Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-520/2023 25.12.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər X8 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X14 oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.1976-cı il tarixdə Ağdam rayonu, Çəmənli kəndində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Çəmənli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayında istintaqa məlum olmayan gün, vaxt və mənbədən əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin toxumlarını külli miqdarda kultivasiya etmə məqsədilə 2023-cü ilin aprel ayında istintaqla dəqiq müəyyən edilməyən gün və vaxtda Ağdam rayonu, Çəmənli kəndində yerləşən mərhum atası X9 mülkiyyətində olmuş həyətyanı torpaq sahəsinin sonradan qardaşı X5 ilə aralarında əldə olunmuş şifahi razılaşmaya əsasən istifadəsinə verilmiş hissəsində özünə məxsus olmaqla yaşadığı fərdi yaşayış evinin sağ arxa hissəsində yerləşən həyətyanı sahədə şəffaf sellofanlarla əhatəyə alıb xüsusi hazırladığı təxminən 0,02 ha torpaq sahəsində əkərək yetişdirdiyi 14 (on dörd) ədəd, həmin sahədə yerləşdirdiyi kauçuk materialdan olan qara rəngli qabda əkərək yetişdirdiyi 5 (beş) ədəd, kauçuk materialdan olan narıncı rəngli qabda əkərək yetişdirdiyi 3 (üç) ədəd, kauçuk materialdan olan ağ rəngli qulpsuz dairəvi qabda əkərək yetişdirdiyi 2 (iki) ədəd, kauçuk materialdan olan ağ rəngli qulpsuz dördkünc qabda əkərək yetişdirdiyi 1 (bir) ədəd, kauçuk materialdan olan ağ rəngli, üzərində göy fonda ağ hərflərlə “astoria” yazısı olan dairəvi qabda əkərək yetişdirdiyi 2 (iki) ədəd olmaqla, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə kultivasiyası qadağan edilmiş və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİİ-cü siyahısına əsasən külli miqdar, yəni ümumi təmiz çəkisi 7700 qram olan 27 (iyirmi yeddi) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin kollarına 03 iyul 2023-cü il saat 14:59-dək, yəni Ağdam rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı aşkar edilib götürülənədək, aqrotexniki qaydada qulluq göstərərək suvarıb diblərini belləyərək alaq otlardan təmizləyib qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkib, yetişdirib və onların hissələrini toplayıb külli miqdarda kultivasiya etmişdir. Bundan başqa o, 2023-cü ilin iyun ayının ortalarında istintaqla dəqiq müəyyən edilməyən gün və vaxtda 2023-cü ilin aprel ayında istintaqla dəqiq müəyyən edilməyən gün və vaxtda Ağdam rayonu, Çəmənli kəndində yerləşən mərhum atası X9 mülkiyyətində olmuş həyətyanı torpaq sahəsinin sonradan qardaşı X5 ilə aralarında əldə olunmuş şifahi razılaşmaya əsasən istifadəsinə verilmiş hissəsində qanunsuz olaraq əkib yetişdirdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin hissələrindən toplayıb, yəni kultivasiya etdikdən sonra özünə aid həyətyanı sahəsində qurudaraq 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ-ci siyahıya daxil olan və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən külli miqdarda, qanunsuz olaraq əldə edib tərkibinə görə eyni olan ümumi təmiz çəkisi 545 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırladığı narkotik vasitə qurudulmuş marixuananı özünə məxsus Ağdam rayonu, Çəmənli kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki çətənə bitkilərindən birinin dibində 03 iyul 2023-cü il tarixdə saat 14:59-dək, yəni Ağdam RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar edilib götürülənədək, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib hazırlayaraq saxlamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əsgərlik vaxtından narkotik vasitə marixuanadan istifadə etmişdir. Polislər tərəfindən həyətində aşkar edilən çətənə kollarını iki ay idi həyətində olan vannanın içərisinə səpərək əkmişdir. Vannadan başqa həyətdə iki kvadrat metr sahəyə də narkotikin toxumlarını səpərək yeddi-səkkiz kol əkmişdir. Vannanın içərisindəki kollar balaca olsa da, həyətdəki kollar nisbətən hündür və müxtəlif ölçüdə olmuşdur. Kolların içərisində bir metr hündürlüyündə olanı da olmuşdur. Kolların ölçüləri videoçəkiliş zamanı qeydə alınmışdır. O, həyətdə narkotik tərkibli bitkinin toxumlarını əkdiyi sahənin ətrafını sellofanla əhatəyə almışdır. Lakin dolu yağacağını bilmədiyi üçün həmin sahənin üstünü sellofanla örtməmişdir. O, əkdikdən sonra narkotik tərkibli bitkinin toxumlarını sulamış, diblərini alaqdan təmizləmiş və həyətdə olan kolun dibindəki zibil sellofanına yığmışdır. Təxminən bir-iki ay əkdiyi toxumlara bu formada qulluq göstərmişdir. Bir müddət sonra narkotik tərkibli bitkilər yetişmiş və yarpaqları əmələ gəlmiş, lakin nəşə gətirməmişdir. Polislər gəlib onun evinə baxış keçirən zaman əkdiyi bütün kollar və bir ədəd sellofanın içərisində olan zibil tullantıları aşkar edilərək götürülmüşdür. Polislər həyətdəki kollardan birinin dibində ağ rəngli sellofan da aşkar etmişlər, lakin ağzını açmamışlar. O, polislərə sellofanın içərisində zibil tullantıları və doludan sonra kollardan qopmuş nəşə yarpaqları olduğunu bildirsə də, sonuncular sellofanın ağzını bağlamış və araşdırılması üçün ekspertizaya verəcəklərini demişlər. O da polislərə inanıb sənədlərə qol çəkmiş, lakin sonradan ittiham aktında görmüş ki, polislər onu aldatmış və 585 qram qurudulmuş marixuanaya görə CM-in 234.1-1-ci maddəsi ilə də ittiham vermişlər. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, əvvəllər Bakı şəhərində yaşamış və hər hansı narkotik tərkibli bitki əkməmişdir. Lakin sonradan mərhum nənəsindən ona miras qalmış və qardaşı ilə öz aralarında əldə olunmuş razılığa əsas böldükləri torpaq sahəsində ev tikərək yaşamışdır. Qardaşı ilə onun yaşadığı həyət bir torpaq sahəsində yerləşmiş və həyətin girişi eyni olmuşdur. Polislər tərəfindən həyətində aşkar edilmiş narkotik tərkibli bitkinin toxumlarını torpaq sahəsinin yanından keçən arxın içində bitən yabanı bitkilərdən yığmışdır. O, toxumları vanna və torpaq sahəsində əkmişdir. İttiham aktında dibçəklər göstərilsə də o, dibçəkdə toxum əkməmişdir. Nəşəni yetişdirəndən sonra yarpaqlarını toplayaraq kolun dibinə atıb qurutmuş və istifadə etmişdir. Baxış zamanı kolun dibindən aşkar edilmiş sellofanın içərisində isə alaq otlar, zibil və məhv olmuş nəşənin yarpaqları olmuşdur. Çünki bir müddət əvvəl dolu yağmış və əkdiyi kolların yarpaqlarını məhv etmişdir. O da məhv olmuş kolların yarpaqlarını həmin ağ rəngli sellofana yığaraq həyətdə kolun dibində saxlamışdır. Həmin sellofanı tullamaq isə yadından çıxmışdır. Sellofanın təxminən 5-6 kilo çəkisi olmuşdur. Polislər həmin sellofanı götürəndə ekspertizaya aparacaqlarını bildirib içərisinə baxmamışlar. O, polislərə torbanın içərisində zibil, su, alaq otlar və narkotik kolların qırılmış yarpaqlarının olduğunu demişdir. Lakin sonuncular bir daha sellofanı ekspertizaya verəcəklərini və ekspertin araşdıracağını demişlər. Ona görə də, polislər sellofanın içərisinə baxmamış və tərəzidə çəkməmiş, sadəcə ağzını bağlayıb götürmüşlər. Lakin aşkar edilən zaman sellofanın ağzı açıq olmuşdur. Bütün göstərdikləri də videoçəkilişə düşmüşdür. Polislər aşkar edilən kollara baxış keçirən zaman yerə düzüb saymışlar. Onun həyətində təxminə 15-16 hündür kollar və bir neçə ədəd balaca kollar olmuşdur. Kolların hamısı onun gözü qarşısında polislər tərəfindən sayılmışdır. Baxış zamanı o, aşkar olunan kolların özünə məxsus olduğunu, nəşə çəkən olduğunu və şəxsi istifadəsi üçün əkdiyini bildirmişdir. Saxlanılan zaman və polis şöbəsində olarkən ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilməmiş, əməlindən də peşmandır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi onun qismən etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağdam RPŞ-nin X3 sahə polis nəfəri X2 ifadəsində göstərmişdir ki, daxil olmuş məlumat əsasında Ağdam rayonu, Çəmənli kənd sakini Təqsirləndirilən şəxs Cəmil oğluna məxsus həyətyanı sahəyə baxış keçirilmişdir. Baxış zamanı həyətyanı sahədə 27 ədəd aqrotexniki qaydada qulluq olunmuş narkotik tərkibli kollar aşkar olunmuşdur. Baxışda iştirak edən aqronom Şahid4 aşkar edilmiş kollara mütəxəssis kimi baxış keçirərək xüsusi qulluq olunmuş narkotik tərkibli çətənə kolları olduğunu bildirmişdir. Baxış başa çatdıqdan sonra Təqsirləndirilən şəxs RPŞ-ya dəvət etmişlər. İfadəsinin davamı olaraq Şəhriyar Allahverdiyev bildirmişdir ki, baxış zamanı orada Ağdam RPŞ-nin əməkdaşları Şahid3, Şahid2, təhqiqatçı və mütəxəssis iştirak etmişdir. Bütün kolların uzunluğu ölçülmüş və ən hündürü təxminən 115 santimetr olmuşdur. Baxış zamanı içərisində 500 qramdan artıq qurudulmuş marixuana olan sellofan da aşkar edilmişdir. Həmin sellofan Təqsirləndirilən şəxs məxsus otaqdan aşkar olunmuş və içərisinə baxış zamanı qurudulmuş marixuana olduğu müəyyən edilmişdir. Baxış videoçəkiliş vasitəsi ilə aparmış və mütəxəssis də iştirak etmişdir. Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitələri şəxsi istifadəsi üçün əkdiyini bildirmişdir. Təqsirləndirilən şəxsla qohumluğu, düşmənçiliyi və ya ədavəti olmamış, hadisədən də uzun müddət keçdiyi üçün bəzi detalları səhv xatırlamış və bu səbəbdən də sellofanın otaqdan aşkar olunduğunu demişdir. Halbuki həmin sellofan həyətdə kollar əkilən yerdən aşkar olunmuşdur. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağdam RPŞ-nin X3 sahə polis nəfəri Şahid3 ifadəsində göstərmişdir ki, xidməti ərazidə xidmətdə olarkən daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs yaşadığı Ağdam rayonu, Çəmənli kəndindəki evinə baxış keçirən zaman iki evin arasında xırda qapıdan keçiddə xüsusi düzəldilmiş ərazidə narkotik tərkibli kollar aşkar olunmuşdur. Təqsirləndirilən şəxs öz razılığı ilə baxış videoçəkiliş vasitəsi ilə aparılmış və baxış zamanı aqronom kollara xüsusi qaydada qulluq olunduğunu təsdiq etmişdir. Baxış zamanı cəmi 27 ədəd kollar aşkar olunmuşdur. İfadəsinin davamı olaraq Şahid3 bildirmişdir ki, həmin kollar yan tərəfləri sellofanla əhatələnmiş iki ev arasındaki xüsusi yerdə aşkar olunmuşdur. Baxış zamanı ağ rəngli sellofanın içərisində qurudulmağa hazırlanmış narkotik vasitə də aşkar olunmuşdur. Həmin narkotik vasitə sanki yaş vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs da dolu yağandan sonra narkotik tərkibli kolların qırılmış yarpaqlarını sellofana yığdığını və qurutmaq istədiyini bildirmişdir. Ağ rəngli sellofan da Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuşdur. Şahid3 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələr arasında ağ rəngli sellofanın aşkar edilməsi yeri ilə bağlı ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Şahid3 həmin ifadəsində göstərmişdir ki, …….. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində bir ədəd şəffaf rəngli polietilen torbanın içərisindən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Həmin kütlə polietilen torba ilə birlikdə çəkilərkən 580 qram olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni yaşadığı evin həyətində əkdiyi narkotik tərkibli çətənə bitkilərinin güclü yağış və dolu nəticəsində qırılaraq yerə tökülmüş hissələrini qurudaraq əldə etməsini bildirmişdir…… İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı həyətdə iki ev olmuş, Təqsirləndirilən şəxs evlərdən birində özünün, digərində isə qardaşının yaşadığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evlə qardaşının evi arasında yarımtikili kimi yer olmuş, videoçəkilişdə hər şey qeydə alınmış, həmin sellofan və kollar da yarımtikili kimi yerdən aşkar olunmuşdur. Kollar aşkar olunan yerin qapısı olsa da, çardağı olmamış, lakin yanları sellofanla əhatələnmişdir. O, ağ rəngli sellofanın aşkar edildiyi yer kimi Təqsirləndirilən şəxs yaşadığı evi deyərkən, ev sözünü ümumi mənada işlətmiş və sellofanın aşkar edildiyi yer kimi yarımtikilini nəzərdə tutmuşdur. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağdam RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə Şahid3 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X18 İnkişaf Mərkəzində bitkiçilik sektoru üzrə baş məsləhətçi işləyən Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Ağdam rayon polis şöbəsinin əməkdaşlarının dəvəti ilə Ağdam rayonu, Çəmənli kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə və evinə keçirilmiş baxışda mütəxəssis kimi iştirak etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli bitkilər aşkar edilmiş və o, həmin kollara baxış keçirərək həqiqətən də aqrotexniki qaydada qulluq olunduğunu təsdiq etmişdir. Çünki həmin kollara qulluq olunmuş, dibləri sulanmış, diblərinə gübrə verilmiş və parnik kimi yerdə əkilmişdir. Kolların ölçüləri müxtəlif olmuş və ən hündürü bir metrə yaxın olmuşdur. Baxış zamanı 27 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilmişdir. İfadəsinin davamı olaraq Şahid4 bildirmişdir ki, kolların dibi bellənmişdir. Baxış zamanı əlavə olaraq ağ rəngli sellofan da aşkar olunmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs sellofanın içərisində zibil olduğunu və istifadəyə yararsız kolların yarpaqlarını yığdığını demişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin xx.xx.2023-cü il tarixli, 16/695 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs..” sözlər və imzalar olan ağ rəngli polietilen torbada, təmiz çəkisi 545 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs..” sözlər və imzalar olan 1 (bir) ədəd baş-başa keçirilmiş sintetik kisədəki, 5 (beş) ədəd, ümumi təmiz çəkisi 4200 qram bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs..” sözlər və imzalar olan 1 (bir) ədəd baş-başa keçirilmiş sintetik kisədəki, 22 (iyirmi iki) ədəd, ümumi təmiz çəkisi 3500 qram bitki nümunələri, əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş 1 (bir) ədəd ağ rəngli polietilen torbada olan marixuana ilə 2 (iki) ədəd baş-başa keçirilmiş sintetik kisələrdə olan çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. Aqronom (mütəxəssis) Şahid4 rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Qeyd: marixuananın ümumi təmiz çəkisi - 545 qr., tədqiqata sərf edildi - 0,05 qr., qalıq - 544,95 qram. Çətənə bitkilərinin ümumi çəkiləri 27 ədəd - 7700 qr., tədqiqata sərf edildi - 0,27 qr., qalıq - 7699,73 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş X18 İnkişaf Mərkəzində bitkiçilik sektoru üzrə baş məsləhətçi işləyən Şahid4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində baxış keçirdiyi 27 (iyirmi yeddi) ədəd kollara xüsusi qulluq işi (dibinin yumşaldılması, suvarılması, peyin verilməsi və s.) aparılmış və kolların yaşıl rəngli, kəskin qoxulu narkotik tərkibli çətənə bitkisi olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 1508 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-in X12 Şöbəsinin xx.xx.2023-cü il tarixli, 394 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür və onun tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əvvəllər hər hansı psixi xəstəliklər keçirməmiş və onda əqli cəhətdən geri qalma və ləngimə halları müşahidə olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 16:15-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağdam RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili X6 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Ağdam rayonu, Çəmənli kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilərin qanunsuz əkib-becərməsi, saxlaması və satışı ilə məşğul olması barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağdam RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili X6 tərtib etdiyi xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilərin qanunsuz əkib-becərməsi, saxlaması və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında sonuncunun yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin (üzərinə, yaşadığı evə həyətyanı sahəsinə baxış keçirilməsi) həyata keçirilməsinə dair Ağdam RPŞ-nin əməkdaşları tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş X4 Ağdam RPŞ-ya ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, özünün iştirakı olmadan qardaşı Təqsirləndirilən şəxs iştirakı ilə Ağdam rayonu, Çəmənli kəndində yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs Ağdam RPŞ-ya ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, Ağdam rayonu, Çəmənli kəndində yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, baxış Təqsirləndirilən şəxs yaşadığı Ağdam rayonu, Çəmənli kəndindəki evin həyətyanı sahəsidir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətinin arxa hissəsində həyətdə olan şəffaf sellofanla əhatəyə alınmış sahədə bir ədəd şəffaf rəngli polietilen torbanın içərisindən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Həmin kütlə polietilen torba ilə birlikdə çəkilərkən 580 qram olması müəyyən edilmişdir. Həmçinin həmin sahədə bir-birindən fərqli məsafələrdə torpağa əkilmiş 14 ədəd narkotik tərkibli bitki, bir ədəd ağ rəngli dördkünc qabda əkilmiş 01 ədəd narkotik tərkibli bitki, bir ədəd qara rəngli dairəvi formalı qabda əkilmiş 05 ədəd narkotik tərkibli bitki, bir ədəd ağ rəngli dairəvi formalı qabda əkilmiş 02 ədəd narkotik tərkibli bitki, bir ədəd çəhrayı rəngli dairəvi formalı yanlarında qulpu olan qabda əkilmiş 03 ədəd narkotik tərkibli bitki, bir ədəd üzərində ağ və göy rənglər olan dairəvi qabda əkilmiş 02 ədəd narkotik tərkibli bitki aşkar olunaraq müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Baxışda iştirak edən aqronom Şahid4 27 ədəd tərkibində narkotik maddə olan çətənə bitkilərinə baxış keçirib həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu və aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış aparılması haqqında” protokoldan və həmin protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və ya narkotik vasitə aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağdam RPŞ-nin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilmiş 27 (iyirmi yeddi) ədəd əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını nə vaxt, harada və kimdən almasını, eləcə də ümumi təmiz çəkisi 545 qram olan narkotik vasitə qurudulmuş marixuananı hansı yolla əldə etməsini müəyyən etmək mümkün olmamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmasına, həmçinin narkotik vasitələrin əldə olunaraq saxlanmasında, eləcə də narkotik tərkibli çətənə (kannabis) bitkilərinin əkilib-becərilməsində kim və ya kimlərləsə əlbir olmasına dair fakt müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən təqdim edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Ağdam Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsinin narkoloji dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş X19 Dispanserinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağdam RİH başçısının Çəmənli kənd İƏDÜN-i tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonu Çəmənli kəndində tək yaşamış və yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “əşyanın maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 544,95 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana, həmçinin tədqiqata istifadə olunduqdan sonra qalan 7699,73 qram olan 27 (iyirmi yeddi) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən götürülmüş 01 ədəd yaşıl rəngli kauçuk materialdan olan susəpən qab, 01 ədəd qara rəngli qulpsuz qab, 01 ədəd narıncı rəngli yanlarında iki ədəd qulpu olan qab, 01 ədəd ağ rəngli kauçuk materialdan olan qulpsuz dairəvi qab, 01 ədəd ağ rəngli kauçuk materialdan olan dördkünc qab, 01 ədəd ağ rəngli yanlarında göy fonda ağ hərflərlə “astoria” yazısı olan kauçuk materialdan qab maddi sübut kimi tanınaraq Ağdam RPŞ-nin maddi sübutların saxlanılma otağında saxlanca verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsini və sonuncunun üzərində şəxsi axtarış keçirilməsini əks etdirən iki ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək yaşadığı Ağdam rayon, Çəmənli kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış zamanı kolun dibindən aşkar edilmiş sellofanın içərisində alaq otların, zibilin və məhv olmuş nəşənin yarpaqlarının olduğunu, bir müddət əvvəl dolu yağdığını və əkdiyi kolların yarpaqlarını məhv etdiyini, məhv olmuş kolların yarpaqlarını da həmin ağ rəngli sellofana yığaraq həyətdə kolun dibində saxladığını, ona görə də sellofanın içində olan nəşənin yarpaqlarını narkotik vasitə kimi istifadə etmək üçün deyil tullantı kimi topladığını, həmin sellofanın içərisinə də açılıb baxış keçirilmədiyini göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin onun məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində ilkin izahatı, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi qismən etirafedici ifadələri, şahidlərin ifadələri, o cümlədən yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi haqqında protokol və protokola əlavə edilmiş videoçəkilişlə, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində ilkin izahatında, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi qismən etirafedici ifadələrində yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş şəffaf sellofanın içərisindəki marixuananı 2023-cü ilin iyun ayının ortalarında güclü yağış yağması və dolu düşməsi nəticəsində əkdiyi narkotik tərkibli çətənə bitkilərinin qırılaraq yerə tökülmüş hissələrini, eləcə də həmin bitkilərdən qopardığı yarpaqları qurutmaqla əldə etdiyini və həmin narkotik vasitəni özünün istifadəsi üçün qurutduğunu etiraf etmişdir. Həmin izahat və ifadələr Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə alınmışdır. Həmçinin iş materiallarında olan xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zamanı tərkibində narkotik maddələr olan çətənə (kannabis) kollarının əkildiyi ətrafı sellofanla örtülmüş yerdə, giriş hissədə olan kolların birinin dibində ağ rəngli sellofan aşkar olunur və sellofanın içərisinə açılıb baxdıqda ilkin görünüşdən çətənə kollarının qurudulmuş yarpaqlarına bənzər kütlənin olması görünür. Videogörüntüdə həmin sellofanın içərisində alaq otlarının və ya digər tullantıların olması müşahidə edilmir. Baxış zamanı da Təqsirləndirilən şəxs sellofanın içərisindəki kütlənin əkdiyi kolların qoparaq yerə düşmüş yarpaqları olduğunu, həmin yarpaqları dolu düşməsindən və yağış yağmasından sonra kolların dibindən sellofana yığaraq saxladığını etiraf edir. Eyni zamanda sözügedən videoçəkilişdən o da görünür ki, aşkar edilmiş sellofan baxış iştirakçıları olan polis əməkdaşlarının, aqronomun və Təqsirləndirilən şəxs iştirakı ilə tərəzidə çəkilir və sellofanın, içərisindəki kütlə ilə birlikdə 580 qram olması müəyyən edilir. Daha sonra isə həmin sellofan içərisindəki kütlə ilə birlikdə müvafiq qaydada qablaşdırılmaqla iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülür. O cümlədən iş materiallarında olan həbs qətimkan tədbirinin seçilməsinə dair Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək uzun müddətdir narkotik vasitələrdən istifadə etdiyini, 2023-cü ildə yaşadığı evin həyətində xeyli miqdarda narkotik tərkibli çətənə kolu əkdiyini, əkdiyi kolların bir hissəsindən məhsul yığaraq marixuana hazırladığını və öz şəxsi istifadəsi üçün saxladığını, əməlindən də peşman olduğunu bildirmişdir. Habelə iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları X2, Şahid3 və Şahid2 da ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı ağ rəngli sellofanın içərisində qurudulmağa hazırlanmış narkotik vasitə aşkar olunmuş, Təqsirləndirilən şəxs da sellofanın içərisində olan kütlənin yağışdan sonra qoparaq yerə düşmüş əkdiyi kolların yarpaqları olduğunu və həmin yarpaqları sellofana yığdığını bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək yaşadığı evə baxış zamanı aşkar edilmiş sellofanın içərisindəki narkotik vasitə olan qurudulmuş marixuananı narkotik vasitə kimi istifadə etmək üçün deyil, tullantı kimi topladığını göstərsə də, iş materiallarında, o cümlədən yaşadığı evə baxış keçirilməinə dair videoçəkilişdə Təqsirləndirilən şəxs göstərdiyi xüsusat öz təsdiqini tapmamış, əksinə sözügedən istintaq hərəkətlərinə dair videoçəkilişdə Təqsirləndirilən şəxs sellofanın içərisindəki kütlənin, əkdiyi kolların qoparaq yerə düşmüş yarpaqları olduğunu, həmin yarpaqları da dolu düşməsindən və yağış yağmasından sonra kolların dibindən sellofana yığaraq saxladığını etiraf etmişdir. Bununla da, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində ilkin izahatını, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi qismən etirafedici ifadələrini iş üzrə şahid qismində dindirilmiş X1, Şahid3, Şahid2 və Şahid4 ifadələri, o cümlədən yaşadığı evə “baxış keçirilməsi haqqında” protokol və həmin protokola əlavə edilmiş videoçəkilişlə, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı aşkar edilmiş içərisində ümumi təmiz çəkisi 545 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olan ağ rəngli sellofana dair Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində ilkin izahatı, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi qismən etirafedici ifadələri ittihamın həllində əsas götürülməlidir. Beləliklə, yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayında istintaqla dəqiq müəyyən edilməyən gün və vaxtda yaşadığı Ağdam rayonu, Çəmənli kəndində yerləşən evinin həyətyanı sahəsində külli miqdar, yəni ümumi təmiz çəkisi 7700 qram olan 27 (iyirmi yeddi) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin kollarına 03 iyul 2023-cü il saat 14:59-dək aqrotexniki qaydada qulluq göstərərək suvarıb diblərini belləyərək alaq otlardan təmizləyib qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkib, yetişdirib və onların hissələrini toplayıb külli miqdarda kultivasiya etməsi, həmçinin onun külli miqdarda qanunsuz olaraq əldə edib tərkibinə görə eyni olan ümumi təmiz çəkisi 545 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırladığı narkotik vasitə qurudulmuş marixuananı özünə məxsus Ağdam rayonu, Çəmənli kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki çətənə bitkilərindən birinin dibində 03 iyul 2023-cü il tarixdə saat 14:59-dək satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib hazırlayaraq saxlaması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əkib yetişdirərək kultivasiya etdiyi bitkilərin qanunsuz olması və kultivasiyasının qadağa olunması, o cümlədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib hazırlayaraq saxladığı narkotik vasitənin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.6-cı maddəsində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Həmin Qanunun 1.0.7-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlərdir; Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 5.2-ci maddəsində göstərilmişdir ki, dərman vasitələrinin təcrübəvi nümunələrinin işlənib hazırlanması halları istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin istehsalı və tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası qadağandır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 7-ci bəndində göstərilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunda narkotik vasitələrin emalı və istehsal edilməsi anlayışlarına ayrıca şərh verilməmiş, onların emalı və istehsalı ilə bağlı hərəkətlər narkotik vasitələrin hazırlanması anlayışına daxil edilmişdir. Bununla əlaqədar məhkəmələrə izah olunsun ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə – həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik tərkibli bitkilərdən, dərmanlardan, kimyəvi və digər maddələrdən istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin alınmasına (bilavasitə hazırlanmasına) qəsdən yönəlmiş hərəkətlər başa düşülməlidir. Şəxsə narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz hazırlamağa və ya emal etməyə görə ittiham irəli sürülərkən hazırlanmış və ya emal olunmuş narkotik vasitələrin və psixotrop maddələrin siyahısına daxil edilib-edilməməsi, onun istehlak və istifadə üçün hazır olub-olmaması, kənar qatışıqlardan təmizləndikdən sonra preparatda narkotik vasitələrin və psixotrop maddələrin hansı qatılıqda olması müəyyənləşdirilməlidir. Həmin Qərarın 19-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 fevral 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu yabanı bitkilərin toplanmasının kultivasiyaya aid edilib-edilməməsi məsələsi ilə əlaqədar qeyd edir ki, elmi mənasına görə “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, gübrə vermə və sair) ehtiva edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 06 iyul 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİİ siyahısına əsasən çətənə növlü bitkilər kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər hesab olunur, 3-15 ədədi xeyli miqdar, külli miqdarın aşağı həddi isə 16 ədəd təşkil edir. Həmin siyahıların İ-ci siyahısına əsasən qurudulmuş marixuana narkotik vasitə hesab olunur, xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 5 qramdır, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 500 qramdır. Hazırkı cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli, 16/695 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, aşkar olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin kollarının sayı 27 ədəd olmaqla, həmçinin marixuananın ümumi təmiz çəkisi 545 qram olmaqla ayrı-ayrılıqda külli miqdar təşkil edirlər. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və ona təyin ediləcək cəzanın əvvəli tutulduğu vaxtdan, yəni 03 iyul 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən müqavilə əsasında həyata keçirilsə də, həmin Büronun digər vəkili Müdafiəçi1 tərəfindən təyinat əsasında həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi1 üçün 120 (bir yüz iyirmi) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Ağdam RPŞ-nin maddi sübutların saxlanılma otağında saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 544,95 qram olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, tədqiqatından sonra qalıq qalmış 7699,73 qram olan 27 (iyirmi yeddi) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən götürülmüş 01 ədəd yaşıl rəngli kauçuk materialdan olan susəpən qab, 01 ədəd qara rəngli qulpsuz qab, 01 ədəd narıncı rəngli yanlarında iki ədəd qulpu olan qab, 01 ədəd ağ rəngli kauçuk materialdan olan qulpsuz dairəvi qab, 01 ədəd ağ rəngli kauçuk materialdan olan dördkünc qab, 01 ədəd ağ rəngli yanlarında göy fonda ağ hərflərlə “astoria” yazısı olan kauçuk materialdan qab məhv edilməli, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsini və sonuncunun üzərində şəxsi axtarış keçirilməsini əks etdirən iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 1508 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyа xəstəliyindən məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 03 iyul 2023-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi1 üçün 120 (bir yüz iyirmi) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Ağdam RPŞ-nin maddi sübutların saxlanılma otağında saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 544,95 qram olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, tədqiqatından sonra qalıq qalmış 7699,73 qram olan 27 (iyirmi yeddi) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən götürülmüş 01 ədəd yaşıl rəngli kauçuk materialdan olan susəpən qab, 01 ədəd qara rəngli qulpsuz qab, 01 ədəd narıncı rəngli yanlarında iki ədəd qulpu olan qab, 01 ədəd ağ rəngli kauçuk materialdan olan qulpsuz dairəvi qab, 01 ədəd ağ rəngli kauçuk materialdan olan dördkünc qab, 01 ədəd ağ rəngli yanlarında göy fonda ağ hərflərlə “astoria” yazısı olan kauçuk materialdan qab məhv edilsin. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsini və sonuncunun üzərində şəxsi axtarış keçirilməsini əks etdirən iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-520/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-520/2023
25.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver