Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-514/2025 17.02.2026 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Müslümov Bəhruz Firizman oğlundan ibarət tərkibdə, Salmanzadə Ülkər Hikmət qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, tərcüməçi X2, müdafiəçi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1995-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsi, Yollar altı-1 Yaşayış massivində nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1, 177.2.4, 178.3.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talama məqsədilə “Telegram” sosial şəbəkəsində “Petroviç” adlı hesab istifadəçisi olan, şəxsiyyəti istintaqa məlum olmayan şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, aralarında olan cinayətkar razılaşmaya və rol bölgüsünə əsasən “Petroviç” adlı hesab istifadəçisi olan şəxs istintaqla müəyyən edilməyən müddətdən etibarən “Facebook”, “İnstagram” və digər sosial şəbəkələrdə "xxxx" ASC-in adından saxta səhifələr yaradaraq həmin səhifələrdə saxta, yəni həqiqətə uyğun olmayan elanlar yerləşdirmiş, belə ki "xxxx" ASC-in adından “ABB-dən payız sürprizi” və digər bu kimi yalan məzmunlu elan yerləşdirmiş, həmin səhifələrdə olan elana inanan müştərilər qeyd olunan güzəştlərdən yararlanmaq məqsədilə yaradılmış saxta səhifələrdəki linklərə daxil olmaqla qeydiyyatdan keçərək anket məlumatlarını, həmçinin onlara məxsus bank kartının üzərindəki 16 rəqəmli nömrəni və “OTP” təhlükəsizlik şifrəsini müvafiq xanalara daxil etmiş, Təqsirləndirilən şəxs və istintaqla müəyyən edilməyən digər şəxslər istintaqla müəyyən edilməyən xüsusi informasiya proqramları vasitəsilə müştərilərin bank kartlarından həmin məxfi məlumatları əldə edib qeyd edilən kartlardakı pul vəsaitlərini elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə oğurlayaraq qrupun digər üzvləri və Təqsirləndirilən şəxs istifadəsində olan və nənəsi X4 adına qeydiyyatdan keçirilmiş ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrəli “M10” elektron pulqabı hesablarına, eləcə də X5 adına açılmış, Təqsirləndirilən şəxs istifadəsində olan “416973******4279”, “416973******9326”, “416973******5780”, “416973******4469” və “510307******0316” saylı "xxxx" ASC-ə aid bank kart hesablarına köçürülməsinə nail olmuş, aralarında olan razılaşmaya əsasən hər “M 10” elektron pulqabı hesabına görə 100-200 manat və həmin hesablarda oğurlanaraq toplanmış pul vəsaitinin 1-2 faizini “Petroviç” adlı şəxsiyyəti istintaqa məlum olmayan hesab istifadəçisi Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməyən digər hesablarına köçürmüş, bu üsulla Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır qəsəbəsi, Yollar altı-1 Yaşayış massivində nömrəsiz fərdi evdə “Samsung Galaxy S23” markalı mobil telefondan istifadə etməklə vahid niyyətlə əhatə olunan qəsdlə 16 noyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 5522- 0993-6548-1068 nömrəli "xxxx" ASC-ə aid bank kart hesabından 410 manat, 18 noyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs5 5490-2641-0799-0069 nömrəli "xxxx" ASC-ə aid bank kart hesabından 1065,75 manat, 21 noyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs3 5522-0993-6295-2111 nömrəli "xxxx" ASC-ə aid bank kart hesabından 7393 manat, 6 yanvar 2025-ci il tarixdə Zərərçəkmiş şəxs4 5167-5133-3378-8479 nömrəli "xxxx" ASC-ə aid bank kart hesabından 500 manat olmaqla ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə xeyli miqdarda 9368,75 manat məbləğində pul vəsaitini qabaqcadan əlbir olan bir qrup şəxs halında elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə gizli yolla talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmə məqsədilə “Telegram” sosial şəbəkəsində tanış olduğu, şəxsiyyəti istintaqla müəyyən edilməyən “Petroviç” adlı hesab istifadəçisi və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, aralarında razılaşdırılmış rol bölgüsünə əsasən şəxsiyyəti müəyyən edilməyən qrup üzvü “WhatsApp” mobil tətbiqi vasitəsi ilə xarici mobil operatorlara aid telefon nömrələri ilə müxtəlif şəxslərə zəng edərək, onlara bank kart hesablarının məlumatlarının və hesabdakı pul vəsaitlərinin ələ keçirilmə ehtimalının olduğunu, pul vəsaitlərinin ələ keçirilməsinin qarşısının alınması və sığortalanması məqsədilə hesabdakı pul vəsaitlərinin başqa hesablara köçürülməsinin zəruri olduğunu yalandan bildirmiş, rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs ələ keçiriləcək pul vəsaitlərinin köçürülməsi üçün özünün və digər şəxslərin adına mobil nömrə alıb həmin mobil nömrələrlə “M10” elektron pulqabı hesabları, eləcə də “Binance.com” və “Bybit.com” kriptovalyuta satışı platformalarında hesablar açaraq həmin hesabları istifadə üçün şəxsiyyəti müəyyən edilməyən qrup üzvlərinə təqdim etmiş, qrup üzvləri olan, şəxsiyyəti müəyyən edilməyən “Telegram” sosial şəbəkəsində “Petroviç” adlı hesab istifadəçisi və qeyriləri Təqsirləndirilən şəxs hər təqdim edilən “M10” hesabı üçün 100-200 manat və hesaba köçürülən pul vəsaitinin 1-2 faizi qədər qazanc vermiş, bu üsulla yəni, özünü "xxxx" ASC-in əməkdaşı kimi təqdim edən şəxsiyyəti istintaqa məlum olmayan şəxs 17 yanvar 2025-ci il tarixdə saat 17 radələrində “WhatsApp” mobil tətbiqi vasitəsilə +357- 96-32-90-12 saylı xarici mobil operatora məxsus telefon nömrəsindən Zərərçəkmiş şəxs1 Əlasdan oğlunun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək, sonuncuya bank kartı hesabının məlumatlarının ələ keçirildiyini yalandan bildirib Zərərçəkmiş şəxs1 aldadaraq hesabda olan pul vəsaitlərinin ələ keçirilməsinin qarşısının alınması və sığortalanması adı ilə Zərərçəkmiş şəxs1 tərəfindən Samux rayonu, Alıuşağı kəndində “Birbank” mobil tətbiqi vasitəsilə "xxxx" ASC-də olan AZ95AİİB410100J**********210 nömrəli cari hesabından 17 yanvar 2025-ci il tarixdə saat 16:49-da sonuncuya məxsus 5239-1517-1766-8555 nömrəli debet kart hesabına 50000 manat, 17 yanvar 2025-ci il tarixdə saat 16:57-də 5103-0714-0467-2483 nömrəli əmək haqqı kartı hesabına 50900 manat məbləğində pul vəsaitinin köçürülməsini təmin edib, 5103-0714-0467-2483 nömrəli kart hesabından eyni tarixdə saat 17:06 və 17:07-də Zərərçəkmiş şəxs1 tərəfindən özünü "xxxx" ASC-in əməkdaşı kimi təqdim edən şəxsin bildirdiyi, istifadəçisi istintaqla araşdırılan X7 adına olan 4169-7388-9339-5255 nömrəli "xxxx" ASC-ə aid bank kart hesabına hər dəfə 15000 manat olmaqla 2 dəfəyə ümumilikdə 30000 manat məbləğində pul vəsaitinin və Zərərçəkmiş şəxs1 tərəfindən 5239-1517-1766- 8555 nömrəli debet kart hesabından saat 16:53 və 16:56-da hər dəfə 15000 manat olmaqla 2 dəfəyə ümumilikdə 30000 manat məbləğində pul vəsaitinin Şahid4 adına olan ***-***-**-** saylı “M10” hesabına, saat 16:54-də 15000 manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinin “M10” elektron pulqabı hesabına, saat 17:01-də 5000 manat məbləğində pul vəsaitinin Şahid3 adına olan ***-***-**-** saylı “M10” hesabına köçürülməsinə nail olmuş, cinayətkar fəaliyyətin davamı olaraq qabaqcadan əlbir olan cinayətkar qrupun şəxsiyyəti müəyyən edilməyən üzvləri tərəfindən 4169-7388-9339-5255 nömrəli bank kart hesabından qrupun digər üzvü Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinin “M10” elektron pulqabı hesabına saat 17:08-də 15010 manat və saat 17:15-də 15000 manat məbləğində pul vəsaiti, sonuncu hesabdan saat 17:12-də 14900 manat məbləğində pul vəsaiti Şahid1 adına olan ***-***-**-** nömrəli “M10” elektron pulqabı hesabına, saat 17:19-da 4587 manat məbləğində pul vəsaiti X11 adına olan ***-***-**-** saylı “M10” hesabına, saat 17:24-də 10300 manat məbləğində pul vəsaiti X10 adına olan ***-***-**-** saylı “M10” hesabına məxaric edilmiş, son iki maliyyə əməliyyatı üzrə 4587 və 10300 manat məbləğində pul vəsaitləri Təqsirləndirilən şəxs nənəsi X4 adına olan, cinayətkar qrupun üzvlərinin istifadəsində olan “Bybit.com” platformasındakı profil adı “Rena777” olan, “X9” adlı hesaba USDT adlı kriptovalyuta şəklində köçürülmüş, eyni zamanda Zərərçəkmiş şəxs1 məxsus 5239-1517-1766-8555 nömrəli kart hesabından ***-***-**-** saylı “M10” hesabına məxaric edilmiş pul vəsaitlərindən 30000 manat məbləği hər dəfə 15000 manat olmaqla 2 dəfəyə Şahid2 adına olan ***-***-**-** saylı “M10” hesabına, ***-***-**-** saylı “M10” hesabına məxaric edilmiş 15000 manat məbləğində pul vəsaitinin 14900 manat məbləği Şahid1 Həmin oğlunun adına olan ***-***-**-** saylı “M10” hesabına və həmin hesabdan 14925 manat məbləğində pul vəsaiti Şahid2 adına olan ***-***-**-** saylı “M10” hesabına köçürülməklə Zərərçəkmiş şəxs1 maliyyə əməliyyatlarının komissiya xərcləri hesablanmaqla ümumilikdə külli miqdarda 80592 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tərəfindən təkrar qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirilərək dələduzluq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə xeyli miqdarda 1,130 qram ümumi təmiz çəkidə “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” İ Siyahısına daxil olan psixotrop maddə metamfetamini və üzərində M/F40 yazısı olan, 2 ədəd tam dərman həbinin hər birində 0,04 qram olmaqla 0,08 qram, 2 ədəd yarımçıq dərman həbində 0,029 olmaqla ümumilikdə xeyli miqdarda 0,109 qram ümumi təmiz çəkidə “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” İİ Siyahısına daxil olan narkotik vasitə metadonu əldə edib üzərində saxlamaqla Abşeron rayonu, Masazır qəsəbəsi, Yollar altı-1 Yaşayış massivində yaşadığı nömrəsiz fərdi yaşayış evinə daşımaqla orada saxlamış, 18 yanvar 2025-ci il tarixdə saat 20:53-də Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır qəsəbəsi, Yollar altı-1 Yaşayış massivində yaşadığı nömrəsiz fərdi yaşayış evinə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı həmin mənzilin yataq otağında stolun çəkməcəsindən qara rəngli qutunun içərisində saxlanılan 1 ədəd bükümdə xeyli miqdarda 1,130 qram psixotrop maddə metamfetamin və M/F40 yazısı olan, 2 ədəd tam dərman həbinin hər birində 0,04 qram olmaqla 0,08 qram, 2 ədəd yarımçıq dərman həbində 0,029 olmaqla ümumilikdə xeyli miqdarda 0,109 qram ümumi təmiz çəkidə narkotik vasitə metadon aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs (mülki cavabdeh) ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-1, 177.2.4, 178.3.2 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Petroviç adlı hesab sahibi ilə “teleqram” sosial şəbəsində tanış olmuşdur. Özünə məxsus “Suşi” hazırlanan obyekti var idi və kuryerlik də edirdi. Maddi vəziyyəti elə də yaxşı deyildi, pula ehtiyacı var idi. Teleqram sosial şəbəkəsində “100 manata M10 alıram” başlığında elan görmüş və tamahlanıb müraciət etmişdir. Ona bildirmişlər ki, “coin” satışı ilə məşğuldurlar və onlara Azərbaycanda öz adamları lazımdır. İlk dəfə onlardan 50 manat müqabilində avans almış, sonra iki dənə M10 elektron pul qabı öz adına və nənəsinin adına açıb onlara vermiş, dərhal ona 300 manat pul göndərmişlər. Daha sonra bildirmişlər ki, çıxış versin, o, da necə edəcəyini soruşanda, video çəkməsini sonra da proqramdan çıxıb mobil nömrəsini qırıb atmasını bildirmişlər. Onların dedikləri kimi etmiş və adına dərhal 600 manat pul göndərmişlər. Həmin biznes proqramlara sonradan nə girişi olub, nə də çıxışı, bircə dəfə həmin vaxt girmişdir. O, 35000 manat köçürmə ilə bağlı Petroviçdən soruşmuşdur. Əvvəllər o, M10-da hər dəfə 99 manat məbləğində köçürmələr edirmiş, ona da 200-300 manat verirdilər, buna görə çox razı idi. 35000 manat köçürmənin ekran görüntüsünü götürüb ona göndərmiş və bu məbləğin nə olduğunu soruşmuş, o isə bildirmişdir ki, həmin pulun onlara aidiyyatı yoxdur, dostunun puludur. O, neçə ay ona M10 satmış, heç bir problem olmadığı üçün güvənmişdir. Petroviçlə danışan zaman o, Azərbaycan bankları adından sosial şəbəkələrdə saxta reklamlar və linklər paylaşmağı, vətəndaşlara onların bank məlumatlarının oğurlanması ilə bağlı saxta məlumatlar verərək kart hesablarını almaları barədə və bu yolla əldə olunan vəsaitlərdən ona da verəcəyi barədə heç nə deməmiş, belə bir danışıqları olmamışdır. Həm də həmin pulların oğurluq olduğunu bilsəydi buna heç vaxt razı olmazdı. Zərəçəkmiş bir tələbə oğlanın 1200 manat dəymiş zərərinin bir hissəsini nənəsi ödəmişdir. Bundan başqa onun M10 hesabında ona məxsus olmayan pullar da olmuş, onları da aidiyyəti üzrə təqdim edib qaytarmışdır. Bundan başqa ifadəsində bildirmişdir ki, saxlama zamanı ona məxsus olan metadon adlı psixiatrop həbləri də aşkarlayıb götürmüşlər. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Milli Qəhrəman Hökümə Əliyevanın atasıdır. Hadisə baş verən zaman kartında 103.993 manat pul olmuşdur. 40.000 manat dövlət tərəfindən verilmiş, 38.000 manat da sığortadan verilmişdir. Qalan məbləğ isə mərhum qızı, Milli Qəhrəman Hökümə Əliyevanın özünün sığorta olunduğu 57.000 manat pul idi. xx.xx.2025ci il tarixdə, axşam saatlarında mobil nömrəsinə zəng gəlmişdir. Zəng edən şəxs Kapital Bankın əməkdaşı olduğunu, kartının şifrəsinin ələ keçirildiyini, kartda olan məbləğin oğurlanma təhlükəsi olduğunu deyib kartını sığortalamaq istədiklərini bildirmişdir. O, banka getmək istədiyini bildirəndə gec olacağını, pulu başqa karta köçürmək lazım olduğunu, sonra da kartı sığortalamaq lazım olduğunu bildirmişdir. O, da kartda olan pulu hər dəfəsində 15000 manat olmaqla başqa karta göndərmişdir, 80500 manat pul göndərəndən sonra ona zəng edən şəxsə Milli Qəhrəman Hökümə Əliyevanın atası olduğunu bildirmiş, lakin həmin şəxs heç buna məhəl qoymamışdır. Kapital Bankın filialına gedəndə kartdan pulunun oğurlandığı məlum olunmuşdur. Ondan sonra DİN-nin 102 zəng mərkəzinə zəng edib şikayət etmişdir. Ona dəymiş ümumi ziyanın məbləği 80500 manatdır, həmin məbləğ dövət tərəfindən ona ödənilmişdir. Lakin təqsirləndirilən şəxs ona dəymiş ziyandan heç bir məbləğ qaytarmamışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, hadisə günü evdə oturub facebook sosial şəbəkəsinə baxırmış. Həmin vaxt qarşısına Azərbaycan Beynəlxalq Bankından kartı olan şəxslərə 500 manat hədiyyə verilməsi ilə bağlı elan çıxmışdır. Həmin linkə daxil olan kimi məbləğin hesabına göndərildiyini, yoxlamaq üçün mobil tətbiqə daxil olmalı olduğu qeyd olunmuşdur. Tətbiqə daxil olan kimi kartında olan 7393 manat məbləğində pulu oğurlanmışdır. Ona dəymiş ümumi ziyanın məbləği 7393 manatdır, həmin məbləğin heç bir hissəsi ona qaytarılmamışdır. Təqsirləndirləndirilən şəxsdən şikayətçidir, dəymiş ziyanın ödənməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, istifadəsində olan plastik bank kartından 500 manat pul oğurlanmışdır. Həm “tik-tok”, həm də “instagram” sosial şəbəkəsindən istifadə etdiyi üçün oğurluğun hansı platforma vasitəsilə olduğunu bilməmişdir. Sonradan kartından 500 manat pul oğurlandığını görmüşdür. Şikayət edəndən sonra kartından pul oğurlayan şəxsin Ayaz adlı şəxs olduğu məlum olmuşdur. Ona dəymiş ziyan ödənilmiş, hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 hüquqi varisi X14 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2 həyat yoldaşıdır. Həyat yoldaşı vəfat etməmişdən əvvəl xəstəliyinə görə uzaq bir qohumları müalicəsinə dəstək məqsədi ilə onun kartına 500 manat pulu göndərmişdir. Pul karta köçən kimi də geri çəkmişlər. Yoldaşı kartdan özü pulu çıxartmamış və istifadə etməmişdir. Pul köçən kimi naməlum vəziyyətdə geri çəkilmişdir. Karta pul köçən kimi geri çəkilmiş, mərhum həyat yoldaşı polisə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci ildə öldüyündən ibtidai istintaq dövründə verdiyi ifadəsi tərəflərin razılığı ilə elan edilməklə tədqiq edilmişdir. O, İfadəsində bildirmişdir ki, 16 noyabr 2024-cü il tarixdə saat 20 radələrində yaşadığı ünvanda olarkən “Facebook” sosial şəbəkəsində qarşısına “ABB-dən payız sürprizi” adlı elan çıxmış, həmin elanda “ABB” müştərilərinə özəl olaraq 500 manat mükafat veriləcəyi yazılmışdır. Bunun üçün orada yerləşdirilmiş linkə daxil olmaq lazım olduğu qeyd edilmişdir. Maddi durumu çətin olduğundan həmin linkə daxil olmuşdur. Bundan sonra ona göndərilən kodları heç kimlə paylaşmamasına baxmayaraq, ona məxsus 5522-0993-6548- 1068 nömrəli, "xxxx" ASC tərəfindən emissiya edilmiş bank kartından 410 manat pul vəsaiti onun xəbəri olmadan başqa hesaba köçürülmüşdür. Təqsirləndirilən şəxs tanımır. Zərərçəkmiş şəxs5 (mülki iddiaçı) məhkəməyə ərizə ünvanlayaraq xidməti zərurət ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək mülki iddiasının təmin edilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, 18 noyabr 2024-cü il tarixdə saat 03:18 radələrində yaşadığı ünvanda olarkən istifadəsində olan 5490-2641-0799-0069 nömrəli, "xxxx" ASC tərəfindən emissiya edilmiş bank kartından onun xəbəri olmadan, tanımadığı “M10” elektron pulqabı hesabına 1065,75 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Pul vəsaiti onun iradəsindən kənar şəkildə məxaric edilmişdir. Həmin tarixdə heç bir sayta və ya digər linkə daxil olmamışdır. Lakin göstərilən tarixdən bir neçə gün əvvəl, dəqiq xatırlamadığı bir tarixdə, “TikTok” sosial şəbəkəsində yerləşdirilmiş “ABB istifadəçiləri üçün güzəştli kredit” adlı elan üzrə linkə daxil olduğunu və müvafiq xanalara öz bank kartı məlumatlarını daxil etdiyini xatırlamışdır. Bundan sonra həmin saytdan heç bir məlumat gəlməmişdir. Güman etmişdir ki, həmin şəxslər onun bank kartı məlumatlarını ələ keçirdikdən sonra, kartından pul vəsaitlərini gizli yolla ələ keçirmişlər. Bu məsələ ilə bağlı Xızı Rayon Polis Şöbəsinə müraciət etmiş və həmin müraciət əsasında material araşdırmaya götürülmüşdür. Təqsirləndirilən şəxs tanımır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, kriptovalyuta alqı-satqısı ilə məşğul olur. Ona 35000 manat dəyərində order açılmış, o, da orada kart vasitəsi ilə alqı-satqı etmiş, daha sonra hesabı bloklanmışdır. Bununla bağlı Kiber Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmış və ona orada həmin pulların oğurluq olduğunu bildirmişlər. Pullar Milli qəhrəman Hökumə Alıyevanın atasından oğurlanmışdır. Könüllü şəkildə həmin 35000 manat ziyanı öz cibindən ödəmişdir. Təqsirləndirilən şəxsi üzdən görməmişdir, tanımır, ancaq orderdə alıcı idi. Ayaz ondan USDT almışdır. USDT kripto valyutanın pul vahididir, dolları əvəz edir. Fəaliyyətləri binance, bybit sistemi ilə həyata keçirilirdi. O, kripto valyutanı kursla satmışdır, necəki dolların kursu birjada müəyyən məbləğdə manata bərabərdi, o həmin kripto valyutanı 1.71-lə alıb 1.75-lə satmışdır. Birjadakı hesabının adı unikrism idi. Həmin hesab vasitəsi ilə alqı-satqı etmişdir. Sifariş zamanı birja hesabında sifariş verənin adı, soyadı, ata adı, dərhal düşür, eyni zamanda onun hansı birja hesabı ilə alqı-satqıya girdiyini qarşı tərəf görürdü. Həmin vaxt onun hansı məbləğdə, məsəl üçün 35000 manatlıq order açdığını görür və alıcı kimi ödə düyməsini sıxıb həmin məbləği ödəyib koini alır və keçir həmin şəxsin hesabına. Ona ödənilən 35000 manatı pulu geri ödəmiş, lakin onun USDT – lərini geri qaytarmamışlar. Məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında iştirak etmədiyindən tərəflərin razılığı ilə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İfadəsində bildirmişdir ki, təxminən 2025-ci ilin yanvar ayının əvvəllərində “Telegram” sosial şəbəkəsində hazırda adı yadında qalmayan kanala qoşulmuş, həmin kanalın adminstratoru “Maggstar” adlı profil olmuşdur. Kanalda müxtəlif sual-cavab müsabiqələri keçirilmişdir. Belə ki, müsabiqədə qalib gələn şəxsin “M10” elektron pulqabı hesabına təxminən 1-2 manat məbləğində uduş göndərilmişdir. Daha sonra guya uduşların yığılması üçün onlara müxtəlif mobil nömrələr göndərilmişdir ki, həmin nömrələrdən “M 10” tətbiqində “Sima” vasitəsilə qeydiyyatdan keçsinlər. Həmin tarixlərdə hazırda yadında qalmayan bir nömrə vasitəsilə qeydiyyatdan keçmişdir. Bir müddət sonra polis orqanına dəvət olunmuşdur. Orada öz adına qeydiyyatdan keçirdiyi hesabın cinayətkar məqsədlər üçün istifadə edildiyini öyrənmişdir. Daha sonra həmin hesabın bloklandığını bilmişdir. Müstəntiqin Zərərçəkmiş şəxs1 bank kartından ələ keçirilmiş pul vəsaitlərinin 5000 manat olan hissəsinin onun adına olan ***-***-**-** nömrəsinə bağlı “M 10” hesabına köçürülməsi ilə bağlı sualına cavab olaraq bildirmişdir ki, qeyd etdiyi qaydada həmin nömrədən öz “Sima” vasitəsilə qeydiyyatdan keçmiş, lakin həmin hesab istifadəsində olmamışdır. Zərərçəkmiş şəxs1 tanımır. Məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında iştirak etmədiyindən tərəflərin razılığı ilə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İfadəsində bildirmişdir ki, 16 yanvar 2024-cü il tarixdə “Telegram” sosial şəbəkəsində “elan burada” adlı qrupda olarkən “Maggstar” istifadəçi adlı hesabın elan paylaşdığını görmüş, həmin şəxs paylaşmışdır ki, kim öz adına “M 10” elektron pulqabı hesabı açdırsa, ona 50 manat pul veriləcəkdir. Onun da pula ehtiyacı olduğu üçün həmin şəxsə yazmışdır və “Maggstar” ona ***-***-**-** mobil nömrəsini “Telegram” sosial şəbəkəsi vasitəsilə göndərmişdir. Bundan sonra həmin şəxs ona bildirmişdir ki, “M10” tətbiqinə daxil olub həmin nömrə ilə öz “Face İD”-si, yəni üz görüntüsü vasitəsilə qeydiyyatdan keçsin, daha sonra həmin hesabı ona versin. Belə ki, qeydiyyatdan keçdikdən sonra həmin tətbiqdən çıxış etməlidir. Bu zaman ekran görüntüsü alıb həmin şəxsə göndərməliymiş ki, doğrudan da çıxış etmişdir. Bütün bunları etdikdən sonra həmin şəxs 50 manatı ona məxsus olan 5411-2498-0392-7321 nömrəli “Leo Bank” kartına “M10” vasitəsilə göndərmişdir. Onun həmin hesaba gələn pullar barədə məlumatı olmamışdır. Çünki “M 10” mobil tətbiqini həmin gün silmiş yə hesabdan çıxmışdır. Həmin hesabda icra olunan əməliyyatlar barədə məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında iştirak etmədiyindən tərəflərin razılığı ilə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İfadəsində bildirmişdir ki, 2004-cü ildən Türkiyə Respublikasında kargo işi ilə məşğul olur. Təxminən 2 ilə yaxındır ki, Umud adlı şəxslə tanış olmuş, sonuncunun tatar əsilli olduğunu və Rusiyada papaq alqı-satqısı ilə məşğul olduğunu bilmişdir. Həmçinin Türkiyə Respublikasında işləri ilə əlaqədar valyuta dəyişmə məntəqəsində çalışan Mahmud adlı şəxslə də tanış olmuşdur. Mahmud ona demişdir ki, USDT satışı ilə məşğuldur. Umud da bəzən yatırım üçün USDT aldığı üçün Mahmudla onları əlaqələndirmişdir. Umudun mobil nömrəsi +**********0 olmuşdur. 17 yanvar 2025-ci il tarixdə səhər saatlarında Umud ona zəng edərək, “M10” hesabının lazım olduğunu və onun hesabından istifadə etmək istəyini bildirmiş, USDT alqı-satqısı zamanı bir neçə şəxslə arasında borcun yarandığını qeyd etmişdir. Bu səbəbdən Umudu onun hesabına 30000 manata yaxın pul gələcəyini və həmin vəsaiti Umudun dediyi “M10” hesablarına göndərməli ondan xahiş etmişdir. Umud Azərbaycanda başqa güvənəcəyi şəxsin olmadığı üçün ona etibar etdiyini bildirmiş, o, Umudla razılaşmışdır. Belə ki, 17 yanvar 2025-ci il tarixdə axşam saatlarında ona məxsus ***-***-**-** saylı nömrənin “M10” hesabına 14900 və 14900 manat olmaqla ümumilikdə 29800 manat pul vəsaiti gəlmişdir. Umud ona bildirmişdir ki, bu vəsaitləri bildirəcəyi kart hesablarına göndərsin. Lakin, o, bu zaman çox komissiya tutulacağını bildirmiş, bu səbəbdən həmin pul vəsaitlərini hissə-hissə olaraq özünə məxsus olar 4169-7388-6922-2541 nömrəli "xxxx"’ASC tərəfindən emissiya edilmiş bank kartına köçürmüşdür. Bundan sonra Umudun dediyi 5522-0993-6422-0368 nömrəli kart hesabına və ***-***-**-** saylı mobil nömrənin “M10” hesabına hissə-hissə həmin pul vəsaitlərini göndərmişdir. Daha sonra, Umud ona başqa “M 10” hesabı vermişdir ki, həmin hesaba da 2000 manat göndərsin, lakin əməliyyat zamanı səhv baş vermişdir. Bundan sonra yenidən Umudun dediyi hesaba pul vəsaitini köçürmək istədikdə öz “M10” hesabının bloklandığım görmüş və bu hesabda Umudun ona göndərdiyi 29800 manat puldan 12800 manat olan hissəsi həmin hesabda qaldığını bildirmişdir. Bu məsələ ilə bağlı Umudla əlaqə saxladıqda Umud ona məsələdən xəbərsiz olduğunu bildirmişdir. Umud ona demişdir ki, onun nömrəsini kriptovalyuta aldı-satqısı ilə məşğul olan Rza Babazadə adlı şəxsə vermişdir. Onun hesabına köçürülən pul vəsaitlərinin mənbəyi barədə məlumatı olmamışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadəsi ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanması və icraata götürülməsi haqqında” 18 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 müraciəti əsasında fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilərək ibtidai istintaq aparılmışdır. “Sənədlərə baxış keçirilməsi haqqında” 18 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, cinayət işinin materiallarına əlavə edillmiş sənədlərin 1 və 2-ci səhifəsinə baxış keçirilən zaman, 17 yanvar 2025-ci il tarixdə saat 16:57-də cinayət işi üzrə ərizəçi X8 adına olan 5103-0714-0467-2483 (hesab no:********************) nömrəli əmək haqqı kartına 50391 manat pul vəsaitinin mədaxil edildiyi müəyyən edilmişdir, (qeyd: burada 50.900 köçürülüb, 509 manat isə 1% komissiya tutulub və karta 50.391 manat köçüb). Daha sonra, həmin tarixdə saat 17:06 və 17:07-də qeyd edilən kart hesabından 2 dəfə 15000 manat olmaqla ümumilikdə 30000 manat pul vəsaitinin “birbank” tətbiqi vasitəsilə məxaric edildiyi görünür. Bundan başqa, həmin tarixdə saat 17:43- də 20476 manat pul vəsaitinin 5103-0714-0467-2483 nömrəli kart hesabından bankomat vasitəsilə nağdlaşdırıldığı müəyyən edilmişdir. Qeyd edilən sənədlərin 3-cü səhifəsinə baxış keçirilən zaman, 17 yanvar 2025-ci il tarixdə saat 17:08-də 4169-73**-****-5255 nömrəli kart hesabından 15010 manat pul vəsaiti +**********25 nömrəli “M10” hesabına, ordan da saat 17:12-də +**********35 nömrəli “M10” hesabına 14900 manat olan hissəsi köçürüldüyü, həmçinin saat 17:15-də 4169-73**-****-5255 nömrəli kart hesabından 15000 manat pul vəsaiti +**********25 nömrəli “M10” hesabına, ordan da saat 17:19-da 4587 manat olan hissəsi +**********67 nömrəli “M10” hesabına, saat 17:24-də 10300 manat olan hissəsi isə +**********67 “M10” hesabına köçürüldüyü müəyyən edilmişdir. Qeyd edilən sənədlərin 4, 5 və 6-cı səhifələrində olan fotogörüntülürə baxış keçirilən zaman, saat 16:24-də 10300 manat pul vəsaitinin +**********25 nömrəli “M10” hesabından +**********67 “M10” hesabına köçürüldüyü, bundan başqa həmin pul vəsaitinin “bybit” tətbiqi vasitəsilə profil adı “Rena777” olan “RANA TAHİR QİZİ İSGANDAROVA” hesabına USDT kriptovalyuta formasında satıldığı müəyyən edilmişdir. Qeyd edilən sənədlərin 7 və 8-ci səhifələrində olan fotogörüntülürə baxış keçirilən zaman, saat 16:19-da 4587 manat pul vəsaitinin +**********25 nömrəli “M10” hesabından +**********67 “M10” hesabına köçürüldüyü, bundan başqa həmin pul vəsaitinin “bybit” tətbiqi vasitəsilə profil adı “Rena777” olan “RANA TAHİR QİZİ İSGANDAROVA” hesabına USDT kriptovalyuta formasında satıldığı müəyyən edilmişdir. Qeyd edilən sənədlərin 9, 10 və 11-ci səhifələrində olan fotogörüntülürə baxış keçirilən zaman, 17 yanvar 2025-ci il tarixdə saat 16:57-də cinayət işi üzrə ərizəçi X8 adına olan 5239-1517-1766-8555 (hesab no:********************) nömrəli debet kartına 50000 manat pul vəsaiti mədaxil edildiyi müəyyən edilmişdir. Daha sonra həmin fotogörüntülərdən görünür ki, saat 16:53-də 5239-1517-1766-8555 nömrəli kart hesabından 15000 manat pul vəsaiti +**********73 nömrəli “M10” hesabına, ordan da +**********51 (5ZH71MP7 - Əli) nömrəli “M10” hesabına köçürülmüş, saat 16:54-də 5239- 1517-1766-8555 nömrəli kart hesabından 15000 manat pul vəsaiti +**********25 nömrəli “M10” hesabına, ordan da +**********35 nömrəli “M10” hesabına 14900 manat olan hissəsi köçürülmüş, saat 16:56-da 5239-1517-1766-8555 nömrəli kart hesabından 15000 manat pul vəsaiti +**********73 nömrəli “M10” hesabına, ordan da 14925 manat olan hissəsi +**********51 nömrəli “M10” hesabına köçürülmüş və saat 17:01-də 5239-1517-1766-8555 nömrəli kart hesabından 5000 manat pul vəsaiti +**********57 nömrəli “M10” hesabına, ordan da +**********51 nömrəli “M10” hesabına köçürülmüşdür. Qeyd edilən sənədlərin 18ci səhifəsində olan fotogörüntülürə baxış keçirilən zaman, +**********73 nömrəli “M10” hesabının Şahid4 tərəfindən açıldığı, +**********51 nömrəli “M10” hesabının Şahid2 oğlu tərəfindən açıldığı, +**********25 nömrəli “M10” hesabının Təqsirləndirilən şəxs oğlu tərəfindən açıldığı, +**********35 nömrəli “M 10” hesabının Şahid1 tərəfindən açıldığı, +**********57 nömrəli “M 10” hesabının Şahid3 tərəfindən açıldığı, +**********67 nömrəli “M10” hesabının X18 tərəfindən açıldığı, +**********67 “M10” hesabının isə X16 tərəfindən açıldığı müəyyən edilmişdir. Qeyd edilən sənədlərin 19, 20 və 21-ci səhifələrinə baxış keçirilən zaman, +**********25 nömrəsinin İP ünvanı 17 yanvar 2025-ci il tarixdə Vyana, Binəqədi və Bakıxanov ünvanlarını göstərdiyi müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs adına 44 ədəd, onun nənəsi olan X4 adına 18 ədəd “M 10” elektron pulqabı hesabı olduğu müəyyən edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətdiyinə görə şübhəli şəxs qismində 18 yanvar 2025-ci il tarixdə saat 20:53-də tutulmuşdur. “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 18 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə xx.xx.1995-ci ildə Rusiya Federasiyasında anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsi, Yollar altı-1 yaşayış massivində nömrəsiz fərdi yaşayış evinde yaşayan, Təqsirləndirilən şəxs iştirakı ilə Abşeron rayonu, Masazır qesebəsi, Yollar altı-1 yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində Zərərçəkmiş şəxs1 külli miqdarda pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsi faktı ilə bağlı cinayət işinin istintaq edildiyi və araşdırma zamanı Zərərçəkmiş şəxs1 ələ keçirilmiş pul vəsaitlərinin bir hissəsinin onun adına olan ***-***-**-** saylı mobil telefon nömrəsinin M10 elektron pul qabı hesabına köçürüldüyü bildirilmiş, Təqsirləndirilən şəxs həmin mobil nömrənin onun adına qeydiyyatdan keçdiyini təsdiq etmişdir. Qeyd olunan ünvana baxış zamanı Zərərçəkmiş şəxs1 tək yaşadığını, “M10” hesabları, kartlar satdığını, masanın üzərində olan mobil telefonlarla “M10” hesabları açdığını qeyd etmişdir. Evdə masanın çəkməcəsindən aşkar olunmuş pul vəsaitlərinin onun maaşının olduğunu, hesablarına gələn pullardan əldə etdiyini bildirmişdir. Öz adına 2 ay ərzində 20-25 ədəd “M 10” hesabı açdırdığını, hər birindən 100, 200, 300 manat pul qazandığını qeyd etmişdir. Həmin pul vəsaitləri sayıldıqda 21 ədəd 100 manatlıq və 16 ədəd 50 manatlıq pul vəsaitləri maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Daha sonra masanın çəkməcəsindən qara rəngli qutunun içərisində 1 ədəd şəffaf rəngli sellofanda olan narkotik vasitəyə bənzər maddə və 2 ədəd tam və 2 ədəd bölünmüş formada olan həblər aşkar edilmiş, Təqsirləndirilən şəxs şəffaf rəngli sellofanda olan maddənin metamfetamin, həblərin isə “M40” adlı dərmanlar olduğunu, həmin vasitələri ağrıları olduğu üçün şəxsi istifadəsi üçün əldə etdiyini qeyd etmişdir. Həmin əşyalar maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Daha sonra masanın üzərində olan 1 ədəd “Samsung” markalı, 1 ədəd “İphone” markalı, 1 ədəd “Oppo” markalı və 1 ədəd “Redmi” markalı mobil telefonlar, 1 ədəd kompyuter və onun tərkib hissələri, 1 ədəd elektron saat və flaşkarta bənzər 2 ədəd cihaz maddi sübut əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. 19 yanvar 2025-ci il tarixli 6/268 saylı “Materialların məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində 01 (bir) ədəd bükümdə təmiz çəkisi - 1,130 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində F/M40 yazısı həkk olunmuş açıq qəhvəyi rəngli dərman həblərinin əsas təsiredici maddəsi metadondur, 02 (iki) ədəd tam dərman həbinin tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı -0,08 qram, ümumi təmiz çəkisi -0,299 qram olan 02 (iki) ədəd dərman həbi hissəsinin tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı -0.029 qram, metadonun təsiredici maddəsinin ümumi miqdarı -0,109 qram təşkil edir (üzərində qeyd edilmiş göstəriciyə əsasən 01 (bir) ədəd həbdə 0,04 qram metadon olmaqla). Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”-in siyahısına (Siyahı İ) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin”-in siyahısına (Siyahı İİ) daxildir. “Cinayət işi üzrə əməlin tösüf edilməsi haqqında” 20 yanvar 2025-ci il tarixli qərardan görünür ki, 25920006 nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən 178.3.2 və 234.1-ci maddələrinə tövsif edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 20 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş itiham elan olunmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistika və İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoklamanın nəticəsi olaraq təqdim edilən xx.xx.2025-ci il tarixli rəydən görünür ki, Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və psixotrop maddə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji Dispanserində qeydiyyata alınması məsləhət görülür. "xxxx" MMC-dən daxil olmuş CD disk baxış keçirilməsi haqqında 05 fevral 2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı CD diskin içərisində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olan sms mətnlərinin məzmunu, həmin mobil nömrələrin anten əhatə dairəsi və həmin mobil nömrələrlə əlaqədə olan nömrə saibləri haqqında məlumatlar əks olunmuşdur. Qeyd olunan mobil nömrəyə daxil olan sms mətnlərinin şəxsi məzmunlu mesajlar olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi cinayətlərinin İbtidai Araşdırması Baş idarəsinin cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs fiziki şəxs qismində vergi orqanında uçotdadır və fəaliyyəti xx.xx.2025-ci il tarixədək aktivdir. “Access Bank”-ın cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs və X4 adına, həmçinin onların təsisçisi və qanuni təmsilçisi olduqları kommersiya və qeyrikommersiya hüququ şəxslərin adlarına xx.xx.2025-ci il tarixə kimi "xxxx"QSC-də bank hesabları, depozit qutuları və pul köşürmə əməliyyatları mövcud olmamışdır. "xxxx" MMC-nin sorğuya cavab məktubundan görünür ki, "xxxx" MMC-yə məxsus bankomatlar olmadığı üçün pulun harada (bankomat ünvanı), nə vaxt və kim tərəfindən çıxarılması (nağlaşdırması) barədə məlumatlar və pulu nağdlaşdıran şəxsin foto (video) görüntüləri olmur. Eyni zamanda bildirilir ki, “m10” tətbiqinə daxil olmaq üçün istifadə edilmiş qurğulara dair məlumatların (İMEİ kodu, marka, İP ünvanı) müəyyən edilməsi texniki olaraq mümkün deyildir. "xxxx" MMC-dən daxil olmuş məktub və məktub əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 17 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və X4 adına olan qeydiyyatdan keçirilmiş “M10” hesabları üzrə məlumatlar və həmin hesabları üzrə maliyyə əməliyyatları CD diskdə təqdim edilmişdir. Həmin diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs və X4 adına ümumilikdə 62 ədəd “M10” hesabının qeydiyyatdan keçirildiyi məlum olmuşdur. Bundan başqa +**********25 mobil nömrəsinə bağlı “M10” hesabının 15 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən qeydiyyatdan keçirildiyi məlum olmuşdur. +**********25 mobil nömrəsinə bağlı “M10” hesabına baxış keçirildikdə məlum olur ki, 17 yanvar 2025-ci il tarixdə saat 17:08-də 416973******5255 (Kapital Bank) kartından 15010 manat pul vəsaiti mədaxil edilmiş, saat 17:12-də +**********35 saylı “M10” hesabına 14900 manat pul vəsaiti məxaric edilmiş, saat 17:15-də 416973******5255 (Kapital Bank) kartından 15000 manat pul vəsaiti mədaxil edilmiş, saat 17:19-da + **********67 saylı “M10” hesabına 4587 manat pul vəsaiti məxaric edilmiş, saat 17:24-də + **********67 saylı “M10” hesabına 10300 manat pul vəsaiti məxaric edilmişdir. “Mobil telefona baxış keçirilməsi haqqında” 5 avqust 2025-ci il tarixli protokol və protokola edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli mobil telefon “Samsung Galaxy S23” markalıdır. Mobil telefona daxil olmaq üçün təhlükəsizlik şifrəsi tələb edilmir. Belə ki, telefonda mövcud olan “Binance” tətbiqinə daxil olduqda həmin tətbiqdə İD: ********** nömrəli hesab olduğu müşahidə olunur. Bundan başqa mobil telefonda olan “Qalereya” bölməsinə baxış keçirilmişdir. Həmin bölmədə çox sayda "xxxx" ASC və "xxxx"-ı ASC tərəfindən emissiya edilmiş bank kartlarının fotoşəkillərinin olduğu müşahidə olunur. Bundan başqa baxış zamanı mobil telefonun “Qalereya” bölməsində iş üzrə Zərərçəkmiş şəxs1 Əlasdan oğlunun bank kartından pul vəsaitlərinin ələ keçirildiyi 17 yanvar 2025-ci il tarixdə “Binance” mobil tətbiqinin “P2P” bölməsində Təqsirləndirilən şəxs ilə “HeSeNAzKRİPTO” profil hesabının sahibi arasında aşağıdakı məzmunda yazışma olduğu müəyyən edilmişdir: “Təqsirləndirilən şəxs” - indi yoldayam sonra danisarig. “HeSeN_Az_KRİPTO” - təsdiq edersen. əlaqə verərsən, yaddan çıxmasın, yaddan çıxmasın. Bundan başqa baxış zamanı mobil telefonun “Qalereya” bölməsində iş üzrə Zərərçəkmiş şəxs1 Əlasdan oğlunun bank kartından pul vəsaitlərinin ələ keçirildiyi 17 yanvar 2025-ci il tarixdə həmin pul vəsaitlərinin köçürüldüyü “4169-7388-9339-5255” saylı "xxxx" ASC tərəfindən emissiya edilmiş və X7 adına olan bank kartının fiziki daşıyıcısının arxa tərəfinin (4169-7388-9339-5255 saylı 16 rəqəmli hissə, istifadə müddəti: 08/27, 3 rəqəmli təhlükəsizlik kodu:085) fotogörüntüsü aşkar edilmişdir. Həmçinin, mobil telefonun “Qalereya” bölməsində adına “4169-7388-9339-5255” saylı "xxxx" ASC tərədindən emissiya edilmiş bank kartı olan X7 (FİN: 011L37Z; Seriya nömrəsi: AA6112702) şəxsiyyət vəsiqəsinin üz tərəfinin fotogörüntüsü aşkar edilmişdir. “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 11 avqust 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 234.1-ci maddələrindən həmin Məcəllənin 177.2.3-1, 177.2.4, 178.3.2 və 234.1-ci maddələrinə övsif edilmişdir. 08 sentyabr 2025-ci il tarixli telefon danışığı haqqında protokoldan görünür ki, X3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə “Vatsapp” ani mesajlaşma vasitəsilə zəng ilə əlaqə saxlanılmışdır. Zəngə cavab verdikdə həmin şəxsə öz şəxsiyyətini təsdiqləmişdir. Ona cinayət işi üzrə Zərərçəkmiş şəxs5 18 noyabr 2024-cü il tarixdə kart hesabından gizli olaraq ələ keçirilmiş 1065,75 manat pul vəsaitinin 1050 manat olan hissəsinin onun adına olan +**********60 saylı “M10” hesabına köçürülməsi barədə sual verdikdə, cavab olaraq qeyd edilən hesabın ona məxsus olmasını, həmin hesabı kriptovalyutaların alqı-satqısı üçün istifadə etdiyini və 2025-ci ilin fevral ayından etibarən bu hesabın bloklandığını bildirmişdir. Qeyd edilən tarixdə onun hesabına qeyd edilən pul vəsaitinin 3 dəfə hissə-hissə olmaqla köçürülməsini təsdiq etmiş və bu vəsaiti “Bybit” platformasında profil adı “Rena777” hesab adı isə “RANA TAHİR QİZİ İSGANDAROVA” olan hesaba satdığını bildirmiş, müvafiq əməliyyatları təsdiq edən qəbzləri protokola əlavə edilməsi üçün “Vatsapp” ani mesajlaşma vasitəsilə göndərmiş və üzrlü səbəblərdən istintaqa gələ bilməyəcəyini bildirmişdir. ***-***-**-** saylı mobil nömrə ilə ***-***-**-** saylı mobil nömrəsi arasında “Vatsapp” ani mesajlaşma vasitəsilə olan danışıq barədə telefon səhifəsinin “screenshot” şəkili və şəxsin göndərdiyi qəbzlər printer vasitəsi ilə çap edilərək protokola əlavə edilmişdir. Azər Məmmədov ilə telefon danışığı haqqında protokola əlavə edilmiş qəbzlərdən görünür ki, 18 noyabr 2024-cü il tarixdə +**********49 saylı “M10” hesabından onun istifadəsində olan +**********60 saylı “M10” hesabına 102 manat, 138 manat və 810 manat olmaqla ümumilikdə 1050 manat pul vəsaiti köçürülmüşdür. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 11 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, öz xüsusiyyətinə, əlamətlərinə, mənşəyinə və üzərində hadisənin izləri saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən iş üzrə tərtib edilmiş “baxış keçirilməsi və əşyaların götürülməsi” haqqında protokolun videogörüntüsünü əks etdirən 01 ədəd, "xxxx" MMCdən daxil olmuş 01 ədəd olmaqla ümumilikdə 02 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmiş, həmçinin Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy S23” markalı mobil telefon, 18 yanvar 2025-ci il Abşeron rayonu, Masazır qəsəbəsi, Yollar Altı-1 yaşayış massivində Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən aşkar olunmuş ekspert tədqiqatından sonra tam metadon həbindən qalıq qalan 01 ədəd həb (0,04 qram) metamfetamin və 02 ədəd metadon həbinin hissəsindən qalıq qalan 0,211 qram maddə iş üzrə maddi sübut hesab edilərək taleyi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək KMBİ- nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. Zərərçəkmiş şəxs5 “cinayət əməli nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs tərəfindən vurulmuş 1065.75 (min altmış beş manat yetmiş qəpik) manat məxaric edilmiş məbləğ, 213,78 (iki yüz on üç mant yetmiş səkkiz qəpik) manat hesablanmış faiz borcu olmaqla, 1279,78 (min iki yüz yetmiş doqquz manat yetmiş səkkiz qəpik) manat maddi ziyan və dövlət rüsumu olaraq ödənilmiş 34 (otuz dörd) manat, ümumilikdə 1313,78 (min üç yüz on üç manat yetmiş səkkiz qəpik) manat alınıb ona ödənilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs3 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs şikayətçidir, onun cəzalandırılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs4 Tanırverdi oğlunun xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyiş ziyan tam ödənilib, ona qarşı heç bir şikayəti, iddi və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 hüquqi varisi X14nın ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs şikayətçidir. Dəymiş ziyanın ödənilməsini tələb edir. Şahid1 03 fevral 2026-cı il tarixli ərizəsindən görünür ki, hazırda ailə vəziyyəti ilə bağlı Türkiyyə Respublikasında olduğundan məhkəmə iclasında iştirak edə bilmir. Cinayət işi üzrə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il təvəllüdlü X12 adlı az yaşlı qızı vardır. Əməlin tövsifi və digər hüquqi məsələlər: Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunan ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1, 177.2.4 və 178.3.2-ci maddələri ilə özünü təqsirli bilməyərək, cinayət hadisəsini törətməməsi ilə bağlı ifadəsinə işin faktiki hallarına uyğun olmadığından, zərərçəkmiş şəxslərin, şahidlərin ifadəsi, baxış keçirilməsi barədə protokollar, CD disklər, ekspertiza rəyləri ilə təkzib edildiyindən, həmin ifadələrə tənqidi yanaşaraq inandırıcı hesab etməyib təqsirləndirilən şəxsin həmin ifadəsini məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirib inandırıcı hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurlamış, təkrar qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, habelə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni və xeyli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs nənəsi X4 adına olan, cinayətkar qrupun üzvlərinin istifadəsində olan “Bybit.com” platformasındakı profil adı “Rena777” olan, “X9” adlı hesaba USDT adlı kriptovalyuta şəklində köçürülmüş, eyni zamanda Zərərçəkmiş şəxs1 məxsus 5239-1517-1766-8555 nömrəli kart hesabından ***-***-**-** saylı “M10” hesabına məxaric edilmiş pul vəsaitlərindən 30000 manat məbləği hər dəfə 15000 manat olmaqla 2 dəfəyə Şahid2 adına olan ***-***-**-** saylı “M10” hesabına, ***- ***-**-** saylı “M10” hesabına məxaric edilmiş 15000 manat məbləğində pul vəsaitinin 14900 manat məbləği Şahid1 Həmin oğlunun adına olan ***-***-**-** saylı “M10” hesabına və həmin hesabdan 14925 manat məbləğində pul vəsaiti Şahid2 adına olan ***-***-**-** saylı “M10” hesabına köçürülməklə Zərərçəkmiş şəxs1 maliyyə əməliyyatlarının komissiya xərcləri hesablanmaqla ümumilikdə külli miqdarda 80592 manat məbləğində pul vəsaitini ələ keçirtməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 yun 2015-ci il tarixli 7 nömrəli qərarının 1ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərərçəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn, daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərərçəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, şəxsin niyyəti xeyli və ya külli miqdarda əmlakın ələ keçirilməsinə yönəldikdə, lakin iradəsindən asılı olmayaraq o, həmin miqdarda əmlakı əldə edə bilmədikdə onun əməli ələ keçirilmiş əmlakın dəyərindən asılı olmayaraq işin hallarına görə xeyli və ya külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilir. Bununla belə xeyli və ya külli miqdarda əmlakı ələ keçirmək niyyətində olan şəxs istədiyi miqdarda yox, bundan az, lakin yenə də xeyli və ya külli miqdar təşkil edən əmlakı ələ keçirdikdə təqsirkarın əməli başa çatmış cinayət kimi CM-nin 178.2.4-cü və ya 178.3.2-ci maddəsi ilə tövsif edilir. Bundan başqa Təqsirləndirilən şəxs nənəsi X4 adına qeydiyyatdan keçirilmiş “M10” elektron pulqabı hesablarına, eləcə də X5 adına açılmış, Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" ASC-ə aid bank kart hesablarına köçürülməsinə nail olmuş, aralarında olan razılaşmaya əsasən hər “M 10” elektron pulqabı hesabına görə 100-200 manat və həmin hesablarda oğurlanaraq toplanmış pul vəsaitinin 1-2 faizini “Petroviç” adlı şəxsiyyəti istintaqa məlum olmayan hesab istifadəçisi Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməyən digər hesablarına köçürmüş, bu üsulla Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır qəsəbəsi, Yollar altı-1 Yaşayış massivində nömrəsiz fərdi evdə “Samsung Galaxy S23” markalı mobil telefondan istifadə etməklə vahid niyyətlə əhatə olunan qəsdlə 16 noyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 "xxxx" ASC-ə aid bank kart hesabından 410 manat, 18 noyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs5 "xxxx" ASC-ə aid bank kart hesabından 1065,75 manat, 21 noyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs3 "xxxx" ASC-ə aid bank kart hesabından 7393 manat, 6 yanvar 2025-ci il tarixdə Zərərçəkmiş şəxs4 5167-5133-3378-8479 nömrəli "xxxx" ASC-ə aid bank kart hesabından 500 manat olmaqla ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə qabaqcadan əlbir olan bir qrup şəxs halında elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə gizli yolla talamaqla oğurluq etmiş və CM-nin 177.2.1, 177.2.3-1 və 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Bundan başqa Təqsirləndirilən şəxs evindən aşkar edilən narkotik vasitənin ona aid olduğunu bildirərək özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Bu hal məhkəmə istintaqı dövründə tədqiq edilmiş digər sübutlarla da öz təsdiqini tapmışdır. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”-in siyahısına (Siyahı İ) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin”-in siyahısına (Siyahı İİ) daxildir. Beləliklə, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1, 177.2.4, 178.3.2 və 234.1-ci maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadəyə tənqidi yanaşaraq qeyd edilən ifadəni işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1, 177.2.4, 178.3.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində; 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1. 177.2.3-1, 177.2.4, 178.3.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində az yaşlı uşağın olmasını (CM 59.1.4) cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən etməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən hallar və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini (CM-58.3.), həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1, 177.2.4, 178.3.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu vaxtdan yəni 18 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, 540 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən aşkar olunmuş ekspert tədqiqatından sonra tam metadon həbindən qalıq qalan 01 ədəd həb (0,04 qram) metamfetamin və 02 ədəd metadon həbinin hissəsindən qalıq qalan 0,211 qram maddə məhv edilməli və Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy S23” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, “baxış keçirilməsi və əşyaların götürülməsi” haqqında protokolun videogörüntüsünü əks etdirən 01 ədəd, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd olmaqla ümumilikdə 02 ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyana görə maddi ziyanla bağlı 1279,78 (min iki yüz yetmiş doqquz manat yetmiş şəkkiz qəpik) manat, həmçinin dövlət rüsumu kimi ödənilmiş 34 (otuz dörd) manat, ümumilikdə isə 1313,78 (min üç yüz on üç manat yetmiş səkkiz qəpik) manat məbləğində pul vəsaitinin tutularaq öz xeyrinə ödənilməsini xahiş etmişdir. Həmçinin cinayət işinin materiallarında olan qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs5 cinayət nəticəsində 1279,78 (min iki yüz yetmiş doqquz manat yetmiş səkkiz qəpik) manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin: 89.1-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 181.1 və 181.1.2-ci maddəsinə əsasən ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. 183.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 72-ci bəndində göstərilmişdir ki, məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Məhkəmə tərkibi işin faktiki hallarına və yuxarıda qeyd olunan araşdırılmış sübutlara, mülki iddia ilə bağlı halların qiymətləndirilməsini tənzimləyən qanunvericiliyin tələblərinə istinad edib hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs5 maddi ziyan vurulması məhkəmə istintaqı zamanı sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia tam təmin edilməli, təqsirləndirilən şəxs - mülki cavabdeh X6 cinayət nəticəsində dəymiş maddi ziyanla bağlı 1279,78 (min iki yüz yetmiş doquz manat yetmiş səkkiz qəpik) manat maddi ziyan və dövlət rüsumu olaraq ödənilmiş 34 (otuz dörd) manat, ümumilikdə 1313,78 (min üç yüz on üç manat yetmiş səkkiz qəpik) manat məbləğində vəsait tutularaq Zərərçəkmiş şəxs5 ödənilməlidir. Bundan əlavə, məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi tərəfindən 20 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə Reginal Vəkil Bürosunun hesabına 220 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1, 177.2.4, 178.3.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CM-nin 177.2.1, 177.2.3-1, 177.2.4-cü maddələri ilə 03 (üç) il müddətə, CM-nin 178.3.2-ci maddəsi ilə 07 (yeddi) il müddətə və CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 18 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən aşkar olunmuş ekspert tədqiqatından sonra tam metadon həbindən qalıq qalan 01 ədəd həb (0,04 qram) metamfetamin və 02 ədəd metadon həbinin hissəsindən qalıq qalan 0,211 qram maddə hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy S23” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın, “baxış keçirilməsi və əşyaların götürülməsi” haqqında protokolun videogörüntüsünü əks etdirən 01 ədəd, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd olmaqla ümumilikdə 02 ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 220 (iki yüz iyirmi) manat pul onun vəkil işlədiyi Gəncə Reginal Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs5 mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş maddi ziyanla bağlı 1279,78 (min iki yüz yetmiş doqquz manat yetmiş şəkkiz qəpik) manat, həmçinin dövlət rüsumu kimi ödənilmiş 34 (otuz dörd) manat, ümumilikdə isə 1313,78 (min üç yüz on üç manat yetmiş səkkiz qəpik) manat məbləğində pul vəsait tutularaq Zərərçəkmiş şəxs5 ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-514/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-514/2025
17.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver