Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-525/2024 10.10.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və X2 ibarət tərkibdə İclas katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokurorları ədliyyə müşaviri X9 və kiçik ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxsin və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1981-ci ildə Vartaşen rayonu Vardanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, evli, fərdi əmək məşğul, məhkumluğu olmayan, Oğuz rayonu Kərimli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xətai rayonu T.Yusifov küçəsi ev 3, mənzil 51-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs məhkəməyə verilmiş və iş məhkəmə baxışına təyin edilmişdir. Dövlət ittihamçısı Müşfiq Rəhimov məhkəmə istintaqı başlamamışdan əvvəl şifahi vəsatət verərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin məhkəmə aidiyyətinin Gəncə Ağır Cinayətlər Məhkəməsi olmadığını, iş materiallarına əsasən təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə verilmiş ittihamda göstərilən epizodlar içərisində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər təsnifatına aid olan Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bütün hadisələr Bakı şəhəri Xətai rayonu ərazisində baş verdiyini və işin Bakı şəhərinin ərazi yurisdiksiyasının daxil olduğu Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi dövlət ittihamçısının verdiyi vəsatətlə razı olduğunu və işin baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi məsələsinə baxılmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Təqsirləndirilən şəxs da ittihamda göstərilən və ona istinad edilən ağır cinayət əməlinin törədildiyi epizod üzrə bütün hadisələrin Bakı şəhərində baş verdiyini, özünün də Bakı şəhərində yaşadığını hal-hazırda xəstəliyi ilə bağlı da Bakı şəhərində müalicə aldığı üçün işin baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cinayət prosesi tərəflərini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, verilmiş vəsatət təmin edilməli və cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. İş materiallarınının məhkəmə tərəfindən öyrənilməsi zamanı müəyyən edilmişdir ki, həmin epizodlar üzrə ibtidai istintaq Bakı şəhər Xətai Rayon Polis X6 tərəfindən aparılsa da sonradan təqsirləndirilən şəxsə verilmiş ittihamda göstərilən digər epizodlar üzrə Salyan və Bərdə rayon ərazilərində törədildiyindən cinayət işləri sonda Bərdə rayon polis şöbəsinə göndərilmiş və iş üzrə son ibtidai istintaq orqanı tərəfindən istintaqı tamamlanmış cinayət işi ərazi aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, ilk epizod üzrə O, tamah niyyətilə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirtmək məqsədilə tanışı, Bakı şəhəri Nərimanov rayonu F.Əsədov küçəsi ev 8-də yaşayan Zərərçəkmiş şəxs4 ilə 2023-cü ilin yanvar ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Zərərçəkmiş şəxs4 yaşadığı evdə danışıb, xarici ölkədən tibbi avadanlıqlar gətirib Bakı şəhərində satmaqla yüksək məbləğdə qazanc əldə edəcəkləri barədə yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək vahid niyyətlə əhatə olunan qəsdlə ilk olaraq xx.xx.2023-cü il tarixdə, dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən “Asan Xidmət” mərkəzində Azərbaycan manatına ekvivalentdə 32300(otuz iki min üç yüz) manat təşkil edən 19000 (on doqquz min) ABŞ dolları dəyərində “Nissan Navara” markalı **-TN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilindən ibarət əmlakını formal qaydada alqı-satqı edib həmin məbləğdə pulları, sonra isə xx.xx.2023-cü il tarixdə saat 16 radələrində ünvan 1 ünvanında yerləşən “Bravo” marketin qarşısında Zərərçəkmiş şəxs4 ilə görüşüb Azərbaycan manatına ekvivalentdə 34000 (otuz dörd min) manat təşkil edən 20000(iyirmi min) ABŞ dolları olan nağd puldan ibarət əmlakını əlbəəl olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib ümumilikdə Zərərçəkmiş şəxs4 külli miqdar hesab edilən 66300 (altmış altı min üç yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etməkdə təqsirləndirilir. Bundan başqa təqsirləndirilən şəxsə verilmiş ittiham üzrə digər epizoddan görünür ki, O təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirtmək məqsədilə tanışı Zərərçəkmiş şəxs4 vasitəsilə tanıdığı Bakı şəhəri Binəqədi rayonu H.Hüseynov küçəsi ev 6, mənzil 39-da yaşayan Zərərçəkmiş şəxs5 ilə 2023-cü ilin fevral ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Zərərçəkmiş şəxs4 vasitəsilə danışıb, Zərərçəkmiş şəxs5 xarici ölkədən tibbi avadanlıqlar gətirib Bakı şəhərində satmaqla yüksək məbləğdə qazanc əldə edəcəyini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək xx.xx.2023-cü il tarixdə, dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda Bakı şəhəri Xətai rayonu UPD qəsəbəsi Qafqaz küçəsində yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon Şöbəsinin inzibati binasının yaxınlığında Zərərçəkmiş şəxs5 Azərbaycan manatına ekvivalentdə 42500 (qırx iki min beş yüz) manat təşkil edən 25000 (iyirmi beş min) ABŞ dolları olan nağd puldan ibarət əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs5 xeyli miqdar hesab edilən 42500 (qırx iki min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etməkdə təqsirləndirilir. Bundan başqa təqsirləndirilən şəxsə verilmiş ittiham üzrə digər epizoddan görünür ki, O təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirtmək məqsədilə tanışı, Bakı şəhəri Xətai rayonu Ç.Kərimov küçəsi ev 6, mənzil 105-də yaşayan Zərərçəkmiş şəxs6 ilə 2023-cü ilin fevral ayının əvvəllərində, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Zərərçəkmiş şəxs6 yaşadığı evdə danışıb, Zərərçəkmiş şəxs6 yoluxduğu Hepatit “C” xəstəliyindən tam müalicə edəcəyini yalandan vəd verib inandıraraq etibarnını qazandıqdan sonra həmin etibardan sui istifadə edərək 2023-cü ilin fevral ayında tarixi və vaxtı istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən “NS” klinikasının yanında Zərərçəkmiş şəxs6lə görüşüb Azərbaycan manatına ekvivalentdə 17000 (on yeddi min) manat təşkil edən 10000 (on min) ABŞ dolları nağd puldan ibarət əmlakını əlbəəl olaraq, sonra Zərərçəkmiş şəxs6 oğlu X7 Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasına işə düzəldəcəyini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək vahid niyyətlə əhatə olunan qəsdlə 2023-cü ilin mart ayında, tarixi və vaxtı istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Bakı şəhəri Xətai rayonu Ç.Kərimov küçəsində Zərərçəkmiş şəxs6lə görüşüb 20000(iyirmi min) manat nağd puldan ibarət əmlakını əlbəəl olaraq, sonra Zərərçəkmiş şəxs6 həyat yoldaşı X3 Dövlət Vergi Xidmətində olan problemini həll edəcəyini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 2023-cü ilin mart ayında tarixi və vaxtı istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Bakı şəhəri Xətai rayonu ərazisində Zərərçəkmiş şəxs6lə görüşüb 3000 (üç min) manat nağd puldan ibarət əmlakını əlbəəl olaraq etibardan sui-sitfadə etmə və aldatma yolu ilə ələ keçirib ümumilikdə Zərərçəkmiş şəxs6 xeyli miqdar hesab edilən 40000(qırx min) manat məbləğində dələduzluq etməkdə təqsirləndirilir. Cinayət o zaman başa çatmış hesab olunur ki, şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olsun. Müvafiq olaraq, əgər tərkib əlamətlərindən biri olmazsa, törədilmiş əməl başa çatmış cinayət kimi tövsif oluna bilməz. Azərbaycan Respublikasının CPM-in 74.5-ci maddəsinə əsasən, cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə ağır cinayətlər məhkəməsində baxılır. “Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.1, 74.5 və 74.8-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 sentyabr 2023-cü il tarixli Qərarında formalaşdırılmış hüquqi mövgeyə görə, Cinayət-Prosessual Məcəlləsinin 74.5-ci maddəsi müxtəlif səlahiyyətli birinci instansiya məhkəmələrinə aid olan bir neçə işin bir icraatda birləşdirilməsi zamanı məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələlərini tənzimləyir. Həmin norma cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə ağır cinayətlər məhkəməsində baxılmasını imperativ qaydada müəyyən etmişdir. Belə vəziyyətdə məhkəmə aidiyyətini ağır cinayət (o cümlədən, onun törədildiyi yer) şərtləndirdiyindən, cinayət işinə məhz ağır cinayətin törədildiyi yer üzrə ağır cinayətlər məhkəməsində baxılmalıdır. Cinayət işinə axırıncı törədilmiş, lakin ağır olmayan cinayətin törədilmə yeri üzrə ağır cinayətlər məhkəməsində baxılması Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü maddəsinin pozulmasına səbəb olar və ağır cinayətlər məhkəməsinin onun yurisdiksiyasından kənarda baş vermiş cinayətə dair işə baxması ilə nəticələnər. “Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrin və hərbi məhkəmələrin ərazi yurisdiksiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2010-cu il tarixli Fərmanına əsasən Bakı şəhərinin rayonları Bakı Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidi kimi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi..... qadağandır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə uyğun olaraq, cinayət o Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 29-cu maddəsinə əsasən heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsə verilmiş digər epizodlar üzrə zərərçəkmiş şəxs və şahidlərin əksəriyyəti Salyan rayonunda yaşadığından və təqsirləndirilən şəxsə verilmiş ittihamlardakı yalnz 1 epizod üzrə törədilən (törədilməsi ehtimal edilən) əməl Bərdə rayonunda baş verdiyindən, Salyan rayonun inzibati ərazi cəhətdən Gəncə şəhəri ilə müqayisədə Bakı şəhərinə daha yaxın məsafədə yerləşməsi, şahid və zərərçəkmiş şəxslərin işin baxılacağı Bakı Ağır Cinayətlər Məhkəməsinə getməsinin və işin məhkəmə baxışının tezliyi prinsipinə gətirib çıxaracaqdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 75.2-ci maddəsinə əsasən Məhkəmə öz icraatına qəbul etdiyi cinayət işinə.....digər məhkəmədə baxılmalı olduğunu məhkəmə baxışı zamanı müəyyən edərsə, işi məhkəmə aidiyyəti üzrə göndərməlidir. Qeyd edilən maddənin məzmunundan da göründüyü kimi işi icraata qəbul etmiş məhkəmə sonradan işin ona aid olmadığını müəyyən edərsə cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama görə o, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər təsnifatına aid Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini Bakı şəhəri ərazisində törətdiyi üçün onun barəsində olan cinayət işinə Azərbaycan Respublikası CPM-in 74.5-ci maddəsinə əsasən ağır cinayətin törədildiyi yerin ərazi yurisdiksiyası üzrə aid olduğu ağır cinayətlər məhkəməsində, yəni Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 74, 75, 77, 155 və 299-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı X4 verdiyi şifahi vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Azərbaycan Respublikası CPM-in 74.5-ci maddəsinə əsasən ağır cinayətin törədildiyi yerin ərazi yurisdiksiyası üzrə aid olduğu Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılması nəzərə alınsın. Qərarın icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2 saylı İstintaq Təcridxanasına və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə göndərilsin. Qərarın surəti cinayət prosesi tərəflərinə göndərilsin.
Məhkəmə qərarları › İş №1(100)-525/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-525/2024
10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver