Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-56/2023 15.12.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3, X2 və Bəylərov Elşad Heydər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı oğlunun, müdafiəçi – Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə açıq məhkəmə iclasında xx xxxx 1990-cı il tarixdə Ağdam rayonunun Papravənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, hazırda məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş, Ağdam rayonunun Papravənd kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla həbs edilənədək ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs satıq məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib saxlama, qəsdən sağlamlığa ağır zərər vurma və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib saxlama cinayət əməllərini törətmişdir. Belə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İİ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,539 qram olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamış, 07 iyul 2021-ci il tarixdə saat 11:00 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı ünvan 1 ünvanında yerləşən evə və evin həyətində olan yardımçı tikiliyə baxış istintaq hərəkəti zamanı həmin evdən 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,25 qram, evin həyətində olan yardımçı tikilidən isə 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,289 qram olmaqla, ümumi təmiz çəkisi 0,539 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin аşkаr еdilərək götürülmüşdür. Bundan başqa o, 07 noyabr 2021-ci il tarixdə saat 19:00 radələrində yaşadığı ünvan 1 ünvanına gəlmiş tanışı Zərərçəkmiş şəxs onun atasının ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncunu cəzalandırmaq məqsədi ilə zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, tiyəsinin uzunluğu 102 mm, dəstəyinin uzunluğu 123 mm olmaqla ümumi uzunluğu 225 mm olan, soyuq silah hesab edilməyən köməkçi ov bıçağı ilə döş qəfəsinin arxa divarından və sol bel nahiyəsindən olmaqla qəsdən iki dəfə vuraraq Zərərçəkmiş şəxs döş qəfəsinin sağ arxa divarından daxilə keçən və sol bel nahiyəsinin daxilə keçməyən kəsilmiş-deşilmiş yaraları xəsarətlərindən ibarət olmaqla birlikdə həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Bundan başqa o, satış məqsədilə istintaqa məlum olmayan tarixdə və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun müvafiq olaraq İ və İİ siyahılarına əsasən külli miqdarda, yəni 2 ədəd şəffaf polietilen kəsiyi bükümlərində ümumi təmiz çəkisi 8,608 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 3 ədəd şəffaf polietilen kəsiyi bükümlərində ümumi təmiz çəkisi 2,436 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib yaşadığı evin yataq otağında saxlamış, 09 noyabr 2021-ci il tarixdə saat 09:00 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Bərdə şəhəri M.F.Axundov küçəsi 44 ünvanında yerləşən evə baxış istintaq hərəkətinin keçirilməsi zamanı həmin evin yataq otağından Təqsirləndirilən şəxs məxsus satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə edib saxladığı 2 ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 6,409 qram və 2,199 qram olmaqla ümumi təmiz çəkisi 8,608 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 3 ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,817 qram, 0,821 qram və 0,798 qram olmaqla ümumi təmiz çəkisi 2,436 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilimiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.1, 234.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 2010-cu ildən tanıyır. Əvvəllər Elvinlə aralarında heç bir düşmənçilik və ya ədavət olmamış, dostluq münasibətləri olmuşdur. 06 noyabr 2021-ci il tarixdə saat 18:00 radələrində atası Fikrət evdə tək olan zaman Elvin Bərdə şəhəri M.F.Axundov küçəsində yerləşən evlərinə gələrək mərhum atası ilə sözlə mübahisə etmiş və atasının ünvanına nalayiq ifadələr işlədərək çıxıb getmişdir. O, həmin vaxt evdə olmamış, bu barədə 07 noyabr 2021-ci il tarixdə səhər saatlarında evə gələn zaman atası Fikrətdən məlumat almış. Elvinin mobil telefon nömrəsini bilmədiyinə görə zəng edib iradını bildirə bilməmiş. 07 noyabr 2021ci il tarixdə saat 18:30 radələrində evdə olan zaman Elvin mobil telefon vasitəsilə ona zəng edib harada olduğunu soruşmuş,. o, evdə olduğunu bildirdikdə, Elvin onunla işi olduğunu və yaşadığı evə gələcəyini demişdir. Təxminən 15-20 dəqiqə sonra Elvin yaşadığı evə gəlmiş, həmin vaxt Elvinə atasının ağsaqqal adam olduğunu deyib nə üçün hörmətsizlik etdiyini, hansı səbəbdən atasının ünvanına nalayiq ifadələr işlətdiyini soruşmuş, Elvin isə cavabında ona: “Yaxşı etmişəm” demişdir. Bu səbəbdən sözləri çəpləşmiş və o, əsəbiləşib üzərində olan bıçaqla Elvinin kürək nahiyəsinə 2 dəfə zərbə endirmişdir. Hadisəni törədərkən evdə ondan və Elvindən başqa heç kəs olmamışdır. Elvinə xəsarət yetirdikdən sonra Elvin həyətin darvazasından çölə çıxıb getmiş,hadisə təxminən 3-5 dəqiqə ərzində davam edib başa çatmışdır. Bundan başqa 09 noyabr 2021-ci il tarixdə səhər saatlarında Bərdə rayon polis şöbəsinin əməkdaşları yaşadığı ünvana gələrək narkotik vasitə saxlaması ilə bağlı məlumat əldə etdiklərini, buna görə də baxış istintaq hərəkəti keçirməli olduqlarını bildirmişlər. Baxış zamanı o, hadisəni törətdiyi bıçağı polis əməkdaşlarına təqdim etməklə 2 gün əvvəl həmin bıçaqla Elvinə xəsarət yetirdiyini səmimi şəkildə etiraf etmiş. Əlavə olaraq bildirmişdir ki, yaşadığı evə baxış keçirilən zaman, heç nə tapmılmamışdır. Buna baxmayaraq polis əməkdaşları yataq otağındakı döşəyin altına bir büküm metamfetamin qoymuş və ondan bu narkotik vasitənin onun olmasını boynuna almağını tələb etmişlər. Əflatun və Elçin adlı polis Əməkdaşları bildirmişdir ki, aşkar olunan narkotikin onun olmasını etiraf etsə 2 günə buraxıla bilər. Narkotik istifadəçisi olduğu üçün razılaşmış, sənədlərə imza etmiş, hadisəyə dair etirafedici ifadə vermişdir. Bundan başqa 07 iyul 2021-ci il tarixdə saat 11:00 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları yaşadığı ünvana gələrək psixotrop maddə saxlaması barədə məlumat əldə edildiyini, buna görə də baxış keçirilməli olduğunu bildirmişlər. Baxış zamanı evdə və yardımçı tikilidə saxladığı psixotrop maddələri könüllü şəkildə polis əməkdaşlarına təqdim etmişdir. Həmin aşkar olunmuş sözügedən narkotik vasitələr biri sellofan, biri də kağız bükümdə olmaqla iki büküm olmuşdur. O, həmin bükümləri şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq bildirmişdir ki, o, 234.4.3-cü maddəsi ilə ittiham olunarkən tapılan tərəzi ona aid olmamış, tərəzini polislər birinci dəfə tutulanda qoymuşlar. Birinci dəfə tutulanda Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bimişdir O, 126.1-ci maddə ilə hadisədən 1 gün sonra tutulmuşdur. Həmin gün evə polislər tərəfindən siqaret qutusunda narkotik vasitə qoyulmuş, hadisənin təsirindən atası baş verənlərə dözməyərək rəhmətə getmişdir. Himayəsində 2 azyaşlı uşağının olduğunu vurğulayaraq qeyd olunan halları məhkəmənin nəzərə almasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Belə ki, Təqsirləndirilən şəxs ona Аzərbаycаn Rеspublikаsı CM-in 126.1, 234.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, həbs edilənədək ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşamışdır. Rəsmi olaraq heç bir yerdə işləməmişdir. Evlidir, himayəsində 2 azyaşlı uşağı var. 2016-cı ildə Bərdə rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, Аzərbаycаn Rеspublikаsı CM-in 126.1 və 234.1-ci maddələri ilə özünü tam, həmin Məcəllənin 234.4.3-cü mаddəsi ilə isə özünü qismən təqsirli bilir. 2021-ci ilin iyul ayının əvvəllərində Bərdə şəhəri H.Əliyev prospekti ərazisindəki dayanacaqlardan birində avtobus gözləyən zaman yerdə göy rəngli kağız büküm olduğunu görmüşdür. Psixotrop maddələrdən istifadə etdiyi üçün həmin bükümü açdıqda içərisində olan kütlənin metamfetamin olduğunu bilmişdir. Daha sonra içərisində metamfetamin olan bükümü əynindəki şalvarın cibinə qoyaraq oradan uzaqlaşıb yaşadığı evə gəlmişdir. Büküm tapması barədə heç kimə xəbər vermədən 1 ədəd göy rəngli bükümün içərisində olan 1 ədəd qırmızı rəngli bükümə qoyub 2 büküm ayırmış və şəxsi istifadəsi üçün bükümlərdən birini yataq otağındakı çarpayının üzərinə salınmış döşəyin altında, digərini isə həyətdəki yardımçı tikilidə gizlətmişdir. 07 iyul 2021-ci il tarixdə saat 11:00 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları yaşadığı ünvana gələrək psixotrop maddə saxlaması barədə məlumat əldə edildiyini, buna görə də baxış keçirilməli olduğunu bildirmişlər. Baxış zamanı evdə və yardımçı tikilidə saxladığı psixotrop maddələri könüllü şəkildə polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilib çəkiləri müəyyənləşdirildikdən sonra zərfə qoyularaq qablaşdırılmış və ekspertiza tədqiqatına göndəriləcəyi qeyd olunmuşdur. Daha sonra evin və yardımçı tikilinin digər otaqlarına baxış keçirilsə də, başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. O, tərtib edilmiş protokolun doğruluğunu digər iştirakçılarla birgə imzaladıqdan sonra polis əməkdaşları polis şöbəsinin inzibati binasına getməli olduqlarını söyləmişlər. Həmin gün saat 11:30 radələrində polis əməkdaşları onu Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Polis şöbəsində o, yaşadığı ünvanda psixotrop maddə saxlamasını bir daha səmimi şəkildə etiraf etmiş və şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra polis əməkdaşlarının iştirakları ilə üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasında polis əməkdaşlarından başqa dövlət hesabına təyin edilmiş müdafiəçi Ayna Nəsirli də iştirak etmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl ona hüquq və vəzifələri izah edilmiş və üzərində şəxsi axtarış aparılmasına dair hər hansı etirazının olub-olmaması soruşulmuşdur. O, videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını demişdir. Bundan sonra ona üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olubolmaması barədə sual verilmiş və müsbət halda könüllü şəkildə təqdim etməsi təklif olunmuşdur. Şəxsi axtarış zamanı üzərindən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra protokol tərtib edilərək ucadan oxunmuş və digər iştirakçılarla birlikdə protokolu imzalamışdır. Bundan başqa Zərərçəkmiş şəxs təxminən 2010-cu ildən tanıyır. Əvvəllər Elvinlə arasında heç bir düşmənçilik və ya ədavət olmamış, dostluq münasibəti hökm sürmüşdür. 06 noyabr 2021-ci il tarixdə saat 18:00 radələrində atası Fikrət evdə tək olan zaman Elvin Bərdə şəhəri M.F.Axundov küçəsində yerləşən evə gələrək mərhum atası ilə sözlə mübahisə etmiş və atasının ünvanına nalayiq ifadələr işlədərək çıxıb getmişdir. O, həmin vaxt evdə olmamış, bu barədə 07 noyabr 2021-ci il tarixdə səhər saatlarında evə gələn zaman atası Fikrətdən məlumat almışdır. Elvinin mobil telefon nömrəsini bilmədiyinə görə zəng edib iradını bildirə bilməmişdir. 07 noyabr 2021-ci il tarixdə saat 18:30 radələrində evdə olan zaman Elvin mobil telefon vasitəsilə ona zəng edib harada olduğunu soruşmuşdur. O, evdə olduğunu bildirdikdə, Elvin işi olduğunu və yaşadığı evə gələcəyini demişdir. Təxminən 15-20 dəqiqə sonra Elvin tək şəkildə yaşadığı evə gəlmişdir. Həmin vaxt Elvinə atasının ağsaqqal biri olmasını xatırladıb nə üçün hörmətsizlik etdiyini, hansı səbəbdən atasının ünvanına nalayiq ifadələr işlətdiyini soruşmuşdur. Elvin ona “Yaxşı etmişəm” cavabını verdiyinə görə sözləri çəpləşmiş və o, əsəbiləşib üzərində olan bıçaqla qəsdən Elvinin kürək nahiyəsinə 2 dəfə zərbə endirmişdir. Hadisəni törədərkən evdə ondan və Elvindən başqa heç kəs, o cümlədən atası Fikrət olmamışdır. Elvinə xəsarət yetirdikdən sonra Elvin həyətin darvazasından çölə çıxıb getmişdir. O, Elvinə əsəbiləşdiyi üçün cəzalandırmaq məqsədilə 2 dəfə bıçaqla qəsdən xəsarət yetirmiş, öldürmək və ya başqa hər hansı niyyəti olmamışdır. Hadisə təxminən 3-5 dəqiqə ərzində davam edib başa çatmış, sonradan heç kimə hadisə barəsində məlumat verməmişdir. 09 noyabr 2021-ci il tarixdə səhər saatlarında Bərdə rayon polis şöbəsinin əməkdaşları yaşadığı ünvana gələrək narkotik vasitə saxlaması ilə bağlı məlumat əldə etdiklərini, buna görə də baxış keçirməli olduqlarını bildirmişlər. Baxış zamanı o, hadisəni törətdiyi bıçağı polis əməkdaşlarına təqdim etməklə 2 gün əvvəl həmin bıçaqla Elvinə xəsarət yetirdiyini səmimi şəkildə etiraf etmişdir. Belə ki, 2021-ci ilin oktyabr ayının ortalarında Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsinin sahilindən 1 ədəd sellofan torba tapmışdır. Həmin torbanı açdıqda içərisində bir neçə büküm olduğunu görmüşdür. Bükümləri açıb içərilərinə baxan zaman bükümlərdəki kütlələrin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu bilib onları şəxsi istifadə məqsədilə yaşadığı evə gətirmişdir. Sellofan torbanın içərisindəki bükümləri yaşadığı evdə gizlətmişdir. 09 noyabr 2021-ci il tarixdə saat 09:00 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları yaşadığı ünvana gələrək narkotik vasitə saxlaması barədə məlumat əldə edildiyini, buna görə də baxış keçirilməli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları ona hüquq və vəzifələrini izah edərək yaşadığı evə baxış keçirilməsinə başlamışlar. Baxış zamanı evdə narkotik vasitə və psixotrop maddə saxladığını səmimi şəkildə etiraf edərək bükümlərin yerini göstərmiş və onları könüllü şəkildə polis əməkdaşlarına təqdim etmişdir. Aşkar edilmiş torbacıqlar və siqaret qutusunun içərisində saxladığı sellofan bükümlər elektron tərəzidə çəkilib çəkiləri müəyyənləşdirildikdən sonra zərfə qoyularaq qablaşdırılmış və ekspertiza tədqiqatına göndəriləcəyi qeyd olunmuşdur. Həmçinin yaşadığı evin otağından Elvinə xəsarət yetirdiyi bıçaq və elektron tərəzi də aşkar edilmiş və ekspertiza tədqiqatına göndəriləcəyi bildirilməklə qablaşdırılıb götürülmüşdür. Daha sonra evin digər otaqlarına baxış keçirilsə də, başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. O, tərtib edilmiş protokolun doğruluğunu digər iştirakçılarla birgə imzaladıqdan sonra polis əməkdaşları polis şöbəsinin inzibati binasına getməli olduqlarını söyləmişlər. Həmin gün saat 10:30 radələrində polis əməkdaşları onu Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Polis şöbəsində o, yaşadığı ünvanda narkotik vasitə və psixotrop maddə saxlamasını bir daha səmimi şəkildə etiraf etmiş və şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra polis əməkdaşlarının iştirakları ilə üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasında polis əməkdaşlarından başqa dövlət hesabına təyin edilmiş müdafiəçi Zaur İsmayılov da iştirak etmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl ona hüquq və vəzifələri izah edilmiş və üzərində şəxsi axtarış aparılmasına dair hər hansı etirazının olub-olmaması soruşulmuşdur. O, videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını demişdir. Bundan sonra ona üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olub-olmaması barədə sual verilmiş və müsbət halda könüllü şəkildə təqdim etməsi təklif olunmuşdur. Şəxsi axtarış zamanı üzərindən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra protokol tərtib edilərək ucadan oxunmuş və digər iştirakçılarla birlikdə protokolu imzalamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 15-20 ildir tanıyır. Əvvəllər Pərvin ilə arasında heç bir düşmənçilik və ya ədavət olmamışdır. 06 noyabr 2021-ci il tarixdə Pərvin onun telefon zənglərinə cavab vermədiyi üçün görüşmək məqsədilə Pərvinin yaşadığı evə getmiş, həmin vaxt Pərvin evdə olmamış, Pərvinin atası Fikrət onu qarşılayıb oğlunun evdə olmadığını demiş, o da əsəbiləşdiyi üçün Fikrətin ünvanına nalayiq ifadələr işlədərək çıxıb getmişdir. 07 noyabr 2021-ci il tarixdə saat 18:00 radələrində dostları Sahib və Elvinlə Bərdə şəhəri Koroğlu küçəsində yerləşən “Bərdə Pub” adlı kafedə pivə içdikdən sonra işi olduğunu bildirmiş və onlara gözləmələrini deyərək kafedən çıxmışdır. Daha sonra mobil telefon vasitəsilə taksi fəaliyyəti ilə məşğul olan tanışı Sadiqə zəng edib Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən “Bəy hamamı” deyilən yerə gəlməsini söyləmişdir. Bir qədər sonra Sadiq avtomobillə dediyi yerə gələndə avtomobildə Bərdə şəhəri ərazisindən tanıdığı Röyal və Gündüz adlı şəxslərin olduqlarını görmüşdür. Sadiqin avtomobilinə əyləşəndə Röyal və Gündüz avtomobildən düşmüş, ardınca Sadiqdən avtomobili Bərdə şəhəri M.F.Axundov küçəsinə sürməsini istəmişdir. Avtomobil həmin küçədə Pərvinin yaşadığı evin darvazası qarşısına çatanda Sadiqə avtomobili saxlamasını bildirmiş və “Gözlə gəlirəm” deyib tək şəkildə avtomobildən düşərək həyətə daxil olmuşdur. Pərvinin yaşadığı ünvana getməkdə məqsədi onun telefon zənglərinə nə üçün cavab vermədiyini aydınlaşdırmaq istəməsi olmuşdur. Həyətə daxil olanda Pərvinin yanında 2 nəfər tanımadığı şəxsin olduğunu görmüşdür. Pərvindən nə üçün zənglərinə cavab vermədiyini soruşan zaman aralarında mübahisə yaranmış, Pərvin qəflətən kürək nahiyəsindən bıçaqla 2 dəfə zərbə endirmişdir. Daha sonra Pərvinin yanındakı şəxslər Pərvini ondan kənarlaşdırıb nə üçün onu bıçaqla vurduğunu soruşmuşlar. Həmin şəxslər qoluna girib onu Pərvinin yaşadığı evin darvazasının qarşısına gətirmişlər. Ürəyi qısıldığını bildirdiyi üçün onlar ona su vermiş və qan itirməsinin qarşısını almaq üçün yaralarının üzərinə əski qoymuşlar. Təxminən 5-10 dəqiqə həmin vəziyyətdə qaldıqdan sonra tanımadığı şəxslər qoluna girərək onu həyətdən çölə çıxarmış və Sadiqin avtomobilinə əyləşdirmişlər. Daha sonra Sadiq onu xəstəxanaya aparmış və həkimlər tibbi yardım göstərmişlər. Əlavə olaraq Pərvinin ona xəsarət yetirdikdən sonra tanımadığı şəxslərin Pərvini tutub saxlayaraq ondan uzaqlaşdırdıqlarını göstərdiyini, əslində Pərvinin hadisəni törətdikdən sonra zərbələri davam etdirməyərək sərbəst şəkildə ondan kənarlaşdığını və yalnız bundan sonra tanımadığı şəxslərin Pərvini tutub saxladıqlarını, Pərvinin onun telefon zənglərinə cavab verməməsi ilə bağlı aralarında yaranan mübahisə səbəbindən ona bıçaqla xəsarət yetirdiyini, Pərvindən heç bir şikayət və tələbinin olmadığını və ona dəymiş ziyanın ödənildiyini məhkəmənin diqqətinə çatdırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, O, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs Bərdə şəhər sakinləri kimi tanımış. Əvvəllər Elvin və Pərvin ilə arasında heç bir düşmənçilik və ya ədavət olmamışdır. 07 noyabr 2021-ci il tarixdə saat 18:30 radələrində bacanağı Şahid1 idarə etdiyi “VAZ-21015” markalı avtomobillə Bərdə şəhəri ərazisində olan zaman Elvin mobil telefonla Sadiqə zəng edib Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən “Bəy hamamı” deyilən yerdə gözlədiyini bildirmiş və həmin yerə gəlməsini istəmişdir. Bu zaman Sadiqin avtomobilində ondan başqa televizor ustası işləyən tanışı Gündüz də olmuşdur. Sadiq avtomobili idarə edib Elvinin dediyi yerə çatanda Elvin avtomobilə əyləşmiş, o və Gündüz avtomobildən düşmüşdür. Daha sonra Elvin onlara işi olduğunu deyib həmin yerdə gözləmək istəməmiş, Sadiq və Elvin çıxıb getdikdən təxminən 30-40 dəqiqə sonra geri qayıtmış, Bərdə şəhəri Sabir küçəsində yerləşən işıqforun yaxınlığına gəlmişlər. O və Gündüz avtomobilə əyləşən zaman Elvinin kürək nahiyəsində xəsarətlərin olduğunu görmüşlər. Elvindən nə baş verdiyini soruşduqda, Elvin “sizlik deyil” cavabını verib xəstəxanaya aparılmasını istəmişdir. Xəstəxanada həkimlər Elvinə tibbi yardım göstərdikləri vaxt polis əməkdaşları gəlib izahat vermələri üçün onu, Sadiqi və Gündüzü polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olanda eşitmişdir ki, Elvin Pərvin tərəfindən bıçaqlanmışdır. O hadisəni görməmiş, hadisənin nə səbəbdən baş verdiyinin bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 07 iyul 2021-ci il tarixdə polis şöbəsinə Bərdə şəhəri M.F.Axundov küçəsində yaşayan 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, yaşadığı evdə və üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin sabiq təhqiqatçısı Orxan İsmayılovun, X1 sabiq əməliyyat müvəkkili Şahid5, Cinayət axtarışı bölməsinin baş əməliyyat müvəkkili Şahid4 və onun iştirakıları ilə əməliyyat qrupu təşkil edilərək Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri M.F.Axundov küçəsində yerləşən ünvana yollanmışlar. Həmin ünvanda Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra yaşadığı evdə və evin həyətyanı sahəsində yerləşən yardımçı tikilidə psixotrop maddə saxlaması barədə məlumat əldə edilmiş, buna görə də baxış keçirilməli olduğu bildirilmişdir. Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə edilməklə baxış keçirilməsinə hər hansı etirazının olub-olmaması soruşulduqda, bu barədə tərtib edilmiş ərizəni imzamaqla heç bir etirazının olmadığını demiş. Bundan sonra polis əməkdaşlarının iştirakları ilə baxış keçirilməsinə başlanmışdır. Evin giriş darvazasından içəri daxil olduqdan sonra Təqsirləndirilən şəxs evdə və evin həyətyanı sahəsində qanunsuz əşya və ya predmet olubolmaması soruşulmuşdur, Bu zaman Təqsirləndirilən şəxs evə daxil olaraq giriş hissədən sağ tərəfdə yerləşən çarpayıya salınmış döşəyin üzərində olan 1 ədəd göy rəngli kağız bükümü təqdim etmiş və içərisində “şüşə” adlandırılan psixotrop maddə olduğunu söyləmiş. Həmin büküm elektron tərəzidə çəkilərək çəkisi müəyyənləşdirilmiş və zərfə qablaşdırılaraq götürülmüş. Bundan sonra evin digər otaqlarına baxış keçirilsə də, başqa qanunsuz əşya və ya predmet aşkarlanmamışdır. Təqsirləndirilən şəxs başqa haradasa qanunsuz kütlə saxlaması barədə sual verilən zaman həyətyanı sahədəki yardımçı tikilini göstərib orada psixotrop maddə saxladığını bildirimiş. İştirakçılarla birlikdə mişar daşlarından tikilmiş həmin tikiliyə baxış keçirilən zaman Təqsirləndirilən şəxs 3 otaqdan ibarət tikilinin sonuncu otağında divanın dibinə sərilmiş döşəyin altında “şüşə” saxladığını demiş. Baxış zamanı həmin yerdən 1 ədəd göy rəngli kağız büküm aşkar edilmiş. Büküm açıldıqda içərisində kristal halda ağ rəngli kütlə olduğu müəyyənləşdirilmiş və büküm elektron tərəzidə çəkilərək çəkisi müəyyənləşdirilmiş. Bundan sonra otaqdan içərisində maye olan 1 ədəd şpris aşkarlanmış. Ardınca büküm və şpris zərfə qablaşdırılaraq götürülüb ekspertiza tədqiqatına göndəriləcəyi bildirilmiş və zərfin üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 94 saylı möhürü ilə möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs götürülən psixotrop maddələri şəxsi istifadəsi məqsədilə saxladığını bildirmiş. Bundan sonra yardımçı tikilidəki digər otaqlara baxış keçirilsə də, başqa qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Bununla da Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsi başa çatdırılmışdır. Baxışın sonunda protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və o, baxış keçirilməsində iştirak edən digər şəxslərlə birlikdə protokolu imzalmışdır. Əlavvə olaraq bildirimişdir ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, yaşadığı evdə və üzərində narkotik vasitə saxlaması barədə olmuşdur. Tərəfindən Pərvinə qarşı hər hansı təsir və təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid6 ilə eyni məzmunlu ifadə vermiş və işin halları ilə bağlı onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 09 noyabr 2021-ci il tarixdə polis şöbəsinə Bərdə şəhəri M.F.Axundov küçəsində yaşayan 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq yaşadığı evin həyətində yerləşən yarımtikilidə və üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı Vüsal Bayramovun, X1 əməliyyat müvəkkili Şahid7, Cinayət axtarışı bölməsinin baş əməliyyat müvəkkili Şahid4 və onun iştirakları ilə əməliyyat qrupu təşkil edilərək Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri, M.F.Axundov küçəsində yerləşən ünvana yollandıqdan sonra sonuncu çölə çağırılmış. Həmin gün saat 09:10 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin darvazası qarşısında saxlanıldı və saxlanılması barədə, eləcə də digər hüquq və vəzifələri izah edilmiş. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə və psixotrop maddə saxlaması ilə bağlı məlumat əldə edildiyi, buna görə də baxış keçirilməli olduğu bildirmişlər. Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə edilməklə baxış keçirilməsinə hər hansı etirazının olub-olmaması soruşulduqda, bu barədə tərtib edilmiş ərizəni imzamaqla heç bir etirazının olmadığını demişdir. Bundan sonra polis əmakdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməyə başlanmışdır. Evin giriş darvazasından içəri daxil olduqdan sonra Təqsirləndirilən şəxs iştirakçıları yataq otağına dəvət edib içəridə narkotik vasitə və psixotrop maddə saxladığını səmimi şəkildə etiraf etmişdir. Yataq otağına keçirilən baxışın davamında Təqsirləndirilən şəxs döşəyin yanındakı taxtanı göstərib üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bu zaman taxtanın üzərində bir ədəd qatlanan tipli bıçaq aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bıçağı hansı məqsədlə saxladığı soruşulduqda, həmin bıçağı özünü müdafiə etmək məqsədilə saxladığını və 2 gün əvvəl həmin bıçaqla Elvin adlı tanışına xəsarət yetirdiyini söyləmişdir. Buna görə də bıçaq təhqiqatçı tərəfindən götürülüb müvafiq qaydada qablaşdırılmış və ekspertiza tədqiqatına göndəriləcəyi qeyd olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs taxtanın üzərində olan 3 ədəd şəffaf torbacıqları təqdim etmişdir içərilərindəki ağ rəngli kütlənin “şüşə” olduğunu demişdir. Ardınca Təqsirləndirilən şəxs stolun üzərindəki siqaret qutusuna işarə edib içərisində “kokos” olduğunu bildirmiş. Həmin siqaret qutusuna baxış keçirilərkən içərisində olan 1 ədəd şəffaf sellofan torbacıqdan içərilərində tünd rəngli kütlə olan 2 ədəd sellofan büküm aşkarlanmışdır. Bükümlər elektron tərəzidə çəkilərək çəkiləri müəyyənləşdirildikdən sonra həm torbacıqlar, həm də bükümlər zərfə qablaşdırılaraq götürülüb ekspertiza tədqiqatına göndəriləcəyi bildirilmiş və zərflərin üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 94 saylı möhürü ilə möhürlənmiş. Bununla da Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi başa çatmışdır. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı evin digər otaqlarına da baxış keçirilmiş, ancaq heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Baxışın sonunda protokol tərtib edilərək iştirakçılara ucadan oxudulmuş və o, baxış keçirilməsində iştirak edən digər şəxslərlə birlikdə protokolu imzalamışdır. Həmin gün saat 10:30 radələrində Təqsirləndirilən şəxs Bərdə rayon polis şöbəsinə gətirilərək şübhəli şəxs qismində tutulmuşdur. Sonra onun və adlarını qeyd etdiyi polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasında polis əməkdaşlarından başqa Bərdə rayon Vəkil Bürosunun vəkili Zaur İsmayılov da iştirak etmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunumuş və üzərində şəxsi axtarış aparılmasına hər hansı etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs isə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və ya predmetin olub-olmaması barədə sual verildi və müsbət halda həmin əşya və ya predmeti könüllü şəkildə təqdim etməsi təklif olundu. Bu zaman Təqsirləndirilən şəxs üzərində heç bir qeyri-qanuni əşya və ya predmetin olmadığını bildirərək masaya yaxınlaşıb əynindəki paltarların ciblərindən 1 qutu siqaret, 1 ədəd özünə məxsus əlillik vəsiqəsi və 95 manat pul çıxarıb təqdim etmiş. Daha sonra şübhəli şəxsin üzərində Şahid4 tərəfindən axtarış aparılsa da, heç bir qanunsuz əşya və predmet aşkarlanmamışdır Şəxsi axtarış zamanı şübhəli şəxsin üzərindən aşkar edilmiş əşyalar əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Əlavva olaraq bildiri ki, tərəflərindən Pərvinə qarşı hər hansı bir təsir və təziq olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 09 iyul 2021-ci il tarixli “polisin nəzarəti altına vermə” haqqında qəraradan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 10 noyabr 2021-ci il tarixli Bərdə rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə, yəni 09 mart 2022-ci il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11 noyabr 2021-ci tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 11 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-in 126.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 05 mart 2022-ci il tarixli Bərdə rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 03 (üç) ay, yəni 08 iyun 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 21 fevral 2022-ci il tarixli “cinayət işinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan və 21 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.1 və 234.4.3-cü maddələri ilə istintaq edilən ********* №-li və Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə istintaq edilən ********* №-li cinayət işləri bir icraatda birləşdirilmiş və ibtidai istintaq Azərbaycan Respublikası CM-in 126.1, 234.1 və 234.4.3-cü maddələri ilə ********* №-si ilə davam etdirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə Rеgiоnаl bölməsinin məhkəmə bioloji-kimyəvi ekspertizasının 07 iyul 2021-ci il tаriхli 16/649 nömrəli rəyindən görünür ki, tədqiqаtа təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən və həyətdəki yardımçı tikilidən aşkar olunmuş.......” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd göy rəngli kağız bükümdə və 1 (bir) ədəd göy rəngli kağız bükümün içərisindəki 1 (bir) ədəd qırmızı rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,25 qram, 0,289 qram, ümumi təmiz çəkisi 0,539 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Həmin kağız paketdəki bir ədəd 10 ml-lik birdəfəlik şprisin içərisindəki 3 ml həcmində, rəngsiz bulanıq mayenin tərkibində narkotik və psixotrop maddələr yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə Rеgiоnаl bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 09 noyabr 2021-ci il tаriхli 16/1190 nömrəli rəyindən görünür ki, tədqiqаtа təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs evindən aşkar edilmiş tünd rəngli narkotikə bənzər kütlə.” sözləri yazılmış zərfdəki 2 (iki) ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 6,409 qram, 2,199 qram, ümumi təmiz çəkisi 8,608 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs evindən aşkar edilmiş tünd rəngli narkotikə bənzər kütlə.” sözləri yazılmış zərfdəki 3 (üç) ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,817 qram, 0,821 qram, 0,798 qram, ümumi təmiz çəkisi 2,436 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd zərfdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə müxtəlifdirlər. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd zərfdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorlar”ın siyahısına əsaslanaraq yoxlanılmış və müəyyən olunmuşdur ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorlar”ın siyahısına əsaslanaraq yoxlanılmış və müəyyən olunmuşdur ki, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs barəsində təyin edilmiş məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 10 may 2022-ci il tarixli 622 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Nаrkоmаniya xəstəliyindən məcburi müаlicəyə еhtiyаcı var. Narkolоji kabinetdə qеydiyyаtа alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X9 Bərdə rayon ekspertiza şöbəsinin 30 yanvar 2022-ci il tarixli 60 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - döş qəfəsinin sağ arxa divarının daxilə keçən, sol bel nahiyəsinin daxilə keçməyən kəsilmiş-deşilmiş yaraları deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, ola bilsin ki, bıçaqla, müddəti 07 noyabr 2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, İş üzrə təyin edilmiş məhkəmə soyuq silah ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 noyabr 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan köməkçi ov bıçağıdır (cəmdəyi kəsmək, doğramaq, soymaq) və soyuq silah hesab edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07 noyabr 2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs bıçaqla xəsarətlər yetirdiyi hadisə yeri Bərdə şəhəri M.F.Axundov küçəsində 44 ünvanında yerləşən evdir. Hadisə yerindən sübut əhəmiyyəti kəsb edə biləcək heç bir əşya, predmet, sənəd və sair götürülməmiş, lüzum yaranmadığından hadisə yerinin fotoşəkilləri çəkilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07 iyul 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 07 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri M.F.Axundov küçəsi 44 ünvanında yerləşən evə və evin həyətindəki yardımçı tikiliyə baxış keçirilərkən Təqsirləndirilən şəxs evdən və yardımçı tikilinin otağından içərilərində metamfetamin olan 1 (bir) ədəd göy rəngli kağız bükümü və 1 (bir) ədəd göy rəngli kağız bükümün içərisindəki 1 (bir) ədəd qırmızı rəngli kağız bükümü təqdim etmiş, bükümlər və şpris, eləcə də aşkar edilmiş 1 (bir) ədəd şpris müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 08 iyul 2021-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin diskin içərisində 20 dəqiqə 16 saniyə müddətində davam edən videogörüntülərdə Təqsirləndirilən şəxs 07 iyul 2021-ci il tarixdə yaşadığı Bərdə şəhəri M.F.Axundov küçəsi 44 ünvanında yerləşən evə və evin həyətindəki yardımçı tikiliyə videoçəkilişdən istifadə edilməklə baxış keçirilərkən içərilərində metamfetamin olan 1 (bir) ədəd göy rəngli kağız bükümü və 1 (bir) ədəd göy rəngli kağız bükümün içərisindəki 1 (bir) ədəd qırmızı rəngli kağız bükümü təqdim etməsi öz əksini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 09 noyabr 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 09 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri M.F.Axundov küçəsi 44 ünvanında yerləşən evə baxış keçirilərkən Təqsirləndirilən şəxs evdən içərilərində heroin olan 2 (iki) ədəd şəffaf polietilen kəsiyi bükümlərini, içərilərində metamfetamin olan 3 (üç) ədəd şəffaf polietilen kəsiyi bükümlərini və 1 (bir) ədəd bıçağı təqdim etmiş, Təqsirləndirilən şəxs şifahi sorğu zamanı bıçaqla 07 noyabr 2021-ci il tarixdə Elvin adlı tanışına qəsdən 2 dəfə zərbə endirərək xəsarət yetirdiyini etiraf etmiş, bükümlər və bıçaq, eləcə də aşkar edilmiş 1 (bir) ədəd elektron tərəzi və 3 (üç) ədəd mobil telefon müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 09 noyabr 2021-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin diskin içərisində 20 dəqiqə 29 saniyə müddətində davam edən videogörüntülərdə Təqsirləndirilən şəxs 09 noyabr 2021-ci il tarixdə yaşadığı Bərdə şəhəri M.F.Axundov küçəsi 44 ünvanında yerləşən evə videoçəkilişdən istifadə edilməklə baxış keçirilərkən içərilərində heroin olan 2 (iki) ədəd şəffaf polietilen kəsiyi bükümlərini, içərilərində metamfetamin olan 3 (üç) ədəd şəffaf polietilen kəsiyi bükümlərini və 1 (bir) ədəd bıçağı təqdim etməsi, Təqsirləndirilən şəxs bıçaqla 07 noyabr 2021-ci il tarixdə Elvin adlı tanışına qəsdən 2 dəfə zərbə endirərək xəsarət yetirdiyini etiraf etməsi öz əksini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, İş üzrə 22 dekabr 2021-ci il tarixdə verilmiş əməliyyat tapşırığına Bərdə rayon polis şöbəsinin 13 aprel 2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 07 iyul 2021-ci il tarixdə aşkar edilmiş psixotrop maddələri şəxsi istifadəsi məqsədilə, 09 noyabr 2021-ci il tarixdə aşkar edilmiş nаrkоtik vаsitə və psixotrop maddələri isə satış məqsədilə külli miqdarda yaşadığı evdə və evin həyətyanı sahəsində yerləşən yardımçı tikilidə saxladığı, həmin cinayətləri təkbaşına törətdiyi, bundan başqa 07 noyabr 2021-ci il tarixdə yaşadığı ünvanda tanışı Zərərçəkmiş şəxs bıçaqla xəsarətlər yetirərək sağlamlığına qəsdən ağır zərər vurduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, İş üzrə 05 yanvar 2022-ci il tarixdə verilmiş əməliyyat tapşırığına Bərdə rayon polis şöbəsinin 02 fevral 2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs ətrafinda keçirilmil əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evdə Bərdə rayonu Gərənə kəndində yaşayan tanışı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncuya bıçaqla qəsdən vuraraq ağır xəsarət yetirdiyi, hadisənin törədilməsində başqa hər hansı şəxsin bu və ya digər formada iştirakçılığının olmadığı, hadisənin ünvan 1 ünvanında baş verdiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Cinayət işi materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X8 daxil olmuş 11 may 2022-ci il tarixli 565 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 07 yanvar 2017-ci il tarixdən publik hüquqi şəxsin Poliklinika şöbəsinin narkoloji kabinetində dispanser qeydiyyatdadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Cinayət işi materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X8 daxil olmuş 12 may 2022-ci il tarixli 512 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs publik hüquqi şəxsin Poliklinika şöbəsinin ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Cinayət işi materiallarına əlavə edilmiş Ağdam rayon İcra Hakimiyyəti başçısının Papravənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 03 noyabr 2021-ci il tarixli 243 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanda məskunlaşmışdır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, cinayət işi materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 14 dekabr 2017-ci il və 24 sentyabr 2019-cu il təvəllüdlü olmaqla 2 azyaşlı uşaq vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 13 oktyabr 2023-cü il tarixli Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon İcra və probasiya şöbəsindən daxil olmuş 13 may 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon İcra və Probasiya şöbəsində qeydiyyata alınmış və cəza müddətinin sonu ilə əlaqədar 14 dekabr 2017-ci il tarixdə şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərin qeydiyyat kitabından qeydiyyatdan çıxarılmış və məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən dахil оlmuş 14 may 2022-ci il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon məhkəməsinin 02 dekabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16 mart 2017-ci il tarixdə Gəncə şəhər Nizami rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-in 70.5 və 76.2-ci maddələrinə əsasən 05 ay 21 gün vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 14 may 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 0,23 qram, 0,269 qram olmaqla ümumi təmiz çəkisi 0,499 qram olan psixotrop maddə - metamfetamin, 01 ədəd 10 ml-lik birdəfəlik şpris, ayrıayrılıqda təmiz çəkiləri 6,359 qram, 2,149 qram, ümumi təmiz çəkisi 8,508 qram olan narkotik vasitə - heroin, ayrı-ayrılıqda təmiz çəkiləri 0,767 qram, 0,771 qram, 0,748 qram olmaqla ümumi təmiz çəkisi 2,286 qram olan psixotrop maddə - metamfetamin, 01 ədəd elektron tərəzi və 01 ədəd bıçaq Bərdə rayon polis şöbəsinin saxlanc anbarına təhvil verilmiş, 2 ədəd “DVD” disk cinayət işinin materiallarına əlavə edilmiş və ona Azərbaycan Respublikası CM-nin 126.1, 234.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlarla yanaşı həmçinin vurğulayır ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadədə polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması, satış məqsədi ilə külli miqdarda narkotik vasitəni saxlaması hissəsində polis əməkdaşları tərəfindən ona göstərilmiş təzyiqə görə etiraf edici ifadə verməsinə və həmin narkotik vasitələrin və evindən tapılan elektron tərəzinin polis əməkdaşları tərəfindən onun evinə yerləşdirməsinə dair xüsusatlar həqiqəti əks etdirmir. Belə ki, sözügedən xüsusatlar aparılmış məhkəmə araşdırılması zamanı danılmaz sübutlarla - şahidlərin ifadələri, təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı verdiyi ifadələr, istintaq hərəkətlərinin protokolları Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zaman qeydə alınmış video görüntüləri özündə əks etdirən DVD diskə keçirilmiş baxış, və s. sübutlarla tam təkzib edilmişdir. Odur ki, Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi həmin xüsusatları məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən qeyd olunan hissədə həqiqətə uyğun hesab etmir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1, 234.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1, 234.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin törədilməsində təqsirlidir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi – həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının xx.xx.2005ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən heroin narkotik vasitə, həmin Qanunun 2 saylı Siyahısına əsasən metamfetamin isə psixotrop maddə hesab olunur, heroinin və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarı isə 2 qram və ondan yuxarı hesab olunur. Odur ki, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 126.1, 234.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, zərər çəkmiş şəxslə razılıq əldə etməsini, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və ya tələbinin olmamasını, zərər çəkmiş şəxslə barışmasını, himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə müvafiq olaraq məsuliyyətini yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdırıcı halın olmamasını nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki cinayət törətmişdir. O həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası CM-in 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna ağır cinayət daxil olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılmalı və bu yola təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs şəxsiyyətini, törətmiş olduqları cinayələrin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onların törətdiyi cinayətə görə müəyyən olunmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddində cəzaya məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, ona yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Digər tərəfdən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməklə həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Bundan əlavə Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs barəsində təyin edilmiş məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 10 may 2022-ci il tarixli 622 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Nаrkоmаniya xəstəliyindən məcburi müаlicəyə еhtiyаcı var. Narkolоji kabinetdə qеydiyyаtа alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.2-cü maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübut hesab edilən ekspertiza tədqiqindən sonra qalan 0,23 qram, 0,269 qram olmaqla ümumi təmiz çəkisi 0,499 qram olan psixotrop maddə - metamfetamin, 01 ədəd 10 ml-lik birdəfəlik şpris, ayrıayrılıqda təmiz çəkiləri 6,359 qram, 2,149 qram, ümumi təmiz çəkisi 8,508 qram olan narkotik vasitə - heroin, ayrı-ayrılıqda təmiz çəkiləri 0,767 qram, 0,771 qram, 0,748 qram olmaqla ümumi təmiz çəkisi 2,286 qram olan psixotrop maddə - metamfetamin, 01 ədəd elektron tərəzi və 01 ədəd bıçaq Bərdə rayon polis şöbəsinin saxlanc anbarına təhvil verilmiş, 2 ədəd “DVD” disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bərdə rayon polis şöbəsinin saxlanc anbarında saxlanca verilmiş ekspertiza tədqiqindən sonra qalan 0,23 qram, 0,269 qram olmaqla ümumi təmiz çəkisi 0,499 qram olan psixotrop maddə - metamfetamin, 01 ədəd 10 ml-lik birdəfəlik şpris, ayrı-ayrılıqda təmiz çəkiləri 6,359 qram, 2,149 qram, ümumi təmiz çəkisi 8,508 qram olan narkotik vasitə - heroin, ayrıayrılıqda təmiz çəkiləri 0,767 qram, 0,771 qram, 0,748 qram olmaqla ümumi təmiz çəkisi 2,286 qram olan psixotrop maddə - metamfetamin, 01 ədəd elektron tərəzi və 01 ədəd bıçaq məhv edilməli, 2 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Dövlət büdcəsi hesabına hüquqi yardım göstərmiş vəkil Müdafiəçi xx.xx.2023-cü il tarixli hesabatından görünür ki, Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına göstərdiyi hüquqi yardıma sərf etdiyi toplam vaxt 70 saatdır. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 70 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkili Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 420 manat məbləğində pul köçürülməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 94 (doxsan dörd) manat 30 (otuz) qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 234.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə isə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 07 iyul 2021-ci il tarixdən 09 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona hazırki hökmlə qəti olaraq təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 06 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni xx.xx.2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bərdə rayon polis şöbəsinin saxlanc anbarında saxlanca verilmiş verilmiş ekspertiza tədqiqindən sonra qalan təmiz çəkisi 0,23 qram, 0,269 qram olmaqla ümumi təmiz çəkisi 0,499 qram olan psixotrop maddə - metamfetamin, 01 ədəd 10 ml-lik birdəfəlik şpris, ayrı-ayrılıqda təmiz çəkiləri 6,359 qram, 2,149 qram, ümumi təmiz çəkisi 8,508 qram olan narkotik vasitə - heroin, ayrıayrılıqda təmiz çəkiləri 0,767 qram, 0,771 qram, 0,748 qram olmaqla ümumi təmiz çəkisi 2,286 qram olan psixotrop maddə - metamfetamin, 01 ədəd elektron tərəzi və 01 ədəd bıçaq məhv edilsin, 2 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş 70 (yetmiş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 420 manat məbləğində pul köçürülsün. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 94 (doxsan dörd) manat 30 (otuz) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-56/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-56/2023
15.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver