Məhkəmə qərarları › İş №1(100)-553/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-553/2024

26.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-553/2024 26.11.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər X4 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X14 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağir cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi - X3 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.2006-cı il tarixdə Qazax rayonunda anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, natamam orta-ixtisas təhsilli, Qazax Dövlət Sosial-İqtisadi Kollecin əyani şöbəsinin “Maliyyə işi” ixtisasının İİİ-cü kurs tələbəsi, əvvəllər məhkum olunmamış, Qazax rayonu, Çaylı kəndində qeydiyyatda olmaqla, Qazax şəhəri, Ə.Şıxlinski küçəsi, ev 35-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı dövrdə xx.xx.2008-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ilə aralarında telefon yazışması zamanı yaranmış söz mübahisəsi ilə əlaqədar 20 oktyabr 2023-cü il tarixdə saat 16 radələrində Ağstafa çayının Qazax şəhəri, Nəriman Nərimanov küçəsindən keçən hissəsinin sağ sahilində görüşərkən şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı istintaqa məlum olmayan mənbədən əldə edərək üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik məişət təyinatlı qatlanan tipli cib bıçağı ilə Zərərçəkmiş şəxs çənə və sağ qol nahiyəsinə zərbə vurub sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid çənaltı nahiyənin və sağ bazunun yuxarı 1/3-in bayır səthinin kəsilmiş-deşilmiş yaralarını yetirdikdən sonra cinayət əməlinə davam edərək həmin bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsinə də bir dəfə zərbə vuraraq sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid qarının aşağı şöbəsinin sağ yan hissəsinin daxilə sirayət edən, piyliyin və yoğun bağırsağın (çəmbər bağırsağın) zədələnməsi ilə müşayiət olunan kəsilmişdeşilmiş yarası xəsarətini yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, dəqiq tarixini xatırlamadığı gündə oxuduğu Qazax Dövlət Sosial-İqtisadi kollecində dərsdə olarkən qrup yoldaşından kimsə Zərərçəkmiş şəxs onunla danışmaq istədiyini demiş, o da dərsdən sonra sonuncu ilə görüşəcəyini və heç bir problem olmadığını bildirib nə məsələ olduğunu soruşmuşdur. Qrup yoldaşı isə “görüşəndə bilərsən” demişdir. O, dərsdən sonra kollecin qarşısında yerləşən “Dədə Qorqud” parkına getmiş və orada Rəvanla salamlaşıb görüşmüşdür. Sonuncu ona sinfə daxil olarkən qrup yoldaşı Nəzrinə baxıb başını hərlədiyini demiş, o isə bunun həqiqət olmadığını və həmin hərəkəti etsə belə Nəzrin barəsində hər hansı bir mənfi fikirdə olmadığını demişdir. Rəvan ona söhbət etmək üçün “Dədə Qorqud” parkının arxasına keçməyi demiş, lakin o, ehtiyac olmadığını bildirərək bundan yayınmağa çalışmışdır. Daha sonra o, mübahisədən yayınmaq üçün sonuncudan qorxduğu təəssüratını yaratmışdır. Rəvan da onu çöldə görərkən çiyin atmışdır. Bu hadisələrdən sonra sinifdə olarkən Amin adlı qrup yoldaşı yanına gələrək Rəvanla aralarındakı məsələnin nə olduğunu soruşub barəsində mənfi söhbətlərin danışıldığını demişdir. O, nə söhbətlər olduğunu soruşduqda Amin qrup yoldaşı Nəzrinin, sevgilisi Rəvanın onu parkın arxasına apardığını və onun Rəvandan qorxduğunu dediyini bildirmişdir. O isə Aminə bu söhbətlərin yalan olduğunu və Rəvandan qorxmadığını demişdir. Bundan sonra o, Rəvanın mobil nömrəsini tapmış və sonuncuya mesaj yazaraq nə üçün aralarında olan söhbəti başqa şəxslərə danışdığını soruşmuş, alınırsa da bu məsələnin Diaqnostika Xəstəxanasının arxasında görüşüb aydınlaşdırmağı demişdir. Rəvan da razı olmadığı üçün aralarında mübahisə yaranmışdır. Rəvan ona “uşaq” demiş, o isə sonuncuya “utanmırsan, səndən yaşca böyüyəm mənə uşaq deyirsən, mənimlə bu tərzdə danışmağın doğru deyil” demişdir. Daha sonra Rəvan hazırda məşğul olduğunu və sabah görüşə biləcəyini demiş, o da razılaşmışdır. Ertəsi gün, yəni xx.xx.2023-cü il tarixdə dərsə getmişdir. O, Rəvanın uşaqların içərisində onu vurmasından və bıçağı göstərəndə qorxacağını düşünüb üzərində bıçaq götürmüşdür. O, dərsdən çıxanda tanışı Muradla qarşılaşmış, sonuncu ona Rəvanla aralarında olan məsələni eşitdiyini və onunla gəlmək istədiyini demişdir. O da sonuncu ilə razılaşmış, Murad fiziki cəhətdən güclü və idmançı olmuş, ona narahat olmamağını, dalaşmağa imkan verməyəcəyini və məsələni qaydasına qoyacağını demişdir. O, Muradla birlikdə “Qazax- Ağstafa” marşrutu ilə Qazax şəhər avtovağzalına getmiş, oradan da piyada Ağstafa çayının Qazax şəhərindən keçən hissəsinin sahilinə getmişdir. O, ilk olaraq qrup yoldaşı Elçinlə qarşılaşmış və sonuncudan Rəvanın gəlib-gəlmədiyini soruşmuşdur. Elçin də Rəvanın gəldiyini demişdir. Bu zaman o, Rəvanın yanında tanımadığı bir neçə uşaqla parkdan gəldiyini görmüşdür. Onlar hadisə yerində görüşmüşlər. Rəvan ona ikilikdə kənara çəkilib söhbət etməsini təklif etmiş, o da buna razı olmamış və mübahisə etməkdən yayınmağa çalışmışdır. Həmin vaxtı onlar əlbəyaxa olmuş və Rəvan onu vurmağa başlamışdır. O da cibindəki bıçağı çıxardaraq sonuncunu qorxutmağa çalışıb “gəlməyin” demiş, lakin Rəvan üzərinə gələrək onu altına almışdır. O da əlində bıçaq olduğunu unutmuş və özünü müdafiə etmək üçün Rəvana yumruqla vurmuşdur. Bundan sonra Rəvanın qarnından qan axdığını görmüş və qorxmuşdur. Rəvandan üzr istəmiş və peşman olduğunu demişdir. Daha sona sonuncunun əlindən tutub Diaqnostika Xəstəxanasına aparmış, lakin orada dayanan mühafizəçi həkim olmadığını dediyi üçün Rəvanı taksi ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Bir qədər sonra polis əməkdaşları gəlmiş və o, sonunculara baş verənləri danışmışdır. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxsla ilk dəfə sözlü mübahisə etmiş, sonuncu ondan fiziki cəhətdən güclü olduğu üçün də o, qorxmuşdur. O, bıçağı Rəvanın onu döyməməsi və bıçağı gördükdə qorxması üçün üzərində götürmüş, lakin sonuncu bıçağı görüb qorxmamışdır. Rəvan onu yumruqla vurduqdan sonra o, bıçağı çıxartmış və arxa-arxaya gedərək sonuncuya gəlməməsini və vuracağını demişdir. O, Qazax şəhər avtovağzalında düşəndə Muradla qarşılaşmış, sonuncu həmin vaxt Rəvanla olan söhbət barədə məlumatı olduğunu, narahat olmamasını və söhbəti bağlayacağını demiş, o da razılaşmışdır. Rəvan hadisə yerinə Elçin, Ömər, Yasin və digər tanımadığı şəxslərlə gəlmişdir. O, Rəvanla dalaşan vaxtı digər şəxslər onlardan xeyli aralıda dayanmış, Rəvanla davaları heç 1 dəqiqə çəkməmiş, dalaşıb özləri də ayrılmışlar. O, digər şəxslərin Rəvanla nə üçün gəldiklərini bilməmişdir. Rəvanla onun arasında olan davaya kənardakı şəxslərdən heç kim müdaxilə etməmiş, sadəcə onları ayırmağa çalışmışlar. Mübahisə zamanı Rəvan onun başını öz qolunun altına salmış, o da əlində bıçaq olduğunu unudaraq sonuncuya yumruq vurmuş və geriyə doğru getdikdə ayağı dolaşıb yerə yıxılmışdır. Bu zaman üstünün qan olduğunu görmüş, bıçağı əlindən atmış və Rəvanın üzərinə gedib nə olduğunu soruşmuşdur. Rəvana neçə bıçaq zərbəsi vurduğunu xatırlamamış, o, yumruq atdığını düşünmüş, əlində bıçaq olduğunu gördükdən sonra yerə atıb Rəvana yaxınlaşmış, peşman olduğunu demiş və bağışlamasını xahiş etmişdir. O, pul tapıb taksi çağırmış və Rəvanı taksi ilə xəstəxanaya aparmış, avtomobildə o, Rəvan, Ömər və Yasin olmuşdur. O, Rəvanı xəstəxanaya apardıqdan sonra polis şöbəsinə gedib könüllü təslim olmaq istəmiş, lakin polis əməkdaşları xəstəxanaya gəlib nə baş verdiyini soruşmuş, o da adam bıçaqladığını demişdir. Həmin ana qədər o, heç kəsə hadisə törətdiyini deməmişdir. Birinci dəfə Rəvan onunla söhbət edən zaman əl-qolla danışmış və onu söhbət etmək üçün parkın arxasına aparmaq istəmiş, lakin o, qorxduğu üçün getməmiş, ondan aralanıb getməsi üçün sonuncu ilə sakit danışmışdır. Hadisə günü Rəvanla o, digər şəxslərdən bir qədər kənarda söhbət etmişlər, Rəvanla birlikdə gəlmiş uşaqlardan heç biri onu vurmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun qismən etirafı ilə yanaşı məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Qazax Dövlət Sosial-İqtisadi Kollecində oxuyan və Abbasqulunun qrup yoldaşı olan Nəzrin adlı qızla aralarında sevgi münasibəti olmuşdur. O, Abbasqulunun Nəzrin ilə zarafatlar etdiyini eşitmiş və buna görə Abbasqulunun qrup yoldaşı Elçinə Abbasqulu ilə söhbət etmək istədiyini demişdir. Həmin gün kollecin qarşısında Abbasqulu ilə qarşılaşmış və “Dədə Qorqud” parkına gedib söhbət etmək istədiyini demişdir. Sonuncu isə onunla razılaşmamış və olduğu yerdə söhbət etməyi demişdir. O, Abbasquludan Nəzrin barəsində xoşagəlməz sözlər deyib-deməməsini soruşmuş, lakin sonuncu Nəzrin barəsində xoşagəlməz söz demədiyinə and içmişdir. Bundan sonra o, Abbasqulunun yanından getmişdir. xx.xx.2023-cü il tarixdə Abbasqulu ona mesaj yazaraq ikisinin arasında olan söhbəti digər şəxslərə deyib-demədiyini soruşmuşdur. O da sonuncuya “nə deyirsən ə körpə?” deyə mesaj yazmışdır. Abbasqulu da “körpə sənsən, özündən böyüyə körpə deməyə utanmırsan” deyə yazmışdır. O isə Abbasquluya sabah görüşmək barədə mesaj yazmış, sonuncu da üz-üzə söhbət etməyi təklif etmiş, o da razılaşmışdır. Abbasquluya “saat beşdə Diaqnostikanın arxasında görüşərik” yazmış, sonuncu da gələcəyini demişdir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində qohumu Yasin və dostu Ömər ilə birlikdə Qazax şəhərindəki H.Əliyev adına parka getmişdir. Onlar orada olan zaman Elçin adlı dostu da gəlmişdir. O, Yasin, Elçin və Ömər ilə birlikdə Ağstafa çayının sahilinə getmişlər və Abbasqulu ilə görüşmüşlər. Görüş zamanı söhbət etmək üçün o, Abbasqulu ilə birlikdə kənara keçmişdir. İkilikdə söhbət edən zaman o, Abbasqulunun burnuna bir dəfə yumruq vurmuş, sonuncu bıçaq çıxartmış, o isə yenə Abbasqulunun üzərinə gedərək sonuncunu vurmuşdur. Abbasqulu isə əlində olan bıçaqla onun çiyninə vurmuşdur. Bıçaq həm də çənəsinin alt hissəsinə dəymişdir. Daha sonra Abbasqulu bıçaqla bir dəfə onun qarnına vurmuşdur. Hadisədən sonra onu Qazax Rayon Müalicə Diaqnostika Mərkəzinə aparmışlar, lakin orada qapıda duran bir nəfər hazırda həkim olmadığını dediyi üçün uşaqlar taksi çağırıb onu Qazax Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, Abbasqulu ilə aralarında yaranmış mübahisə zamanı birinci o, sonuncunu yumruqla vurmuş, lakin neçə dəfə vurduğunu xatırlamamışdır. Hadisədən sonra Abbasqulu onu xəstəxanaya aparmışdır. O, Abbasqulu ilə barışmış, sonuncudan heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam olaraq ödənilmiş, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xatırladığı qədəri ilə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında mübahisə baş vermişdir. Sonuncular aralarında olan mübahisəni aydınlaşdırmaq üçün Qazax şəhərində Diaqnostika Xəstəxanasının arxasında görüşmüşlər. Baş verənlərin hamısı ani bir anda olmuşdur. O, Abbasqulunun əlində bıçaq görməmiş, əgər görsə idi hadisənin baş verməsinə mane olardı. Bir anda Rəvan və Abbasqulu əlbəyaxa olmuş və bıçaq Rəvana dəymişdir. O, sadəcə Abbasqulunun “kaş vurmazdım” dediyini eşitmişdir. Bundan sonra Rəvanın qan itirdiyini görüb Abbasqulu ilə birlikdə Rəvanı ilk əvvəl Diaqnostika Xəstəxanasına aparmışlar, lakin orada həkim olmamışdır. Ona görə də taksi çağıraraq Rəvanı Qazax Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Abbasqulu da həmin vaxt onlarla getmişdir. Bir qədər sonra polis əməkdaşları xəstəxanaya gəlmiş və Abbasqulu özü Rəvanı bıçaqladığını polislərə demişdir. İfadəsinin davamı olaraq Şahid2 bildirmişdir ki, o, Rəvanla Abbasqulunun mübahisələrinin səbəbini bilməmiş, Abbasqulu ilə Rəvanın görüşərək mübahisəni aydınlaşdıracağını eşidib Rəvana zəng etmiş, lakin sonuncu ona gəlməməyini, özünün məsələni həll edəcəyini demişdir. O da razılaşmayaraq Rəvanla getmişdir. Hadisə vaxtı Rəvanla Abbasqulu onlardan bir qədər aralıda söhbət etmişlər, o, Rəvanın Abbasqulunu vurmasını görməmiş, onlar sadəcə Rəvanla Abbasqulunu ayırmağa cəhd etmiş, lakin artıq gec olmuşdur. Rəvanla Abbasqulu mübahisə edərkən kənardakı şəxslərdən heç biri sonuncularla dalaşmamışdır. Şahid2 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Şahid2 həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qohumu olmuş və aralarında dostluq münasibəti olmuşdur. Təqsirləndirilən şəxs ilə eyni Kollecdə təhsil almış, sonuncunu bir kollec tələbəsi kimi tanımış, heç bir münasibəti olmamış, aralarında heç bir ədavət də olmamışdır. xx.xx.2023cü il tarixdə saat 12:30 radələrində kollecdə olan zaman təsadüfən Abbasqulunun kiməsə Rəvanla söhbəti olduğunu dediyini eşidib sonuncuya mobil telefonu ilə zəng edərək nə məsələ olduğunu soruşmuş, Rəvan da Abbasqulunun telefonda onunla yekə-yekə danışdığını, bu səbəbdən də səhəri gün sonuncunu döyəcəyini demişdir. O da Rəvana Abbasqulunun yaxşı insan olmadığını və üzərində bıçaq ola biləcəyini demiş, hətta lazımdırsa yerinə üzr istəməyə hazır olduğunu da bildirmişdir. Rəvan isə onunla razılaşmamış və söhbət edəcəyini demişdir. O da uzaq durmasını və Abbasqulunun ailəsini fikirləşməyən oğlan olmasını demişdir. Bir qədər sonra Kollecdə digər bir dostu Muradla qarşılaşmış, söhbət zamanı Abbasqulu ilə qohumunun söhbəti düşdüyünü demiş və dava-dalaş istəmədiyini, mehribançılıq istədiyini bildirmişdir. Murad da ona narahat olmamağını, o ordadırsa heç nə olmayacağını demişdir. Bundan sonra o, dərsə getmiş, dərsdən sonra da çıxıb evə getmişdir. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Rəvana zəng edərək harada olduğunu soruşanda sonuncu Qazax şəhərində yerləşən “Leon” adlı çayxanada olduğunu deyib onu da oraya çağırmışdır. O, çayxanaya girəndə Rəvanın masaların birində əyləşdiyini görüb yaxınlaşaraq həmin masada əyləşmişdir. Orada Rəvan ona Abbasqulunun “WhatsApp” mobil proqramı vasitəsi ilə nalayiq ifadələr yazdığını göstərmişdir. O isə buna baxmayaraq Rəvana Abbasqulu ilə görüşməməsini məsləhət görmüş, lakin Rəvan ona qulaq asmamışdır. Sonra onlar birlikdə Qazax şəhərində yerləşən H.Əliyev adına istirahət parkına getmişlər və parkda skamyaların birində oturub söhbət etməyə başlamışlar. Orada olan zaman Rəvanın dostu Zaurun oğlu Elçin də oraya gəlib çıxmışdır. Sonuncu söhbət olacağını bilmişdir. Parkda olan zaman saat təxminən 16 radələrində Abbasqulu ilə Muradın “Ağstafa” çayının kənarına gəldiklərini görmüşlər və həmin yerə doğru getməyə başlamışlar. Sonuncuların yanlarına çatanda hər ikisi ilə görüşmüşdür. O da oraya çatanda Abbasqulunun əlinin cibində olduğunu görərək əlində bıçaq saxladığından şübhələnib Rəvana işarə vermiş ki, ehtiyatlı olsun. Bundan sonra Abbasqulu Rəvanla yaxınlıqda olan balaca təpənin üzərinə çıxıb söhbət etməyə başlamışlar. O da yaxın məsafədə dayanaraq Muradla söhbət etməyə başlamış, Muradın arxası, onun isə üzü Abbasqulu tərəfə olmuşdur. Həmin vaxt Abbasqulunun əlində qara rəngli qatlanan bıçaq tutduğunu görmüş, Murada bu barədə işarə versə də sonuncu başa düşməmişdir. Rəvan söhbət zamanı Abbasquluya “nə boz-boz mesajlar yazırdın, həmin sözləri üzümə deyə bilərsənmi” demiş, Abbasqulu da “niyə demirəm, belə də deyərəm” demişdir. Bu sözdən sonra Rəvan Abbasqulunu vurmuş, həmin vaxt Abbasqulu Rəvanı itələmiş və sonuncu arxası üstə yerə yıxılmışdır. O, Abbasqulunun Rəvanı bıçaqla vurduğunu düşünərək özünü itirmiş, Murad da sonuncuların aralarına girərək hər ikisinə irad bildirib aralamışdır. Həmin vaxt Ömər adlı dostu da necə oldusa oraya gəlmiş və onunla birlikdə sonuncuları aralamış, hər ikisi sakitləşmişlər və yenidən söhbət etməyə başlamışlar. O da Muradla normal söhbətinə davam eləmişdir. Bu zaman Abbasqulu ilə Rəvanın arasında yenidən mübahisə düşmüş və sonuncular dalaşmışlar. Həmin vaxt Rəvanın qolundan qan axdığını görmüş, yaxınlaşıb qolundan tutanda qarnı açılmış və qarnından da qan axdığını görmüşdür. Bundan sonra birlikdə Rəvanı yaxınlıqda olan Qazax Rayon Müalicə Diaqnostika Mərkəzinə aparmışlar, orada qapıda duran bir nəfər hazırda həkim olmadığını bildirmişdir. Diaqnostika Mərkəzinə aparan zaman Abbasqulu “ay bilə vurdum girdi, məni sroka aparacaqlar” demişdir. Bundan sonra onlar “0066” taksi xidmətinə zəng edərək taksi çağırmışlar və sürücüsünü tanımadığı taksi ilə Rəvanı Qazax Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Abbasqulu Rəvana “Ağstafa” çayının Qazax şəhərindən keçən hissəsinin sahilində bıçaqla vuraraq xəsarət yetirmiş, bıçaqla xəsarət yetirən zaman yaxınlıqda yaşayış evləri olmamış, bir qədər aralıda Qazax Rayon Müalicə Diaqnostika Mərkəzinin binası yerləşmiş, digər obyektlər və başqa digər şəxslər də olmamışdır. Hadisə vaxtı o, Murad və sonradan gələn Ömər orada olmuş, kənarda başqa heç kim olmamışdır. O, bıçağı Abbasqulunun əlində görmüş, qara rəngli çox da böyük olmayan qatlanan bıçaq olmuşdur. Nəzrin adlı qızı tanımış, sonuncu kollecdə oxumuş və onunla heç bir münasibəti olmamış, Nəzrinin Rəvanla münasibətinin olduğu barədə məlumatı olmuş, ancaq münasibətlərinin hansı formada olduğunu bilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Şahid2 bildirmişdir ki, hadisəni ifadəsi elan edildikdən sonra xatırlamış, orada yazılanlar düz olmuş, o, ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X1 Yasin Rüfət oğlu ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisə günü Rəvan və Yasinlə parkda oturmuşdular. Rəvan Abbasqulu ilə söhbət edəcəyini demişdir. Onlar da Rəvanla getmişlər və kənarda dayanmışlar. X7 xeyli aralıda dayanmışlar. Bir qədər sonra sonuncular arasında tutaşma olmuş, həmin vaxtı da Abbasqulu Rəvana bıçaqla xəsarət yetirmiş, lakin o, bunu görməmişdir. Bundan sonra digər uşaqlar Rəvanı xəstəxanaya aparmışdır. İfadəsinin davamı olaraq Şahid3 bildirmişdir ki, o, hadisə yerinə Rəvanla getmiş, hadisə yerinə onu Rəvan çağırmamış, onlar bir qədər əvvəl parkda oturmuşlar. Hadisənin üzərindən xeyli vaxt keçdiyi üçün Abbasqulunun hadisə yerinə gələrkən tək olubolmamasını xatırlamamışdır. O, Abbasqulunu döymək üçün yox, sadəcə söhbətlərinə kənardan baxmaq üçün Rəvanla birlikdə getmişdir. Rəvan və Abbasqulu sadəcə söhbət etdikləri üçün o, sonuncuları ayırmamışdır. Şahid3 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Şahid3 həmin ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 16 radələrində dərsdən çıxmış, bu vaxt onunla eyni kollecdə paralel oxuyan xalası oğlu Yasin telefonla zəng vuraraq Rəvanla birlikdə Qazax şəhərində yerləşən H.Əliyev adına istirahət parkında olduğunu demiş və oraya gəlməyini istəmişdir. O da razılaşaraq marşruta minərək Qazax şəhər avtovağzalına gəlmiş, marşrutdan düşərək piyada parkın arxa hissəsində parka bitişik ərazidə yerləşən “Turan Oil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Abbasqulu və yanında tanımadığı bir nəfərlə qarşılaşmışdır. Abbasqulu ilə salamlaşanda sonuncudan Rəvanı soruşmuş, o da “Rəvangil parkda oturublar” demişdir. Abbasqulu da özünün işi olduğunu və özü danışacağını demişdir. Bundan sonra parkın içərisinə daxil olaraq Rəvangilin yanına getmişdir. Yanlarına çatanda Rəvanla Yasinin ona tərəf gəldiklərini görmüş, hara getdiklərini soruşduqda sonuncular “Ağstafa” çayının digər sahilinə keçdiklərini demişlər. O da Abbasqulu ilə nə isə problemlərinin olduğunu fikirləşərək bir qədər aralı sonuncuların arxalarınca getmişdir. Kənardan Abbasqulu ilə yanında olan oğlanın çayın sahilində dayandıqlarını görmüşdür. Rǝvangil yanlarına çatdıqdan bir neçə dəqiqə sonra xeyli aralıdan Abbasqulu ilə Rəvanın dalaşdığını görmüşdür. Bunu görən kimi aralamaq məqsədi ilə tez yanlarına getmişdir. Həmin yerə çatanda Rəvanın qolundan qan axdığını görmüşdür. X9 bıçaqla vurduğunu demiş, sonra orada olanlar Rəvanı yaxınlıqda yerləşən Qazax Rayon Müalicə Diaqnostika Mərkəzinə aparmışlar, o isə oradan çıxaraq yaşadığı evə getmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Şahid3 bildirmişdir ki, elan edilmiş ifadəsini “xalam oğlu Yasinin mənə zəng edərək Rəvanla birlikdə Qazax şəhərində yerləşən H.Əliyev adına parkda olmasını deməsi” hissəsi istisna olmaqla təsdiq etmiş, həmin ifadəsi doğru yazılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə günü Rəvan və Abbasqulu söhbət edərkən o, Elçin və Yasin Rəvangildən aralıda dayanmışlar. Bir anda Rəvan və Abbasqulu mübahisə etməyə başlamış, o, Abbasquluda bıçaq görməmiş, lakin yaxınlaşanda Rəvanın qolundan qan axdığını görmüşdür. Bundan sonra Abbasqulu peşman olduğunu demiş və Rəvanı digərləri ilə birlikdə xəstəxanaya aparmışlar. O, hadisə yerinə Rəvanla gəlsə də, sonuncu onu çağırmamış, Rəvan və Abbasqulunun nə səbəbə mübahisə etdiklərini bilməmiş, o, aralıda dayandığı üçün də Rəvanın Abbasqulunu vurmasını görməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Qazax rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 361 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki: 1) Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - çənəaltı nahiyənin, sağ bazunun yuxarı 1/3-nin bayır səthinin, qarının aşağı şöbəsinin sağ yan hissəsinin daxilə sirayət edən, piyliyin və yoğun bağırsağın (çəmbər bağırsağın) zədələnməsi ilə müşayiət olunan kəsilmiş-deşilmiş yaraları, kəsici-deşici əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər; 2) Qarının aşağı şöbəsinin sağ yan hissəsinin daxilə sirayət edən, piyliyin və yoğun bağırsağın (çəmbər bağırsağın) zədələnməsi ilə müşayiət olunan kəsilmişdeşilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir; 3) Çənəaltı nahiyənin, sağ bazunun yuxarı 1/3-nin bayır səthinin kəsilmiş-deşilmiş yaraları isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir; 4) Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin ekspertizaya təqdim olunmuş bıçaqla yetirilməsi halı inkar edilmir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Qazax rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 347 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in xx.xx.2023-cü il tarixli, 784/2023- MTBŞ nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki: 1) Zərərçəkmiş şəxs məxsus şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən qan qrupu ABO sistemi üzrə A (İİ)-dir; 2) Ekspertizaya təqdim olunmuş bıçaq, 03 ədəd daş parçaları, Zərərçəkmiş şəxs məxsus şalvar və papaqlı köynək (jaket) üzərində insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəriciləri ABO sistemi üzrə tədqiq olunduqda yalnız A antigeni alındı. Həmin qan ləkələri ABO sistemi üzrə A(İİ) qruplu bir şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in xx.xx.2023-cü il tarixli, 582/2023- MTKŞ nömrəli məhkəmə-tibbi kriminalistik ekspertizasının rəyindən görünür ki: 1) Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsində sağda 01 (bir) ədəd, sağ qolunun arxa hissəsində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədələr iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alət (alətlərin) tiyəsinin təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın və ya eyni konstruktiv xüsusiyyətə malik digər bıçaq (bıçaqların) tiyəsinin təsirindən törənməsi inkar olunmur; 2) Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik məişət təyinatlı, qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmur. Bıçağın üzərində sonradan onun təyinatını dəyişdirən heç bir əlavə və dəyişiklik edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10 X17 Regional Ambulator şöbəsinin xx.xx.2024-cü il tarixli, 184 nömrəli kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmiş, o, gördüyü hadisələri düzgün qavramaq və təsvir etmək imkanına malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməllərinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə edə bilmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi tədbirlərə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar olunmur, onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs aşağıdakı fərdi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosional halda olmuş, onun keçirdiyi həmin emosional halın yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisə ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir). İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:45-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə və tutulmuş şəxsin azad edilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Qazax RPŞ-nin MSYdən azad olunaraq barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, 20 oktyabr 2023-cü il tarixdə dava-dalaş və bıçaqlanma hadisəsi “Ağstafa” çayının Qazax şəhərindən keçən hissəsində, çayın mənbəyinə tərəf sağ istiqamətində baş vermişdir. Baxış zamanı qara rəngli bir ədəd qatlanan və üzərində qanabənzər ləkələr olan üç ədəd daş parçaları müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “paltara baxış keçirilməsi və götürülməsi barədə” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs könüllü təqdim etdiyi hadisə vaxtı əynində olmuş üzərində qanabənzər ləkələr olan qara rəngli, papaqlı uzunqol köynək və qara rəngli idman şalvar müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qazax RPŞ-nin məsul növbətçisinin xx.xx.2023-cü il tarixli raportundan görünür ki, həmin tarixdə saat 17:15-də Qazax RMX-nin Acil şöbəsinin həkimi Qazax şəhəri, N. Nərimanov qəsəbəsində yaşayan 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qarın boşluğunun, sağ kürək nahiyəsinin və çənə nahiyəsində bıçaq yarası xəsarəti ilə xəstəxanaya daxil olması barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş X2 xx.xx.2024cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanadan psixoloji qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş AZ-İİİ 613826 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı il təvəllüdlüdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qazax Dövlət Sosial-İqtisadi Kollecin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs həmin kollecin “Maliyyə işi” ixtisasının İİİ-cü kurs tələbəsidir və təhsil aldığı müddət ərzində müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qazax RİH başçısının Çaylı kənd İƏDÜN-nin xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 1984-cü il təvəllüdlü anası – X11 və 2008-ci il təvəllüdlü qardaşı X12 ilə birlikdə Qazax rayonu, Çaylı kəndində yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs valideynləri boşanmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus qara rəngli, papaqlı uzunqol köynək və qara rəngli idman şalvar, Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi 01 (bir) ədəd bıçaq və hadisə yerinə baxış zamanı götürülmüş üç ədəd daş parçası maddi sübut kimi tanınmış və saxlanılması üçün Qazax RPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi X3 ibtidai istintaq orqanına təqdim etdikləri xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmış, onlara dəymiş maddi ziyan ödənilmiş, Təqsirləndirilən şəxs şikayət və tələbləri yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi X3 məhkəmə istintaqı zamanı təqdim etdikləri xx.xx.2024-cü il tarixli ərizədən, eləcə də Zərərçəkmiş şəxs təqdim etdiyi xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmış, onlara dəymiş maddi ziyan ödənilmiş, Təqsirləndirilən şəxs şikayət və tələbləri yoxdur, sonuncu barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edirlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs ondan fiziki cəhətdən güclü olduğu üçün onu döyməsindən qorxaraq sonuncu ilə görüşə gedərkən üzərində bıçaq götürdüyünü, hadisə vaxtı Zərərçəkmiş şəxsla əlbəyaxa olduğunu və sonuncunun onu vurduğunu, daha sonra özünün cibindəki bıçağı çıxardaraq Zərərçəkmiş şəxs qorxutmağa çalışdığını, lakin sonuncunun onun üzərinə gələrək onu altına aldığını, həmin vaxtı özünün əlində bıçaq olduğunu unutduğunu və özünü müdafiə etmək üçün Zərərçəkmiş şəxs yumruqla vurduğunu, lakin sonuncunun qarnından qan axdığını görüb yumruqla deyil, Zərərçəkmiş şəxs bıçaqla vurduğunu anladığını göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin onun məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023cü, xx.xx.2023-cü və xx.xx.2024-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü, xx.xx.2023-cü və xx.xx.2024-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrində göstərmişdir ki, ................o “düzgünmü hərəkət edirsən” demiş, Rəvan da ona “telefonda yekə-yekə yazdıqların nə idi, o sözləri üzümə deyə bilərsənmi” demiş, o da “sənə nə demişdim ki telefonda” soruşmuş, Rəvan da “körpə demisən” demişdir. O “sən mənə dedin, mən də sənə demişəm, körpəsən məndən” demişdir. Bu zaman Rəvan əlinin yumruğu ilə bir dəfə burnuna vurmuş və vurmağa davam eləmişdir. O da Rəvanı vura bilməmiş, amma necə olmuşsa Rəvanın ayağı ilişmiş və yerə yıxılmış, o da burnunun ağrısından yerə çömbəlmiş, bu zaman yanında olanlar araya girərək Rəvanı yerdən qaldırmışlar. O isə qalxaraq bir qədər uzaqlaşmış, Rəvan qalxdıqdan sonra isə yanındakılardan aralanaraq onun üstünə gəlmiş, bu zaman Rəvanın boyca və cüssəcə ondan iri olduğunu görüb sonuncunun onu döyəcəyini fikirləşib əynində olan gödəkcəsinin sol yan cibində olan bıçağı çıxarmış və Rəvana nümayiş etdirərək “gəlmə, bıçağım var, vuraram” deyərək qorxutmağa çalışmışdır. Rəvan isə üzərinə gələrək yumruq və təpik zərbələri ilə onu vurmağa başlamış, o isə kənara çəkilərək qatlanan bıçağı açmış və Rəvan onu altına almaq istədikdə alt tərəfdən sonuncunun çiyninə vurmuşdur. Qeyd edilən ifadələr Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə alınmış və bütün ifadələrinin sonunda həm Təqsirləndirilən şəxs, həm də müdafiəçisi imza edərək ifadələrin doğruluğunu imzaları ilə təsdiq etmişlər. Həmçinin məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində hadisə günü görüş zamanı söhbət etmək üçün Abbasqulu ilə birlikdə kənara keçdiyini, ikilikdə söhbət edən zaman Abbasqulunun burnuna bir dəfə yumruq vurduğunu, sonuncunun bıçaq çıxartdığını, özünün isə yenə Abbasqulunun üzərinə gedərək sonuncunu vurduğunu, Abbasqulunun isə əlində olan bıçaqla onun çiyninə vurduğunu, bıçağın həm də çənəsinin alt hissəsinə dəydiyini, daha sonra Abbasqulunun bıçaqla bir dəfə onun qarnına vurduğunu göstərmişdir. O cümlədən məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində hadisə yerinə çatanda Abbasqulunun əlinin cibində olduğunu görərək əlində bıçaq saxladığından şübhələnib Rəvana ehtiyatlı olması üçün işarə verdiyini, Abbasqulu ilə Rəvan çəkilərək təpənin üzərində söhbət edən zaman Abbasqulunun əlində qara rəngli qatlanan bıçaq tutduğunu gördüyünü, Murada bu barədə işarə versə də sonuncu başa düşmədiyini, daha sonra Abbasqulu ilə Rəvanın əlbəyaxa olduqlarını, sonuncunun arxası üstə yerə yıxıldığını, Abbasqulunun Rəvanı bıçaqla vurduğunu düşünərək özünü itirdiyini, Muradın isə sonuncuların aralarına girərək hər ikisinə irad bildirib araladığını, bir qədər sonra Abbasqulu ilə Rəvanın yenidən söhbət etməyə başladıqlarını, sonuncular arasında yenidən mübahisə düşdüyünü, həmin vaxtı da Rəvanın qolundan qan axdığını görüb yaxınlaşaraq sonuncunun qolundan tutanda qarnı açıldığını və qarnından qan axdığını gördüyünü göstərmişdir. Qeyd edilən xüsusatları iş üzrə şahid qismində dindirilmiş X5, Şahid3 və Şahid1 da ifadələrində təsdiq etmişlər. Göründüyü kimi zərərçəkmiş Zərərçəkmiş şəxs iki yaş böyük olan təqsirləndirilən Təqsirləndirilən şəxs hadisə yerinə gedərkən zərərçəkmişin onu döyəcəyini fikirləşib üzərində planlı şəkildə bıçaq götürməsi, təqsirləndirilənin zərərçəkmişlə qarşılıqlı formada əlbəyaxa dava zamanı kənara çəkilərək üzərində saxladığı deşici-kəsici xassəyə malik qatlanan cib bıçağını çıxardıb açıq vəziyyətə gətirərək zərərçəkmişə ilk əvvəl nümayiş etdirməsi, daha sonra isə zərərçəkmişə birinci dəfə çiyin nahiyəsində vurması, ikinci dəfə isə qarın nahiyəsində vurması həm təqsirləndirilən şəxsin, həm zərərçəkmiş şəxsin, həm də şahidləri ifadələri ilə tam olaraq təsdiq olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 36.1-ci maddəsinə əsasən zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. Bu normadan göründüyü kimi şəxsin istər zəruri müdafiə vəziyyətində, istərsə də zəruri müdafiə həddini aşmaqla hərəkət etməsi barədə nəticəyə gəlmək üçün ilk növbədə onun ictimai təhlükəli qəsdən müdafiə olunan (ictimai təhlükəli qəsdən qanuni mənafeləri müdafiə edən) şəxs vəziyyətində olması, yəni müdafiə üzrə hərəkətin məhz zərurətdən irəli gəlməsi tələb olunur. Odur ki, özü-özlüyündə belə hərəkət zərurətlə şərtləndirilən hədlər aşılmayıbsa qanuni və ictimai-faydalı məzmun kəsb edən davranış olmaqla cinayət hesab edilmir, həmin hədlər aşıldıqda isə-müstəsna olaraq bu səbəbdən (digər zəruri əlamətlər də müəyyən edildikdə) cinayət məsuliyyəti yaradan, lakin xüsusi (güzəştli) münasibət tələb edən əməl kimi çıxış edir. Məhz müdafiə olunmaq zərurətindən irəli gəlmədiyi (ictimai təhlükəli qəsdi dəf etməyə yönəlmədiyi) üçün, ictimai təhlükəli qəsd mövcud olmadığı və yaxud başa çatdığı vəziyyətdə şəxsin törətdiyi hərəkət zəruri müdafiə vəziyyətində və yaxud zəruri müdafiə həddini aşmaqla törədilmiş (CM-in 36-cı maddəsinin təsiri altına düşən) əməl hesab edilmir və şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün tələb olunan digər şərtlər də mövcud olduqda, CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş (güzəştli tövsifedici əlamətə malik olmayan) cinayət kimi qiymətləndirilir. Belə olan halda məhkəmə tərkibi həm təqsirləndirilən şəxsin, həm zərərçəkmiş şəxsin, həm də şahidləri ifadələrindən, eləcə də iş materiallarında olan digər sübutlardan irəli gələn halları, yəni təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs iki yaş böyük olmasını, zahirən baxdıqda təqsirləndirilənin fiziki cəhətdən heç də zərərçəkmişdən zəif görünməməsini, təqsirləndirilənin hadisə yerinə gedərkən zərərçəkmişin onu döyəcəyini fikirləşib planlı şəkildə, yəni qabaqcadan düşüncəli hərəkət edərək üzərində bıçaq götürməsini, zərərçəkmişlə qarşılıqlı formada əlbəyaxa dava zamanı təqsirləndirilənin kənara çəkilərək, həmin müddət ərzində hadisə yerindən qaçmağa imkanı olduğu halda bunu etməyib, əksinə üzərində saxladığı deşici-kəsici xassəyə malik qatlanan cib bıçağını çıxardıb açıq vəziyyətə gətirərək zərərçəkmişə ilk əvvəl nümayiş etdirməsi, daha sonra zərərçəkmişə birinci dəfə çiyin nahiyəsində vurması, ardınca isə zərərçəkmişin aldığı birinci xəsarətdən sonra fiziki cəhətdən zəifləməsinə baxmayaraq cinayətkar niyyətini davam etdirib və buna lüzum olmadığı halda, yəni xəsarət yetirərkən artıq zərurətlə şərtləndirilməyən hərəkətlərə yol verib müdafiə etmək üçün deyil, qarşı tərəfdən əvəz çıxmaq üçün səy göstərib, eləcə də həmin vaxtı orada olan tanışlarının zərərçəkmişin onu döyməsinə imkan verməyəcəklərini düşüncəli şəkildə bildiyi halda təkrarən zərərçəkmişə ikinci dəfə qarın nahiyəsindən bıçaqla vurması təqsirləndirilənlə zərərçəkmişin qarşılıqlı dalaşma vəziyyətində olmasına dəlalət edir. Odur ki, hadisənin gedişində Təqsirləndirilən şəxs hərəkətlərinin belə məzmun alması (gedişatda özünün hücum edən tərəfə çevrilməsi) onun əməlinin zəruri müdafiə kontekstində qiymətləndirilməsini və zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma kimi CM-in 130.1-ci maddəsi ilə tövsif edilməsini istisna edir. Bununla da, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. Cinayət Məcəlləsinin 20.2-ci maddəsinə əsasən, on dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir. Hazırkı cinayət işinin materiallarından görünür ki, xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs 20 oktyabr 2023-cü il tarixdə ittiham olunduğu ağır cinayətlər təsnifatına aid əməli törədərkən onun 17 yaşı tamam olmuşdur. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 84.1 və CPM-in 428.2-ci maddələrinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Qərarın 12-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Cinayət Məcəlləsinin 86.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Məhkəmə tərkibi cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasını Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, törətdiyi əmələ görə peşmançılıq hissi keçirməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarının 2-ci bəndində göstərilmişdir ki, CM-in 59-cu maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab edildiyindən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcə də həyat və tərbiyə şəraitini, cinayətin motivini, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin hadisəyə qədər və hadisədən sonrakı münasibətlərini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasını, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasını, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb Cinayət Məcəlləsinin 60.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə Təqsirləndirilən şəxsa təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti qeyd edilən maddənin sanksiyasında göstərilən daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, həyat və tərbiyə şəraitini, cinayətin motivini, zərərçəkmiş şəxslə hadisəyə qədər və hadisədən sonrakı münasibətlərini, zərərçəkmiş şəxsin onunla barışmasını, Qazax Dövlət Sosial-İqtisadi Kollecin əyani şöbəsinin “Maliyyə işi” ixtisasının İİİ-cü kurs tələbəsi olmasını, eləcə də şəxsiyyətcə azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, həmin orqanın çağırışına vaxtında gəlmək, öz davranışı ilə islah olunduğunu sübut etmək bir vəzifə olaraq tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:45-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə isə MSY-dən azad edilərək barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində, yəni 02 (iki) gün şübhəli şəxs qismində tutulmuşdur. Bununla belə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs hökm çıxarılanadək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, ona təyin edilən cəza şərti olaraq tətbiq edildiyi üçün cəza müddətinə hesablanmamalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 25 (iyirmi beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi üçün 150 (bir yüz əlli) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Qazax RPŞ-də məsul saxlanca verilmiş Zərərçəkmiş şəxs məxsus qara rəngli, papaqlı uzunqol köynək və qara rəngli idman şalvarı Zərərçəkmiş şəxs qaytarılmalı, götürülmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi 01 (bir) ədəd bıçaq və hadisə yerinə baxış zamanı götürülmüş üç ədəd daş parçası məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 03 (üç) il sınaq müddəti ilə şərti hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın Dövlət büdcəsi hesabından Müdafiəçi 150 (bir yüz əlli) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Qazax RPŞ-də məsul saxlanca verilmiş Zərərçəkmiş şəxs məxsus qara rəngli, papaqlı uzunqol köynək və qara rəngli idman şalvarı Zərərçəkmiş şəxs qaytarılsın, götürülmədikdə məhv edilsin. Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi 01 (bir) ədəd bıçaq və hadisə yerinə baxış zamanı götürülmüş üç ədəd daş parçası məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar