Məhkəmə qərarları › İş №1(100)-56/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-56/2022

13.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-56/2022 13.04.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X4 və İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi– Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakları ilə açıq məhkəmə iclasında xx xxxx 1978-ci ildə Bərdə şəhərində anadan olmuş, Аzərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, işsiz, evli, əvəllər məhkumluğu olmayan, Bərdə şəhəri, S.Vurğun küçəsi ev 9-da yaşayış yeri üzrə qeydiyyatda olmaqla, Bərdə rayonunun Alaçadırlı kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs 2020-ci ilin iyul ayında Bərdə rayonunun Alaçadırlı kəndində yerləşən fərdi yaşayış evinin kənarında yabani halda bitən çətənə kollarını satış məqsədi ilə yığaraq “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən ünvan 1 ünvanında yerləşən yeznəsi X2 məxsus evdə ümumi təmiz çəkisi 1381,32 qram marixuananı, üzərində ümumi təmiz çəkisi 26,47 qram marixuananı, Bərdə rayonunun Alçadırlı kəndində yerləşən qardaşı Şahid4 məxsus evdə ümumi təmiz çəkisi 1237,95 qram marixuananı, yəni, ümumi təmiz çəkisi 2,645,74 qram olmaqla külli miqdarda narkotik vasitə olan marixuananı əldə edib saxlamış, 16 mart 2021-ci il tarixdə, saat 07:25 dəqiqədə Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı ünvan 1 ünvanında yerləşən evdən satış məqsədi ilə saxladığı 1 ədəd sellofan paketdəki 6 (altı) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri, 3,03 qram, 3,24 qram, 3,92 qram, 3,29 qram, 3,30 qram, 2,50 qram, ümumi təmiz çəkisi 19,28 qram, 1 ədəd sellofan bükümdəki 7 (yeddi) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 8,68 qram, 10,06 qram, 13,19 qram, 8,02 qram, 14,29 qram, 10,24 qram, 7,56 qram ümumi təmiz çəkisi 72,04 qram, rəngli polietilen torbadakı təmiz çəkisi 275 qram, şəffaf polietilen torbadakı təmiz çəkisi 185 qram, 2 (iki) ədəd iç-içə olan şəffaf sellofan paketdəki təmiz çəkisi 830 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin gün, saat 08:35 dəqiqədə polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan qara rəngli gödəkcənin sol yan cibindən satış məqsədi ilə saxladığı 5 (beş) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 5,19 qram, 6,11 qram, 5,04 qram, 5,04 qram, 5,09 qram ümumi təmiz çəkisi 26,47 qram qurudulmuş marixuana aşkar edlərək götürülmüş, keçirilmiş əməliyyat tədbirlərinin davamında həmin gün saat 09:30 dəqiqədə yaşadığı Bərdə rayonunun Alaçadırlı kəndində yerləşən evdən satış məqsədi ilə saxladığı 5 (beş) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 5,51 qram, 6,37 qram, 5,19 qram, 4,85 qram, 6,03 qram ümumi təmiz çəkisi 27,95 qram, 2 (iki) ədəd iç-içə olan şəffaf sellofan paketdə təmiz çəkisi 1210 qram, ümumi təmiz çəkisi 2,645,74 qram külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuna aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, həbs edilənədək ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmağına baxmayaraq ünvan 3 yaşayıb. Əvvəllər onun bir neçə mağazası və evi olmuşdur. Sonradan narkotik maddə qəbuluna başlamış və 4 mağazasının hər birini narkotik maddələrin aludəçisi olduğu üçün satmışdır. Daha sonra yaşadığı evi də satmışdır. Bundan sonra bacı və qardaşlarının evində yaşağa başlamışdır. Bərdə rayonunun Alaçadırlı kəndində yerləşən qardaşı Sahibin yaşadığı evin həyətində o, özünə ev tikərək oraya köçmək istəmişdir. Həmin evin kənarında yabanı olaraq çətənə kolları bitmişdir. O, narkotik vasitə istifadəçisi olduğuna görə, həmin yabanı bitən çətənə kollarını istifadə etmək üçün yığmışdır. Həmin çətənə kollarının da çəkisini dəqiq bilmədiyi miqdarda yığaraq qurutmuş və istifadə etməyə başlamışdır. 16 mart 2021-ci il tarixdə, saat 07 radələrində ünvan 1 ünvanında yerləşən evdə tək yatmışdır. Həmin ev bacısının həyat yoldaşı X2 məxsusdur. Cəmi 01 (bir) həftə imiş ki, o həmin evə köçmüşdür. Həmin zaman yaşadığı evin qapısı döyülmüşdür. O, həyətə çıxanda qapının qarşısında polis əməkdaşlarının dayandığını görmüşdür. Polis əməkdaşları ona yaşadığı evdə və üzərində narkotik vasitələri qanunsuz saxladığını bildirmişlər. O, polis əməkdaşlarına evində narkotik vasitə olmadığını, lakin üzərində cəmi 26 qram qurudulmuş marixuana olduğunu səmimi olaraq etiraf etmişdir. Həmin vaxt polis əməkdaşları ona zor tətbiq edərək yataq otağında olan stolun alt hisəsində dəmir tavanın içərisinə bir ədəd rəngli polietilen torbada qurudulmuş marixuana kütləsini, daha sonra bir ədəd 3 kq-lıq şüşə bankada 7 ədəd bükümdə qurudulmuş marixunanı, həmçinin həmin bankanın içərisində olan psixotrop maddəni yaşadığı evə qoymuşlar. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinin inzibati binasına gətirmişlər və üzərində olan pencəyimin sol yan cibindən 5 ədəd kibrit qutusunda ümumi çəkisi 42.15 qram olan qurudulmuş marixuananı polis əməkdaşları çıxarmışlar, lakin həmin narkotik vasitənin hansı şəraitdə cibinə qoyulduğunu bilməmişdir. Daha sonra polis əməkdaşları onu Bərdə rayonunun Alaçadırlı kəndində yaşadığı evə aparmışlar və əvvəlcədən həmin evə qoyduqları narkotik vasitəni onun qarşısına qoymuşlar və bildirmişlər ki, “ya sən tək gedəcəksən həbsə, ya da ailəsi, (qardaşı, yeznəsi) polis şöbəsinə gələcəklər”. O, da ailəsinə zərər gəlməsin deyə razılaşmış və hansı sənədə lazımdırsa imza edəyəciyini bildirmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs həmçinin ifadəsində bildirmişdir ki, üzərində 26 qram narkotik vasitə marixuanadan başqa onun heç bir narkotik vasitədən xəbəri olmayıb, o, heç vaxt narkotik vasitə satmayıbdır, yalnız narkotik vasitə istifadəçisi olubdur, sözügedən ittiham ona qarşı səbəbsiz yerə elan edilibdir, bunlar hamısı Bərdə rayon Polis Şöbəsinin qurduğu oyunlardır. Qeyd olunanların nəzərə alınıb onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında təqsirləndirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına vermiş olduğu ifadəsi cinayət prosesi tərəflərinin iştirakı ilə elan edilmiş, Təqsirləndirilən şəxs sözügedən ifadədə göstərmişdir ki, o, Bərdə şəhərində anadan olmuş, ünvan 2 qeydiyyatda olmağına baxmayaraq Bərdə şəhəri, Təbriz küçəsi ev 9-da yaşayır. Əvvəllər onun bir neçə mağazası və evi olmuşdur. Sonradan narkotik maddə qəbuluna başlamış və 4 mağazasının hər birini narkotik maddələrin aludəçisi olduğu üçün satmışdır. Daha sonra yaşadığı evidə satmışdır. Bundan sonra bacı və qardaşlarının evində yaşağa başlamışdır. Bərdə rayonu Alaçadırlı kəndində yerləşən qardaşı Sahibin yaşadığı evin həyətində o, özünə ev tikərək orada köçmək istəmişdir. Həmin evin kənarında yabanı olaraq çətənə kolları bitmişdir. O, narkotik vasitə istifadəçisi olduğuna görə, həmin yabanı bitən çətənə kollarını istifadə etmək üçün yığmışdır. Həmin çətənə kollarında çəkisini dəqiq bilmədiyi miqdarda yığaraq qurutmuş və istifadə etməyə başlamışdır. O, həmin qurudulmuş marixuanadan özü üçün istifadə etməklə narkotik vasitə hazırlamağa başlamışdır. Həmin narkotik vasitələrin bir hissəsini Bərdə şəhəri, Təbriz küçəsi ev 9-da yaşadığım evdə, bir hissəsini isə Bərdə rayonu, Alaçadırlı kəndində yaşadığım evdə saxlamışdır. 16 mart 2021ci il tarixdə, saat 07 radələrində ünvan 1 ünvanında yerləşən evdə tək yatmışdır. Həmin ev bacısının həyat yoldaşı X2 məxsusdur. Lakin, 1 həftə o, həmin evə köçmüşmüşdür. Alaçadırlı kəndində olan narkotik vasitələrinin bir hissəsini həmin evə gətirmişdir. Həmin zaman yaşadığı evin qapısı döyülmüşdür. O, həyətə çıxanda qapının qarşısında polis əməkdaşlarının dayandığını görmüşdür. Polis əməkdaşları ona yaşadığı evdə və üzərində narkotik vasitələri qanunsuz saxladığını bildirmişlər. O, polis əməkdaşlarına evində narkotik vasitə olduğunu səmimi olaraq etiraf etmişdir. Bundan sonra, polis əməkdaşları ondan evinə baxış keçirilməsi üçün razılıq ərizəsi alıb video çəkiliş vasitəsilə hüquq və vəzifələrini izah edib evə daxil olmuşlar. O, özü könüllü olaraq yataq otağında olan stolun alt hisəsində dəmir tavanın içərisində ümumi çəksi 305 qram olan bir ədəd rəngli polietilen torbada qurudulmuş marixuana kütləsini, daha sonra bir ədəd 3 kq-lıq şüşə bankada 7 ədəd bükümdə ümumu çəkisi 90 qram olan qurudulmuş marixunanı, həmçinin həmin bankanın içərisində olan 5.14 qram psixotrop maddəni polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra həmin evin yaşayış olmayan otağında ona məxsus olan digər narkotik vasitələri, yəni, soyuducunun içərisində şəffaf polietilen torbada olan ümumi çəkisi 850 qram olan qurudulmuş marixuananı, həmçinin soyuducunun qarşısında şəffaf plastik qabın içərisində olan 6 ədəd kibrit qutusunda ümumi çəksi 37.75 qram qurudulmuş marixuananı, həmçinin giriş otağından sol tərəfdə yerləşən təbii ot tərkibli bir ədəd sintetik kisədə ümumi çəksi 1175 qram və bir ədəd göy rəngli polietilen torbada olan 405 qram qurudulmuş təbii bitki kütləsini polis əməkdaşlarına özü könüllü olaraq təqdim etmişdir. Saat 08 radələrində əməkdaşlar ilə birlikdə polis şöbəsinin inzibati binasına gəlmişdir. Polis əməkdaşları müdafiəçimin iştirakı ilə onun hüquq və vəzifələrini bir daha izah etmişlər və onun üzərinə baxış keçirmişlər. Bu zaman o, üzərində olan pencəyimin sol yan cibindən 5 ədəd kibrit qutusunda ümumi çəkisi 42.15 qram olan qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Həmin video çəkliş zamanı o, özü könüllü olaraq onun Bərdə rayonu, Alaçadırlı kəndində yaşadığı evdə narkotik vasitə olmasını etiraf etmişdir. O, həmin narkotik vasitələri polis əməkdaşlarına təqdim edə biləcəyini demişdir. Bundan sonra, polis əməkdaşları və müdafiəçi Zaur İsmayılov onunla birlikdə həmin ünvana getmişlər. Həmin evdə polis əməkdaşları bir daha onun hüquqlarını izah edib evə və həyətinə baxış keçirmişlər. Baxış zamanı o, könüllü olaraq həyətdə olan qumun altında gizlətdiyi polietilen torbanın içərisində olan sintetik kisədə və kisənin içərisində olan ümumi çəkisi 305 qram bitki kütləsini polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra isə polis əməkdaşları onun yaşadığı otağa baxış keçirmişlər. Həmin zaman orada paltar rəfinin içərisində qırmızı rəngli karobkanın içərisində şəffaf politelin torbaya bükülmüş qurudulmuş marixuna aşkar olunmuşdur. Həmin kütlə elektron tərəzidə çəkilərək 1235 qram olması müəyyən olunmuşdur. Daha sonra, onun iştirakı ilə qablaşdırılmışdır. Bundan sonra isə həmin otaqda dolabın altında polietilen torbanın içərisində 5 ədəd kibrit qutusunda ümumi çəkisi 43.45 qram olan qurudulmuş marixuna aşkar olunaraq qablaşdırılmışdır. Polis əməkdaşları ona sual verərək həmin narkotik vasitələri hardan əldə etdiyini soruşmuşlar. O, isə həmin narkotik vasitələri ona məxsus olan həyətdə yabani çıxan çətənə kollarından yığaraq qurudub əldə etdiyimi desədə, həmin narkotik vasitələri o, Alaçadırlı kəndində yerləşən tikdirdiyi evinin kənarından yığaraq əldə etmişdir. Narkotik vasitələri qanusuz olaraq yaşadığı evlərdə saxlamış və istifadə etdiyi üçün özünü təqsirli bilirdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, üzərindən aşkar edilən, yaşadığı Təbriz küçəsi ev 9-da və yaşadığı Bərdə rayonu Alaçadırlı kəndində evlərdən aşkar edilən narkotik vasitələri o, Alaçadırlı kəndində yerləşən evin kənarında yabanı halda çıxan çətənə kolları yığaraq əldə etmişdir. Həmin narkotik vasitəni şəxsi istifadəsi üçün taparaq əldə etmiş, yaşadı, tikdirdiyim evlərdə və üzərində saxlamışdır. O, narkotik vasitələrin və ya psixotrop maddələrin alqı-satıqısı ilə məşğul deyildir. Ümumiyyətlə onun hər hansı bir şəxsə narkotik vasitə və digər maddə satmaq niyyəti olmamışdır. O, kolları gələcəkdə öz şəxsi istifadəm üçün yığmışdır. O, Bərdə rayonu Alaçadırlı kəndində yerləşən evin kənarından yığdığı çətənə kolların barədə, həmçinin onun yaşadığı evdə, tikdirdiyi evdə və üzərində çətənə kollarını saxlamağı barədə heç kimin xəbəri olmamışdır. O, 2020-ci ilin iyul ayında saxladığı narkotik vasitələri Bərdə rayonu Alaçadırlı kəndində yerləşən qardaşı Sahibə məxsus evin kənarından yığıraq saxlamışdır. Qardaşı Sahib və ya yeznəsi İlqar, bundan əlavə digər şəxslərin onun narkotik vasitələrin yığaraq saxlamağından xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2008-ci il tarixdən DİO-da xidmət edir, hazırki vəzifəsində isə 2019-cu ildən xidmət edir. 16 mart 2021-ci il tarixdə Bərdə rayon polis şöbəsinə Bərdə rayonu Alaçadırlı kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində, ünvan 3 və yaşadığı Bərdə rayonu Alaçadırlı kəndində yerləşən fərdi yaşayış evində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra dərhal təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, saat 07 radələrində onun, Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı X6, PPXBnın polis nəfəri X16, Bərdə RPŞ-nin İTB-nin polis sahə nəfəri Şahid2 və CAB-ın əməliyyat müvəkkili Allahverdiyev X12 şəhəri Təbriz küçəsi ev 9 ünvanında yerləşən fərdi yaşayış evinə gedilmişdir. Bu zaman Təqsirləndirilən şəxs və X2 yaşayış evinə baxış keçirilməsi barədə təxirəsalınmaz təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi barədə qərar qəbul edilməsi barədə məluma verilmişdir. İlqar İsmayılov və Təqsirləndirilən şəxs evə baxış keçirilməsi barədə etirazlarının olmaması ərizə formasında bildirmişlər. Bundan sonra onun, Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı X6, PPXB-nın polis nəfəri X16, Bərdə RPŞ-nin İTB-nin polis sahə nəfəri Şahid2, CAB-ın əməliyyat müvəkkili Şahid3 Saleh oğlu və Təqsirləndirilən şəxs iştiarakı ilə evə baxış keçirilmişdir. Baxış zamanı evin yataq otağında stolun altında göy rəngli torbada ilk baxışdan marixuana bənzər kütlə aşkar edilmiş, həmin torba elektron tərəzidə çəkilmiş və çəkisinin 305 qram olması müəyyən edilmişdir. Həmin stolun altından 3 kq-lıq şüşə bankada 7 ədəd bükümdə ilk baxışdan marixuana bənzər kütlə aşkar edilmiş, həmin bükümlər elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 90 qram olması müəyyən edilmiş, həmin bankadan həmçinin ilk baxışdan psixotrop maddəyə bənzər bir büküm aşkar edilmiş, həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 5,14 qram olması müəyyən edilmiş. Həmin otaq stolun altında iki ədəd içərisində ilk baxışdan marixuana bənzər kütlə olan politein torbada, elektron tərəzidə çəkildikdən sonra birinci torbanın çəkisi 55 qram ikinci torbanın isə çəkisi 180 qram olması müəyyən edilmişdir. Həmin evin yaşayış olmayan otaqda soyuducunun içərisində bir ədəd elektron tərəzi və bir ədəd şəffaf politein torbada ilk baxışdan marixuana bənzər kütlə aşkar edilmiş, həmin kütlə elektron tərəzidə çəkildikdə çəkisinin 850 qram olması müəyyən edilmişdir. Soyuducunun qarşısında plastik qabda 06 ədəd ilk baxışdan marixuana bənzər kütlə aşkar edilmiş, elektron tərəzidə çəkildikdən sonra ümumi çəkisi 37,75 qram olması müəyyən edilmişdir. Həmin yaşayış olmayan otaqda sinterik kisədə ilk baxışdan marixuana bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 1175 qram olması müəyyən edilmişdir. Eyni yerdən bir ədəd göy rəngli torbada ilk baxışdan marixuana bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 405 qram olması müəyyən edilmişdir. Hər bir aşkar edilən kütlə aşkar edildikdən dərhal sonra qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs saxlanılaraq Bərdə rayon polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində saat 08:15 radələrində Təqsirləndirilən şəxs üzərinə onun, Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı X6, PPXB-nın polis nəfəri X16, Bərdə RPŞ-nin İTB-nin polis sahə nəfəri Şahid2, CAB-ın əməliyyat müvəkkili Şahid3 Saleh oğlu və müdafiəçi X5 iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan gödəkcənin sol yan cibindən 5 ədəd kibrit qutusunda ilk baxışdan natkorik vasitə olan marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilib ayrı ayrılıqda hər birinin çəkisi 8,14 qram, 8,16 qram, 8,36 qram, 8,24 qram, 9,25 qram, ümumilikdə çəkisi 42,15 qram olması müəyyən edildikdən sonra qablaşdırılmışdır. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı yaşadığı Bərdə rayonu Alaçadırlı kəndində yerləşən fərdi yaşayış evində narkotik vasitələri saxlamasını bildirmişdir. Saat 08:55 radələrində Bərdə rayonu Alaçadırlı kəndində yerləşən fərdi yaşayış evinə onun, Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı X6, PPXB-nın polis nəfəri X16, Bərdə RPŞ-nin İTB-nin polis sahə nəfəri Şahid2, CAB-ın əməliyyat müvəkkili Şahid3 Saleh oğlu, Təqsirləndirilən şəxs və müdafiəçi X7 ilə birlikdə gedilmişdir. Baxışdan əvvəl Şahid4 ərizə ilə evdə baxış keçirilməməsinə etirazının olmamasını bildirmişdir. Bundan sonra onun, Bərdə RPŞ-nin TBnin təhqiqatçısı X6, PPXB-nın polis nəfəri X16, Bərdə RPŞ-nin İTB-nin polis sahə nəfəri Şahid2, CAB-ın əməliyyat müvəkkili Şahid3 Saleh oğlu, Təqsirləndirilən şəxs və müdafiəçi X5 iştirakı ilə evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evin həyətində yarım tikilinin qarşısında olan qumu göstərərək qumun içərisində narkotik vasitə olan marixuana saxlamasını bildirmişdir. Şahid2 qazma bel ilə qumun içərisini qazdıqda qumun içərisindən bir ədəd sarı rəngli politein torba aşkar edilmişdir. Torbanın içərisində iki ədən politein torbada ilk baxışdan narkotik vasitə olan marixuana bənzər kütlə olmuşdur. Həmin torbalar birgə elektron tərəzidə çəkilmiş və çəkisinin 305 qram olması müəyyən edilmişdir. Daha sonra birmərtəbəli yaşayış evinə baxış keçirilmişdir. Həmin evin arxa yataq otağında dolabın içərisindən qırmızı rəngli ayaqqamı qutusunun içərisindən bir ədəd şəffaf politein torbada ilk baxışdan narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkildi və çəkisi 1235 qram olması müəyyən edilmiş və qablaşdırılmışdır. Həmin otaqda giriş qapısında sol tərəfdə politein torbada 5 ədəd kibrit qutusunda ilk baxışdan narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edildi. Həmin kibrit qutuları elektron tərəzidə çəkilmiş və ümulikdə çəkiləri 43,45 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin kütlələr qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Saleh oğlu ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təstiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Onun Elçin ilə heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. Elçin öz ailəsi ilə ona məxsus Bərdə rayonunun Alaçadırlı kəndində yerləşən evdə yaşayır. Elçin onun evindən əlavə qaynı İlqarın ünvan 3 qonaq qismində müvəqqəti qalmışdır. 16 mart 2021-ci il tarixdə saat 04 radələrində polis əməkdaşları onun yaşadığı evə gələrək evə baxış keçirməklərini demişlər. O, evə baxış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra onun iştirakı olmadan evə baxış keçirilmiş, o, isə polis şöbəsinə gəlmişdir. Evdə baxış zamanı nə baş verməsindən onun xəbəri olmamışdır. Həmçinin Şahid4 ifadəsində göstərmişdir ki, evindən aşkar edilən marixuana ona məxsus deyil, qardaşı Elçinin narkotik vasitələrin alqı-satqısı və ya qanunsuz emalı ilə məşğul deyil, lakin Elçin uşaqlıqdan marixuana istifadə edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs kürəkəni İlqar İsmayılovla qonşudur. Polis əməkdaşları İlqar İsmayılovun evində axtarış apardığı gün o balıq ovlamaq üçün yuxudan oyandıqda qonşusu İlqarın evindən səs-küy gəldiyini eşidib sonuncunun evinə sarı getmişdir. Evə yaxınlaşanda orada polis əməkdaşlarının olduğunu görüb ayaq saxlamış, polislərdən nə baş verdiyini soruşmuşdur. Polis əməkdaşları ona evinə geri qayıdıb işi ilə məşğul olmasını bildirmişlər. Bundan sonra o qayıdıb evinə gəlmiş və işləri ilə məşğul olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, 16 mart səhər saat 4:30-5:00 radələrində o evinin darvazasının qarşısında oturan zaman 4-5 nəfər polis əməkdaşı piyada gəlib ona yaxınlaşıb ondan kim olduğunu soruşmuşlar. Daha sonra isə ona qorxmamasını, poliş əməkdaşları olduqlarını bildirmişlər. Həmin polislər İlqarın evinə girmişlər, bundan sonra isə təxminən saat 07:00-07.30-da hava işıqlanan zaman Təqsirləndirilən şəxs həmin evə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Cəmşid Əli oğlunun ifadəsinə uyğun ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təstiq etmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 16.03.2021-ci il tarixli “baxış keçirilməsi və götürmə aparılması barədə” protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə Bərdə şəhəri Təbriz küçəsi ev 9 ünvanında yerləşən fərdi yaşayış evinə polis əməkdaşları baxış keçirilmiş, baxış zamanı evin yataq otağında stolun altında Təqsirləndirilən şəxs məxsus göy rəngli torbada ilk baxışdan marixuana bənzər kütlə aşkar edilmişdir, həmin torba elektron tərəzidə çəkildi və çəkisinin 305 qram olması müəyyən edilmişdir. Həmin stolun altından 3 kq-lıq şüşə bankada 7 ədəd bükümdə ilk baxışdan marixuana bənzər kütlə aşkar edilmişdir, həmin bükümklər elektron tərəzidə çəkildi və ümumi çəkisinin 90 qram olması müəyyən edilmişdir, həmin bankadan həmçinin ilk baxışdan psixotrop maddəyə bənzər bir büküm aşkar edilmişdir, həmin büküm elektron tərəzidə çəkildi və çəkisinin 5,14 qram olması müəyyən edilmişdir. Həmin otaq stolun altında iki ədəd içərisində ilk baxışdan marixuana bənzər kütlə olan politein torbada, elektron tərəzidə çəkildikdən sonra birinci torbanın çəkisi 55 qram ikinci torbanın isə çəkisi 180 qram olması müəyyən edilmişdir. Həmin evin yaşayış olmayan otaqda soyuducunun içərisində bir ədəd elektron tərəzi və bir ədəd şəffaf politein torbada ilk baxışdan marixuana bənzər kütlə aşkar edilmişdir, həmin ketlə elektron tərəzidə çəkildikdə çəkisinin 850 qram olması müəyyən edilmişdir. Soyuducunun qarşısında plastik qabda 06 ədəd ilk baxışdan marixuana bənzər kütlə aşkar edilmişdir, elektron tərəzidə çəkildikdən sonra ümumi çəkisi 37,75 qram olması müəyyən edilmişdir. Həmin yaşayış olmayan otaqda sinterik kisədə ilk baxışdan marixuana bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkildi və ümumi çəkisinin 1175 qram olması müəyyən edilmişdir. Eyni yerdən bir ədəd göy rəngli torbada ilk baxışdan marixuana bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkildi və çəkisinin 405 qram olması müəyyən edilmişdir. Hər bir aşkar edilən kütlə aşkar edilmişdirkdən dərhal sonra qablaşdırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 16.03.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 16.03.2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki, 16 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan gödəkcənin sol yan cibindən 5 ədəd kibrit qutusunda ilk baxışda natkorik vasitə olan marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilib ayrı ayrılıqda hər birinin çəkisi 8,14 qram, 8,16 qram, 8,36 qram, 8,24 qram, 9,25 qram, ümumilikdə çəkisi 42,15 qram olması müəyyən edilmişdirkdən sonra qablaşdırılmışdır. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı yaşadığı Bərdə rayonu Alaçadırlı kəndində yerləşən fərdi yaşayış evində narkotik vasitələri saxlamasını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 16.03.2021-ci il tarixli “baxış keçirilməsi və götürmə aparılması barədə” protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs evin həyətində yarım tikilinin qarşısında olan qumu göstərərək qumun içərisində narkotik vasitə olan marixuana saxlamasını bildirmişdir. Polis əməkdaşı qazma bel ilə qumun içərisini qazdıqda qumun içərisindən bir ədəd sarı rəngli politein torba aşkar edilmişdir. Torbanın içərisində iki ədən politein torbada ilk baxışdan narkotik vasitə olan marixuana bənzər kütlə var idi. Həmin torbalar birgə elektron tərəzidə çəkildi və çəkisinin 305 qram olması müəyyən edilmişdir. Daha sonra birmərtəbəli yaşayış evinə baxış keçirildi. Həmin evin arxa yataq otağında dolabın içərisindən qırmızı rəngli ayaqqamı qutusunun içərisinin içərisindən bir ədəd şəffaf politein torbada ilk baxışdan narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkildi və çəksi 1235 qram olması müəyyən edilmişdir və qablaşdırılmışdır. Həmin otaqda giriş qapısında sol tərəfdə politein torbada 5 ədəd kibrit qutusunda ilk baxışdan narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin kibrit qutuları elektron tərəzidə çəkildi və ümulikdə çəkiləri 43,45 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin kütlələr qablaşdırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə X3 Regional Bölməsinin 16 mart 2021-ci il tarixli 16/253 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərində olan qara rəngli gödəkcənin......” yazı və imzalar olan bir ədəd zərfdəki, 5 (beş) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 5,19 qram, 6,11 qram, 5,04 qram, 5,04 qram, 5,09 qram, ümumi təmiz çəkisi 26,47 qram olan bitki mənşələ kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır, xarici əlamətlərinə və tərkiblərinə görə eynidirlər. Təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu Alaçadırlı kəndində yataq otağının süyürməli dolabın......” yazı və imzalar olan bir ədəd sellofan paketdəki, 5 (beş) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 5,51 qram, 6,37 qram, 5,19 qram, 4,85 qram, 6,03 qram, ümumi təmiz çəkisi 27,95 qram olan bitki mənşələ kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır, xarici əlamətlərinə və tərkiblərinə görə eynidirlər. Təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin arxa yaşayış olmayan otaqdan......” yazı və imzalar olan bir ədəd sellofan paketdəki, 6 (altı) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,03 qram, 3,24 qram, 3,92 qram, 3,29 qram, 3,30 qram, 2,50 qram ümumi təmiz çəkisi 19,28 qram olan bitki mənşələ kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır, xarici əlamətlərinə və tərkiblərinə görə eynidirlər. Təqdim olunmuş üzərində Təqsirləndirilən şəxs yataq otağında stolun altında olan......” yazı və imzalar olan bir ədəd sellofan paketdəki, 7 (yeddi) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 8,68 qram, 10,06 qram, 13,19 qram, 8,02 qram, 14,29 qram, 10,24 qram, 7,56 qram ümumi təmiz çəkisi 72,04 qram olan bitki mənşələ kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. 5 (beş) ədəd sellofan bükümdə olan marixuanalar xarici əlamətlərinə və tərkiblərinə görə eyni olub digər 2 (iki) ədəd sellofan bükümdə olan bükümdə olan marixuanalar ilə xarici əlamətlərinə və tərkiblərinə görə eyni deyildirlər. Təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yataq otağında metal tavanın içərisində......” yazı və imzalar olan rəngli polietlen torbadakı təmiz çəkisi 275 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında stolun altında......” yazı və imzalar olan şəffaf polietlen torbadakı təmiz çəkisi 185 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs arxa yaşayış olmayan otağında......” yazı və imzalar olan 2(iki) ədəd iç-içə olan şəffaf sellofan paketdəki təmiz çəkisi 830 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs Bərdə rayon Alaçadırlı kəndində olan yaşayış evinin yataq otağında paltar rəfində......” yazı və imzalar olan 2(iki) ədəd iç-içə şəffaf sellofan paketdə təmiz çəkisi 1210 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş şərti olaraq nömrələnmiş 1-10, 24-27 №-li marixuanalar xarici əlamətləri və tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş şərti olaraq nömrələnmiş 1-10, 24-27 №-li marixuanalar və 11- 16, 17-23 №-li marixuanalar ilə xarici əlamətlərinə və tərkiblərinə görə eyni deyildirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə Rayon Məhkəməsinin 17.03.2021-ci il tarixli 4(021)-22/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 16.03.2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25.05.2021-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadənin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs Bərdə rayonu Alaçadırlı kəndində yerləşən fərdi yaşayış evinin kənarında yabani halda bitən çətənə kollarını yığdığı yeri təqdim etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 26 may 2021-ci il tarixli “DVD” diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 yerləşən fərdi yaşayış evinə keçirilmiş baxış zamanı çəkilişdən istifadə olunmuş və həmin çəkiliş diskinə tərəfimdən baxış keçirildi. Diskə baxış zamanı müəyyən edilmişdir ki, ünvan 3 yerləşən fərdi yaşayış evinə polis əməkdaşları və Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş, baxış zamanı evin yataq otağında stolun altında göy rəngli torbada ilk baxışdan marixuana bənzər kütlə aşkar edilmişdir, həmin torba elektron tərəzidə çəkildi və çəkisinin 305 qram olması müəyyən edilmişdir. Həmin stolun altından 3 kq-lıq şüşə bankada 7 ədəd bükümdə ilk baxışdan marixuana bənzər kütlə aşkar edilmişdir, həmin bükümklər elektron tərəzidə çəkildi və ümumi çəkisinin 90 qram olması müəyyən edilmişdir, həmin bankadan həmçinin ilk baxışdan psixotrop maddəyə bənzər bir büküm aşkar edilmişdir, həmin büküm elektron tərəzidə çəkildi və çəkisinin 5,14 qram olması müəyyən edilmişdir. Həmin otaq stolun altında iki ədəd içərisində ilk baxışdan marixuana bənzər kütlə olan politein torbada, elektron tərəzidə çəkildikdən sonra birinci torbanın çəkisi 55 qram ikinci torbanın isə çəkisi 180 qram olması müəyyən edilmişdir. Həmin evin yaşayış olmayan otaqda soyuducunun içərisində bir ədəd elektron tərəzi və bir ədəd şəffaf politein torbada ilk baxışdan marixuana bənzər kütlə aşkar edilmişdir, həmin ketlə elektron tərəzidə çəkildikdə çəkisinin 850 qram olması müəyyən edilmişdir. Soyuducunun qarşısında plastik qabda 06 ədəd ilk baxışdan marixuana bənzər kütlə aşkar edilmişdir, elektron tərəzidə çəkildikdən sonra ümumi çəkisi 37,75 qram olması müəyyən edilmişdir. Həmin yaşayış olmayan otaqda sinterik kisədə ilk baxışdan marixuana bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkildi və ümumi çəkisinin 1175 qram olması müəyyən edilmişdir. Eyni yerdən bir ədəd göy rəngli torbada ilk baxışdan marixuana bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkildi və çəkisinin 405 qram olması müəyyən edilmişdir. Hər bir aşkar edilən kütlə aşkar edilmişdirkdən dərhal sonra qablaşdırılmışdır. Həmçinin Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə RPŞ-nin inzibati binasına gətirildikdən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı çəkilişdən istifadə olunmuş və həmin çəkiliş diskinə tərəfimdən baxış keçirildi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan gödəkcənin sol yan cibindən 5 ədəd kibrit qutusunda ilk baxışda natkorik vasitə olan marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilib ayrı ayrılıqda hər birinin çəkisi 8,14 qram, 8,16 qram, 8,36 qram, 8,24 qram, 9,25 qram, ümumilikdə çəkisi 42,15 qram olması müəyyən edilmişdirkdən sonra qablaşdırılmışdır. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı yaşadığı Bərdə rayonu Alaçadırlı kəndində yerləşən fərdi yaşayış evində narkotik vasitələri saxlamasını bildirmişdir. Həmçinin Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu Alaçadırlı kəndində yerləşən fərdi yaşayış evinə keçirilmiş baxış zamanı çəkilişdən istifadə olunmuş və həmin çəkiliş diskinə tərəfimdən baxış keçirildi. Baxış zamanı Təqsirləndirilən şəxs evin həyətində yarım tikilinin qarşısında olan qumu göstərərək qumun içərisində narkotik vasitə olan marixuana saxlamasını bildirmişdir. Polis əməkdaşı qazma bel ilə qumun içərisini qazdıqda qumun içərisindən bir ədəd sarı rəngli politein torba aşkar edilmişdir. Torbanın içərisində iki ədən politein torbada ilk baxışdan narkotik vasitə olan marixuana bənzər kütlə var idi. Həmin torbalar birgə elektron tərəzidə çəkildi və çəkisinin 305 qram olması müəyyən edilmişdir. Daha sonra birmərtəbəli yaşayış evinə baxış keçirildi. Həmin evin arxa yataq otağında dolabın içərisindən qırmızı rəngli ayaqqamı qutusunun içərisinin içərisindən bir ədəd şəffaf politein torbada ilk baxışdan narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkildi və çəksi 1235 qram olması müəyyən edilmişdir və qablaşdırılmışdır. Həmin otaqda giriş qapısında sol tərəfdə politein torbada 5 ədəd kibrit qutusunda ilk baxışdan narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin kibrit qutuları elektron tərəzidə çəkildi və ümulikdə çəkiləri 43,45 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin kütlələr qablaşdırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 10.06.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda yaşayır, 2021-ci il təvəllüdlü qızı Aysu Haqverdiyeva, 2018-ci il təvəllüdlü oğlu Murad Haqverdiyev, 1953-cü təvəllüdlü anası Roza Haqverdiyeva, 1994-c ü il təvəllüdlü arvadı Fəridə Haqverdiyeva və 1966-cı il təvəllüdlü qayınatası Mübariz Musayevdən ibarət ailə tərkibi vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 10.06.2021-ci il tarixli xasiyyatnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda yaşayır, yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon Polis Şöbəsinin 10.06.2021-ci il tarixli məktubundan görünür ki, tərəflərindən əməliyyat tapşırığına uyğun olaraq əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evlərdə və üzərində saxladığı narkotik vasitə olan qurudulmuş marixuananı Bərdə rayonu Alaçadırlı kəndində yerləşən fərdi yaşayış evinin kənarından tək yığaraq əldə etmişdir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evlərdən aşkar etdilmiş narkotik vasitələri satış məqsədi ilə əldə etməsi haqda əməliyyat məlumatı vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 14 iyun 2021-ci il tarixli 697 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görünür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş 11.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 16.06.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlunun narkotik vasitələri saxladığı ünvan 1 ünvanında yerləşən yeznəsi X2 məxsus evdə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1381,32 qram qurudulmuş marixuananı, üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 26,47 qram qurudulmuş marixuananı, Bərdə rayonu, Alçadırlı kəndində yerləşən qardaşı Şahid4 məxsus evdə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1237,95 qram qurudulmuş marixuananı, yəni, ümumi təmiz çəkisi 2,645,74 qram olmaqla, ekspertiza tədqiqindən sonra qalıq 2640,24 qram qurudulmuş marixuana cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmalı və saxlanması üçün Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına verilməsi, Təqsirləndirilən şəxs narkotik vasitələri saxladığı ünvan 1 ünvanında yerləşən evə baxış keçirilərkən, Bərdə rayonu, Alçadırlı kəndində yerləşən evə baxış keçirilərkən və üzərinə şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 03 ədəd DVD diski cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut kimi tanınmas və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində ondan aşkar edilmiş narkotik vasitələri satmaq niyyətinin olmamasına dair, polis əməkdaşlarını ona psixi təsir etməsinə, aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın cəmi 26 qramının ona məxsus olması, digər narkotik vasitələrin isə polis əməkdaşları tərəfindən onun cibinə və yaşadığı evə qoyulmasına dair göstərdiyi xüsusatlar aparılmış məhkəmə araşdırılması zamanı tədqiqi edilmiş mötəbər sübutlarla tam təkzib edilmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri həmin xüsusatlara tənqidi yanaşaraq sözügedən xüsusatları məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən həqiqətə uyğun hesab etmir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs oğlunun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsiləri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirlidir və o həmin maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi – həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs oğlunun cinayət əməli Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən qurudulmuş marixuana, narkotik vasitə hesab olunur, qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı 5 qram və ondan yuxarı, külli miqdarı isə 500 qram hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, ona yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Digər tərəfdən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs oğluna törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs oğlunun tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməklə həbsetmənin əvvəli 16.03.2021-ci il tarixdən hesablanmalıdır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs oğluna ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Bundan əlavə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 14 iyun 2021-ci il tarixli 697 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görünür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.2-cü maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs oğlunun narkotik vasitələri saxladığı ünvan 1 ünvanında yerləşən yeznəsi X2 məxsus evdə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1381,32 qram qurudulmuş marixuana, üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 26,47 qram qurudulmuş marixuana, Bərdə rayonu, Alçadırlı kəndində yerləşən qardaşı Şahid4 məxsus evdə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1237,95 qram qurudulmuş marixuana, yəni, ümumi təmiz çəkisi 2,645,74 qram olmaqla, ekspertiza tədqiqindən sonra qalıq 2640,24 qram qurudulmuş marixuana cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanması üçün Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına verilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri saxladığı ünvan 1 ünvanında yerləşən evə baxış keçirilərkən, Bərdə rayonu, Alçadırlı kəndində yerləşən evə baxış keçirilərkən və üzərinə şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 03 ədəd DVD diski cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına verilmiş Təqsirləndirilən şəxs oğlunun narkotik vasitələri saxladığı ünvan 1 ünvanında yerləşən yeznəsi X2 məxsus evdə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1381,32 qram qurudulmuş marixuana, üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 26,47 qram qurudulmuş marixuana, Bərdə rayonu, Alçadırlı kəndində yerləşən qardaşı Şahid4 məxsus evdə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1237,95 qram qurudulmuş marixuana, yəni, ümumi təmiz çəkisi 2,645,74 qram olmaqla, ekspertiza tədqiqindən sonra qalıq 2640,24 qram qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs narkotik vasitələri saxladığı ünvan 1 ünvanında yerləşən evə baxış keçirilərkən, Bərdə rayonu, Alçadırlı kəndində yerləşən evə baxış keçirilərkən və üzərinə şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 03 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 119 manat 40 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 16 mart 2021-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına verilmiş Təqsirləndirilən şəxs narkotik vasitələri saxladığı ünvan 1 ünvanında yerləşən yeznəsi X2 məxsus evdə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1381,32 qram qurudulmuş marixuana, üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 26,47 qram qurudulmuş marixuana, Bərdə rayonu, Alçadırlı kəndində yerləşən qardaşı Şahid4 məxsus evdə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1237,95 qram qurudulmuş marixuana, yəni, ümumi təmiz çəkisi 2,645,74 qram olmaqla, ekspertiza tədqiqindən sonra qalıq 2640,24 qram qurudulmuş marixuana məhv edilsin, Təqsirləndirilən şəxs narkotik vasitələri saxladığı ünvan 1 ünvanında yerləşən evə baxış keçirilərkən, Bərdə rayonu, Alçadırlı kəndində yerləşən evə baxış keçirilərkən və üzərinə şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 03 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 119 manat 40 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar