Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-54/2021 20.04.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Bağırov Məhəmməd Ənvər oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu ödənilmiş, fəhlə işləmiş, ünvan 2, mənzil 6-da qeydiyyatda olmaqla yaşamış, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarl ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində yaşadığı ünvan 1 ünvanının yaxınlığında, məişət tullantılarının atıldığı sahədə yeznəsi Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı müəyyən edilməsi mümkün olmayan deşici alətlə sonuncunun qarın nahiyəsinə bir dəfə vuraraq qarın nahiyəsinin bir ədəd daxilə keçən nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan kəsilmiş-deşilmiş yarası xəsarətini yetirməklə həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun yeznəsi olmuş və qonşuluqda yaşadığından onu uşaq vaxtlarından tanımışdır. 2006-cı ildə bacısı X12 Kərimovla el adəti ilə qeyri-rəsmi olaraq toy edib evlənmiş və həmin nikahdan onların 2007-ci il təvəllüdlü Leyla Həsənova, 2009-cu il təvəllüdlü Həsən Həsənov və 2011-ci il təvəllüdlü Əkbər Həsənov adlı övladları doğulmuşdur. Zərərçəkmiş şəxsla o, hələ yeznəqayın kimi qohumluq münasibəti olmamışdan əvvəl də, münasibətləri yaxşı olmuş və heç bir dava-dalaşları olmamışdır. 2013-cü ildə o, müddətli həqiqi hərbi xidmətə getmiş, lakin 2014-cü ildə hərbi xidmət zamanı törədiyi cinayət əməlinə görə Azərbaycan Respublikasının CM-nin 182.2.1, 182.2.2, 182.2.3, 332.2.3 və 332.2.5-ci maddələri ilə təqsirli bilinərək, 06 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx xxxxxxxx 2016-cı il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. O, azadlığa çıxdıqdan sonra öz yaşadığı evə gəlmiş və bu zaman Ruslanın da azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğunu, bu dönəmdə də, bacısı Dilanə Həsənovanın ondan ayırlaraq övladları ilə birlikdə onun yaşadığı evə qayıtdığını öyrənmişdir. Həmin xəbər ona pis təsir etsə də, bacısının ailədaxili məsələsi olduğu üçün bu barədə nə bacısı Dilanə ilə, nədə ki Ruslanla hər hansı bir söhbəti olmamışdır. Ruslan istədiyi vaxt gəlib övladları ilə görüşmüş, övladları da, eyni qaydada istədikləri vaxt gedib ataları ilə vaxt keçirmişlər. xx xxxx 2020-ci il tarixdə axşam radələrində bacısının övladları Həsən və Əkbər oynamaq üçün atasıgilə getmişdir. Təxminən saat 21 radələrində Həsən evə gəlmiş və onlar birlikdə şam yeməyi yemişlər. Bir qədər sonra onlar Əkbərin evə gəlmədiyini görüb narahat olmuşlar. O, Həsəni Əkbərin atasıgildə olub-olmamasını öyrənmək üçün Ruslangilə göndərmiş, lakin Həsən geri qayıdaraq Əkbərin orada olmadığını demişdir. Bundan sonra o daha da narahat olmuş və Əkbəri tapmaq üçün küçəyə çıxmışdır. Küçədə Ruslanın əlində çörək Əkbərlə birlikdə gəldiklərini görmüşdür. Ruslangil onun yanına çatdıqda o, Əkbərdən harada olmasını soruşmuş. həmin vaxt Əkbər ona atası ilə birlikdə çörək almağa getdiyini demiş, o isə Əkbərə təpinərək evə getməsini demişdir. Bu zaman Ruslan ona “nə olub?... Əkbər mənimlədir...” deyə bildirmiş, o isə cavabında Ruslana, Əkbərin onunla olmasının heç bir problemi olmadığını, ancaq bir yerə gedərkən xəbər etməli olduğunu, çünki narahat qaldıqlarını demişdir. Bundan sonra Ruslanla onun əlavə heç bir söhbəti olmamış və onlar evə getmişlər. O, bir qədər sonra geri öz evi istiqamətinə qayıtdıqda, Əkbərin Ruslanla birlikdə hələ də, küçədə olduğunu görüb yenidən Əkbərə təpinərək ona gec olduğunu, evə getməsini demişdir. Bu zaman Əkbər əlində Ruslanın telefonu ilə oynaya-oyana Ruslangilin evi istiqamətinə getmişdir. Əkbər aralaşdıqdan sonra Ruslan ona yenidən Əkbərin yanında olduğunu, heç bir problem olmadığını demiş, o isə cavabında Ruslana narahat qaldıqlarını və Əkbərin evə getməli olduğunu demişdir. Bu vaxt Ruslanla aralarında söhbət qızışaraq mübahisəyə çevrilmişdir. O, Ruslana “söhbət edərik” deyə bildirsə də, Ruslan indi söhbət etməli olduqlarını bildirmişdir. O, Ruslanla razılaşaraq gözləməsini, evə dəyib qayıdacağını demişdir. Bundan sonra o, evə gedərək ayağında olan başmağı çıxarıb ayaqqabı geyinərək yenidən küçəyə Ruslanın yanına qayıtmışdır. O, Ruslana kənar yerdə söhbəti davam etdirməyi demiş, Ruslan da, razılaşmış və onlar piyada bir qədər kənara, məişət tullantılarının atıldığı yaşayış olmayan, ətrafında boş torpaq sahələri yerləşən sakit yerə getmişlər. Həmin yerdə Ruslanla onun sözlə mübahisəsi daha da qızışmışdır. O, Ruslana övladlarını apararkən onlara xəbər etməli, onların icazəsi ilə aparmalı olduğunu demiş, Ruslan isə cavabında heç bir icazəyə ehtiyacı olmadığını, istədiyi vaxt övladlarını aparacağını bildirmişdir. Ruslanın belə cavab verməsi onu özündən çıxarmış və əli ilə Ruslanı itələmişdir. Bu zaman onun ayağı boşluğa keçmiş və arxası üstə oturulu vəziyyətdə yerə yıxılmışdır. O, Ruslanın ondan yaşca böyük olduğundan, həmçinin fiziki cəhətdən qüvvətli olduğundan onunla öz gücü ilə bacara bilməyəcəyi qənaətinə gəlmiş və yerdə oturulu vəziyyətdə əli ilə Ruslanı vuracaq hər hansı bir əşya axtarmış, bu zaman sağ əlinə xırda dəmir parçası keçmiş, dəmir parçasını götürmüş və Ruslanın qarın nahiyəsinə soxaraq digər əli ilə də, onu itələmişdir. Həmin an Ruslan əli ilə qarnını tutmuş, o isə qorxaraq dərhal əlində olan dəmir parçasını ataraq oradan qaçmış və Ruslan da, bir qədər onun arxasınca qaçsa da, çata bilməmişdir. O, uzaqlaşaraq öz yaşadığı evə getmişdir. O, yolda Ruslanın qohumu Orxanla qarşılaşmış, lakin Orxana heç bir söz demədən yaşadığı evə gəlmiş və hadisə barədə heç kəsə heç bir söz deməmişdir. O, həmin gün gecə radələrində təcili tibbi yardımın həkimlərinin gələrək Ruslanı xəstəxanaya apardıqlarını öyrənmiş və həmin vaxt Ruslana xəsarət yetirdiyini anlamışdır. Ruslanı vurarkən onu öldürmək niyyəti olmamışdır. Hadisə baş verdiyi yerdə başqa heç kəs olmamışdır. Hazırda əməlindən peşmandır. Zərəçəkmişlə barışdığından, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx xxxx 2020-ci il tarixdə təxminən saat 21 radələrində o, övladları Əkbər və Həsənlə birlikdə öz evində oturub vaxt keçirmiş, həmin vaxt evə çörək lazım olduğuna görə o, oğlu Əkbərlə birlikdə çörək almağa qərar vermişdir. Bu məqsədlə Həsəni anası Dilanəyə məlumat vermək üçün yaşadığı evə göndərmiş və Əkbərlə birlikdə evdən çıxaraq marketə çörək almağa getmişdir. Onlar marketdən çörək alıb qayıdarkən evlərinin yaxınlığında küçədə Röyalla qarşılaşmış, Röyal onlara yaxınlaşaraq Əkbərdən harada olmasını soruşmuş, Əkbər isə Röyala onunla birlikdə çörək almağa getdiyini demişdir. Bu zaman Röyal Əkbərə təpinərək evə getməsini istəmişdir. Röyalın onun yanında övladına irad bildirməsi ona xoş gəlməmiş və o, Röyala “nə olub?... Əkbər mənimlədir...” deyə bildirmişdir. Röyal isə cavabında ona Əkbəri özü ilə apararkən onlara xəbər etməli olduğunu, narahat qaldıqlarını demiş, o isə cavabında Röyala? Əkbərin öz övladı olduğunu, yanında olarkən narahatçılığa heç bir əsasın olmadığını bildirmişdir. Bundan sonra Röyalla onun əlavə bir söhbəti olmamış və o, Əkbərlə birlikdə evə doğru getmişdir. Evə çatanda Əkbər onun yanında qalmaq istədiyini demiş və o, Əkbərlə hava almaq üçün evilərinin qarşısına küçəyə çıxmışlar. Həmin vaxt Əkbər ona telefonu ilə oyun oynamaq istədiyini demiş, o da, öz telefonunu Əkbərə vermiş və sonuncu telefonla oyun oynamağa başlamışdır. Bu zaman Röyal geri qayıtmış və onun Əkbərlə birlikdə küçədə olduğunu görüb yenidən Əkbərə təpinərək gec olduğunu, evə getməsini demiş, Əkbər isə əlində onun telefonu ilə oynaya-oynaya öz evlərinə getmişdir. Əkbər aralaşdıqdan sonra o, Röyala təkrar olaraq Əkbərin onunla olduğunu, heç bir problem olmadığını demiş, Röyal isə ona Əkbərin evə getməli olduğunu demişdir. Röyalın onun övladı ilə rahat vaxt keçirməyinə imkan verməməsi və ona irad bildirməsinə görə aralarındakı söhbət qızışaraq mübahisəyə çevrilmişdir. Həmin vaxt onlar küçədə evlərinin yaxınlığında dayanmış və həmin yer söhbət etmək üçün əlverişli yer olmadığından, Röyala kənar sakitçilik yerə getmələrini demiş, Röyal isə ona ayağında başmaq olduğunu, ayaqqabı geyinib qayıdacağını demişdir. Bundan sonra Röyal evə gedib ayaqqabı geyinərək yenidən küçəyə onun yanına qayıtmışdır. Röyal onun yanına gəldikdən sonra ona evlərindən bir qədər aralıya, məişət tullantılarının atıldığı sakitliyə getmələrini demiş, özü də, Röyalla razılaşaraq evilərindən bir qədər aralıda yerləşən məişət tullantılarının atıldığı sakitliyə getmişdilər. Həmin yerdə Röyalla onun sözlə mübahisəsi daha da qızışmış, Röyal ona övladlarını apararkən onlara xəbər etməli, onların icazəsi ilə aparmalı olduğunu demiş, o isə Röyala onun uşaqların dayısı olduğunu, özünün isə uşaqların atası olduğunu, heç bir icazəyə ehtiyacı olmadığını, istədiyi vaxt övladlarını aparacağını demişdir. Bu vaxt mübahisələri daha da şiddətlənmiş və onlar tutaşmışlar. Mübahisə gedişində Röyal əli ilə onu itələmiş, bu zaman Röyalın ayağı boşluğa keçmiş və sonuncu arxası üstə oturulu vəziyyətdə yerə yıxılmışdır. Röyal yerdə oturulu vəziyyətdə yerdən sağ əli ilə nəsə götürərək onun qarın nahiyəsinə zərbə yetirib onu itələmiş, özü isə qarnına nəyinsə giribçıxdığını hiss etmiş və əli ilə qarnını tutmuşdur. Röyal qaçaraq oradan uzaqlaşmışdır. O, əvvəl güclü ağrı hiss etmədiyinə görə xəsarətinin ciddi olmadığını düşünmüş və qarın nahiyəsini tutaraq Röyalın arxası ilə getməyə başlamışdır. Həmin vaxt bacısı oğlu Şahid onların səsini eşidərək onlara doğru gəlmişdir. Röyal, Orxanın yanından qaçaraq çıxıb getmiş, Orxan isə onun yanına gəlmişdir. O, Orxana Röyalla mübahisə etdiyini, Röyalın qarın nahiyəsinə nə iləsə vurduğunu, yaralı olduğunu, lakin bu barədə heç kəsə bir söz deməməsini, evdəkilərin qorxacağını demişdir. Bundan sonra o, Orxanın köməkliyi ilə evə doğru getmiş, evlərinin qarşısına çatdıqda yarasından yerə qan damcısı düşmüşdür. Bundan sonra o, evə keçmiş, həmin vaxt anası Qənirə Kərimova evdə olmuşdur. Anası Qənirə onun qarın nahiyəsinin qan olmasını görüb nə baş verməsini soruşduqda o, anası qorxmasın deyə yıxıldığını, qarnına dəmir batdığını demişdir. Bundan sonra anası onun əynində olan qısaqol köynəyini çıxarıb kənara qoymuş və yarasını təmizləyərək ilkin yardım göstərmiş və onun yarasından qan axması dayanmışdır. Həmin ərəfədə o, səhhətində hər hansı bir narahatçılıq hiss etməmiş və düşünmüşdür ki, yarası ciddi deyil. Buna görə bacısı oğlu Orxana yaxşı olduğunu, evə getməsini demişdir. Orxan da, onunla razılaşaraq öz evlərinə getmişdir. Lakin bir qədər sonra o, özünü daha da pis hiss etmiş, buna görə də, saat 03 radələrində “X16 Stansiyasının 103 xidmətinə” zəng etmiş və həkimlər gələrək onu Gəncə şəhər 3 saylı TTYX-ya apararaq əməliyyat etmişlər. Özünə gəldikdən sonra isə xəsarətinin ağır olduğunu anlamış və buna görə də, Gəncə şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət edərək baş vermiş hadisəni olduğu kimi bildirmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış və ona həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, O, xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində işdən qayıdarkən şam yeməyi üçün dayısı Ruslangilə getmiş, onlarda yemək yeyib yatmışdır. Həmin vaxt Ruslan və nənəsi, Qənirə də evdə olmuşlar. O, təxminən saat 22 radələrində yuxudan oyanıb həyətə, oradan da küçəyə çıxmış, küçə ilə bir qədər piyada gəzə-gəzə irəlilədikdən sonra məişət tullantılarının atıldığı kimsəsiz sahədən səs eşitmiş, həmin istiqamətə getdikdə Röyalın qaçaraq ona tərəf gəldiyini, arxası ilə isə Ruslanın gəldiyini görmüşdür. Röyal onun yanından ötərək çıxıb getmişdir. O, Ruslana yaxınlaşdıqda Ruslanın əli ilə qarın nahiyəsini tutduğunu, əynindəki qısaqol köynəyin əli ilə tutduğu yerin isə qan olduğunu görmüşdür. Ruslan ona Röyalla mübahisə etdiyini, Röyalın onun qarın nahiyəsindən nə iləsə vurduğunu, yaralı olduğunu, lakin bu barədə heç kəsə bir söz deməməyini, evdəkilərin qorxacağını demişdir. O, dərhal Ruslana köməklik edib onu evə gətirmişdir. Ruslangilin evinin qarşısına çatdıqda Ruslanın yarasından yerə qan damcısı düşmüşdür. Daha sonra onlar evə girmiş, bu zaman nənəsi Qənirə Ruslanın qarın nahiyəsinin qan olmasını görüb nə baş verdiyini soruşduqda Ruslan nənəsinə yıxıldığını, qarnına dəmir batdığını demişdir. Bundan sonra nənəsi Qənirə Ruslanın yarasını təmizləyərək ilkin yardım göstərmiş, Ruslanın yarasından qanaxma dayanmış və yara ciddi görünməmişdir. Ruslan ona hər hansı bir narahatçılıq hiss etmədiyini demiş, o isə artıq hər şeyin qaydasında olduğunu görüb, dayısının ciddi xəsarət almadığını düşünərək öz evinə getmiş və yorğun olduğu üçün yatmışdır. Səhəri gün isə oyandıqda dayısının xəstəxanaya aparıldığını və əməliyyət olunduğunu öyrənmişdir. Röyal onun yanından keçərkən sonuncunun əlində heçnə olmamış, həmin vaxt hadisə yerində kənar heç kəs olmamış və həmin yerə sonradan heç kəs toplaşmamışdır. Hadisə zamanı o heç bir xəsarət almamış, onu heç kəs vurmamış, həmçinin o da heç kəsi vurmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ünvan 1 ünvanının qarşısına baxış keçirilmiş, baxış zamanı ünvan 1 ünvanının qarşısında yerdə qana oxşar kütlə müəyyən edilərək götürülmüş, bu barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmişdir İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “könüllü gəlmə” barədə xx xxxx 2020-ci il tarixli protokoldan və ərizədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinə xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində yaşadığı ünvan 2 ünvanının yaxınlığında, məişət tullantılarının atıldığı yaşayış olmayan sahədə yeznəsi Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı yerdən tapdığı xırda dəmir parçasını sonuncunun qarın nahiyəsinə soxaraq xəsarət yetirdiyini, törətdiyi əməldən çox peşman olduğunu, buna görə də, könüllü olaraq təqsirini boynuna aldığını, yeznəsi Zərərçəkmiş şəxs dəymiş ziyanı qarşılamağa hazır olduğunu bildirmişdir. Həmin ərizə ilə əlaqədar olaraq “təqsirini boynuna almaqla könüllü gəlmə” protokolu tərtib edilmiş və cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” potokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlanılması aparılmış və Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində göstərərək ifadəsini bir daha təsdiq edərək, sonuncunun əlində olan alətlə vurduğu yeri bir daha göstərmidir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(043)-57/2020 saylı qərarından görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesbalanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibb ekspertizasının xx xxxx 2020-cu il tarixli 936 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət – qarın nahiyəsinin bir ədəd daxilə keçən nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan kəsilmiş-deşilmiş yarası deşici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilməklə sonuncunun bədəni üzərində müəyyən edilmiş xəsarətin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertinin xx xxxxxx 2020-ci il tarixli 424/180 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da, heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. O, hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22 ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda da, öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi, subyektivizm əlamətləri, şəxslər arasında konflikt problemlərinin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi psixoloji xüsusiyyətlərə malikdir. Cinayət əməlini törədərkən əsəbi emosional vəziyyətdə olmuşdur. Həmin vəziyyətin yaranma səbəblərindən biri zərərçəkmişlə aralarında olan mübahisə ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətrasoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 16/531 nömrəli rəyindən görünür ki, təqdim olunan Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş qısaqol köynəyin üzərində olan zədə ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterik deşilmə zədəsi olmaqla Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibb Ekspertiza və Patoloji Anatomoya ETT Birliyinin xx.xx.2020-ci il tarixli 936 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş qısaqol köynəyin səthində olan zədə müqayisə edimiş və müəyyən olmuşdur ki, bədəndə yerləşən “qarın nahiyəsinin bir ədəd daxilə keçən nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan kəsilmiş-deşilmiş yarası” xəsarəti ilə qısaqol köynəyin səthində olan zədə yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməbioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 27 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə A (İ) beta qan qrupu olmaqla, sonuncuya məxsus bir ədəd köynək və hadisə yerindən götürülmüş tampon üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A (İİ) olduğundan Zərərçəkmiş şəxs məxsus ola bilər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx xxxx 2020-ci il tarixli 921 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətin olmaması müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.2, 182.2.3, 332.2.1, 332.2.3 və 332.2.5-ci maddələri ilə təqsirli bilinərək 06 il 06 ay azadlıqdan məhrum etməcəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə isə 01 il 01 ay 14 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər rayonlararası ruhi-əsəb dispanserindən və Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış arayışlardan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Kəpəz rayon İHB Şıxzamanlı qəsəbəsi İƏDÜ nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Şıxzamanlı qəsəbəsi, Kərpic zavod q, ev 1, mənzil 6 saylı evdə yaşayır və ailə tərkibi atası 1956-cı il təvəllüdlü X8, anası 1966-cı il təvəllüdlü X3, bacısı 1991-ci il təvəllülü X6, bacısı qızı 2007-ci il təvəllüdlü X7, bacısı oğlu 2009-cu il təvəllüdlü X9, bacısı oğlu 2011-ci il təvəllüdlü X19 oğludur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli 182344/2019 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.2, 182.2.3, 332.2.1, 332.2.3 və 332.2.5-ci maddələri ilə təqsirli bilinərək 06 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə isə 01 il 01 ay 14 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs istintaqa ərizəsindən ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmiş və o Təqsirləndirilən şəxs ilə barışmışdır. Buna görə də, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsindən məzmunundan görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən maddi sübutları, ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində yaşadığı ünvan 1 ünvanının yaxınlığında, məişət tullantılarının atıldığı sahədə yeznəsi Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı müəyyən edilməsi mümkün olmayan deşici alətlə sonuncunun qarın nahiyəsinə bir dəfə vuraraq qarın nahiyəsinin bir ədəd daxilə keçən nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan kəsilmiş-deşilmiş yarası xəsarətini yetirməklə həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Yuxarıda qeyd olunan hüquqi əsaslarə görə məhəkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməli və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cinayət cəzası daşımaldır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3–cü maddəsinə müvafıq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.l.12-ci maddəsinə, səmimi etirafı, əməlindən peşman olması, yeznə-qayın münasibətində olması isə həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Lakin məhkəmə təqsirləndirlən şəxsin əvvələr məhkum olunmasına baxmayaraq, islah yoluna qədəm qoymamasını qeyd edir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.2, 182.2.3, 332.2.1, 332.2.3 və 332.2.5-ci maddələri ilə təqsirli bilinərək 06 il 06 ay azadlıqdan məhkum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə isə 01 il 01 ay 14 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bakı Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli 7-1(093)-2/2021 saylı qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs ərizəsi qismən təmin edilmiş, məhkum Təqsirləndirilən şəxs Bakı Hərbi məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə CM-nin 182.2.1, 182.2.2, 182.2.3-cü maddəsi ilə təqsirli bilindiyi əməli yeni qanuna uyğunlaşdırılaraq, CM-nin 332.1- 1-cı maddəsinə tövsif edilərək, ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən həmin cəza Təqsirləndirilən şəxs CM-nin 332.2.1, 332.2.3 və 332.2.5-ci maddəsi ilə təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzaları ilə qismən toplanılmaqla üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanması və cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməsi, cəzaçəkmənin əvvəli tutulduğu vaxtdan xx xxxx 2014-cü il tarixdən hesablanması qərara alınmışdır. Başqa sözlə təqsirləndirlən şəxs əvvəllər məhkum olunsa da hazırda onun məhkumluğu yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bakı Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli 7-1(093)-2/2021 saylı qərarından görünür ki, 1.Bakı hərbi məhkəməsinin xx xxxx 2021-ci il tarixli 7-1(093)-2/21 nömrəli qərarının təsviriəsaslandırıcı hissəsinin 2-ci abzasında məhkum Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlinin epizodlarında zərərçəkmişlərdən tələb edilən məbləğ yüz manatdan artıq olmuş və bu məhkumun törətdiyi cinayət əməlində CM-nin 332.1-1-ci maddəsinin tərkibi olması anlamına gəlir və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, sanksiyası həddində cəzalandırılmalıdır ifadəsi, “məhkum Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayet əməlinin epizodlarında zərərçəkmişlərdən tələb edilən məbləğ yüz manatdan artıq olmamış və bu məhkumun törətdiyi cinayət əməlində Cinayət Məcəlləsinin 332.1-1-ci maddəsinin tərkibi olmaması anlamına gəlir və Bakı hərbi məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmündən Cinayət Məcəlləsinin 332.1-1-ci maddəsi xaric edilməlidirə sözləri kimi oxunması, 2. Bakı hərbi məhkəməsinin xx xxxx 2021-ci il tarixli 7-1(093)-2/21 nömrəli qərarının təsviri-əsaslandırıcı hissəsinin 6,7,8,9,10сu sətirlərindəki ona CM-nin 332.1-1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, CM-nin 66.2-ci maddəsinə əsasən isə həmin cəza CM-nin 332.2.1, 332.2.3 və 332.2.5-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları ilə qismen toplanılmaqla üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır ifadəsi, məhkum X4 Bakı hərbi məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə CM-nin 182.2.1, 182.2.2, 182.2.3-cü maddəsi ilə təqsirli bilindiyi əməli yeni qanuna uyğunlaşdırılaraq CM-nin 332.11-cı maddəsinə tövsif olunmalı, Azərbaycan Respublikasının CM-nin 332.1-1-ci və 66.2cü maddəsi xaric edilməli və onun üzərində Azərbaycan Respublikasının CM-in 332.2.1, 332.2.3 və 332.2.5-ci maddəsi ilə təyin olunmuş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdırə sözləri kimı oxunması, 3, Bakı hərbi məhkəməsinin xx xxxx 2021-ci il tarixli 7-1(093)-2/21 nömrəli qərarının nəticəvi hissəsinin 2-ci abzasınıda məhkum Təqsirləndirilən şəxs Bakı hərbi məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə CM-nin 182.2.1, 182.2.2, 182.2.3-cü maddəsi ilə təqsirli bilindiyi əməli yeni qanuna uyğunlaşdırılaraq CM-nin 332.1-1-cı maddəsinə tövsif edilsin və ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etme cəzası təyin edilməsi, Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən həmin cəza Təqsirləndirilən şəxs CM-nin 332.2.1, 332 2.3 və 332.2.5-ci maddəsi ilə təyin olunmuş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzaları ilə qismən toplanılmaqla üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın ifadəsi, “məhkum Təqsirləndirilən şəxs Bakı hərbi məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə CM-nin 182.2.1, 182.2.2, 182.2.3-cü maddəsi ilə taqsirli bilindiyi əməli yeni qanuna uyğunlaşdırılaraq CM-nin 332.1- 1-cı maddəsinə tövsif edilsin və həmin tarixli hökmdən Azərbaycan Respublikasının CMnin 332.1-1-ci və 66.2-ci maddəsinin tətbiqi xaric edilməsini, Təqsirləndirilən şəxs üzərində Azərbaycan Respublikasının CM-in 332.2.1, 332.2.3 və 332.2.5-ci maddəsi ilə təyin olunmuş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsınə sözləri kimi oxunması qərar alınmışdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması heç bir hüquqi nəticə yaratmır. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10, 59-1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən, yəni 06 (altı) ildən artıq ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrumetmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmağı mükün sayır Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbləri qaydasında Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan maddi sübutlar- Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd qısaqol köynək Zərərçəkmiş şəxs qaytarılmalı, imtina edildikdə məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 31,50 (otuz bir manat əlli qəpik) məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməldir. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan maddi sübut- Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd qısaqol köynək Zərərçəkmiş şəxs qaytarılsın, imtina edildikdə məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 31,50 (otuz bir manat əlli qəpik) məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-54/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-54/2021
20.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver