Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-53/2023 01.02.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Əliyev Nural Turab oğlu və Ələkbərli Roman oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X4 və İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər-Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx xxxx 1987-ci ildə Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olmuş, Аzərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, Bərdə rayonunun Türkmən kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla həbs edilənədək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin»-in İ siyahısına daxil edilən təmiz çəkisi 22,381 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 05 avqust 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 23:30-da Bərdə rayonunun Alaçadırlı kəndində saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinə aparılıb orada üzərində şəxsi axtarış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 22,381 qram çəkidə narkotik vasitə heroin əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 05 avqust 2021ci il tarixdə həmyerlisi və dostu olan X12 görə tanıdığı X21 ona zəng edərək Bərdə şəhərində olduğunu, Bakı şəhərində anlaşılmazlığa görə problemi yarandığını, hazırda Bərdə şəhərindəki «Nizinin kafesi» adlanan kafedə olduğunu bildirib, pulu olmadığı üçün yeməkxanada yediyi yeməyin pulunu verə bilmədiyini, ondan bank kartının olubolmamasını, bank kartının nömrəsini ona verməsini, kartına Bakı şəhərində pul vurulacağını və həmin pulu kartdan çıxarıb onlar olduğu kafeyə gətirməsini xahiş etmişdir. O da qohumunun toy mərasimində olduğunu və toydan çıxandan sonra görüşüb pulu gətirib verəcəyini bildirmişdir. Bundan sonra o, onun kartına Bakı şəhərindən göndərilən pulu çıxararaq həmin kafeyə getmiş, orada Aslan Fərəcov və sonuncunun yanında ilk dəfə tanış olduğu X9 görüşmüşdür. Həmin zaman əvvəlcədən tanıdığı həmyerlisi X13 da kafedə Aslangilin yanında olmuşdur. Söhbət zamanı Aslan Fərəcov Bakıda polislərlə anlaşılmazlığa görə problemi yarandığını, Asəf Səmədzadənin ona məxsus tüfəngdən havaya ətaş açdığını, buna görə də qaçıb Bərdəyə gəldiklərini bildirmişdir. Bundan sonra onlar birlikdə kafedə olan zaman saat 23:30 radələrində kafeyə 12-13 nəfər polis əməkdaşı gələrək onların dördünü də, yəni onu, Aslan Fərəcovu, Mahmud Nəzərovu və Tapdıq Mehtiyevi saxlayıb Bərdə Rayon Polis Şöbəsinə aparmışlar. Orada Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə ona fiziki işgəncələr verilmiş, üzərinə külli miqdarda narkotik vasitə heroin qoyulmuş, fizki işgəncələrdən qorxduğundan, əvvəlcədən üzərinə qoyulmuş narkotik vasitə olan heroini şəxsi axtarış zamanı təqdim edib həmin narkotik vasitənin ona məxsus olduğunu etiraf etdiyini və istintaqın ilkin mərhələsində etirafedici ifadələr verdiyini bildirmişdir. Onunla bu cür davranan polis əməkdaşlarının videoşəkilişlə bağlı onun fikrini öyrənməsi həm reallıqdan kənar, həm də həqiqətən gülüncdür. Məhkəmənin diqqətinə onu da çatdırır ki, İbtidai istintaq zamanı da ona təzyiq edilmiş, təzyiq nəticəsində ifadəsi alımışdır. Barəsində həbs qətimkan tədbiri seçilən və sözügedən qərarın müddəti artırılan zaman hər dəfə hakimə günahsız olduğunu, narkotik vasitənin ona məxsus olmadığını, narkotik vasitənin polislər tərəfindən qoyulduğunu bildirmiş, bundan başqa ailə üzvləri onun polislər tərəfindən döyülməsi ilə bağlı rəhbər şəxslərə çoxsaylı ərizələr ünvanlamışlar. Günahsız olduğunu bəyan etməklə məhkəmədən ona bəraət verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 05 avqust 2021-ci il tarixdə gecə saatlarında Bakı şəhəri, Binəqədi rayon ərazisində tüfəngdən atəş açandan sonra hadisə yerindən qaçan X22, X21 və X1 istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanmış, əməliyyat qrupunun üzvləri olan həmkarları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Asəf Səmədzadə həmin gün səhər saatlarında idarə etdiyi «BMW 730» markalı avtomobillə birlikdə Bakı- Qazax yolunun Qaradağ rayon ərazisindən keçən hissəsində saxlanılıb Qaradağ Rayon Polis İdarəsinə aparılmış və orada şəxsi axtarış zamanı Asəf Səmədzadənin üzərindən və idarə etdiyi avtomobildən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bundan sonra Aslan Fərəcov və Mahmud Nəzərovun gizlənmək məqsədilə Bərdə rayonuna getmələri barədə məlumat əldə edilmiş və həmin məlumat əsasında keçirilmiş əməliyyat tədbiri zamanı hər iki şəxsin Bərdə şəhərində olduqları və orada Təqsirləndirilən şəxsla görüşdükləri müəyyənləşdirilmişdir. Bundan sonra əməliyyat qrupunun üzvləri Bərdə rayonun getmiş və X29 Nəzərovun Bərdə rayonu, Alaçadırlı kənd ərazisində Təqsirləndirilən şəxs və digər bir şəxs Tapdıq Mehtiyevlə birlikdə olması, həmçinin hadisə yerində atəş açılan bir ədəd tüfəngin Aslan Fərəcovun üzərində olmasını dəqiqləşdirmişlər. Bundan sonra həmin şəxslərin saxlanması üçün əməliyyat təbirləri həyata keçirilmiş və adları qeyd edilən şəxslər həmin ərazidə saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinə aparılmışdır. Orada araşdırmanın aparılması Təhqiqat qrupunun baş təhqiqatçısı Nəcəf Aburşuya həvalə edilmiş, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulub hüquqlarının müdafiəsi üçün Bərdə rayonunda fəaliyyət göstərən vəkillər dəvət olunaraq hər dörd şəxsə təqdim olunmuş, bundan sonra videoçəkliş aparılmaqla Aslan Fərəcov, Mahmud Nəzərov, Təqsirləndirilən şəxs və Tapdıq Mehtiyevin üzələrində şəxsi axtarış həyata keçirilmış, şəxsi axtarış zamanı ilk olaraq Aslan Fərəcova üzərində narkotik vasitə və ya psixotrop maddələr varsa könüllü olaraq təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Aslan Fərəcov əynindəki açıq mavi rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdəki psixotrop maddə metamfetamini təqdim edib həmin bükümdəki maddənin məhz «şüşə» kimi tanıdığı maddə olduğunu və həmin maddəni Bakı şəhərində tanımadığı şəxsdən öz istifadəsi üçün alıb əldə etdiyini bildirmişdir. Həmin zaman Aslan Fərəcov əlindəki un kisəsinə bükdüyü bir ədəd «Vincester» tipli tüfəngi və dörd ədəd patronu da təqdim etmişdir. Təhqiqatçı tərəfindən Aslan Fərəcova şifahi sual verilirəkən sonuncu tüfəngin ona məxsus olan sənədli tüfəng olduğunu, lakin hadisə yerində tüfəngdən tanışı Asəf Smədzadənin atəş açdığını, hadisə yerində görüşməkdə məqsədlərinin Mahmud Nəzərovla birlikdə Füzuli rayonuna «Şahbuz» adlı şəxsin qoyduğu külli miqdarda psixotrop maddəni qoyulduğu yerdən götürmək olduğunu, psixotrop maddəni qoyulduğu yerdən götürməsi üçün Füzuli rayonuna gediləcək yolu göstərməsi müqabilində Mahmud Nəzərovun ona 1000 manat verməyi vəd etdiyi bildirmişdir. Bundan sonra aşkar edilmiş psixtrop maddə və tüfəng qablaşdırılaraq təhqiqatçı tərəfindən götürülmüşdür. Daha sonra növbə ilə Mahmud Nəzərovun, Tapdıq Mehtiyevin və Təqsirləndirilən şəxs üzərlərində şəxsi axtarış aparılmış və onlara edilmiş təklifdən sonra Mahmud Nəzərov əynindəki şalvarın sağ yan cibindən iki ədəd şəffaf rəngli polietilen kəsiyi bükümü təqdim edərək həmin bükümlərin birində psixotrop maddə metamfetamin, birində isə narkotik vasitə heroin olduğunu bildirmiş, həmin bükümlər təhqiqatçı tərəfindən açıldıqda həqiqətən də bükümlərdə adları qeyd edilən maddələrə oxşar maddələrin aşkar olunması müşahidə edilmişdir. Bundan sonra aşkar edilmiş maddələr təhqiqatçı tərəfindən bir ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı Mahmud Nəzərov üzərindən aşkar edilmiş metamfetamini və heroini 5-10 gün əvvəl «Şahbuz» adlı şəxsdən aldığını və sonuncunun tapşırığı ilə onun dediyi yerə qoyacağını və bunun müqabilində «Şahbuz» adlı şəxsin ona pul verəcəyini bildirmişdir. Bundan sonra Tapdıq Mehtiyev ona edilmiş təklifdən sonra əynindəki şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli polietilen kəsiyi bükümü təqdim edərək həmin bükümdə «kakos» olduğunu və həmin maddəni şəxsi istifadəsi üçün Bərdə rayonunda tanımadığı şəxsdən alıb əldə etdiyini bildirmiş, həmin büküm təhqiqatçı tərəfindən açıldıqda həqiqətən də bükümdə narkotik vasitə heroinə oxşar maddənin olması müşahidə edilmişdir. Bundan sonra aşkar edilmiş maddə təhqiqatçı tərəfindən bir ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs ona edilmiş təklifdən sonra əynindəki şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli polietilen kəsiyi bükümü təqdim edərək «kakos» olduğunu, həmin maddəni istifadə etmək məqsədi ilə Bərdə rayonunda tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Həmin büküm təhqiqatçı tərəfindən açıldıqda həqiqətən də bükümdə narkotik vasitə heroinə oxşar maddənin olması müşahidə edilmişdir. Bundan sonra aşkar edilmiş maddə təhqiqatçı tərəfindən bir ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra şəxsi axtarış və götürmənin keçirilməsinin nəticəsinə dair təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokolla tanış olan hər bir iştirakçı protokolu öz imzaları ilə təsdiqləmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 Şahid1 ifadələrinə oxşar məzmunda ifadə vermişdirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 avqust 2021-ci il tarixli «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» qərardan görünür ki, X22, X21 və X2 məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuş və həmin əsasla hər üç şəxsin müəyən edilib ifşa olunması ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 06 avqust 2021-ci il tarixli cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə başlanılaraq icraata qəbul edilmişdir. Cinayət işinin başlanmasına səbəb və əsas X22, X21 və X6 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddənin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində toplanmış material olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Baş Narkotiklərlə Mübarizə İdarəsinin sabiq baş əməliyyat müvəkkili Şahid1 05 avqust 2021-ci il tarixli raportundan görünür ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 23:30-da Bərdə rayonu, Alaçadırlı kəndinin ərazisində saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinə aparılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 06 avqust 2021-ci il tarixli “«şəxsi axtarış və götürmə aparılması haqqında» protokoladan və DVD diskədən görünür ki, 06 avqust 2021-ci il tarixdə Bərdə Rayon Polis Şöbəsinin inzibati binasında müdafiəçisinin iştirakı ilə videoçəklişlə həyata keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 06 avqust 2021-ci il tarixli protokolardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-cil tarxidə saat 23.30-da şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 7 avqust 2021-ci il tarixli, 4(005)775/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş ittiham elan olunmuş və barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli xx.xx.2021- ci il tarixdən hesablansın. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-cil tarixli qərarından görünür ki, X7 barəsində seçilmiş həbs qətimkan tədbiri 3 (üç) ay, yəni xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-cil tarixli qərarından görünür ki, X7 barəsində seçilmiş həbs qətimkan tədbiri 2 (iki) ay, yəni xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-cil tarixli qərarından görünür ki, X7 barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay, yəni xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-cil tarxili, X30 Sadıqov, X26 Sadıqov və X20 Sadıqov aralarında aparılan üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Aslan Fərəcov, Nəzərov Mamhud və Tapdıq Mehtiyev bildirmişlər ki, xx.xx.2021-ci il tarixdə saat 23.30 radələrində Bərdə rayonu kafedə bayırda birlikdə əyləşdikləri zaman kafeyə çox sayda mülki geyimdə olan Baş Narkotiklərlə Mübarizə İdarəsi in əmakdaşları tapançadan havaya atəş aça-aça işəri daxil olaraq onları yere yıxıb saxlamış, onları ayrı-ayrı avtomobillərə əyləşdirərək Bərdə rayon polis şöbəsinə aprmışlar. Orda onlar polis əməkdaşları tərəfindən döyülərək, boyunlarına narkotik vasitələri götürmələrini tələb etmişlər. Daha sonra polis əməkdaşları tərəfindən onların ciblərinə narkotik vasitələr qoyularaq həmin narkotik vasitələrinonlara məxsus olmasını bildirməklərini və vidoçəkliş zamanı üzərlərinə baxış keçirilən zaman həmin narkotik vasitələri təqdim etməklərini tələb etmişlər. Onlarda Polis əməkdaşları tərəfindən yenidən döyülə biləcəklərindən qorxaraq onlarala razılaşmışlar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-cil tarxili, Şahid3 və Təqsirləndirilən şəxs arasında aparılan üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 23.30 radələrində Bərdə rayonu kafedə əyləşdikləri zaman kafeyə çox sayda mülki geyimdə olan Baş Narkotiklərlə Mübarizə İdarəsi in əmakdaşları tapançadan havaya atəş aça-aça işəri daxil olaraq onları yere yıxıb saxlamış, onları ayrıayrı avtomobillərə əyləşdirərək Bərdə rayon polis şöbəsinə aprmışlar. Polis əməkdaşları, həmçinin onu döyən polislərin arasında Şahid3 da olmuşdur. Bərdə rayon Polis Şöbəsində polis əməkdaşları tərəfindən döyülərək, boyununa narkotik vasitələri götürməsini tələb etsələr də, o iki dəfə imtina edərək cibinə qoyulmuş narkotiki çıxardıb atmışdır, lakin polis əməkdaşları yenə onun bədəninin müxtəlif yerlərinə vuraraq ona fiziki ağrılar yetirmişlər. Daha sonra isə polis əməkdaşları çəkliş zamanı narkotiki tanımadığı şəxsdən aldığını deməsinə onu məcbur etmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ambulator məcburi-narkoloji tibbi yoxlama ekspertizası müayinəsi zamanı Təqsirləndirilən şəxs ekspert komissiyasına narkotik vasitə olan heroini yandırıb tüstüsünü nəfəsinə çəkmək yolu ilə və narkotik vasitə olan qurudulmuş marixuanadan siqaretə doldurub çəkməklə qəbul etdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X33 X27 X11 06 dekabr 2021-ci il tarixli 4895 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opiodlərin qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-cil tarixli 935 və 936 saylı arayışlarından görünür ki, X18 atası 1957-ci il təvəllüdlü X23, anası 1961-ci il təvəllüdlü X14, qardaşı 1982-ci il təvəllüdlü X24, gəlinləri 1988-ci il təvəllüdlü X3, qardaşı qızı 2011-ci il təvəllüdlü X25 və qardaşı oğlu 2014-cü il təvəllüdlü X8 ibarət ailə tərkibi ilə birlikdə Bərdə rayonunun Türkmən kəndində yaşayır Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-cil tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonunun Türkmən kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzanın müddətinin başa çatması ilə ələqədar cəza icraya yönəldilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, işdə tədqiqatdan sonrakı qalıq çəkisi 22,251 qram olan narkotik vasitə olan heroin maddi sübutdur və maddi sübut məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİnin Maddi sübutları saxlama yerinə təhvil verilməsi, iş üzrə şəxsi axtraış və götürmə hərəkətlərinin qeydə alındığı 01 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X16 Bölməsinin xx.xx.2021-ci il tarixli 16/812 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan heroinə bənzər kütlə» yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd üzəri yapışqanlı lentlə sarınmış şəffaf rəngli polietilen kəsiyi bükümündəki 22,381 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Tədqiqat zamanı heroinin qalıq çəkisi 22,381 qram heroindən 0,03 qram sərf edilmiş və qalıq çəkisi 22,281 qram təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpsertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 14 sentyabr 2021-ci il tarixli 6/3812 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş «Xəzər» markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobildən, X10 üzərindən və idarə etdiyi «BMW» markalı avtomobildən, X19, X21, Təqsirləndirilən şəxs və X5 üzərindən aşkar edilmiş yazı və imzalar olan zərfdəki heroinlər xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə fərqli, metamfetaminlər xarici görünüşünə və kimyəvi komponentlərinə görə eynidirlər. Tədqiqat zamanı təmiz çəkisi 22,281 qram heroindən 0,03 qram sərf edilmiş, qalıq çəkisi 22,251 qram təşkil etmişdir. İş üzrə götürülmüş məhkəmə-kimyəvi ekspertiza tədqiqatından sonra qalıq çəkisi 22,251 qram narkotik vasitə heroin maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikasının DİN-in BMCMİ-nin Maddi sübutların saxlanma yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin MSY-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon polis şöbəsində 5 avqust 2021-ci il tarixdən müddət ərzində iki gün müddətində saxlanıldıqdan sonra 7-avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin MSY-yə təhvil verilərkən onun bədəni üzərində - sinə nahiyyəsində qızarmış və göyərmiş izlər, alın və burun hissəsində qızarmış və göyərmiş izlər, sol dirsəyin arxa və üst hissəsində qızarmış cırıq izləri aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş X17 kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına qəbul olunmuş, sonuncu həbs olunmadan əvvəl zədə almadığını bildirmiş, Bakı İstintaq Təcridxanasına qəbul zamanı onda sol baldır nahiyyədə çapıq izi aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 491 MEŞ saylı rəyindən də görünür ki, Təqsirləndirilən şəxs ekspertə xx.xx.2021-ci il tarixdə Bərdə rayonunda Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulduğunu, Bərdə RPŞ-yə aparıldığını, orada təpiklə başına, sifətinə, boynuna və qabırğalarına xəsarət yetirildiyini bildirmişdir. Məhkəmə cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, o cümlədən iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai araşdırma zamanı kobud səhv və qanun pozuntularına yol verilmiş, ittiham mümkün hesab edilə bilməyən və qeyri mötəbər sübutlarla əsaslandırılmışdır. Qeyd olunanlara və həmçinin aşağıda sadalanan əsaslara görə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən barəsində bəraət hökmü çıxarılmalıdır. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 avqust 2021-ci il tarixli «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» qərardan görünür ki, X22, X21 və X2 məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuş və həmin əsasla hər üç şəxsin müəyən edilib ifşa olunması ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Göründüyü kimi əməliyyat-axtarış fəaliyyətini həyta keçirən şəxslərdə Təqsirləndirilən şəxs hər hansı törədilmiş və ya hazırlanan cinayəti törətməsinə dair məlumat mövcud olmamış, elə bu səbəbdən də sonuncunun ətrafında hər hansı əməliyyat-axtarış tədbirinin keçirilməsi qərara alınmamışdır. Təqsirləndirilən şəxs adları yuxarıda qeyd olunan şəxslərlə qonaqpərvərlik naminə görüşmüş və onlara yeməkxanada yaranmış borcun ödənilməsi üçün bank kartından istifadə etməsinə şərait yaratmışdır. Polis əməkdaşları, ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsi qərara alınmış şəxsləri yaxalayan zaman Təqsirləndirilən şəxs da təsadüfən qeyd olunan şəxslərin yanında olmuş və polislər onu da Bərdə rayon polis şöbəsinə gətirmişlər. Məhkəmə bu məqamda vurğulayır ki, belə olan halda Təqsirləndirilən şəxs konstitusion hüququ olan şəxsi toxunulmazlıq hüququnu pozub onun barəsində şəxsi axtarış istintaq hərəkətinin icra edilməsi qanunsuz idi və bu qaydada əldə edlmiş sübutun əsaslılığı, mötəbərliyi, qanuniliyi heç bir halda qəbul oluna bilməz. Bununla bağlı məhkəmə eyni zamanda aşağıdakıları da vurğulamağı zəruri hesab edir. Şəxsiyyətin toxunulmazlığı hüququ istər beynəlxalq hüquqda, İstərsə də ölkəmizin milli hüququnda insan hüquq və azadlıqlarının mühüm tərkib hissələrindən biri kimi təsbit edilmişdir. AR Konstitusiyasının 31-ci maddəsinə əsasən, hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd еtmək, ona qarışı zor işlətmək qadağandır. Cinayət Prosessual Qanunvericiliyi də öz növbəsində cinayət təqibi gedişində hər bir insanın şəxsiyyətinin toxunulmazlığını təmin etməyə yönəlmişdir. CPM-in imperativ tələbinə əsasən şəxsi axtarış(CPM-in 246-cı maddəsi) istintaq hərəkəti zamanı şəxsiyyətin toxunulmazlığı hüququnun pozulmasına yalnız aşağıdakı hallarda уol verilə bilər: 1) məhkəmənin qərarı ilə şəxsi axtarış və şəxsi müayinə apararkən, 2) tutulma zamanı şəxsi axtarış və şəxsi müayinə apararkən, 3) həbsə alma zamanı şəxsi axtarış və şəxsi müayinə apararkən: 4) şəxsin özünün və ya onun qanuni nümayəndəsinin razılığı ilə. CPM-n 246-cı maddəsinə əsasən şəxsi axtarış, bir qayda olaraq, məhkəmənin qərarı ilə həyata keçirilir. Məhkəmənin qərarı olmadan şəxsi müayinə və şəxsi axtarış yalnız axtarılan və ya müayinə olunan şəxsin öz razılığı, yaxud bu şəxs yetkinlik yaşına çatmamış olduqda onun qanuni nümayəndəsinin razılığı ilə, habelə tutulma, həbsə alınma ilə əlaqədar aparıla bilər. istənilən başqa halda şəxsiyyətin toxunulmazlığı hüququnun pozulması yolverilməzdir və bu tələbin pozulması əldə edilmiş sübutların etibarsız sayılması və ya aparılmış prosessual hərəkətin nəticələrinin ləğv edilməsi üçün əsas olacaqdır. Şəxsiyyətin toxunulmazlığı hüququnun təmin edilməsi cinayət prosesinin hər bir iştirakçısı ilə, xüsusən də tutulmuş və ya həbsə alınmış şəxslə humanist davranışı tələb edir. CPM-in 15.2-ci maddəsi cinayət prosesinin istənilən iştirakçısı barəsində fiziki və psixi zorakılığı, işgəncələri, mənəvi iztirabları, təhqiri, hər hansı sınaqlar keçirilməsini qadağan edir. Cinayət təqibi gedişində tutulmuş və ya həbsə alınmış şəxsin toxunulmazlığı hüququnun təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Həmin şəxslərin saxlanılması və onlarla rəftar qaydaları qanunvericiliklə dəqiq müəyyən edilmişdir. Bu qaydaların pozulması CPM-in 246-cı maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilərək müvafiq prosessual nəticələrə səbəb olur. Cinayət prosessual qanunvericiliyi- zərərçəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə cinayət prosesində iştirak edən digər şəxslərdən qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almağı qadağan edir. Burada proses iştirakçılarının hüquqlarını pozan sair qanunsuz hərəkətlər yalan vədlər verməklə ələ almada, şəxsi öz prosessual mövqeyində yanıltmada, onun ixtisaslı hüquqi yardım almaq hüququnu pozmaqla dindirilməsində və başqa bu kimi hərəkəllərdə ifadə oluna bilər. Vurğulanmalıdır ki, cinayat prosesini həyata keçirən orqanın və ya vəzifəli şəxsin belə hərəkətləri nəlicəsində əldə olunmuş ifadələrin sübut əhəmiyyəti yoxdur. Məhkəmə bir daha qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin 15-ci maddəsinin imperativ tələbinə əsasən məhkəmənin qərarı olmadan və ya tutulma, yaxud həbsə alma hallarından başqa hər hansı şəxsin axtarışı və şəxsi müayinəsi, onun toxunulmazlığı hüququnu pozan digər prosessual hərəkətlər bu şəxsin və ya onun qanuni nümayəndəsinin iradəsi əleyhinə aparıla bilməz. işgəncələr vermək, fiziki və psixi zorakılıqdan, digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalar tətbiq etmək, uzun sürən və ya kəskin fiziki iztirabla, yaxud səhhətin müvəqqəti pozulması ilə müşayiət olunan prosessual hərəkətlərdə iştiraka cəlb etmək, habelə buna bənzər hər hansı digər sınaqlar keçirmək, zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə cinayət brosesində iştirak edən digər şəxslərdən zorakılıq, hədə-qorxu, aldatma yolu ilə, habelə onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almaq cinayət təqibi gedişində qadağandır. Bundan başqa cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-cil tarxili, X30 Sadıqov, X26 Sadıqov və X20 Sadıqov aralarında aparılan üzləşdirmə protokolundan və xx.xx.2022-cil tarxili, Şahid3 və Təqsirləndirilən şəxs arasında aparılan üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsində polis əməkdaşları tərəfindən döyülərək, boyununa narkotik vasitələri götürməsini tələb etsələr də, o iki dəfə imtina edərək cibinə qoyulmuş narkotiki çıxarıb atsa da, polis əməkdaşlarının ona yenidən fiziki ağrılar yetirməsi nəticəsində Təqsirləndirilən şəxs məcbur qalıb üzərinə videoşəkliş zamanı narkotikin ona məxsus olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin MSY-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon polis şöbəsində 5 avqust 2021-ci il tarixdən iki gün müddətində saxlanıldıqdan sonra 7-avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin MSY-yə təhvil verilərkən onun bədəni üzərində - sinə nahiyyəsində qızarmış və göyərmiş izlər, alın və burun hissəsində qızarmış və göyərmiş izlər, sol dirsəyin arxa və üst hissəsində qızarmış cırıq izləri aşkar edilmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş X17 kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına qəbul olunmuş, sonuncu həbs olunmadan əvvəl zədə almadığını bildirmiş, Bakı İstintaq Təcridxanasına qəbul zamanı onda sol baldır nahiyyədə çapıq izi aşkar edilmişdir. Bundan başqa iş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 491 MEŞ saylı rəyindən də görünür ki, Təqsirləndirilən şəxs ekspertə xx.xx.2021-ci il tarixdə Bərdə rayonunda Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulduğunu, Bərdə RPŞ-yə aparıldığını, orada təpiklə başına, sifətinə, boynuna və qabırğalarına xəsarət yetirildiyini bildirmişdir. Bundan başqa iş materiallrına əlavə edilmiş şəxsi axtarış aparılması istintaq hərəkətinin gedişatını özündə əks etdirən video diskə baxış zamanı da təqsirləndirilən Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitənin adını bilmədiyi,üzərindən guya aşkar edilmiş maddənin metamfetamin olduğunu bildirməsi ( halbuki, aşkar olunan maddə narkotik vasitə heroin olmuşdur), yalnız polis əməkdaşları tərəfindən istiqamətləndirilmə verildikdən sonra aşkar edilən maddənin narkotik vasitə olan heroin olduğunu söyləməsi ilə yanaşı onun sifət nahiyyəsində aşkar xəsarət izlərinin görünməsi də məhkəmə heyətinin diqqətindən yayınmamışdır. Göstərilənlərdən savayı qeyd olunmalıdır ki, iş materiallarında olan və məhkəmə istintaqı zamanı cinayət prosesi tərəflərinin iştirakı ilə tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 05 avqust 2021-ci il tarixdə saat 23:30-da məhdudlaşdırılmışdır. Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan isə görünür ki, şəxsi axtarış xx.xx.2021-ci il saat 02:30da başlanmış, xx.xx.2021-ci il saat 03:00-də başa çatmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs azadlığı ittiham tərəfinə görə 05 avqust 2021-ci il tarixdə saat 23:30da məhdudlaşdırılmış və bundan 3(üç) saat sonra onun üzərində şəxsi axtarış və götürmə aparılmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında qeyd olunan məsələyə ciddi münasibət bildirilməsini zəruri hesab etmiş və “Layıcov Azərbaycana qarşı” iş üzrə 10 aprel 2014-cü il tarixli Qərarında xüsusilə vurğulamışdır ki, şəxsin üzərində, avtomobilində və ya yaşayış yerində axtarış onun həbsindən dərhal sonra həyata keçirilməlidir. Həbslə axtarış arasındakı vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, həmin vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında olur. Qeyd olunanlara hüquqi qiymət verərək məhkəmə həmçinin vurğulayır ki, Azərbaycan Respublikası CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər.Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqdaəldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd edilən qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə kollegiyasıhesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraatzamanı təqsirləndirilən şəxsin əleyhinə sübutlar toplanılarkən Azərbaycan Respublikası Cinayət Prosessual Qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuş, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasına nail olunması məqsədilə hüquqlarının ciddi şəkildə pozulması barədə qənaəti əsaslıdır. Qeyd olunmalıdır ki, istintaq orqanı tərəfindən qeyd olunan ittihamla bağlı sadalanan qanunvericilik aktlarının tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə onaistinad edilən əməldə təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün mötəbər sübutlar əldə edilməmişdir. CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər.Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). Hazırki iş üzrə CPM-in qeyd edilən prinsipinin şərtlərinə əməl olunmamış, onun tələbləri pozulmuşdur. Bu isə öz növbəsində cinayət prosesi gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər (CPM-in 9.2-ci maddəsi). Belə olan təqdirdə, məhkəmə kollegiyası ciddi prosessual pozuntularla həyata keçirilən istintaq hərəkətlərinin nəticələrini qanunsuz yolla əldə edilmiş sübut kimi qiymətləndirir və hesab edir ki, həmin sübut CPM-in tələblərinə əməl edilməklə əldə olunmadığından cinayət hadisəsinin, şəxsin təqsirinin müəyyən edilməsi məqsədi ilə istifadə edilə bilməz. Göstərilən sübut hüquqi qüvvəsi olmadığından ondan ittihamın düzgün həlli üçün hər hansı halın, o cümlədən Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin aşkar olunması halının sübut olunmasında istifadə edilə bilməz. Buna görə də sözügedən sübutun həqiqiliyinə və əldə olunma mənbəyinə yaranan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir olunması barədə qənaət qanuni və əsaslıdır. Azərbaycan Respublikası CPM-in 125.2.7-ci maddəsinə əsasən, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinəyol verilmir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü, o cümlədən təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə, həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Həmin Məcəllənini 21.3-cü maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ücün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana biməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və azadlıqları haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəflivə obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyininmötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyəgəlməyə imkan versin. Bütün vurğulananların işığında məhkəmə bir daha vurğulayır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 124.1-i maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi qanunvericilik cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut edilməli olan halların müəyyən edilməsinə aid olan məlumatların hüquqi forması kimi sübutların mümkünlüyünü ən vacib şərtlərindən biri kimi məlumatların, sənədlərin və əşyaların əldə edilməsi yalnız CPM-də göstərilən istintaq və məhkəmə hərəkətləri vasitəsi ilə həyata keçirilməsidir. Eyni zamanda istintaq və məhkəmə hərəkətləri CPM-də müəyyən olunmuş tələblərə riayət edilməklə həyata keçirilməlidir. Ümumilikdə bu qayda əldə edilmiş məlumatların mötəbərliyini təmin etməyə yönəldilmişdir. CPM-də müəyyən edilmiş prosedura əməl etmədən CPM-in tələblərinin pozulması ilə əldə edilən sənədlər, əşyalar və məlumatlar sübut kimi qəbul edilə bilməz. Qəbul edilməyən sübutlar hüquqi əhəmiyyət kəsb etmir və ittihamın ısası kimi çıxış edə bilməz, habelə CPM-in 139-cu maddəsində göstərilən hər hansı halın sübut edilməsi üçün onlardan istifadə edilə bilməz. Bu norma Azərbaycan Respublikasının Kostitusiyasının 63-cü maddəsinə əsaslanır. Konstitusiyanın 63-cü maddəsinin İV hissəsinə görə, qanunun pozulması ilə əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçirilməsində istifadə oluna bilməz. CPM-in 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 138.1-ci maddəsinə görə Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin məcəllənin 350.2-ci maddəsinə əsasən isə bu məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Bayramov və qeyrilərinin şikayətləri üzrə 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyatı əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. CPM-in 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticəsinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. CPM-nin 139-cu maddəsinin mənasına görə cinayət təqibi üzrə toplanmış sübutlar cinayətin hər hansı başqa şəxs tərəfindən deyil, məhz şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən törədildiyini təsdiq etməlidir. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə tərkibi iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, daxili inama əsaslanaraq CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsi üçün ibtidai istintaq orqanının istinad etdiyi sübutlar CPM-in 125-ci maddəsində sadalanan tələblərə cavab vermir, mötəbər sübutlar sayıla bilməz və belə sübutlar əsasında onun barəsində ittiham hökmünün çıxarılması mümkün deyildir. CPM-in 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. CPM-in 145.1-ci maddəsinin məzmununa görə hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün toplanmış sübutların məcmusuna isə cinayət işinin (və ya digər materialın) həlli üçün kifayət etməsi nöqteyi-nəzərindən qiymət verir. CPM-in 145.3-cü maddəsinə görə ittihamın subut olunmasında yaranan şübhələr digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır; Həmin maddənin İİİ hissəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir; Həmin maddənin İV hissəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. CPM-in 21.1-ci maddəsinin tələbinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır; CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda CPM-in 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Oxşar məsələni bölüşən CPM-in 145.3-cü maddəsində göstərilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 42.1 və 42.1.4-cü maddələrinin tələblərinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. CPM-in 42.2-ci və 42.2.4-cü maddəsində qeyd edilir ki, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə həmin şəxs barəsində bəraət hökmü çıxarılır. Beləliklə, ibtidai istintaq zamanı toplanmış materiallarla, həmçinin məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələrilə, tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs verilmiş ittiham öz təsdiqini tapmamışdır. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Q Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilərkən onun həmin əməli törətməsinə dəlalət edən sübutlar mövcud olmamışdır. Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilərək barəsində ittiham hökmü çıxarmaq qanunun ədalət prinsipinə ziddir, odur ki, onun barəsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs”qətimkan tədbiri ləğv edilməli və o dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 357.0.1-ci maddəsinə əsasən məhkəmənin hökmü ilə bəraət verildikdə şəxs məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama anbarına təhvil verilmiş, tədqiqatdan sonrakı qalıq çəkisi 22,251 qram olan narkotik vasitə olan heroin Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama anbarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 120 manat, 70 qəpik ekspertiza xərcinin ödənilməsindən Təqsirləndirilən şəxs azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 56.0.1-ci maddəsinə əsasən bəraət almış şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4, 346, 347, 349, 350-ci maddələrini rəhbər tutub, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama anbarına təhvil verilmiş, tədqiqatdan sonrakı qalıq çəkisi 22,251 qram olan narkotik vasitə olan heroin Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama anbarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza xərcinin ödənilməsindən Təqsirləndirilən şəxs azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi ilə əlaqədar cinayət işi üzrə cinayət təqibi orqanlarının qanunsuz hərəkətlərindən mülki mühakimə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-53/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-53/2023
01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver