Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-53/2021 30.03.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi - Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Şəmkir rayonun Düyərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Şəmkir rayonu Düyərli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində ictimai yer hesab olunan “Səadət” restoranının yaxınlığında yerləşən çay evinin qarşısında Zərərçəkmiş şəxs2 etibarnamə əsasında idarə etdiyi “Mersedes” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətə başlayarkən ətrafı toz etməsindən hiddətlənərək Zərərçəkmiş şəxs2 istifadəsində olan ***- ***-**-** mobil telefonun nömrəsinə özünün istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən zəng vuraraq onu söhbət etmək üçün icarə əsasında işlətdiyi çayxananın qarşısına çağırmış, Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobillə Şahid1 və Zərərçəkmiş şəxs1 ilə birlikdə həmin gün saat 23:50-də qeyd edilən çayxananın qarşına gəldikdən sonra heç bir əsaslı səbəb olmadan, yəni avtomobili yerindən sürətlə hərəkətə gətirməsini bəhanə edərək mübahisə edib, ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən, çay evində olan şəxslərin 10-15 dəqiqə narahatçılıqlarına səbəb olan qəsdən qərəzli xuliqanlıq hərəkətləri edərək, üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi tiyəsinin uzunluğu 122 mm, dəstəyinin uzunluğu 106 mm və ümumi uzunluğu 232 mm olan zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən mətbəxt bıçağı ilə Zərərçəkmiş şəxs2 bir dəfə vuraraq ona qarının ön divarında sağ qabırğaaltı nahiyəsinin daxilə keçməyən bir ədəd deşilmiş-kəsilmiş yarası xəsarəti ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarət yetirdikdən sonra, xuliqanlıq hərəkətlərini davam etdirərək həmin vaxt orada olan Zərərçəkmiş şəxs1 üzərinə gəlib ona xəsarət yetirməsini güman etmiş, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə silah qismində istifadə etdiyi bıçaqla kənarda dayanmış Zərərçəkmiş şəxs1 qəsdən bir dəfə zərbə vuraraq ona döş qəfəsinin sol yan səthinin daxilə keçən, sol tərəfli hemopnevmatoraksa səbəb olmuş, bir ədəd kəsilmiş-deşilmiş yarası ilə nəticələnən insan həyat üçün təhlükəli olan ağır xəsarət yetirməklə onun sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi onun özünün səmimi etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin faktiki halları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilsə də, elan edilmiş digər ittiham üzrə özünü həmin Məcəllənin 126.2.4-cü maddəsi deyil, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndi ərazisində yerləşən Asif adlı şəxsə məxsus çay evini icarə əsasında şlətmiş, bir müddət tanışı Şahid2 də onunla şərikli işləmişdir. xx xxxx 2020-ci il tarixdə saat 22-23 radələrində Vüsal, Səddam və bir nəfər tanımadığı şəxs işlətdiyi kafeyə gələrək pivə içdikdən təxminən 40-45 dəqiqədə sonra hesab ödəyib kafedən çıxmışlar. Vüsal gəldiyi “Mersedez C class” markalı avtomobilə əyləşib avtomobilini işə salaraq yüksək sürətlə idarə edib oradan getmiş və ətraf toza bürünmüşdür. Vüsal əvvəllər də bir neçə dəfə kafeyə gələrək avtomobilini yüksək sürətlə idarə edib oradan getmiş, buna görə də hər dəfəsində Vüsala irad bildirmişdir. O, Vüsalla yenidən söhbət etmək qərarına gələrək Vüsala zəng edib, geri qayıtmasını demiş, Vüsal da geri qayıdacağını bildirmişdir. O, çay evinin qarşısına çıxıb Vüsalın gəlməsini gözləyən zaman çay evinin içərisində təxminən 7-8 nəfər müştəri əyləşmişdir. Çölə çıxdıqdan təxminən 10 dəqiqə sonra Vüsal avtomobili ilə çay evinin qarşısına gəlmiş, əvvəlcə Vüsal, daha sonra isə Səddam və üzdən tanıdığı şəxs avtomobildən düşüb onun yanına gəlmişlər. O, Vüsaldan “niyə hər dəfə sən burdan gedərkən avtomobilini yüksək sürətlə yerindən hərəkət etdirib toz edirsən?”-deyə soruşmuş, Vüsal da ona yaxşı elədiyini bildirdikdə, o, Vüsala “düzgün hərəkət etmirsən”demişdir. Vüsal yenə yaxşı elədiyini dedikdə o, Vüsala irad bildirmişdir. Həmin vaxt Vüsal onun yaxasından tutmuş, o da Vüsalın paltarının yaxasından tutaraq bir–birilərini yumuruqla vurmuşlar, Elmir, Yusif və tanımadığı bir nəfər müştəri kafenin qarşısına çıxmışlar. O, Vüsala gücünün çatmayacağını görüb, digər əli ilə əynində olan cins şalvarın sol arxa cibinə qoyduğu bıçağı çıxarıb bir dəfə Vüsalın qarın nahiyəsindən vurmuş və zərbənin təsirindən Vüsal yerə yıxılmışdır. Həmin vaxt Vüsalın arxasında dayanmış Səddam ona tərəf gələndə o, Səddamın onu vuracağından qorxaraq əlindəki bıçaqla Səddamın sol tərəfindən bir dəfə vurmuş və bıçağın tiyəsi qırılıb Səddamın bədənində, dəstəyi isə onun əlində qalmışdır. Bundan sonra Elmir və Yusif yanına gəlmişlər, o isə kənara çəkilmişdir. Vüsal, Səddam və onunla gələn şəxs Vüsalın avtomobilinə minib oradan çıxıb getmişlər, o isə bıçağın tiyəsini tapıb götürmüş və yaşadığı evə getmişdir. Həmin gün bir müddət evdə qaldıqdan sonra polisə təslim olmağın yaxşı olacağını düşünüb könüllü olaraq Şəmkir RPŞ-nə getmiş və törətdiyi əməli səmimi etiraf etmişdir. Hazırda zərərçəkmiş şəxslərlə barışmış və əməlindən peşmandır, eləcə də “X13”ndə iştirak etməsə də, həmin vaxt səfərbərliklə toplantıda olmasını nəzərə almağı məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində Vüsalla bilrlikdə Zəyəm- Cırdaxan kəndində yerləşən “Səadət” restoranın qarşısında yerləşən çay evində çay içmişlər və təxminən 1 saat sonra getmək qərarına gələrək çay evindən çıxıb Vüsalın avtomobilinə əyləşmişlər. Vüsal avtomobilini işə salıb hərəkətə başlayarkən yer xırlı olduğundan avtomobilin təkərləri sürüşüb səs etmişdir. Zəyəm qəsəbəsinə gələrkən yolda Vüsalın mobil telefonuna zəng gəlmiş və o, kiminləsə danışmışdır. Sonra Vüsal ona Elsevərin onu çay evinə çağırmasını demişdir. Elsevərdən qabaq Vüsal İlkinlə də danışıb, onunla görüşmək barədə razılaşdığından İlkin də onların yanlarına gəlmiş və birlikdə Vüsalın avtomobili ilə geri, Elsevərin işlətdiyi çayçıya qayıtmışlar. Vüsal avtomobili Elsevərin işlətdiyi çay evinin qarşısında saxlamış və avtomobildən əvvəlcə Vüsal, sonra o və İlkin düşmüşlər. Vüsal Elsevərə yaxınlaşıb söhbət edərkən Elsevər Vüsaldan avtomobilini hərəkətə gətirərkən yüksək sürətlə hərəkət etdirməsinin səbəbini soruşmuş, Vüsal da Elsevərə qışqırmamasını demişdir. Bu zaman Elsevər ilə Vüsal bir-birilərinin yaxasından tutub dartışmışlar və həmin vaxt Elsevər bıçaqla Vüsalın qarın nahiyəsindən vurmuşdur. Səs-küyə onların ətrafında xeyli insan toplaşmşıdır. O, bunu görüb onlara yaxınlaşmaq istəyəndə Elsevər ona tərəf gələrək əlindəki bıçaqla onun döş qəfəsinin sol tərəfindən bir dəfə zərbə vurmuş və bıçağı çıxararkən bıçaq tiyə hissəsindən qırılmışdır. O, bıçağın tiyəsini bədənindən çıxarıb yerə tullamış, həmin vaxt Elmir də yanına gəlmiş və Vüsal isə yerdə avtomobilinin açarları axtarıb taparaq avtomobilini işə salmışdır. Bundan sonra onu avtomobilə əyləşdirmişlər və İlkin avtomobili idarə etmiş, o isə bir qədər sonra huşunu itirmiş və daha sonra Gəncə şəhər 3 saylı xəstəxanasında ayılmışdır. Həmin vaxt ona ilk yardım göstərilmiş və əməliyyat olunmuşdur. Hadisə zamanı Elsevər heç bir səbəb olmadan Vüsalı vurduqdan sonra onun üzərinə cumaraq onu vurmuş, Elsəvərin onu bıçaqla vurmasının səbəbini bilmir, hadisə zamanı da ətrafda xeyli insanlar olmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində Səddam ilə bir yerdə “Səadət” şadlıq sarayının qarşısında olan çay evində çay içib, təxminən 2 saatdan sonra oradan getmək qərarına gəlmişlər. Avtomobili hərəkət etdirməyə başlayarkən yer xırlı olduğundan avtomobilin təkərləri sürüşüb toz etmişdir. Bundan sonra Zəyəm qəsəbəsinə gələrkən yolda İlkin onun mobil telefonuna zəng edərək birlikdə çay içməyi təklif etmiş, o da razılaşmışdır. Yolda olarkən Elsevər onun istifadəsində olan mobil telefona zəng edərək işlətdiyi çay evinin qarşısına qayıtmasını demiş, o da razılaşmışdır. O, İlkinlə görüşdükdən sonra avtomobili Elsevərin işlətdiyi çay evinin qarşısına sürmüş və avtomobildən düşdükdən sonra Elsevərin çay evinin giriş qapısından çölə çıxdığını görmüşdür. Çay evinin qarşısından təxminən 20 metr aralıda Elsevər ona yaxınlaşıb yüksək səslə kobud tərzdə “niyə avtomobili çay evinin qarşısında yüksək sürətlə hərəkətə başladıb toz edirsən”-demişdir. Elsevərin onunla kobud tərzdə danışması xoşuna gəlmədiyindən ona “niyə qışqırırsan, sürmüşəm-sürmüşəm, məndən aslı deyil”-deyə cavab vermişdir. Buna görə Elsevərlə mübahisələri yaranmış və bir-birilərinin yaxasından tutub itələmişlər. Həmin vaxt Elsevər cibindən bıçaq çıxarıb onun qarın nahiyəsinə bir dəfə zərbə vurmuş, o da dərhal Elsevərə yumruq zərbəsi vurmuş, sonra da müvazinətini itirib yerə yıxılmış və nəticədə avtomobilin açarı əlindən yerə düşmüşdür. Bu vaxt Elsevərin qardaşı Eşqin onunla gələn Səddamın üzərinə tərəf qaçmış, Səddam da Eşqinin onu vuracağından qorxub yumruqla sonuncunu vurmuş, İlkin isə oradan kənara qaçmışdır. Həmin vaxt Elmir onu yerdən qaldırıb “Səddamı Elsevər bıçaqla vurub, bunu həkimə apar”-demiş, o da avtomobilinin açarını tapmış və xəsarət aldığı üçün özünü pis hiss etdiyindən İlkindən avtomobilini idarə etməsini xahiş etmişdir. İlkin avtomobili sürərək əvvəlcə Zəyəm qəsəbəsində yerləşən xəsatəxanaya gəlmiş, orada ona və Səddama ilkin tibbi yardım göstərildikdən sonra təcili yardıma müraciət etmişlər. Şəmkir rayonu, Dəllər qəsəbəsində çağırdıqları X18 avtomobili ilə rastlaşmışlar və Səddamla onu X18 avtomobilinə mindirib Gəncə şəhəri 3 saylı X18 Xəstəxanasına aparmışlar. Hadisə zamanı Səddamla Elsevərin arasında heç bir mübahisə olmamışdır. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Altay oğlu ifadəsində göstərmişdir ki, hadisədən təxminən 10 gün əvvəl tanışı Elsevər ilə birlikdə Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində “Səadət” şadlıq sarayının qarşısında yerləşən çay evini icarəyə götürüb şərikli işlətmiş, lakin xx.xx.2020-ci il tarixdə şəriklikdən çıxmaq qərarına gəldiyindən həmin gün haqq hesab etmək üçün çay evinə getmişdir. xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində tanışı Yusif ilə birlikdə çay evində oturub çay içərkən Vüsal və adı sonradan ona məlum olan Səddam çay evinə gələrək pivə içmişlər və təxminən 1 saat sonra kafedən çıxıb getmişlər. Vüsal idarə etdiyi “Mersedes” markalı avtomobili yüksək sürətlə hərəkətə başladıb ətrafı toz etmişdir. Təxminən 15-20 dəqiqədən sonra səs-küy eşitmiş və həmin vaxt müştərilər qışqıraraq çöldə “bıçaqlaşma” olmasını deyib çölə çıxmışlar. O, arxasınca isə Yusif də çölə çıxmış və çay evinin təxminən 20 metr qarşısında Vüsal avtomobilinin yanında yerdə nəsə axtardığını, onun yanında Səddamın isə qarının sol tərəfindən tutaraq nəsə çıxarmasını, Səddama yaxınlaşanda, onun qarnının sol yuxarı tərəfində bıçağın tiyəsi olduğunu və onu çıxardıb yerə tulladığını görmüşdür. İlkin də avtomobil yolu tərəfdən yanlarına tərəf qaçıb gəlmişdir. O, Elsevərin əlində bıçaq olmasını zənn etmiş və Elsevərə yaxınlaşanda onun əlində bıçağın dəstəyini görmüşdür. O, Səddamın sol tərəfindən qan axdığını Vüsala demiş, bundan sonra Səddamı Vüsalın avtomobilinə mindirmiş və Vüsal da əyləşmiş, İlkin isə avtomobili idarə edərək oradan getmişlər. O, Elsevərdən nə etdiyini soruşanda, sonuncu ona Vüsalın avtomobilini yüksək sürətlə idarə edib getdiyinə görə Vüsala və Səddama bıçaqla xəsarət yetirdiyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2lə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində qardaşı Elsevərin işlətdiyi çay evinə getmiş, həmin vaxt adlarını sonradan bildiyi Vüsal və Səddam çay evindən çölə çıxmışlar. Vüsal çay evinin qarşısında saxladığı “Mersedes” markalı avtomobilini yüksək sürətlə sürərək toz edib oradan getmiş və Vüsalın bu hərəkəti qardaşı Elsevəri əsəbləşdirdiyindən Elsevər də çölə çıxmışdır. Təxminən 25-30 dəqiqədən sonra çay evinin içərisində olarkən, səs-küy eşidib çölə çıxmış, həmin vaxt çay evinin içərisində və çölündə müştərilər olmuşdur. X16 adlı şəxsin çay evinin qarşısında mübahisə etdiklərini görüb onlara yaxınlaşmış və həmin vaxt kimsə onun sifət nahiyəsinə yumruqla vurmuş, o, zərbənin təsirindən yerə yıxılmışdır. Həmin vaxt Elmir qışqıraraq Elsevərin Səddamı bıçaqla vurduğunu demiş, bundan sonra Elmir və digər şəxslər araya girib onları aralamışlar. Vüsalgil gəldikləri avtomobilə minib oradan getmişlər. O, hadisə zamanı qaranlıq olduğundan onu kimin vurmasını görə bilməmişdir. Məhkəmədə tədqiq edilən baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Şəmkir rayonu Zəyəm- Cırdaxan kəndində, “Səadət” restoranının yaxınlığında yerləşən çay evinin qarşısında baş vermişdir. Məhkəmədə tədqiq edilən əşyanın götürülməsi, baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi cinayətin aləti olan 1 ədəd tiyəsi və dəstəyi sınmış vəziyyətdə bıçaq baxış keçirilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilən əşyanın götürülməsi, baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, tibb bacısı Ceyhunə Verdiyevanın təqdim etdiyi xəstəxanaya gətirilən zaman Zərərçəkmiş şəxs1 əynində olmuş bir ədəd qısaqol köynək baxış keçirilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilən məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli 705 nömrəli rəyindən görünür ki, X4 bədən səthində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin ön səthinin sağ yarısının sıyrıqları küt əşyaların təsirindən törənmişlər, törəmə müddətləri xx xxxx 2020-ci il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dəcələri təyin edilmir. Məhkəmədə tədqiq edilən məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli 723 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər döş qəfəsinin sol yan səthinin daxilə keçən, sol tərəfli hemopnevmatoraksa səbəb olmuş, bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətlə, ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə yetirilmişdir, yetirilmə müddəti xx xxxx 2020-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmədə tədqiq edilən məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 1115 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər - qarının ön divarında sağ qabırğaaltı nahiyəsinin daxilə keçməyən deşilmişkəsilmiş yarası, deşici-kəsici alətlə, ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə yetirilmişdir, yetirilmə müddəti xx xxxx 2020-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmədə tədqiq edilən maddi sübutların ekspertizasının xx xxxx 2020-ci il tarixli 510/2020-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu-A/İİ/. Ekspertizaya təqdim olunmuş 01 ədəd bıçaq və Zərərçəkmiş şəxs1 məxsus köynək üzərində Abeta/İİ/ qruplu insan qanı aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə Zərərçəkmiş şəxs1 məxsus olması inkar edilmir. Məhkəmədə tədqiq edilən maddi sübutların ekspertizasının xx xxxx 2020-ci il tarixli 320/2020-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus köynəyin sol-yan nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Eksperizaya bıçaq dəstəyi və tiyəsi ayrı vəziyyətdə təqdim edilmişdir. Bu bıçaqla müqayisəli müayinə üçün eksperiment aparmaq mümkün olmadı. Ona görə də Zərərçəkmiş şəxs1 məxsus köynəyin üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədənin təqdim edilən bıçaqla yetirilib-yetirilməməsi haqqında suala cavab vermək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus köynəyin sol yan nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin sol yan səthində olan eyni xarakterli xəsarətlə yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşür. Ekspertizaya təqdim edilmiş köynəyin sol-yan nahiyəsində bir ədəd məhdud cırılma aşkar olundu. Bu cırılma küt yaranma mexanizminə malikdir, köynəyin müvafiq nahiyəsinin hər-hansı bir iti uclu əşyaya ilişib-dartılması nəticəsində yaranmışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus köynəyin boynunun ön hissəsində bir ədəd məhdud cırılma aşkar olundu. Bu cırılma küt yaranma mexanizmə malikdir, köynəyin müvafiq nahiyəsinin gərilib-dartılması nəticəsində yaranmışdır. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Məhkəmədə tədqiq edilən ambulator məhkəmə psixiatrik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 427 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisəni törədərkən anlaqlı vəziyyətdə olmuş, əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və hal-hazırda tibbi xarakterli məcburi müəlicəyə ehtiyacı yoxdur. O, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarındadır. Məhkəmədə tədqiq edilən Şəmkir rayon Konsultativ Poliklinikasının xx xxxxxx 2020ci il tarixli, 269 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın narkoloji qeydiyyatında dayanmır. Məhkəmədə tədqiq edilən Şəmkir rayon İHB-nın Düyərli kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 747 saylı arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Düyərəli kənddində qeydiyyatda olmaqla yaşayır, 1973-cü il təvəllüdlü atası X1, 1975-ci il təvəllüdlü anası X7, 1998-ci il təvəllüdlü qardaşı Şahid4 və 1999-cu il təvəllüdlü qardaşı Pirverdiyev Ələsgər Rizvan oğlundan ibarət ailə üzvləri vardır, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Məhkəmədə tədqiq edilən xx xxxx 2020-ci il tarixli könüllü gəlmə barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə könüllü olaraq Şəmkir rayon Polis Şöbəsinə gələrək törətdiyi cinayət əməlini etiraf etmişdir. Məhkəmədə tədqiq edilən xx xxxx 2020-ci il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq edilən Şəmkir rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(076)-77/2020 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən Şəmkir rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(076)-80/2020 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq edilən sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs1 əynində olmuş bir ədəd qısaqol köynək və cinayətin aləti olan 1 ədəd tiyəsi və dəstəyi sınmış vəziyyətdə bıçaq maddi sübut hesab edilərək saxlanılması üçün Şəmkir rayon Polis Şöbəsinin xüsusi saxlanc yerinə təhvil verilmişdir. Məhkəməyə təqdim edilən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 xx.xx.2021-ci il tarixli və Zərərçəkmiş şəxs2 xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, onlar təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışmış, onlara dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayətləri və və tələbləri yoxdur. Məhkəməyə təqdim edilən N saylı hərbi hissənin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həmin hərbi hissənin 3-cü motoatıcı tabotunun 8-ci bölüyünün, 2-ci taqımının, 2-ci manqasının atıcı-sanitarı vəzifəsində xidmət edərək səfərbərliklə hərbi xidmətdə olmuş, xidmət yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən maddi sübutları, ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə, cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bildirərək, özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə deyil, həmin Məcəllənin 126.1-ci maddəsi ilə təqsirli bildiyini qeyd etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin qeyd olunan fikrinə tənqidi yanaşaraq, onun öz hüquqlarından istifadə edərək özünü müdafiə etmək məqsədi daşıması kimi qiymətləndirir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi ilə bağlı fikrinə hüquqi qiymət verərək hesab edir ki, onun qeyd edilən cinayət əməlini törətməsi məhkəmə istintaqında tədqiq olunmuş mötəbər sübutların obyektiv cəmi ilə də birmənalı təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı dindirilərkən təqsirləndirilən Təqsirləndirilən şəxs özü bildirmişdir ki, Vüsal onun yaxasından tutan zaman, o da Vüsalın paltarının yaxasından tutaraq bir–birilərini yumuruqla vurmuşlar. O, Vüsala gücünün çatmayacağını görüb, digər əli ilə əynində olan cins şalvarın sol arxa cibinə qoyduğu bıçağı çıxarıb bir dəfə Vüsalın qarın nahiyəsindən vurmuş və zərbənin təsirindən Vüsal yerə yıxılmışdır. Həmin vaxt Vüsalın arxasında dayanmış Səddam ona tərəf gələndə o, Səddamın onu vuracağından qorxaraq əlindəki bıçaqla sonuncunun sol tərəfindən bir dəfə vurmuşdur. Təqsirləndirilən şəxsin hadisənin gedişatı barədə göstərdiyi xüsusatlar iş üzrə zərərçəkmiş şəxslərin və şahidlər ifadələri ilə birmənalı olaraq təsdiq edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs heç bir səbəb olmadan, Vüsalın bıçaqla vurduqdan sonra Səddamın onlara yaxınlaşanda sonuncunun onu vuracağını zənn edərək, Təqsirləndirilən şəxs davranışı ilə hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla heç bir səbəb olmadan üzərindəki bıçaqla Zərərçəkmiş şəxs1 insan həyatı üçün təhlükəli olan ağır dərəcəli xəsarət yetirmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli qərarından görünür ki, qəsdən adam öldürmə o vaxt Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). İstər “Qəsdən adam öldürmə”, istərsə də “Qəsdən sağlamlığa ağır zərər vurma” cinayətlərinin tövsifedici əlaməti olan “xuliqanlıq niyyəti” təqsirkarın öz davranışı ilə özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə əxlaq normalarını kobud surətdə pozması halında öz əksini tapır. Eyni zamanda qeyd edilən cinayət əməlinin çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi bəhanə etməklə törədilməsi xuliqanlıq niyyətinin olmasına dəlalət edir. Qanunun mənasına görə xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərərvurma təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsə zərər vurmada ifadə olunur. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edərək heç bir səbəb olmadan, yaxud cüzi səbəbdən bəhanə etməklə cinayət törədir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Məhkəmənin gəldiyi bu nəticə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2002-ci il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində ictimai yer hesab olunan “Səadət” restoranının yaxınlığında yerləşən çay evinin qarşısında silah qismində istifadə edilən əşyanı istifadə etməklə ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi və şəxslərə qarşı zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq və xuliqanlıq niyyətilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməllərini törətdiyinə görə onun əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyasında 6 ildən 11 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 221.3-cü maddəsinin sanksiyasında isə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulan iki müstəqil cinayəti törətməsi həmin Məcəlləsinin 17.1-ci maddəsinə əsasən cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna alması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, səmimi etirafı və əməlindən peşman olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, “X13” zamanı səfərbərliklə hərbi xidmətdə olmasını və xidmət yeri üzrə müsbət xarakterizə olunmasını isə həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasın onun cəzasını yüngülləşdirən halların kimi nəzərə alınmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını, zərərçəkmiş şəxslərlə barışmasını və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 126.2.4 və 221.3-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarının yuxarı həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini, ailə vəziyyətini və onun barəsində olan cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkün olsa belə, onun ittiham olunduğu həmin Məcəllənin 126.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə belə cəza təyin edildikdə, həmin cəzanın onun həyat şəraitinə mənfi təsir göstərəcəyi qənaətinə gəlir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar olduqda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər. CM-nin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu, yəni könüllü gəlib təqsirini boynuna almasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini, səmimi etirafını və əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, “X13” zamanı səfərbərliklə hərbi xidmətdə olmasını və xidmət yeri üzrə müsbət xarakterizə olunmasını müstəsna hal kimi qiymətləndirərək hesab edir ki, onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinə həmin Məcəllənin 62-ci maddəsini tətbiq etməklə Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin edilməsi ilə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmalı və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Həmçinin, cinayət işinin materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şəmkir rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 4(076)-77/2020 saylı qərarı ilə barəsində seçilmiş “həbs” qətimkan tədbiri seçilmi, həmin məhkəmənin xx xxxx 2020-ci il tarixli, 4(076)-80/2020 saylı qərarı ilə isə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə bərabər həmçinin məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai həbs müddəti və ev dustaqlığında olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut qismində Şəmkir rayon Polis Şöbəsində saxlanılan hadisə zamanı Zərərçəkmiş şəxs1 əynində olmuş bir ədəd qısaqol köynək onun özünə qaytarılmalı, qəbul etməkdən imtina etdikdə məhv edilməli, cinayətin aləti olan 1 ədəd tiyəsi və dəstəyi sınmış vəziyyətdə bıçaq isə məhv edilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfi və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X5 qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X8 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablansın. X3 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin, haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübutlar qismində Şəmkir rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs Ri9999zvan oğlundan götürülmüş cinayətin aləti olan 1 ədəd tiyəsi və dəstəyi sınmış vəziyyətdə bıçaq məhv edilsin, hadisə zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs1 əynində olmuş 1 ədəd qısaqol köynək onu özünə qaytarılsın, qəbul etməkdən imtina etdikdə məhv edilsin. Hökmdən, elan olunduğu (X8 isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-53/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-53/2021
30.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver