Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-53/2024 01.05.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1974-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmişdir. Belə ki, o, məlum olmayan mənbədən və tarixdə qanunsuz olaraq narkotik tərkibli çətənə(kannabis) bitkisinin toxumlarını əldə edib saxlamış, 2022-ci ilin may ayında sayı istintaqa məlum olmayan həmin toxumları yaşadığı ünvan 2 ünvanında yerləşən evin həyətyanı sahəsində qanunsuz olaraq torpaqda və dibçəkdə əkmiş və həmin toxumlardan əmələ gəlmiş külli miqdar təşkil edən, yəni, ümumi sayı 45 ədəd olan çətənə (kannabis) bitkilərini ayrı-ayrılıqda aqrotexniki qaydada qulluq göstərməklə əkib yetişdirərək kultivatsiya etmiş, Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin onun barəsində qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə daxil olmuş məlumat əsasında həmin şöbənin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 20 iyul 2022-ci il tarixdə saat 20:20-dən saat 21:20-dək onun yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evin həyətyanı sahəsindən ayrı-ayrılıqda dibçəkdə 2 (iki) ədəd və torpaqda 43 (qırx üç) ədəd əkilmiş külli miqdar təşkil edən, yəni, ümumi sayı 45 (qırx beş) ədəd ümumi təmiz çəkisi 3800 qram olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 237.2.3-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, yuxarıda göstərilən ünvanda yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. O, bir ildir ki, narkotik vasitə olan marixuana istifadə edir. O, narkotik vasitə olan “nəşə” adlandırdığı “marixuana”-nı siqaret kimi qəbul edir. xx.xx.2022-ci il tarixdə saat 18-00 radələrində Gəncə şəhəri Ş.İ.Xətai prospektində “Züqo” şadlıq evinin qarşı tərəfində olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda, qəbul etməkdə və əkib-becərməkdə şübhəli olduğunu bildirib Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə gəlməyi üçün onu dəvət etmişlər. O, da etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci PŞnə gəlmiş və orada inzibati otaqların birində onun hüquqularını müdafiə etmək üçün müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci PŞdə müdafiəçinin iştirakı ilə video çəkiliş ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən heç bir narkotik vasitə aşkar olunmamışdır. Sonra sorğu zamanı o, yaşadığı Gəncə şəhəri Ü.Hacıbəyov küçəsi 3-cü döngə ev 16-da nəşə kimi istifadə etdiyi çətənə kolları əkmiş və yaşadığı evə və həyatyanı sahəsinə baxış keçirlməsinə etiraz etmədiyini və bu barədə vəkilinin iştirakı ilə razılıq ərizəsi yazmışdır. Onun yaşadığı evin həyətyanı sahəsində əkilmiş 31 ədəd çətənə (kannabis) bitkisi, spesifik iyə malik kol aşkar olunmuşdur. Həmçinin həmin kolların yanında 1 ədəd qara rəngli plasmas materialına bənzər materialdan hazırlanmış dibçəkdə iki ədəd çətənə (kannabis) bitkisi, spesifik iyə malik kol aşkar olunmuşdur. Bundan başqa baxış zamanı torpaq sahədə aşkar olunmuş çətənə(kannabis) bitkisi, kolların yaxınlığında 2 metr məsafədə əlavə olaraq torpağa əkilmiş 12 ədəd çətənə (kannabis) bitkisi, spesifik iyə malik kol aşkar edilmişdir. O, yaşadığı evin həyətində aşkar olunmuş bitkilərin çətənə bitkisi olduğunu, 2 ay öncə özünün əkdiyini, həmin kollara qulluq məqsədilə su verdiyini bildirmişdir. Aşkar edilmiş kollar köklərindən çıxardılmışdır. Ən böyük kolun hündürlüyü 160 (yüz altmış) santimetr, ən kiçiyininki isə 70 (yetmiş) santimetr olmuşdur. Çıxardılmış 45 (qırx beş) ədəd kol tərəzidə çəkilmiş və ümumi çəkisi 4000 (dörd min) qram gəlmişdir. Baxışda iştirak edən Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti, Şahid3 aşkar olunmuş 45 (qırx beş) ədəd kolun çətənə bitkisi olduğunu, gələcəkdə narkotik vasitə kimi istifadə edilməsi məqsədilə xüsusi baxım, kultivasiya işləri görüldüyünü bildirmişdir. Aşkar olunmuş kollar bir ədəd torbaya yığılmış və torbanın ağzı bağlandıqdan sonra DİN-in 110 saylı möhürü ilə möhürlənərək baxış iştirakçıları tərəfindən imzalanmışdır. Yaşadığı evin həyətinə çətənə toxumlarını o, özü əkmiş, həmin toxumları o, Zəngilan rayonuna sürücü kimi işləyən zaman dağılmış evlərin qarşısından toxumlarını yığmış və gətirib öz həyətində aşkar olunduğu yerə səpmişdir. Çətənə kollarını özü istifadə etmək üçün əkmişdir. Həmin kolları sulamışdır. O, evdə təkcə yaşayır. Onun evinin açarı ondan başqa heç kimdə yoxdur. O, yaşadığı evin həyətindən çətənə kollarını əkməyi barədə heç kimə deməmiş və heç kimin məlumatı olmamışdır. O, həmin çətənədən heç kimə satmamış və pay verməmişdir. Həmin kolları özü istifadə etmək məqsədilə əkmişdir. Onun istifadəsində ***-***-**-** mobil nömrəsi olmuşdur. Polis əməkdaşları onu Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci PŞ-nə apararkən, həmçinin İdarənin inzibati binasında polis əməkdaşları tərəfindən heç bir psixi, fiziki təsir göstərilməyib, işgəncəyə məruz qalmamışdır. Saxlanmağı ilə bağlı heç bir şikayəti və tələbi yoxdur. O, törətdiyi cinayət əməlini könüllü olaraq etiraf edərək, həmin əməldən peşman olduğunu və özünün müdafiəsi üçün heç bir dəlil və sübutunun olmadığını bildirmişdir. Məhkəmədən yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onun Təqsirləndirilən şəxslə heç bir münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. O, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, 3-cü döngə, ev 16 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik maddələri qəbul etməkdə, əldə edib üzərində gəzdirməkdə, istifadə etməkdə, həmçinin yaşadığı evin həyətində əkib becərməsi və satışı ilə məşğul olmaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də tərəfindən “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 1,2,7,8,9,10 və 12-ci bəndini, 11-ci maddəsinin 2-ci hissəsinin 4-cü bəndini, 12-ci maddəsini, 14-cü maddəsinin 4-cü hissəsini və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 445.2-ci maddəsinin tələblərini rəhbər tutaraq “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilərək əməliyyat-axtarış qrupu yaradılmışdır. Qrupun tərkibinə Gəncə şəhər BPİ-in 1-ci Polis Şöbəsinin CAB-in əməliyyat müvəkkili, polis leytenantı Şahid2 da daxil olmuşdur. Qrupa rəhbərliyini o, həyata keçirmişdir. Həmin qərar şöbə rəhbərliyinə məruzə edilərək, şöbə rəhbərliyi tərəfindən təsdiq edilmişdir. Həmin şəxsin axtarışı və tutulması üçün tərəflərindən zəruri tədbirlər görülmüşdür. 20 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “ZÜQO” şadlıq sarayının qarşı tərəfində olması barədə məlumat almış və dərhal həmin ünvana yollanmışlar və tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində saxlamaqda, daşımaqda, həmçinin yaşadığı evin həyətində əkib becərməsi və satışı ilə məşğul olmaqda və satmaqda şübhəli olan Təqsirləndirilən şəxs Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “ZÜQO” şadlıq sarayının qarşı tərəfində olduğu müəyyən edilmişdir. Həmin günü saat 18:00 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “ZÜQO” şadlıq sarayının qarşısında saxlayaraq özləri təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı ona elan edib, onu Gəncə şəhər 1-ci Polis Şöbəsinə dəvət etmişlər. Şöbədə ona hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmişdir və Təqsirləndirilən şəxs maddi imkanının olmadığını bildirmiş və dövlət hesabına müdafiəçi tələb etmişdir. Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X2 müdafiəçi qismində iştirakı təmin olunmuşdur. Şəxsi axtarış aparmazdan əvvəl şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş və barədə bildiriş protokolu ona təqdim edilmişdir. Şəxsi axtarış aparmazdan əvvəl prosessual hərəkətin iştirakçılarının şəxsiyyəti dəqiqləşdirilmişdir. Şübhəli şəxs və müdafiəçisi həmin bildirişi imzalamışdır. Bundan sonra iştirakçıların və müdafiəçinin iştirakı ilə narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində saxlamaqda, daşımaqda, həmçinin yaşadığı evin həyətində əkib becərməsi və satışı ilə məşğul olmaqda və satmaqda şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində heç bir narkotik vasitə və ya digər cinayət xarakterli əşya və predmet aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş, doğruluğu imzalarla təsdiq edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, 3-cü döngə, ev 16-nın həyətyanı sahəsində çətənə bitkisi kolları əkdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin yerə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirərək bu barədə ərizə yazmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanda Sahib müdafiəçinin, mütəxəssis Şahid3 və onların iştirakları ilə baxış və götürülmə aparılmışdır. Təqsirləndirilən şəxs yaşadığı ev həyətə giriş darvazasının qarşısında 20 metr məsafədə yerləşir. Giriş darvazasından sol tərəfdə evin baxçası yerləşir. Həmin baxşada qeyri-simmetrik formada əkilmiş 31 ədəd çətənə (kannabis) bitkisinə bənzər, spesifik iyə malik kol aşkar olunmuşdur. Həmçinin həmin kolların yanında 1 ədəd qara rəngli plasmas materialına bənzər materialdan hazırlanmış dibçəkdə iki ədəd çətənə (kannabis) bitkisinə bənzər, spesifik iyə malik kol aşkar olunmuşdur. Həmçinin baxış zamanı torpaq sahədə aşkar olunmuş çətənə (kannabis) bitkisinə bənzər kolların yaxınlığında 2 metr məsafədə əlavə olaraq torpağa əkilmiş 12 ədəd çətənə (kannabis) bitkisinə bənzər, spesifik iyə malik kol aşkar edilmişdir. Baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evin həyətində aşkar olunmuş bitkilərin çətənə (kannabis) bitkiləri olduğunu, 2 ay pncə özü əkdiyini, həmin kollara qulluq məqsədi ilə su verdiyini söyləmişdir. Aşkar edilmiş kollar köklərindən çıxardılmışdır. Ən böyük kolun hündürlüyü 160 (yüz altmış) santimetr, ən kiçiyininki isə 70 (yetmiş) santimetr olmuşdur. Çıxardılmış 45 ədəd kol tərəzidə çəkilmiş və ümumi çəkisi 4000 (dörd min) qram gəlmişdir. Baxışda iştirak edən Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti, Şahid3 aşkar olunmuş 45 ədəd kolun çətənə (kannabis ruderalis) bitkisi olduğunu, gələcəkdə narkotik vasitə kimi istifdaə edilməsi məqsədilə xüsusi baxım, kultivasiya işləri görüldüyünü bildirmişdir. Aşkar olunmuş kollar bir ədəd torbaya yığılmış və torbanın ağzı bağlandıqdan sonra Azərbaycan Respublikası DİN-in 110 saylı möhürü ilə möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və ya polis idarəsində heç bir fiziki və ya psixoloji təzyiqə məruz qalmamışdır. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla arasında heç bir ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana satması ilə bağlı onlarda əməliyyat məlumatı olsa da, satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində əkdiyi çətənə (kannabis) birkilərinin toxumlarını haradan və necə əldə etməsi barədə konkret məlumatlarının olmadığını, bu istiqamətdə tərəflərindən əməliyyat tədbirlərinin davam etdirildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ona əməliyyat məlumatı daxil olmuşdur ki, Təqsirləndirilən şəxs həyət yani sahəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olur. O, 2022-ci ilin iyul ayında iş yoldaşı ilə Şah İsmayıl prospektində yerləşən həyət evinə getmişlər. Həmin vaxt ona daxil olmuş məlumat öz təsdiqini tapmışdır. Həyət yani sahədə 30-35 ağac və 1 ədəd dibçək olmuşdur. Aşkar edilmiş narkotik vasitənin çəkisi 4 və 4,5 kq bəlkə də daha da çox olmuşdur. Təqsirləndirilən şəxs öz istifadəsi üçün əkməsini bildirərək etiraf etmiş ki, həmin narkotik vasitəyə qullq etmişdir. Həyət iki sahədən ibarət olmuş, hər iki tərəfdə narkotik vasitə səliqəli şəkildə əkilmiş və sulanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o bilmir hansı işdir, 12 ildir bu təşkilatda işləyir. Baxımsız həyət idi qarışıq yadına gəlir. Yadında deyil neçə bitki görmüş, o həmin dövürdə yazıb imza etmişdir. Onun cinayət işinin materiallarında şəxsiyyət vəsiqəsi və diplomun surəti vardır. Təqdim olunan protokola da imza etmişdir. O ibtidai istintaq zamanı vermiş ifadəsində (fikirində) qalır, amma ki onun yadına düşmür. O mütəxəssis kimi dəvət edilmiş və onun işi bitkiyə baxış keçirmək olmuşdur. Bitki yabani olmuş, bitkiyə qulluq edilmiş qida və su verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş 20 iyul 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 iyul 2022-ci il tarixdə, saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə 19). İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş 10 avqust 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 12 avqust 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji Dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Gəncə Şəhər Məhkəməsinin 22 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 85-87). İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs inzibati binasında üzərində videoçəkiliş ilə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış video görüntüdən görünür ki, Gəncə BPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, polis mayoru X3, Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkilləri, polis leytenantı Şahid1 və polis leytenantı Şahid2 və müdafiəçi X5 və şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, Şəxsi axtarış aparmazdan əvvəl şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş və barədə bildiriş protokolu ona təqdim edilmişdir. Şəxsi axtarış aparmazdan əvvəl prosessual hərəkətin iştirakçılarının şəxsiyyəti dəqiqləşdirilmiş, şübhəli şəxs və müdafiəçisi həmin bildirişi imzalamışdır. Daha sonra iştirakçıların və müdafiəçinin iştirakı ilə narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində saxlamaqda, daşımaqda, həmçinin yaşadığı evin həyətində əkib becərməsi və satışı ilə məşğul olmaqda və satmaqda şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində heç bir narkotik vasitə və ya digər cinayət xarakterli əşya və predmet aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş, doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, 3-cü döngə, ev 16-nın həyətyanı sahəsində çətənə bitkisi kolları əkdiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında aparılmış video -çəkilişdən görünür ki, Gəncə BPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, polis mayoru X3, Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkilləri, polis leytenantı Şahid1 və polis leytenantı Şahid2, Azərbaycan Dövlət Aqrar Universitetinin “Bitkiçilik kafedrası” kafedra müdiri Şahid3 və müdafiəçi X5 və şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında baxış və götürmə keçirilmiş, baxış və götürmə aparmazdan əvvəl şübhəli şəxsin hüquq və vəzifələri izah edildmiş və şübhəli şəxsdən baxış və götürmə keçirilməsinə etirazının olub-olmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs baxış və axtarış keçirilməsinə heç bir etirazının olub olmadığını bildirərək dəmir darvazanı açarla açmışdır. Həyətə daxil olduqdan sonra Təqsirləndirilən şəxs giriş darvazasından sol tərəfdə evin baxçasının yerləşdiyi yerr göstərmiş və çətənə kollarını həmin bağçada əkdiyini bildirmişdir. Baxçaya baxış keçirilən zaman bağçadan qeyri-simmetrik formada əkilmiş çətənə (kannabis) bitkisinə bənzər kollar aşkar olunmuşdur. Həmçinin həmin kolların yanında 1 ədəd qara rəngli plasmas materialına bənzər materialdan hazırlanmış dibçəkdə iki ədəd çətənə (kannabis) bitkisinə bənzər kol aşkar olunmuşdur. Mütəxəssis həmin yerə baxış zamanı həmin bitkilərin çətənə kolları olduğunu bildirərək onlara aqrotexniki qulluq olunduğunu, kollara su verildiyini bildirmişdir. Həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs də çətənə kollarına su verərək qulluq elədiyini bildirmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs çətənə kollarının toxumlarını Zəngilan rayonundan gətirdiyini bildirmişdir. Aşkar edilmiş çətənə kolları kökündən çıxarılaraq sayılmış və 33 (otuz üç) ədəd olduğuu müəyyən edilmişdir. Həmçinin həmin kollar ölçülərkən ən böyük kolun hündürlüyü 160 (yüz altmış) santimetr, ən kiçiyininki isə 70 (yetmiş) santimetr olmuşdur. Bağçanın digər tərəfinə baxış zamanı 6 ədəd əkilmiş vəziyyətdə və 6 ədəd kökündən çıxarılmış vəziyyətdə çətənə kollarına bənzər kollar aşkar edilmiş, mütəxəssis həmin kolların da çətənə kolları olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı ümumilikdə 45 ədəd çətənə kollarına bənzər kolların aşkar edilərək götürülmüşdür. Çıxarılmış 45 ədəd kol tərəzidə çəkilmiş və ümumi çəkisi 4000 (dörd min) qram olmuşdur. Aşkar olunmuş kollar sintetik torbaya yığılmış və torbanın ağzı bağlandıqdan sonra Azərbaycan Respublikası DİN-in 110 saylı möhürü ilə möhürlənmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 21 iyul 2022-ci il tarixli 16/862 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi 3-cü döngə ev 16 aşkar olunmuş 45 ədəd əkilmiş çətənə kolları.” Adlar və imzalar olan 1(bir) ədəd sintetik kisədəki 39 (otuz doqquz) ədəd ümumi təmiz çəkisi 3650 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir,6 (altı) ədəd ümumi təmiz çəkisi 150 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir.Çətənə bitkisinin ümumş çəkisi -3650 qr, 150 qr. tədqiqata istifadə olunduqdan sonra cəmi - 0,9 qr, qalıq -3649,22 qr,149,88 qram yalmışdır. Aqronom (mütəxəsis) Şahid3 rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 12 oktyabr 2022-ci il tarixli 1519 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Samux Rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinə əsasən 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs sözügedən cinayət əməllərini törətməsi cinayətin residivini yaratmır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət işi üzrə müvafiq olaraq məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizaları keçirilərək rəylər alınmış, təqsirləndirilən şəxs və şahidlər dindirilmiş, təqsirləndirilən şəxs öz törətdiyi cinayət əməlini etiraf etmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı, yaşadığı evə, həyətyanı sahəyə baxış və götürmə keçirilməsi zamanı qeydə alınmış video görüntüləri özündə əks etdirən iki ədəd DVD disk baxış keçirilmiş, müvafiq əməliyyat tapşırığı, digər zəruri sorğular verilərək cavablar alınmış, həmçinin digər zəruri prosessual hərəkətlər edilmiş və bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi nəzərdə tutulan cinayət əməlini törətməsi toplanmış mötəbər sübutların məcmusu ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkəti protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edib, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərədə tutulan cinayətin tərkibi vadır. Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı sahəsində narkotik tərkibli çətənə kollarının qanunsuz olaraq əkib-becərməklə kultivasiya etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərəkən yuxarıda göstərilən sübutlarla yanaşı, həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələblərini qeyd edir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.6cı maddəsində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il 2 №-li qərarının 19-cu bəndinin tövsiyyələrində qeyd olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti, qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 fevral 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu yabanı bitkilərin toplanmasının kultivasiyaya aid edilib-edilməməsi məsələsi ilə əlaqədar qeyd edir ki, elmi mənasına görə “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı il tarixdə Samux Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunub məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş sayılır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasının aşağı həddinə yaxın həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbi qaydasında təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 20 iyul 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs məhkəmə-narkoloji ekspertizasının 12 oktyabr 2022-ci il tarixli 1519 nömrəli rəyi ilə müəyyən edilmiş kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyindən, barəsində narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olduğundan və narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görüldüyündən, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaəsən narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmaldır. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonar ümumi təmiz çəkisi 3799,1 qram olan 45 ədəd çətənə (kannabis) bitkisinin kolları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Gəncə şəhər Baş Polis İdarəsinin və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə məhkəmə məsrəfi - 32 (otuz iki) manat 40 (qırx qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində müdafiəçi Təqsirləndirilən şəxs 20 (iyirmi) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçinln işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia , xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin,ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 20 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaəsən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonar ümumi təmiz çəkisi 3799,1 qram olan 45 ədəd çətənə (kannabis) bitkisinin kolları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Gəncə şəhər Baş Polis İdarəsinin və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə məhkəmə məsrəfi – 32 (otuz iki) manat 40 (qırx qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə istintaqında Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirdiyindən 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia, xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-53/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-53/2024
01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver