Məhkəmə qərarları › İş №1(100)-540/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-540/2024

26.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-540/2024 26.11.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər X5 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X12 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi - X2 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1979-cu il tarixdə Şəmkir rayonu, Təzəkənd kəndində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, ali təhsilli, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Mahmudlu kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 29 aprel 2024-cü il tarixdə saat 23 radələrində alkoqollu içki olan arağın qəbulu nəticəsində 0,9 promil alkoqol sərxoşluğu vəziyyətində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “maksimum sürətin məhdudlaşdırılması”) tələblərinə əsasən, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol maddələrin istifadə edilməsi nəticəsində nəqliyyat vasitəsini idarə etməməli və qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyduğu halda bunlara əməl edərək hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, yol hərəkəti qaydalarının qeyd olunan tələblərini pozaraq idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan tanışı X10 məxsus “BMW 528 minik” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir rayonu, Kür qəsəbəsi, Sabir Hacıyev küçəsindən keçən yolda, yəni eni 7 metr olmaqla 2 hərəkət zolaqlı, asfalt betondan salınmış, quru vəziyyətdə olan “maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saatadək məhdudlaşdırılmış yaşayış məntəqəsindən keçən yolda 120 km/saat sürətlə hərəkətdə olarkən idarəetməni itirib yolun onun hərəkət hissəsinə nisbətdə sol tərəfində yerləşən avtoyuma məntəqəsinə çırpılması və yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində avtomobilin qabaq sərnişin oturacağında əyləşmiş X8 ehtiyatsızlıqdan ağır dərəcəli postravmatik və hemorragik şokla müşayiət olunan alın nahiyəsinin sol yarısının sıyrığı, sağ budun yuxarı üçdə birinin dəlib-keçən əzilmiş-cırılmış yarası, sağ bud arteriya və venasının, sağ bud sinirinin zədələnməsi, sağ bud sümüyünün açıq, qəlpəli yerini dəyişmiş sınığı ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına, eləcə də Alsan Kirovun avtomobil qəzası zamanı aldığı politravma nəticəsində inkişaf edən ağır dərəcəli postravmatik və hemorragik şokdan ölümünə səbəb olmaqla, yol hərəkəti qaydalarını sərxoş halda pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X8 ölməsi ilə nəticələnən yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 29 aprel 2024-cü il tarixdə saat 17-18-də Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən mərhum Aslan Kirova məxsus ət mağazasına gələrək sonuncu ilə görüşmüşdür. Bir qədər Aslanla söhbət etdikdən sonra bərbərxanaya getmiş, oradan çıxdıqdan sonra isə tanışları ilə çayxanada əyləşmişdir. Saat 20 radələrində Aslan ona zəng edərək Şəmkir rayonuna getmək istədiyini demiş, o da sonuncuya 10-15 dəqiqə gözləməsini bildirmişdir. Bir qədər sonra Aslan ona yenidən zəng etmiş, o da idarə etdiyi “VAZ-21074” markalı avtomobillə sonuncunun yanına getmişdir. Aslan ona əvvəlcə evinə getməli olduğunu, paltarlarını dəyişdikdən sonra da rayona gedəcəklərini demişdir. O, sonuncu ilə razılaşmış və onlar birlikdə Aslangilin evinə getmişlər. Aslan əynini dəyişdikdən sonra özünə məxsus “BMW 528 minik” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobillə rayona gedəcəklərini demişdir. O, həmin avtomobilə sərnişin qismində əyləşmiş və onlar yola düşmüşlər. Aslanla rayona gedib işlərini həll etdikdən sonra qayıdanda sonuncuya onun tanımadığı bir şəxsdən zəng gəlmişdir. Aslana zəng edən şəxs Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən Çingiz adlı şəxsə məxsus kafedə ad günü keçirdiklərini, məclisin sonu olduğunu və istədiyi halda özünün də gəlib iştirak edə biləcəyini demişdir. Aslan ona məclisə getməyi təklif etmiş, o da sonuncu ilə razılaşaraq birlikdə Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən Çingiz adlı şəxsə məxsus kafeyə getmişlər. Orada o, Aslan və sonuncunun tanışları ilə yemək yeyib spirtli içki qəbul etmişdir. Evə qayıdan zaman mərhum Aslan Kirov özünə məxsus “BMW 528 minik” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobili onun idarə etməsini təklif etmiş, o da sonuncu ilə razılaşıb sürücü yerində əyləşərək avtomobili idarə etmişdir. Yol ilə gedərkən Aslan Kirov avtomobili sürətlə idarə etməsini istəmişdir. Şəmkir rayonu, Kür qəsəbəsindən Mahmudlu kəndi istiqamətində hərəkətdə olarkən sərt döngədə o, idarə etməni itirərək hərəkət istiqamətində yolun sol tərəfində yerləşən avtoyuma məntəqəsinə çırpılmışdır. Hadisə nəticəsində o, xəsarət almamış, lakin Aslan Kirov qılça nahiyəsində xəsarət almışdır. O, hadisə yerinə toplaşan şəxslərlə mərhumu avtomobildən çıxarmağa çalışmış və oraya toplaşan şəxslərdən təcilitibbi yardıma zəng etmələrini xahiş etmiş, özü isə hadisə yerində qalmışdır. Bir qədər sonra təcili yardım avtomobili gələrək X17 Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. O da təcili yardım avtomobilinin arxası ilə xəstəxanaya getmiş və orada olarkən Aslan Kirovun vəfat etdiyini öyrənmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Aslan Kirovla iştirak etdiyi məclisdə təxminən 11 nəfər şəxsə 1,7-1,8 litr spirtli içki qəbul etmişlər. Aslan Kirov ondan çox spirtli içki qəbul etdiyindən kəndə qayıdarkən avtomobili onun idarə etməsini istəmiş, yolda o, Aslan Kirov dediyi üçün avtomobili sürətlə idarə etmiş, hadisə zamanı sürəti təxminən 100-120 km/saat olmuş, hadisədən əvvəl də əyləcdən istifadə etmişdir. O, hərəkət etdiyi yolu tanımış, lakin hadisə yerindən 300-400 metr aralıdan hadisə yerinədək olan hissə barədə heç nə xatırlamamışdır. 2003-cü ildən avtomobil idarə etmək üçün “B” kateqoriyalı sürücülük vəsiqəsi olmuş, hadisə baş verən yol iki istiqamətli hərəkət üçün nəzərdə tutulmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmaq üçün cəhdlər etsə də buna nail ola bilməmiş və sonuncu ilə barışıq əldə etməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun etirafedicisi ifadəsi ilə yanaşı məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 29 aprel 2024-cü il tarixdə saat 21-22-də mərhum əri Aslan Kirov ət mağazasından Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən fərdi yaşayış evinə gəlmişdir. Təqsirləndirilən şəxs də əri ilə birlikdə gəlmiş, lakin sonuncu darvazanın qarşısında dayanmışdır. Aslan Kirov qapının qarşısında köynəyini dəyişmiş, o ərinin getmək istəməsini görüb hara getdiyini soruşanda sonuncu dostu Təqsirləndirilən şəxs ilə Şəmkir rayonu, Sabirkənd kəndində xurma alacağı şəxslər ilə görüşmək üçün getdiyini demişdir. Bundan sonra mərhum əri Aslan Kirov özünə məxsus “BMW 528 minik” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında, Təqsirləndirilən şəxs isə qabaq sağ sərnişin oturacağında əyləşmiş və sonuncular getmişdir. 30 aprel 2024-cü il tarixdə saat 01 radələrində qaynı X14 ona zəng edərək, 29 aprel 2024-cü il tarixdə saat 23 radələrində mərhum əri Aslan Kirovun özünə məxsus “BMW 528 minik” markalı yol-nəqliyyat hadisəsinə düşdüyünü, ərinin avtomobildə sərnişin qismində olmasını, Təqsirləndirilən şəxs isə həmin avtomobili idarə etdiyini demişdir. Qaynı hadisə nəticəsində mərhum əri Aslan Kirovun xəsarət aldığını bildirərək sonuncunu Şəmkir Rayon Mərkəzi Xəstəxanasına apardıqlarını demişdir. O da həmin tarixdə gecə radələrində Şəmkir Rayon Mərkəzi Xəstəxanasına getmiş və orada ona əri Aslan Kirovun yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması və xəstəxanaya gətirilən zaman sağ qılçasından aldığı xəsarətlərdən ölməsi məlum olmuşdur. Xəstəxanada olarkən Təqsirləndirilən şəxs nə olmasını soruşmaq istədikdə sonuncunun qaçdığını demişlər. Təqsirləndirilən şəxs mərhum ərinin dostu olmasına baxmayaraq o, sonuncunun xəstəxanadan nə üçün qaçmasını başa düşə bilməmişdir. İfadəsinin davam olaraq Tamara Məmmədova bildirmişdir ki, mərhum yoldaşı Aslan və dostu Sənanın hadisədən əvvəl kafedə olarkən qeydə alınan görüntülərdən danışıqlar eşidilməsə də Sənanın avtomobilin açarını Aslandan götürməsi, avtomobili işə salması və oradan çıxarkən avtomobili Sənanın idarə etməsi görünmüşdür. Ona xəstəxanada Təqsirləndirilən şəxs hadisədən sonra qaçdığını demişlər. Sonuncu yas mərasiminə gəlməmiş, lakin ailə üzvləri yas mərasimində iştirak etmişlər. Təqsirləndirilən şəxs hadisədən sonra ona maddi və mənəvi heç bir köməklik göstərməmişdir. Bununla belə onun Təqsirləndirilən şəxs heç bir tələbi yoxdur, lakin sonuncudan şikayətçidir və ağır cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin DYPB-nin YPX-nin inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, 29 aprel 2024-cü il tarixdə saat 23 radələrində xidmətdə olduğu vaxt Şəmkir RPŞ-nin növbətçi hissəsindən Şəmkir rayonu, Kür qəsəbəsi yolunda yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat almışdır. Bundan sonra dərhal hadisə yerinə getmişdir. Hadisə yerinə gəldikdən sonra “BMW 528 minik” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı qara rəngli avtomobilin yoldan çıxıb kənardakı avtoyuma məntəqəsinə dəydiyini və adını sonradan bildiyi Aslan Kirovun hadisə nəticəsində xəsarət almasını görmüşdür. Bir qədər sonra təcili yardım avtomobili hadisə yerinə gəlib xəsarət almış Aslan Kirovu xəstəxanaya aparmışdır. O, hadisə yerinin mühafizəsini təşkil etmiş, daha sonra müstəntiq və prokurorluq əməkdaşları da hadisə yerinə gəlmişdir. Müstəntiq tərəfindən müvafiq sənədləşmələr aparılmış, Təqsirləndirilən şəxs isə sərxoşluq müayinəsi üçün xəstəxanaya aparılmışdır. İfadəsinin davamı olaraq Şahid2 bildirmişdir ki, hadisə baş verən yerdə sərt döngə olmuş, onun fikrincə avtomobil normal sürətlə hərəkət etmiş olsa idi hadisə baş verməmiş olardı. Hadisə baş verən ərazidə 60 km/saat sürətlə məhdudlaşdırılmış və hadisə yerindən bir qədər əvvəl “sərt döngə” nişanı olmuşdur. Onlar hadisə yerinə gələndə Təqsirləndirilən şəxs orada olmuşdur. Təcili-tibbi yardıma hadisədən sonra oraya toplaşan şəxslər zəng etmişdir. O, hadisədən sonra Aslan Kirovu avtomobildən çıxarmağa çalışsa da edə bilməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Şəmkir rayonu, Səməd Vurğun kəndi ərazisində yerləşən kafeni işlətmişdir. Aslan Kirov və Təqsirləndirilən şəxs tanımamış, sadəcə sonuncuların 29 aprel 2024-cü il tarixdə axşam saatlarında onun işlətdiyi kafeyə gəldiklərini və yemək yeyib spirtli içki içdiklərini xatırlamışdır. Sonradan eşitdiyinə görə həmin şəxslər yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə Şəmkir rayonu, Mahmudlu kənd sakini Aslan Kirov ölmüşdür. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Şəmkir rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 18 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, mərhum Aslan Kirovun meyitinin bədənində aşkar edilmiş xəsarətlər - ağır dərəcəli postravmatik və hemorragik şokla müşayiət olunan alın nahiyəsinin sol yarısının sıyrığı, sağ budun yuxarı üçdə birinin dəlib-keçən əzilmiş-cırılmış yarası, sağ bud arteriya və venasının, sağ bud sinirinin zədələnməsi, sağ bud sümüyünün açıq, qəlpəli, yerini dəyişmiş sınığı küt əşyaların təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və həyatidirlər. Ağırlıq dərəcəsinə görə bunlar həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdirlər. X1 ölümünə səbəb avtomobil qəzası zamanı aldığı politravma nəticəsində inkişaf edən ağır dərəcəli postravmatik və hemorragik şok olmuşdur. İlkin meyit əlamətlərinin inkişafına əsasən onu demək olur ki, X8 ölümü meyitin müayinəyə başlanmasından 08-12 saat əvvəl baş vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 8/2279 nömrəli yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının rəyindən görünür ki, “BMW 528 minik” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 120 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması”) yol nişanın tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-in X9 Şöbəsinin xx.xx.2024-cü il tarixli, 692 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kamağıllıq və sair psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrin təsiri altına düşmür, onun hal-hazırda tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan, protokola əlavə edilmiş fotocədvəldən və plan sxemdən görünür ki, yol-nəqliyyat hadisəsi Şəmkir rayonu, Kür qəsəbəsi, Sabir Hacıyev küçəsində asfalt yolda ticarət obyektlərinin qarşısında baş vermişdir. Yol-nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfalt örtükdən ibarət olmaqla hadisə vaxtı quru vəziyyətdə və hamar olmuş, sürücülərin sərbəst hərəkətləri üçün isə heç bir maneə olmamışdır. Avtomobil yolu iki tərəfli hərəkət üçün nəzərdə tutulmuş, yolun ümumi eni 7 metrdir və yol-nəqliyyat hadisəsi baş verdiyi yer 1.11.1 nişanın (sağa doğru sərt döngə) təsiri altındadır. Yolun hadisə baş vermiş hissəsi işıqlandırılmır. Baxış zamanı avtomobilin hərəkət trayektoriyası müəyyən edilmişdir. Sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “BMW 528 minik” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobillə sərt döngədə idarəetməni itirdikdən sonra əyləcdən istifadə etmiş və tormozla yolun sol hissəsində yerləşən iaşə obyektləri istiqamətdə sürüşərək getmiş, həmin yerdə yerləşən avtoyuma məntəqəsinə aid dəmir konstruksiyaya çırpılaraq dayanmışdır. Yolun hərəkət hissəsinin sol kənarından 31 metr uzunluğunda nəqliyyat vasitəsinə aid şinlərin səkinin üzərinə doğru gedən yanakı sürüşmə izləri vardır. Həmin izin başlanğıcından hərəkət hissəsinin sol kənarına qədər olan məsafə 3 metrdir. Hadisə yeri “maksimum sürətin 60 km/saat olması” barədə 3,24 yol nişanının təsiri zonasındadır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “meyitə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, X8 meyitinə baxış zamanı bədəni üzərində müxtəlif dərəcəli xəsarətlər aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin məsul növbətçisinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, həmin tarixdə saat 23:54-də DİN-nin “102” Xidmətindən daxil olmuş məlumatda özünü təqdim etməyən Şəmkir rayon sakininin +99***-***-**-** mobil nömrədən zəng edərək Kür qəsəbəsinin girişində yol-nəqliyyat hadisəsi olması və xəsarət alan şəxsin olması barədə məlumat verməsi göstərilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin məsul növbətçisinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, həmin tarixdə saat 00:50-də Şəmkir RMX-nin növbətçi həkimi Şəmkir rayonu, Mahmudlu kəndində yaşayan xx.xx.1985-ci il təvəllüdlü X8 avtoqəza nəticəsində ölməsi barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X21 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2033-cü il tarixədək B1, B kateqoriyalı BC-132959 nömrəli sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş BC-132959 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2033-cü il tarixədək B1, B kateqoriyalı BC-132959 nömrəli sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş BB304901 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “BMW 528 minik” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 30.0.2024-cü il tarixli, 447 nömrəli sərxoşluq üçün tibbi arayışdan görünür ki, həmin tarixdə sürücü Təqsirləndirilən şəxs alkoqollu içkinin qəbulu nəticəsində 0,9 promil alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RİH başçısının Mahmudlu kənd İƏDÜN-nin xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 15.04.198-cü il təvəllüdlü arvadı – X7 və xx.xx.2006-cı il təvəllüdlü Həmid Quliyev adlı övladı ilə Şəmkir rayonu, Mahmudlu kəndində yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 18782855 nömrəli Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il təvəllüdlü Aydan Quliyeva adlı azyaşlı övladı vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cw il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, “BMW 528 minik” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınması və zərərçəkmiş şəxsin hüquqi varisi X4 qaytarılması qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, “BMW 528 minik” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobil zərərçəkmiş şəxsin hüquqi varisi X4 qaytarılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X2 məhkəmə baxışı zamanı xx.xx.2024-cü il tarixdə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmamış, sonuncudan şikayətçidir, onun barəsində ağır cəza təyin edilməsini xahiş edir. Beləliklə, yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs sərxoş halda yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan X8 ölümünə səbəb olub yol hərəkəti qaydalarını pozma cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsinin İ-ci hissəsində göstərilmişdir ki, bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. Qanunun qeyd olunan normasında nəqliyyat vasitələrini idarəetmə hüququnun əldə edilməsinin şərtləri və qaydaları dəqiq müəyyən olunmuşdur və bu Qanuna uyğun olaraq sürücülük vəsiqəsini əldə etmiş şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olan şəxs hesab edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İci hissəsinin 6-cı bəndində göstərilmişdir ki, yol hərəkəti iştirakçısı yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 37-ci maddəsinin İ-ci hissəsinin 8-ci bəndində göstərilmişdir ki, mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Həmin Qanunun 64-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 4-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, şəxsin nəqliyyat vasitəsini alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda idarə edib-etməməsi ekspert rəyi, şəxsin sərxoşluğunun müəyyən edilməsi haqqında müayinə aktı ilə müəyyən edilir. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun, və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bununla da, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən Təqsirləndirilən şəxs əvvəllər hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməməsi, həmin cinayət əməllərinə görə məhkum olunmaması, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməməsi, hadisədən sonra zərərçəkmiş şəxsə ilkin tibbi yardım göstərməyə cəhd etməsi, hadisədən dərhal sonra təcili tibbi yardım stansiyasına və hüquq mühafizə orqanlarına zəng etmələri üçün hadisə yerində olan şəxslərə müraciət etməsi, hadisə yerində qalaraq hüquq mühafizə orqanlarının əməkdaşlarının gəlməsini gözləməsi, eləcə də hadisədən əvvəl sərxoş vəziyyətdə olması, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməməsi, sonuncunun ondan şikayətçi olması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməməsi Təqsirləndirilən şəxs cəza təyini zamanı nəzərə alınmalı hallardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (bundan sonra CİM-nin) 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə əsas cəza olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza, əlavə cəza olaraq isə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 25 (iyirmi beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 150 (bir yüz əlli) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış “BMW 528 minik” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilin ibtidai istintaq dövründə zərərçəkmiş şəxsin hüquqi varisi X4 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, o, məhkəmə iclası zalında həbs edilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı gündən, yəni 26 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin olunan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza ona əsas cəza kimi təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 150 (bir yüz əlli) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış “BMW 528 minik” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilin ibtidai istintaq dövründə zərərçəkmiş şəxsin hüquqi varisi X4 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar