Məhkəmə qərarları › İş №1(100)-510/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-510/2024

08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-510/2024 08.10.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər X6 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X1 və Talışova Şahnaz Nazir qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı və kiçik ədliyyə müşaviri X7, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.2000-ci il tarixdə Şəmkir rayonu, Çaparlı kəndində anadan olan, subay, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, natamam orta təhsilli, məhkumluğu olmayan, Şəmkir rayonu, Çaparlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs barəsində 10 avqust 2020-ci il tarixdə Şəmkir rayon polis şöbəsinə ərizə ilə müraciət edərək döyülməsi barədə sonuncudan şikayət etməsi səbəbindən 28 iyun 2024-cü il tarixdə saat 22 radələrində Şəmkir rayonu, Çaparlı kəndində aralarında şəxsi münasibətlər zəminində yaranmış sözlü mübahisə zamanı Zərərçəkmiş şəxs onun ölən valideynlərinin ünvanına nalayiq ifadələr işlətməsindən və qəsdən əlləri ilə vurub ona başın tüklü hissəsində ənsə nahiyəsinin sağ yarısının yumşaq toxumalarının şişkinlik və ağrı halında əziniyi, boyunun sağ yan səthinin qançırı və sağ çiyinüstü nahiyəsinin sıyrığı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan olduqları üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsindən hiddətlənərək, Zərərçəkmiş şəxs qisas almaq məqsədilə həmin gün saat 22 radələrində yaşadığı Şəmkir rayonu, Çaparlı kəndində yerləşən fərdi yaşayış evindən götürüb üzərində gəzdirdiyi istintaqa məlum olmayan deşici-kəsici alət olan mətbəx bıçağı ilə qəsdən sonuncunun qarın nahiyəsinə bir dəfə zərbə vuraraq ona qarının sol arxa-yan divarının qarın və döş boşluğuna keçən, dalağı zədələyən, sol tərəfli hemopnevmotoraksa və daxili qanaxmaya səbəb olmuş bir ədəd sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vuran deşilmiş-kəsilmiş yarası xəsarətlərini yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs həmkəndlisi olmuş və sonuncu ilə münasibətləri həmişə pis olmuşdur. O, yaşadığı evin həyətyanı sahəsində əvvəllər xırdabuynuzlu heyvanlar saxlamışdır. 10 avqust 2020-ci il tarixdə mərhum atası X8 özlərinə məxsus olan xırdabuynuzlu heyvanları yaşadıqları kənd ərazisində Zərərçəkmiş şəxs satmaq istəyən zaman o, yaxınlaşaraq həmin heyvanları alması ilə bağlı sonuncuya öz narazılığını bildirmişdir. Zərərçəkmiş şəxs isə onunla mübahisə etmiş və onu döymüşdür. O da “102” Xidmətinə zəng edərək sonuncunun onu döyməsi barədə məlumat vermişdir. Təxminən 2024-cü ilin iyun ortalarında Zərərçəkmiş şəxs ilə birlikdə Şəmkir rayonu, Çaparlı kəndi ərazisində ot bağlaması toplayan zaman sonuncu ona 10 avqust 2020-ci il tarixdə dalaşan zaman ondan polis əməkdaşlarına şikayət etməsini irad bildirib onunla sözlü mübahisə etmişdir. Həmin mübahisədən sonra isə Zərərçəkmiş şəxs kənd sakinləri arasında onun barəsində təhqiredici ifadələr işlətməsini adlarını xatırlamadığı kənd sakinlərindən eşitmişdir. 28 iyun 2024-cü il tarixdə saat 22 radələrində o, mobil telefon vasitəsi ilə Zərərçəkmiş şəxs zəng edərək onun barəsində kənd sakinləri arasında təhqiredici ifadələr işlətməsinə son qoymasını xahiş etmişdir. Sonuncu isə ondan harada olmağını soruşaraq onunla görüşmək istədiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs yaşadıqları kənd ərazisində yerləşən 4 yol deyilən yerdə olduğunu bildirən zaman sonuncu onun yanına gəlmək və onunla söhbət etmək istədiyini demişdir. Təxminən 2-3 dəqiqədən sonra Zərərçəkmiş şəxs ilə yaşadıqları evin yaxınlığında yol kənarında görüşmüşlər. Lakin həmin vaxt sonuncu heç bir söz demədən əli və təpik zərbələri ilə onun bədənin müxtəlif nahiyəsindən vuraraq onu döymüşdür. Daha sonra o, yaşadığı evə qaçaraq mətbəx otağından tutacaq yeri göy və qara rəngli olan kiçik ölçülü mətbəx bıçağını götürüb Zərərçəkmiş şəxs ilə dalaşdığı yerə qayıtmış və əlində olan bıçağı kənara atıb sonuncudan onun haqqında kənd sakinlərinin yanında pis ifadələr işlətməsinə son qoymasını tələb etmişdir. Zərərçəkmiş şəxs isə yenidən döyməyə başlayaraq onun mərhum anası haqqında pis ifadələr işlətmişdir. Həmin vaxt o, əsəbi halda yaşadıqları evdən özü ilə gətirdiyi tutacaq yeri kiçik ölçülü olan mətbəx bıçağı ilə bir dəfə Zərərçəkmiş şəxs sol qarın nahiyəsindən vurmuşdur. Qarın nahiyəsindən qan axaraq onun əlinə tökülsə də, sonuncu onu döyməyə davam etmişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs uzaqlaşmaq məqsədilə əlində olan mətbəx bıçağını yerə atıb yaşadıqları ev istiqamətində qaçmışdır. Hadisə yerinə toplaşmış kənd sakinləri Zərərçəkmiş şəxs tutaraq ondan aralamışdır. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, 28 iyun 2024-cü il tarixdə saat 22 radələrində Şəmkir rayonu, Çaparlı kəndi ərazisində ilk olaraq həmkəndlisi Zərərçəkmiş şəxs ona görüşmək istədiyini bildirmişdir. Sonuncu onunla görüşə gələndə sərxoş halda olmuşdur. Üzərində bıçaq götürməkdə məqsədi Zərərçəkmiş şəxs qorxutmaq olmuş, buna görə görüş zamanı ilk əvvəl alışqanın işiğı ilə əlində olan bıçağı sonuncuya göstərmiş, lakin Zərərçəkmiş şəxs içkili olduğu üçün üzərinə gəlib onu vurmağa başlamışdır. Zərərçəkmiş şəxs xəsarət yetirdiyi göy və qara rəngli tutacağı olan kiçik ölçülü mətbəx bıçağını yaşadıqları evin mətbəx otağından götürmüş, sonuncunu vurduqdan sonra da həmin bıçağı hadisənin baş verdiyi ərazidə yerə atmışdır. Zərərçəkmiş şəxsla aralarında baş vermiş mübahisə təxminən 2-3 dəqiqə davam etmişdir. Mübahisə zamanı Zərərçəkmiş şəxs onun mərhum valideynlərinin ünvanına nalayiq ifadələr işlətmiş, onlar yaşadığı evdən təxminən 50 metr aralıda mübahisə etmişlər. O, Zərərçəkmiş şəxs bıçaq zərbəsi vurandan sonra qorxub hadisə yerindən qaçmış, həmin vaxtı sonuncu da ayaq üstə olmuşdur. O, törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxslə barışmış və sonuncuya dəymiş ziyanı tam olaraq ödəmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisi olmuş və sonuncu ilə münasibəti əvvəllər yaxşı olsa da sonradan pisləşmişdir. O, yaşadığı evin həyətyanı sahəsində əvvəllər xırdabuynuzlu heyvanlar saxlamışdır. 10 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs mərhum atası X2 özünə məxsus xırdabuynuzlu heyvanlarını satmasını eşidib yaşadığı kənd ərazisində sonuncuya yaxınlaşaraq 21 baş xırdabuynuzlu heyvanları almaq istədiyini bildirmişdir. Lakin həmin vaxt X5 Məmmədov atasının ona həmin 21 baş xırdabuynuzlu heyvanları satmasına öz etirazını bildirərək atası ilə sözlə mübahisə etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ilə onun arasında mübahisə baş vermiş və o, əsəbi olduğu üçün əli ilə Təqsirləndirilən şəxs üz nahiyəsindən şillə vurmuşdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs “102” Xidmətinə zəng edərək onun tərəfindən döyülməsi barədə məlumat vermişdir. Təxminən 2024-cü ilin ortalarında Təqsirləndirilən şəxs ilə birlikdə Şəmkir rayonu, Çaparlı kəndi ərazisində ot bağlaması toplayan zaman o, 10 avqust 2020-ci il tarixdə onun barəsində “102” Xidmətinə zəng edərək şikayət etdiyi üçün sonuncuya öz narazılığını və iradını bildirmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs ilə aralalarında sözlə mübahisə olmuş və mübahisə zamanı sonuncu ona atası və anası vəfat etdikdən sonra əsəblərinin pozulmasını demişdir. Mübahisə gedişində onlar arasında dava-dalaş olmamışdır. 28 iyun 2024-cü il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs ona mobil telefon vasitəsi ilə zəng edərək guya ki, onun sonuncu haqqında kənd sakinləri arasında təhqiredici ifadələr işlətməsini bildirmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs ondan harada olmasını soruşaraq görüşmək istədiyini bildirmişdir. O da Təqsirləndirilən şəxs yaşadığı evdə olduğunu bildirdikdə sonuncu kənd ərazisində yerləşən 4 yol deyilən yerdə olmasını deyərək onu həmin yerə çağırmışdır. Təxminən 2-3 dəqiqədən sonra o, Təqsirləndirilən şəxsla sonuncunun yaşadığı evin yaxınlığında yol kənarında görüşmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs ona təhqiredici ifadələr işlədərək onun anası X3 əxlaqsızlıq etməsini bildirmişdir. Bu səbəbdən də o, əsəbləşərək Təqsirləndirilən şəxs mərhum valideyinlərinə pis ifadələr işlədib əli ilə sonuncunun bədənin müxtəlif nahiyələrindən vurmuşdur. Daha sonra Təqsirləndirilən şəxs qaçaraq yaşadıqları evə getmiş, təxminən 1-2 dəqiqədən sonra isə sonuncu onunla mübahisə etdiyi əraziyə qayıdaraq əlamətini xatırlamadığı mətbəx bıçağı ilə onun sol kürək nahiyəsindən vurmuşdur. O da əl və təpik zərbələri ilə Təqsirləndirilən şəxs bədənin müxtəlif nahiyələrindən vurmuşdur. Təqsirləndirilən şəxs ondan uzaqlaşaraq yaşadığı ev istiqamətində qaçmış, o da sonuncunun arxası ilə qaçmış, lakin Təqsirləndirilən şəxs evlərinə yaxınlaşan zaman o, aldığı xəsarətlər nəticəsində sol kürək nahiyəsindən qan axmasından halsız vəziyyətə düşüb yerə yıxılmışdır. Həmin vaxt həmkəndliləri Şahid2 və Şahid1 ona yaxınlaşaraq özlərinə məxsus “VAZ-21074” markalı avtomobil ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, onunla Təqsirləndirilən şəxs arasında sonuncunun atasına məxsus xırda buynuzlu heyvanların alınıb-satılması məsələsinə görə mübahisə olmuş və o, həmin vaxt əsəbiləşərək Təqsirləndirilən şəxs əli ilə üz nahiyəsindən şillə vurmuşdur. Hadisə günü Təqsirləndirilən şəxs ona zəng edib guya ki onun hər yerdə sonuncunu döyüb pisikdirdiyini danışdığını demiş, o isə belə bir halın baş vermədiyini söyləmişdir. O, Təqsirləndirilən şəxs döydükdən sonra sonuncu yaşadığı evə gedərək bıçaq götürmüş və ona gücü çatmadığı üçün həmin bıçaqla onu vurmuşdur. Mübahisə vaxtı o, Təqsirləndirilən şəxs mərhum valideyinlərinə söyüş söymüşdür. O, bıçaqlanandan sonra halsız vəziyyətə düşdüyü üçün yerə yıxılmışdır. Onunla Təqsirləndirilən şəxs arasında baş vermiş mübahisə təxminən 2-3 dəqiqə davam etmiş və həmin dava vaxtı ikisindən başqa orada kənar heç kim olmamışdır. Eşqin və İslam sonradan hadisə yerinə gəlmişlər. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Şahid2 həmkəndliləri olmuşdur. 28 iyun 2024-cü il tarixdə saat 22 radələrində Şahid2 ilə birlikdə özünə məxsus “VAZ- 21074” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı kənd ərazisində yerləşən mağazadan içki məhsulları alıb yaşadığı ünvana gedən zaman Şəmkir rayonu, Çaparlı kəndi ərazisində həmkəndliləri Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs bir-biri ilə mübahisə etmələrini görüb idarə etdiyi avtomobili saxlayaraq Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs yaxınlaşmışlar. Həmin vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanaraq, sol kürək nahiyəsindən xəsarət almasını bilmişdir. Çünki hadisənin baş verdiyi yerdə göy və qara rəngli tutacağı olan kiçik ölçülü mətbəx bıçağı görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs halsız vəziyyətə düşərək yerə yıxılmış, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi üçün qorxaraq hadisənin baş verdiyi yerdən qaçıb getmişdir. O, Şahid2 ilə birlikdə Zərərçəkmiş şəxs qolundan tutub özünə məxsus avtomobilə mindirərək sonuncunu Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, o, hadisə günü Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında mübahisə baş verən vaxtı həmin əraziyə kənar şəxslərin toplaşmasını görməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Əliyev X10 Eşqin Sədi oğlu ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Şəmkir rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 610 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, məhkəmə-tibbi müayinə zamanı Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - qarının sol arxa-yan divarının qarın və döş boşluğuna keçən, dalağı zədələyən, sol tərəfli hemopnevmotoraksa və daxili qanaxmaya səbəb olmuş bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətlə, ola bilsin ki, bıçaqla yetirilmiş, yetirilmə müddət 28 iyun 2024-cü il tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə bu xəsarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Şəmkir rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 601 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, məhkəmə-tibbi müayinə zaman Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – başın tüklü hissəsində ənsə nahiyəsinin sağ yarısının yumşaq toxumalarının şişkinlik və ağrı halında əziniyi, boyunun sağ yan səthinin qançırı və sağ çiyinüstü nahiyənin sıyrığı, küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri 28 iyun 2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X11 X22 Regional Ambulator şöbəsinin xx.xx.2024-cü il tarixli, 592 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlikdən əziyyət çəkmir, o, qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür, tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X12 Bölməsinin xx.xx.2024-cü il tarixli, 16/868 nömrəli məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilən köynəyin üzərində olan 01 ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədəsidir. Lakin köynəyin üzərində olan zədənin üzərində xüsusi əlamətlər olmadığından həmin zədənin konkret olaraq bıçağın təsirindən yaranmasını müəyyən etmək mümükün olmadı. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB-nin 02 iyul 2024cü il tarixli, 610 nömrəli ekspert rəyinin davamında göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş köynəyin səthində olan zədə müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən “qarının sol arxa-yan divarının qarın və döş boşluğuna keçən, dalağı zədələyən, sol tərəfli hemopnevmotoraksa və daxili qanaxmaya səbəb olmuş bir ədəd deşilmiş-kəsilmiş yara” xəsarəti ilə köynəyin üzərində olan 01 ədəd zədə yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 03:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 29 iyun 2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, hadisə yeri - Şəmkir rayonu, Çaparlı kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığındaki torpaq yoldan ibarət küçədir. Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet götürülməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi yeri və şəraiti əyani göstərməklə törətdiyi cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəmkir RPŞ-nin məsul növbətçisinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, həmin tarixdə saat 00:25-də Şəmkir RMX-nin növbətçi həkimi 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bıçaqlanaraq qarın boşluğunun kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya daxil olması barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəmkir RPŞ-nin xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 28 iyun 2024-cü il tarixdə saat 22 radələrində Şəmkir rayonu, Çaparlı kənd sakinləri Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs aralarında yaşadıqları kənd ərazisində şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs vuraraq sonuncuya həyat üçün təhlükəli olan ağır dərəcəli xəsarət yetirən zaman hadisənin baş verdiyi əraziyə insanlar toplaşmamış, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs aralarında baş vermiş mübahisə bitdikdən sonra hadisənin baş verdiyi əraziyə Şəmkir rayonu, Çaparlı kənd sakinləri Şahid1 və Şahid2 gələrək Zərərçəkmiş şəxs Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparmış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağı hadisədən sonra harada gizlətməsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı X15 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs adlı şəxsin onu döyməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Xidmətinə etdiyi müraciəti əsasında rayon polis şöbəsində araşdırma aparılaraq Zərərçəkmiş şəxs əməllərində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün material ayrılaraq RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinikasında psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəmkir RİH başçısının Çaparlı kənd İƏDÜN-nin xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Çaparlı kəndində xx.xx.1993-cü il təvəllüdlü qardaşı X4 və xx.xx.1995-ci il təvəllüdlü bacısı X9 ilə birlikdə yaşayır, yaşadığı yer üzrə müsbət xarakterizə olunur, validyenləri isə vəfat ediblər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş 01 (bir) ədəd qısaqol köynək və 01 (bir) ədəd cins şalvar maddi sübut kimi tanınaraq saxlanılması üçün Şəmkir RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı təqdim etdiyi xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş, eləcə də xx.xx.2024-cü il tarixli ərizələrindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan tam olaraq ödənilmiş, Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Bununla da, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən, törətdiyi əmələ görə peşmançılıq hissi keçirməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, eləcə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb Cinayət Məcəlləsinin 60.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti qeyd edilən maddənin sanksiyasında göstərilən daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 29 iyun 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 17 (on yeddi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi üçün 102 (bir yüz iki) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 31 (otuz bir) manat 50 (əlli) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Şəmkir RPŞ-nin saxlanc anbarına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd qısaqol köynək və 01 (bir) ədəd cins şalvar Zərərçəkmiş şəxs qaytarılmalı, götürülmədikdə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 29 iyun 2024-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi 102 (bir yüz iki) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 31 (otuz bir) manat 50 (əlli) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Şəmkir RPŞ-nin saxlanc anbarına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd qısaqol köynək və 01 (bir) ədəd cins şalvar Zərərçəkmiş şəxs qaytarılsın, götürülmədikdə məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar