Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-56/2021 18.02.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X19 Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi,hakimlər Bağırov Məhəmməd Ənvər oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X9 Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslərin nümayəndələri Nümayəndə1, Nümayəndə2, müdafiəçilər- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri X5, X11, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Tovuz rayonu Xatınlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, barəsində xx xxx 2020-ci il tarixdən “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, hazırda Tovuz rayonu Xatınlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.4.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə xx xxxxxx 1987-ci il tarixdə Tovuz rayonu Xatınlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, işləməyən, barəsində xx xxx 2020-ci il tarixdən “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, hazırda Tovuz rayonu Xatınlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə X19 Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda əkib, yetişdirməklə kultivasiya etmiş, eyni zamanda qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına becərməklə təkrarən özbaşına tutmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1, 2020-ci ilin mart ayının məlum olmayan tarixində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Tovuz rayonu, Qədirli-Xatınlı kəndlərini əhatə edən X24 X2 meşəbəyliyinin 2 saylı meşə dolayısının təbii adı «Kol qırağı» adlanan ərazisinin 16 kv metr sahəsini özbaşına şumlayıb, becərməklə özbaşına tutmuşdur. Bundan başqa o, həmkəndlisi və tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2020-ci ilin aprel ayının ortalarında, məlum olmayan tarixdə ümumi çəkisi 18,125 qram olan 168(yüz altmış səkkiz) ədəd tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkilərini Tovuz rayonu, Qədirli kəndi ərazisində yerləşən, Qədirli- Cilovdarlı kənd bələdiyyəsinə məxsus «Qara su» adlanan ərazinin 27 kv metr sahəsinə qanunsuz olaraq külli miqdarda əkib-yetişdirib kultivasiya etməklə, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini təkrarən özbaşına becərməklə tutmuşdur. Həmin tərkibində narkotik maddələr olan 168 (yüz altmış səkkiz) ədəd çətənə (kannabis) bitkiləri xx xxx 2020-ci il tarixdə saat 16 radələrində Tovuz rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tovuz rayonu, Qədirli-Cilovdarlı kənd bələdiyyəsinə məxsus «Qara su» adlanan ərazidən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkilərini külli miqdarda əkib, yetişdirməklə kultivasiya etmiş, eyni zamanda qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına becərməklə özbaşına tutmuşdur. Belə ki, Təqsirləndirilən şəxs2, həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2020-ci ilin aprel ayının ortalarında məlum olmayan tarixdə ümumi çəkisi 18,125 qram olan 168 (yüz altmış səkkiz) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini Tovuz rayonu, Cilovdarlı kəndi ərazisində yerləşən, Tovuz rayonu, Qədirli-Cilovdarlı kənd bələdiyyəsinə məxsus «Qara su» adlanan ərazinin 27 kv metr sahəsinə qanunsuz olaraq külli miqdarda əkib-yetişdirib kultivasiya etməklə, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına becərməklə tutmuşdur. Həmin tərkibində narkotik maddələr olan 168(yüz altmış səkkiz) ədəd çətənə(kannabis) bitkiləri xx xxx 2020-ci il tarixdə saat 16 radələrində Tovuz rayon polis şöbəsinin əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində Tovuz rayonu, Qədirli-Cilovdarlı kənd bələdiyyəsinə məxsus «Qara su» adlanan ərazidən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 188.4.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 əvvəllər tanımış və aralarında dostluq münasibəti olmuşdur. Onlar birlikdə arada bir narkotik vasitə istifadə etmişlər. Əliyev Rövşən Cəfər oğlunu Tovuz rayon ərazisində “Bozun beli” olaraq bilinən ərazidə əkin sahəsini birlikdə sulamağı səbəbindən tanımışdır. Ceyhunla onun Şahid7 fermasının yanında bostanları olmuş və onlar Raminin avtomobili ilə tez-tez həmin əraziyə gedib bostanlarını sulamışlar. Onlar öz əkin sahələrini suvarmaq üçün həmin ərazidən keçərkən orada narkotik vasitələr bitdiyini görmüşlər. O da Təqsirləndirilən şəxs2la birlikdə həmin yabanı halda bitən narkotiklərdən yığıb istifadə etmişlər. O, Ceyhunla birlikdə xx xxx 2020-ci il tarixdə saat 12-13 radələrində Şahid7 fermasının yaxınlığından keçərkən Əvəz və onun oğlu onlarla mübahisə etmiş və mübahisələri davaya çevrilmişdir. Həmin gün axşam saatlarında isə polislər onları bölməyə aparmış və onları təhqir edib, zor tətbiq edərək həmin narkotik vasitələrin onlar tərəfindən əkilib-becərilməsinə dair izahat almışlar. Onların həmin narkotik vasitələrdən xəbəri olmamış, onlar narkotik vasitələri bir yerdən başqa yerə aparıb əkməmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2, ona Azərbaycan Respublikası CM-nin 188.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 əvvəllər tanımış və aralarında dostluq münasibəti olmuşdur. Onlar birlikdə arada bir narkotik vasitə istifadə etmişlər. Əliyev Rövşən Cəfər oğlunu tanıyır. Həmin şəxslə də heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Onun əkin sahəsinin yaxınlığında Şahid7 yatağı yerləşir. O, hər dəfə öz sahəsində əkdiyi bostanı suvarmaq üçün həmin ərazidən keçərkən orada narkotik vasitələr bitdiyini görmüşdür. Əvvəllər həmin narkotik vasitələrin yabanı halda bitdiyini düşünmüş, lakin sonradan Şahid7 çobanının həmin ərazidə qeyd olunan narkotik bitkiləri əkib-becərildiyini görmüşdür. Bu barədə o, ondan soruşduğunda sonuncu, həmin kolların kim tərəfindən əkildiyini bildirməmişdir. Lakin bir neçə gündən sonra həmin çoban onun atasına onun meşədə narkotik bitkiləri əkdiyini demiş və ona görə də o, iki gün evə getməmişdir. Bir neçə gündən sonra, yəni xx xxx 2020-ci il tarixdə o, Azərlə birlikdə həmin ərazidə Şahid7 və oğlunu birlikdə görmüşdür. Həmin vaxt aralarında mübahisə baş vermiş və onlar dalaşmışlar. Bundan sonra xx xxx 2020-ci il tarixdə axşam saatlarında polislər onu şöbəyə aparmış, onu və Azəri təhqir edib, zor tətbiq edib həmin narkotik vasitələrin onlar tərəfindən əkilib-becərilməsinə dair izahat almışlar. Onların həmin narkotik vasitələrdən xəbərləri olmamış, həmin narkotik vasitələri Əvəz əkmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə saat təxminən 15 radələrində Tovuz RPŞ-nin növbətçi hissəsindən ona Tovuz RPŞ-nə bir nəfər vətəndaş ərizə yazıb Tovuz rayonu, Xatınlı kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlı şəxslərin Qədirli kəndi ərazisində yerləşən “Qara su” adlanan ərazidə narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərildiyini, sonradan adının Əvəz olduğunu bildiyi həmin şəxsin Azər və Ceyhunu çətənə bitkilərinə qulluq edərkən görüb telefonu ilə videoya çəkmək istəyərkən aralarında mübahisə baş verdiyini bildirmişdir. Ona görə də bu barədə Tovuz RPŞ-nin rəhbərliyinə məlumat verildikdən sonra o, Tovuz RPŞ-nin təhqiqatçısı Rəşid Hüseynov, əməliyyat müvəkkilləri Şahid9, Şahid3, Şahid10 və Tovuz RPŞ-nin Narkomaniya ilə Mübarizə qrupunun baş əməliyyat müvəkkili Araz Aslanov ilə birlikdə əvvəlcə Tovuz rayonu, Qədirli kəndinə gedərək, Qədirli kənd icra nümayəndəsinə və bələdiyyənin sədri Şahid1 da məlumat verərək, onlarla birlikdə Şahid7 dediyi yerə, yəni Tovuz rayonu, Qədirli kəndi ərazisində yerləşən “Qara su” adlanan su arxının kənarına getmişlər. Həmin yerdə Şahid7 göstərdiyi əraziyə video çəkilişlə baxış keçirilmiş, baxış zamanı tərkibində narkotik vasitələr olan çətə bitkilərinin əkildiyi ərazinin 27 kv metr sahəni əhatə etdiyi, həmin ərazinin şumlanılması, ərazidə hər birinin hündürlüyü təxminən 3-5 sm olan çətənə bitkilərinin olması müəyyən edilmişdir. Baxış zamanı iştirak edən aqronom həmin bitkilərə aqrotexniki qaydada qulluq edilərək, kultivasiya olunduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən, ümumilikdə 168 ədəd əkilmiş çətənə kolu kökündən çıxarılaraq, əvvəlcə elektron tərəzidə çəkilmiş, çəkisi ümumilikdə 39 qram müəyyən edilmiş, daha sonra isə həmin şitillər kağız zərfə qoyularaq, qablaşdırılıb götürülmüşdür. Bundan sonra aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxx 2020-ci il tarixdə Tovuz rayonu, Xatınlı kənd sakini Təqsirləndirilən şəxs2 müəyyən edilərək izahatının alınması üçün Tovuz RPŞ-nə gətirilərək Təhqiqat bölməsinə təhvil verilmişdir. xx xxx 2020-ci il tarixdə isə Təqsirləndirilən şəxs1 müəyyən edilərək Tovuz RPŞ-nin İstintaq bölməsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin çətənə bitkilərini öz şəxsi istifadələri üçün birlikdə əkib-becərdiklərini etiraf etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdiyi xüsusatları məhkəmədə şahid qismində dindirilmiş Şahid9, Şahid10 və Şahid3 ifadələrində tam təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, hal-hazırda Tovuz Dövlət X15 Bitkiçilik Sektorunda aqronom işləyir. Tovuz rayonu Xatınlı kənd sakinləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 tanımır, onlarla arasında əvvəllər heç bir ədavəti olmamış, qohumluq əlaqəsi yoxdur. xx xxx 2020-ci il tarixdə saat 15 radələrində xidməti iş yerində olarkən Tovuz rayon polis şöbəsindən daxil olmuş məktub əsasında Tovuz rayon polis şöbəsinə getmişdir. Polis şöbəsindən isə polis əməkdaşları ilə birlikdə Tovuz rayonu, Qədirli kəndi ərazisində yerləşən «Qara su» adlanan əraziyə getmişlər. Həmin yerdə Tovuz rayonu, Qədirli kənd sakini Əvəz adlı şəxs arxın yaxınlığında kolluğun arxasında olan yeri göstərmişdir. Polis əməkdaşları ilə həmin yerə yaxınlaşanda görmüşdür ki, həmin yerdə yer şumlanmış, yabanı bitkilərdən təmizlənmiş və hər birinin hündürlüyü təxminən 3-5 sm olan bitkilər əkilmişdir. Həmin bitkilərin əkildiyi ərazi 27 kv metr sahəni əhatə etmişdir. Baxış zamanı əkilmiş bitkilərə baxış keçirmiş və müəyyən etmişdir ki, həmin bitkilərə aqrotexniki qaydada qulluq edilərək, kultivasiya olunmuş, həmin bitkilər tərkibində narkotik maddələr olan çətənə bitkiləridir. Baxış keçirdikdən sonra bu barədə rəy vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Tovuz rayon, Xatınlı kəndində daimi pasport qeydiyyatında olmaqla həmin ünvanda da yaşayır və hazırda X24 Təsərrüfatı Müəssisəsində gözətçi vəzifəsində işləyir və ona təhkim edilən inzibati ərazi kənd əhalisi arasında “Atçalası” olaraq tanınan, Qovlar Meşəbəyliyinin 2 saylı Dolayısıdır. Təqsirləndirilən şəxs1 uzun müddətdir tanıyır, Azərlə münasibətləri əsasən Azərin meşədən 150 metr uzaqlıqda yerləşən əkin sahəsində taxıl əkməsi səbəbindən yaranmışdır. Həmin şəxslə münasibətləri hər zaman yaxşı olmuşdur. Təqsirləndirilən şəxs2 ilə münasibəti yoxdur. Onun tanıdığı, Mehman adlı həmkəndlisi təxminən 15-20 gün bundan əvvəl, yəni 2020-ci ili naprel ayının ortalarında saat 20 radələrində ona məxsus olmaqla yalnız onun istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə özünün istifadəsində olan, lakin xatırlamadığı nömrə ilə zəng edərək “Gözətçisi olduğun meşədə, “kol qırağı” adlandırılan yer şumlanıb” demişdir. Lakin Mehman həmin yerin kim tərəfindən şumlandığını özü də bilmədiyi üçün ona da bildirə bilməmişdir. O, axşam saatları olduğu üçün Mehmanın zəngindən sonra həmin gün meşəyə, Mehmanın ona şumlandığını bildirdiyi yerə baxmağa getməmişdir. O, növbəti gün saat 05 və ya 06 radələrində arvadı X12 ilə birlikdə həmin əraziyə baxmağa getmişdir. Mehmanın dediyi yerə çatdıqda isə arvadı ilə birlikdə həmin yerin şumlandığını görmüşdür. Ora şumlanmış olsa da, orada nə əkildiyini anlaya bilməmişdir. Belə ki, nə bir cücərti, yaşıllıq, nə də ki hər hansı bir bitki, yəni ştil və ya kol görməmişdir. Sadəcə olaraq kim isə həmin yeri şumlamışdır. Həmin meşəlik ərazi X24 Təsərrüfatı Müəssisəsinə aid olduğu üçün oranı şumlamaq olmaz. Bu səbəbdən də həmin gün iş saatlarında o, Tovuz rayon Meşə İdarəsinin rəhbərliyinə meşə ərazisindəki yerin şumlanması barədə şifahi olaraq məlumat vermişdir. Meşə İdarəsindən isə ona həmin yeri nəzarətdə saxlamağını bildirmişlər. Beləliklə də o, həmin yeri nəzarətdə saxlamış və hər 2 gündən bir həmin yerə baş çəkərək orada nəyin əkildiyini anlamağa çalışmışdır. Lakin son günə qədər, yəni oraya baş çəkdiyi xx xxx 2020-ci il tarixinə qədər orada hər hansı bir bitki bitməmiş və ərazi də şumlanmış vəziyyətdə qalmışdır. xx xxx 2020-ci il tarixində kənd camaatı ilə söhbət edərkən xəbər tutmuşdur ki, Əliyev Rövşən Cəfər oğlu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Tovuz rayon Qədirli kəndi ərazisində yerləşən və “AJİ” olaraq adlandırılan dərədə narkotik tərkibli birkilər əkməkdə şübhəli bilindiklərindən Tovuz RPŞ-nin əməkdaşları tərəfindən tutulmuşlar. O, Tovuz rayon Xatınlı kənd meşəsində gözətçi işlədiyi üçün mütəmadi olaraq şumlanmış əraziyə nəzarət məqsədi ilə gedib oraya baxış keçirsə də orada hər hansı bir bitkinin yetişməsini görməmişdir. Həmçinin onun həmin şumlanmış ərazidə narkotik tərkibli bitki əkilməsi barədə də heç bir məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, təxminən 2020-ci ilin aprel ayının əvvəllərində ona məxsus bir baş inək otlağıdı sahədə hardasa doğmuşdur. O da saat 20 radələrində həmin inəyin balasını axtarmaq üçün meşəyə getmişdir. Meşədə inəyin balasını axtararkən görmüşdür ki, hər tərəfi kol-kosla bağlı bir yer var, həmin yerə isə bir adamın gedə biləcəyi bir cığır vardır. O da həmin cığırla hərəkətini davam etdirmişdir ki, bəlkə inəyin balasını həmin yerdə tapsın. Həmin cığırla hərəkət edib, boşluq əraziyə çıxmışdır. Həmin yerdə su çəkməsi, köhnə paltarlar, bel və sair əşyaların olduğunu görmüşdür. Bundan sonra mən həmin yerdən çıxmış və təsadüfən meşədə meşə gözətçisi Şahid4 ilə görüşmüşdür. O, Şahinə kolluğun arasında gördüyü yeri demiş və fermaya qayıtmışdır. Bundan təxminən 2-3 gün sonra yenə də həmin yerə baxmağa gələndə həmin yerdə iki gün əvvəl gördüyü əşyaların heç birinin olmadığını görmüşdür. Bundan başqa o, heç nə bilmir, heç nə eşitməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Əliyev Rövşən Cəfər oğlunu həmkəndliləri kimi tanımışdır. Həmin şəxslərin onun fermasının yaxınlığında əkin sahələri olmuşdur. Onların arasında heç bir ədavət və qohumluq əlaqəsi olmamışdır. 2020-ci ilin aprel ayının ortalarında saat 11 radələrində fermada olarkən Rövşən Əliyev özünə məxsus avtomobili ilə fermaya gəlmiş və ondan iki torba peyin verməsini xahiş etmişdir. O da Rövşənə peyinin yığıldığı yeri göstərərək həmin yerdən götürməsini demişdir. Rövşən də peyinin yığıldığı yerə yaxınlaşaraq oradan iki torba peyin yığaraq avtomobilinin yük yerinə qoyub fermadan getmişdir. Bundan sonra o, Rövşəni görməmişdir. O, Rövşənin peyini hansı məqsədlə apardığını və ya kimə apardığını bilməmiş, bu barədə Rövşəndən heç bir söz soruşmamışdır. O, Ceyhun və Azərin narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsi barədə heç bir söz eşitməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Tovuz rayon, Qədirli kəndində yaşayır, həmin kəndin ərazisindən keçən Kür çayının yaxınlığında özünə məxsus fermada heyvandarlıqla məşğul olur. Azər və Ceyhun adlı şəxsləri Tovuz rayonu, Xatınlı kənd sakinləri kimi tanıyır. Onlarla arasında heç bir ədavəti və qohumluq əlaqəsi yoxdur. xx xxx 2020-ci il tarixdə saat 12-13 radələrində heyvan saxladığı fermadan təxminən 1 km aralıda yerləşən «qara su» adlanan arxın yaxınlığında heyvanlarını otarmışdır. Həmin vaxt heyvanlarının hürküb qaçdığını görmüş və ona görə də səbəbini öyrənmək üçün arxın kənarına yaxınlaşanda Azər və Ceyhunun çayın kənarında əkilmiş şitillərə su və peyin verdiklərini görmüşdür. O, diqqətlə onların əkdiyi şitillərə baxanda şitillərin tərkibində narktik maddələr olan çətənə bitkilərinin olduğunu görmüşdür. Ona görə də mobil telefonunu çıxarıb Azər və Ceyhunu çəkmək istəyəndə, Ceyhun onun üzərinə gəlmişdir. Ona görə də telefonu cibinə qoymuş, çəkliş aparmamışdır. Bu zaman Ceyhun ona yaxınlaşmış, onları video ilə çəkiliş çəkməyinə irad bildirib onu əli ilə itələmişdir. O, müvazinətini saxlaya bilməyib yerə yıxılmışdır. Həmin vaxt Ceyhun özü də yıxılmışdır. Bu zaman Azər də onlara yaxınlaşmışdır. O, yerdən qalxıb Ceyhunun paltarından tutaraq polis çağıracağını demişdir. Həmin vaxt Azər Ceyhunu onun əlindən almışdır. Bundan sonra Azər və Ceyhun qaçaraq həmin yerdən uzaqlaşmışlar. O, isə Tovuz rayon polis şöbəsinə gələrək Azər və Ceyhunun tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkib-becərdikləri barədə ərizə yazmışdır. Həmin vaxt Azər və Ceyhunun yanında və ətrafda başqa heç kim olmamışdır. O, Ceyhun və Azərin narkotik tərkibli çətənə bitkilərinə qulluq etdiyini telefonu ilə videoya çəkə bilməmiş, təzə başlamışdır ki, çəksin, Ceyhun onu gördüyü üçün çəkə bilməmişdir. O, nə Ceyhuna nə də Azərə heç bir zor tətbiq etməmişdir. Ceyhunun onu itələyib yerə yıxmağı ilə bağlı Azərdən nə də Ceyhundan heç bir şikayəti və tələbi yoxdur, onların cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsini istəmir. Məhkəmədə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 tanıyır, həmkəndliləridir. Onlarla arasında əvvəllər heç bir ədavəti olmamış, qohumluq əlaqəsi yoxdur. xx xxx 2020-ci il tarixdə saat 16 radələrində xidməti iş yerində olarkən Tovuz rayon polis şöbəsinin əməliyyat müvəkkili Şahid10 ona zəng vurub, Tovuz rayonu, Qədirli kəndi ərazisində «Qara su» adlanan arxın kənarına baxış keçirəcəklərini, onun da kənd bələdiyyəsinin sədri Şahid1 da həmin baxışda iştirak etmələrinin zəruriliyini bildirmişdir. Ona görə də bu barədə bələdiyyə sədri Çingizə bildirmiş və birlikdə «Qara su» adlı su arxının yaxınlığına getmişlər. Həmin yerdə Tovuz rayonu, Qədirli kənd sakini arxın yaxınlığında kolluğun arxasında olan yeri göstərmişdir. Polis əməkdaşları ilə həmin yerə yaxınlaşanda həmin yerdə yerin şumlanıldığını, yabanı bitkilərdən təmizləndiyini və hər birinin hündürlüyü təxminən 3-5 sm olan bitkilər əkildiyini görmüşdür. Həmin bitkilərin əkildiyi ərazi 27 kv metr sahəni əhatə etmişdir. Baxış zamanı iştirak edən aqranom bitkilərə baxaraq həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini, kultivasiya olunduğunu, həmin bitkilərin tərkibində narkotik maddələr olan çətənə bitkiləri olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən, ümumilikdə 168 ədəd əkilmiş çətənə kolu kökündən çıxarılaraq, əvvəlcə elektron tərəzidə çəkilmiş, çəkisi ümumilikdə 39 qram müəyyən edilmiş, daha sonra isə həmin şitillər kağız zərfə qoyularaq, qablaşdırılib götürülmüşdür. Həmin vaxt ona məlum olmuşdur ki, həmin çətənə bitkilərini həmkəndliləri Ceyhun və Azər təxminən 15 gün əvvəl əkdikləri meşə zolağından çıxararaq, «Qara su» adlanan əraziyə əkmişlər. xx xxx 2020-ci il tarixdə isə həmin bitkilərə qulluq edərkən onları Qədirli kənd sakini Şahid7 adlı şəxs görüb, telefona çəkmək istəyərkən Əvəzlə Ceyhun və Azər arasında mübahisə baş vermiş, mübahisənin nəticəsində isə Əvəz polis şöbəsinə şikayət etmişdir. Çətənə bitkilərinin aşkar edildiyi ərazi Qədirli kənd bələdiyyəsinə məxsus ərazidir. Şahid11 ifadəsində göstərdiyi xüsusatları məhkəmədə şahid qismində dindirilmiş Şahid1 da ifadəsində təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli “baxış və götürmə aparılması” barədə xx xxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Tovuz rayonu, Qədirli kəndi ərazisində yerlşən «Qara su» adlanan əraziyə aqranomun iştirakı ilə video çəklişlə baxış keçirilmiş, baxış zamanı həmin ərazidən əkilib-becərilərək aqrotexniki qaydada qulluq edilmiş, tərkibində narkotik tərkibli maddələr olan 168 ədəd çətənə (kannabis) şitilləri aşkar edilərək götürülmüşdür. Baxışın əks olunduğu görüntülər 1 ədəd elektron diskə köçürülərək protokola əlavə edilmişdir, həmçinin hadisə yerinin şəkilləri çəkilərək protokola əlavə edilmişir. 168 ədəd çətənə (kannabis) şitilləri ilə 1 ədəd CD maddi sübut kimi tanınmış, onlardan 168 ədəd çətənə (kannabis) şitilləri Tovuz RPŞ-də məsul saxlanıca verilmiş, 1 ədəd CD isə cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 16/309 №-li, xx xxx 2020-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Tovuz rayonu, Qədirli kəndi ərazisində Kür çayının yaxınlığından Qara-su arxının kənarından aşkar edilib götürülmüş narkotik tərkibli bitkilərə oxşar 168 (yüz altmış səkkiz) ədəd ştillər» yazılar və imzalar olan kağız paketdəki, ümumi sayı 168 (yüz altmış səkkiz) ədəd ümumi çəkisi 18,125 qram bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkilərinin ştilləridir. Aqronomun rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 16/309 №-li, xx xxx 2020-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Tovuz rayonu, Qədirli kəndi ərazisində Kür çayının yaxınlığından Qara-su arxının kənarından aşkar edilib götürülmüş narkotik tərkibli bitkilərə oxşar 168(yüz altmış səkkiz) ədəd ştillər» yazılar və imzalar olan kağız paketdəki, ümumi sayı 168 (yüz altmış səkkiz) ədəd ümumi çəkisi 18,125 qram bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkilərinin ştilləridir. Aqronomun rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Resprublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası Mərkəzinin Gəncə regional Bölməsinin xx.xx.2020-ci il tarixli 16/309 saylı ekspertiza rəyindən görünür ki, “Tədqiqata təqdim olunmuş üzərində, “Tovuz rayon Qədirli kəndi ərazisində Kür ayının yaxınlığından Qara-su arxının kənarından aşkar edilib götürülmüş narkotik tərkibli bitkilərə oxşar 168 (yüz altmış səkkiz) ədəd ştillər.” yazılar və imzalar olan kağız paketdə, ümumi sayı 168 (yüz altmış səkkiz) ədəd ümumi təmiz çəkisi18,125 qram bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkilərinin şitilləridir. Aqronomun (mütəxəsisin) rəyinə əsasən təqdim edilmiş ştillərə aqrotexniki qaydada qulluq edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “şübhəli şəxsin tutulması haqqında” xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 İsrafil oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Tovuz rayon polis şöbəsinin MSY-dən azad edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Tovuz rayon polis şöbəsinin MSY-dən azad edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Tovuz MRXnın P.H.Ş-in konsultativ poliklinika şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 həkim-narkoloqun dispanser qeydiyyatında dayanmır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Tovuz MRXnın P.H.Ş-in konsultativ poliklinika şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 həkim-psixiatrın dispanser qeydiyyatında dayanmır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Resprublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən göründüyü kimi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş AZ-İİ 951529 və AZ-İV 404228 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü Fəxrəddin Hüseynovun və Fidan Hüseynovanın atası Təqsirləndirilən şəxs2dur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş AZ-İİ 663006 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 2014-cü il təvəllüdlü Sevinc Mustafayevanın atası Təqsirləndirilən şəxs1dur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Tovuz RPŞöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olmamış, bu barədə Tovuz RPŞ-nə hər hansı bir məlumat daxil olmamışdır. Aşkar edilmiş narkotik vasitə olan çətənə bitkilərini Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə əkib-becərmişlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 558 №-li xx xxxx 2020-ci il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabislərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniyadan məcburi müaylicəyə ehtiyacı vardır, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 557 №-li xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabislərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniyadan məcburi müaylicəyə ehtiyacı vardır, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməpsixiatrik ekspertizasının 360 №-li xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2, hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. O hal-hazırda da öz hərəkətlərini idarə etmək və hərəkətlərinə cavab vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməpsixiatrik ekspertizasının 361 №-li xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. O hal-hazırda da öz hərəkətlərini idarə etmək və hərəkətlərinə cavab vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. İş üzrə Əmlak Məsələləri Dövlət Xidmətindən Tovuz RPŞ-nə daxil olmuş xx xxxxxxxx 2020-ci il tarixli **********82 nömrəli məktubda göstərilmişdir ki, Tovuz rayonu, Cilovdarlı kəndində yerləşən “Qarasu” adlanan ərazidə çayın sol hissəsində yerləşən topaq sahəsi Qədirli-Cilovdarlı bələdiyyəsinin mülkiyyətinə aiddir. Qovlar meşəbəyliyinin 2 saylı Meşə dolayısında yerləşən təbii adı “Kol qırağı” olan ərazidəki 16 kv metr torpaq sahəsi isə meşə fondu torpaqlarına aid olmaqla, X24 Təsərrüfatı Mərkəzinin sərəncamında olan torpaq sahələrinə aiddir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Tovuz rayonu İcra Hakimiyyəti başçısının Xatınlı kənd inizbati ərazi dairəsi üzrə nümayəndəsi tərəfinən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 əmisi həqiqətən də xx.xx.1993-cü il tarixdə Ağdam rayonunda gedən döyüşlər zamanı şəhid olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Əmək və Əhalinin Sosial Ekspert Komissiyasının 16 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının arayışından görünür ki, Təqsirləndirilən şəxs2 bacısı X1 uşaqlıqdan İİ qrup əlildir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Tovuz rayonu İcra Hakimiyyəti başçısının Xatınlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfinən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 bacısı X1 İ qrup əlildir və ona qardaşı Təqsirləndirilən şəxs2 və anası X13 xidmət və qulluq göstərir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkəti protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edib, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikasının CM-nin 188.4.1, 237.2.1 və 237.2.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 əməllərində isə Azərbaycan Respublikasının CM-nin 188.1, 237.2.1 və 237.2.3-cü maddələrində nəzərədə tutulan cinayətlərin tərkibi vadır. Məhkəmə təqsirləndirilən şəxslərin əməllərinə hüquqi qiymət verərəkən yuxarıda göstərilən sübutlarla yanaşı, həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx xxxx 2005ci il tarixli Qanununun tələblərini qeyd edir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il 2 №-li qərarının 19-cu bəndinin tövsiyyələrində qeyd olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti, qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu yabanı bitkilərin toplanmasının kultivasiyaya aid edilib-edilməməsi məsələsi ilə əlaqədar qeyd edir ki, elmi mənasına görə “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikasının CM-nin 188.4.1, 237.2.1 və 237.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 əməlləri isə Azərbaycan Respublikasının CM-nin 188.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş, qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı özlərini təqsirli bilməyərək, həmin narkotik vasitələri Şahid7 əkməsini, polis əməkdaşları tərəfindən onlara təzyiq edilərək qeyd olunan narkotik vasitələrin əkilib-becərilməsini onların boynuna zorla qoyduqları barədə ifadələrinə tənqidi yanaşaraq, işin faktiki halları ilə uyğun gəlmədiyindən inandırıcı hesab etməyib, həmin ifadənin onların öz hüquqlarından istifadə edərək özlərini müdafiə etmək, eləcə də ağır cinayətin məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara ittiham elan olunan cinayət əməllərini törətmələri özlərinin ibtidai istintaq zamanı verdikləri ifadələr, şahid ifadələri, istintaq hərəkətinin protokolları, DVD disk ekspertiza rəyləri və cinayət işinin materiallarında olan digər mötəbər sənədlərlə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 188.4.1, 237.2.1 və 237.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikasının CM-nin 188.1, 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiyindən o, həmin maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı övladının olmasını Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə, əməlindən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı övladının olmasını Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə, əməlindən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, anadangəlmə İ (birinci) qrup gözdən əlil bacısının olması, həmçinin əmisinin şəhid olması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 61.1.3-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal, Azərbaycan Respublikasının CM-nin 188-ci madəsinə münasibətdə cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham olunduğu maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edildiyindən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmalı və onlar, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzanın başlanğıcı hökm çıxarılan gündən, yəni xx xxxxxx 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə bərabər həmçinin məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə xx xxx 2020-ci il tarixdə qismində tutulmuş, xx xxx 2020-ci il tarixdə isə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə Tovuz RPŞ-nın MSY-dən azad edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə xx xxx 2020-ci il tarixdə qismində tutulmuş, xx xxx 2020-ci il tarixdə isə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə Tovuz RPŞ-nın MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək, Təqsirləndirilən şəxs1 xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmaqla qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdılar. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Tovuz Rayon Polis Şöbəsində saxlanılan, 168 (yüz altmış səkkiz) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Tovuz Rayon Polis Şöbəsində və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 30 (otuz) manat 40 (qırx qəpik) Təqsirləndirilən şəxs2 15 manat 20 qəpik və Təqsirləndirilən şəxs1 15 manat 20 qəpik müştərək qaydada alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməldir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçilər təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri X5 və X11 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçilərin məhkəməyə təqdim etdikləri hesabatlardan görünür ki, məhkəmə prosesi mərhələsində müdafiəçilər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birinə ayrı-ayrılıqda 30 (otuz) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxslərə göstərilmiş cəmi 60 (altmış) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən müdafiçilər X5 və X6 işlədikləri Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına hər birinə ayrı-ayrılıqda 180 (yüz səksən ) manat olmaqla ümumilikdə 360 (üç yüz altmış) məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.4.1, 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.4.1-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş əsas cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 05 (beş) il 11 (on bir) ay 28 (iyimi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1, 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş əsas cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaəsən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Tovuz rayon Polis Şöbəsində saxlanılan, 168 (yüz altmış səkkiz) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilsin. İş üzrə 30 (otuz) manat 40 (qırx qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs2 15 (on beş) manat 20 (iyirmi) qəpik və Təqsirləndirilən şəxs1 15 (on beş) manat 20 (iyirmi) qəpik müştərək qaydada tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəsini məhkəmə istintaqında Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkilləri X5 və X11 həyata keçirdiyindən hər birinə 180 (yüz səksən) manat olmaqla ümumilikdə 360 (üç yüz altmış) manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia, xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində X19 Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-56/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-56/2021
18.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver