Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-544/2024 06.11.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi X1 (sədrlik edən), hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibаrət tərkibdə, məhkəmə iclas katibi – Nəcəfzadə Cəmilə Şamo qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs12, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və onların müdafiəçiləri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: 07 oktyabr 2024-cü il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi daxil olmuş və iş üzrə məhkəmə hazırlıq iclası təyin edilmişdir. Məhkəmə hazırlıq iclasında dövlət ittihamçısı X5 vəsatətlə məhkəməyə müraciət edərək hazırki cinayət işinin məhkəmə aidiyyətinin Gəncə Ağır Cinayətlər Məhkəməsinə aid olmadığını, Azərbaycan Respublikası CPM-in 74.5-ci maddəsinə əsasən cinayət işinin aidiyyəti üzrə ağır cinayətin törədildiyi yer üzrə ağır cinayətlər məhkəməsinə göndərilməsini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbirinin məhkəmənin “hazırlıq iclasının müddətinin uzadılmasına dair” qərarla hazırlıq iclasının yekununa dair məhkəmə qərarı qəbul edilənədək dəyişdirilmədən saxlanılmasına qərar qəbul edilməsinin nəzərə alınmasını, Təqsirləndirilən şəxs2 isə barəsində həbs qətimkan tədbirinin seçilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 isə Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə ittiham elan edilmişdir. Cinayət işi üzrə elan edilmiş ittiham içərisində Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər təsnifatına yalnız Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham aiddir, ittiham aktına əsasən də həmin ittiham üzrə hadisələr Abşeron rayonu, Xırdalan şəhərinin ərazisində törədildiyindən cinayət işinə Azərbaycan Respublikası CPM-in 74.5-ci maddəsinə əsasən ərazi yurisdiksiyası üzrə aid olduğu Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılmalıdır. Bundan başqa, Müdafiəçi3 vəsatətlə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsini məhkəmədən xahiş etmiş, həmçinin Müdafiəçi1 Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə tərkibi cinayət işinin materiallarını öyrənərək və cinayət prosesi tərəflərinin fikirlərini dinləyərək hesab edir ki, hazırki cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olmadığı üçün dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət əsaslı olduğundan təmin edilməli və bu cinayət işinə ağır cinayətin törədildiyi yerin ərazi yurisdiksiyası üzrə aid olduğu Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılmalıdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, elan edilmiş ittihamlar çərçivəsində yalnız bir epizod üzrə, yəni təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə əməl Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayət hesab olunur, elan edilmiş ittihama əsasən həmin əməl Abşeron rayonu, Xırdalan şəhərinin ərazisində törədilmişdir. Digər maddələr ilə irəli sürülmüş ittihamlar isə təsnifatına görə az ağır cinayətlərə aiddir. Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihama əsasən, Təqsirləndirilən şəxs1 təkrar, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, tanışı Zərərçəkmiş şəxs1 qızına özünü Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edib, Bakı şəhəri, Nərimanov rayonunda yerləşən aztəminatlı ailələr üçün nəzərdə tutulmuş sosial evlərdən sonuncunun qızı Şahid1 Vaqif qızının adına 1 ədəd üç otaqlı, həmçinin psixi xəstə olan əri X3 adına eyni binadan olmaqla 1 ədəd 3 otaqlı, həmçinin Zərərçəkmiş şəxs1 qızının öz adına eyni binadan olmaqla 1 ədəd 4 otaqlı mənzillərin verilməsini, həmin binadan sonuncunun öz adına və qızı Şahid1 Vaqif qızının adına olmaqla 2 ədəd qeyri-yaşayış sahəsinin verilməsini, Zərərçəkmiş şəxs1 işinin Bakı şəhərinə dəyişdirilməsini, alınacaq mənzillərə qaz, su, işıq xətlərinin, sayğacların və nəzarət kameralarının çəkilməsini, mənzillərin və qeyri-yaşayış sahələrinin sənədlərinin əldə olunmasını, onların həmin mənzillərə qeydiyyata alınmasını, binanın həyətinin təmir olunmasını, sözügedən binada komendant qeydiyyatının aparılmasını, Zərərçəkmiş şəxs1 qızına “Toyota RAV4” markalı avtomobil və sürücülük vəsiqəsinin alınmasını, sonuncunun nəvəsinin doğum haqqında şəhadətnamə sənədində olan uyğunsuzluğun düzəldilərək yeni şəhadətnamə verilməsini təmin edəcəyinə və nəhayət psixi xəstə olan əri X4 xəstəlik pensiyası düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə 82319 (səksən iki min üç yüz on doqquz) manat məbləğində pul vəsaitini hissə-hissə olmaqla günü və vaxtları istintaqa dəqiq məlum olmayan 2023-cü ilin oktyabr ayının əvvəllərindən 2023-cü ilin dekabr ayının sonlarınadək olan müddət ərzində plastik kart hesablarına köçürülməsinə nail olub və əlbəəl nağd şəkildə Abşeron rayonu Xırdalan şəhərində alıb ələ keçirərək, Zərərçəkmiş şəxs1 qızına məxsus cəmi 82319 (səksən iki min üç yüz on doqquz) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək ona külli miqdarda ziyan vurmuşdur. Həmçinin həmin əməllə əlaqədar Təqsirləndirilən şəxs3 da ittiham elan edilmişdir. Hazırki cinayət işi üzrə elan edilmiş ittihamda göstərilən bir epizoddan başqa, bütün digər cinayət əməlləri az ağır cinayətlərə aiddir. Azərbaycan Respublikasının CPM-in 74.5-ci maddəsinə əsasən, cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə ağır cinayətlər məhkəməsində baxılır. “Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.1, 74.5 və 74.8-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 sentyabr 2023-cü il tarixli Qərarında formalaşdırılmış hüquqi mövgeyə görə, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.5-ci maddəsinə müvafiq olaraq, cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə ağır cinayətin törədildiyi yer üzrə ağır cinayətlər məhkəməsində baxılmalıdır”. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə qərarından görünür ki, Abşeron rayonu Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 29-cu maddəsinə əsasən heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Cinayət-Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən elan edilmiş ittihama əsasən, yeganə ağır cinayətə aid olan və Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli Abşeron rayonu, Xırdalan şəhərinin ərazisində törədildiyi üçün hazırki cinayət işinə Azərbaycan Respublikası CPM-in 74.5-ci maddəsinə əsasən ağır cinayətin törədildiyi yerin ərazi yurisdiksiyası üzrə aid olduğu ağır cinayətlər məhkəməsində, yəni Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılmalıdır. Bundan başqa, məhkəmə Müdafiəçi3 Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair, həmçinin Müdafiəçi1 təqisrləndirilən şəxs Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməməsinə dair vəsatətləri ilə bağlı cinayət prosesi tərəflərinin fikirlərini dinləyib hesab edir ki, müdafiəçilərin həmin vəsatətləri təmin olunmamalıdır. Hazırki cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli “hazırlıq iclasının müddətinin uzadılmasına dair” qərarına əsasən hazırlıq iclasının yekununa dair məhkəmə qərarı qəbul edilənədək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Meloni İsveçrəyə qarşı” iş üzrə 10 aprel 2008-ci il tarixli qərarında göstərilmişdir ki, həbs qərarı konkret əsaslara söykənməli və konkret vaxt müddəti müəyyən etməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 159.1 və 299.3.5-ci maddələrinə və Avropa İnsan Hüquqları Məhkəməsinin göstərilən hüquqi mövqeyinə əsaslanıb məhkəmənin hazırlıq iclasında cinayət işinin baxılması üçün ağır cinayətin törədildiyi yerin, yəni Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi nəticəsinə gəlindiyini və gələcəkdə qeyd edilən ağır cinayətlər məhkəməsində hazırlıq iclasının keçirilməli olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barəsində Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli “hazırlıq iclasının müddətinin uzadılmasına dair” qərarına əsasən hazırlıq iclasının yekununa dair məhkəmə qərarı qəbul edilənədək onların barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsi nəzərə alınmalı, bundan başqa Təqsirləndirilən şəxs2 barəsində hazırda bu iş üzrə qətimkan tədbirinin seçilməməsi nəzərə alınaraq Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbiri seçilməli və hazırlıq iclasının yekununa dair məhkəmə qərarı qəbul edilənədək onun barəsində “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74, 75, 77, 155 və 299, 300.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Dövlət ittihamçısı X2 cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi ilə bağlı vəsatəti əsaslı olduğundan təmin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi ərazi aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barəsində Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən hazırlıq iclasının yekununa dair məhkəmə qərarı qəbul edilənədək onların barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsi nəzərə alınsın. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbiri seçilsin və hazırlıq iclasının yekununa dair məhkəmə qərarı qəbul edilənədək onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Mikayıl Məmmədzadə Abdulla Məmmədov
Məhkəmə qərarları › İş №1(100)-544/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-544/2024
06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver