Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-55/2022 05.04.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə, X16, X33 və Məmmədova Arzu Məmməd qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisləri X40, X11, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxsin hüquqi varisi X24 nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxx 1986-ci ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan həbs olunana qədər Tərtər şəhəri A.M.Şərifzadə küçəsi ev 5 ünvanında daimi qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 21 noyabr 2020-ci il tarixdə saat 19.30 radələrində Zərərçəkmiş şəxs1 məxsus VAZ-21074 markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobili orta dərəcədə alkoqol sərxoşluğu vəziyyətində və sürücülük hüququ olmadan idarə edib, Bərdə -Tərtər avtomobil yolunun Bərdə rayonunun Zümürxan kəndi ərazisindən keçən 2-ci kilometrliyi ilə Tərtər şəhər istiqamətində hərəkətdə olarkən, “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikası qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin,37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 50-ci maddəsinin 2-ci hissəsininn 1-ci bəndinin tələblərini cinayətkarcasına özünəgüvənib ehtiyatsızlıq edib pozaraq,yəni nəqliyyat vasitəsini yaşayış məntəqəsi daxilində saatda 60 kilomoteridən çox olmayan sürətlə hərəkət etdirməli olduğu halda, saatda 140-150 kilometr saat sürətilə hərəkət etdirərək, avtomobilinin idarəetməsini itirdiyindən, həmin ərəfədə Zərərçəkmiş şəxs4 məxsus olan və X1 hüququ əsasında Tərtər rayon istiqamətindən Bərdə rayon istiqamətində idarə edib hərəkətdə olduğu VAZ-21013 markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxararaq, “ Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinin tələbinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı olduğu halda və öz hərəkəti ilə digər hərəkət iştirakçısına onların nəqliyyat vasitəsinə və başqa əmlakına zərər vurmamalı, hərəkət zamanı diqqətini avtomobilin idarə olunmasından və daim dəyişən yol şəraitindən ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobilin hərəkət təhlükəsizliyini təmin edə biləcək sürətlə idarə etməli, həmin qanunun 69.7.1-ci maddəsinin tələbinə əsasən 1.1 üfüqi nişanlanma xəttini kəsib keçmək qadağandır yol nişanının tələbini pozmamalı, avtomobili qarşı əks zolağa çıxarmamalı və hərəkət üçün təhlükəsiz şərait yaratmalı olduğu halda qanunun həmin tələblərini cinayətkarcasına özünəgüvənib ehtiyatsızlıq edib pozaraq, yəni bu tərzdə manevri ilə qarşıdan əks zolaqdan Ədalət Camalovun idarə etdiyi VAZ- 21013 markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olmasına baxmayaraq,idarə etdiyi avtomobillə toqquşdurmayacağını Ədalət Camalovun idarə etdiyi avtomobilin qarşısından təhlükəsiz ötüb keçib gedəcəyini özünəgüvənib ehtiyatsızlıq edərək, həmin tərzdə avtomobili idarə etdiyindən, avtomobilini həmin əsasda əks zolağa çıxarmaqla, sonuncu avtomobilin hərəkət istiqaməti əsas götürüldükdə yolun sağ hərəkət hissəsinin başlanğıcından yolun soluna doğru 4,3 metrlik məsafə həddində avtomobillərin toqqumalarına səbəbkarolmuş, nəticədə idarə etdiyi və vət. Zərərçəkmiş şəxs1 məxsus VAZ-21074 markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilin hissələrinin əzilməsi səbəbindən avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs1 3384 manat və Vaz-21013 markalı 10- CV- 238 dövlət qeydiyyat nişanlı avtomobilin hissələrinin əzilib və avtomobilin toqquşma təsirindən yanmaya məruz qalması səbəbindən avtomobilin mülkiyyətçisi Abbaslı Elşad Mübariz oğluna cəmi 4 min manat və avtomobili idarə etmiş X25 məxsus olub və sonuncu tərəfindən hadisə ərəfəsində avtomobilin qabaq sol oturacağının sağ tərəfdən alt hissəsinə qoyub saxladığı cəmi 14400 manat məbləğində Azərbaycan Respublikasının 100 manatlıq pul əskinasları yanaraq məhv olmaqla sonuncuya da maddi ziyan vurmuş, hadisə nəticəsində Vaz-21013 markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilidə sərnişin qismində olmuş avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs4 sağ bud sümüyü burmalarından keçən və aşağı 3\1-nin parçalı sınığı, sol əlin əl barmaqlarının arxa səthinin İİİ B-İV dərəcəli, bütün üz, boyun, hər iki qulaq nahiyələrinin yanıq yaraları isə yüksək hərarətin - alovun təsirindən əmələ gəlməklə dərəcəsinə görə ümumilikdə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmuş və idarə etdiyi VAZ- 21074 markalı 99-MC- 104 dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlərdən Zərərçəkmiş şəxs2 İsrayıl oğluna sol dirsək sümüyünün çıxıntısının yerdəyişmiş sınığı , sol almacıq nahiyəsinin , sol baldırın aşağı 3\1 nin ön səthinin, sol dirsək oynağının və saidin yuxarı 3\1- nin arxa səthinin, sağ budun orta yuxarı 3\1-nin bayır səthinin əzilmiş-cırılmış yaraları ilə nəticələnən və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərərvurmuş, Zərərçəkmiş şəxs3 sol xarici qulaq seyvanı və qulaqarxası nahiyənin əzilmiş- cırılmış yarası, qulaq qığırdağının sınması, Vİ boyun fəqərəsi cisminin V fəqərə cisminə olan nisbətdə arxaya doğru natamam çıxığı (sürüşməsi) ilə müşayət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər zərər vurmuş, avtomobilində qabaq sağ oturacaqda sərnişin qismində əyləşmiş X26 başın ənsə nahiyəsinin qançırı, İ-İİ-İİİ boyun fəqərə arası bağların cırılması, İ-İİ-İİİ boyun fəqərələrinin sınıqları, onurğa beyin qişasına və toxumasına qansızma, sol əng, çənə sümüklərinin sınıqları sol diz oynağı, sağ diz oynağı, sağ əl, sol əl nahiyələrinin sıyrıqları ilə müşayət olunan dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmuş, sonuncu İ-İİ-İİİ boyun fəqərarası bağın cırılması, İ-İİ-İİİ boyun fəqərələrinin sınığı, onurğa beyin qişasına və toxumasına qansızma ilə müşayət olunan boyunun küt travması səbəbindən hadisə yerində ölmüş və avtomobilinin toqquşduğu VAZ- 21013 markalı avtomobilin sürücüsü X7 qanitirmə ilə müşayət olunan ağciyərlərin və qaraciyərin əzilmiş- cırılmış yaraları, qabırqaların çoxsaylı sınıqları, bağırsaq divarlarına və bağırsaq müsariqəsinə qansızma, sağ bud və sağ baldır sümüklərinin qəlpəli sınıqları ilə nəticələnən və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmuş, sonuncu döş qəfəsinin küt travması nəticəsində qabırğaların sınıqları ilə ağciyərin və qaraciyərin yaralanması nəticəsində baş vermiş kəskin qanitirmə səbəbindən hadisə yerində ölməklə, iki şəxsin hadisə yerində ölməsi ilə nəticələnən ağır yol- nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, verilmiş mülki iddianı isə qəbul etməyərək ifadəsində göstərmişdir ki,21 noyabr 2020-ci il tarixdə saat 17 radələrində o Zərərçəkmiş şəxs2lə Tərtər rayonunun Sarıcalı kəndində yas yerində olarkən, tanışı X37 mobil nömrəsi ilə onun nömrəsinə zəng vurub,ondan harada olduğunu soruşmuşdur. Həmin vaxt o Samirə Tərtər rayonunda Sarıcalı kəndində, yas yerində olduğunu demişdir. Samir isə ona çəkmə arağının olduğunu deyərək gəlib bir yerdə içməyi təklif etmişdir. Onun bu sözünün qarşılığında o da onunla razılaşmış və Tərtər şəhərində yerləşən “Tərtər kafesi”ndə görüşməyə razılaşmışlar. Həmin yas yerində olarkən tanışı Zərərçəkmiş şəxs2 də onun yanında olduğundan onlar birlikdə onun idarə etdiyi “VAZ- 21074” markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Tərtər kafesi”nə gəlmişlər. Onlar həmin kafeyə çatarkən orada X27 və Zərərçəkmiş şəxs3 görmüşlər.Bundan sonra onlar birlikdə kafedəki kupelərdən birində oturub çörək yeyib və hərəyətəxminən 250 qram spirtli içki qəbul etmişlər. Bundan sonra onlar Bərdə şəhərinə getmək qərarına gəlmişlər. Məqsədləri elə vaxt keçirmək, X13 onun tanımadığı bir tanışı ilə onun görüşmək istəməsi olmuşdur. Spirtli içki qəbul etdikdən sonra özünü yaxşı hiss etmədiyindən avtomobili Samir idarə etmiş, özü avtomobildə qabaq sağ sərnişin oturacağında əyləşmiş, arxada da Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 İdris oğlu əyləşmişlər.Bərdə şəhərinə gəlib çıxarkən saat 19 radələri olmuşdur. Bərdə şəhərində Samir onun tanımadığı tanışı ilə elə küçədə Bərdə-Tərtər dəmir yolunun yanında ayaqüstü söhbət etdikdən sonra, onlar yenidən Tərtər şəhərinə evlərinə qayıtmaq qərarına gəlmişlər.Tərtər istiqamətində hərəkət edərkən haradasa saat 19-30 radələri olmuşdur. Samirinavtomobili hansı sürətlə idarə etdiyini bilməmişdir. Sonradan bildiyinə görə Elşad Abbasova məxsus VAZ-21013 markalı avtomobili rəhmətlik Ədalət Camalov idarə etmişdir. Ədalət Camalov uzaq vuran işıqlarla hərəkətdə olan vaxt Samir Abbasov da ona bir neçə dəfə işıqla işarə etmişdi ki, işıqları söndürsün. Həmin vaxt olduğu VAZ-21074 markalı avtomobilin altından “şaqqıltı” səsi gəlmiş, elə bu zaman olduğu avtomobil rəhmətlik Ədalətin idarə etdiyi avtomobilin yoluna çıxmış və toqquşma baş vermişdi. Bundan sonra şoka düşmüş, onu xəstəxanaya kimin apardığını belə bilməmişdir. Həmçinin ifadəsində göstərmişdir ki, istintaq zamanı verdiyi ifadəsini müstənitiq özündən uydurmuş, ifadəyə qol çəksə də onun dedikləri yazılmamışdır. Əvvəldən istintaqa avtomobili idarə etmədiyini demişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, tanışı Şahid3 20.11.2020-ci il tarixdə saat 23 radələrində idarə etdiyi “VAZ-21074” markalı **-MC-*** dövlət qeydiyyat nişanlı maşını idarə edib gətirib onların evinin həyət darvazası qarşısında saxlayıb ona demişdir ki, gəlib götürəcəkdir.O, həmin avtomobilin açarını da ona vermişdir. Elə buna görə də Aminin həmin maşını onda qalmışdır.Elə ona görə də 21.11.2020-ciil tarixdə Tərtər rayonunun Sarıcalı kəndinə Mehdi adlı şəxsin yas yerinə həmin avtomobillə saat 15-16 radələrində getmişdir. Onun özünə məxsus sürücülük vəsiqəsi olduğundan Amin əvvəllər də çox vaxt avtomobili ona idarə etməyə vermişdir. Etibarnamə olmasa da onun sürücülük vəsiqəsi olduğundan həmin avtomobili idarə etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X40 ifadəsində göstərmişdir ki, mərhum X36 onun qardaşıdır. 21 noyabr 2020-ci il tarixdə saat 21 radələrində əmisi oğlu Şahid2 ona zəng vurub bildirmişdir ki, Ədalət yol-nəqliyyat hadisəsinə düşdüyündən tez xəstəxanaya gəlsin. Bundan sonra o,Bərdə MRX-nın həyətinə çatanda ona xəstəxananın həyətində olan adlarını bilmədiyi polis işçiləri bildirmişlər ki, o, elə birbaşa meyitxanaya getsin. O da həmin yerə getmiş və görmüşdür ki, qardaşı Ədalət yanmış vəziyyətdə rəhmətə getmişdir. Bundan sonra o, hadisənin harada və necə baş verməsi barədə maraqlanmış, məlum olmuşdur ki, həmin gün qardaşı Ədalət bir VAZ-21013 markalı nömrəsini və sürücüsünü tanımadığı maşının sürücüsü ilə əvvəlcə Tərtər şəhərində bir qurbanlıq heyvan kəsmiş, bundan sonra Ağcakənd qəsəbəsinə gedib orada da qurbanlıq heyvan kəsib paylamışdır.O, həmin yerdən evinə qayıdarkən saat 19.30 radələrində Ədalət başqasına, yəni hadisədən sonra adını bildiyi Elşad adlı şəxsə məxsus avtomobili idarə edib, Tərtər istiqamətindən Bərdə istiqamətinə hərəkətdə olarkən, qarşı tərəfdən hərəkətdə olmuş Rövşən adlı şəxsin idarə etdiyi VAZ-21074 markalı avtomobil qardaşı Ədalətin idarə etdiyi VAZ-21013 markalı avtomobilin yoluna çıxmış və qardaşının yolunda maşınlar toqquşmuşlar.Nəticədə qardaşı Ədalətin idarə etdiyi VAZ-21013 markalı avtomobildə yanğın baş vermiş və həmin yanğın FHN-nin Bərdə Regional bölməsinin əməkdaşları tərəfindən söndürülmüşdür.Yanğın nəticəsində qardaşı Ədalət sükan arxasında yandığından elə o, həmin yerdən hadisə yerində olmuş şəxslər tərəfindən çıxarılmşdır.Həmin avtomobilin əsl sahibi isə maşında olduğundan onun da xəsarət aldığını bilmişdir.Hadisə zamanı qardaşı Ədalətin üzərində təxminən 28000 manat məbləğində pul olmuş, ancaq onlar gəlib maşına cərimə meydançasında işləyən Şahid1 iştirakı ilə baxarkən oradan sürücünün oturacağının sağ tərəfdən arxa küncə yaxın altından 14 min 400 manat pul aşkar etmişlər. Həmin pulların hamısı müxtəlif formada yanmaya məruz qaldığından hazırda istifadəyə yararsız vəziyyətə düşmüşdür. Həmin pullar tərəfindən götürülmüşdür. Bundan başqa ifadəsində Təqsirləndirilən şəxs şikayətçi olduğunu, verdiyi mülki iddianın təmin edilərək 28000 manat məbləğində pulun təqsirləndirilən şəxsdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, X9 onun həyat yoldaşı olmuşdur. 21 noyabr 2020-ci il tarixdə saat 21 radələrində ona məlum olmuşdu ki, həyat yoldaşı X10-Tərtər avtomobili yolunun 2-ci km-də baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində elə hadisə baş verən yerdə aldığı xəsarətlərdən ölmüşdür. O, hadisənin necə baş verməsi ilə maraqlanarkən öyrənmişdir ki, Sabir həmin gün saat 19.30 radələrində Rövşənin idarə etdiyi VAZ-21074 markalı avtomobillə Bərdə şəhəri istiqamətindən Tərtər rayonuna gələrkən, sürücü Rövşən tam sərxoş vəziyyətdə avtomobili idarə etdiyindən, avtomobili əks zolağa çıxararaq digər avtomobillə toqquşmuşdur. Elə bu hadisə nəticəsində digər avtomobilin sürücüsü Ədalət Camalov da yanaraq ölmüşdür. İfadəsinə əlavə olaraq göstərmişdir ki, təqsirləndirilən şəxs içkili vəziyyətdə olmuş, Rövşən Samiri özü ilə gəzdirib pis vərdişlərə öyrətmişdir. Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs o, 21.11.2020-ci il tarixdən, yəni yol-nəqliyyat hadisəsi baş verməzdən bir ay əvvəl tanımışdır. X5 da hadisədən bir ay əvvəl onu Rövşənin yanında görüb tanımışdır. Zərərçəkmiş şəxs3 isə elə hadisə baş verən gün tanımışdır. VAZ-21013 markalı avtomobilin sürücüsü olmuş mərhum X28 isə tanımamışdır. X44 idarə etdiyi avtomobilin sahibi Zərərçəkmiş şəxs4 isə hardasa hadisədən 5-6 ay əvvəl olaraq tanımışdır. 21.11.2020-ci il tarixdə o, Tərtər rayonunun Sarıcalı kəndində vətən müharibəsində şəhid olmuş X14 yas yerində olmuş, təsirləndiyindən saat 15 radələrində öz evlərində spirtli içki qəbul etmişdir. Bundan sonra evdə olarkən saat 17 radələrində Rövşənə zəng vurub harada olduğunu soruşmuşdur. Rövşən ona Tərtər şəhərində olan Tərtər kafesində olduğunu demişdir. O da həmin yerə getmişdir.Onlar kafedə bir yerdə oturub çay içmişlər. Təxminən 30-40 dəqiqə ərzində oturub çay içib söhbət etmişlər. Saat 18 radələrində Samir AbbasovRövşənə zəng vurub harada olduğunu və Bakı-Bərdə marşrutu ilə Bakıdan Tərtərə idarə etdiyi avtomobili ilə gəldiyini bildirmişdir. Elə həmin vaxt Rövşən ona demişdir ki, Samir də onların yanına gəlir, tut arağı da gətirir, bir yerdə oturub çörək yeyəcəklər. Bir az sonra X48 şəhərindən olan ElgizMəmmədov da kafeyə gəlmişlər. Onlar həmin Tərtər kafesində bir kupedə əyləşib yemək yeyib, spirtli içki qəbul etmişlər.Bundan sonra hamısı birlikdə Bərdə şəhərinə getmək qərarına gəlmişlər, lakin spirtli içkinin təsiri altında olduğundan bundan sonra baş verənləri xatırlamamışdır. İfadəsinə əlavə olaraq göstərmişdir ki, spirtli içkinin təsiri altında olduğuna görə Bərdə şəhərinə getmək qərarına gəldikdən sonra heç nəyi xatırlamadığından, avtomobili də kimin idarə etməsini və bundan sonra baş verənləri də xatırlamamışdır. Həmçinin əlavə etmişdir ki, Təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, mərhum X28 baş vermiş hadisədən təxminən 1 il əvvəl tanımışdır. Ədalətlə tanışlıq münasibəti olduğundan çox vaxt Ədalət işi olanda onun özünə məxsus VAZ- 21013 markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə mənzil başına gedib gəlmişdir.Onun həmin avtomobilini idarə etmək üçün sürücülük vəsiqəsi vardır. Təqsirləndirilən şəxs lap uşaqlıqdan tanımış, Rövşən onun qonşuluğunda yerləşən küçədə yaşayır. X9 isə onun əmisi oğludur. Bundan başqa Zərərçəkmiş şəxs2 Tərtər rayon sakini kimi hadisədən 7-8 ay əvvəl, Zərərçəkmiş şəxs3 isə 5-6 ay əvvəl tanımışdır. 21 noyabr 2020-ci il tarixdə saat 08 radələrində Ədalət özünün mobil telefonu ilə onun nömrəsinə zəng vurub maşını ilə Tərtər rayonunun Ələsgərli kəndinə Turalgilə gəlməsini istəmişdir. Bildirmişdir ki, orada iki baş xırdabuynuzlu heyvan götürüb qurbanlıq olaraq kəsib paylayacaqdır.Elə o, bundan sonra özünə məxsus VAZ-21013 markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ədalətin dediyi ünvana getmişdir. Orada Ədalət iki baş xırdabuynuzlu heyvanı kəsmiş və kəndə qurbanlıq pay kimi paylamışdır.Bundan sonra Ədalət elə həmin yerdən öz fermasından 2 baş xırdabuynuzlu heyvan götürüb ona demişdir ki, Ağcakənd qəsəbəsinə getsinlər. Onlar ikisi həmin ünvana getmişlər.Ədalət həmin yerdə bir nəfərin həyətində iki baş xırdabuynuzlu heyvanları kəsib yenə qurbanlıq olaraq camaata paylamışdır. Artıq saat 18 radələrində onlar Ağcakənddən qayıdarkən mərhum X36 maşını idarə etməsi üçün ona verməyi istəmişdir. O da özünün də maşında olduğundan, Ədalətin də sürücülük vəsiqəsinin olduğundan maşını ona idarə etməyə vermişdir.Elə yol boyu söhbət zamanı Ədalət bildirmişdir ki, o, sabah üçün maşın bazarına gedib “Niva” maşını alacaqdır. Onlar Bərdə- Tərtər avtomobil yolunun 2-ci km-nə çatıb öz hərəkət zolaqları ilə Bərdə şəhər istiqamətinə hərəkətdə olarkən, Ədalət avtomobili təxminən saatda 60-70 km sürətlə idarə etmişdir.Həmin vaxt o, qara rəngli VAZ-21074 markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilin haradasa saatda 140-150 km saat sürəti ilə yolu iki hissəyə ayıran ağ xətt zolağını keçib onların avtomobilinin üstünə gəldiyini görmüşdür. Həmin maşın heç bir tormoz vermədən qabaq sağ tərəfi ilə onun maşınının sol qabaq tərəfilə toqquşmuşdur. VAZ-2107 markalı maşın sürətli idarə olunduğundan onların maşını yollarının sağ kənarına çıxıb orada qalmış, maşınında yanğın baş vermişdir.O, birtəhər çiyni ilə avtomobilin qabaq sağ qapısını itələyib açmış və özünü yerə yıxmışdır.Onu orada tanımadığı adamlar kənara çəkmişlər. Ədalət isə maşının sükanı arxasında sıxılmış vəziyyətdə qalaraq yanmışdır.Hadisə nəticəsində onun 3500 manat qiymətində avtomobili həm toqquşma və həm də toqquşmanın təsirindən yanaraq yararsız vəziyətə düşmüşdür.Bundan sonra onu kimlərin Bərdə MRX- na apardığını bilməmişdir.Ancaq hadisənin səhəri günü o, bilmişdir ki, onların maşını ilə toqquşmuş avtomobildə olmuş əmisi oğlu Samir Abbasov elə hadisə yerində həlak olmuşdur. VAZ-21074 markalı avtomobildə olan sürücü və sərnişinlər spirtli içkinin təsiri altında olmuşlar. İfadəsinə əlavə olaraq göstərmişdir ki, VAZ-21074 markalı avtomobili idarə edən şəxsi görməsə də hadisədən sonra Zərərçəkmiş şəxs2 xəstəxanada Rövşənə “belə maşın sürərlər,Bizi niyə bədbəxt etdin?” deyə soruşduğunu eşitmiş, bundan sonra isə yenə maraqlandıqda ona məlum olmuşdur ki, VAZ-21074 markalı avtomobiliRövşən idarə etmişdir. Əlavə olaraq göstərmişdir ki, Ədalətin maşında pulunun olduğunu əvvəlcədən bilməmiş, bu ona sonradan məlum olmuşdur. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs onun vurulmuş 8 min manat ziyanın ödənilməsini tələb etdiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bərdə RPŞ-nin DYPB-nin cərimə meydançasında mühafizəçi işlədiyi vaxt 21.11.2020-ci tarixdə saat 23.50 radələrində Bərdə RPŞ-nin DYPB- nin cərimə meydançasına bölmənin əməkdaşları tərəfindən bir qara rəngli VAZ-21074 markalı **-MC- *** dövlət qeydiyyat nişanlı avtomobil və bir VAZ-21013 markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobillər gətirilib yerləşdirilmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, qeyd olunan avtomobillərhəmin gün saat 19.30 radələrində Bərdə-Tərtər avtomobil yolunun 2-ci km-də toqquşmuşlar. Toqquşma güclü olduğundan VAZ-21013 markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobildə yanğın hadisəsi baş vermiş və avtomobilin sürücüsü elə avtomobilin sükanı arxasındaca yanaraq ölmüş və həmin avtomobilin sahibi və hadisə zamanı avtomobildə sərnişin qismində olmuş şəxs isə yanıq və bədən xəsarətləri alaraq Bərdə RMX-na daxil olmuşdur. 22 noyabr 2020-ci il tarixdə saat 17 radələrində onun işlədiyi həmin cərimə meydançasına VAZ-21013markalı avtomobili hadisə zamanı idarə etmişvə hadisə nəticəsində yanaraq ölmüş X17 qardaşı X40 gələrək, maşına baxmaq istədiyini bildirmişdir. O da etiraz etməmişdir. İsmət onun iştirakı ilə həmin avtomobilə baxarkən maşının qabaq sol oturacağının, yəni sürücünün oturduğu oturacağın sağ alt yan tərəfinə baxarkən, orada yanmış vəziyyətdə çoxlu pul kütləsinin olduğunu görüb, həmin yerdən pulu çıxartmış və bildirmişdir ki, həmin pul mərhum qardaşı Ədalətə məxsus olmuşdur. Haradasa həmin yanmış vəziyyətdə olan pulun 14 mindən çox olduğunu İsmət adlı şəxs bildirib və həmin pulu götürərək polis şöbəsinə aparıb lazımı əməkdaşlara təqdim edəcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki,mərhum X36 onun atasının əmisi nəvəsidir. 21.11.2020-ci il tarixdə saat 22 radələrində ona Bərdə RPŞ-nin DYPB-nin əməkdaşı və əslən Kəlbəcər rayonundan olan tanışı X19 zəng vurub, Bərdə-Tərtər avtomobil yolunun 2-ci km də yol-nəqliyyat hadisəsi baş verdiyini və nəticədə Ədalət Camalovun idarə etdiyi Elşad adlı şəxsin VAZ-21013 markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sükanı arxasında avtomobildə baş vermiş yanğın nəticəsində yanaraq öldüyünü bildirmişdir.O,bunu eşidəndən sonra dərhal Bərdə rayon meyitxanasına getmiş və orada həqiqətən Ədalət Camalovun meyitinin yanmış vəziyyətdə tibbi ekspert tərəfindən müayinə olunduğunu görmüşdür. Bundan sonra o, öz mobil telefonu ilə Ədalətin qardaşı İsmətə zəng vurub, qardaşı Ədalətin yol qəzasına düşdüyünü, Bərdə MRX-na gəlməsini bildirmişdir. Sonradan ona məlum olmudur ki, Ədalət VAZ-21013 markalı avtomobillə Bərdə şəhər istiqamətində hərəkətdə olarkən, qarşı tərəfdən gələn VAZ-21074 markalı avtomobillə toqquşmuşdur. Hadisəyə səbəb Rövşənin idarə etdiyi VAZ-21074 markalı avtomobilin Ədalətin idarə etdiyi avtomobilin yoluna çıxması olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Bərdə rayon X32 Hissəsində yanğın söndürmə növbəsinin rəisi vəzifəsində işlədiyi vaxt, 21 noyabr 2020- ci il tarixdə saat 19.38 dəqiqədə Bərdə rayon DYMH-nə Bərdə-Tərtər avtomobil yolunun Bərdə rayonunun Zümürxan kəndi ərazisindən keçən hissəsində iki avtomobilin toqquşması nəticəsində avtomobillərdən birində yanğın hadisəsinin baş verdiyi barədə məlumat daxil olmuşdur.Buna görə də həmin hadisə yerinə o və Bərdə rayon DYMH-də manqa komandiri işləyən Şahid6 və digər əməkdaşlar getmişlər. Onlar həmin yerə çatarkən Bərdə-Tərtər avtomobil yolunun 2-ci km-də Bərdə rayonunun Zümürxan kəndi ərazisindən keçən hissəsində qırmızı rəngli VAZ-21013 markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin yandığını görüb, dərhal onun söndürülməsi ilə məşğul olmağa başlamışlar. Həmin vaxt avtomobilin sükanı arxasında olan şəxsin yanaraq həlak olduğunu görmüşdür. Eyni zamanda həmin avtomobildə olmuş digər şəxsin də yanıq xəsarəti alaraq yerdə uzandığını görmüşdür. Həmin vaxt qeyd olunan avtomobillə toqquşmuş VAZ- 21074 markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilin də toqquşmanın təsirindən ön hissəsi əzilərək digər avtomobilin yoluna tərəf istiqamətlənməklə dayandığını görmüşlər. Ona məlum olmuşdur ki, həmin yol-nəqliyyat hadisəsi VAZ-21013 markalı avtomobilin yoluna VAZ-21074 markalı avtomobilin çıxması nəticəsində baş vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə rayon X32 hissəsində manqa komandirivəzifəsində xidmət edən Şahid6 və həmin qurumda sürücü vəzifəsində xidmət edən Şahid5 ifadələrində Şahid4 ifadəsilə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, hadisənin baş verdiyi gün evdə olmuşdur. Cölə çıxdıqda iki avtomobilin toqquşduğunu görmüş, kömək etməyə çalışmışdır. VAZ 21074 markalı avtomobilin oturacağı sınmış, avtomobilin sol qapısı isə açılmırdı. Rövşəni avtomobildən çıxararkən onun ayağından tutduqda onun qışqırmasından ayağının qırıldığı məlum olmuş, onu avtomobildən çıxarmışdı. Avtomobili idarə edən şəxs isə ölmüşdü. Ölən şəxsi isə sükanın arxasından çıxarmışdır. Həmin vaxt Rövşən avtomobilin sağ tərəfində olmuşdu. Ölən şəxsi və Təqsirləndirilən şəxs avtomobilin sağ qapısından çıxartmışdı. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, hadisənin baş verdiyi gün Samir ona zəng edərək yemək yeməyə dəvət etmişdi. Samir ona Amilin avtomobilinin onda olduğunu və onu gəlib götürəcəyini bildirmişdi. Lakin bir müddət keçsə də, Samir gəlməmişdi. Daha sonra yol-nəqliyyat hadisəsinin baş verməsi və Samirin qəzada rəhmətə getməsi barədə xəbər tutmuşdur. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə istintaqı zamanı isə ifadəsi elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 22.12.1947- ci ildə Bakı şəhərində anadan olmuş və hazərda Bakı şəhəri Binəqədi rayonu 8- ci mikrorayon İ.Dadaşov küçəsi ev N-72, mənzil 12- də yaşayır. Onun özümə məxsus VAZ- 21074 markalı 99- MC- 104 dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin avtomobil ona məxsus olmuş olsa da sürücülük vəsiqəsi yoxdur.Ona görə də 2020- ci ilin yanvar ayının 22-də həmin avtomobili 2 ay müddətinə, 22.03.2020- ci il tarixədək onun nümayəndəsi X15 verdiyi etibarnamə əsasında vət. Şahid3 idarə etməyə verilmişdir.Lakin etibarnamənin müddəti bitmiş olsa da bundan sonra Şahid3 onunla belə razılaşmışdır ki, avtomobil sadəcə olaraq Aminin sürücülük hüququ olduğundan onda idarə etmədə qalsın və bu əsasda o, avtomobili kreditə götürüb işlətməsi əsasında ona pulunu ödəyə bilərsə son halda razılaşdıqları 8 min 500 manat pulu o əldə edəndən sonra avtomobili alqı-satqı əsasında onun adına rəsmişləşdirisin. Qeyd edir ki, avtomobil 22.03.2020-ci il tarixdən etibarnamə olmadan Şahid3 tərəfindən idarə edilmişdir. Onu da qeyd edir ki, həmin avtomobil 2010- cu il buraxılışlı olmaqla qara rəngdə olub texniki cəhətdən saz vəziyyətdə olmaqla qeyd etdiyi əsasda ona idarə etməyə verilmişdir.21 noyabr 2020- ci il tarixdə baş vermiş yol- nəqliyyat hadisəsi barədə ona hadisədən sonra Amin zəng vurub bu barədə bildirmişdir.Aminin bildirməsi əsasında ona məlum olmuşdur ki, Amin həmin avtomobili Tərtər şəhər sakini Təqsirləndirilən şəxs sonuncunun sürücülük vəsiqəsi olduğundan etibarnamə olmadan idarə etməyə vermişdir.Təqsirləndirilən şəxs də həmin avtombillə 21 noyabr 2020- ci il tarixdə Bərdə- Tərtər avtomobil yolunun 2- ci km ilə avtomobili orta dərəcədə sərxoş vəziyyətdə idarə edib, Bərdə şəhər istiqamətindən Tərtər istiqamətinə hərəkətdə olarkən qarşı tərəfdən hərəkətdə olmuş Ədalət Camalovun idarə etdiyi VAZ- 21013 markalı 10- CV- 238 dövlət qeydiyyat nişanlı avtomobilin yoluna avtomobili çıxararaq, avtomobilləri toqquşdurub yolnəqliyyat hadisəsi törətmiş və nəticədə VAZ-21074 markalı avtomobildə Samir adlı şəxs, VAZ- 21013 markalı avtomobildə isə sürücü Ədalət Camalov hadisə yerində olaraq ölmüşlər.VAZ- 21074 markalı avtomobildə olmuş iki nəfər sərnişin və sürücü Rövşən və habelə VAZ- 21013 markalı avtomobildə sərnişin qismində olmuş avtomobilin sahibi Zərərçəkmiş şəxs4 yol- nəqliyyat hadisəsi nəticəsində almış oluqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə ələqədar Bərdə MRX- na daxil olmuşar. Bir daha bildirir ki, hadisə barədə ifadəsində göstərdiklərini Şahid3 telefonla zəng edib bildirdiyindən o, məlumatlanıb bunları ifadəsində göstərmişdir.Baş vermiş yol- nəqliyyat hadisəsi ilə ələqədar heç bir şikayət və tələbi yoxdur.Bu bir yol-nəqliyyat hadisəsidir ki, baş vermişdir. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə istintaqı zamanı isə ifadəsi elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Rəhimli Rövşən Teymur oğlunu hardasa 1 il olar ki, tanıyır. Onunla heç bir ədavəti, düşmənçiliyi və qohumluğu yoxdur.O, hadisə baş verən vaxta qədər X49 Nəbi oğlunu tanımamışdır. Onunla da heç bir münasibəti olmamışdır. 21 noyabr 2020-ci il tarixdə təxminən saat 17 radələrində tanışı olan X9 ona özünün ***-***-**-** möbil nömrəsi ilə onun istifadəsində olan 050- ***-**-** mobil nömrəsinə zəng vurub bildirmişdir ki, bəs artıq Tərtərdə hamı öz evinə - eşiyinə qayıdır, yəni müharibə qurtarıbdır. Bildirmişdir ki, oturub çörək yeyib şənlənsinlər. O da razı olmuşdur.Elə rəhmətlik öz avtomobili ilə onun yaşadığı evinin qarşısına gəlib onu maşınına götürmüşdür.Onlar birlikdə Tərtər şəhərinə doğru hərəkət etmişlər. Həmin vaxt Sabir bildirmişdir ki, bəs o, özü ilə çəkmə, yəni tut arağı da götürübdür. Onlar yol ilə hərəkət edərkən, Samir Rövşənə zəng edib bildirmişdir ki, Rövşən də İsgəndər də birlikdə Tərtər kafesinə gəlsinlər, orada oturub çörək yesinlər.Onlar gəlib Tərtər kafesinə çatarkən saat 18 radələri olmuşdur. Orada Rövşəni və İsgəndərin dayanıb onları gözlədiklərini görmüşdür.Həmin vaxt onlar oturub çörək yemişlər. Adama hardasa 250-300 qram araq içmişlər. Bundan sonra onu da qeyd edir ki,bir də görmüşdür ki, uşaqlar Bərdəyə gəlmək istəyirlər, nə isə işləri var. O, içkili olduğundan daha maraqlanmamışdır ki, onlar Bərdəyə nəyə görə gedirlər. Elə onlar Rövşənin idarə etdiyi qara rəngli VAZ- 21074 markalı 99 - MC- 104 dövlət qeydiyyat nişanlı avtomobilinə minmişlər. Avtomobildə qabaq sağ oturacaqda X37, arxa sol tərəfdə o , arxa sağ tərəfdə isə İsgəndər əyləşmişdir. Onlar Bərdə şəhərinə gələrkən yuxu onu tutmuş elə bir də ayılanda görmüşdür ki, Bərdə- Tərtər priyezdinin üstü tərəfdən, Bərdə - Tərtər avtomobil yolu ilə Tərtər istiqamətinə hərəkət edirlər.Həmin vaxt o, yenə yuxulamışdır. Elə bir də həmin yolun 2 ci km də onların maşını ilə qarşıdan öz yolu ilə gələn VAZ- 21013 markalı 10- CV- 238 dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur.Nəticədə o, İsgəndər, Rövşən xəsarət aldıqlarından xəstəxanaya daxil olub müalicə olunmuşlar.Ancaq hadisə nəticəsində Samir Abbasov hadisə yerində ölmüşdür.Elə onun meyitini Təcili yardım maşını xəstəxanaya meyitxanaya aparmışdır. İş materiallarına əlavə edilmiş 21.11.2020-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, yol-nəqliyyat hadisəsinin Bərdə rayonunun Zümürxan kəndi ərazisindən keçən Bərdə-Tərtər avtomobil yolunun 2-ci kmdə baş verdiyi, hadisədən əvvəl VAZ-21013 markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X17 idarə etdiyi avtomobillə Tərtər istiqamətindən Bərdə şəhər istiqamətinə, VAZ-21074 markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Bərdə şəhər istiqamətindən Tərtər istiqamətinə hərəkətdə olarkən, həmin yol-nəqliyyat hadisəsinin baş verdiyi, hadisə ərəfəsində sürücü Təqsirləndirilən şəxs avtomobilin idarə etməsini itirib, öz yolundan qarşı əks zolağa, yəni X17 idarə etdiyi VAZ-21013 markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna heç bir tormoz vermədən çıxarmaqla hərəkətdə olması nəticəsində avtomobillər toqquşmuşlar. İş materiallarına əlavə edilmiş “VAZ-21013 markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi haqqında” 22 noyabr 2020-ci il tarixli protokoldan görünür ki,həmin avtomobil qırmızı rəngdə olub, avtomobilin VAZ- 21013 markalı, 10-CV- 238 dövlət qeydiyyat nişanlı olmaqla, avtomobilin qabaq sol tərəfindən sağa doğru və ön hissəsinin əzilməyə məruz qaldığı, həmin əzilmənin qismən avtomobilin sağ tərəfinə doğru istiqamətlənməsi, sol tərəfə doğru isə əzilmənin daha çox olduğu və bu əsasda avtomobilin toqquşmaya məruz qaldığı müşahidə olunmuşdur.Avtomobil üzərində qeyd olunan həmin əzilmə əlamətlərinin avtomobillərin toqquşması nəticəsində meydana gəlməyə xarakterik olan əzilmə əlamətləri olması baxışda iştirak edən şəxslər tərəfindən də bildirilib protokolda qeyd olunması məqsədəmüvafiq hesab edilmişdir. Eyni zamanda avtomobilə baxış zamanı avtomobilin yanmaya məruz qaldığından bunu özündə əks etdirən yanıq əlamətlərinin, yəni yanma nəticəsində avtomobilin salonunda ön və arxa hissəsində, banı üzərində xarakterik yanıq izləri qaralmaqla, avtomobilin yanması nəticəsində qırmızı rəngi üzərində qaralamalar və həm də avtomobildə olan sintetik tərkibə məxsus olan hissələrin də yanaraq yanma nəticəsində əriməyə məruz qaldığı, avtomobilin qabaq və arxa alın şüşələrinin hadisə nəticəsində həm sınmaya və həm də yanma nəticəsində məhv oluduğu müşahidə olunmuşdur. İş materiallarına əlavə edilmiş “VAZ-2107 markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi haqqında” 22 noyabr 2020-ci il tarixli protokoldan görünür ki,“VAZ- 21074” markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı həmin avtomobilin qara rəngdə olub, avtomobilin toqquşma nəticəsində ön hissəsinin əzilməyə məruz qaldığı və buna görə də içəriyə doğru batmış olduğu, eyni zamanda avtomobilin ön və arxa alın şüşəsinin sındığı müəyyən olunmuşdur.Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa hal müəyyən olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübi və X39 rayonlararası zona mərkəzi tərəfindən təqdim edilmiş meyitin ekspertizasına dair 22.11.2020-ci il tarixli 87 nömrəli rəyindən görünür ki, X3 meyitinin bədənində aşağıdakı xəsarətlər-başın ənsə nahiyəsinin qançırı, İ-İİ-İİİ boyun fəqərəarası bağların cırılması, İ-İİ-İİİ boyun fəqərələrinin sınıqları, onurğa beyin qişasına və toxumasına qansızma, sol əng, çənə sümüklərinin sınıqları, sol diz oynağı, sağ diz oynağı, sağ əl, sol əl nahiyələrinin sıyrıqları vardır.Həmin xəsarətlər həyatidirlər, ölümdən az vaxt əvvəl törənmişdir, qərarda göstərilən tarixə -yəni 21.11.2020-ci il tarixə uyğun gəlir, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, həmin xəsarətlər avtomobilin salonunda olduğu vəziyyətdə avtomobillərin toqquşması nəticəsində bədən nahiyəsində törənə bilərlər, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər.X3 ölümünə səbəb İ-İİ-İİİ boyun fəqərəarası bağın cırılması, İ-İİ-İİİboyun fəqərələrinin sınığı, onurğa beyin qişasına və toxumasına qansızma ilə müşayət olunan boyunun küt travması olmuşdur.Mərhum X21 ölümü meyit əlamətlərinin inkişf mərhələsinə görə demək olar ki, onun ölümü meyitin məhkəmə- tibbi müayinəsindən əvvələ doğru 2-4 saat olar baş vermişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi təcrübi və X39 rayonlararası zona mərkəzi tərəfindən təqdim edilmiş canlı şəxsin ekspertizasına dair 28.01.2021-ci il tarixli 70 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə- tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sol ayağın açıq sınıq-çıxığı, aşıq sümüyünün qəlpəli sınığı, sinir damarının kələfinin zədələnməsi, qarın nahiyəsinin, sol diz oynağının ön səthinin əzilmiş yaraları küt əşya( əşyalar) təsirindən törənmişlər, yol-nəqliyyat hadisəsi zamanı avtomobilinin sükanında sürücü kimi olmaqla törənə bilərdilər, törənmə müddəti qərarda göstərilən 21.11.2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi təcrübi və X39 rayonlararası zona mərkəzi tərəfindən təqdim edilmiş canlı şəxsin ekspertizasına dair 27 yanvar 2021-ci il tarixli 66 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sol dirsək sümüyünün çıxıntısının yerdəyişmiş sınığı, sol almacıq nahiyəsinin, sol baldırın aşağı 3\1-nin ön səthinin, sol dirsək oynağının və saidin yuxarı 3\1- nin arxa səthinin, sağ budun orta-yuxarı 3\1-nin bayır səthinin əzilmişcırılmış yaraları küt əşya ( əşyalar) təsirindən törənmişlər, yol-nəqliyyat hadisəsi zamanı avtomobilinin salonunda sərnişin kimi olmaqla törənə bilərdilər, törənmə müddətləri qərarda göstərilən 21.11.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübi və X39 rayonlararası zona mərkəzi tərəfindən təqdim edilmiş canlı şəxsin ekspertizasına dair 29 yanvar 2021-ci il tarixli, 88 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ bud sümüyü burmalarından keçən və aşağı 3\1nin parçalı sınığı küt əşya ( əşyalar ) təsirindən törənmişlər, sol əlin əl barmaqların arxa səthinin İİİ B- İV dərəcəli, bütün üz, boyun, hər iki qulaq nahiyələrinin yanıq yaraları isə yüksək hərarətin, alovun təsirindən qərarın təsviri hissəsində göstərilən şəraitdə törənə bilərdilər, törənmə müddətləri qərarda göstərilən 21.11.2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübi və X39 rayonlararası zona mərkəzi tərəfindən təqdim edilmiş canlı şəxsin ekspertizasına dair 28 yanvar 2021-ci il tarixli, 72 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sol xarici qulaq seyvanı və qulaqarxası nahiyənin əzilmişcırılmış yarası, qulaq qığırdağının sınması , Vİ boyun fəqərəsi cisminin V fəqərə cisminə olan nisbətdə arxaya doğru natamam çıxığı ( sürüşməsi) küt əşya (əşyalar) təsirindən törənmişlər, yol-nəqliyyat hadisəsi zamanı avtomobilinin salonunda sərnişin kimi olmaqla törənə bilərdilər, törənmə müddətləri qərarda göstərilən 21.11.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübi və X39 rayonlararası zona mərkəzi tərəfindən təqdim edilmiş meyitin ekspertizasına dair 22.11.2020- ci il tarixli 88 saylı rəyindən görünür ki, X49 Nəbi oğlunun meyitinin bədənində aşağıdakı xəsarətlər: kəskin qanitirmə ilə müşayət olunan ağciyərlərin və qaraciyərin əzilmiş-cırılmış yaraları, qabırğaların çoxsaylı sınıqları, bağırsaq divarlarına və bağırsaq müsariqəsinə qansızma, sağ bud və sağ baldır sümüklərinin qəlpəli sınıqları vardır. Həmin xəsarətlər həyatidirlər, ölümdən az vaxt əvvəl törənmişdir, qərarda göstərilən tarixə -yəni 21.11.2020-ci il tarixə uyğun gəlir, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol- nəqliyyat hadisəsi zamanı törənə bilər, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. X4 ölümünə səbəb döş qəfəsinin küt travması nəticəsində qabırğaların sınıqları ilə ağciyərin və qaraciyərin yaralanması nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 24 may 2021-ci il tarixdən hesablanmaqla 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş 28 fevral 2021-ci il tarixli ilkin qiymətləndirmə aktından görünür ki, X29 avtomobilinə ümumilikdə 3384 manat ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş 01 fevral 2021-ci il tarixli ilkin qiymətləndirmə aktından görünür ki, Zərərçəkmiş şəxs4 məxsus VAZ 21013 markalı avtomobilə ümumilikdə 4000 manat ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş, 09.03.2021-ci il tarixli, 21/189R nömrəli Ekspert Rəyindən görünür ki, VAZ-21074 markalı **-MC-*** dnn-lı avtomobildən götürülmüş 06 (altı) ədəd tampon üzərində olan qanabənzər maddələr insan qanıdır. VAZ- 21074 markalı **-MC-*** dnn-lı avtomobilin sağ ön şüşəsindən götürülmüş 01 ədəd tampon və sağ qabaq oturacağın altından götürülmüş 01 ədəd tampon üzərində olan qan nümünələri Təqsirləndirilən şəxs məxsusdur. İş materiallarına əlavə edilmiş 21 noyabr 2020-ci il tarixli “yanğın haqqında ilkin akt”dan görünür ki, VAZ-21011 markalı avtomobil avto qəzadan sonra yanmış, bir nəfər yanaraq həlak olmuşdur. İş materiallarına əlavə edilmiş notarial qaydada verilmiş,10 mart 2021-ci il tarixli barışıq ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs4 təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 fevral 2021-ci il tarixli, 8/275 nömrəli “Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası”nın rərindən görünür ki, istintaq tərəfindən verilmiş məlumatlara əsasən “VAZ- 21074” markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.Sürücü Rəhimli avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətindən yüksək, yəni 140-150 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən hərəkət üçün təhlükə yarandığı andan “VAZ- 21013” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 52 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü X17 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır.Hərəkət üçün təhlükə yaranan anda “VAZ- 21013” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlıavtomobilin toqquşma yerindən 52 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü X17 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur.Sürücü Camalov avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km saat sürətindən yüksək sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarına əlavə edilmiş 21 noyabr 2020-ci il tarixli 1072 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı orta dərəcəli alkoqol sərxoşluğu əlaməti olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu 01.02.2011-ci il tarixdə Bakı Ağır cinayətlər məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 180.2.2 maddələri ilə 05 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 05.03.2016-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarına əlavə Zərərçəkmiş şəxs2 tərəfindən məhkəmə istintaqı zamanı verilmiş 11 mart 2022-ci il tarixdə barışıq ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs2 İsrayil oğlu təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Tərtər rayon İcra Hakimiyyəti Başçısının Tərtər şəhər İnzibati ərazi dairəsi nümayəndəliyinin 11 fevral 2021-ci il tarixli, 498 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Tərtər şəhəri, A.M.Şərifzadə küçəsi, ev 5-də ailə üzvləri, arvadı - X22, qızı - Rəhimli Hicran Rövşən qızı, oğlu - X30 ilə birlikdə yaşayır. İş materiallarına əlavə edilmiş Tərtər rayon İcra Hakimiyyəti Başçısının Tərtər şəhər İnzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş 11 fevral 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı vardır. İş materiallarına əlavə edilmiş mülki iddia haqqında ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş avto qəza nəticəsində 28000 manat məbləğində maddi ziyanın təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X34 ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Bərdə RPŞ-in İstintaq Bölməsinin rəisi tərəfindən verilmiş arayışdan müəyyən edilmişdir ki, 21 noyabr 2020-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində mərhum X25 məxsus 14400 manat məbləğində 100 manatlıq pul əskinasları yanaraq yararsız vəziyyətə düşmüşdür. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 24.02.2022-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs şikayətçidir və ona dəymiş zərərin ödənilməsini tələb edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bərdə rayon polis şöbəsi tərəfindən göndərilmiş 02 fevral 2022-ci il tarixli № 3452 məktubdan görünür ki, Zərərçəkmiş şəxs3 barəsində 04.12.2021-ci il tarixdə “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək, verilmiş mülki iddianı isə qəbul etməyərək hadisənin baş verdiyi gün spirtli içki qəbul etdikdən sonra özünü yaxşı hiss etmədiyindən avtomobili özü yox Samirin idarə etdiyini, özününavtomobildə qabaq sağ sərnişin oturacağında əyləşdiyini, arxada da Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 İdris oğlunun əyləşdiklərini, Tərtər istiqamətində hərəkət edərkən VAZ-21013 markalı avtomobili idarə edən Ədalət Camalovunuzaq vuran işıqlarla hərəkətdə olduğundan Samir Abbasovun da ona bir neçə dəfə işıqları söndürməsi üçün işıqla işarə etdiyini, həmin vaxt olduğu VAZ-21074 markalı avtomobilin altından “şaqqıltı” səsi gəldiyini, elə bu zaman olduğu avtomobilinqarşıdan gələn avtomobilin yoluna çıxdığını və toqquşma baş verdiyini göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadəni işin faktiki halları ilə uyğun olmayan, uydurma,məsuliyyətdən yayınmağa xidmət edən ifadə kimi qəbul edərək hesab edir ki, onun təqsiri məhkəməyədək icraat zamanı özünü təqsirli bilməklə verdiyi ifadəsi, zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxslərin hüquqi varislərinin, şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilərkənTəqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək, törətdiyi əmələ görə peşmançılıq çəkdiyini bildirərək ifadəsində göstərmişdir ki, “...onun himayəsində iki azyaşlı uşaqları var.21 noyabr 2020- ci il tarixdə təxminən saat 17 radələrində o və Zərərçəkmiş şəxs2 Tərtər rayonunun Sarıcalı kəndində yas yerində olarkən, tanışı X12 etmirsə 055- 300- 38- 37 mobil nömrəsi ilə onun ***-***-**-** nömrəsinə zəng vurub,ondan harada olduğumu soruşmuşdur.Həmin vaxt o da Samirə Tərtər rayonunda Sarıcalı kəndində, yas yerində olduğunu demişdir. Samirin isə ona ilk sözü bu olmuşdur ki, “çəkmə arağı var gəlsin içək”. Onun bu sözünün qarşılığında o da onunla razılaşmış və demişdir ki, belədirsə Tərtər şəhərində “Tərtər kafesi”ndə oturub çörək yeyib araq içərlər. Həmin yas yerində olarkən tanışı Zərərçəkmiş şəxs2 də onun yanında olduğundan onlar birlikdə onun idarə etdiyi VAZ- 21074 markalı 99- MC- 104 dövlət qeydiyyat nişanlı avtomobillə “Tərtər kafesi”nə gəlmişlər. Artıq onlar həmin kafeyə çatarkən orada X27 və Zərərçəkmiş şəxs3 görmüşlər.Bundan sonra onlar birlikdə kafedəki kupelərdən birində oturub çörək yeyib və adama da hardasa 250 qram spirtli içki qəbul etmişlər. Bundan sonra onlar Bərdə şəhərinə gəlmək qərarına gəlmişlər.Gəlməkdə məqsədləri elə vaxt keçirmək və həm də X13 onun tanımadığı bir tanışı ilə onun görüşmək istəməsi olmuşdur.Yeri gəlmişkən deyir ki, onun tanışı Şahid3 20.11.2020- ci il tarixdə təxminən saat 23 radələrində idarə etdiyi VAZ- 21074 markalı 99-MC- 104 dövlət qeydiyyat nişanlı maşını idarə edib gətirib onların evinin həyət darvazası qarşısında saxlayıb ona demişdir ki, bəs gəlib götürəcəkdir.O, həmin avtomobilin açarını da ona vermişdir. Elə buna görə də Aminin həmin maşını ondan qalmışdır.Elə ona görə də 21.11.2020- ci il tarixdə Tərtər rayonunun Sarıcalı kəndinə Mehdi adlı şəxsin yas yerinə həmin avtomobillə təxminən saat 15-16 radələrində getmişdir. Qeyd edir ki, artıq 21.11.2020- ci il tarixdə təxminən saat 17 radələrində Tərtər kafesinə həmin avtomobillə gəlib çıxmışdır.Onun özünə məxsus sürücülük vəsiqəsi olduğundan Amin əvvəllər də çox vaxt avtomobili ona idarə etməyə vermişdir. Düzdür etibarnamə olmasa da onun sürücülük vəsiqəsi olduğundan həmin avtomobili idarə etmişdir. Onun Şahid3 ilə tanışlıq münasibəti olduğundan Amin maşını ondan heç vaxt əsirgəməmiş nə vaxt lazım olanda o, istəyəndə ona idarə etməyə vermişdir. 21.11.2020ci il tarixdə də Aminin ona verdiyi maşınını bu əsasda idarə etməli olmuşdur.Qeyd edir ki, onlar kafedə çörək yeyəndən sonra o, Samirin sözü ilə avtomobili idarə etmək əsasında avtomobildə qabaq sağ oturacaqda Samir Abbasov, arxada da Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 İdris oğlu əyləşməklə, Bərdə şəhərinə gəlib çıxarkən saat 19 radələri olmuşdur.Bərdə şəhərində Samir həmin onun tanımadığı tanışı ilə elə küçədə Bərdə- Tərtər dəmir yolunun yanında ayaqüstü söhbətləri olduqdan sonra, onlar yenidən Tərtər şəhərinə evlərinə qayıtmaq qərarına gəlmişlər.Həmin vaxt avtomobildə qabaq sağ oturacaqda Samir Abbasov oturmuşdur.O, avtomobili idarə edib Bərdə- Tərtər avtomobil yoluna çıxıb, Tərtər istiqamətinə hərəkət edərkən hardasa saat 19-30 radələri olmuşdur.O, avtomobili hardasa saatda 90-100 km sürətlə idarə edərkən, qarşıdan sonradan Elşadın maşını olduğunu bildiyi VAZ- 21013 markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yoluna sadəcə olaraq içkili olduğundan yola diqqətli olmadığımdan avtomobilinini öz yolu ilə idarə etməsini apara bilmədiyimdən çıxmış və qarşıdan VAZ- 21013 markalı 10- CV- 238 dövlət qeydiyyat nişanlı avtomobilin gəldiyini görüb, özlüyündə düşünmüşdür ki, onun yolu olsa da avtomobillər toqquşmayacaq onun qabağından ötüb keçəcəkdir. Ancaq içkili olduğundan, diqqətini tam cəmləyə bilmədiyindən avtomobilini düzgün idarə edə bilmədiyindən avtomobillər toqquşmuşlar.O, hadisə ərəfəsində elə fikirləşmişdir ki, həmin avtomobilin yolu olsa da onun qarşısından ötüb keçib gedəcək və heç nə də olmayacaqdır.Ancaq içkili olduğundan maşınını onun maşınının yanından irəliyə Tərtər istiqamətinə doğru hərəkətini təmin edə bilmədiyimdən avtomobillər VAZ- 21013 markalı 10- CV- 238 dövlət qeydiyyat nişanlı avtomobilin yolunda qarşı- qarşıya toqquşmuşlar. Zərbə qüvvətli olduğundan maşınının qabaq sağ qapısı özü- özünə açılmış və zərbə nəticəsində maşınında qabaq sağ oturacaqda oturmuş Samiri zərbə asfaltın üzərinə tullamışdır.O da görmüşdür ki, sol qapı açılmır və həm də qabaq sağ qapı açıq vəziyətdədir, ona görə də özünü sükanın arxasından sağ tərəfə oturacağın üzərinə yıxmışdır. Ancaq görmüşdür ki, sol ayağı topuqdan sınıb qalxa bilmir. Həmin vaxt onu hadisə yerində olmuş bir nəfər tanımadığı 45-50 yaşımda olan kişi maşının sağ qabaq qapısı açıq olduğundan dartıb oradan çölə çıxartmışdır. Həmin hadisə nəticəsində o və avtomobilində olmuş Elgiz, İsrail xəsarət alıb Bərdə MRX- na daxil olmuşlar. X37 isə hadisə nəticəsində hadisə yerində ölmüşdür. Sonradan o, eşitmişdir ki, hadisə nəticəsində VAZ- 21013 markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs4 xəsarət almış və onun avtomobilini idarə etmiş X36 isə hadisə nəticəsində hadisə yerində avtomobillərin toqquşması nəticəsində VAZ- 21013 markalı avtomobili idarə etmiş Ədalət Camalov avtomobilin sükanı arxasında yanaraq ölmüşdür. Bu hadisə bir yol- nəqliyyat hadisəsidir ki, baş vermişdir.O, istəməzdi ki, bu hadisə baş vermiş olsun. Ancaq içkili olaraq avtomobili idarə etdiyindən düzgün öz yolu ilə idarə etməyib qarşı yola çıxardığından avtomobillər qarşı yolda toqquşmuşlar. Suala cavab olaraq bildirir ki, onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı heç bir məlumatı olmadığından sürücülük vəsiqəsni heş bir aidiyyəti orqana təqdim etməyərək özündə saxlamışdır”. Bundan başqa iş materiallarında olan Təqsirləndirilən şəxs məhkəmə- tibbi ekspertizasına dair rəyindən müəyyən edilmişdir ki, onun bədənində aşkar edilmiş xəsarətlər - sol ayağın aşıq sınıq-çıxığı, aşıq sümüyünün qəlpəli sınığı, sinir damarının kələfinin zədələnməsi, qarın nahiyəsinin, sol diz oynağının ön səthinin əzilmiş yaraları küt əşya( əşyalar) təsirindən törənmişlər, yol-nəqliyyat hadisəsi zamanı avtomobilinin sükanında sürücü kimi olmaqla törənə bilərdilər, törənmə müddəti qərarda göstərilən 21.11.2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Həmçinin məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsindən müəyyən olunmuşdur ki, VAZ-21074 markalı avtomobili idarə edən şəxsi görməsə də hadisədən sonra Zərərçəkmiş şəxs2 xəstəxanada Təqsirləndirilən şəxs “belə maşın sürərlər, Bizi niyə bədbəxt etdin?” deyə soruşduğunu eşitmiş, bundan sonra isə yenə maraqlandıqda ona məlum olmuşdur ki, VAZ-21074 markalı avtomobiliRövşənin idarə etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsindəspirtli içkinin təsiri altında olduğuna görə Bərdə şəhərinə getmək qərarına gəldikdən sonra heç nəyi xatırlamadığından, avtomobili də kimin idarə etməsini və bundan sonra baş verənləri də xatırlamadığını göstərmişdir. Lakin məhkəməyədək zərərçəkmiş şəxs qismində verdiyi ifadəsindəZərərçəkmiş şəxs2göstərmişdir ki, “...Təqsirləndirilən şəxs o, 21.11.2020- ci il tarixdən, yəni yolnəqliyyat hadisəsi baş verməzdən bir ay əvvəl tanımışdır.X5 da hadisədən bir ay əvvəl onu Rövşənin yanında görüb tanımışdır.Zərərçəkmiş şəxs3 Edilxan oğlunu isə elə hadisə baş verən gündən tanııyır. VAZ- 21013 markalı avtomobilin sürücüsü olmuş mərhum X28 isə tanımamışdır. X44 idarə etdiyi avtomobilin sahibi Zərərçəkmiş şəxs4 isə hardasa hadisədən 5-6 ay əvvəl olaraq tanıyır. Qeyd olunan şəxslərlə onun heç bir ədavəti, düşmənçiliyi və qohumluğu yoxdur.Bildirir ki, 21.11.2020- ci il tarixdə o, Tərtər rayonunun Sarıcalı kəndində uşaqlıqdan bir yerdə böyüdüyü məlum Qarabağ hadisələri ilə ələqədar şəhid olmuş X14 yas yerində olarkən, hadisədən təsirləndiyindən təxminən saat 15 radələrində öz evlərində spirtli içki qəbul etmişdir.Elə bundan sonra o, evdə olarkən, istəsə də yata bilməmişdir.O, elə təxminən saat 17 radələrində evlərində olarkən, Rövşənə zəng vurub harada olmuş olduğunu soruşmuşdur.Rövşən də ona bildirmişdir ki, o, Tərtər şəhərində olan və bir qayda olaraq Tərtər kafesi deyilən yerdə olduğunu ona demişdir. O da həmin yerə getmişdir.Elə oraya çatanda Rövşəni kafedə görmüşdür.Onlar kafedə bir yerdə oturub çay içmişlər.Hardasa onlar 30-40 dəqiqə ərzində oturub çay içib söhbət etmişlər.O, elə Rövşənlə öz şəxsi problemləri ilə bağlı söhbət etmişdir.Həmin vaxt təxminən saat 18 radələri olardı ki, X37 Rövşənə zəng vurub harada olduğunu və Bakı-Bərdə marşurutu ilə Bakıdan Tərtərə idarə etdiyi avtomobili ilə gəldiyini bildirmişdir.Elə həmin vaxt Rövşən ona demişdir ki, Samir də onların yanına gəlir özü də tut arağı gətirir. Bildirmişdir ki, elə yoldaşlı bir yerdə oturub çörək yeyib vaxt keçirərlər.Elə aradan bir az keçmişdir ki, Samir Abbasovla uzaqdan- uzağa tanıdığı Bərdə şəhərindən olan Zərərçəkmiş şəxs3 birlikdə gəlib kafeyə çıxmişlar.Onlar həmin Tərtər kafesində bir kupedə dördü də oturub çörək yeyib spirtli içki qəbul etmişlər.Bundan sonra uşaqlar hamısı bir qərara gəlmişlər ki, elə Rövşənin idarə etdiyi VAZ-21074 markalı qara rəngli avtomobillə Bərdə şəhərinə gəlsinlər. O, avtomobildə arxa oturacaqda Elgizlə birlikdə oturmuşdur.O, həmin vaxt möhkəm içkili olduğundan kimin maşının hansı oturacağında oturduğunu və Rövşənin maşını necə idarə etdiyinə fikir verməmişdir.Ancaq hadisədən sonra bilmişdir ki, onlar Bərdə şəhərinə gəlib yenidən Tərtər rayonuna evlərinə qayıdarkən həmin yolun 2- ci km də onların maşını qarşıdan Tərtər istiqamətindən Bərdə şəhər istiqamətinə hərəkətdə olmuş Elşada məxsus və mərhum Ədalət Camalovun idarə etdiyi VAZ- 21013 markalı 10- CV-238 dövlət qeydiyyat nişanlı avtomobillə VAZ- 21013 markalı avtomobilin yolunda olaraq toqquşmuşlar. Nəticədə o, Elgiz, Rövşən yol- nəqliyyat hadisəsi nəticəsində alımış olduğumuz xəsarətlərlə bağlı Bərdə MRX- na daxil olub müalicə olunmuşlar.Ancaq hadisə nəticəsində X37 elə hadisə yerindəcə ölmüşdür. Bununla bərabər onu da qeyd edir ki, avtomobillərin toqquşması nəticəsində VAZ- 21013 markalı maşında yanğın baş vermiş və sürücü Ədalət yanaraq ölmüşdür. Maşının sahibi Elşad isə xəsarət aldığından o da onlarla bərabər Bərdə MRX- na daxil olmuşdur.Həmin hadisə bir yol- nəqliyyat hadisəsidir ki, baş vermişdir.” Bundan başqa məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə istintaqı zamanı isə ifadəsi elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, “...Onlar birlikdə Tərtər şəhərinə doğru hərəkət etmişlər. Həmin vaxt Sabir bildirmişdir ki, bəs o, özü ilə çəkmə, yəni tut arağı da götürübdür. Onlar yol ilə hərəkət edərkən, Samir Rövşənə zəng edib bildirmişdir ki, Rövşən də İsgəndər də birlikdə Tərtər kafesinə gəlsinlər, orada oturub çörək yesinlər.Onlar gəlib Tərtər kafesinə çatarkən saat 18 radələri olmuşdur. Orada Rövşəni və İsgəndərin dayanıb onları gözlədiklərini görmüşdür. Həmin vaxt onlar oturub çörək yemişlər. Adama hardasa 250-300 qram araq içmişlər. Bundan sonra onu da qeyd edir ki,bir də görmüşdür ki, uşaqlar Bərdəyə gəlmək istəyirlər, nə isə işləri var. O, içkili olduğundan daha maraqlanmamışdır ki, onlar Bərdəyə nəyə görə gedirlər. Elə onlar Rövşənin idarə etdiyi qara rəngli VAZ- 21074 markalı 99 - MC- 104 dövlət qeydiyyat nişanlı avtomobilinə minmişlər. Avtomobildə qabaq sağ oturacaqda X37, arxa sol tərəfdə o , arxa sağ tərəfdə isə İsgəndər əyləşmişdir. Onlar Bərdə şəhərinə gələrkən yuxu onu tutmuş elə bir də ayılanda görmüşdür ki, Bərdə- Tərtər priyezdinin üstü tərəfdən, Bərdə - Tərtər avtomobil yolu ilə Tərtər istiqamətinə hərəkət edirlər.Həmin vaxt o, yenə yuxulamışdır. Elə bir də həmin yolun 2 ci km də onların maşını ilə qarşıdan öz yolu ilə gələn VAZ- 21013 markalı 10- CV- 238 dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur.Nəticədə o, İsgəndər, Rövşən xəsarət aldıqlarından xəstəxanaya daxil olub müalicə olunmuşlar.Ancaq hadisə nəticəsində Samir Abbasov hadisə yerində ölmüşdür.Elə onun meyitini Təcili yardım maşını xəstəxanaya meyitxanaya aparmışdır.” Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini daha inandırıcı hesab edir. Bundan başqa məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X2 ifadəsindən müəyyən edilmişdir ki, avtomobili idarə edən şəxsölmüş, ölən şəxsi sükanın arxasından çıxarmış, həmin vaxt Rövşən isə avtomobilin sağ tərəfində olmuşdu. Həmçinin şahid qismində dindirilmişX20nun ifadəsindən müəyyən olunmuşdur ki, hadisənin baş verdiyi gün Samir ona zəng etdiyi vaxt Amilin avtomobilinin onda olduğunu bildirmişdi. Məhkəmə qeyd olunan ifadələri həqiqi, obyektiv ifadələr kimi qəbul etməyərək hesab edir ki, qeyd edilən ifadələr təqsirləndirilən şəxsin məsuliyyətdən kənarda qalması üçün verilmiş ifadələrdir. Belə ki, iş materiallarında olan X8 tərəfindən təqdim edilmiş ərizədən aydın olmuşdur ki, o yuxarıda qeyd olunan ifadəsini təkzib etməklə, avtomobilin sükanı arxasında Təqsirləndirilən şəxs olduğunu göstərmişdir. Bundan başqa cinayət işinin materiallarından və həmin materiallara əlavə edilmiş sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi mövcuddur. Lakin cinayət işinin materiallarında olan Bərdə RPŞ-in DYPB tərəfindən verilmiş 02.12.2020-ci il tarixli məktubundan müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 09.03.2017-ci il tarixdən 09.03.2027-ci il tarixədək “AE” dərəcəli AE-224073 nömrəli sürücülük vəsiqəsində il ərzində 20 bal olduğundan 24.03.2020-ci il tarixdən 20.09.2020-ci il tarixədək sürücülük hüququ məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 153.2-ci maddəsində göstərilmişdir ki, xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən üç iş günü müddətində xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi bu Məcəllənin 152.2 - 152.4cü maddələrində nəzərdə tutulmuş aidiyyəti orqana təqdim etməli (əgər həmin sənəd bu Məcəllənin 94.2-ci maddəsinə əsasən daha əvvəl götürülməmişdirsə), müvafiq sənəd itirildiyi hallarda isə həmin müddətdə qeyd olunan orqana bu barədə ərizə verməlidir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi təqdim etmədikdə, xüsusi hüququn məhdudlaşdırılması müddətinin axımı dayanır. Bu halda müddətin axımı müvafiq sənədin alındığı və ya həmin sənədin itirilməsi barədə ərizənin verildiyi gündən başlayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 sentyabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxscinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 263- 1.4-cü maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxsna cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması, himayəsində iki azyaşlı uşağının olması, Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsi və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmaması, özünün də baş vermiş yol nəqliyyat hadisəsi zamanı az ağır xəsarət alması onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 22-ci bəndində göstərilmişdir ki, CM-in 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Bu növdə əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə, həbelə şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün sürücülük vəsiqəsinin sübut əhəmiyyətli sənəd olmasını nəzərə alaraq, müvafiq qərar əsasında təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin əsli götürülməli, cinayət işinə əlavə edilməli və ittiham hökmü qanuni qüvvəyə minənəndək iş materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, CM-in 263, 263-1, 264 və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması və ya yetkinlik yaşına çatmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X40 məhkəməyə mülki iddia haqqında ərizə verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş avto qəza nəticəsində 28000 manat məbləğində maddi ziyanın vurulduğunu, belə ki, mərhum qardaşına məxsus avtomobildə 28000 manat məbləğində pulun yanaraq məhv olduğunu bildirmiş, vurulmuş həmin ziyanın təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; Eyni Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, 21 noyabr 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində mərhum X25 məxsus 14400 manat məbləğində 100 manatlıq pul əskinasları yanaraq yararsız vəziyyətə düşmüşdür. Təqsirləndirilən şəxs verilmiş ittiham öz təsdiqini tapdığından, o cümlədən mərhum X25 məxsus 14400 manat məbləğində 100 manatlıq pul əskinaslarının yanaraq yararsız vəziyyətə düşdüyü məhkəmə istintaqı zamanı təsdiq olunduğundan məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməklə14400 (on dörd min dörd yüz) manat məbləğində pul təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X34 ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə 100 (bir yüz) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan baş vermiş yol- nəqliyyat hadisəsəsi nəticəsində yanmaya məruz qalıb yararsız vəziyyətə düşmüş 14400 manat 100 manatlıq pul əskinaslarının ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X24 xahişi əsasında ona verilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-in DYPB-nin cərimə meydançasında saxlanılan VAZ- 21013 markalı 10-CV- 238 dövlət qeydiyyat nişanlı və VAZ-21074 markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobillər sahiblərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı həbs edildiyi vaxtdan, yəni 24 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə verilmiş mülki iddia qismən təmin edilsin, 14400 (on dörd min dörd yüz) manat məbləğində pul təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X34 ödənilsin. İş üzrə 100 (bir yüz) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə maddi sübut olan baş vermiş yol-nəqliyyat hadisəsəsi nəticəsində yanmaya məruz qalıb yararsız vəziyyətə düşmüş 14400 manat 100 manatlıq pul əskinaslarının ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X24 xahişi əsasında ona verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-in DYPB-nin cərimə meydançasında saxlanılan VAZ- 21013 markalı 10-CV- 238 dövlət qeydiyyat nişanlı və VAZ-21074 markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobillər sahiblərinə qaytarılsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-55/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-55/2022
05.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver