Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-56/2020 02.11.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X19 Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, Nəbizadə Məğrur Etibar oğlunun katibliyi ilə, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Musayev Fuad Möhübbət oğlunun, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Şəmkir rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Göygöl şəhərində fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi3 və Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə X19 Məhkəməsinin inzibati binasında, xx.xx.1975-ci ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1 və 237.2.1-ci maddələri, xx.xx.1992-ci ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Şəmkir rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, qəti olaraq 04 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.3 və 237.2.1-ci maddələri, xx.xx.1987-ci ildə Ermənistan Respublikası Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 2019-cu ilin aprel ayının əvvəllərində müəyyən olunmayan tarixdə və vaxtda Şəmkir rayonu Sabirkənd kəndi ərazisində yabanı halda bitmiş 03 ədəd çətənə kollarını kökündən çıxarıb tanışı Təqsirləndirilən şəxs2 ilə qabqcadan əlbir olub bir qrup şəxs halında birləşərək şəxsi istehlakları üçün gələcəkdə qurudub istifadə etmək məqsədi ilə Şəmkir şəhəri, İ.Qayıbov küçəsində yerləşən X3 məxsus tikintisi başa çatmayan evin həyətində torpağa əkib xeyli miqdar təşkil edən 03 ədəd, çəkisi 5,95 qram olan çətənə (kannabis) kollarının ştillərini aqrotexniki qaydada qulluq etməklə yetişdirərək birgə kultivasiya etmiş, Şəmkir rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar xx xxx 2019-cu il tarixdə, saat 01.30-da Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilərək həmin evin həyətyanı sahəsinə baxış keçirilərkən oradan Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli 961-İİQ saylıQanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin” İİİ Siyahısı ilə müəyyən edilmiş03 ədəd tərkibində narkotik maddələr olan xeyli miqdarda çətənə (kannabis) bitkisinin ştilləri aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs1 xx xxx 2019-cu il tarixdə, məlum olmayan vaxtda ünvan 5 44 ünvanda yaşayan Təqsirləndirilən şəxs3 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib saxlamaqla ünvan 6 №li ünvanda yerləşən X21 işlədiyi gözətçi otağına daşımış və Şəmkir rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar xx xxx 2019cu il tarixdə, saat 01.30-da Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri ilə əlaqədar Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək şəxsi istehlakları üçün gələcəkdə qurudub istifadə etmək məqsədi ilə Şəmkir şəhəri, İ.Qayıbov küçəsində yerləşən X3 məxsus tikintisi başa çatmayan evin həyətində 03 ədəd çətənə kollarını kultivasiya etmələri aşkar edildikdən sonra Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində saxlanılaraq Şəmkir rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki gödəkçənin sol cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş bir bükümdə şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 0,319 qram olan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ Siyahısı və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respeublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında» xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ Siyahısı ilə müəyyən edilmiş 0,319 qram təmiz çəkidə dövriyyəsi qadağan edilmiş tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 2019-cu ilin aprel ayının əvvəllərində müəyyən olunmayan tarixdə və vaxtda tanışı Təqsirləndirilən şəxs1 ilə qabqcadan əlbir olub bir qrup şəxs halında birləşərək şəxsi istehlakları üçün gələcəkdə qurudub istifadə etmək məqsədi ilə sonuncunun gətirdiyi Şəmkir rayonu Sabirkənd kəndi ərazisində yabanı halda bitmiş 03 ədəd çətənə (kannabis) kollarını Şəmkir şəhəri, İ.Qayıbov küçəsində yerləşən X3 məxsus tikintisi başa çatmayan evin həyətində torpağa əkib xeyli miqdar təşkil edən 03 ədəd, çəkisi 5,95 qram olan çətənə kollarının ştillərini aqrotexniki qaydada qulluq etməklə yetişdirərək birgə kultivasiya etmiş, Şəmkir rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar xx xxx 2019-cu il tarixdə, saat 01.30-da Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilərək həmin evin həyətyanı sahəsinə baxış keçirilərkən oradan Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli 961-İİQ saylıQanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin” İİİ Siyahısı ilə müəyyən edilmiş03 ədəd ədəd tərkibində narkotik maddələr olan xeyli miqdarda çətənə (kannabis) bitkisinin ştilləri aşkar edilərək götürülmüşdür. Bundan başqa o, tamah niyyətilə qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə xx xxxxx 2019-cu il tarixdə, istintaqa məlum olmayan vaxtda Şəmkir şəhəri, Rövşən Rəhimov küçəsində yerləşən Şahid11 məxsus təmir olunan ünvansız evə küçəyə açılan açıq pəncərədən qanunsuz daxil olaraq həmin evdə usta işləyən Zərərçəkmiş şəxs evin hamam otağında saxladığı bir ədəd 40 manat dəyərində olan Rusiya Fedarasiyası istehsalı P-28 MG/1800Vt, «İNTERSKOL» markalı perfaratoru, bir ədəd 40 manat dəyərində olan Çin Xalq Respublikası istehsalı olan “ATEC- angle grinder AT8316 A” markalı elektrik mişarını (laqonda) və bir ədəd 40 manat dəyərində X7 istehsalı olan “APT ROYCE” markalı 230 V-50 Hz, 500 Wold gücündə olan dreli, cəmi 120 (yüz iyirmi) manat məbləğində zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus əmlakı gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs3 təxminən 2019-cu ili aprel ayının əvvəllərində satış məqsədilə qanunsuz olaraq külli miqdarda 2,367 qram çəkidə narkotik vasitə olan heroini məlum olmayan mənbədən əldə etməklə yaşadığı Şəmkir şəhəri, İpək-Yolu qəsəbəsi 44 №-li ünvanda yerləşən mənzilinə daşıyaraq saxlamış və həmin narkotik vasitə olan heroinin bir bükümünü xx.xx.2019-cu il tarixdə, istintaqa məlum olmayan vaxtda 20 manat müqabilində tanışı, Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs1 satmış, xx xxx 2019-cu il tarixdə Şəmkir rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri ilə əlaqədar Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində saxlanılaraq Şəmkir rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki gödəkçənin sol cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş bir bükümdə təmiz çəkisi 0,319 qram olan şəxsi istehlak miqdarından artıq “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ Siyahısı və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respeublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında» xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ Siyahısı ilə müəyyən edilmiş dövriyyəsi qadağan edilmiş tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində xx xxx 2019-cu il tarixdə, saat 15:30-da Təqsirləndirilən şəxs3 yaşadığı Şəmkir şəhəri İpək-Yolu qəsəbəsi 44 ünvanda yerləşən evin qarşısından narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılaraq Şəmkir rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki idman şalvarının sağ yan cibindən “Rothmans” markalı siqaret qutusunda gümüşü rəngli siqaret kağızına qablaşdırılmış vəziyyətdə 5 bükümdə – ayrı-ayrılıqda 0,496 qr, 0,366 qr, 0,478 qr, 0,359 qr və 0.349 qr çəkilərdə, cəmi təmiz çəkisi 2,048 qram olan şəxsi istehlak miqdarından artıq “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ Siyahısı və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında» xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ Siyahısı ilə müəyyən edilmiş dövriyyəsi qadağan edilmiş tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan və Təqsirləndirilən şəxs1nün üzərindən aşkar edilərək götürülmüş 0,319 qr çəkidə narkotik vasitə ilə eyni tərkibli heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs3 yaşadığı Şəmkir şəhəri İpək-Yolu qəsəbəsi 44 №-li ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində yabanı halda bitmiş narkotik tərkibli çətənə (kannabis) kollarının hissələrini 2018-ci ilin yaz aylarında dərib qurudaraq təkrarən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib yaşadığı evin yardımçı sahəsi olan qarajda saxlamış və Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən xx xxx 2019-cu il tarixdə, saat 17:30-da Təqsirləndirilən şəxs3 yaşadığı Şəmkir şəhəri İpək-Yolu qəsəbəsi 44 nömrəli ünvanda axtarış istintaq hərəkəti həyata keçirilərkən, evin yardımçı sahəsi olan qarajda yerləşən dəmir çarpayının üzərində açıq halda sərilmiş vəziyyətdə 283,56 qram çəkidə və üzərində iki ədəd kibrit qutularında qablaşdırılmış ayrı-ayrılıqda 5.56 qram və 5,08 qram çəkidə, çarpayının altında isə açıq halda 2265 qram çəkidə, cəmi, 2559,2 qram təmiz çəkidə şəxsi istehlak miqdarından artıq “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ Siyahısı və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında» xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ Siyahısı ilə müəyyən edilmiş dövriyyəsi qadağan edilmiş külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 234.1 və 237.2.1-ci maddələrilə verilmiş ittihamlarla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 5-6 ildir ki, X24 məktəbində gözətçi işləyir. Əvvəllər bir müddət narkotik vasitə istifadə etsə də sonradan tərgitmiş, lakin həbs ediləndən təxminən 5-6 ay əvvəl narkotik vasitə qəbul etməyə başlamışdır. xx.xx.2019-cu il tarixdə iş yerində gecə növbədə olduğu vaxt polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib onu Şəmkir RPŞ-yə aparmışlar. Orada ona Təqsirləndirilən şəxs2la birlikdə 3 ədəd narkotik tərkibli çətənə kolu əkdiyini bildirmişlər, lakin o elə bir şey olmadığını polis əməkdaşlarına bildirmişdir. İşlədiyi peşə məktəbindəki otağına baxış keçirilmiş, baxış zamanı pambıq qırıntıları, şpris, spirt aşkar olunmuşdur. Həmin əşyalar yanında qablaşdırılaraq götürülmüşdür. İşlədiyi gözətçi otağında üzərinə baxış keçirilən zaman heç bir narkotik vasitə aşkar olunmamışdır, ancaq əməliyytaçı Anar müəllim ona sonradan narkotik vasitə vermişdir ki, həmin narkotik vasitəni guya Təqsirləndirilən şəxs3 aldığını bildirsin. Anar müəllim Təqsirləndirilən şəxs3lə ədavətlərinin olduğunu bildirərək onların dediklərini deyəndən sonra gedə biləcəyini ona bildirmişdir. Həmçinin ifadəsinə əlavə olaraq narkotiklə bağlı işlərdə polislə əməkdaşlıq etdiyini, Eldəniz və Anar adlı əməliyyatçılarla münasibətlərinin yaxın olduğunu, 10 ildən artıq müddətdə onlarla işlədiyini, Anar müəllimin ona verdiyi narkotik vasitəni Təqsirləndirilən şəxs3 aldığını özünü xilas etmək üçün dediyini göstərmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 177.2.3 və 237.2.1-ci maddələrilə verilmiş ittihamlarla özünü qismən, yalnız CM-in 177.2.3-cü maddəsilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər oğurluq etdiyinə görə iki dəfə məhkumluq həyatı yaşamış, sonuncu dəfə 2018-ci ilin avqust ayında azadllığa çıxmış, azadlığa çıxdıqdan sonra avtomobilyuma məntəqəsində işləyərək özünü dolandırmışdır. Orada işlədiyi zaman Təqsirləndirilən şəxs1 bir dəfə avtomobilini yuduzdurmağa gəldiyi üçün tanımışdır. Yaşadığı küçənin aşağısında 3 ədəd çətənə kolu olmuşdur. Özü narkotik vasitə istifadəçisi olduğundan həmin kolları çıxarıb, 10-cu küçənin aşağısında yaşayış olmayan yerdə tək əkmişdir. Bundan başqa 2019-cu ilin aprel ayının sonlarına yaxın Şəmkir şəhərində "Sum 28" kimi tanınan küçədə günün işıqlı vaxtı təmir gedən evin pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüş, ətrafa baxaraq kimsənin olmadığını gördükdən sonra pəncərədən həmin evə daxil olaraq oradan təmir gedən otaqların birində olan laqonda, drel, bir ədəd də divar deşən perfaratı götürüb sellofonda Şəmkir şəhərində 8-ci küçə kimi tanınan küçənin aşağı tərəfində qoymuş, bundan sonra Bakı-Qazax yoluna çıxaraq oradan yol maşınlarının biri ilə Bakı şəhərinə işləməyə getmişdir. Bir müddət Bakı şəhərində işlədikdən sonra Şəmkir rayonuna qayıtmış, qayıtdığı zaman bilmişdir ki, anası həmin alətləri yoldan götürüb sahibinə qaytarmışdır. Bakı şəhərindən qayıtdıqdan sonra polis əməkdaşları onu polis şöbəsinə çağırmışlar. Əməliyyatçı ona yeni rəis gəldiyini, gəlib tanış olmasını bildirmişdir. Ona oğurluq etdiyini etiraf etməsini bildirmişlər, müstəntiq və müavin ona sənədlərə qol çəkdirmişlər. Onu adını sonradan bildiyi Təqsirləndirilən şəxs1la üzləşdirdikləri vaxt onu tanımadığını bildirmişdir. Şöbədə onda narkotik vasitə olduğunu bildirərək onu transformatorun yanına aparmışlar. İfadəsinə əlavə olaraq narkotik vasitəni saxlanıldığı vaxtdan təxminən 4-5 gün əvvəl özü tək əkmiş, hər dəfə də kollara özü su töküb getmiş, Təqsirləndirilən şəxs1 yalnız işlədiyi avtomobil yuma məntəqəsində bir dəfə görmüş, onunla şəxsi münasibəti olmamış, özünü yalnız CM-in 177 və 237.1-ci maddələrilə təqsirli bildiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələrilə verilmiş ittihamlarla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə atası ilə birlikdə evin həyətini suladıqları vaxt saat 11-12 radələrində bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, xidməti vəsiqələrini göstərməklə özlərinin polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra onun narkotik vasitələrin qanunsuz satışında şübhəli bilindiyini qeyd etməklə Şəmkir RPŞ-nə dəvət etmişlər. Həmin vaxt cibində narkotik vasitə olsa da təxminən yarım qrama qədər olmuşdur. Onu 2 saat bölmədə saxladıqdan sonra yaşadığı evə aparmışlar. Etiraf etməyəcəyi halda onu və atasını da tutacaqlarını bildirmişlər. Cibindən çıxana qol çəkməyini bildirmişlər və yenidən ona narkotik vasitəni qoyduğu qutunu qaytararaq çəkiliş olacağını demişlər. Ona verdikləri qutudan 5 büküm narkotik vasitə çıxmış, amma onun cibində həmin bükümlər olmamışdır. Həmçinin qarajda aşkar olunmuş narkotik vasitələr də ona məxsus olmamış, həmin narkotiklərin ona məxsus olmasını üzərinə götürməyəcəyi halda evə silah da qoyacaqlarını bildirmişlər. Atasının yatdığı yerə də narkotik vasitə qoyulmuş, lakin atası tutulmasın deyə hər şeyi boynuna almışdır. Həmçinin axtarış zamanı yaşadığı evin həyətində öz-özünə bitmiş çətənə kolları aşkarlanmışdır. Bundan başqa ifadəsinə əlavə olaraq Təqsirləndirilən şəxs1 narkotik vasitə satmadığını, ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmadığını, saxlanıldığı vaxt üzərində olmuş təxminən yarım qrama qədər narkotik vasitələri saxlaması ilə bağlı özünü təqsirli bildiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxxx 2019-cu il tarixdə tanışı Vidadi adlı şəxslə Şəmkir şəhəri R.Rəhimov küçəsində yerləşən Eldar adlı şəxsə məxsus yeni tikilməkdə olan evdə təmir işləri görməyə başlamışdır. Hər gün Vidadi ilə həmin evə saat 07:00-da gələrək saat 20:00-dək təmir işləri görmüşlər. Təmir alətləri ağır olduğuna görə hər gün onları daşıyıb gətirmək mümkün olmadığından həmin alətləri işlədiyi evdə saxlamışdır. Sonuncu dəfə həmin evdə xx xxxxx 2019-cu il tarixdə işlərini yekunlaşdırmış, bir gün özlərinə istirahət vermişlər. Beləcə xx xxxxx 2019-cu il tarixdə səhər saatlarında iş yoldaşı Vidadi ondan əvvəl işlədiyi evə gələndə orada təmir alətlərinin yerində olmadığını görüb ona zəng edib məlumat vermişdir. O, bu xəbərdən sonra həmin evə gedəndə, evin küçə pəncərələrindən birinin şüşəsinin sındırıldığını görmüşdür. Evdə özüнə məxsus olan təmir alətlərinin yəni, Rusiya Federasiyası istehsalı olan 2018-ci ildə alınmış П-28 МЭ/1800Бт «ИНТЕРСКОЛ» markalı bir ədəd perforator, bir ədəd 2018-ci ildə alınmış Çin Xalq Respublikası istehsalı olan “ATEC- angle grinder AT8316 A” markalı elektrik mişarı (laqonda), bir ədəd 2018-ci ildə alınmış ABŞ istehsalı olan “APT ROYCE” markalı 230 V-50 Hz, 500 Wold gücündə olan drelin oğurlandığını bilmişdir. Buna görə də Şəmkir RPŞ-nə gedib bu barədə şikayət ərizəsi yazmışdır. Bundan əlavə ona məxsus təmir alətlərini oğurlayan şəxsi müəyyən etmək üçün özü də təmir işləri gördüyü evin qonşuluğunda yaşayan şəxslərə soğru-sual edərək maraqlanmışdır. Bir neçə gün sonra məlum olmuşdur ki, ona məxsus olan təmir alətlərini Təqsirləndirilən şəxs2 adlı şəxs oğurlamışdır. Hətta oğruladığı təmir alətlərini satmaq üçün Bakı şəhərinə gedərkən anası Şahid2 buna mane olmuş və alətləri ondan geri almışdır. Bundan sonra o, Şəmkir rayon polis şöbəsinin əməkdaşları ilə birlikdə Şəmkir şəhəri M.Əsədov küçəsində yaşayаn Şahid2 evinə getmişdir. Şahid2 təqdim etdiyi əşyaların əlamətlərinə baxıb, ona məxsus təmir alətləri olduğunu müəyyən etmişdir. Şəmkir RPŞ-nin təhqiqat bölməsində aparılan araşdırma zamanı ona məxsus olan və Təqsirləndirilən şəxs2 tərəfindən gizli talanaraq oğurlanmış təmir alətləri ona geri qaytarılmışdır. İfadəsinə əlavə olaraq ona dəymiş ziyanın tam olaraq aradan qaldırıldığını, Təqsirləndirilən şəxs2la barışdığını, ona qarşı heç bir tələbinin və şikayətinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun doğma oğludur. Oğlu Əlxanda uşaqlıqdan keçirdiyi travmaya görə psixi xəstəliyi olmuşdur. Əlxan əvvəllər oğurluq cinayəti törətdiyinə görə məhkumluq həyatı yaşamışdır. Həbsdən çıxandan sonra o, Əlxanı xəstəliyi ilə ələqədar müalicə etdirmişdir. Oğlu həbsdən çıxandan sonra maşınyuma ilə məşğul olmuş, ailəyə qazanc gətirmişdir. 2019-cu ilin mart ayının 16-dan isə oğlu Əlxan evinə gəlməmişdir. O, Əlxanın Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs1 adlı şəxsin evində yaşadığını öyrənmişdir. Eşitdiyinə görə Vüqar narkotik vasitələrin istifadəsi ilə məşğul olan şəxs olmuşdur. Ona görə də o, Vüqarın evinə gedib, Vüqardan oğlu Əlxandan əl çəkməsi üçün dalaşmış, əks halda şikayət edəcəyini demişdir. Həmin vaxt Vüqar onun ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etmiş, oğlu Əlxanı tutduracağını demişdir. O, evinə gələndən bir neçə saat sonra oğlu Əlxan evə gəlmiş və Vüqarla gedib dalaşdığına görə onunla evdə mübahisə etmişdir. Bu zaman ona məlum olmuşdur ki, X28la birlikdə narkotik vasitə istifadə etmişdir. Оğlu Əlxanı Vüqar nakrotik vasitəyə öyrəşdirmişdir. xx xxxxx 2019-cu il tarixdə o, eşitmişdir ki, oğlu Əlxan, əlində bir çanta ilə yolun kənarında dayanıb Bakı şəhərinə getmək üçün avtobus gözləyir. O, bunu bilib, oğlu Əlxanın olduğu yerə getmişdir. Əlxanın əlində bir çanta görmüşdür. Həmin çantaya baxanda içində təmir alətləri görmüşdür. Çantadakı əşyaların oğurluq əmlak ola biləcəyini başa düşüb, götürüb evinə gətirmişdir. Həmin alətlərin sahibi tapılar deyə, evində saxlamışdır. Bir gün sonra evinə Asəf adlı şəxs gəlmiş və oğlu Əlxanın onun evindən təmir alətləri oğurladığını demişdir. O da bunu təsdiq etmişdir. Daha sonra polis əməkdaşları gəlmişlər və o, oğlu Təqsirləndirilən şəxs2 oğurladığı təmir alətlərini polisə təqdim etmişdir. Bir neçə gün sonra xəbər tutmuşdur ki, oğlu Təqsirləndirilən şəxs2 Vüqarla birlikdə narkotik vasitə olan çətənə kolları əkib becərdiyinə görə polis tərəfindən tutulmuşdur. X28 Mədətovun evində yaşayandan Vüqarın təsiri altına düşmüşdür. Vüqar oğlu Əlxanı narkotik vasitəyə alışdırmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Şəmkir RPŞ-nin Cinayət Axtarış bölməsinin rəisi vəzifəsində işlədiyi vaxt xx xxx 2019cu il tarixdə ona Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs1 tanışı Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs2 ilə birlikdə narkotik tərkibli çətənə bitkiləri əkməsi və üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat barədə şöbə rəhbərliyinə raportla müraciət etdikdən sonra şöbə rəhbərliyinin göstərişi ilə Şəmkir RPŞ-nin CAB-ın əməkdaşları X5, Şahid10, Şahid6, X2, Şahid7 və təhqiqatçı X6 iştirakı ilə yaradılmış əməliyyat qrupu ilə birlikdə mütəxəssis qismində dəvət olunmuş aqronom Şahid8 iştirakı ilə Təqsirləndirilən şəxs1 işlədiyi X22 getmişlər. Onlar həmin yerə çatdıqda saat 01 radələri olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs1 peşə məktəbinin gözətçi otağında olmuşdur. Orada Təqsirləndirilən şəxs1 gəlişlərinin məqsədini izah edərək onun narkotik vasitə saxlamaqda və narkotik tərkibli bitkilər əkməkdə şübhəli olduğunu, buna görə gözətçi otağında baxış aparılacağını bildirmişlər. Təqsirləndirilən şəxs1 onlara heç bir etiraz etməmiş, bundan sonra video çəkiliş aparmaqla gözətçi otağında baxış keçirməyə başlamışlar. Baxış zamanı gözətçi otağında olan masanın siyirməsində bir ədəd istifadə olunmayan şpris, yatdığı çarpayının balıncının altından “novоkain” ampulası, pambıq qırıntıları, eləcə də sarı rəngli limon duzu olan bir ədəd kibrit qutusu, sellofan və kağız bükümləri, sellofan bükümdə pambıq qırıntıları aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin şprislə limon duzu ilə narkotik vasitə olan heroini damarına vurarkən istifadə etdiyini bildirmişdir. Aşkar olunmuş əşyalar iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 şifahi sorğu zamanı tanışı “Cuba” ləqəbli Təqsirləndirilən şəxs2 ilə birlikdə üç ədəd narkotik tərkibli bitki əkdiyini bildirmişdir. Həmin bitkiləri yaşadığı evin yaxınlığında olan transfоrmatorun ətrafında əkdiklərini demişdir. Buna görə də Təqsirləndirilən şəxs1 göstərməsi ilə həmin yerə baxış keçirmişlər. Lakin orada hər hansı bir narkotik tərkibli bitki aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 bundan sonra həmin bitkilərin orada quruduğundan Əlxanın bitkiləri oradan çıxardaraq yaxınlıqda olan Şahid3 oluna məxsus yarımçıq tikilinin həyətində əkdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 göstərməsi ilə iştirakçılarla birgə həmin yarımçıq tikiliyə baxış keçirmək üçün getmişlər. Həmin yarımçıq tikiliyə baxış keçirilən zaman orada tikilinin arxa tərəfində hündürlüyü təxminən 13-17 santimetrlərdə olan üç ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər aşkar olunmuş, həmin bitkilər kökündən çıxarılaraq müvafiq ekspertizanın keçirilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 həmin bitkiləri “Cuba” kimi tanıdığı Təqsirləndirilən şəxs2la birlikdə əkdiyini bildirmişdir. Baxışda iştirak edən mütəxəssis aqronom həmin bitkilərə aqrotexniki qaydada qulluq olunduğunu bildirmişdir. Bundan sonra səhər saat 10 radələrində şübhəli şəxs qismində tutulan Təqsirləndirilən şəxs1 dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış və onun əynində olan gödəkçənin sol cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş kütlə aşkar olunmuş və həmin kütlənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin kütlə elektron tərəzidə çəkildikdə 0.31 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni özü qəbul etmək üçün Şəmkir şəhərində yaşayan Elvin adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra onlar saat 12 radələrində polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs2 üzərində dəvət olunmuş müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparmışlar. Axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən heç nə aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ona verdiyi üç ədəd çətənə bitkisini İsmət Qayıbov küçəsində yerləşən transformatorun kənarında əkdiyini, həmin bitkiləri suvardığını, diblərini yumşaltdığını, lakin həmin bitkilər yaxşı inkişaf etmədiyindən oradan çıxardaraq yarımçıq tikilinin həyətində əkdiyini bildirmişdir. Aşkar olunmuş faktlarla əlaqədar keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroini satan şəxsin rayon ərazisində “Qarabataq” ləqəbi ilə tanınan Təqsirləndirilən şəxs3 olması müəyyən edilərək barəsində qanuni tədbir görülməsi üçün Şəmkir rayon polis şöbəsinin istintaq bölməsinə təqdim olunmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs3 üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılan zaman onun üzərindən beş bükümdə təxminən 2 qram narkotik vasitə olan heroin aşkar olunmuşdur. Ona görə də həmin tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs3 yaşadığı evində də narkotik vasitələr saxlaya və narkotik tərkibli bitkilər əkə biləcəyi ehtimalı olduğundan bir nəfər mütəxəssis aqronom dəvət edərək Təqsirləndirilən şəxs3 yaşadığı evə getmişlər. Onlarla birlikdə Təqsirləndirilən şəxs3 özü və müdafiəçisi iştirak etmişdir. Təqsirləndirilən şəxs3 yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilən zaman torpaq sahəsində meyvə ağaclarının dibində və ot-alafın içərisində pərakəndə halda yerdən çıxmış 13-35 santimetr uzunluğunda bitki kolları aşkar edilərək hər biri kökündən çıxarılaraq qablaşdırılaraq götürülmüşdür. Bundan sonra qonşu ilə bitişik dəmir tor boyunca yüzdən artıq ədəd spesifik iyli narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar edilərək kökündən çıxarılaraq götürülmüşdür. Baxışda iştirak edən mütəxəssis aqronom həmin bitkilər xüsusi qulluq olmadan gübrələnmə və diblərinin yumşaldılması nəticəsində deyil həyətyanı torpaq sahəsi suvarılan zaman normal qaydada inkişaf etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs3 yaşadığı evdə yerləşən ona məxsus yataq otağından dərman flakonunda göy rəngli dərman həbləri, eləcədə qırmızı və sarı rəngdə olan iki ədəd dərman aşkar edilərək götürülmüşdür. Bundan sonra yaşayış evinin arxa tərəfində qeyri yaşayış sahəsi olan qarajda axtarış keçirilmişdir. Axtarış zamanı qarajda girişdən sol tərəfdə olan dəmir çarpayının üzərindən qurudulmuş və xırdalanmış halda açıq şəkildə sərilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütlələri, iki ədəd kibrit qutusu içərisində spesifik iyli qurudulmuş bitki kütlələri, çarpayının altında qurudulmuş bitki budaqları aşkar edilmişdir. Çarpayının üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütlələri sellofan torbaya yığılaraq elektron tərəzidə çəkildikdə 285 qram olmuşdur. Çarpayının üzərində olan iki ədəd kibrit qutusu elektron tərəzidə çəkildikdə müvafiq olaraq 5.5 qram və 5 qram olmuş və çarpayının altından aşkar olunmuş kütlə qablaşdırılaraq elektron tərəzidə çəkildikdə 2270 qram olmuşdur. Həmin bitki hissəcikləri hamısı qablaşdırılaraq möhürlənib maddi sübut kimi götürülmüşdür. Keçirilmiş istintaq hərəkətlərinin nəticələrinə dair protokollar tərtib olunmuş, həmin protokollarla tanış olduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X2, Şahid6, Şahid7 və Şahid10 Şahid4la oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Şəmkir RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxx 2019-cu il tarixdə Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs3 şöbə rəhbərliyinin göstərişi ilə narkotik vasitələr satmaqda şübhəli olduğundan polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs3 müdafiəçi ilə təmin olunduqdan sonra ona üzərində olan qanunsuz əşyaları və narkotik vasitə olduğu halda təqdim etmək təklif olunmuş, Təqsirləndirilən şəxs3 əynindəki idman şalvarının sağ yan cibindən bir ədəd siqaret qutusunu açaraq həmin qutunun içərisində olan bir ədəd şəffaf sellofana bükülmüş gümüşü rəngli kağızdan olan beş ədəd bükümü çıxardıb stolun üzərinə qoymuşdur. Həmin bükümlər açıldıqda hər birinin içərisindən açıq qəhvəyi rəngli toz halında spesifik iyə malık olan heroinə bənzər kütlələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs3 həmin bükümlərdə olan kütlələrin narkotik vasitə olan heroin olduğunu və öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən qanunsuz heç nə aşkar olunmamışdır. Aşkar olunmuş bükümlər iş üçün əhəmiyyətli olduğundan qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs3 yaşadığı evində narkotik vasitələr saxlamaqda və əkməkdə şübhəli olduğundan onun evində axtarış aparılması barədə qərar qəbul olunmuş və həmin tarixdə saat 17 radələrində mütəxəssis aqronom dəvət edilərək Şəmkir RPŞ-nin CAB-ın əməkdaşları Şahid4, X4, X2, Şahid7 və Şahid6 Təqsirləndirilən şəxs3 yaşadığı evə getmişlər. Onlarla birlikdə Təqsirləndirilən şəxs3 özü və müdafiəçisi də iştirak etmişdir. Axtarış zamanı fasiləsiz videoçəkiliş aparılmışdır. Onun yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilən zaman torpaq sahəsində meyvə ağaclarının dibində və ot alafın içərisində pərakəndə halda yerdən çıxmış 13-35 santimetr uzunluğunda bitki kolları aşkar edilərək hər biri kökündən çıxarılaraq qablaşdırılaraq götürülmüşdür. Bundan sonra qonşu ilə bitişik dəmir tor boyunca 13-21 santimetr ölçülərində 113 ədəd spesifik iyli narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar edilərək kökündən çıxarılaraq götürülmüşdür. Baxışda iştirak edən mütəxəssis aqronom həmin bitkilərə xüsusi qulluq olmadan gübrələnmə və diblərinin yumşaldılması nəticəsində deyil, həyətyanı torpaq sahəsi suvarılan zaman normal qaydada inkişaf etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs3 yaşadığı evdə yerləşən ona məxsus yataq otağından dərman flakonunda göy rəngli dərman həbləri, eləcə də qırmızı və sarı rəngdə olan iki ədəd dərman aşkar edilərək götürülmüşdür. Bundan sonra yaşayış evinin arxa tərəfində qeyri yaşayış sahəsi olan qarajda axtarış keçirilmişdir. Axtarış zamanı qarajda girişdən sol tərəfdə olan dəmir çarpayının üzərindən qurudulmuş və xırdalanmış halda açıq şəkildə sərilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütlələri, iki ədəd kibrit qutusu içərisində spesifik iyli qurudulmuş bitki kütlələri, çarpayının altında qurudulmuş bitki budaqları aşkar edilmişdir. Həmin bitki hissəcikləri hamısı qablaşdırılaraq möhürlənib maddi sübut kimi götürülmüşdür. Evin və həyətyanı hissənin digər yerlərinə baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edə biləcək maddi sübut aşkarlanmamışdır. Keçirilmiş istintaq hərəkətlərinin nəticələrinə dair protokollar tərtib olunmuş, onlar həmin protokollarla tanış olduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, hazırda təqaüdçüdür. Əvvəllər müxtəlif idarələrdə mütəxəssis aqronom kimi işləmişdir. xx xxx 2019-cu il tarixdə, saat 01 radələrində polis əməkdaşları Şəmkir şəhəri ərazisində narkotik vasitələr saxlamaqda və narkotik tərkibli bitkilər əkməkdə şübhəli şəxs olduğunu və həmin şəxsin əkdiyi bitkilərə qulluq olunub-olunmamasını müəyyən etmək üçün mütəxəssis kimi iştirak etməyi xahiş etmişlər. O, heç bir etiraz etməmiş və polis əməkdaşları ilə adını sonradan bildiyi Təqsirləndirilən şəxs1 işlədiyi Şəmkir Peşə məktəbinin gözətçi otağına getmişlər. Orada polis əməkdaşları Təqsirləndirilən şəxs1 gəlişlərinin məqsədlərini izah edərək onun olduğu gözətçi otağında axtarış aparılacağını demişlər. Vüqar həmin vaxt heç bir etiraz etməmiş, baxış və axtarış zamanı gözətçi otağında olan masanın siyirməsində bir ədəd istifadə olunmayan şpris, yatdığı çarpayının balıncının altından novоkayin ampulası, pambıq qırıntıları, eləcə də sarı rəngli limon duzu olan bir ədəd kibrit qutusu, sellofan və kağız bükümləri, sellofan bükümdə pambıq qırıntıları aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin şprislə həmçinin pambıq, limon duzu ilə narkotik vasitə olan heroini damarına vurarkən istifadə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 şifahi sorğu zamanı tanışı “Cuba” ləqəbli Təqsirləndirilən şəxs2 ilə birlikdə üç ədəd narkotik tərkibli bitki əkdiyini bildirmişdir. Həmin bitkiləri yaşadığı evin yaxınlığında olan transfоrmatorun ətrafında əkdiklərini demişdir. Buna görə də Təqsirləndirilən şəxs1 göstərməsi ilə həmin yerə polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Lakin orada hər hansı bir narkotik tərkibli bitki aşkar olunmamışdir. Təqsirləndirilən şəxs1 bundan sonra həmin bitkilərin orada quruduğundan Əlxanın bitkiləri oradan çıxardaraq yaxınlıqda olan Nurəddin Həsənov adlı şəxsə məxsus yarımçıq tikilinin həyətində əkdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 göstərməsi ilə iştirakçılarla birgə həmin yarımçıq tikiliyə baxış keçirmək üçün getmişlər. Həmin yarımçıq tikiliyə baxış keçirilən zaman orada tikilinin arxa tərəfində hündürlüyü 13, 14 və 17 santimetr olan üç ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər aşkar olunmuş, həmin bitkilər kökündən çıxarılaraq müvafiq ekspertizanın keçirilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 həmin bitkiləri Təqsirləndirilən şəxs2la birlikdə əkdiyini bildirmişdir. Təqdim olunan həmin bitkilərə becərilməsi və boy atıb inkişaf etmələri üçün aqrotexniki qaydada qulluq göstərilmiş, dibləri yumşaldılaraq, alaq otlarından təmizlənərək suvarılmışdır. Həmin bitkiləri o, çətənə bitkisinə oxşatmışdır. Aqronom kimi təqdim olunan həmin bitkilərə aqrotexniki qaydada qulluq edilməsi barədə yazılı rəy vermişdir. Təhqiqatçı tərəfindən hadisə yerinə baxış protokolu tərtib olunmuş, həmin protokоlla tanış olduqdan sonra imza etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, 2016-cı ildən X18 direktor vəzifəsində işləyir. Rəhbərlik etdiyi liseyin həyətyanı sahəsi 4 hektardır. Litseyin 3 nəfər gözətçisi olmuşdur. Gözətçilər iki gündən bir növbəyə gəlmişlər və bir gün liseydə qalmışlar. Gündüz liseyə özləri yəni növbətçi müəllim də nəzarət etmişdir. Axşamlar isə saat altıda onlar liseyi gözətçiyə təhvil vermişlər və həmin vaxtdan sonra liseyə gözətçi cavabdeh olmuşdur. Gözətçilərindən biri Təqsirləndirilən şəxs1 olmuşdur. O, həmin məktəbə direktor təyin olunduğunda Vüqar həmin məktəbdə gözətçi olmuşdur. xx xxx 2019-cu il tarixdə səhər işə gəldikdə eşitmişdir ki, gecə polis əməkdaşları gələrək Vüqarı narkotik vasitə qəbul etməsinə görə aparmışlar. Həmin gün də o, Vüqarı yol verdiyi nöqsanlara görə işdən çıxartmışdır. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Vüqar işlədiyi müddətdə nizam-intizamlı olmuş, arada gecələr də gəlib yoxladıqda həmişə Vüqarı yerində görmüşdür. Vüqarla bağlı hər hansı neqativ halın şahidi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid15 Şahid12 ifadəsilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, Şəmkir bazarında xırda alverlə məşğul olur, ipək-yolu qəsəbəsində kirayədə yaşayır. Təqsirləndirilən şəxs3 qonşusudur. Elvinin özü və ailəsi ilə münasibətləri həmişə yaxşı olmuş, Elvini 2018-ci ildən Rusiya Federasiyasından gəldikdən sonra tanımış, həmin müddətdə Elvin meyvə alveri ilə məşğul olmuşdur. 2019-cu il may ayının 9-da qəsəbədə eşitmişdir ki, polislər gəlib Elvini apamışlar. Daha sonra isə polislərin yenidən gələrək Elvinin yaşadığı evdə axtarış aparmalarını eşitmişdir. Lakin evdən nəyinsə tapıldığını bilməmiş, bu barədə də maraqlanmamışdır. Sonradan qəsəbədə olan söhbətlərdən Elvinin narkotik vasitənin qanunsuz dövriyyəsinə görə həbs olunduğunu eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 doğma oğludur. xx xxx 2019-cu il tarixdə oğlu ilə məhləni suladıqları vaxt hər tərəfdən polis əməkdaşları həyətə daxil olaraq oğlunu tutmuşlar. Oğlunu tutarkən üzərinə baxış keçirmişlər və üzərindən siqaret qutusu çıxmışdır. Qutunun içərisindən nə isə balaca bir şey çıxmış, lakin ona göstərməmişlər. Sonra polis əməkdaşları evində axtarış aparılmasına razılıq verməyini soruşmuşlar, etiraz etməyərək bu barədə ərizə yazmışdır. Ərizə yazdığı müddətdə polislər qonşunun həyətinə getmişlər, oradan yabanı şəkildə bitmiş otları gətirib onların məhləsinə tökmüşlər ki, guya oğlu Elvinlə birlikdə əkmişdir. Ərizəni yazıb qurtarmamış artıq polislər axtarışa başlamışlar. Həyətyanı bağ sahəsini kanaldan gələn su ilə suvarmış, kanaldan gələn su ilə gələn çətənə toxumları həyətyanı bağ sahəsində ot-alafın içərisində çətənə kollarının yabanı şəkildə bitməsinə və yetişməsinə səbəb olmuş, həmin bitkilərə heç bir qulluq olunmamışdır. Əlavə olaraq göstərmişdir ki o oğlu Elvinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını bilməmişdir. İş materiallarına əlavə edilmiş xx xxx 2019-cu il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, X21 gözətçi otağına və Təqsirləndirilən şəxs1 göstərməsi ilə Şəmkir şəhər sakini Şahid3 məxsus Şəmkir şəhər İ.Qayıbov küçəsində yerləşən yarımçıq tikilinin həyətinə baxış keçirilmişdir. Baxış zamanı onun gözətçi olduğu otaqdan limon duzu olan kibrit qutusu, içərisində heroin izləri olan spiriş, pambıq qalıqları və bir ədəd ampula, Şahid3 məxsus yarımçıq tikilinin həyətindən onun Təqsirləndirilən şəxs2 ilə birgə əkdiyi 03 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli mütəxəssis alim-aqronom Şahid8 rəyindən görünür ki, Şəmkir şəhər sakini Şahid3 məxsus Şəmkir şəhər İ.Qayıbov küçəsində yerləşən yarımçıq tikilinin arxa tərəfində olan həyətyanı torpaq sahəsinə baxış keçirilən zaman üç ədəd 13 sm, 14 sm və 17 sm hündürlüyündə yaşıl rəngli, kəskin iyli narkotik bitkiyə oxşar çətənə kolları aşkar olunmuş, aşkar olunmuş yaşıl rəngli kəskin iyli narkotik bitkiyə oxşar çətənə kollarına tam aqrotexniki qaydada qulluq olunmuş, yəni həmin kolların dibləri alaq alaq otlarından təmizlənməklə suvarılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən alınmış xx xxx 2019-cu il tarixli, 19/556 a nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 əkib becərdiyi, ümumi çəkisi 5,95 qram olan 3 (üç) ədəd bitki kolları aqrotexniki qaydada qulluq edilməklə əkilib becərilərək yetişdirilmiş narkotik tərkibili çətənə (kannabis) bitkiləridir. Təqsirləndirilən şəxs1 götürülmüş, “gümüşü” kağız bükümdə təmiz çəkisi 0,319 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs1 işlədiyi gözətçi otağından götürülmüş, sellofanda təmiz çəkisi 0,92 qram, “qırmızı” kağız bükümdə təmiz çəkisi 0,43 qram, kibrit qutusunda təmiz çəkisi 1,67 qram və üzərində “limon duzu” sözləri olan sarı rəngli paketdə təmiz çəkisi 9,14 qram olan ümumi təmiz çəkisi 12,16 qram olan rəngsiz, şəffaf maddə limon turşusudur. Limon turşusu narkotik, güclü təsiredici vasitə, psixotrop, zəhərli maddə və prekursorlara aid edilmir. Bir ədəd şprisdə, pambıq qırıqlarında və bir ədəd ampulada olan maddə izləri heroinin izləridir (izlər az olduğuna görə çəki analizi aparılmadı). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən alınmış xx xxx 2019-cu il tarixli, 19/561 a nömrəli arayışında göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 üzərindən götürülmüş, beş ədəd “gümüşü” kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,496 qram, 0,366 qram, 0,478 qram, 0,359 qram və 0,349 qram olan, ümumi təmiz çəkisi 2,048 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs3 evinin qeyri yaşayış sahəsindəki çarpayının üzərindən götürülmüş, sellofan torbada təmiz çəkisi 283,56 qram olan, çarpayının üzərindən götürülmüş iki ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 5,56 qram, 5,08 qram olan və çarpayının altından götürülmüş sellofan torbada təmiz çəkisi 2265 qram olan, ümumi təmiz çəkisi 2559.2 qram (2 kq. 559 qr. onda 2 qram) olan maddə narkotik vasitə qurudulmuş mаrixuanadır (kannabis). Təqsirləndirilən şəxs3 evinin yataq otağından götürülmüş, doqquz ədəd dərman tabletində və iki ədəd dərman kapsulunun tərkibində narkotik maddələrə, güclütəsiredici maddələrə və psixatrop maddələrə uyğun maddə qarışığı aşkar olunmadı. Təqsirləndirilən şəxs3 həyətyanı bağ sahəsindən götürülmüş, ümumi çəkisi 575 qram olan 153 (yüz əlli üç) ədəd tərkibində narkotik kannabinolların izləri olan çətənə (kannabis) bitkiləri kolları yabanı halda, aqrotexniki qaydada qulluq göstərilmədən bitmiş və inkişaf etmişlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonervoloji Dispanserindən təqdim edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2019-cu il tarixli, 256 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 ona şamil edilən hazırki cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən və hal-hazırda aksentuasiyalı şəxsiyyətdə nevrotik reaksiya şəklində pozuntu keçirir. Təqsirləndirilən şəxs2 aksentuasiyalı şəxsiyyətdə nevrotik reaksiya pozuntusu keçirməsinə baxmayaraq həmin pozuntu nevrotik səviyyədə və az ifadəli olduğundan o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçübbiçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonervoloji Dispanserindən təqdim edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2019-cu il tarixli, 429 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 ona şamil edilən hazırki cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs3 ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və onlara rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonervoloji Dispanserindən təqdim edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2019-cu il tarixli, 430 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 ona şamil edilən hazırki cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs1 müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq, ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçübbiçmək və onlara rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx xxxx 2019-cu il tarixli 14426 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, аparılmış ekspert tədqiqatı nəticəsində, tədqiq edilən tədqiqat obyektlərinin hazırkı vəziyyətdə, 2019-cu ilin aprel ayına¸ istismar müddətini və fiziki köhnəlməsini nəzərə alaraq respublika daxili orta bazar satış qiymətləri nəzəri hesablama yolu ilə şərti olaraq təxminən aşağıdakı kimi müəyyən edilir: bir ədəd perfarator 40,00 manat, bir ədəd elektrik mişarı (laqonda) 40,00 manat, bir ədəd drel 40,00 manatdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsi tərəfindən təqdim edilmiş xx xxxx 2019-cu il tarixli 321 nömrəli materialların məhkəmə ekspertizası və məhkəmə-bioloji ekspertizasına dair rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 əkdiyi kəskin iyli çətənə kolları kökündən çıxarıldıqdan sonra qablaşdırılmış vəziyyətdə....” sözləri yazılmış kağız paketdəki, ümumi sayı 3 (üç) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Tədqiqata təqdim edilmiş, üzərində “Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş...” sözəri yazılmış kağız paketdəki, bir ədəd “gümüşü” rəngli kağız bükümdə, təmiz çəkisi 0,314 qram maddə kustar üsulla hazırlanmış narkotik maddə - heroindir. Tədqiqata təqdim olunmuş, üzərində “ Təqsirləndirilən şəxs1 Peşə Liseyinin otağına baxış zamanı aşkar olunmuş...” sözləri yazılmış kağız paketdəki; 1(bir) ədəd içərisi iz şəkilində olan 2 ml-lik şprisin, 1 (bir) ədəd baş hissəsi sınıq şüşə ampulanın və pambıq qırıntılarının içərisində heroin izləri vardır, heroin iz şəklində olduğu üçün quru maddəsinin miqdarınıı hesablamaq mümkün olmadı. – 1 (bir) ədəd üzərində limon duzu yazısı olan paketdə, 1(bir) ədəd kibrit qutusunda, 1 (bir) ədəd sellofan bükümdə və 1(bir) ədəd qırmızı rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 9,04 qram, 1,57 qram, 0,82 qram, 0,33 qram ümumi təmiz çəkisi 11,76 qram olan ağ rəngli kristallik maddələr narkotik vasitələrə və psixatrop maddələrə aid deyildir. Tədqiqata təqdim edilmiş, üzərində, “Təqsirləndirilən şəxs3 evinin həyətindəki qeyri yaşayış sahəsində çarpayının üzərindən aşkar olunaraq götürülmüş...” sözləri yazılmış kağız paketdəki, 2 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 5,469 qram, 5,130 qram ümumi təmiz çəkisi 10,599 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş “şübhəli şəxs Təqsirləndirilən şəxs3 üzərinə keçirilən axtarış zamanı aşkar edilib götürülən...” sözləri yazılmış kağız paketdəki, 5 (beş) ədəd “gümüşü” rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,491 qram, 0,473 qram, 0,361 qram, 0,354 qram, 0,344 qram ümumi təmiz çəkisi 2,023 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs3 həyətindəki qeyri yaşayış sahəsində çarpayının üzərindən aşkar olunaraq götürülmüş...” sözləri yazılan polietilen torbadakı, təmiz çəkisi 283,52 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs3 evinin həyətindəki qeyri yaşayış sahəsində çarpayının altından aşkar olunaraq götürülmüş...” sözləri yazılan polietilen torbadakı, təmiz çəkisi 2264,9 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs3 yaşadığı bağ sahəsindən aşkar olunmuş...” adlar və imzalar olan polietilen torbadakı ümumi sayı 153(yüz əlli üç) ədəd bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Tədqiqata təqdim edilmiş üzərində “Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş...” sözləri yazılmış kağız paketdəki heroin ilə “şübhəli şəxs Təqsirləndirilən şəxs3 üzərinə keçirilən axtarış zamanı aşkar edilib götürülən...” sözləri yazılmış kağız paketdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş üzərində, “Təqsirləndirilən şəxs3 evinin həyətyanı qeyri yaşayış sahəsinə çarpayının üzərindən aşkar edilib götürülmüş...” sözləri yazılmış kağız paketdə üzərində Təqsirləndirilən şəxs3 evin həyətindəki qeyri yaşayış sahəsində çarpayının üzərindən aşkar olunaraq götürülmüş...”, sözləri yazılmış polietilan torbada və üzərində “Təqsirləndirilən şəxs3 evinin həyətindəki qeyri yaşayış sahəsində çarpayının altından aşkar olunaraq götürülmüş...” sözləri yazılan polietilen torbadakı marixuanalar tərkiblərinə görə eynidirlər. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş 3(üç) ədəd bitki bitkilərə aqroteхniki qaydada qulluq edilmişdir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş 153 (yüz əlli üç) ədəd bitkilərə aqrotexniki qaydada qulluq edilməmişdir, onlar yabanı halda bitmişdir. İş materiallarına əlavə edilmiş “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-in 234.1 və 237.1-ci maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli “həbs qətimkan tədbirinin seçilməsinə dair” qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli xx xxx 2019-cu il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası CM-in 234.1 və 237.1-ci maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli xx xxx 2019-cu il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli “həbs qətimkan tədbirinin seçilməsinə dair” qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbsetmənin əvvəli xx xxx 2019-cu il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir rayonu icra hakimiyyəti başçısının Şəmkir şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Şəmkir rayonu icra hakimiyyəti başçısının Şəmkir şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Şəmkir rayonu icra hakimiyyəti başçısının Şəmkir şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Şəmkir rayonu icra hakimiyyəti başçısının Şəmkir şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 02-90 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 həbs olunana qədər atası X11, anası Şahid2 Qıyas qızı və qardaşı X9 ilə birlikdə ünvan 2 ünvanında yaşamışdır. İş materiallarına əlavə edilmiş Şəmkir rayonu icra hakimiyyəti başçısının Şəmkir şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 02-94 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 həbs olunana qədər atası Şahid1 və anası X12 ilə birlikdə ünvan 11 ünvanında yaşamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanseri tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, 524 nömrəli ambulator məcburi narkoloji-tibbi yoxlamaya dair rəydən görünür ki, Təqsirləndirilən şəxs3 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanseri tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, 525 nömrəli ambulator məcburi narkoloji-tibbi yoxlamaya dair rəydən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanseri tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, 526 nömrəli ambulator məcburi narkoloji-tibbi yoxlamaya dair rəydən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 daxil olmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Şəmkir rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 04 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(076)-10/2015 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 172.2.3-cü maddələri ilə təqsirli bilinərək, 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o təqsirləndirilən Təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tamamilə ödənilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 234.1 və 237.2.1-ci maddələrilə verilmiş ittihamlarla özünü təqsirli bilməyərək Təqsirləndirilən şəxs2la birlikdə 3 ədəd narkotik tərkibli çətənə kolu əkmədiyini, əməliyytaçı Şahid4 ona sonradan narkotik vasitə verərək həmin narkotik vasitəni guya Təqsirləndirilən şəxs3 aldığını bildirmiş, Anarın ona verdiyi narkotik vasitəni Təqsirləndirilən şəxs3 aldığını özünü xilas etmək üçün dediyini göstərmişdir. Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 177.2.3 və 237.2.1-ci maddələrilə verilmiş ittihamlarla özünü qismən təqsirli bildiyini göstərərək narkotik vasitəni saxlanıldığı vaxtdan təxminən 4-5 gün əvvəl özü tək əkdiyini, hər dəfə də kollara özü su töküb getdiyini, Təqsirləndirilən şəxs1 yalnız işlədiyi avtomobil yuma məntəqəsində bir dəfə gördüyünü, onunla şəxsi münasibətlərinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələrilə verilmiş ittihamlarla özünü təqsirli bilməyərək ifadəsində polis tərəfindən saxlanılarkən cibində təxminən yarım qrama qədər narkotik vasitə olduğunu, ittihamda göstərilmiş 5 büküm narkotik vasitənin, həmçinin qarajda aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmadığını, həmin narkotikləri üzərinə götürməyəcəyi halda evə silah da qoyacaqlarını, atasını da tutacaqları hədəsi qarşısında məcbur qalaraq hər şeyi boynuna aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 narkotik vasitə satmadığını, ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmadığını, saxlanıldığı vaxt üzərində olmuş təxminən yarım qrama qədər narkotik vasitəni saxlaması ilə bağlı özünü təqsirli bildiyini göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yuxarıda göstərilən məzmunlu ifadələrinə tənqidi yanaşaraq həmin ifadələri işin faktiki hallarına uyğun olmayan, uydurma, məsuliyyətlərini yüngülləşdirməyə xidmət edən ifadələr kimi qəbul edir. Məhkəmə onların təqsirinin məhkəməyədək icraat zamanı verdikləri ifadələrlə, şahidlərin ifadələri, üzləşməyə dair protokollar, ekspert rəyləri və digər iş materialları ilə öz təsdiqini tapdığını hesab edir. Belə ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.1-ci maddələri ilə ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 5-6 ildir ki, X24 məktəbində gözətçi işləyir. 1996-cı ildən 2002-ci ilə qədər “nəşə” kimi tanıdığı narkotik vasitə olan qurudulmuş marixuana qəbul etmişdir. 2002-ci ildə marixuananı tərgitmişdir. Təxminən 5-6 aydır ki, narkotik vasitə qəbul etməyə başlamışdır. Bu dəfə marixuana ilə bərabər heroində qəbul etmişdir. Marixuananı siqaretə doldurub çəkmiş, heroini isə limon duzu ilə qarışdırıb iynə ilə çəkmiş və damarına vurmaqla qəbul etmişdir. 2019-cu ilin aprel ayının əvvəllərində Şəmkir rayonu, Sabirkənd kəndi ərazisində yerləşən aerodrom yolu adlanan ərazidə rastlaşdığı yabanı halda bitmiş çətənə kollarına rast gəlmişdir. Həmin kollardan yararlı olan 3 ədəd çətənə kolunu çıxardıb, əvvəllər tanıdığı “Cuba” ləqəbli Təqsirləndirilən şəxs2 göstərmişdir. Sonra Əlxanla belə qərara gəlmişlər ki, həmin çətənə şitillərini əkib yetişdirib, gələcəkdə yarpağını qurudaraq özləri istifadə etsinlər. Həmin çətənə kolu ştillərini Əlxanla birgə Əlxanın yaşadığı küçədə transfоrmatorun yanına basdırmışlar və dibini yumşaldıb ilk dəfə suyunu o, tökmüşdür. Bu zaman «Cuba»ya tez-tez çətənə bitkisinin dibini sulamağı tapşırmışdır. Əlxan da onun tapşırıqlarına əməl edəcəyini deyib razılaşmışdır. Ancaq təxminən 10-15 gün sonra Əlxan Şəmkir şəhərində rastlaşdığı vaxt ondan çətənə kollarına qulluq edib-etmədiyini soruşduqda Əlxan gah kolların quruduğunu, gah da kolları sulayanda atasının görüb kolları yolduğunu demişdir. Lakin, о, Əlxana inanmamışdır. xx xxx 2019-cu il tarixdə isə Əlxan ona yalan dediyini etiraf edərək, çətənə kollarını traнsfоrmatorun yanından çıxardıb həmin yerin yaxınlığında yaşayış olmayan evin həyətinə basdırdığını bildirmişdir. xx.xx.2019-cu il tarixdə o, iş yerində gecə növbədə olduğu vaxt Şəmkir RPŞ-nin əməkdaşları ona yaxınlaşıb özlərini və vəsiqələrini təqdim edərək ona narkotik vasitələrin qanunsuz dövriyyəsində sübhəli olduğunu deyib işlədiyi peşə məktəbindəki otağına baxış keçiriləcəklərini bildirmişlər. O,hər hansı etiraz bildirməmişdir. Beləcə otağına baxış keçirilən zaman narkotik vasitəni qəbul etmək üçün istifadə etdiyi spiriş, pambıq qırıntıları, limon duzu, ampula aşkar olunmuşdur. Həmin əşyalar onun yanında qablaşdırılaraq götürülmüşdür. O, Təqsirləndirilən şəxs2la birlikdə əkdiyi çətənə kolu barədə polis əməkdaşlarının məlumatlı olduğunu görüb özü səmimi olaraq etiraf etmişdir ki, Təqsirləndirilən şəxs2la birgə 3 ədəd çətənə kolunu əkmişdir. Hətta, ilk dəfə həmin kolları əkdiyi yeri yəni traнsfоrmatorun yanını polis əməkdaşlarına göstərmişdir. Sonra Əlxanın çətənə kollarını oradan çıxardıb yaxınlıqda olan yaşayış olmayan tikilinin həyətinə basdırdığını deyib həmin yerə getmişlər və orada həmin üç ədəd çətənə kollarını axtarıb aşkar etmişlər. Bu zaman çətənə kollarının bir qədər böyüdüyünü görmüşdür. Polis əməkdaşları həmin çətənə kollarını kökündən çıxartmışlar. Dəvət olunan aqronomun iştirakı ilə baxış keçirilmiş və çıxarılan çətənə kollarını zərfə qoyub qablaşdırılmış, möhülənib və bu barədə protokol tərtib olunmuş, о, özü də protokolu imzalamışdır. Sonra polis şöbəsinə gəlmişlər, vəkil çağırıb üstünə baxış keçirmişlər. Əynində оlan gödəkçənin sol yan cibindən özünün istifadəsi üçün saxladığı, xx xxx 2019cu il tarixdə “Qarabattaq” ləqəbi ilə tanıdığı Şəmkir şəhəri, İpək yolu qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs3 20 manata aldığı, bir qədər istifadə etdiyi bir qədərini isə üzərində gəzidirdiyi az miqdarda heroini təqdim etmişdir. Həmin heroin tərəzidə çəkilmiş və götürülüb zərfə qoyulub qablaşdırılmışdır. Bu barədə tərtib olunmuş protokol ona ucadan oxunduqdan sonra imzalamışdır. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 237.2.1ci maddələri ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər oğurluq etdiyinə görə iki dəfə məhkumluq həyatı yaşamışdır. Sonuncu dəfə 2018-ci ilin avqust ayında həbsxanadan çıxmışdır. Həbsxanadan çıxdıqdan sonra Anar adlı tanışının avtomobilyuma məntəqəsində işləyərək özünü dolandırmışdır. Orada olduğu zaman Təqsirləndirilən şəxs1 özünün avtomobilini yuduzdurmaq üçün gələrkən tanış olmuş və aralarında münasibət yaranmışdır. Onlar tez tez görüşmüş və söhbətləşmişlər. Vüqarla söhbət zamanı ona Şəmkirdən Sabirkənd kəndinə gedən yolun kənrında, yəni aerodrom yolunda çətənə kollarının şitillərini gördüyünü demiş və həmin kollardan bir neçə ədəd gətirib birlikdə əkib becərərək gələcəkdə öz şəxsi istifadələri üçün narkotik vasitə əldə etmələrini demişdir. O, Vüqarın bu təklifi ilə razılaşmışdır. Onların söhbətindən bir neçə gün sonra Vüqar 3 ədəd çətənə kolunun şitilini gətirmişdir. Həmin ştili əkmək üçün əlverişli yer axtarmış və yaşadığı evin yaxınlığında olan transformatorun ətrafında bastırmağı qərara almışlar və həmin yerdə əkmişlər. Kolların diblərini ilk dəfə Vüqar sulamış və ona tez-tez kolların dibini sulamasını tapşırmışdır. O, da razılaşmış və bir neçə dəfə həmin yerə gedib kolların diblərini sulаmağa başlamışdır. Atаsı həmin ərazidə gəzişdiyini gördüyü üçün ondan şübhələndiyini hiss etmiş və həmin çətənə kollarını oradan çıxarıb yerini dəyişdirməyi qərara almışdır. Belə ki, fikirləşmişdir ki, atası kolları görüb nə olduğunu başa düşüb onları qoparıb məhv edə bilər. Ona görə də 3 ədəd çətənə kоllarını çıxardıb, yaxınlıqda yerləşən yaşayış olmayan tikilinin arxasında olan sahəyə basdfırmışdır və diblərini tez-tez sulamaq üçün həmin yerə gedib baş çəkmişdir. Əvvəlcə Vüqar ondan çətənə kollarına qulluq-edib etməməsini soruşanda, o, əvvəlcə Vüqara kolların quruduğunu və atasının kolları yolub atdığını demişdir. Ancaq sonra bunu yalan danışdığını deyib, kolları yaxınlıqdakı tikilinin həyətinə basdırdığını demişdir. xx xxx 2019cu il tarixdə səhər tezdən evinin qarşısında olarkən, bir neçə nəfər polis əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim edib, onun narkotik vasitələrin əkib becərilməsində şübhəli olduğunu bildirərək polis şöbəsinə gətirmişlər. Şöbədə hüquqları izah olunaraq vəkillərin siyahısını ona təqdim еtmişlər və həmin siyahıdan Xalidə xanımın hüquqlarını müdafiə etməsini istəmişdir. Vəkilin iştirakı ilə üstündə şəxsi axtarış aparılmışdır. Axtarış zamanı onun üzərindən heç nə aşkar olunmamışdır. O, şəxsi axtarış zamanı da Vüqarla narkotik maddə çəkdiyini, Vüqarla çətənə kolu əkib becərdiyini səmimi olaraq etiraf etmişdir. Bu zaman ona məlum olmuşdur ki, Vüqar özü də polis əməkdaşları tərəfindən tutulmuşdur. Təqsirləndirilən şəxs2 daha sonra ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin aprel ayının sonlarına yaxın Şəmkir şəhərində "Sum 28" kimi tanınan küçədə günün işıqlı vaxtı təmir gedən evin pəncərəsinin açıq vəziyyətdə olmasını görmüşdür. Ətrafa baxmış, kimsənin olmadığını gördükdən sonra pəncərədən həmin evə daxil olaraq oradan təmir gedən otaqların birində olan laqonda, drel, bir ədəddə divar deşən perfarat götürüb salafona qoyaraq satmaq üçün Bakı şəhərinə gedən avtobusa minmişdir. Avtobus Şəmkir şəhərindən çıxmamış yolda dayandığı zaman polis əməkdaşlarının onu axtardığını eşitmiş və qaçmışdır. Qaçdığı zaman oğurladığı alətləri Şəmkir şəhərində 8-ci küçə kimi tanınan küçənin aşağı tərəfində qoyaraq qaçmışdır. Bundan sonra o, Bakı-Qazax yoluna çıxaraq oradan yol maşınlarının biri ilə Bakı şəhərinə işləməyə getmişdir. Bir müddət Bakı şəhərində işlədikdən sonra Şəmkir rayonuna qayıtmışdır. Şəmkir şəhərinə qayıtdığı zaman eşitmişdir ki, anası həmin alətləri yoldan götürüb sahibinə qaytarmışdır. Daha sonra onu polis şöbəsinə çağırdıqları zaman o, həqiqətən də oğurluq etməsini etiraf etmişdir. Təqsirləndirilən şəxs2 ifadəsində həmçinin göstərmişdir ki, o, Vüqar Мədətovla birlikdə mütəmadi olaraq iynə vasitəsi ilə narkotik vasitə qəbul etmiş, narkotik vasitəni həmişə ona Təqsirləndirilən şəxs1 tapmışdır, lakin haradan əldə etməsini ona bildirməmişdir. Eyni zamanda oğurluğu özü tək etdiyini bildirərək əldə edəcəyi pulla narkotik vasitə alaraq qəbul edəcəyini bildirmişdir. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3cü maddələri ilə ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, təxminən 1 ildir ki, narkotik vasitə olan heroin və marixuana qəbul edir. xx xxx 2019-cu il tarixdə günorta radələrində yaşadığı Şəmkir şəhəri, İpək-Yolu qəsəbəsində yerləşən evin qarşısında dayanmışdır. Bu zaman bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış, xidməti vəsiqələrini göstərməklə özlərinin polis əməkdaşları olduqlarını təqdim etmişlər. Daha sonra onun narkotik vasitələrin qanunsuz satışında şübhəli bilindiyini qeyd etməklə Şəmkir RPŞ-nə dəvət etmişlər. Polis şöbəsində hüquqlarını müdafiə etməkdən ötrü dəvət etmək üçün vəkillərin siyahısı ona təqdim olunmuşdur və o, həmin siyahıdan Rüstəmə Ağayevanı seçmişdir. Vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində dövriyyəsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmaması soruşulmuşdur. O, əynindəki idman şalvarının sağ yan cibindəki siqaret qutusunu təqdim etmişdir. Həmin qutuda o, narkotik vasitə olan heroin saxlamışdır. Həmin siqaret qutusu açılmış, içərisindəki beş bükümdə gümüşü rəngli siqaret kağızına bükdüyü heroin açılaraq elektron tərəzidə çəkilmişdir. Bundan başqa üzərindən heç bir əşya аşkar edilməmişdir. Həmin heroin kütləsi onun özünə məxsus olmuşdur və o, təxminən bir ay əvvəl qeyd edilən narkotik vasitə olan heroini Şəmkir şəhərində yerdən tapmışdır. Həmin heroindən bir bükümünü may ayının əvvəllərində Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs1 hədiyə kimi verdiyini etiraf etmişdir. Bundan başqa o, istintaqa yaşadığı evdə də narkotik vasitə saxladığını etiraf etmişdir. Ona görə də yaşadığı evdə axtarış keçirilmişdir. Axtarış zamanı yaşadığı evin həyətində öz-özünə bitmiş çətənə kollаrы aşkarlanmışdır. Həmin çətənə kollarını o, əkməmişdir. Torpaq münbit olduğuna və daim meyvə ağaclarına görə əkin yeri sulandığına görə yabanı halda çətənə kolları əmələ gəlmişdir. Həmin çətənə kolları onların evin həyəti ilə yanaşı qonşu Firuddinlə həmsərhəd olan torpaq sahəsində də bitmişdir. O, həmin çətənə kollarının nəşə olduğunu bildiyinə görə 2018-ci ildə həmin torpaqda bitmiş çətənə kollarını qırıb yaşadığı evin həyətində qurudub, yarpaqlarını ovalayıb, öz şəxsi istifadəsi üçün qarajın içərisindəki istifadə olunmayan dəmir çarpayının üzərinə ovaladığı hissələrini, çarpayının altında isə gövdə və kök hissələrini saxlamışdır. Həmin çətənə kollarından heç kimə satmamışdır. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onların cinayət əməlləri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 234.1 və 237.2.1-ci maddələrilə, Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-in 177.2.3 və 237.2.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 əməlləri isə Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə tövsif olunmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onların törətdikləri cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini, eləcə də cəzalarını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onların törətdikləri cinayətlərin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyətləri nəzərə alınaraq barələrində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəməsi cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hаldır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Şəmkir rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 04 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmədən hazırkı cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs2 hazırkı cinayət əməlini məhkumluğu ödənilmədən törətmişdir. Onun əməlində cinayətlərin residivi mövcuddur. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs2 CM-in 65.2-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs2 ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Bundan başqa iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etmişdir və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs2zərərçəkmiş şəxslə barışıq əldə etməsi və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmaması CM-in 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirici hal kimi nəzərə alınsa da, həmin məcəllənin 61.1.1-ci maddəsində nəzərdə tutulan cinayətlərin residivi cəzasını ağırlaşdırıcı hal kimi qəbul olunduğundan ona cəza təyin olunarkən həmin Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilməməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən tərədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 təyin olunan cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Şəmkir RPŞ-nin saxlanc anbarına verilmiş, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 Рamiz oğlunun birgə əkdikləri 03 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş ekspert rəyindən sonra təmiz çəkisi 0.264 qram narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs3 üzərindən beş bükümdə aşkar olunmuş ekspert rəyindən sonra təmiz çəkisi 1.773 qram narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs3 yaşadığı evin həyətində yerləşən qarajdakı çarpayının üzərində olan iki ədəd kibrit qutusunda ekspert rəyindən sonra təmiz çəkisi 10.449 qram narkotik vasitə olan qurudulmuş marixuana, həmin çarpayının üzərindən aşkar olunmuş açıq vəziyyətdə ekspert rəyindən sonra təmiz çəkisi 283.47 qram olan narkotik vasitə olan qurudulmuş marixuana və həmin çarpayının altından aşkar olunmuş ekspert rəyindən sonra təmiz çəkisi 2264.85 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, 09 (doqquz) ədəd DVD disklər cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 196 (yüz doxsan altı) manat 62 (altmış iki) qəpik ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 65 (altmış beş) manat 54 (əlli dörd) qəpik olmaqla tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş materiallarına əlavə edilmiş narkoloji tibbi yoxlamanın rəylərinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barələrində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdırlar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barələrində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdırlar. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya, Azərbaycan Respublikası CM-nin 237.2.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikasının CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx xxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-in 177.2.3 və 237.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya, Azərbaycan Respublikası CM-nin 237.2.1-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikasının CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 4 (dörd) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx xxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx xxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Şəmkir RPŞ-nin saxlanc anbarına verilmiş, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 Рamiz oğlunun birgə əkdikləri 03 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş ekspert rəyindən sonra təmiz çəkisi 0.264 qram narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs3 üzərindən beş bükümdə aşkar olunmuş ekspert rəyindən sonra təmiz çəkisi 1.773 qram narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs3 yaşadığı evin həyətində yerləşən qarajdakı çarpayının üzərində olan iki ədəd kibrit qutusunda ekspert rəyindən sonra təmiz çəkisi 10.449 qram narkotik vasitə olan qurudulmuş marixuana, həmin çarpayının üzərindən aşkar olunmuş açıq vəziyyətdə ekspert rəyindən sonra təmiz çəkisi 283.47 qram olan narkotik vasitə olan qurudulmuş marixuana və həmin çarpayının altından aşkar olunmuş ekspert rəyindən sonra təmiz çəkisi 2264.85 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin, 09 (doqquz) ədəd DVD disklər cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 196 (yüz doxsan altı) manat 62 (altmış iki) qəpik ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 65 (altmış beş) manat 54 (əlli dörd) qəpik olmaqla tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barələrində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsınlar. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surətini aldıqları andan) X19 Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-56/2020
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-56/2020
02.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver