Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-55/2025 08.07.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X3 və Nəbizadə Məğrur Etibar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1998-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, 2-ci döngə, ev 23-də qeydiyyatda olmaqla, Gəncə şəhəri, Dədə Qorqud küçəsi, ev 34A, mənzil 28-də yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ-ci siyahıya daxil olan və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən külli miqdarda, yəni bir ədəd iç-içə qoyulmuş polietilen kəsiyi bükümündə təmiz çəkisi 318,665 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması barədə daxil olmuş məlumat əsasında 18 iyul 2022-ci il tarixdə saat 18:40-da Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Füzuli” parkının ərazisində saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis şöbəsinə gətirilmiş və şöbədə üzərində şəxsi axtarış aparılan zaman əynində olan mavi rəngli cins şalvarın sol yan cibindən bir ədəd iç-içə qoyulmuş polietilen kəsiyi bükümündə təmiz çəkisi 318,665 qram olmaqla külli miqdar təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 11-12 radələrində evdə yatarkən qardaşı Araz onu oyadıb Azər adlı mülki geyimli polisin qapıda onu gözlədiyini bildirmişdir. O, yuxudan oyanıb həmin şəxsə yaxınlaşdıqda sonuncu ona oğurluqda şübhəli olduğunu bildirib Kəpəz rayon polis şöbəsinə getməli olduğunu demişdir. O, öz avtomobili ilə getmək istədiyini dedikdə polis əməkdaşı buna etiraz etməmişdir. Polis şöbəsinə daxil olduqdan sonra onu rəis müavini Elşən müəllimin otağına aparmışlar. Otaqda olarkən Elşən seyfdən narkotik vasitə çıxarmış, Azər də həmin narkotik vasitəni ona verib “bu sənindir, ya bunu götürəcəksən, ya da sənə fiziki təsir göstərəcəyik” demişdir. O, əvvəlcə razılaşmamış, polislər də buna görə onun əlindəki yaranı sıxaraq təzyiq göstərməyə başlamışlar. Bundan sonra o, başqa yolla həll etməyi xahiş etmiş, Azər isə çəkilişən sonra bu barədə danışacağını demişdir. Videoçəkilişdən sonra onu MSY-ə aparmışlar. O, MSY-də olarkən sənədlərə imza etməkdən imtina etmiş və yeni vəkil təyin etmələrini istəmişdir. Sonrakı gün məhkəmə olmuş və barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilərək istintaq təcridxanasına göndərilmişdir. Təcridxanada olarkən Baş prokurorluğa və Ombudsmana şikayət ərizələri yazmışdır. Çoxsaylı şikayətlərdən sonra barəsində seçilmiş həbs qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz edilmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, əvvəllər narkotik vasitə marixuanadan istifadə etmiş, lakin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. Çünki artıq iki ildir narkotik vasitədən istifadə etməmişdir. Polis əməkdaşları onu təhqir edərək fiziki və psixoloji təsir göstərmiş, verdikləri narkotik vasitəni üzərinə götürmədiyi halda evindən narkotik vasitə çıxaracaqlarını və ailə üzvlərini polis şöbəsinə gətirəcəklərini demişlər. Üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməsində vəkil iştirak etmiş və həmin vəkili polis əməkdaşları dəvət etmişlər. Polis şöbəsində olanda adını xatırlamadığı bir nəfər ona yaxınlaşıb prokurorluğun əməkdaşı olduğunu və bu maddə ilə ittiham olunsa nə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum ediləcəyini demiş, o da sonuncuya polis əməkdaşlarının üzərinə narkotik vasitə qoyduqlarını demiş, sonra Azər otağa daxil olub “narkotiki götürməsən necə olacağını bilirsən” demişdir. Videoçəkiliş zamanı narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu deməmiş, həmin vaxt vəkil otağa daxil olan kimi polislər “videoçəkiliş olub bitən kimi biz səni buraxacağıq, sadəcə olaraq əlimizdə sübut olsun, birdən sən bizimlə razılaşmayıb şəhərdən qaçıb gedərsən” demişlər. İbtidai istintaq zamanı ifadələri imzalmaqdan imtina etməyi barədə qeyd yazaraq imzalamamışdır. Sanksiya zamanı hakimə hər şeyi olduğu kimi demişdir. O, Baş prokurorluğa və Ombudsamana şikayət edəndən sonra hər iki dövlət orqanından nümayəndə gəlib ondan yazılı ərizə götürmüşlər. Polis əməkdaşı Azər onu oğurluqda şübhəli olmağı bəhanəsi ilə polis şöbəsinə aparıb üzərinə narkotik vasitə qoymuşdur. O, Füzuli pakının yaxınlığında saxlanılmamış, Azər adlı polis onu yaşadığı ünvan 3 ünvanından çağırıb polis şöbəsinə aparmışdır. Polis əməkdaşları tərəfindən üzərinə qoyulan narkotik vasitənin çəkisini bilməmiş, çünki özləri çəkib qablaşdırmışlar. Polislər onu ailə üzvləri ilə hədələdikləri üçün o, məcbur olaraq narkotik vasitənin özünə məxsus olduğunu demişdir. Daha sonra MSY-də olarkən polislər yanına gəlib yenidən onu döymüşlər, əlindəki yaranı sıxıb imza etməli olduğunu demişlər, lakin bütün fiziki təsirlərə baxmayaraq o, imza etməkdən imtina etmiş və bununla bağlı qeyd yazmışdır. MSY-də olan kamera görüntülərində onun polis əməkdaşları tərəfindən döyülməyi əks olunmuşdur. Bədənində xəsarət olmamış, çünki polislər xəsarət qalmayacaq şəkildə döyüb əlində olan açıq yaranı sıxmışlar. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu izahatı və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin izahatında özünü qismən təqsirli bilməklə göstərmişdir ki, təxminən 1 ildir narkotik vasitə heroini şprislə damarına vurmaqla qəbul etmişdir. 17 iyul 2022-ci il tarixdə saat 14 radələrində Gəncə şəhəri, Füzuli parkı ərazisində piyada gəzən zaman zibil qabının kənarından sellofan bükülü tapmışdır. O, həmin kütləni əlinə alıb içərisinə baxdıqda kütlənin rəngindən və kəskin iyindən onun narkotik vasitə heroin olduğuna tam əmin olmuş və istifadə etməkdən ötrü əynində olan şalvarın cibinə qoymuşdur. Təxminən bir saatdan sonra o, aptekə gedib 01 ədəd şpris almış və kütlənin üzərindən bir qədər götürüb hazırlayaraq şprislə damarına vurmaqla qəbul etmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 18 radələrində o, Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən Füzuli parkında piyada gəzən zaman mülkü geyimdə olan iki nəfər şəxs yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək onu Gəncə şəhər 2-ci polis şöbəsinə dəvət etmişlər. O da etiraz etməyərək polislərlə birlikdə polis şöbəsinə getmişdir. 2-ci polis şöbəsində müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı polis əməkdaşının təklifindən sonra o, əynində olan cins şalvarın sol yan cibində gəzdirdiyi sellofana bükülmüş heroini təqdim etmişdir. Həmin narkotik vasitə müdafiəçisinin və iştirakçıların iştirakı ilə aptek tərəzisində çəkilmiş, ümumi çəkisi 326,1 qram olmuşdur. Şifahi sorğu-sual zamanı o, həmin kütlənin heroin olduğunu, özünə məxsus olduğunu, Füzuli adına parkda olan zibil qutusunun yaxınlığından tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını, heç kimə narkotik vasitə satmadığını və digər bir yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. Onun üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan narkotik vasitə heroin müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İbtidai istintaq zamanı verdiyi izahatı elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş izahatda qeyd olunan narkotik vasitənin çəkisinin 326,1 qram olmasını o, yazmamış, narkotik vasitənin çəkisini dəqiq xatırlamamış, təxminən 300 qramdan artıq olduğunu bilmişdir. Həmin izahatdakı imza ona məxsus olmuş, o, imza edərkən hələ nə baş verdiyini başa düşməmiş, elə bilmiş ki, onu buraxacaqlar, çünki polislər ona sadəcə videoçəkiliş lazım olduğunu, daha sonra isə onu buraxacaqlarını demişlər, o da buna görə izahata imza çəkmişdir. MSY-də qalandan sonra nə baş verdiyini başa düşüb polislərin onu buraxmayacaqlarını bilmiş və sənədləri imzalamaqdan imtina edərək yeni vəkil təyin olunmasını istəmişdir. Prokurorluğun əməkdaşı yanına gələndə “səni yükləyirlər?” deyə sual vermiş, o, Azər adlı polis əməkdaşını çağırmalarını xahiş etmiş, Azər gələndə ona hədə qorxu gələrək video çəkiliş zamanı narkotik vasitənin özünə məxsus olduğunu etiraf etməsə evindən narkotik vasitə çıxaracaqlarını, ailə üzvlərini, anasını və bacısını polis bölməsinə gətirəcəklərini, üzərilərinə də narkotik vasitə qoyacaqlarını demişdir. Video çəkiliş zamanı o, vəkilini aldadaraq narkotik vasitənin özünə məxsus olduğunu deməyə məcbur olmuşdur. Ona fiziki təsir göstərmişlər, əlində olan 3 gün əvvəl cərrahi tikiş vurulmuş açıq yaranı sıxaraq vurmuşlar. O, 7 yaşından idmanla məşğul olmuş, fiziki təzyiq göstərmələrinə dözə bilmiş, lakin psixoloji təsir göstərərək ailə üzvləri ilə hədələdikləri üçün məcbur olub yalandan narkotik vasitənin özünə məxsus olduğunu demişdir. Ona fiziki və psixoloji təsir göstərənlər Elşən Mehdiyev və soyadını bilmədiyi Azər adlı polis əməkdaşı olmuşdur. Prokurorluqda toplanmış ilkin yoxlama materialında olan izahatdakı imza ona məxsus olmuş, döymək deyəndə bədənin müxtəlif nahiyələrinə təpik, yumruq və ya başqa əşya ilə zərbələr vurulması ağlına gəlmişdir. Onu həmin formada döyməmişlər, sadəcə əlindəki açıq yaranı sıxmışlar, bu döyməkdən betər olmuşdur. MSY-də olanda sənəd gətirib imza etməli olduğunu demişlər, imtina etdikdə isə döymüşlər. Polis bölməsində olanda Elşən Mehdiyev və Azər onun əlindəki yaranı sıxıb üzünə yumruq zərbəsi vurmuş, lakin xəsarəti qalacaq dərəcədə döyməmişlər. Elan olunmuş izahatında döyülmədiyini deməyinin səbəbi, döymək deyəndə müəyyən vaxt ərzində bir şəxsin bədəninin müxtəlif nahiyələrinə zərbələr endirilməsini təsəvvür etməyi olmuş, yəni onu bədəninin müxtəlif yerlərinə zərbələr endirərək döyməmişlər, əlindəki yaranı sıxıb 1-2 yumruq vurmuşlar. Prokurorluqda izahat verəndə də bunu izah etməyə çalışmışdır. Azər adlı polis əməkdaşının onun anasına zəng edib-etməməsini bilməmiş, onu yaşadığı evdən götürüb polis bölməsinə aparandan sonra heç nədən xəbəri olmamışdır. Saxlanılmamışdan 3 gün əvvəl əlini şüşə kəsmiş və cərrahi tikiş vurulmuşdur. Nümayiş olunan video görüntüdə sağ əlində olan sarğı da həmin vaxt həkim tərəfindən vurulmuşdur. Onu evindən çağırıb aparanda sadəcə şəxsiyyət vəsiqəsini götürməyini dedikləri üçün o, ancaq vəsiqəni götürmüşdür. Doğurdan da Füzuli parkının yanında saxlanılmış olsa idi üzərində telefon və ya siqareti olardı. Əvvəllər bir-iki dəfə kokos adlanan narkotik vasitəni çəkmək yolu istifadə etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Səhv etmirsə onlar Füzuli parkının yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək sonuncunu polis şöbəsinə dəvət etmişlər. Şöbədə müdafiəçinin iştirakı ilə İlyas Adıgöəlovun üzərinə baxış keçirilmiş və külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. İfadəsinin davamı olaraq Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə heroinin çəkisi səhv etmirsə 300 qram olmuşdur. Üzərində olan narkotik vasitəni İlyasın, əynində olan paltarların hansı hissəsindən çıxarıb təqdim etdiyini xatırlamamış, çünki hadisənin üzərindən uzun müddət keçmişdir. Onlar İlyası səhv etmirsə 2022-ci ildə dəqiq xatırlamadığı tarixdə Füzuli parkının yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq-təsir olunmamış, sonuncunun üzərində narkotik vasitə olmaması ilə bağlı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşımışdır. İlyasın saxlanılmasında Şahid1 və o, iştirak etmişdir. Təqsirləndirilən şəxsin oğurluq hadisəsi ilə bağlı barmaq izlərinin götürülməsi üçün yaşadığı evdən çağırılaraq polis şöbəsinə aparılması ilə bağlı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşımışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş sabiq Gəncə şəhər BPİ-nin 2ci PŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, 4 ildir xidməti yerini dəyişmiş, hazırda Bakı şəhərində Su Nəqliyyatında polis idarəsinin rəisi vəzifəsini icra edir. Hadisədən uzun müddət keçdiyindən heç nə xatırlamamış, Təqsirləndirilən şəxs saxlanılan zaman təxminən 20-30 əməliyyat tədbirində iştirak etmiş, ona görə sonuncunun harada saxlanıldığı yadında deyildir. Təqsirləndirilən şəxs baxanda üzü tanış gəlmiş, lakin hadisə ilə bağlı heç nə xatırılamamış, əməliyyat tədbirində kimlərin iştirak etdiyini də yadına sala bilməmişdir. Çox güman ki, İlyas narkotik vasitələrlə bağlı saxlanılmış, başqa cinayət hadisəsi olsa idi yəqin ki, yadında qalmış olardı. Təqsirləndirilən şəxs saxlanılan zaman “Gəncə hadisləri” ilə bağlı təxminən 40-a yaxın epizod olmuş, xatırlamamağının səbəbi həmin vaxt çox sayda əməliyyat tədbirində iştirak etməsi olmuşdur. İbtidai istintaq zamanı hər şeyi olduğu kimi danışmış, həmin ifadəsini də təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, İlyas onun qardaşı oğludur. Hadisə günü qardaşı ilə birlikdə yaşayan yaşlı atası və anasını görmək üçün onların evinə getmişdir. İlyasgilin evi ünvan 3 ünvanında yerləşmişdir. Binaya daxil olanda İlyası apardıqlarını görüb haraya getdiyini soruşmuş, İlyas da bir azdan gələcəyini deyib öz avtomobili ilə getmişdir. İfadəsinin davamı olaraq Kəmalə Adıgözəlova bildirmişdir ki, İlyasın yanında kök bir oğlan olmuş, o, sonradan həmin şəxsin Azər adlı polis əməkdaşı olduğunu bilmişdir. İlyasdan haraya getdiyini soruşanda Azər adlı polis əməkdaşı İlyası polis bölməsinə apardığını, bir azdan sonuncunun gələcəyini demişdir. Ona görə polsilər İlyası yaşadığı ünvandan aparmışlar. O, həmin vaxtı İlyasdan sonra anası Lamiyəni də blokda görmüş, sonuncu da İlyasın arxasınca bölməyə getmişdir. Həmin vaxt yay ayları, təxminən iyulavqust olmuşdur. İlyasın yanındakı şəxsin birinin Azər adlı polis əməkdaşı olduğunu sonradan İlyasın anası Lamiyə deyəndə bilmiş, lakin digər şəxsi tanımamışdır. Polislər İlyası, qolunu buraraq və ya güc tətbiq edərək aparmamışlar, sonuncular normal şəkildə birlikdə getmişlər. İlyas onu görəndə üzərində heç nə olmadığını deməmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında yaşayır. Təqsirləndirilən şəxs da onunla qonşuluqda yaşamış və sonuncu eyni binanın qonşu blokunda qalmışdır. İlyas saxlanılan gün, yəni 2022-ci ilin yay aylarında, dəqiq tarixi xatırlamadığı gündə o, marketdən qayıtmışdır. Binanın həyətində olanda İlyasın mülki geyimli bir nəfərlə avtomobilə tərəf getdiyini görmüşdür. Həmin vaxt İlyasın babası pəncərədən nəvəsinə səslənərək haraya getdiyini soruşmuş, İlyas da şöbəyə getdiyini və barmaq izinin götürüləcəyini demişdir. Həmin vaxt İlyasın anası da oğlunun arxasınca həyətə çıxmışdur. O, yaxınlaşıb nə baş verdiyini soruşmuş, anası da oğurluq olduğunu, ona görə İlyası polis şöbəsinə aparıb barmaq izini götürəcəklərini demişdir. İfadəsinin davamı olaraq Emil Əmrahov bildirmişdir ki, dalınca gələndə İlyasın yanında bir nəfər mülki geyimli şəxs olmuş və onlar İlyasın öz avtomobili ilə getmişlər. Həmin gündən sonra İlyasın polis əməkdaşları tərəfindən saxlanıldığını eşitmişdir. O, İlyasın yanında olan mülki geyimli şəxsin polis əməkdaşı olduğunu bilməmişdir. Həmin şəxslə İlyas bir-birlərini çəkişdirməmiş, heç bir fiziki zor olmamış, sakit şəkildə avtomobilə minib getmişlər. O, İlyasın həmin şəxsin üzərinə narkotik vasitə qoymasını, eləcə də onu götürməli olduğunu deməsini eşitməmişdir. Çünki həmin vaxt İlyas heç bir etiraz edib qışqırmamışdır. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəllə) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin xx.xx.2022-ci il tarixli, 16/848 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə..” sözlər və imzalar olan kağız paketdəki bir ədəd iç-içə qoyulmuş polietilen kəsiyi bükümündə təmiz çəkisi 318,665 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi – 318,665 qr., tədqiqata sərf edildi – 0,2 qr., qalıq – 318,465 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli, 1117 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 19:10-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2022-ci il tarixdə saat 18:40-da azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablamaqla 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, həmin gün həbsdən azad olunan Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan mavi rəngli şalvarın sol yan cibindən bir ədəd sellofan bükümü təqdim edərək içərisində narkotik vasitə heroinə bənzər maddə olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümün içərisinə baxıldıqda ilk görünüşdən heroinə bənzər maddə olması və elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 326,1 qram təşkil etməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd büküm müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin bükümü xx.xx.2022-ci il tarixdə təxminən axşam saatlarında Gəncə şəhəri Füzuli parkının yaxınlığında olan zibil qutusunun kənarından tapdığını, istifadə etmək üçün üzərində saxladığını, satmaq fikrinin də olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş informasiya daşıyıcı olan diskdən görünür ki, "xxxx" MMC tərəfindən təqdim olunmuş diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** və +99***-***-**-** mobil nömrələrinə aid məlumatlarda narkotik vasitələrin və psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə edilməsinə dair iş üçün əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin 2-ci PŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2022-ci il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə qəbul etməsi, əldə edib üzərində gəzdirməsi, saxlaması və satmaqda şübhəli olması barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin 2-ci PŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində, onların satışı ilə məşğul olmasında şübhəli bilinən Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin 2-ci PŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2022-ci il tarixli raportdan görünür ki, narkotik vasitəni və psixotrop maddəni qəbul etməsində, əldə edib üzərində gəzdirməsində, saxlamasında və satmasında şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 18:40-da Gəncə şəhəri Füzuli parkı ərazisində saxlanılaraq Gəncə şəhər BPİ-nin 2-ci PŞ-yə gətirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin 2-ci PŞ-nin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan narkotik vasitə heroini haradan əldə etməsini, həmçinin hər hansı şəxsə narkotik vasitə və psixotrop maddə satmasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs “opioidlərdən asılılıq” diaqnozu ilə dispanser qeydiyyatındadır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər Kəpəz RİH başçısının 1 nömrəli sahə İƏDÜN-nin xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Dədə Qorqud küçəsi, ev 34A, mənzil 28-də yaşamış və yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər prokurorluğunun müstəntiqi X7 tərəfindən 504-C-24 nömrəli ilkin yoxlama materialı üzrə xx.xx.2022-ci il tarixdə qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin 2-ci PŞ-də qanunsuz hərəkətlərə məruz qalması barədə müraciəti əsasında şəhər prokurorluğunda araşdırma aparılaraq cinayət hadisəsi olmadığından Cinayət-Prosessual Məcəllənin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 318,465 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Gəncə şəhər BPİ-nin saxlanma anbarına saxlanca verilmiş, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə BPİ-nin xx.xx.2024-cü il tarixli məktubundan və məktuba əlavə edilmiş “Tibbi müayinənin keçirilməsi və tibbi yardım göstərilməsinin qeydiyyatı” kitabının müvafiq vərəqlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə MSY-yə daxil olarkən tibbi müayinədən keçirilmiş və onun sağ əlində olan kəsikdən başqa bədəni üzərində digər xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 2 saylı istintaq təcridxanasına daxil olarkən tibbi müayinədən keçirilmiş və onun sağ bilək nahiyəsində bir ədəd cərrahi tikiş qoyulmuş yara aşkar edilmişdir. Deməsinə görə xx.xx.2022-ci il tarixdə evdə şüşə kəsmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin 2-ci PŞ-yə aid “Şəhər, Rayon, Xətti polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” jurnalından çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 tərəfindən xx.xx.2022-ci il tarixdə saat 18:51-də polis şöbəsinə gətirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində tutulan günü Azər adlı polis əməkdaşının onun yaşadığı evinə gələrək oğurluq hadisəsi ilə bağlı əl-barmaq izi götürmək adı ilə onu polis şöbəsinə apardığını, saxlanılan zaman üzərində narkotik vasitə olmadığını, polis şöbəsində Elşən Mehdiyev adlı polis əməkdaşının seyfdən narkotik vasitəni çıxartdığını, daha sonra isə Azər adlı polis əməkdaşının həmin narkotik vasitəni onun üzərinə qoyduğunu, narkotik vasitəni üzərinə götürməsi üçün polislərin ona hədə qorxu gəldiyini, ailəsi ilə hədələndiyini, tutulan ərəfədə qolunda olan yaradan sıxaraq ona fiziki zor tətbiq etdiklərini, buna görə də məcbur olub narkotik vasitəni üzərinə götürərək ilkin etirafedici ifadələr verdiyini və sənədlərə imza etdiyini, ibtidai istintaqın sonrakı mərhələsində isə etiraz əlaməti olaraq sənədlərə imza etməkdən imtina etdiyini göstərmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X2 və X9 ifadələrində polis əməkdaşının gələrək Təqsirləndirilən şəxs yaşadığı evindən apardığını göstərmişlər. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs, eləcə də şahidlər X2 ilə X9 tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmasına xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi ilkin izahatı, şahidlərin ifadələri, eyni zamanda şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Azər adlı polis əməkdaşının onun yaşadığı evinə gələrək məhz oğurluq hadisəsi ilə bağlı onu polis şöbəsinə dəvət etdiyini göstərsə də, iş materiallarında olan əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi raportda və digər ilkin sənədlərdə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Gəncə şəhəri Füzuli parkı ərazisində saxlanılaraq polis şöbəsinə gətirilməsi göstərilmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş Gəncə şəhər BPİ-nin 2-ci PŞ-yə aid gətirilmiş şəxslərin qeydiyyatı jurnalından çıxarışda da Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 18:51-də Azər adlı polis əməkdaşı tərəfindən deyil, məhz əməliyyat müvəkkili Şahid1 tərəfindən polis şöbəsinə gətirilməsi qeyd olunmuşdur. Müdafiə tərəfi iddia etdiyi həmin xüsusatla, yəni təqsirləndirilən şəxsin məhz yaşadığı evinin qarşısında Azər adlı polis tərəfindən saxlanılması ilə bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Əksinə, qeyd edilən xüsusatla bağlı müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahidlərdən Emil Əmrahov ifadəsində Təqsirləndirilən şəxs dalınca Azər adlı polis əməkdaşının, yəni bir nəfər şəxsin gəldiyini göstərsə də, digər şahid Kəmalə Adıgözəlova ifadəsində Təqsirləndirilən şəxs dalınca iki nəfər polis əməkdaşının gəldiyini göstərmişdir. Təqsirləndirilən şəxs isə ifadəsində onun yaşadığı evinə yalnız Azər adlı polisin gəldiyini göstərmişdir. Göründüyü kimi eyni xüsusatla bağlı həm şahidlərin bir-birinə münasibətdə ifadələri arasında, həm də təqsirləndirilən şəxslə şahidlərin ifadələri arasında əhəmiyyətli ziddiyyət vardır. Bununla belə, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi ilkin izahatında şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan narkotik vasitə heroini xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri Füzuli parkında gəzən zaman zibil qabının kənarından tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını etiraf etmişdir. Qeyd edilən izahat Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçisinin iştirakı ilə alınmış və həmin izahatında o, polis əməkdaşları tərəfindən üzərinə narkotik vasitə heroin qoyulmasını, eləcə də ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməsini göstərməmişdir. Əksinə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin özünə məxsus olmasını etiraf edərək həm özü, həm də müdafiəçisi sözügedən izahatı imzaları ilə təsdiq etmişlər. Həmçinin xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zamanı sonuncu əynində olan mavi rəngli şalvarın sol yan cibindən bir ədəd sellofan bükümü təqdim edərək içərisində narkotik vasitə heroinə bənzər maddə olmasını bildirmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin bükümü xx.xx.2022-ci il tarixdə axşam saatlarında Gəncə şəhəri Füzuli parkının yaxınlığında olan zibil qutusunun kənarından tapdığını, istifadə etmək üçün üzərində saxladığını, 7-8 aydır narkotik vasitədən istifadə etdiyini, satmaq fikrinin də olmadığını bildirmişdir. Sözügedən videoçəkilişdə Təqsirləndirilən şəxs bədəninin gözlə görünən hissələrində xəsarət və ya zədə izlərinin olması, o cümlədən ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməsi, eləcə də sağ bilək nahiyəsində olan ağ rəngli sarğıda qanabənzər ləkələrin olması (iddia etdiyi kimi biləyində olan yaranın sıxılması nəticəsində qanın əmələ gəlməsini etimal etdikdə) öz təsdiqini tapmır. Əksinə, videoçəkiliş zamanı Təqsirləndirilən şəxs istintaq hərəkətinin sonunda müdafiəçisinin suallarına qəti olaraq cavab verib üzərindən aşkar edilmiş narkotik vasitə heroinin özünə məxsus olduğunu, heç kimin onun üzərinə narkotik vasitə qoymadığını, saxlanılan zaman və polis şöbəsinə gətirilərkən ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini göstərmişdir. O cümlədən iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 ifadəsində saxlanılan zaman və polis şöbəsinə gətirilərkən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, heç kimin sonuncunu döymədiyini, hədələmədiyini və üzərinə narkotik vasitə qoymadığını, şəxsi axtarış zamanı aşkar olunan narkotik vasitənin Təqsirləndirilən şəxs özünə məxsus olduğunu, həmin maddəni yerdən tapdığını və şəxsi istifadəsi üçün götürərək üzərində saxladığını müdafiəçisinin yanında etiraf etdiyini göstərmişlər. Həmin xüsusatları digər polis əməkdaşı Şahid1 də təsdiq etmişdir. Habelə iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyinin təsviriəsaslandırıcı hissəsindən görünür ki, həkim-məsləhət komissiyası tərəfindən verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs 3-4 dəfə narkotik vasitə heroindən çəkmə yolu ilə istifadə etdiyini, aşkar edilən narkotik vasitəni də tapdığını göstərmişdir. Eyni zamanda iş materiallarında olan həm Gəncə şəhər BPİ-dən, həm də 2 saylı istintaq təcridxanasından daxil olmuş məktublardan görünür ki, Təqsirləndirilən şəxs hər iki quruma qəbul edilərkən tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar olunmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində ibtidai istintaqın ilkin mərhələsində sənədlərə imza etməsinə baxmayaraq, narkotik vasitə polislər tərəfindən onun üzərinə qoyulduğu üçün sonrakı mərhələdə etiraz əlaməti olaraq sənədlərə imza etməkdən imtina etdiyini göstərsə də, xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində, xx.xx.2022-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs ilkin izahatında olduğu kimi eyni məzmunlu ifadələr vermişdir. Hətta həmin ifadələri verərkən onun dövlət hesabına müdafiəçisi Rasim Allahverdiyev qeyd edilən ifadələrə dair protokollara fiziki və psixi zorakılıqla bağlı hər hansı qeyd daxil etməmiş, sadəcə olaraq təqsirləndirilən şəxsin özünü təqsirli bilmədiyi üçün protokolları imza etməkdən imtina etdiyini göstərib həmin protokolları imza etmişdir. Halbuki həmin müdafiəçi ibtidai istintaqın sonrakı mərhələsində həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmə iclasında, eləcə də həmin məhkəmə qərarından vermiş olduğu şikayət ərizəsində Təqsirləndirilən şəxs fiziki və psixi zorakılığa məruz qaldığını, yəni təqsirləndirilən şəxsin məhz ona göstərilmiş təsir və təzyiq nəticəsində etirafedici ifadələr verdiyini göstərmişdir. Eyni zamanda ibtidai istintaq materiallarından görünür ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs kimi dindirilməsinə dair protokollardan başqa, onun iştirakı ilə həmin statuslarda keçirilmiş bütün istintaq hərəkətlərinə dair protokolları heç bir qeyd daxil etmədən imza etmişdir. Hətta iş materiallarında olan xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə tanış etmə istintaq hərəkətinə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə müdafiəçisinin iştirakı ilə tanış olarkən etirazına dair heç bir qeyd daxil etmədən protokolu imza etmişdir. Eləcə də xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs ittiham elan olunduqdan sonra o, həmin qərarı və təqsirləndirilən şəxsə aid digər sənədləri heç bir qeyd daxil etmədən imza etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmə iclasında, habelə həmin məhkəmə qərarından vermiş olduğu şikayət ərizəsində, bir sözlə ibtidai istintaqın sonrakı mərhələsində Təqsirləndirilən şəxs fiziki və psixi zorakılığa məruz qaldığını, yəni təqsirləndirilən şəxsin məhz ona göstərilmiş təsir və təzyiq nəticəsində etirafedici ifadələr verdiyini göstərən müdafiəçinin ibtidai istintaqın ilkin mərhələsində həmin xüsusatları bildiyi halda həm ilkin izahata, həm də şübhəli şəxslə təqsirləndirilən şəxs qismində dindirmə protokollarına, yəni etirafedici ifadələr əks olunan protokollara heç bir qeyd daxil etmədən imza etməsi məhkəmədə inam yaratmır. Çünki təqsirləndirilən şəxs qismində dindirilməsinə dair xx.xx.2022-ci il tarixli protokolu imza etməkdən imtina etdiyi həmin xüsusat ibtidai istintaqı aparmış müstəntiq tərəfindən vəsatət kimi qəbul edilərək xx.xx.2022-ci il tarixli qərarla rədd edilmiş və sözügedən qərarın surəti elə həmin gün həm təqsirləndirilən şəxsə, həm də müdafiəçisinə təqdim olunmuşdur (hər iki şəxs qərarın təqdim edilməsinə dair məktubu imzalamışlar). Bununla belə, ibtidai istintaq materiallarında nə təqsiriləndirilən şəxsin, nə də ki müdafiəçisinin həmin qərardan şikayət etmələri öz təsdiqini tapmamışdır. Qeyd edil hal isə təqsirləndirilən şəxsin ibtidai istintaqın sonrakı mərhələsində, eləcə də məhkəmə istintaqında özünü müdafiə xarakterli ifadələr verməsinə zəmin yaradır. Bundan başqa, Təqsirləndirilən şəxs polislərin gələrək onu yaşadığı evindən apardıqlarını və ona qarşı qanunsuz hərəkətlərə yol verdiklərini göstərsə də, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs anası X6 ifadəsində oğlunun narkotik vasitələrdən istifadə etdiyini, eləcə də sonuncunun son zamanlar evdə olan əşyaları sataraq narkotik vasitə alıb istifadə etdiyi və məhz buna görə də özünün bu barədə polis orqanlarına müraciət etdiyini qeyd edərək polislərin saxlanılan günü Təqsirləndirilən şəxs yaşadığı evinə gəlmələrini, eləcə də sonuncuların oğlunu evində saxladıqlarını göstərməmişdir. Lamiyə Adıgözəlovanın ibtidai istintaq zamanı şahid qismində dindirilməsinə dair protokoldan görünür ki, ona Azərbaycan Respublikası Konstitusiyasının 66-cı və Cinayət- Prosessual Məcəllənin 20-ci maddəsinin tələbləri izah edilmiş və o, könüllü olaraq ifadə vermək istəyini bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində polislərin onun üzərinə narkotik vasitə qoyduqlarını və sonuncuların ona qarşı qanunsuz hərəkətlərə yol verdiklərini göstərsə də, məhkəməyədək icraat zamanı şahid qismində dindirilməmişdən əvvəl Azərbaycan Respublikası Konstitusiyasının 66-cı və Cinayət- Prosessual Məcəllənin 20-ci maddəsinin tələbləri izah edildikdən sonra könüllü ifadə vermiş anası Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları təkzib etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Gəncə şəhər BPPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması barədə müraciəti əsasında Gəncə şəhər prokurorluğunda araşdırma aparılaraq cinayət hadisəsi olmadığından xx.xx.2022-ci il tarixli qərarla Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə baxmayaraq, həmin qərardan Təqsirləndirilən şəxsla dövlət hesabına müdafiəçisinin nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri də öz təsdiqini tapmır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində üzərindən aşkar edilmiş bir bükümdə olan narkotik vasitə heroini polis əməkdaşlarının onun üzərinə qoyduqlarını, eləcə də ona qarşı psixi zorakılığa yol verildiyini göstərsə də iş materiallarında, xüsusilə onun ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair videoçəkilişdə, o cümlədən barəsində tərtib olunmuş tibbi sənədlərdə, habelə şahidlərin ifadələrində Təqsirləndirilən şəxs fiziki və ya psixi zorakılığa məruz qalması xüsusatı öz təsdiqini tapmamışdır. Əksinə şəxsi axtarış və götürmə istintaq hərəkətlərinə dair videoçəkilişdə Təqsirləndirilən şəxs müdafiəçisinin suallarına qəti olaraq cavab verib üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroin olan bir ədəd bükümün özünə məxsus olduğunu və tapdığını, saxlanılan zaman və polis şöbəsinə gətirilərkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi zorakılığa da yol verilmədiyini göstərmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs heç bir dəlillə möhkəmləndirilməyən təzyiqlərə və pis rəftara məruz qalmasına dair iddiası öz təsdiqini tapmır, müdafiə tərəfi də həmin xüsusatlarla bağlı hər hansı mötəbər sübut təqdim edə bilmir. Qeyd edilən hal isə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022ci il tarixdə, həmçinin məhkəmə istintaqında verdiyi ifadəsində göstərdiyi xüsusatların tam təkzib olunduğunu təsdiq edir. Eyni zamanda Təqsirləndirilən şəxs müraciəti əsasında Gəncə şəhər prokruroluğunda bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərarın qəbul edilməsinə baxmayaraq, həmin qərardan nə təqsirləndirilən şəxsin, nə də ki dövlət hesabına müdafiəçisinin nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri də öz təsdiqini tapmır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini yoxlayaraq, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyri-səmimi olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiyini sübut edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Həmin Qərarın 24-cü bəndində göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Cinayət-Prosessual Məcəllənin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Beləliklə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində verdiyi ilkin izahatını iş üzrə dindirilmiş şahidlərin ifadələri, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində verdiyi ilkin izahatı ittihamın həllində əsas götürülməlidir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, şahidlər X1 Adıgözəlovun bibisi, X9 isə qonşusu olduğu üçün həmin şəxslərin məhkəmə istintaqı zamanı verdiyi ifadələri qeyrisəmimidir, həqiqəti əks etdirmir, eləcə də təqsirləndirilən şəxsin lehinə olmaqla və onun cinayət məsuliyyətindən yayınmasına xidmət etməklə işin faktiki hallarına uyğun gəlmir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 2 qramdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin ümumi təmiz çəkisi 318,665 qram olmaqla külli miqdar təşkil edir. Yuxarıda sadalanlara əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin ümumi təmiz çəkisinin külli miqdar təşkil etməsi, yəni xeyli miqdarın yuxarı həddindən 159 dəfə (318:2=159) çox olması, həmçinin şəxsi axtarış zamanı üzərindən narkotik vasitə heroinin aşkar edilməsinə baxmayaraq, təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əzab çəkməməsi faktları sonuncunun mənfəət əldə etmək üçün qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda narkotik vasitə heroini ayrı-ayrı şəxslərə satış məqsədilə əldə etməsini tam olaraq sübuta yetirir. Bununla da, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəllənin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Hazırkı işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs 18 iyul 2022-ci il tarixdən 18 noyabr 2022-ci il tarixədək, yəni 04 (dörd) ay davamlı olaraq həbsdə saxlanılmış, 18 noyabr 2022-ci il tarixdə isə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, həbsdən azad olunmuşdur. Məhkəmə tərkibi hesab edir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 18 iyul 2022-ci il tarixdən 18 noyabr 2022-ci il tarixədək, yəni 04 (dörd) ay həbsdə saxlanılması müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablamaqla Təqsirləndirilən şəxs təyin olunacaq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmalı, onun üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə hökmün çıxarıldığı gündən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən dövlət hesabına həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Cinayət-Prosessual Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 93 (doxsan üç) iş saatı (82 iş saat xx.xx.2025-ci il tarixədək, 11 iş saatı isə həmin tarixdən hökm çıxarılan günədək) həcmində pulsuz hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 613 (altı yüz on üç) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlanma anbarına saxlanca verilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 318,465 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, o, məhkəmə iclası zalında həbs edilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 1117 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 iyul 2022-ci il tarixdən 18 noyabr 2022-ci il tarixədək, yəni 04 (dörd) ay həbsdə saxlanılması müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablamaqla ona təyin olunmuş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 06 (altı) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı gündən, yəni 08 iyul 2025-ci il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 613 (altı yüz on üç) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlanma anbarına saxlanca verilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 318,465 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. Şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-55/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-55/2025
08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver