Məhkəmə qərarları › İş №1(100)-511/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-511/2025

16.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-511/2025 16.12.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Müslümov Bəhruz Firizman oğlundan ibarət tərkibdə, Salmanzadə Ülkər Hikmət qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4 və onun etibarnamə üzrə nümayəndəsi X10, təqsirləndirilən şəxsin müdafiəçiləri Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Göygöl Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1980-ci il təvəllüdlü, Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs beynəlxalq yük daşımalarını həyata keçirmək məqsədilə aldığı “MAN” markalı 99-11-522 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü xx.xx.1983-cü il təvəllüdlü, Goranboy rayonunda anadan olmuş, Gəncə şəhər Cavadxan qəsəbəsində qeydiyyatsız yaşamış X9 avtomobilin texniki nasazlıqlarının aradan qaldırılması üçün çəkdiyi xərclərin yüksək olması və mütəmadi olaraq xərclərin bir hissəsini ondan tələb etməsindən sonra V.Əhmədovun onu aldadaraq çəkdiyi xərcləri qəsdən artıq deməsi qənaətinə gəlmiş, xx.xx.2025-ci il tarixdə saat 16:32-də tərəflərin “whatsapp” tədbiqi ilə danışığı zamanı V.Əhmədovun həmin gün üçün ondan 1500 AZN istəməsindən sonra həmin məbləği ona verməkdən imtina edərək sonuncunun sonrakı zənglərinə cavab verməmiş, həmin gün saat 19:30 və 20:07-də V.Əhmədov ona məxsus ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəsinə yenidən zəng edərək sonuncunu və ailəsini nalayiq söyüşlərlə təhqir etməsindən hiddətlənərək Təqsirləndirilən şəxs qisas almaq niyyətilə V.Əhmədovu qəsdən öldürmək, yəni qəsdən həyatdan məhrum etmək qərarına gəlmiş, cinayətkar niyyətinə uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün icazə verilmiş 12 kalibrli, 14200064 nömrəli, “Churchill” modelli, tək- hamarlüləli, yivsiz pompalı ov tüfəngini yaşadığı ünvan 1 ünvanından götürərək istifadəsində olan “Mersedes-Benz E 200” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə zərərçəkmiş şəxsin yaşadığı ünvanın yaxınlığı olan Gəncə şəhəri, Cavadxan qəsəbəsi, Məmmədtağı Cəfərov küçəsinə gedib “whatsapp” tədbiqi ilə V.Əhmədova zəng etməklə onu həmin ünvana çağırmış, sonuncunun gəldiyini görüb qəsdən öldürmək niyyətini reallaşdırmaq üçün xx.xx.2025-ci il saat 21:43-də Gəncə şəhəri, Cavadxan qəsəbəsi, Məmmədtağı Cəfərov küçəsində özü ilə gətirdiyi qeyd olunan ov silahını atəşə hazır vəziyyətə gətirərkən əlinin tətiyə dəyməsi səbəbindən güllə havaya açılmış, Təqsirləndirilən şəxs öz cinayətkar niyyətindən dönmədən 2 metr məsafədən yenidən silahı V.Əhmədova tuşlayıb 01 dəfə atəş açaraq sonuncunun ölümünə səbəb olan döş qəfəsinin sağ yarısının ön səthində bir ədəd qarın boşluğuna keçən, qaraciyərin, mədənin və nazik bağırsaq müsariqələrinin yaralanmasına səbəb olan kor odlu silah yarası, döş qəfəsinin ön səthində sağda ön qoltuqaltı xətlə Vİ qabırğaarası nahiyyədə qırma yarası, sağ said nahiyyəsində odlu silah yarası ilə müşayiət olunan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarət yetirmiş, V.Əhmədovun yerə yıxılmasından sonra sonuncunu qəsdən həyatdan məhrum etmək niyyətini davam etdirərək onun həyatına son qoymaq məqsədilə silahın arxa hissəsilə V.Əhmədova başın ənsə nahiyyəsində solda və sol qulaq seyvanında əzilmiş səthi yaralar, sol qulaqarxası nahiyyədə qançır, alın nahiyyəsində solda sıyrıqla müşayiət olunan dərəcəsi təyin olunmayan xəsarətlər yetirib, zərərçəkmiş şəxsi qəsdən həyatdan məhrum etməklə öldürmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, noyabr ayından Vüsal ilə aralarında maşına görə narazılıq yaranmışdır. Onlar noyabr ayında söhbət etdikləri zaman Vüsala maşını satacağını bildirmişdir. Vüsal maşını satmağına narazılıq etmişdir. Maşının xərcləri çox çəkirdi. O, da hər dəfə maşına çəkilən xərclərin çekini Vüsaldan tələb etmiş, lakin Vüsal ona çek təqdim etməmişdir. Vüsala bildirmişdir ki, ona əlavə pullar yüklənilir. Bundan sonra Rəfail adlı şəxsə maşını 45 min manata satmağa qərarlaşdırmışdır. Maşın satılan zaman Vüsal Rəfailə maşını satmayacağını bildirmişdir. Onun isə bundan xəbəri olmamışdır. İki ay ərzində maşını tapa bilməmişdir. Sonra Vüsal ona zəng edərək bildirmişdir ki, 1500 manat sələm pulu verilməlidir, o isə Vüsala bildirmişdir ki, “hansı 1500 manat pulu deyirsən?, mən bilmirəm sələmi kimdən götürmüşük”. O, Vüsala bildirmişdir ki, sələm verən şəxs kimdirsə o, da onu bilməlidir, tanımalıdır. Vüsal sələm verən şəxsin adını bilməmiş, ona bildirmişdir ki, sələm verən şəxs Mərziyyəgilin, yəni xalası qızının qonşularıdır. Vüsala bildirmişdir ki, “1500 manat pulu nə vaxt almısan?, mənə de, məndə bilim, buna görə hərəkət edim”. Hadisəni törətdiyi gün saat 12 radələri idi, qonşunun xeyir işi var idi ora getməli idilər, Vüsal ona zəng edərək pulu hazırladığını soruşmuşdur. O, Vüsala pulu olmadığını bildirmişdir. Bu zaman Vüsal artıq sözlər danışmağa başladığı üçün telefonu söndürüb, uçuş rejiminə qoymuşdur. O, axşam saat 08-ə kimi telefonu uçuş rejimindən çıxartmamışdır. Daha sonra evdəkilərlə əlaqə saxlamaq üçün telefonu uçuş rejimindən çıxartmış və evdəkilər ilə danışmış, sonra qardaşı zəng edərək telefonuna niyə zəng çatmadığını soruşmuş. O, da telefonunun zaryatqası olmadığını bildirmişdir. Qardaşı Vüsalın zəng edərək onu soruşduğunu bildirmiş. Təxmini iki dəqiqə keçəndən sonra Vüsal ona zəng edərək pulu soruşmuş, o, da pulu olmadığını bildirmişdir. Vüsal ondan telefonu niyə keçirtdiyini soruşduqda, Vüsala telefonunun zaryatqasının olmadığını bildirmişdir. Bu zaman Vüsal ona söyüş söyməyə başlamışdır. Vüsala nalayiq ifadələr işlətməməsini bildirsə də Vüsal dayanmadan söyüş söyməyə davam etmişdir. O, da Vüsala söymüş, daha sonra onun susmadığını görüb telefonu keçirdib evə qayıtmışdır. Vüsal ona təkrar zəng etmiş və o, telefonu açdıqda, Vüsal ona yenidən söyüşlər söyməyə başlamış, ona bildirmişdir ki, “Qapından girib, pəncərəndən çıxaram”. O, bu zaman silahı götürüb maşına qoymuş və hadisəni törədəcəyi yerə getmişdir. Yolda Vüsala zəng edərək gəldiyini bildirmiş, Vüsal ona yenə də nalayiq ifadə işlətməyə başlamışdır. Vüsal ona onların küçəsinin başındakı təpədə gözləməsini bildirmişdir. O, Vüsalın bir neçə şəxslə gələcəyini düşünmüşdür. Vüsalın əvvəllər bir neçə şəxslə onun üstünə gəldiyi olmuşdur. Hadisəni törətdiyi yerə getmiş, lakin Vüsalın dediyi yerdə deyil bir az aşağı tərəfdə silaha güllələri yerləşdirib gözləmişdir. Vüsalın telefonla danışa-danışa gəldiyini görmüşdür. O, arxadan Vüsala bildirmişdir ki, “mən burdayam”. Əgər Vüsalı qəsdən öldürmək istəsəydi, elə arxadan səssizcə öldürərdi. Onlar 5-10 addım söhbət edə-edə arxaya doğru getmişlər. O, Vüsalın silahı görüb arxaya doğru çəkiləcəyini düşünmüş, lakin Vüsal ona söyüş söymüşdür. O, birinci göyə doğru atəş açmış, ikinci dəfə Vüsala doğru atəş açmış, Vüsal yerə yıxılmış, lakin hələ də ona qarşı nalayiq ifadələr işlətməyə davam etmişdir. O, silahın arxa hissəsi ilə ona zərbələr vurmuş, bu zaman xırıltını eşitmiş, qonşuların evlərinin işıqları yanmış və o ordan uzaqlaşaraq getmişdir. Sonda məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, hadisədən üç gün qabaq Vüsal Bakıda onlarda olmuşdur. Vüsalın əsəbləşdiyini görmüş və ondan niyə əsəbləşdiyini soruşduqda Rövşənin onun telefonuna cavab vermədiyini bildirmişdir. O, Rövşənin yəqin işi olduğunu, ona görə cavab verə bilmədiyini bildirmişdir. Vüsal maşını düzəltdirmək üçün pul lazım olduğunu demişdir. O, qonşudan 6000 borc almış və oğluna vermişdir. Hadisədən qabaq oğlu ilə danışdığı zaman oğlu birdən Rövşənin ona zəng etdiyini bildirərək telefonu keçirtmişdir. Vüsala təkrar zəng etdiyi zaman cavab verməmişdir. Təkrar kürəkəninin telefonu ilə zəng edəndə sürücü telefonu götürüb Vüsalın vurulduğunu bildirmişdir. O, təkrar zəng edib sürücüdən oğluna nə olduğunu soruşanda ona oğlunun öldüyünü bildirmişdir. O, təqsirləndirilən şəxsi bağışlamır. Onun ən ağır şəkildə cəzalandırılmasını və verdiyi mülki iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə günü saat 17-18 radələrində mərhum zərərçəkmiş şəxs Vüsal ona zəng edərək Rövşənin telefonuna zəng çatmadığını, onunla əlaqə saxlamaq istədiyini bildirmişdir. O, Vüsala Rövşənin yerini bilmədiyini bildirmişdir. Bir qədər sonra Vüsal yenidən ona zəng edərək Rövşənlə əlaqə saxlaya bilmədiyini bildirmiş, bundan sonra o, da Rövşənin mobil telefonuna zəng etmiş, lakin telefonu bağlı olduğu üçün zəng çatmamışdır. Daha sonra Rövşənin yoldaşına zəng edib onun harada olduğunu soruşmuş, o, da toyda olduğunu, Rövşənin harada olduğunu bilmədiyini bildirmişdir. Bir müddət sonra Rövşənin mobil telfonuna yenidən zəng edib Vüsalın onu axtardığını bildirmiş, o, da məlumatı olduğunu bildirmişdir. Həmin gün axşam saatlarında Vüsal yenidən ona zəng edərək Rövşəni soruşmuş, o da onunla danışıb məlumat verdiyini bildirmişdir. Axşam evdə yemək yeyən zaman Rövşən zəng edib onu şəhərə aparmağını istəmiş, evdən çıxıb Rövşəni götürüb şəhərə aparmışdır. Şəhərə çatanda ondan haraya getdiyini soruşmuş, o da Vüsalgilin evlərinə aparmağını istəmişdir. Vüsalgilin evinin qarşısında avtomobilləri görəndə onu vurduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə baş verən zaman o, evdə olmuşdur. Güllə səsi eşidəndən təxminən 10 dəqiqə sonra küçəyə çıxmış, həmin vaxt hava küləkli, soyuq və qaranlıq idi. Bir qədər ətafa baxandan sonra dərə tərəfdə yerdə qaraltı olduğunu görmüş, həmin yerə tərəf gedəndə bir nəfərin üzü üstə yerdə uzandığını və qan axdığını görmüşdür. Həmin şəxsi çevirib üzünə baxanda qonşusu Vüsal olduğunu görmüş və kirvəsi Kəmaləddinə zəng edib Vüsalın vurulduğunu, tez gəlməsini bildirmişdir. Kəmaləddin gələndə onunla birlikdə Vüsalı avtomobilə mindirib xəstəxanaya getmişlər, yolda təcili tibbi yardım xidmətinə zəng etmiş, onlar da Vüsalı 3 nömrəli şəhər xəstəxanasına aparmalarını bildirmişlər. Vüsal yolda dünyasını dəyişmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisə günü Şahid2 ona zəng edərək Vüsalın vurulduğunu bildirib yanına getməyini istəmişdir. O, hadisə yerinə çatanda Vüsal artıq xırıldayırdı. Bayarmov Əli ilə birlikdə onu avtomobilə mindirib xəstəxanaya aparmışlar. Yolda Şahid2 təcili tibbi yardım xidmətinə zəng etmiş, lakin təcili tibbi yardım avtomobillərinin çağırışa getdiklərini, Vüsalı onların xəstəxanaya aparmalarını bildirmişlər. 3 nömərli şəhər xəstəxanasına çatanda həkimlər Vüsala baxıb ürək döyüntülərinin zəif olduğunu bildirmiş, 3-4 dəqiqə sonra Vüsal dünyasını dəyişmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” 16 iyun 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilib ibtidai istintaq aparılmışdır. “Hadisə yerinin baxışının aparılması haqqında” 15 iyun 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Gəncə şəhəri, Cavadxan qəsəbəsi, Məmmədtağı Cəfərov küçəsidir. Küçə təpəlik və düzənlik sahədən ibarətdir. Küçədə fərdi yaşayış evləri mövcuddur. Küçənin yolu torpaq və çınqıl daşlarından ibarətdir. Hadisə baş verdiyi küçənin eni 6 metr 92 sm təşkil edir. Hadisə yerinə gəldikdə yolun sol tərəfində qismən təpəlik sahədə yerləşən fərdi yaşayış evindən 8 metr 41 sm aralıda avtomobil yolunun sol tərəfində elektrik dirəyi vardır. Həmin elektrik dirəyindən 5 metr 24 sm yol istiqamətdə istifadə olunmuş giliz aşkar edilmiş. Həmin giliz şərti olaraq 1 rəqəmi ilə işarələnmiş. Həmin giliz yoxlandıqda barıt qoxusu hiss olunmuş. Məhkəmə fotoqrafıyası qaydasında fotoşəkillər çəkilmiş və giliz müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Şərti olaraq 1 rəqəmi ilə işarələnmiş gilizdən 3 metr 24 sm aralıda yolun mərkəzi istiqamətində torpaq örtük üzərində 123 X 37 sm ölçüdə qanabənzər ləkələr müşahidə olunmuş. Həmin qanabənzər ləkədən yolun sol tərəfində yerləşən fərdi yaşayış evinin mişar daşları ilə hörülmüş hasarma qədər məsafə 5 metr 86 sm-dir. Həmin qanabənzər ləkələrdən 17 sm aralıda 83 X 11 sm ölçüdə qanabənzər ləkələr müşahidə olunur. Qeyd olunan qanabənzər ləkələr şərti olaraq 2 rəqəmi ilə işarələnmişdir. Məhkəmə fotoqrafıyası qaydasında fotoşəkillər çəkilmiş və müvafiq qaydada götürülərək qablaşdırılmışdır. Bundan başqa hadisə yerinə və ətraf ərazilərə baxış keçirilmişdir. Araşdırma üçün əhəmiyyət kəsb edən heç nə aşkarlanmamış və baxış keçirilməsi başa çatmışdır. Baxış zamanı qanabənzər ləkələrdən 02 ədəd tamponla nümunələr və 01 ədəd giliz götürülmüşdür. “Şəxsin icazəsi ilə götürmə aparılması haqqında” 16 iyun 2025-ci il tarixli protokoldan görünür ki, X15 tərəfindən təqdim edilmiş 01 ədəd disk götürülmüşdür. “Videogörüntü ilə bağlı diskə baxış keçirilməsi haqqında” 16 iyun 2025-ci il tarixli protokoldan görünür ki, təqdim edilmiş disk dairəvi formada olub bir tərəli ağ rəngli olmaqla üzərinə “VERBATİM” yazılmışdır. Baxış zamanı həmin disk «HP» markalı kompüterə yerləşdirilmişdir. Disk açıldıqdan sonra onun içərisində fayl “Windows media player” proqramı vasitəsilə açıldı. Videgörüntü 52 saniyədir. Videogörüntünün 5-ci saniyəsində tarixin xx.xx.2025-ci il saat 21:43:24 olduğu müəyyən edilir. Videogörüntüdə küçə müşahidə olunur. Hava qaranlıqdır. Videogörüntünün 20-ci saniyəsində 2 insan kölgəsi görüntüyə düşür. 30-cu saniyədə ilk atəş səsi, 32-ci saniyədə 2-ci atəş səsi eşidilir. 2-ci atəşdən səsindən sonra qışqırıq səsləri gəlir. Ətrafda nə deyildiyi tam eşidilmir. Görüntünün 44-cü saniyəsində kölgələrdən biri kamera bucağından uzaqlaşır. Bundan başqa videogörüntüdə əhəmiyyət kəsb edən hal müəyyən edilməmişdir. “Götürmə aparılması haqqında” 16 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Şahid3 tərəfindən təqdim edilmiş X12 məxsus 01 ədəd qara rəngli Galaxy A 33 markalı telefon götürülmüşdür. “Şübhəli şəxsin tutulması haqqında” 16 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 02:40-da Azərbaycan Respublikası CMnin 120.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Könüllü təqdim edilmiş əşyanın götürülməsi və baxışı barədə” 16 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Vüsal Əhmədova odlu silahla atəş açdığı zaman Təqsirləndirilən şəxs üzərində olmuş paltarlar və ona məxsus mobil telefon əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Baxış zamanı müəyyən edilmişdir: 01 ədəd tünd göy rəngli uzunqol gödəkçə, 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd qara rəngli qısaqol köynək, 01 ədəd qara rəngli qolsuz köynək. Paltarların üzərində hər hansı bir zədə və qanabənzər maddələr aşkar edilməmişdir. 01 ədəd mobil telefon “Samsung S 20” markalı olmaqla göy rənglidir. “Əşyaya baxış keçirilməsi haqqında” 16 iyun 2025-ci il tarixli protokoldan görünür ki, 01 ədəd odlu silah qara rəngli olmaqla sağ səthinə “Churchill” yazısı həkk olunmuşdur. Lülənin sağ yan səthinə “Churchill 12 GA 3 Magnum” yazısı sol yan səthinə “Kassnar London LNGLAND”, alt hissəsində isə 14200064 yazısı həkk olunmuşdur. Silahın ümumi uzunluğu 700 mm, lüləsinin uzunluğu 445 mm-dir. Silahda aşkar formada barıt qoxusu hiss olunur. “Meyitə, üzərindəki geyim və digər əşyalara baxış keçirilməsi və götürmə haqqında” 16 iyun 2025-ci il tarixli protokolundan görünür ki, təşrih masası üzərində arxası üstə meyit uzadılmışdır. Meyitin əynində aşağıdakı paltarlar vardır: 1. Qara rəngli qalın, yarımsintetik materialdan qolsuz yaxası açıq, ön səthi ağ metal zəncirbəndlə bağlanan gödəkçə, gödəkçənin arxa hissəsi bir qədər yuxarıya doğru çəkilmiş vəziyyətdədir. Gödəkçənin ön səthində ətəkdən 19 sm yuxarıda, zəncirbəndən 13 sm sağda 2,0 x 1,5 sm ölçüdə, zəncirbəndən 15 sm sağda, 38 sm ətəkdən yuxarıda 0,6 sm diametrində dairəvi formalı, kənarları nahamar, dəlib-keçən zədələr vardır. Gödəkçənin arxa səthi tamamilə, ön səthi sağ tərəfdə qanabənzər mayeyə bulaşmışdır. 2.Tünd göy rəngli, qısaqol futbol köynəyi, köynək yuxarıya doğru çəkilmiş vəziyyətdədir. Köynəyin ön səthində sağda ətəkdən 35 sm yuxarıda, sağ yan tikişdən 13 sm öndə 1,8 sm diametrində ələkdən 42 sm yuxarıda sağ yan tikişdən 12 sm öndə dəlib-keçən kənarları nahamar zədələr vardır, zədələrin ətrafı qanabənzər mayeyə bulaşmışdır. 3. Qara rəngli pambıq materialdan mayka, maykanın ön səthində sağda ətəkdən 37 sm yuxarıda, nəzəri yan orta xətdən 21 sm öndə 3 sm diametrində dəlib-keçən, kənarları nahamar zədə vardır və bu zədədən 2 sm yuxarıda 0,3 sm diametrində dəlib-keçən bir zədə də qeyd edilir, maykanın arxa səthində kürək hissədə yan-yana 8 ədəd ölçüləri 0,2 sm-dən 1,0x0,3 sm-ə dək olan zədələr (cırılmalar) vardır. 4.Göy rəngli cins şalvar, şalvarın sağ ayağının-bud nahiyəsinin ön səthində qan ləkələri vardır. 5. Qara rəngli dəri əvəzi materialdan ağ dəmir ilgəkili toqqa. 6. Boz və yaşıl rəngli pambıq parçalardan ibarət tursik. 7. Ağ rəngli bir cüt corab. Şalvarın zəncirbəndi və toqqanın ilgəyi açıqdır. Paltarlar köhnədir, əyninə düzgün geyilmişdir. Paltarları soyundurduqda meyit kişi cinslidir, düzgün bədən quruluşlu, kafi köklükdədir, boyunun uzunluğu 170 sm-dir, dərisi ağımtıl rəngdə olub, əllə yoxladıqda soyuqdur. Meyit ləkələri bədənin arxa səthlərində inkişaf etmişdir, göyümtül-bənövşəyi rəngdədir, barmaqla təzyiq etdikdə rəngi avazıyır və öz əvvəlki vəziyyətinə 10 dəqiqdən sonra bərpa olur. Meyit qacıması yoxlanılan əzələ qruplarında yaxşı inkişaf etmişdir. Kəllə sümükləri əllə yoxladıqda tamdırlar. Göz qapaqları yarımaçıqdır, gözlərin birləşdirici toxumalarına qansızma yoxdur. Bəbəklər dairəvi formalıdır, bərabər genəlmişlər, buynuz qişalar bulanıqdır. Burun və qulaq dəlikləri sərbəstdir. Burun sümükləri və qığırdaqları əllə yoxladıqda tamdırlar. Ağız dodaqlarla örtülüdür. Dişləri təbiidir, tamdır. Dili dişlərin arxasıındadır. Ağzından ifrazat yoxdur. Boynu gövdəyə müvafiq inkişaf etmişdir. Döş qəfəsi normasistemikdir, quruluşu simmetrikdir. Qabırğalar əllə yoxladıqda tamdır. Qarnı döş qəfəsi səviyyəsindədir. Xarici cinsiyyət üzvüləri düzgün inkişaf etmişdir. Anal dəlik örtülüdür, ətrafı nəcislə bulaşmayıb. Yuxarı və aşağı ətraf sümükləri əllə yoxladıqda tamdır. Xəsarətlər: döş qəfəsinin ön səthində sağda orta körpücük xətlə X qabırğaarası sahədə ayaq altından 120 sm yuxarıda dairəvi formalı, 3 sm diametrində kənarları nahamar yara vardır. Yaranın yuxarı sağ kənarında 2x1 sm ölçüdə, qırmızımtıl rəngli uzunsov formalı sıyrıq qeyd edilir, yaranın kənarları qırmızımtıl-qaramtıl rəngdə 0,3 sm enində sıyrıqla haşiyələnmişdir. Döş qəfəsinin ön səthində sağda ön qoltuqaltı xətlə Vİ qabırğa səviyyəsində 1,0 sm diametrində dairəvi formalı yara qeyd edilir. Sağ said nahiyəsinin arxa-bayır səthinin aşağı 1/3 hissəsində 9x6 sm ölçüdə uzunsov formalı çəp yerləşmiş kənarları nahamar yara vardır, yaranın orta hissələrində köndələn istiqamətdə toxuma defekti olduğu üçün yaranın orta hissəsi çökəklik şəkilində olub, ətraf dəri səviyyəsindən aşağıda yerləşir, yaranın kənarları qaramtıl-qırmızımtıl rəngdə silinmə izi və sıyrıqla haşiələnmişdir. Aim nahiyəsində sağda 3x3 sm ölçüdə, qırmızımtıl rəngli, qeyrimüəyyən formalı sıyrıq, ənsə nahiyəsində solda 2x0,2 sm ölçüdə, sol qulaq seyvanının ön səthndə 1 x 0,2 sm ölçüdə, kənarları nahamar, qeyri-müəyyən formalı səthi yaralar vardır. Sol qulaqarxası nahiyədə tünd göyümtül-bənövşəyi rəngdə 4 x 3 sm ölçüdə qeyri müəyyən formalı qançır qeyd edilir. Meyitin xarici müayinəsində başqa xəsarət müəyyən edilmədi. Xarici müayinə başa çatdıqdan sonra meyitin daxili müayinəsi həyata keçirildi. Meyitin daxili müayinəsi zamanı 04 ədəd qırma aşkar olundu. Baxış zamanı qara rəngli qolsuz gödəkçə, tünd göy rəngli, qısaqol köynək, qara rəngli mayka, toqqalı göy rəngli cins şalvar, boz və yaşıl rəngli tursik, ağ rəngli bir cüt corab, 04 ədəd qırma götürülmüşdür. “Əşyaya baxış keçirilməsi haqqında” 16 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 01 ədəd göy rəngli Samsung S 20 markalı telefona baxış keçirilmişdir. Telefonun kilid ekranında ardıcıl olaraq 14753 rəqəmlərinin yerləşmə yeri üzrə cizgi çəkilərək kilid açıldı. “WA Business” tədbiqinə keçid edildi. ***-***- **-** nömrəli “Vüsal Cin” adlı şəxslə olan söhbətlərə baxış keçirilmiş. xx.xx.2025-ci il tarixdə saat 16:19-da ***-***-**-** nömrəsində gəlmiş 3 saniyəlik səsli mesaj açılmış. Səsli mesajda “ Qaqaş nağarırsan, nə var nə yox” sözləri səslənir. Saat 16:32-də həmin nömrədən gəlmiş zəng əsasında 01 dəqiqəlik danışıq olduğu görünür. Saat 19:29-da həmin nömrədən cavabsız zəng gəlmişdir. Saat 20:53-də həmin nömrədən “ . “ ( nöqtə) mesajı gəlmişdir. Saat 21:36-da Təqsirləndirilən şəxs tərəfindən gedən zəng əsasında 42 saniyəlik danışıq aparılmışdır. Bundan başqa “whatsapp” tədbiqində iş üzrə əhəmiyyət kəsb edən hal müəyyən edilməmiş. Daha sonra telefonun zənglər bölməsinə baxış keçirilmiş. xx.xx.2025-ci il tarixdə ***-***-**-** nömrəli “Vüsal Cin” adlı abonentdən gələn zənglər əsasında saat 19:30-da 47 saniyəlik, 20:07-də 36 saniyəlik danışıqlar aparılmış, 21:34-də gələn zəng cavablandırılmamış, 21:36-da gələn zəng rədd edilmişdir. Həmçinin Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrələri arasında 21:31-də 58 saniyəlik, 22:21-də 2 dəqiqəlik, 22:28-də 2 dəqiqə 46 saniyəlik, 23:00-da 4 dəqiqə 27 saniyəlik, 23:37-də 37 saniyəlik danışıqlar olmuşdur. Bundan başqa zənglər bölməsində iş üzrə əhəmiyyət kəsb edən hal müəyyən edilməmiş. Daha sonra telefonda olan digər bölmələrə baxış keçirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edən hal müəyyən edilməmiş. “Əşyaya baxış keçirilməsi haqqında” 16 iyun 2025-ci il tarixli protokoldan görünür ki, X9 istifadəsində olmuş 01 ədəd qara rəngli Samsung A 33 markalı telefona baxış keçirilmişdir.Telefonun kilid ekranında 9292 yazılaraq kilid açılmışdır. “Whatsapp” tədbiqinə keçid edilmişdir. ***-***-**-** nömrəli “Rosen SİM” adlı şəxslə olan söhbətlərə baxış keçirilmişdir. xx.xx.2025-ci il tarixdə saat 16:19-da Vüsaldan ***-***-**-** nömrəli “Rosen SİM” adlı şəxsə göndərilmiş 3 saniyəlik səsli mesaj açılmışdır. Səsli mesajda “ Qaqaş nağarırsan, nə var nə yox” sözləri səslənir. Saat 16:32-də Vüsaldan ***-***-**-** nömrəli “Rosen SİM” adlı şəxsə zəng əsasında 1 dəqiqəlik danışıq olduğu görünür. Saat 19:29-da Vüsaldan 050-799- 00-89 nömrəli “Rosen SİM” adlı şəxsə cavabsız zəng getmişdir. Saat 20:53-də Vüsaldan ***-***-**-** nömrəli “Rosen SİM” adlı şəxsə “ . “ ( nöqtə) mesajı göndərilmişdir. Saat 21:36-da Vüsaldan ***-***-**-** nömrəli “Rosen SİM” adlı şəxsdən gələn zəng əsasında 42 saniyəlik danışıq aparılmışdır. Bundan başqa “whatsapp” tədbiqində iş üzrə əhəmiyyət kəsb edən hal müəyyən edilməmişdir. Daha sonra telefonun zənglər bölməsinə baxış keçirilmişdir. xx.xx.2025-ci il tarixdə Vüsalın istifadəsində olan ***- ***-**-** mobil nömrəsindən ***-***-**-** nömrəli “Rosen SİM” adlı şəxsə gedən zəng əsasında saat 19:30-da 47 saniyəlik, 20:07-də 36 saniyəlik danışıqlar aparılmış, 2 1:00da, 21:02-də, 2 1:09-da, 21:18-də 21:36-da gedən zənglər cavablandırılmamışdır. xx.xx.2025-ci il tarixdə Vüsalın istifadəsində olan ***-***-**-** mobil nömrəsindən ***-***-**- ** mobil nömrəli “Ramin Rosen 2” adlı şəxsə gedən zənglər əsasında saat 21:01-də 42 saniyəlik, 21:11-də 2 dəqiqə 57 saniyəlik, 21:28-də 2 dəqiqə 47 saniyəlik, 21:34-də 22 saniyəlik danışıqlar aparılmış və çoxsaylı zənglər cavablandırılmamışdır. Bundan başqa zənglər bölməsində iş üzrə əhəmiyyət kəsb edən hal müəyyən edilməmişdir. Daha sonra telefonda olan digər bölmələrə baxış keçirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edən hal müəyyən edilməmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 17 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay, yəni 16 oktyabr 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 16 iyun 2025-ci il tarixdən hesablanmışdır. Gəncə şəhər Narkoloji Dispanserdən daxil olmuş xx.xx.2025-ci il tarixli 4997 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs müəssisədə qeydiyyatda olmamışdır. Gəncə şəhər Psixonevroloji Dispanserdən daxil olmuş xx.xx.2025-ci il tarixli 2991 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs müəssisədə qeydiyyatda olmamışdır. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” 05 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs öz ifadəsini yerində yoxlanılması zamanı təsdiq etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Psixiatriya Xəstəxanasının 12 iyul 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixatriya xəstəxanasında müayinə və müalicə olmamışdır. Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixli məhkumluq arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Göygöl rayon İcra hakimiyyəti başçısının Göygöl Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Göygöl şəhərində yaşadığı müddət ərzində onun barəsində Göygöl şəhər İcra nümayəndəliyinə heç bir şikayət və narazılıqlar daxil olmamışdır. Göygöl rayon İcra hakimiyyəti başçısının Göygöl Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda qeydiyyatdadır və ünvan 485-ci il təvəllüdlü X6, qızı- 2003-cü il təvəllüdlü X16, oğlanları- 2006-cı il təvəllüdlü X17 və 2010-cu il təvəllüdlü X18 ilə birlikdə yaşamışdır. Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2025-ci il tarixli 1044 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Gəncə şəhər Psixo-Nevroloji Dispanserdən daxil olmuş xx.xx.2025-ci il tarixli 3655 saylı arayışdan görünür ki, X19 dispanserdə qeydiyyatda durmur. Məhkəmə tibbi pataloji anatomiya birliyinin 583 nömrəli 16 iyun 2025-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət yoxdur. Məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli, 53 saylı rəyindən görünür ki, X2 meyitinin müayinəsi zamanı onun bədənində - döş qəfəsinin sağ yarısının ön səthində bir ədəd qarın boşluğuna keçən, qaraciyərin, mədənin və nazik bağırsaq müsariqələrinin yaralanmasına səbəb olan kor odlu silah yarası; Döş qəfəsinin ön səthində sağda ön qoltuqaltı xətlə Vİ qabırğaarası nahiyədə qırma yarası, sağ said nahiyəsində odlu silah yarası, başın ənsə nahiyəsində solda və sol qulaq seyvanında əzilmiş səthi yaralar, sol qulaqarxası nahiyədə qançır, alın nahiyəsində solda sıyrıq kimi xəsarətlər müəyyən edilmişdir. Qeyd olunan xəsarətlər həyatidir, V.E.Əhmədovun ölümündən az qabaq əmələ gəlmişdir. X2 döş qəfəsinin ön səthində və sağ said nahiyəsində olan yaralar - patronu qırma ilə doldurulmuş odlu silahdan yaxın məsafədən atılan bir atəşin nəticəsində əmələ gəlmişdir və bu xəsarətlər birlikdə ağırlıq dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. Yara kanalının, istiqaməti sağdan sola yuxarıdan-aşağıya, öndən-arxaya doğrudur. X2 bədənində aşkar edilən digər xəsarətlər isə - bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, həmin xəsarətlər canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətlər kimi qiymətləndirilir və dərəcələri təyin edilmir. X2 ölümünə səbəb döş qəfəsinin ön səthinin sağ yarısının qarın boşluğuna keçən qaraciyərin, mədənin, nazik bağırsaq müsariqəsinin yaralanması ilə müşayət olunan odlu silah yarası nəticəsində əmələ gələn kəskin daxili və xarici qanitirmə olmuşdur. Ətraf mühit şəraitini və meyit əlamətlərini nəzarə alaraq belə hesab edilir ki, ölümün müddəti meyit müayinə edildiyi vaxta nəzarən 12-14 saatdır (meyit xx.xx.2025-ci il tarixdə saat 10:20-də müayinə olunmuşdur).X2 ölümündən az qabaq etil spirti və narkotik vasitə qəbul edib- etməsi müəyyən etmək üçün meyitdən götürülmüş qanın məhkəməkimyəvi tədqiqatı nəticəsində fenilakilamin qrupuna aid olan amfetamin maddəsi aşkar edilmişdir. Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 399 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik keçirməmişdir, o, öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək, hərəkətlərinə hesabat vermək və görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvir etmək iqtidarına malikdir. O cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək iqtidarında olmuşdur. O, anlaqlı hesab olunmalıdır və hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığını istisna etməyən psixi pozuntu aşkar olunmur. Onun hərəkətləri AR CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertdir. Ünsiyyətçiİik, emosianallıq, adaptivlik kimi xarakterik xüsusiyyətlərə malikdir, Emosianal-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixiemosianal sferasında hirslilik, aqresiya kimi hallar yaranmışdır. Emosianal halın yaranma səbəbi situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Məhkəmə ekspertizasının xx.xx.2025-ci il tarixli 6/2684 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs geyim əşyalarının səthləri üzərində aşkar olunmuş kənar lif mikrohissəcikləri arasında X13 məxsus geyim əşyalarının tərkib Hillərindən yoxdur. X12 məxsus geyim əşyalarının səthləri üzərində aşkar olunmuş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. Məhkəmə ballistik, trasoloji və atəş izləri ekspertizasının xx.xx.2025-ci il tarixli 3/885;3/888;3/889 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet zavod üsulu ilə istehsal olunmuş, 12 kalibrli, “14200064” №-li, “CHURCHİLL” modelli, tək-hamarlüləli (yivsiz) pompalı təklüləli ov tüfəngidir və odlu silah hesab edilir. Həmin silah sazdır və təyinatı üzrə istifadəyə yararlıdır, tətiyini çəkmədən ondan öz-özünə atəş açılmır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər aşkar edilməmişdir. Bu modelli silahlardan zavod üsulu ilə hazırlanmış 12 kalibrli patronlardan istifadə etməklə 20- 30 dərəcə bucaq altında atəş açılarkən 2 mm diametrli qırmalar 200 m, 3 mm diametrli qırmalar 300 m, 4 mm diametrli qırmalar 400 m, karteçlər 600 Metr məsafəyə uçma qabiliyyətinə, 30-40 dərəcə bucaq altında atılan güllələr isə 1000- 1500metr məsafəyə uçma qabiliyyətinə və təxminən 100 metr məsfədəki hədəfə (o cümlədən canlı hədəfə) zədəyetirmə qabiliyyətinə malikdir. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd giliz-zavod üsulu ilə istehsal edilmiş, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 12 kalibrli patronun atəşlə ayrılmış hissəsidir-gilizdir. 01 ədəd giliz, təqdim edilmiş 12 kalibrli, “CHURCH1İ42’ modelli, “14200064” №-li ov tüfəngdən atılmışdır. Tədqiq edilən 04 (dörd) ədəd predmetin yuxarıda göstərilən ölçülərinə, hazırlanma üsulunun xüsusiyyətlərinə, xüsusi ədəbiyyatda göstərilən texniki məlumatlara və eləcə də mikroskopik tədqiqatın nəticələrinə əsasən belə rəyə gəlmək olur ki, həmin predmetlər müxtəlif kalibrli, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, atəş komponentinin atəşlə ayrılmış hissəsidir - güllənin parçalanmış hissələridir və döyüş sursatı hesab edilmir. Təyinatlarına uyğun olaraq, həmin predmetlər digər atəş komponentləri ilə birlikdə müvafiq kalibrli gilizə doldurulması ilə hazırlanmış patrondan istifadə etməklə, təqdim edilmiş 12 kalibrli, “CHURCHİLL” modelli, “14200064” №-li ov tüfəngindən də atəş açılması mümkündür, lakin predmetlərin üzərində atəşədək doldurulduqları gilizin daxili divarlarından və atıldıqları silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri, predmetlərin hədəfə dəyməsi prosesində əmələ gəlmiş çoxsaylı, müxtəlif istiqamətli və formalı batıqlar, çıxıntılar, xaotik quruluşlu sıyrıqlarla qarşıdığına, öz ilkin forma və ölçülərini itirdiklərinə, habelə az və zəif əks edildiklərinə görə, eyniləşmə tədqiqatı üçün yararsız olduqları üçün, onların təqdim edilmiş 12 kalibrli, "’CHURCHİLL" modelli, “14200064” №-li ov tüfəngindən atılıb atılmadıqlarını müəyyən etmək mümkün deyildir. Müvafiq elmi motedika olmadığından təqdim olunan silahdan sonuncu atəşin hansı növ qırma ilə atılmasını müəyyən etmək mümkün olmamış. Tədqiqata təqdim edilmiş bir ədəd 12 kalibrli "’Churchill" markalı yivsiz silahın lülə kanalında atəşin əlavə faktoru olantam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə əsasən, həmin silahdan sonuncu təmizlənmədən sonra atəş açılmışdır. Tədqiqata təqdim edilmiş üzərində “Vüsal Əhmədova məxsus olduğu qeyd edilən bir ədəd qolsuz gödəkçə, bir ədəd qısaqol köynək, bir ədəd qolsuz maykanın ön sağ hissəsinin üzərində rəyin tədqiqi hissəsində göstərilən sayda və ölçüdə zədələr vardır. Zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış, tüstüsüz barıt hissəciklərinin zəif halda aşkar edilməsinə, qurğuşun izinin olmasına və onların formasına, ölçüsünə, morfoloji quruluşuna əsasən, həmin zədələr giriş zədəsi olmaqla, hamarlüləli odlu silahdan açılan bir atəş nəticəsində güllənin təsirindən təxminən 1,5 metr-dən 2 metrədək məsafə daxilində, öndən arxaya doğru istiqamətdə yetirilməyə xarakterikdir. Bu zədələr tədqiqata təqdim edilmiş silahdan açılan atəş nəticəsində və təqdim edilən parçalanmış güllə hissəciklərinin təsirindən də yarana bilər. Geyim əşyaları üzərində olan zədəyə əsasən atəş açılan zaman silahın lüləsinin ağızlıq kəsiyi ilə maneənin (zərərçəkmiş şəxsin) qarşılıqlı yerləşmə vəziyyəti öndən arxaya doğru olmuşdur. Tədqiqata təqdim edilmiş üzərində təqsirləndirilən şəxs “Təqsirləndirilən şəxs” məxsus olduğu qeyd edilən geyim əşyalarının səthində və zərərçəkmiş “Vüsal Əhmədova” məxsus olan bir ədəd belində kəməri olan cins şalvar, bir ədəd alt tuman, bir cüt corabın üzərində odlu silahdan açılan atəş nəticəsində mərmilərin-qırmaların təsirindən yaranmağa xarakterik zədə(lər) aşkar edilməmiş. Tədqiqata təqdim edilmiş mərhum “Vüsal Əhmədov” və “Təqsirləndirilən şəxs” məxsus olduğu qeyd edilən geyim əşyalarının səthində his və yanıq izləri aşkar edilməmiş. - Tədqiqata təqdim edilmiş “Vüsal Əhmədova məxsus bir ədəd qolsuz, gödəkçə,bir ədəd qısaqol köynək, bir ədəd maykanın ön, sağ hissəsinin üzərində ki zədə(lər), məhkəmətibbi ekspertizasının 53 saylı rəyində göstərilmiş döş qəfəsinin ön hissəsində, sağ qabırğaaltı nahiyədə olan bədən xəsarətidə ilə nisbi uyğunluq və eynilik təşkil etməklə üstüstə düşür. Tədqiqata təqdim edilmiş üzərində “Vüsal Əhmədova” məxsus olduğu qeyd edilən bir ədəd qolsuz, gödəkçə, bir ədəd qısaqol köynək, bir ədəd mayka, bir ədəd cins şalvarın üzərindən zəif halda və təqsirləndirilən şəxs “Təqsirləndirilən şəxs” məxsus geyim əşyalarının səthindən atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilmiş. Tədqiqata təqdim edilmiş “Vüsal Əhmədova” məxsus bir ədəd alt tuman, bir cüt corabın səthindən atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilməmiş. Tədqiqata təqdim edilmiş X12 məxsus geyim əşyalarının üzərində hər hansı bir trasoloji zədənin olması aşkar edilməmişdir. xx.xx.2025-ci il tarixli “Azercell Telekom”-dan daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “507990089 SMS.txt” adlı fayl açıldıqda ***-***-**-** nömrəsinin xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarix aralığında olan SMS detallaşmasına dair məlumatlar vardır. ***-***-**-** mobil nömrəsinin Təqsirləndirilən şəxs məxsus olduğu məlum olmuşdur. Faylda iş üzrə əhəmiyyət kəsb edən hal müəyyən edilməmiş və fayla baxış sona çatdı. “**********89.txt” adlı fayl açıldıqda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsinin zəng detallaşmasına dair məlumatlar vardır. xx.xx.2025-ci il tarixdə X9 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsindən gələn zənglər əsasında 19:30-da 48 saniyəlik, 20:07-də 37 saniyəlik danışıqlar olmuşdur. Faylda iş üzrə əhəmiyyət kəsb edən başqa hal müəyyən edilmədi və fayla baxış sona çatdı. “abuneciler.xlsx" adlı fayl açıldıqda ***-***-**-** nömrəsinin zəngləşdiyi nömrələrin məxsusluq tarixçələrinə dair məlumatlar əks olunur. Faylda iş üzrə əhəmiyyət kəsb edən hal müəyyən edilməmiş. “antenna.xlsx” adlı fayl açıldıqda ***-***-**-** mobil nömrəsinin anten məlumatları əks olunub. ***-***-**-** mobil nömrəsindən gələn zənglər əsasında 19:30-da və 20:07 aparılan danışıqlar zamanı ***-***-**-** mobil nömrəsinin anten dairəsi Göygöl rayonu olaraq qeyd edilmişdir. Bundan başqa saat 21:52-də Alim Qasımovun istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi ilə aparılan danışıq zamanı ***-***-**-** mobil nömrəsinin anten dairəsi Gəncə olaraq göstərilmişdir. Bununla da Təqsirləndirilən şəxs hadisə zamanı Gəncə ərazisində olduğu müəyyən edilir. Bundan başqa faylda iş üzrə əhəmiyyət kəsb edən hal müəyyən edilməmişdir. xx.xx.2025-ci il tarixli "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, təqdim olunmuş disk bir tərəfi şəffaf, digər tərəfi ağ rəngli olmaqla üzərinə "Nar" emblemi və yazısı həkk olunmuş, həmçinin ********* yazılmışdır. Baxış zamanı həmin disk «HP» markalı kompüterə yerləşdirildi. Disk açıldıqdan sonra içərisində 4 ədəd fayl olduğu görsənir. 1.’" SMS detallaşması MSİSDN 702940025” adlı fayl açıldıqda ***-***-**-** nömrəsinin xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarix aralığında olan SMS detallaşmasına dair məlumatlar vardır. Faylda iş üzrə əhəmiyyət kəsb edən hal müəyyən edilməmiş və fayla baxış sona çatır. 2.“ Müşteri zenglerinin detallaşmasi MSİSDN 702940025” adlı fayl açıldıqda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** nömrəsinin zəng detallaşmasına dair məlumatlar vardır. xx.xx.2025-ci il tarixdə saat 21:31-də Şahid1 istifadəsində olan ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** gələn zəng əsasında 59 saniyəlik danışıq olmuş. Həmin zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinin anten dairəsi Cavadxan qəsəbəsi olaraq müəyyən edilmişdir, faylda iş üzrə əhəmiyyət kəsb edən başqa hal müəyyən edilməmiş və fayla baxış sona çatmış. 3. “Zenglerin mexsusluq tarixçeleri MSİSDN 702940025” adlı fayl açıldıqda ***-***-**-** nömrəsinin zəngləşdiyi nar nömrələrin məxsusluq tarixçələrinə dair məlumatlar əks olunur. Faylda iş üzrə əhəmiyyət kəsb edən hal müəyyən edilməmişdir. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 35 saylı rəyindən görünür ki, zərərçəkmiş şəxs X9 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə A(İİ) betadır. Təqsirləndirilən şəxs elektron prokurorluq informasiya sisteminə əsasən qanın qrup göstəricisi O(İ)RH-dır. Hadisə yerindən götürülmüş pambıq tamponlar üzərindəki ləkələrdə insan qanı aşkar olunmuş. Həmin qanın qrup göstəricisi A(İİ) beta olduğundan zərərçəkmiş şəxs X12 məxsus ola bilər. X12 məxsus bir ədəd qolsuz gödəkçə, bir ədəd cins şalvar, bir ədəd qolsuz köynək, bir ədəd qısaqol köynək, bir ədəd tuman, bir cüt corab üzərindəki ləkələrdə insan qanı aşkar olunmuş. Həmin qanın qrup göstəricisi A(İl) beta olduğundan zərərçəkmiş şəxs X12 məxsus ola bilər. Təqsirləndirilən şəxs paltarları üzərində qan aşkar olunmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 23 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, hadisə yerindən qan nümunələrinin götürüldüyü 02 ədəd tampon, 01 ədəd giliz, 04 ədəd qırma, Təqsirləndirilən şəxs məxsus 01 ədəd tünd göy rəngli uzunqol gödəkçə, 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd qara rəngli qısaqol köynək, 01 ədəd qara rəngli qolsuz köynək, zərərçəkmiş X12 məxsus 01 ədəd qara rəngli qolsuz gödəkçə, 01 ədəd tünd göy rəngli qısaqol köynək, 01 ədəd qara rəngli mayka, 01 ədəd toqqalı göy rəngli cins şalvar, 01 ədəd boz və yaşıl rəngli tursik, ağ rəngli bir cüt corab, 01 ədəd hadisənin videogörüntüləri olan disk, 01 ədəd ifadənin yerində yoxlanılması istintaq hərəkətinin videogörüntüləri olan disk, 01 ədəd “Azcrion" MMC-dən daxil olmuş disk, 01 ədəd "xxxx" MMC-dən daxil olmuş disk, 01 ədəd Samsung S 20 markalı mobil telefon, 01 ədəd “Galaxy A 33” markalı mobil telefon Gəncə şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılır. Cinayətin törədilmə aləti olan 01 ədəd 12 kalibrli, “14200064” nömrəli, “CHURCHİLL” modelli odlu silah Gəncə Baş Polis İdarəsində saxlanılır. Elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü X18 adlı oğlu vardır. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsinin hüqqi varisi və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam təsdiq olunur. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlərə əsasən məhkəmə tərkibi bu qənaətə gəlir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində ilə təqsirli bilinməli və cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayəti odlu silahdan istifadə etməklə törətməsi cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkmələri müəyyən edilmişdir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti, həmçinin Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə bu nəticəyə gələrkən «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003cü il tarixli 04 saylı qərarının 1-ci bəndinin izahını da nəzərə alır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etsinlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 120.1-ci maddəsinə görə qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə - doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli xüsusilə ağır cinayət hesab olunduğundan, o, Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbləri qaydasında təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu gündən, yəni 16 iyun 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 217 (iki yüz on yeddi) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübutlar 02 ədəd tampon, 01 ədəd giliz, 04 ədəd qırma məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 01 ədəd Samsung S 20 markalı mobil telefon, 01 ədəd tünd göy rəngli uzunqol gödəkçə, 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd qara rəngli qısaqol köynək, 01 ədəd qara rəngli qolsuz köynək və zərərçəkmiş X12 məxsus 01 ədəd qara rəngli qolsuz gödəkçə, 01 ədəd tünd göy rəngli qısaqol köynək, 01 ədəd qara rəngli mayka, 01 ədəd toqqalı göy rəngli cins şalvar, 01 ədəd boz və yaşıl rəngli alt tuman, ağ rəngli bir cüt corab və 01 ədəd “Galaxy A 33” markalı mobil telefon onların yaxın qohumlarına qaytarılmalı, qəbul etməkdən imtina edildikdə məhv edilməlidir. Gəncə Şəhər Baş Polis İdarəsində saxlanılan 01 ədəd 12 kalibrli, “14200064” nömrəli, “CHURCHİLL” modelli odlu silah Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Silah Sursat anbarına təhvil verilməlidir. 01 ədəd hadisənin videogörüntüləri olan disk, 01 ədəd ifadənin yerində yoxlanılması istintaq hərəkətinin videogörüntüləri olan disk, 01 ədəd “Azerfon" MMC-dən daxil olmuş disk, 01 ədəd "xxxx" MMC-dən daxil olmuş disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi1 tərəfindən 10 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 10 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi1 işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına 110 manat məbləğində pul köçürülməlidir. Eyni zamanda məhkəmə iclası zamanı zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Hətəmov X3 Vüsal Elman oğlunu 11000 (on bir min) manat məbləğində pul üstündə öldürmüşdür. Buna görə də Təqsirləndirilən şəxs 11000 manat məbləğində maddi ziyan və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən ödənilmiş 124 manat dövlət rüsumunun alınaraq zərərçəkmiş şəxsin hüquqi varisi X7 verilməsi barədə qərar verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 181.3-cü maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, mülki iddia baxılmadan saxlanılmalıdır. Belə ki, Zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) Təqsirləndirilən şəxs oğlu Vüsal Əhmədova 11000 manat pul borclu olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ona məxsus olan “MAN” markalı 99-11-522 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X9 avtomobilin texniki nasazlıqlarının aradan qaldırılması üçün çəkdiyi xərcləri özü tərəfindən ödənildiyini, hətta zərərçəkmiş şəxsin ondan əlavə olaraq pullar tələb etdiyini və ona borcu olmadığını bildirmişdir. Hazırda zərərçəkmiş şəxsin hüquqi varisi iş üzrə təqsirləndirilən şəxsin oğlu Vüsal Əhmədova pul borclu olduğunu, iddia tələbində həmin borcu tələb etdiyindən məhkəmə tərkibi iddia tələbinə həmin hissədə baxıb qiymət verməlidir ki, mülki iddiaçı maddi ziyanla bağlı məhkəməyə sübutlar təqdim etməmişdir. Bundan başqa iş materiallarında da zərərçəkmiş şəxsə 11000 manat maddi ziyanın vurulması ilə bağlı heç bir hal göstərilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, mülki iddia baxılmamış saxlanılmalı və mülki iddiaçıya ümumi qaydada məhkəmədə mülki iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması zamanı işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Belə olan halda zərərçəkmiş şəxsin hüquqi varisi olan mülki iddiaçı Reyhan Əhmədova tərəfindən ödənilmiş 124 manat dövlət rüsumu dövlət büdcəsindən onun özünə geri qaytarılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 16 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin olunan cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar 02 ədəd tampon, 01 ədəd giliz, 04 ədəd qırma məhv edilsin. Təqsirləndirilən şəxs məxsus 01 ədəd Samsung S 20 markalı mobil telefon, 01 ədəd tünd göy rəngli uzunqol gödəkçə, 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd qara rəngli qısaqol köynək, 01 ədəd qara rəngli qolsuz köynək və zərərçəkmiş X12 məxsus 01 ədəd qara rəngli qolsuz gödəkçə, 01 ədəd tünd göy rəngli qısaqol köynək, 01 ədəd qara rəngli mayka, 01 ədəd toqqalı göy rəngli cins şalvar, 01 ədəd boz və yaşıl rəngli tursik, ağ rəngli bir cüt corab və 01 ədəd “Galaxy A 33” markalı mobil telefon onların yaxın qohumlarına qaytarılsın qəbul etməkdən imtina edildikdə məhv edilsin. 01 ədəd hadisənin videogörüntüləri olan disk, 01 ədəd ifadənin yerində yoxlanılması istintaq hərəkətinin videogörüntüləri olan disk, 01 ədəd “Azerfon" MMC-dən daxil olmuş disk, 01 ədəd "xxxx" MMC-dən daxil olmuş disklər cinayət işinin materiallarında saxlanılsın. Gəncə Şəhər Baş Polis İdarəsində saxlanılan 01 ədəd 12 kalibrli, “14200064” nömrəli, “CHURCHİLL” modelli odlu silah Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Silah Sursat anbarına təhvil verilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 217 (iki yüz on yeddi) manat məbləğində pul məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Dövlət büdcəsi hesabından Müdafiəçi1 üçün 110 manat məbləğində pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün. Zərərçəkmiş şəxsin hüquqi varisi - mülki iddiaçı X11 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın və mülki iddiaçıya ümumi qaydada məhkəmədə mülki iddia qaldırmaq hüququnun olması izah edilsin. Reyhan Əhmədova tərəfindən ödənilmiş 124 manat dövlət rüsumu dövlət büdcəsindən onun özünə geri qaytarılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar