Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-53/2020 11.11.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X9 Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, Nəbizadə Məğrur Etibar oğlunun katibliyi ilə, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Musayev Fuad Möhübbət oğlunun, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Gəncə şəhəri 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1994-cü il tarixdə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonunun Lək kəndində daimi qeydiyyatda olan və həbs olunana qədər həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2, 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci il tarixdə saat 15 radələrində Bərdə rayonunun Lək kəndi ərazisində yerləşən meşədə əvvəlcədən yaranmış münaqişənin həll edilməsi məqsədilə atası Şahid11 da iştirakı ilə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və sonuncuların tanışı Zərərçəkmiş şəxs4 ilə görüşərək münaqişənin aydınlaşdırılması zamanı Zərərçəkmiş şəxs1 atası Şahid11la mübahisə edərək ona kobud cavab qaytarmasına görə Zərərçəkmiş şəxs1 irad tutmasından sonra Zərərçəkmiş şəxs1la aralarında yaranan münaqişə, bundan sonra isə atası Şahid11 münaqişədə iştirak edən şəxslər tərəfindən vurularaq yerə yıxılmasından sonra hadisə yerindən taparaq götürdüyü balta ilə Zərərçəkmiş şəxs1 sol bazu nahiyəsindən qəsdən bir dəfə vuraraq həmin nahiyənin kəsilmiş yarası ilə müşaiyət olunan dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuş, Zərərçəkmiş şəxs1 onunəlindən baltanı alıb bir kənara atmasına baxmayaraq, üstündə gəzdirdiyi cib bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs1 döş qəfəsinin sağ yan divarından (Vİİ-Vİİİ) qabırğarası sahədən bir dəfə vuraraq döş və qarın boşluğuna keçən hemoragik sokla müşayiət olunan qaraciyərin yaralanmasına səbəb olan deşilmiş - kəsilmiş yarasıilə nəticələnən və dərəcəsinə görə həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuş, bundan sonra münaqişədə iştirak edən Zərərçəkmiş şəxs3 sol qabırğaaltı nahiyəsindən bir dəfə qəsdən həmin bıçaqla vuraraq həmin nahiyədən daxilə keçən sol qabırğaaltı nahiyədə köndələn çəmbər bağırsağın zədələnməsi ilə müşayət olunan deşilmiş - kəsilmiş yarası ilə nəticələnən dərəcəsinə görə həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuş, hadisə yerində olan baltanı yenidən əlinə götürüb Zərərçəkmiş şəxs2 sol bud nahiyəsinin orta 1\3-dən bir dəfə qəsdən balta ilə vuraraq sol bud nahiyəsinin orta 1\3-nin kəsilmiş yarası ilə nəticələnən və dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuş, münaqişədə iştirak edən digər şəxs Zərərçəkmiş şəxs4 döş qəfəsi nahiyəsinin sol yarısının arxa səthindən həmin balta ilə bir dəfə qəsdən vuraraq döş qəfəsi nahiyəsinin sol yarısının arxa səthinin daxilə keçməyən bir ədəd kəsilmiş-deşilmiş yarası ilə nəticələnən və dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vuraraq, həmin şəxslərə xəsarətlər yetirməsi ilə nəticələnən əməlləri törətdikdən sonra hadisə yerindən getmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2, 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə elan olunmuş ittihamlarla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki,xx xxxxxx 2018-ci il tarixdə işlədiyi çayxanada olarkən saat 15 radələrində əvvəldən Bərdə rayonunun Qaradəmirçi kənd sakinləri kimi tanıdığı Asəf və Sadiq çayxananın yanına gəlib Lək meşəsinə tərəf çox sayda avtomobilin getdiyini ona bildirmişlər. Özü də ora çox sayda avtomobilin getdiyini görmüşdür. Bunu ona deyəndən sonra onların Lək meşəsinə tərəf getdiklərini görmüşdür. Dəqiqləşdirmək üçün Şəhriyara zəng vurmuş, Şəhriyar isə həmin avtomobillərin kəndin kənarında olan meşəyə getdiklərini dediyindən, çayxananın qapısını bağlayaraq meşəyə getmişdir. Meşəyə çatanda orada Sənanı, atası Faiqi, Sənanın əmisi oğlu Kənanı, Tağını, Sərxanı,Orxanı, Nurlanı və Öməri görmüşdür. O, elə həmin yerə çatanda görmüşdür ki, Sərxan Kənana yaxınlaşaraq ona telefonda nə səbəbə söyüş söydüyünü soruşur. Həmin vaxt onun atası Faiq də dava olmasın deyə toplaşanlara ağsaqqal kimi dağılışmağı demiş, həmin vaxt mübahisə zamanı atası Faiqi kimsə vurmuş və Faiq yumarlanaraq dərəyə düşmüş, bunu görəndən sonra ona yaxınlaşaraq qaldıranda yerdə bıçaq görərək həmin bıçağı götürmüş, bu vaxt Sərxanın qonşusu Kənanla süpürləşdiyini, onun Kənana güc gəldiyini, həmçinin qarşı tərəfdən gələnlərin, yəni Sərxangilin çox olduğundan qorxaraq Sərxanı bıçaqla bir dəfə vurmuşdur. İfadəsinə əlavə olaraq göstərmişdir ki, onlarla qapı bir qonşuluqda yaşayan qıza Ömərin qardaşı sataşmış, bundan sonra da qızın bibisi oğlu söhbətə gəldiyində söhbət böyümüş və meşədə davam etmişdir. O çayxanada olanda söhbətin nədən getdiyini bilməmiş, bu barədə sonradan, yəni həmin meşəyə çatanda bilmişdir. Heç bir xuliqanlıq hərəkətləri etməmiş, meşədə olanların hamısı yaranmış mübahisə ilə bağlı dava-dalaşda iştirak edənlər olmuş, atasına qarşı edilən hərəkətə, həmçinin qarşı tərəfin hərəkətlərinə cavab olaraq Sərxana bir dəfə bıçaqla xəsarət yetirmişdir. Bundan başqa o ancaq Sərxanı bıçaqla vurduğunu, ittihamda göstərilmiş digər şəxsləri yəni, Orxanı, Nurlanı və Elnuru vurmadığını, onlara xəsarətlərin kim tərəfindən yetirilidiyini bilmədiyni bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə saat 11 radələrində eşitmişdir ki, dayısı oğlu Ömərlə Bərdə rayonunun Lək kənd sakini Şahid12 arasında mübahisə olub. O qardaşları və dostu Elnurla birlikdə Kənanın mobil nömrəsinə zəng edərək, dayısı oğlu ilə niyə mübahisə etdiyini soruşmuşlar. Kənan isə ona yaxşı edirəm cavabını vermişdir. Bundan sonra telefonda aralarında yaranan mübahisə zamanı Kənan ona təhqredici sözlər dediyi üçün Kənana Bərdə rayonunun Lək kənd meşəsində onunla üzbəüz söhbət etmək istədiyini demiş və qardaşları Nurlan, Sərxan, tanışı Elnur və dayısı oğlu Ömər Quliyevlə Ömərin “Vaz-21099” markalı avtomobili ilə Bərdə rayonunun Lək kənd meşəsinə getmişlər. Həmin yerə çatanda orada usta Faiqi, Kənanı, Sənanı və digər şəxsləri görmüşlər. Bu zaman Sərxan Kənana yaxınlaşaraq niyə telefonda onun ünvanına nalayiq ifadə işlətməsinin səbəbini soruşmuş, həmin vaxt Faiq Sərxana «səhv sizindir üzr istəyin bu söhbət qurtarsın» demiş və bundan sonra onlarla Faiq arasında mübahisə yaranmışdır. Mübahisə zamanı sol ayağından balta ilə xəsarət almış, lakin ona xəsarət yetirən şəxsin kimliyini görməmiş, ancaq baltanı Faiqin əlində görmüşdür. Bundan sonra özləri Bərdə MRX-na getmişlər. Bundan başqa ifadəsində həmin vaxt tərəflər arasında qarşılıqlı olaraq dava-dalaş getdiyini, Elnurun da kürəyindən balta ilə xəsarət aldığını görmüş, lakin onları vuran şəxsin Faiq olmadığını, Faiqin özünün də hadisə zamanı vurulduğunu bildirmişdir. İfadəsinə əlavə olaraq Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı şikayətçi olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə saat 11 radələrində dayısı oğlu Ömərlə Bərdə rayonunun Lək kəndində yaşayan Şahid12 arasında mübahisə yarandığını və Kənanın Öməri yumruqla vurduğunu eşitmişdir. Buna görə də qardaşı Sərxan Kənanın mobil nömrəsinə zəng edərək dayısı oğlu ilə niyə mübahisə etdiyinin səbəbini ondan soruşanda aralarında mübahisə yaranmışdır. Şahid12 telefonda yaranmış mübahisə zamanı ünvanlarına təhqiredici ifadələr işlətdiyinə görə Sərxan da Kənana ünvan 2də görüşüb söhbət etməyi bildirmişdir. Daha sonra qardaşları Orxan, Sərxan, dostu Zərərçəkmiş şəxs4 və dayısı oğlu Ömər Quliyevlə birlikdə Ömərə məxsus olan “VAZ-21099” markalı avtomobillə Bərdə rayonu Lək kənd meşəsinə getmişlər. Sənan Kənana yaxınlaşıb ondan telefonda niyə söyüş söydüyünün səbəbini soruşanda mübahisə yaranmış, həmin vaxt qardaşı Sərxanın böyründən qan axdığını görmüş və bundan sonra diqqəti qardaşında olmuşdur. Sərxana tərəf gedəndə ona çatan kimi özünü itirmiş və ayıldığı vaxt xəstəxanada olduğunu görmüşdür. İfadəsinə əlavə olaraq hadisə zamanı qarşılıqlı olaraq dava olduğunu, Nizaminin ona xəsarət yetirməsini, hadisə yerində Faiqi və Orxanı görmədiyini bildirmişdir. Əlavə olaraq təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə saat 11- 12 radələrində Sərxan, Orxan və Nurlanla birlikdə kəndlərində yerləşən internet kulubda olarkən Sərxana Kənan zəng vuraraq onu kanalın üstünə çağırmışdır. Həmin vaxt o, başa düşmüşdür ki, Ömərin balaca qardaşı Xəyyamı İntiqam adlı şəxs məktəbdə döymüşdür. Elə buna görə də onlar arasında söz-söhbət yaranmışdır. Bundan sonra onlar Bərdə rayonunun Qaradəmirçi kəndi ərazisindəki ot bazarında olarkən Kənan Sərxana zəng vuraraq söhbət etmək üçün Bərdə rayonunun Lək meşəsinə gəlmələrini bildirmişdir. Bu sözdən sonra Sərxanın dayısı oğlu Ömərin “VAZ- 21099” markalı maşınında o, Sərxan, Orxan və Nurlan əyləşib birlikdə Lək kənd meşəsinə getmişlər. Həmin yerə çatıb maşından düşəndə orada Faiqi, Faiqin oğlu Nizamini, Kənanı görmüşdür. Həmin vaxt Sərxan Kənana telefonda nə səbəbə söyüş söydüyünü soruşmuşdur. Elə bu vaxt Nizaminin atası Faiq söhbəti uzatmağın lazım olmadığını, “səhv sizindir üzr istəyin bu məsələ qurtarıb getsin” demişdir. Onun bu sözünə qarşı Sərxan “Faiq sən ağsaqqal kişisən get özün öz işinlə məşğul ol” demişdir. O bu sözləri deyəndən sonra Nizami söhbətə qarışaraq Sərxana “sən kimsən mənim atama qarşı belə söz deyirsən” demiş, Sərxan da Nizamiyə “sənin atan ağsaqqal kişidir, onun burada nə işi var, çıxıb getsin” deyə cavab vermişdir. Elə bu vaxt Nizami ilə Sərxan yaxalaşmışlar. Birdən Nizaminin əlində balta olduğunu, həmin balta ilə Sərxanı vurmaq üçün onun üstünə getdiyini görmüşdür. Sərxan da cəld tərpənib baltanı Nizaminin əlindən alarkən balta Sərxanın qoluna dəyib, azca kəsmişdir. Buna baxmayaraq Sərxan baltanı Nizaminin əlindən alıb bir kənara tullamış və bu vaxt Nizami əlindəki bıçaqla Sərxanın sağ arxa tərəfindən bir dəfə vurmuşdur. Sərxan bıçaqla vurulduğuna görə qan gəldiyindən o, qışqırmışdır ki, onu bıçaqla Nizami vurdu. Bu vaxt Sərxanın qardaşı Nurlan bıçağı Nizaminin əlindən almaq istədikdə Nizami həmin bıçaqla Nurlanın ön hissəsindən bir dəfə vurmuşdur. Nurlan da çöküb yerə oturmuşdur. Bundan sonra Orxanla birlikdə Nizaminin üstünə getdikdə Nizami onlardan qorxub əl atıb yerdəki baltanı təzədən əlinə götürmüş, Orxan irəli gedib baltanı Nizaminin əlindən almaq istədkdə Nizami balta ilə onun sol ayağının üstündən vurmuşdur. Bu vaxt o, sol qolunu irəli verib, Nizaminin üstünə gedərək baltanı onun əlindən almaq istədikdə Nizami baltanı əlində fırladıb onu yaxına buraxmamaq istəmiş, balta onun sol kürək nahiyəsindən dəyib xəsarət yetirmiş, həmin vaxt yerə yıxılmışdır. Bundan sonra onları orada olan şəxslər Bərdə MRX-na gətirmişlər. İfadəsinə əlavə olaraq təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəməyədək icraat zamanı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə istintaqı zamanı isə ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ailə üzvüləri ilə birlikdəBərdə rayonunun Qaradəmirçi kəndində yaşayır.Rəsmi olaraq heç bir yerdə işləməsədə mal- qara alveri ilə məşğul olur. Həmin hadisə ərəfəsində xx xxxxxx 2018- cu il tarixdə saat 11 radələrində dayısı oğlu Ömərlə Bərdə rayonunun Lək kəndində yaşayan Şahid12 arasında mübahisə yarandığını və sonuncunun Öməri yumuruqla vurmasını eşitmişdir. Bunu o, bazardan qayıdandan sonra Ömər özü ona demişdir. Buna görə də o,Kənanın mobil nömrəsinə zəng edərəkdayısı oğlu ilə niyə mübahisə etdiyini soruşduqda aralarında mübahisə başlamışdır. Kənana o, telefonda demişdir ki, Öməri niyə vurmuşdur. Kənan da qayıdıb ona demişdir ki, Ömər yekəbaşlıq etdiyindən onu vurmuşdur. Şahid12 telefonda yaranan mübahisə zamanı ona təhqiredici sözlər dediyinə görə o, Kənana demişdir ki, harada görüşə bilərlər.Kənan da ona bildirmişdir ki, Bərdə rayonunun Lək kənd meşəsində görüşüb söhbətlərini davam etdirmək təklifini ona etmişdir. O da Kənana həmin yerə nəyə görə gəlməliyəm deyib ondan soruşmuşdur.Sonra isə Kənan ona demişdir ki, kəndə gəlmirsə kanalınaltına gəlsin. O , Orxan və Nurlan, dayısı oğlu Ömər və dostu Elnur Ömərin Vaz- 21099 markalı 10- FJ -013 nömrəli maşını ilə Kənanın dediyi yerə getmişlər. Orada Kənanın özü olmamışdır. Ancaq Kənanın dayısı Nemət tək həmin yerə gəlmişdir. O, Nemətə demişdir ki, bəs telefonda ona Kənan söyüş söymüş, günahsız yerə dayısı oğlu Xəyyamı İntiqmın döydüyünü demişdir. Ona Nemət demişdir ki, onlar qələt edirlər onlar uşaqdırlar, gedib onlarla söhbət edəcək və onlar gəlib ondan üzür istəyəcəklər. Nemət bunu deyib çıxıb getmişdir. Bundan sonra onlar, yəni Kənan, İntiqam və qeyriləri onları Lək meşəsinə çağırmışlar ki, onlarla üzürxahlıq etsinlər. O, qardaşları Orxan, Nurlan və dostları Elnur və Ömər Ömərin maşını ilə həmin Lək meşəsinə onların dedikləri yerə getmişlər.Onlar həmin yerə gedərkən özləri ilə heç bir alət, yəni nə bıçaq, nə balta və sair bu kimi əşya aparmamışlar. Ona görə ki, onlar qardaşlar həmin yerə dava üçün deyilaralarında olan söz-söhbəti, anlaşılmazlığı aradan qaldırmaq üçün getmişlər. Həmin yerə onlar çatarkən orada Faiqi, onun oğlu Nizamini, Sənanı, Kənanı və başqa tanımadıqları adamları görmüşlər. O, Kənana yaxınlaşaraq telefonda niyə söyüş söymüş olduğunu soruşmuşdur.Həmin vaxt Nizaminin atası Faiq ona “ səhv onlarda olduğuna görə üzür istəməliyik.” demişdir. Bu zaman o, Faiqə demişdir ki, “ get işinlə məşğul ol bu sənlik deyil” . Həmin vaxt Faiqin oğlu Nizami ona “ sən kimsən mənim atamla belə danışırsan” demişdir. Onunla Nizami arasında mübahisə yaranmışdır. O, Təqsirləndirilən şəxs üzərinə gedərək onu yumuruqla vurmaq istəyərkən Nizami qaçıb yerdən balta götürmüşdür. O, Nizaminin əlində baltanı gördükdə baltanı Nizaminin əlindən almaq istəmişdir. Həmin vaxt baltanın kəsici tərəfi onun sol qolundan dəyərək xəsarət yetirmişdir. Lakin, Nizaminin əlindən baltanı alıb bir kənara tullamışdır. Daha sonra Nizaminin belindən tutub ayaqlarını yerdən üzüb onu yıxmaq istəmişdir. Lakin həmin vaxt Təqsirləndirilən şəxs bıçaqla onun kürək nahiyəmdən xəsarət yetirmişdir.Bundan sonra o, Nizamini kənara itələyib belindən tutaraq yerə çökməli olmuşdur. Daha sonra isə Nizami bıçağı əlində furlayıb qardaşı Nurlan Ramazanovun qarın nahiyəsindən zərbə endirmişdir.Bundan sonra isə Nizami baltanı yenidən yerdən götürüb qardaşı Zərərçəkmiş şəxs2 sağ ayağına və Zərərçəkmiş şəxs4 kürək nahiyəsindən xəsarət yetirmişdir. Xeyli qan itirmiş olduğundan gözləri qaralmış və orada olanların köməkliyi ilə Bərdə MRX- na onu aparmışlar.Suala cavab olaraq bildirir ki, ilkin izahat verərkən ağır narkozun təsiri altında izahat vermiş və elə ona görə də həmin izahatıda ona Kənan və Nizaminin xəsarət yetirmiş olduğunu demişdir.Həmçinin Kənan ona söyüş söymüş olduğundan o, Kənanın ona balta ilə xəsarət yetirmiş olduğunu demişdir.Lakin o, hazırda tam aydın düşünərək dəqiq yadına salıb xatırlayır ki, onun qolundan almış olduğu balta xəsarətini və kürəyindən almış olduğu bıçaq xəsarətini ona Təqsirləndirilən şəxs yetirmişdir.Həmçinin qardaşı Nurlanın qarın nahiyəsinə, Orxanın ayağına və Zərərçəkmiş şəxs4 kürək nahiyəsinə xəsarəti Təqsirləndirilən şəxs yetirmişdir. Suala cavab olaraqbildirir ki, həmin dava- dalaş zamanı meşədə onlardan başqa bir çox adamlar olmuşlar, ancaq o, həmin şəxslərin adlarını bilmədiyindən bu barədə heç nə deyə bilmir.Suala cavab olaraq bildirir ki, xəsarət almağı ilə ələqədar heç bir şikayət və tələbi də yoxdur.Suala cavab olaraq bildirir ki, ona ilk öncə balta ilə Təqsirləndirilən şəxs sol qolundan vurmuşdur.O, Nizaminin əlindən baltanı alıb yerə atmışdır. Elə o, Nizami ilə süpürləşərkən Nizami üstündə olan bıçağı çıxarıb onun sağ tərəfdən arxadan qara ciyərinin üstündən bıçaqla bir dəfə vurmuşdur. O, həmin an sadəcə olaraq Nizamini tərksilah etmək istəmidir ki, Nizami nə ona, nə də ki, qardaşlarına kimsəyə zərər yetirməsin. Əgər onun Nizamini vurmaq xəsarət yetirmək fikiri olsaydı, heç onun əlindən baltanı alıb bir kənara tullamazdı, onu vurardı. Əgər o və qardaşları oraya dava niyyəti ilə getsəydilər özləri ilə bıçaq, balta nə isə bir alət götürüb gedərdilər. Onların belə bir niyyəti olmamışdır.Sadəcə olaraq onların dəvət etdiyi yerə ona görə getmişlər ki, sülh yolu ilə aralarında olan anlaşılmazlığı aradan qaldırsınlar. Onu da nəzərə çatdırır ki, heç həmin yerə onlar getməzdilər, sadəcə olaraq Kənanın dayısı onlara demişdir ki, onlar ondan həmin yerdə üzür istəyəcəklər. Onlar da düşünmüşlər ki, yəqin buna görə onları həmin yerə çağırırlar. Elə ona görə də həmin yerə getmişlər.Suala cavab olaraq bildirir ki, qardaşı Orxana bilavasitə xəsarəti balta ilə Nizami yetirmişdir.Suala cavab olaraq bildirir ki, Nurlana bıçaqla xəsarəti Nizami yetirmişdir.Orxana isə Nizami balta ilə xəsarət yetirmişdir.Onun özünə də baltanı Nizaminin əlindən almaq istəyərkən Nizami sol qolundan xəsarət yetirmiş, son halda o, baltanı Nizaminin əlindən alıb atmış və bundan sonra Nizami bıçaqla onun kürəyinin qaraciyər üstü nahiyəsindən bir dəfə vurmuşdur. Suala cavab olaraq bildirir ki, onlar həmin yerə yuxarda qeyd etdiyi kimi başqa məqsədlə getməmişlər.Bunun səbəbini yuxarda ifadəsində göstərdiyindən yenidən göstərməyə lüzum bilmir. Onlar heç bir alət filanla həmin yerə getməmişlər. Elnura da xəsarəti Nizami yetirmişdir.Suala cavab olaraq bildirir ki, hadisə zamanı Kənan kiməsə xəsarət yetirməmişdir.Suala cavab olaraq bildirir ki,hadisə zamanı Faiqin də kiməsə xəsarət yetirib- yetirməməsini o, hadisə yerində birinci xəsarət alan olub hadisə yerindən getdiyindən bilməmişdir. Ona görə də bu barədə konkret bir söz deyə bilmər.Suala cavab olaraq bildirir ki, hadisə yerində elə bir söyüşlər və hədələyici sözlər olmamışdır. Həmin hadisə 3-4 dəqiqqə ərzində baş verib qurtarmışdır. Suala cavab olaraq bildirir ki, bıçağı və baltanı Nizaminin hadisə yerində hansı əsada əldə etməsi barədə bir söz deyə bilmir, ancaq faktiki olaraq bıçaq və balta Nizamidə olmuşdur. Daha həmin balta və bıçağı Nizaminin özü gətirməsi, yoxsa hadisə yerindən tapması hallarını bilmir. Ona görə də bu barədə heç nə deyə bilmir. Suala cavab olaraq bildirir ki, hadisə zamanı Nizamninin əlindən baltanı alıb bir kənara atmış və çalışmışdır ki, Nizami baltanı bir daha əlinə götürə bilməsin, ancaq Nizami bundan sonra onu bıçaqla vurmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bərdə rayonunun Lək kəndində yaşayır. xx xxxxxx 2018-ci il tarixdə saat 11-12 radələrində Bərdə rayonunun Qaradəmirçi kəndi ərazisində yerləşən çay evinin qarşısında dayanan zaman Bərdə rayonunun Ləkkənd sakini Şahid2 əmisi oğlu Kənan, Şahid9 idarə etdiyi “Vaz-2107” markalı avtomobillə birlikdə həmin çayevinin qarşısına gəlmişlər. Bundan sonra Ömərlə Sənanın yaxalaşdıqlarını görmüşdür. Həmin vaxt orada tanımadığı bir-neçə şəxs olmuşdur. Sənanın əmisi oğlu Kənan Ömərin sinə nahiyəsinə bir dəfə yumuruqla vurmuşdur.Daha sonra Sənangil çıxıb getmişlər.Lakin orada Ömərgil tək qalmışlar. Bundan sonra oradan çıxıb getmişdir.Sonra həmin gün saat 15 radələrində idarə etdiyi “Vaz -21099” markalı avtomobillə ailə üzvləri ilə birlikdə Bərdə rayonun Uğurbəyli kəndinə gedənzaman Lək kəndi ərazisində yerləşən meşəyə Sərxan, Orxan və Nurlan qardaşlarının getdiklərini görmüşdür. Həmin vaxt Sərxanın əlində ağac olduğunu görmüş, Sərxanın qarşısına keçib hara getdiklərini soruşmuş, onlar da Sənangillə görüşəcəklərini demişlər. Həmin vaxt ona məlum olmuşdur ki, onlar Sənangillə dalaşacaqlar. Ona görə də onlara meşəyə getməmələrini bildirmişdir. Onu eşitmədiklərindən o kənara çəkilmişdir. Onlar isə meşənin içərisinə daxil olmuşlar. Həmçinin çox sayda kənd sakininin meşəyə doğru getdiyini və ətrafda xeyli insanın toplaşdığını görmüş, onlar getdikdən sonra arxalarınca qaçaraq getmiş, lakin davanın artıq başa çatdığını görmüş, bir qədər sonra Sərxanın bədəninin qanın içində olduğunu görmüşdür. İfadəsinə əlavə olaraq yaralanan uşaqları Nizaminin vurduğunu polis şöbəsində eşitdiyini, həmin vaxt Ömərin də bunu təsdiqlədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bərdə rayonunun Lək kəndində yaşayır. Bərdə rayonunun Qaradəmirçi kəndində yaşayan Orxanı, Nurlanı, Sərxanı və Elnuru tanıyır. xx xxxxxx 2018-ci iltarixdə saat 11 radələrində əmisi oğlu Şahid12la dostu Şahid9 idarə etdiyi “VAZ- 2107” markalı avtomobillə birlikdə hərəkətdə olarkən, Bərdə rayonunun Qaradəmirçi kəndi ərazisində yerləşən çay evinin qarşısında tanıdıqları Ömər və İntiqamın söhbət etdiklərini görmüşlər. Onlar həmin şəxsləri tanıdıqları üçün onların yanında avtomobili saxlayıb aşağı düşmüşlər. Həmin vaxt onların yanında tanımadığı 5-6 nəfər şəxsdə olmuşdur. Onlar orada olan vaxt İntiqamla Ömərin mübahisəsinin olduğunu görmüşlər. O, Ömərin qarşısına keçib sakitləşdirmək istəyərkən Ömər onu itələdiyindən Kənan Ömərin sol göz nahiyəsindən bir dəfə yumuruqla vurmuşdur. Həmin vaxt ətrafa adamların toplaşdığını görüb oradan çıxıb yaşadıqları Lək kəndinə gəlmişlər. Bir qədər sonra tanıdığı Bərdə rayonu Qaradəmirçi kənd sakini Sərxan Kənanın mobil telefonuna zəng edərək niyə onun qohumu Öməri vurduğunu soruşmuş, buna görə dətelefonda onlar arasında mübahisə yaranmışdır. X12 Bərdə rayonunun Lək kəndi ərazisində yerləşən meşədə söhbət etmək üçün çağırmışdır. O Kənana getmək lazım olmadığını, bu söz- söhbəti yoluna qoymaq lazım olduğunu bildirmişdir. Bundan sonra o və Kənan Cavanşirin idarə etdyi “Vaz 2107” markalı avtomaşınla Lək kəndi ərazisində yerləşən meşəyə getmişlər. Həmin vaxt orada Qaradəmirçi kənd sakini Öməri və Ömərin bibisi oğlanları Sərxanı, Nurlanı, Orxanı görmüşlər. Təxminən beş dəqiqə ərzində dava-dalaş baş vermiş, həmin dava-dalaş zamanı həmkəndlisi Faiqi də orada görmüş,Sərxanın, Orxanın və Nurlanın hadisədən sonra xəsarət alaraq yerdə olduqlarını, Sərxanın əynində olan paltarının qan içində olduğunu, hadisə zamanı bıçaqlaşma olmasını və kimin-kimi vurduğunu, o cümlədən Təqsirləndirilən şəxs kimisə vurduğunu görməmişdir. İfadəsinə əlavə olaraq polis şöbəsində polis əməkdaşlarından Nizaminin uşaqları bıçaqladığını, həmçinin Sərxanın Nizami tərəfindən vurulduğunu eşitdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə günorta saatlarında yas mərasiminin keçirilməsində istifadə etmək məqsədilə odun yığmaq üçün Bərdə rayonunun Lək kənd meşəsinə getmiş, odun yığan zaman təxminən 150-200 metr aralıda adamların toplaşdığını, onların arasında davanın getdyini, həmin yerə yaxınlaşan zaman orada tanıdıqlarından Sənanı və Sərxanı görmüş, bundan sonra toplaşmış adamlar dağılışmışlar. Dava zamanı konkret olaraq kimlərin dalaşdıqlarını görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, demək olar ki, hər gün orta məktəbdə oxuyan xx xxxx 2004- cü il təvəllüdlü dayısı qızı X3 dərsə aparıb gətirmişdir. Dayısı qızı Ədalət Bərdə rayonu Qaradəmirçi kənd orta məktəbində təhsil alır. Hadisələrdən təxminən 3 ay əvvəl dayısı qızını məktəbdən evə gətirəndən sonra Xəyyam adlı şəxsin dayısı qızının arxası ilə gəldiyini görmüşdür. Fasilələrlə Xəyyamı bir-neçə dəfə dayısı qızı Ədalətin arxası ilə kəndə gəldiyini görmüşdür.27 noyabr2018-ci il tarixdə saat11 radələrində Xəyyama dayısı qızının arxası ilə gəlməməsini demək üçün Bərdə rayonu Qaradəmirçi kənd orta məktəbinə getmiş, Xəyyamdan dayısı qızına görə Lək kəndinə gəlməsini soruşduqda o, dayısı qızı Ədalətə görə Lək kəndinə gəldiyini təsdiq etmişdir. Xəyyama irad bildirib bir daha onu kəndlərində görməməsini demiş, Xəyyam da qardaşını zəng edib çağıracağını bildirmişdir. O da həmkəndlisi Kənana zəng edərək oraya çağırmışdır. Təxminən 15 dəqiqə sonra Xəyyamın qardaşı Ömər həmin yerə gəlib çıxmış, Ömər gəldikdən sonra həmkəndliləri Kənan və Sənan özlərini həmin yerə çatdırmışlar. Aralarında yaranan mübahisə zamanı Ömər Sənanın üstünə qışqıraraq kənara durmasını və söhbətə qarışmamasını bildirmiş, bu zaman Kənan Öməri yumuruqla vuraraq onun üstünə qışqırmışdır. Kənanın səsinə ətrafa yığışan insanlar onu kənara çəkərək Kənana məxsus avtomobilə əyləşməsini bildirmişlər.Təxminən 5 dəqiqədən sonra Kənan və Sənan da avtomobilə əyləşmişlər.Daha sonra o, Lək kəndinə gələrək kənddən Bərdə şəhərinə gələn avtobusla Bərdə şəhərinə gəlib “Avrora“ firmasında fəhləlik etmişdir. Həmin gün saat 19 radələrinə qədər həmin firmada fəhləlik etmişdir. Evdə ona həmkəndlilərinin Qaradəmirçi kəndindən gələn şəxsləri bıçaqladıqlarını demişlər. O, tez kəndin mərkəzində yerləşən “20 yanvar” abidəsinin qarşısına gedib orada olan kənd sakinlərindən kimlərin kimləri bıçaqlamasını öyrənmək istəmişdir. Orada olan şəxslər bıçaqlanan və bıçaqlayan şəxslərin adını onlara deməmişlər. Daha sonra isə o, yaşadığı evə getmişdir. O, həmin davanın baş verdiyi yerdə olmadığından baş verənləri görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə İmişli rayonunda yerləşən mal-qara bazarına iribuynuzlu heyvan almağa getmişdir. Həmin vaxt bir baş iribuynuzlu heyvan alıb həmkəndliləri Sərxanvə Nurlanın idarə etdikləri “Qazel” markalı avtomobillə yaşadığı Qaradəmirçi kəndinə doğru yola düşmüşlər. Yolda olduqları vaxt Sərxanın mobil telefonuna dayısı oğlu Ömər zəng edərək Lək kənd sakinləri tərəfindən döyüldüyünü bildirmişdir. Həmin vaxt Sərxan ona demişdir ki, Ömərin söhbəti düşüb onunla birlikdə getsin. O da əvvəlcə evə getməli olduğunu bildirmişdir. Saat 13 radələrində evə gəlib çörək yedikdən sonra yolun kənarında yerləşən ərzaq mağazasına gedib satıcıdan Sərxanı soruşmuşdur. Belə ki, onun bir baş iribuynuzlu heyvanı Sərxanın “Qazel” markalı maşınında qalmışdır. Satıcı Bəhruz da ona bildirmişdir ki, Sərxan Lək kəndinə davaya gedibdir. Lakin, Bəhruzdan onun kiminlə getdiyini soruşmamışdır. Həmin vaxt əmisi oğlu Səməd idarə etdiyi “VAZ- 2106” markalı avtomobillə yanına gəlmişdir. O, Səmədə Lək kəndinə getmələrini demişdir. Birlikdə Lək kəndində yerləşən meşəninin girəcəyinə çatarkən təxminən 5-6 nəfər tanımadıqları şəxsin qaçdıqlarını görmüşdür. Eyni zamanda həmkəndlisi Ziyanın idarə etdiyi “VAZ-21015” markalı avtomobilinin meşə istiqamətindən çıxdığını görmüşdür. Həmin vaxt orada olan şəxslər polislər gəldiyini barədə qışqırışmışlar. Orada Sərxanın xəsarət aldığını və xəstəxanaya aparıldığını bildirmişlər. Bundan sonra o, Səmədlə Bərdə MRX-na getmişlər. İfadəsinə əlavə olaraq göstərmişdir ki, deyilənlərdən eşitdiyinə görə Sərxanı Təqsirləndirilən şəxs vurmuş, digər zərər çəkmiş şəxsləri isə kimin vurduğunu nə görməmiş, nədə ki eşitməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə saat 11 radələrində o, Sənanla birlikdə idarə etdiyi “Vaz 2107” markalı avtomobillə Bərdə rayonu Qaradəmirçi kəndi ərazisində olan zaman Sənanın əmisi oğlu Kənanın piyada getdiyini görüb onun yanında avtomobilini saxlamışdır.Kənan yolun kənarına çıxacağını bildirərək avtomobilə oturmuş,yolun kənarında yerləşən çay evininqarşısına getmişlər. Orada olan zaman əmisi oğlu İntiqamın Qaradəmirçi kəndsakini olaraq tanıdığı şəxslə söhbət etdiklərini görmüşdür. Onlar həmin şəxslərə yaxınlaşandan sonra Sənan Ömərlə görüşmüşdür. Onlar həmin vaxt İntiqamla Ömərin mübahisə etdiklərini görmüşlər. Mübahisəyə səbəb Ömərin qardaşı X2 kənd məktəbində oxuyan qohumuna söz atması olmuşdur. Həmin vaxt mübahisə zamanı Kənan yumruqla Ömərin sifət nahiyəsindən bir dəfəvurmuşdur. Bundan sonra o, Sənan və Kənanla birlikdə idarə etdiyi avtomaşınla Lək kəndində yerləşən çayxanaya gəlmişlər. Həmin vaxt Kənanın mobil telefonuna zəng gəldiyini görmüş, onlar telefonda biri-birinə qarşı nalayiq söyüşlər söymüşlər. Bundan sonra Kənan ona zəng edənin Ömərin bibisi oğlu Sərxanın olduğunu, Lək meşəsində görüşüb söhbət etmək istədiklərini bildirdiyini demişdir.Buna görə də o, Sənan və Kənanla birlikdə onun idarə etdiyi maşınla Lək meşəsinə getmişlər. Orada olan zaman qarşı tərəfdən tanıdığı Sərxanın, Nurlanın, Orxanın, Ömərin gəldiyini görmüşdür.O, dava- dalaşda iştirak etməmək üçün kənara çəkilmişdir. Bir anın içində səs-küy düşmüş və Sərxanın, Nurlanın yerə yıxıldıqlarını görmüşdür. X11 avtomobilinə tərəf aparıb həmin avtomobilə əyləşdirmişlər. Daha sonra görmüşdür ki, Orxanın ayağından, Elnurun isə belindən qan gəlir. İfadəsinə əlavə olaraq Faiqi hadisə yerində görsə də, onun oğlu Təqsirləndirilən şəxs hadisə yerində görməmiş, davadan sonra Nizaminin kimisə vurmasını eşitməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə həmkəndlisi Zaur ilə birlikdə onun mərhum atası Azadxanın qırx mərasimi üçün Lək kənd meşəsinə odun gətirməyə getmişlər. Meşədə olan zaman dava olduğunu eşitmişlər və hadisə yerinə gələndə dava düşdüyünü, həmkəndlisi Sənanın araya girərək davanı sakitləşdirmək istədiyini, lakin dalaşanların onu eşitmədiklərini görmüşdür. Dava zamanı onu da əvvəl ağacla vurmuşlar. Bu zaman yerə yıxılmış, dava edən şəxslər tərəfindən yerdə təpiklənərkən oğlu Nizami gələrək həmçinin Kənan ilə Sərxanın mübahisə etdiklərini görüb Sərxanı bıçaqla vurmuşdur. İfadəsinə əlavə olaraq Lək meşəsində tərəflər arasında qarşılıqlı dava-dalaş olmuş, xəsarət alanların hamısı münaqişədə iştirak etmişlər, oğlu Nizami onun döyülməsini görmüş, oğlu digər şəxsləri vurmamış, digər zərərçəkmişlərin necə xəsarət aldıqlarını görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə saat 10 radələrində yaşadığı evdən çıxıb siqaret almaq üçün yolun kənarına doğru hərəkətdə olan zaman əmisi oğlu Şahid2 və dostu Şahid9 idarə etdiyi avtomaşınla onu yolda görüb maşına götürmüşlər. Yolda olan vaxt Sənan həmkəndliləri İntiqamın kiminləsə dalaşdığını bildirmişdir. Birlikdə Bərdə rayonu Qaradəmirçi kəndi ərazisində yerləşən “Dostluq çay evi” nin qarşısına gedərək avtomobildən hər üçü düşdükdən sonra Qaradəmirçi kənd sakini Ömər həmkəndlisi İntiqamla yüksək səslə danışaraq telefonda kiminsə ona söyüş söydüyün demişdir. Həmin vaxt əmisi oğlu Sənan Öməri sakitləşdirmək üçün onun qarşısına keçmiş, o isə Cavanşirlə Sənanın yanında olmuşlar. Həmin vaxt Ömər Sənanın yaxasından tutub kənara çəkmiş, buna görə də o, Ömərin sol göz nahiyəsindən bir dəfə yumruq zərbəsi vurmuşdur. Həmin vaxt Ömər kənara çəkilərək 30 dəqiqə sonra görüşmələrini bildirmişdir. Həmin vaxt orada adlarını bilmədiyi təxminən 10 nəfər şəxsin ətrafa toplaşdıqlarını görmüşdür. Bundan sonra o, əmisi oğlu Sənanla Cavanşirin idarə etdiyi maşınla birlikdə Lək kəndi ərazisində yerləşən çay evinin həyətinə gəlmişlər. Bir qədər sonra Ömər onun mobil telefonuna zəng edərək bir azdan görüşmələrini bildirmişdir. O da etiraz etməmiş qeyd olunan çayxanada olduğunu bildirmişdir. Ömər isə ona Bərdə rayonunun Qaradəmirçi kənd qəbirstanlığına gəlmələrini demişdir. O da Ömərə həmin yerə gəlməyəcəyini demişdir. Bir qədər sonra Ömərin əmisi oğlu Sərxan ona zəng etdikdə Sərxan onun ünvanına nalayiq söyüşlər söyməyə başlamış, bundan sonra isə Sərxanın qardaşı Nurlan ona zəng edərək harada olduğunu soruşmuş, o da Lək kənd meşəsinə gəlməsini bildirmişdir. Həmin gün saat 15 radələrində o, əmisi oğlu Sənan, həmkəndlisi Faiq, Cavanşirin idarə etdiyi “Vaz 2107” markalı avtomobildə qeyd olunan ünvana getmişlər. Onlar orada olan zaman Sərxan, Nurlan, Orxanın onların üstünə gəldiklərini görmüşdür. Sərxan ona yaxınlaşaraq telefonda ona söyüb-söymədiyini soruşmuş, bu vaxt Şahid11 Zərərçəkmiş şəxs1 irad bildirmiş, Sərxan isə Faiqə kobud cavab qaytarmışdır. Bundan sonra dava-dalaş düşmüş, onu vurduqlarından yerə yıxılmış, bundan sonra isə kimin-kimi vurduğunu görməmişdir. İfadəsinə əlavə olaraq baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs kimisə vurduğunu görməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Bərdə rayonlararası zona mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 122 saylı canlı şəxsin ekspertizasına dair rəyindən görünür ki,Zərərçəkmiş şəxs1 bədəni üzərində aşağıdakı xəsarətlər: hemoragik şokla müşaiyət olunan qaraciyərin yaralanması ilə döş qəfəsinin sağ yan divarından (Vİİ-Vİİİ) qabırğaarası sahədə döş və qarın boşluğuna keçən 1 ədəd deşilmişkəsilmiş yarası, sol bazu nahiyəsinin bir ədəd kəsilmiş yarası olmuşdur. Həmin xəsarətlərdən hemoragik şokla müşayiət olunan qaraciyərin yaralanması ilə döş və qarın boşluğuna keçən 1 ədəd deşilmiş-kəsilmiş yara deşici-kəsici əşyanın təsirindən törənmişdir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir; sol bazu nahiyəsinin 1 ədəd kəsilmiş yarası kəsici xassəyə malik olan əşyanın təsirindən törənmişdir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Müddətləri qərarda göstərilən tarixə, yəni xx.xx.2018-ci ilə uyğun gəlir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Bərdə rayonlararası zona mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 123 saylı canlı şəxsin ekspertizasına dair rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində aşağıdakı xəsarətlər: sol qabırğaaltı nahiyədə köndələn çəmbər bağırsağın zədələnməsi ilə daxilə keçən 1 ədəd deşilmiş–kəsilmiş yarası deşici-kəsici əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə-yəni xx.xx.2018-ci ilə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Bərdə rayonlararası zona mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 121 saylı canlı şəxsin ekspertizasına dair rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarət: sol bud nahiyəsinin orta 1\3 nin kəsilmiş yarası kəsici xassəyə malik olan əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə-yənixx.xx.2018-ci ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Bərdə rayonlararası zona mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 179 saylı canlı şəxsin ekspertizasına dair rəyindən görünür ki,Zərərçəkmiş şəxs4 bədəni üzərində aşağıdakı xəsarət: döş qəfəsi nahiyəsinin sol yarısının arxa səthinin daxilə keçməyən 1 ədəd kəsilmiş-deşilmiş yarası olmuşdur. Həmin xəsarət deşici-kəsici əşyanın təsirindən törənmişdir müddəti qərarda göstərilən tarixə-yəni xx.xx.2018-ci ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Bərdə rayonlararası zona mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 687 saylı canlı şəxsin ekspertizasına dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs Əfqan oğlunun məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində xx.xx.2018-ci il tarixə uyğun gələn hər hansı bir xəsarət və xəsarət izi aşkar edilmədi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsi tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli 524\525saylı məhkəmə ballistik ekspertizasına dair rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd balta kustar üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı alətdir və soyuq silah hesab edilmir. Zərərçəkmiş şəxs X1 məxsus poliverin üzərində olan iki ədəd “a” və “ b” zədələri, maykanın üzərində olan bir ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin ( o cümlədən, bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində sağdan sola doğru istiqamətlənərək yaranmaya xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin, təqdim edilmiş paltarların səthində olan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş baltanın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. X1 məxsus poliverin üzərində olan iki ədəd “c” və “d” zədələri bərk predmetə ilişməsi nəticəsində yaranmaya xarakterik dartılıb-cırılma zədələridir. Zərərçəkmiş şəxs1 məxsus poliverin üzərində olan bir ədəd “ a” zədəsi bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində soldan sağa doğru istiqamətlənərək yaranmaya xarakterik deşilmə-kəsilmə zədəsidir. Lakin təqdim edilmiş paltarların səthində olan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş baltanın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Lakin təqdim edilmiş paltarın üzərində olan zədədə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədənin konkret olaraq tədqiqata təqdim edilmiş baltanın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Zərərçəkmiş şəxs1 məxsus poliverin üzərində olan bir ədəd “ b” zədəsi isə bərk predmetə ilişməsi nəticsində yaranmaya xarakterik dartılıb-cırılma zədəsidir. Cins şalvarın səthində mexaniki zədə yoxdur. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2018-ci il tarixli, 893 nömrəli rəyindən görünür ki, Şahid11 məhkəmə tibbi müayinəsi zamanı onda sol topuq nahiyəsinin qançırı, sol said nahiyəsinin sıyrığı xəsarətləri küt əşyanın təsirindən törənmiş, müddəti xx.xx.2018-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2018-ci il tarixli, 89 nömrəli rəyindən görünür ki, Quliyev Ömər Mehman oğlunun bədəni üzərində müəyyən edilmiş xəsarət sol almacıq nahiyəsinin qançırı küt əşyanın təsirindən törənmişdir, müddəti xx.xx.2018-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2018-ci il tarixli 901 nömrəli rəyindən görünür ki, Şahid12 Sənan oğlunun məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər alın nahiyəsinin əzilmiş yara yeri olan çapıq toxuması, qaşarası nahiyənin sıyrığı, sağ gözətrafı və sol əl pəncəsi nahiyələrinin qançırları küt əşyanın təsirindən törənmişdir, müddəti xx.xx.2018-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanseri tərəfindən təqdim edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2018-ci il tarixli 649 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. İş materiallarına əlavə edilmiş “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci il tarixdə CM-in 126.2.1-ci maddəsilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2018-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradəmirçi kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RİHB-nın Qaradəmirçi kənd İƏD üzrə İcra Nümayəndəliyinin Lək kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradəmirçi kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur və onun himayəsində iki övladı var. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ərizələrindən görünür ki, onların Təqsirləndirilən şəxs qarşı şikayətləri və tələbləri yoxdur. Məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, tədqiq edilmiş zərərçəkmiş şəxsin ifadəsini, o cümlədən iş materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 126.2.2, 126.2.3, 126.2.4 və 221.3-cü maddələrinin tərkibi yoxdur, odur ki, CM-in 126.2.2, 126.2.3 və 126.2.4-cü maddələri ona verilmiş ittihamdan xaric edilməli, CM-in 221.3-cü maddəsilə isə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Hacianastassion Yunanıstana qarşı” xx xxxxxx 1992-ci il, “X5rşı” xx xxxxxx 1994-cü il, “Xirvisari Finlandiyaya qarşı” xx xxxxxxxx 2001-ci il, “Taxquet Belçikaya qarşı” xx xxxxxx 2009-cu il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3, 126.2.1, 126.2.2, 126.2.3, 126.2.4-cü maddələrilə verilmiş ittihamdan görünür ki,o xx xxxxxx 2018-ci il tarixdə saat 15 radələrində Bərdə rayonunun Lək kəndi ərazisində yerləşən Lək kənd meşəsində atası Şahid11 ilə Zərərçəkmiş şəxs1 kobud danışdığını bəhanə edərək, heç bir əsaslı səbəb olmadan sonuncu ilə mübahisə edib çoxsaylı vətəndaşların yanında ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi və belə zor tətbiq ediləcəyi hədəsi ilə müşayət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək, özünü ətrafdakı şəxslərə qarşı qoyub etinasızlıq göstərərək, həmin vaxt orada olan digər vətəndaşların diqqətini özünə cəlb edib kənardakı insanların həmin yerə toplaşmasına səbəb olan qərəzli xuliqanlıq hərəkətləri etdiyindən onun qərəzli xuliqanlıq hərəkətlərinin qarşısını almaq istəyən digər şəxsə, yəni Zərərçəkmiş şəxs1 müqavimət göstərərək, hadisə yerindən tapıb əlinə götürdüyü silah qismində istifadə edilən əşya - balta ilə Zərərçəkmiş şəxs1 sol bazu nahiyəsindən qəsdən bir dəfə vuraraq həmin nahiyənin kəsilmiş yarası ilə müşayət olunan dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuş, həmin tərzdə qərəzli xuliqanlıq hərəkətlərini azğıncasına davam etdirdiyindən onun həmin qərəzli xuliqanlıq hərəkətlərinin dəf etmək məqsədi ilə Zərərçəkmiş şəxs1 onun əlindən baltanı alıb bir kənara atmasına baxmayaraq, üstündə gəzdirdirdiyi silah qismində istifadə edilən əşya- cib bıçağı ilə ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar sonuncunun qardaşları Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 gözləri önündə xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs1 döş qəfəsinin sağ yan divarından (Vİİ-Vİİİ) qabırqaarası sahədən bir dəfə vuraraq döş və qarın boşluğuna keçən hemoragik sokla müşayət olunan qaraciyərin yaralanmasına səbəb olan deşilmiş - kəsilmiş yarası ilə nəticələnən və dərəcəsinə görə həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuş, həmin tərzdə qərəzli xuliqanlıq hərəkətlərini davam etdirdiyindən hadisə yerində olmuş ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən digər şəxsə,yəni Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs3 onun əlindən silah qismində istifadə etdiyi bıçağı almaq istəyərkən sonuncunun qardaşları Zərərçəkmiş şəxs1, Ramazanov Orxan Əlikram oğlunun gözləri önündə ona müqavimət göstərərək xüsusi amansızlıqla, xuliqanlıq niyyəti ilə ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar Nəzərli Nurlan Əlikram oğlunun sol qabırqaaltı nahiyəsindən bir dəfə qəsdən həmin bıçaqla vuraraq həmin nahiyədən daxilə keçən sol qabırqaaltı nahiyədə köndələn cəmbər bağırsağın zədələnməsi ilə müşayət olunan deşilmiş-kəsilmiş yarası ilə nəticələnən dərəcəsinə görə həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuş, həmin tərzdə qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək hadisə yerində olan silah qismində istifadə edilən baltanı yenidən əlinə götürüb ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxs üzərində zor tətbiq edəcəyi hədəsi ilə xarakterizə olunan hərəkətlər edəcəyi hədəsi ilə xarakterizə olunan hərəkətlərini davam etdirdiyindən onun həmin xuliqanlıq hərəkətlərinin qarşısını almaq istəyən digər şəxsə-Zərərçəkmiş şəxs2 müqavimət göstərərək sonuncunun sol bud nahiyəsindən orta 1\3- dən bir dəfə qəsdən balta ilə vuraraq sol bud nahiyəsinin orta 1\3-nin kəsilmiş yarası ilə nəticələnən və dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuş, həmin tərzdə qərəzli xuliqanlıq hərəkətlərini davam etdirdiyindən onun qərəzli xuliqanlıq hərəkətlərinin qarşısını almaq məqsədi ilə baltanı onun əlindən almaq istəyən digər şəxsə Zərərçəkmiş şəxs4 müqavimət göstərərək sonuncunun döş qəfəsi nahiyəsinin sol yarısının arxa səthindən həmin balta ilə bir dəfə qəsdən vuraraq döş qəfəsi nahiyəsinin sol yarısının arxa səthinin daxilə keçməyən bir ədəd kəsilmiş-deşilmiş yarası ilə nəticələnən və dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vuraraq, həmin qərəzli xuliqanlıq hərəkətlərini təxminən 10-15 dəqiqə ərzində davam etdirib, həmin şəxsləri xəsarətlənməsi ilə nəticələnən əməlləri törətdikdən sonra törətmiş olduğu əməllərinin təsirindən qorxub hadisə yerindən qaçıb cıxıb getmişdir. İş üzrə tərtib edilmiş ittiham aktının təsviri-əsaslandırıcı hissəsindən müəyyən olunur ki, Quliyev Ömər Mehman oğlu Bərdə rayonunun Qaradəmirçi kəndində yaşayır. Şahid8 onun kiçik qardaşıdır. Şahid8 Bərdə rayonunun Qaradəmirçi kəndində yerləşən Fehruz Sadıqov adına tam orta məktəbdə 9-cu sinifdə oxuyur. xx xxxxxx 2018-ci iltarixdəsaat 10 radələrində Ömər Quliyevin qardaşı Şahid8 oxuduğu məktəbdə Bərdə rayonunun Lək kənd sakini Şahid4 dayısı qızını istədiyindən bir-neçə dəfə qız məktəbdən çıxıb evlərinə gələrkən ona yaxınlaşıb onunlasöhbət etmək istəmişdir. Bunu Şahid4 gördüyündən Ömər Quluzadəyə öz iradını bildirmişdir. Buna görə də xx xxxxxx 2018-ci il tarixdə saat 10 radələrində Şahid8 qardaşı Quliyev Ömər Mehman oğluna məktəbə gəlməsni Şahid4 ona söyüş söydüyünü demişdir. Ömər Quluzadə qardaşına kəndlərinin kənarından keçən maşın yoluna gəlməsini orada onu gözləyəcəyini və nə baş verdiyini aydınlaşdıracağını bildirdiyindən, sonuncu həmin yerə gəlmiş və Şahid4 mobil nömrəsini qardaşı Ömər Quliyevə vermiş, sonuncu Şahid4 zəng vurub Şahid8 qardaşı olduğunu,onunla görüşüb söhbət etmələrini demişdir. Təxminən 1 saat sonra Quliyev Ömər Mehman oğlu Qaradəmirçi kəndində yolun kənarında yerləşən “dostluq çay evi”nin qarşısında tək olarkən həmin yerə Bərdə rayon Lək kənd sakinləri 1-ci Qrup Qarabağ əlili olan Şahid2, sonuncunun əmisi oğlu Şahid12 və Şahid4 gəlib çıxmışlar. Həmin vaxt qeyd olunan şəxslər Ömər Quliyevə yaxınlaşmışlar. Ömər Quliyev həmin şəxslərin içərisində tanışı Şahid2 görüb ona bu məsələyə müdaxilə etməməsini xahiş etmiş və onu qarşı tərəfdən kənarlaşması üçün bir tərfə çəkilməsini bildirib əli ilə Şahid2 yan tərəfindən kənara çəkilməsi işarəsilə ona toxunmuşdur.Bu vəziyyətdə əlilolanŞahid2 büdrəmişdir. Həmin an Şahid2 əmisi oğlu Şahid12 Ömər Quliyevin bu hərəkətindən əsəbləşib sonuncunun sol almacıq nahiyəsindən yumuruqla bir dəfə vuraraq həmin nahiyənin qançırı ilə nəticələnən və sağlamlığına zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyənxəsarət yetirmişdir. Bundan sonra Şahid2 mübahisə düşməsin deyə tərəflərə çıxıb getmələrini və sakitləşdikdən sonra açıq başla bu məsələni aydınlaşdıracaqlarını bildirdiyindən tərəflər həmin yerdən çıxıb getmişlər.Daha sonra Ömər Quliyevin sol almacıq nahiyəsindən xəsarət almasını onun bibisi oğlanlarıZərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 görmüşlər.Onlar Ömər Quliyevdən nə baş verdiyini soruşduqda Ömər Quliyev də baş verənləri onlara bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 Şahid12 zəng vurub görüşmələrini bildirmişdir.Bundan sonra onlar görüş yerini Bərdə rayonununLək kəndi ərazisində yerləşən meşəyə salmışlar.Həmin gün saat 15 radələrində Ömər Quliyev bibisi oğlanları Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3və sonuncuların tanışı Zərərçəkmiş şəxs4 birlikdə qeyd olunan yerə Ömər Quliyevin “VAZ- 21099” markalı **-BJ- *** dövət nömrənişanlı avtomobili ilə gəlmişlər.Artıq həmin yerə çatanda orada Bərdə rayonunun Lək kənd sakinləri Şahid12, Şahid2, Şahid11 və sonuncunun oğlu Təqsirləndirilən şəxs dayanıb onları gözləmişlər. Bundan sonra Zərərçəkmiş şəxs1 KənanZamanova yaxınlaşıb telefondaona söyüş söyməsinin səbəbini soruşmuşdur. Bunu görən və yaş baxımından həmin şəxslərdən böyük olan Bərdə rayonunun Lək kənd sakini Şahid11 da Zərərçəkmiş şəxs1 “ səhv sizdə olub üzr istəyin bu söhbət qurtarsın “ demişdir.Zərərçəkmiş şəxs1 da Şahid11 “ get işinlə məşğul ol, sənlik deyil” demiş, bunu eşidən Şahid11 oğlu Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs1 “sən kimsən mənim atamla belə danışırsan“ deyib, Zərərçəkmiş şəxs1 onun atası Şahid11 ilə kobud danışdığından onunla mübahisə etmiş, nəticədə hadisə yerindən tapıb əlinə götürdüyü balta ilə Zərərçəkmiş şəxs1 sol bazu nahiyəsindən qəsdən birdəfə vuraraq həmin nahiyənin kəsilmiş yarası ilə müşaiyət olunan dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuş, Zərərçəkmiş şəxs1 onunəlindən baltanı alıb bir kənara atmasına baxmayaraq, üstündə gəzdirdiyi cib bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs1 döş qəfəsinin sağ yan divarından (Vİİ-Vİİİ) qabırğarası sahədən bir dəfə vuraraq döş və qarın boşluğuna keçən hemoragik sokla müşayiət olunan qaraciyərin yaralanmasına səbəb olan deşilmiş - kəsilmiş yarasıilə nəticələnən və dərəcəsinə görə həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuş, Zərərçəkmiş şəxs3 onun əlindən bıçağıalmaq istəyərkən Nəzərli Nurlan Əlikram oğlunun sol qabırqaaltı nahiyəsindən bir dəfə qəsdən həmin bıçaqla vuraraq həmin nahiyədən daxilə keçən sol qabırğaaltı nahiyədə köndələn cəmbər bağırsağın zədələnməsi ilə müşayət olunan deşilmiş-kəsilmiş yarası ilə nəticələnən dərəcəsinə görə həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuş, hadisə yerində olan silah qismində istifadə edilən baltanı yenidən əlinə götürüb Zərərçəkmiş şəxs2 müqavimət göstərərək sonuncunun sol bud nahiyəsindən orta 1\3- dən bir dəfə qəsdən balta ilə vuraraq sol bud nahiyəsinin orta 1\3- nin kəsilmiş yarası ilə nəticələnən və dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuş, baltanı onun əlindən almaq istəyən digər şəxsə Zərərçəkmiş şəxs4 müqavimət göstərərək sonuncunun döş qəfəsi nahiyəsinin sol yarısının arxa səthindən həmin balta ilə bir dəfə qəsdən vuraraq döş qəfəsi nahiyəsinin sol yarısının arxa səthinin daxilə keçməyən bir ədəd kəsilmiş -deşilmiş yarası ilə nəticələnən və dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vuraraq, həmin şəxslərə xəsarətlər yetirməsi ilə nəticələnən əməlləri törətdikdən sonra hadisə yerindən getmişdir. İş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrindən görünür ki, onlar Bərdə rayonunun Lək kəndində yerləşən meşəyə məhz aralarında yaranmış mübahisənin həll edilməsi üçün toplaşmışlar, həmin vaxt aralarında yaranmış münaqişə zamanı qeyd edilən hadisə baş vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının rəylərindən müəyyən olunmuşdur ki, iş üzrə tanınmış zərərçəkmiş şəxslərdən başqa, hadisə zamanı orada iştirak etmiş şəxslərdən Şahid11, Quliyev Ömər Mehman oğlunda və Şahid12 Sənan oğlunda da sağlamlığa zərər vurmayan xəsarətlər aşkar olunmuşdur. Göründüyü kimi hadisə məhz tərəflərin aralarında olan mübahisənin aydınlaşdırılması üçün meşəlik əraziyə yığılmalarından sonra yaranmış münaqişə nəticəsində baş vermişdir. İttiham orqanı isə Təqsirləndirilən şəxs hərəkətlərini çoxsaylı vətəndaşların yanında ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi və belə zor tətbiq ediləcəyi hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək, özünü ətrafdakı şəxslərə qarşı qoyub etinasızlıq göstərərək, həmin vaxt orada olan digər vətəndaşların diqqətini özünə cəlb edib kənardakı insanların həmin yerə toplaşmasına səbəb olan qərəzli xuliqanlıq hərəkətləri kimi qiymətləndirmişdir. Məhkəmə tərkibi hesab edir ki, xuliqanlıq cinayətinin zəruri tərkib əlaməti olan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Bayramov və qeyrilərinin şikayətləri üzrə xx xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyatı əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. CPM-in 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticəsinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. CPM-nin 139-cu maddəsinin mənasına görə cinayət təqibi üzrə toplanmış sübutlar cinayətin hər hansı başqa şəxs tərəfindən deyil, məhz şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən törədildiyini təsdiq etməlidir. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur vəbir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 42.1 və 42.1.4-cü maddələrinin tələblərinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. CPM-in 42.2-ci və 42.2.4-cü maddəsində qeyd edilir ki, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə həmin şəxs barəsində bəraət hökmü çıxarılır. Məhkəmə tərkibi iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, daxili inama əsаslаnаrаq CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsilə verilmiş ittiham üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir, odur ki, həmin ittiham üzrə ona bəraət verilməlidir. Bundan başqa ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamın ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar Zərərçəkmiş şəxs1 qardaşları Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 gözləri önündə xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına ağır zərər vurması, həmçinin ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən Zərərçəkmiş şəxs3 qardaşları Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 gözləri önündə ona müqavimət göstərərək xüsusi amansızlıqla, xuliqanlıq niyyəti ilə ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar Zərərçəkmiş şəxs3 sağlamlığına ağır zərər vurmasına dair hissədə məhkəmə hesab edir ki, tərəflərin mübahisəni həll etmək üçün məhz meşəyə getmələri, həm Təqsirləndirilən şəxs, həmçinin zərərçəkmiş şəxslərin münaqişə zamanı bilavasitə iştirak etmələri, baş vermiş münaqişə zamanı digər şəxslərin də müxtəlif xəsarətlər alması və digər bu kimi hallar Təqsirləndirilən şəxs verilmiş həmin ittihamları şübhə altına almış olur. Həmçinin Təqsirləndirilən şəxs verilmiş ittihamın xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmaya dair hissəsilə bağlı məhkəmə bir daha hesab edir ki, hadisə məhz tərəflərin aralarında olan mübahisənin aydınlaşdırılması üçün meşəlik əraziyə yığışmalarından sonra yaranmış münaqişə nəticəsində, yəni Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs atası Şahid11la mübahisə edərək ona kobud cavab qaytarmasına görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 irad tutmasından sonra Zərərçəkmiş şəxs1la aralarında yaranan münaqişə, bundan sonra isə Şahid11 münaqişədə iştirak edən şəxslər tərəfindən vurularaq yerə yıxılmasından sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və digərlərinə xəsarət yetirməsilə baş vermişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma hərəkətləri Təqsirləndirilən şəxs əməlində yoxdur. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma vəbu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadəedən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamlardan 126.2.2, 126.2.3 və 126.2.4-cü maddələrilə verilmiş ittihamlar xaric edilməlidir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrıayrı bəndləri çıxartmaq hüququna malikdir. Bundan başqa Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində verilmiş ittihamlarla özünü qismən təqsirli bilərək yalnız Sərxanı bıçaqla vurduğunu, ittihamda göstərilmiş digər şəxsləri yəni, Orxanı, Nurlanı və Elnuru vurmadığını, onlara xəsarətlərin kim tərəfindən yetirildiyini bilmədiyni göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadə ilə bağlı hesab edir ki, həmin ifadə onun tərəfindən özünü müdafiə məqsədilə verilmiş, uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətini yüngülləşdirməyə xidmət edən ifadədir. Onun təqsiri məhkəməyədək özünü təqsirli bilməklə verdiyi ifadəsilə, zərərçəkmiş şəxslərin məhkəməyədək verdikləri ifadələrlə, o cümlədən Zərərçəkmiş şəxs4 həmçinin məhkəmə istintaqı zamanı verdiyi ifadəsilə, tədqiq edilmiş şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində Təqsirləndirilən şəxs münaqişə vaxtı Sərxanı, Orxanı, Nurlanı və onu vuraraq müxtəlif xəsarətlər yetirdiyini bildirmişdir. Həmçinin məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində Təqsirləndirilən şəxs özünü təqsirli bilməklə göstərmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə o, işlədiyi çayxanasnda olarkən təxminən saat 15 radələrində əvvəllərdən Bərdə rayonunun Qaradəmirçi kənd sakinləri kimi tanıdığı Asəf və Sadiq həmin yerə , yəni çayxananın yanına gəlib oradan mersedes markalı maşınla ötüb keçərkən ona demişlər ki, bəs lək meşəsində dava gedir.Bunu onlar ona deyəndən sonra görmüşdür ki, onlar Lək meşəsinə tərəf çıxıb getmişlər. O da bundan sonra işlətdiyi çayxananasını bağlayıb həmin Lək meşəsinə getmişdir ki, görsün orada nə baş verir. Elə oraya çatanda orada Sənanı, atası Faiqi, Sənanın əmisi oğlu Kənanı, Tağını, Sərxanı ,Orxanı, Nurlanı və Öməri görmüşdür. O, elə həmin yerə çatmışdır ki, elə bir onu görmüşdür ki, Sərxan Kənana yaxınlaşaraq ona demişdir ki, telefonda nə səbəbə söyüş söyüş söyməsinin səbəbini ondan soruşmuşdur. Həmin vaxt onun atası da dava olmasın deyə söhbətə qarışmış elə birdə görmüşdür ki, atası Faiq Sərxana bildirmişdir ki, “səhv sizdə olubdur, üzr istəyin bu söhbət qurtarıb getsin”. Atası Faiq Sərxana elə belə deyəndə Sərxan da qayıdıb atasına demişdir ki, atası Faiq gedib işi ilə məşğul olmuş olsun, Sərxan onun atası Faiqə bu sənlik bir iş deyil deyə ona deyəndə bu söz ona çox pis təsir etmişdir ki, axı o , kimdir ki, yaşca atasından balaca olan və onun həmyaşıdı olan bir oğlan atasına belə söz deyir.Elə bu sözləri Sərxan deyəndən sonra onların arasında mübahisə yaranmışdır.Qarşılıqlı olaraq onlar biri- birinə söyüşlər etməyə başlamışlar.Bu vəziyyətdə Sərxan onun üzərinə tərəf yerimişdir.O, fikirləşmişdir ki, Sərxan onu vuracaqdır. Elə bu vaxt onun gözünə ağacın dibində olan odun baltası sataşmışdır. Elə əl atıb odun baltasını əlinə almışdır ki, Sərxan onun üstünə gəlib baltanı əlindən almağa çalışmışdır.Elə bu vaxt baltanın kəsən tərəfi Sərxanın sol qoluna dəyib yüngül yaralamışdır.Lakin, bu vəziyətdə Sərxan baltanı onun əlimdən alıb bir kənara atmışdır. Görmüşdür ki, Sərxan ona güc gələcək ona görə ki, artıq Sərxan onun belindən tutub yuxarı qaldırmışdır ki bu qaydada onu yerə yıxmış olsun. O da özlüyündə fikirləşmişdir ki, Sərxan onu yerə yıxıb onu möhkəm döyəcəkdir.Ona görə də o, hadisə yerindən tapdığı onun olmayan cib bıçağı ilə Sərxanın belindən həmin bıçaqla bir dəfə zərbə ilə vurmuşdur.O, bıçaqla Sərxanı vurduğundan Sərxan belini tutub yerə çöküb oturmuşdur. Bu vəziyəti görən, yəni onun Sərxanı vurduğunu görən Sərxanın qardaşı Nurlan onun üstünə söyə- söyə gəldiyini görüb Nurlana demişdir ki, söyüş söyməsin. Elə Nurlan ona söyüş söydüyündən o da Sərxanın qardaşı Nurlanın qarnından bıçaqla bir dəfə vurmuşdur.Nurlan da qarnını tutub yerə çökmüşdür.Bundan sonra o, görmüşdür ki, Orxan və Elnur üstünə gəlirlər. O, cəld Sərxanın onun əlindən alıb yerə atdığı baltanı yenidən yerdən əlinə götürmüşdür.Elə baltanı əlində furlada- furlada Sərxana və Elnura demişdir ki, yaxın gəlməsinlər gəlsələr onları vuracaqdır.Elə həmin an Orxan ona təpik atmışdır.Elə bu vaxt onun əlində olan balta Orxanın ayağından dəymişdir.Bu vaxt Elnurun onun yan tərəfindən arxa tərəfinə keçib ona nə isə etməyə çalışacağını görüb baltanı Elnura tərəf furlamışdır.Balta Elnurun kürəyindən dəyib yaralamışdır.Elə bu vaxt atası Faiq və Kənan onun üstünə qışqırmışlar ki, bu hərəkətlərinə son versin, belə hərəkətlər etməsin.O da elə atası Faiqin sözü ilə baltanı və bıçağı yerə atıb qaçıb oradan uzaqlaşmışdır.Onu da qeyd edir ki, o, heç gözləməmişdir ki, belə hadisə baş verəcəkdir. Ancaq nədənsə baş vermişdir. Bundan başqa zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində dava zamanı sol ayağından balta ilə xəsarət aldığını, lakin ona xəsarət yetirən şəxsin kimliyini görmədiyini, həmçinin zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində Nizaminin ona xəsarət yetirdiyini görmədiyini bildirmişlər. Lakin məhkəməyədək icraat zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2018- ci il tarixdə saat 11 radələrində eşitmişdir ki, dayısı oğlu Ömərlə Bərdə rayonunun Lək kənd sakini Şahid12 arasında mübahisə olmuşdur. Elə buna görə də o, qardaşları və dostu Elnurla birlikdə Kənanın mobil nömrəsinə zəng edərək demişlər ki, dayıları oğlu ilə niyə mübahisə etmişdir..Kənan isə onlara yaxşı edirəm cavabını vermişdir.Bundan sonra telefonda onların arasında yaranan mübahisə zamanı Kənan ona təhqredici sözlər demişdir..Buna görə də Kənana demişdir ki,Bərdə rayonunun Lək meşəsində onunla üzbəüz olub söhbət etmək istəyir. Bundan sonra qardaşları Nurlan, Sərxan və tanışları Elnur və dayısı oğlu Ömər Quliyevlə elə Ömərin Vaz- 21099 markalı 10- BJ- 013 dövlət qeydiyyat nişanlı avtomobili ilə Bərdə rayonunun Lək kənd meşəsinə getmişlər. Həmin yerə çatarkən orada usta Faiqi onun oğlu Nizamini, Kənanı, Sənanı və digər şəxsləri görmüşlər.Həmin vaxt Sərxan Kənana yaxınlaşaraq niyə telefonda ona söymüş olduğunun səbəbini soruşmuşdur. Faiq Sərxana “ səhv sizindir üzür istəyin bu söhbət qurtarsın” demişdir. Həmin vaxt onlarla Faiq arasında mübahisə yaranmışdır. Faiqin oğlu Nizami bıçaqla qardaşı Sərxana və Nurlana xəsarət yetirmişdir.Nizami balta ilə onun sol ayağından və Elnurun kürəyindən vurub xəsarət yetirmişdir.Sonra isə Nizami baltanı yerə atıb həmin yerdən uzaqlaşmışdır.Bu vəziyətdən sonra isə özləri Bərdə MRX na gəlmişlər. Suala cavab olaraq bildirir ki, hadisədən sonra Bərdə MRX da ilkin izahat verərkən hadisənin şokunda olduğundan və Nizaminin bu hərəkətlərinə görə onu özü cəzalandıracağını düşündüyündən onu və Elnuru Niami vurmasını deməmişdir. Hazırda Nizaminin yaxın qohumları Nizaminin bağışlanmasını xahiş etdiklərindən ona görə də onun hal- hazırda Nizamidən heç bir şikayət və tələbi yoxdur. Nizami onu və Elnuru balta ilə Sərxanı həm balta və həm bıçaqla, Nurlanı isə bıçaqla vurub xəsarət yetirmişdir. Suala cavab olaraq bildirir ki, onu Nizami sol ayağından yüngül formada vurub xəsarət yetirmişdir.O istəmişdir ki, Nizaminin əlindən baltanı alsın, Nizami baltanı furlatmış, balta onun sol ayağının üstündən kəsib xəsarət yetirmişdir.Suala cavab olaraq bildirir ki, qardaşı Sərxanın kürəyindən balta ilə Nizami və eyni zamada sağ tərəfdən arxa hissədən bıçaqla da Nizami vurub xəsarət yetirmişdir.Həmin vaxt qardaşı Sərxan istəmişdir ki, baltanı Nizamidən alsın və almışdır. Ancaq son halda Nizami bıçaqla onu vurmuşdur.Suala cavab olaraq bildirir ki, Nurlana bıçaq xəsarətini Nizami yetirmişdir. Eyni zamanda Nizami balta ilə Elnurun kürəyinə vurub ona da xəsarət yetirmişdir. Bilavasitə deyilənlərə əsasən deyir ki, hadisə zamanı Nizaminin əlində bıçaq və balta olmuşdur.Suala cavab olaraq bildirir ki, səhv etmirsə həmin yerə onları Kənan çağırtdırmışdır. Onların həmin yerə getməkdə məqsədləi dava olmamışdır.Onlar istəmişlər ki, bu aralarında olan söz- söhbəti qurtarsın.Ancaq heç nədən dava düşmüşdür. Suala cavab olaraq bildirir ki, həmin yerə getməkdə məqsədləri kiminləsə mübahisə etmək, dalaşmaq olmamış, ancaq onlar oraya aralarında olan söz- söhbəti qurtarmaq üçün getmişlər.Suala cavab olaraq bildirir ki, hadisə zamanı Şahid12 kiməsə xəsarət yetirməsi halı barədə heç nə bilmədiyindən bu barədə bir söz deyə bilmir. Bundan başqa məhkəməyədək icraat zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 Əlikram oğlu ifadəsində göstərmişdir ki, o, Bərdə rayonunun Qaradəmirçi kəndində yaşayır.Rəsmi olaraq heç bir yerdə işləməsə də malqara alveri ilə məşğul olur. xx xxxxxx 2018-ci il tarixdə təxminən saat 11 radələrində dayısı oğlu Ömərlə Bərdə rayonunun Lək kəndində yaşayan Şahid12 arasında mübahisə yarandığını və Kənanın Öməri yumuruqla vurmasını bilmişdir. Buna görə də qardaşı Sərxan Kənanın mobil nömrəsinə zəng edərək dayısı oğlu ilə niyə mübahisə etmiş olduğunun səbəbini ondan soruşduqda aralarında mübahisə yaranmışdır.Şahid12 telefonda yaranmış mübahisə zamanı onlara təhqiredici söz dediyinə görə Sərxan da Kənana Bərdə rayon Lək meşəsində görüşüb söhbət etmələrini bildirmişdir.Daha sonra isə qardaşları Orxan, Sərxan, dostu Zərərçəkmiş şəxs4 və dayısı oğlu Ömər Quliyevlə birlikdə, yəni sonuncunun VAZ- 21099 mrkalı 10- BJ-013 dövlət qeydiyyat nişanlı avtomobili ilə Bərdə rayonu Lək kənd meşəsinə getmişlər.Oraya çatan zaman Kənan, Sənan, usta Faiq , Faiqin oğlu Nizami və adlarını bilmədiyi bir- neçə nəfər şəxsin orada olduqlarını görmüşdür.Sənan Kənana yaxınlaşıb ondan telefonda niyə söyüş söymüş olduğunun səbəbini soruşarkən, Nizaminin atası Faiq “səhv onlarda olduğuna görə üzr istəməlidirlər” demişdir. Bu zaman Sərxan da Faiqə demişdir ki, “ get işinlə məşğul ol”. Bu vaxt Faiqin oğlu Nizami də Sərxana “ sən kimsən ki, mənim atama qarşı belə deyirsən “ demişdir.Bu vəziyyətdən sonra onlar arasında mübahisə yaranmışdır. Sərxan Təqsirləndirilən şəxs üzərinə gedib onu yumuruqla vurmaq istəyərkən Nizami qaçıb yerdən balta götürmüşdür. Bunu görən Sərxan baltanı onun əlindən almaq istəyərkən balta Sərxanın sol qoluna dəyib xəsarətləndirmişdir. Lakin, Sərxan Nizaminin əlindən baltanı alıb bir kənara atmışdır.Daha sonra isə Nizaminin belindən tutub onun ayaqlarını yerdən üzüb yerə yıxmaq istəmişdir.Lakin, həmin vaxt Nizami üstündən bıçaq çıxarıb həmin bıçaqla Sərxanın kürək nahiyəsindən vurub ona xəsarət yetirmişdir.Sərxan belini tutub aşağı çöküb oturmuşdur. Bundan sonra o, qardaşı Sərxanın Nizami tərəfindən bıçaqlanmış olduğunu görüb onu vurmaq istəmişdir.Ancaq Nizami bıçağı əlində furlayıb onun qarın nahiyəsindən bıçaqla bir dəfə vurmuşdur.Bunu görən qardaşı Orxan və dostu Elnur Nizaminin üstünə yenidən yeridikdən sonra Nizami yerdən baltanı yenidən götürüb həmin balta ilə qardaşı Orxanın sağ ayağından və Elnurun isə kürək nahiyəsindən balta ilə bir dəfə vurub onlara xəsarət yetirmişdir.Suala cavab olaraq bildirir ki, ilkin izahat verərkən yeni əməliyyat olunduğuna görə ağır narkozun təsiri altında olmuş olduğundan ona görə də həmin ifadəsində Orxan və Elnura Kənan və Faiqin balta xəsarət yetirmiş olduğunu demişdim.Lakin, hazırda tam aydın düşünüb dəqiq yadına salır ki, qardaşı Orxana və dostu Elnura da balta xəsarətlərini Təqsirləndirilən şəxs yetirmişdir.Suala cavab olaraq bildirir ki, həmin vaxtı meşədə olan Ömər Quliyev, Şahid2,Şahid1, Şahid11, Şahid12 həmin yerdə olub onun necə xəsarət almış olduğunu görmüşlər.Xəsarət alması ilə ələqədar heç bir şikayəti yoxdur. Suala cavab olaraq bildirir ki, ona sol qabaq tərəfdən sol yoğun bağırsağının üstü nahiyəsindən daxilə keçən xəsarəti Təqsirləndirilən şəxs yetirmişdir. Bilavasitə onu Təqsirləndirilən şəxs vurarkən bunu onun hadisə yerində olmuş dostu Zərərçəkmiş şəxs4 da görmüş bu barədə ona bildirmişdir. Onun qardaşı Sərxanı balta ilə Nizami vurarkən o, tez Nizaminin qolundan tutmuşdur.Sərxan da qolunu qabağa verdiyindən balta heç də güclü olmayaraq Sərxanın qoluna dəyib kəsmişdir.Həmin vaxt onu elə bu səbəbdən bıçaqla Nizami vurmuşdur.Suala da cavab olaraq bildirir ki, Orxanı da deyilənə görə Nizami balta ilə sol ayaq nahiyəsinə vurub xəsarət yetirmişdir.Suala cavab olaraq bildirir ki, Elnura da deməsinə görə Nizami balta ilə vurub xəsarət yetirmişdir.Ona görə ki, o, artıq xəsarət alıb canının hayında olarkən, Elnuru Nizami balta ilə vurmuşdur. Suala cavab olaraq bildirir ki, Nizami bıçaqla ona və qardaşı Sərxana xəsarət yetirmiş, eyni zamanda Nizami Sərxanın sol qolunun üstündən balta ilə vurmuşdur. Onlar hadisə yerinə ona görə getməli olmuşlar ki, orada Kənangillə onlar barışacaqlar və bu məsələ qurtarıb gedəcəkdir. Onlar həmin yerə gedərkən heç bir alət filan aparmamışlar.Suala cavab olaraq bildirir ki, hadisə zamanı Şahid12 kiməsə xəsarət yetirmiş olduğunu görmədyindən heç nə deyə bilmir. Suala cavab olaraq bildirir ki, hadisə zamanı Şahid11 da kiməsə xəsarət yetirməsi halını görmədiyindən bu barədə heç nə deyə bilmir.Suala cavab olaraq bildiririk ki, həmin an onun qardaşı Sərxanı Nizami bıçaqla balta ilə vurulduğuna görə bərk həyacanlandığından həmin an baş verən şeyləri yadında saxlaya bilməmişəm. Suala cavab olaraq bildirir ki, hadisə zamanı Nizaminin əlində balta və bıçaq olmuşdur. Daha bilmir ki, Nizami bıçağı və baltanı özü ilə gətirmiş yoxsa hadisə yerindən götürmüşdür. Suala cavab olaraq bildirir ki, o, hadisə yerinə davaya getməmiş sadəcə olaraq gedib davaya düşmüşdür. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini həmin hissədə daha obyektiv, həqiqi və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edir. Bundan başqa məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində baş vermiş dava zamanı konkret olaraq kimlərin dalaşdıqlarını görmədiyini bildirsə də məhkəməyədək icraat zamanı verdiyi ifadəsində həmkəndliləri Öməri, Kənanı, Sənanı, Faiqi, Sərxanı, Orxanı və adlarını bilmədiyi digər şəxslərin biri-biriləri ilə dalaşdıqlarını gördüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində hadisədən sonra kənd sakinlərindən kimlərin kimləri bıçaqlamasını öyrənə bilmədiyini göstərsə də, məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Nurlana, Sərxana, Elnura və Orxana xəsarətin Nizami tərəfindən yetirildiyini sonradan eşitdiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində Faiqi hadisə yerində görsə də, onun oğlu Təqsirləndirilən şəxs hadisə yerində görmədiyini, davadan sonra Nizaminin kimisə vurmasını eşitmədiyini göstərsə də, məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Nizaminin Sərxanı, Nurlanı bıçaqla vurduğunu, həmin dava-dalaş zamanı orada Nurlanı, Orxanı, Faiqi, Faiqin oğlu Nizamini, Kənanı və Öməri gördüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid12 ifadəsində dava-dalaş düşən vaxt onu vuraraq yerə yıxdıqlarından kimin-kimi vurduğunu, o cümlədən Təqsirləndirilən şəxs kimisə vurduğunu görmədiyini bildirsə də, məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Sərxan, Nurlan, Orxan və Elnura Təqsirləndirilən şəxs tərəfindən xəsarət yetirildiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Təqsirləndirilən şəxs kimisə vurduğunu görmədiyini, polis şöbəsində polis əməkdaşlarından Nizaminin uşaqları bıçaqladığını, həmçinin Sərxanın Nizami tərəfindən vurulduğunu eşitdiyini bildirsə də, məhkəməyədək icraat zamanı verdiyi ifadəsində davadan sonra Sərxanı, Orxanı və Nurlanı xəsarət almış vəziyyətdə yerdə qaldıqlarını görmüş, danışıqlardan isə onları Nizaminin bıçaqla və balta ilə vuraraq xəsarət yetirdiyini eşitmişdir. Məhkəmə tərkibi qeyd olunan şahidlərin məhkəməyədək icraat zamanı verdikləri ifadələrini həmin hissədə daha obyektiv, həqiqi və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-in 126.2.1ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən zərər çəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmaması, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, yaşadığı yer üzrə müsbət xarakterizə olunması və himayəsində iki azyaşlı uşağının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən isə məcəllənin 59.1.8, 59.1.10-59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən CM-in 60.1-ci maddəsi tətbiq edilməlidir. Azərbaycan Respublikasının CM-nin 15.4-cü maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət hesab edildiyindən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ümumi rejimli cəza çəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəndə çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni xx xxxxxx 2018-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Bərdə RPŞ-də maddi sübutların saxlanc anbarında saxlanılan 01 (bir) ədəd baltaməhv edilməli, X1 məxsus 01 (bir) ədəd poliver, 01 (bir) ədəd qolsuz mayka, Zərərçəkmiş şəxs1 məxsus 01 (bir) ədəd poliver və 01 (bir) ədəd cins şalvar sahiblərinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə məhkəmə məsrəflərinə aid olan 63 (altmış üç) manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni xx xxxxxx 2018-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Bərdə RPŞ-də maddi sübutların saxlanc anbarında saxlanılan 01 (bir) ədəd balta məhv edilsin, X1 məxsus 01 (bir) ədəd poliver, 01 (bir) ədəd qolsuz mayka, Zərərçəkmiş şəxs1 məxsus 01 (bir) ədəd poliver və 01 (bir) ədəd cins şalvar sahiblərinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməsin.. İş üzrə məhkəmə məsrəflərinə aid olan 63 (altmış üç) manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə X9 Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-53/2020
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-53/2020
11.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver