Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-528/2024 22.10.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər X2 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X9 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1971-ci il tarixdə Kəlbəcər şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Başkənd kəndində qeydiyyatda olmaqla, Tərtər rayonu, Bəyimsarov kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmək (əkmə və yetişdirmə) məqsədi ilə istintaqa məlum olmayan mənbədən əldə etdiyi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə kultivasiyası qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2024-cü ilin aprel ayında istintaqa dəqiq müəyyən olmayan gündə yaşadığı Tərtər rayonu, Bəyimsarov kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində və 02 ədəd dibçəkdə qanunsuz olaraq əkərək həmin toxumlardan bitmiş 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİİ-cü siyahısına əsasən külli miqdarda, yəni əkilib-becərilməsi qadağan olunmuş ümumi 24 (iyirmi dörd) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin kollarına aqrotexniki qaydada qulluq edib suvarmaqla diblərini belləyərək alaq otlardan təmizləmiş və külli miqdarda olan həmin bitkiləri yetişdirib 14 iyun 2024-cü il tarixdə saat 14:40 radələrinədək, yəni Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı qeyd olunan sahədən aşkar edilib götürülənədək kultivasiya etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bədənində ağrılar olduğuna görə hər dəfə nəşə çəkəndə rahatçılıq tapdığı üçün yabanı bitən çətənə bitkilərdən arada çəkmişdir. Daha sonra isə yaşadığı evin həyətində həmin kollardan əkməyə qərara gəlmişdir. Əkdiyi kolların toxumlarını sahəni sulamağa gedəndə kəndin ərazisindən tapmış və həmin toxumları yaşadığı evin həyətində əkmiş, cəmi 24 ədəd kol yetişmişdi. Sonra polislər gələrək özlərini təqdim edib yaşadığı evə baxış keçirmişlər. O, baxış keçirilməsinə etiraz etməmiş və polislərlə birlikdə yaşadığı evin həyətinə baxış keçirmişlər. Baxış zamanı ailə üzləri orada olmuş və polislər tərəfindən həyətdən 24 ədəd çətənə kolları aşkar edilmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, 3-4 ildir narkotik çəkmiş, çətənə kollarını tutulmamışdan qabaq əkməyə başlamışdı. Aşkar edilən çətənə kollarını təxminən bu ilin aprel ayında əkmişdir. Həmin kolları yaşadığı evin həyətində, bir neçəsini də dibçəkdə əkmişdir. Su gələndə həmin kolları sulamışdı. Ona görə də ancaq sulamaqla qulluq göstərmişdir. Kolların boyları təxminən 40-60 santimetr hündürlüyündə olmaqla balaca olmuşdur. O, narkomaniya xəstəliyi ilə bağlı hər hansı bir yerdə qeydiyyatda olmamışdır. Evinə baxış zamanı və polis şöbəsində ona qarşı polis əməkdaşları tərəfindən təzyiq və ya təsir olunmamışdır. O, ibtidai istintaq zamanı müstəntiqə hər şeyi olduğu kimi danışmış və həmin ifadələrini təsdiq etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Tərtər RPŞ-nin TİQnin baş inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, 14 iyun 2024-cü il tarixdə istintaqəməliyyat qrupunun üzvü olmuşdur. Həmin vaxtı “102” Xidmətinə Tərtər rayonu, Bəyimsarov kəndində yaşayan Aydın adlı şəxsin yaşadığı evin həyətində narkotik əkməsi barədə məlumat daxil olmuşdur. Bu barədə rəhbərliyə məruzə olunduqdan sonra Tərtər RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid2 tərəfindən qərar qəbul olunduqdan sonra o, əməliyyat-istintaq qrupu ilə birlikdə Aydın adlı şəxsin evinə getmişdir. Həmin vaxtı təxminən saat 15 radələri olmuş və aqronom da dəvət olunmuşdur. Daha sonra kəndin icra nümayəndəsi də dəvət olunmuş və Aydının evinə baxış keçirməyə başlamışlar. Çəkiliş vaxtı ilk olaraq Aydın onların qarşılarına çıxaraq yaşadığı evin həyətində 0,1 ha torpaq sahəsində kartof əkdiyi yerdə çətənə kollarını əkdiyini demişdir. Baxış zamanı təxminən evin kənarındakı sahədən 24 ədəd çətənə kolları aşkar edilmişdir. Bundan başqa da 9 ədəd yabanı halda bitən çətənə kolları aşkar edilmişdir. Bütün kollar qablaşdırılaraq götürülmüşdür. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, aşkar edilən kollardan bir neçəsi dibçəkdə əkilmiş və onlara qulluq olunmuşdur. Digər kollar kartof əkilən sahədə əkilmişdir. Baxışda ondan başqa Şahid2, Şahid4, Şahid3 və aqronom Arif iştirak etmişdir. Daha sonra isə Aydının ailə üzvləri də gəlmişdir. Saxlanılan zaman, baxış zamanı və polis şöbəsinə gətirilərkən Aydına qarşı hər hansı bir fiziki və ya psixi zorakılıq olunmamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Tərtər RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2, RPŞ-nin İTB-nin polis sahə nəfəri Şahid3, eləcə də məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid4 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Tərtər X12 Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahid8 ifadəsində göstərmişdir ki, 14 iyun 2024-cü il tarixdə saat 15 radələrində Tərtər RPŞ-nin əməkdaşları tərəfindən Tərtər rayonu, Bəyimsarov kəndində keçirilmiş əməliyyat tədbirində iştirak etmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirmişlər. Baxış zamanı 24 ədəd çətənə kolları aşkar olunmuşdur. Onlardan 9 ədədi yabanı, qalanı isə kultivasiya olunmuş idi. İfadəsinin davamı olaraq Şahid8 bildirmişdir ki, aşkar olunan kolların ümumi sayı 24 ədəd olmuş, kolların dibinə qulluq olunmuş, torpaq yumşaldılmış və su verilmişdir. Şahid8 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələr arasında Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş çətənə kollarının kultivasiya olunmuş ədədinin sayı barədə əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Şahid8 həmin ifadəsində göstərmişdir ki,.................. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətində torpaqda və dibçəkdə əkdiyi çətənə bitkilərinə baxış keçirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs müxtəlif ölçüdə olan 24 (iyirmi dörd) ədəd çətənə (kannabis) bitkisinə aqrotexniki qaydada qulluq etməsini, yəni sonuncunun həmin bitkilərə aqrotexniki qaydada qulluq edərək dibini belləyib yumşaq saxlamasını, vaxtı-vaxtında suvarmasını və dibini alaq otlardan təmizləməsini müəyyən etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində aqrotexniki qaydada qulluq edilməmiş 09 (doqquz) ədəd də yabanı şəkildə bitən bitkilər aşkar edilmişdir. O, 24 ədəd bitkilərə aqrotexniki qaydada qulluq edilməsinə dair rəy yazmışdır. Baxış zamanı aşkar edilmiş 09 (doqquz) ədəd yabanı şəkildə bitən və 24 (iyirmi dörd) ədəd aqrotexniki qaydada qulluq edilmiş çətənə bitkiləri, həmin bitkilərin bir neçəsinin əkildiyi 02 ədəd dibçək qablaşdırılaraq götürülmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Şahid8 bildirmişdir ki, aydının evinin həyətinə baxış zamanı 24 ədəd qulluq olunmuş, 9 ədəd isə yabanı halda bitən çətənə kolları aşkar olunmuşdur. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 14 iyun 2024-cü il tarixdə saat 15 radələrində evdə yatan zaman anası onu durğuzaraq evlərinə polislərin gəldiyini demişdir. O da durub əl-üzünü yumuş və özözünə fikirləşmiş ki, axı o, dalaşmamış, polislər niyə gəlmişdir. Sonra onu həyətlərində olan sahəyə aparmışlar və oraya baxış zamanı 24 ədəd çətənə kolları aşkar olunmuşdur. Həmin kollar kartof əkilən yerdə əkilmişdir. Atası Aydın da orada olmuş və sonuncu həmin çətənə kollarını özünün əkdiyini etiraf etmişdir. Evlərinə baxış zamanı nə ona, nə atasına, nə də ki ailə üzvlərindən kiməsə hər hansı təsir və ya təzyiq olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 qızı, eləcə də məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 qızı Şahid5 ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin xx.xx.2024-cü il tarixli, 16/701 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, 1) Tədqiqata təqdim olunmuş üzərində “Tərtər rayonu Bəyimsarov kənd sakini Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar olunmuş çətənə bitkiləri” adlar və imzalar olan sintetik kisədəki 24 (iyirmi dörd) ədəd ümumi təmiz çəkisi 955 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir; 2) Tədqiqata təqdim olunmuş üzərində “Tərtər rayonu Bəyimsarov kənd sakini Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar olunmuş çətənə bitkiləri” adlar və imzalar olan baş-başa keçirilmiş sintetik kisədəki 9 (doqquz) ədəd ümumi təmiz çəkisi 1150 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir; 3) Aqronom (mütəxəssis) Şahid8 rəyinə əsasən təqdim edilmiş 24 (iyirmi dörd) ədəd bitkilərə aqrotexniki qaydada qulluq edilmiş, digər 9 (doqquz) ədəd bitkilərə isə aqrotexniki qaydada qulluq edilməmiş, onlar yabanı halda bitmişdir. Qeyd: çətənə bitkisinin ümumi təmiz çəkisi – 955 qr., tədqiqata sərf edildi 0,32 qr., qalıq 954,52 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Tərtər X12 Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahid8 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs məxsus Tərtər rayonu, Bəyimsarov kəndində yerləşən evin həyətyanı sahəsindən aşkar edilmiş 24 ədəd çətənə kollarının hündürlükləri 16-206 santimetr olmaqla onlara aqrotexniki qaydada qulluq göstərilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 1576 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin X7 Şöbəsinin xx.xx.2024-cü il tarixli, 419 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür və onun tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əvvəllər hər hansı psixi xəstəliklər keçirməmiş, onda əqli cəhətdən geri qalma və ləngimə halları müşahidə olunmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 17:30-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2024-cü il tarixdə saat 14:40-dan azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 14 iyun 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Tərtər rayonu, Bəyimsarov kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən 09 (doqquz) ədəd yabanı şəkildə, 24 (iyirmi dörd) ədəd isə aqrotexniki qaydada qulluq edilmiş çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş 24 (iyirmi dörd) ədəd çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qanunla qadağan edilmiş əşya və ya predmet aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş informasiya daşıyıcısı olan diskdən görünür ki, "xxxx" MMC tərəfindən təqdim olunmuş Təqsirləndirilən şəxs istifadəsində olan +99***-***-**-** mobil nömrəsinə dair məlumatlara baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, Tərtər rayonu, Bəyimsarov kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsini göstərərək çətənə kollarının toxumlarını həmin sahədə əkdiyini bildirib törətdiyi cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tərtər RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Tərtər rayonu, Bəyimsarov kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz olaraq narkotik vasitə əkibbecərməsi barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tərtər RPŞ-nin məsul növbətçisi E.Ağayevin tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportdan görünür ki, həmin gün saat 11:59-da Tərtər rayonu, Bəyimsarov kəndində yaşayan kimliyinin gizli qalmasını istəyən vətəndaş “102” Xidmətinə zəng edərək həmin kənd sakini Şahid5 adlı şəxsin həyətində qapıdan girəcəkdə kartof sahəsinin içərisində narkotik maddənin əkdiyi, gecə saatlarında həyətə hansısa şəxslərin gəlib sahəni sulayaraq getmələri barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tərtər RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 tərtib etdiyi xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz olaraq narkotik vasitə əkib-becərməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında sonuncunun üzərinə, yaşadığı evinə və evin həyətyanı sahəsinə baxış keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin (üzərinə, yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsi) həyata keçrilməsinə dair Tərtər RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 tərtib etdiyi xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərar qanuni hesab edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tərtər RPŞ-nin xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə olan çətənə bitkisinin kollarını təxminən aprel ayında öz yaşadığı evin həyətyanı sahəsində və iki ədəd dibçəkdə əkməsi müəyyən edilmiş, həmçinin həmin əkilmiş çətənə bitkilərinin əkilib becərilməsində digər şəxs və ya şəxslərin iştirakının olması müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tərtər RİH başçısının Bəyimsarov kənd İƏDÜN-nin xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs arvadı - 1974-cü il təvəllüdlü Şahid6 qızı, 1998-ci il təvəllüdlü qızı Şövkət Hidayətova, 2000-ci il təvəllüdlü oğlu - Şahid5, 2003-cü il təvəllüdlü qızı Şahid7, 2017-ci il təvəllüdlü nəvəsi X3 və 2019-cu il təvəllüdlü nəvəsi X5 ilə birlikdə müvəqqəti olaraq Tərtər rayonu, Bəyimsarov kəndində yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Tərtər Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqinda” qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 954,52 qram olan 24 (iyirmi dörd) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin kollarının maddi sübut kimi tanınması və Tərtər RPŞnin maddi sübutların saxlanılma otağına təhvil verilməsi, Təqsirləndirilən şəxs yaşadığı evinə keçirilmiş baxış, o cümlədən üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair, eləcə də "xxxx" MMC tərəfindən təqdim olunmuş telefon danışıqlarına dair məlumatlar əks olunmuş 02 (iki) ədəd diskin iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işi materiallarında saxlanılması qərara alınmışdır. Beləliklə, yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin kollarını külli miqdarda, yəni əkilib-becərilməsi qadağan olunmuş ümumi sayı 24 (iyirmi dörd) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin kollarına aqrotexniki qaydada qulluq edib suvarmaqla diblərini belləyərək alaq otlardan təmizləməsi və külli miqdarda olan həmin bitkiləri yetişdirib 14 iyun 2024-cü il tarixdə saat 14:40 radələrinədək, yəni Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı qeyd olunan sahədən aşkar edilib götürülənədək kultivasiya etməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əkib yetişdirərək kultivasiya etdiyi bitkilərin qanunsuz olması və kultivasiyasının qadağa olunması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.6-cı maddəsində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən, dərman vasitələrinin təcrübəvi nümunələrinin işlənib hazırlanması halları istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin istehsalı və tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası qadağandır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 21-ci bəndində göstərilmişdir ki, CM-in 237-ci maddəsində işlədilən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının izahı Qanunun 1.0.6-cı maddəsində verilmişdir. CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 fevral 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu yabanı bitkilərin toplanmasının kultivasiyaya aid edilib-edilməməsi məsələsi ilə əlaqədar qeyd edir ki, elmi mənasına görə “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, gübrə vermə və sair) ehtiva edir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİİ siyahısına əsasən çətənə növlü bitkilər kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər hesab olunur, 3-15 ədədi xeyli miqdar, külli miqdarın aşağı həddi isə 16 ədəd təşkil edir. Hazırkı cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli, 16/701 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, aşkar olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin kollarının sayı 24 ədəd olmaqla külli miqdar təşkil edir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 14 iyun 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təyinat əsasında həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 120 (bir yüz iyirmi) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Tərtər RPŞ-nin maddi sübutların saxlanılma otağında saxlanca verilmiş Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 954,52 qram olan 24 (iyirmi dörd) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin kolları məhv edilməli, Təqsirləndirilən şəxs yaşadığı evinə keçirilmiş baxış, o cümlədən üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 02 (iki) ədəd disk, eləcə də "xxxx" MMC tərəfindən təqdim olunmuş telefon danışıqlarına dair məlumatlar əks olunmuş 02 (iki) ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 981 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyа xəstəliyindən məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 14 iyun 2024-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 120 (bir yüz iyirmi) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Tərtər RPŞ-nin maddi sübutların saxlanılma otağında saxlanca verilmiş Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 954,52 qram olan 24 (iyirmi dörd) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilsin. Təqsirləndirilən şəxs yaşadığı evinə keçirilmiş baxış, o cümlədən üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 02 (iki) ədəd disk, "xxxx" MMC tərəfindən təqdim olunmuş telefon danışıqlarına dair məlumatlar əks olunmuş 02 (iki) ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-528/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-528/2024
22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver