Məhkəmə qərarları › İş №1(100)-53/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-53/2025

24.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-53/2025 24.12.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər; Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X10 məhkəmə iclasının katibliyi, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə idairəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşavirləri Dövlət ittihamçısı, X11 və ədliyyə müşaviri X12, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri; Gəncə Regional Vəkil Bürosunun vəkilləri X9 və Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Dos -7, ev 107, mənzil 31-də qeydiyyatda olmaqla yaşamış DOS-6, ev 17, mənzil 1-də yaşamış xx.xx.2023-cü il tarixdə barəsində barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.3, 181.2.5, 181.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə saxlanc yerinə qanunsuz olaraq girməklə silah qismində istifadə edilən əşyanı tədbiq edib hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tədbiq ediləcəyi hədəsi ilə bağlı basqın edib quldurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 05 radələrində Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən, Zərərçəkmiş şəxs1 məxsus “Mega Store” adlanan mağazanın həyətyanı sahəsindəki saxlanc yeri hesab edilən ofisdə dəmir seyfin içərisində saxlanılan və qeyd edilən mağazanın ticarət fəaliyyəti nəticəsində əldə edilən külli miqdarda pulu ələ keçirmək məqsədi ilə mağazanın gözətçisini zərərsizləşdirmək üçün əvvəlcədən özü ilə yapışqan lent və taxta parçası götürüb tanınmamasını təmin etməkdən ötrü maska tipli papaq və əlcək geyinərək mağazanın həyətyanı sahəsinin barısından aşıb qanunsuz olaraq həyətyanı sahəyə keçdikdən sonra ofisin dəmir seyf saxlanılan otağının pəncərəsinə fiziki güc tədbiq edib açaraq həmin otağa qanunsuz olaraq girib seyfi açmağa çalışarkən səs-küyə çıxan gözətçi Zərərçəkmiş şəxs2 təpə nahiyəsinə əvvəlcədən özü ilə götürdüyü həmin taxta parçası ilə bir dəfə möhkəm zərbə vurmaqla hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın etmiş, zərbənin təsirindən yerə yıxılmadığını görüb əli ilə Zərərçəkmiş şəxs2 yerə yıxaraq əvvəlcədən özü ilə gətirdiyi yapışqan lentlə ilk öncə əllərini, sonra isə ayaqlarını bağlayıb arxası üstə oturdaraq qışqıracağı təqdirdə öldürəcəyi ilə hədələyib susmasını təmin etdikdən sonra seyf olan otağa geri qayıdıb içərisində külli miqdarda, yəni 157.151 manat, 6040 ABŞ dolları və 18.100 rus rublundan ibarət pulun olduğu dəmir seyfi taxta çərçivəsindən ayırmaqla ələ keçirərək quldurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin181.2.3, 181.2.5 ,181.3.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə zamanı yapışqan lentlə taxta parçası onun üzərində olmamışdır. O lentlə taxta parçasını hadisə yerindən götürmüşdür. Hadisə vaxtı seyfin yanında lent və həyətdə taxta parçaları olmuşdur. O, orada olan zaman heç bir kəsi ölümlə hədələməmişdir. Belə ki, həmin hadisə orda olan kamera müşahidəsində də öz əksini tapmışdır. O həmin mağazaya basqın etməmişdir. Mağazanın mühafizəçisi otaqda olan vaxt o ora girərək basqın etmək şəraiti olmuşdur. O, həmin vaxt digər istiqamətə, seyf olan otaq tərəfə getmişdir. Onu fikiri basqın etmək olmamışdır. Sadəcə həmin vaxt mühafizəçi ora gəlmişdir. O orada olan zaman müəyyən vaxt keçəndən sonra mühafizəçi baxmaq üçün ora gəlmişdir. Həmin vaxt onunla mühafizəçi arasında belə bir şey baş vermişdir. O həmin vaxt mühafizəçini vurmamış və hətta onda üzr istəmişdir. O həmin vaxt əlini arxa istiqamətə atan zaman mühafizəçi ona “məni öldürmə” demişdir. O isə mühafizəçiyə cavab olaraq “mənim səni öldürmək fikirim yoxdur, əgər elə bir fikirim olsaydı mən girəndə edərdim, mən pulun dalınca gəlmişəm, kassaya gəlmişəm” demişdir. Müstəntiq onun vermiş olduğu ifadələri ittiham aktında düzgün qeyd etməmişdir. Ona görə də ittiham aktında göstərilən bəzi şeylər öz əksini tapmamışdır. O mağazaya daxil olduqdan sonra mağazanın içərisində olan seyfi götrmüş, lakin seyfin içərisində olan məbləğdən onun məlumatı olmamışdır. O ibtidai istintaq zamanı verdiyi ifadəsində də bildirmişdir ki, onun fikiri 10.000 min manat pul aparmaq olmuşdur. O seyfi yoxlamamış və seyfin açılmasına belə cəhd etməmişdir. O hadisədən sonra seyfi atmışdır. Lakin sonradan ona məlum olmuşdur ki, seyfi polislər torpaqın altından tapmışlar. O bu ifadələrlə razı deyil, belə ki, həmin seyf torpağın üzərində olmuşdur. O tutulandan sonra məsul şəxslərdən biri ona həmin kassanın içərisində o qədər pulların olmamasını bildirmişdir. Onun işinin ağırlaşdırılması üçün bu cür şeylərə əl atılmışdır. Onda olan məlumata görə sefin içərisində 30.000-40.000 min manat pul olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, səhər saat 6-7 radələrində ona zəng gəlmiş və ona «Mega Store» mağazasına basqın olunması bildirilmişdir. Bundan sonra o mağazaya gəlmiş, lakin həmin vaxt artıq seyf apaılmışdır. Həmin vaxt orada olan gözətçilərdən biri baş nahiyyəsindən vurulmuşdur. Ona məlum olan bunlar olmuşdur. Təqsirləndirlən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, onun təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur. O hadisə vaxtı baş nahiyyəsindən xəsarət almışdır. 02 mart 2022-ci il tarixdə, saat 06 radələrində o «Mega Store» mağazasında olan zaman otağın işığının sönməsini görmüşdür. O həmin mağazada gözətçi işləmişdir. Səs gəlmiş və o da dəhlizə çıxmış və həmin vaxt dəhlizin işığı sönmüşdür. İlk öncə o dəhlizin qapısını açmış lakin içəri daxil olmamışdır. Həmin vaxt dəhlizin və otağın işıqları sönmüşdür. O ilk öncə otaqın sonra isə dəhlizin işığına baxmaq istəmişdir. Bundan sonra o işığı yandırmaq üçün tıxac yuvasına basmış və işıqlar yanmışdır. Həmin vaxt təqsirləndiirilən şəxs əlində olan küt alətlə onun baş nahiyyəsindən vurmuşdur. O ayılan zaman əllərinin bağlı və üzü üstə olmasını görmüşdür. Həmin vaxt otaqdan səslər gəlmişdir. Sonra Nicat ona yaxınlaşmış və sellofan istəmişdir. O isə cavab olaraq bildirmişdir ki, onda sellofan yoxdur. Bundan sonra Nicat onu divara söykəyərək ona “burda sakitcə dayan” demişdir. Həmin vaxt Nicat onun əlini, qolunu və ağzını sarımışdır. Sadəcə həmin vaxt onun gözləri açıq olmuşdur. Onun xəsarəti başında olmuşdur. O baş nahiyyəsindən zədə almışdır. Onun baş nahiyyəsindən qan axmışdır. Həmin vaxt Nicat seyfi onun yanına gətirmiş, lakin həmin vaxt seyfi aça bilməmişdir. Bundan sonra Nicat seyfi götürərək orada olan qapının yanına, içəri tərəfə qoymuşdur. Nicat seyfi mağazada olan ərazqları daşımaq üçün nəzərdə tutulan arabaya qoyaraq qapıdan çıxaraq getmişdir. Nicat orada olan zaman ona “dayı bağışla” demişdir. Təqsirləndirlən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, hadisə baş verən zaman o yatmışdır. O zərərçəkmiş şəxs deyildir. O növbəni təhvil vermişdir. Onlar üçün ayrılmış yer vardır, o hadisə baş verən zaman həmin otaqda yatmışdır. O hadisə olandan sonra oyanmışdır. Bundan sonra o təcili tibbi yardıma və mühafizə polisinə zəng etmişdir. 05 mart 2023-cqü il tarixli şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Gəncə şəhər Məhkəməsinin 07 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, həbsə almanın əvvəli 05 mart 2023-cü il tarixdən hesablanmışdır. 05 mart 2023-cü il tarixli “ifadəsinin yerində yoxlanması haqqında” protoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində göstərərək ifadəsini bir daha təsdiq etmişdir. İfadənin yerində yoxlanılması zamanı təqsirləndirilən şəxs N.Bayramovun hadisə zamanı ayağında olan ayaqqabı götürülmüşdür. 02 mart 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən «Mega Store» adlı supermarketin həyətyanı sahəsinə və orada yerləşən ofisə, hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmişdir, həmçinin baxış zamanı videogörüntü də çəkilmişdir. Hadisə yerinə baxış zamanı vidomüşahidə kamerlarında olan videogörüntülər DVD diskə köçürlərək götürülmüşdür. Həmçinin hadisə yerinə baxış zamanı 1 ədəd taxta parçası , Zərərçəkmiş şəxs2 əynində olan gödəkçə də götürülmüşdür. Baş vermiş hadisənin videogörüntülərini özündə əks etdirən DVD diskə baxış keçirlmiş və baxış zamanı müəyyən edilmişdir ki, diskin içərisində 6 kamera görüntüsü vardır.Zərərçəkmiş şəxs Mirbaba əlində olan stəkanla televizor olan kabinetə daxil olur. Həmin vaxt 1-ci kameradan görünür ki, üzü maskalı bir şəxs əlində dəyənəklə birlikdə kənardan ətrafı seyr edir. Həmin şəxs bir neçə dəqiqə ətrafı seyr etdikdən sonra videogörüntün dairəsindən kənara çıxır. Həmin vaxt Zərərçəkmiş şəxs2 televizora baxır. Görüntünün 5-ci dəqiqəsində Zərərçəkmiş şəxs2 ayağa qalxaraq otaqda olan pəncərəni açır. Daha sonra Zərərçəkmiş şəxs2 yenidən əyləşərək televizora bxmağa davam edir.Görüntünün 8-ci dəqiqiəsində həmin şəxs rəflər olan otağa daxil olur. Görüntünün 9cu dəqiqəsində həmin şəxs ehmal addımlarla rəflər olan otaqdan çıxır. Görüntünün 16-cı dəqiqəsində maskalı şəxs 2-ci kamerada olan otağa daxil olaraq ətrafa baxış keçirir. Görüntünün 16-cı dəqiqəsindən 40-cı dəqiqəsinə qədər həmin şəxs otaqda olan seyfi açmağa cəhd edir. Görüntünün 40-cı dəqiqəsində Zərərçəkmiş şəxs2 televizor olan otaqdan çıxaraq digər otaqlara baxış keçirir. Görünütün 41-ci dəqiqəsində Zərərçəkmiş şəxs2 işıqları yandırır. Bu zaman maskalı şəxs Zərərçəkmiş şəxs2 üzərinə hücum çəkərək onu əliundə olan taxta parçası ilə vurur və görüntü dairəsindən kənara çıxırlar. Daha sonra maskalı şəxs və Zərərçəkmiş şəxs2 yenidən görüntü dairəsinə daxil olurlar. Bu zaman maskalı şəxs Zərərçəkmiş şəxs2 əl və ayaqlarını bağlayır. Bundan sonra maskalı şəxs televizor olan otaqda ətrafı axtarır. Daha sonra həmin şəxs seyf olan otağa daxil olaraq seyi götürərərək gedir. Bir müddət keçdikdəın sonra Zərərçəkmiş şəxs2 sürünərək görüntü dairəsindən çıxır. Həmin videogörüntü 1 saat 08 dəqiqə 42 saniyəıdə başa çatır. Məhkəmə-tibb ekspertizasıının xx.xx.2023-cü il tarixli, 296 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzrərində müəyyən edilmiş xəsarətlər sol gicgah-ənsə nahiyyəsinin əzilmiş yarası, hər iki əlin üst səthinin qançırları-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pzoulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığından görünür ki, Təqsirləndirilən şəxs hadisəıni törədərkən digər şəxslərin iştirakının olubolmamasını, hadisə zamanı əynində olan paltarların zibil qutusuna atılıb-atılmamasını və baş vermiş digər cinayətlərdə iştirak edib-etməməsinin müəyyən edilməsi üçün əməliyyat tapşırığı verilmişdir. Verilmiş əməliyyat tapşırığına cavab olaraq bildirmişdir ki, X8 cinayəti törədən zamanı hər hansı bir digər iştirakçının olması və digər cinayətlərdə iştirak müəyyən edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən daxil olmuş arayışından görünür ki, X8 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış xx.xx.2023-cü il tarixli, 2150 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirlməsi haqqında” qərardan görünür ki, Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş 1 cüt ayaqqabı, 1 ədəd taxta parçası və yapışqanlı lent, cinayət işinə əlavə edilmiş baş vermiş hadisənin görüntülərini özündə əks etdirən 1 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən hazırkı cinayət işi üzrə maddi sübut, Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahid ifadələri, ekspertiza rəyləri, hadisə yerinə baxış zamanı qeydə alınmış 1 ədəd DVD, seyfə baxış götürmə zamanı qeydəı alınmış 1 ədəd DVD, şübhəli şəxsin ifadəsinin yerində yoxlaılması zamanı qeydə alınmış 1 ədəd DVD və cinayət işinin digər sənədləri işin obyektiv hallarına uyğun olduğu üçün sübut növü kimi tanınmışdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 məhkəməyə verdiyi ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyanı tam ödənilmiş, onlara barışmışdır, onların X5 qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Elekron məhkəmə sistemindən görünür ki, xx.xx.2020-ci il təvəlldülü X7 atası X6r. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkəti protokollarını və digər sənədləri Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, X4 özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə saxlanc yerinə qanunsuz olaraq girməklə silah qismində istifadə edilən əşyanı tədbiq edib hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tədbiq ediləcəyi hədəsi ilə bağlı basqın edib quldurluq etməsi məhəkəmə istintiaqı zamanı öz təsdiqini tapmışdır. Məhəkəmə hesab edtir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 181.2.3,181.2.5,181.3.2-ci maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Bununla yanaşı təqsirləndirilən şəxsin quldurluq cinayətində özünü təqsirli bilməməsi, cianyət yolu ilə əldə etdiyi pulun məbləğinin az olması ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq xarakteri daşıdığından özünümüdafiə məqsədilə verilmiş ifadə kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il 01 nömrəli Plenumun qərarının 7-ci bəndində göstərilir ki, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. 23-cü bəndində isə göstərilir ki, həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Həmçinin Plemunun qərarında qeyd edilmişdir ki, özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. CM-nin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Dövlət ittihamçısı məhəkəmə çıxşları mərhələsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 181.2.3, 181.2.5 və 181.3.2-ci maddələri ilə verilmiş ittihamlar üzrə Cm-in 181.2.3 və 181.2.5-ci maddələri ilə verilmiş ittihamlar üzrə dispozitiv şərtlər Cm-nin 181.3.2 ci maddəsi əhatə olundubğundan rəqəm ifadəsi olaraq ittihamdan xaric edilməsi və Təqsirləndirilən şəxs qarşı cinayət təqibinin CM-in 181.3.2-ci maddəsi ilə davam etdirilməsini xahiş etmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(100)-53/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 181.2.3, 181.2.5 və 181.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan CM-in 181.2.3 və 181.2.5-ci maddələrinin rəqəm ifadəsi olaraq xaric edilməsi, Təqsirləndirilən şəxs qarşı cinayət təqibinin CM-in 181.3.2-ci maddəsi ilə davam etdirilməsi məqsədəuyğun hesab edilmişdir. Məhəkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs X4 qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdılar. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələblərinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X5 azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikasının CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olması, Azərbaycan Respublikasının CM-nin 59.1.12-ci və 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tam ödəməsi, Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi cəzasını yüngülləşdirilən hal kimi qiymətləndirilməlidir. X1 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halları müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, təqsirləndirilən şəxs X8 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəndə çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, X4 cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 05 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübutlar- Gəncə şəhər BPİ-nin abarında saxlınılan 1 cüt ayaqqabı qanuni sahibə qaytarılmalı, imtina etdikdə məhv edilməldir. 1 ədəd taxta parçası və yapışqanlı lent məhv edilməldir. İş üzrə məhkəmə məsrəfi, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X8 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X4 cəzaçəkmə müddətinin başlanğıcı onun şübһəli şəxs qismində tutulduğu 05 mart 2023-cü il tarixdən hesablansın. X4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar- Gəncə şəhər BPİ-nin abarında saxlınılan 1 cüt ayaqqabı qanuni sahibə qaytarılsın, imtina etdikdə məhv edilsin. 1 ədəd taxta parçası və yapışqanlı lent məhv edilsin. İş üzrə məhkəmə məsrəfi, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar