Məhkəmə qərarları › İş №1(100)-52/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-52/2022

23.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-52/2022 23.02.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Səmədov Xəqani Hacı oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X8 və X46 oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisləri X5, X9, müdafiəçi–Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, 01.05.1972-ci ildə Gədəbəy rayonunun Novosaratovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, Gədəbəy rayonunun Novosaratovka kəndində yaşayış yeri üzrə qeydiyyata alınmış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 318.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Gədəbəy rayonunun Novosaratovka kəndində yerləşən özünə məxsus evdə onunla birgə yaşayan X10 11 mart 2020-ci il tarixdə saat 18 radələrində həmin evə gələrək, əynindəki qalstukdan tutub, bir gün əvvəl, yəni 10 mart 2021-ci il tarixdə Gədəbəy rayonu, Daryurd kəndində yaşayan anası X6 məxsus evdə birlikdə qonaq olduqları zaman ayaqqabı ilə həmin evə daxil olan sonuncunun qonşusu Şahid2 iradını bildirdiyi üçün ona «ə … dünən nə özünü reklam edirdin mənə” deməsinə görə aralarında yaranmış mübahisə zamanı “polisə zəng edib məni zorladığını deyəcəm, şikayət eliyib səni türməyə basdıracam” deyərək hədələməsinə əsəbiləşmiş, şəxsi münasibətlərin pozulması zəminində aralarında baş vermiş münaqişə əlbəyaxa ilə nəticələnmiş və bu zaman Qəşəng Həsənovanı qəsdən öldürmək məqsədilə sonuncunun həyatı üçün vacib olan baş nahiyəsini otağın qapısına, divarına və taxta çarpayının tin hissəsinə vurmaqla, eləcədə baş, əl və ayaq nahiyələrinə yumruq və təpiklə zərbələr endirməklə ona sağ budun qançırı ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən, başın tüklü hissəsinin– sol alın, sol gicgah nahiyəsinin (3 ədəd), qaş arasının, sol gözün bayır bucağının, alt çənənin əzilmiş yaraları, sağ əlin 2-4 barmağının, 4-5-ci barmaqarası nahiyənin əzilmiş yaraları ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül, sağ əlin 3-cü barmağının əzilmiş yarası ilə müşayiət olunan əsas falanqanın qəlpəli sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır, başın əzilmiş yarası ilə müşayiət olunan açıq kəllə beyin travması, sol təpə sümüyünün basılmış sınığı, baş beyin maddəsinə və qişalarına qansızma ilə nəticələnən və bilavasitə ölümünə səbəb olan ağır xəsarətlər yetirməklə Qəşəng Həsənovanı qəsdən öldürərək həyatdan məhrum etdikdən sonra törətdiyi cinayət əməllərinə görə istintaqdan və cinayət məsuliyyətdən yayınmaq üçün həmin gün yaşadığı evi tərk edərək Ermənistan sərhədi istiqamətində getmiş və 12 mart 2020-ci il tarixdə saat 08 radələrində Gədəbəy rayounu ərazisində istintaq zamanı müəyyən edilməsi mümkün olmayan yerdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarətburaxılış məntəqəsindən kənarda gizli şəkildə qanunsuz olaraq keçməklə Ermənistan Respublikasının Geqarkunik vilayətinin Artanis kəndi istiqamətində getmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona Azərbaycan Respublikası CM-nin 120.1 və 318.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X21 ilə 2019-cu ilin yanvar və ya fevral aylarının tarixini xatırlamadığı günündə Novosaratovka kəndində tanış olub onunla birlikdə yaşamağa başlamışdır. Belə ki, həbsdən çıxdıqdan sonra rayonun Novosaratovka kəndində Qəşəng Həsənova ilə tanış olmuş, aralarında münasibət yaranmışdır. Qəşəng Həsənova ilə söhbət edərkən sonuncu Daryurd kəndinə gedibgəlməyin çətin olduğunu dediyindən ona təklif etmişdir ki, gəlib onun evində qalsın və onunla ailə kimi yaşasın. Qəşəng Həsənova onun təklifi ilə razılaşdıqdan sonra 2019-cu ilin yay aylarında onunla birlikdə yaşamağa başlamışdır. Qəşəng Həsənova onunla bir müddət yaşadıqdan sonra o, 2019-cu ilin sentyabr ayında həbs olunmuş, 2020-ci ilin yanvar ayında həbsdən çıxmışdır. Həbsdən çıxdıqdan sonra qonşulardan eşitmişdir ki, o, həbsdə olarkən Qəşəng Həsənova onun evinə başqa kişilər gətirmiş və onlarla cinsi əlaqədə olmuşdur. X19 bu barədə soruşduqda sonuncu onunla mübahisə edib yaxşı etdiyini demişdir. 2020-ci ilin fevral ayında X20 Əsgərovla birlikdə Bakı şəhərinə işləməyə getmiş, sonrakı müddət ərzində Qəşəng Həsənova ilə telefonla bir neçə dəfə əlaqə saxlamışdır. 2020-ci ilin mart ayının əvvəlində Qəşəng Həsənova səhər 07 radələrində Abdulmütaliblə birlikdə onun yaşadığı evə gəlmiş, bu zaman Qəşəng Həsənova ondan xahiş etmişdir ki, hava qaranlıq olduğundan Abdulmütalib bir neçə saat onun evində qalsın səhər açılanda isə çıxıb getsin. O, Qəşəng Həsənovaya görə Abdulmütalibin bir neçə saat yatıb istirahət etməsi üçün icazə vermiş və üçü birlikdə yatağa uzanıb yatmışlar. Səhər açıldıqda Abdulmütalibi yuxudan oyadıb evinə getməsini tələb etmişdir. Bundan sonra o, Qəşənglə Abdulmütalibi bir neçə dəfə bir yerdə görmüş, hətta X11 evinə də gedib-gəlmiş və sonuncu ilə cinsi əlaqədə olmuşdur. 09 mart 2020-ci il tarixdə axşam saat 18 radələrində Qəşəng ondan Gədəbəy rayonu, Daryurd kəndində yerləşən ata evinə gedib torpaq sahəsini təmizləməyə kömək etməsini xahiş etmişdir. Bundan sonra o, Qəşənglə birlikdə taksiyə minib sonuncunun Gədəbəy rayonunun Daryurd kəndində yerləşən ata evinə getmişdir. Oraya çatanda təxminən saat 19-20 radələri olmuş və gecəni orada qalmışlar. 10 mart 2020-ci il tarixdə səhər saatlarından etibarən Qəşənglə birlikdə onun ata evinin həyətindəki bağda işləyib torpaq sahəsini təmizləmişlər. Saat 15-16 radələrində işlərini qurtarıb birlikdə evə daxil olmuşlar. O, içəri otaqda oturub çay içən vaxt tanımadığı, adını, soyadını və atasının adını bilmədiyi, sonradan Qəşəngin deməsindən qardaşı Hafizin arvadı Südabənin qohumu olduğunu öyrəndiyi təxminən 22-23 yaşlarında arıq bədən quruluşlu, təxminən onunla eyni boyda olan, sarışın bir oğlan ayaqqabılı evə daxil olub Qəşəngin anası İlhamə ilə söyüşlə zarafat etməyə başlamışdır. O, buna əsəbləşib həmin oğlana: «bayram günüdür yaşlı qadındır, sənə yaraşmaz yaşlı qadınla bu cür zarafat etmək» deyə iradını bildirmişdir. Belə olduqda həmin oğlan heç bir söz deməyib çıxıb getmişdir. Qəşəng həmin şəxsi evdən çıxardıqdan sonra onu söyüb “ə nə özünü reklam edirsən, özünü kimə göstərirsən?!” deyib xaya nahiyəsinə təpik vurub onu itələmişdir. O, təpik zərbəsindən sonra ağrıdan yerə oturduqda Qəşəng stolun üzərindən bıçaq götürüb ona atmış, lakin bıçaq ona dəyməmişdir. Həmin gün o, evdən getmək istəsə də Qəşəngin anası İlhamə onu dilə tutub Qəşəngin dəli oldğunu deyib onlarda qalmağını xahiş etmişdir. 11 mart 2020-ci il tarixdə səhər tezdən yuxudan ayılıb paltarlarını geyinib iş paltarlarını da sellofan paketə qoyub qızını görmək üçün Ələkçi kəndinə getmişdir. Ələkçi kəndində qızını və keçmiş arvadını gördükdən sonra əmisini görmək üçün piyada Kərimli kəndinə getmişdir. Kərimli kəndində əmisi oğlu Ayət, daha sonra bibisi Şükufə ilə görüşüb söhbətləşdikdən sonra yola çıxıb yoldan keçən bir taksi ilə İnəkboğan, oradan isə saat təxminən 13 radələrində icra nümayəndəsi Şahinin maşını ilə Novosaratovka kəndinin mərkəzinə getmişdir. Kəndin mərkəzində avtomobildən düşdükdən sonra piyada yaşadığı evə gəlmiş, evi təmizləyib, qab-qaşığı yumuşdur. Həmin tarixdə saat 18 radələrində paltarlarını geyinib çölə çıxdıqda Qəşəng Həsənovanın ağ rəngli “Jiquli” markalı avtomobildən düşdüyünü görüb evə qayıtmış, sonuncu evə daxil olub onun boğazındakı qalstukdan tutub “ə götverən dünən nə özünü reklam edirdin, nə acıq edirdin mənə?!” dedikdə Qəşəng Həsənovaya onu təhqir etməməsini bildirib onunla normal danışmasını tələb etmişdir. Bundan sonra Qəşəng Həsənova ilə aralarında mübahisə yaranmış və mübahisə zamanı sonuncu ona “polisə zəng edib məni zorladığını deyəcəm, şikayət eliyib səni türməyə basdıracam” dedikdə özündən çıxmış və çox əsəbləşmişdir. Qəşəng Həsənovanın üzərinə gedib telefonu əlindən almaq istədikdə sonuncu onun üzünə çırmaq atıb vurmağa başlamış, o, da buna dözməyib Qəşəng Həsənovanın başından və üzündən yumruq zərbələri vurub saçından tutaraq divara və şkafa çırpmağa başlamışdır. Həmin vaxt Qəşəng Həsənova da onun boğazından tutaraq boğmuş, qarnına, başına yumruq vuraraq əlindən çıxmağa çalışmışdır. Qarşılıqlı olaraq dartışıb süpürləşən zaman o, Qəşəng Həsənovanın başını otağın qapısına, qapının tininə və divara vurmuş, sonuncunun sakitləşmədiyini görüb saçından tutaraq başını yatdıqları yatağın aşağı sağ küncünə zərbələ çırpdıqdan sonra Qəşəng Həsənova səndələyib yatağın üzərinə uzanmış və bir neçə saniyə sonra döşəməyə yıxılmışdır. Bundan sonra o, qorxduğu üçün eyvanda içində su olan plastik qabı götürüb pəncərəni açıb əlini üzünü yuyub pəncərəni bağlamışdır. Bundan sonra əynindəki köynək və pencək qan olduğu, habelə cırıldığı üçün dəyişib qısaqol köynək və qara gödəkcəni geyinmişdir. Paltarlarını dəyişdikdən sonra dikdaban ayaqqabısını geyinib Qəşəng Həsənovaya məxsus mobil telefon aparatını da götürüb saat təxminən 20 radələrində evdən çıxmışdır. Yolda olarkən Şahid3 bir neçə dəfə Qəşəng Həsənovanın telefonuna zəng edib sonuncunu soruşduqda o hər dəfə Abdulmütalibə gah Qəşəngin tualetdə olduğunu, gah da işi olduğunu deyib Abdulmütalibə yalan danışmışdır. Şahid3 sonuncu dəfə Qəşəng Həsənovanın mobil telefonuna zəng edərkən telefona acıqlı cavab verib Qəşəngin danışa bilmədiyini deyib bir daha zəng eləməməsini tələb edib telefonu söndürərək Novosaratovka çayına atmışdır. Bundan sonra dağları aşaraq özü də bilmədən Ermənistan sərhədini keçmişdir. 12 mart 2020-ci il tarixdə səhər 08 radələrində göyə atəş açılmış və bir nəfər əsgər qışqıraraq rus dilində əllərini yuxarı qaldırmasını bildirdikdə əllərini qaldırıb onlardan onu öldürülməməsini xahiş etmişdir. Daha sonra erməni hərbiçilər onun əllərini bağlayıb tanımadığı bir yerə apararaq onu döyüb sorğu-sual etmişlər. Törətdiyi cinayət əməllərinə görə peşmandır. Hadisə baş verən zaman əynində qara parça şalvar, açıq mavi rəngli uzunqol köynək, tünd göy rəngli pencək olmuş, həmin paltarlardan pencək və köynəyi çıxarıb evdə qoymuş, şalvar isə əynində qalmış, həmin şalvar Ermənistana keçərkən cırılmışdır. Hadisə baş verən vaxt evdə Qəşəng Həsənova və ondan başqa heç kəs olmamış, cinayəti törətməkdə ona heç kəs kömək etməmiş, habelə onun Qəşəngi öldürməsini heç kəs görməmişdir. Qəşəng Həsənovanı öldürmək fikri olmamış, sadəcə həmin gün sonuncu onu təhqir edib şərləyəcəyini dediyindən artıq özündən çıxıb Qəşəngi döymüş, başını divara və çarpayıya vurmuşdur. Qəşəng Həsənova ilə onun arasında mübahisə və münaqişə 11 mart 2020-ci il tarixdə saat 18 radələrində baş vermiş və təxminən 10-15 dəqiqə ərzində davam etmişdir. Cinayəti törətdikdən sonra qorxduğu üçün dağlara çıxmaq, orada gizlənmək qərarına gəlmiş, dağlarla bir neçə saat yol getdikdən sonra Ermənistana Respublikasına keçmişdir. Ermənistanda yaşayan tanışı yoxdur, sadəcə X30 adlı erməni əsgər yoldaşı olmuşdur. Qəşəng Həsənovanı öldürəcəyini və bundan sonra Ermənistan ərazisinə keçəcəyini heç kimə deməmiş, onun əvvəlcədən belə məqsədi olmamışdır. O, Qəşəngin başını yatağın aşağı sağ küncünə zərblə çırpdıqdan sonra sonuncu, özündən getmişdir. Amma Qəşəngin öldüyünü bilməmişdir. Onun Qəşəngi öldürmək məqsədi olmamışdır. Tutulmaqdan qorxduğu üçün qaçmışdır. O, əvvəllər Qəşəng Həsənovanı sevmiş və qısqanmışdır. Amma Qəşəng onu heç vaxt sevməmiş, Şahid3 sevmişdir. Qəşəngin anası İlhamə onun Qəşənglə ailə qurmasını istəsə də Qəşəng buna razı olmamışdır. Onun Ermənistan Respublikası ilə həmsərhəd yerləşən Azərbaycan ərazisindəki döyüş postlarında xidmət edən hərbi qulluqçu dostu, tanışı, qohumu yoxdur. Ermənistan Respublikası ərazisinə konkret olaraq haradan keçdiyini xatırlamır. Ermənistan ərazisinə 12 mart 2020-ci il tarixdə səhər saat 08 radələrində keçmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş, X12 ifadəsində göstərmişdir ki, Qəşəng Həsənova onun doğma qızıdır. Qəşəng Həsənova 2014-cü ildə Gədəbəy rayonu, Novoivanovka kənd sakini X7 ilə ailə həyatı qurmuş və onların bu nikahdan Arzu adlı bir qız övladı dünyaya gəlmişdir. Qəşəng Həsənova evləndikdən 1 il sonra Əkbər İbrahimovdan boşanıb onun Gədəbəy rayonu, Daryurd kəndində yerləşən evində yaşamışdır. Qızı Qəşəng ərindən boşandıqdan sonra əxlaqsızlıqla məşğul olub yüngül həyat tərzi keçirmiş və istədiyi oğlanla gəzmişdir. Qəşəng Həsənova müxtəlif iaşə obyektlərində ofisiant və ya xadiməçi işləmişdir. X53 Məmmədovla 2019-cu ilin aprel və ya may ayınnda tanış olmuşdur. Belə ki, Qəşəngin deməsinə görə bilmiş ki, Anar gecə vaxtı Novosaratovka kəndi ərazisində Qəşəngin Daryurd kəndinə gəlməyə avtomobil gözlədiyini görüb ona yaxınlaşmış, onunla birlikdə bir qədər gözləmiş, lakin avtomobil olmadığı üçün Anar Qəşəngi öz evinə aparmışdır. Həmin gündən Qəşənglə Anarın münasibəti yaranmışdır. Anar evdə tək yaşadığı üçün Qəşəng onun evinin bir otağında qalmışdır. Anar Qəşənglə evlənmək istəsə də Qəşəng onunla evlənmək istəməmişdir. Qəşənglə Anar arasında münasibətlər normal olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. 15-16 fevral 2020-ci il tarixdə qızı Novosaratovka kənd sakini Şahid3la birlikdə Bakı şəhərinə getmiş, bu barədə ona Təqsirləndirilən şəxs zəng edib demişdir. Təqsirləndirilən şəxs bundan başqa ona demişdir ki, Abdulmütalib Qəşəngi özünə arvad kimi götürüb aparmış və onlar bundan sonra ər-arvad kimi yaşayacaqlar. 2020-ci ilin mart ayının əvvəllərində qızı Qəşəng Şahid3la birlikdə Novosaratovka kənd sakini Təqsirləndirilən şəxs evinə gəlmiş, bu barədə ona qızı zəng edib demişdir. 09 mart 2020-ci il tarixdə axsam saat 19 radələrində Qəşəng və Anar Gədəbəy rayonu, Daryurd kəndinə yerləşən ona məxsus evə gəlmişlər və həmin gecəni onun evində qalmışlar. 10 mart 2020-ci il tarixi çərşənbə axşamı olduğu üçün Qəşəng Anarla birlikdə onun evində qalıb bayramı onunla birlikdə kecirəcəyini söyləmişdir. 10 mart 2020-ci il tarixdə səhər saatlarından etibarən Qəşəng Anarla birlikdə evin həyətindəki ağacları budamış və həyətdə təmizlik işləri aparmışlar. 10 mart 2020-ci il tarixdə qonşusu mərhum Alı kişinin Mingəçevir şəhərində yaşayan qızının oğlu Məqsəd Qəşənglə görüşmək üçün onun evinə gəlmiş, Məqsədin evə ayaqqabı ilə daxil olmasını görən Anar isə ona acıqlanıb ayaqqabısını soyunmasını demişdir. Belə olduqda Məqsəd Anara cavab verməyib, evə daxil olmayaraq çıxıb getmişdir. O gedəndən sonra Qəşəng Anara əsəbləşib «sən özünü reklammı edirsən» demişdir. Bu zaman o Anara «həmin oğlan sənin öldürmək istədiyin qardaşın arvadının qohumudur, sən onu tanımasan da, o səni tanıdı çölə çıxma birdən içkili olar və aranızda dava düşər» demişdir. Onun bu sözündən sonra Anar çölə çıxıb geri qayıtmışdır. Bunu görən Qəşəng Anara əsəbləşib nə səbəbə çölə çıxdığını söyləmiş və masanın üzərindən bıçağı götürüb Anara tərəf atmışdır. Bıçaq Anarın sağ əlinin işarət barmağına dəymiş və həmin barmağı qanamışdır. Belə olduqda o, özü salfetka ilə Anarın barmağını sarımışdır. Qəşəng həmin vaxt Anarın xaya nahiyəsinə təpiklə vurmamışdır. Anar Qəşəngi çox istəsə də, Qəşəngin ondan zəhləsi getmişdir. Hərəkətlərindən açıq aydın Anarın Qəşəngi qısqanmasını hiss etmişdir. Daha sonra onlar çərşənbə axşamını birlikdə qeyd etmişlər. Anar 10 mart 2020-ci il tarixdə Qəşənglə birlikdə onun evində qalmış və 11 mart 2020-ci il tarixdə səhər saat 10 radələrində qızını görmək və ordan isə Kərimli kəndində yaşayan bibisigilə getmək adı ilə evdən çıxmışdır. Qəşəng 11 mart 2020-ci il tarixdə saat 17 radələrinə qədər onun yaşadığı evdə olmuşdur. Evdə olduğu müddət ərzində Qəşəng Anarın çirkli paltarlarını yuyub qurutmuşdur. Həmçinin həmin tarixdə Şahid3 qızına zəng edib telefonla danışmış, lakin sonuncuların nə barədə danışmalarını eşitməmişdir. Qəşəng Şahid3la danışdıqdan sonra ona demiş ki, toya salmaq üçün Abdulmütalib ona 15 manat pul verəcəkdir. Qəşəng 11 mart 2020-ci il tarixdə aat 17 radələrində Şahid3la görüşmək üçün çıxıb getmişdir. 12 mart 2020-ci il tarixdə kənddə Elşad Musayevin qızının toy mərasimi olmuş, qızı Qəşəng həmin gün toya gəlməli olsa da, gəlməmişdir. Həmin gün dəfələrlə qızı Qəşəngin mobil telefonuna zəng etsə də ona zəng çatmamışdır. Sonralar da hər gün qızının mobil telefonuna zəng etsə də olnun mobil telefonuna zəng çatmamışdır. 17 mart 2020-ci il tarixdə X3 ilə bağlı müraciət etmək üçün Novoivanovka kəndində yaşayan bacısı Cəmilənin evinə getmiş, axşamı qalıb səhəri gün 19 mart 2020-ci il tarixdə X17 gəlmiş və orada Qəşəng Həsənovanın öldürüldüyünü eşitmişdir. Nəvəsi Arzuya anadan olandan o baxmış, Qəşəng Həsənova tez-tez yaşayış yerini dəyişdiyindən nəvəsi onunla birlikdə yaşamışdır. X39 Məmmədovla, Şahid3la və sair başqa şəxslə şəxsi ədavətinin və ya düşmənçiliyinin olub-olmaması, habelə cinsi və sair zorakılıqlara məruz qalması barədə məlumatı yoxdur. Bir dəfə 2019-cu ilin sentyabr ayında Anar Qəşənglə birlikdə onun yaşadığı evə gəlmiş, söhbət zamanı Anar ona Qəşəngi sevdiyini və onunla evlənmək istədiyini bildirmişdir. Qəşəng pozğunluq etdiyinə görə o, istəmişdir ki, qızı birisi ilə ailə qursun və bu yoldan əl çəksin. Ona görə də Anara qızı Qəşənglə evlənməsinə razılıq vermişdir. Hətta o, Qəşəngə bu barədə dedikdə sonuncu Abdulmütalibi istədiyini və onunla evlənəcəyini, Anarla evlənməyəcəyini söyləmişdir. Bunu eşidən Anar isə Qəşəngə «sən ya mənim olacaqsan ya da qara torpağın, səni də Abdulmütalibi də öldürəcəm, Azərbaycanı tərk edib gedəcəm» demişdir. O isə düşünmüşdür ki, Anar nə vaxtsa Qəşəngin könlünü alacaq və onu evlənməyə razı salacaqdır. Anarın Qəşəngi öldürməsinə isə inanmamışdır. Qəşəngin Anarın evində üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edildikdən sonra eşidib bilmiş ki, qızını Anar öldürmüş və ölkə ərazisini tərk edərək Ermənistana getmişdir. Qızı N nömrəli hərbi hissədən işdən çıxdıqdan sonra bir müddət Novosaratovka kəndində yerləşən Şəmi adlı şəxsin kafesində qab yuyan işləmişdir. Həmin kafe bağlandıqdan sonra Novosaratovka kəndi ərazisində əkin sahələrində Anarla birlikdə fəhləlik etmişdir. O, Anarın öz qardaşının arvadını öldürməyə cəhd etdiyinə görə uzun müddət həbsdə olduğunu bildiyi üçün dəfələrlə qızı Qəşəngə «Anarın evindən çıx, dalaşarsınız əsəbləşər səni öldürər» demişdir. Bunu ona görə demişdir ki, qızı Qəşəng özü də əsəbi olmuş və söyüşlə danışmışdır. Qəşəng isə ona demişdir ki, Anar onu çox istəyir və ona heç nə etməz. Qəşəng Abdulmütaliblə birlikdə işləmək üçün 2020-ci ilin fevral ayının 15-i və ya 16-da Bakı şəhərinə getmişdir. 2020-ci ilin mart ayının 1-də Təqsirləndirilən şəxs ona zəng edərək "Abdulmütalib Qəşəngi özünə arvad kimi götürüb aparıb, onlar bundan sonra ərarvad kimi yaşayacaqlar qızına denən bir daha mənim evimə gəlməsin, mən evimə başqa kirayəşin tapmışam» demişdir. Lakin Anar evinə kirayəşin tapdığı şəxslərin kimlər olduğunu deməmişdir. 2020-ci ilin mart ayının 7-də Qəşəng Abdulmütaliblə birlikdə Novosaratovka kəndinə gəlmiş, gecəni Təqsirləndirilən şəxs evində qalmışlar. Bu barədə isə ona Qəşəng özü zəng edib demişdir. O, Qəşəngin Təqsirləndirilən şəxsla birlikdə yaşadığı Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən evə heç vaxt getməmişdir. Təqsirləndirilən şəxs Ermənistan Respublikasında yaşayan qohumu, tanışı, dostu olmasını bilmir. Təqsirləndirilən şəxs ona əvvəllər nə vaxtsa Ermənistan Respublikasına gedib-gəldiyini deməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Ermənistan Respublikası ilə həmsərhəd yerləşən ərazilərindəki döyüş postlarında işləyən, dostu, tanışı və ya qohumunun olub-olmamasını bilmir. Zərərçəkmiş şəxsin hüquqi varisi, X12 ifadəsində əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş, X22 ifadəsində göstərmişdir ki, mərhum X12 onun doğma bacısıdır, Qəşəng Həsənova isə İlhamə Həsənovanın qızıdır. Qəşəng ərindən boşandıqdan sonra əxlaqsızlıqla məşğul olub yüngül həyat tərzi keçirmiş və müxtəlif iaşə obyektlərində ofisiant və ya xadiməçi işləmişdir. Qəşəng Həsənova ilə əlaqəsi olmamışdır. X24 tanımadığını, X39 Məmmədov tərəfindən öldürüldüyü bacısı İlhamə Həsənovdan eşitmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş, X22 ifadəsində əlavə olaraq bildirmişdir ki, Anar Məmmədoa qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs qonşu kimi tanıdığını, Anarın qonşularla münasibəti yaxşı olduğunu, Anarın evindən dava-dalaş səsi eşitməmiş və görməmişdir. Anar 2019-cu ilin noyabr ayında həbsdən çıxıb həmin evdə yaşamağa başlamışdır. Təxminən 7-8 ay olardı Qəşəng Anarın evində yaşamağa başlamışdır. Lakin elə olurdu ki, Qəşəng günlərlə Anarın yaşadığı evə gəlmirmiş. Axırıncı dəfə Anarla Qəşəngi birlikdə 2020-ci ilin mart ayının əvvəllərində görmüşdür. Sonralar nə Anarı, nə də ki Qəşəngi görməmişdir. 18 mart 2020-ci il tarixdə saat 14-15 radələrində qonşularla birlikdə Anarın yaşadığı evə getmişlər, evin həyətinə daxil olduqdan sonra Leyla Anarı səsləmişdir. Lakin cavab gəlmədiyindən evin balkonunun qapısını açıb içəri daxil olmuşlar. İçəridə də çox pis iyi gəldiyindən otaqlara pəncərədən baxmağa başlamışlar. Otaqlardan birinə Leyla pəncərədən baxdıqda insan ayağı gördüyünü və bu barədə dedikdə olnlar bayıra çıxmışlar. Sonra o, Asya və Leyla yenidən balkona daxil olmuşlar və Leyla gedib insan ayağı gördüyü otağın qapısını açanda Qəşəngin üstündə zorakılıq əlamətləri olan meyitini görmüşdür. Sonra onlar tez bayıra çıxıb polisə xəbər etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs uşaqlığından tanıyır. Anar təbiətcə sakit xarakterli, qonşularla mehriban, dolanan və heç bir qonşuyla mübahisəsi və münaqişəsi olmamışdır. Anar 2019cu ilin noyabr ayında həbsdə çıxıb həmin evdə yaşamağa başlamışdır. Anar fəhləliklə məşğul olmuş və bir necə ay tək yaşamışdır. Qəşəng Həsənova təxminən 3-4 ay əvvəl Anarla birlikdə yaşamağa başlamışdır. Qəşəng Həsənovanı yaxından tanımamışdır, ümumlikdə kim olmasını və kafelərdə ofsiantlıq ilə məşğul olmasını bilmişdir. 19.03.2020ci il tarixdə qaz idarəsinin əməkdaşı sayğaclara baxıb qəbz yazarkən həmin şəxsə Anarın evinin çöl hissəsində olan işıq və evin qazı yandığını və qazın borusundan gələn gurultunun səsini eşitdiklərindən qonşularla birlikdə Anarın evinin qazının 1 həftədir yandığını demişlər. Həmin şəxsdə Niyazi adlı şəxsə zəng edib bu barədə dedikdə Niyazi Anarın evinin qazının sayğacdan kəsilməsini tapşırmışdır. Bundan sonra Anarın evdə olub-olmamasını öyrənmək üçün qonşularla birlikdə Anarın qapısını önünə getdikdə evdən kəskin iy gəldiyini hiss edib dərhal qonşu polis Müşviqə zəng edib bu barədə məlumat vermişlər. Bundan sonra polis əməkdaşları gəlib evə baxış keçirdikdə Qəşəngin meyitini evdən tapmışlar. şahid qismində dindirilmiş Şahid5 əlavə olaraq bildirmişdir ki, o Anarın evindən dava-dalaş səsi eşitməmiş və görməmişdir. Anarı 12.03.2020-ci il tarixdə küçədə quraşdırılan krantdan su dolduran zaman görmüşdür. Həmin vaxt Anar plastik butulkaya su doldururmuş. Həmin gündən sonra o, Anarı görməmiş və onun barəsində nəsə eşitməmiş, Anarın evinə Qəşəşngdən başqa gəlib gedəni görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X2nı uşaqlıqdan tanıyır. Qəşəng yüngül həyat tərzi keçirən qadın olmuşdur. Təqsirləndirilən şəxs isə tanımır. Təqsirləndirilən şəxs qardaşı Hafiz Məmmədovun arvadı Südabə onun anası X14 doğma bibisi nəvəsidir. Eşitdiyinə görə Anar əvvəllər bir neçə dəfə qardaşı arvadı Südabəni ayrı-ayrı vaxtlarda döydüyünə və öldürməyə cəhd etdiyinə görə türmədə yatmışdır. Hətta onu da eşitmiş ki, Qəşəng Həsənova həmin Təqsirləndirilən şəxsla ər-arvad kimi yaşayır. Təqsirləndirilən şəxsla heç vaxt münasibəti olmamış, onu ilk dəfə 2020-cı ilin mart ayının tarixini xatırlamadığı günündə İlhamə Həsənovanın yaşadığı evdə görmüşdür. 2020-ci ilin fevral ayının sonlarında Qəşəng Həsənova ona zəng edərək Kiçik Qaramurad kəndi ərazisindəki dükandan 1 kisə un götürərək aparıb anası İlhaməyə verməsini xahiş etmiş və o, Qəşəngin sözünü yerə salmayıb Gədəbəy rayonu, Kiçik Qaramurad kəndi ərazisində yerləşən dükandan 28 manat verib bir kisə un alaraq aparıb onun anası İlhaməyə vermişdir. Qəşəngə zəng edib bu barədə məlumat verərkən isə sonuncu kəndə gələrkən pulunu verəcəyini söyləmişdir. 2020-ci ilin mart ayının əvvəlində, çərşənbə axşamında təxminən saat 15-16 radələrində Qəşəng onu Daryurd kəndi ərazisində görmüş və gəlib evdən pulu götürməsini demişdir. Belə olduqda bir qədər sonra o, Qəşəngin anası İlhamənin yaşadığı evə getmiş, qapıdan içəri daxil olub aynabənddə Qəşəngi gözləmiş və sonuncu borclu olduğu 28 manat pulu gətirib ona vermişdir. Pulu verdikdən sonra Qəşəng ona «bir az gözlə uşaqlarına bir az şirniyyat qoyum apar» demişdir. O, orada dayanıb gözləyərkən evin içəri otağından 1 nəfər kişi çıxıb ondan evə nə səbəbə ayaqqabı ilə girdiyimi soruşmuşdur. O, isə cavabında evə girmədiyini söyləmişdir. Bu vaxt Qəşəng həmin kişiyə «ay Anar mən çağırmışam, evə ha girmiyif qapının ağzında gözləyir» demişdir. O, həmin vaxt bilmiş ki, az əvvəl ona irad tutan şəxs onun qohumu Südabəyə xəsarət yetirdiyinə görə tutulan Təqsirləndirilən şəxsdur. Anarın ona hər hansı kobud söz deyəcəyindən ehtiyatlanıb aralarında dava düşməsin deyə orada dayanmayıb çıxıb getmişdir. Bundan sonra isə o, nə Anarı, nədəki Qəşəngi görməmişdir. 2020-ci ilin mart ayının 20-də isə eşitmiş ki, Qəşəng öldürülüb. Sonradan eşidib öyrənmişdir ki, Qəşəngi Anar öldürüb və Ermənistana keçib. Onun nə Anarla, nədə Qəşənglə hər hansı bir münasibəti olmamış, həmin tarixdə də Anarla onun arasında heç bir mübahisə və münaqişə olmamışdır. Eləcə də Anarla Qəşəng onun yanında mübahisə etməmişlər və dalaşmamışlar. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır. Təqsirləndirilən şəxs oxuyan, idman eliyən və sevilən bir uşaq olmuş, həmdə davakar bir olmuşdur. Təqsirləndirilən şəxs 2007-ci ildə qardaşı arvadını öldürməyə cəhd etdiyinə görə 11 il həbsxanada yatmışdır. Həbsxanadan çıxdıqdan sonra Təqsirləndirilən şəxs kənddə yaşayıb fəhləliklə məşğul olmuşdur. Təqsirləndirilən şəxs kənddə yaşadıqdan sonra Qəşəng Həsənova ilə tanış olmuş və sonuncunu evində saxlamışdır. Təqsirləndirilən şəxs ona demişdir ki, pul müqabilində Qəşəng Həsənova ilə cinsi əlaqədə olmuş, bəzən sonuncunun anasına və övladına bazarlıq da etmiş və buna görə də Qəşənglə cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs Qəşəng Həsənovaya pul verməyəndə sonuncu Anarla cinsi əlaqədə olmamış və Anarda buna əsəbləşmişdir. Anardan eşitdiyinə görə X18 kənd sakini Şahid3 adlı şəxslə tez-tez görüşüb cinsi əlaqədə olmuş və buna görədə Anar Qəşəngi çox qısqanmışdır. Təqsirləndirilən şəxs onunla söhbət edərkən demişdir ki, Şahid3 və Qəşəng Həsənovanı öldürüb Ermənistan tərəf keçəcək, o Təqsirləndirilən şəxs bu sözü sadəcə əsəbi halda qısqandığından dediyini düşünüb sonuncuya səbirli olmasını Qəşəng Həsənova kimi pozğuna görə həbsə girməyə dəymədiyini və sonuncudan uzaqlaşmasını tövsiyə edəndə Anar “bə nağarım, qadınsız dura bilmirəm axı” demişdir. Təqsirləndirilən şəxsla söhbət edəndə hiss etmiş ki, 13 ildən çox həbsdə yatmağı sonuncunun bütün psixikasını pozmuşdur. Bəzən Təqsirləndirilən şəxsla söhbət edəndə sonuncu ona demiş ki, maykasını cırıb ağacın başına keçirib erməniyə “ya zdalsa k vam, pojalusta pokarmite menya, ya xoçu otdıxat, ya prestupnik” sözlərini deyib Ermınistana keçəcək. Təqsirləndirilən şəxs Novosaratovka ərazisindəki bütün postları və Ermənistana gedən bütün keçidləri tanıdığını demişdir. Təqsirləndirilən şəxs deməsindən bilmiş ki, o, Almaniyada hərbi xidmət keçib və kəşfiyyat bölüyünün əsgəri olmuşdur. Sonuncu dəfə Təqsirləndirilən şəxs 07 mart 2020-ci il tarixdə görmüşdür. 13 mart 2020-ci il tarixdə Bakı şəhərinə həkimə gedib qayıtdıqdan sonra Təqsirləndirilən şəxs görməmiş, kəndin mərkəzində bir neçə dəfə Anarı maraqlansa da kənd sakinləri Anarı bir neçə gündür görmədiklərini demişlər. Təqsirləndirilən şəxs əxlaqsız kino həvəskarı olmuşdur. Belə ki, Anar kimin əlində telefon görəndə yaxınlaşıb internetə girib ona pornoqrafik videolar göstərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs fiziki cəhətdən cəld və çevik biri olsa da sonuncunun psixikası anornal olmuşdur. Təqsirləndirilən şəxs SSRİ dövründə dağlarda və ərazilərdə atası ilə birlikdə yaylağa gedib qoyun otarıb deyə həmin əraziləri yaxşı tanıdığını və Gədəbəy ərazisindəki bütün postların sayını və həmin postları çox yaxşı tanıdığını, hətta Qaravəllər, İskəndər Qalası, Şorağ və Mormor kəndinin üzərindəki dolaylar və Alagöllər postlarının nəzarətində olan ərazilərlə Ermənistana keçməyin mümkün olduğunu ona demişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid3 ifadəsində göstərmişdir ki, daimi bir işi olmasa da fəhləliklə məşğul olur. X13 təxminən 1 ildir tanımışdır. Belə ki, Qəşəng Həsənova ilə Novosaratovka kəndində yerləşən Paşa adlı şəxsə məxsus kafedə ofisiant işləyərkən tanış olmuş, Qəşənglə tanış olduqdan sonra dəfələrlə görüşüb onunla intim münasibətdə olmuşdur. Qəşəng Həsənova təxminən 2019-cu ilin yay aylarından Novosaratovka kənd sakini Təqsirləndirilən şəxs evində sonuncu ilə birlikdə yaşamışdır. Belə ki, Qəşəng Həsənovanın ona deməsinə görə sonuncu Təqsirləndirilən şəxs evində qalmaq müqabilində sonuncuya yeyib-içmək almış həm də paltarlarını yumuşdur. Qəşəng Həsənovanın bir qız övladı vardır. 2019-cu ilin dekabr ayında anası Əfruz Rzayeva ilə birlikdə işləmək üçün Bakı şəhərinə gedib Sabunçu rayonu, Zabrat kəndində kirayədə yaşamış, Bakı şəhərində yaşayarkən o avtoyuyucuda işləmiş, anası isə kafedə aşpaz işləmişdir. 2020-ci ilin fevral ayında nənəsi Asya xəstələndiyi üçün anası Əfruz Bakıdan Gədəbəyə gəlmişdir. Həmin vaxt Qəşəng Həsənova onun bacısı Dilbaziyə onlarla birlikdə Bakıya gedib işləmək istədiyini dedikdə bacısı da ona razılıq vermişdir. Təxminən 15-16 fevral 2020-ci il tarixlərdə ailə üzvlərilə birlikdə Bakı şəhərinə qayıdarkən Qəşəng Həsənova da onlarla birlikdə getmişdir. Bakı şəhərinə getdikdən sonra X42 kəndində yerləşən kafedə işə düzəlmiş, təxminən 3 həftə sonuncu onlarla birlikdə yaşamış və yaşadığı müddət ərzində aralarında hər hansı narazılıq olmamışdır. X31rla birlikdə yaşayarkən anası ondan kirayə pulu istəməmişdir. Qəşəng Həsənova onlarla bir müddət yaşadıqdan sonra ev sahibi onun onlarla yaşamasına etiraz etmişdir. Belə ki, anası həmin evi kirayə götürərkən ev sahibi anasına həmin evdə yalnız anasının özünün yaşaması barədə razılıq vermişdir. Həmin ev bir otaqlı olduğundan ev sahibi həmin evdə yalnız bir nəfərin yaşamasına icazə vermişdir. Lakin həmin evdə anası ilə bərabər o və Qəşəng Həsənova yaşadığından ev sahibi buna qəti etiraz etmişdir. Bu səbəbdən anası ona Qəşəng Həsənova ilə birlikdə Gədəbəy rayonuna qayıtmasını bildirmişdir. 04 mart 2020-ci il tarixdə o Qəşəng Həsənova ilə Gədəbəy rayonun Novosaratovka kəndinə gəlmiş, həmin kəndə çatdıqda səhər saat 05 radələri olduğuna görə sonuncu yatmaq üçün onu Təqsirləndirilən şəxs evinə dəvət etmişdir. Evə gəldikdə qapını Təqsirləndirilən şəxs açmışdır. Qəşəng Həsənova ilə birlikdə evə daxil olduqdan sonra Təqsirləndirilən şəxsla salamlaşıb bir neçə dəqiqə sonra söhbət etmişdir. Daha sonra Təqsirləndirilən şəxs yatmaqlarını onun isə səhər tezdən durub getməyini tələb etmişdir. O çarpayının ortasında, Təqsirləndirilən şəxsla Qəşəng Həsənova isə çarpayının kənarlarında yatmışdır. Həmin gün səhər saat 09 radələrində Təqsirləndirilən şəxs onu yuxudan oyadıb qonşularının onu evində qalmasını görüb adına ləkə gətirdiyi üçün evdən getməli olduğunu tapşırdığından o yataqdan qalxıb əynini geyinib yaşadığı evə getmişdir. Bundan sonra həm Təqsirləndirilən şəxs, həm də Qəşəng Həsənovanı bir neçə dəfə görmüş, sonuncularla Novosaratovka kəndinin mərkəzində yerləşən kafelərdə bir neçə dəfə oturub çay içib söhbət etmişlər. 09 mart 2020-ci il tarixdə Qəşəng Həsənova onun istifadəsində olan mobil nömrəyə zəng edib Daryurd kəndində yaşayan anası və qızına baş çəkməyə getmək istədiyini bildirib taksi tapmağını xahiş etmiş, bundan sonra o taksi sürücülüyü ilə məşğul olan həmkəndlisi Çingiz Yolçuyevə zəng edib çağırmışdır. Çingiz Yolçuyevin maşınına minib Novosaratovka kəndinin mərkəzində "OBA" marketin qarşısına getmiş, marketin qarşısında Təqsirləndirilən şəxs və Qəşəng Həsənova marketdən etdikləri bazarlığı maşının yük yerinə qoymuşlar. Daha sonra onlar birlikdə Qəşəng Həsənovanın anasının yaşadığı evinin qarşısına getmişlər, evin qarşısında Qəşəng Həsənova və Təqsirləndirilən şəxs maşından düşüb maşının yük yerindən bazarlıq etdikləri salafanları götürüb evə girmişlər. Bundan sonra Çingiz Yolçuyevlə o Novosaratovka kəndinə gəlmiş və o, yolda düşüb evinə getmişdir. 10 mart 2020-ci il tarixdə saat 18 radələrində X40 ilə "OBA" marketin yanında yerləşən dönərxanada dönər yemiş, dönərxanada olarkən saat 21 radələrində Qəşəng Həsənovanın mobil nömrəsinə zəng etdikdə telefona Təqsirləndirilən şəxs cavab vermiş, sonuncu ilə hal-əhval tutub Qəşəngi soruşduqda Anar Qəşəngin çimməsini bildirmişdir. O Təqsirləndirilən şəxs Novosaratovkanın mərkəzinə gəlib-gəlməyəcəyini soruşduqda sonuncu gələcəklərini bildirmişdir. Saat təxminən 22 radələrində Novosaratovka kəndinin mərkəzinə gəlib Xanın kafesinin qarşısından keçərkən Qəşəng Həsənova, Təqsirləndirilən şəxs və Gündüz Xıdırovun oturub çay içdiyini görüb onlara yaxınlaşaraq salamlaşdıqda Təqsirləndirilən şəxs onu görüb masadan qalxmış və "Qəşəng evə tez gəlsin" deyib getmişdir. Təqsirləndirilən şəxs sonra Gündüz Xıdırov da getmiş, sonra o Qəşəng Həsənova ilə yemək yeyib araq içmişlər. Kafedən çıxdıqdan sonra Qəşəng Həsənovaya təklif etmiş ki, onun evinə getsinlər. Qəşəng Həsənova onu asflatın kənarında gözləməyini tapşırıb Təqsirləndirilən şəxs yanına gedib-gələcəyini demiş, təxminən 20 dəqiqədən sonra Qəşəng Həsənova gəlmiş və onlar birlikdə onun yaşadığı evə getmişlər. Evdə o, Qəşəng Həsənova, X40 və xalası oğlu Sayad Nəbiyev birlikdə yemək yeyib araq və pivə içmişlər. Həmin vaxt Qəşəng Həsənova ilə X40 araq nədəki pivə içməmişdir. Sayad Nəbiyevlə araq içib qutardıqdan sonra sonuncu komandirdən 2 saatlıq icazə almasını deyib hərbi hissəyə getməli olduğundan getmişdir. Həmin gecə Qəşəng Həsənova ilə cinsi əlaqədə olduqdan sonra yatmışdır. Növbəti gün, yəni 11 mart 2020-ci il tarixdə səhər saat 09 radələrində yuxudan ayılıb Xanın kafesinə sement boşaltmağa getmiş, səhər Qəşəng Həsənova da onunla birlikdə yuxudan ayılmış və səhər onunla zarafatlaşan zaman dırnağı ilə sağ qolunun üst hissəsini cırmışdır. Həmin gün Xanın kafesində Yenikənd sakini Məliklə birlikdə sement boşaldıb evə gəlmişdir. Günorta saatlarında evə gəldikdən sonra Qəşəng Həsənovaya zəng edib telefonda danışmış, telefon danışığı zamanı sonuncu 12 mart 2020-ci il tarixdə Daryurda kiminsə toyuna gedəcəyini deyib toya yazılmaq üçün ona verəcəyi pulu düzəldib-düzəltmədiyini soruşduqda Qəşəngə pulu verəcəyini demişdir. Həmin gün yenidən evdən çıxıb qonşusu Səməndərin həyətində torpaq qazıb çıxartmaqla məşğul olmuş, sonuncunun həyətində işləyib qurtardıqdan sonra pulunu alıb təxminən axşam saat 5-ə işləmiş Qəşəng Həsənovanın nömrəsinə zəng edib toy üçün söz verdiyi 10 manatın hazır olduğunu dedikdə sonuncu gəlib götürəcəyini demişdir. Qəşəng Həsənovanın gəlmədiyini görüb yarım saat sonra saat 6-ya işləmiş birdə sonuncuya zəng etdikdə telefona Təqsirləndirilən şəxs cavab vermiş, sonuncu ilə iş olub-olmaması, iş olanda ona xəbər verməyi barədə biraz söhbət etmişlər. Sonra Təqsirləndirilən şəxs ona Qəşəng Həsənovanın yaxşı qız olmasını və evlənməyini tövsiyə etdikdə Anara Qəşəngin anasının onunla yaşamağa razı olmadığını demişdir. Bundan sonra telefonu Qəşəng Həsənovaya verməsini Təqsirləndirilən şəxs xahiş etdikdə sonuncu Qəşəngin işi olmasını deyib işini qutaranda ona zəng edəcəyini deyib danışığı sonlandırmışdır. Bir neçə dəqiqə sonra Qəşəng Həsənovaya yenə zəng etdikdə Təqsirləndirilən şəxs Qəşəngin qohumu "QAZ 53" sürücüsü Arzu Əliyevlə iş barədə söhbət etdiklərini bildirmiş, o Anarla sağollaşıb Qəşəngin işi qutardıqda ona zəng etməsini xahiş etmiş, lakin həmin vaxt Anar telefonu söndürməmiş və təxminən 10 dəqiqədən çox telefona qulaq assa da heç bir səs gəlməmişdir. Bir neçə dəqiqə sonra o növbəti dəfə Qəşəng Həsənovanın nömrəsinə zəng etmiş, yenə telefona Təqsirləndirilən şəxs cavab verdikdə ona Qəşəngi çağırmasını demiş, Anar Qəşəngin tualetdə olmasını bildirmiş, bu vaxt o Anara telefonu söndürməməsini və aparıb telefonu Qəşəngə verməsini demişdir. Təqsirləndirilən şəxs telefonu söndürmədən “ay Qəşəng ay Qəşəng Talıbdı zəng vuran səni istəyir” deyə səsləsə də Qəşəngdən səs gəlməməmiş, sonra Anar telefonu söndürmüşdür. O bir neçə dəqiqə gözlədikdən sonra Qəşəng Həsənovaya zəng etdikdə Təqsirləndirilən şəxs telefona cavab verib onunla əsəbi formada danışmağa başlayıb "sənə dedim ki, Qəşəngin işi var, qutaranda zəng edəcək, birdə bu nömrəyə zəng edib narahat eləmə" deyib telefonu söndürmüşdür. O sonuncu dəfə Qəşəng Həsənovaya zəng etdikdə Təqsirləndirilən şəxs yenə telefona cavab verib əsəbi formada "ayə sənə dedim ki, bu nömrəyə zəng edib narahat eləmə" deyib telefonu söndürdükdə o dərhal geri zəng etmiş və artıq Qəşəngin nömrəsinə zəng çatmamış, həmin gün dəfələrlə Qəşəngin nömrəsinə zəng etsə də zəng çatmamışdır. 12 mart 2020-ci il tarixdə Novosaratovka kəndin mərkəzinə çıxıb Qəşəng Həsənovanı və Təqsirləndirilən şəxs axtarsa da heç birini görməmişdir. Həmin gün saat 14 radələrində Qəşəng Həsənovanı görmək üçün Təqsirləndirilən şəxs evinə getmiş, sonuncunun evinə gəlib evin giriş qapısına qalxan pilləkənin önündə dayanıb evə baxdıqda qapının üstündə olan elektrik lampasının yanılı olmasını və evin qapısının ağ rəngli iplə bağlı olduğunu görüb bir müddət kənarda dayanıb evi müşahidə edib evə gəlib-gedənin olmadığını görüb yaşadığı evə getmişdir. Həmin günü gecə 02 radələrinə kimi dəfələrlə Qəşəng Həsənovsanın nömrəsinə zəng etsə də nömrəyə zəng çatmamışdır. 13 mart 2020-ci il tarixdə səhər yuxudan ayılıb telefonu götürdükdə nömrənin pin koda düşdüyünü görüb X40dan nə baş verdiyini soruşduqda o, gecə telefonla musiqiyə qulaq asdığını və yatıb qaldığını nömrənin nəyə görə pin koda düşməsini bilmədiyini demişdir. 13 mart 2020-ci il tarixdə saat 14 radələrində Qəşəng Həsənovanı görmək üçün yenə Təqsirləndirilən şəxs evinə getmiş, sonuncunun evinin qarşısına gəldikdə yenə qapının üzərindəki lampanın yanılı və qapının ağ iplə bağlı olmasını görüb çıxıb getmişdir. Həmin gün yəni mart ayının 13-də qonşusu Müşviqlə Novosaratovka kənd sakini Kənan İbrahimova məxsus torpaq sahəsində kartof səpmək üçün Şahnazar kəndinə getmiş, işlərini qurtardıqdan sonra axşam 22 radələrində sonuncu onları Novosaratovkanın mərkəzində düşürdükdən sonra o evə getmişdir. Telefon nömrəsi pin koda düşdüyü üçün yeni sim nömrə almaq məqsədi ilə elə həmin axşam X40la birlikdə Saratovkanın mərkəzində yerləşən telefon mağazasına gəlib anası Əfruz Rzayevanın şəxsiyyət vəsiqəsini təqdim edib 3 manata "Azercell" nömrəsi almış, nömrəni axşam saatlarında aldığından satıcı Anar ona nömrənin sabahdan, yəni 14 mart 2020-ci il tarixdən aktiv olacağını demişdir. 14 mart 2020-ci il tarixdən təzə aldığı nömrə ilə də Qəşəng Həsənovanın nömrəsinə dəfələrlə zəng etsə də sonuncunun telefonuna zəng çatmamışdır. X25 pin koda düşən nömrəni qırmaq istədiyini dedikdə Fizuliyə icazə verməmiş və Qəşəng Həsənovanın həmin nömrəyə zəng edə biləcəyini ehtimal edib nömrəni telefonda saxlamışdır. Telefon iki sim kartlı olduğundan pin koda düşən nömrəni telefonun ikinci sim kart olan yerinə taxmış, sonradan nömrəni çıxarıb arxa qapağı ilə batareykanın arasına taxmışdır. 19 mart 2020-ci il tarixdə saat təxminən 17 radələrində dayısı Rzanın onun üçün tapdığı çobanlıq işini danışmaq məqsədi ilə qoyun sürüsünün sahibi ilə görüşməyə Tovuz rayon Qovlar kəndinə getmiş, Qovlar kəndinə onu Novosaratovka kənd sakini Emin Musayev aparmışdır. Tovuz rayonu Qovlar kəndində Nazir adlı şəxslə görüşüb danışdıqdan sonra sonuncunun şərtləri ilə razılaşmamış və gec olduğundan Novosaratovka kəndinə geri dönə bilməmiş və həmin gecə dayısı Rzanın evində qalmışdır. Gecə dayısıgildə olarkən anası dayısına zəng edib polisin onu axtarmasını demişdir. 20 mart 2020-ci il tarixdə dayısı onu X17 gətirmişdir. X39 Məmmədovun evində sadəcə yaşamış və bunun əvəzində sonuncuya yemək alıb paltarlarını yuyub təmizləmiş, Qəşəng ona Anarla arasında hansısa sevgi və ya intim münasibətin olması barədə heç nə deməmişdir. Daryurd kəndi Novosaratovkadan uzaq olduğu üçün və Qəşəng Həsənovanın əsasən Novosaratovka kəndində yerləşən kafelərdə ofisiantlıqla məşğul olduğundan hər gün işdən çıxıb Daryurda getmək sonuncuya sərf etmədiyindən Qəşəng Anarın evində kirayəçi kimi yaşamışdır. Qəşəng Həsənova ilə aralarında olan intim münasibət barədə Təqsirləndirilən şəxs xəbəri olmuş, belə ki, sonuncu onunla Qəşəngi bir yerdə görərkən verdiyi reaksiyaları və hərəkətləri Qəşəngi aşkar surətdə ona qısqandığını və bu münasibətə görə ondan xoşu gəlmədiyini göstərmişdir. 11-19 mart 2020-ci il tarixlərdə Qəşəng Həsənovanı və Təqsirləndirilən şəxs görməmiş və sonuncularla ünsiyyətdə olmamış, hər iki şəxsi sonuncu dəfə 10 mart 2020ci il tarixdə görmüşdür. X39 Məmmədovla aralarında hər hansı bir mübahisənin və ya narazıçılığının olması barədə məlumatı yoxdur. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid4 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşusu kimi tanıyır və sonuncunun qonşularla münasibəti yaxşı olmuşdur. Təqsirləndirilən şəxs təxminən 2019-cu ilin noyabr ayında həbsdən çıxıb həmin evdə yaşamağa başlamışdır. Təxminən 3-4 ay olarmış ki, X50 Məmmədovun evində yaşamağa başlamış, sonuncuların evdə yaşadığı müddət ərzində dava-dalaş və ya səs-küy eşitməmiş, habelə belə halın olmasını görməmişdir. Təxminən bir həftə əvvəl Təqsirləndirilən şəxs evinin çöl hissəsində olan işıq və evin qazı yanlı olmuşdur. Belə ki, qazın borusundan gələn gurultunun səsini eşdib qorxmuş, qazın 1 həftədir yanmasını bilib qaz partlayışı olmağından ehtiyyat etmişdir. 19 mart 2020-ci il tarixdə qaz idarəsinin əməkdaşı sayğaclara baxıb qəbz yazarkən həmin şəxsə qonşularla birlikdə demişdir ki, Təqsirləndirilən şəxs məxsus evinin qazı 1 həftədir yanır, həmin şəxsdə Niyazi adlı şəxsə zəng edib bu barədə dedikdə Niyazi Anarın evinin qazının sayğacdan kəsilməsini tapşırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs evdə olub-olmamasını öyrənmək üçün qonşularla birlikdə Anarın qapısını önünə getdikdə evdən kəskin iy gəldiyini hiss edib dərhal qonşusu polis əməkdaşı olan Müşviqə zəng edib bu barədə məlumat vermişlər. Bundan sonra polis əməkdaşları gəlib evə baxış keçirdikdə Qəşəng Həsənovanın meyitini evdən tapmışlar. Təqsirləndirilən şəxs sonuncu dəfə 12.03.2020-ci il tarixdə saat 13 radələrində küçədə quraşdırılan krantdan su dolduran zaman görmüş, həmin vaxt sonuncu ilə salamlaşıb təxminən 1 dəqiqə söhbət etmiş, söhbət zamanı Anara demiş ki, su krantın qırılıb qonşular krantını düzəltməyə gedəcək onlara kömək edərsən. Təqsirləndirilən şəxs həmin vaxt arxası ona tərəf çöməlmiş vəziyyətdə su krantından plastik butulkaya su doldura-doldura yorğun olduğunu və yuyunacağını bildirib krant düzəltməyə gedə bilməyəcəyini demişdir. Bundan sonra o, Təqsirləndirilən şəxsla sağollaşıb evinə getmiş, həmin gündən sonra sonuncunu görməmiş və onun barədə nəsə eşitməmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahid X15 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, şahid X26 ifadəsində göstərmişdir ki, 2001-ci ildə Təqsirləndirilən şəxsla evlənmiş və birgə nikahlarından Hicran adında qız övladı var. Təqsirləndirilən şəxs xasiyyətcə mehriban deyib gülən və ailəsinə baxan biri olmuş, lakin sonuncu qardaşı Hafizin arvadının təsiri altına düşüb tez-tez mübahisə edib onu döymüş, Anar onu dəfələrlə döysədə polisə şikayət etməmişdir. 2007-ci ilin iyul ayında Təqsirləndirilən şəxs qardaşı arvadı Südabəyə bıçaqla çoxlu sayda xəsarətlər yetirdiyinə görə 11 il müddətinə həbs edilmişdir. Təqsirləndirilən şəxs həbs edildikdən sonra qaynı Hafiz öz yaşadığı evi satıb onların evinə köçüb yaşamışdır. Bir evdə yaşamağa başladıqdan sonra Südabənin ona olan nifrəti və kinli münasibətini görüb övladına nəsə edəcəyindən qorxub öz ata evinə köçmüşdür. Təqsirləndirilən şəxs həbsdən çıxdıqdan sonra bir neçə dəfə Şükür adlı Novosaratovka kənd sakini nömrəsi ilə onun anasının telefon nömrəsinə zəng edib onunla və qızı Hicranla danışmış, lakin onlarla görüşməmişdir. Qızı Təqsirləndirilən şəxs ilə danışıb görmək istədiyini dedikdə sonuncu hər dəfəsində gələcəyini bildirmişdir. Qızının son zəngi ilə əlaqədar Novosaratovka bazarından paltar alarkən Təqsirləndirilən şəxs bazarda qızı ilə görüşmüş və paltar almaq üçün ona pul vermişdir. Təqsirləndirilən şəxs ailəcanlı insan olmuş, belə ki, sonuncu hər dəfə telefonda danışarkən işlərini və sənədlərini qaydasına qoyub yenidən birlikdə yaşayacaqlarını demişdir. Təqsirləndirilən şəxs həbsdən çıxdıqdan sonra bildiyi qədəri ilə fəhləliklə məşğul olmuşdur. 11 mart 2020-ci il tarixdə o yaşadığı evin torpaq sahəsində işləyərkən Təqsirləndirilən şəxs həyətə daxil olub qızı ilə görüşüb təxminən 15-20 dəqiqə söhbət edib getmişdir. Həmin vaxt Anarın əynində tünd göy rəngli pencək və tünd göy rəngli şalvar, əlində isə göy rəngli selofan paket, sellofanın içində isə gödəkçə olmuşdur. Təqsirləndirilən şəxs onlarla söhbət edib Daryurd kəndində kiminsə həyətində kubik boşaltdığını bildirmiş, həmin vaxt Anarın üz hissəsində “bak" deyilən nahiyədə kəsik olmuşdur. Təqsirləndirilən şəxs üzünü qırxarkən kəsdiyini demişdir. Onlarda olarkən Təqsirləndirilən şəxs Kərimli kəndinə əmisi və bibisgilə gedib bayramlaşacağını, habelə atasının Kərimli kəndində yerləşən məzarını ziyarət edəcəyini bildirib getmişdir. Həmin gündən sonra o Təqsirləndirilən şəxs görməmiş və əlaqə saxlamamışdır. X33 sakini kimi tanıyır. Təqsirləndirilən şəxs ona Qəşəng Həsənovanı evində kirayəçi saxladığını dedikdə sonuncunun kənddə yüngül əxlaqlı biri kimi tanındığını deyib evdə saxlamamasını Anara tövsiyə etmişdir Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahidlər Şahid6 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid6 ibtidai istintaq orqanına verdiyi ifadəsində işin halları ilə bağlı Şahid7 göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 19 mart 2020-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə hadisə yeri Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evidir. Ev Novosaratovka kəndinin mərkəzində üzü X51 Bölməsi dayandıqda sağ tərəfdə asfalt yoldan təxminən 70 metr məsafədə yerləşir. Evin həyətyanı sahəsinə giriş həm yoldan, həmdə evin arxasındandır. Təqsirləndirilən şəxs evinə bitişik sonuncunun bacısına məxsus yeni tikilmiş ev, üzbəüzdə isə X27 məxsus fərdi yaşayış evi vardır. Təqsirləndirilən şəxs məxsus ev kürsülü olub giriş qapısı göy rəngli taxta qapıdandır. Qapı içəriyə doğru açıldıqda uzunluğu 11 metr, eni 3.6 metr olan zal vardır. Zalın sol tərəfi bütünlükdə pənəcərələrlə örtülmüş, sağ tərəfində isə 2 ədəd otaq vardır. Zalın ortasında və kənarlarında yaxma və damcı şəkilli qanabənzər ləkələr vardır. Sağdan 1-ci otağın uzunluğu 1.8 metr, eni 1.2 metrdir. Həmin otağın qarşısında qanabənzər ləkə aşkar edildi. Qeyd olunan otaqda qapının önündə üzərində yorğan-döşək və paltarlar olan yataq vardır. Yatağın üzərində qanabənzər ləkəyə bulaşmış kişi və qadın paltarı aşkar edildi. Həmin yatağa bitişik yan-yana yerləşmiş 1 ədəd şkaf və 1 ədəd servant vardır. Servantın önündə döşəmə üzərində kürəyi üzərində X10 çürümüş və şişmiş halda meyiti vardır. Qəşəng Həsənovanın meyitinə bitişik halda olan yatağın üzərində yataq üzlüyü və üzərində qanabənzər ləkələr olan qalstuk və balış vardır. Otağın zala baxan divarında yerləşən pəncərinin önündə üzərində qanabənzər ləkə, əl barmaq izi, həmçinin tük nümunəsi olan 1 ədəd şəffaf şüşə stəkan aşkar edildi. Pəncərənin yanında isə dəmir soba vardır. Otağın qapısının arxa tərəfində olan sütunda qanabənzər əl barmaq izi və qapının çərçivəsindən tük nümunəsi aşkar edildi. Bundan əlavə otağa giriş qapısının yanında üzərində qanabənzər ləkələrin olduğu 2 ədəd 0.5 litrlik “CAPPY” markalı meyvə şirsənin plastik qabları aşkar edildi. Qəşəng Həsənovanın meytinin aşkar edildiyi otaqdan çıxıb 2-ci otağa daxil olduqda həmin otağın boş olması müəyyən edildi. Həmin otağın qapısının önündə yaxma şəkilli qanabənzər ləkələr aşkar edilmişdir. Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcəyindən Qəşəng Həsənovanın meyitinin aşkar edildiyi otağın döşəmə, divar, habelə otaqda olan şkafların üzərində olan qanabənzər ləkələr pambığa hopdurmaqla götürülmüş 9 ədəd nümunə, üzərində qanabənzər ləkələrin olduğu 1 ədəd tünd göy rəngli kişi pencəyi, 1 ədəd tünd göy rəngli velvet materialdan kişi şalvarı, 1 ədəd açıq mavi rəngli xətli qısqol kişi köynəyi, 1 ədəd boz rəngli xətli uzunqol kişi köynəyi, 1 ədəd qalstuk, üzərində qanabənzər ləkənin olduğu 1 ədəd qara rəngli qadın şalvarı və 1 ədəd qırmızı rəngli qadın idman şalvarı, üzərində qanabənzər ləkələr olan 1 ədəd yataq örtüyü (adeyal), döşək üzlüyünün 1 ədəd kəsilmiş hissəsi, üzərində tük nümunəsi olan 1 ədəd balış, meyitin aşkar edildiyi otağın giriş qapısının zal tərəfdən olan hissəsində qapının önündə üzərində qanabənzər ləkə olan ayaqqabı altnın izinin yerləşdiyi 1 ədəd taxta parçası, meyitin aşkar edildiyi otağın giriş qapısının arxa tərəfində olan qanabənzər əl barmaq izinin yerləşdiyi qapının 1 ədəd kəsilmiş hissəsi və qapının çərçivəsində olan tük nümunəsi, üzərində qanabənzər ləkələrin olduğu 2 ədəd 0.5 litrlik “CAPPY” markalı meyvə şirsənin plastik qabları, habelə 1 ədəd 2.5 litrlik “FANTA” markalı şirənin palstik qabı, göy rəngli sellofan paket, habelə meyitin aşkar edildiyi otağın pəncərəsindən götürülmüş üzərində qanabənzər ləkə, əl barmaq izi, həmçinin tük nümunəsi olan 1 ədəd şəffaf şüşə stəkan müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 19 mart 2020-ci il tarixli “Meyitə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Qəşəng Həsənovanın meyitinin əynində göy rəngli don, açıq qəhvəyi rəngli uzun sintetik corab və narıncı rəngli bir cüt corab vardır. Müayinə olunan meyitdən kəskin çürümə iyi gəlir. Müayinə olunan meyit qadın cinsi olub, düzgün bədən qurluşludur, uzunluğu 155 sm-dir. Əllə toxunduqda meyit soyuqdur. Meyit qacıması müayinə olunan əzələ qruplarında boşalmışdır. Çürümə fonunda meyit ləkələrini təyin etmək mümkün deyildir. Meyit kəskin emfizematoz (şişmiş) vəziyyətdədir. Meyitin bütün bədən səthi çirkli yaşıla çalarlıdır. Meyitin bütün bədən səthində, eləcədə yuxarı ətraflarda çoxsaylı meyit suluqları vardır. Dərinin üst qatı kəskin çürümədən cüzi təzyiq etdikdə qopub aralanır. Qarnın aşağı hissələrində çürümə venoz toru müəyyən olunur. Boyun nahiyyəsində (ön və yan səthlərində) ağımtıl rəngli, çox saylı milçək sürfələri vardır. Başın tükləri cüzi təsirdən dəridən aralanır-qopur, çürümə fonunda başın tüklü hissəsində sol təpə nahiyyəsində 4x1 sm, alının sol yarsında 4x1,5 sm, sol gicgah nahiyyəsində 4x1 sm, 5x1,2 sm ölçüdə ətrafı göyümtül rəngli qançırlı, nahamar kənarlı yaralar, qaş arası nahiyədə 2x0,4sm ölçüdə nahamar kənarlı yara vardır. Göz qapaqları şişkin, örtülüdür, bəbəklər çürümə fonunda seçilmir. Sol gözün bayır bucağında 1,5x0,5sm ölçüdə nahamar kənarlı yara olub, burun sümükləri əllədikdə tamdır, burun boşluğundan çirkli bozumtul qanlı ifrazat gəlir. Ağzı yarı açıq vəziyyətdə olub dil bir qədər böyümüş halda diş xəttindən bayıra çıxmışdır, dişləri təbiidir, ağızdan çirkli bozumtul qanlı ifrazat axır. Alt çənənin sol yarsında 1,5x0,3sm ölçüdə nahamar kənarlı yara vardır. Boynu gövdəyə uyğun inkişaf etmiş, adi uzunluqda və qalınlıqdadır. Döş qəfəsi silindirik olub, simmetrikdir. Süd vəziləri kəskin şişmiş vəziyyətdədir. Qarnı qabırğa gövsündə hündürdür, köpmüşdür. Xarici cinsiyyət üzvləri qadın tipli olub, düzgün inkişaf etmişdir. Arxa keçəcək dəliyi sfinktorları boşalmış vəziyyətdədir, ətraf dərisi nəcislə bulaşmış, zədəsizdir. Yuxarı və aşağı ətraflar düzgün inkişaf etmiş, sümükləri əllədikdə tamdırlar. Sağ əlin üst səthində İV və V barmaq arası nahiyədə 1,5x0,5sm, İV barmağın əsas falanqasının üst səthində göyümtül rəngli qançır fonunda 0,6x0,2sm ölçüdə nahamar kənarlı yara vardır. Sağ əlin İİİ barmağı göyümtül rəngli qançırlıdır, əsas falanqasının üst səthində 1,4x0,5sm ölçüdə nahamar kənarlı yara vardır, əsas falanqa sümüyü qəlpəli sınmışdır. Sağ əlin İİ barmağının əsasorta falanqa oynağının üst səthində 1,6x0,4sm ölçüdə nahamar kənarlı yara vardır. Sol əlin üst səthində İİİ və İV daraq sümükləri proyeksiyasında 3x1 sm ölçüdə nahamar kənarlı yara vardır. Sol əlin İV daraq-falanqa oynağı proyeksiyasında 1x0,3sm,3-cü barmağın əsas-orta falanqa oynağının üst səthində 1,2x0,3sm,üc falanqanın üst səthində 1x0,4sm ölçüdə nahamar kənarlı yara vardır. Sağ budun orta üçdə birinin ön səthində 4x3,7sm ölçüdə göyümtül rəngli qançır vardır. Meyitə baxış zamanı yuxarıda qeyd olunan xəsarətlərdən başqa digər xəsarət aşkar edilmədi. Qəşəng Həsənovanın meyitinin xarici müayinəsi zamanı iş üçün əhəmiyyət kəsb edə biləcəyindən saç nümunəsi və əynindəki paltarlar müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, «MTE və PA» ETT Birliyinin ekspertiza mərkəzinin 19.03.2020-ci il tarixli 08 nömrəli rəyindən görünür ki, X1 meytinin bədənində aşkar edilmiş xəsarətlər – başın tüklü hissəsinin - sol təpə nahiyyəsinin əzilmiş yarası ilə (1 ədəd) müşayət olunan açıq kəllə-beyin travması, sol təpə sümüyünün basılmış sınığı, baş beyin maddəsinə və qişalarına qansızma, başın tüklü hissəsinin - sol alın, sol gicgah nahiyyəsinin (3 ədəd), qaş arasının, sol gözün bayır bucağının, alt çənənin əzilmiş yaraları, sağ əlin 2-4-cü barmağının, 4-5-ci barmaq arası nahiyyənin əzilmiş yaraları, sağ əlin 3-cü barmağının əzilmiş yarası ilə müşaiyət olunan əsas falanqanın qəlpəli sınığı, sol əlin üst səthinin əzilmiş (5 ədəd) yaraları, sağ budun qançırı küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri müayinədən 8-10 gün əvvələ uyğun gəlir, qeyd olunan xəsarətlər həyati olmaqla mərhumun ölümündən az əvvəl törənmişlər. Qeyd olunan xəsarətlərdən başın əzilmiş yarası ilə (1 ədəd) müşayət olunan açıq kəllə-beyin travması, sol təpə sümüyünün basılmış sınığı, baş beyin maddəsinə və qişalarına qansızma həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə, sağ əlin 3-cü barmağının əzilmiş yarası ilə müşayət olunan əsas falanqanın qəlpəli sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər vurma əlamətlərinə, digər xəsarətlər (başın digər 3 ədəd, qaş arasının, sol gözün bayır bucağının, alt çənənin, sağ əlin 2,4-cü barmaqlarının, sol əlin əzilmiş yaraları) isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurma əlamətlərinə malikdirlər, sağ budun qançırı isə dərəcələri təyin olunmayan xəsarətlərin əlamətlərinə malikdirlər. X10 ölümünə səbəb açıq kəllə-beyin travması, baş beyin maddəsinə və beyin qişalarına qansızma olmuşdur. Mərhumun ölümü gecikmiş meyit əlamətlərinin inkişafına əsasən demək olar ki, meyitin müayinəsindən (meyitxanada) 8-10 gün əvvəl müddətə baş vermişdir. Mərhumun meyitinin bədənində aşkar edilmiş xəsarətlərlə onun ölümü bir başa səbəbli əlaqəlidir. X1 meytinin bədəni üzərində aşkar edilmiş xəsarətlərin qarşılıqlı mübarizə zamanı törənə bilmələri inkar edilmir. X1 meytinin bədəni üzərində iti alətlə yetiriləməyə xarakterik xəsarət aşkar edilmədi. X4 aşkar edilmiş xəsarətləri ayaq üstə qarşı-qarşıya və ya yerdə uzanmış vəziyyətdə alması daha çox ehtimal olunan vəziyyətlərdir. X1 arxa keçəcək dəliyi ətrafında zorakılıq üçün xarakterik olan hər hansı bir xəsarət aşkar edilmədi. X2 aldığı xəsarətlərdən sonra qısa bir müddət sağ qala və qeyri iradi hərəkətlər edə bilərdi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Kompleks məhkəmə daktiloskopik və məhkəmə trasoloji ekspertizasının 29 aprel 2020-ci il tarixli, 3/213, 3/315 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş taxta parçasının üzərində olan ayaqqabı altlığından qalan iz təxminən 40-41 ölçülü kişi ayaqqabısının altlıq hissəsindən qalmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 may 2020-ci il tarixli, 6/371 nömrəli Məhkəmə lifli materiallar ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, X10 meyitinə baxış zamanı götürülmüş geyim paltarları, hadisə yerinə baxış zamanı götürülmüş geyim paltarları, bir ədəd yataq örtüyü, balış və döşək üzlüyünün kəsilmiş hissəsinin üzərlərində kənar lif mikrohissəcikləri vardır. Həmin kənar lif mikrohissəcikərinin arasında, - X10 meyitinə baxış zamanı götürülmüş geyim paltarlarının üzərində hadisə yerinə baxış zamanı götürülmüş geyim paltarlarının (iki ədəd köynək, bir ədəd şalvar və bir ədəd qalstuk) tərkib liflərindən yoxdur; Hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd göy rəngli pencəyin üzərindən tapılmış tünd göy rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə X10 donunun tərkib liflərinə uyğun gəlirlər: Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə tibbi bioloji ekspertizasının 01 iyun 2020-ci il tarixli, 260/2020-MTBŞ nömrəli rəyindən görünür ki, zərərçəkmiş X10 təqdim olunan portal vərəqəsinin kserosurətinə əsasən qan qrupu-A/İİ/-dur. Ekspertizaya təqdim olunan Qəşəng Həsənovaya məxsus don, alt mayka, lifçik, 01 cüt corab, hadisə yerindən götürülmüş vilvet şalvar, pencək, 02 ədəd köynək, qalstuk, idman şalvarı, qadın şalvarı, parça kəsiyi, yastıq, odeyal, 09 ədəd çubuqlu pambıq tampon, polietilen paket, 02 ədəd taxta parçası, 01 ədəd stəkan, 01 ədəd «FANTA», 02 ədəd «CAPPY» meyvə şirəsinin plastik butulkaların üzərində insan qanı ləkələri aşkar olundu. Tədqiq olunan qan ləkələrində qrup antigenləri və aqqlyutininləri ABO sistemi üzrə təyin olunduqda yalnız «A» antigeni alındı. Bu qan ləkələri Abeta/İİ/ qruplu şəxsə, o cümlədən X16 məxsus ola bilər (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa). Ekspertizaya təqdim edilmiş «stəkanın, yastığın üzərindən və qapının çərçivəsindən götürülmüş /hər birindən 01 ədəd olmaqla/ 03 ədəd obyektlər insanın baş tükləridir. Bu tüklər X10 baş tükü nümunələri ilə morfoloji xüsusiyyətlərinə görə müqayisə olundular. Bu zaman bu tüklər ilə X10 baş tükü nümunələri arasında uyğunluq aşkar olundu və tüklərin ona məxsus olması inkar olunmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə tibbi kriminalistik ekspertizasının 01 iyun 2020-ci il tarixli, 159-MTKŞ/2020 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş X2na məxsus donun sağ qolunda cırılma xarakterli zədə aşkar olundu. Bu zədə küt yaranma mexanizminə malik olub, donun müvafiq nahiyəsinin dartılması nəticəsində müxtəlif şəraitlərdə əmələ gələ bilərdi. Ekspertizaya təqdim edilmiş Qəşəng Həsənovaya məxsus qolsuz mayka, büstqalter və bir cüt corab üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş hadisə yerindən götürülmüş pencəyin ön səthində sağda tikilmiş düymələrdən birinin (yuxarıdan saymaqla 2-ci düymə) öz yerində olmaması aşkar olundu. Bu düymənin öz yerində olmaması pencəyin müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə (dartmaqla) qopub düşməsi ilə izah oluna bilərdi. Ekspertizaya təqdim edilmiş hadisə yerindən götürülmüş bir ədəd qara rəngli qadın şalvarı, bir ədəd qırmızı rəngli qadın şalvarı, bir ədəd velvet materialdan kişi şalvarı, qalstuk və iki köynəyin üzərində əhəmiyyət kəsb edən hər-hansı bir zədə aşkar olunmadı. X1 bədənində aşkar edilmiş xəsarətlər öz xarakteri və yerləşmələrinə görə bədənin müvafiq nahiyələrini paltarlarla örtülmədiyi üçün ona məxsus paltarlarda öz əksini tapmamışdırlar. X10 bədənində aşkar edilmiş xəsarətlərə və ona məxsus donun üzərində olan zədəyə görə o, xəsarətləri alan zaman müxtəlif duruş və xəsarət yetirən şəxslə müxtəlif qarşılıqla vəziyyətlərdə ola bilərdi, zədə nahiyyələri isə iz törədən alətə (alətlərə) doğru yönəlmiş vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Kompleks məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertizasının 17 aprel 2021-ci il tarixli, 205/60 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin psixopatik çizgiləri) baxmayaraq o, hazırki cinayət əməlini törədərkən, yəni 11 mart 2012-ci il tarixdə öz əməlinn faktiki xarakterini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. O, başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyilli deyildir. Təqsirləndirilən şəxs 11.03.2020-ci il tarixdə cinayət əməlini törədərkən əsəbi psixi emosional halda olmuşdur. Təqsirləndirilən şəxs 11.03.2020-ci il tarixdə cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs 11.03.2020-ci il tarixdə cinayət əməlini törədərkən keçirdiyi emosional halın yaranma səbəblərindən biri zərərçəkmişlə aralarında olan mübahisə ola bilər. Təqsirləndirilən şəxs 11.03.2020-ci il tarixdə cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs fərdixüsusiyyətlərini nəzərə alaraq o, cinayət hadisəsinin baş verdiyi şəraiti, iş üçün əhəmiyyətli olan halları düzgün qavraya bilərdi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 28 aprel 2020-ci il tarixli, 001-24711-1220 nömrəli məktubundan görünür ki, 13 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına göndərilmiş sorğuya cavab məktubunda göstərilmişdir ki, Ermənistan Respublikasının müvafiq qurumları Azərbaycan Respublikasının vətəndaşı, 01.05.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Ermənistan ərazisinə keçdiyi və saxlanıldığı barədə 01 aprel 2020-ci il tarixdə aidiyyəti beynəlxalq təşkilatlara məlumat vermişdir. Həmçinin 03 aprel 2020-ci il tarixdə beynəlxalq təşkilatların nümayəndələri tərəfindən saxlanma şəraitinin qiymətləndirilməsi üçün Təqsirləndirilən şəxs baş çəkilmiş, eyni zamanda qeyd olunan orqan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına qaytarılması ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti beynəlxalq təşkilatlara müraciət etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İNTERPOL-un Milli Mərkəzi Bürosunun 16 iyul 2020-ci il tarixli, 021-8376-1220 nömrəli məktubundan görünür ki, beynəlxalq axtarışda olan Təqsirləndirilən şəxs həbs edilərək respublikasnın hüquq-mühafizə orqanlarına təhvil verilməsində köməklik göstərilməsi məqsədilə İNTERPOL-un Baş Katibliyinə rəsmi sorğu göndərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 oktyabr 2021-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X12 27.10.2021-cil tarixdə dəqiqləşdirilmiş ürək dayanmasından vəfat etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 23 fevral 2022-ci il tarixli ərizədən görünür ki, X22 ərizə ilə müraciət edərək, X10 hüquqi varisi X12 vəfat eydiyindən zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmasını xaiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi iş üzrə toplanmış sübutların məcmusu ilə kifayət qədər təsdiqini tapdığından 20 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilmiş, lakin ölkə hüdudlarından kənarda olması səbəbindən ittihamın ona elan edilməsi mümkün olmadığından Gədəbəy rayon məhkəməsinin 22 aprel 2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə dövlətlərarası axtarışı elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, cinayət işi üzrə icraatın dayandırılması haqqında 01 may 2020-ci il tarixli qərardan görünür ki, iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinin tələbinə əsasən dayandırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 03.02.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə 28 yanvar 2021-ci il tarixdə Rusiya Sülhməramlıları tərəfindən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə təhvil verilmişdir. Gədəbəy rayon prokurorluğuna 01 fevral 2021-ci il tarixdə daxil olmuş məlumat əsasında həmin tarixdə iş üzrə icraat təzələnərək Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq təcridxanasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs 16 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 120.1 və 318.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 14 iyun 2021-ci il tarixli “əşyanın tanımya təqdim edilməsi haqqında” protokollardan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yerindən aşkar olunaraq götürülmüş 1 ədəd tünd göy rəngli kişi pencəyi, 1 ədəd boz rəngli xətli uzunqol kişi köynəyi və 1 ədəd qalstuk tanınması üçün Təqsirləndirilən şəxs təqdim edilmiş, sonuncu həmin əşyaları tanıyaraq həmin paltarların cinayəti törədərkən əynində olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 26 iyul 2021-ci il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Məmmədov X34 başından və üzündən yumruq zərbələri vurub onun saçından tutaraq divara və şkafa çırpmağa başladığını, həmçinin Qəşəngin də onun boğazından tutub boğduğunu, qarnına, başına yumruqla vuraraq əlindən çıxmağa çalışdığını, belə olduqda Qəşəngin başını otağın qapısına, qapının tininə, divara vurduğunu, Qəşəngin sakitləşmədiyini görüb saçından tutub yatdıqları yatağın aşağı sağ küncünə zərblə çırpdıqdan sonra Qəşəngin səndələyib yatağın üzərinə uzandığını və bir neçə saniyə sonra döşəməyə yıxıldığını, bundan sonra qorxduğu üçün eyvanda içində su olan plastik qabı götürüb pəncərəni açaraq əlini, üzünü yuyub pəncərəni bağladığını, sonra əynindəki köynək və pencək qan olduğu, habelə cırıldığı üçün dəyişib qısaqol köynək və qara gödəkcə geyindiyini, paltarlarını dəyişdikdən sonra ayaqqabısını geyinib Qəşəngində mobil telefonunu götürərək saat təxminən 20 radələrində evdən çıxdığını, yolda olarkən Şahid3 bir neçə dəfə Qəşəngin telefonuna zəng edib sonuncunu soruşduğunu, hər dəfə Abdulmütalibə gah Qəşəngin tualetdə olması, gah da işi olması barədə yalan sözlər dediyini, Abdulmütalib sonuncu dəfə Qəşəngə zəng edərkən isə telefona acıqlı cavab verib Qəşəngin danışa bilmədiyini deyərək ondan bir daha zəng etməməsini tələb edib telefonu söndürdüyünü və telefonu Novosaratovka çayına atdığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Psixonevroloji Dispanserinin 24.04.2020-ci il tarixli 1651 nömrəli arayışından görünür ki, 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs dispanser müşahidəsində deyil. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gədəbəy rayon Mərkəzi Xəstəxanasının 07.04.2020tarixli, 149 saylı arayışından görünür ki, əmmədov Anar Qiyas oğlu narkoloji xəstəliklərin qeydiyyatında durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən verilmiş 16 aprel 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs, Gədəbəy rayon Məhkəməsinin 18 iyul 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 132 və 127.1-ci maddələri ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 23 oktyabr 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 120.2.4 və 128-ci maddələri ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gədəbəy rayon məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə 09 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gədəbəy rayon Məhkəməsinin 18 iyul 2006-cı il tarixli, 1-12.2006 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 132 və 127.1-ci maddələri ilə təqsirli bilinib, 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gədəbəy rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 1(042)-26/2019 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, şübhəli şəxs qismində tutulduğu 2 gün ona təyin edilmiş 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində 9 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 23 oktyabr 2007-ci il tarixli A-1206/2007 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.2.4 və 128-ci maddələri ilə təqsirli bilinərək 11 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.Cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gədəbəy rayon məhkəməsinin 20 may 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 19 iyul 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında 26 may 2021-ci il tarixli protokoldan görünür ki, keçirilmiş baxışla zərərçəkmiş şəxs X10 istifadəsində olmuş ***- ***-**-** mobil nömrə ilə sonuncu telefon danışığının Şahid3 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə 11 mart 2020-ci il tarixdə saat 19:36:22-də aparılması, Qəşəng Həsənovanın istifadəsində olan həmin mobil nömrənin quraşdırıldığı telefon cihazının 11 mart 2020-ci il tarixdə 19:36-da Gədəbəy rayonu, Qızılqaya kəndi ərazisində quraşdırılmış antena əhatə dairəsində qeydə alınması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15 iyun 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Qəşəng Həsənovanın meyitinin aşkar edildiyi otağın döşəmə, divar, habelə otaqda olan şkafların üzərindən pambıq tampona hopdurulma yolu ilə götürülmüş 9 ədəd qan nümunəsi, üzərində qan ləkələri olan 1 ədəd tünd göy rəngli kişi pencəyi, 1 ədəd tünd göy rəngli velvet materialdan kişi şalvarı, 1 ədəd açıq mavi rəngli xətli qısqol kişi köynəyi, 1 ədəd boz rəngli xətli uzunqol kişi köynəyi, 1 ədəd qalstuk, üzərində qan ləkələrinin olan 1 ədəd qara rəngli qadın şalvarı və 1 ədəd qırmızı rəngli qadın idman şalvarı, üzərində qan ləkələri olan 1 ədəd yataq örtüyü (adeyal), döşək üzlüyünün 1 ədəd kəsilmiş hissəsi, üzərində tük nümunəsi olan 1 ədəd balış, meyitin aşkar edildiyi otağın giriş qapısının zal tərəfdən olan hissəsində qapının önündə üzərində qan ləkəsi olan ayaqqabı altnın izinin yerləşdiyi 1 ədəd taxta parçası, meyitin aşkar edildiyi otağın giriş qapısının arxa tərəfində olan qanlı əl barmaq izinin yerləşdiyi qapının 1 ədəd kəsilmiş hissəsi, 3 ədəd tük nümunəsi, üzərində qan ləkələri olan 2 ədəd 0.5 litrlik “CAPPY” markalı meyvə şirsənin plastik qabları, 1 ədəd 2.5 litrlik “FANTA” markalı şirənin palstik qabı, göy rəngli sellofan paket, habelə meyitin aşkar edildiyi otağın pəncərəsindən götürülmüş üzərində qan ləkəsi, 1 ədəd şəffaf şüşə stəkan, Qəşəng Həsənovanın hadisə zamanı əynində olmuş 1 ədəd don, 1 ədəd alt maykası, 1 ədəd liftçik, 1 cüt corab iş üzrə maddi sübut kimi tanınmışdır. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 318.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd olunan cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən X29 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 318.1-ci maddələri ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM 18-ci maddə Cinayətlərin residivi aşağıdakı hallarda xüsusilə təhlükəli sayılır 18.3.3. qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsində residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 56.1.4. cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin xüsusilə təhlükəli residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri isə hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətnə daxil edilir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun tutulduğu 28 yanvar 2021-ci il tarixdən hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən məhkəmə qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Gədəbəy rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Qəşəng Həsənovanın meyitinin aşkar edildiyi otağın döşəmə, divar, habelə otaqda olan şkafların üzərindən pambıq tampona hopdurulma yolu ilə götürülmüş 9 ədəd qan nümunəsi, üzərində qan ləkələri olan 1 ədəd tünd göy rəngli kişi pencəyi, 1 ədəd tünd göy rəngli velvet materialdan kişi şalvarı, 1 ədəd açıq mavi rəngli xətli qısqol kişi köynəyi, 1 ədəd boz rəngli xətli uzunqol kişi köynəyi, 1 ədəd qalstuk, üzərində qan ləkələrinin olan 1 ədəd qara rəngli qadın şalvarı və 1 ədəd qırmızı rəngli qadın idman şalvarı, üzərində qan ləkələri olan 1 ədəd yataq örtüyü (adeyal), döşək üzlüyünün 1 ədəd kəsilmiş hissəsi, üzərində tük nümunəsi olan 1 ədəd balış, meyitin aşkar edildiyi otağın giriş qapısının zal tərəfdən olan hissəsində qapının önündə üzərində qan ləkəsi olan ayaqqabı altnın izinin yerləşdiyi 1 ədəd taxta parçası, meyitin aşkar edildiyi otağın giriş qapısının arxa tərəfində olan qanlı əl barmaq izinin yerləşdiyi qapının 1 ədəd kəsilmiş hissəsi, 3 ədəd tük nümunəsi, üzərində qan ləkələri olan 2 ədəd 0.5 litrlik “CAPPY” markalı meyvə şirsənin plastik qabları, 1 ədəd 2.5 litrlik “FANTA” markalı şirənin palstik qabı, göy rəngli sellofan paket, habelə meyitin aşkar edildiyi otağın pəncərəsindən götürülmüş üzərində qan ləkəsi, 1 ədəd şəffaf şüşə stəkan, Qəşəng Həsənovanın hadisə zamanı əynində olmuş 1 ədəd don, 1 ədəd alt maykası, 1 ədəd liftçik, 1 cüt corab məhv edilməlidir. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə 465,45 (dörd yüz altmış beş manat qırx beş qəpik) məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-ci maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi təqsirləndirilən şəxsin üzərinə qoyulmalıdır. Odur ki, 465,45 (dörd yüz altmış beş manat qırx beş qəpik) məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi oğlu həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 25 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 150 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.1 və 318.1-ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-cü maddəsi ilə 13 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 13 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlanıldığı müddət təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin əvvəli tutulduğu 28 yanvar 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut hesab edilən və Gədəbəy rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Qəşəng Həsənovanın meyitinin aşkar edildiyi otağın döşəmə, divar, habelə otaqda olan şkafların üzərindən pambıq tampona hopdurulma yolu ilə götürülmüş 9 ədəd qan nümunəsi, üzərində qan ləkələri olan 1 ədəd tünd göy rəngli kişi pencəyi, 1 ədəd tünd göy rəngli velvet materialdan kişi şalvarı, 1 ədəd açıq mavi rəngli xətli qısqol kişi köynəyi, 1 ədəd boz rəngli xətli uzunqol kişi köynəyi, 1 ədəd qalstuk, üzərində qan ləkələrinin olan 1 ədəd qara rəngli qadın şalvarı və 1 ədəd qırmızı rəngli qadın idman şalvarı, üzərində qan ləkələri olan 1 ədəd yataq örtüyü (adeyal), döşək üzlüyünün 1 ədəd kəsilmiş hissəsi, üzərində tük nümunəsi olan 1 ədəd balış, meyitin aşkar edildiyi otağın giriş qapısının zal tərəfdən olan hissəsində qapının önündə üzərində qan ləkəsi olan ayaqqabı altnın izinin yerləşdiyi 1 ədəd taxta parçası, meyitin aşkar edildiyi otağın giriş qapısının arxa tərəfində olan qanlı əl barmaq izinin yerləşdiyi qapının 1 ədəd kəsilmiş hissəsi, 3 ədəd tük nümunəsi, üzərində qan ləkələri olan 2 ədəd 0.5 litrlik “CAPPY” markalı meyvə şirsənin plastik qabları, 1 ədəd 2.5 litrlik “FANTA” markalı şirənin palstik qabı, göy rəngli sellofan paket, habelə meyitin aşkar edildiyi otağın pəncərəsindən götürülmüş üzərində qan ləkəsi, 1 ədəd şəffaf şüşə stəkan, Qəşəng Həsənovanın hadisə zamanı əynində olmuş 1 ədəd don, 1 ədəd alt maykası, 1 ədəd liftçik, 1 cüt corab məhv edilsin. İş üzrə 465,45 (dörd yüz altmış beş manat qırx beş qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi oğluna işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 150 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:

1. (sədrlik edən) Elmin Rüstəmov

2. Faiq Mahmudov

3. Xəqani Səmədov Düzdür: Hakim: Elmin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar