Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-54/2023 06.09.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər X8 və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, X13, X18, X14, X7 məhkəmə iclasının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokrorlları, kiçik ədliyyə müşaviri X20 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi Əfşər oğlunun iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında - xx.xx.1990-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkumluğu olmayan, Ağdaş rayonu, Qolqəti kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehsal miqdarından artıq olduğundan yeni, külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 635 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 04 noyabr 2021ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 23.30-da Ağdaş rayonu Qolqəti kəndində yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq ünvan ünvanda yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin X15 şöbəsinə dəvət olunub orada 05 noyabr 2021-ci il tarixdə saat 02:00-da üzərinə şəxsi axtarış keçirilərkən sol əlindəki bir ədəd ağ-qara rəngli polietilen torbada külli miqdarda 635 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, onun ali təhsilli olmaqla Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Tutulmamışdan 10 gün əvvəl, yəni oktyabr ayının 21-də işlədiyi Ağdaş RPŞ-dən qeyri-qanuni şəkildə işdən azad olunaraq Zərdab rayonunda işləməyə başlamışdır. Noyabr ayının 4-də Ağdaş RPŞ-dən olan keşmiş iş yoldaşları iki nəfər polis əməkdaşı və iki nəfər mülki şəxslə kafedə oturan vaxt həmkəndlisi Nurlan mobil telefonuna zəng edərək onu kimlərinsə axtardığını deyib və onu axtaran şəxslərdən birinə mobil telefon nömrəsini vermişdir. O, həmin vaxt atasına zəng edib bu barədə məlumat verəndə atası yanında iki nəfər özlərini şübhəli aparan şəxsin olduğunu demişdir. Atası Rusiyaya xurma ixrac etmiş, həmin şəxslər xurma almaq bəhanəsi ilə atasına yaxınlaşmışlar. O, həmin şəxslərin kim olduqlarını və məqsədlərinin nə olduğunu bilməmişdir. Sonra iş yoldaşının avtomobili ilə gedib təmirdə olan avtomobilini götürüb evə getmişdir. O, evə gedəndən sonra mobil telefon vasitəsilə keçmiş qrup yoldaşına bu barədə danışıb, həmin gün axşam saat 23:30 radələrində 12-13 nəfər polis əməkdaşları qapını sındırarq evlərinə daxil olub, onu yerə yıxaraq döyməyə başlamışlar. O, onlardan onu döymə səbəbini soruşanda “sonra bilərsən” demişlər. Həmin vaxt azyaşlı uşaqları evdə olan səs-küyə yuxudan durub ağlamışlar. Sonra uşaqları və onu evdən çıxarmışlar, 3-4 nəfər polis əməkdaşları da evdə qalmış, bir qədər sonra onu yenidən otağa aparıb evində axtarış aparacaqlarını deyiblər, o da “əgər özünüz qoymamısınızsa hər yeri axtarın demişdir”. Sonra evin hər yerini axtarıb dolabın içərisindən özlərinin qoyduqları narkotik vasitəni çıxarmışlar. O, həmin vaxt etiraz edib onun ona məxsus olmadığını demişdir. Sonra evdə yenidən onu döyüb həyətə çıxarmışlar. Polis əməkdaşları onların evinə 3-4 avtomobillə gəlimiş, onu avtomobillərdən birinə mindirib Gəncə şəhərinə aparmlşlar. Gəncə şəhərində QBRŞ-nin binasına çatanda RizvanYusifov onu vurmuş, səbəbini soruşanda isə heç bir əsas göstərməmişdir. Onlar onun döyməklə nə isə boynuna qoya bilməyəcəklərini düşünmüşlər. Polislərin rəis deyə müraciət etdikləri şəxs ona arvadını və atasını da gətirdiklərini, lazım olsa onların da üzərinə narkotik vasitə qoyacaqalrını demişlər. Onun özü də hüqüqşünas olduğundan dediklərinə inanamamışdır. Sonra onu digər otağa aparıb həmin otağın pəncərəsindən həyətdəki qara rəngli avtomobildə oturan arvadını göstərimişlər. O, həqiqətən də arvadını avtomobildə olduğunu görüb məcbur bütün sənədlərə imza etmişdir. Həmin vaxt onun yanında hüquqlarını müdafiə edəcək vəkil olmamışdır, O, bibisi oğlunun vəkil oluğunun bildirib onu çağırlmasını xahiş etmiş. Onlar razılaşmayıb özlərinin vəkil dəvət edəcəklərini demişlər. O, məcbur olub onların diktə etdikləri kimi ifadə vermişdir. Azərbaycan Respublikasının CPM-nin 327-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ibtidai istinaq zamanı, yəni 06 noyabr 2021-ci il tarixdə müdafiəçinin iştirakı ilə verdiyi ifadəsini elan etmişdir. Həmçin ifadədən göstərmişdir ki, narkotik vasitə qəbul etməmiş, heç bir yerdə işləmədiyi üçün xeyli borcu olmuşdur. Təxminən 18-20 oktyabr 2021-ci il tarixdə o üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi şəxslə Ağdaş rayonu ərazisində təsadüfən görüşən zaman həmin şəxs onda yüksək keyfiyyətli narkotik vasitə qurudulmuş marixuana olduğunu və həmin narkotiki ucuz, yəni 700 manata satdığını bildirmişdir. Onun narkotik vasitələrdən və qiymətlərindən anlayışı olduğundan həmin narkotik vasitəyə baxmış və narkotik vasitənin yüksək keyfiyyətli olduğunu və ucuz satılmasında əmin olmuşdur. Bu zaman onun maddi çətinliklərinin olması ilə bağlı belə qərara gəlmişdir ki, həmin narkotik vasitəni alıb hissə-hissə daha baha qiymətə satmaqla gəlir əldə etsin. Bu məqsədlə o, həmin şəxsə üzərində olan 700 manat pulu verib satdığı yarım kilodan artıq çəkidə olan narkotik vasitə qurudulmuş marixuananı almış və 04 noyabr 2021-ci il tarixədək həmin marixuanaya müştəri tapa bilmədiyi üçün yaşadığı evin yaxınlığında hasarın dibində qizlətməklə saxlamışdır. xx.xx.2021-ci il tarixdə narkotiki satmaq məqsədi ilə saxladığı yerdən götürüb əlində olan sellofan torba ilə birlikdə bir qədər hərəkət etdikdən sonra həmin gün saat təxminən 23:30 radələrində yaşadığı Ağdaş rayonu, Qolqatı kəndində, yaşadığı evin yaxınlığında üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı təqdim etmiş və onun külli miqdarda narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin Gəncə şəhərində yerləşən şöbəsinə dəvət etmişlər. Burada onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan olan hər hansı əşya olduğu halda təqdim etmək xahiş edilmişdir. Bundan sonra o sol əlində olan sellofan torbanı, əynində olan göy rəngli şalvarının sağ yan cibimdən özünə məxsus “F+” markalı mobil telelfonu, arxa sağ cibindən içərisində şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, 11 manat pul, bir ədəd 1 Dollarlıq pul əskinası olan pul kisəni təqdim etmişdir və üstündə başqa heç bir şey olmadığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən iş üzrə əhəmiyyət kəsb edəcək digər heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra ona izah edilməklə mobil telefonu, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Təqdim etdiyi bir ədəd sellofan torbaya baxış keçirilən zaman içərisində tünd yaşıl rəngli, qurudulmuş halda narkotik vasitə marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin sellofan torbada olan maddələrin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmişdir. Həmin torbadakı kütlənin çəkisinin 645 qram olması müəyyən edilmişdir. Həmin sellofan torba qablaşdırılmış və möhürlənmişdir, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə ickasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Ağdaş rayon sakini Cəfərov Adil oğlunun qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Ağdaş rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğundan, raportla ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə 04 noyabr 20221-ci il tarixli qəra qəbul edilmiş, qərarın icra edilməsi ilə əlaqədar həmin gün saat 23:30-DA Ağdaş rayon Qolqəti kəndi ərazisində, yaşadığı evinin yaxınlığında əlindəki sellefon torba ilə birlikdə piyada hərəkət edən zaman saxlanılaraq, Gəncə şəhəri, Atatürk prospekti 41 ünvanında yerləşən BNMİ-ni X15 Şöbəsinə gətirlimşdir. Müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl ona paltarlarında, əşyalarından və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövrüyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində saxladığı qarışıq ağ qara rəngli sellofon torbanı, əynində olan göy rəngli şalvarının sağ yan cibindən özünə məxsus “F+” markalı mobil telefonunu, arxa sağ cibindən içərisində özünə məxsus sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, pul əskinasları olan portmanatını təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan başqa üzərində qanunla qadağan olunmuş və digər başqa heç bir əşya və predmet olmadığı müəyyən bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində əhəmiyyət kəsb edəcək digər heç bir əşya və predmet aşkar edilməmişdir.Daha sonra ona məxsus içərisində pul olan kisəsi özünə qaytarılsa da, mobil telefonu, sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofon torbaya baxış keçirilən zaman içərisində tünd yaşıl rəngli, qurudulmuş halda narkotik vasitə marixuanaya bənzər kütlə olması müyyən edilmişdir. Həmin sellofon torba olan maddənin təxmini çəkisinin müyyən edilməsi məqsədilə elektron tərəzi çəkilmiş, kütlənin çəkisinin təxminən 600 qram olması müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində işləyir vaxt 04 noyabr 2021ci il tarixdə idarəyə Ağdaş rayonu, Qolqəti kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Ağdaş rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məlumat barədə raportla BNMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə həmin tarixdə qərar çıxarılmış və həmin qərarın icra edilməsi ilə əlaqədar həmin gün saat 23:30-da Ağdaş rayonu Qolqəti kəndi ərazisində, yaşadığı evinin yaxınlığında əlindəki sellofan torba ilə birlikdə piyada hərəkət edən zaman saxlanılaraq, Gəncə şəhəri, Atatürk prospekti 41 ünvanında yerləşən BNMİnin X15 Şöbəsinə gətirilmişdir. Müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində saxladığı qarışıq ağ qara rəngli sellofan torbanı, əynində olan göy rəngli şalvarının sağ yan cibindən özünə məxsus mobil telefonunu, arxa sağ cibindən içərisində özünə məxsus sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, pul olan portmanatını təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən iş üzrə əhəmiyyət kəsb edəcək digər heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra sonuncuya məxsus içərisində pul olan pul kisəsi özünə qaytarılsa da, ona izah edilməklə mobil telefonu, sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi İŞ üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 Ədəd sellofan torbaya baxış keçirilən zaman içərisində tünd yaşıl rəngli, qurudulmuş halda narkotik vasitə marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin bir Ədəd sellofan torba olan maddənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə elektron tərəzi ilə çəkilmiş, həmin sellofan torbadakı kütlənin çəkisinin təxminən 600 Qram olması müəyyən edilmişdir. Həmin sellofan torba qablaşdırılaraq möhürlənib götürülmüşdir. Məhkəmə ickasında şahid qismində dindirilmiş Əmrah Fikrət oğlu Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, 04 noyabr 2021-ci il tarixdə axşam saat 23 radələrində qaynatası, qaynanası, iki azyaşlı uşağı, əri Cavid və o yaşadığı evdə olarkən həyətdən səs-küy gəldiyini eşitmiş, həmin an bir nəfər evə daxil olaraq “buradadır, gəlin” demişdir. Sonra 6-7 nəfər mülki geyimli şəxslər evin qapısından və pəncərəsindən evə daxil olublar. Həmin şəxslər dərhal telefonlarını əllərindən alımışlar, Cavidi vurub sürüyərək yataqdan yerə atıb əllərini bağlayıb döyməyə başlayıblar. Həmin vaxt qışqırıb onlardan kim olduqlarını və nə istədiklərini soruşublar , həmin şəxslərdən biri onun “üzərinə gəlib digər iki nəfər onu tutaraq “lazım deyil” demişlər. Sonra Cavidin pul qabını götürüb Cavidi otaqdan çıxarmış 2-3”dəqidə sonra onları da çıxarıb Cavidlə söhbət edəcəklərini demişlər. Onları digər otağa aparıb 3-4 nəfər də yanlarında durub onları evdən çıxmağa qoymaşlar. 3-4 dəqiqə sonra Cavidin “mənim deyil” deyə qışqırdığın eşidirlmiş, evə daxil olan şəxslərdən bir nəfəri əlində olan sellofan torbanı evdə gəzdirərək “baxın, görün evinizdən nə tapmışam? Görün Cavid evdə nə saxlayırmış?” demişdir Ondan sonra daha aqresiv şəkildə onları itələyib Cavidi evin həyətinə aparmışlar, sonra onu da məcbur edib, arxadakı avtomobilə mindirimişdir. Avtomobildə olarkən onun yanında 40-50 yaşlarında bir nəfər, ön oturacaqda da rəis deyə müraciət etdikləri bir nəfər oturmuşdur. Yolda olarkən Cavidin olduğu, qarşıda gedən avtomobil dayanıb, bir nəfər gəlib rəis deyə müraciət etdikləri şəxsə Cavidin əlində problem olduğunu, qan axdığını demişdir. Rəis avtomobildən düşüb əsəbləşərək onlara “bu nə işdi görmüsüz?” deyib və Cavidin olduğu avtomobilə əyləşib onunla getmişdir. O, yolda bir neçə dəfə onu haraya apardıqlarını soruşub, onunla heç bir işlərinin olmadığını, 2-3 saat sonra evlərinə gedəcəyinin demişlər. Gəncə şəhərinə çatanda QBRŞ-də olarkən o binanın üzərini oxuyanda artıq harada olduğunu bilmişdir. Həmin gün gecə saat 03-ə kimi avtomobildə əyləşmiş, yalnız bir dəfə düşüb əlini yumuşdur. Sonra ona özləri onu apara bilməyəcəklərini deyib, mobil telefonunu verərək yaxında qalan qohumlardan birini çağırmağnı demişlər. Həmin vaxt QBRŞ-nin binasında olan boş otaqlardan birində oturub qaynı Aqilə zəng edib,15 dəqiqə sonra Aqil ona zəng edərək dostu onun arxasınca gəldiyini demişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 04 noyabr 2021-ci il tarixdə səhər saatlarında əri Adil iki nəfərin evlərinə gəlib xurma almaq adı ilə onunla söhbət ediklərini, guya kiminsə onları aldatdıqlarını deyib Adildən onlara kömək etmələrini istədiklərini demişdir. Həmin gün saat 17 radələrində o, evdə olarkən həmin şəxslər yenidən onların yaşadığları evə gəlib özlərini xurma alanlar kimi təqdim etmiş. Adil gəlmiş, onlar birlikdə xurma almaq üçün beh verməyə getmişlər. Həmin gün axşam əri Adil, oğlu Cavid, gəlini Gülnar və iki azyaşlı nəvəsi evdə olmuş 7-8 nəfər mülki geyimli şəxslər evlərinin qapısından və pəncərəsindən evə daxil olmuşlar və Cavidi axtardıqlarını demişlər. Həmin vaxt Cavid arvadı və uşaqları ilə öz otaqlarında yatmağa hazırlaşmışlar, onlar otağa daxil olaraq Cavidi sürüyüb yataqdan yerə atıb döyməyə başlamışlar. Cavidi alt paltarında sürüyüb evdən çıxarmışlar, o, ağlayıb xahiş etdikdən sonra ona paltar geyinməyə imkan vermişlər. Sonra alçaq boylu bir nəfər gəlib rəis olduğunu deyib. Adili, Gəlinini, nəvələri və onu digər otağa aparıb oradan çıxmaqlarına icazə verməmişlər. Bir qədər sonra Cavidin “o mənim deyil” deyə qışqırdığını eşitmişlər, onlar da “sənin deyilsə onda arvadınındı” deyib, sonra Cavidi evdən çıxarıb maşına mindirmişlər, onlar nəvələrinin ağlamağlarına məhəl qoymadan gəlininin qolundan tutub sürüklüyərək onu da avtomobilədən endirmiş, sonradan onlara məlum olmuşdur ki, Cavidi və Gülnarı Gəncə şəhərinə QBRŞ-ə aparmışlar Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X21 ifadəsində göstərmişdir ki, 04 noyabr 2021-ci il tarixdə saat 11-12 radələrində küçədə qonşusu iki nəfərin onu axtardıqlarını demiş. O, həmin şəxslərə yaxınlaşıb özünü təqdim edib, onu axtarmalarının səbəbini soruşmuşdur. Onlar ondan oğlu Cavidin harada olduğunu soruşmuşlar, o da işdə olduğunu demişdir. Sonra onlar ona kiminsə onlardan xurma üçün beh aldığını deyib, həmin şəxsi axtardıqlarını demişlər. 1-2 saat sonra yenidən küçəyə çıxdıqda küçədə həmin şəxsləri görüb, onlar ona yaxınlaşıb xurma almaq istədiklərini demiş onlara kömək etməyini xahiş etmişlər. O da o işlə məşğul olmadığını, lakin əlindən gəldiyi qədər kömək edəcəyini demiş, onlar saat 15-16-da gələcəklərini deyib getmişlər. Saat 17 radələrində onlarla yenidən görüşüb xurma satan tanışlarınla tanış etmiş, səhəri gün gəlib xurma alacaqlarını deyib getmişlər. Həmin gün axşam saat 23 radələrində 2 nəfər xurma almaq adı ilə evlərinə gələn şəxslər də daxil olmaqla 7-8 nəfər mülki geyimli şəxs, evlərinin qapısından və pəncərəsindən evlərinə daxil olmuş oğlu Cavidi otağından yarıçılpaq vəziyyətdə çıxarıb döymüş, həmin şəxslərdən biri əlində olan torbanı bizə göstərib evinizdən narkotik vasitə tapdığını, Cavidin cinayət törətdiyini demişdir. Sonra Cavidi və gəlinini Gülnarı avtomobilə mindirib aparmışdır Həmin şəxslərin evlərinə daxil olma səbəbini, oğlunun və gəlinin haraya apardıqlarını bilməmişlər. Sonradan onlara məlum olub ki, onları Gəncə şəhərinə QBRŞ-ə aparıblarmışlar. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gəncədə yerləşən N saylı hərbi hissəsində rentgen bölməsinin rəisi kimi xidmət edir 05noyabr 2021-ci il tarixdə gecə saat 3-4 radələrində ximətdə olduğu vaxt onunla eyni hərbi hissədə həkim işləyən “Aqil Cəfərov ona telefonla zəng edərək qardaşı Cavidi polislərin tutduqlarını, Cavidin yoldaşını BNMİ-nin X1rşısında götürüb onlara aparmağı xahiş etmişdir. O, avtomobililə BNMİ-nin X2rşısına getmiş, Cavidin həyat yoldaşı Gülnar Cəfərovanın binadan çıxıb avtomobilə əyləşib və “o onu” Aqil Cəfərovun. evinə aparmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 noyabr 2021-ci il tarixli 16/1181 №li rəyindən görünür ki, - üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri və imzalar qeyd edilmiş bir ədəd ağ-qara rəngli polietilen torpadaki təmiz çəkisi 635 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana. Qalıq: 634,8 qram. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburinarkoloji tibbi yoxlamasının 15 noyabr 2021-ci il tarixli 4487 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur,narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsini inkar etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs aşkar olunmuş külli miqdarda narkotik vasitənin mənbəyinin müəyyən olunması məqsədilə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə ünvanlanmış tapşırıqlara cavab olaraq daxil olmuş məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin satış məqsədi ilə əldə edib saxladığına dair əlavə məlumatlar əldə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz əməllərə məruz qalması ilə bağlı Respublika Baş Prokurorluğuna daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı qeyd olunan xüsusat öz təsdiqini tapmadığından prokurorluğun 17 fevral 2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. (Bax iş vərəqə 235-241) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 06 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd paketdə qablaşdırılan 634,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın iş üzrə maddi sübut hesab edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 05 aprel 2022ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut hesab edilmişdir. (Bax iş vərəqə 244-254) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı X5 tərəfindən tərtib edilmiş şəxsi axtarış və götürmə barədə protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 04 noyabr 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmni gün saat 23.30-da Ağdaş rayonu Qolqəti kəndində yerləşən yaşadığı evin yaxınlığına saxlanılaraq ünvan ünvanda yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin X15 şöbəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən sol əlindəki bir ədəd ağ-qara rəngli polietilen torbada külli miqdarda 635 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 04 noyabr 2021-ci il tarixli “şübhəli şəxsin tutulması barədə protokol”dan və 06 noyabr 2021-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs 04 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 06 noyabr 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2023-cü il tarixli 7/38-995m nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən qısa müddətdə narkotik vasitənin realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalını nəzərə alaraq daxil olmuş məlumat ilə əlaqədar həmin şəxsin cinayət əməllərinin ifşa olunması və narkotik vasitənin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə Əməliyyat-axtarış fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunun 10, 11 və 12-ci maddələrinə əsasən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Bununla əlaqədar Təqsirləndirilən şəxs barəsində əməliyyat-qeydiyyat işi açılmamışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ..«onu istintaq zamanı hədələdiklərindən və qorxduğu üçün çəkilişdən əvvəl nə deməli olduğunu öyrətdikləri kimi çəkiliş aparılan zaman deməsi və çəkilişdən əvvəl onu Polis İdarəsində boynuna almazsan pəncərni açıb, ona həyat yoldaşını göstərib əgər boynuna almasan yoldaşını narkotiklə sənədləşdirəcəyini dediklərindən, bu səbəbdən həmin vaxt ona təqdim olunan bütün sənədləri fərqinə varmadan imzalaması»..barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq, işin faktiki hallarına uyğun olmadığından və özünün ibidai istintaq zamanı verdiyi ilkin etirafedici ifadəsi, şahidlərin ifadələri istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, üzərinə baxış keçirlməsi zamanı aparılmış videoçəkiliş və çəkilmiş fotoşəkillərlə, onun polis əməkdaşları tərəfindən döyülməsi faktının təsdiqini tapmaması barədə 17 fevral 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla tam təkzib edildiyindən, məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq inandırıcı hesab etməyib,həmin ifadələri özünü müdafiə məqsədi ilə uydurulmuş ifadə kimi qiymətləndirir. Həmçinin müdafəçinin vəsatəti əsasında dindirilmiş (şahidlər anası X6, arvadı X10, atası X11 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri Təqsirləndirilən şəxsin yaxın qohumları olduqlarından müdafiə etmək, daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıyır, heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur və odur ki, məhkəmə onun ifadəsini həmin hissədə sübut növü kimi qəbul etmir. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, maddi sübutu, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki,Təqsirləndirilən şəxs oğlunun törətmiş olduğu qeyd edilən cinayət əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olmayaraq narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi kimi qiymətləndirilərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və oların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun həmin tələblərinə görə satış dedikdə yalnız, qeyd olunan üç əsas amil, əvəzli, qazanc əldə etmək, yaxud digər maraq məqsədi ilə yayılması nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Qərarın 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Lakin nə ibtidai araşdırma orqanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrin satışını həyata keçirmək üçün onun istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, hər hansı bir sövdələşmə və ya satışa yönəlmiş digər hallar müəyyən edilməmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş məlumatla bağlı raportda, həmin məlumatın yoxlanılması barədə yaradılmış əməliyyat qrupunun təşkil olunması barədə protokol və əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarda, təqsirləndirilən şəxsin narkotik vasitə olan maruxana qanunsuz olaraq satış məqsədi ilə əldə edib üzərində daşıyaraq saxlaması barədə əməliyyat məlumatının daxil olduğu göstərilsə də,təqsirləndirilən şəxsin narkotik vasitəni satması və ya satışı ilə məşğul olması nə ibtidai araşdırma zamanı, nə də məhkəmə istintaqı zamanı müəyyən olunmamış, heç bir mötəbər sübutla bu fakt öz təsdiqini tapmamışdır. Lakin ibtidai araşdırma orqanı yuxarıda qeyd edilənlərə, eləcə də qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarının tövsiyələrinə əhəmiyyət verməyərək, heç bir fakta və ya şahid ifadələrinə əsaslanmadan, yalnız 635 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana külli miqdar olması əsası ilə düzgün olmayaraq Təqsirləndirilən şəxs əməlini narkotik vasitələrin satış məqsədi ilə əldə edilməsi və saxlanılması kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsaslanıb hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən narkotik vasitənin çəkisinin külli miqdar olması onun satış məqsədi ilə əldə edilib saxlanılmasına əsas vermir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə ittiham elan edərkən, həmin ittihamda qazanc əldə etməyin, yaxud digər şəxsi marağın nədən ibarət olmasını müəyyən etməmiş, yalnız şübhələrə və fərziyyələrə əsaslanmışdır. Həmin şübhələri isə işdəki digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Belə ki, nə ibtidai araşdırma orqanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması və ondan aşkar olunmuş narkotik vasitələri satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edən real məlumatlar və faktlar, narkotik vastəni kimə və necə satması barədə də heç bir sübut müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin haradan əldə etməsinə, başqa şəxslərə narkotik vasitələri satıb-satmamasına, onun narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasına dair verilmiş əməliyyat tapşırığına cavab məktubundan da məlum olur ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olması müəyyən edilsə də, onun narkotik vasitələri kimdən almasını və ya kimə verməsini və satmasını müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə saxlaması haqqında da heç bir sübut əldə edə bilməmiş, cinayət işi üzrə subutların qiymətləndirməsi qərarında da onun narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması qənaətinə gələrkən heç bir dəlilə əsaslanmamış, əksinə toplanmış sübutlar Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə deyil, özü qəbul etmək üçün əldə etməsini sübut etdiyi halda, əsassız olaraq onun narkotk vasitəni satış məqsədi ilə əldə edib saxlaması qənaətinə gəlmişdir. Beləliklə, təqsirləndirilən Təqsirləndirilən şəxs üzərində aşkar olunan külli miqdarda, yəni 635 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olmasına baxmayaraq, nə ibtidai istintaq dövründə, nə də məhkəmə istintaqı zamanı onun həmin narkotik vasitələri satış məqsədilə əldə edib üzərində daşımasına dair hər hansı mötəbər sübutun əldə edilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası belə vəziyyətdə hesab edir ki, şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə edilməsinə dair heç bir sübut olmadığı halda, təkcə narkotik vasitənin çəkisinin çox olmasını ehtimal edib, narkotik vasitəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamasına dair yuxarıda qeyd edilən qanunda və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarında göstərilən digər xüsusatlar da müəyyən olunmamışdır. Belə ki,Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından,cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusiyon prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən əldə edib saxladığı ümumi təmiz çəkisi 635 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana satış məqsədi ilə deyil, öz istifadəsi üçün saxlaması müəyyən olunduğundan onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən, həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq, təmiz çəkisi 635 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib daşıyaraq üzərində saxlamaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün ibtidai isintaq zamanı verdiyi etirafedici ifadəsi, istintaq hərəkəti protokolları,ekspertiza rəyləri,üzərinə baxış keçirlməsi zamanı aparılmış videoçəkiliş və fotoşəkillərlə, onun polis əməkdaşları tərəfindən döyülməsi faktının təsdiqini tapmaması barədə 18 oktyabr 2018-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla sübuta yetirilmişdir. Məhkəmə kollegyası hesab edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasının orta həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs cəzasının əvvəli onun tutulduğu 04 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. 06 sentyabr 2023-cü il tarixə kimi həbsdə olduğu müddətlə əvəz edilməklə cəzasını çəkmiş hesab olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs » qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ümumi təmiz çəkisi 634,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməldir. Maddi sübut olan 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmaldır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 30,40 (otuz manat qırx qəpik) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1, 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 01 (bir) ay 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Ona təyin olunmuş 01 (bir) ay 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzası onun 04 noyabr 2021-ci il tarixdən 06 sentyabr 2023-cü tarixə kimi həbsdə olduğu müddətlə əvəz edilməklə cəzasını çəkmiş hesab olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs haqqında «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirimədən saxlanılsın. İş üzrə maddi sübut Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ümumi təmiz çəkisi 634,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Maddi sübut olan 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-54/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-54/2023
06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver