Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-52/2021 21.04.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Kəlbəcər rayonu, Keştək kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Kəlbəcər rayonu 3 saylı tam orta məktəbin direktoru vəzifəsində işləyən, Kəlbəcər rayonu, Yellicə kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Gülüstan qəsəbəsində faktiki yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bəylərov X7 rayonu təhsil şöbəsi rəisinin xx.xx.2003-cü il tarixli 50a nömrəli əmri ilə Kəlbəcər rayonu 3 saylı tam orta məktəbinin direktoru vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X4” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2011-ci il tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəblərinin nümunəvi Nizamnaməsi”nin 5-ci bəndinə əsasən, məktəbin fəaliyyətinin idarə edilməsi, tədris planı və proqramlarının yerinə yetirilməsi, kadrların seçilibyerləşdirilməsi, onlara həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiqi məsələlərinin həll edilməsi, dövlət tərəfindən ayrılan, habelə müəssisənin büdcəsinə qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan büdcədənkənar vəsaitin səmərəli, məqsədyönlü istifadəsinin təmin edilməsi, konkret iş sahələri əhatə olunmaqla, məktəbin fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, məktəbin maddi-tədris bazasının möhkəmləndirilməsi, kadr təminatı, müəllimlərin ixtisasının artırılması, pedaqoji fəaliyyət üçün müəyyən edilmiş tələblərə cavab verməyən müəllimlərin işdən kənarlaşdırılması barədə təkliflərin irəli sürülməsi, fiziki və hüquqi şəxslərlə münasibətdə məktəbin təmsil edilməsi, onun adından müqavilələr bağlanılması, məktəbin fəaliyyətinin tənzimlənməsinə və qarşıda duran vəzifələrin yerinə yetirilməsinə istiqamətlənmiş müvafiq əmrlər verilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, yəni Azərbaycan Respublikası Təhsil Nazirliyi üzrə xx xxxx 2016-cı il tarixli, 165 nömrəli əmrlə təsdiq edilmiş “Müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”nın 4.6-cı bəndinə əsasən, müddətli müqavilə ilə (sosial məzuniyyət yerinə, əvəzçilik və saathesabı qaydasında) müəllimlərin işə qəbulunun tabelik üzrə təhsili idarəetmə orqanının razılığı ilə həyata keçirilməli olmasına baxmayaraq, ünvan 1 ünvanında yaşayan, X13 xx xxxx 2014-cü il tarixli, 042940 nömrəli diplomu ilə “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə subbakalavr dərəcəsi verilmiş və Təhsil Nazirliyi tərəfindən – 2017-ci ildə keçirilmiş müsabiqədə müvəffəqiyyət qazanmamış Şahid2 özünün direktoru olduğu Kəlbəcər rayonu 3 saylı tam orta məktəbində Kəlbəcər rayon təhsil şöbəsinin razılığını almadan təsviri incəsənət müəllimi kimi işə qəbul olunmasına görə Şahid2 atası Şahid1 2017-ci ilin may ayının əvvəllərində ünvan 1 ünvanında görüşləri zamanı özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib, sonuncunun maddi imkanının aşağı olması ilə əlaqədar 2.500 (iki min beş yüz) manat verə biləcəyini bildirməsi ilə əlaqədar onunla sonuncu məbləğə razılaşıb, həmin niyyətlə, 2017-ci ilin may ayının ortalarında Şahid1 yaşadığı ünvan 1 ünvanında yerləşən mənzildə sonuncudan özü üçün birbaşa yolla maddi nemət olan 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini şəxsən rüşvət qismində alıb, Kəlbəcər rayon təhsil şöbəsinin razılığını almadan Şahid2 ilə onun 130 manat məbləğində aylıq əmək haqqı almaqla Kəlbəcər rayonu 3 saylı tam orta məktəbdə təsviri incəsənət müəllimi qismində işə qəbul olunması barədə x xxxxxxxx 2017ci il tarixli, xx xxxx 2018-ci il tarixədək, yəni müddətli əmək müqaviləsi bağlayıb Şahid2 müəllim vəzifəsini yerinə yetirməsinə qanunsuz olaraq şərait yaratmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Şahid1 qızı Şahid2 məktəbdə müəllim vəzifəsinə təyin edilməsi məqsədi ilə pul almışdır. O, xx.xx.2003-cü ildə Kəlbəcər rayonu 3 saylı tam orta məktəbin direktoru vəzifəsinə təyin edilmiş, məktəbdə 27 müəllimə, 82 şagird var. Şahid1 və qızını 2017-ci ilin əvvəllərindən həmyerli kimi tanımış, onun qızı Şahid2 birbaşa məktəbdə ona və sonradan rayon təhsil şöbəsinə 2017-ci ildə müraciət edərək 3 saylı tam orta məktəbdə təsviri incəsənət müəllimi kimi işlə təmin olunmasını xahiş etmiş, Sevinc X13 məzunu olmuşdur. Bundan sonra, Sevinc rayon icra hakimiyyətinə müraciət edərək işlə təmin olunmasını xahiş etmiş, rayon təhsil şöbəsinin müdiri Şahid5 da yanında qəbulda olmuş, sonuncu isə ona şifahi göstəriş vermişdir ki, həmin şəxsi işlə təmin etsin. O, 2017-ci ilin sentyabr ayının 15-də Şahid2 təsviri incəsənət fənni üzrə əmək müqaviləsi əsasında 1 il müddətinə müəllimə kimi işə qəbul etmiş, həmin müqavilə Sevincə təqdim olunmuş, xatırladığı qədər müqaviləyə imza atmışdır. 2018-ci ilədək ixtisas müəllimi olmadığı halda qısa müddətə məktəb direktorunun müəllim təyin edilməsi səlahiyyəti olmuş o da həmin səlahiyyətindən istifadə edib Şahid2 aylıq 5 saat dərs yükü ilə müəllim vəzifəsinə təyin etmişdir. 2018-ci ilin iyun ayında artıq həmin vəzifəyə görə Nazirliyə vakansiya verdiyindən Sevinclə müqaviləyə xitam verilmiş, bu barədə o dərhal əmr vermişdir. 2018-ci ilin iyun ayınadək ümumiyyətlə nə təhsil şöbəsi tərəfindən, nə də ki, Təhsil Nazirliyi tərəfindən vakansiya barədə məlumat tələb olunmamışdır. 2018-2019-cu dərs ilində həmin vəzifəni onun tərəfindən verilən daxili əmr əsasında bədən tərbiyəsi müəllimi X18 icra etmişdir. O, Şahid2 1 il müddətinə 2017-ci ilin sentyabr ayında müqavilə əsasında işlə təmin etmişdir. Sevinci işə götürməyini Şahid5 xahiş etmiş həmçinin özü və yaxın qohumları da bunu xahiş etmişdir. 2016-2017 və 2017- 2018-ci tədris illərində məktəbdə təsviri incəsənət fənni üzrə vakansiyanı Təhsil Nazirliyinə təqdim etməmiş, məktəb direktoru kimi o, Təhsil şöbəsinə məlumat vermiş, həmin şöbə isə Təhsil Nazirliyinə vakansiya barədə müraciət etmiş, oradan isə təsviri incəsənət müəllimi vəzifəsinə hər hansı namizəd irəli sürülməmişdir. Şahid2 müəllim təyin edildikdən sonra maaşını almış, sadəcə ilk üç ay bank kartı olmadığı üçün onun əmək haqqı müəllimənin öz razılğı ilə direktor müavini Xıdır Məmmədovun kart hesabına yatırılmış və nağdlaşdırılaraq Şahid2 verilmişdir. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq bildirdi ki, Şahid2 işə düzəltmək müqabilində 2500 AZN məbləğində pulu razılaşdıqları kimi Şahid1 evində ondan almışdır. Həmin pulu əvvəl 1000 manat daha sonra 1500 manat şəklində almış, hazırda isə aldığı həmin məbləği Şahid1 qaytarmışdır. Hazırda əməlindən çox peşmandır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış səs yazısı olan diskdəki səs ona məxsusdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, qızı Şahid2 X13 “Rəsmxətt" ixtisası üzrə təhsil alaraq həmin kolleci bitirmiş, kolleci bitirdikdən sonra işləməmişdir. O, qızının işləməsini istədiyi üçün bu barədə qohumlara məlumat verərək, iş olduğu təqdirdə qızını işə düzəltmək məqsədilə köməklik etmələrini xahiş etmişdir. Kəlbəcər rayonu 3 saylı tam orta məktəbin direktoru Təqsirləndirilən şəxs Bünyam oğlu 2017-ci ilin may ayının əvvələrində Gəncə şəhəri, ünvan 3 ünvanında yerləşən evinə gələrək onunla söhbət etmək istədiyini söyləmişdir. Evdə söhbət əsnasında qızı Şahid2 iş axtardığını bildirmiş, Bəylər isə Sevincin işə daxil olması üçün köməklik edəcəyini söyləmiş, rəhbərlik etdiyi 3 saylı Kəlbəcər rayon tam orta məktəbində “Rəsmxətt” müəlliməsi yerinin boş olduğunu, qızını həmin yerə, 9 saatlıq iş vaxtı ilə işə düzəldə biləcəyini bildirib ondan bunun müqabilində 3.000 AZN məbləğində pul alacağını söyləmişdir. O, həmin vaxt Təqsirləndirilən şəxs 3.000 AZN yox, 2.500 AZN pul verə biləcəyini demiş, məsələni evdə müzakirə edərkən həyat yoldaşı Şahid3, qızı Şahid2 və qonşusu Abidə adlı qadın onun yanında olmuşlar. O, qonşu Abidədən qızının işə düzəlməsi üçün ona köməklik məqsədiylə 1.000 AZN borc pul verməsini xahiş etmiş, o da evinə gedərək evindən 1.000 AZN pul gətirib ona borc vermişdir. Həmin vaxt o Bəylər müəllimə qalan 1.500 AZN pulu düzəltmək üçün 1-2 gün vaxt istəmiş, növbəti gün “Kapital Bank”ın filialına gedərək yoldaşı Şahid3 adına 1.500 AZN pul kredit götürmüş, bundan sonra, Bəylər müəllim yaşadığı evə yenidən gəlmiş, çay stolu ətrafında əyləşmişlər. Sonra həyat yoldaşı Şahid3, qızı Şahid2 və qonşusu Abidə adlı xanımın yanında 2.500 AZN pulu Təqsirləndirilən şəxs qızı Şahid2 işə düzəltmək məqsədi ilə vermişdir. 2018-ci ilin sentyabr ayında dərs ili başladığı vaxtdan qızı Şahid2 3 saylı orta məktəbə işə çıxmış, Sevinc həftədə iki dəfə işə gedib təsviri-incəsənət dərsi tədris etmişdir. Qızı Şahid2 direktor Təqsirləndirilən şəxs tərəfindən aylıq 5 saat dərs yükü verilmiş, aylıq 60 AZN məbləğində maaş ödənilmiş, dərs yükünün az olması ilə bağlı Təqsirləndirilən şəxs narazılığını bildirdikdə, sonuncu ona yaxın müddətdə Sevincin dərs yükünü artıracağını söyləmişdir. 2018-cu ildə sentyabr ayında qızı Şahid2 3 saylı Kəlbəcər rayon tam orta məktəbində işdən azad edilmiş, o, Bəylər müəllimin yanına gedib, nə üçün belə etdiyini soruşduqda, sonuncu ona qızının müqavilə ilə işlədiyini, həmin vəzifəyə Təhsil Nazirliyi tərəfindən keçirilmiş müsabiqədən keçən müəllimənin təyin edildiyini bildirib, ondan üzr istəmişdir. Lakin hazırki gündə ondan alınan 2500 AZN məbləğində pul Təqsirləndirilən şəxs tərəfindən ona qaytarılmışdır. Odur ki, hazırda heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, X14 “Rəsmxətt" ixtisası üzrə təhsil alaraq həmin kolleci bitirmiş, kolleci bitirdikdən sonra müəllimə işləmək üçün Təhsil Nazirliyi tərəfindən 2017-ci ilin avqust ayında keçirilmiş müsabiqədə iştirak etmiş, həmin müsabiqədə 24 bal toplamış, buna görə də hər hansı məktəbdə işə qəbul olunmamışdır. Atası Hilal onun işsiz olmağı barədə qohumlara məlumat verərək, iş olduğu təqdirdə işə düzəlmək məqsədilə köməklik etmələrini xahiş etmişdir. Həmyerililəri olan Kəlbəcər rayonu 3 saylı tam orta məktəbin direktoru Təqsirləndirilən şəxs Bünyam oğlu 2017-ci ilin may ayında əvvələrində evlərinə Məhəmməd adlı oğlu ilə gələrək atası Hilal ilə söhbət etmək istədiyini söyləmişdir. Evdə Bəylər müəllim atası Hilala onu işə götürmək üçün köməklik edəcəyini söyləmiş, rəhbərlik etdiyi 3 saylı Kəlbəcər rayon tam orta məktəbində “Rəsmxətt” müəlliməsi yerinin boş olduğunu, onu həmin yerə, 9 saatlıq iş vaxtı ilə işə düzəldə biləcəyini bildirib onlardan bunun müqabilində 3.000 AZN məbləğində pul alacağını söyləmişdir. Atası həmin vaxt Təqsirləndirilən şəxs 3.000 AZN yox, 2.500 AZN pul verə biləcəyini demiş, məsələni evdə müzakirə edərkən anası Şahid3, o və qonşuları Abidə yanlarında olmuş, atasının Bəylər müəllimlə arasında olan söhbətin şahidi olmuşdur. Ailəsi 1.500 AZN pulu düzəltmək üçün növbəti gün “Kapital Bank”ın filialına gedərək anası Şahid3 adına 1.500 AZN pul kredit götürmüşlər, qonşu Abidə valideynlərinə 1.000 AZN məbləğində borc pul vermiş, beləliklə 2.500 manat pul düzəlmişdir. 7-10 gün sonra Bəylər müəllim yenə oğlu ilə evlərinə gəlmiş, çay stolu ətrafında əyləşmişlər, sonra atası onun, anası Şahid3 və qonşu Abidənin yanında 2.500 AZN pulu Təqsirləndirilən şəxs onun 3 saylı məktəbə müəllimə kimi işə düzəltməsi məqsədi ilə vermişdir. Pulu verərkən o atası ilə birlikdə Bəylər müəllimə şəxsiyyət vəsiqəsi və kollec diplomunun surətlərini, boş əmək kitabçası və fotoşəkillər vermişdir. Bəylər müəllim sənədləri Təhsil Nazirliyinə göndərdiyini demiş və avqust ayında ona Bakıda test imtahanında iştirak etməli olduğunu bildirmişdir. O imtahanda iştirak etmiş və imtahandan keçməmiş, lakin Bəylər müəllim yenə də bildirmişdir ki, buna baxmayaraq, o, sentyabr ayında işə çıxa biləcəkdir. Bəylər müəllimin dediyinə görə o həmin ilin sentyabr ayında işə çıxmalı idi, 2017-ci ilin avqust ayında imtahandan keçməmiş və Təhsil Nazirliyinin xətti ilə işə qəbul oluna bilməmişdir. 2017-ci ilin sentyabr ayında dərs ili başladığı vaxtdan o 3 saylı orta məktəbə işə çıxmış, həftədə iki dəfə işə gedib 5,6,7-ci sinfilərə təsviri-incəsənət dərsi tədris etmiş, əmək müqaviləsi imzalamamışdır. Direktor Təqsirləndirilən şəxs tərəfindən aylıq 9 saat söz verilsə də, ona 5 saat dərs yükü verilmiş, işlədiyi ilk üç ay ərzində ona maaş verilməmiş, beləki, pul başqasının üstünə yazılaraq ona verilmiş, dekabr ayında artıq “Kapital bank”dan kartı götürdükdən sonra maaşı həmin aydan 2017-ci ilin 14 iyununa qədər kart vasitəsi ilə almışdır. Ona aylıq 60 AZN məbləğində maaş ödənilmiş, dərs yükünün az olması ilə bağlı Təqsirləndirilən şəxs narazılığını bildirdikdə, sonuncu ona yaxın müddətdə dərs yükünü artıracağını demişdir. xx.xx.2018-ci ildə müqavilə başa çatmış, bank kartına artıq pul köçməmiş, məlum olmuşdur ki, artıq o 3 saylı Kəlbəcər rayon tam orta məktəbdən işdən azad edilmişdir. Bununla bağlı atası Hilal Bəylər müəllimin yanına gedib, nə üçün belə etdiyini soruşduqda, sonuncu atasına qızının müqavilə ilə işlədiyini, həmin vəzifəyə Təhsil Nazirliyində keçirilmiş müsabiqədən keçən müəllimənin təyin edildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə verərək, ifadələrini özlərinə aid hissədə təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Şahid1 onun bacısının əridir. Bəylərov X10 şəhəri, Gülüsütan qəsəbəsində yerləşən Kəlbəcər rayonu 3 saylı tam orta məktəbin direktorudur. Təqsirləndirilən şəxs yeznəsi Şahid1la qohumluq münasibətləri vardır. 2018-ci il tarixdə yas məclislərinin birində Təqsirləndirilən şəxs yeznəsi Şahid1la təsadüfən rastlaşıb, orada yeznəsinə qızı Sevincin haradasa işləyib işləmədiyini soruşmuş, Şahid1 isə Sevincin hələ ki, heç bir yerdə işləmədiyini demişdir. Daha sonra, Təqsirləndirilən şəxs yeznəsi Hilala “gəl səninlə söhbət edək pul ver qızını direktoru olduğum məktəbə müəllim düzəldim” demiş, Şahid1 Təqsirləndirilən şəxs təklifi ilə razı olmuşdur. 2017-ci ilin avqust ayında Bəylər müəllim Şahid1 evinə gələrək 2500 manat pul almışdır. Eşitdiyinə görə 2500 manat pulun 1000 manatını Hilala qonşusu Abidə adlı qadın borc vermiş, qalan 1500 manat pulu isə Hilal kredit götürüb Bəylər müəllimə vermişdir. Buna Şahid1 ailə üzvləri və qonşuları Abidə adlı qadın da şahid olmuşdur. Təqsirləndirilən şəxs bacısı qızı Şahid2 Kəlbəcər rayonu 3 nömrəli tam orta məktəbə təsviri incəsənət müəllimi kimi işə götürmüşdür. 2017-2018-ci ilin tədris ili başladıqda sonra o bacısı qızı Şahid2 maaş almaq üçün plastik kart verilib verilməməsini soruşmuş, onlar isə direktor Bəylər müəllimin Sevincə maaşını 1 il əldən alacağını, növbəti ildən isə ona maaş kartı veriləcəyini dediyini bildirmişlər. Sevinc həmin məktəbdə 1 il müəllim kimi işlədikdən sonra direktor Bəylər Bəylorov onu səbəbsiz yerə işdən çıxarmış, pul geri istənilsə də o, müxtəlif bəhanələr gətirirək pulu qaytarmaqdan imtina etmişdir. 2019-cu ilin dekabr ayında o bacısı Firuzəni də götürərək Gəncə şəhəri, Gülüsan qəsəbəsində yerləşən Kəlbəcər rayonu 3 saylı orta məktəbə getmiş, məqsədləri direktor Bəylər müəllimlə danışıb 2500 manat pulu ondan geri almaq olmuş, işçilər Bəylər müəllimin məktəbdə olmadığını dedikdə Bəylər müəllimə zəng etmiş, həmin vaxt o telefon ilə danışıqlarını qeydiyyata almış, Bəylər müəllimlə 11 dəqiqəlik telefon danışığına dair disk ibtidai araşdırma dövründə Şahid1 tərəfindən təqdim edilmişdir. Həmin səs yazısındakı səslər ona və Təqsirləndirilən şəxs məxsusdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 Şəmir oğlu ifadəsində göstərdi ki, o 2013-cü ildən Kəlbəcər rayon Təhsil şöbəsində məsləhətçi, 2019-cu ilin 06 sentyabrdan hazırki vaxtadək Kəlbəcər rayon Təhsil şöbəsinin rəisi vəzifəsində işləyir. xx.xx.2019-cu il tarixdə Təhsil naziri tərəfindən verilən əmrə əsasən rayon ərazisində bir neçə orta məktəb üzrə yeni müəllimlər təyin edilmişdir. X15 həmin əmrlə 3 saylı tam orta məktəbə təsviri incəsənət müəllimi təyin edilmişdir. Müəllimlərin əvəzçilik qaydasında işləməsi məktəb direktorunun əmrinə əsasən tənzimlənir. Məktəb direktorunun müəllim təyin edilməsi səlahiyyəti yoxdur. Şahid1 3 saylı məktəbin direktoru Təqsirləndirilən şəxs 2500 manat pul verməsi barədə məlumatı olmamış, o təhsil şöbəsində işləyərkən və rəhbər olarkən nə Şahid1, nə də ki qızı Şahid2 ona bu barədə müraciət etməmişlər. Vakansiya barədə Təhsil Nazirliyinə məlumat vermək birbaşa təhsil şöbəsinin müdiri və kadr işləri üzrə məsləhətçinin səlahiyyətindədir, o isə müdir vəzifəsindən əvvəl məktəblər üzrə məsləhətçi olmuşdur. Elmira xanım ondan əvvəl rayon təhsil şöbəsinin müdiri vəzifəsində işləmişdir. Ama məsələdən onun xəbəri yoxdur. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, “o, 1998-ci ildən 2015-ci ilin aprel ayınadək Ağdam rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləmiş, 2015-ci ildən 2019-cu ilin sentyabr ayınadək Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs Bünyam oğlunu 3 saylı tam orta məktəbin direktoru kimi tanımış, həmin direktor Təhsil şöbəsinin ondan əvvəl işləmiş müdiri tərəfindən təyin edilmişdir. 2015-ci ildə müdir təyin olunduqdan sonra 7 məktəb bir inzibati binada olduğuna görə, həmin məktəblərin ikisi bağlanmış, 3 saylı məktəb isə ayrıca binaya köçürülmüşdür. Ümumiyyətlə, qayda belədir ki, 2011-ci ilin fevral ayından rayon təhsil şöbələrinin müəllimləri işə qəbul etmək səlahiyyətləri yoxdur. Həmin səlahiyyət Təhsil Nazirliyində olur, mərkəzləşdirilmiş qaydada həyata keçirilir, 2016-cı ildən isə rayon təhsil müəssisələrinin mühasibatlıq işləri Ərazi Hesablama mərkəzləri tərəfindən həll olunur. Bir qayda olaraq, ərizə ilə müraciət edən şəxslərə əgər məktəbdə müəllim vakansiyası mövcuddursa, məktəbin direktoru tərəfindən həmin şəxsin müddətli müqavilə əsasında işə qəbul edilməsi barədə təhsil şöbəsinə təqdimat verilir, rayon təhsil şöbəsi tərəfindən 8 saylı ərazi maliyyə hesablaşma mərkəzinə məsələyə razılıq verilməsi barədə məktub göndərilir, əgər ərazi maliyyə hesablaşma mərkəzindən razılıq məktubu gələrsə, direktor tərəfindən müddətli müqavilə bağlanaraq əmr verilir. O, Kəlbəcər rayon təhsil şöbəsinin müdiri təyin edildikdən sonra 3 saylı məktəbin direktoru Təqsirləndirilən şəxs dəfələrlə bildirmişdir ki, məktəbdə olan bütün vakansiyalar barədə Nazirliyə rəsmi məlumat verilməlidir. Elə hallar olmuşdur ki, Bəylər müəllim vakansiyalar barədə məlumatı gizlətmiş, ancaq onun təşəbbüsü ilə həmin vakansiyalar müəyyən edilərək Nazirliyə göndərilmişdir. Şahid1 və onun qızı Şahid2 tanımır, işlə təmin olunması üçün rayon icra hakimiyyətində qəbulda olub - olmaması, rayon təhsil şöbəsinə müraciət edib-etməməsini xatırlamır. Şahid2 3 saylı məktəbdə təsviri incəsənət müəllimi kimi işə qəbulu barədə heç vaxt məlumatı olmamış, onun direktor Təqsirləndirilən şəxs hansı məbləğdə pul verib-verməməsini bilmir. Bir qayda olaraq, müddətli müqavilə ilə direktor tərəfindən müəllim təyin olunmasına razılıq verməli olsa da, Şahid2 təyinatı ilə bağlı ondan razılıq alınmamış, şifahi qaydada o Təqsirləndirilən şəxs Şahid2 işə qəbul etməsi haqda göstəriş verməmişdir. Şahid1 qızının məktəbə təyin oluması üçün kimə hansı məbləğdə pul verməsini bilmir. Rasim Quliyevin isə əvəzçilik qaydasında təyin olunması birbaşa direktorun səlahiyyətində olmuşdur. 8 saylı ərazi maliyyə hesablaşma mərkəzinin rəisi və Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri tərəfindən imzalanmış xx.xx.2017-ci il tarixli Kəlbəcər rayon 3 saylı tam orta məktəb üzrə 2017/2018ci dərs ilinə pedaqoji işçilərin tarifləşmə cədvəlində olan imza və möhür ona məxsusdur, həmin sənəd ərazi maliyyə hesablaşma mərkəzi tərəfindən hazırlanaraq ona təqdim edilir, həmin sənəddəki işçilərin sayı və maaş siyahısını yoxlamır, icraçılar tərəfindən sənəd imzalandıqdan sonra o da öz imza və möhürünü vurur, həmin sənəd sonradan Maliyyə Nazirliyinə təqdim edilir. Təqsirləndirilən şəxs Hilalın qaynı Nadir adlı şəxslə danışığı zamanı Şahid2 işə götürmək üçün bu işi tək görmədiyini, həmin işi onunla birlikdə gördüyünü, verilən pulun bütün hissəsinin ona çatmadığını, sadəcə 200-300 manat çatması barədə dediklərini tamamilə yalandır. Onun Təqsirləndirilən şəxsla direktor ilə təhsil şöbəsinin müdiri münasibətindən başqa hər hansı digər münasibəti olmamış, işə götürmək birbaşa onun səlahiyyətində olmamış, Təqsirləndirilən şəxs həmin işçinin götürülməsi ilə bağlı ona müraciət etməmiş, hər hansı məbləğdə pul verməmişdir. 2018-ci ilədək 3 saylı məktəbdə təsviri incəsənət dərsini qeyri-ixtisas müəllimləri tədris etmişlər, 2018-ci ilin sentyabr ayında həmin məktəb üzrə təsviri incəsənət müəllimi vakansiyası barədə Nazirliyə məlumat vermiş, həmin yerə 48 balla Nazirlik tərəfindən digər müəllim təyin edilmişdir. Təqsirləndirilən şəxs işə qəbul etdiyi Şahid2 Nazirlikdən təyinat olması səbəbindən işdən azad etməli olmuş, buna görə də onun barəsində şikayət edilmişdir”. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Təhsil Nazirliyi Kəlbəcər rayon Təhsil şöbəsinin xx xxxx 2020-ci il tarixli 170 nömrəli məktubundan görünür ki, 2016-2017 və 2017-2018-ci il tarixdə Kəlbəcər rayon 3 nömrəli tam orta məktəbin təsviri incəsənət fənni üzrə heç bir vakansiya verilməmiş, Şahid2 işə qəbul olmaq üçün rəsmi şəkildə ərizə ilə müraciət etməmişdir. 2018-2019-cu tədris ilində məktəbdən təsviri incəsənət fənni üzrə 5 saat dərs vakansiyaya çıxarılmış və müəllimlərin işə qəbulu imtahanından müvafiq bal toplamış X15 Azərbaycan Respublikası Təhsil Nazirinin F-551 nömrəli xx.xx.2019-cu il tarixli əmri ilə məktəbə ixtisası üzrə müəllim təyin edilmişdir. Məktəbin direktoru Təqsirləndirilən şəxs xx.xx.2003-cü il tarixli 50a nömrəli əmri ilə Kəlbəcər rayon 3 nömrəli tam orta məktəbə direktor təyin edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının xx xxxx 2020-ci il tarixli, EM- 3/1189 nömrəli məktubundan görünür ki, Şahid2 Kəlbəcər rayonu 3 saylı tam orta məktəbdə işlə təmin olunması ilə bağlı Kəlbəcər rayon İcra Hakimiyyətində qəbulda olmamış və rəsmi müraciət etməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 3891 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Respublika Psixiatriya Xəstəxanasında müalicə almayıb. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, xx/xx-5315 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Respublika Narkoloji Mərkəzdə müalicə almayıb. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxx 2020-ci il tarixli CD diskdə olan fayllara baxış keçirilməsi barədə protokoldan görünür ki, Şahid6 və Təqsirləndirilən şəxs arasında aşağıdakı məzmunda danışıqlar olmuşdur. “Şahid6 : Sevincin dayısı Nadir Sabir kişinin oğlu Bəylər müəllim sizi narahat edən . Təqsirləndirilən şəxs : Hə eşidirəm. Şahid6 : Məktəbdəyəm bir iki kəlmə səninlə söhbətim var. Təqsirləndirilən şəxs : Məktəbdə deyiləm başqa işim var idi. Şahid6: Biz əmi uşağıyıq bir birimizi 3000 mindən ötrü hökumətə verməyi bizə yaraşmır da başa düşməliyik. Təqsirləndirilən şəxs: Əlzamin mənim qohumumdur sənin bacındır da o Sevincin anası balalarımın başı özü işi özü gördü vəziyyət nə yerdədir başıma nələr gəldi bir il də işlədi özü gördü ki, o trudovoydur hər şeyi qanuni şəkildə verdik, indi bu bizdən asılı olan söhbət deyildi başa düşürsən, bizə hələ hər şeyi çatmır. Şahid6: Sən bu pulu alanda bunun kartı verilməyəndə bilmirdin ki bu saxta işdir. Təqsirləndirilən şəxs: Bir il mən trudovoy yazdım bizdən asılı olmayaraq elə bir şey yarandı Elmira xanım da yoxdur biz də onunla iş görmüşdük o da özü apardı məni də özünü də. Bu işi tək görməmişik də orda 200-300 bax belə bir məsələ Əlzamin də bilir, pul söhbəti deyil başa düşmədin pul yoxdur burda, puldan söhbət getmir telefon söhbəti deyil, bir müəllim gəldi Gülnar imtahan verdi düşmədi bura təzədən Laçın məktəbinə düşüb xanım da yox idi bizdə o da getdi bilmədik nə iş görək. Şahid6: Ömrüm qurban gör nə deyirəm eşidirsən, bu gecdir e bundan nə qədər pul almışsan sən? Təqsirləndirilən şəxs: Başa düşmürsən e telefon söhbəti deyil pul yoxdur burda. Şahid6 : Ömrüm qurban gör nə deyirəm eşidirsən ? Şahid6: Camaatın pulunu alıb işə qoymuşsan mən özüm də bilirəm bu haqq hesabı. Təqsirləndirilən şəxs: Onlar özləri bilir bu bizdən asılı olmayaraq belə işlər oldu o bir il işlədi bu Əlzamin gil bilir mənə çatmayıb o vaxtı Elmira xanım özləri. Şahid6: Bir ilə 3000 manat pul verilər, bu pulu faktiki sən almışsan axı ? Təqsirləndirilən şəxs: Pul söhbəti eləmə bir birimizi başa düşək bu köhnə işlərdi atamın goru haqqı məktəbə bir müəllim gəldi. Şahid6 : Son sözünü de bunun pulunu sən nə vaxt qaytarasan ? Təqsirləndirilən şəxs: Pul söhbəti yoxdur burda, vəziyyət də bilirsən necədi. Şahid6: Bu adamdan sən 3000 manat pul alıbsan onun 500 manatını keçirəm. Təqsirləndirilən şəxs: Elmira xanım bilir də o vaxtı demişdir ki mən gətirib salacam onu bura belə oldu bir il işləyibdir də o. Şahid6: Bu 30xx xxxxx 1000-ni sənə keçirəm, 2000 mini xahiş edirəm qaytar. Təqsirləndirilən şəxs: Əlzamin gil bilir mənə o puldan çatmayıb, bilirlər özləri bir birimizi başa düşək, qohumdur mənə pul çatmayıb mənlik bir şey yoxdur. Şahid6: Əlzamindən pulu kim alıb pul faktiki sən almısan kimə çatdı çatmadı o pulu sən almışsan, pul verilməsə səni verəcəklər hökumətə müəllimdən çıxarsan töhmət pul verərsən və iş kəsiləcək Təqsirləndirilən şəxs: Almamışam mən kənar adam deyiləm, bu köhnə işlərdi, getdi toplaya bilmədi də hökumətə vermədilər. Şahid6 : Keçmirdi bəs niyə girdi o biri məktəbə ? Şahid6 : Ya o pul veriləcək ya da ki tutulasan ziyana gedəsən Təqsirləndirilən şəxs: Yaxşı gedin məni tutdurun sağol.” Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxxxx 2020-ci il tarixli üzləşdirmə protokollarından görünür ki, Şahid1, Şahid3, Şahid4 və Şahid2 Təqsirləndirilən şəxs üzünə qarşı ifadələrini təsdiq etmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Kəlbəcər rayon 3 nömrəli tam orta məktəbin 284 və 300 nömrəli əmrdən çıxarışlarından görünür ki, Şahid2 müddətli əmək müqaviləsi əsasında xx xxxxxxxx 2017-ci il tarixdə təsviri incəsənət fənnindən V-İX siniflərdə 5 saat dərs yükü ilə təmin edilmiş və xx xxxx 2018-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxxxxxx 2020-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Şahid6 və Təqsirləndirilən şəxs arasında olan danışığın audio səs yazısının qeydiyyatı aparılmış disk cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Təhsil Nazirliyi Kəlbəcər rayon Təhsil şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, 217 və 218 nömrəli məktublarından görünür ki, Kəlbəcər rayon tam orta məktəbi 2017- 2018-ci tədris ili üçün təsviri incəsənət fənni üzrə vakant yer verməmiş, 2018-2019-cu tədris ili üçün təsviri incəsənət fənni üzrə 5 saat vakant yer vermiş, Şahid2 2017-ci ildə Kəlbəcər rayon 3 nömrəli tam orta məktəbə Təsviri incəsənət müəllimi təyin edilərkən Rayon Təhsil Şöbəsindən razılıq alınmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Yellicə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Yellicə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxx 2021-ci il tarixli, 146 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məcburi köçkündür, Gəncə şəhəri, Gülüstan qəsəbəsi ADAU-6-nın ətrafında məskunlaşıb, qardaşı X8 xx.xx.2020-ci il tarixdə, anası X19 xx.xx.2020-ci il tarixdə və qardaşı qızı X5 xx.xx.2020-ci il tarixdə vəfat etmişlər. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx xxxxxxxx 2020-ci tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” və “qətimkan tədbirinin seçilməsi haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmə istintaqı zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, səs yazılarının qeydiyyatının aparıldığı disk və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkəti protokollarını, ekspert rəylərini, səs yazılarının qeydiyyatının aparıldığı diski və sənədləri Azərbaycan Respublikasının CPM-nin 144-146cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.2-ci maddəsində nəzərdə tutulan cinayətin əlaməti vardır, həmin cinayət hadisəsi baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Beləliklə, məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll edərkən hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun cinayət əməli məhkəmədə tam sübuta yetirilir və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.2-ci maddəsinin dizpozisiya şərtləri ilə uyğun gəlir. Bu səbəbdən də məhkəmə, təqsirləndirilən şəxsin əməlinin həmin maddə ilə tövsif edilməsini əsaslı sayaraq hesab edir ki, təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi əməldən peşman olmasını, törətdiyi əməli səmimi olaraq etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını yüngülləşdirici hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə hesab edir ki, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, təqsirləndirilən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, törətdiyi əməldən peşman olması, törətdiyi əməli səmimi olaraq etiraf etməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması kimi yüngülləşdirici halların məcmusu, həmçinin anası X9, qardaşı X3, qardaşı qızı X2 məhkəmə istintaqı dövründə ölməsi ilə əlaqədar ağır ailə problemləri keçirməsi nəzərə alınmaqla təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, təqsirləndirilən şəxsin üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikasının CM-nin 46.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əlavə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalı və əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanmalıdır. Qanunvericiliklə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası CM-nin 311.2-ci maddəsinin sanksiyasında əlavə cəza kimi nəzərdə tutulmuşdur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu əməllər qulluq mövqeyindən istifadə etməklə əlaqədar olduğundan təqsirləndirilən şəxs barəsində müəyyən müddətə dövlət orqanlarında və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəza növü əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsi şərti məhkum etməyi qanuni və ədalətli olması qənaətinə gəldiyi üçün hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri qaydasında iş üzrə maddi sübut Şahid6 və Təqsirləndirilən şəxs arasında olan danışığın audio səs yazısının qeydiyyatı aparılmış diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı dövlət hesabına dəvət edilmiş Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X16 prosessual hərəkətlərdə 12 saat, məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 34 (otuz dörd) saat iştirak etməklə müdafiə etmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı və məhkəmə prosesi zamanı müdafiə etməyə görə müdafiəçilərin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq olunaraq, ona təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilmə növündə əlavə cəzanın müddəti hökm qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Gəncə şəhər Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınan Şahid6 və Təqsirləndirilən şəxs arasında olan danışığın audio səs yazısının qeydiyyatı aparılmış diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçi X6 vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat, Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 204 (iki yüz dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-52/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-52/2021
21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver