Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-55/2023 24.02.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, zərərçəkmiş şəxsin hüquqi varsininin nümayəndəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 müdafiəçi – Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.2001-cı ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağdaş rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3, 70-ci maddələri ilə 2 il azadlıqdan məhrum etmə cəzasına şərti məhkum olunmuş və 1 il sınaq müddəti xx.xx.2020-ci il tarixdə başa çatmış və məhkumluğu ödənilmiş, Bakı şəhəri, Buzovna qəsəbəsi, Aruz Mirzəyev küçəsi, ev 10, mənzil 12-də yaşayış yeri üzrə qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 4 A, mənzil 13-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 02 oktyabr 2021-ci il tarixdə, saat 01 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi Mersedes Benz E 200 markalı, Az **- GE-*** dövlət qeydiyyat nişanlı avtomobili Gəncə şəhəri, Dədə Qorqud küçəsi ilə şəhərin mərkəzi istiqamətində 70 km/saatda sürətlə hərəkət etdirərək Ş.İ.Xətai prospekti ilə kəsişmədə olan svetoforun qırmızı işığında yolayrıcına daxil olmuş və sağ tərəfdən həmin prospektlə svetoforun yaşıl işığında yolayrıcına daxil olan X3 idarə etdiyi VAZ-21074 markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq, «X15» Azərbaycan Respublikası Qanunun 60-cı maddəsinin 2-ci hissəsinin, 33-cü maddəsinin 4-cü hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub, svetoforun qırmızı işığında hərəkətini davam etdirməməli, hərəkət üçün təhlükəli şərait yaratmamalı, yolayrıcına daxil olmadan dayanmalı, yolayrıcına svetoforun yaşıl işığında daxil olan nəqliyyat vasitələrinə yol verməli, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə, başqa əmlaka zərər vurmamalı və avtomobili yaşayış məntəqəsində 60 km/saatdan artıq sürətlə idarə etməməli, hərəkət üçün təhlükə yarandığı andan nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirlər görməli olduğu halda bunları etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olsa da hadisənin baş verməsinə etinasız yanaşmış, nəticədə sürücü Səbuhi Məmmədov kəllə tağı və kəllə əsası sümüklərinin xətti formalı sınığı, baş beyin yarım kürrəsində xırda ölçülü qansızmalar, başın yumşaq toxumalarına sol təpə-gicgah nahiyələrinə uyğun hissələrinə qansızma, hər iki ağ ciyərin və dalağın cırılması, döş qəfəsinin sol tərəfində İ,İİ,İİİ,İV,V,Vİ,Vİİ,Vİİİ,İX,X,Xİ,Xİİ qabırğaların onurğayanı xətti üzrə, döş fəqərəsinin İ,İİ,İİİ,İV,V,Vİ,Vİİ,Vİİİ,İX,X,Xİ,Xİİ qabırğaların orta körpücük xətti üzrə sınıqları, hər iki körpücük sümüyünün orta 1/3hissədən qapalı sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma ilə nəticələnən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə, səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 263-1.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun sürücülük vəsiqəsi yoxdur, ancaq uşaq yaşlarından avtomobil idarə etməyi bacarır. Mercedes Benz E 200 markalı ** GE *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Hadisə günü Göygöl rayonunda yaşayan tanışı Zərərçəkmiş şəxs1 evinə qonaq getmiş, 01 oktyabr 2021-ci il tarixdə özünün idarə etdiyi Mercedes Benz E 200 markalı ** GE *** dövlət qeydiyyat nişanlı avtomobillə gəzmiş və saat 23:30 radələrində Zərərçəkmiş şəxs1 dostu Zərərçəkmiş şəxs2lə Gəncə şəhərində «Kiraz qəsəbəsi» deyilən yerdə görüşüb gəzmişlər. Gecə saat 02 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı evə aparmaq üçün şəhərin Dədə Qorqud küçəsi ilə hərəkət etmiş, həmin küçədə Zərərçəkmiş şəxs2 avtomobildən düşməsi üçün Ş.İ.Xətai prospekti istiqamətində dayandırmışdır. Bu zaman VAZ 2107 markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinin yanında saxlamış və əvvəllər tanımadığı sürücü Şahid2 Laçın oğlu ona, «maşınların açarından mərcləşək maşınları ötüşdürək» təklifini etmişdir. Bu zaman o və Zərərçəkmiş şəxs1 Şahid2 demişdir ki, onlar burada qonaqdır və avtomobil ötüşdürüb mərc etmək istəmirlər. Həmçinin Zərərçəkmiş şəxs2 də Şahid2 onların qonaq olduğunu, avtomobil sürüb mərc etmək istəmədiklərini bildirərək avtomobildən düşmüşdür. Bu zaman VAZ 2107 markalı avtomobildə arxa oturacaqda əyləşən və şəxsiyyəti sonradan ona məlum olan Şahid1 Zərərçəkmiş şəxs2 «sən nə üçün cavab verirsən» dedikdə Zərərçəkmiş şəxs2lə və həmin şəxs arasında mübahisə yaranmışdır. O, Zərərçəkmiş şəxs1 ilə birlikdə avtomobildən düşüb onların yanına gedəndə Zərərçəkmiş şəxs2lə mübahisə edən Şahid1 ona məxsus avtomobilin üstündən açarı, salonda olan ona və Zərərçəkmiş şəxs1 məxsus mobil telefonları götürüb əlində saxlamış, «Zamirlə olan söhbətimiz qurtarmamış heç yerə getməyəcəksiniz» demişdir. O, həmin şəxsə telefonların Zamirə yox, onunla Tofiqə məxsus olduğunu deyib avtomobilin açarını və mobil telefonları Şahid1 almış, sonra Zərərçəkmiş şəxs1 ilə ona məxsus avtomaşına əyləşmişlər. Zərərçəkmiş şəxs2 Şahid1la mübahisə etmiş, həmin şəxslər Zərərçəkmiş şəxs2 döymək istəmişlər, sonuncu onların yanından qaçıb ona məxsus avtomobilin arxa qapını açıb salona əyləşmişdir. O, avtomobili sürüb həmin yerdən kənarlaşmaq istəmiş, saat 01:50 radələrində təxminən saatda 70-80 km/saat sürətlə idarə edib D.Qorqud küçəsi ilə Ş.İ.Xətai prospektinin kəsişməsinə çatanda işıqforun qırmızı işığı yandığına görə əyləc pedalını basıb avtomobili dayanadırmaq istəsə də ayağı əyləc pedalının altına sürüşüb ilişdiyi üçün əyləci basa bilməmiş, svetoforun qırmızı işığında yolayrıcına daxil olarkən Ş.İ.Xətai prospekti ilə sağ tərəfdən hərəkət edən VAZ 21074 markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Onun idarə etdiyi avtomobil həmin VAZ 21074 markalı avtomobilin sol qabaq qapısı tərəfinə dəydiyi üçün yoldan çıxıb yolun sol tərəfində yerləşən səkiyə uçub düşmüşdür. Bundan sonra o, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 avtomobildən yerə düşmüş, onlar həmin yerə gələn şəxslərlə VAZ 21074 markalı avtomobildə olan sürücüyə köməklik göstərmiş və sürücüsünü X21 avtomobilinə qoymuşlar. O, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2lə birlikdə xatırlamadığı taksiyə əyləşib Gəncə şəhər 3 saylı X21 xəstəxanasına getmişlər. Həmin xəsarət almış sürücünü xəstəxananın içərisinə aparmışlar. Xəstəxananın binasının çölündə təxminən 5 dəqiqə durandan sonra o, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2lə birlikdə xəstəxananın həyətindən çıxmış, Zərərçəkmiş şəxs1 Göygöl rayonundakı evlərinə getmişlər. Müharibədən sonra stress və digər fəsadlarla bağlı müalicə almış və həmçinin narkotik vasitə olan heroin və metamfetamin qəbul etmişdir. Lakin, hadisə günü onda narkotik sərxsoşluğu olmamış, eyni zamanda spirtli içki qəbul etməmiş, ayıq olmuşdur. Zərərçəkmiş şəxs2 mübahisə edib qaçdığı yerlə yol nəqliyyat hadisəsinin baş verdiyi yer arasında təxminən 500 (beş yüz) metr məsafə olmuşdur. O, hadisənin diqqətsizlik və yol ayrıcında maşın olmayacağını ehtimal edərək törətdiyini əməlindən peşman olduğunu, məhkəmənin diqqətinə çatdırmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, X7 onun qardaşıdır. VAZ 21074 markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil qardaşı Səbuhi Məmmədova məxsus olmuşdur. Qardaşı Səbuhi həmin avtomobilini taksi kimi istifadə etmişdir. Qardaşı Səbuhinin iki azyaşlı övladı vardır. xx.xx.2021-ci il tarixdə gecə saat 02 radələrində yaşadığı evdə olan zaman ona zəng olunmuş, qardaşı Səbuhinin yol nəqliyyat hadisəsi zamanı xəsarət aldığı bildirilmişdir. Sonra dərhal Ş.İ.Xətai küçəsi ilə D.Qorqud küçəsinin kəsişdiyi yerə getmiş, həmin yerə gedəndə qardaşı Səbuhinin idarə etdiyi VAZ 21074 markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Mercedes Benz E 200 markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğunu görmüş, daha sonra qardaşının vəziyyətinin necə olduğunu bilmək üçün dərhal Gəncə şəhər 3 saylı X21 Xəstəxanasına getmiş, həmin xəstəxanada ona qardaşının artıq vəfat etdiyi bildirilmişdir. Məhkəmədən xahiş edir ki, ölkədə bərqərar olunmuş qaydaları heçə sayan, qazi olmasından istifadə edib avtoxuliqanlıq edən, narkotik vasitə qəbul edən və bu hərəkətləri nəticəsində qardaşının ölümünə səbəb olmuş Təqsirləndirilən şəxs ən ağır cəza verilsin. Məhkəmə heyətinin diqqətinə çatdırır ki, Təqsirləndirilən şəxsla barışmayıbdır. Belə ki, Murad qazi olduğu üçün heç kimin ona gücü çatmayacağını bildirmiş, hətta bu statusundan istifadə edib altı aydan çox məhkəməyə gəlməmişdir. Sonuncunun məhkəməyə aylarla gəlmədiyini görən məhkəmə axırda məcbur qalıb onun barəsində qətimkan tədbirini dəyişmişdir. Muradın valideyinləri qardaşının ölümünə görə ona olduqca kiçik məbləğdə yəni 8 min manat pul vermişlər. Lakin o həmin vaxt da, indi də bildirir ki, bu məbləğ rəhmətə gedən qardaşının yetim qalmış övladlarının rifahını təmin edə bilmir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Zərərçəkmiş şəxs1 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, hal-hazırda heç bir yerdə işləmir, İİ Qarabağ müharibəsi iştirakçısıdır. Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs onunla müharibədə döyüş yoldaşı olmuşdur. Təqsirləndirilən şəxs özünə məxsus Mercedes Benz E 200 markalı ** GE *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhərinə gəlmiş, onunla görüşmüşdür. 01 oktyabr 2021-ci il tarixdə saat 23:30 radələrində onlar Gəncə şəhəri «Kiraz qəsəbəsi» deyilən yerdə Zərərçəkmiş şəxs2lə görüşüb, Təqsirləndirilən şəxs avtomobili ilə gəzmilər. Gecə saat 00:20 radələrində onlar Zərərçəkmiş şəxs2 yaşadığı evə düşürmək üçün Dədə Qorqud küçəsində üzü Ş.İ.Xətai prospekti istiqamətdə dayanmışlar. Bu zaman VAZ 2107 markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomobil də üzü həmin istiqamətinə dayanmış, sürücü əvvəllər tanımadığı Qasımov X12 Əhmədova «maşınların açarından mərcləşək, maşınları ötüşdürəkmi?» təklifini etmişdir. Təqsirləndirilən şəxs və o, həmin şəxsə «biz burda qonağıq, maşın sürüb mərc etmək istəmirik» cavabını vermişlər. Həmçinin Zərərçəkmiş şəxs2 də həmin şəxsə bildirmişdir ki, onlar qonaqdır, qazidirlər, maşın sürüb mərc edən deyillər. Həmin VAZ 2107 markalı avtomobildə arxa oturacaqda əyləşən əvvəllər tanımadığı Şahid1 Zərərçəkmiş şəxs2 «sən nə üçün cavab verirsən» deyib avtomobildən düşüb mübahisə etmişdir. O, Təqsirləndirilən şəxsla avtomobildən düşüb onların yanına getmiş, Şahid1 Təqsirləndirilən şəxs avtomobilinin açarını, onun və Təqsirləndirilən şəxs məxsus mobil telefonu götürüb «Zamirlə olan söhbətimiz qurtarmamış heç yerə getməyəcəksiniz» demişdir. O və Təqsirləndirilən şəxs telefonların Zərərçəkmiş şəxs2 deyil onlara məxsus olduğunu bildirib avtomobilin açarını, mobil telefonları ondan alaraq Təqsirləndirilən şəxs avtomobilinə əyləşmişlər. Şahid1 yenə Zərərçəkmiş şəxs2lə mübahisəsini davam etdirmişdir. Həmin VAZ 2107 markalı avtomobilin sürücüsü Şahid2 Laçın oğlu və onun yanında olan Şahid3 onları aralamış, sonra həmin şəxslər Zərərçəkmiş şəxs2 döymək istəmişlər. Zərərçəkmiş şəxs2 oradan qaçmış və Təqsirləndirilən şəxs Mersedes Benz E markalı avtomobilinin arxa oturacağına əyləşmişdir. Şahid1 və digərləri onların arxasınca gəlməmişlər. Bu zaman Təqsirləndirilən şəxs özünə məxsus avtomobili işə salıb həmin yerdən uzaqlaşmışlar. Həmin vaxt saat 01:50 radələri olmuş, Təqsirləndirilən şəxs avtomobilini 70-80 km/saat sürətlə idarə edib Dədə Qorqud küçəsi ilə üzü Ş.İ.Xətai prospektinin kəsişməsinə çatanda işıqforun qırmızı işığında yolayrıcına daxil olmuş və sağ tərəfdən Ş.İ.Xətai prospekti ilə hərəkət edən VAZ 21074 markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz E 200 markalı avtomobilin ön hissəsi həmin VAZ 21074 markalı avtomobilin sol ön qapısına dəymişdir. Toqquşmadan sonra o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 avtomobildən düşüb həmin VAZ 21074 markalı avtomobilin sürücüsünü sükanın arxasından çıxarmış, həmin sürücünü X21 maşını ilə Gəncə şəhər 3 saylı X21 xəstəxanasına aparmışlar. O, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 də xəstəxanaya getmişlər, xəstəxananın binasının çölündə təxminən 5 dəqiqə dayanandan sonra onlar evlərinə getmişlər. Zərərçəkmiş şəxs2 Şahid1la mübahisə etdiyi yerlə yol nəqliyyat hadisəsinin baş verdiyi yer arasında təxminən 500 (beş yüz) metr məsafə olmuşdur. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Zərərçəkmiş şəxs2 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 2-3 il olar ki, tanıyır, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanımışdır. xx.xx.2021-ci il tarixdə saat təxminən 23 radələrində həmin şəxslərlə Gəncə şəhərində D.Qorqud küçəsində görüşmüş və Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes E 200 markalı ** GE *** dövlət qeydiyyat nişanlı avtomaşınla gəzmişlər. Gecə saat 02 radələrində Gəncə şəhəri «Kiraz qəsəbəsində» D.Qorqud küçəsində dayanan zaman bir qara rəngli VAZ 21074 markalı avtomobil Təqsirləndirilən şəxs avtomobilinə paralel şəkildə, üzü Ş.İ.Xətai prospekti istiqamətdə dayanmışdır. VAZ 2107 markalı avtomobilin sürücüsü əvvəllər tanımadığı Təqsirləndirilən şəxs Gülüstan qəsəbəsinə kimi yarışmaq və uduzan öz avtomobilin açarını udana verməsini təklif etmişdir. Təqsirləndirilən şəxs isə yarışmaq istəmədiyini bildirmişdir. Bu zaman VAZ 210174 markalı avtomobildə arxada əyləşən əvvəllər tanımadığı Şahid1 «bəs burda nə gəzirsiniz?» soruşmuşdur. O, Gəncə şəhərində yaşadığını, yanında olan şəxslər Bakı şəhərindən gəldiklərini, qazi olduqarını bildirmişdir. Şahid1 «düş görüm maşından, nə deyirsən?» dedikdə, o, maşından düşmüş həmin şəxs onun çiynindən tutub maşına tərəf itələmiş, «çıxın gedin buradan birdə sizi burda görməyim» demişdir. Bu zaman Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs1 onlara yaxınlaşıb aralamaq istəyəndə, Şahid1 mübahisə etməyə davam etmiş, ona yumruq atmış, sonra o, Şahid1la bir birlərini çəkişdirmişlər. Bu zaman VAZ 21074 markalı avtomobildə olan digər iki nəfər şəxslər də gəlib onları aralamışlar. Sonra yenidən Şahid1la mübahisə etmiş, aralarında dava-dalaş baş vermiş, bir birlərinə əl və ayaq zərbələri vurmuşdur. Bu zaman VAZ 21074 markalı avtomobildə olan şəxslər gəlib onları aralamaq istəmişlər. O, qorxub həmin şəxslərin yanından qaçıb Təqsirləndirilən şəxs avtomobilinin arxa oturacağında əyləşmişdir. Həmin şəxslər onun arxasınca gəlməmişlər. Təqsirləndirilən şəxs oradan aralanmaq məqsədi ilə avtomobili yüksək surətlə D.Qorqud küçəsi ilə idarə edib Ş.İ.Xətai prospektinin kəsişməsinə çatanda işıqforun qırmızı işığında avtomobili dayandırmayıb hərəkətini davam etdirmiş, Ş.İ.Xətai prospektin ilə sağ tərəfdən hərəkət edən VAZ 21074 markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşlar. Onun Şahid1la mübahisə etdiyi yerdən yol nəqliyyat hadisəsinin baş verdiyi yerə qədər təqribən 500 metr məsafə olmuşdur. Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz E 200 markalı həmin VAZ 21074 markalı avtomobilin sol ön qapısı tərəfinə dəymişdir. Onların üçü də maşından yerə düşmüş, VAZ 21074 markalı avtomobilin sürücüsünün sifəti qan içində olduğunu görmüş və sürücüsünü maşından çıxarmış, sonra X21 maşını ilə sürücüsünü X21 avtomobili ilə xəstəxanaya yola salmışlar. Onlar da X21 avtomobilinin arxası ilə Gəncə şəhər 3 saylı X21 xəstəxanasına getmişlər. Xəstəxananın binasının çölündə təxminən 5 dəqiqə dayanandan sonra onlar xəstəxananın həyətindən çıxıb evlərinə getmişlər. Yaralı olduğu üçün Göygöl rayonuna Zərərçəkmiş şəxs1 evinə getmiş, evdə müalicə olunmuşdur. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Şahid2 Laçın oğlu onun dostudur. Şahid2 VAZ 2107 markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. xx.xx.2021-ci il tarixdə saat radələrində o, Şahid2 idarə etdiyi VAZ 2107 markalı avtomobilin salonunda arxa oturacaqda, digər dostu Əsgər isə qabaq sağ oturacaqda əyləşib Gəncə şəhəri «Kiraz qəsəbəsi» istqamətində hərəkət etmişlər. Həmin gün o, spirtli içki qəbul etmişdir. Şahid2 VAZ 2107 markalı avtomobili «İmperial» şadlıq sarayının qabağından keçib Ş.İ.Xətai propekti istiqamətində hərəkət edərkən işıqforda Mercedes markalı ağ rəngli ** GE *** dövlət qeydiyyat nişanlı avtomobilin Şahid2 avtomobilinin sağında saxlayıb bir neçə dəfə qaz verib daha sonra onu ötmək istəmişdir. Şahid2 buna məhəl qoymamış D.Qorqud küçəsi istiqamətdə getmişdir. Sonra Şahid2 idarə etdiyi VAZ 2107 marklı avtomobilini D.Qorqud küçəsində yolun kənarında üzü Ş.İ.Xətai prospekti istiqamətinə dayanmış Mercedes markalı ağ rəngli ** GE *** dövlət qeydiyyat nişanlı avtomaşının sağında dayandırıb onun sürücüsünə «sən mənnən maşın sürmək istəyirsən?» soruşmuşdur. Həmin Mersedes markalı avtomobilin sürücüsü «nə maşın sürmək mən sürmək istəmirəm» demişdir. Həmçinin Mercedes markalı avtomobilin arxa oturacağında əyləşmiş əvvəllər tanımadığı Zərərçəkmiş şəxs2 «bunlar mərcə maşın sürən deyillər» bildirmişdir. O, Zərərçəkmiş şəxs2 «sən nə üçün söhbətə qarışırsan?» dedikdə onlar avtomobildən düşüb mübahisə etmişlər. O, Zərərçəkmiş şəxs2lə dalaşmaq istəyərkən onları aralamış və dalaşmağa imkan verməmişlər. Lakin Zərərçəkmiş şəxs2 yenə onunla mübahisə etməyə davam etmişdir. O, Zərərçəkmiş şəxs2 yaxasından tutub əli ilə arxaya itələmişdir, lakin onu vurmamışdır. Zərərçəkmiş şəxs2 qorxub oradan qaçıb Mercedes markalı ağ rəngli ** GE *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa qapsını açaraq əyləşmişdir. O və dostları nə piyada, nə də ki, maşınla onların arxasınca getməmişlər. Həmin Mercedes markalı avtomobilin sürücüsü avtomobili yerindən yüksək sürətlə sürüb D.Qorqud küçəsi ilə Ş.İ.Xətai küçəsinin kəsişməsinə tərəf idarə etmiş və işıqforun qırmızı işığında dayanmayıb hərəkətini davam etdirmiş və Ş.İ.Xətai prospektinin sağ tərəfindən hərəkət edən VAZ 21074 markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Onlar hadisə yerinə gəlib, VAZ 2107 markalı ** CJ *** dövlət nişanlı avtomobilin sürücüsünə köməklik edib onu sükan arxasından yerə düşürmüşlər. Bu işdə onlara həmin Mercedes markalı ağ rəngli ** GE *** dövlət qeydiyyat nişanlı avtomaşında olan şəxslərə də köməklik göstərmişlər. Hadisə yerinə X21 avtomobili gəlmiş və yaralı sürücünü xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Laçın oğlu və Şahid3 Şahid1la oxşar məzmunlu ifadə verərək göstərilən halları bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, baş verən hadisənin şahidi olmamış, hadisə barədə sonradan məlumatı olmuşdur. Hadisədən sonra mərhumun qardaşı Rəşad barışmaq üçün ondan 24 min manat məbləğində pul tələb etmişdir. O, pulu olmadığından mərhum uşaqlarına yardım məqsədilə 8000 manat məbləğində pul vermiş, həmin pulun mərhumun uşaqlarına çatıb-çatmamasından məlumatı olmamışdır. Bundan əlavə o, oğlu Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda İİ Qarabağ döyüşlərində iştirak etməsini, üçüncü dərəcəli əlil olmasını, «Füzulinin azad olunmasına görə», «Xocavəndin azad olunmasına görə» medalla və «Hərbi xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli medalla təltif olunduğunu və həmin döyüşlərdə bir ayağını itirmiş, həmçinin müharibədə kontuziya almış, bununla bağlı yani postravmatik stress pozuntu diqanozu ilə müalicə almışdır. Məhkəmənin diqqətinə çatdırır ki, Vüqar Əhmədova vermiş olduqları pulu geri almaq üçün mülki mühakimə qaydasında məhkəməyə müraciət olunacaq. Bununla bağlı vəkil ilə məsləhətləşmiş və iddia ərizəsinin yazılması həyata keçirilməkdədir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02 oktyabr 2021-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, həmin cinayət işi 02 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə başlanmışdır. Cinayət işinin başlanmasına səbəb Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 01:49 radələrində ayıq vəziyyətdə idarə etdiyi Mercedes Benz E 200 markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri D.Qorqud küçəsi ilə Ş.İ.Xətai prospekti istiqamətdə hərəkət edib işıqforun qırmızı işığında hərəkətini davam etdirib yolayrıcına daxil olaraq Ş.İ.Xətai prospekti ilə sağ tərəfdən hərəkətdə olan VAZ 21074 markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşması nəticəsində sonuncu avtomobilin sürücüsü X7 müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər 3 saylı TTY xəstəxanasına daxil olmuş, sonuncunun həmin xəstəxanada ölməsi, əsası isə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində toplanmış HK-1/283 saylı yoxlama materialı olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02 oktyabr 2021-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Gəncə şəhəri, D.Qorqud küçəsi ilə Ş.İ.Xətai prospektinin kəsişməsindəki yolayrıcıdır. Yol asfaltbeton örtüklü, yol örtüyünün səthi isə hamar və yaşdır. Yolun hərəkət hissəsi düzdür. Ş.İ.Xətai prospektində yol örtüyünün eni 22 metrdir. D.Qorqud küçəsində isə yol örtüyünün eni isə 18 metrdir. Toqquşma yeri D.Qorqud küçəsnin Ş.İ.Xətai prospekti ilə kəsişmə yerindən 14,7 metr məsafədə, Ş.İ.Xətai prospektinin D.Qorqud küçəsi ilə kəsişmə yerindən isə 12 metr məsafədə yerləşir. Toqquşma yerindən VAZ 21074 markalı avtomaşının hərəkət istiqamətində sağ kənar səkinin tininə qədər olan məsafə 15 merdir. Ş.İ.Xətai prospektinin D.Qorqud küçəsi ilə kəsişməsindəki avtomobil yolunun hərəkət hissəsində hərəkət hissəni hərəkət zolağına bölmə nişanlama xəttləri vardır. Qeyd edilən hərəkət hissədə piyada zolağı vardır. D.Qorqud küçəsinin Ş.İ.Xətai prospekti ilə kəsişməsindəki avtomobil yolunun hərəkət hissəsində hərəkət hissəni hərəkət zolağına bölmə nişanlama xətləri vardır. Hər iki küçənin avtomobil yolu üçün hərəkəti işıqfor vasitəsi ilə nizamlanır. D.Qorqud küçəsində və Ş.İ.Xətai prospektində hər iki istiqamətdə avtomobillərin hərəkəti mövcuddur. Bundan başqa, hadisə yerində Mercedes Benz E 200 markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil Q.Qorqud küçəsində, həmin küçə ilə Ş.İ.Xətai prospektinin kəsişməsində, yolun solundakı səkini aşaraq səkidən sonra olan qazonun üzərində dayanmışdır. Avtomobilin bütün qapıları həm içəri, həm də çöl tərəfdən açılır. Həmin avtomobilin qarşısında 8.2 metr məsafədə VAZ 21074 markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Belə ki, VAZ 21074 markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Q.Qorqud küçəsində, həmin küçə ilə Ş.İ.Xətai prospektinin kəsişməsində, yolun solundakı səkini aşaraq səkidən sonra olan betan arakəsməyə dəyərək dayanmışdır. Avtomobillərin üzərlərində olan zədələrin və deformasiya izlərinin əlamətlərindən, onların dayanma şəkillərindən ilkin olaraq müəyyən edilmişdir ki, Mercedes Benz E 200 markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil D.Qorqud küçəsi ilə düzünə, VAZ 21074 markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Ş.İ.Xətai prospekti ilə düzünə hərəkətdə olarkən yolayrıcında toqquşma baş vermiş, Mercedes Benz E 200 markalı avtomobilin qarşı tərəfi VAZ 21074 markal avtomobilin sağ qabaq hissəsinə çırpılmışdır. Belə ki, Mercedes Benz E 200 markalı avtomobilin qabaq sağ hissəsi içəri doğru qatlanaraq deformasiyaya məruz qalmış, ön lampaları və buferi sınıb yerə, avtomobilin qarşısına düşmüş, VAZ 21074 markalı avtomobil isə sol orta hissədən içəri doğru qatlanaraq deformasiyaya məruz qalmışdır. Hadisə yerində meyit, qanabənzər izlər və təkər izləri aşkar edilməmişdir. VAZ 21074 markalı avtomobilin ön kapot hissəsi açılaraq geri qatlanıb dayanmışdır. Hadisə yerinə baxış gecə vaxtı, süni işıqlandırma şəraitində aparılmış, baxış zamanı hadisə yerinin fotoşəkilləri və sxemi çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02 oktyabr 2021-ci il tarixli “meyitə baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, İş üzrə VAZ-21074 markalı, ** JO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 meyitinə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA birliyinin Gəncə şəhər şöbəsində baxış keçirmiş, “Sony” markalı fotoaparatla fotoşəkillər çəkilərək tərtib edilmiş protokola əlavə edilmişdir. Meyitə baxış zamanı onun qabırğaları əllə yoxlandıqda hər iki tərəfdə potoloji hərəkətli olması, burun nahiyəsinin üst səthində 0,8x0,5 sm ölçüdə, sağ əlin arxa səthində İİ və İİİ əlbarmaq sümükləri səviyyəsində 0,5x0,3 sm və 0,6x0,4 sm ölçülərdə, sol baldır nahiyəsinin ön səthinin orta 1/3 hissəsində 0,8x0,5 sm, 0,5x0,5 sm, 0,7x0,4 sm, 0,6x0,3 sm, 0,5x0,2 sm ölçülərdə, beş ədəd ətraf dəri səviyyəsindən aşağıda yerləşmiş qırmızımtıl rənli, qeyri-müəyyən formalı sıyrıqlar müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02 oktyabr 2021-ci il tarixli 143/2021 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, xx.xx.2021-ci il tarixdə saat 18:10-da müayinəyə təqdim edilmiş Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 oktyabr 2021-ci il tarixli “avtomobilə baxış keçirilməsi və götürmə haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, iş üzrə Mercedes Benz E 200 markalı **-GE-*** dövlət qeydiyyat nişanlı və VAZ 21074 markalı ** CJ *** dövlət nişanlı avtomobillərə baxış keçirilərək protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin Mercedes Benz E 200 markalı avtomobilın ön hissəsi, sağ yan hissəsi əzilmiş vəziyyətdədir. Avtomobilin ön panelində və sükan başlığında olan hava yasdıqları açılmış vəziyyətdədir. Avtomobilin hər iki ön sağ ön və arxa təkərlərini saxlayan oxlar əzilmiş və şinləri diski ilə birlikdə qatlanmışdır. Avtomobilin ön kapotu, ön qanadları, ön paneli, qabaq bamperi, su və kondisioner radiatoru, ön sağ qapısı və ön sağ qanadı və digər hissələri yarasız vəziyyətdədir. Həmin avtomobilin salonunda, ön sağ hissəsində sürücünün əyləşdiyi yerin sağında olan paneldən açılmış vəziyyətdə olan hava yasdığının üzərində qana bənzər ləkələr vardır. Həmin hava yasdığından üzərində qana bənzər ləkələr olan hissəsi iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. VAZ 21074 markalı ** CJ *** dövlət nişanlı avtomobilın qabaq bamperi, ekranı, qabaq sağ və sol faraları, qabaq sağ və sol qanadlar, ön kapotu, alın şüşəsi, sükan və şturvalı, sol qabaq və arxa qapıları, sol arxa qanadı, sol qabaq «lanjeron»u yarasız vəziyyətdədir. Avtomaşın sol hissəsindən zərbə ilə dəydiyi üçün deformasiyaya uğramışdır. “Sony” markalı foto aparatdan istifadə edilərək hər iki avtomaşının foto-şəkilləri çəkilmişdir. Mercedes Benz E 200 markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomaşının hava yasdığından üzərində qana bənzər ləkələr olan hissəsi kəsilərək Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün № 91” adlı möhür əksi ilə möhürlənərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02 oktyabr 2021-ci il tarixli, 1677 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmətibb ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər –burun, alt çənə və sol diz oynağı nahiyələrinin sıyrıqları ilə nəticələnən dərəcəsi təyin edilməyən zərər vurmaya aiddir və 02 oktyabr 2021-ci il tarixə uyğun gəlir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02 oktyabr 2021-ci il tarixli, 1676 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmətibb ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər –sol gicgah nahiyyəsinin qançırı, sol diz oynağı nahiyəsinin sıyrıgı ilə nəticələnən dərəcəsi təyin edilməyən zərər vurmaya aiddir və 02 oktyabr 2021-ci il tarixə uyğun gəlir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 08 oktyabr 2021-ci il tarixli 39 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmətibbi bioloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 maye halında qanının qrup göstəricisi ABO sistemi üzrə B (İİİ)-alfadır.Təqdim olunmuş “Mercedes Benz E 200” markalı avtomobilin hava yasdığı üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi B (İİİ) olduğundan Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayət işi üzrə istintaq zamanı Gəncə şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər xidmətindən xx.xx.2021ci il tarixdə saat 01:49 radələrində Gəncə şəhəri, D.Qorqud küçəsi ilə Ş.İ.Xətai prospektinin kəsişməsindəki yolayrıcında baş vermiş müvafiq yol nəqliyyat hadisəsinin videogörüntüləri 01 ədəd DVD disk şəklində əldə edilərək həmin görüntülərə baxış keçirilmişdir. Baxış protokolundan görünür ki, DVD diskin içərisində 02 görüntü var. Birinci görüntüyə əsasən, hadisənin baş verdiyi yer yolayrıcıdır və hadisəni qeydə alan videomüşahidə kamerası D.Qorqud küçəsi ilə Ş.İ.Xətai prospektinin kəsişməsindəki yolayrıcını, yəni hadisə yerini çəkərək qeydiyyat aparır. Görüntünün ilk saniyələrindən aydın olur ki, işıqforun qırmızı işığında yolayrıcının mərkəzində toqquşma baş verir. Belə ki, ağ rəngli, sedan tipli, markası və qeydiyyat nişanı aydın görünməyən avtomobil işıqforun qırmızı işığında yolayrıcına daxil olaraq həmin yolayrıcına digər istiqamətdən daxil olan ağ rəngli, sedan tipli, markası və qeydiyyat nişanı aydın görünməyən avtomobilə çırpılır və nəticədə hər iki avtomobil yolun hərəkət hissəsinə bitişik köbə daşlarını və səkini aşaraq yolun kənarındakı beton arakəsmələrə dəyib dayanırlar. Belə ki, toqquşma görüntünün 15-ci saniyəsində baş verir və həmin vaxt ağ rəngli, sedan tipli, markası və qeydiyyat nişanı aydın görünməyən avtomobilin hərəkət istiqaməti üçün işıqforun qırmızı işığı yanır. Görüntünün 20-ci saniyəsində isə işıqforun qırmızı işığı artıq birbaşa yaşıl işığa keçir. Başqa sözlə, toqquşmadan 05 saniyə sonra qeyd edilən istiqamətdə işıqforun yaşıl işığı yanır. Həmin video görüntü 01 dəqiqə müddətində davam edir. Görüntüdən məlum olur ki, toqquşmadan sonra kənardan hadisə yerinə çoxsaylı insanlar toplaşır. Görüntü gecə saatlarında, qaranlıq hava şəraitində qeydə alındığı üçün toqquşan avtomobillərin içərisindəki şəxsləri və avtomobilləri idarə edən şəxslərin əlamətlərini müşahidə etmək olmur. Görüntüdən məlum olur ki, ağ rəngli, sedan tipli, markası və qeydiyyat nişanı aydın görünməyən avtomobilin hər iki tərəfdən ön və arxa qapıları açılıb-bağlana bilir. 2-ci görüntüdə hadisəni qeydə alan videomüşahidə kamerası 180 dərəcə istiqamətdə hərəkət etməklə qeydiyyat aparır. Həmin gürüntüyə baxan zaman 3 dəqiqə 13 saniyəsində Mercedes Benz E 200 markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilin Dədə Qorqud küçəsində, həmin küçə ilə Ş.İ.Xətai prospektinin kəsişməsində, yolun solundakı səkini aşaraq səkidən sonra gələn qazonun üzərində dayandığı, həmin avtomaşının qarşısında isə markası və nömrə nişanı aydın görünməyən avtomaşının dayandığı məlum olur. həmin görüntünün 03 dəqiqə 32-ci saniyəsində lmera fırlandığı üçün video görüntü, hadisə yerindən kənarda olan yerləri qeyd edir. Bir neçə saniyə sonra kamera hadisə yerini qeyd edir və həmin yerə kənar şəxslərin toplaşdığı məlum olur. Görüntüdə həmin Mercedes Benz E 200 markalı avtomobilin salonunda hava şarlarının açıldığı və arxa sağa dönmə işıq siqnalının yanıb söndüyü görünür. Video görüntünün sonunda, yəni 07 dəqiqə 15-ci saniyəsində Mercedes Benz E 200 markalı avtomobilin 99 GE-907 dövlət qeydiyyat nişanı aydın görünür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-yi Baş Dövlət Yol İdarəsi Gəncə RQİTBŞ-nin 25 oktyabr 2021ci il tarixli, 313-5246-1221 nömrəli məktubundan görünür ki, kompüter uçot bazasındakı məlumatlara əsasən Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, "xxxx" Gəncə Müəssisəsindən alınmış rəydən görünür ki, VAZ-21074 markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi nəticəsində 3258,00 manat zərər dəymişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, "xxxx" Gəncə Müəssisəsindən alınmış rəydən görünür ki, Mersedes Benz E 200 markalı 99-GE 907 dövlət qeydiyyat nişanlı avtomobilə həmin hadisəsi nəticəsində 5370,00 manat ziyan dəymişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 20 oktyabr 2021-ci il tarixli, 16/1055 nömrəli Materialların məhkəmə ekspertizası (lifli materialların tədqiqi) rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvarın və Mersedes Benz E 200 markalı avtomobilin sol ön oturacağının oturaq hissəsinin üzlüyünün üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1nömrəli cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, Mersedes Benz E 200 markalı avtomobilin sol ön oturacağının oturaq hissəsinin üzlüyünün səthi üzərindən tapılmış mavi rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvarın səthi üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında Mersedes Benz E 200 markalı avtomobilin sol ön oturacağının oturaq hissəsinin üzlüyünün tərkib liflərindən yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 22 oktyabr 2021-ci il tarixli, 1688 saylı məhkəmə-tibb ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – burun və sol yanaq nahiyələrinin sıyrıqları ilə nəticələnən dərəcəsi təyin edilməyən zərər vurmaya aiddir 02 oktyabr 2021-ci il tarixə uyğun gəlir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 02 oktyabr 2021-ci il tarixli, 68 nömrəli Məhkəmə tibb ekspertizasının rəyindən görünür ki, Səbuhi Məmmədovun bədəni üzərində müəyyən edilmiş xəsarətlər- kəllə tağı və kəllə əsası sümüklərinin xətti formalı sınığı, baş beyin yarım kürrəsində xırda ölçülü qansızmalar, başın yumşaq toxumalarına sol təpə-gicgah nahiyələrinə uyğun hissələrinə qansızma, hər iki ağ ciyərin və dalağın cırılması, döş qəfəsinin sol tərəfində İ,İİ,İİİ,İV,V,Vİ,Vİİ,Vİİİ,İX,X,Xİ,Xİİ qabırğaların onurğayanı xətti üzrə, döş fəqərəsinin İ,İİ,İİİ,İV,V,Vİ,Vİİ,Vİİİ,İX,X,Xİ,Xİİ qabırğaların orta körpücük xətti üzrə sınıqları, hər iki körpücük sümüyünün orta 1/3hissədən qapılı sınığı, sıınq ətrafı yumşaq toxumalara qansızma 02 oktyabr 2021-ci il tarixə uyğun gəlir və birgə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Həmin xəsarətlərin yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi istisna edilmir. Səbuhi Məmmədovun ölümünə səbəb- başın, döş qəfəsinin və qarının müştərək küt travması nəticəsində kəllə tağı və kəllə əsası sümüklərinin sınığı, baş beyinə qansızma, qabırğaların çoxsaylı sınığı, baş beyinə qansızma, qabırğaların çoxsaylı sınığı, hər iki ağciyərin və dalağın cırılmasından əmələ gələn travmatik şok olmuşdur. Səbuhi Məmmədovun meyidindən götürülmüş qanının məhkəmə-kimyəvi tədqiqatı zamanı etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12 oktyabr 2021-ci il tarixli, 3277/K nömrəli Məhkəmə-kimyəvi ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar aşkar edilmədi və qan nümunəsinin miqdarı az olduğuna görə narkotik maddələrin təyinatını aparmaq mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 01 dekabr 2021-ci il tarixli, 8/2805 nömrəli məhkəmə-avtotexniki ekspertizasının rəyindən görünür ki, Mersedes Benz E 200 markalı 99- GE 907 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X15» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücüsü M.V.X16 E 200 markalı avtomobilini sürücülük vəsiqəsi olmadan və yaşayış məntəqəsində 60 km/saatdan artıq, yəni 70-80 km/saat sürətlə hərəkət etdiyindən onun hərəkətlərində «X15» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən VAZ-21074 markalı, 20CJ092 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətlərini texniki –nöqteyi nəzərdən tədqiq etməyə lüzüm yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 03 dekabr 2021-ci il tarixli, 9/7970 nömrəli Məhkəmə əmtəəşünaslıq ekspertizası rəyindən məlum olur ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan «Avtomoto servis və Ticarət Gəncə müəssisəsi» tərəfindən tərtib edilmiş 02.Xİ.2021-ci il tarixli qüsur aktı məlumatlarına əsasən 2006-cı il buraxılışlı Mersedes Benz E 200 markalı 99-GE 907 dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi zamanı dəymiş ziyan təxminən 5197,00 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti 3867,00 manat, təmir –bərpa işlərinin qiyməti 1330, 00 manat. Beləliklə, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" Gəncə Müəssisəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktı məlumatlarına əsasən 2007-ci il buraxılışlı VAZ-21074 markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi zamanı dəymiş ziyan təxminən 3154, 00 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti - 1704,00 manat, təmir –bərpa işlərinin qiyməti -1450, 00 manat. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci, 70-ci maddəlri ilə 1 il azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilərək 1 il şərti sınaq müddəti müəyyən olunmuş, Ağdaş rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3, 70-ci maddəlri ilə 2 il azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilərək 1 il şərti sınaq müddəti müəyyən olunmuşdur. 13 may 2020-ci il tarixdə Təqsirləndirilən şəxs cəza müddəti başa çatmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhər İcra Hakimiyyəti 111 saylı MKİS-nin xx.xx.2021-ci il tarixli 616 nömrəli arayışıdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Buzovna qəsəbəsi, Aruz Mirzəyev küçəsi, ev 10, mənzil 12-də qeydiyyatdadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X19 xx.xx.2021-ci il tarixli 11414 nömrəli arayışından görünür ki, xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə MN MHP-nın göndərişinə əsasəsn mərkəzə müayinə və müalicə üçün müraciət edib. Həkim-psixiatr tərəfindən müayinə olunub. Posttravmatik stress pozuntusu F43.1 diaqnozu qoyulubdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X19 xx.xx.2021-ci il tarixli xx/xx-14658 nömrəli arayışından görünür ki, xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2020-xx.xx.2020, xx.xx.2021-xx.xx.2021, xx.xx.2021-xx.xx.2021, xx.xx.2021-xx.xx.2021 və xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə “Respublika Narkoloji Mərkəzi”-də stasionar müalicədə olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda İİ Qarabağ döyüşlərində iştirak etmiş və yaralanmış, üçüncü dərəcəli əlildir, «Füzulinin azad olunmasına görə», «Xocavəndin azad olunmasına görə» medalla və «Hərbi xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli medalla təltif olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edib Mersedes Benz E 200 markalı 99-GE 907 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın 5370,00 manat, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi X9 ərizə ilə müraciət edib VAZ- 21074 markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 3258,00 manat qəbul olunmasını xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, 22 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 263- 1.3-cü maddəsi ilə tövsüf edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, 22 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə psixatriya ekspertizasının 24 noyabr 2021-ci il tarixli 803 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl, cinayət əməlini törədərkən hər hansı bir xroniki, psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmiş və hazırda da keçirmir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl, cinayət əməlini törədərkən və hazırki ekspertiza zamanı postravmatik stess pozuntusu XBT- 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F43.1 xəstəliyi keçirmişdir və keçirir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər, anamnestik məlumatlar və hazırki ekspertiza imkan verir. Təqsirləndirilən şəxs postravmatik stess pozuntusu XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F43.1 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma (konpensasiya) mərhələsində olduğundan o, cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müəlicə tədbirlərinə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs götürülmüş hadisə vaxtı əynində olmuş bir ədəd göy rəngli cins şalvar və Mersedes Benz E 200 markalı **-GE- *** dövlət qeydiyyatlı avtomobildən götürülmüş ön sol oturacağının üzlüyü iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, həmçinin Gəncə şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər xidmətindən xx.xx.2021-ci il tarixdə saat 01:49 radələrində Gəncə şəhəri, D.Qorqud küçəsi ilə Ş.İ.Xətai prospektinin kəsişməsindəki yolayrıcında baş vermiş müvafiq yol nəqliyyat hadisəsinin videogörüntüləri 01 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, 11 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsi ilə dayandırılmış və barəsində axtarış elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, 18 yanvar 2022-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin sabiq müstəntiqi, polis kapitanı X10 xidməti iş yerini dəyişdiyindən cinayət işinin istintaqı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis baş leytenantı Rəşad Məmmədzadəyə həvalə edildiyindən həmin tarixdə də cinayət işi icraatı təzələnərək icraata qəbul edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, 19 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “şəxsin könüllü gəlməsi haqqında” protokoldan görünür ki, 24 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinə könüllü gələrək özünü istintaqa təqdim etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” və “polisin nəzarəti altına vermə qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” qərarlardan görünür ki, 24 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinə könüllü gələrək özünü istintaqa təqdim etdiyindən, cinayət işi üzrə icraat təzələnmiş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(100)-307/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilmiş və barəsində axtarış elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli 122-30796-1222 nömrəli məktubundan görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(100)-307/2022 saylı qərarına əsasən təqsirləndirilən şəxs qismində axtarışda olan Təqsirləndirilən şəxs, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri ərazisində tutularaq Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına etap olunması üçün Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(100)-307/2022 saylı qərarına əsasən təqsirləndirilən şəxs qismində axtarışda olan Təqsirləndirilən şəxs, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri ərazisində tutularaq Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına etap olunması üçün Gəncə şəhər BPİnin MSY-nə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli xx/xx- 4260 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən həbs edilərək xx.xx.2022-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hesabına daxil olmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124- 137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlirki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu səbəbdən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Bundan başqa ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Vuqar oğluna verilmiş ittihamda törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs2 burun və sol yanaq nahiyələrinin sıyrıqları ilə, həmçinin digər sərnişin Zərərçəkmiş şəxs1 burun, alt çənə və sol diz oynağı nahiyələrinin sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən zərər, habelə həmin VAZ-21074 markalı avtomobilin sahibi Səbuhi Məmmədova 3258,00 manat dəyərində zərər vurulması qeyd edilmişdir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarının 13-cü bəndində göstərilmişdir ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun. Bundan başqa həmin Qərarın17-ci bəndində göstərilmişdir ki, konkret bir hadisədə yolhərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu və ya yaxın qohumu olmadıqda CPM-in 106.1-ci maddəsinə göstərilən digər şəxs zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-nin 87 və 106-cı maddələrində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Qeyd edilən cinayətlərin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində CPM-in tələblərinə müvafiq olaraq mülki iddia verdikdə mülki iddiaçı qismində tanına bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Vuqar oğluna verilmiş ittihamda törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs2 burun və sol yanaq nahiyələrinin sıyrıqları ilə, həmçinin digər sərnişin Zərərçəkmiş şəxs1 burun, alt çənə və sol diz oynağı nahiyələrinin sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən zərər, habelə həmin VAZ-21074 markalı avtomobilin sahibi Səbuhi Məmmədova 3258,00 manat dəyərində zərər vurulması hissəsi ittihamdan xaric edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasənməhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263-1.3-cü maddəsinin sanksiyasında 5 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məһkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda İİ Qarabağ döyüşlərində iştirak etməsini, üçüncü dərəcəli əlil olmasını, «Füzulinin azad olunmasına görə», «Xocavəndin azad olunmasına görə» medalla və «Hərbi xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli medalla təltif olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisinə 8000 manat məbləğində pulun ödənilməsini CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən һal kimi nəzərə alır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi həmin cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı hədlərində cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olunması mümkündür. Eyni zamanda Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində secilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, həm də birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1 maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun tutulduğu xx.xx.2022-ci il tarixdən hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1, 56.1.2-ci maddələrinə əsasən eһtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Təqsirləndirilən Təqsirləndirilən şəxs da törətdiyi cinayət eһtiyatsızlıqdan törədilmiş cinayət olduğundan və o, 5 ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunacağından həmin cəzasını Azərbaycan Respublikası CM-nin 56.1, 56.1.2-ci maddələrinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bununla bərabər Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında həmçinin təyin olunması məcburi olan əlavə cəza-beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası da nəzərdə tutulmuşdur. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası ilə bərabər həmçinin əlavə cəza qismində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası da təyin edilməlidir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu CM-nin müvafiq maddəsinin sanksiyasında əlavə cəza kimi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmənin müddəti yuxarı həddlərdə təyin olunmalıdır. Belə ki, məhkəmə onun gələcəkdə bu növ cinayətləri bir daha törətməməsi üçün bu yolla islah olunacağını daha səmərəli və məqsədyönlü hesab edir. Azərbaycan Respublikası CM-nin 45.2-ci maddəsinə əsasən isə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzalarını çəkməlidir, belə ki, onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə, eləcə də barəsində hər hansı tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 132-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut hesab edilən və Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs götürülmüş hadisə vaxtı əynində olmuş bir ədəd göy rəngli cins şalvar və Mersedes Benz E 200 markalı **-GE-*** dövlət qeydiyyatlı avtomobildən götürülmüş ön sol oturacağının üzlüyü qanuni sahiblərinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, 01 ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 182 manat 40 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 4 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əsas cəza kimi təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 10 avqust 2022-ci il tarixdən hesablansın, əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzasının icrası isə əsas cəzanın çəkilib qurtarmasından sonra başlansın. İş üzrə məhkəmə məsrəfi olan 182 manat 40 qəpik məbləğində ekspertiza xərcinin dəyəri təqsirləndirilən Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut hesab edilən və Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs götürülmüş hadisə vaxtı əynində olmuş bir ədəd göy rəngli cins şalvar və Mersedes Benz E 200 markalı **-GE-*** dövlət qeydiyyatlı avtomobildən götürülmüş ön sol oturacağının üzlüyü qanuni sahiblərinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, 01 ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-55/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-55/2023
24.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver