Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-52/2024 28.10.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər X11 və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X24 oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxsin hüquqi varisi - X1 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1993-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işsiz, natamam orta təhsilli, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının sonu ilə azad olunmuş, xx.xx.2021-ci il tarixdə isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının müddəti başa çatmış, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş, Gəncə şəhəri, Heydər Əliyev prospekti, ev 475-də qeydiyyatda olmaqla, Gəncə şəhəri, Sahil küçəsində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Gəncə şəhəri, Kəpəz rayonu, Sahil küçəsindəki yaşadığı fərdi yaşayış evi ilə qonşuluqda, yəni Gəncə şəhəri, Kəpəz rayonu, Sahil küçəsi, ev 1-də yaşayan əvvəlcədən tanıdığı X26 ilə qonşuluq münasibətlərindəki narazılıqlara görə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisəni həll etmək üçün 05 oktyabr 2022-ci il tarixdə saat 21 radələrində Anar Hüseynovun yaşadığı evinin qarşısına gedərək sonuncunu küçəyə dəvət edib söhbət edərkən aralarında yaranmış mübahisə zamanı Anar Hüseynovun arvadı Zərərçəkmiş şəxs1 və sonuncunun oğlu Zərərçəkmiş şəxs2 mübahisə səsini eşidərək onların yanına gəldiyini görüb Anar Hüseynovu qəsdən xüsusi amansızlıqla öldürmək məqsədilə istintaqa məlum olmayan məişət təyinatlı mətbəx bıçağı ilə arvadı Zərərçəkmiş şəxs1 və sonuncunun oğlu Zərərçəkmiş şəxs2 gözləri qarısında onlara xüsusi əzab və iztirab verdiyini dərk edib, bunu arzulayaraq qəsdən Anar Hüseynovun sol boyun-döş qəfəsi büküşü nahiyəsinə bir dəfə bıçaq zərbəsi vuraraq sonuncuya boyun-döş qəfəsi büküşü nahiyəsində solda yerləşən, sol döş boşluğuna keçərək sol ağciyəri zədələməklə müşahidə edilən, bir tərəfi kəsici xüsusiyyətə malik deşici-kəsici alətlə yetirilməyə xarakterik həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarət yetirmiş, daha sonra Zərərçəkmiş şəxs2 ona müdaxilə etmək istədiyini görüb həmin bıçaqla Anar Hüseynovun və Zərərçəkmiş şəxs1 gözləri qarşısında sonuncunun oğlu Zərərçəkmiş şəxs2 həyatı üçün əhəmiyyətli olan qarın-sinə nahiyəsinə bıçaq zərbəsi vurub sonuncuya deşici-kəsici əşyanın təsiri nəticəsində əmələ gələn ağırlıq dərəcəsi təyin edilməyən döş qəfəsinin sol yarısının daxilə keçməyən deşilmiş-kəsilmiş yarası və sağ əlin İ barmağının kəsilmiş yarası xəsarətlərini yetirərək Zərərçəkmiş şəxs2 qəsdən xüsusi amansızlıqla öldürməyə cəhd etmiş, lakin sonuncunun fəal müqavimət göstərməsi nəticəsində Zərərçəkmiş şəxs2 öz iradəsindən asılı olmayan səbəbə görə xüsusi amansızlıqla qəsdən öldürməyə nail ola bilməmiş, daha sonra Zərərçəkmiş şəxs1 onun cinayətkar niyyətini başa çatdırmasına nail olmaması üçün müqavimət göstərdiyini görərək sonuncunu əri Anar Hüseynovun və oğlu Zərərçəkmiş şəxs2 gözləri qarşısında qəsdən xüsusi amansızlıqla öldürmək məqsədi ilə həyatı üçün əhəmiyyətli olan qarın və sinə nahiyəsinə zərbə vurmasına baxmayaraq, Zərərçəkmiş şəxs1 yerdən götürdüyü daş parçasını ona vurub oğlu Zərərçəkmiş şəxs2la birlikdə fəal müqavimət göstərməsi səbəbindən onun yerə yıxılması və baş nahiyəsindən xəsarət alması nəticəsində cinayətkar niyyətini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etmiş, xx.xx.2022-ci il tarixdə isə Gəncə şəhər Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasında cərrahi əməliyyat olunduqdan sonra ev şəraitində müalicəsini davam etdirərkən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən döş qəfəsinin sol yarısının daxilinə keçərək sol ağciyəri zədələməklə müşayiət edilən kəsilmiş-deşilmiş yarası nəticəsində əmələ gələn daxili və xarici qanitirmədən ölümünə səbəb olmaqla qəsdən xüsusi amansızlıqla Anar Hüseynovu öldürmüş, yəni sonuncunu qəsdən xüsusi amansızlıqla həyatdan məhrum etməklə, qəsdən xüsusi amansızlıqla iki və daha çox şəxsi həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Anar Hüseynovun “Dodu” ləqəbli oğlu onun oğlunun qarşını kəsdiyi üçün o, ertəsi gün Anar Hüseynovu görüb bu barədə sonuncuya demişdir. Həmin vaxt Anar Hüseynovun yanında başqa adam olmuş və o, sonuncudan bir dəqiqə vaxtının olub-olmamasını soruşmuşdur. Anar isə qayıdıb gələndə görüşməyi demiş, o da razılaşmışdır. Sonra o, telefonu təmir etdirmək üçün gedərkən yolda Anarın “Dodu” ləqəbli oğlunu görüb çağırmış, lakin sonuncu gəlməmişdir. O, bazarda işləmişdir. Axşam evə gəldikdən bir qədər sonra çöldən səs gəldiyini eşitmişdir. Evdəkilərdən kim olduğunu soruşmuş, lakin sonuncular bilmədiklərini demişlər. O, qapıdan çölə çıxdıqda həmin şəxsin Anar olduğunu bilmiş, lakin sonuncu orada olmamışdır. Anarı səslədikdə səsinin evlərindən gəldiyini görüb qapılarına getmişdir. Anar ona məhləyə gəlməsini desə də, o, həyətə girməmişdir. Daha sonra Anar çölə çıxmış və onlar söhbət etməyə başlamışlar. Anar onunla başqa formada danışmağa başlamışdır. Həmin vaxt oradan avtomobil keçəndə o, işıqdan Anarın əlində bıçaq olduğunu görmüş və bir qədər mübahisə etdikdən sonra bıçağı sonuncunun əlindən almışdır. Bundan sonra o, bıçağı cibinə qoymuş, Anar isə evinə getmişdir. Bir qədər sonra körpü tərəfə gedəndə Anar ailəsi ilə birlikdə onu çağırmışlar. O, olduğu yerdə gözləmiş, sonuncular da gələrək nalayiq ifadələrlə onu təhqir etməyə başlamışlar. Anar Hüseynovun arvadı Zərərçəkmiş şəxs1 daşla onun başından vurmuş və o, yerə yıxılmışdır. Daha sonra o, ayağa durub Anara həqiqətən “vurmayın məni, yaxşı olmayacaq” demişdir. O, sonuncuların dayanmadığını görüb Anardan aldığı bıçaqla özünü müdafiə etmək üçün sonuncunun qoluna vurmaq istəyəndə bıçaq Anar Hüseynovun boğaz nahiyəsindən dəymişdir. Xəsarət yetirdikdən sonra o, hadisə yerindən qaçarkən ayağı ilişib yıxılmış və bıçaq əlindən düşmüşdür. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisə günü hadisədən əvvəl Anar onun yaşadığı evinə gələrək onu səsləmişdir. Hadisə vaxtı Anar Hüseynov, arvadı Zərərçəkmiş şəxs1, sonuncuların oğulları “Dodu” ləqəbli Amin, Amil və Adəm, bir sözlə ailəlikcə hamısı onun üzərinə gəlmiş, sadəcə Cəmilə xanım ona heç nə deməmişdir. Anar onunla birinci dəfə söhbət edəndə sonuncunun əlində bıçaq olmuş və o, bıçağı əlindən vurub almışdır. Bıçağı əlindən alan kimi Anar evə qaçmış və oğlu Amini səsləmişdir. O da bıçağı cibinə qoyaraq polisə gedib təhvil vermək üçün oradan 50-60 metr uzaqlaşdıqda sonuncular arxadan onu çağırmışlar. O, olduğu yerdə dayanmış, Anargil isə ailəlikcə onun yanına gəlmişlər və çatan kimi Anar “vurun bunu” demişdir. Onu ilk olaraq Anarın böyük oğlu Amin əlindəki bıçağın arxa hissəsi ilə gözündən vurmuş, daha sonra isə hamısı üzərinə tökülmüş, sonra Zərərçəkmiş şəxs1 daş atıb onun başının arxasından vurmuş və o, daşların üzərinə yıxılmışdır. Amin onu vurduqdan sonra o, sonuncuya cavab olaraq heç nə deməmişdir. Lakin Anar üzərinə gəldiyi vaxt o, sonuncuya əl çəkməsini demiş və qorxutmaq üçün arxaya çəkilərək bıçaq hərləmişdir. O, qorxutmaq üçün bıçağı Anarın qoluna vurmaq istəyəndə bıçaq sonuncunun boğaz nahiyəsindən dəymişdir. Həmin vaxtı o, orada olanlardan heç kimə bıçaq vurmağa çalışmamışdır. O, ibtidai istintaq zamanı müdafiəçisi Müdafiəçi1 gəldikdən sonra hazırda danışdığı kimi ifadə vermişdir. Ona görə də hadisə vaxtı Anarın uşaqlarının hamısı orada olmuşdur. Hadisə günü onun Anarla söhbət etmək istəyinin səbəbi sonuncunun “Dodu” ləqəbli oğlunun onun evinə gələn Yaşar adlı şəxsin yolunu kəsib bir də buralara gəlməməsini deməsi olmuşdur. Həmin hadisədən bir gün sonra Anar Yaşarın yanına gedib onunla başqa formada danışmışdır. O da bu məsələləri aydınlaşdırmaq üçün Anarla danışmaq istəmişdir. Anarla danışan zaman sonuncu ona qarşı “siz kimsiniz?” deyərək bu formada başqa alçaldıcı ifadələr işlətmişdir. Bu söhbətdən sonra oradan avtomobil keçərkən o, işıqda Anarın əlindəki bıçağı görmüşdür. Bıçağı onun əlindən aldıqdan sonra Anar evə qaçmışdır. O da bıçağı cibinə qoyub bu barədə polisə məlumat vermək üçün 50-60 metr oradan uzaqlaşdıqdan sonra Anar və ailəsi arxadan onun səsləmişlər. O, yerində dayanmış, sonuncular isə yaxınlaşıb onu vurmağa başlamış, o da özünü qorumaq üçün bıçaqdan istifadə etmişdir. Anar və ailəsi onu daşla vurduqdan sonra o, cibindən bıçağı çıxartmışdır. Həmin vaxtı ayağına təpiklə vurub xəsarət yetirmişlər, lakin qarışıqlıq olduğundan konkret kiminsə vurmasını görməmişdir. Hadisə yeri də qaranlıq olduğu üçün qonşular sadəcə səs eşidə bilmişlər. Ümumiyyətlə Anarın ailəsi ilə onların arasında dəfələrlə mübahisələri olmuş, hətta onun məlumatı olmadan anası bu barədə polisə də məlumat vermişdir. Sonradan bildiyinə görə hadisədən 10-15 gün əvvəl anası Anarın ailəsi ilə bağlı onlarla yola getməmələri məzmununda Kəpəz rayon polis şöbəsinə rəsmi müraciət etmişdir. O özü də hadisədən əvvəl Kəpəz rayon polis şöbəsinə Sevincin ona qarşı heç bir səbəb olmadan nalayiq ifadələr işlətməsi barədə müraciət etmişdir. Sevinc ona qarşı nalayiq ifadələr işlədən zaman sonuncunun yanında Anar, anası və atası olmuşlar. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində, xx.xx.2022-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilməklə göstərmişdir ki, mərhum X26 onunla eyni küçədə, ona məxsus evdən sonrakı 3-cü evdə qonşuluqda yaşamışdır. Onun sonuncu ilə münasibəti Anargilin təxminən 10 il əvvəl həmin ünvanda qonşuluğa köçdükləri müddətdən yaranmışdır. Anar onun kimi mənzil təmirində usta köməkçisi olduğu üçün təxminən 2 il əvvəl Gəncə şəhərində inşa edilmiş sosial mənzillərin tikintisi zamanı o, sonuncu ilə birlikdə işləmişdir. Lakin sonradan Anarla qonşuluq münasibətləri pisləşmiş və aralarında söz-söhbətləri yaranmışdır. Təxminən 3 ay əvvəl Anar ona evinin dam örtüyünü 500 manat müqabilində təmir etməsini və özünün ona işçi olaraq köməklik göstərəcəyini təklif etmiş, o da sonuncunun təklifini qəbul etmişdir. Lakin Anargilin evlərinin damını təmirə başladıqdan sonra, yəni təxminən 1 ay əvvəl o, sonuncudan söz verdiyi puldan 50 manatı verməsini istəmiş, Anar da ona 50 manat verməsinə baxmayaraq həmin gün ondan 20 manat pulu borc olaraq geri almışdır. Daha sonra Anar onun yanına gəlib arvadı Zərərçəkmiş şəxs1 boşanacağını, təmir etdiyi evdən köçəcəyini, pulun qalan hissəsini də verə bilməyəcəyini bildirmişdir. O da 500 manat müqabilində razılaşdığı evin dam örtüyünün təmirini yarımçıq saxlamışdır. Həmin söhbətdən sonra Anarın arvadı Sevinc onun arvadına zəng edərək yalandan onun və Anarın ailədən kənar qadınlarla münasibətdə olduğunu deyib əsassız söz-söhbətlər yaratmışlar. Həmçinin onunla birlikdə yaşayan anası Əntiqə Musayevə təxminən 15 gün əvvəl birlikdə işlədiyi Yaşar adlı şəxslə evə gəldikdə Anarın arvadı Sevinc anasının ünvanına nalayiq ifadə işlətmiş, buna görə də onlarla münasibətləri daha da pisləşmişdir. Təxminən 2-3 gün bundan əvvəl oğlu dükana getdikdə Anarın birgə yaşadığı ikinci nikahdan olan ögey oğlu, yəni Zərərçəkmiş şəxs1 “Dodu” deyə çağırdıqları Şahid2 adlı balaca oğlu onun oğluna daş ataraq sataşdığı üçün həmin uşağa daş atmağının düzgün olmadığını izah etmiş, lakin sonuncuya qarşı heç bir nalayiq söz işlətməmiş və vurmamışdır. 05 oktyabr 2022-ci il tarixdə saat 15-16 radələrində o, evdən çıxarkən Anar onu görüb Amilə uşaqlar arasındakı söhbətə görə irad tutduğu üçün onunla mübahisə etməyə başlamış, mübahisə zamanı da işlərinin olduğunu, işlərini həll etmək üçün getdiyini, axşam gələrkən onunla söhbətini davam etdirəcəyini bildirmişdir. O da 05 oktyabr 2022-ci il tarixdə saat 22 radələrində Anarın qayınatasına məxsus olmaqla özlərinə yeni inşa etdiyi evlə qonşuluqda yaşadığı evə gedib söhbət etmək üçün Anarı küçəyə çağırmış və söhbət zamanı sonuncudan nə üçün ona və ailəsinə sataşdıqlarını soruşmuşdur. Söhbət zamanı Anar etdiyi hərəkətin yanlış olduğunu bildirib evə getmiş və qısa müddət sonra sonuncu arvadı Zərərçəkmiş şəxs1, qaynanası Cəmilə Abbasova və Zərərçəkmiş şəxs1 uşaqları Amil, Adəm və Aminlə birlikdə bayıra çıxıb ona tərəf gəlmişlər. Onun yanına çatan kimi Zərərçəkmiş şəxs2 onun sol sifət nahiyəsinə yumruq zərbəsi vurmuş, sonra isə onun baş nahiyəsinə daş atmış, eyni vaxtda hamısı onu söyüb təhqir etmişlər. O, Anargilə gedərkən sonuncunun onunla mübahisə edəcəyini bildiyi üçün özünü müdafiə etmək məqsədi ilə evdən əl dəstəyi qara, tiyəsi metallik rəngli, tiyəsinin uzunluğu təxminən 10 sm, əl dəstəyinin uzunluğu isə təxminən 7 sm olan mətbəx bıçağını üzərində götürüb sağ cibində saxlamışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs2 onu vurduqdan sonra o, Anarla üzbəüz dayanarkən cibindən bıçağı çıxarıb sonuncunun boyun səviyyəsinədək qaldırıb yuxarıdan aşağıya doğru Anara bir dəfə bıçaq zərbəsi vurmuşdur. Sonuncunu vurduqdan sonra qaçmaq istəyərkən yerə yıxılmış və bıçaq əlindən yerə düşmüşdür. Daha sonra o, oradan qaçaraq uzaqlaşmışdır. Həmin gün arvadını və uşaqlarını Gədəbəy rayonu, Arıx Damı kəndində yaşayan qayınatasıgilə aparmış, səhəri gün, yəni 06 oktyabr 2022-ci il tarixdə isə Gəncə şəhərində yerləşən “Azərbaycan” mağazasının yanında polis əməkdaşları tərəfindən saxlanılaraq 2-ci polis şöbəsinə aparılmışdır. Həmçinin Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müqavilə əsasında müdafiəçisi Müdafiəçi1 iştirakı ilə xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, həyəcanlı olduğu üçün ilkin ifadəsində hadisələri düzgün ifadə etməmişdir. Mübahisə başlayarkən o, Anara bıçaq zərbəsi vurmamışdan əvvəl sonuncunun ikinci arvadı Zərərçəkmiş şəxs1 oğlu Zərərçəkmiş şəxs2 başqa orada Zərərçəkmiş şəxs1 anası, eləcə də digər iki oğlu da olmuş və sonuncular ona yumruq təpiklə zərbələr vurmuşlar, daha sonra hamısı ona daş atmışdır. Onların arasında yalnız Zərərçəkmiş şəxs1 anası Cəmilə Abbasova ona daş atmamış və onu vurmamışdır. Mübahisə zamanı Amil Abbasovun da üzərində bıçaq olmuş və sonuncu bıçağın əl dəstəyi ilə onun sol qaş nahiyəsinə zərbə vurmuşdur. Mübahisə zamanı Amillə Adəm də orada olmuş, sonuncular onu vurmuş və təhqir etmişlər. Hadisədən təxminən 10 gün əvvəl yaşadığı evin qarşısında dayanarkən Anar Hüseynov onun yanına gələrək onda siqaretin içərisində doldurulmuş vəziyyətdə narkotik vasitə olan çətənənin olduğunu bildirmişdir. O, əvvəllər də Anarın üzərində olmuş narkotik vasitələrdən istifadə etdiyi üçün həmin vaxtı sonuncu ilə birlikdə narkotik vasitə istifadə etmişdir. Lakin o, sonuncunun narkotik vasitələri haradan əldə etməsini bilməmiş, Anar Hüseynov əvvəllər narkotik vasitənin satışı ilə məhkum olunmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan edilmiş ifadələri verərkən hadisənin təsiri altında olduğu üçün hadisəni törətdiyi bıçağı Anarla söhbət etməyə gedərkən üzərində götürdüyünü demişdir. Yerə yıxılarkən Anarın əlindən aldığı bıçaq ovcunun içərisində qaldığı üçün əlindən xəsarət almışdır. Zərərçəkmiş şəxs1 Anar Hüseynovun guya ki sağ olması barədə onun da məlumatının olmasını bildirməsi tamamilə yalan olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, yoldaşı Anar Hüseynovun söz-söhbət səsinə çölə çıxmışdır. Həmin vaxt onunla birlikdə oğlu Amin də çölə çıxmışdır. O, Ramillə Anarın yüksək səslə söhbət etdiklərini görmüşdür. Anar Ramilə “çıx get, indi sən piyansan, sabah gələrsən sən necə deyirsən danışarıq” demişdir. Bundan sonra anası Cəmilə Abbasova da yanlarına gəlmişdir. Sonuncu gəldikdən sonra Ramilin əlində bıçaq olduğunu demiş, hava qaranlıq olduğu üçün anası deyənədək onlar Ramilin əlində bıçaq olmasını görməmişlər. Anası Ramilin əlində bıçaq olduğunu deyən zaman Ramil Anarın boğaz nahiyəsindən bıçaqla vurmuşdur. Həmin vaxtı Ramillə Anar əlbəyaxa olmamış, Ramil Anarı qəfildən bıçaqla vurmuş, hadisə yerində də o, anası Cəmilə və oğlu Amin olmuşdur. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Təqsirləndirilən şəxs onların qonşusu olmuşdur. Hadisə təxminən saat 21-də baş vermişdir. Ramillə Anar arasında baş vermiş hadisənin heç bir səbəbi olmamış, çünki sonuncular arasında əvvəllər heç bir ədavət və mübahisə olmamışdır. Evdən səs-küyə ilk olaraq o və oğlu Amin çıxmış, daha sonra anası Cəmilə çıxmışdır. O, çölə çıxdıqda Ramil söyüşlə çox pis şeylər olacağını demişdir. Anası gələndə isə Ramilin əlində bıçaq olduğunu demiş, elə bu zaman da Ramil Anarın boğazından bıçaqla vurmuşdur. Sonuncunun Anara “çox pis şeylər olacaq” dedikdə nə nəzərdə tutduğunu bilməmiş, lakin Ramil bu sözləri deyə-deyə telefonunda zəng etmək üçün kimisə axtarmışdır. Hadisə baş verənədək Ramillə Anar arasında heç bir fiziki mübahisə olmamış, onlar sadəcə sözlü mübahisə etmişlər. Ramil Anarı bıçaqla bir dəfə vurmuş, ikinci zərbəni isə vurmaq istədikdə oğlu Amin buna imkan verməmiş və sonuncu Ramili itələmişdir. Həmin vaxtı Amin xəsarət almışdır. Anar xəsarət aldıqdan sonra yerə yıxılmış, Amin isə artıq Ramili itələmişdir. O, qışqırıb “atan öldü” demiş, Amin də atası Anarı qucağına almışdır. Həmin vaxt o, Anarın öldüyünü düşünüb Ramilin üzərinə gedərək nə üçün belə etdiyini soruşanda sonuncu ona qarın nahiyəsindən bıçaqla xəsarət yetirməyə cəhd etmiş, lakin o, geri çəkildiyi üçün xəsarət almamış və yerdən daş götürüb Ramilə atmış, sonuncu da oradan uzaqlaşmışdır. Onlar Anarı təcili yardım çağırmaq üçün evə gətirdikdən sonra Ramil arxalarınca gələrək “hamınızı öldürəcəm” demişdir. Buna görə də o, evin darvazasını arxadan bağlamışdır. Mübahisə küçədə baş versə də nə qonşulardan heç kim gəlməmiş, nə də ki kənardan heç kim baxmamışdır. Hadisədən bir neçə gün əvvəl Ramilin uşağı ilə onun oğulları arasında olan hər hansı bir mübahisəyə görə münaqişə olmamışdır. Ümumiyyətlə onlar Ramillə 6 ildən çoxdur qonşu olmuşlar və həmin müddət ərzində münasibətləri yaxşı olmuşdur. Münasibətlərinin yaxşı olmasına baxmayaraq hadisənin hansı səbəbdən baş verməsini bilməmişdir. O, çölə çıxanda sadəcə Anarın Ramilə “çıx get evinə, piyansan” dediyini, cavabında isə Ramilin ona baxaraq “çox pis şeylər olacaq” dediyini eşitmişdir. Hadisə zamanı Anarın üzərində bıçaq olmamış, həmin vaxt o, əri ilə öz evlərində işləyib ata evinə gəlmişlər. Anar da həyətdəki ayaqyoluna dəyib şam yeməyi üçün evə gələcəkdi. Hadisə baş verən ərəfədə oğlu Amil iş yeri olan şadlıq sarayında olmuşdur. Anar xəstəxanada olarkən Ramilin etdiyi hərəkətə görə əsəbiləşdiyi üçün orada qalmamış, evə gəldiyi vaxt isə “qoy rahatlaşım mən Ramillə bilirəm özüm necə danışacam” demişdir. Danışıq zamanı Anarın özü də ona “mən ona neynəmişdim ki Ramil məni vurdu” demişdir. Hadisədən bir neçə saat əvvəl övladları ilə Ramilgilin arasında heç bir mübahisə baş verməmiş, anası Cəmilə Ramilin əlində bıçaq olduğunu görəndə onlar təxminən sonuncu ilə yan-yana olmuşlar. Hadisə baş verən ərazidə yaşayış olmamış, Ramilin yoldaşı hadisə yerinə gəlməmiş, Ramil sağdan sola istiqamətdə Anara xəsarət yetirmişdir. Hadisənin təsirindən özündə olmadığı üçün Anar yerə yıxılandan sonra Ramilə daş atmamışdır. O, ibtidai istintaq zamanı da hazırda danışdığı kimi ifadə vermişdir. O, Anarın öldüyünü düşünüb Ramilin üzərinə hücum etmiş, sonuncu isə ona da xəsarət yetirməyə cəhd etmiş, həmin vaxtı Ramillə məsafəsi 0.5 metrdən az olmuşdur. Ramil arxa-arxaya gedib yıxıldığı üçün ona xəsarət yetirə bilməmiş, o da yerdən daş götürüb sonuncuya atmışdır. Ramil ona bıçaqla xəsarət yetirməyə çalışan zaman “mənim anama burada hörmət qoyulmur” və “hamınızı öldürəcəm” demişdir. O, Təqsirləndirilən şəxs şikayətçidir. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs1 həmçinin bildirmişdir ki, o, hadisə günü Anarla digər evlərində işləyib ata evinə qayıtmışlar və evə gəldikdə Anar ayaqyoluna, o isə ərinə yemək hazırlamaq üçün evə keçmişdir. Bir qədər sonra Anar küçəyə çıxmışdır. O və oğlu Amin ərinin arxasınca çıxdıqda sonuncunun bir qədər kənarda Ramillə söhbət etdiklərini görmüş, həmin vaxt Anar Ramilə “get sabah danışarıq” demişdir. O, sonunculara yaxınlaşan zaman Ramil Anarın boğazında bıçaqla vurmuş, Anar boğazını tutub arxaya doğru hərəkət etmiş, böyük oğlu Amin isə Ramilin üzərinə gedib nə üçün belə etdiyini demiş, bu zaman Ramil Aminə 3 dəfə bıçaq atmış, həmin zərbələrdən biri Aminin qolaltı nahiyəsinə dəymişdir. Anar xəsarət alıb geriyə doğru hərəkət etdikdən sonra Ramil ərinin üzərinə yox, onun üzərinə hücum etmişdir. Ramil Anarı vurduqdan sonra onlara hücum edərək öldürəcəyini demişdir. Ramil onun üzərinə gəldiyi üçün o, sonuncuya daş atmışdır. Ramil yalan danışmış, sonuncunun qaşındakı xəsarəti daş ataraq o yetirmişdir. Ramil narkotik vasitə istifadə etdiyi üçün o, sonuncunun damdan yıxılmasından ehtiyat edib evdə işləməməsini istəməmişdir. Anar Hüseynovun bədənində döymələr olmuşdur. Hadisədən sonra ona məlum olmuş ki, əri Anar Hüseynov sağdır, bunu polis əməkdaşı Şəmsəddin Əliyev də, Təqsirləndirilən şəxs də bilmiş və bu Şəmsəddin Əliyevin oyunu olmuşdur. O, yoldaşı Anarın dəfn mərasimində iştirak etmiş, lakin dəfn olunan şəxs Anar olmamış, ərinin tibbi ekspertizasında iştirak etmək istəsə də buna prokurorluq əməkdaşı tərəfindən imkan verilməmişdir. Ekspertizadan sonra isə onlara ərini qısa müddət ərzində dəfn etməsini demişlər. O, dəfndən qabaq evdə olarkən mərhumun üzünü açıb baxmaq istəsə də buna müxtəlif bəhanələrlə mane olmuşlar. Anar Hüseynovun ona telefonda deməsinə görə meyit yuma yerində ərini başqa şəxslə dəyişmişlər. X33 Səhhət adına xəstəxanada vəfat etmiş və ekspertiza üçün sonuncunun meyitini 3 nömrəli xəstəxanaya aparmışlar. Məhkəmədə iş gedən müddət ərzində o, Anarla bir dəfə telefon vasitəsilə gizlin danışmış, çünki əri gizlin nömrədən zəng etmiş, Amil uşaq olduğuna və onun sözünə heç kəsin inanmayacağına görə Anarın həmin oğlu ilə danışmasına imkan vermişlər. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, axşam vaxtı anası Sevinclə birlikdə səs-küyə çölə çıxmışdır. Həmin vaxt Anarın Ramilə “çıx get piyansan, sabah danışarıq” dediyini eşitmişdir. Sonuncular bir qədər söhbət etdikdən sonra nənəsi Cəmilə də çölə çıxmışdır. Nənəsi ona və Anara qışqırıb Ramilin əlində bıçaq olduğunu demişdir. Nənəsi Cəmilə bunu dedikdən sonra o, Ramilə tərəf çevrildikdə sonuncunun Anarın boğaz nahiyəsindən bıçaqla vurduğunu görmüşdür. Bundan sonra o, tez Anarla Ramilin arasına girib sonuncunu itələmişdir. Həmin vaxtı Ramil Anara ikinci dəfə xəsarət yetirmək istəmiş, lakin sonuncunun zərbəsi onun sol qoltuqaltı nahiyəsinə dəymiş, nəticədə o, xəsarət almışdır. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, hadisə vaxtı evdə o, babası Hamlet, anası Sevinc, nənəsi Cəmilə, qardaşı Adəm olmuş, digər qardaşı Amil işdə olmuşdur. Səs-küyə birinci anası, arxasınca isə o çıxmışdır. O, sadəcə Anarın Ramilə “sən içkilisən, sənə nə deyim, çıx get evinə” dediyini eşitmişdir. Nənəsi ondan sonra küçəyə çıxmışdır. Nənəsi Cəmilə deyənədək o, Ramilin əlində bıçaq görməmişdir. Anarla Ramil sadəcə üzbəüz söhbət etmiş, aralarında fiziki mübahisə olmamışdır. O, Ramilin Anarı bıçaqla vurması anını görmüşdür. Zərbədən sonra Anar əlini boğazından tutub geriyə doğru hərəkət etmişdir. Bunu görüb o, sonuncuların arasına girmiş, nəticədə sol qoltuqaltı və sol bilək nahiyəsindən xəsarət almışdır. Anarın arxası su arxı istiqamətində dayanmışdır. O, Ramillə Anarın arasına girdiyi vaxt Ramil Anara digər zərbə vurmaq istəmiş, o, Ramili itələdikdən sonra sonuncu yıxılmış, həmin vaxt anası Sevinc qışqıraraq Anarın öldüyünü demiş, o da hadisənin təsirindən nə etməli olduğunu bilməyib Anarın yanına gedərək boğazından tutmuşdur. Anası Sevinc isə Ramilə sən nə etdin deyə qışqırmışdır. Bundan sonra Ramil anasının üzərinə getmiş və sonuncuya da bıçaqla xəsarət yetirməyə çalışmış, lakin anası Sevinc Ramili daşla vurmuşdur. O, Anarın yanında olarkən anası Sevinc ayaqüstə olmuş, daha sonra o, Anarı qucağında evə aparmışdır. Sonuncunu içəri apardıqdan sonra Ramil bağlı darvazanın qarşısından “hamınızı öldürəcəm” deyə qışqırmışdır. Ramil anası Sevincə yuxarıdan aşağıya istiqamətdə bıçaq atmışdır. Bundan sonra anası yerdən daş götürüb Ramil atmış və daş sonuncunun başından dəymiş, nəticədə Ramil yerə yıxılmış, daha sonra isə oradan uzaqlaşmışdır. Nənəsi Cəmilə isə hadisənin təsirindən özünü döyürdü. Anarı xəstəxanaya qonşunun qırmızı rəngli VAZ-2107 markalı avtomobili ilə aparmışlar. Mübahisə baş verən yer evlərindən 5-10 metr aralı olmuşdur. Onların Ramilgillə əvvəllər hər hansı mübahisələri olmamışdır. Ramil içkili olduğundan anası Sevincə vurmaq istədiyi bıçaq zərbəsi sonuncuya dəyməmişdir. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs2 həmçinin bildirmişdir ki, anası Zərərçəkmiş şəxs1 Anar Hüseynovun ölməsini qəbul edə bilmədiyindən ərinin hələ də yaşadığını və hakimiyyət orqanları tərəfindən məqsədli şəkildə gizlədildiyini demişdir. Zərərçəkmiş şəxs1 Anarın hələ də həyatda olması ilə bağlı fikirlərinin yaranmasında onun kiçik qardaşı Şahid2 təsiri böyük olmuş, o, qardaşı Amildə psixoloji problemlərin olduğunu düşünmüş, çünki qardaşı Amil hələ də Anar Hüseynovun yaşadığını demişdir. Lakin o, Anar Hüseynovun öldüyünə əmindir. Qardaşı və anasının dedikləri həqiqətə uyğun olmamış, hətta Anar Hüseynov öldükdən sonra bunu qəbul edə bilmədiyi üçün anası bir neçə dəfə canına qəsd etməyə çalışmış, ola bilsin ki, anası Zərərçəkmiş şəxs1 özünə heç bir şey etməməsi üçün qardaşı Şahid2 Anar Hüseynovun yaşadığını demişdir. O, anası yaxud qardaşının Anar Hüseynovla görüşməsinin, eləcə də görüntülü danışmalarının şahid olmamış və buna inanmamışdır. Əgər belə bir hal baş versə idi sonuncular bununla bağlı sübutları məhkəməyə təqdim etmiş olardılar. O, anası Zərərçəkmiş şəxs1 sosial şəbəkələrdə Anar Hüseynovun ölməməsi barədə məlumatlar paylaşmamasını bildirmiş, lakin anası kiçik qardaşının dediklərinə inanıb onu dinləməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, hadisə zamanı qızı Sevinc, nəvəsi Amin, daha sonra isə o, çölə çıxmışdır. Həmin vaxt Ramillə Anar mübahisə etmişlər. O, Ramilin əlində nə isə parıldadığını görüb ilkin olaraq dırnaq qayçısı olduğunu fikirləşmişdir. Lakin sonra sonuncunun əlindəki şeyin bir ucunun parıldadığından bıçaq olduğunu bilib Anara “bax onun əlində bıçaq var” demişdir. Həmin an da Ramil Anarı bıçaqla vurmuşdur. Bundan sonra Amin Ramili itələmiş, həmin vaxtı da Ramilin əlindəki bıçaq nəvəsinin sol yanına girmişdir. O, hadisənin təsirindən özünü döymüşdür. İfadəsinin davamı olaraq Cəmilə Abbasova bildirmişdir ki, hadisə yerinin ətrafında akasiya ağacları olduğu üçün işıqlanma az olmuşdur. Hadisə günü Anar və Sevinc evlərində işləməkdən qayıdıb yemək yeməyə hazırlaşdıqları zaman Anar darvazadan çölə çıxmış, buna görə də qızı ərinin arxasınca getmişdir. Ramillə Anarın mübahisə etdikləri yerlə onların evi arasında 20-30 metr məsafə olmuş və o, sonunculara yaxınlaşdığı zaman Ramilin əlində bıçaq olduğunu görmüşdür. O, Ramilin əlində bıçaq olduğunu deyən kimi sonuncu Anarı vurmuşdur. Anar bıçaq zərbəsindən sonra yerə yıxılmışdır. Təcili-tibbi yardım avtomobili gələnədək qonşunun avtomobili ilə Anarı xəstəxanaya aparmışlar. O, Ramil Musayvedən şikayətçidir. İfadəsinin davamı olaraq Cəmilə Abbasova həmçinin bildirmişdir ki, Anar Hüseynovun sağ olması barədə əllərində hər hansı sübut yoxdur. O, qızı Sevinc və nəvəsi Amilin sözünə əsasən Anar Hüseynovun həyatda olduğunu bildirmişdir. Nəinki məhkəmə istintaqı ərzində, ümumiyyətlə hadisədən sonra da Anar Hüseynovla əlaqələri olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, hadisə zamanı evdə olsa da qulaqlıqla musiqi dinlədiyi üçün hadisə barədə sonradan xəbəri olmuşdur. Anası Sevinc əlləri qanlı vəziyyətdə otağa daxil olub təcili yardıma zəng edən zaman o, otaqdan çıxaraq Təqsirləndirilən şəxs Anar Hüseynova bıçaqla xəsarət yetirdiyini öyrənmişdir. O, otaqdan çıxdıqdan sonra Təqsirləndirilən şəxs görməmişdir. O, yemək yeməyə də hazırlaşmamış, çünki yeməyi Anar üçün hazırlamışlar. O, hadisə zamanı daşla vurulma ilə bağlı heç nə eşitməmişdir. Çünki hadisə barədə anası Sevinc evə daxil olduqdan sonra öyrənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, hadisə zamanı evdə olmamışdır. Həmin vaxtı o, işdə olmuşdur. Axşam vaxtı qardaşı Adəm ona zəng edərək Anarın xəstəxanada olduğunu demişdir. O da işdən çıxıb evə getmişdir. Evdə olarkən Təqsirləndirilən şəxs Anar Hüseynova bıçaqla xəsarət yetirdiyini öyrənmişdir. İfadəsinin davamı olaraq Şahid2 bildirmişdir ki, o, atası Anarla bu hadisədən sonra elə gün olub ki 2-3 dəfə danışmış, hətta yas mərasimindən sonra məhlələrin qarşısında atası Anarla şəxsən görüşmüşdür. Sonuncu dəfə bir həftə əvvəl atası ilə görüntülü danışmış, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi ilə bağlı söhbət etmişlər, lakin Anar Hüseynov ona olduğu yeri deməmiş, sadəcə oradan çıxa bilmədiyini bildirmişdir. Şəmsəddin Əliyev DTX-da şöbə rəisi olmuş, sonuncunun müavini və digər əməkdaşı ona atası ilə danışığı barədə heç kimə heç nə danışmamasını, anasının və onun məhkəməyə getməməklərini, əks halda ikisini də öldürəcəklərini demişlər. Anarın ona gizlin nömrədən zəng etməsi barədə məlumat evdə olan telefonunda qalmış, həmin telefonu məhkəməyə gətirməsi üçün atasında icazə almalı olmuşdur. Telefonda danışarkən Anar Hüseynov ona Şəmsəddin Əliyevin icazə vermədiyi üçün anası Sevinclə yox məhz onunla danışdığını izah etmişdir. Danışıq zamanı atası ona müəyyən məxfi işlər gördüyünü və bununla bağlı heç kimə deməməli olduğunu bildirmişdir. Hazırda bildiyinə görə atası məxfi iş görmür. Atasının əvəl gördüyü məxfi iş barədə də hər hansı məlumatı yoxdur. O, zəng edən şəxsin atası olduğunu dəqiqliklə bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisə günü axşam saat 21-də yoldaşı Təqsirləndirilən şəxs işdən gəlib ayaqyoluna getmişdir. Həmin vaxt çöldən bir nəfər Ramili çağırmışdır. O, qapıya çıxmadan kim olduğunu soruşanda həmin şəxs qonşu Anar olduğunu demişdir. Ramil ona özünün qapıya çıxacağını deyib getmişdir. Əri Anarla həmişə görüşdüyü üçün o, Ramilin arxasınca getməmişdir. Bundan 15-20 dəqiqə keçdikdən sonra Ramil üzü-başı qanlı vəziyyətdə geri qayıtmışdır. O, bunu görüb nə olduğunu soruşduqda Ramil Anarı vurduğunu demiş, lakin hadisənin təfərrüatlarını danışmamışdır. O, Ramildən təkrar nə baş verdiyini soruşduqda əri hadisəni danışmamış, sadəcə Anarı vurduğunu və heç nə soruşmamağını demişdir. Ona görə də o, Ramilin Anarı nə ilə vurduğunu bilməmişdir. O, çox vaxt evdə olmamış, lakin evdə olduğu müddətdə Anargilin ailəsindən kiminsə onlara gəlib mübahisə yaratmasını görməmişdir. Zərərçəkmiş şəxs1 da ona telefonla zəng edib Ramilin nikahdan kənar qadınlarla görüşməsi barədə demişdir. Şahid3 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Şahid3 həmin ifadəsində göstərmişdir ki, ..................... 05 oktyabr 2022-ci il tarixdə evdə olarkən Təqsirləndirilən şəxs axşam saat 22 radələrində evdən çölə çıxmış və bir qədər sonra evə gəldikdə ərinin qaş nahiyəsində qanaxma olduğunu görüb nə baş verdiyini soruşduqda Ramil ona Anar Hüseynovla və sonuncunun oğlu Zərərçəkmiş şəxs2la mübahisə etdiklərini, Amin X9 üzərinə bıçaq çıxardıqlarını, onun da istəməyərkən bıçaqla Anara xəsarət yetirdiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 ona bu günədək ərinin nikahdan kənar qadınlarla ona xəyanət etməsi barədə heç nə deməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Şahid3 bildirmişdir ki, o, ibtidai istintaq zamanı sualı yanlış başa düşüb Zərərçəkmiş şəxs1 ona Ramilin nikahdan kənar qadınlarla görüşməsi barədə heç nə demədiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hadisə baş verən vaxtı o, işdə olmuşdur. İşdən qayıdandan sonra dava baş verdiyini eşitmiş, lakin nə olduğunu bilməmişdir. Sonradan bildiyinə görə Anargil hamısı Ramili döymək üçün oğlunun üzərinə gəlmişlər, bu zaman da hadisə baş vermişdir. Eşitdiyinə görə Anargil Ramili döymək üçün tökülüşmüşlər. Əvvəllər Anarın arvadı 5 dəfə onun evinə gəlib ona qarşı nalayiq ifadələr işlətmişdir. Hadisə günü günorta saat 2-3 radələrində Sevinc və oğulları onun qapısına gəlib oğlu Ramili Anarın yanına buraxmamağını demişlər. Həmin vaxt Ramil evdə olmamışdır. Bu barədə Ramilə kiçik oğlu demişdir. O, oğlu Ramilin Anarı nə ilə vurmasını bilməmişdir. Şahid4 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Şahid4 həmin ifadəsində göstərmişdir ki, ......................... Anar Hüseynov onun iş yerinə gəlmişdir. Çünki sonuncunun arvadı Zərərçəkmiş şəxs1 ilə onun münasibəti pisləşmiş, Anar da bu səbəbdən onun iş yerinə gəlmişdir. Ümumilikdə Anar danışan zaman nalayiq ifadələrdən istifadə edən olsa da, həmin gün ona qarşı nalayiq ifadələr işlətməmişdir. O, baş vermiş hadisədən 2 gün əvvəl Anar Hüseynovun “Dodu” ləqəbli oğlu ilə Təqsirləndirilən şəxs azyaşlı övladının bir-birinə daş atmasını, həmin məsələyə görə Təqsirləndirilən şəxs Anar Hüseynovun övladına irad bildirməsini, daha sonra həmin məsələyə ilə bağlı Anar Hüseynovun hadisə günü Təqsirləndirilən şəxslə günorta saatlarında rastlaşdıqda axşam saatlarında görüşməyi təklif etməsini eşitməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Şahid4 bildirmişdir ki, həqiqətən də Anar Hüseynov onun iş yerinə gəlib onun ünvanına nalayiq ifadələr işlətmiş, həmin vaxtı da Yaşar adlı şəxs orada olmuşdur. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanımış və qonşu olmuşlar. Hadisə günü axşam səs-küyə darvazanın qarşısına çıxmış, qaranlıq olduğu üçün heç nə görməmiş, çünki hadisə yeri ilə 150-200 metr məsafəsi olmuşdur. O, hadisə günü sadəcə səs-küy eşitmiş, səhəri gün isə Ramilin Anargillə dalaşdığını öyrənmişdir. O, konkret olaraq hadisənin hansı formada baş verməsini görməmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, həm Anar Hüseynov, həm də Təqsirləndirilən şəxslə qapı qonşusu olmuşdur. Hadisə günü axşam saat 24 radələrində yaranmış səsküyə küçəyə çıxanda insanların Anar Hüseynovun yaşadığı evin qarşısında toplaşdığını görmüş və nə baş verdiyini bilmək üçün sürətli şəkildə oraya getmişdir. Ora çatdıqda Anarın boğazında dəsmalla avtomobilə qoyub apardıqlarını görmüşdür. Geriyə qayıdanda Ramilin onların qapısı tərəfə doğru gəldiyini görüb nə baş verdiyini soruşmuş, lakin həmin vaxtı o, sonuncunun dalaşdığını bilməmişdir. Ramilin başından qan axdığını görüb Anarla dalaşıb-dalaşmadıqlarını soruşanda sonuncu bunu təsdiq etmişdir. O, Ramildən nə səbəbə dalaşdığını soruşduqda sonuncu səhər vaxtı Anarın yoldaşı Sevincin onun anası Əntiqə ilə dalaşdığını, buna görə də Anara yoldaşı Sevincin yaşlı anası ilə nə işi olduğunu dediyini, bundan sonra Anarın evlərinə getdiyini, bir qədər sonra sonuncuların onu səsləyib çağırdıqlarını, yaxınlaşdığı vaxt isə ailəlikcə onun üzərinə hücum etdiklərini, onu döydükləri üçün də özünün bıçağı çıxarıb hərlədiyini, nəticədə onların qorxub getdiklərini demişdir. O da Ramilə bıçağı hərləmədiyini, Anara boğaz nahiyəsindən xəsarət yetirdiyini demişdir. Həmin vaxtı Ramil donub qalmışdır. İfadəsinin davamı olaraq Elvin Abdullayev bildirmişdir ki, o, Ramili görəndə sonuncunun qaşı partlamış, başından qan axmış, əynindəki paltarlar isə cırılmışdı. Lakin üzərindəki qan yayıldığı üçün dəqiqliklə hansı nahiyədən xəsarət aldığını demək mümkün deyildir. X19 limon rəngli VAZ-21011 markalı avtomobili ilə aparmışlar. Həmin vaxt o, orada mərhumun yoldaşı Sevinc xanımı və sonuncunun üç oğlunu görmüş, həmin vaxtı sonuncular öz aralarında təxminən Ramilin üzərinə bıçaq çıxardıqlarını və bıçağı sonuncunun əlindən almaları məzmununda şeylər demişlər. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Gəncə şəhər şöbəsinin məhkəmə-tibb eksperti X16 ifadəsində göstərmişdir ki, X17 barəsində olan xx.xx.2022-ci il tarixli, 82 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyini o, tərtib etmişdir. Ümumiyyətlə meyit həm daxili, həm də xarici müayinə olunur, xarici müayinə müstəntiqin iştirakı ilə aparılır və işə əlavə edilməsi üçün fotoşəkillər çəkilir, daxili müayinə zamanı isə müvafiq rəyin tərtib edilməsi üçün daxili orqanlardan nümunələr götürülür. Lakin daxili müayinə zamanı fotoşəkil çəkilmir. İfadəsinin davamı olaraq Cavanşir Əliyev bildirmişdir ki, məhkəmə-tibbi ekspertizası aparılarkən Anar Hüseynov artıq ölmüşdür. Ekspertiza aparılmamışdan qabaq meyitin şəxsiyyəti vəsiqəsi ilə eyniləşdirmə aparıldığı üçün Anar Hüseynovu da müayinə edərkən bu formada etmişlər. Anar Hüseynov xəstəxanada vəfat etmiş və ekspertiza üçün gətirildikdə onun üzərində meyit əlamətləri olmuş, çünki həmin əlamətlər olmadıqda şəxsi müayinə etməmişlər. Anar Hüseynovun bədənində döymələr də olmuşdur. Anar Hüseynovun daxili müayinəsi zamanı orqanlardan tədqiqat üçün nümunələr götürülmüşdür. Belə olan halda isə sonuncunun yaşamaq ehtimalı olmamışdır. Anar Hüseynovun bədəni üzərində meyitə xas olan qacıma və ləkələr olmuş, bu hallarda isə şəxsin sonradan hər hansı bir vasitə ilə həyata qaytarılması mümkün olmamışdır. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Gəncə şəhər şöbəsinin xx.xx.2022-ci il tarixli, 82 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki: 1) X3 meyitinin bədənində bir ədəd kəsilmiş-deşilmiş yara müəyyən edildi. Bu xəsarət boyun - döş qəfəsi büküşü nahiyəsində solda yerləşir, sol döş boşluğuna keçərək sol ağciyəri zədələmişdir. Qeyd edilən xəsarət həyatidir, bir tərəfi kəsici xüsusiyyətə malik olan deşici-kəsici alətlə yetirilmiş və ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Yara kanalının istiqaməti soldan sağa, bir qədər yuxarıdan aşağıya doğrudur; 2) X3 bədənində yuxarıda göstərilən kəsilmiş - deşilmiş yaradan başqa, başın yumşaq toxumalarına sol gicgah nahiyəsində və döş qəfəsinin yumşaq toxumalarına ön səthdə solda Vİİ-Vİİİ qabırğalar səviyyəsində qansızmalar kimi xəsarətlər də müəyyən edildi. Bu xəsarətlər də həyatidir, bərk küt alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmiş, belə xəsarətlər canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər kimi qiymətləndirilir və dərəcələri təyin edilmir; 3) X3 bədənində müəyyən edilən xəsarətlərin əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir; 4) Xəsarətlərin qarşılıqlı dalaşma və özünü müdafiə zamanı əmələ gəlməsini müəyyən etmək məhkəmə-tibb ekspertinin səlahiyyətinə aid deyil; 5) X3 ölümünə səbəb döş qəfəsinin sol yarısının daxilə keçən sol ağciyərin zədələnməsi ilə müşayiət edilən kəsilmiş - deşilmiş yarası nəticəsində əmələ gələn daxili və xarici qanitirmə olmuşdur; 6) X3 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi təhqiqatı zamanı narkotik maddələr və etil spirti aşkar edilmədi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Gəncə şəhər şöbəsinin xx.xx.2022-ci il tarixli, 1814 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - döş qəfəsinin sol yarısının daxilə keçməyən deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın təsiri nəticəsində, sağ əlin İ barmağının kəsilmiş yarası isə kəsici əşyanın təsiri nəticəsində əmələ gəlmiş, xəsarətlərin əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir, hər iki xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Gəncə şəhər şöbəsinin xx.xx.2022-cü il tarixli, 1818 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol qaş nahiyəsinin səthi yarası, sol qulaqarxası nahiyəsinin sıyrığı - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in xx.xx.2022-ci il tarixli, 689/KEŞ nömrəli komisyon məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki: 1) Anar Hüseynovun adına Birliyin Gəncə şəhər şöbəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 82 nömrəli ekspert rəyinin nəticə hissəsi təsvir hissəsinə uyğun tərtib edilmişdir; 2,4,5) Gəncə şəhəri Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasında Anar Hüseynovun adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2022-ci il tarixdə saat 22:13-də xəstəxananın cərrahiyyə şöbəsinə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Boyunun sol yan nahiyəsinin kəsilmiş-deşilmiş açıq yarası” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq yara 1-cili cərrahi işlənilmiş, boyunun sol yan nahiyəsində olan yara kənarları antiseptiklərlə dəfələrlə təmizlənildikdən sonra yara boylama genişləndirilmiş, dərialtında olan qanayan damarlar liqaturaya alınmış, qanaxma dayandırılmış və xəstə palataya köçürülmüşdür. Müvafiq konservativ müalicə davam etdirilmiş və dinamik nəzarətdə saxlanılmışdır. Lakin xəstə müayinələrin aparılmasından imtina etmiş, xəstəxananın daxili nizam-intizam qaydalarını pozaraq xx.xx.2022-ci il tarixdə saat 07:10-da icazəsiz şöbəni tərk etmişdir; 3) Anar Hüseynovun meyiti müayinə olunmuş və boyunun sol yan nahiyəsində olan kəsilmiş-deşilmiş yara döş qəfəsinin sol yarısının daxilə keçən sol ağciyərin zədələnməsi ilə müşayiət olunaraq daxili və xarici qanitirməyə gətirib çıxartmışdır ki, bununla da aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqə olmamışdır. Belə ki, Anar Hüseynov stasionarda olduğu müddət ərzində onda qanaxmanın klinik əlamətləri müşahidə olunmamışdır. Sonrakı müayinə və müalicəni davam etdirmək üçün xəstə stasionar dinamik nəzarətdən imtina etdiyindən qanaxmanın müəyyən olunması və aradan qaldırılması mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Gəncə şəhər şöbəsinin xx.xx.2022-ci il tarixli, 37 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki: 1) X5 maye halda qanının qrup göstəricisi A (İİ) betadır; 2) Təqdim olunmuş Zərərçəkmiş şəxs2 məxsus bir ədəd qolsuz mayka üzərində insana məxsus qan aşkar olundu, həmin qan ABO sistemi üzrə qrup göstəricisi A (İİ) beta olduğundan mərhum X21 məxsus ola bilər; 3) Təqdim olunmuş X17 xəstəxanada vəfat edərkən əynində olmuş paltarlar (bir ədəd uzunqol kofta, bir ədəd qısaqol kofta) üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A (İİ) beta olduğundan onun özünə məxsus ola bilər; 4) Təqdim olunmuş X17 hadisə baş verən zaman əynində olmuş paltarlar (bir ədəd şalvar, bir ədəd qısaqol kofta, bir ədəd qolsuz mayka, bir ədəd tursik) və ilkin tibbi yardım zamanı istifadə edilmiş dəsmal üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A (İİ) beta olduğundan onun özünə məxsus ola bilər; 5) Təqdim olunmuş hadisə yerindən götürülmüş nümunələr üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A (İİ) beta olduğundan mərhum X21 məxsus ola bilər; 6) Təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus paltarlar (bir ədəd şalvar, bir ədəd uzunqol kofta) üzərində qanabənzər ləkələr aşkar edilmədi; 7) Təqdim olunmuş X17 xəstəxanada vəfat edərkən əynində olmuş bir ədəd şortik, bir ədəd tursik üzərində qanabənzər ləkələr aşkar olunmadı. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər psixonevroloji dispanserinin xx.xx.2022-ci il tarixli, 612/221 nömrəli kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi (ruhi) xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi (ruhi) xəstəlik, psixi xəstəliyin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik keçirmir. O, hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini ölçübbiçmək, hərəkətlərini idarə etmək və törətdiyi əməlinin məsuliyyətini dərk etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1 və 21.3-cü maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərini dərk etmək, ölçübbiçmək, hərəkətlərini idarə etmək və törətdiyi əməllərin məsuliyyətini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən əsəbi psixi emosional halda olmuşdur. Keçirdiyi emosional halın yaranma səbəblərindən zərərçəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli, 1769 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabionidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X20 Bölməsinin xx.xx.2022-ci il tarixli, 16/1277 nömrəli məhkəmə-lifli ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X21 və Zərərçəkmiş şəxs2 məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. X17 xəsarət alarkən əynində olan geyim əşyalarının üzərində Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının tərkib liflərində yoxdur. X17 ikinci dəfə xəstəxanada olarkən əynində olan geyim əşyalarının üzərində Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. Zərərçəkmiş şəxs2 məxsus geyim əşyasının üzərində Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X20 Bölməsinin xx.xx.2022-ci il tarixli, 16/1278 nömrəli məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunan X5 hadisə baş verən zaman (1-ci dəfə xəstəxanaya gətirilərkən) üzərində olmuş qısaqol köynəyin səthində olan bir ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədəsidir. X5 hadisə baş verən zaman (1-ci dəfə xəstəxanaya gətirilərkən) əynində olmuş şalvarın, tumanın və əl dəsmalının, 2-ci dəfə xəstəxanaya gətirilərkən üzərində olmuş puloverin, köynəyin, şortikin, tumanın, Təqsirləndirilən şəxs məxsus puloverin, şalvarın, Zərərçəkmiş şəxs2 məxsus maykanın üzərində mexaniki zədə aşkar edilmədi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulması və istintaqdan qaçıb gizləndiyi üçün barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 12:00-da Gəncə şəhər ərazisində saxlanılaraq Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nə gətirilmiş və Gəncə şəhər prokurorluğuna təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 06 oktyabr 2022-ci il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə elan olunmuş ittihamın məzmununa əlavə və dəyişikliklər edilərək ona Cinayət Məcəlləsinin 120.2.4, 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, hadisə yeri - Gəncə şəhəri, Kəpəz rayonu, Sahil küçəsində yerləşən Təqsirləndirilən şəxs məxsus evin qarşısıdır. Baxış zamanı Zərərçəkmiş şəxs2 onlara məxsus yarımtikili evin daş kərpicdən olan divarının məhləyə giriş darvazasının küçəyə tərəf hissəsində yerləşən, torpaq örtükdən sonra başlayan su arxının kənarındakı avtomobil yolunu göstərib hadisələrin orada baş verdiyini göstərmişdir. Hadisə yeri mərkəzdən ətrafa doğru müayinə edilmiş və məsafələr hadisə yerində yerləşən su arxına bitişik, Təqsirləndirilən şəxs məxsus evin daş kərpicdən hörülmüş divarından hesablanmağa başlanılmışdır. Zərərçəkmiş şəxs2 göstərdiyi istiqamətdə, yəni Təqsirləndirilən şəxs Anar Hüseynova bıçaq zərbəsi vurduğu yerdən 1,20 metr su arxı istiqamətində, avtomobil yolundakı xırda qrabil daşların və torpaq örtüyün üzərində qanabənzər maye aşkar edilərək “1” rəqəmi ilə işarələnmiş, həmin qanabənzər nümunədən 2 metr qarşıda avtomobil yolundakı xırda qrabil daşların və torpaq örtüyün üzərində qanabənzər maye aşkar edilərək “2” rəqəmi ilə işarələnmiş, eyni hərəkət istiqaməti ilə 2 nömrəli qanabənzər mayedən 3,30 metr qarşıda aşkar olunmuş qanabənzər maye “3” rəqəmi, 3 rəqəmi ilə işarələnmiş qanabənzər mayedən 1,70 metr qarşıda yerdə aşkar edilmiş qanabənzər maye “4” rəqəmi ilə, 4 rəqəmi ilə işarələnmiş qanabənzər mayedən 2,10 metr qarşıda aşkar edilmiş qanabənzər maye isə “5” rəqəmi ilə işarələnmişdir. Hadisə yerinə baxış zamanı 1, 2, 3, 4 və 5 rəqəmi ilə işarələnmiş qanabənzər mayedən nümunələr müvafiq qaydada qablaşdırılaraq götürülmüşdüür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “meyitə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, X17 əynində solğun mavi rəngli qısaqol pambıq parçadan mayka, göy və ağ qəhvəyi rəngli xırda dam naxışlı pambıq parçadan şort və tünd göy rəngli pambıq parçadan tursik vardır. Baxış zamanı sonuncunun bədənində boyun-döş qəfəsi büküşü nahiyəsində solda 2,5 sm uzunluqda çəp yerləşmiş, üzərində iki ədəd cərrahi tikişi olan kənarları hamar yara, yaranın ətrafında 9x4 sm ölçüdə qırmızımtıl rəngli, qeyri müəyyən formalı qançır, sağ əlin üst səthində isə vena kateteri olması müəyyən edilmişdir. Meyitə baxış zamanı əynində olan paltarlar müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan və həmin protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, xx.xx.2022-ci il tarixdə günorta saatlarında X26 ilə aralarında sözlü mübahisə olduğu üçün həmin gün axşam saatlarında sonuncu ilə görüşə gedərkən Anar Hüseynovun əvvəllər məhkum həyatı yaşadığını bildiyi üçün ehtiyat edib yaşadığı evdən mətbəx bıçağını götürərək üzərində saxladığını, sonuncu ilə ilk əvvəl söhbət etdikdən sonra Anar Hüseynovun yaşadığı evinə getdiyini, biriki dəqiqə sonra sonuncunun arvadı, oğulları və qayınanası ilə birlikdə geri qayıdaraq onu təhqir edib və anasının ünvanına nalayiq ifadələr işlədib ona hücum etdiklərini, onu yumruqla, daha sonra isə daşla vurduqlarını, buna görə də özünü müdafiə etmək üçün üzərində olan bıçaqla yuxarıdan aşağıya doğru Anar Hüseynova zərbə ataraq sonuncuya boğaz nahiyəsindən xəsarət yetirdiyini bildirib bıçaqla xəsarət yetirdiyi yeri və şəraiti əyani göstərməklə törətdiyi cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokollardan və protokollara əlavə olunmuş fotocədvəldən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ayrı-ayrılıqda ifadələrinin yerində yoxlanılması istintaq hərəkəti zamanı onlar Təqsirləndirilən şəxs X21 bıçaqla xəsarət yetirdiyi yeri və şəraiti əyani göstərməklə Təqsirləndirilən şəxs törətdiyi cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadələrində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şahidin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, şahid X1 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, Təqsirləndirilən şəxs X21 bıçaqla xəsarət yetirdiyi yeri və şəraiti əyani göstərməklə Təqsirləndirilən şəxs törətdiyi cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “şəxsin icazəsi ilə götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi hadisə vaxtı əynində olmuş 01 (bir) ədəd qara rəngli şalvar və 01 (bir) ədəd üzərində “roberto cavalli” sözləri yazılmış qara rəngli uzunqol köynək müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “şəxsin icazəsi ilə götürmə aparılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 könüllü təqdim etdiyi hadisə vaxtı əynində olmuş 01 (bir) ədəd ağ rəngli qolsuz alt paltarı müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Gəncə şəhər Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasından müşayiət məktubu olmadan 1 nömrəli bağlamada X17 hadisədən dərhal sonra xəstəxanaya təxliyə edilərkən üzərində olmuş 1 ədəd şalvar, 1 ədəd uzunqol köynək, 1 ədəd alt tumanı, üzəri qanabənzər ləkələrə bulaşmış 1 ədəd əl dəsmalı, 2 nömrəli bağlamada isə Anar Hüseynovun ikinci dəfə xəstəxanaya gətirilərkən və vəfat edərkən üzərində olmuş 1 ədəd uzunqol köynək, 1 ədəd qısa şortik, 1 ədəd alt tuman və 1 ədəd ağ rəngli qısaqol köynək Gəncə şəhər prokurorluğunun böyük müstəntiqi Ramil Cəmilli tərəfindən təhvil alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “əşyalara baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus 01 (bir) ədəd qolsuz ağ rəngli maykanın sol qolaltı nahiyəsində qanabənzər ləkələr və sökülmə izi müşahidə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “əşyalara baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, X17 hadisə baş verən zaman əynində olmuş 1 (bir) ədəd qısaqol köynəyin, 1 (bir) ədəd şalvarın, 01 (bir) ədəd əl dəsmalın, 01 (bir) ədəd alt tumanın, eləcə də Anar Hüseynov ikinci dəfə xəstəxanaya gətirilərkən əynində olmuş 01 (bir) ədəd uzunqol puloverin, 01 (bir) ədəd qısaqol köynəyin üzərində qanabənzər ləkələ vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha ifadəsini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X7 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Cəmilə Abbasova ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha ifadəsini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha ifadəsini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha ifadəsini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər prokurorluğunun müstəntiqi Elbrus Möhsümovun tərtib etdiyi xx.xx.2022-ci il tarixli “telefon məlumatlarının qəbul edilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 09:05-də Gəncə şəhər BPİ-nin 2-ci polis şöbəsindən X17 Abbas Səhhət adına Gəncə şəhər xəstəxanasında ölməsi barədə məlumat daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin 2-ci polis şöbəsinin növbətçisinin xx.xx.2022-ci il tarixli raportundan görünür ki, həmin tarixdə saat 21:58-də Zərərçəkmiş şəxs1 “102” Xidmətinə zəng edərək qonşusu Ramil adlı şəxsin əri Anarın boğaz nahiyəsindən bıçaqlaması və sonuncunun hazırda A.Səhhət adına xəstəxanada olması barədə məlumat verməsi göstərilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin 2-ci polis şöbəsinin növbətçisinin xx.xx.2022-ci il tarixli raportundan görünür ki, həmin tarixdə saat 23:29-da növbətçi həkim X17 boyun nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Gəncə şəhəri Abbas Səhhət adına xəstəxanaya daxil olması barədə polis şöbəsinə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin 2-ci polis şöbəsinin növbətçisinin xx.xx.2022-ci il tarixli raportundan görünür ki, həmin tarixdə saat 23:32-də tibb bacısı Zərərçəkmiş şəxs2 sol döşaltı arxa hissəsinin deşilmiş yarası ilə Gəncə şəhəri Abbas Səhhət adına xəstəxanasına daxil olması barədə polis şöbəsinə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin 2-ci polis şöbəsinin növbətçisinin xx.xx.2022-ci il tarixli raportundan görünür ki, həmin tarixdə saat 09:10-da növbətçi həkim bir gün əvvəl boyun nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya daxil olmuş X17 xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri Abbas Səhhət adına xəstəxanada ölməsi barədə polis şöbəsinə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin 2-ci polis şöbəsinin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərində əməliyyat-axtarış tədbirləri həyata keçirilərkən sonuncunun mərhum Anar Hüseynovla son zamanlar münasibətlərinin yaxşı olmadığı, əvvəllər də şəxsi münasibətlər zəminində mübahisə etdikləri müəyyən olunmuşdur. Tədbir zamanı hadisə yerində mərhumun arvadı və oğlu olmuş, əlavə şahidlər və hadisə yerində, ətrafda bıçaq tapılmamış, müşahidə kameraları müəyyən olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən və Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının sonu ilə azad olunmuş, xx.xx.2021-ci il tarixdə isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının müddəti başa çatmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17:15-də təcridxanaya daxil olarkən tibbi müayinədən keçirilmiş və onun sol qaş nahiyəsində çapılmış yara, sol gözünün alt nahiyəsində isə şişkinlik aşkar edilmişdir. Sonuncu verdiyi izahatında bədəni üzərində aşkar edilmiş xəsarətləri xx.xx.2022-ci il tarixdə Gəncə şəhərində törətdiyi cinayət hadisəsi zamanı aldığı bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və X26 arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəz” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. X26 da həmin mərkəzdə müalicədə olmayıb, lakin 2015-ci il tarixdə profilaktiki qeydiyyata götürülüb. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Psixonevroloji dispanserinin xx.xx.2022-ci il tarixli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs və X26 həmin dispanserində qeydiyyatda durmurlar. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Narkoloji dispanserinin xx.xx.2022-ci il tarixli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs və X34 həmin dispanserdə qeydiyyatda durmurlar. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 917359 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.2014-cü il tarixdə Zərərçəkmiş şəxs1 ilə rəsmi nikaha daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq orqanına təqdim etdiyi xx.xx.2022-ci və xx.xx.2023-cü il tarixli ərizələrindən görünür ki, o, Təqsirləndirilən şəxs şikayətçi olduğunu qeyd edərək sonuncunun qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq orqanına təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs şikayətçi olduğunu qeyd edərək sonuncunun qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X2 ibtidai istintaq orqanına təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs şikayətçi olduğunu qeyd edərək sonuncunun qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Gəncə şəhəri Kəpəz rayonu 130 nömrəli “Evlər üçlüyü”nün xx.xx.2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Sahil küçəsində yerləşən fərdi yaşayış evində yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 779659 və 779660, nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü Zəhra Musayeva və xx.xx.2011-ci il təvəllüdlü Emin Musayev adlı övladları vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi, əşyanın maddi sübut hesab edilməsi və cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, 05 oktyabr 2022-ci il tarixdə hadisə yerinə baxış zamanı “1”, “2”, “3”, “4” və “5” rəqəmi ilə işarələnərək qanabənzər ləkələrdən hopdurma üsulu ilə götürülmüş qan nümunələri, Zərərçəkmiş şəxs2 məxsus 01 (bir) ədəd qısaqol mayka, X17 hadisə vaxtı əynində olmuş 01 (bir) ədəd şalvar, 01 (bir) ədəd qısaqol kofta, 01 (bir) ədəd qolsuz mayka və 01 (bir) ədəd tursik, həmçinin ilkin tibbi yardım zamanı istifadə edilmiş 01 (bir) ədəd dəsmal, X17 xəstəxanada vəfat edərkən əynində olmuş 01 (bir) ədəd şortik və 01 (bir) ədəd tursik maddi sübut kimi tanınmış və saxlanılması üçün Gəncə şəhər prokurorluğunun maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli ərizələrdən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X6, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ayrı-ayrılıqda məhkəmə istintaq zamanı ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs şikayətçi olduqlarını və sonuncu barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində hadisə günü X26 ilə axşam saatlarında birinci dəfə görüşərkən sonuncunun görüşə bıçaqla gəldiyini, bunu görüb bıçağı Anar Hüseynovun əlindən aldığını, daha sonra sonuncunun yaşadığı evə gedərək bir neçə dəqiqə sonra arvadı Zərərçəkmiş şəxs1, oğulları Zərərçəkmiş şəxs2, ƏlŞahid2, ƏlŞahid1 və qayınanası X6 ilə birlikdə onun üstünə gəldiklərini, ona çatan kimi Anar Hüseynovun oğullarına onu döyməsini dediyini, sonuncuların ilk əvvəl onu nalayiq ifadələrlə təhqir etdiyini, daha sonra Zərərçəkmiş şəxs2 onu öz əlindəki bıçağın arxa tərəfi ilə qaş nahiyəsindən vurduğunu, bunu görüb özünü həm müdafiə etmək, həm də onları qorxutmaq üçün bir qədər əvvəl Anar Hüseynovdan aldığı bıçaqla sonuncunun qoluna vurmaq istəyərkən bıçağın ehtiyatsızlıqdan Anar Hüseynovun boğaz nahiyəsindən dəydiyini, ona görə Anar Hüseynovu öldürmək niyyətinin olmadığını, hadisə günü sonuncudan başqa heç kimə bıçaqla xəsarət yetirmədiyini və heç kimi öldürməyə cəhd etmədiyini göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin təqsriləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin həm məhkəmə, həm də ibtidai istintaq zamanı verdikləri ifadələri, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində, xx.xx.2022-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrində hadisə günü Anar Hüseynovun yaşadığı evinə gedərkən sonuncunun onunla mübahisə edəcəyini bildiyi üçün özünü müdafiə etmək məqsədi ilə evdən əl dəstəyi qara, tiyəsi isə metallik rəngli mətbəx bıçağını üzərində götürüb sağ cibində saxladığını, mübahisə zamanı Zərərçəkmiş şəxs2 onu vurduqdan sonra Anar Hüseynovla üzbəüz dayanarkən cibindən həmin bıçağı çıxarıb sonuncunun boyun səviyyəsinədək qaldıraraq yuxarıdan aşağıya doğru Anar Hüseynova bir dəfə bıçaq zərbəsi vurduğunu, hadisə vaxtı da Anar Hüseynovda və sonuncunun ailə üzvlərində nə bıçaq, nə də ki yad cisim olmadığını göstərmişdir. Sözügedən dindirilmələrə dair protokollardan görünür ki, həmin ifadələr Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə alınmış, habelə ifadələrin sonunda Təqsirləndirilən şəxs əlyazma ilə qeyd yazaraq ifadələrini oxuduğunu və doğruluğunu imzası ilə təsdiq etdiyini göstərmişdir. Həmçinin xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, xx.xx.2022-ci il tarixdə günorta saatlarında X26 ilə aralarında sözlü mübahisə olduğu üçün həmin gün axşam saatlarında sonuncu ilə görüşə gedərkən Anar Hüseynovun əvvəllər məhkum həyatı yaşadığını bildiyi üçün ehtiyat edib yaşadığı evdən mətbəx bıçağını götürərək üzərində saxladığını, daha sonra isə aralarında yaranmış mübahisə zamanı özünü müdafiə etmək üçün üzərində olan bıçaqla yuxarıdan aşağıya doğru Anar Hüseynova zərbə ataraq sonuncuya boğaz nahiyəsindən xəsarət yetirdiyini bir daha təsdiq etmişdir. Eyni zamanda məhkəmə istintaqında olduğu kimi ibtidai istintaq zamanı da xx.xx.2022-ci il tarixdən etibarən təqsirləndirilən şəxsin müqavilə əsasında müdafiəçisi olmuş eyni vəkil, yəni Müdafiəçi1 iştirakı ilə xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində əlavə ifadə verərkən Təqsirləndirilən şəxs məhz cinayətin aləti olan bıçağı Anar Hüseynovdan aldığını ifadəsində göstərməmişdir. Ümumiyyətlə də ibtidai istintaq materiallarında Təqsirləndirilən şəxsin hər hansı bir istintaq hərəkətinə dair protokolda cinayətin aləti olan bıçağı məhz Anar Hüsenovdan almasını göstərməsi öz təsdiqini tapmamışdır. O cümlədən iş materiallarında olan “həbs” qətimkan tədbirinin seçilməsinə dair Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqinin vəsatətinə münasibət bildirərkən Anar Hüseynov və sonuncunun oğulları tərəfindən döyülməsindən ehtiyat edərək görüşə gedərkən özünü müdafiə etmək üçün üzərində bıçaq götürdüyünü etiraf etmişdir. Habelə iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 612/221 nömrəli kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyinin təsviriəsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs ekspert komissiyası tərəfindən verilmiş suallara cavab olaraq Anar Hüseynovun və sonuncunun ailə üzvlərinin ona hücum etməsi səbəbindən ev bıçağı ilə Anar Hüseynovun boyun nahiyəsindən 1 bıçaq zərbəsi vurduğunu göstərmişdir. Hətta zərərçəkmiş şəxsin hüquqi varisi X6 həm məhkəmə istintaqı, həm də ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində hadisə günü Təqsirləndirilən şəxs əlində nə isə parıldadığını görüb ilkin olaraq dırnaq qayçısı olduğunu fikirləşdiyini, lakin sonra sonuncunun əlindəki əşyanın bir ucunun parıldadığından bıçaq olduğunu bilib Anar Hüseynova “bax onun əlində bıçaq var” dediyini, həmin an da Təqsirləndirilən şəxs Anar Hüseynovu bıçaqla vurduğunu göstərmişdir. Eləcə də zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 da Cəmilə Abbasovanın ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Həmçinin məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X10 ifadəsində hadisə günü Təqsirləndirilən şəxs görüb nə baş verdiyini soruşduqda sonuncunun Anar Hüseynovun və ailə üzlərinin ona hücum çəkdikləri üçün özünün bıçağı çıxarıb hərlədiyini, nəticədə sonuncuların qorxub getdiklərini dediyini göstərmişdir. Eyni zamanda iş üzrə şahid qismində dindirilmiş Şahid1 həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı verdiyi ifadələrində hadisə vaxtı evdə olduğunu və qulaqcıq taxaraq mahnıya qulaq asdığını, yalnız hadisə baş verdikdən sonra Təqsirləndirilən şəxs Anar Hüseynovu bıçaqladığını bildiyini, bu səbəbdən də hadisəni görmədiyini göstərmişdir. O cümlədən Şahid2 həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı verdiyi ifadələrində hadisə vaxtı evdə olmadığı, həmin vaxtı işdə olduğunu və bu səbəbdən də hadisənin baş verməsini görmədiyini göstərmişdir. Qeyd edilən xüsusatları Zərərçəkmiş şəxs1, Cəmilə Abbasova və Zərərçəkmiş şəxs2 da ifadələrində təsdiq etmişlər. Zərərçəkmiş şəxs1, Cəmilə Abbasova və Zərərçəkmiş şəxs2 üzləşdirmə istintaq hərəkəti zamanı da həmin xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha ifadələrini təsdiq etmişlər. Habelə ibtidai istintaq zamanı Azərbaycan Respublikası Konstitusiyasının 66-cı və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 20-ci maddəsinin tələbləri izah edildikdən sonra şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs arvadı Şahid3 ifadəsində 05 oktyabr 2022-ci il tarixdə evdə olarkən Təqsirləndirilən şəxs axşam saat 22 radələrində evdən çölə çıxdığını və bir qədər sonra evə gəldikdə ərinin qaş nahiyəsində qanaxma olduğunu görüb nə baş verdiyini soruşduqda Ramilin ona Anar Hüseynovla və sonuncunun oğlu Zərərçəkmiş şəxs2la mübahisə etdiklərini, Amin X9 üzərinə bıçaq çıxardıqlarını, onun da istəməyərkən bıçaqla Anara xəsarət yetirdiyini bildirdiyini göstərmişdir. Şahid3 həmin ifadəsində, hadisədən sonra Təqsirləndirilən şəxslə söhbət edərkən sonuncunun hadisə yerində Anar Hüseynov və Zərərçəkmiş şəxs2 başqa digər şəxslərin olduğunu göstərməsini təsdiq etməmişdir. Göründüyü kimi təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin, eləcə də şahidlərin ifadələri ilə təkzib olunaraq Anar Hüseynovun hadisə yerinə bıçaqla gəlməsi, hadisə vaxtı orada Adəm və Şahid2ların olması, sonuncuların Təqsirləndirilən şəxs təhqir edərək döyməsi, eləcə də Zərərçəkmiş şəxs2 əlində bıçaq olması və sonuncunun Təqsirləndirilən şəxs qaş nahiyəsindən həmin bıçağın dəstəyi ilə vurması öz təsdiqini tapmamış, müdafiə tərəfi də qeyd edilən xüsusatlara dair məhkəmə istintaqı zamanı hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, nəzərə almaq lazımdır ki, CPM-in 20-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə və buna görə hər hansı təqibə məruz qala bilməz. Odur ki, təqsirləndirilən şəxsin yaxın qohumları məhkəmə iclasında ifadə verməkdən imtina etdikdə, onların məhkəməyədək icraat zamanı şahid qismində verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, məhkəməyədək icraatda dindirilərkən onlara qeyd edilən maddənin mahiyyəti izah edilmiş olsun. Həmin Qərarın 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalıdır. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Həmin Qərarın 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Beləliklə, məhkəmə tərkibi cinayətin aləti olan istintaqa məlum olmayan məişət təyinatlı mətbəx bıçağını təqsirləndiriən şəxsin hadisədən qabaq yaşadığı evdən özü ilə götürüb-götürməməsi, eləcə də həmin bıçağın ona məxsus olub-olmaması hissəsində Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində, xx.xx.2022-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrini iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, cinayətin aləti olan istintaqa məlum olmayan məişət təyinatlı mətbəx bıçağına münasibətdə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində, xx.xx.2022-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri ittihamın həllində əsas götürülməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində hadisə günü Anar Hüseynovu öldürmək niyyətində olmadığını göstərsə də, onun hadisə baş verən günü Anar Hüseynovun evinə gedərkən planlı şəkildə yaşadığı evdən çıxarkən özü ilə mətbəx bıçağını götürməsi, sonuncu ilə üzbəüz dayanıb söhbət edərkən həmin bıçağı əlində gizlətməsi, qarşılıqlı formada söhbət edərkən Anar Hüseynovun ona qarşı heç bir zorakı hərəkətlərə yol vermədiyi halda, sadəcə sonuncunun qayınanası Cəmilə Abbasovanın onun əlindəki bıçağı görərək bu barədə qışqırıb kürəkənini xəbərdar etməsi səbəbindən həmin bıçaqla qəflətən Anar Hüseynova vuraraq sonuncuya həyatı üçün mühüm orqan sayılan ağ ciyərin yerləşdiyi boyun - döş qəfəsi büküşü nahiyəsində solda yerləşən, sol döş boşluğuna keçərək sol ağciyəri zədələməsi ilə müşayiət olunan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməsi, hadisədən sonra buna imkanı olduğu halda heç bir yardım göstərmədən hadisə yerindən qaçması, yəni hadisəyə qədər və hadisədən sonra hərəkətləri, eləcə də Anar Hüseynovun döş qəfəsinin sol yarısının daxilinə keçərək sol ağciyəri zədələməklə müşayiət edilən kəsilmiş-deşilmiş yarası nəticəsində əmələ gələn daxili və xarici qanitirmə səbəbindən ölməsi onun Anar Hüseynovu məhz öldürmək niyyətinin olmasına dəlalət edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin həmin Məcəllənin 56-cı maddəsinin tətbiqi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 07 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, subyektiv cəhətin müstəqil əlamətləri kimi motiv və məqsəd yalnız qəsdən törədilən cinayətlər zamanı, yəni qanunla qorunan ictimai dəyər, maraq və ya sərvətlərə zərər vurmaq meyli və niyyətinin olduğu hallarda mövcud olur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il 3 nömrəli Qərarının 3-cü bəndində göstərilmişdir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində hadisə günü aralarında baş vermiş mübahisə zamanı Anar Hüseynovdan başqa heç kimə bıçaqla xəsarət yetirmədiyini və heç kimi öldürməyə cəhd etmədiyini göstərsə də, Zərərçəkmiş şəxs2 ifadəsində Təqsirləndirilən şəxs ögey atası Anar Hüseynova qəfildən bıçaqla zərbə vurduğunu görüb sonuncuların arasına girərək Təqsirləndirilən şəxs kənara itələyən zaman, sonuncu əlindəki bıçaqla onun döş qəfəsinin sol yarısına, yəni həyat üçün mühüm sayılan ürəyin və digər orqanların yerləşdiyi nahiyəsinə zərbə vuraraq ona döş qəfəsinin sol yarısının daxilə keçməyən deşilmiş-kəsilmiş yarası xəsarətini yetirdiyini, həmin xəsarətdən sonra özünün aktiv müqavimət göstərərək Təqsirləndirilən şəxs əlindəki bıçağı almaq istəyən zaman da sağ əlin İ barmağının kəsilmiş yarası xəsarətini aldığı göstərmişdir. Qeyd edilən xüsusatları Zərərçəkmiş şəxs1 ilə Cəmilə Abbasova da ifadələrində təsdiq etmişlər. Həmçinin iş materiallarında xx.xx.2022-ci il tarixli, 1814 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən də görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - döş qəfəsinin sol yarısının daxilə keçməyən deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın təsiri nəticəsində, sağ əlin İ barmağının kəsilmiş yarası isə kəsici əşyanın təsiri nəticəsində əmələ gəlmiş, xəsarətlərin əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir, hər iki xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Eyni zamanda zərərçəkmiş Zərərçəkmiş şəxs1 da ifadəsində hadisə günü səs-küyə küçəyə çıxdıqda əri X30 Musayevə “çıx get, indi sən piyansan, sabah gələrsən sən necə deyirsən danışarıq” dediyini, sonuncunun isə ərinə “çox pis şeylər olacaq” dediyini eşitdiyini, daha sonra ərinin heç bir fiziki zorakılıq tətbiq etmədiyi halda Təqsirləndirilən şəxs qəfləti əlindəki bıçaqla ərinə boyun nahiyəsindən xəsarət yetirdiyini, bunu görən oğlu Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs atasından araşaldırmaq istəyi ilə sonuncuların arasına girərkən Təqsirləndirilən şəxs əlindəki bıçaqla onun oğlu Zərərçəkmiş şəxs2 da sol döş qəfəsindən zərbə vuraraq xəsarət yetirdiyini, həmin vaxtı Zərərçəkmiş şəxs2 aktiv müqavimət göstərərək bıçağı Təqsirləndirilən şəxs almağa çalışarkən barmağından xəsarət aldığını və Təqsirləndirilən şəxs kənara itələyərək atasının yerə yıxıldığını görüb qucağına aldığını, həmin ərəfədə ərinin öldüyünü düşünüb Təqsirləndirilən şəxs üzərinə gedərək nə səbəbə ərini öldürdüyünü soruşmaq istədikdə sonuncunun sərxoş halda əlində bıçaqla onun üzərinə gələrək ona qarın nahiyəsindən bıçaqla xəsarət yetirməyə cəhd etdiyini, lakin özünün cəld tərpənərək geriyə çəkilməsi və yerdən daş götürüb Ramilə Musayevə atması nəticəsində sonuncunun ona xəsarət yetirə bilmədiyini, daha sonra Təqsirləndirilən şəxs oradan uzaqlaşdığını, lakin onlar Anar Hüseynovu təcili yardım çağırmaq üçün evə gətirdikdən sonra Təqsirləndirilən şəxs onların arxasınca gələrək “mənim anama burada hörmət qoyulmur, hamınızı öldürəcəm” dediyini göstərmişdir. Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatı, yəni Anar Hüseynovu təcili yardım çağırmaq üçün evə gətirdikdən sonra Təqsirləndirilən şəxs onların arxasınca gələrək “mənim anama burada hörmət qoyulmur, hamınızı öldürəcəm” deməsini Zərərçəkmiş şəxs2la Cəmilə Abbasova da ifadələrində təsdiq etmişlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Anar Hüseynova bıçaqla xəsarət yetirdikdən sonra bunu görən zərərçəkmiş Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsi ögey atasından aralamaq istəyi ilə sonuncuların arasına girərkən Təqsirləndirilən şəxs əlindəki bıçaqla Zərərçəkmiş şəxs2 döş qəfəsinin sol yarısına, yəni həyat üçün mühüm sayılan ürəyin və digər orqanların yerləşdiyi nahiyəsinə zərbə vuraraq sonuncuya döş qəfəsinin sol yarısının daxilə keçməyən deşilmiş-kəsilmiş yarası xəsarətini yetirərək onu qəsdən öldürməyə cəhd etmiş, lakin həmin həm vaxtı Zərərçəkmiş şəxs2 aktiv müqavimət göstərərək Təqsirləndirilən şəxs kənara itələməsi (zərərçəkmiş Zərərçəkmiş şəxs2 sağ əlin İ barmağının kəsilmiş yarası xəsarətini alması onun məhz bıçağı əlindən almağa çalışarkən təqsirləndirilən Təqsirləndirilən şəxs göstərdiyi aktiv müqavimətin nəticəsidir) səbəbindən o, cinayət əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməmiş, daha sonra Zərərçəkmiş şəxs2 ögey atası Anar Hüseynovu qucağına aldığını görüb Təqsirləndirilən şəxs cinayətkar niyyətini davam etdirərək həmin vaxtı onun üzərinə gələn Zərərçəkmiş şəxs1 da əlindəki bıçaqla hücum edərək sonuncuya qarın və sinə nahiyəsindən, yəni həyat üçün mühüm orqanların yerləşdiyi nahiyədən xəsarət yetirməyə cəhd etsə də, Zərərçəkmiş şəxs1 cəld tərpənərək geriyə çəkilməsi və yerdən daş götürüb Ramilə Musayevə atması nəticəsində o, cinayət əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək sonuncunu da qəsdən öldürməyə cəhd etmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il 3 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinə baxdıqda, aydın olur ki, sözügedən əlamətlə cinayətin törədilməsi barədə şəxsə qarşı ittihamın irəli sürülməsi üçün onun qəsdinin zərərçəkmiş şəxsə və yaxud hadisəni görən onun yaxınlarına məhz xüsusi əzab və iztirab verməyə yönəlməsi, yəni onun birbaşa qəsdlə hərəkət edib onlara xüsusi əzab və iztirab verməyi arzu etməsi tələb olunmur. Yəni qəsdin forması barədə düzünə göstəriş olmadığından təqsirkar istər birbaşa, istərsə də dolayı qəsdlə hərəkət edə bilər. Bu səbəbdən təqsirkarın öz hərəkətlərinin həmin şəxslərə xüsusi əzab, iztirab verməsi kimi əlamətlərlə müşayiət olunduğunu dərk edib buna şüurlu surətdə yol verməsi, yəni həmin əlamətlərə münasibətdə dolayı qəsdin mövcudluğu kifayətdir ki, onun əməli xüsusi amansızlıqla törədilən qəsdən adam öldürmə kimi tövsif edilsin (təbii ki, cinayət tərkibinin digər əlamətləri də müəyyən edildiyi təqdirdə). Bu yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında əksini tapmış hüquqi mövqeyə də uyğundur. Belə ki, həmin Plenum Qərarının 8-ci bəndində göstərilmişdir ki, xüsusi amansızlığın əlamətləri həyatdan məhrum etmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər.” Plenum qərarının həmin müddəalarına və Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin mənasına görə qəsdən adam öldürmə cinayətinin zərərçəkmiş şəxsin yaxın adamlarının yanında törədilməsi özü-özlüyündə cinayətin xüsusi amansızlıqla törədilməsinə dəlalət etmir. Vacibdir ki, təqsirkar şəxslərin qohumluq münasibətindən məlumatlı olsun, eyni zamanda onun niyyəti seçdiyi üsulla zərərçəkmiş şəxsin (həmçinin özünə) yaxınlarına xüsusi iztirab yetirməklə öldürmək olsun (xüsusi iztirab yetirməyi arzu etsin) və yaxud bunu arzu etməsə də, seçdiyi üsulun zərərçəkmiş şəxsin (həmçinin özünə) yaxınlarına xüsusi iztirab yetirdiyini dərk etsin və şüurlu surətdə buna yol versin, yəni xüsusi amansızlığı səciyyələndirən bu kimi hallara (zərərçəkmişin, onun yaxınlarının xüsusi əzab çəkməsinə) münasibətdə onun birbaşa (CM, maddə 25.2) və ya dolayı (CM, maddə 25.3) qəsdlə hərəkət etməsi müəyyən olunsun. Eyni zamanda nəzərə alınmalıdır ki, törədilən cinayətin yeri, vaxtı, üsulu, şəraiti, iştirakçıların sayı və sair əlamətlər təqsirkarın qəsdinin istiqamətinə təsiredən amil kimi çıxış edir. Hazırkı işin faktiki hallarından görünür ki, bir neçə ildir ki qonşuluq münasibətlərində olduqları üçün Zərərçəkmiş şəxs1 Anar Hüseynovun arvadı olması, eləcə də Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 oğlu olması, yəni hər üç zərərçəkmiş şəxsin qohumluq münasibətləri barədə Təqsirləndirilən şəxs məlumatı olmuş, eləcə də o, “mənim anama burada hörmət qoyulmur, hamınızı öldürəcəm” kimi ifadələri işlədərək qəddarlıq nümayiş etdirib zərərçəkmiş Anar Hüseynovun arvadı Zərərçəkmiş şəxs1 xüsusi iztirab çəkməsini arzu edərək elə sonuncunun gözü qarşısında əri Anar Hüseynova bir dəfə bıçaqla zərbə vuraraq həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmiş, həmin vaxtı Zərərçəkmiş şəxs1 qışqıraraq oğlu Zərərçəkmiş şəxs2 “atan öldü” demiş (Zərərçəkmiş şəxs1 iztirab çəkməsinin əlaməti), daha sonra təqsirləndirilən şəxslə aralarında əvvəllər ədavət və ya düşmənçiliyi olmayan, eləcə də hadisə günü münaqişə tərəfi kimi çıxış etməyən Zərərçəkmiş şəxs1 oğlu Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs onun ögey atası Anar Hüseynova bıçaqla xəsarət yetirdiyini görüb təqsirləndirilən şəxsi atasından kənarlaşdırmaq istəyi ilə aralarına girərkən Təqsirləndirilən şəxs cinayətkar niyyətini davam etdirərək elə ögey atası Anar Hüseynovun və doğma anası Zərərçəkmiş şəxs1 gözləri qarşısında sonunculara xüsusi iztirab verdiyini dərk edərək Zərərçəkmiş şəxs2 əlindəki bıçaqla xəsarət yetirmiş, lakin bununla da kifayətlənməyərək cinayətkar niyyətini davam etdirib Zərərçəkmiş şəxs1 oğlu Zərərçəkmiş şəxs2 və anası Cəmilə Abbasovanın gözü qarşısında sonunculara iztirab verdiyini dərk edərək Zərərçəkmiş şəxs1 bıçaq zərbəsi atıb sonuncunu da xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il 3 nömrəli Qərarının 11-ci bəndində göstərilmişdir ki, təqsirkar iki və ya daha çox şəxsi öldürməyə görə CM-in 120.2.7-ci maddəsi ilə o vaxt məsuliyyət daşıya bilər ki, onun hərəkətləri vahid qəsdlə əhatə olunsun və bir qayda olaraq eyni vaxtda törədilmiş olsun. Bir nəfərin öldürülməsi və digər şəxsin həyatına sui-qəsd edilməsi iki nəfərin öldürülməsindən ibarət başaçatmış cinayət kimi tövsif edilə bilməz. İkinci şəxsin öldürülməsi təqsirkarın iradəsindən asılı olmayan səbəbdən həyata keçmədiyinə görə belə hallarda onun əməli 120.1, yaxud 120.2-ci və 29, 120.2.7-ci maddəsi ilə tövsif edilməlidir. Bundan başqa, Zərərçəkmiş şəxs1 və sonuncunun oğlu Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadələrində X5 ölmədiyini, sonuncunun sağ olduğunu və məhkəmədə cinayət işinə baxılarkən Anar Hüseynovla telefon vasitəsilə gizlin danışdıqlarını göstərsələr də, sonuncular məhkəmə istintaqı zamanı qeyd etdiyi xüsusatlara dair şifahi sözlərdən başqa hər hansı bir mötəbər sübut təqdim edə bilməmişlər. Əksinə məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Gəncə şəhər şöbəsinin məhkəmə-tibb eksperti X16 ifadəsində X17 barəsində olan xx.xx.2022-ci il tarixli, 82 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyini tərtib etdiyini, sonuncunun meyitinin xarici və daxili müayinəsinin apardığını, məhkəmətibbi ekspertizası aparılarkən Anar Hüseynov artıq öldüyünü, sonuncunun meyitinin üzərində meyitə xas olan qacıma və meyit ləkələrinin olduğunu, daxili müayinə zamanı Anar Hüseynovun daxili orqanlardan tədqiqat üçün nümunələr götürdüyünü, belə olan halda da sonuncunun yaşamaq ehtimalının olmadığını, ümumiyyətlə də bu hallarda şəxsin sonradan hər hansı bir vasitə ilə həyata qaytarılmasının mümkün olmadığını göstərmişdir. Eləcə də iş materiallarında olan xx.xx.2022-ci il tarixli “meyitə baxış keçirilməsi haqqında” protokola əlavə olunmuş fotocədvəldən Anar Hüseynovun meyitinin üzərində meyitə xas olan qacıma və meyit ləkələrinin olması da tam aydın şəkildə görünür. Həmçinin iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 82 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyi ilə X13 döş qəfəsinin sol yarısının daxilə keçən sol ağciyərin zədələnməsi ilə müşayiət edilən kəsilmiş - deşilmiş yarası nəticəsində əmələ gələn daxili və xarici qanitirmə səbəbi ilə ölməsi öz təsdiqini tapmışdır. O cümlədən iş üzrə Zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxsin hüquqi varisi X6 həmin xüsusatla bağlı məhkəmə istintaqı zamanı verdiyi ifadələrində Anar Hüseynovun öldüyünü, məhkəmə istintaqı ərzində, ümumiyyətlə də hadisədən sonra Anar Hüseynovla əlaqələrinin olmadığını, Zərərçəkmiş şəxs1 ilə Şahid2 Anar Hüseynovla görüşmələrini və ya telefonla danışmalarını görmədiklərini, sonuncularda Anar Hüseynovun sağ olmasına dair hər hansı bir sübut da olmadığını, sadəcə Zərərçəkmiş şəxs1 ərinin ölümünü qəbul etmədiyi üçün balaca oğlunun Şahid2 guya ki atasının hələ də sağ olmasına dair dediklərinə əsassız inandığını bildirmişlər. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, Zərərçəkmiş şəxs1 mərhum əri X8 olmasına dair iddia etdiyi xüsusatlar əsassızdır və iş materiallarında olan başda məhkəmə-tibbi ekspertizasının rəyi olmaqla digər istintaq sənədləri ilə tam təkzib olunur. Beləliklə də, yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs qəsdən xüsusi amansızlıqla X22 öldürməsi, yəni sonuncunu qəsdən xüsusi amansızlıqla həyatdan məhrum etməklə, qəsdən xüsusi amansızlıqla iki və daha çox şəxsi, yəni Zərərçəkmiş şəxs2 ilə sonuncunun anası Zərərçəkmiş şəxs1 qəsdən həyatdan məhrum etməyə cəhd etməsi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 29,120.2.4 və 29,120.2.7-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, CM-in Xüsusi hissəsinin müvafiq maddəsində ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduğu hallarda başa çatmamış cinayətə görə belə cəza növü təyin edilə bilməz. Belə hallarda təqsirkara yalnız CM-nin 63.2 və 63.3-cü maddələrində göstərilən hədlər daxilində azadlıqdan məhrumetmə cəzası təyin edilə bilər. Həmin Qərarın 15-ci bəndində göstərilmişdir ki, başa çatmış və başa çatmayan cinayətlərin çoxluğu cinayətlərin təkrar törədilməsi əlaməti üzrə Cinayət Məcəlləsinin bir (məsələn, 177.2.2-ci) maddəsi ilə deyil, başa çatmayan və başa çatmış cinayətlərin məcmusu kimi tövsif edildiyi, yəni başa çatmış və başa çatmayan cinayətlərin istər real, istərsə də ideal məcmusu olduğu hallarda təqsirkar şəxsə cəza da cinayətlərin məcmusuna görə cəzaların təyin edilməsi qaydalarına riayət olunmaqla təyin olunmalı, yəni Cinayət Məcəlləsinin 66.1-ci maddəsi tələb etdiyi kimi əvvəlcə cinayətlərin məcmusuna daxil olan hər bir cinayətə, o cümlədən başa çatmış və CM-in 66-cı maddəsinin müəyyən etdiyi hədlər daxilində başa çatmayan cinayətə görə ayrı-ayrılıqda cəzalar təyin edilməli və daha sonra məcmuya daxil olan cinayətlərin təsnifatından asılı olaraq CM-in 66.2 və yaxud 66.3-cü maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu üzrə qəti cəzanın müddəti və ya həcmi müəyyən olunmalıdır. Başa çatmış və başa çatmayan cinayətlərin məcmusu üzrə birbaşa vahid cəzanın təyin edilməsi cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsi qaydalarına zidd olmaqla yanaşı həm də ona görə yolverilməzdir ki, başa çatmayan cinayətlərə görə cəzanın CM-in 63-cü maddəsinə müvafiq olaraq təyin edilməli olmasını, yəni həmin maddəyə görə məcmuya daxil olan başa çatmayan və başa çatmış cinayətlər üzrə sanksiyaların fərqli olduğunu nəzərə almır. İş materiallarında olan tələbnamədən və Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının sonu ilə azad olunmuş, xx.xx.2021-ci il tarixdə isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının müddəti başa çatmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ehtiyatsızlıqdan törədilən cinayət olmaqla Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayət hesab olunur. Cinayət Məcəlləsinin 18-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 83.4-1-ci maddəsinə əsasən, əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 sentyabr 2022-ci il tarixli Qərarında göstərilmiş hüquqi mövqeyə görə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında əks olunmuş hüquqi mövqelərini və Cinayət Məcəlləsinin 83.4-1-ci maddəsinin tələblərini nəzərə alaraq bir daha qeyd edir ki, bir hökmlə qəti olaraq bir neçə cəzaya (həmin cəzaların hər birinin əsas cəza yaxud əsas və əlavə cəza olmasından asılı olmayaraq) məhkum edilmiş şəxsin məhkumluğunun ödənilməsi müddətinin axımı ümumi qaydaya müvafiq olaraq şəxs barəsində təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır və bu zaman qəti cəzanın parçalanmasına, hər bir cəza üçün məhkumluq müddətinin müstəqil, yəni cəzalardan birinə görə bu müddətin bir tarixdən, digərinə görə isə başqa tarixdən hesablanmasına yol verilə bilməz. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivi mövcud olmasa da, o, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilib qurtardığı gündən, yəni xx.xx.2021-ci il tarixdən etibarən 02 (iki) il keçməmiş və məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş hazırkı iş üzrə ittiham olunduğu cinayət əməllərini törətmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 25 may tarixli Qərarına əsasən, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, yüksək ictimai təhlükəli şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını və cəzanın məqsədinə nail olunmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza, Cinayət Məcəlləsinin 29,120.2.4 və 29,120.2.7-ci maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən çox olmamaqla azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 06 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 123 (bir yüz iyirmi üç) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Gəncə şəhər prokurorluğunun maddi sübutların saxlanması otağına təhvil verilmiş – 05 oktyabr 2022-ci il tarixdə hadisə yerinə baxış zamanı “1”, “2”, “3”, “4” və “5” rəqəmi ilə işarələnərək qanabənzər ləkələrdən hopdurma üsulu ilə götürülmüş qan nümunələri məhv edilməli; Zərərçəkmiş şəxs2 məxsus 01 (bir) ədəd qısaqol mayka Zərərçəkmiş şəxs2 qaytarılmalı, götürülmədikdə məhv edilməli; X17 hadisə baş verən zaman əynində olmuş 01 (bir) ədəd şalvar, 01 (bir) ədəd qısaqol kofta, 01 (bir) ədəd qolsuz mayka və 01 (bir) ədəd tursik, həmçinin ilkin tibbi yardım zamanı istifadə edilmiş 01 (bir) ədəd dəsmal, Anar Hüseynovun xəstəxanada vəfat edərkən əynində olmuş 01 (bir) ədəd şortik, 01 (bir) ədəd tursik zərərçəkmiş şəxsin hüquqi varisi X4 qaytarılmalı, götürülmədikdə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 1769 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyа xəstəliyindən məcburi müalicə təyin edilməi və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 350, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə 16 (on altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 17 (on yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 06 oktyabr 2022-ci il tarixdən hesablansın. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 123 (bir yüz iyirmi üç) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər prokurorluğunun maddi sübutların saxlanması otağına təhvil verilmiş – 05 oktyabr 2022-ci il tarixdə hadisə yerinə baxış zamanı “1”, “2”, “3”, “4” və “5” rəqəmi ilə işarələnərək qanabənzər ləkələrdən hopdurma üsulu ilə götürülmüş qan nümunələri məhv edilsin. Zərərçəkmiş şəxs2 məxsus 01 (bir) ədəd qısaqol mayka Zərərçəkmiş şəxs2 qaytarılsın, götürülmədikdə məhv edilsin. X17 hadisə baş verən zaman əynində olmuş 01 (bir) ədəd şalvar, 01 (bir) ədəd qısaqol kofta, 01 (bir) ədəd qolsuz mayka və 01 (bir) ədəd tursik, həmçinin ilkin tibbi yardım zamanı istifadə edilmiş 01 (bir) ədəd dəsmal, Anar Hüseynovun xəstəxanada vəfat edərkən əynində olmuş 01 (bir) ədəd şortik, 01 (bir) ədəd tursik zərərçəkmiş şəxsin hüquqi varisi X4 qaytarılsın, götürülmədikdə məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-52/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-52/2024
28.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver