Məhkəmə qərarları › İş №1(100)-543/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-543/2025

04.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-543/2025 04.12.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi X2 (sədrlik edən), hakimlər Müslümov Bəhruz Firizman oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi – Salmanzadə Ülkər Hikmət qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1972-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, X3 küçəsi, ev 49-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələri və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununda göstərilən külli miqdarda, yəni, 05 fevral 2025-ci il tarixdə saat 20:56-da Gəncə şəhərinin girişində yerləşən Nizami məqbərəsinin yaxınlığında küçədə üzərində daşıyarkən Gəncə şəhər BPİ 4-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılmış və üstü yoxlanılan zaman onun əynində olan qara rəngli gödəkçənin iç sol cibindən 01 ədəd kibrit qutusunun içərisində olan təmiz çəkisi 4,08 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı və əlində olan qara rəngli sellofan jaketin içərisində 05 ədəd kibrit qutusunda və 01 ədəd yapışqan lentlə bağlanmış boz rəngli sellofan paketdə ayrı-ayrılıqda təmiz çəkiləri 2.95 qram, 2.57 qram, 1.68 qram, 2.18 qram, 2.41 qram, 1050 qram ümumi təmiz çəkisi 1061.79 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ali təhsillidir, birinci Qarabağ müharibəsində iştirak etmişdir. O, narkotik vasitə istifadəçisidir. Polis əməkdaşları tərəfindən aşkar olunan narkotik vasitəni öz istifadəsi üçün gizlətmiş, ehtiyacı olduqca az-az götürüb istifadə etmişdir. Həmin narkotik vasitəni Bakı şəhərində kafedə olarkən təsədüfən tanış olduğu bir nəfərin təklifi ilə əldə etmişdir. Həmin vaxt içkili olduğu üçün onunla arasında olan söhbəti dəqiq xatırlamır, sadəcə həmin şəxs ona içərisində narkotik vasitə olan torbanı qoyacağı yeri bildirmiş, o, da gedib həmin torbanı götürmüşdür. Polis əməkdaşları tərəfindən saxlanılan zaman əynində olan gödəkcənin sol cibində bir kibrit qutusu narkotik vasitə olmuş, həmin narkotik vasitənin çəkisi təxminən 4-5 qram olmuşdur. Bundan başqa saxlanılan zaman əlində olan sellofan torbada 6 ədəd içərisində nakotik vasitə olan kibrit qutusu və ayrıca sellofan bükümdə qablaşdırılmış ümümilikdə 1 kq, 61 qram çəkisi olan qurudulmuş marixuana olmuşdur. Gündə 2-3 kibrit qutusu qurudulmuş marixuana istifadə etmişdir. O, narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamamış, öz istifadəsi üçün saxlamışdır. Özü inşaatda usta işlədiyi üçün narkotik vasitə satmağa ehtiyacı olmamışdır. O, polis əməkdaşları tərfindən saxlanılan zaman ona heç bir təsir-təzyiq olmamışdır. Bundan başqa o, ifadəsində bildirmişdir ki, ibtidai istintaq zamanı düzgün ifadə vermiş, ifadəsi olduğu kimi yazılmış və heç kim ona təzyiq göstərməmişdir. Sonda məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Təsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə iclası zamanı verdiyi ifadəsində ziddiyətlər olduğu üçün tərəflərin razılığı ilə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiqi edilmiş, o, ifadəsində bildirmişdir ki, 05 fevral 2025-ci il tarixdə gündüz saat 20 radələrində Gəncə şəhərinin giriş hissəsində yerləşən "Nizami məqbərəsi" adlanan yerin yaxınlığında gedən zaman 4 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş, polis əməkdaşları olduqlarını bildirmiş və xidməti vəsiqələrini ona nümayiş etmişlər. Həmin polis əməkdaşlarından biri ona narkotik vasitə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirib ona hüquq və vəzifələrini izah etmişdir. Sonra üzərində qanunla qadağan olunmuş vasitə olub-olmadığını və varsa təqdim etməyini bildirmişlər və o əynində olan qara rəngli gödəkçənin sol iç cibində olan 1 ədəd kibrit qutusu içərisində nəişə( marixuana)-nı, əlində olan qara rəngli sellofanın içərisində 5 ədəd kibrit qutusu qara rəngli sellofana bükülmüş nəişə (marixuana)-nı və boz rəngli sellofana bükümülmüş nəişə (marixuana)-nı təqdim etmişdir. Üzərinə baxış keçirilmiş, üzərindən 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd sürücülük vəsiqəsi və 1 ədəd "Unibank"-a məxus debet kartı aşkar olunmuş, lakin iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün geri qaytarılmışdır. Təqdim etdiyi bir ədəd kibrit qutusunun içərisində nəişə kimi tanıdığı narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Sonra narkotik vasitə olan marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qutu ilə birlikdə çəkisi 6,90 qram olduğu müəyyən olunmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, o və polis əməkdaşlan tərəfindən imzalanaraq götürülmüşdür. Bunda sonra təqdim etdiyi qara sellofanın içərisindən qara rəngli sellofana bükülmüş 5 ədəd kibrit qutusunun içərisində nəişə kimi tanıdığı narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Sonra narkotik vasitə olan marixuanaya bənzər maddə elektron tərəzidə çəkilmiş və büküm ilə birlikdə çəkisi 25.83 qram olduğu müəyyən olunaraq qablaşdırılmış özü və polis əməkdaşlan tərəfindən imzalananaraq götürülmüşdür. Sonra boz rəngli sellofana bükülmüş 1 ədəd büküm narkotik vasitə olan marixuanaya bənzər maddə elektron tərəzidə çəkilmiş və sellofan bükümü ilə birlikdə çəkisi 1.120 kiloqram olduğu müəyyən olunaraq qablaşdırılmış, özü və polis əməkdaşları tərəfindən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə xx.xx.2025-ci il tarixdə saat təxminən 21 radələrində o, Bakı şəhəri 3-cü mikrorayonda yerləşən adını bilmədiyi kafedə spirtli içki qəbul edən zaman, 1 nəfər şəxs ona yaxınlaşaraq otura biləcəyini soruşmuş, oda oturmağına icazə vermişdir. Söhbət etdikdən sonra həmin şəxs ona asan pul qazanmağın yolunu bildiyini və onunda qazanmağı istədiyini demiş, oda razılaşmış nece qazanacağını soruşmuşdur. Həmin şəxs X5 Respublikasının vətəndaşı olduğunu, ona nəişə kimi tanıdığını narkotik vasitə olan marixuananı Gəncə şəhərində satmağını təklif etmiş, oda razılaşmışdır. Həmin şəxs ona kafenin yaxınlığında olan yarım tikili binanın içərisinə qara rəngli sellofanı qoyacağını və oradan götürə bilcəyini bildirmişdir. Təxminən 30 dəqiqə sonra o hesabı verib, həmin yarmtikili binaya getdikdə qara sellofan görmüş, yaxınlaşıb içərisinə baxan zaman nəişə kimi tanıdığı narkotik vasitə olan marixuananı aşkar etmişdir. Həmin sellofanı götürüb yaşadığı Gəncə şəhərinə getmişdir. Gəncə şəhərində olan zaman həmin bükümü açıb 6 ədəd kibrit qutusuna doldurmuş, qalan kütləni boz rəngli sellofana bükmüşdür. Aşkar olunan nəişə kimi tandığı narkotik vasitə olan marixuananı satmaq üçün üzərində saxladığını bildirmişdir. O, narkotik vasitəni satdıqdan sonra özünü ona İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxslə razılaşmasına əsasən 5000 manat pul verməli idi. X5 Respublikası vətəndaşı kimi təqdim edən şəxsə Təqsirləndirilən şəxs həmin pulu ona vermək fikri olmamışdır. O, narkotik vasitədən əldə edəcəyi pulun hamısını özünə götürəcəkdi. Lakin onlar oturub söhbət edən zaman Təqsirləndirilən şəxs telefonu olmadığı üçün İİR vətəndaşı kimi təqdim edən şəxs öz mobil nömrəsini kağıza yazaraq ona vermiş və bildirmişdir ki, narkotik vasitəni satdıqdan sonra bu nömrəylə əlaqə saxladıqdan sonra pulu hansı yolla ona verəcəyini Elmirə deyəcəkdir. Lakin Elmir narkotik vasitəni götürüb ondan aralaşdıqdan sonra həmin kağız parçasını cıraraq atmışdır. Əlavə olaraq bildirmişdir ki, həmin şəxs Elmirin şəxsiyyət vəsiqəsini və şəklini çəkərək bildirmişdir ki, Elmir ona pulu verməsə İİR vətəndaşı onu tapacaqdır. Elmir isə düşünmüşdür ki, İİR vətəndaşı onu gələcəkdə taparsa pulu ona versin. Lakin bildirmişdir ki, pulu ona vermək fikri olmamışdır. Həmin mobil nömrəni cırıb atdığı üçün isə nömrəni xatırlamır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsi elan edildikdən sonra ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, istintaqda verdiyi ifadəsini narkotik vasitənin təsiri altında vermişdir. Etiraf edir ki, o, İİR vətəndaşını aldatmış, belə ki, narkotik vasitəni ondan götürüb özü istifadə edəcəkdi və pulunu da verməyəcəkdi. İstintaqda daha sonra narkotik vasitənin təsiri altında olmayanda ifadə verərkən “narkotik vasitəni İran vətəndaşından satmaq məqsədi ilə almışam” ifadəsini zarafatla işlətmişdir. O, 1992-1993-cü illərdə müharibədə başı zədələndiyindən bəzən qeyri-ciddi danışır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ 4-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 2025-ci ilin əvvəllərində, yanvar və ya fevral ayında Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, satışı və üzərində qanunsuz gəzdirməklə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatına əsasən Nizami Gəncəvi məqbərəsinin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində hər hansı qanunla qadağan edilmiş predmet və əşya olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni könüllü şəkildə onlara təqdim etmişdir. Onlar həmin narkotik vasitəni elektron tərəzidə çəkmişlər, lakin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin çəkisini xatırlamır. Elmirin əlində olan sellofan torbaya baxış zamanı bir neçə kibrit qutusunda və sellofan bükümdə narkotik vasitə aşkar edilmişdir. Aşkar olunan narkotik vasitələr onların tərəfindən sənədləşdirilərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitələri kasıb olduğu üçün satmaq məqsədi ilə əldə edib saxladığını bildirmişdir. Bundan başqa o, ifadəsində ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə qarşı heç bir psixoloji və ya fiziki təsir olunmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ 4-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi, satışı ilə məşğul olması və üzərində gəzdirməsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatına əsasən əməliyyat tədbiri keçirilmiş və şəhərin girişində, Nizami Gəncəvi məqbərəsinin yaxınlığında Təqsirləndirilən şəxs saxlamışlar. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı üzərindən 01 ədəd kibrit qutusunda, əlində olan sellofan torbanın içərisində isə 05 kibrit qutusunda və sellofan bükülüdə narkotik vasitə aşkar olunmuşdur. Aşkar olunan narkotik vasitələr elektron tərəzidə çəkilərək video çəkilişlə sənədləşdirilmiş və onlar tərəfindən aidiyyatı tədqiqat orqanına təqdim edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitələrin özünə məxsus olduğunu və satmaq üçün əldə etdiyini bildirmişdir. Bundan başqa o, ifadəsində ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə qarşı heç bir psixoloji və ya fiziki təsir olunmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ 4-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis mayoru Şahid3 ifadəsində göstərmişdir ki, Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat tədbiri keçirmişlər. O, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsində video çəkilişi həyata keçirmişdir. Hadisədən uzun müddət keçdiyi üçün baxış zamanı Təqsirləndirilən şəxs üzərindən nə aşkar olunduğunu dəqiq xatırlamır. Yadında qalanlara əsasən şəxsin üzərindən bir ədəd kibrit qutusunda, əlavə olaraq əlindəki sellofan torbanın içərisində başqa kibrit qutularında və sellofana bükülmüş şəkildə qurudulmuş marixuana aşkar olunmuşdur. Bu barədə istintaq zamanı verdiyi ifadəsini təstiq edir. Məhkəmə iclası zamanı məhkəmə iclasında iştirak edə bilməyən Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, o, ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tınımamışdır. Onunla hər hansı bir münasibəti olmayıbdır. Mahiyyəti üzrə bildirmişdir ki, 05 fevral 2025-ci il tarixdə Gəncə şəhəri, X3 küçəsi, ev 49-da qeyydiyyatda olmaqla faktiki yaşayış yeri olmayan Təqsirləndirilən şəxs psixotrор maddələr qəbul etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə raportla rəhbərliyə məlumat verilmiş xx.xx.2025-ci il tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra bölmənin əməliyyat müvəkilləri polis mayoru Şahid2, həmin bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və həmin bölmənin əməliyyat müvvəkkili polis baş leytenantı Şahid3 ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 05 fevral 2025-ci il tarixdə saat 20:56-da Təqsirləndirilən şəxs Gəncə şəhərinin girişində yerləşən Nizami Məqbərəsinin yaxınlığında olmasını müəyyən etmişlər və Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürüb ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etmişlər, barəsində qəbul olunmuş təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla onu tanış etmişlər və üzərində narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirib ona şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 1 ədəd kibrit qutusunu təqdim etmişdir. Kibrit qutusunun içərisinə baxıldıqda qutunun içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar etmişlər. Bundan sonra içərisində narkotik vasitə qurudulmuş kütlə olan kibrit qutusu elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 6.90 qram olması müəyyən edilmişdir. Həmin kütlə qablaşdırlaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs əlində olan sellofan torbanın içərisində qara rəngli lellofan torbaya bükülmüş 5 ədəd kibrit qutusunu və üzəri lentlənmiş 1 ədəd bağlamanı təqdim etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs həmin narkotik vasitələri Bakı şəhərindən əldə etdiyini və satmaq niyyətinin olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 5 ədəd kibrit qutusu birlikdə çəkilmiş və ümumi çəkisinin 25,83 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş bağlama elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 1,120 qram olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və üzərindən qanunla qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Bundan sora həmin kütlələr qablaşdırılmış üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanması və icraata götürülməsi haqqında” 06 fevral 2025-ci il tarixli qərardan görünür ki, HK-1/98 nömrəli material üzrə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilməklə istintaq aparılmışdır. “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 05 fevral 2025-ci il tarixli və “Videogörüntüyə baxış keçirilməsi haqqında” 06 fevral 2025-ci il tarixli protokollardan görünür ki, Gəncə şəhər BPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, həmin bölmənin əməliyyat müvəkkili polis leytenantı Şahid4, həmin bölmənin əməliyyat müvəkkili polis mayoru, Şahid2 və həmin bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 şübhəli şəxs Təqsirləndirilən şəxs Gəncə şəhəri, Nizami məqbərəsinin yaxınlığında saxlayırlar. Bundan sonra polis əməkdaşları hər biri özünü şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğu bildirilərək hüquq və vəzifələri izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təklif edilir ki, üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansısa bir əşya və ya pıedment varsa təqdim etsin. Təqsirləndirilən şəxs də əynində olan gödəkçənin sol iç cibindən 01 ədəd kibrit qutusunu təqdim edir. Kibrit qutusunun içərisinə baxıldıqda qutunun içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar edilir. Bundan sonra içərisində narkotik vasitə qurudulmuş kütlə olan kibrit qutusu elektron tərəzidə çəkilir və ümumi çəkisinin 6.90 qram olması müəyyən edilir. Həmin kütlə qablaşdırlaraq götürülür. Daha sonra Təqsirləndirilən şəxs əlində olan sellofan torbanın içərisində qara rəngli sellofan torbaya bükülmüş 05 ədəd kibrit qutusunu və üzəri lentlənmiş 01 ədəd bağlamanı təqdim edir. Həmin vaxt Təqsirləndirilən şəxs həmin narkotik vasitələri Bakı şəhərindən əldə etdiyini və satmaq niyyətinin olmasını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş bağlama elektron tərəzidə çəkilir və ümumi çəkisinin 1,120 qram olması müəyyən edilir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 05 ədəd kibrit qutusu birlikdə çəkilir və ümumi çəkisinin 25,83 qram olması müəyyən edilir. Daha sonra həmin kütələr qablaşdırlır və iştirakçılar tərəfindən imzalanır. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılır lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya prement aşkar edilmir. Bununlada videogörüntü başa çatır. “Şübhəli şəxsin tutulması haqqında” 05 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 20:56-da müdafiəçinin iştirakı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə-bioloji ekspertizasının 06 fevral 2025-ci il tarixli 16/104 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olurmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən çıxan marixuanaya bənzər 6.90 qram çəkisi olan kibrit qutusu” yazı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 4.08 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 05 ədəd kibrit qutusu və 01 bağlamada olan marixuanaya bənzər kütlə” yazı yazı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd qara rəngli sellofan paketdə olan 05 (beş) ədəd kibrit qutusunda və 01 (bir ) ədəd üzəri yapışqan lentlə bağlanmış boz rəngli sellofan paketdə ayrı-ayrılıqda təmiz çəkiləri 2.95 qram, 2.57 qram, 1.68 qram, 2.18 qram, 2.41 qram, 1050 qram, ümumi təmiz çəkisi 1061, 79 qram olan olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Gəncə Şəhər Məhkəməsinin 07 fevral 2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Gəncə Şəhər Məhkəməsinin 04 iyun 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 03 (üç) ay, yəni 05 sentyabr 2025-ci il tarixədək uzadılmışdır. Məhkəmə bioloji ekspertizasının 20 iyun 2025-ci il tarixli 16/377 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim idilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş...” sözləri qeyd edilmiş kağız paketi açdıqda içərisindən bir ədəd kibrit qutusunda narkotik vasitə marixuana və üzərində “Azərbaycan Respublikası ƏN MEM-in 06 aprel 2025-ci il 16/104 nömrəli rəyin nömrəsi və MEM-in 2 nömrəli möhürü” olan kağız torba açıldıqda içərisində bir ədəd sellofanın içərisində və 5 ədəd kibrit qutusunda narkotik vasitə marixuana xarici görünüş əlamətlərinə və bioloji molekulyar tərkibinə görə eynilik təşkil edir. “Baxış keçirilməsi haqqında” 15 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” və “***-***-**-**” saylı "xxxx" mobil nömrələrinə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, həmin nömrələrin həmin vaxt ərzində hansı ötürücü antenanın əhatə dairəsində olması barədə məlumatların ələ keçirilməsi üçün müvafiq sorğular verilərək cavab alınmışdır. Bununla əlaqədar olaraq "xxxx" MMC-dən və AR DİN BİKİ-dən daxil olmuş CD diskə baxış keçirilmişdir. AR DİN BİKİ-dən daxil olmuş diskə baxış zamanı diskin içərisində 08 ədəd faylın olması müəyyən edildi. Həmin fayllardan 4 ədədi 055-946-02 42 saylı mobil nömrəyə 04 ədədi isə ***-***-**- ** saylı mobil nömrəyə aiddir. ***-***-**-** saylı mobil nömrəyə aid 1-ci fayla daxil olduqdan sonra müəyyən edildi ki, həmin fayl texniki parametrləri göstərir və həmin fayl boşdur. 2-ci fayla daxil olduqdan sonra müəyyən edildi ki, həmin fayl sms məzmunları əks etdirir və həmin fayl isə boşdur. 3-cü fayla daxil olduqdan sonra həmin faylda sms statistikanın olması müəyyən edilmiş və həmin fayda boşdur. 4-cü fayla daxil olduqda həmin faylda zəng statistikasının əks olunması və həmin faylında boş olması müəyyən edilmişdir. Həmçinin ***-***-**-** saylı mobil nömrəyə aid 4 faylında boş olması müəyyən edilmişdir. Diskə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edəcək heç bir mesaj və ya zəng aşkar edilməmişdir. Bakcell MMC-dən daxil olmuş 31 iyul 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” və “***-***-**-**” xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində "xxxx" şəbəkəsində istifadə olunmamışdır. Məhkəmə-narkoloji ekspertizasının 01 sentyabr 2025-ci tarixli 1691 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Gəncə Şəhər Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 (iki) ay, yəni 05 noyabr 2025-ci il tarixədək uzadılmışdır. DİN-nin BƏSİİ-dən daxil olmuş 25 sentyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Psixonevroloji Dispanserdə qeydiyyarda durmur. Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserdən alınmış xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Dispanserdə qeydiyyatda durmur. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyi tərfindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Gəncə şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyinə heç bir mənfi məlumat daxil olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 1064,75 qram narkotik vasitə olan qurudulmuş marixuana Gəncə şəhər Baş Polis İdarəsinə məsul saxlanca verilmiş və üst yoxlanılmasının görüntülərinin yazıldığı 01 (bir) ədəd DVD disk və Azərbaycan Respublikası DİN BİKİ-dən daxil olmuş 01 (bir) ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmışdır. Əməlin tövsifi və digər hüquqi məsələlər: Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmiş, sonuncunun əməli ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamda onun narkotik vasitə olan marixuananı məhz satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıması göstərilsə də, iş materiallarında olan 09 mart 2025-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin şatışı ilə məşğul olması barədə əməliyyat məlumatı olsa da satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsində köməklik edən şəxslərin olub-olmaması və rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirakına dair hər hansı əməliyyat məlumatı daxil olmamışdır. Həmçinin narkotik vasitəni əldə etdiyi İran İslam Respublikası vətəndaşının şəxsiyyəti müəyyən edilə bilmədiyi üçün Gəncə şəhər BPİ İsTİ-yə təqdim edilməsi mümkün olmamışdır. Göründüyü kimi verilmiş ittihamda tamamilə ziddiyyətli məlumatlar əks olunmuşdur. Həmçinin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində narkotik vasitə istifadəçisi olduğunu, polis əməkdaşları tərəfindən aşkar olunan narkotik vasitəni öz istifadəsi üçün gizlətdiyini, ehtiyacı olduqca az-az götürüb istifadə etdiyini bildirmişdir. Eyni zamanda bildirmişdir ki, həmin narkotik vasitəni heç kimə satmamış, narkotik vasitənin satışı ilə məşğul olmamışdır. O, istintaqda verdiyi ifadəsini narkotik vasitənin təsiri altında vermişdir. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 126.6-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Hazırki iş üzrə Təqsirləndirilən şəxs İbtidai istintaq dövründə verdiyi ifadəsində narkotik vasitəni satış məqsədi ilə əldə etdiyini bildirsə də, həmin narkotik vasitənin başqa digər şəxs və ya şəxslərə satması, əvvəlcədən onlarla razılıq əldə etməsi məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Bundan başqa, iş materiallarında olan Gəncə şəhər 4-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərtib etdiyi xx.xx.2025-ci il tarixli raportda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə edib istifadə etməsi və üzərində saxlamasında şübhəli bilinərək saxlanılmışdır. Hətta Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrəsinə dair "xxxx" MMC tərəfindən təqdim olunmuş məlumatlara baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə edilməsinə dair iş üçün əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar edilməmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda onun narkotik vasitə olan marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması göstərilsə də işin faktiki halları, əsasən də elə ibtidai istintaq orqanının istinad etdiyi əməliyyat tapşırığına cavab məktubu ilə Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuananı satış məqsədi ilə əldə etməsi hər hansı bir mötəbər sübutla təsdiq olunmur, əksinə əməliyyat tapşırığına cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin şatışı ilə məşğul olması barədə əməliyyat məlumatı olsada satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Ona narkotik vasitələri əldə etməsində köməklik edən şəxslərin olubolmaması və rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirakına dair hər hansı əməliyyat məlumatı daxil olmamışdır. Həmçinin narkotiki vasitəni əldə etdiyi İran İslam Respublikası vətəndaşının şəxsiyyəti müəyyən edilə bilmədiyi üçün Gəncə şəhər BPİ İsTİyə təqdim edilməsi mümkün olmamışdır. Bütün yuxarıda qeyd olunanlara baxmayaraq, ibtidai istintaq orqanı xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarında yalnız Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın ümumi çəkisinin külli miqdar təşkil etməsini, yəni xeyli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddindən 2 dəfə artıq olmasını əsas götürərək sonuncuya qarşı satış məqsədi ilə bağlı ittiham irəli sürmüşdür. Bununla belə, məhkəmə tərkibi hesab edir ki, şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin külli miqdarda olması onun satış məqsədini təsdiq edən fakt kimi qəbul edilə bilməz. Belə ki, istintaq orqanı satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı Təqsirləndirilən şəxs ittiham irəli sürsə də, satış məqsədini təsdiqləyən, yəni Təqsirləndirilən şəxs istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsinə və ya sövdələşməsinə, şərti alıcı ilə aralarında razılığa dair telefon danışığının və mesajların olmasına, onun külli miqdarında narkotik vasitə marixuananın məhz sifariş əsasında əldə etməsinə, narkotik vasitənin tam olaraq çəkilib xırda bağlamalara bükülməsinə və bu kimi sair hərəkətlərə dair hər hansı bir sübut əldə edə bilməmişdir. Əksinə əməliyyat tapşırığına cavab məktubunda bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmadığını, həmçinin narkotik vasitələrin satışı ilə məşğul olmasını görə biləcək şahidləri, eləcə də külli miqdarda narkotik vasitə marixuananın mənbəyini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamı təsdiqləyən hər hansı bir mötəbər sübut mövcud olmadığı halda, istintaq orqanı törədilən əməlin hüquqi tövsifinə dair qənaətini yalnız Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin miqdarı ilə əsaslandırmağa çalışmışdır. Halbuki cinayət işinin materiallarında olan sübutlar əsasında Təqsirləndirilən şəxs narkotik vasitə marixuananın istifadəçisi olduğunu güman etmək olsa da, onun marixuananı satış məqsədilə, əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə əldə etməsini təsdiqləyən yetərli sübutları aşkar etmək olmur. Yuxarıda qeyd edilən halların olması Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananın satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda əldə edib üzərində saxlamaqla daşımasını təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırkı iş üzrə ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı ittiham irəli sürsə də, Ali Məhkəmənin Plenumunun həmin qərarında formalaşmış hüquqi mövqeyə uyğun olaraq təqsirləndirilən şəxsin əldə etdiyi narkotik vasitəni satmaq niyyətində olmasını narkotik vasitənin miqdarı ilə yanaşı digər hər hansı bir mötəbər sübutla təsdiq edə bilməmişdir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edərkən aşkar olunan narkotik vasitənin külli miqdarda olması ilə yanaşı satış məqsədi ilə bağlı daxil olmuş əməliyyat məlumatını da əsas götürmüşdür. Bununla belə, cinayət işində satış məqsədi ilə bağlı daxil olmuş əməliyyat məlumatının mötəbərliyini, yəni həqiqətə uyğunluğunu təsdiq edə biləcək heç bir sübut, sənəd, material və s. mövcud deyildir. Eləcə də cinayət işinin materiallarından satış məqsədi ilə bağlı daxil olmuş əməliyyat məlumatının nədən ibarət olması, həmin məlumatın Təqsirləndirilən şəxs təqsirini hansı qaydada təsdiq etməsini və onun hansı qaydada sübut kimi qəbul edilməsini də müəyyən etmək mümkün deyildir. Məhkəmə tərkibi hesab edir ki, sadəcə söz yığınından ibarət olan satışla əlaqədar əməliyyat məlumatına əsaslanıb Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək Cinayət-Prosessual Məcəllənin 137-ci maddəsinin tələblərinə ziddir. Cinayət-Prosessual Məcəllənin 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət-Prosessual Məcəllənin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə tərkibi qeyd edir ki, cinayət-prosessual qanunvericiliyin tələbinə görə hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanın (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və “ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır. Psixotrop maddənin külli miqdarda olması şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün yetərli deyil, həmin narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi hər bir fərdi halda cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə müqayisəli şəkildə qiymətləndirilməlidir ona görə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə görə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yayılmasına yönəldilmiş hərəkətlər yalnız əvəzli və ya qazanc əldə edilməsi, yaxud digər şəxsi maraq məqsədlə həyata keçirildikdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Beləliklə, aparılmış istintaq nəticəsində narkotik vasitənin satış məqsədi ilə əldə edilməsinə dəlalət edən tamamilə heç bir sübut növünün məhkəmə istintaqına təqdim edilmədiyi halda, təqsirləndirilən şəxsin üzərindən sadəcə aşkar edilmiş narkotik vasitənin çəkisinin külli miqdar təşkil etməsi əsas götürülərək Təqsirləndirilən şəxs külli miqdarda narkottik vasitənin satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi Azərbaycan Respublikasının cinayət və cinayətprosessual qanunvericiliyinin prinsiplərinə zidd olardı. Bununla da, yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla daşıması tam olaraq sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.2-ci maddəsinə əsasən psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ siyahısına əsasən qurudulmuş marixuana narkotik vasitə hesab olunur, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 500 qramdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 16/104 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuananın ümumi təmiz çəkisi 1061,79 qram olmaqla külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını (CM-59.2) cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən etməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini (CM-58.3.), həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu vaxtdan yəni 05 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, 1691 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlanc anbarına təhvil verilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1064.75 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli. Təqsirləndirilən şəxs üst yoxlanılmasının görüntülərinin yazıldığı 01 (bir) ədəd DVD disk və Azərbaycan Respublikası DİN BİKİ-dən daxil olmuş 01 (bir) ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi tərəfindən 11 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 11 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə Reginal Vəkil Bürosunun hesabına 121 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 05 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlanc anbarına təhvil verilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1064.75 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs üst yoxlanılmasının görüntülərinin yazıldığı 01 (bir) ədəd DVD disk və Azərbaycan Respublikası DİN BİKİ-dən daxil olmuş 01 (bir) ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 121 manat pul onun vəkil işlədiyi Gəncə Reginal Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar