Məhkəmə qərarları › İş №1(100)-52/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-52/2023

06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-52/2023 06.09.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və X2 ibarət tərkibdə, X11, X9, X6 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işsiz, Gəncə şəhəri, Ozan küçəsi ev 143də qeydiyyatda olmaqla həbs olunanadək Gəncə şəhəri, N.Yusifbəyli küçəsi ev 2-də müvəqqəti olaraq kirayədə yaşayan, barəsində “həbs”qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımış və satmışdır. Belə ki, o, məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda, yəni ümumi təmiz çəkisi 24956.03 qram olmaqla tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib eyni məqsəd ilə üzərində və kirayədə yaşadığı Gəncə şəhəri, Nəsifbəy Yusifbəyli küçəsində yerləşən 2 nömrəli fərdi yaşayış evində gizlədərək saxlamış,12 yanvar 2022-ci il tarixdə Gəncə şəhəri ərazisində 1 ədəd kibrit qutusunda olmaqla 1.68 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananı 20 manat pul müqabilində tanışı Şahid1 qanunsuz olaraq satmış, 12 yanvar 2022-ci il tarixdə, saat 11 radələrində Şahid1 Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz olaraq əldə edib üzərində saxlamaqda şübhəli bilindiyinə görə Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Şah Abbas” məscidinin yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli qış gödəkçəsinin sol iç cibindən 1 ədəd kibrit qutusunda olmaqla qanunsuz olaraq ondan almış olduğu 1.68 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə o, həmin gün, saat 16:30 radələrində Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Gəncə şəhəri İcra Hakimiyyəti binasının yaxınlığında saxlanılaraq Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtraış aparılan zaman əynindəki boz rəngli paltonun sol iç cibindən 2 ədəd kibrit qutusunda olmaqla hər birinin ayrıayrılıqda təmiz çəkiləri 2.02 qram və 2.43 qram təşkil edən, həmçinin əynində olan şalvarın kəmərinə keçirilmiş 1 ədəd sarı rəngli sellofan torbanın içərisində olmaqla 64.90 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə həmin gün, saat 18 radələrində onun kirayədə yaşadığı Gəncə şəhəri, Nəsifbəy Yusifbəyli küçəsində yerləşən 2 nömrəli fərdi yaşayış evinə baxış keçirilən zaman evin yaşayış otağından 1 ədəd bazar torbasının içərisində olmaqla 3 ədəd kibrit qutularında qablaşdırıb gizlətməklə satış məqsədi ilə saxladığıayrı-ayrılıqda təmiz çəkiləri 1.95 qram, 1.53 qram, 1.52 qram təşkil edən və həmin torbanın içərisində açıq vəziyyətdə olmaqla 6850 qram təmiz çəkidə, habelə1 ədəd digər bazar torbasının içərisində olmaqla 18030 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismın təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4ar 2022-ci il tarixdə, saat 16 radələrində Gəncə şəhəri, Nizami rayonu ərazisində yerləşən İcra haimiyyətinin yaxınlığında olarkən mülki geyimdə olan 4 nəfər şəxslər ona yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Onu Gəncə şəhər Baş Polis İdarəsinə dəvət etmişlər. O, polis əməkdaşlarının dəvəti ilə onlarla birlikdə Gəncə şəhər Baş Polis İdarəsinə getmişdir. Gəncə şəhər Baş Polis İdarəsində ona narkotik vasitənin saxlanılmasında və daşınmasında şübhəli olduğunu bildirərək ona müdafiə hüququ izah edilmişdir. Bundan sonra o, Müdafiəçisi kimi dəvət edilməsini xahiş etdiyindən, Müdafiəçi dəvət olunmuş ona təqdim olunmuş və onun tərəfindən hüquqlarının müdafiə olunmasına etiraz etməmişdir. Daha sonra videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya, predmet, dövriyyəsi qadağan edilmiş narkotik vasitə varsa çıxardıb təqdim etməsi ona təklif edilmişdir. O, isə həmin vaxt üzərində olan 2 ədəd freedom kibrit qutusunun və 1 ədəd sarı rəngli sellofan torbanın içərisində olan kütləni təqdim etmişdir. Sorğ-sual zamanı həmin kütlələrin içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Sonra müdafiəçinin və digər iştirakçıların iştirakı ilə üzərindən aşkar olunub götürülmüş içərisində narkotik vasitə olan kütlələr aptek tərəzisində çəkilmiş, 1 ədəd kibrit qutusunun çəkisi 4,94 qram, digər kibrit qutusunun içərisində 4,97 qram, sarı rəngli sellofan torbanın içərisində ümumi çəkisi 75,58 qram narkotik vasitə olan qurudulmuş marixuana olması müəyyən edilmişdir. Sorğu zamanı O, həmin çəkilərdə olan narkotik vasitələrin özünə məxsus olduğunu, həmin kütlədən istifadə etmədiyini, narkotik vasitələri Gəncə şəhəri «Bayraq meydanı» yaxınlığında Gəncə çayı üzərindəki körpünün altından dərədən tapdığını, həmin narkotik vasitədən satdığını bildirmişdir. Polis əməkdaşları yaşadığı ünvanda və digər yerlərdə narkotik vasitə gizlədibgizlətmədiyini soruşanda O, yaşadığı Nəsifbəy Yusifbəyli küçəsi 2 ünvanında da həmin narkotik vasitə saxladığını demişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitə qablaşdırılmış, zərfə qoyularaq möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, O, və baxış zamanı iştirak edən digər şəxslər tərəfindən imzalalmamışdır. Daha sonra yaşadığı ünvana baxış keçirilməsinə etiraz etməməyi barədə ərizə vermiş və müdafiəçi ilə birlikdə yaşadığı ünvana baxış keçirilməsinə getmişlər. Baxış zamanı yaşadığı ünvanda saxladığı narkotik vasitəni çıxarıb təqdim etməyini ona bildirmişlər. O, isə evin ona məxsus otağında saxladığı 2 ədəd kisədə olan narkotik vasitə olan qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. Həmin narkotik vasitəni də Gəncə şəhəri «Bayraq meydanı» yaxınlığında Gəncə çayı üzərindəki körpünün altından dərədən yerdən tapdığını bildirmişdir. Polis əməkdaşları kiməsə narkotik vasitə satıb-satmadığını soruşanda O, bildirmişdir ki, yaşadığı evdə saxladığı narkotik vasitə olan qurudulmuş marixuanadan bir ədəd kibrit qutusunu 20 manat qarşılığında 3-4 dəfə satmışdır. Bundan sonra yaşadığı evdə saxladığı 2 ədəd torba ayrı-ayrılıqda çəkilərək birinin çəkisi 18,055 qram, digərinin çəkisi isə 6,930 qram olması müəyyən olunmuşdur. Daha sonra aşkar edilmiş kisələrdə olan narkotik vasitə olan marixuana qablaşdırılmış və 91 saylı möhürlə möhürlənmişdir, bu barədə tərtib olunmuş protokolu o və baxış zamanı iştirak edən digər şəxslər imzalamışlar. Üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananı xatırlamadığı tarixdə Gəncə şəhəri «Bayraq meydanı» yaxınlığında Gəncə çayı üzərindəki körpünün altından dərədən yerdən tapmışdır. Eyni zamanda polis əməkdaşları tərəfindən saxlanıldığı gün əvvəllər tanımadığı, adını sonradan bildiyi Elnur adlı şəxsə 20 manat qarşılığında bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana satmışdır. Eyni zamanda Elnura bir neçə gün əvvəl də bir ədəd kibrit qutusu 20 manat müqabilində narkotik vasitə olan qurudulmuş marixuana satmışdır. 12 yanvar 2022-ci il tarixdə onu polis əməkdaşları saxlayan zaman ətrafda heç kəs olmadığından onları heç kəs görməmiş və yanındada heç kəs olmamışdır. Onun evində narkotik saxlaması barədə heç kimin məlumatı olmamışdır. O, mobil telefondan istifadə etmir, ümumiyyətlə heç vaxt onun mobil telefonu olmamışdır. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, onlar tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid1 xx.xx.2022-ci il tarixdə saat 11:45 radələrində Gəncə şəhəri, X16 yaxınlığında saxlanılaraq Gəncə şəhər BPİ-nə gətirilmiş və sonuncu xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmaqla müdafiəçi ilə təmin olunmuşdur. Şahid1 şübhəli şəxs qismində tutulduqdan sonra Polis İdarəsində video kamera vasitəsi ilə müdafiəçi X3 iştirakı ilə ona hüquqları izah edildikdən sonra onun üzərində şəxsi axtarış aparılmış, Elnurun əynində olan göy rəngli qış gödəkçəsinin sol yan içcibindən 1 ədəd kibrit qutusunun içərisində olan kütlə aşkar edilərək götürülmüşdür. Həmin kütlənin nə olması barədə sorğu-sual zamanı Şahid1 həmin bükülünün “nəşə” adlanan narkotik vasitə olmasının bildirmiş və həmin kütləni Elmir adlı şəxsdən 20 manata aldığını, sonuncu dəfə həmin gün 20 manat pula verib aldığını bildirmişdir. Həmin kütlə müdafiəçinin və axtarış iştirakçılarının iştirakı ilə elektron tərzidə çəkilmiş və büküldüyü kibrit qutusu ilə birlikdə ümumi çəkisi 5,11 (beş tam yüzdə on bir) qram gəlmişdir. Şahid1 götürülmüş kütlə qablaşdırılaraq tərkibinin və dəqiq çəkisinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin Gəncə Regional bölməsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Gəncə şəhər İcra Hakimiyyətinin yaxınlığında saxlanılaraq Gəncə şəhər BPİ-nə gətirilmiş ona hüquq və vəzifələri izah olunmaqla müdafiəçi ilə təmin olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra Polis İdarəsində video kamera vasitəsi ilə Müdafiəçi iştirakı ilə Elmirə hüquqları izah edildikdən sonra onun üzərində şəxsi axtarış aparılmışdır. Üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan boz rəngli paltonun sol iç yancibindən 2 ədəd kibrit qutusu və kəmərinə keçirilmiş halda 1 ədəd sarı rəngli sellofan torba aşkar edilərək götürülmüşdür. Həmin kütlənin nə olması soruşulan zaman Təqsirləndirilən şəxs həmin bükülünün narkotik vasitə olan marixuana olduğunu, kütlələrin ona məxsus olduğunu, həmin kütlələri Gəncə şəhəri ərazisində yerləşən Bayraq meydanının yaxınlığında Gəncə çayı üzərində yerləşən körpünün altındakı dərədə çənin altından tapdığını, satmaq üçün üzərində gəzdirdiyini, həmin kütlədən istifadə etmədiyini, həmin kütlədən 3-4 qutu bir nəfər cavan oğlana satdığını və həmin kütlədən kirayədə yaşadığı ünvandada saxladığını bildirmişdir. Həmin kütlələr müdafiəçinin və axtarış iştirakçılarının iştirakı ilə elektron tərəzidə çəkilmiş və ümumi təmiz çəkiləri 4,94 (dörd tam yüzdə doxsan dörd) qram, 4,97 (dörd tam yüzdə doxsan yeddi qram, 75,58 (yetmiş beş tam yüzdə əlli səkkiz) qramolmuşdur. Bundan sonra adları yuxarıda qeyd edilmiş polis əməkdaşlarının Təqsirləndirilən şəxs və müdafiçəsi Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvana Təqsirləndirilən şəxs və ev sahibi Şahid8 razılığı ilə baxış keçirilmişdir. Baxış zamanı həmin evdən iki ədəd bazar torbalarında narkotik tərkibli marixuanaya bənzər kütlələr aşkar edilmişdirş Həmin kütlələr torba ilə birlikdə tərəzidə çəkilmiş bazar torbalarından birinin çəkisi 18055 qram, digərinin çəkisi isə 6930 qramolmuşdur. Bundan sonra aşkar edilmiş kütlələr də qablaşdırılaraq öhürlənmiş, tərkibinin və dəqiq çəkisinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin Gəncə Regional bölməsinə göndərilmişdir. Məhkəmə iclasında şahidlər Şahid6, Şahid7 oxşar ifadlər verərək Şahid5 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 12 yanvar 2022-ci il tarixdə, saat 18 radələrində yaşadığı ünvanda olduğu zaman polis əməkdaşları onun yaşadığı ünvana gələrək evində kirayədə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz döviyyəsində şübhəli olduğu üçün tutulduğunu bildirmişlər və ondan evə baxış keçirmək üçün icazə istəmişlər. O, da polis əməkdaşlarına heç bir etiraz etməyərək evində baxış keçirilməsinə razılış vermiş və bu barədə ərizə yazmışdır. Daha sonra yaşadığı ünvanda Təqsirləndirilən şəxs kirayəyə verdiyi otağa videoçəkilişlə baxış keçirilmiş, baxışdan sonra polis əməkdaşları oradan iki ədəd bazar torbasında kütlələri aşkar etmişlər və Təqsirləndirilən şəxs götürüb oradan getmişlər. Onun evində kirayədə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və kirayədə yaşadığı evdə narkotik vasitə saxalaması haqda onun məlumatı olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 12 yanvar 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Nizami rayon məhkəməsinin 14 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 12 yanvar 2022-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis leytenantı X8 tərəfindən şəxsi axtarış və götürmə haqqında protokol tərtib olunmuş, videoçəkiliş vasitəsilə vətəndaş Şahid1 üzərinə baxış keçirilən zamanı onun əynindəki göy rəngli qış gödəkçəsinin sol yan iç cibindən bir ədəd kibrit qutusunun içərisində 5,11 qram narkotik vasitə olan marixuana aşkar olunaraq götürülmüş, sorğu-sual zamanı Şahid1 üzərindən aşkar olunub götürülmüş narkotik vasitəni 20 manata Elmir adlı şəxsdən aldığını, Elmir adlı şəxslə polis əməkdaşları tərəfindən saxlanıldığı gündən 5 gün əvvəl tanış olduğunu bildirmiş, Şahid1 üzərindən aşkar olunub götürülmüş həmin kibrit qutusu zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş, baxış keçirilən zamanı çəkilmiş videogörüntü DVD köçürülərək materiala əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 12 yanvar 2022-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis leytenantı X8 tərəfindən şəxsi axtarış və götürmə haqqında protokol tərtib olunmuş, videoçəkiliş vasitəsilə vətəndaş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı onun əynindəki boz rəngli paltonun sol iç yan cibindən iki ədəd kibrit qutusu, ləmərinə keçirilmiş halda bir ədəd sarı rəngli torba aşkar olunaraq götürülmüş, sorğu-sual zamanı Təqsirləndirilən şəxs kibrit qutusu və torbanın içərisindəki kütlənin narkotik vasitə olan marixuana olduğunu, həmin kütlələri Gəncə şəhəri ərazisində yerləşən Bayraq meydanı yaxınlığında Gəncə çayı üzərində yerləşən körpünün altındakı dərədə çənin altından tapdığını, satmaq üzərində gəzdirdiyini, həmin kütlədən istifadə etmədiyini, həmin kütlədən 3-4 qutu bir nəfər cavan oğlana satdığını, həmin kütlədən kirayədə yaşadığı ünvanda da saxladığını bildirmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş iki ədəd kibrit qutuları, bir ədəd sarı rəngli torbanın içərisindəki kütlələr tərəzidə çəkilmiş, kibrit qutularının içərisindəki kütlələr 4,94, və 4,97 qram, bir ədəd sarı rəngli torbanın içərisindəki kütlənin çəkisi isə 75,58 qram müəyyən olunmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş iki ədəd kibrit qutuları, bir ədəd sarı rəngli torba əvvəlki vəziyyətinə qaytarılaraq zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş, baxış keçirilən zamanı çəkilmiş videogörüntü DVD disk köçürülərək materiala əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 12 yanvar 2022-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis leytenantı X8 tərəfindən yaşayış evinə baxış keçirilməsi haqqında protokol tərtib olunmuş, videoçəkiliş vasitəsilə vətəndaş Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 7 ünvana baxış keçirilən zamanı yaşadığı otaqda saxladığı içərisində narkotik vasitə marixuana olan 2 ədəd kisə aşkar olunaraq götürülmüş, həmin torbalar ayrı-ayrılıqda çəkilərək hər birinin çəkisi 18,055 qram və 6,930 qram müəyyən olunmuş, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunub götürülmüş iki ədəd torbalar əvvəlki vəziyyətinə qaytarılaraq zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş, baxış keçirilən zamanı çəkilmiş videogörüntü DVD disk köçürülərək materiala əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər BPİ-də Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə şəxsi axtarış keçirilən zamanı videoçəkilişin qeydə alındığı bir ədəd DVD disk materiala əlavə edilmiş, həmin videogörüntüyə 13 yanvar 2022-ci il tarixdə Gəncə şəhər BPİ-nin MSY-də şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə baxış keçirilmiş və diskə baxış zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin təhqiqatçısı, polis leytenantı X8, Gəncə şəhər BPİ-nin CAİ-nin rəsi müavini, polis polkovnik-leytenantı Şahid4, həmin idarənin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid5, həmin idarənin əməliyyat müvəkilli polis baş leytenantı Şahid6, əməliyyat müvəkkili polis baş leytenantı Şahid7, Gəncə şəhəri BPİ-nin KTB-nin inspektor kriminalisti, polis kapitanı X4, şübhəli şəxs xx.xx.1970-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, Ozan küçəsi ev 143-də qeydiyyatda olmaqla Kəpəz rayonu, Nəsifbəy Yusifbəyli küçəsi ev 2-də kirayədə yaşayan Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Elnur Namazova şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və ona bu barədə bildiriş təqdim olunur. Bundan sonra adları qeyd olunan şəxslərin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməmişdən əvvəl üzərində qanunla qadağan olmunmuş narkotik vasitə olub-olmaması, əgər vardırsada təqdim etməsi bildirilir. Şübəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını bildirdi. Axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan boz rəngli paltonun sol iç yan cibindən 2 ədəd kibrit qutusu və kəmərinə keçirilmiş halda 1 ədəd sarı rəngli sellofan torbanı çıxaradaraq təqdim etdi. Həmin kütlələrin nə olması soruşuldu, şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlələrin narkotik vasitə olan marixuana olduğunu, kütlələrin ona məxsus olduğunu, həmin kütlələri Gəncə şəhəri ərazisində yerləşən Bayraq meydanın yaxınlığında Gəncə çayı üzərində yerləşən körpünün altındakı dərədə çənin altından tapdığını, satmaq üçün üzərində gəzdirdiyini, həmin kütlədən istifadə etmədiyini, həmin kütlədən 3-4 qutu bir nəfər cavan oğlana satdığını və həmin kütlədən kirayədə yaşadığı ünvanda da saxladığını bildirdi. Sonra iştirakçılar tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə axtarış keçirildi, onun üzərindən 1 ədəd mobil telefon, 1 ədəd vint açan, 1 ədəd Freedom siqaret qutusu və alışqan aşkar edildi. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd kibrit qutusunun və kəmərinə keçirilmiş halda 1 ədəd sarı rəngli sellofan torbanın içərisində olan kütlələr iştirakçıların yanında açıldı, həmin qutuların və sellofan torbanın içərisində ilk baxışdan narkotik vasitə olan “marixuana”ya oxşar kütlələr olması müəyyən edildi. Şübhəli şəxsin üzərindən aşkar edilmiş kütlələr aptek tərəzisində çəkildi, 1 ədəd kibrit qutusundakı kütlənin ümumi çəkisi 4,94 qram, digər kibrit qutusunun içərisindəki kütlənin çəkisi 4,97 qram və sellofan torbanın içərisindəki kütlənin ümumi çəkisi isə 75,58 qram oldu. Həmin kütlələr iştirakçıların yanında əvvəlki vəziyyətinə qaytarılıb zərfə qoyularaq Azərbaycan Respublikası DİN-in 91 saylı möhürü ilə möhürləndi. Şəxsi axtarış zamanı video kamera ilə çəkilərək protokola əlavə edildi. Müdafiəçisi Nüşabə Cərayılova tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs polis idarəsinə gətirilən zaman polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalıb qalmaması və döyülüb döyülmədiyi soruşulduqda heç biz fiziki və psixi təzyiqlərə məxsus olmadığını bildirmişdir. Diskə baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə videogöüntüdə olan şəxsin onun özü olduğunu həmin görüntülərin həqiqəti əks etdirdiyini, üzərindən aşkar edilmiş kütlələrin ona məxsus olmasını bir daha təsdiq etmişdir. Diskə baxış keçirilməsi barədə protokol tərtib olunaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər BPİ-də Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 8 ünvana video çəkiliş ilə baxış keçirilən zamanı videoçəkilişin qeydə alındığı bir ədəd DVD disk materiala əlavə edilmiş, həmin video görüntüyə 13 yanvar 2022-ci il tarixdə Gəncə şəhər BPİ-nin MSY-də şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə baxış keçirilmiş və diskə baxış zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin təhqiqatçısı, polis leytenantı X8, Gəncə şəhər BPİ-nin CAİ-nin rəsi müavini, polis polkovnik-leytenantı Şahid4, həmin idarənin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid5, həmin idarənin əməliyyat müvəkilli polis baş leytenantı Şahid6, əməliyyat müvəkkili polis baş leytenantı Şahid7, Gəncə şəhəri BPİ-nin KTB-nin inspektor kriminalisti, polis kapitanı X4, şübhəli şəxs Gəncə şəhəri, Ozan küçəsi ev 143-də qeydiyyatda olmaqla Kəpəz rayonu, Nəsifbəy Yusifbəyli küçəsi ev 2-də kirayədə yaşayan Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs kiryədə yaşadığı ünvan 9 ünvanına Təqsirləndirilən şəxs razılığı əsasında baxış keçirilir. Təqsirləndirilən şəxs yaşadığı ünvan 10 ünvanının giriş qapısı dəmir darvazadır. Darvazadan içəriyə daxil olduqda birbaşa yaşayış evinə daxil olunur, şübhəli şəxs Təqsirləndirilən şəxs dəhlizdən çıxaraq yaşayış evinin sol tərəfində yerləşən dörd pilləli pilləkənlərdən evə daxil olmasını bildirdi. Həmin pilləkənlərdən evə daxil olduqda ağ rəngli taxda qapı vardır. Həmin qapıdan daxil olduqda sağ tərəfdə təsərrüfat təyinatlı əşyalar yerləşir, həmin sağ tərəfə döndükdə isə sol hissədən birinci olan ağ rəngli üzəri kilidli olan otaqda Təqsirləndirilən şəxs kirayədə yaşadığını bildirdi. Həmin qapının kilidinin açarı itdiyindən həmin qapının çərçivəsinə bərkidilmiş mismardan üzərində olan göy rəngli vintaçanla açdı. Otağa daxil olduqda sağ tərəfdə paltar dolabları vardır. Sol tərəfdə isə yataq vardır. Şübhəli şəxs Təqsirləndirilən şəxs paltar dolabının içərisində olan 1 ədəd göy rəngli üzəri isə qırmızı rəngli bəzək olan iki ədəd bazar torbaları təqdim etdi. Həmin torbaların üzərində Təqsirləndirilən şəxs məxsus paltarlar vardır. Şübhəli şəxs Təqsirləndirilən şəxs baxış zamanı həmin paltarları kənara qoyaraq içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlələri təqdim etdi. Göy rəngli üzərində bəzək olan torbanın içərisinə baxış keçirilərkən içərisində kəskin qoxulu narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edildi. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlələri Gəncə şəhəri Byaraq meydanı yaxınlığında Gəncə çayında körpünün yaxınlığıdan yerdən tapdığını, həmin kütlələrdən isdifadə etmədiyini həmin kütlələrdən satdığını və başqa yerdə saxlamadığını bildirdi. Onun təqdim etdiyi digər torbaya baxış keçirilərkən həmin torbadanda kəskin qoxulu marixuanaya bənzər kütlələr aşkar edildi. Daha sonra şübhəli şəxsin təqdim etdiyi kütlələr tərəzidə çəkildi. Torbalardan birinin çəkisi 18055 qram digərinin çəkisi isə 6930 qram gəldi. Daha sonra həmin kütlələr qablaşdırılaraq DİN-nin 91 saylı möhürü ilə möhürlənmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə videogörüntüdə olan şəxsin onun özü olduğunu həmin görüntülərin həqiqəti əks etdirdiyini, evindən aşkar edilmiş kütlələrin ona məxsus olmasını bir daha təsdiq etmişdir. Diskə baxış keçirilməsi barədə protokol tərtib olunaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər BPİ-də Şahid1 üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçirilən zamanı videoçəkilişin qeydə alındığı bir ədəd DVD diks materiala əlavə edilmiş, həmin video görüntüyə 13 yanvar 2022-ci il tarixdə Gəncə şəhər BPİ-də Şahid1 iştirakı ilə baxış keçirilmiş və diskə baxış zamanı müəyyən edilmişdir ki, 12 yanvar 2022-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin təhqiqatçısı, polis leytenantı X8, Gəncə şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, həmin idarənin kiçik inspektoru polis serjantı Şahid3, Gəncə şəhəri BPİ-nin KTB-nin inspektor kriminalisti, polis kapitanı X5, şübhəli şəxs Şahid1 və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X7 iştirakları ilə Şahid1 üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Şahid1 şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və ona bu barədə bildiriş təqdim olunur. Bundan sonra Şahid1 üzərində saxlanılması qanunla qadağan olunmuş hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi təklif edildikdə o, əynindəki qara rəngli qış gödəkçəsinin yan iç cibindən 1 ədəd kibrit qutusunun içərisində olan kütləni çıxaradaraq təqdim etdir. Həmin kütlənin nə olması soruşulduqda, şübhəli şəxs Şahid1 həmin bükülünün narkotik vasitə olan “nəşə” olduğunu, kütlənin ona məxsus olduğunu, həmin kütlənin Elmir adlı şəxsdən 20 manata aldığını, Elmir adlı şəxslə 5 gün bundan əvvəl tanış olduğunu, 5 gün əvvəl 100 manat nəşə aldığını, sonra dünən, yəni xx.xx.2021-ci il tarixdə 20 manatlıq aldığını, sonuncu dəfə bu gün 20 manat pul verib aldığını, həmin narkotik vasitələri özü istifadə etdiyini üzərində olan narkotik vasitəni istifadə etmək üçün üzərində gəzdirdiyini, həmin kütlədən heç kimə satmadığını bildirdi. Sonra iştirakçılar tərəfindən şübhəli şəxs Şahid1 üzərinə axtarış keçirilir, onun üzərindən 2 ədəd Rothmans adlı siqaret qutusu, 8 AZN pul, 1 ədəd tibbi maska və 1 ədəd saqqız qutusu aşkar edildi. Həmin əşyalar şübhəli şəxs Şahid1 özünə qaytarıldı. Bundan sonra şübhəli şəxs Şahid1 üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusunun içərisində olan kütlə iştirakçıların yanında açılır, həmin qutunun içərisində ilk baxışdan narkotik vasitə olan “marixuana”ya oxşar kütlə olması müəyyən edildi. Şübhəli şəxsin üzərindən aşkar edilmiş kütlə aptek tərəzisində çəkildi, ümumi çəkisi 5,11 qram təşkil etdi. Həmin kütlə iştirakçıların yanında əvvəlki vəziyyətinə qaytarılıb zərfə qoyularaq Azərbaycan Respublikası DİN-in 91 saylı möhürü ilə möhürlənmişdir. Şahid1 diskə baxış keçirilən zamanı videogörüntüdə olan şəxsin özü olduğunu, üzərindən aşkar olunub götürülmüş narkotik vasitəni Elmir adlı şəxsdən aldığını bildirmiş və üzərinə baxış keçirilən zamanı videoçəkiliş zamanı dediklərini bir daha etiraf etmişdir. Diskə baxış keçirilməsi barədə protokol tərtib olunaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Məhkəməkimyəvi ekspertizasının 12 yanvar 2022-ci il tarixli 16/56 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində, "Şahid1 üzərindən aşkar edilmiş kütlə." sözləri yazılmış kağız paketdəki, 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 1,68 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinden kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. -Tədqiqata təqdim olunmuş üzərində, "Şübhəli şəxsin Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş kütlə." sözləri yazılmış kağız paketdeki, 2 (iki) ədəd kibrit qutularında və 1 (bir) ədəd iç-içə keçirilmiş polietilen torbada ayrı-ayrılıqda temiz çəkiləri 2,02 qram, 2,43 qram, 64,90 qram, ümumi təmiz çəkisi 69,35 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinden kustar üsullahazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. -Tədqiqata təqdim olunmuş üzərində "Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş kütlə" sözləri yazılmış bazar torbasındaki, 3 (üç) ədəd kibritqutularında ayrıayrılıqda təmiz çəkiləri 1,95 qram, 1,53 qram, 1,52 qram, 6850 qram ümumi təmiz çekisi 6855 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. -Tədqiqata təqdim olunmuş üzərində "Təqsirləndirilən şəxs yaşadığı evden aşkar edilmiş kütlə." sözləri yazılmış bazar torbasındakı, təmiz çəkisi 18030 qram bitki mənşəli kütlə, terkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. -Həmin marixuanaların ümumi təmiz çəkisi 24956,03 qramdır. -Tədqiqata təqdim olunmuş 2 (iki) ədəd kağız paketlerdə və 2 (iki) ədəd bazar torbalarında olan marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində təyin olunmuş məhkəmə-narkoloji ekspertizasının 04 aprel 2022-ci il tarixli, 560 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, o, Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə 2 (iki) il islah işləri (20%) təyin edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 23 aprel 2022-ci il tarixdə cinayət işi üzrə tərəfimdən ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, həmin tarixdə Şahid1 üzərindən aşkar olunub götürülmüş narkotik vasitəni aldığı yeri göstərmiş, bu barədə protokol tərtib olunmuş və Şahid1 ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirləməsi haqqında” qərardan görünür ki, Gəncə şəhər BPİnin saxlama anbarına saxlanca verilmiş vətəndaş Şahid1 üzərindən aşkar olunub götürülmüş təmiz çəkisi 1,68 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş 2,02 qram, 2,43 qram, 64,90 qram çəkilərdə narkotik vasitə olan qurudulmuş marixuana, Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 8 ünvana baxış keçirilən zamanı aşkar olunub götürülmüş 1,95 qram, 1,53 qram, 1,52 qram, 18030 qram çəkilərdə olmaqla ümumilikdə 24956,03 qram narkotik vasitə olan qurudulmuş marixuananın qalıq çəkisi 24955,63 qram narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut, eləcə də cinayət işinə əlavə edilmiş Şahid1 üzərinə baxış keçirilən zamanı qeydə alınmış videogörüntü olan 1 (bir) DVD, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı qeydə alınmış videogörüntü olan 1 (bir) DVD, Təqsirləndirilən şəxs kirayə yaşadığı evə baxış keçirilən zamanı qeydə alınmış videogörüntü olan 1 (bir) DVD disk isə sübut tanınmı. və iş materiallarına əlavə edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda, yəni ümumi təmiz çəkisi 24956.03 qram olmaqla tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib eyni məqsəd ilə üzərində və kirayədə yaşadığı Gəncə şəhəri, Nəsifbəy Yusifbəyli küçəsində yerləşən 2 nömrəli fərdi yaşayış evində gizlədərək saxlamış,12 yanvar 2022-ci il tarixdə Gəncə şəhəri ərazisində 1 ədəd kibrit qutusunda olmaqla 1.68 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananı 20 manat pul müqabilində tanışı Şahid1 qanunsuz olaraq satmış, 12 yanvar 2022-ci il tarixdə, saat 11 radələrində Şahid1 Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz olaraq əldə edib üzərində saxlamaqda şübhəli bilindiyinə görə Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Şah Abbas” məscidinin yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli qış gödəkçəsinin sol iç cibindən 1 ədəd kibrit qutusunda olmaqla qanunsuz olaraq ondan almış olduğu 1.68 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə o, həmin gün, saat 16:30 radələrində Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Gəncə şəhəri İcra Hakimiyyəti binasının yaxınlığında saxlanılaraq Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtraış aparılan zaman əynindəki boz rəngli paltonun sol iç cibindən 2 ədəd kibrit qutusunda olmaqla hər birinin ayrıayrılıqda təmiz çəkiləri 2.02 qram və 2.43 qram təşkil edən, həmçinin əynində olan şalvarın kəmərinə keçirilmiş 1 ədəd sarı rəngli sellofan torbanın içərisində olmaqla 64.90 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə həmin gün, saat 18 radələrində onun kirayədə yaşadığı Gəncə şəhəri, Nəsifbəy Yusifbəyli küçəsində yerləşən 2 nömrəli fərdi yaşayış evinə baxış keçirilən zaman evin yaşayış otağından 1 ədəd bazar torbasının içərisində olmaqla 3 ədəd kibrit qutularında qablaşdırıb gizlətməklə satış məqsədi ilə saxladığıayrı-ayrılıqda təmiz çəkiləri 1.95 qram, 1.53 qram, 1.52 qram təşkil edən və həmin torbanın içərisində açıq vəziyyətdə olmaqla 6850 qram təmiz çəkidə, habelə1 ədəd digər bazar torbasının içərisində olmaqla 18030 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananə satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmə iclasında tədqiq edilmiş ibtidai istintaqı zamanı təqsirləndirilən şəxsin özünün qismən etirafedici ifadəsi, ekspertiza rəyləri, baxış və götürmə protokolları, şahid ifadələri, digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə, istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinin izahını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs isə məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda, yəni ümumi təmiz çəkisi 24956.03 qram olan narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi və saxlanmasına etmiş və saxlamışdır. Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikasıının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımaldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, o, Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə 2 (iki) il islah işləri (20%) təyin edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün müddət keçdiyindən, onun əvvəllər məhkum olunması heç bir hüquqi nəticə yaratmır. Məhkəmə kollegiyası yuxarıda sadalanan halları, Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzanın başlanğıcı onun tutulduğu gündən, yəni 12 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan təqsirləndirilən şəxs Şahid1 üzərindən aşkar olunub götürülmüş təmiz çəkisi 1,68 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, 2,02 qram, 2,43 qram, 64,90 qram çəkilərdə narkotik vasitə olan qurudulmuş marixuana, yaşadığı evdə aşkar olunub götürülmüş 1,95 qram, 1,53 qram, 1,52 qram, 18030 qram çəkilərdə olmaqla ümumilikdə 24956,03 qram narkotik vasitə olan qurudulmuş marixuananın qalıq çəkisi 24955,63 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Gəncə şəhər BPİ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Şahid1 üzərinə baxış keçirilən zamanı qeydə alınmış videogörüntü olan 1 (bir) DVD disk, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı qeydə alınmış videogörüntü olan 1 (bir) DVD disk, Təqsirləndirilən şəxs kirayə yaşadığı evə baxış keçirilən zamanı qeydə alınmış videogörüntü olan 1 (bir) DVD cinayət işinin materiallarına əlavə edilməldir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilisin ona, 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli onun tutulduğu andan, 12 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan təqsirləndirilən şəxs Şahid1 üzərindən aşkar olunub götürülmüş təmiz çəkisi 1,68 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, 2,02 qram, 2,43 qram, 64,90 qram çəkilərdə narkotik vasitə olan qurudulmuş marixuana, Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 8 ünvana baxış keçirilən zamanı aşkar olunub götürülmüş 1,95 qram, 1,53 qram, 1,52 qram, 18030 qram çəkilərdə olmaqla ümumilikdə 24956,03 qram narkotik vasitə olan qurudulmuş marixuananın qalıq çəkisi 24955,63 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Gəncə şəhər BPİ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Şahid1 üzərinə baxış keçirilən zamanı qeydə alınmış videogörüntü olan 1 (bir) DVD disk, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı qeydə alınmış videogörüntü olan 1 (bir) DVD disk , Təqsirləndirilən şəxs kirayə yaşadığı evə baxış keçirilən zamanı qeydə alınmış videogörüntü olan 1 (bir) DVD disk cinayət işinin materiallarına əlavə edilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32,40 manat Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar