), Leponeks 25 mg tab.№50 (klozapin), Fenzepin 1 mg №50 (fenazepam), Depakin xrono 500 mg (valproy turşusu, natrium valproat), Cyclodol 2 mg tab.№50 (triheksifenidil) dərman vasitələrinin tərkibində tiryək qrupuna aid olan alkaloidlər mövcud olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X11” X17 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1020/K nömrəli rəyində görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində tiryək qrupuna aid olan alkaloid aşkar edilmişdir. Bununla da, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ikinci dərəcəli əlil olmasını, himayəsində iki azyaşlı övladının olmasını və himayəsində yaşlı atasının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti, həmçinin Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə əsas cəza olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza, əlavə cəza olaraq isə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (bundan sonra CİM-nin) 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə cəzanın müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya əlavə cəza kimi təyin olunmasını və əlavə cəzanın icrasının əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-nin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə istintaqı zamanı Azərbaycan Respublikasının Strateji X6 Agentliyinin nümayəndəsi Nümayəndə mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Təqsirləndirilən şəxs 27457 (iyirmi yeddi min dörd yüz əlli yeddi) manat məbləğində pulun alınıb ona verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; Eyni Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla mülki iddia qismən təmin edilməli. 25500 (iyirmi beş min beş yüz) manat məbləğində pulun Təqsirləndirilən şəxs tutulmaqla (mülki iddiaçı) Azərbaycan Respublikasının Strateji X6 Agentliyinə ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 188 (yüz səksən səkkiz) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. İş üzrə verilmiş mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs 25500 (iyirmi beş min beş yüz) manat məbləğində pul tutularaq mülki iddiaçı Azərbaycan Respublikasının Strateji X6 Agentliyinə ödənilsin. İbtidai və məhkəmə istintaqı zamanı keçirilmiş ekspertizalar ilə əlaqədar Təqsirləndirilən şəxs 188 (yüz səksən səkkiz) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar