Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-53/2022 13.09.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X5, X11, X14 və Məmmədov Orxan Elxan oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, sonuncunun nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili X1, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Nadir oğlu və Göygöl rayon Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx.xx.1988-ci ildə Göygöl rayonu, Topalhəsənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, barəsində Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə 07 (yeddi) il 07 (yeddi) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, üzərində Gəncə Apelyasiya Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qərarı ilə qəti olaraq 06 (altı) il 07 (yeddi) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, məhkum olunmamış, Göygöl rayonu, Topalhəsənli kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA-6 ətrafında təzə məhəllələrdə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsi, xx.xx.1988-ci ildə Tovuz rayonu, Məşədilər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ADAU-da müəllim işləmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə 05 (beş) il 02 (iki) ay 09 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, üzərində Gəncə Apelyasiya Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qərarı ilə qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay 09 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, məhkum olunmamış, Gəncə şəhəri, Nizami rayonu, AKTA-nin tədris korpusunda qeydiyyatda olmaqla Gəncə şəhəri, AKTA-6 ətrafında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, 2018-ci ilin mart ayından 2019-cu ilin yanvar ayının 26-a qədər olan müddət ərzində, günü məlum olmayan tarixlərdə iribuynuzlu mal-qara alıbsataraq şərikli iş görmək və yüksək qazanc əldə etmək adı ilə yalan vədlər verməklə inandırıb sonuncu dəfə Gəncə şəhəri, Gülüstan qəsəbəsi ərazisində, məcburi köçkünlərin məskunlaşdığı yaşayış məntəqəsinin qarşısında etibarından sui-istifadə etmə və aldatma yolu ilə Bakı şəhər sakini Zərərçəkmiş şəxs3 hissə-hissə, ümumilikdə vahid niyyətlə xeyli miqdarda 46500 (qırx altı min beş yüz) manat məbləğində pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan sonra o, təkrarən, 2018-ci ilin iyun ayından 2019-cu ilin yanvar ayınadək olan müddət ərzində, günü məlum olmayan tarixlərdə müxtəlif növ bitki toxumları alıbsataraq şərikli iş görmək və yüksək qazanc əldə etmək adı ilə yalan vədlər verməklə inandırıb sonuncu dəfə Gəncə şəhəri “Dubay bazarı” ərazisində etibarından sui-istifadə etmə və aldatma yolu ilə Gəncə şəhər sakini Zərərçəkmiş şəxs2 hissə-hissə, ümumilikdə vahid niyyətlə külli miqdarda 146000 (yüz qırx altı min) manat məbləğində pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan sonra o, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, iribuynuzlu mal-qara alıb-sataraq şərikli iş görmək və yüksək qazanc əldə etmək adı ilə yalan vədlər verməklə inandırıb xx.xx.2018-ci il tarixdə 200000 (iki yüz min) ABŞ dolları - həmin dövrün məzənnəsinə uyğun olaraq 340000 (üç yüz qırx min) manat, xx.xx.2018-ci il tarixdə 150000 (yüz əlli min) manat, xx.xx.2019-cu il tarixdə 212500 (iki yüz on iki min beş yüz) manat, xx.xx.2019-cu il tarixdə 150000 (yüz əlli min) manat, xx.xx.2019-cu il tarixdə 44000 (qırx dörd min) manat, xx.xx.2019-cu il tarixdə 30000 (otuz min) ABŞ dolları - həmin dövrün məzənnəsinə uyğun olaraq 51000 (əlli bir min) manat, xx.xx.2019-cu il tarixdə 50000 (əlli min) ABŞ dolları - həmin dövrün məzənnəsinə uyğun olaraq 85000 (səksən beş min) manat, sonuncu dəfə isə xx.xx.2019cu il tarixdə ünvan 1 ünvanında yerləşən evdə 20000 (iyirmi min) ABŞ dolları - həmin dövrün məzənnəsinə uyğun olaraq 34000 (otuz dörd min) manat və 10000 (on min) manat, ümumilikdə ******* (bir milyon yetmiş altı min beş yüz) manat almaqla etibar qazanmaq, guya mal-qara alqı-satqısı ilə məşğul olmalarını göstərmək məqsədi ilə aldığı həmin pulun xx.xx.2019-cu il tarixdə 200000 (iki yüz min) manatnı, xx.xx.2019-cu il tarixdə 15000 ABŞ dollarını - həmin dövrün məzənnəsinə uyğun olaraq 25500 (iyirmi beş min beş yüz) manatnı, xx.xx.2019-cu il tarixdə 165000 (yüz altmış beş min) manatını, xx.xx.2019cu il tarixdə 30000 ABŞ dollarını - həmin dövrün məzənnəsinə uyğun olaraq 51000 (əlli bir min) manatını, xx.xx.2019-cu il tarixdə 50000 ABŞ dollarını - həmin dövrün məzənnəsinə uyğun olaraq 85000 (səksən beş min) manatını, ümumilikdə 526500 (beş yüz iyirmi altı min beş yüz) manatını qaytarmaqla Gəncə şəhər sakini Zərərçəkmiş şəxs1 hissə-hissə, ümumilikdə vahid niyyətlə xüsusilə külli miqdarda 550000 (beş yüz əlli min) manat məbləğində pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, 2018-ci ilin mart ayından 2019-cu ilin yanvar ayının 26-a qədər olan müddət ərzində, günü məlum olmayan tarixlərdə iribuynuzlu mal-qara alıbsataraq şərikli iş görmək və yüksək qazanc əldə etmək adı ilə yalan vədlər verməklə inandırıb sonuncu dəfə Gəncə şəhəri, Gülüstan qəsəbəsi ərazisində, məcburi köçkünlərin məskunlaşdığı yaşayış məntəqəsinin qarşısında etibarından sui-istifadə etmə və aldatma yolu ilə Bakı şəhər sakini Zərərçəkmiş şəxs3 hissə-hissə, ümumilikdə vahid niyyətlə xeyli miqdarda 46500 (qırx altı min beş yüz) manat məbləğində pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan sonra o, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, iribuynuzlu mal-qara alıb-sataraq şərikli iş görmək və yüksək qazanc əldə etmək adı ilə yalan vədlər verməklə inandırıb xx.xx.2018-ci il tarixdə 200000 (iki yüz min) ABŞ dolları - həmin dövrün məzənnəsinə uyğun olaraq 340000 (üç yüz qırx min) manat, xx.xx.2018-ci il tarixdə 150000 (yüz əlli min) manat, xx.xx.2019-cu il tarixdə 212500 (iki yüz on iki min beş yüz) manat, xx.xx.2019-cu il tarixdə 150000 (yüz əlli min) manat, xx.xx.2019-cu il tarixdə 44000 (qırx dörd min) manat, xx.xx.2019-cu il tarixdə 30000 (otuz min) ABŞ dolları - həmin dövrün məzənnəsinə uyğun olaraq 51000 (əlli bir min) manat, xx.xx.2019-cu il tarixdə 50000 (əlli min) ABŞ dolları - həmin dövrün məzənnəsinə uyğun olaraq 85000 (səksən beş min) manat, sonuncu dəfə isə xx.xx.2019cu il tarixdə ünvan 1 ünvanında yerləşən evdə 20000 (iyirmi min) ABŞ dolları - həmin dövrün məzənnəsinə uyğun olaraq 34000 (otuz dörd min) manat və 10000 (on min) manat, ümumilikdə ******* (bir milyon yetmiş altı min beş yüz) manat almaqla etibar qazanmaq, guya mal-qara alqı-satqısı ilə məşğul olmalarını göstərmək məqsədi ilə aldığı həmin pulun xx.xx.2019-cu il tarixdə 200000 (iki yüz min) manatnı, xx.xx.2019-cu il tarixdə 15000 ABŞ dollarını - həmin dövrün məzənnəsinə uyğun olaraq 25500 (iyirmi beş min beş yüz) manatnı, xx.xx.2019-cu il tarixdə 165000 (yüz altmış beş min) manatını, xx.xx.2019cu il tarixdə 30000 ABŞ dollarını - həmin dövrün məzənnəsinə uyğun olaraq 51000 (əlli bir min) manatını, xx.xx.2019-cu il tarixdə 50000 ABŞ dollarını - həmin dövrün məzənnəsinə uyğun olaraq 85000 (səksən beş min) manatını, ümumilikdə 526500 (beş yüz iyirmi altı min beş yüz) manatını qaytarmaqla Gəncə şəhər sakini Zərərçəkmiş şəxs1 hissə-hissə, ümumilikdə vahid niyyətlə xüsusilə külli miqdarda 550000 (beş yüz əlli min) manat məbləğində pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək, verilmiş mülki iddianı isə qəbul etməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 tanıyır. Zərərçəkmiş şəxs3 qarşı dələduzluq edərək ondan 46500 manat məbləğində pulu ələ keçirməklə əlaqədar verilmiş ittiham yalandır, o, heç kimə, o cümlədən də Zərərçəkmiş şəxs3 məxsus pul vəsaitini əldə etməmişdir. Zərərçəkmiş şəxs1 cinayət əməllərini gizlətmək üçün onun kürəkəni Zərərçəkmiş şəxs3 guya ona qarşı dələduzluq etdiyini bildirmişdir. Asiflə heyvan alveri etmişlər və Zərərçəkmiş şəxs3 hazırda istifadə etdiyi avtomobili ona alıb özü hədiyyə vermişdir. 550000 manat məbləğində pulu Zərərçəkmiş şəxs1 qarşı dələduzluq etməklə əldə etməyinə dair verilmiş ittiham da saxtadır. Belə ki, Zərərçəkmiş şəxs1 cinayət əməllərini gizlətmək üçün Gəncə şəhər prokurorluğuna və Gəncə şəhər Baş Polis İdarəsinə yüksək məbləğlərdə rüşvət verdiyindən ona belə ittiham verilmişdir. Zərərçəkmiş şəxs1 ona qarşı dələduzluq etməsi ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmişdir. Zərərçəkmiş şəxs1 sözügedən idarə tərəfindən dəfələrlə məsələnin araşdırılması üçün oraya çağırılmış, lakin getməmişdir. Əgər o, Zərərçəkmiş şəxs1 qarşı dələduzluq etmişdisə, nəyə görə Zərərçəkmiş şəxs1 iki il keçdikdən sonra ondan bu barədə şikayət etməmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Asiflə şərikli olaraq heyvan alveri ilə məşğul olmuşlar. Asif ona demişdi ki, Şamilin pul köçürmələri var, fevral ayının 10-na dək Şamilə 300000 manat lazımdır. O da Şamilə 300000 manat pulu vermişdi. Həmin pulu ondan götürdükdən sonra fevral ayının 10-da Zərərçəkmiş şəxs1 onun evinə gələrək “mən həmin pulu sənə atmışam, əlavə olaraq 500000 manat verməsən səni həbs etdirərəm, səni öldürtdürərəm” deyərək onu hədələmişdir. Onun Zərərçəkmiş şəxs1la iş birliyi olmamışdır. Şamil sələm verən olmuşdur. 300000 manat pulu o, Asifə görə Zərərçəkmiş şəxs1 vermişdir. Əlavə olaraq göstərmişdir ki, Asif ona pul qazanmaq istədiyini bildirmiş, bundan sonra onunla iş qurmuş, nəticədə Asifə həddiyyə olaraq avtomobil də alıb vermiş, ona hər cür şərait yaratmışdır. Asif onun əlinin altında işləyən adam olmuş, işçisi olmaqla etibarını qazanmışdır. Heç bir cinayət əməli törətmədiyindən ona qarşı verilmiş mülki iddianı da qəbul etmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək, verilmiş mülki iddianı isə qəbul etməyərək ifadəsində göstərmişdir ki, 2016-cı ildən Azərbaycan Dövlət Aqrar Universitetinin Mühasibat Uçotu və Audit Kafedrasında müəllim vəzifəsində çalışmış, müəllimlikdən əlavə Gəncə şəhəri ərazisində və digər rayonların ərazilərində topdan toxum satışı ilə məşğul olmuşdur. Eyni zamanda Gəncə şəhəri, Gülüstan qəsəbəsində toxum və yem satmaq üçün icarəyə götürdüyü anbarı olmuşdur. Gəncə şəhər sakini, əslən Göygöl rayonunun Topalhəsənli kəndindən olan Təqsirləndirilən şəxs1 uşaqlıq dövründən, 3-cü sinifdən tanımış, Rübail onun sinif yoldaşı olmuşdur. Təqsirləndirilən şəxs1 ilə onun münasibəti normal olmuş, aralarında ədavət və düşmənçilik olmamış, bir-birilərinə gedişgəlişləri olmuşdur. Rübail özü əvvəllər iribuynuzlu malların alqı-satıqı ilə məşğul olmuşdur. Asifi isə universitet vaxtlarından tanımış, onunla ailəvi gediş-gəlişi olmuş, münaibətləri həmişə yaxşı olmuşdur. Bu hadisələrdən əvvəl o Asiflə birlikdə şərikli süpürgə toxumunun alveri ilə məşğul olmuşdur. Asif bu məqsədlə ona 12000 manat pul vermişdi. Bir müddət keçdikdən sonra Asif ona Bakıda onu maşın alan zaman aldatdıqlarını, təcili olaraq həmin süpürgə toxumlarını sataraq pulu götürməli olduqlarını demiş, lakin qış ayları olduğundan və süpürgə toxumlarının satış vaxtı mart-aprel ayları olduğundan həmin toxumları satmamış, özündə olan puldan, dost və tanışlarından pul almaqla 12000 manat pulu Asifə vermişdir. Sonradan həmin toxumları satıb 8000 manatı qazanc formasında Asifə vermişdir. Həmin toxum alveri təxminən 2017-ci ildə olmuşdur, o, Asifin pulunu qaytarmış və əlavə olaraq ona 8000 manat qazanc vermişdir. Zərərçəkmiş şəxs3 qarşı dələduzluq etməklə onun 46500 manat məbləğində pulunu əldə etməsinə dair verilmiş ittihamı qəbul etmədiyini, həmin pullardan xəbərinin olmadığını, həmin məsələlərdə əlaqəsinin olmadığını, həmin məsələlərin Asiflə Rübail arasında olduğunu göstərmişdir. Bundan başqa ifadəsində Təqsirləndirilən şəxs1la birgə Zərərçəkmiş şəxs1 qarşı dələduzluq etməklə 550000 manat məbləğində pulu ələ keçirmələrilə əlaqədar verilmiş ittihamları da qəbul etmədiyini, həmin pulların alınmasında və verilməsində iştirakının olmadığını, Şamil həkimin pulu Rübailə verdikdən 1 ay sonra ona bu barədə dediyini, Zərərçəkmiş şəxs1 onun tanışı olsa da, Rübaillə Zərərçəkmiş şəxs1 arasında olan pul alış-verişində iştirak etmədiyini, Zərərçəkmiş şəxs1 Rübaildən sonra Asifə görə tanıdığını göstərmişdir. Həmçinin ifadəsinə əlavə olaraq göstərmişdir ki, onun Gülüstanda anbarı olmuş, Asiflə Rübail həmin yerdə təsadüfi olaraq tanış olmuşlar. Heç bir cinayət əməli törətmədiyindən ona qarşı verilmiş mülki iddianı da qəbul etmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, kürəkəni Zərərçəkmiş şəxs3 Kamaləddin oğlunun bir müddət tanışları ilə ortaq sahibkarlıq işi gördüyündən o da, hər dəfə maraqlananda kürəkəni ona dostu Əli və Rübaillə heyvan işi ilə məşğul olduğunu bildirmişdi. 2018-ci ilin sentyabr-oktyabr aylarında Rübail, Asifə çatacaq 10000 manat məbləğində pulu gətirib evə ona verəndə onunla işləri ilə bağlı xeyli söhbət etmiş, söhbət zamanı ona X10 və Qəbələdə yerləşən fermasında baş baytar işləyən tanışının əli ilə Şəki və Qəbələdən ucuz mal aldığını, Bərdə zonasında Anar adlı şəxsə, Balakən zonasında isə Eldar adlı şəxsə satdığını bildirmişdi. Rübail Əlidən əlavə Azər adlı şəriklərinin də olduğunu və Azərin onlara işləmək üçün imkan vermədiyini, ona görə qazanc götürə bilməmələrini, onu şəriklikdən uzaqlaşdırmaq istədiklərini hər görüşəndə demişdi. Kürəkəni Asif və o, Rübaili Əlinin vasitəsilə tanımışlar və inanmışlar. Kürəkəni Əli və Rübail ilə bir neçə ay işlədiyindən və hər şeyin qaydasında getdiyindən, hər ay sonu müəyyən qədər vaxtında qazanc götürdüyündən onlara çox inanmışdır. Rübail hər dəfə evə gələndə ortada işdə 2 milyona yaxın pul olduğunu, Azərin işləməyə imkan vermədiyini, kanallara girib mal aldıqları əlaqələri oğurlayıb özü mal gətirdiyini, işi bir az da qalsa dağıdacaq kimi sözlər deyib onu özünə inandırıb işə cəlb etməyə çalışmışdır. O, kürəkəni ilə bu məsələ ilə bağlı dəfələrlə söhbət etmiş, kürəkəni də Əliyə çox inandığını, güvəndiyini, Əlinin də öz növbəsində Rübailə çox inandığını, güvəndiyini və Əli ilə tez-tez əlaqə saxladığını, heç bir problem olmadığını bildirmişdir. Bir gün Rübail evə gəlib Asifə çatacaq aylıq qazanc pulunu verəndə yenə onunla xeyli söhbət edərək ona Azərin işi dağıtmaq istədiyini, onlara işləməyə imkan vermədiyini bildirmişdi. Nəhayət ki, o, kürəkəninin xatirinə guya Rübailin və Əlinin yaratdığı işə köməklik edəcəyinə razılaşmışdı. 2018-ci ilin noyabr ayının 19-da Rübail Şəki və Qəbələdə yerləşən fermadan südlük heyvan almaq adı ilə ondan 340000 AZN (200 min dollar) məbləğində pul almış və danışığa əsasən bir ay sonra, yəni 19 dekabr tarixində o və Rübail oturub hesabat aparmalı idi. 22 dekabr 2018-ci il tarixdə Rübail, Əli, Asif və o, evdə görüşmüş, görüş zamanı Əli artıq ortada işdə 2 milyon 800 min manat pul olduğunu, lakin işin tam problemsiz olmlası üçün ortada 4 milyon manat pul olmasına ehtiyac olduğunu bildirmişdir. Rübail əlində dəftər gətirmiş və aylıq dövriyyəni ora yazmışdır. Həmin vaxt hesablamalara əsasən ona 440 min manat pul verilməli idi. Lakin Rübail elə danışmışdır ki, yenə həmişəki kimi guya o, pulu götürsə iş batacaq. Ona görə də o, ortadan pul götürməmiş, təkrar pulun dövriyyədə qalmasına razılaşmış, işdə şərik kimi qalmışdır. Rübail həmin vaxt Bərdə və Balakənə gündəlik mal göndərildiyini, Balakəndə Eldar adlı şəxsin olduğunu, Rübailin mallarını Eldarın satdığını, Bərdədə isə Anar adlı şəxsin olduğunu, malı Bərdədə də Anara satdığını bildirmişdir. Onun özü və kürəkəni, Əliyə çox inanmış, çünki Əli hər dəfə danışanda əminliklə heç bir problem olmadığını, özünün şəxsən Rübaillə birlikdə mal-qara alqı-satqısında iştirak etdiyini, bütün dövriyyəyə və ticarətə nəzarət etdiyini demişdir. Bundan əlavə Rübail guya mal-qara alarkən, guya kiməsə satarkən, yük avtomobillərindən boşaldarkən kürəkəninə video və şəkillər göndərirmiş ki, bu barədə o və kürəkəni Asif hər dəfə Əlidən soruşduqda Əli həmin video və şəkillərin real olduğunu təsdiq etmişdir. Bundan sonra Rübail dəfələrlə ona zəng vurub müxtəlif vaxtlarda yenə ucuz heyvan düşdüyünü, almasalar işin batacağını bildirərək ondan xeyli miqdarda pul alaraq onu aldatmış və ona qarşı dələduzluq etmişdir. Son vaxtlar isə o, Rübailin evində olarkən və Rübail Balakəndən olan Eldar adlı şəxslə telefon vasitəsi ilə səsucaldıcıda danışarkən Eldara malın pulunu Asifə verməsini xahiş etdikdə Eldar təəccüblü halda Rübaildən hansı puldan söhbət getdiyini soruşmuş, Rübail isə yenə Eldara Asifin öz adamı olduğunu, narahat olmamasını demiş, buna baxmayaraq Eldar Rübailə heç bir pulun olmadığını bildirmişdir. Həmin vaxt o, başa düşmüşdür ki, Rübail onu aldatmaq üçün Eldarla o cür danışmışdır. O, həmin gün Eldarın nömrəsini taparaq Eldara zəng etmiş və iş barəsində, həmçinin Rübail barəsində Eldardan soruşmuşdur. Eldar isə heç bir heyvan və pul olmadığını, əksinə olaraq Rübailin onu da ziyana saldığını bildirmişdir. Rübail bu günə kimi ondan şikayət etməməsini xahiş etmiş, pulunu qısa müddət ərzində qaytaracağına söz versə də pulunu qaytarmamışdır. Kürəkəni və özü bu barədə Əli ilə söhbət edərkən və pullarını sonuncudan geri tələb edərkən Əli də Rübailin onu aldatdığını və Əlinin də təxminən 400000 (dörd yüz min) manat pulunu aldığını, ona qarşı da dələduzluq etdiyini bildirmişdir. O və kürəkəni X23 real olaraq mal-qara alverində iştirak etmədiyi halda nə üçün onları aldatdığını, nə üçün yalandan bütün ticarətdə iştirak etdiyini bildirdiyini soruşduqda Əli Rübailə inandığı üçün o və kürəkəni Asifə o cür məlumat verdiyini demiş və özünü təmizə çıxarmaq istəmişdir. Sonradan isə onlara məlum olmuşdur ki, Əli də əvvəlcədən Rübailin heç bir işlə məşğul olmadığını, onları aldadaraq pul aldığını bilmiş, yəni, Əli və Rübail qabaqcadan əlbir olmuşlar. Daha sonra isə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Gəncə şəhərində dələduzluq etdiyi şəxslərin şikayəti əsasında Gəncə şəhəri BPİ-də istintaqı aparılmış cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə verilmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Rübail ondan xx.xx.2018-ci il tarixdə 200000 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə 150000 manat almış, xx.xx.2019-cu il tarixdə ona 200000 manat qaytarmış, xx.xx.2019-cu il tarixdə 212500 manat almış, xx.xx.2019-cu il tarixdə 15000 ABŞ dolları qaytarmış, xx.xx.2019-cu il tarixdə 165000 manat qaytarmış, xx.xx.2019-cu il tarixdə 150000 manat almış, xx.xx.2019-cu il tarixdə 44000 manat almış, xx.xx.2019-cu il tarixdə 30000 ABŞ dolları almış, xx.xx.2019-cu il tarixdə 30000 ABŞ dolları qaytarmış, xx.xx.2019-cu il tarixdə 50000 dollar almış, xx.xx.2019-cu il tarixdə 50000 ABŞ dolları qaytarmış, xx.xx.2019-cu il tarixdə 20000 ABŞ dolları və 10000 manat almışdır. Beləliklə Təqsirləndirilən şəxs1 ümumilikdə ondan 1.076.500 manat pul almış 526.500 manat pul qaytarmış və bununla da onun 550000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Həmin pulların çox hissəsini o, həyat yoldaşı Gülnarə Bədəlovanın və kürəkəni Zərərçəkmiş şəxs3 yanında vermişdir. Təqsirləndirilən şəxs1 hər dəfə ondan şikayət etməməsini xahiş etmiş və pulu tezliklə qaytaracağını bildirmişdir. Sonradan o, biləndə ki, Əli və Rübailin işi artıq Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir başa düşmüşdür ki, Rübail onu aldadır. Buna görə də o, Əli və Rübaildən şikayət etmişdir. O, Əliyə pul verməmiş, Əli onların Rübailə inanmaqlarında böyük rol oynamışdır. Belə ki, onlar məhz Əliyə görə Rübailə inanmış və Əli Rübailin dediklərinin hamısını təsdiq etmiş, Əlinin də işin içində olduğunu, birbaşa malları aldığını və satdığını, bütün işlərdə iştirak etdiyini, hesabda 2 800 000 manat pul olduğunu deyərək bir çox vədlər vermiş, Əli Rübailə işlə bağlı pul vermələrini istəmişdir. Həmçinin ifadəsinə əlavə olaraq iş üzrə verdiyi mülki iddianın təmin edilməsini, maddi ziyana görə 550.000 manatın, mənəvi ziyana görə isə 10.000 manat pulun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq ona ödənilməsini, onlara ən ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanıyır və Rübail onunla qonşuluqda üzbəüz evdə yaşamışdır. Təxminən 2018-ci ilin may ayının ortalarında özünə məxsus 300 baş qoyunu satmışdır ki, başqa işlə məşğul olsun. 2018-ci ilin iyun ayında Rübail onun yanına gələrək ondan 5000 manat borca pul istəmişdir ki, özünün məşğul olduğu toxum alverini bir qədər də artırsın. O da, heç bir söz deməmiş və ona borca 5000 manat pul vermişdir. Təxminən 10 gündən sonra Rübail həmin pulu ona qaytarmışdır. Rübail pulu ona qaytarandan 10-15 gün sonra onun yanına gələrək onunla söhbət edib toxum alveri ilə məşğul olduğunu, toxum alverində yaxşı gəlir olduğunu bildirib ona pul verməsini və onunla birlikdə şərik işləməsini ondan istəmişdir. Sonradan o, başa düşmüşdür ki, Rübail onun mal-qarasını satdığını, pul əldə etdiyini eşitdikdən sonra pulu ondan almaq üçün onun yanına gəlib yuxarıda göstərdiyi vədləri verərək onu aldatmağa başlamışdır. Həmin vaxt Rübail ona sellofan torbalarda 4-5 cür nümunə üçün toxum da gətirmişdir ki, həmin toxumlardan almaq istədiyini, həmin toxumların xaricdən gəldiyini, toxumlar yaxşı olduğundan alıcılarının çox olduğunu, özünün isə həmin toxumları alaraq öz anbarlarına yığdığını və sonradan baha qiymətə satdığını ona demişdir. Rübaili uzun müddət tanıdığından, Rübailin danışıqları onu cəlb etdiyindən o, Rübailə inanmış və malqaradan əldə etdiyi pulun 20000 (iyirmi min) manatını həmin vaxt, yəni, təxminən 2018-ci ilin iyun ayının axırlarında öz evində Rübailə vermişdir. Rübail həmin pulla hər ay 4-5 min manat civarında pul qazanacağını demişdir. 2018-ci ilin iyul ayının ortalarında Rübail yenə də, onun yanına gələrək xaricdən mal gəldiyini, toxumu almaq üçün əlavə olaraq 15-20 min manat pul lazım olduğunu, ümumiyyətlə işə nə qədər çox pul qoyarsa bir o qədər çox gəlir əldə edəcəyini demiş, o, yenə də Rübailə inanmış və bu dəfə Rübailə 15000 (on beş min) manat pul vermişdir. Təxminən 20-25 gündən sonra o, Rübaildən işlərin necə getdiyini və gəlir əldə edib-etmədiklərini soruşduqda Rübail işlərin qaydasında olduğunu bildirib onun evində oturaraq dəftər üzərində öz xətti ilə ondan aldığı pulları yazaraq həmin pullarla əldə etdiyi gəliri də dəftər üzərində şifahi olaraq ona göstərməyə başlamış, pulun isə dövriyədə olduğunu bildirmişdi. Onun dediyinə görə ona verdiyi puldan əldə edilən gəliri də, dövriyəyə buraxmış və onun gəlirləri daha da artırmışdır. Həmin vaxt Rübail ona 5000 manat pul da verərək gəlir olduğunu bildirmişdir. Bu minvalla Rübail 2019-cu ilin yanvar ayına qədər ondan bir neçə dəfə əlavə olaraq 15000, 15000 və 20000 manat olmaqla pul almış, gəlir olaraq isə az-az, ümumilikdə 18000 manat pul vermişdir. 2019-cu ilin təxminən yanvar ayının axırlarında Rübail yenə də yanına gələrək xaricdən gələn toxumların gömrük pulunun qalxmağa başladığını, anbarların dolu olduğunu, gələcəkdə baha qiymətə satmaq üçün anbardakı malı satmaq istəmədiyini bildirib mal almaq üçün əlavə 100000 (yüz min) manat pul istəmiş və fevral ayının sonuna qədər bütün toxumları satıb pulunu tamamilə ona verəcəyini demişdi. Rübail ona bir neçə dəfə az-az da olsa guya gəlir olaraq pul verdiyindən onda Rübailə qarşı heç bir şübhə yaranmamış və buna görə dost və tanışından ümumilikdə 84000 (səksən dörd min) manat pul yığaraq Rübailin deməsi ilə Gəncə şəhərində Dubay bazarında, toxum satılan mağazada Tofiq adlı şəxsə vermişdir. Tofiq Rübailin kim olduğunu və nə işlə məşğul olduğunu ondan soruşduqda o, Tofiqə Rübail barəsində müsbət məlumat vermiş və işlə məşğul olduğunu, yaxşı pul qazandığını bildirmişdir. O, həmin mağazaya daxil olandan təxminən 5 dəqiqə sonra Rübail də mağazaya gəlmişdir. Onlar artıq orada başqa söz danımamışlar və Rübaillə birlikdə mağazadan çölə çıxmışlar. Çöldə isə Rübail mağazanı ona göstərərk mağazadakı toxumların ona məxsus olduğunu, Tofiqi və qardaşı Arifi ora satıcı kimi qoyduğunu bildirmişdir. O, heç bir söz demədən oradan aralanmışdır. Fevral ayının əvvəllərində anası rəhmətə getdiyindən başı yas mərasiminə qarışmışdır. Təxminən fevral ayının 11-də isə evə gələrkən Rübailin yaşadığı evin qarşısında xeyli sayda adam olduğunu görmüş və nə baş verdiyini soruşduqda Rübailin həmin şəxsləri aldadaraq külli miqdarda pullarını ələ keçirdiyini ona bildirmişlər. Həmin vaxt orada Tofiq, Mahir, Fazil, Namiq və adlarını bilmədiyi digər şəxslər olmuşdur. O da, həmin şəxslərlə birlikdə Rübaili axtarmağa başlamış, lakin onu tapa bilməmişlər. Sonradan isə Rübail barəsində polisdə araşdırma aparmağa başlanmış, Rübaili taparaq pulunu geri istədikdə Rübail qonşu olduqları üçün məhz ona köməklik göstərəcəyini bildirib ondan şikayət etməməsini xahiş etmiş və pulunu qısa müddət ərzində qaytaracağına söz vermişdir. Buna görə də o, Rübailə inanaraq şikayət etməmişdir. Daha sonra isə ona məlum olmuşdur ki, Rübail Gəncə şəhərində dələduzluq etdiyi şəxslərin şikayəti əsasında Gəncə şəhəri BPİ-də istintaqı aparılmış cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə verilmişdir. Rübail isə ona ümumiyyətlə pul qaytarmamış, əksinə olaraq o, Rübaildən pulunu geri istəyərkən ondan pul almadığını deyib onu təhqir etməyə başlamışdır. Təqsirləndirilən şəxs1 verdiyi pulun çox hissəsi özünə məxsus olmuşdur, 15000 manatını kürəkəni Yadigardan, 10000 manatını qohumu Qurbandan, bir hissəsini isə həmçinin digər adını çəkmək istəmədiyi tanışlarından almışdır. O, Rübailə ümumilikdə yuxarıda göstərdiyi kimi 169000 (yüz altmış doqquz min) manat pul vermiş, Rübail də, ümumilikdə ona guya gəlir adı ilə 23000 (iyirmi üç min) manat pul qaytarmışdır ki, sonradan o, başa düşmüşdür ki, Rübail heç bir işlə məşğul olmamış, onun pulundan ona qaytarmaqla guya gəlir əldə etdiklərini ona bildirmiş və bununla da onun qarşısında öz etibarını qazanmışdır. Həmin pulların bir hissəsini o, evində həyat yoldaşı Nərdan xatın Bayramovanın yanında vermişdir ki, arvadı Rübailin onu aldadaraq külli miqdarda borca saldığını bildikdən sonra ağır psixoloji xəstəlik keçirməyə başlamışdır. İfadəsinə əlavə olaraq Təqsirləndirilən şəxs2 heç bir şikayəti və tələbi olmasa da, Təqsirləndirilən şəxs1 şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 ilə Gəncə Aqrar Universitetində tələbə olarkən tanış olmuşdur. 2017-ci ilin sentyabr ayında o, Əli ilə Gəncə şəhərində görüşəndə Əli ona şərikli olaraq toxum işi ilə məşğul olmağı təklif etmişdir. Həmin vaxtlar Əlinin toxum mağazası və anbarı olmuş, Əli ilə birgə toxum anbarına və mağazasına baxaraq söhbət etmiş, Əli ona ətraflı məlumat vermişdir. O, bir müddət düşünmüş və real iş olduğunu görmüş, bir neçə gün sonra Əliyə 12 500 manat pul vermişdir. Həmin pulla Əli Salyan rayonundan yonca, Qazax rayonundan isə süpürgə toxumlarını alıb anbara yığmışdır. 2018-ci ilin əvvəllərində Əli yoldaşının xəstəliyi ilə əlaqədar İrana getdiyini deməsinə görə bir müddət Əli ilə əlaqə saxlaya bilməmişdir. Sonradan bunun yalan olduğunu və sadəcə Rübailin onunla əlaqəsini təmin etmək məqsədi ilə İrana getmək yalanını deməsini bilmiş, həmin ərəfələrdə onunla Əlinin dostu Təqsirləndirilən şəxs1 əlaqə saxlamağa başlamış və Əlinin problemləri olduğunu, başının bərk qarışıq olduğunu və onun Əli ilə aldığı toxumları Rübail satacağını və ona çatacaq payı hissə-hissə göndərəcəyini bildirmişdir. 2018-ci ilin yanvar, fevral aylarında Rübail ona bir neçə dəfə 2000 manat pulu bankla göndərmiş, Əli mart ayında guya İrandan qayıtdıqdan sonra ona çatacaq qalan pulu da vermişdir. Ümumilikdə Əli və Rübail ona 18000 manat pul qaytarmışdılar. O, hər dəfə Gəncəyə gələndə Əli ilə görüşüb söhbət etrmişlər. 2018-ci ilin mart ayında o, yenə Gəncəyə gəlmiş, Əli ilə görüşəndə onu Rübail ilə yaxından tanış etmiş, Rübail ilə 22 ildən artıq dost olduqlarını, məktəb illərindən bir-birini tanıdıqlarını, Rübailin heyvan işi ilə məşğul olduğunu, başına gələn məsələlərdə, çətin günlərdə Rübailin həmişə onun yanında olduğunu, ona dəstək olduğunu və çox inanıb güvəndiyini demişdir. 2018-ci ilin mart ayının sonları Əli ona zəng vuraraq xeyli söhbət etmiş və artıq toxum işi ilə məşğul olmadığını və bütün toxumlarını, maşınlarını satıb Rübail ilə cins, iri buynuzlu heyvan alışı-satışı işinə başladıqlarını bildirmiş və ona da bərabər işləməyi təklif etmişdir. İlk öncə ondan 40000 manat pul istəmiş və aylıq dövriyyəyə uyğun hər ay ona 4000 manat verəcəyini vəd etmişdir. O, Əliyə çox inandığı üçün o məbləği borc tapıb Əli və Rübailə vermiş və hər gün demək olar ki, Rübailə zəng edib işlərin nə yerdə olduğunu maraqlanmış, Rübail də hər dəfə ona problem olmadığını, hər şeyin qaydasında olduğunu bildirmişdir. 3 ay təxminən ayın 3-5 arası ona vəd olunan 4000 manatı Gəncəyə qaynatasıgilə evə aparıb Rübail vermişdir. Bundan əlavə Rübail 2 dəfə ayrı-ayrı vaxtlarda yenə ona zəng vurub ucuz mal düşdüyünü və almaq üçün pul lazım olduğunu dediyi üçün bir dəfə 25000 manat borc tapıb Rübailə vermişdir. 28000 manatı 10 gün sonra qaytarmış, bir dəfə də 60000 manat vermiş, Rübail ona 68000 manat qaytarmışdır. Yay aylarında o, Gəncədə olarkən söhbət əsasında Rübail onun əlavə bir “TİR” maşınının olmasını bilmiş və ona təklif etmişdir ki, onu da sataraq dövriyyədə işlətsin. Məbləğin 100000 manat olacağı təqdirdə hər ay 10000 manat ona görülən alış-verişdən qazanc verəcəyini vəd etmişdir. O, bir neçə gün sonra “TİR” maşınını satıb 51000 manatı vermiş və son ayların qazanc hesab edilən məbləği dövriyyədən çıxarmadığı üçün onun ümumi dövriyyədə 100000 manat pulu olmuş, ona növbəti 2 ay, yəni sentyabr və oktyabr ayları ərzində hər ayın 3-5 arası çatacaq 10000 manat pul yenə qaynatasıgilə verilmişdi. Həmin ərəfədə Rübail ona çatan hər ayın pulunu evə qaynatasıgilə verdikcə qaynatası Şamil ilə tanış olub ünsiyyət qurmuş, hər dəfə Azərin onlara işləməyə imkan verməməsini, hər ayın qazanc məbləğini artıqlaması ilə götürdüyünü və onların qazanclarını götürə bilməmələrini demiş və qaynatasına şəriklik təklif etmişdir. Qayınatası Zərərçəkmiş şəxs1 Mamed oğlu onun Əli və Rübail ilə bir neçə ay müddət ərzində işlədiklərini və hər şeyin qaydasında getdiyini, hər ay vəd edilən qazanc məbləğinin vaxtında verildiyini görmüş, Əli və Rübailə onda inam yaranmışdır. Hər dəfə evə gələndə Rübail qayınatasına Azərin onlara işləməyə imkan vermədiyini, kanallara girərək mal aldıqları əlaqələri oğurlayıb özünə mal gətirdiyini, bir az da qalsa onların işini dağıdacağı kimi sözlər deyib onu cəlb etməyə çalışmışdır. O, sonradan başa düşmüşdür ki, Rübail və Əli ondan aldıqları pulları hissə-hissə guya qazanc adı ilə qaynatasına qaytarmaqla və hər dəfə qaynatasına iş barədə danışıb qaynatası Şamildə də özlərinə qarşı inam yaratmışlar. Bu səbəblə də Rübailin və Əlinin ona Azəri uzaqlaşdırıb qaynatasının şərik olmaq təklifini qəbul etmişdir. 2018-ci ilin noyabr ayının 19-da qayınatası Şamil Azəri çıxarmaq üçün 340000 manat Rübailə pul vermiş və 340000 manatın qarşılığında ona bir ay sonra 100000 manat qazanc veriləcəyi vəd edilmişdi. Bir ay sonra, yəni 20 dekabr tarixində Əli, Rübail, o və qayınatası Şamil evdə bir araya gəlmiş, Rübail əlində dəftər gətirmiş və aylıq dövriyyəni ora yazmışdır. Həmin vaxt dövriyyədə Rübail və Əlinin dediyinə görə 2 mln 800 minə yaxın pul olmuş və həmin ay qayınatası Şamilə 440 min manat pul verməli olmuşlar. Lakin Rübail elə danışmışdır ki, yenə həmişəki kimi guya qayınatası Şamil pulu götürsə iş batacaq. Ona görə də qayınatası Şamil ortadan pulu götürməmiş və pulun dövriyyədə qalmasına razılaşıb şərik kimi qalmışdır. Rübail həmin vaxt Bərdə və Balakənə gündəlik mal göndərildiyini, Balakəndə Eldar adlı şəxsin olduğunu, onların mallarını Eldarın satdığını, Bərdədə isə Anar adlı şəxsin onların mallarını satdığını bildirmişdir. Bu məqsədlə 2019-cu ilin yanvar ayında onu yenə heyvan almaq bəhanələri ilə aldadaraq müxtəlif tarixlərdə əlavə 16000 manat, 5000 ABŞ dolları, 19000 manat, 5000 ABŞ dolları almışdır. Rübail hər dəfə onlara zəng edərək ondan və ya qayınatası Şamildən pul istəyərkən o, Əliyə zəng etmiş və Rübailin pul istədiyini Əliyə demiş, Əli isə bir neçə dəqiqə gözləməsini demiş, bir neçə dəqiqədən sonra isə ona zəng edərək Rübaillə danışdığını, narahat olmamasını və pulu Rübailə verməyini demişdir. Yalnız bundan sonra o və ya qayınatası Şamil Rübailə pulu verirmişlər. Bundan əlavə Rübaillə birlikdə guya mal-qara aldığı fermaları ona göstərmək üçün Şəkiyə getmiş, orada bir neçə fermanın yanına getsə də o, avtomobildə oturmuş, Rübail isə həmin fermaya daxil olaraq kiminləsə söhbət etmiş və yenidən geri qayıdaraq müdiriyyətin olmadığını bəhanə edib fermaya daxil ola bilməyəcəyi bildirmişdir. Sonda isə yenə də, hansısa fermaya daxil olaraq orada kiminləsə danışdıqdan sonra onu də fermaya çağırmış və oradakı mal-qaranı ona göstərərək həmin mal-qaranı aldığını demişdir. Lakin orada Rübailin həqiqətən həmin fermadan mal-qara alması ilə bağlı kiminləsə dəqiq söhbət olmamışdır. Bundan əlavə Rübail guya mal-qara alarkən, guya kiməsə satarkən, yük avtomobillərindən boşaldarkən ona video və şəkillər göndərmişdir ki, bu barədə o, hər dəfə Əlidən soruşduqda Əli həmin video və şəkillərin real olduğunu təsdiq etmişdir. O, Bakı şəhərində yağ şirkətində işləmiş, hər ay 1000 manat məvacib alrmış, Rübail isə guya Gəncədə işlərinin yaxşı olduğunu, yaxşı gəlir əldə etdiklərini ona deyərək dəfələrlə onu məcbur etmişdir ki, öz işindən çıxaraq Gəncə şəhərinə gəlib, ona işlərdə köməklik göstərsin. Rübailin dediyinə görə iş o qədər böyümüşdür ki, artıq tək olaraq işi çatdıra bilməmiş, həmçinin onun adına da ferma açmaq istəmişdir. O, Əli ilə bu barədə danışdıqda da, Əli də Rübailin dediklərini təsdiq etmiş və bildirmişdir ki, aprel ayında artıq ferma açacaqlar və onu fermada, digər işlərdə maliyyəçi kimi qoyacaqlar ki, pul dövriyyəsinə nəzarət etsin. Buna görə o, Rübailə və Əliyə inanaraq 2019-cu ilin yanvar ayının axırlarında işindən çıxmışdır ki, Gəncə şəhərinə gəlib Rübailə köməklik göstərsin. İşdən çıxıb Gəncə şəhərinə gəldikdən sonra bu barədə Əliyə bildirdikdə Əli də düz edib işdən çıxdığını ona demişdir. Lakin o, işdən çıxdıqdan bir neçə gün sonra ona aydın olmuşdur ki, Rübailin onlara verdiyi vədlər tamamilə yalandır. Beləliklə xx.xx.2017-ci il ildə 12500 manat Əliyə vermiş, xx.xx.2018-ci ilə qədər 18000 manat hissə-hissə geri qaytarmışlar, xx.xx.2018-ci ildə 40000 manat, xx.xx.2018-ci ildə 25000 manat Əli və Rübailə vermiş, xx.xx.2018-ci ildə 28000 manat, xx.xx.2018-ci ildə 8000 manat geri qaytarmışlar, xx.xx.2018-ci ildə 60000 manat Əli və Rübailə vermiş, xx.xx.2018-ci ildə 68000 manat, xx.xx.2018-ci ildə 4000 manat, xx.xx.2018-ci ildə 4000 manat geri qaytarmışlar, xx.xx.2018-ci ildə 51000 manatı Əlinin iştirakı ilə Rübailə vermiş, xx.xx.2018-ci ildə, xx.xx.2018-ci ildə və xx.xx.2018-ci ildə 10000 manat, xx.xx.2018-ci ildə 20000 ABŞ dolları geri qaytarılmış, xx.xx.2019-cu ildə 16000 manat “Express” Bankla Rübailə göndərmiş, xx.xx.2019-cu ildə 5000 ABŞ dolları “Express” Bankla Rübailə göndərmiş, xx.xx.2019-cu ildə 5000 ABŞ dolları “Express” Bankla Rübailə göndərmiş, xx.xx.2019-cu ildə 19000 manat “Express” Bankla Rübailə göndərmişdir. Beləliklə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ümumilikdə ondan 240500 manat pulunu alıb, 194000 manat qaytarıb, 46500 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişlər. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Rübail dəfələrlə onun və qaynatası Şamilin şikayət etməmələrini xahiş edib pulunu qısa müddət ərzində qaytaracağına söz versə də pulunu qaytarmamışdır. O və qaynatası Şamil Əli ilə söhbət edərkən və pulunu ondan geri tələb edərkən Əli də Rübailin onu aldatdığını və onun da təxminən 400000 (dörd yüz min) manat pulunu aldığını, ona qarşı da dələduzluq etdiyini bildirmişdi. O və qaynatası X20 real olaraq mal-qara alverində iştirak etmədiyi halda nə üçün onları aldatdığını, nə üçün yalandan bütün ticarətdə iştirak etdiyini ona bildirdiyini Əlidən soruşmuş, Əli isə Rübailə inandığı üçün onlara o cür məlumat verdiyini demiş və özünü təmizə çıxarmaq istəmişdir. Sonradan isə onlara məlum olmuşdur ki, Əli də əvvəlcədən Rübailin heç bir işlə məşğul olmadığını bildiyi halda, onları aldadaraq onlardan pul aldığını bilmiş, lakin onları aldadaraq Rübaillə biznes qurduqlarını bildirməklə qabaqcadan əlbir olmuşlar. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 pul vermələrini istəməyəcəyi, mal-qara alveri ilə məşğul olduqlarını, Rübailə və gördükləri işə zamin olduğunu deməyəcəyi halda nə o, nə də ki, qayınatası Şamil Rübailə pul verməzdilər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayət etdikdən sonra Əli özünü elə aparmışdır ki, guya Rübail onun da külli miqdarda pulunu alaraq onu aldatmışdır. O, ilk vaxtlar Əlinin sözlərinə inansa da, sonradan öyrənmişdir ki, Əli Rübailin yalan danışdığını, xüsusilə nə özünün, nə də ki, Rübailin heç bir işlə məşğul olmadıqlarını bilə-bilə onlara uzun müddət qəsdən yalan danışaraq Rübaillə əlbir olub aldadaraq onun və qaynatasının pulunu ələ keçirmişlər. Daha sonra isə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Gəncə şəhərində dələduzluq etdiyi şəxslərin şikayəti əsasında Gəncə şəhəri BPİ-də istintaqı aparılmış cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə verilmişdir. Həmçinin ifadəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı verdiyi mülki iddianın təmin edilməsini, maddi ziyana görə 46500 manatın, mənəvi ziyana görə isə 10.000 manatın onlardan tutularaq ona ödənilməsini, onlara ən ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “Dubay-Bolluq” adlanan bazarında toxum mağazası vardır, toxumların topdan və pərakəndə satışı ilə məşğul olur. Əli adlı şəxsin vasitəsi ilə Rübail adlı şəxslə tanış olmuşdur. Əli əvvəllər yonca, süpürgə və digər bitkilərin toxumunu gətirib onlar işləyən bazarda satırmış, Əli ilə alver münasibətləri yaranmışdır. 2018-ci ilin əvvəllərində o, Əlinin yonca toxumunu topdan satış qiymətindən 1 və ya 50 qəpik ucuzuna satdığını görmüşdür. Belə ki, 4 manata olan yonca toxumunu Əli 3 manata verirdi. O, həmin vaxt Əlidən nə üçün yonca toxumunu ucuz satdığını soruşduqda Əli ona sinif yoldaşı olan Rübail adlı şəxslə mal-qara alverinə keçdiklərini və toxum satışından əldə etdiyi pulla həmin işdə daha çox pul əldə edəcəyini demişdir. Bir neçə dəfə Əli ona birlikdə işləməyini təklif etmiş və hər malda 300-500 manat arası pul qaldığını bildirmişdir. Bir qədər sonra eşitmişdir ki, qardaşı Arif və digər tanışı Azər Əliyə müəyyən qədər pul vermişdirlər ki, Əlinin təklif etdiyi işlə məşğul olsunlar. Təxminən 2019-cu ilin yanvar ayının ortalarında Rübail tək onun yanına gələrək işi üçün pul lazım olduğunu, pul qoymasını təklif etmiş, lakin Əlinin bundan xəbərinin olmamasını xahiş etmişdir ki, qazancdan Əliyə pul verməsin. O, Rübailin bu vədlərinə inanıb qardaşı oğlu Elşaddan 44000 (qırx dörd min) manat pul alaraq Rübailə vermişdir. Rübail 10-15 gündən sonra 44000 manatın üstü olaraq iki dəfə 2 min manat pul vermiş və yenidən 35000 (otuz beş min) manat pul lazım olduğunu bildirmişdir. O, həmin vaxt tanışı Rəşaddan 35000 manat pul alaraq Rübailə vermişdir. Təxminən yanvar ayının axırlarında Rübail Fazil adı ilə tanıdığı və qonşusu olan şəxsdən 84.000 manat pul göndərmişdir. O, həmin pulu gətirən şəxsdən Rübailin kim olduğunu soruşmuş və həmin şəxs Rübaili ona tərifləmiş və dana satmaqla məşğul olub pul qazandığını, heç bir yalanının olmadığını demişdir. O və qardaşı həmin pulu həmin şəxsdən götürmüşdülər. Həmin gün axşam saatlarında Rübail ona zəng edərək Balakəndə çıxdaş mal olduğunu və həmin malı almaq üçün 130.000 manat lazım olduğunu və xeyli qazanclarının olacağını bildirmişdir. Buna görə də o, 130.000 manat pul düzəldərək həmin pulu götürüb Rübailin yanına getmiş və həmin pulu Rübailə vermişdir. Daha sonra o, bir neçə dəfə pul düzəldərək fevral ayının əvvəllərində Rübailə vermişdir. Lakin Rübail ona müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa və pulu qaytarmamağa başlamışdır. Buna görə o, fevral ayının təxminən 11-12-də Əliyə zəng edərək ona əvvəlcədən zəmanət verdiyi üçün pulunu ondan alacağını bildirmişdir. Həmin vaxt Əli ona bir neçə günə Quba- Qusar zonasına gedib ora verdikləri malın 1.500.000 məbləğində pulunu yığıb gətirəcəyini və onların pulunu verəcəyini demişdir. O, bir neçə dəfə yenə Əliyə zəng etmiş və Əli yenə həmin sözləri ona təkrar edərək narahat olmamasını bildirmişdir. Bir neçə gündən sonra isə ona məlum olmuşdur ki, Rübail onları aldatmışdır. O, Əlinin yanına gedərək Əlidən nə üçün onları aldatdığını soruşduqda Əli Rübailin də onu aldatdığını demişdir. O, Əlidən nə üçün yalandan depozitdə 2.000.000 pullarının olduğunu, birlikdə Rusiyadan cins mal gətirdiklərini, mal-qara alveri ilə məşğul olduqlarını dediyini soruşduqda Əli Rübail ona yalan danışmağı tapşırdığı üçün özünün onlara yalan danışdığını, qardaşı Arifdən aldıqları pulu özü geri qaytaracağını demişdir. Bundan sonra onlar şikayət ərizəsi yazmışdılar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2019-cu ilin yanvar ayının əvvəllərində Göygöl rayon sakini, dostu Cavid onun yanına gəlib ona Rübail adlı bir tanışının olduğunu, özünün 7 aydır ki, Rübaillə işlədiyini, Rübailin xaricdən toxum, parnik üçün dərmanlar gətirib sataraq gəlir götürdüyünü deyərək, istəyirsə onu da Rübaillə tanış edə biləcəyini bildirmişdir. Həmin vaxt Cavid Rübailin nağd pula işlədiyini, hər 100.000 manat pula 4-7 min manat arası gəlir əldə olunduğunu demişdir. O, da Cavidi tanıdığı və dost olduğu üçün Cavidə inanmış və Rübaillə şərikli iş görmək üçün Cavidə razılıq vermişdir. Təxminən 4-5 gündən sonra Cavid ona zəng edərək mal gəldiyini və bunun üçün 41000 ABŞ dolları məbləğində pul lazım olduğunu ona bildirmişdir. O, Rübaili hələ görməmiş, Cavid ilə Göygöl şəhərində görüşərək Cavidə 41000 (qırx bir min) ABŞ dolları məbləğində pul vermişdir. Təxminən bir həftədən sonra Cavid özü gətirib ona 44000 (qırx dörd min) ABŞ dolları pul vermiş və həmin pulun 41000-i maya, 3000-i isə gəlir olduğunu demişdir. Bir saatdan sonra Cavid yenə ona zəng edərək iş üçün 60000 (altmış min) ABŞ dolları məbləğində pul lazım olduğunu və həmin pulu Elnura verməli olduğunu demişdir. Elnur Cavidin qardaşı oğludur və Cavidin deməsinə görə Elnuru özü Rübailin sürücüsü kimi işə düzəltmişdir. O, Gəncə şəhərində 60000 (altmış min) ABŞ dolları məbləğində pulu Elnura vermiş, bundan sonra Cavid ona daha çox pul olarsa daha çox gəlir olacağını ona bildirmişdir. Təxminən iki gündən sonra Cavid yenə ona zəng edərək pul lazım olduğunu demişdir. O, Cavidlə Göygöl rayonunda görüşərək 57000 (əlli yeddi min) ABŞ dolları məbləğində pulu Cavidə vermiş, 1-2 gün fərqi ilə 55000 (əlli beş min) manat pulu Gəncə şəhəri ərazisində “Frans” salonun yanında, 7000 (yeddi min) ABŞ dolları məbləğində pulu Gəncə şəhəri Gülüstan qəsəbəsi ərazisində çayçıda, 10000 (on min) manat pulu Gəncə şəhəri Gülüstan qəsəbəsi ərazisində çayçıda Cavidə vermişdir. Cavidin deməsinə görə, həmin pulları Rübailə vermişdir. Həftənin tamamında isə Cavid ona 2 dəfə 7000 manat, ümumilikdə 14000 (on dörd min) manat gəlir olaraq pul vermişdir. Həmin vaxta qədər o, Rübailin üzünü görməsə də, barəsində Caviddən eşitmiş, qiyabi tanımış, Rübail ilə alış-verişi olmamışdır. Təxminən yanvar ayının ortalarına yaxın Cavidin vasitəsi ilə Gülüstan qəsəbəsi ərazisində çayçıda Rübaillə tanış olmuşdur. Həmin vaxt Rübail ona işlərinin yaxşı getdiyini, Qırğızıstandan toxum gəldiyini, xeyli miqdarda pul qazanacağını demişdir. Rübailin dediyinə görə parnik dərmanları, ispanaq, kişniş, yonca, pamidor toxumları Qırğızıstandan gətirilərək Şəmkir və Balakən rayonları ərazisində anbarlara boşalır, oradan Gürcüstana və Türkiyə Respublikalarına satılır. Bundan sonra Gəncə şəhəri Gülüstan qəsəbəsində Rübailin özünə 30000 (otuz min) ABŞ dolları, 22000 (iyirmi iki min) manat, 11000 (on bir min) manat, 27000 (iyirmi yeddi min) manat, 30000 (otuz min) manat, 52000 (əlli ki min) ABŞ dolları, 62000 (altmış iki min) manat və 98000 (doxsan səkkiz min) manat, 11000 (on bir min) manat, 27000 (iyirmi yeddi min) manat pul vermişdir. Lakin Rübail hər dəfə ondan 150-200 min manat arası pul istəmişdir. O, isə yalnız tapa bildiyi pulu Rübailə vermişdir. Rübailin özü bir neçə dəfə xeyir kimi ümumilikdə 27000 (iyirmi yeddi min) manat pulu ona vermiş və ona sonradan məlum olmuşdur ki, Rübail həmin 27000 məbləğində pulu onun öz pulundan ona qaytarmış, adını isə gəlir qoymuşdur ki, onu aldatsın və onun etibarını qazansın. Rübail pulları hər dəfə ondan müxtəlif bəhanələr gətirərək almışdır. Belə ki, Rübailin deməsinə görə 2 fura, hər tonu 30000 olan 50 ton qazonun Balakən sərhəd keçid məntəqəsində ilişib qaldığını deyərək həmin vaxt ondan gömrük haqqını keçirmək üçün gecə vaxtı 27000 manat pul almışdır. Mal satıldıqdan sonra bizə 1.500.000 (bir milyon beş yüz min) manat pul gəlməli idi. Rübail isə həmin 27000 manat pulu Elnura vermişdir ki, Elnur həmin pulu Balakəndə olan Eldar adlı şəxsə versin. Rübailin deməsinə görə isə Eldar Rübailin adamı idi və malların sərhəddən keçirilməsinə köməklik göstərirdi. Eldarla isə Elnur danışırdı. Daha sonra isə Rübail Şəmkir rayonunda 6 fura malının anbardan meyvəliyə, oradan isə Türkiyə Respublikasına gedəcəyini, həmin maldan 4.000.000 (dörd milyon) manat pul gələcəyini, ona həmin işlə məşğul olan Firdovsi, Şəmil doktor və Azər adlı şəxslərin mane olduqlarını, həmin 4.000.000 (dörd milyon) manat məbləğində malın onlardan 1.500.000 (bir milyon beş yüz min) manata sıxışdıraraq almaq istədiklərini, bunun qarşısını almaq üçün isə Rübailə xeyli miqdarda pul lazım olduğunu deyirdi. Buna görə də o, Rübailə inanaraq pul vermişdir. Bir dəfə isə o, Rübaillə Göygöl rayonu ərazisində yerləşən “Araz” restoranında yemək yeyən vaxt ondan Şəmkir rayonu ərazisində olan və guya onlara məxsus anbarı və malı göstərməsini xahiş etmiş, həmin vaxt Rübail Əliyə zəng edərək yanına çağırmış, Əli onların yanlarına gələndən sonra da, Rübail Əliyə ona Şəmkir rayonunda olan anbarı göstərməsini xahiş etmişdir. Lakin həmin vaxt Əli başı ağrıdığından gedə bilməyəcəyini, axşam onu həmin yerə aparacağını demişdir. Lakin hansısa səbəb üzündən Rübail və Əli ona həmin anbarı göstərməmişlər. Fevral ayının 9-da Rübail ona və Cavidə malın Balakən sərhəd keçid məntəqəsində həftənin 6-cı günü olduğu üçün qaldığını, həftənin 1-ci günü isə malın Azərbaycandan çıxaraq Türkiyə Respublikasına göndəriləcəyini demişdi. Həmin vaxt Rübail onun və Cavidin yanında Asifə və Əliyə zəng edərək telefonu uca səsə qoymuş və onlardan malın sərhəddi keçib-keçmədiyini soruşdu. Həmin vaxt Əlinin deməsinə görə onlar Balakəndə olmuşlar. Əli də 6-cı gün olduğuna görə malın 1-ci günə qaldığını demişdi. O, Rübaili yoxlamaq üçün tanışlarına zəng edərək 6-cı gün sərhəddin bağlanıb-bağlanmadığını soruşmuş, lakin o, öyrənəndə ki, sərhəd heç vaxt bağlanmır başa düşmüşdür ki, Rübail onu aldadaraq ona qarşı dələduzluq etmişdir. Bundan sonra o, Rübaildən pulunu geri istəsə də, Rübail, hər dəfə müxtəlif bəhanələr gətirərək pulunu verməkdən imtina etdiyi üçün o, Rübail barəsində polisə şikayət etmişdir. Cavidin vasitəsi ilə və birbaşa, ümumilikdə Rübailə 733000 (yeddi yüz otuz üç min) manat pul vermiş, Rübail də Cavidin vasitəsi ilə və birbaşa ona ümumilikdə 27000 (iyirmi yeddi min) manat pul qaytarmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, kənd təsərrüfatı ilə, mal-heyvan alıb-saxlamaqla, satmaqla məşğul olur. Rübaili də uzun müddətdir ki, tanıyır, heç bir ədavət və düşmənçiliyi olmamışdır. Təxminən 2018-ci ilin avqust ayında Yusif adlı tanışı ona toxum gəldiyini və həmin toxumu almaq üçün iki həftəlik 20000 manat pul lazım olduğunu, həmin işə görə 2000 manat qazanacağını ona bildirmişdir. O, Yusiflə razılaşmış və həmin pulu Yusifə vermişdir. İki həftdən sonra Yusif ona 22000 manat pul qaytarmışdı. Bu minvalla Yusif ondan 30000, 50000 və digər yadında qalmayan məbləğlərdə pul almış və bir həftədən sonra qazancı ilə birlikdə ona qaytarmış, lakin Yusifə verdiyi sonuncu 50000 manat pul Yusifdə qalmış, 7-10 gündən bir Yusif ona 50000 pulun qazancı olaraq 2-4 min manat arası pul gətirib vermiş o, həmin pulu Yusifə verərkən Yusiflə qismən şərik kimi işləmişdir. Təxminən 2018-ci ilin avqust ayının axırlarında Rübail ona zəng edərək onunla görüşmək istədiyini bildirmiş və onlar görüşdükdə Rübail ona Yusifin hal-hazırda Gəncədə olmadığını, Bərdədə olduğunu bildirərək təklif etmişdir ki, pulu Yusifə deyil birbaşa ona versin. Həmin vaxt o, Yusifə xəbər verməmiş və Rübailə inanaraq razılaşmış, bundan sonra Rübail ondan yenidən təxminən 2018-ci ilin sentyabr ayında 50000 manat pul almışdır. Həmin pulu Rübail toxuma verəcəyini demişdir. Təxminən 7-10 gündən bir Rübail özü, qardaşı, atası onun yanına gələrək hər 50000 manat pula görə ayrı-ayrılıqda 3-5 min manat arası pul verirdilər və həmin pulların qazanc olduğunu ona deyirdilər. O, bir neçə dəfə Rübailin toxum yığdığını görmüş deyə Rübailə inanmışdır. Həmin vaxt Rübailin yanında Əli adlı şəxs də olmuşdur ki, bildiyinə görə onlar birlikdə işləmişlər. Təxminən 2018-ci ilin oktyabr ayında Rübail ondan 100.000 manat məbləğində pul almışdır ki, işə yatırım edəcəkdir. Rübail qazanc kimi ona hər 7-10 gündən bir pul verdiyindən o, Rübailə inanaraq yenidən Rübailə pul vermişdir. Təxminən 2018-ci ilin noyabr ayından başlayaraq Rübail ona ay ərzində bir neçə dəfə 2-3 min manat arası pul vermiş, qalan qazancını isə dəftərə yazdığını, sonradan bir yerdə qaytaracağını bildirmişdir. Təxminən 2019-cu ilin yanvar ayının əvvəllərində Vüqarla söhbət zamanı Vüqar ondan iş barədə soruşduqda o, Vüqara yuxarıda göstərdiyi qaydada Rübaillə işlədiyini demişdir. Vüqar da onlarla işləmək arzusunda olduğunu bildirmişdir. Təxminən 4-5 gündən sonra Rübail dediyi üçün o, Vüqara zəng edərək mal gəldiyini və bunun üçün 41000 pul lazım olduğunu bildirmişdir. O, Vüqarla Gəncə şəhərində görüşərək 41000 (qırx bir min) ABŞ dolları məbləğində pulu Vüqardan alaraq Rübailə vermişdir. Təxminən bir həftədən sonra Rübail ona 44000 (qırx dörd min) ABŞ dolları pul vermiş və həmin pulun 41000-i maya, 3000-i isə gəlir olduğunu demişdir. O, da həmin pulu Vüqara vermişdir. Bir neçə gündən sonra Rübail ondan pul istədiyi üçün o, Vüqara bildirmiş və Vüqar ona 60000 (altmış min) ABŞ dolları məbləğində pul vermişdir. O, həmin pulu Rübailə vermişdir. Həmin pulun müqabilində Rübailə həftəlik olaraq 7000 manat pul verəcəkmiş. Rübail ona pulun kökünü, yəni 60000 manatı qaytarmağı təklif etdikdə Vüqar pulun Rübaildə qalmasını, həftəlik 7000 manat qazanc götürməklə razılaşmışdır. Bundan sonra isə Vüqar onun vasitəsi ilə Rübailə 57000 (əlli yeddi min) ABŞ dolları məbləğində pul vermişdir. 1-2 gündən sonra isə Vüqarla birlikdə 55000 (əlli beş min) manat pulu Vüqar qardaşı oğlu Elnurun vasitəsi ilə Rübailə göndərmişdir. Bundan sonra Vüqar Rübaillə şəxsən tanış olmuş və Vüqar pullarını Rübailə vermişdir. O, bir neçə dəfə Vüqara məsləhət görmüşdür ki, Rübailə az pul versin, lakin Vüqar Rübailin işləyən adam olduğunu, Rübailə inandığını deyərək Rübailə pul verməkdə davam etmişdir. Rübail ona işlərinin yaxşı getdiyini, Qırğızıstandan toxum gəldiyini, xeyli miqdarda pul qazanacaqlarını demişdi. Rübailin dediyinə görə toxumlar, parnik dərmanları, ispanaq, kişniş, yonca, pamidor toxumları Qırğızıstandan gəlir, Şəmkir və Balakən rayonları ərazisində skladlara boşalır, oradan Gürcüstana və Türkiyə Respublikalarına satılır. Rübailin deməsinə görə 2 fura, hər tonu 30000 olan 50 ton qazonun Balakəndə ilişib qalmışdır və mal satıldıqdan sonra onlara 1.500.000 (bir milyon beş yüz min) manat gəlməli idi. Rübailin deməsinə görə isə Eldar Rübailin adamı idi və malların sərhəddən keçirilməsinə köməklik göstərirdi. Ona görə də Rübail qardaşı oğlu Elnurla Balakəndə olan Eldar adlı şəxsə bir neçə dəfə pul göndərmişdir. Eldarla isə Elnur danışırdı. Daha sonra isə Rübail Şəmkir rayonunda 6 fura malının anbardan meyvəliyə, oradan isə Türkiyə Respublikasına gedəcəyini, həmin maldan 4.000.000 (dörd milyon) manat pul gələcəyini, ona həmin işlə məşğul olan Firdovsi, Şəmil doktor və Azər adlı şəxslərin mane olduqlarını, həmin 4.000.000 (dörd milyon) manat məbləğində malın onlardan 1.500.000 (bir milyon beş yüz min) manata sıxışdıraraq almaq istədiklərini, bunun qarşısını almaq üçün isə ona xeyli miqdarda pul lazım olduğunu deyirdi. Fevral ayının 9-da, Rübail ona və Vüqara malın Balakən sərhəd keçid məntəqəsində həftənin 6-cı günü olduğu üçün qaldığını, həftənin 1ci günü isə malın xaricə çıxacağını demişdir. Həmin vaxt Rübail onun və Vüqarın yanında Asifə və Əliyə zəng edərək telefonu uca səsə qoymuş və onlardan malın sərhəddi keçibkeçmədiyini soruşmuşdur. Həmin vaxt Əli 6-cı gün olduğuna görə malın 1-ci günə qaldığını demişdir. O, Vüqarla birlikdə Rübaili yoxlamaq üçün tanışlarına zəng edərək 6-cı gün sərhəddin bağlanıb-bağlanmadığını soruşmuş, lakin o, öyrənəndə ki, sərhəd heç vaxt bağlanmır başa düşmüşdür ki, Rübail onları aldadaraq onlara qarşı dələduzluq etmişdir. Bundan sonra o, Rübaildən pulunu geri istəsə də, Rübail, hər dəfə müxtəlif bəhanələr gətirərək pulunu verməkdən imtina etdiyi üçün o, Rübail barəsində polisə şikayət etmiş və müvafiq araşdırmalar aparılmışdı. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun əridir. Zərərçəkmiş şəxs3 onun kürəkənidir. Gəncə şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamışdır. Təxminən 2018-ci ilin sentyabr-oktyabr ayında sonradan adlarını bildiyi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların evinə gələrək əri Şamillə söhbət zamanı o, bilmişdir ki, Əli Asifin tələbə yoldaşı, Rübail isə Əlinin dostu olmuşdur və Asifə onlarla birlikdə hansısa bizneslə məşğul olmağı təklif etmişdilər. Buna görə də Asif Əli və Rübail ilə razılaşmış və onlara müəyyən qədər də pul vermişdir. Kürəkəni Asif əsasən Bakı şəhərində yaşadığından və işlədiyindən Əli və Rübail guya gördükləri işdən Asifə çatacaq pulu onların evinə gələrək əri Şamilə və ya ona verirmişlər, həmiçinin evlərində oturub əri Şamillə gördükləri iş barədə söhbət edirdilər. O, sonradan başa düşmüşdür ki, nə Rübail, nə də ki, Əli heç bir işlə məşğul olmamışlar, kürəkəni Asifdən aldığı pulu yenidən hissəhissə guya qazanc adı ilə Asifə, əri Şamilə qaytarmaqla özlərinin etibarını qazanmışlar ki, sonradan əri Şamildən daha çox pul aldadıb ala bilsinlər. Rübail və Əli onların evində oturub söhbət edərkən o, söhbətlərindən şübhələnmiş və daxilən narahatçılıq keçirmiş, öz narahatçılığını isə onlara soyuq münasibət göstərməyi ilə bildirmişdir. Rübail və Əli onun narahat olduğunu, soyuq münasibət göstərdiyini görüb hər dəfə ona narahat olmamasını, hər şeyin yaxşı olacağını, işlərinin də yaxşı getdiklərini deyirdilər ki, o, əri Şamili və kürəkəni Asifi Əli və Rübailə pul vermək fikrindən daşındırmasın. Rübail və Əli dediklərinə görə onlar guya mal-qara alveri ilə məşğul olurmuşular. Rübail və Əli əri Şamili özlərinə tam inandırdıqdan sonra təxminən 2018-ci ilin noyabr ayında Rubail onların evinə gələrək birinci dəfə əri Şamildən 200000 (iki yüz min) ABŞ dolları məbləğində pul almışdır. Həmin vaxt isə o, daxilən narahat olduğundan əri Şamildən və Rübaildən xəbərsiz onların şəklini çəkmiş və həmin şəkili sonradan kürəkəni Asifə vermişdir. Xatırladığı qədər Əli bir dəfə evdən ondan gəlib pul götürmüşdür və əri və ya Asifə çatası pulu ona gətirib vermişdir. Daha çox Rubail 2018-ci ilin noyabr ayından başlayaraq 2019-cu ilin fevral ayına qədər onların evinə gələrək ondan pulu götürürmüş, müəyyən müddətdən sonra isə həmin pulu gətirib onlara qaytarmışdır. Pulu qaytardıqdan 2-3 gün sonra isə yenə də iş üçün pul lazım olduğunu bəhanə edərək evə gələrək əri Şamildən və ya ondan daha çox pul almışdır. O, Rübailə nə üçün verdiyi pulu 2 və ya 3 gündən sonra geri götürdüyünü soruşduqda Rübail ona işlərin o cür getdiyini, heç bir problem olmadığını, 2019-cu ilin aprel ayında kürəkəni Asifin adına ferma açacağını deyərək bəhanələr gətirmiş və onları özünə inandırmışdır. 2019-cu ilin fevral ayının əvvəllərində isə onlar bilmişlər ki, Rubail və Əli onlardan başqa digər şəxsləri də aldadaraq dələduzluq etmişlər və onlara qarşı çoxlu sayda şəxs şikayət ərizəsi ilə müraciət etmişlər. Onlar Rübaildən və Əlidən bir neçə dəfə pullarını geri istəsələr də, Rübail və Əli müxtəlif bəhanələr gətirmişlər. Rübail bu günə kimi dəfələrlə onların şikayət etməmələrini xahiş edib pulu qısa müddət ərzində qaytaracağına söz versə də pulllarını qaytarmamışdır. O, Şamilin və Asifin Rubail və Əliyə nə qədər pul verdiyini dəqiq olaraq bilməmiş, eşitdiyinə görə Asif Rübailə 250000 manata qədər pul vermişdir və Rübail onların qarşısında etibar qazanmaq üçün həmin pulun bir hissəsini qaytarmışdır. Bundan sonra isə Əli və Rübail əri Şamildən təxminən hissə-hissə ümumilikdə ******* (bir milyon) manat pul almışdır və həmin pulun bir hissəsini qaytarmışdır. Hal-hazırda isə Rübail və Əlinin onlara 500000 (beş yüz min) manatdan çox verəcəyi vardır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, əvvəllər Rusiya Federasiyasında yaşamış və Azərbaycan Respublikasında yaşayan əmisi Cavid ona zəng edərək onu Rübaillə tanış etmiş və o Rübaillə telefonda danışarkən Rübail onu Gəncə şəhərində Qida Təhlükəsizliyi İdarəsinə işə düzəltməyi təklif etmişdir. O, Rübail ilə razılaşmış və 2018-ci ilin dekabr ayının 27-də o, Rusiya Federasiyasından Azərbaycana gəlmişdir. Rübail ondan yaşayış yerindən arayış, hərbi biletin və şəxsiyyət vəsiqəsinin surətini alaraq guya səndələrini yoxlatdırmış və sənədlərinin qaydasında olduğunu bildirmişdir. Rübail onu işə düzəlmək üçün 13500 manat pul lazım olduğunu demiş və işə başladıqdan sonra banklara pul aparıb-gətirəcəyini demişdir. O, Rübail ilə razılaşmış və 13500 manat pulu o, Gülüstan qəsəbəsi ərazisində təxminən 2019-cu ilin yanvar ayının 2-3 tarixlərində əmisi Cavidin yanında Rübailə vermişdir. Bir həftədən sonra isə Rübail ona zəng edərək işə başlamalı olduğunu bildirmiş və o, öz maşını ilə Rübailin yanına getmişdir. Rübail onu “Turan” banka aparmış və həmin bankdan pul göndərəcəyini və ya qəbul edəcəyini demişdir. Onun əməkhaqqı 1000 manat olmalı idi və gündəlik benzin pulu 25 manat verilmişdir. Lakin o, heç bir idarəyə daxil olmamış və Rübaildən başqa onu hansısa vəzifəli şəxs qəbul etməmişdir. O, işləməyə başladıqdan sonra Rübailin göstərişi ilə onun adına gələn pulları götürmüş və verdiyi pulları Cavid, Mehran, qardaşı Nicat və Eldar adlı şəxslərə öz adından göndərmişdir. O, həmin əməliyyatları yalnız "xxxx" vasitəsi ilə etmişdir. İki dəfə Rübail ona təxminən 5-6 min manat məbləğində pul vermişdir ki, həmin pulu o, əlbəəl Tofiqə vermişdir. Bundan əlavə Rübail onu Xaldanın dairəsi adlanan yerə, Balakənə göndərmişdir ki, o, orada ya Rübailin ona verdiyi pulu Eldara vermiş, ya da, Eldardan aldığı pulu Rübailə gətirmişdir. Lakin həmin pulların da məbləğini o, bilməmişdir. Çünki həmin pullar sellofanda bağlı vəziyyətdə olmuşdur. Bundan əlavə o, Vüqar adlı şəxsdən də yadında qalmayan məbləğdə pul almış və həmin pulu Rübailin deməsi ilə evlərində ailəsinə vermişdir. Lakin Rübailin bu hərəkətləri onda şübhə yaratdığından o, telefonunda olan proqram vasitəsi ilə Rübailin onunla, həmçinin Rübailin ona tapşırdıqları işlər barədə olan danışıqlarını öz telefonuna yazmışdır. Rübail Əli və Asif adlı şəxslərlə də birlikdə işləmişdir. Bildiyinə görə onlar şərik olaraq birlikdə işləmişlər. Əmisi Cavid və Vüqar da Rübailə pul vermişdilər ki, Rübail onlara qazanc verəcəyini vəd etmişdir. 2019-cu ilin fevral ayının əvvəllərində Rübailin deməsinə görə əmisi Cavidə və Vüqara məxsus pul müqabilində mal gələcəkdir ki, həmin mal gecikdiyinə görə o, Əliyə zəng edib ondan malın gəlib-gəlmədiyini öyrənmişdir. Həmin vaxt Əli ona 2 fura mal gəldiyini, 6-7-ci günlər sərhəd keçid məntəqəsi işləmədiyinə görə işlərin 1-ci günə qaldığını demişdir. Daha sonra Rübailin onları aldatdığını başa düşmüşdülər. Hətta Rübail onlara hesablarında 2.000.000 (iki milyon) manat pullarının olduğunu demiş, bunu o, soruşduqda isə Əli təsdiq etmiş, ümumiyyətlə Əli Rübailin bütün dediklərini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, özünə məxsus yük avtomobili avtomobil ilə müştəriləri üçün bazara malqara daşımaqla çörəkpulu qazanıb ailəsini dolandırır. Təxminən 8-9 il əvvəl mal bazarında olarkən Rübaillə tanış olmuşdur. Rübail də bazara mal-qara almağa gəlmişdir. İki dəfə isə o, Rübailin aldığı mal-qaranı öz yük maşını ilə Gəncə şəhərinə gətirmişdir. Buna görə onun Rübaillə münasibəti yaranmış və Rübail onun telefon nömrəsini də götürmüşdür. Təxminən üç-dörd il əvvəl qaynı Gəncə şəhərində hərbi xidmət aparmağa başladıqdan sonra o, bu barədə Rübailə bildirmiş və Rübail ona müəyyən köməkliklər göstərmişdir. Bundan sonra isə Rübail özü ona zəng edərək malın pulunu verə bilmədiyini deyib, ondan borca 3000 manat məbləğində pul istəmişdir. O isə Rübailin xahişini yerə salmamış və Rübailə borca 3000 manat pul göndərmişdir. Bir neçə gündən sonra Rübail həmin pulu ona qaytarmışdır. Təxminən 2018-ci ilin əvvələrində Rübail ona zəng edərək mal-qara alveri ilə məşğul olduğunu və əgər pul olarsa daha çox gəlir əldə edə biləcəyini bildirib ona birlikdə mal-qara alveri ilə məşğul olmağı təklif etmişdir. O, uzun müddət Rübaili tanıdığından və Rübailə inandığı üçün birlikdə işləməyə razılıq vermişdir. Birinci dəfə o, 3000 manat məbləğində pulu Rübailə vermiş hər hansı bir köməklik lazım olub-olmadığını soruşmuşdur. Rübail isə onun Gəncə şəhərinə gəlməyinə ehtiyac olmadığını, bütün işləri özü həll edəcəyini demişdir. 10 gündən sonra Rübail ona 500 manat pul göndərərək həmin pulun qazanc olduğunu ona bildirmişdir. Daha sonra Rübail ona təklif etmişdir ki, daha çox pul tapsın və daha çox qazanc əldə etsinlər. O, Rübailə inandığı üçün razılaşmış və dosttanışlarından pul alaraq Rübaillə birlikdə mal-qara alverinə başlamışdır. O Rübailə bank vasitəsi ilə, həmçinin əlbəəl böyük məbləğlərdə pul göndərmiş və Rübail də bir neçə gün həmin pulla alver etdikdən sonra pulu qazancı ilə birlikdə ya tamamilə, ya da, yalnız qazancını ona qaytarmışdır. Bu minvalla da, onun Rübailə etibarı daha da çoxalmışdır. Həmin pulların çox hissəsi dost-tanışlarına və qohumlarına məxsus olmuşdur. Rübail Gəncə şəhərində, o, isə Balakən rayonunda yaşadıqları üçün o və Rübail pulları birbirlərinə çox vaxt bank vasitəsi ilə göndərirmişlər. Rübail ona bankla pul göndərərkən gah öz adından, gah Asifin adından və digər adlarını xatırlamadığı şəxslərin adından göndərmişdir. Rübailin ona pul göndərməsi 6-cı günə düşərkən isə bank işləmədiyindən Rübail, pulu bəzən tanışı olan Elnur adlı şəxs vasitəsi ilə göndərmişdir. Elnur adlı şəxsi isə o, Rübailə görə tanımış və Elnurun deməsinə görə, Rübailin sürücüsü kimi işləmişdi. Təxminən 2018-ci ilin oktyabr ayında Rübailə zəng edərək Gəncə şəhərinə gəlib, ona köməklik etməyi təklif etmiş, həmçinin alınıb-satılan malları görmək fikri olmuş, lakin Rübail cavabında ehtiyac olmadığını malları özü satdığını demişdir. Hətta Rübail ona malların şəkillərini göndərərək həmin sort malları gətirdiyini, onları satdığını demişdi. O, Rübailin dediklərindən əmin olmaq üçün bildirmişdir ki, Balakən bazarını öyrənmək üçün yoxlama məqsədilə Rübaildən ona heyvan göndərməsini istəmişdir. Bundan sonra təxminən 2018ci ilin noyabr ayında Rübail 4 baş inəyi “Qazel” markalı avtomobillə ona – yaşadığı Balakən rayonuna göndərmişdir. Həmin heyvanları əvvəllər bankla Rübailin pulunu göndərən Asif və digər bir nəfər sürücü gətirmişdir. O, isə Asifə həmin malları Balakən rayonunda satacağını demişdir. Asif isə ona Rübaillə tanış olduqlarını bildirmişdir. Asiflə yanında gəlmiş şəxs heyvanları ona verdikdən sonra həmin gün Gəncə şəhərinə qayıtmışdılar. Təxminən 2019-cu ilin yanvar ayında Rübail ondan pul istəyərək, tələsdiyini, Şəki rayonuna gələcəyini, orada görüşmək istədiyini bildirmişdir. Bundan sonra o, həmin pulu götürərək, Şəki rayonunda Rübaillə görüşmüş, həmin vaxt Rübailin yanında Asif və Elnur da olmuşdur. O, Asif və Elnurla görüşdükdən sonra pulu Rübailə vermiş, ayrılaraq yenidən Balakən rayonuna qayıtmışdır. Təxminən 2019-cu ilin fevral ayının əvvəllərində isə Rübail özü ona zəng edərək rus rublu almaq üçün Gürcüstan Respublikasına gedəcəyindən telefonunun bağlı olacağını bildirib, Asif adlı tanışı ona zəng edərsə, Asifə toxum dolu yük maşınının sərhəddən keçmək üzrə olduğunu bildirməsini xahiş etmişdir. O, isə Rübaillə razılaşmayaraq ondan nə isə soruşulacağı halda yalan danışa bilməyəcəyini demişdir. Daha sonra Asif özlərinin artıq Zaqatala rayonunda olduqlarını bildirmişlər və bir gecə Zaqatala rayonunda qaldıqdan sonra Balakən rayonuna gəlmişlər. O və Asif birlikdə görüşmüş və yenə Asif ondan toxum olan yük maşınını sərhəddən keçirib-keçirmədiyini soruşmuşdur. O, yenə də Asifə bu barədə Rübaillə danışmalı olduğunu, heç bir yük maşınını sərhəddən keçirmədiyini, sərhəddən yük maşını keçirmə məsələsi ilə bağlı Rübailin ona qabaqcadan xahiş etdiyini, lakin özünün Rübailin xahişi ilə razılaşmadığını bildirmişdir. Bundan sonra Asif ona heç bir söz demədən Gəncə şəhərinə qayıtmışdır. Daha sonra Rübailin nömrəsinə zəng çatmamışdır. Bir qədər sonra Rübail özü ona zəng edərək malın pulunu Asifə verməyini, Asifin öz adamı olduğunu, narahat olmamağını demişdir. O, isə təəccüblü qalaraq Rübailə hansı puldan söhbət getdiyini, onda heç bir pulun olmadığını demişdir. Həmin danışıqlarından sonra bir nəfər ona zəng edərək Asifin qayınatası Şamil həkim olduğunu deyərək Rübailin onda pulunun və heyvanının olubolmamasını soruşmuşdur. O, isə Şamil həkimə Rübailin onda heç bir heyvanının və pulunun olmadığını, əksinə onu da, ziyana saldığını demişdir. Daha sonra o, öyrənmişdir ki, Rübail Şamil və Asifi də, aldadaraq onların pulunu ələ keçirmişdir. O, Balakəndə Rübailin hər hansı bir heyvanını satmamış, sadəcə Rübail mal-qara alveri üçün ondan pul aldığından özü əmin olmaq üçün Rübaildən təkidlə satmağı üçün heyvan istəmiş və Rübail də ona həmin 4 baş heyvanı göndərmişdir ki, guya mal-qara alveri ilə məşğul olur. Rübail onun verdiyi pulları qaytararkən bir neçə dəfə Asifin adı ilə də, pul göndərmişdir. Rübailin deməsinə görə həmin pulları ya borcunu qaytarmaq, ya da borcunun qazancı kimi göndərmişdir. Rübailin ondan başqa kiminləsə işlədəyini o, əvvəllər bilməmişdir. Rübaildən pulunu almaq üçün o, Gəncə şəhərinə gələrkən Rübailin bununla bağlı məlumatı olmuşdur. Amma Rübailin digər şəxslərdən nə üçün, nə qədər, nə vaxt pul aldığını, onları aldadıb-aldatmadığını dəqiq bilməmişdir. Rübailin deməsinə görə Rusiyadan ona mal gətirməli imiş və ondan pulu ona görə istəmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun qayınatasıdır və münasibətləri həmişə yaxşı olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs1 da qayınatasnın qonşusu kimi tanımış, heç bir ünsiyyət saxlamamış, heç bir ədavət və düşmənçiliyi olmamışdır. Qayınatası əvvəllər mal-qara, kənd təsərrüfatı ilə məşğul olmuş, lakin 2018-ci ilin may ayından etibarən yataq probleminin olması ilə əlaqədar olaraq təsərrüfatında olan bütün mal-qaranı satmışdır. Təxminən 2019-cu ilin yanvar ayının ortalarında qayınatası Fazil onun yanına gələrək borca 15000 manat pul lazım olduğunu bildirmişdir. Qaynatası ilə münasibətləri yaxşı olduğundan, bir-birlərinə həmişə köməklik etdiyindın o, həmin pulun Fazilə nə üçün lazım olduğunu soruşmadan ehtiyat üçün saxladığı 15000 manat pulu ona vermişdir. Həmin vaxt qayınatası pulu bir ay müddətində ona qaytaracağını bildirmişdir. Təxminən 10-15 gündən sonra qayınatası ilə söhbət zamanı qayınatası Fazil ona Rübail adlı qonşusunun onu toxum alqı-satqısında şərik olmaq adı ilə aldadaraq 5-6 ay ərzində ümumilikdə 150000 (yüz əlli min) manatdan çox pulunu ələ keçirdiyini, nəinki ondan, həm də digər tanışlarından da pul alaraq alver etmək üçün Rübailə verdiyi haqda danışmışdır. Sonradan da o, eşitmişdir ki, Rübail həqiqətən Gəncə şəhəri ərazisində bir çox şəxsi aldadaraq pullarını dələduzluq yolu ilə ələ keçirmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Natiq Əliyevə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 dələduzluq yolu ilə onun 550.000 manat pulunu ələ keçirmişdir. İş materiallarına əlavə edilmiş 15 sentyabr 2020-ci il tarixli “baxış keçirilməsi haqqında” haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 Gəncə şəhər BPİ-nə ərizə ilə müraciət edərək ərizəsində göstərmişdir ki, araşdırma materiallarına əlavə edilməsi üçün Təqsirləndirilən şəxs1 ona göndərdiyi Təqsirləndirilən şəxs2 isə doğru kimi təsdiqlədiyi videoları, şəkilləri, Rübail qaynatası Zərərçəkmiş şəxs1 evində qaynatasından xx.xx.2018-ci il tarixdə 200000 (iki yüz min) ABŞ dolları məbləğində pul sayıb götürərkən çəkdiyi şəkili, həmçinin Rübailin səsyazmalarını, Rübaillə “WhatsApp” sosial şəbəkəsi ilə olan yazışmaları təqdim etmişdir. Odur ki, Zərərçəkmiş şəxs3 təqdim etdiyi 1 ədəd diskə baxış keçirilmişdir. Həmin diskə baxış zamanı müəyyən edilmişdir ki, diskdə iri buynuzlu cins mal-qara şəkilləri, həmin mal-qaranın yük avtomobilindən boşaldılmasını, ferma ərazisində olmasını əks etdirən 6 ədəd video, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 evdə xeyli miqdarda pul almasını əks etdirən iki ədəd fotoşəkil, Zərərçəkmiş şəxs3lə Təqsirləndirilən şəxs1 arasında “WhatsApp” sosial şəbəkəsi ilə olan yazışmalar, Təqsirləndirilən şəxs1 səs yazıları, Zərərçəkmiş şəxs3lə Təqsirləndirilən şəxs1 arasında olan telefon danışığı vardır. Zərərçəkmiş şəxs3lə Təqsirləndirilən şəxs1 arasında “WhatsApp” sosial şəbəkəsi ilə olan yazışmalara baxış zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 Asifə 2018-ci ilin noyabr ayının 13-də “heyvanlar əldən çıxmasın, götürmək lazımdır, Daşkəsənlilər oradadır” məzmunda mesaj yazaraq 17 noyabr 2018-ci il tarixdə çoxlu sayda heyvan şəkilləri göndərir. 2019-cu ilin yanvar ayının 8-də “fermadayıx, malın alışının söhbəti gedir” məzmunda mesaj yazaraq yaxşı olacağı barədə vədlər verir. Bundan əlavə həmin yazışmalarda Rübail 2019-cu ilin iyun ayının 1-də həkimə (Şamilə) 80-100 min manat arası pul verəcəyinə dair sözlər verir, lakin vaxt çatdıqda və Asif pulu Rübaildən istədikdə Rübail tez bir zamanda həll edəcəyini, işlərin yaxşı olduğunu, 80-100 minə görə 200-300 min risqə ata bilməyəcəyini, mayanın az olduğunu, normal mayası olsaydı 600 min 700 min verərdi kimi yalan vədlər verir. Bundan əlavə həmin yazışmalarda 2019-cu ilin iyun ayında Asif Rübailə heyvanlar barədə ona yalan danışdığını, Eldarla görüşəndə isə Eldarın onlara heyvan və ferma tanımadığını deməsini, onu və həkimi (Şamili) borca saldığını, pis vəziyyətə qoyduğunu bildirir. Rübail isə yenə də yalan vədlər verərək iş görməsi və pulu qaytarması üçün imkan verməsini istəyir, sentyabrda həll edəcəyini, həkimin qarşısına yaxşı mənada çıxacağını və onun hərəkətindən həkimin şoka düşəcəyini bildirir. Bundan əlavə həmin yazışmalarda 2019-cu ilin iyun ayında Rübail vicdanının təmiz olması üçün yenidən pulu qaytaracağı barədə vədlər verir, çox az vaxt qaldığını, sentyabra saxlamaq istəmədiyini, Şamilin həqiqətən kişi olduğunu, o cür insanı özünə örnək bildiyini və Şamilin etimadını doğruldacağını bildirir, onun batmadığını, əvvəlkindən də daha yaxşı olacağı, Şamillə dost olacağı barədə yalan vədlər verir. Təqsirləndirilən şəxs1 səs yazıları dinlənilərkən müəyyən edilir ki, “Recording_4” adlı səsyazmada Asiflə Rübail söhbət edir və Rübail Asifə səbirli olmasını, sentyabr ayına hər şeyin düzələcəyini əminliklə deyir və bunun üçün söyüş söydüyünü, and içdiyini bildirir. Asif özünün ziyana düşdüyünün özünə təsir etmədiyini, daha çox həkimin (Şamilin) yanında başı aşağı olduğunu deyir, Rübail isə təkrar hər şeyin düzələcəyini, işi düzəlsəydi həkimə 100000 verəcəyini, hansısa qızıl işi ilə məşğul olmaq istədiyini deyir. Danışıq zamanı Asif Rübaildən nə üçün bu hadisələrin baş verdiyini soruşduqda Rübail bildirir ki, Vüqardan pul alıb həkimin pulunu qaytarmaq istəyirmiş, Asif isə 500000-i dediyini soruşduqda Rübail təsdiq edir, lakin onların evinə həmin günü Mehran gəldiyindən işlərin alınmadığını bildirir. Bundan sonra Asif nə üçün onu yalandan Eldarın üstünə göndərdiyini soruşur, Rübail isə gülə-gülə fikir verməməsini istəyir, daha sonra may ayının axrına qədər həkimə 44000 və 60000 verəcəyinə vədlər verir. Söhbət zamanı Rübail “mən söz verdiyim vaxta milyard faiz 300000 (üç yüz min) verəcəm”, “mayın axrına qədər balalarımın canı həll edəcəm” sözlərini deyir. Daha sonra Asif həkimin axrıncı götürdüyü 44000 və 61000 manat pula görə hər ay faiz ödədiyini, digər aldığı pulların faizini dayandırdığını bildirir, Rübail isə yenə də vədlər verərək sentyabr ayına qədər 105000 verəcəyini, sentyabrdan sonra qalanını həll edəcəyini bildirir. Həmin səsyazmada söhbət göstərilən məzmunda davam edir və Rübail vədlər verərək həkimin pulunu qaytaracağını bildirir. “Recording_5” adlı səsyazmada da, Asiflə Rübail söhbət edir və Asif pulu istədikdə Rübail yenə də müxtəlif bəhanələr gətirərək qısa müddət ərzində pulu qaytaracağı barədə yalan vədlər verir. “Recording_2” adlı səsyazmada da, Asiflə Rübail söhbət edir və söhbətə başlayan zaman Rübail Asifdən dəfələrlə and verərək üzərində səsyazma olub-olmadığını soruşur, Asif isə üzərində heç bir səsyazma olmadığını bildirir. Daha sonra onlar söhbətə davam edirlər və söhbət zamanı Asif yenə də həkimin pulunun qaytarılmasını bildirir, Rübail isə yenə də yalan vədlər verərək düzəldəcəyini, həkimin pulunu qaytaracağını bildirir. Söhbət zamanı Asif alınan və verilən pulları saymaq istəyir, Rübail isə bu barədə söhbətdən yayınmaq istəyir, Asif isə həkimin nə qədər alacağı olduğunu bildirmək istəyir və onlar arasındakı söhbət dəqiq olaraq aşağıdakı məzmunda davam edir. 1 rəqəmi Asifi, 2 rəqəmi isə Rübaili ifadə edir. -1. Bax bu dəq mən sənə ən rahat yolun deyim də Allaha and olun tək balamın canı bu dəqiqə mənim verdiyim pullar var, hamisinin üstündən xətt çəkirəm. Almışam mən danmıram ki, 8000 (səkkiz min) manat almışam. 40000 (qırx min) verəndə 8000(səkkiz min) almışam, iki dəfə 2000 (iki min) almışam, düzdümü? 4000 (dörd min) 4000 (dörd min) almışam düzdümü? Furanı satdım gətirdim verdim 100000 (yüz min) hesabladıq ki, 40000 (qırx min) ana puldu da heç onu da ana pul kimi saymıram 40000 (qırx min) –dən də mən 4000 (dörd min) , 4000 (dörd min) , iki dəfə 2000 (iki min), bir dəfə də 8000 (səkkiz min) nə qədər edir? 20000 (iyirmi min) 40000 (qırx min)-dən 20000 (iyirmi min) almışam düzdürmü? Furanı da verdim üstündə oldu 71000 (yetmiş bir min) düzdürmü? -2. Hə. -1. Sonra nə qədər götürdüm? -2.10000 (on min), 10000 (on min) -1.Üç dəfə də 10000 (on min) verdin düzdü? Üç dəfə, hamısını yazmışam, mən burda durub yalan danışmıram, sənnən kişi kimi söhbət etməyə gəlmişəm. -2.Mən də sənnən kişi kimi danışıram. -1.Üç dəfə 10000 (on min ), 10000 (on min) vermisən düzdürmü? Nə qədər qaldı? 41000 (qırx bir min) düzdü? Ana puldan danışıram, real verdiyimdən real aldığımı çıxıram. 41000 (qırx bir min)-dən bir dənə mənə maşının pulun verdin? -2.26000 (iyirmi altı min) -1.30000 (otuz min) manat maşının pulun verdin. -2.Mən 26000 (iyirmi altı min) bilirəm -1. Mən 30000 (otuz min) deyirəm, çünki yazmışam hamısını. -2.Hmm -1.Qaldı 11000 (on bir min) düzdürmü? -2.Hə biraz artıq idi düz deyirsən. -1.11000 (on bir min)-dən sonra da 16000 (on altı min) verdim sən dedin heyvan düşüb zəng elədin almağa, dedim Rübail mənim evimin axırıncı qəpiyidir. Allaha and olsun mənim evimdə axrıncı qəpik idi. 16000 (on altı min) verdim zəng vurdun bir həftədən sonra ki, bunun pulunu aldım 17200 (on yeddi min iki yüz) dedin, sonra dedin qoy bu qalsın bir həftə də işləsin, dedim nə qədər xeyir gələcək üstünə, dedin 19 olacaq, dedim qalsın. Bir həftə qaldı 19 oldumu? Heç o 17200 (on yeddi min iki yüz), 19000 (on doqquz min) demirəm, real verdiyim 16000 (on altı min), gəl üstünə oldu 27000 (iyirmi yeddi min) düzdü? Sonra yenə zəng vurdun dedim yoxdur. Dedin qadan alım gör neynirsən bir təhər elə vacibdi. İşdə dilənçi kimi 500 (beş yüz) ondan, 1000 (min) bundan, 2000 (iki min) ondan tapıb 5000 (beş min) ABŞ dolları göndərdim, sənə dedim ki, borc götürmüşəm düzdürdü? Sən mənə göndərdin 5400 (beş min dörd yüz) ABŞ dolları. O 5000 (beş min) ABŞ dollardan 100 (bir yüz) ABŞ dolları dedin ki, bundan uşağa pay alarsan yadındadır da hamısı? 300 (üç yüz) ABŞ dolları da mən manat elədim pul aldığım adamlara üstündə verdim. -2.Hmm. Ay qardaş onları keç. -1.Keçirəm bir dəqiqə qulaq as verdiyim aldığım getdi axırıncı aldığım 5000 (beş min) ABŞ dollar var idi, həmin pul bu dəqiqə mənim çiynimdədir. O da iş yoldaşlarıma verdiklərimi birdə aldım ki, yenə lazımdır. O 5000 (beş min) ABŞ dollar da eliyir 8500 (səkkiz min beş yüz ) manat düzdürmü? 27000 (iyirmi yeddi min) də orda var idi gəl üstünə 35500 (otuz beş min beş yüz) edir. 35500 (otuz beş min beş yüz) mənim sənə real verdiklərimdən aldıqlarımı çıxanda qalır, mən onun üstündən xətt çəkirəm. Bircə mənim gözümdəki həkimin pulunu verməkdir. Mən o kişinin üzünə baxa bilmirəm. Utandığımdan başımı qaldırıb üzünə baxa bilmirəm. -2.Mən də Vallah utanıram. -1. Sən onu görmürsən ama mən onu görürəm telefonnan danışıram utandığımdan danışa bilmirəm mənim bütün mənliyim qürurum gedib, mənim bütün etibarım gedib. Həyatda insanın etibarı itdisə getsin özünü assın. Mən ailəli olmasaydım nəyə deyirsən and içim mən bu dəqiqə özümü öldürmüşdüm. Əli mənim vəziyyətimi gördü mən nə gündə idimsə. Mən öz pulumun üstündən xətt çəkirəm qoyuram bir qırağa həkimdən də aldığını gəl bir dənə hesablayaq özün gör. Nə qədər real aldığını mən bir dənə səndən xaiş edirəm bircə onun bir hissəsinicə ver,Həkim sələmlərinicə versin sıfıra düşsün. Mən qazanc zad demirəm bircə sıfıra düşsün ki, bu adam gecə yata bilsin ki borcum yoxdu heç kimə. Bu dəqiqə bacı qardaşına hamıya borcu var. -2. hamısını eliyəcik söhbət ondan getmir. -1.Özün də gördün ki, axırıncı evin pulunu hamısını qoydu ora sonra borca sələmə girdi. Yadındadı da mənə yenə yığdın dedin 150000 (yüz əlli min) təzədən lazımdır dedim yox, nə danışırsan aldığımızı hələ verməmişik, dedin yoxe heyvan elə qiymətdi almasaq çıxardacaqlar bizi ordan ala bilməyəcik daha fermadan mal. Mən də danışdım hələ o da dedi ki nə danışırsan, o qədər pulmu var, mən də bir dəfə verdi gətirdin qaytardın sagol. 165000 (bir yüz altmış beş min) verdin o da pul aldığı adama söz vermişdi üstündə əlavə 15000 (on beş min) pul apardı qaytardı. Əli ilə aparıb verdiz 165000 (bir yüz altmış beş min) yadındadırda? -2.Əli apardı verdi, univermağın qabağında. -1. Yəni 165000 (bir yüz altmış beş min) verdin, sonra birdə 150000 (bir yüz əlli min) aldın 200000 (iki yüz min) qaytardın düzdümü? -2.Hmm. -1.Həmin günün sabahı gün 212500 (iki yüz on iki min beş yüz) apardın, düzdürmü? -2. Hmm. -1. Real puldan gəl danışaq. -2.Asif onları qoy qırağa, neyniyək necə edək biz? -1. Bax bir yolu mən deyim ki, sənə bu dəqiqə həkimi özün bilirsən şəhərlə bir hörməti də var, hamı da tanıyır, hamı da hörmət qoyur, hər yerə də əli girir. Mən Allaha and olsun ki, onu bir təhər saxlamışam ki, ərizə verməyək heç nə etməyək qoy özüm görüşüm. Əliyə də hər dəfə deyirdim ki, Əli məni Rübaillə görüşdür. -2.Biri var pulnan çıxasan həkimin qabağına, görüşməməyimin səbəbi bu idi, bir də var əli boş çıxım. -1.Ən azından ay Rübail adama görüşüb başa salmaq lazım idi. İndi işdi olub danışmaq lazımdır ki vəziyyət budur. Yəni bax 340000 (üç yüz qırx min) manatdan sonra, -2.Onların hamısını bilirəme, onları mənə demə -1.Yoxe mən bir dənə real alınan pulları deyim də, 44000 (qırx dörd min), bir də axrıncı aldığın 61000 (altmış bir min) var idi, Əli ilə getdik götürdük, Vüqara verməyə 500000 (beş yüz min) düzəlmirdi. -2. Hmm -1. Ümumi 607500 (altı yüz yeddi min beş yüz) manat qaldı. Əlavə verilən pullar sələm alınan adamlara verilibdə pulların üstündə. Birdə ondan sonra 15500 (on beş min beş yüz) ABŞ dolları vermisən evə -2.Yox ondan sonra yox -1.Cəmi 15500 (on beş min beş yüz) ABŞ dolları vermisən də evə özünə oda 25500 (iyirmi beş min beş yüz) manat edir. 582000 (beş yüz səksən iki min) manat həkimin evdən əlbə əl verdiyi real pullardı. Heç olmasa onun bir qismini verməlisən ki o pis vəziyyətdədir. Mənim evimdə bir manat pul yoxdur. Evimə bazarlığı atam eliyir. -2.Məndə də elədi, söhbət onnan getmir söhbət vəziyyətdən çıxmaqdan gedir. -1.Vəziyyətdən çıxmağında bir dənə yolunu deyim ki, Həkimin bu dəq 582000 (beş yüz səksən iki min) manat alacağı, var onun bir hissəsinicə verəsən bir qismini ver, danış, lap mən danışım, xahiş edim, möhlət ver nə deyirsən məndə edim ki, borcundan verək. Məni o vaxt deyir bağışlayaram ki, bilmirəm mən səni tanıyıram Əlini də sənə görə tanımışam, Rübaili də Əliyə görə tanımışam inanmışam ən çox da sənə məni deyir də yəni. -2.Hmm. -1.Məni tanıyıb mənə inanıbda həqiqi də həkim səni tanıyırdı? Əli tanıyırdı? -2.Yox. -1.Məndə dedim olara özüm qədər inanıram güvənirəm. Həyatı boyu olarda problem ola bilməz. -2.Ay sagol. -1.O uşaqlar elə uşaqlar deyil həyatı boyu problem ola bilməz. İndi belə olanda o ki hamının basqısı var ha gördün sən belə demişdin. İndi bax mən bu yükün altındayam nə yediyimi nə içdiyimi bilirəm boğuluram. -2.Sən dediyini başa düşdüme ay Asif ind,i bu dəqiqə hamımız o vəziyyətdəyik. Dediyin odu ki, indi heç olmasa 200000 (iki yüz min) verək, -1. 200000 (iki yüz min), 250000 (iki yüz əlli min) sələminicə verək, Həkim aldığı sələmi bağlayaq 150000 (bir yüz əlli min), 44000 (qırx dörd min), 61000 (Altmış min) qalanını da hissə hissə verək. Lazımdı lap məndə işləyim, ayda 3000, 5000 işləyim nə olsa verək. Əli ilə danışdım deyir sənnən danışıb real iş görmək istəyirsiz. Dedim Əli danış Rübaillə məndə gəlim işləyim işləyək verək Həkimin pulunu. -2.Sən razısan da işləməyə? -1.Hə mən razıyam bir şərtlə ki, həkimi sıxan o borcları verək adam sıfırda olsun. Həkim deyir mənim bir dənə o sələmlərimicə bağlayın mən özüm özümü ailəmi dolandıracam. Qazanmışdım bir də qazanıb dolandıracam ailəmi. -2.Ə yoxe hamısını qaydasına qoyacam. -1.Qalan pulu da ayda 2000,3000,5000 hissə hissə gətirin verin. Öz pulumu deyir 1 il, 2il, 3il gözləyirəm təki mənim sələmimi bağlayın. Bundan sonra onlar arasında söhbət davam edir və söhbət zamanı Rübail dəfələrlə müxtəlif bəhanələr gətirərək yalan vədlər verib həkimin (Şamilin) pulunu qısa müddət ərzində qaytaracağını bildirir. Zərərçəkmiş şəxs3lə Təqsirləndirilən şəxs1 arasında olan telefon danışıqları dinlənilərkən müəyyən edilir ki, onlar arasında yuxarıda göstərilən məzmunda söhbətlər aparılır və Asif Zərərçəkmiş şəxs1 çatası pulu geri istədikdə Rübail müxtəlif bəhanələr gətirərək pulu qayataracağına söz verir. Baxış zamanı iş üçün başqa əhəmiyyət kəsb edən hal aşkar edilmədi və Zərərçəkmiş şəxs3 təqdim etdiyi diskdən yazışmalar və fotoşəkillər çıxarılaraq protokola əlavə edildi. İş materiallarına əlavə edilmiş “Baxış keçirilməsi haqqında” 18 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işində olan səsyazmalara baxış keçirilmişdir. 005 nömrəli səsyazmaya baxış zamanı müəyyən edilir ki, həmin səsyazma Şahid1, Arif Mirzəyev, Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs3 və digərləri arasında söhbət zamanı olan səsyazmadır. Həmin səsyazmada sözügedən cinayət hadisəsi ilə bağlı söhbətlər aparılır və söhbət zamanı X33 İbrahimova “sən mənə gəlib deyirdin ki, kamaz gəlir gətir pul ver, mən də pulu sənə verirdim” sözlərini deyir. Təqsirləndirilən şəxs2 isə Arifin sözlərini təsdiq edərək “mənə deyirdi get al gətir ver, mən də gəlib sənə o cür deyib səndən pul alıb ona verirdim” sözlərini deyir. Bundan əlavə söhbət zamanı X33 İbrahimova ondan 150000 manat aldığını, Təqsirləndirilən şəxs2 isə ondan 100000 manat aldığını və həmin pulu Rübailə verib Rübailə bundan sonra Arifdən özünün pul almayacağını, lazımdırsa Rübail özü Arifdən pul alsın dediyini bildirir. Bundan əlavə söhbət zamanı Təqsirləndirilən şəxs2 başqa şəxslərdən də pul aldığını deyir. Bundan əlavə həmin söhbət zamanı Təqsirləndirilən şəxs2 Şahlar adlı şəxsdən də 130000 pul alıb Rübailə verdiyini, həmin pulun da onun boynunda qaldığını deyir. Bundan əlavə həmin söhbət zamanı Asif adlı şəxs bildirir ki, ondan pul alınmamışdan qabaq Təqsirləndirilən şəxs2 Asifə uşaqlıq dostu ilə birlikdə mal-qara alveri etdiklərini və yaxşı gəlir qazandıqlarını deyir və onu da həmin işlə məşğul olmağa dəvət etmiş, o, Təqsirləndirilən şəxs2 dostunun kim olduğunu soruşduqda Təqsirləndirilən şəxs2 ona dostunun etibarlı adam olduğunu və mal-qaranın gözü qarşısında alınıb-satıldığını, heç bir narahatçılığın olmadığını demişdir. Əli isə heç bir söz demir. Bundan sonra Asif Rübailin ona yalan vədlər verib pulu ondan və qaynatasından alması barədə, həmçinin özü Bakı şəhərində olarkən isə Rübailin iş barədə danışdıqlarını Əlidən soruşduqda Əlinin də Rübailin dediklərini təsdiq etməsi barədə danışır. Bundan əlavə həmin söhbət zamanı X28 İbrahimov söhbət edərkən Təqsirləndirilən şəxs2 Arif Mirzəyevə “səndən aldığım birinci 15000 manat pulla Rübaillə birlikdə getmişəm, almışam, gətirmişəm və bazara verib sənin pulunu gətirib vermişəm” sözlərini deyir. Bundan əlavə həmin söhbət zamanı Şahid1 Təqsirləndirilən şəxs2 Rübaillə birlikdə heyvan gətirib-gətirmədiyini soruşduqda Təqsirləndirilən şəxs2 Şahid1 3 dəfə 23, 25 baş olmaqla Xaçmazdan mal-qara gətirdiklərini bildirir. call_00-04-15_İN_**********-1 və call_00-40-07_OUT_**********-2 nömrəli səsyazmalara baxış zamanı müəyyən edildi ki, həmin səsyazmalar Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 arasında telefon danışığı zamanı aparılan səsyazmadır. Onlar məlum hadisə ilə bağlı ümumi sözlər danışdıqdan və zərərçəkmiş şəxslər onlardan şikayət etdikləri üçün həmin şəxsləri nalaiq söyülərlə söydükdən sonra Əli Asifə qarşı nalaiq ifadə işlədərək ona zəng etdiyini bildirir, Rübail isə Asifin nömrəsini bloka qoymasını, cavab verməməsini tapşırır. Əli isə Rübaillə razılaşır. call_13-00-44_İN_+**********66-3 nömrəli səsyazmaya baxış zamanı müəyyən edildi ki, həmin səsyazma Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 arasında telefon danışığı zamanı aparılan səsyazmadır. Onlar məlum hadisə ilə bağlı ümumi sözlər danışdıqdan sonra Rübail Tofiq və Arifin Əlidən də şikayət etdiyini bildirir və Əlidən Tofiq və Arifin yanına gedərək onları ləngitməsini, onlarla müqavilə bağlamaq haqqında danışıqlar aparmasını tapşırır. Əli isə müqaivlə bağlamaq üçün nəğd pul lazım olduğunu deyir. Daha sonra Əli həkimin (Şamilin) ona zəng etdiyini və Rübaillə görüşmək istədiyini, Əli olmasaydı Rübaili tanımayacağını, Əlidən də şikayət edəcəyini bildirir və Rübailə həkimlə danışmasını istəyir. nömrəsini Şamilə vermək istəmədiyini, Şamillə danışmaq istəmədiyini deyir. Əli isə Rübaildən Şamili razı salmasını istəyir. Daha sonra X12rla müqaviləyə razılaşıb-razılaşmadığını soruşur, Əli isə dəqiq bilmədiyini, həkimlə danışmaq lazım olduğunu deyir. Daha sonra onlar axşam vaxtı Şamillə və Mahirlə görüşmək barədə razılığa gəlirlər. call_15-56-55_OUT_**********-4 nömrəli səsyazmaya baxış zamanı müəyyən edildi ki, həmin səsyazma Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 arasında telefon danışığı zamanı aparılan səsyazmadır. X24 nə üçün onların qapısına gətirdiyini soruşur, Əli isə məcbur olduğunu, Şamili Rübailin evinə gətirərəkən Rübailin evdə olmamasını arzuladığını bildirir. Daha sonra Rübail Şamilin nə istədiyini Əlidən soruşur və “əgər mən tutulacamsa hamını aparacam özümlə” dediyi halda Təqsirləndirilən şəxs2 ona “onsuz da mən hər şeyi qəbullanmışam, sonu uzağı ölüm olar, cəhənnəmə olsun” sözlərini deyir. Bundan əlavə həmin zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 “mənim də səhvim olub, sənin də səhvin olub, öz səhvimiz olub, mən harda səhv eləmişəm, sən harda səhv eləmisən öz üstümüzdə olan şeylərdir” sözlərini deyir. Təqsirləndirilən şəxs2 isə qarşılığında heç bir söz demir. Daha sonra Rübail Şamilin ondan nə istədiyini soruşur, Əli isə Şamilin Rübaillə danışmaq istədiyini bildirir. Rübail isə Şamillə görüşməkdən yayınaraq Şamilin Əli vasitəsi ilə sözünü deməsini istəyir. call_16-01-18_OUT_+**********66-5 nömrəli səsyazmaya baxış zamanı müəyyən edildi ki, həmin səsyazma Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 arasında telefon danışığı zamanı aparılan səsyazmadır. Əli Şamillə telefonda danışdığını və Şamilin təkidlə Rübaillə görüşmək istədiyini deyir, Rübail isə Şamillə görüşmək istəmədiyini bildirir. Daha sonra Əli Şamilin evinə getdiyini və arvadı və özü ilə oturub söhbət etdiyini, onlara pis vəziyyətə düşdüklərini və yaxşı olmaq üçün əlindən gələni edəcəyini dediyini bildirir, həmçinin Rübailə Şamillə görüşmək lazım olduğunu təkidlə dedikdə Rübail Şamillə həmin günü axşam görüşməyə razı olduğunu bildirir. Bundan sonra isə Əli Rübailə “uşaq deyilsən, elə danış ki, sabah üzə çıxanda pis olmasın, tərsinə danış, olanını danış amma elə danış ki sabahsı günü pis olması” sözlərini deyir. Rübail isə Əli ilə razılaşır. call_16-16-49_OUT_**********-4 nömrəli səsyazmaya baxış zamanı müəyyən edildi ki, həmin səsyazma Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 arasında telefon danışığı zamanı aparılan səsyazmadır. Söhbət zamanı onlar məlum hadisə ilə bağlı pul aldıqları şəxsləri məxsərəyə qoyaraq ümumi söhbət etdikdən sonra Əli Şamilin ona zəng etdiyini və görüşmək istədiyini bildirir və həkimi də məxsərəyə qoymağa başlayırlar. Bundan sonra Əli Rübaildən, Vüqarla necə etdiyini soruşduqda Rübail Vüqarla və digərləri ilə axşam çörək yeyəcəyini bildirir. Əli isə Rübailə onlarla görüşərkən ehtiyatlı olmasını, danışığından, hərəkətindən ehtiyatlı olmasını deyir. Bundan sonra Əli, bayrama kimi Vüqarın pulunu verib-verməyəcəyini Rübaildən soruşduqda Rübail “özünü yaxşı aparsa verəcəm, belə ki, gərək mən maşın alanda paxıllıq etməsinlər” sözlərini deyir və daha sonra onları məxsərəyə qoymağa başlayır. Daha sonra Əli Rübailə “bu palajeniyadan çıxılsa var ha Rübail, her şey yaxşı olar, əvvəlkindən də yaxşı olar, bu palajeniyadan üzü ağ çıxmaq lazımdır, siyasətlə, ağılla hərəkət etmək lazımdır” sözlərini deyir. Təqsirləndirilən şəxs1 isə onun sözlərini təsdiq edir. Söhbət zamanı Rübail, Əlidən Vüqarın yaşadığı gəlini tanıdığını, həmin gəlinin universitetdə işlədiyini bildirib həmin şəxsin təxmini robotunu Əliyə verəcəyini deyib həmin şəxsin adını öyrənməsini istəyir. Əli isə bunun ona nə üçün lazım olduğunu soruşur, Rübail Vüqarı o yolla sakitləşdirdiyini, yəni, həmin şəxslə Vüqarın birlikdə yaşaması barədə Vüqarın ailəsinin xəbərinin olubolmadığını vuqardan soruşduğunu, Vüqarın isə ailəsinin həmin şəxsdən xəbərinin olmadığını, əgər Vüqar ondan şikayət edərsə özünün Vüqartın ailəsinə həmin şəxs barədə məlumat verəcəyini dediyini bildirir. Əli isə həmin şəxsin harada yaşaması və işləməsi barədə maraqlanmağa başlayır, Rübail isə həmin şəxsin “Sünbül”dən yuxarıda yaşadığını deyir. call_17-54-18_OUT_**********-7 nömrəli səsyazmaya baxış zamanı müəyyən edildi ki, həmin səsyazma Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 arasında telefon danışığı zamanı aparılan səsyazmadır. Onlar məlum hadisə ilə bağlı ümumi sözlər danışdıqdan sonra pul aldığı Vüqar adlı şəxsin ikinci xəttə ona zəng etdiyini bildirərək Vüqarı məxsərəyə qoyur. Daha sonra Rübail Əliyə bayrama iki ədəd maşın almağı təklif edir, Əli həmin maşınları nə ilə alacağını Rübaildən soruşduqda Rübail regionu dəyişmək lazım olduğunu bildirir və birlikdə gülməyə başlayırlar. Daha sonra X25 danışıbdanışmadığını soruşur, Rübail isə Azərlə danışmadığını bildirir, daha sonra Əli Azərin yoxa çıxdığını dedikdə Rübail Azərin kök erkəyin quyruğu olduğunu bildirir. Onlar bir qədər söhbət etdikdən sonra Əli Abbas adlı şəxsin ona səsyazma göstərdiyini, həmin səsyazmada özünü Abbasa “ver mənlikdir” sözünü dediyini bildirir, Rübail Əlidən boş verməsini istədikdə Əli Abbasın işləyib pulunu ödəyəcəyini bildirir. Daha sonra Rübail Əlidən həmin şəxsləri şantaj edərək sakitləşdirməsini istəyir. Söhbət zamanı X29 nə üçün çıxardın, gərək bir az onun pulunu alardıq sözlərini dedikdə Rübail “əslində başı kəsiləsi oğraş o idi” sözlərini deyir, Əli də cavab olaraq “bax mən ona yanıram” sözlərini deyir. Bir qədər Azərdən danışdıqdan sonra Rübail “nə deyirsən, deyirsən ki, indi Azəri də göndərək getsin” sualını verir, Əli isə “necə yəni?” soruşduqda Rübail “Vüqar kimi quyruğu qırxılsın gəlsin” sözlərini deyib gülməyə başlayır. (Əli ilə Rübailin əlbirliyini əks etdirir). Əli isə “məni yandıran odur” sözlərini deyir. Onlar Azər və oğlu ilə bağlı bir qədər söhbət etdikdən sonra Rübail “bizim əlimizə çətini pul gələnə kimidir, 150-200 min olsa on günə fırlayıb 2 milyonu keçirdərdik” sözlərini deyib gülür. Daha sonra Əli Rübaildən “camaata nəsə edə biləcəyik?” sözünü soruşur və “öz pulları cəhənnəm, camaatın sələm hissəsi var, onlar şey olsa camaat dincələr, rahatlaşar” sözlərini deyir, Rübail isə həll edəcəyini deyir və yenə də pul aldığı şəxsləri məxsərəyə qoyur. Bir qədər onlar Azər barədə danışdıqdan sonra, Azərə necə ziyan vurmaq istəmələri barədə danışdıqdan sonra Əli “Azərə edə bilmədiyimiz üçün yanıram” deyir, Rübail isə “narahat olma, bir təzə kadr tapıb üstünə salarıq” sözlərini deyir və hər ikisi gülüşməyə başlayırlar. Rübail və Əli telefonda danışarkən ikinci xəttə Vüqar Rübailə zəng edir və Rübail Vüqarı məxsərəyə qoyaraq Vüqara cavab verəcəyini bildirib Əlini də həmin danışığa qulaq asması üçün qoşacağını bildirir, lakin Əliyə danışmamasını tapşırır və Rübail Vüqarın telefonuna cavab verərək Vüqarla danışmağa başlayır. Vüqar Rübaildən pulunu nə vaxt qaytaracağını soruşduqda Rübail yalan vədlər verərək pulu qısa müddət ərzində qaytaracağını deyib Vüqarı sakitləşdirir. Rübail Vüqarla danışığı yekunlaşdırdıqdan sonra yenidən Əli ilə danışığı davam etdirir və Vüqara yalan danışdığı üçün və Vüqarı o cür formada danışıb sakitləşdirdiyi üçün gülüşməyə başlayırlar və Vüqarı məxsərəyə qoyurlar. Daha sonra isə Əli təklif edir ki, həkimi (Şamili) də Vüqar kimi etsin və həkimin də xasiyyəti yaxşıdır, oda sakitləşər. Rübail isə deyir ki, “onu da edərik”. Əli və Rübail bir qədər söhbət etdikdən sonra Rübail “Asifin o rojası yadımdan çıxmır, adama ləzət edir” sözlərini deyir, Əli isə “Asif bilirsən necə adamdır, zəif admdır eeee, zəif, elə bil sınmış adamdır.” Rübail isə onun dediklərin təsdiq. Daha sonra onlar Asif və Şamil barəsində ümumi söhbətlər edərkən Rübail Əliyə “sən ondan (Asifdən) soruşursanmı, biz o pulu (Şamilin pulunu) qaytarırdıx, niyə götürmədin?” sualını verir, Əli isə “onusuz da özü deyir ki, kül mənim başıma gərək götürəydim” sözlərini, ardınca “lap pul olmasaydısa belə sən (Asif və ya Şamil) pulu istəsəydin Rübail gedib hartdan olur-olsun tapıb gətirəcəkdir və pulu v erəcəkdir” sözlərini deyir. Rübail isə cavabında “pulu nəğd olaraq aparmışdım, götürmədi” deyir, Əli isə heç bir münasibət bildirmir. Bu isə onu deməyə əsas verir ki, Rübail Asif və Şamili özünə inandırmaq üçün və onları sakitləşdirmək üçün bir çoxlarına dediyi kimi onlara da pullarını geri qaytarmağı sözdə təklif etmiş, lakin nəğd olaraq onlara pul göstərməmişdir. Daha sonra X6 nə istədiyini soruşur, Əli isə Şamilin onun səsini eşitmək istədiyini bildirir, Rübail isə “bayramdan sonra onunla gülə-gülə danışaram, apararam dağlara” sözlərini deyir, Əli isə “desən ki, vəziyyət düzələcək, imkan var, qaydasına qoyacam onda hamısı sakitləşər” deyir. Onlar bir qədər söhbət etdikdən sonra Rübail “ölkə xaricinə çıxıram artıq” sözlərini deyir, Əli isə “niyə?” sualını verdikdə Rübail “yəni təzə mənbələr, təzə işgüzar oğlanlar” deyərək gülür və onlar bir qədər söhbət etdikdən sonra Rübail “aliqarx həyat söndü” sözlərini deyir, Əli isə onunla razılaşır və “itirdiyimiz etibarı geri qaytaramaq lazımdır” sözlərini deyir, Rübail isə “etibarı geri qaytarmaq asan məsələdir və qaytaracağıq” cavabını verir. call_19-54-17_OUT_ nömrəli səsyazmaya baxış zamanı müəyyən edildi ki, həmin səsyazma Təqsirləndirilən şəxs1la Şahid2 arasında aparılır və Vüqar borca və faizə pul alaraq Rübailə verdiyi şəxslərin onu sıxdıqlarını, pulunu geri tələb etdiklərini bildirərək Rübaildən pulunu nə vaxt qaytaracağını soruşur, Rübail isə müxtəlif bəhanələr gətirərək tezliklə onun pulunu qaytaracağına söz verir. call_23-57-22_OUT_**********-8 nömrəli səsyazmaya baxış zamanı müəyyən edildi ki, həmin səsyazma Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 arasında telefon danışığı zamanı aparılan səsyazmadır. Onlar məlum hadisə ilə bağlı ümumi sözlər danışdıqdan sonra Əli Rübaildən “bayramdan sonra nəyə ümüdün var?” deyə soruşur, Rübail isə telefonda danışmayaq, qardaşlar dinləyb edərlər, sonra da deyərlər ki, gətir görək, gəl WhatsApp-da danışaq” sözlərini deyir. Lakin yenidən telefonda danışığı davam etdirirlər. Söhbət zamanı Əli “bu Şəmil də ibnə-ibnə suallar verir, səninlə görüşübgörüşmədiyimi soruşur, mən də ona səhv etdiyimi deyirəm. Şamil çox şeyi bilir, telefon danışıqlarımızı bilir” deyir. Rübail isə Şamilin nəyi bildiyini soruşur. Əli isə yenidən onunla telefon danışıqlarını bildiyini deyir. X30 məxsərəyə qoyur. Bir qədər sonra Əli Rübailə özünün başqa istiqamətdə elm, təhsil aldığını, onun isə başqa istiqamətdə, siyəsət və ya tamam fərqli istiqamətdə inkişaf etdiyini, Amerikadan bəri oxuyub gəlmiş gədəni (Asifi) əlində oynatdığını, yalandan aparıb özünə ferma şəkilləri çəkdirdiyini bildirir, Rübail isə gülərək lağ mənasında “mən ona yalan danışdım?” sualını verir, Əli isə susur və daha sonra “sən 3 dil bilən adamı əlində oynadıbsan, aparıb ferma şəkili çəkdirmisən” sözlərini deyir, Rübail isə “çəkdirməmişəm, özü çəkib ki, gedəndə qaynatama göstərim və qoy mənə inansın, yəni Asifə, mən də özüm-özlüyümdə fikirləşdim ki, bu tam olaraq sənətə (dələduzluğu nəzərdə tutur) oturub, amma sonra gördüm ki, uşaqdı bu, əlifbanın baş hərifini a, b, c öyrənib çıxıb getdi” sözlərini deyir. Daha sonra X32 yalan vədlər verməsini tapşırır ki, Asif ürəklənsin, həmçinin bildirir ki, Asif onun yaxınlığına düşə bilməz, əks halda Asifin nəslinin başı meşokda gedər. Əli də onunla razılaşır. Daha sonra Əli “yazıqları məhv etdik, Asif pis oğlan deyildi axı” sözlərini deyir. Rübail də Əlinin həmin sözlərini təsdiq edir. Baxış zamanı iş üçün başqa əhəmiyyət kəsb edən hal aşkar edilmədi və bu barədə protokol tərtib edildi. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 Gəncə şəhər BPİ-nə ərizə ilə müraciət edərək cinayət işinin materiallarına əlavə edilməsi üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 deməsi ilə onlara və ayrı-ayrı şəxslərə göndərdiyi pulların qəbzlərinin bir hissəsinin fotoşəkillərini təqdim etmişdir. Zərərçəkmiş şəxs3 təqdim etdiyi həmin sənədlərə baxış zamanı "xxxx" ASC-dən “EXPRESS” köçürmə vasitəsi ilə xx.xx.2018-ci il tarixdə Şahid5h oğluna 6300 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə X7 16000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə X13 5700 ABŞ dolları, “XƏZRİ” köçürmə vasitəsi ilə xx.xx.2019-cu ilin yanvar ayında 14000 ABŞ dolları, "xxxx" ASC-dən “EXPRESS” köçürmə vasitəsi ilə xx.xx.2019-cu il tarixdə Şahid4 12800 manat, xx.xx.2019-cu il tarixdə Şahid4 1600 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə Şahid4 5000 ABŞ dolları pul göndərilməsi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 24 noyabr 2020-ci il tarixli “şübhəli şəxsin tutulması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(044)-151/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli tutulduğu gündən, yəni 24 noyabr 2020-ci il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş 28 yanvar 2021-ci il tarixli “şübhəli şəxsin tutulması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli «təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilmiş və saxlandığı Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus hər hansı bank hesabı aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(100)-20/2021 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 8 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı müddət çıxılmaqla qəti olaraq 07 (yeddi) il 07 (yeddi) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmış, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-262/2021 saylı cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı müddət çıxılmaqla qəti olaraq 05 (beş) il 02 (iki) ay 09 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclası zalından həbs olunmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(104)-85/2022 saylı qərarından görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin «20» oktyabr 2021-ci il tarixli, 1(100)-20/2021 nömrəli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs1 irəli sürülmüş ümumi ittihamdan zərərçəkmiş şəxs X8 qarşı dələduzluq etməsinə dair ittiham xaric edilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 07 (yeddi) ilə endirilmiş və onun üzərində qəti olaraq 06 (altı) il 7 (yeddi) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti həmin maddəyə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə 04 (dörd) il müddətinə endirilmiş, və onun üzərində qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay 9 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət və 29 avqust 2019-cu il tarixdən 07 yanvar 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 04 (dörd) ay 11 (on bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş əsas cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 06 (altı) il 7 (yeddi) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 06 (altı) il 7 (yeddi) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası, Təqsirləndirilən şəxs2 qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay 9 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə BMCMİ-nə daxil olmuş müraciətində Zərərçəkmiş şəxs1 tərəfindən pulunun ələ keçirildiyini və hədəqorxuya məruz qaldığını bildirmişdir. Araşdırma zamanı Təqsirləndirilən şəxs1 müraciətində hədə-qorxuya məruz qalması ilə bağlı göstərdikləri təsdiqini tapmamış, pul tələbi ilə bağlı tərəflər arasında yaranmış mübahisənin mülki xarakterli olmaqla məhkəmə orqanlarında baxılmalı olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs1 ilə arasında olan pul alış-verişindən Təqsirləndirilən şəxs2 heç bir vaxt xəbəri olmayıb, ona qarşı heç bir dələduzluq etməmişdir. Odur ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli iddia haqqında ərizədən görünür ki, mülki iddiaçılar Zərərçəkmiş şəxs1 məxsus 550.000 (beş yüz əlli min) manat pulun, Zərərçəkmiş şəxs3 məxsus 46.500 (qırx altı min beş yüz) manat pulun mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qayda da alınıb mülki iddiaçılara ödənilməsini, mülki cavabdehlərin hərəkətləri nəticəsində mülki iddaçılara dəymiş 20000 ( hər bir iddiaçıya on min manat olmaqla) manat mənəvi ziyanın mülki cavabdehlərdən müştərək qaydada tutulub mülki iddiaçılara ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayətçidir, ona dəymiş maddi zərər, yəni 46.500 manat məbləğində pulun ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı təqsirlədirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittihamlarla özlərini təqsirli bilməyərək ittihamda göstərilən şəxslərə qarşı dələduzluq əməllərini törətmədiklərini bildirmişlər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdikləri həmin ifadələrinə tənqidi yanaşaraq həmin ifadələri işin faktiki hallarına uyğun olmayan, uydurma, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edir. Məhkəmə onların təqsirinin zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri, üzləşdirmədə dindirmə protokolları və digər iş materialları ilə öz təsdiqini tapdığını hesab edir. Belə ki, iş materiallarında olan Təqsirləndirilən şəxs1 digər cinayət işi üzrə təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadəsindən müəyyən olunur ki, Gəncə şəhər prokurorluğuna ünvanladığı ərizəsində Təqsirləndirilən şəxs2 ilə birlikdə şərikli işləmələri, ona verilmiş ittiham üzrə göstərilən pulların təxminən yarısını Əli ilə birlikdə borclarına vermələri, aldığı pulların hamısından Əlinin məlumatının olması barədə göstərdiyini bir daha təsdiq etmişdi. Təqsirləndirilən şəxs2 izahatında isə onun da Əlini aldatması barədə göstərdikləri yalandır. Onların bütün işləri bir yerdə olmuş və onun bütün hərəkətlərindən Əlinin xəbəri olmuşdur. Əli özü camaata yalan danışıb camaatı onlara pul verməkdə inandırmışdı. Əgər o, Əlini aldatmış olsaydı Əlinin aldığı Mercedes, Land Cruizer, Opel, BMW X6 markalı avtomobillərinə görə müvafiq olaraq 8800, 25000, 9000 manat və 23000 ABŞ dolları məbləğində pulları şəxsən o, özü verməzdim. Əli ümumi puldan 40000 manat məbləğində pul götürərək bank vasitəsi ilə öz adından və digər şəxslərin adından Türkiyədə yaşayan qardaşı X2, həmçin Turalın deməsi ilə Bolqarıstanda yaşayan hansısa bir qadına göndərmişdir. Əli həmin pulları onun adından, qonşuları Elvin və Səbuhi, özünün institut tələbələri adından və digər tanımadığı şəxlərin adından göndərmişdir. Çünki banklar bir nəfərin adından 1000 ABŞ dollarından artıq pul göndərmirdi. Əlinin dediyinə görə o həmin pulları həmin qıza göndərirdi ki, guya həmin qız Bolqarıstanda olan torpaqlarını satmışdır və pulu Tural üçün Azərbaycana göndərmişdir. Həmin pul sığorta hissəsi ödənilmədiyindən neytral zonada qalmışdır və həmin pulun sığorta hissəsi ödəniləcəkdir. Sonradan isə Əli qardaşının onu aldatdığını bildirmişdir. O isə, bu barədə sinif yoldaşı olduqları üçün Əliyə heç bir söz deməmişdir. Bundan əlavə Əli camaatdan aldıqları ümumi puldan götürərək 22000 manat Gəncə şəhəri Gülüstan qəsəbəsi ərazisindən makler Sərvaz vasitəsi ilə torpaq almışdır və içərisində isə ümumi puldan təxminən 50.000 manat götürərək özünə ev tikdirmişdir. Əli ondan şikayət olunduğunu görüb öz əməllərini gizlətmək üçün onun da Əlini aldatdığını demişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş 15 sentyabr 2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilmiş diskə baxış zamanı müəyyən edilmişdir ki, 2019-cu ilin iyun ayında Asif Rübailə heyvanlar barədə ona yalan danışdığını, Eldarla görüşəndə isə Eldarın onlara heyvan və ferma tanımadığını deməsini, onu və həkimi (Şamili) borca saldığıni, pis vəziyyətə qoyduğunu bildirir. Rübail isə yenə də yalan vədlər verərək iş görməsi və pulu qaytarması üçün imkan verməsini istəyir, sentyabrda həll edəcəyini, həkimin qarşısına yaxşı mənada çıxacağını və onun hərəkətindən həkimin şoka düşəcəyini bildirir. Digər səs yazısından müəyyən olunur ki, Asif nə üçün onu yalandan Eldarın üstünə göndərdiyini soruşur, Rübail isə gülə-gülə fikir verməməsini istəyir, daha sonra may ayının axrına qədər həkimə 44000 və 60000 verəcəyinə vədlər verir. Söhbət zamanı Rübail “mən söz verdiyim vaxta milyard faiz 300000 (üç yüz min) verəcəm”, “mayın axrına qədər balalarımın canı həll edəcəm” sözlərini deyir. Daha sonra Asif həkimin axrıncı götürdüyü 44000 və 61000 manat pula görə hgər ay faiz ödədiyini, digər aldığı pulların faizini dayandırdığını bildirir, Rübail isə yenə də vədlər verərək sentyabr ayınba qədər 105000 verəcəyini, sentyabrdan sonra qalanını həll edəcəyini. Həmin səsyazmada söhbət göstərilən məzmunda davam edir və Rübail vədlər verərək həkimin pulunu qaytaracağını bildirir. Zərərçəkmiş şəxs3lə Təqsirləndirilən şəxs1 arasında olan telefon danışıqları dinlənilərkən müəyyən edilir ki, onlar arasında yuxarıda göstərilən məzmunda söhbətlər aparılır və Asif Zərərçəkmiş şəxs1 çatası pulu geri istədikdə Rübail müxtəlif bəhanələr gətirərək pulu qayataracağına söz verir. Bundan başqa iş materiallarında olan səsyazmalara baxış keçirilərkən müəyyən edilmişdir : 005 nömrəli səsyazmaya baxış zamanı müəyyən edilir ki, həmin səsyazma Şahid1, Arif Mirzəyev, Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs3 və digərləri arasında söhbət zamanı olan səsyazmadır. Həmin söhbət zamanı Asif adlı şəxs bildirir ki, ondan pul alınmamışdan qabaq Təqsirləndirilən şəxs2 Asifə uşaqlıq dostu ilə birlikdə mal-qara alveri etdiklərini və yaxşı gəlir qazandıqlarını deyir və onu da həmin işlə məşğul olmağa dəvət etmiş, o, Təqsirləndirilən şəxs2 dostunun kim olduğunu soruşduqda Təqsirləndirilən şəxs2 ona dostunun etibarlı adam olduğunu və mal-qaranın gözü qarşısında alınıb-satıldığını, heç bir narahatçılığın olmadığını demişdir. Əli isə heç bir söz demir. Bundan sonra Asif Rübailin ona yalan vədlər verib pulu ondan və qaynatasından alması barədə, həmçinin özü Bakı şəhərində olarkən isə Rübailin iş barədə danışdıqlarını Əlidən soruşduqda Əlinin də Rübailin dediklərini təsdiq etməsi barədə danışır. Bundan əlavə həmin söhbət zamanı X28 İbrahimov söhbət edərkən Təqsirləndirilən şəxs2 Arif Mirzəyevə “səndən aldığım birinci 15000 manat pulla Rübaillə birlikdə getmişəm, almışam, gətirmişəm və bazara verib sənin pulunu gətirib vermişəm” sözlərini deyir. Bundan əlavə həmin söhbət zamanı Şahid1 Təqsirləndirilən şəxs2 Rübaillə birlikdə heyvan gətirib-gətirmədiyini soruşduqda Təqsirləndirilən şəxs2 Şahid1 3 dəfə 23, 25 baş olmaqla Xaçmazdan mal-qara gətirdiklərini bildirir. Digər səs yazısı Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 arasında telefon danışığı zamanı aparılan səsyazmadır. Onlar məlum hadisə ilə bağlı ümumi sözlər danışdıqdan və zərərçəkmiş şəxslər onlardan şikayət etdikləri üçün həmin şəxsləri nalaiq söyülərlə söydükdən sonra Əli Asifə qarşı nalaiq ifadə işlədərək ona zəng etdiyini bildirir, Rübail isə Asifin nömrəsini bloka qoymasını, cavab verməməsini tapşırır. Əli isə Rübaillə razılaşır. Növbəti səsyazma Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 arasında telefon danışığı zamanı aparılan səsyazmadır. Onlar məlum hadisə ilə bağlı ümumi sözlər danışdıqdan sonra Rübail Tofiq və Arifin Əlidən də şikayət etdiyini bildirir və Əlidən Tofiq və Arifin yanına gedərək onları ləngitməsini, onlarla müqavilə bağlamaq haqqında danışıqlar aparmasını tapşırır. Əli isə müqaivlə bağlamaq üçün nəğd pul lazım olduğunu deyir. Daha sonra Əli həkimin (Şamilin) ona zəng etdiyini və Rübaillə görüşmək istədiyini, Əli olmasaydı Rübaili tanımayacağını, Əlidən də şikayət edəcəyini bildirir və Rübailə həkimlə danışmasını istəyir. nömrəsini Şamilə vermək istəmədiyini, Şamillə danışmaq istəmədiyini deyir. Əli isə Rübaildən Şamili razı salmasını istəyir. Daha sonra X12rla müqaviləyə razılaşıb-razılaşmadığını soruşur, Əli isə dəqiq bilmədiyini, həkimlə danışmaq lazım olduğunu deyir. Daha sonra onlar axşam vaxtı Şamillə və Mahirlə görüşmək barədə razılığa gəlirlər. Digər səs yazısında isə Rübail Şamilin nə istədiyini Əlidən soruşur və “əgər mən tutulacamsa hamını aparacam özümlə” dediyi halda Təqsirləndirilən şəxs2 ona “onsuz da mən hər şeyi qəbullanmışam, sonu uzağı ölüm olar, cəhənnəmə olsun” sözlərini deyir. Bundan əlavə həmin zaman Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 “mənim də səhvim olub, sənin də səhvin olub, öz səhvimiz olub, mən harda səhv eləmişəm, sən harda səhv eləmisən öz üstümüzdə olan şeylərdir” sözlərini deyir. Təqsirləndirilən şəxs2 isə qarşılığında heç bir söz demir. Daha sonra Rübail Şamilin ondan nə istədiyini soruşur, Əli isə Şamilin Rübaillə danışmaq istədiyini bildirir. Rübail isə Şamillə görüşməkdən yayınaraq Şamilin Əli vasitəsi ilə sözünü deməsini istəyir. Növbəti səsyazma Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 arasında telefon danışığı zamanı aparılan səsyazmadır. Əli Şamillə telefonda danışdığını və Şamilin təkidlə Rübaillə görüşmək istədiyini deyir, Rübail isə Şamillə görüşmək istəmədiyini bildirir. Daha sonra Əli Şamilin evinə getdiyini və arvadı və özü ilə oturub söhbət etdiyini, onlara pis vəziyyətə düşdüklərini və yaxşı olmaq üçün əlindən gələni edəcəyini dediyini bildirir, həmçinin Rübailə Şamillə görüşmək lazım olduğunu təkidlə dedikdə Rübail Şamillə həmin günü axşam görüşməyə razı olduğunu bildirir. Bundan sonra isə Əli Rübailə “uşaq deyilsən, elə danış ki, sabah üzə çıxanda pis olmasın, tərsinə danış, olanını danış amma elə danış ki sabahsı günü pis olmasın” sözlərini deyir. Rübail isə Əli ilə razılaşır. Digər səsyazma Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 arasında telefon danışığı zamanı aparılan səsyazmadır. Söhbət zamanı onlar məlum hadisə ilə bağlı pul aldıqları şəxsləri məxsərəyə qoyaraq ümumi söhbət etdikdən sonra Əli Şamilin ona zəng etdiyini və görüşmək istədiyini bildirir və həkimi də məxsərəyə qoymağa başlayırlar. Bundan sonra Əli Rübaildən, Vüqarla necə etdiyini soruşduqda Rübail Vüqarla və digərləri ilə axşam çörək yeyəcəyini bildirir. Əli isə Rübailə onlarla görüşərkən ehtiyatlı olmasını, danışığından, hərəkətindən ehtiyatlı olmasını deyir. Bundan sonra Əli, bayrama kimi Vüqarın pulunu verib-verməyəcəyini Rübaildən soruşduqda Rübail “özünü yaxşı aparsa verəcəm, belə ki, gərək mən maşın alanda paxıllıq etməsinlər” sözlərini deyir və daha sonra onları məxsərəyə qoymağa başlayır. Daha sonra Əli Rübailə “bu palajeniyadan çıxılsa var ha Rübail, her şey yaxşı olar, əvvəlkindən də yaxşı olar, bu palajeniyadan üzü ağ çıxmaq lazımdır, siyasətlə, ağılla hərəkət etmək lazımdır” sözlərini deyir. Təqsirləndirilən şəxs1 isə onun sözlərini təsdiq edir. Söhbət zamanı Rübail, Əlidən Vüqarın yaşadığı gəlini tanıdığını, həmin gəlinin universitetdə işlədiyini bildirib həmin şəxsin təxmini robotunu Əliyə verəcəyini deyib həmin şəxsin adını öyrənməsini istəyir. Əli isə bunun ona nə üçün lazım olduğunu soruşur, Rübail Vüqarı o yolla sakitləşdirdiyini, yəni, həmin şəxslə Vüqarın birlikdə yaşaması barədə Vüqarın ailəsinin xəbərinin olubolmadığını vuqardan soruşduğunu, Vüqarın isə ailəsinin həmin şəxsdən xəbərinin olmadığını, əgər Vüqar ondan şikayət edərsə özünün Vüqarın ailəsinə həmin şəxs barədə məlumat verəcəyini dediyini bildirir. Əli isə həmin şəxsin harada yaşaması və işləməsi barədə maraqlanmağa başlayır, Rübail isə həmin şəxsin “Sünbül”dən yuxarıda yaşadığını deyir. Digər səsyazmadan isə Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 arasında telefon danışığı zamanı aparılan səsyazmadır. Onlar məlum hadisə ilə bağlı ümumi sözlər danışdıqdan sonra pul aldığı Vüqar adlı şəxsin ikinci xəttə ona zəng etdiyini bildirərək Vüqarı məxsərəyə qoyur. Daha sonra Rübail Əliyə bayrama iki ədəd maşın almağı təklif edir, Əli həmin maşınları nə ilə alacağını Rübaildən soruşduqda Rübail regionu dəyişmək lazım olduğunu bildirir və birlikdə gülməyə başlayırlar. Daha sonra X25 danışıbdanışmadığını soruşur, Rübail isə Azərlə danışmadığını bildirir, daha sonra Əli Azərin yoxa çıxdığını dedikdə Rübail Azərin kök erkəyin quyruğu olduğunu bildirir. Onlar bir qədər söhbət etdikdən sonra Əli Abbas adlı şəxsin ona səsyazma göstərdiyini, həmin səsyazmada özünü Abbasa “ver mənlikdir” sözünü dediyini bildirir, Rübail Əlidən boş verməsini istədikdə Əli Abbasın işləyib pulunu ödəyəcəyini bildirir. Daha sonra Rübail Əlidən həmin şəxsləri şantaj edərək sakitləşdirməsini istəyir. Söhbət zamanı X29 nə üçün çıxardın, gərək bir az onun pulunu alardıq sözlərini dedikdə Rübail “əslində başı kəsiləsi oğraş o idi” sözlərini deyir, Əli də cavab olaraq “bax mən ona yanıram” sözlərini deyir. Bir qədər Azərdən danışdıqdan sonra Rübail “nə deyirsən, deyirsən ki, indi Azəri də göndərək getsin” sualını verir, Əli isə “necə yəni?” soruşduqda Rübail “Vüqar kimi quyruğu qırxılsın gəlsin” sözlərini deyib gülməyə başlayır. (Əli ilə Rübailin əlbirliyini əks etdirir). Əli isə “məni yandıran odur” sözlərini deyir. Onlar Azər və oğlu ilə bağlı bir qədər söhbət etdikdən sonra Rübail “bizim əlimizə çətini pul gələnə kimidir, 150-200 min olsa on günə fırlayıb 2 milyonu keçirdərdik” sözlərini deyib gülür. Daha sonra Əli Rübaildən “camaata nəsə edə biləcəyik?” sözünü soruşur və “öz pulları cəhənnəm, camaatın sələm hissəsi var, onlar şey olsa camaat dincələr, rahatlaşar” sözlərini deyir, Rübail isə həll edəcəyini deyir və yenə də pul aldığı şəxsləri məxsərəyə qoyur. Bir qədər onlar Azər barədə danışdıqdan sonra, Azərə necə ziyan vurmaq istəmələri barədə danışdıqdan sonra Əli “Azərə edə bilmədiyimiz üçün yanıram” deyir, Rübail isə “narahat olma, bir təzə kadr tapıb üstünə salarıq” sözlərini deyir və hər ikisi gülüşməyə başlayırlar. Rübail və Əli telefonda danışarkən ikinci xəttə Vüqar Rübailə zəng edir və Rübail Vüqarı məxsərəyə qoyaraq Vüqara cavab verəcəyini bildirib Əlini də həmin danışığa qulaq asması üçün qoşacağını bildirir, lakin Əliyə danışmamasını tapşırır və Rübail Vüqarın telefonuna cavab verərək Vüqarla danışmağa başlayır. Vüqar Rübaildən pulunu nə vaxt qaytaracağını soruşduqda Rübail yalan vədlər verərək pulu qısa müddət ərzində qaytaracağını deyib Vüqarı sakitləşdirir. Rübail Vüqarla danışığı yekunlaşdırdıqdan sonra yenidən Əli ilə danışığı davam etdirir və Vüqara yalan danışdığı üçün və Vüqarı o cür formada danışıb sakitləşdirdiyi üçün gülüşməyə başlayırlar və Vüqarı məxsərəyə qoyurlar. Daha sonra isə Əli təklif edir ki, həkimi (Şamili) də Vüqar kimi etsin və həkimin də xasiyyəti yaxşıdır, oda sakitləşər. Rübail isə deyir ki, “onu da edərik”. Əli və Rübail bir qədər söhbət etdikdən sonra Rübail “Asifin o rojası yadımdan çıxmır, adama ləzət edir” sözlərini deyir, Əli isə “Asif bilirsən necə adamdır, zəif admdır eeee, zəif, elə bil sınmış adamdır.” Rübail isə onun dediklərin təsdiq edir. Daha sonra onlar Asif və Şamil barəsində ümumi söhbətlər edərkən Rübail Əliyə “sən ondan (Asifdən) soruşursanmı, biz o pulu (Şamilin pulunu) qaytarırdıx, niyə götürmədin?” sualını verir, Əli isə “onusuz da özü deyir ki, kül mənim başıma gərək götürəydim” sözlərini, ardınca “lap pul olmasaydısa belə sən (Asif və ya Şamil) pulu istəsəydin Rübail gedib hardan olur-olsun tapıb gətirəcəkdi və pulu verəcəkdir” sözlərini deyir. Rübail isə cavabında “pulu nəğd olaraq aparmışdım, götürmədi” deyir, Əli isə heç bir münasibət bildirmir. Bu isə onu deməyə əsas verir ki, Rübail Asif və Şamili özünə inandırmaq üçün və onları sakitləşdirmək üçün bir çoxlarına dediyi kimi onlara da pullarını geri qaytarmağı sözdə təklif etmiş, lakin nəğd olaraq onlara pul göstərməmişdir. Daha sonra X6 nə istədiyini soruşur, Əli isə Şamilin onun səsini eşitmək istədiyini bildirir, Rübail isə “bayramdan sonra onunla gülə-gülə danışaram, apararam dağlara” sözlərini deyir, Əli isə “desən ki, vəziyyət düzələcək, imkan var, qaydasına qoyacam onda hamısı sakitləşər” deyir. Onlar bir qədər söhbət etdikdən sonra Rübail “ölkə xaricinə çıxıram artıq” sözlərini deyir, Əli isə “niyə?” sualını verdikdə Rübail “yəni təzə mənbələr, təzə işgüzar oğlanlar” deyərək gülür və onlar bir qədər söhbət etdikdən sonra Rübail “aliqarx həyat söndü” sözlərini deyir, Əli isə onunla razılaşır və “itirdiyimiz etibarı geri qaytaramaq lazımdır” sözlərini deyir, Rübail isə “etibarı geri qaytarmaq asan məsələdir və qaytaracağıq” cavabını verir. Növbəti səsyazma Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 arasında telefon danışığı zamanı aparılan səsyazmadır. Onlar məlum hadisə ilə bağlı ümumi sözlər danışdıqdan sonra Əli Rübaildən “bayramdan sonra nəyə ümüdün var?” deyə soruşur, Rübail isə telefonda danışmayaq, qardaşlar dinləyb edərlər, sonra da deyərlər ki, gətir görək, gəl WhatsApp-da danışaq” sözlərini deyir. Lakin yenidən telefonda danışığı davam etdirirlər. Söhbət zamanı Əli “bu Şəmil də ibnə-ibnə suallar verir, səninlə görüşübgörüşmədiyimi soruşur, mən də ona səhv etdiyimi deyirəm. Şamil çox şeyi bilir, telefon danışıqlarımızı bilir” deyir. Rübail isə Şamilin nəyi bildiyini soruşur. Əli isə yenidən onunla telefon danışıqlarını bildiyini deyir. X30 məxsərəyə qoyur. Bir qədər sonra Əli Rübailə özünün başqa istiqamətdə elm, təhsil aldığını, onun isə başqa istiqamətdə, siyasət və ya tamam fərqli istiqamətdə inkişaf etdiyini, Amerikadan bəri oxuyub gəlmiş gədəni (Asifi) əlində oynatdığını, yalandan aparıb özünə ferma şəkilləri çəkdirdiyini bildirir, Rübail isə gülərək lağ mənasında “mən ona yalan danışdım?” sualını verir, Əli isə susur və daha sonra “sən 3 dil bilən adamı əlində oynadıbsan, aparıb ferma şəkili çəkdirmisən” sözlərini deyir, Rübail isə “çəkdirməmişəm, özü çəkib ki, gedəndə qaynatama göstərim və qoy mənə inansın, yəni Asifə, mən də özüm-özlüyümdə fikirləşdim ki, bu tam olaraq sənətə (dələduzluğu nəzərdə tutur) oturub, amma sonra gördüm ki, uşaqdı bu, əlifbanın baş hərifini a, b, c öyrənib çıxıb getdi” sözlərini deyir. Daha sonra X32 yalan vədlər verməsini tapşırır ki, Asif ürəklənsin, həmçinin bildirir ki, Asif onun yaxınlığına düşə bilməz, əks halda Asifin nəslinin başı meşokda gedər. Əli də onunla razılaşır. Daha sonra Əli “yazıqları məhv etdik, Asif pis oğlan deyildi axı” sözlərini deyir. Rübail də Əlinin həmin sözlərini təsdiq edir. Həmçinin məhkəmə istintaqı zamanı onların təqsiri zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrilə, üzləşdirmədə dindirməyə dair protokollarla da öz təsdiqini tapmışdır. Bundan başqa məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs1 ifadəsində Zərərçəkmiş şəxs1 ona məxsus 300000 manat pulu əldə edərək dələduzluq etməsi, əlavə olaraq 500000 manat verməyəcəyi halda onu həbs etdirəcəyi və öldürtdürəcəyi ilə hədələməsilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubdan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə BMCMİ-nə daxil olmuş müraciətində Zərərçəkmiş şəxs1 tərəfindən pulunun ələ keçirilməsi və hədə-qorxuya məruz qalması ilə bağlı hallar araşdırma zamanı təsdiqini tapmamış, pul tələbi ilə bağlı tərəflər arasında yaranmış mübahisənin mülki xarakterli olmaqla məhkəmə orqanlarında baxılmalı olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onların cinayət əməlləri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməllər Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsilə tövsif olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onların törətdikləri cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini, eləcə də cəzalarını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə tərkibi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onların törətdikləri cinayətlərin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyətləri nəzərə alınaraq barələrində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olması Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hаl müəyyən edilməmişdir. İş materiallarından görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 8 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həbsdə saxlanıldığı müddət çıxılmaqla qəti olaraq 07 (yeddi) il 07 (yeddi) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı müddət çıxılmaqla qəti olaraq 05 (beş) il 02 (iki) ay 09 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin «20» oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 07 (yeddi) ilə endirilmiş və onun üzərində qəti olaraq 06 (altı) il 7 (yeddi) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti həmin maddəyə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə 04 (dörd) il müddətinə endirilmiş, və onun üzərində qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay 9 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş cəza hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla üzərilərində qəti cəza təyin edilməli, Təqsirləndirilən şəxs1 cəzaçəkməsinin əvvəli hazırkı iş üzrə şübhəli şəxs kimi tutulduğu vaxtdan, yəni 24 noyabr 2020-ci il tarixdən, Təqsirləndirilən şəxs2 cəzaçəkməsinin əvvəli isə barəsində “həbs” qətimkan tədbirinin seçildiyi vaxtdan, yəni 20 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət hesab olunduğundan təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidirlər. Bundan başqa iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş mülki iddia haqqında ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 550.000 (beş yüz əlli min) manat pulun, Zərərçəkmiş şəxs3 məxsus 46.500 (qırx altı min beş yüz) manat pulun mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınıb onlara (mülki iddiaçılara) ödənilməsini, mülki cavabdehlərin hərəkətləri nəticəsində mülki iddaçılara dəymiş 20000 ( hər bir iddiaçıya on min manat olmaqla) manat mənəvi ziyanın mülki cavabdehlərdən müştərək qaydada tutulub, mülki iddiaçılara ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası CPM-nin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; Eyni Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittihamlar öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, mülki iddia maddi ziyanın vurulması ilə bağlı hissədə təmin edilməli, təqsirləndirilən şəxslər (mülki cavabdehlər) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 550.000 (beş yüz əlli min) manat pul müştərək qaydada tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1, 46.500 (qırx altı min beş yüz) manat pul müştərək qaydada tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs3 ödənilməlidir. Məhkəmə verilmiş mülki iddianın mənəvi ziyanla bağlı hissəsini müzakirə edib hesab edir ki, həmin hissədə mülki iddia baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli Qərarında qeyd edilir ki, "Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq hesab edir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarın 1-ci bəndində qeyd olunur ki, «İnsan hüquqlarının və X4 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Məhkəmələrə mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutması izah edilmişdir. Həmin Qərarın 1-ci bəndinin 3-cü abzasında mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Həmin qərarın 2-ci bəndinə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X4 haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri -əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Bundan başqa iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 28 yanvar 2021-ci il tarixdən 30 yanvar 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 28 yanvar 2021-ci il tarixdən 30 yanvar 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 təqdim etdiyi bank qəbzləri, həmçinin “WhatsApp” sosial şəbəkəsi ilə olan yazışmalar və səsyazmaları, foto və videoları özündə əks etdirən bir ədəd disk, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.3.2ci maddəsi ilə təqsirləndirilmələrinə dair olan ********* nömrəli cinayət işində olan səsyazmaları özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Gəncə Apelyasiya Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qərarı ilə təyin edilmiş 06 (altı) il 07 (yeddi) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə növündə qəti cəza hazırkı hökm üzrə təyin edilmiş 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu vaxtdan, yəni 24 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 10 (on) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Gəncə Apelyasiya Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qərarı ilə təyin edilmiş 03 (üç) il 08 (səkkiz) ay 9 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə növündə qəti cəza hazırkı hökm üzrə təyin edilmiş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs2 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 28 yanvar 2021-ci il tarixdən 30 yanvar 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə ona təyin edilmiş 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmaqla üzərində qəti olaraq 10 (on) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı barəsində “həbs” qətimkan tədbirinin seçildiyi vaxtdan, yəni 20 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş mülki iddia maddi ziyanın vurulması hissəsində tam təmin edilsin, təqsirləndirilən şəxslər (mülki cavabdehlər) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 550.000 (beş yüz əlli min) manat pul müştərək qaydada tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1, 46.500 (qırx altı min beş yüz) manat pul müştərək qaydada tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs3 ödənilsin. Mülki iddianın mənəvi ziyanla bağlı hissəsi baxılmamış saxlanılsın. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 təqdim etdiyi bank qəbzləri, həmçinin “WhatsApp” sosial şəbəkəsi ilə olan yazışmalar və səsyazmaları, foto və videoları özündə əks etdirən bir ədəd disk, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair olan ********* nömrəli cinayət işində olan səsyazmaları özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətini aldıqları andan) Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-53/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-53/2022
13.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver