Məhkəmə qərarları › İş №1(100)-553/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-553/2025

17.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-553/2025 17.03.2026 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Müslümov Bəhruz Firizman oğlu (sədrlik edən), hakimlər İmanov Dadaş Hüseyn oğlu və X11 ibarət tərkibdə, məhkəmə iclas katibi Alıyev İlkin Zəki oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında xx.xx.1976-cı ildə Qazax rayonu, Qıraq Kəsəmən kəndində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işsiz, Ağstafa rayonu, Qıraq Kəsəmən kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə m ü ə y y ə n e t d i: xx.xx.1976-cı il təvəllüdlü Tatarov X19 rayonu Ceyrançöl ot-qışlaq sahəsinin Ağstafa rayonu ərazisindən keçən hissəsində yerləşən Şahid2 məxsus fermada 2023-cü ilin sentyabr ayından 2024-cü ilin sentyabr ayınadək çoban kimi işlədiyi vaxt həmin fermada yaşayan xx.xx.1991-ci il təvəllüdlü, məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən əqli geriliklə əlaqədar öz hərəkətlərinin mənasını və ona qarşı törədilənləri dərk etmək və onları şüurlu idarə etmək, həmçinin psixi vəziyyəti ilə əlaqədar olaraq baş verənlərlə bağlı ifadə verə bilmək iqtidarında olmayan, “ağır dərəcəli əqli gerilik” xəstəliyindən əziyyət çəkən Zərərçəkmiş şəxs zorlamaq qərarına gəlmiş, öz cinsi ehtirasını təmin etmək məqsədilə 2023-cü ilin oktyabr ayından 2024-cü ilin sentyabr ayınadək olan müddətdə Zərərçəkmiş şəxs əqli və psixi inkişafına görə hadisə zamanı onunla edilən hərəkətlərin mənasını və xarakterini anlamadığını əvvəlcədən dərk edərək köməksiz vəziyyətindən istifadə etməklə istintaqla müəyyən edilməyən gündə və saatda Şahid2 məxsus fermanın həyətindəki evdə Zərərçəkmiş şəxs ilə dəfələrlə təbii yolla cinsi əlaqədə olub sonuncunun qızlıq pərdəsinin anatomik tamlığını pozaraq təkrarən zorlarmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.5-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, başqa yerlərdə də çobanıq etmiş, 300 manat əmək haqqı qarşılığında Ramiz adlı sahibkarın onu çoban kimi işləmək üçün çağırmasını bildirmiş, əmək haqqından əlavə də sahibkarın ona keçi və qoyun veriləcəyini demişdir. O, yataqdada evləndiyi Ramilə adlı şəxs ilə və həmin qızın anası, atası ilə birlikdə qaldıqlarını demişdir. Eləcə də, 1 il müddətində həmin yataqda qalmış və daha sonra getmək istəmişdir. Getmək istəməsinə əsas səbəbin isə ona sahibkar Ramiz tərəfindən ilk növbədə yalan danışılması ilə əlaqədar olmasını bildirmiş və Ramiləni də götürüb aparmaq istəmişdir. Ramilə isə evlənmək məsələsini uzadaraq onu orada saxlamışdır. Ramilənin qoçaqlığı onun xoşuna gəlmiş və onunla ailə qurmaq istəmişdir. 1-2 günlük evinə gedən zaman çobanlığı Ramilə etmiş, Ramilə ilə bir-birlərini sevdiklərini bildirmiş, Ramilənin anasının onların münasibətindən xəbəri olduğunu qeyd etmişdir. Ramilənin sahibkar Ramiz Allahquliyevin əmisi qızı olmasını bildirmiş, Ramilənin, Ramilənin anasının Ramizdən və Ramizin anasından qorxduğunu demiş, eləcə də günlərin birində Ramizi gözləyən zaman yatıb qalmış, Ramilə isə gələrək onun yanında uzanmışdır. O, Ramiz orada olan zaman Ramiləni yanına qoymamış, lakin o yatan zaman Ramilə yanına gəlmişdir. O, Ramilə ilə ailə qurmaq istədiyini Ramizə demiş, lakin Ramiz razı olmamışdır. Ramiz, Ramilə və onun birlikdə olduğunu gördükdən sonra o Ramizə evləndiklərini demişdir. Qız onunla birlikdə olmağa etiraz etməmişdir. O, bir il fermada işləmiş, onu həmin fermaya Ramiz aparmışdır. Həmin fermada o, Ramilə və Ramilənin valideynləri yaşamışdır. Həmin fermada olan iki otaqdan birində o və Ramilə, digər otaqda isə Ramilənin ata və anası qalmışdır. O işlədiyi bir ay müddətdən sonra Ramilə ilə eyni otaqda qalmışdır. O, Ramilənin atasının danışa bilmədiyini, anasınında eşidə bilmədiyini qeyd etmişdir. O və Ramilə birlikdə qalmaq üçün razılaşmış, Ramilənin ailəsinə isə evləndiklərini demişdir. O, Ramilənin danışa bildiyini, lakin qüsurlu olduğunu qeyd etmişdir. Onların evli olmaqları 2 ay çəkmişdir. Evlənməmişdən qabaq o, Ramizə xəbər etmişdir. O saxlanılana qədər Ramilə ilə mütamədi olaraq cinsi əlaqədə olduqlarını və Ramilənin etiraz etmədiyini demişdir. Üzləşdirmə zamanı Ramilə öz xoşu ilə onunla əlaqədə olduğunu bildirmişdir. Ramiz Allahquliyev onula heyvan məsələsinə görə mübahisə etmiş, heyvanlarından ikisinin olmadığını ona demişdir. Bu məsələdən sonra isə ondan şikayət etmişdir. O, Ramilənin ailəsi ilə probleminin olmadığını demişdir. Uşaq dünyaya gələn gün ondan şikayət etmişlər. O, Ramilə ilə 10 ay müddətində mütəmadi olaraq cinsi əlaqədə olduqlarını demişdir. O, Ramizin gəlmədiyi vaxtlarda Ramilənin özü ilə qaldığını qeyd etmişdir. O, Ramilə ilə cinsi əlaqədə olmaq üçün zor tətbiq etməmişdir. O, Ramilənin özünü hələdə sevdiyini bildirmişdir. O bu məsələnin Ramilə ilə arasında qalması ilə bağlı heç kimə heç nə deməmişdir. Ramiz fermaya gəldikdə onunla eyni otaqda qaldığı üçün Ramiləni başqa otağa göndərmişdir. Ramiz onların evli olduğunu bilmişdir. O qeyd etmişdir ki, Ramilə qüsurlu olsada qoçaqlığı onun xoşuna gəlmişdir. Ramilə ilə onun bir-birlərinə qarşı olan hissləri fermada yaranmışdır. Ramilənin anası bu məsələ ilə bağlı onlara heç nə deməmişdir. O elçi göndərmək istəyini Ramizə demiş, lakin Ramiz etiraz etmişdir. O qeyd etmişdir kİ, Ramiz Ramilə və ailəsinə maaş verməmiş və Ramiləni pulsuz işlətdiyi üçün itirmək istəməmişdir. Ramilənin hamilə olması ilə bağlı Ramizlə onun arasında heç bir danışıq olmamışdır. Ramiz ona demişdir ki: “Qoyunun balası olanda sənə verəcəm.” Lakin Ramiz sözünü tutmadığı üçün o işdən ayrılmışdır. O, işdən çıxdıqdan sonra 2 dəfə Ramilənin yanına getmişdir. O və Ramilə arasında ki münasibətdən onun ailəsinin xəbəri olmuşdur. O, Ramilənin atasının heykəl kimi olduğunu və heç nəyə reaksiya vermədiyini demişdir. Onun paltarlarımı Ramilə və Ramilənin anası yumuşdur. O, Ramilənin qız uşağı olduğunu bildirmiş, münasibət zamanı qan gəlməsini görmüşdür. O, Ramilənin anasına qızı ilə ailə qurmaq istədiyini demiş, Ramilənin anası isə razılaşaraq: “Qızımla birgə mənidə apar” demişdir. Belə ki, CPM-nin 327-ci maddəsinə əsasən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, anası Gülcamal və atası Akif ilə birlikdə Ağstafa rayonu Ceyrançöl ərazisində yerləşən əmisigilə məxsus fermanın yatağında yaşamış, əvvəllər fermada Ramiz adlı çoban işləmiş, Ramiz onlarla birlikdə yaşamış, Ramiz fermada işlədiyi müddətdə dəfələrlə onunla cinsi əlaqədə olmuş, Ramiz ona bu barədə heç kəsə heç nə deməsini söyləmiş, o, heç kəsə bu barədə heç nə deməmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Ramiz onunla cinsi əlaqədə olmaq üçün onu döyməmiş, ona hər hansı şəkildə zor göstərməmiş və yaxud hədələməmiş, Ramizlə cinsi əlaqədə olduğunu anası Gülcamal, əmisi oğlu Ramiz və yaxud hər hansı şəxs bilməmiş, Ramizdən başqa heç kəslə cinsi əlaqədə olmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmuş və uşaq dünyaya gəldikdən sonra belə bir hadisənin baş verdiyini bilmişdir. O, Ramilənin Ceyrançöl adlanan ərazidə bibisi ilə yaşadığını qeyd etmişdir. Ramilənin uşağı dünyaya gəldikdən sonra bu məsələ ilə bağlı məlumatının olduğunu demiş, Təqsirləndirilən şəxs Ramiləni cinsi əlaqəyə məcbur edibetmədiyini bilməmişdir. İbtidai istintaq zamanı Ramilənin özü hadisəni danışmış, Ramilənin hamiləliyi kiminsə bilməsi ilə bağlı nə isə dediyini xatırlamamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla telefonda danışmış və onu fermaya çoban olaraq aparmışdır. Təqsirləndirilən şəxs işləyəndən 3-4 ay sonra ona Ramilə ilə evlənmək istədiyini demiş, o isə Ramilənin xəstə olduğunu deyərək bir daha bu söhbəti açmamasını istəmişdir. Ramiz onunla razılaşmış və heç nə deməmişdir. Daha sonra onun problemləri olmuş və uzun müddət fermaya gedə bilməmişdir. Həmin ərəfədə Ramiz onun yoxluğundan istifadə etmişdir. O arada fermaya gedib-gəlmiş, lakin Ramiləyə fikir verməmişdir. O qış aylarında Ramilənin qalın qış geyimlərində olduğunu, bu səbəbdən hamilə qalmasına dair heç nə hiss etmədiyini demişdir. Havalar isinən zaman onun baş vermiş hadisə ilə bağlı məlumatı olmuşdur. O, Ramilənin hamilə olduğunu öyrəndikdən sonra Ramiləni götürüb evə gətirmiş və anası ilə birlikdə prokurorluğa şikayət etmişdir. Bildirmişdir ki, Ramiz Ramilə ilə eyni evdə qalmamış, eləcə də Ramilə özünə baxa bilməmiş, Ramiləyə orada olanda bibisinin baxdığını demişdir. Ramilənin ata və anası ilə birlikdə qaldığını, fermada tək qalmadığını bildirmişdir. Eləcə də, fermasında çobanlıq edən Ramizin Ramiləyə və ailəsinə hədə-qorxu gələrək baş verənləri ona deməsinə icazə verməmişdir. Ramilənin hamilə olduğunu təxminən 7-8 mart tarixində bilmiş, Ramiləni onun anası və bacısı danışdırmışdır. Ramilə onlara çobanın etdiyini demiş, eləcə də Ramilə qüsurlu olduğu üçün evlənmələrinə icazə verməmişdir. Ramiz yataqda çoban olaraq işləyən zaman o daimi olaraq yataqda qalmamış, arada gedib-gəlmişdir. O qeyd etmişdir ki, Ramiz yataqdan getdikdən sonra qayıdıb gəlməmişdir. Eyni zamanda Ramizin spirtli içki qəbul edib yataqda yatdığını gördükdən sonra Ramizi işdən çıxartmış, daha sonra Ramiz geri qayıdaraq paltarlarını yığmışdır. Ramizin ona pul verməsi qarşılığında, o Ramizə heyvan verməli olduğunu demişdir. O bildirmişdir ki, Ramiz Ramilə ilə eyni otaqda qalmış, Ramiz elçi gəlməmiş, sadəcə Ramilə ilə evlənmək istədiyini demiş, o isə qüsurlu olduğunu bildirib razılaşmamışdır. Eləcə də, ibtidai istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmiş, Ramiz ona çanta vermiş, lakin çantada qadın paltarı olmamışdır. O sözü gedən çantada Ramizin özünün əşyaları olduğunu demiş, verilən çantanın Ramizin həyat yoldaşı üçün qoyulduğu ona deyilməmişdir. O, Ramiləyə paltarı özünün aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, oğlu Allahquliyev Ramiz ona zəng edərək Ramilənin vəziyyətinin pis olduğunu bildirmişdir. O isə oğlundan Ramiləni götürüb evə gətirməsini istəmiş, Ramilə evə gəldikdən sonra onun hamilə olduğunu görmüşlər. O Ramilədən bu hadisənin necə olduduğunu soruşan zaman Ramilə ağlamış, daha sonra isə çobanın etdiyini demişdir. Onun oğlu Təqsirləndirilən şəxs ilə dalaşmaq istəyən zaman o icazə verməmiş və Təqsirləndirilən şəxs şikayət etmiş, Ramilənin 34 yaşı olduğunu qeyd etmiş, eləcə də Təqsirləndirilən şəxs onların yatağında çoban işləmişdir. Ramilənin də həmin yataqda onlara kömək etdiyini bildirmiş, Ramilədən necə cinsi əlaqədə olduqlarını soruşduqda ona heç nə bilmədiyini demişdir. Ramilə ilə Təqsirləndirilən şəxs uşağını uşaq evinə qoyduqlarını bildirmiş, Ramilənin əqli geriliyinə görə uşağa baxa bilmədiyini bildirmişdir. Uşaq 1 ay Ramilənin yanında qalmış, ağlayan zaman isə Ramilə heç bir reaksiya verməmişdir. O, Ramizin bu məsələ ilə bağlı elçi göndərmədiyini demiş, Ramiləni evə oğlu gətirmişdir Qeyd etmişdir ki, oğlu Allahquliyev Ramiz 2-3 gündən bir yatağa getmiş, qaynının qızı Ramiləni qış vaxtı paltarlı görmüş və hamilə olduğunu başa düşməmişdir. Onlar Ramilənin hamilə olduğunu öyrənən zaman Ramiz artıq çoban olaraq onların yanında işləməmişdir. O bildirmişdir ki, Təqsirləndirilən şəxs çıxıb getdikdən sonra heyvanlara Allahquliyev Ramiz özü baxmışdır. Hadisə baş verən zaman o, Qazaxda yaşamış, hadisəni bildikdən sonra Təqsirləndirilən şəxs şikayət etmişdir. Təqsirləndirilən şəxs onun oğlu X17 ilə bağlı elçi gəlmək istədiyini demiş, lakin oğlu razılaşmamışdır. O, Ramilənin uşağı dünyaya gəldikdən bir ay sonra uşaq evinə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, uşaq dünyaya gəldikdən sonra baş vermiş hadisə ilə bağlı məlumatı olmuşdur. O, ailəsilə birgə başqa kəntdə yaşadığını qeyd etmiş, Ramilədən böyük olduğunu, onlara uşaqlıqdan bibisigilin baxdığını bildirmişdir. Ata və anasının əlil olduğunu demişdir. O, yatağa gec-gec getmiş, bacısını hamiləlik dövründə görmüş, lakin hamilə olduğunu anlamamışdır. Təqsirləndirilən şəxs elçiliklə bağlı ona heç nə deməmişdir. O, Ramilənin hamiləlik dövründə olduğu zaman fermaya neçə dəfə getdiyini xatırlamamışdır. Bacısı Ramilə onunla bu barədə danışmamış, uşaq olduqdan sonra onun anasına və bibisinə demişdir. O qeyd etmişdir ki, Ramiz bıçaq çıxardaraq bacısı Ramiləyə hədə-qorxu gəlmiş, anası bu məsələ ilə bağlı ona sonradan məlumat vermişdir. O bildirmişdir ki, Ramilə Təqsirləndirilən şəxs özü ilə zorla cinsi əlaqədə olduğunu demiş, Ramiləni uşaq dünyaya gəlməmişdən 3 ay qabaq görmüş, heç nə hiss etməmişdir. O, elçiliklə bağlı məsələni indi eşitmiş bu barədə bibisi ilə danışmış və bibisi şikayət etmişdir. Ramiz ona elçi gəlməklə bağlı fikrinin olduğunu deməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmiş və Ramilə sonradan da hadisə ilə bağlı heç nə deməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Ramiz çoban işləyən zaman telefonla ona zəng etmiş və evləndiyini demişdir. Lakin o, heç kimi canlı olaraq görməmişdir. Ramiz işlədiyi yerdə qızla tanış olduğunu ona bildirmişdir. O, Ramiləni telefonda görmüş, Ramizin telefonda başqa kimlə danışdığını bilməmişdir. Onun anası Ramiləyə geyim göndərmişdir. O, Ramilənin özü ilə danışmamışdır. Ramiz Ramiləni ona vermədikləri barədə heç nə deməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Ceyrançöl adlanan ərazidə çobanlq etdiyini qeyd etmişdir. O bayramda Təqsirləndirilən şəxs ilə görüntülü danışmış, Ramiz ona ailə qurduğunu demiş xanımı da özü ilə gətirəcəyini bildirmişdir. Onun nənəsi Ramizə gəlinini gətirməsini söyləmişdir. Bir müddət sonra o, Ramizlə qarşılaşmış, qızı gətirmək istədiyini, lakin ailəsinin icazə vermədiyini və özünü qovduqlarını ona demişdir. Təqsirləndirilən şəxs başqa yerdə iş axtardığını ona söyləmişdir. Bir müddət keçdikdən sonra o əmisi Təqsirləndirilən şəxs Ramilənin arxasınca gedək demiş, əmisi isə razılaşmamışdır. Daha sonra Ramiz ona zəng etmiş, uşağın dünyaya gəldiyini demiş və ondan uşağın yanına getməsini istəmişdir. O gecə saat 10-11 radələrində xəstəxanaya getmişdir. Həkim isə polisin icazəsi olmadan onlara uşağı göstərə bilməyəcəyini demişdir. O əmisi Ramiz ilə telefonda görüntülü danışarkən Ramiləni görmüşdür. O, Ramilənin az çox danışa bildiyini, lakin başa düşmədiyini bildirmişdir. O, Ramizdən Ramilənin niyə danışmadığını soruşan zaman, Ramiz ona: “Danışır siz başa düşmürsüz” demişdir. Ramiz ona zəng etdiyi zamanlarda Dağ Kəsəmən kəndində çoban olaraq işləmişdir. O xəstəxanaya bacısı ilə birlikdə getmişdir. O qeyd etmişdir ki, xəstəxanada qız tərəfdən heç kim olmamışdır. O həkimdən Ramiləni soruşmuş, həkim isə ailəsinin Ramiləni qoyub getdiklərini demişdir. Ramiz yataqda çoban işləyəndən təxminən 1 ay sonra onlar Ramizin ailə qurduğunu bilmişlər. O, Ramilənin heç bir qohumu ilə danışmamışdır. O ibtidai istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs yataqda çoban olaraq işlədiyini və orada evləndiyini bildirmişdir.Ramiz ona yataqda evləndiyini demiş, o isə Ramizdən gəlini evə gətirməsini istəmişdir.O, Ramizin əvvəl evli olmadığını qeyd etmişdir.O elçi getmədiklərini demiş, Ramiz evləndiyini dedikdən sonra qız üçün paltar göndərmişdir.O yatağa baldızının qızı ilə getmişdir.O, Ramilə ilə telefonda danışmamış,lakin qızı görmüşdür. O, Ramizdən evləndiyi qızı evlərinə gətirməyini istədikdə Ramiz gülmüş və heç nə deməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs içki düşkünü olduğu üçün bu hadisələrin baş verdiyini bidirmişdir. O qeyd etmişdir ki, Ramiz yataqda Ramilə ilə tanış olmuş, Ramilənin əmisi oğlu isə Təqsirləndirilən şəxslə prinsipə düşmüş və Ramizi tutdurmaq istəmişdir. O, Ramizin yataqda çoban olaraq işlədiyini demişdir. O, Təqsirləndirilən şəxs uşağını və Ramiləni qəbul etdiklərini qeyd etmişdir. O, Ramizin əvvəl evli olmadığını, Ramiləni görmədiklərini, ancaq Ramilə üçün paltar alıb göndərdiklərini bildirmişdir. Ramiz əvvəl elçi getmək istədiyini onlara deməmişdir. O, Ramilə ilə bir neçə dəfə telefonla danışmışdır. O, Ramiləni üzdən tanımamış, bir neçə dəfə telefonda hal-əhval tutmuşlar, lakin Ramilə onunla çox danışmamışdır. O telefon vasitəsilə 1-2 dəfə Ramilənin anası ilə danışmışdır. Onun anası Ramiləyə paltar göndərmişdir. O göndərilən paltarları Allahquliyev Ramizin götürdüyünü demişdir. Onların göndərdiyi paltarlar ancaq qadın geyimi olmuşdur. Onun qardaşı nəvələri Ramiləni görmək üçün getmişdir. O uşağın olacağını bilmiş, uşaq olacağı barədə Ramiz onlara demişdir. O uşağın şəklinə baxıb ağlamışdır. O, Allahquliyev Ramizin götürdüyünün paltar olduğunu bildiyini qeyd etmişdir. CPM-nin 327-ci maddəsinə əsasən şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Ağstafa rayonu Qıraq Kəsəmən kəndində anadan olmuş, ailə üzvləri ilə birlikdə hazırda Qazax rayonu Çaylı kəndində yaşadığını, Təqsirləndirilən şəxs anasının əmisi olduğunu, Ramizin Ağstafa rayonu Qıraq Kəsəmən kəndində yaşadığını bildirmiş, 3 il bundan qabaq ailə həyatı qurub Qazax rayonuna köçməzdən qabaq özü də ana və atası ilə birlikdə Ağstafa rayonu Qıraq Kəsəmən kəndində yaşamış, Ramizgillə qonşu olmuş, Ramizin kənddə 2 otaqı evi olmuş, Ramiz anası Şahid6 ilə birlikdə qalmış, Ramiz uzun illər məhkum olunmuş, təxminən 7-8 il əvvəl azadlığa çıxmış, Ramiz digər kəndlərə gedib çobanlıq edərək özünü dolandırmış, getdiyi kəndlərdə də fermada qalmış, buna görə onunla çox az görüşmüş, Ramiz içki içməyə meyilli olmuş, Ramiz uzun illər əvvəl, yəni 1-ci dəfə məhkum olunub azadlığa çıxdıqdan sonra ailə həyatı qurmuş, bundan az sonra yenədə azadlıqdan məhrum edildiyinə görə arvadı ilə boşanmış, həmin evliliyindən də uşağı olmamış, sonuncu dəfə azadlığa buraxıldıqdan sonra da heç kəslə ailə həyatı qurmamış, 2023-cü ilin senytabr ayının əvvəllərində Ramiz çobanlıq etmək üçün Ağstafa rayonu Ceyrançöl ərazisində yerləşən kimə məxsus olduğunu bilmədiyi bir fermaya çobanlıq etməyə getmiş, həmin fermada işlədiyi müddətdə onunla telefon vasitəsilə əlaqə saxlamış, Ramizin istifadə etdiyi ***-***-**-** nömrəsi ilə “Whatsapp” platforması üzərindən görüntülü danışmış, bir dəfə Ramiz ona görüntülü zəng edərək Ramilə adlı qızı göstərərək onunla evləndiyini, birlikdə fermada qaldıqlaıım bildirmiş, o, Ramiləni danışdırmağa başlayarkən Ramilənin dilində qüsur olduğunu, yaxşı danışa bilmədiyini hiss etmiş, Ramiz özü də ona Ramilənin yaxşı danışa bilmədiyini, lakin özünün Ramiləni başa düşdüyünü bildirmiş, Ramiz digər qohumlarına da zəng vurub Ramilə ilə evləndiyini və birlikdə fermada qaldıqlarını söyləmiş, onun və əri Şahid9 Ağstafa rayonu Ceyrançöl ərazisində yaşayan dostları olmuş, tez-tez onlara gedib-gəlmiş, Ramiz də bunu bilmiş, Ramiz yenə bir dəfə 2024-cü ilin avqust ayında ona zəng vuraraq dostları Elçingilə gələrkən anasının ona hazırladığı bağlamanı da kənddən götürüb yolüstü onun işlədiyi fermaya keçərək ona verməklərini xahiş etmiş, Ramiz anası Şahid6 onun üçün bazarlıq etdiyini, onun üçün ərzaq məhsulları, geyim və digər əşyalar alaraq bağlama hazırladığını, həmin bağlamanı ona aparmaqlarını xahiş etmiş, o, həmin vaxt Ramizdən Remilənin ona nə almağını istədiyini soruşmuş, Ramiz Ramilə üçün kökə, meyvə suyu almasını xahiş etmiş, onlar 2024-cü ilin avqust ayının 15-i Şahid6 bağlamanı götürüb Ramizin işlədiyi fermaya getmiş, fermada 2 otaqdan ibarət yataq olmuş, himin vaxt yataqda Ramiz, Ramilə, Ramilənin anası və atası olmuş, onlar içəriyə keçib təxminən 10 dəqiqə oturmuş, yataqda olduqları vaxt Ramilədə qəribəlik hiss etmiş, lakin onda ağır dərəcəli əqli gerilik olduğunu bilməmiş, Ramilə ilə bir iki kəlmə hal-əhval tutmuş, Ramiz Ramilənin dediklərini ona, onun dediklərini də Ramiləyə başa salmış, o, Ramilədən Ramizdən xoşunun gəlib-gəlmədiyini soruşmuş, Ramilə başı ilə işarə edərək ona Ramizdən xoşu gəldiyini bildirmiş, Ramilənin atasının xəstə olduğu tamamilə bəlli olmuş, ümumiyyətlə danışa bilməmiş, anası isə Ramilənin özü kimi danışmış, danışığından zorla bir-iki kəlmə başa düşülmüş, onlar oturanda Ramilənin anası Ramizi göstərərək onlara “bu mənim göyümdür” demiş, o, “göyüm” kəlməsinin kürəkənim demək olduğunu bildirmiş, o, həmin vaxt Ramizə Ramiləni götürüb kəndə evinə gətirməsini söyləmiş, Ramiz hələki fermada işlədiyini, pul qazanıb özünü dolandırdığını bildirmiş, bundan sonra onlar orada çox qalmamış, təxminən 10 dəqiqə oturmuş, hazırlaşıb çıxmış, artıq maşınlarına minərkən femanın sahibinin gəldiyini görmüş, onun da adı Ramiz olmuş, əri Tahir onunla salamlamamış və onlar maşına minib getmiş, onlar yalnız bir dəfə həmin fermada olmuş, Ramiz onlardan bağlamasının çatdırılmasını xahiş etdiyi üçün həmin fermaya getmiş, həmin vaxt da Ramiləni canlı olaraq bir dəfə görmüş, bundan sonra da bir-iki dəfə telefonla Ramizlə danışmış, o, 2024-cü ilin sentyabr ayında anasıgildən Ramizin fermadan kəndə qayıtdığı eşitmiş, Ramizin Ramiləni də özü ilə gətirib-gətirməməsini soruşmuş, onlar Ramizin tək gəldiyini söyləmiş, o, Ramizin Ramiləni niyə gətirməməsinin səbəbini bilməmiş, bu ilin mart ayında anasından Ramilənin uşaq dünyaya gətirdiyini eşitmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, ferma sahibi fermaya gələrkən ferma sahibi ilə onun və ya ərinin arasında Ramiz və Ramilə barəsində hər hansı danışıq olmamış, ferma sahibi fermaya gələrkən onlar artıq hazırlaşıb çıxmış, əri Tahirlə ferma sahibi salamlaşmış, Ramiz həmin vaxt ferma sahibinə onların qohumları olduğunu, ona bağlama gətirdiklərini bildirmiş, aralarında bundan başqa hər hansı danışıq olmamış, Təqsirləndirilən şəxs heç vaxt ferma sahibi ilə hər hansı məsələ ilə bağlı aralarında ədavət, düşmənçilik olmamışdır. CPM-nin 327-ci maddəsinə əsasən şahid qismində dindirilmiş Şahid9 ifadəsində Şahid8 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs belə bir hadisə törətdiyini bilməmişdir. Onu Ağstafa rayon prokurorluğunun əməkdaşı Mədinə xanım çağırmış və Təqsirləndirilən şəxs ilə eyni kəntdən olduğunu hadisə ilə bağlı məlumatımın olub olmadığını soruşmuşdur. O isə baş vermiş hadisə ilə bağlı heç bir məlumatının olmadığını demişdir. Mədinə xanım ona Təqsirləndirilən şəxs bir qız ilə əlaqəda olduğunu və belə bir cinayət əməli törətdiyini demişdir. Daha sonra o Təqsirləndirilən şəxs əmisi Zaura və qardaşı Əsgərə bu barədə məlumat vermişdir. Ancaq onun Ramizin kimləsə münasibətdə olduğuna dair məlumatı olmamışdır. O, Təqsirləndirilən şəxs ilə eyni kəndə yaşadıqlarını bildirmişdir. Ramiz bu məsələ ilə bağlı ona heçnə deməmişdir. Ona baş vermiş hadisə ilə bağlı məlumatı Ağstafa rayon prokurorluğunun əməkdaşı məlumat vermişdir. O ibtidai istintaq zamanı verdiyi ifadəni oxumamışdır. Ramiz ilə onun arasında hadisə ilə bağlı heç bir danışıq olmamışdır. O, Ramizi sonuncu dəfə Ağstafa rayon prokurorluğunda görmüşdür. CPM-nin 327-ci maddəsinə əsasən şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki,Qazax rayonu Qıraq Kəsəmən kəndində anadan olmuş, ailə üzvləri ilə birlikdə Ağstafa rayonu Qıraq Kəsəmən kəndində yaşadığını, Ağstafa Rayon İcra Hakimiyyəti Başçısının Qıraq Kəsəmən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində icra nümayəndəsi vəzifəsində çalışdığın: bildirmiş, Tatarov X19 rayonu Qıraq Kəsəmən kəndində qeydiyyatda olmaqla yaşamış, çobanlıqla məşğul olmuş, sərxoşluğa meyilli olmuş, uzuı illər məhkum olunmuş, təxminən 8 il əvvəl azadlığa buraxılmış, bu ilin mart ayınır ortalarında Ağstafa rayon prokurorluğundan ona zəng olunaraq Təqsirləndirilən şəxs Qıraq Kəsəmən kənd sakini olub-olmaması soruşulmuş və Təqsirləndirilən şəxs rıyon prokurorluğuna dəvət olunduğunun bildirilməsi xahiş olunmuş, o, bundan sonra Rımiz Tatarova zəng edərək rayon prokurorluğuna dəvət olunduğunu bildirmiş, Təqsirləndirilən şəxs rayon prokurorluğuna gedib-gəldikdən bir-iki gün sonra o, icra nümayəndəliyinin binasınm yaxınlığındakı mağazada onunla rastlaşmış, Təqsirləndirilən şəxs ona “Prokurorluqdan əməkdaşlar sizdən soruşsalar, deyin ki, mən evlənmişəm” deyə bildirmiş, o, Ramizdən kiminlə evləndiyini soruşmuş, Ramiz Qazax rayonu Da? Salahlı kəndindən olan Ceyrançöl ərazisindəki fermada işləyən zaman eyni yalaqda qaldıqları bir qızla evləndiyini bildirmiş, lakin həmin qızın adını deməmiş, bundan təxminən 3-4 gün sonra Təqsirləndirilən şəxs yenidən ona zəng edərək rayon prokurorluğundan kiminsə soruşduğu halda, onun evləndiyini deməsini bildirmiş, xx.xx.2025-ci il tarixdə rayon prokurorluğunun müstəntiqi tərəfindən izahatının alınması üçün dəvət olunduqdan sonra o, Təqsirləndirilən şəxs zəng edib özünün və arvadının harada olmasını soruşmuş, Təqsirləndirilən şəxs arvadının qaymatasıgildə, özünün isə evində olduğunu söyləmiş, əlavə olaraq onun artıq uşağının da dünyaya gəldiyini söyləmiş, o da Təqsirləndirilən şəxs arvadını da götürüb icra nümayəndəliyinə gəlməsini, rəsmi r ikaha girməsini və doğum şəhadətnaməsi almasını təklif etmiş, həmin vaxtdan bəri Rarıiz Tatarovu görməmiş, nə də Təqsirləndirilən şəxs onunla əlaqə saxlamamışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, mart ayının ortalarında Təqsirləndirilən şəxs rsyon prokurorluğuna dəvət olunmasının Təqsirləndirilən şəxs bildirilməsi məqsədilə rayon prokurorluğundan ona zəng olunanadək Təqsirləndirilən şəxs ailə qurması barədə heç bir məlumatı olmamış, Təqsirləndirilən şəxs özü də bu barədə ona heç nə deməmiş, Ramiz Tataıov uşağının olması barədə ona daha əvvəl hər hansı məlumat verməmiş, yalnız xx.xx.2025-ci il tarixdə telefonla danışarkən uşağının olması barədə məlumat vermişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmətibbi ekspertizasının 13 mart 2025-ci il tarixli, 83 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığı pozulmuşdur, pozulma müddət iki həftədən çoxdur, belə ki, çoxdandır. Zərərçəkmiş şəxs 33 həftə 4 günlük hamilədir. Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının15 aprel 2025-ci il tarixli, 124 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində cinsi əlaqədə olmağa maneçilik törədən heç bir əlamətlər müşahidə olunmadı. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş ambulator məhkəməpsixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 229 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Zərərçəkmiş şəxs hal-hazırda “Ağır dərəcəli əqli gerilik (İmbesillik dərəcəsində) F72” xəstəliyi aşkar edilir. Bunu işin materialları, tibbi sənədlər (erkən psixofiziki inkişafının həmyaşıdlarından geri qalması, ağıl zəifliyi ilə əlaqədar təhsil almaması, X3 F72 Ağır dərəcəli əqli gerilik diaqnozu ilə qeydiyyatda durması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən bir qədər gərgin olması, ünsiyyətə çətinliklə daxil olması, anamnestik məlumatları açıqlaya bilməməsi, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. Zərərçəkmiş şəxs hadisə zamanı öz hərəkətlərinin mənasını anlamaq, ona qarşı törədilənləri dərk etmək və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında olmamışdır. Zərərçəkmiş şəxs “ağır dərəcəli əqli gerilik” müəyyən edilir. Zərərçəkmiş şəxs müəyyən edilən əqli geriliklə əlaqədar öz hərəkətlərinin mənasını və ona qarşı törədilənləri dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. Zərərçəkmiş şəxs psixi vəziyyəti ilə əlaqədar olaraq baş verənlərlə bağlı ifadə verə bilmək iqtidarında deyil. Zərərçəkmiş şəxs “ağır dərəcəli əqli gerilik” müəyyən edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-genetik ekspertizasının xx.xx.2025-ci il tarixli 25/1163 saylı rəyindən görünür ki, təqdim edilmiş “yanaq epiteli qaşıntısı” nümunələri əsasında keçirilmiş ekspertiza nəticəsində müəyyən edilmişdir ki, X10 - 99,99% ehtimalla Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs bioloji övladıdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş ambulator məhkəməpsixiatrik ekspertizasınınxx.xx.2025-ci il tarixli 555 saylı rəyindən görünür ki, yollanılan şəxs X5 “Ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” müəyyən edilir. A.H.Allahquliyev psixi vəziyyətinə görə baş verən hadisələri düzgün qavrayıb təsvir etmək qabiliyyətinə malik deyil. Yoxlanılan şəxs X12 psixi vəziyyətinə görə baş verən hadisələr ilə bağlı ifadə verə biləcək idrak və yaddaş qabiliyyətinə malik deyil. Yoxlanılan şəxs X12 davranış pozuntuları ilə müşayiət edilən ağır dərəcəli əqli gerilikdən əziyyət çəkir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş ambulator məhkəməpsixiatrik ekspertizasınınxx.xx.2025-ci il tarixli 556 saylı rəyindən görünür ki, yoxlanılan şəxs X1 “Orta dərəcəli əqli gerilik” xəstəliyi aşkar edilir. G.M.Allahquluyeva psixi vəziyyətinə görə baş verən hadisələri düzgün qavrayıb təsvir etmək qabiliyyətinə malik deyil. Yoxlanılan şəxs X2 psixi vəziyyətinə görə baş verən hadisələr ilə bağlı verə biləcək idrak və yaddaş qabiliyyətinə malik deyil. Yoxlanılan şəxs X1 orta dərəcəli əqli gerilik müəyyən edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 671 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs gördüyü hadisələri düzgün qavramaq və təsvir etmək imkanındadır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyin dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik müəyyən edilmədiyindən onun barəsində tibbi xarakterli məcburi tədbirlərə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik müəyyən edilmir. Onun hərəkəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs başqalarının yaşantılarına laqeyd, öz maraqlarını üstün tutan, inadkar şəxsdir. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs psixiemosional vəziyyətində hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 sentyabr 2025ci il tarixli "xxxx" MMC-dən əldə olunmuş 01 ədəd CD-R Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskdə mövcud olan “Mushteri zenglerinin detallashmasi_MSİSDN_559171200” adlı 01 ədəd 829 səhifədən ibarət PDF formatlı fayla daxil olduqda xx.xx.2023-cü il saat 00:00:00 - dan xx.xx.2025-ci il saat 00:00:00-dək vaxt aralığında Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil nömrəsinin anten dairəsi məlumatlarının əks olunduğu görsənir. Həmin tarix və vaxt aralığında ilk anten məlumatı xx.xx.2024-cü il tarixdə saat 17:07:16-da Ağstafa rayonu, 20 Yanvar döngəsi, 7-ci məhəllə, İmam Əli adına Ağstafa Cümə məscidi ərazisində qeydə alınmışdır. Fayldakı məlumatlardan görsənir ki, xx.xx.2025-ci il tarixdə saat 09:21:20-də Şahid10 istifadəsində olan ********** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil nömrəsinə zəng daxil olmuşdur. Həmin zəng Ağstafa rayonu Həsənsu kəndi ərazisində qeydə alınmışdır. xx.xx.2025-ci il tarixdə saat 09:36:58-də Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil nömrədən Şahid10 istifadəsində olan ********** mobil nömrəyə zəng daxil olmuşdur. Həmin zəng Ağstafa rayonu Aşağı Kəsəmən kəndi ərazisində qeydə alınmışdır. xx.xx.2025-ci il tarixdə saat 12:39:45-də yenidən Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil nömrədən Şahid10 istifadəsində olan ********** mobil nömrəyə zəng daxil olmuşdur. Həmin zəng Ağstafa rayonu Köçəsgər kəndi ərazisində qeydə alınmışdır. xx.xx.2025-ci il tarixdə saat 09:31:43-də Şahid10 istifadəsində olan ********** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil nömrəyə zəng daxil olmuşdur. Həmin zəng Ağstafa rayonu Poylu kəndi ərazisində qeydə alınmışdır. Fayla baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən digər hər hansı hal və məlumat müəyyən edilmədi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 sentyabr 2025-ci il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, hadisə yeri Ağstafa rayonu Ceyrançöl ot-qışlaq sahəsinin Ağstafa rayonunun ərazisindən keçən hissəsində yerləşən Şahid2 məxsus fermanın həyətindəki 2 otaqdan ibarət evdir. Ferma boşluq və çöllük ərazidə yerləşir. Qonşuluqda hər hansı ev və yaxud tikili yoxdur. Evin sağ tərəfində heyvanların saxlanılması üçün mişar aşkarında inşa edilmiş tövlə yerləşir. Şübhəli şəxs Təqsirləndirilən şəxs “Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olduğunuz yeri göstərə bilərsinizmi?” sual verildikdə Təqsirləndirilən şəxs “bəli, göstərə bilərəm” deyərək fermanın həyətindəki 2 otaqdan ibarət mişar daşlarından inşa edilmiş birmərtəbəli evə doğru yollanmış, evin içərisinə daxil olduqda Təqsirləndirilən şəxs soldakı otağı göstərərək Zərərçəkmiş şəxs ilə həmin otaqda cinsi əlaqədə olduğunu söyləmiş, həmin otağa daxil olduqda qarşı tərəfdə divan, sağ tərəfdə 01 ədəd yataq mebeli, sol tərəfdə 01 ədəd soba, 02 ədəd yataq mebeli, həmin yataq mebellərinin ortasında 01 ədəd yemək masası, 01 ədəd kreslo olmuş, otağın divarları suvaq örtüklü, otağın hündürlüyü 2 metr 80 sm, uzunluğu və eni isə 4 metr olmuşdur. Təqsirləndirilən şəxs otağın içərisinə daxil olduqda sağ tərəfdək 1 nəfərlik yataq mebelini göstərərək həmin yataq mebelinin əvvəllər divanın yerində olduğunu söyləyib Zərərçəkmiş şəxs ilə həmin yatağın üzərində cinsi əlaqədə olduqlarını bildirmiş, həmin yataq mebelinin uzunluğu 2 metr, eni isə 90 sm olmuş, bundan sonra Təqsirləndirilən şəxs soldakı yataq mebelini göstərərək Şahid1 fermaya gəldiyi vaxt onun həmin yataqda yatdığını, Şahid1 fermaya gəldiyi vaxt Zərərçəkmiş şəxs yatması üçün digər otağa göndərdiyini bildirmiş, “Zərərçəkmiş şəxs Şahid1 fermaya gəldiyi vaxt həmin otağa özü gedirdi yoxsa siz onu göndərirdiniz?” sualına Təqsirləndirilən şəxs “Ramiləni digər otağa mən göndərirdim” cavabını vermiş, həmçinin, Şahid1 onun Zərərçəkmiş şəxs ilə ər-arvad münasibətində yaşamasından xəbərsiz olduğunu söyləmiş, bundan sonra Təqsirləndirilən şəxs bir neçə əlavə sual verilmiş, “Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olduğunuz vaxt o, sizə qarşı müqavimət göstərirdimi, sizi itəliyirdimi?” sualına Təqsirləndirilən şəxs “xeyr” cavabını vermiş, “Zərərçəkmiş şəxs ilə yalnız təbii yolla cinsi əlaqədə olmuşsunuz, yoxsa həm təbii yolla, həm də qeyri-təbii yolla?” sualına Təqsirləndirilən şəxs “ancaq təbii yolla cinsi əlaqədə olmuşuq” cavabını vermiş, “Zərərçəkmiş şəxs ilə ər-arvad münasibətində yaşamağa başlamazdan əvvəl onun əqli qüsurlu olduğunu bilirdinizmi?” sualına Təqsirləndirilən şəxs “mən onun qüsurunu dilində bilirdim, onun dəliliyi yox idi” cavabını vermiş,“Siz fermada hansı müddət ərzində yaşadınız?” sualına Təqsirləndirilən şəxs “1 il müddətində fermada yaşadım, 2023-cü ilin sentyabr ayının 3-ü fermaya gəlmişəm, 2024-cü ilin sentyabr ayının 2-si fermadan çıxıb getmişəm, 10-11 ay müddətində Zərərçəkmiş şəxs ilə birlikdə yaşamışam” cavabını vermiş, “Siz bəs Zərərçəkmiş şəxs ilə ər-arvad münasibətində yaşamağa nə zaman başlamısınız?” sualına “təxmini 2023-cü ilin oktyabr ayının axırlarından Ramilə ilə ər-arvad münasibətində yaşamağa başlamışam” cavabını vermiş, “Siz Zərərçəkmiş şəxs ilə neçə dəfə cinsi əlaqədə olmuşsunuz?” sualına Təqsirləndirilən şəxs “hər gün cinsi əlaqədə olmuşuq” cavabını vermiş, “Rarıiz Allahquluyev fermaya gəldikdə Zərərçəkmiş şəxs hansı otaqda qalırdı?” sual verildikdə Təqsirləndirilən şəxs əli ilə sol tərəfdəki digər otağı göstərərək Zərərçəkmiş şəxs həmin otaqda qaldığını bildirmiş, “Həmin otağı təqdim edə bilərsinizmi?” sualına Təqsirləndirilən şəxs “bəli” cavabını vermiş, həmin otağa daxil olduqda sağ tərəfdə 01 ədəd, qarşı tərəfdə 01 ədəd, sol tərəfdə 01 ədəd yataq mebeli, sağ tərəfdə 01 ədəd soba, ortada isə 01 ədəd yemək masası olmuş, otağın divarları suvaq örtüklü, hündürlüyü 2 metr 80 sm, uzunluğu 4 metr, eni isə 5 metr olmuş, həmin otağa daxil olduqda Təqsirləndirilən şəxs qarşı tərəfdəki yataq mebelində Zərərçəkmiş şəxs, sağ tərəfdəki yataqda anası Gülcamal Allahquluyevanın, sol tərəfdəki yataqda Akif Allahquliyevin yatdığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs müdafiəçisi X16 şübhəli şəxs Təqsirləndirilən şəxs hər hansı sualının olub-olmaması soruşulmuş, müdafiəçi Mahir Əliyev şübhəli şəxs Təqsirləndirilən şəxs sualının olduğunu bildirmiş və Təqsirləndirilən şəxs “Siz Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olduğunuz vaxt Zərərçəkmiş şəxs orqazm olurdumu, o, sizinlə cinsi əlaqədən həzz alırdımı?” sualını vermiş, Təqsirləndirilən şəxs “bəli, həzz alırdı” cavabını vermiş, müdafiəçi Mahir Əliyevin “Zərərçəkmiş şəxs əməlinin mahiyyətini dərk edən şəxs idimi?” sualına Təqsirləndirilən şəxs “bəli, dərk edirdi, qüsuru danışığında idi” cavabını vermiş, bundan sonra Təqsirləndirilən şəxs “X34 hansı hərəkətində anlayırdınız ki, Zərərçəkmiş şəxs sizinlə baş verən cinsi əlaqənin mahiyyətin anlayır?” sualına “Ramilə hər şeyi başa düşürdü, onun qüsuru dilində idi, onun dəliliyi yox idi, o, məni başa düşürdü, mən də onu, gündə 500 qoyun otarırdıq, 30-35 inək saxlayırdıq anası ilə birlikdə, görüm ağıllı adam heç bunları edə bilərmi” cavabını vermiş, bundan sonra müdafiəçi Mahir Əliyevə hüquqlarını müdafiə etdiyi şübhəli şəxs Təqsirləndirilən şəxs hər hansı sualının olub-olmaması soruşulmuş, Mahir Əliyev şübhəli şəxs Təqsirləndirilən şəxs hər hansı sualının olmadığını bildirmiş, bununla da ifadənin yerində yoxlanması istintaq hərəkəti başa çatmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 sentyabr 2025-ci il tarixli Üzləşdirmə protokolundan görünür ki, Şahid10 Təqsirləndirilən şəxs Hüseyin oğlunun üzünə qarşı bu ilin mart ayının ortalarında rayon prokurorluğundan ona zəng olunanadək Təqsirləndirilən şəxs kiminləsə ailə həyatı qurmağı barədə heç bir məlumatının olmadığını söyləmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş X4 xx.xx.2025-ci il tarixli 667 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi X3 dəfələrlə stasionar müalicələrdə olmuşdur. “Diaqnoz: F72.Ağır dərəcəli əqli geriliK' İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş X4 xx.xx.2025-ci il tarixli 1896 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs X3 qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Ağstafa Rayon Mərkəzi Xəstəxanası” X30 xx.xx.2025-ci il tarixli 18-1-2412-236/2025 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs Ağstafa RMX PHŞ-nin psixiatrik, narkoloji, vərəm, onkoloji və digər kabinetlərində dispanser qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Qazax Rayon Mərkəzi Xəstəxanası” X30 xx.xx.2025-ci il tarixli 18-1-51/2-277/2025 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxsQazax RMX PHŞ-nin poliklinika şöbəsinə müraciət etməmişdir və dispanser qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Ağstafa Rayon Mərkəzi Xəstəxanası” X30 xx.xx.2025-ci il tarixli 18-1-24/2-591/2025 nömrəli məktubundan görünür ki, Tatarov X19 RMX PHŞ-nin onkoloji, vərəm, narkoloji, psixiatr, dəri-zöhrəvi və digər kabinetlərində dispanser qeydiyyatda yoxdur. Heç bir xəstəliklə Ağstafa RMX PHŞ-ə müraciət etməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində olan 12 iyun 2025-ci il tarixli tələbnamədən görünür ki, Tatarov X19 Rayon Xalq Məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmü ilə həmin vaxt qüvvədə olan CM-nin 83 M 4 His., 92, 38, 39-cu maddələri ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 09 il müddətinə azadlıqdan məhrum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.1996-cı tarixli hökmü ilə CM-nin 70-2, 220-1 M 3 His., 220 M 1 His., 38 AR maddələri ilə təqsirli bilinərək əmlakı müsacirə olunmaqla 12 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2005-ci ildo Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 211 saylı Əfv Fərmanına əsasən azad olunmuş, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə hazırda qüvvədə olan CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2011-ci ildə cəzasının sonu ilə azad olunmuş, Qazax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 326.1, 326.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinin tələblərinə müvafiq olaraq təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə 05 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə cəzası 06 ay müddətinə azaldılmış, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs barəsində olan 29 avqust 2025-ci il tarixli tələbnamədən görünür ki, Zərərçəkmiş şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağstafa Rayon Polis X20 Bölməsindən əməliyyat tabşırığına cavab olaraq daxil olmuş 01 iyul 2025-ci il tarixli, 3-13-63-1/2-92/2025 nömrəli məktubdan görünür ki, Ağstafa rayonu Ceyrançöl ərazisində yaşayan Zərərçəkmiş şəxs və Ağst afa rayonu Qıraq Kəsəmən kənd sakini Təqsirləndirilən şəxs ər-arvad münasibətində yaşayıb- yaşamaması, Zərərçəkmiş şəxs digər tər hansı bir şəxslə sevgi münasibətinin olub-olmaması, hər hansı bir şəxsin Zərərçəkmiş şəxs ilə könüllü və yaxud iradəsinə zidd şəkildə onunla cinsi əlaqədə olubolmamasını müəyyən etmək məqsədilə bir sıra tədbirlər keçirilmiş, nəticədə Təqsirləndirilən şəxs başqa hər hansı digər şəxsin Zərərçəkmiş şəxs ilə könüllü və yaxud iradəsinə zidd şəkildə onunla cinsi əlaqədə olması və Zərərçəkmiş şəxs hər hansı şəxslə sevgi münasibətinin olması faktı müəyyən edilməmiş, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ər-arvad münasibətində yaşaması faktı öz təsdiqini tapmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax Rayon İcra Hakimiyyəti Başçısının Daş Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 5-58-11-12- 21/2-1158 nömrəli arayışından görünür ki, Zərərçəkmiş şəxs Qazax rayonu, Daş Salahlı kəndində qeydiyyatda olmaqla hal-hazırda atası və anası ilə birlikdə Ağstafa rayonu ərazisindən keçən Ceyrançöl qışlaq sahəsində yerləşən əmisi arvadı Şahid2 qızma məxsus fermanın yatağında yaşayır. Ailə tərkibi aşağıdakı kimidir:

1. Atası: X12;

2. Anası: X2;

3. Qardaşı: Şahid3;

4. Qardaşı arvadı: X13;

5. Qardaşı oğlu: X14;

6. Qardaşı qızı: X6. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax Rayon İcra hakimiyyəti Başçısının Daş Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim olmuş xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağstafa Rayon İcra Hadmiyyəti Başçısının Qıraq Kəsəmən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 321/g nömrəli arayışından görünür ki, Tatarov X19 rayonu, Qıraq Kəsəmən kəndində daimi qeydiyyatda olmaqla yaşay r. Ailə tərkibi aşağıdakı kimidir: Anası: Şahid6. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağstafa Rayon İcra Hakimiyyəti Başçısının Qıraq Kəsəmən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs spirtli içkilər içməyə meyilli olmuş, bir neçə dəfə məhkum olunmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X15 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.5-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.5-cimaddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.5-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan tələbnamədən görünür ki,Tatarov X19 Rayon Xalq Məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmü ilə həmin vaxt qüvvədə olan CM-nin 83 M 4 His., 92, 38, 39-cu maddələri ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 09 il müddətinə azadlıqdan məhrum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.1996-cı tarixli hökmü ilə CM-nin 70-2, 220-1 M 3 His., 220 M 1 His., 38 AR maddələri ilə təqsirli bilinərək əmlakı müsacirə olunmaqla 12 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2005-ci ildo Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 211 saylı Əfv Fərmanına əsasən azad olunmuş, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə hazırda qüvvədə olan CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli t ilinərək 06 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2011-ci ildə cəzasının sonu ilə azad olunmuş, Qazax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 326.1, 326.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinin tələblərinə müvafiq olaraq təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə 05 il, 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, Bıkı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə cəzası 06 ay müddətinə azaldılmış, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəlki əməllərinə görə məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və onun əməlində cinayətlərin residivi mövcud deyildir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını,təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.5-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 12 sentyabr 2025-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili X18 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından müdafiəçi X18 üçün 330 (üç yüz otuz) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 12 sentyabr 2025-ci il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 330 (üç yüz otuz) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar