Məhkəmə qərarları › İş №1(100)-56/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-56/2024

16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-56/2024 16.04.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1988-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Goranboy rayonu, Ağamalıoğlu kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 9,744 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla Goranboy rayonu, Dəliməmmədli şəhəri ərazisində yerləşən “Kral” restoranının qarşısına qanunsuz daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 08 dekabr 2022-ci il tarixdə saat 21.30-da qeyd olunan ünvanda saxlanılaraq Goranboy Rayon Polis Şöbəsinə dəvət olunub üzərinə həmin gün saat 23:32da şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,293 qram və 4,451 qram olmaqla ümumilikdə külli miqdarda 9,744 qram çəkidə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 08 dekabr 2022-ci il tarixdə saat 21:30 radələrində tanışları Şahid9, Şahid10 Fəhrad oğlu, Şahid11, Şahid12, Şahid13, Şahid14 və Şahid15 ilə birlikdə Goranboy rayonu Dəliməmmədli şəhərində yerləşən kafedə oturub yemək yeyərkən 7-8 nəfər mülki geyimdə olan şəxs içəri daxil olub onları tutub saxlamışlar. Həmin şəxslər polis əməkdaşları əməkdaşları olduqlarını bildirib anket məlumatlarını soruşmuşlar. Özlərini təqdim etdikdən sonra polis əməkdaşları ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirmiş, o isə narkotk vasitələrə heç bir aidiyyatı olmadığını demiş, bu zaman adlarını bilmədiyi həmin şəxslər ona zor tətbiq edərək vurub xəsarət yetirmiş və avtomobilə əyləşdirib Goranboy Rayon Polis Şöbəsinə gətirmişlər. Orada yenə ona hədə-qorxu gəlinmiş və üzərinə narkotik vasitə qoyulacağını və narkotik vasitənin özünü məxsus olmasını çəkmək üçün üzərində saxlamasını deməsi bildirilmiş, əks halda evlərinə küllü miqdarda narkotik vasitə qolyulacağı və ona narkotik vasitə satan kimi sənədləşdiriləcəyi bildirilmişdir. Bundan sonra məcbur olun polis əməkdaşlarının dedikləri ilə razı olmuşdur. Ondan sonra üzərinə narkotik vasitə olan heroin qoyulmuşdur. Sonra vəkil dəvət olunmuş, tanışlarını da həmin otağa gətirib üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Ona polis əməkdaşlarının əvvəlcədən dedikləri kimi üzərində qanunsuz əşya varsa təqdim etməsini bildirmişlər. Şəxsi axtarış zamanı üzərində “heroin” və ya “kakos” adı ilə tanıdığı narkotik maddə olduğunu bildirib, əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən açarlar, gödəkcəsinin sağ yan cibində olan 2 ədəd şəffaf sellafona bükülü halda olan narkotik vasitə heroini, şalvarının sağ arxa cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonunu, şalvarının sol yan cibində olan 29 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 02 ədəd sellafon bükümün içində “heroin” və ya“kakos” adı ilə tanıdığı narkotik maddə olduğunu bildirmişdir. Təqdim etdiyi 02 ədəd sellafon büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisindən narkotik vasitə heroin aşkar olunmuşdur. Sorğu zamanı üzərindən aşkar edilmiş narkotik vasitə heroini ona dedikləri kimi 07 dekabr 2022-ci il tarixdə axşam vaxtı kirayə yaşadığı ünvan 3 ünvanının yaxınlığından təsadüfən tapdığını və narkotik vasitəni öz şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən şəxsi axtarış, baxış və götürmə aparılması prosesində iştirak edən Şahid9, Şahid10, Şahid11, Şahid12, Şahid13, Şahid14 və Şahid15 üzərinə baxış keçirilmiş, baxış zamanı onların üzərindən narkotik vasitələr, psixotrop maddələr və qanunsuz əşyalar aşkar edilməmişdir. Sorğu zamanı həmin şəxslər üzərində narkotik vasitə heroin olmasından əvvəlcədən məlumatlarının olmadıqlarını bildirmişlər. Bu barədə vəkilinə bir söz deməmiş, ibtidai istintaq zamanı da qorxduğu üçün etrafedici ifadə vermişdir. Narkotik vasitə qəbul etməmiş, üzərindən aşkar olunmuş narkotik vasitənin ona aidiyyatı olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid5 ifadəsində bildirdi ki, 08 dekabr 2022-ci il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilmişdir. Daxil olmuş məlumat əsasında 08 dekabr 2022-ci il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin günü saat 21:30-da Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisində yanında olan tanışları sonradan adlarırını bildiyi Şahid9, Şahid10, Şahid11, Şahid12, Şahid13, Şahid14 və Şahid15 ilə birlikdə olduqları zaman saxlanılmış, saxlanılarkən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına, digər şəxslərin üzərinə isə baxış keçirilməsinə yerində şərait olmadığına görə sonuncular və Təqsirləndirilən şəxs ilə bağlı prosessual hərəkətlərin aparılmasından ötrü onlar əməkdaşların müşayiəti altında saxlanıldıqları yerdən Goranboy Rayon Polis Şöbəsinə gətirilmişlər. Saxlanılan zaman Təqsirləndirilən şəxs qaçmaq istəmiş, lakin yerə üzü üstə yıxılaraq xəsarət almışdır. 08 dekabr 2022-ci il tarixdə saat 23:32-də Goranboy Rayon Polis Şöbəsinin inzibati binasında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmasına, Şahid9, Şahid10, Şahid11, Şahid12, Şahid13, Şahid14 və Şahid15 üzərinə isə baxış keçirilməsinə başlanmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə çəkiliş aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “heroin” adı ilə tanıdığı narkotik maddə olduğunu bildirib, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən açarlar və gödəkçənin sağ yan cibində olan 02 ədəd şəffat rəgli sellofan büküm olan narkotik vasitə olan heroinə bənzər maddəni, əynində olan şalvarının sağ arxa cibində olan 01 ədəd mobil telefonu və şalvarının sol yan cibindən 29 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan bükümün içində “heroin” adı ilə tanıdığı narkotik maddə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisində tünd qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddə olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə oxşar maddəni 07 dekabr 2022-ci il tarixdə yaşadığı ünvan 4 ünvanının yaxınlığından təsadüfən tapdığını və narkotik vasitəni öz şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 29 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra şəxsi axtarış, baxış və götürmə aparılması prosesində iştirak edən digər şəxslərin üzərinə baxış keçirilmiş, lakin heç bir sübut əhəmiyyətinə malik ola biləcək əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra müvafiq protokol tərtib edilərək iştirakılara ucadan oxunmuş və heç bir şikayət və vəsatət daxil olmayaraq iştirakçılar tərəfindən protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Xəlil Məcidovun məhkəmədə dediklərinin həqiqətə uyğun olmadığını, onu saxlayarkən döymədiklərini, tutmaq istəyərkən qaçanda üzü üstə yıxılıb xəsarət aldığını bildirmişdir. Bundan başqa onun üzərinə narkotik vasitə qoyulmadığını və narkotik vasitənin ona məxsus olmasını etiraf etməsi üçün heç bir hədə-qorxu gəlinmədiyini və buna görə ona qarşı zor tətbiq olunmadığını bildirmişdir. Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumatda qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması olsa da, onun narkotik vasitənin satması və ya satış məqsədi ilə üzərində saxlaması təsdiq olunmamışdır. Təcrübələrində belə halların çox olduğunu, yəni şəxsin barəsində daxil olan məlumatda narkotik vasitənin qanunsuz istifadəsi və satması və ya satış məqsədi ilə əldə etməsi barədə məlumatlar olsa da, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmadığını bildirmişdir. Bununla əlaqədar əməliyyat axtarış tədbirləri davam etdirildiyini onun əlaqələri, həmin narkotik vasitəni kimdən, nə vaxt, hansı çəkidə əldə etməsi, kimlərə satması və ya digər formada verməsi barədə müsbət nəticə əldə edilmədiyini, narkotik vasitəni kiməsə satması və ya satış məqsədi ilə üzərində saxlaması təsdiq olunmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin digər əməkdaşları Şahid6, Şahid7 və Şahid8, eləcə də Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları Şahid2, Şahid3 və Şahid4 eyni məzmunlu ifadələr verərək Şahid5 oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində bildirdi ki, həmin günü saat 21:30-da Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisində yanında olan tanışları Təqsirləndirilən şəxs, Şahid9, Şahid10, Şahid11, Şahid12, Şahid13, Şahid14 və Şahid15 ilə birlikdə kafedə olduqları zaman saxlanılmış və Goranboy Rayon Polis Şöbəsinə gətirilmişlər. 08 dekabr 2022-ci il tarixdə saat 23:32-də Goranboy Rayon Polis Şöbəsinin inzibati binasında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmasına, Şahid9, Şahid10, Şahid11, Şahid12, Şahid13, Şahid14 və Şahid15 üzərinə isə baxış keçirilməsinə başlanmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə çəkiliş aparılacağı barədə məlumat verilmiş, Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində “heroin” adı ilə tanıdığı narkotik maddə olduğunu bildirib, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən açarlar və gödəkçənin sağ yan cibində olan 02 ədəd şəffat rəgli sellofan büküm olan narkotik vasitə olan heroinə bənzər maddəni, əynində olan şalvarının sağ arxa cibində olan 01 ədəd mobil telefonu və şalvarının sol yan cibindən 29 manat pulu, çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan bükümün içində “heroin” adı ilə tanıdığı narkotik maddə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə oxşar maddəni 07 dekabr 2022-ci il tarixdə yaşadığı ünvan 4 ünvanının yaxınlığından təsadüfən tapdığını və narkotik vasitəni öz şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 29 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra onların üzərinə baxış keçirilmiş, lakin heç bir sübut əhəmiyyətinə malik ola biləcək əşya və ya predmet aşkar edilməmişdir. Saxlanılan zaman Təqsirləndirilən şəxs qaçmaq istəmiş lakin yerə üzü üstə yıxılaraq xəsarət almışdır. Onlar saxlanılarkən polis əməkdaşları tərəfindən zor tətbiq olunmamış, Təqsirləndirilən şəxs onun yanında zor tətbiq olunmasını görmədiyini bildirmişdir. Şahid qismində dindirilmiş Şahid9, Şahid14, Şahid11, Şahid12 və Şahid13 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid13, Şahid9, Şahid14, Şahid10, Şahid11, Şahid12 və Şahid15 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmış və şahid qismidə dindirilmiş şəxslər ifadəsində göstərdiklərini təqsirləndirilən şəxsin üzünə qarşı deyərək ifadələrini bir daha təsdiq etmişlər. xx.xx.2022-ci il tarixli «Raportan» görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin əldə edib daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin əldə edib daşıması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. «Şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə aparılması” barədə 08 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 08 dekabr 2022-ci il tarixdə saat 21.30-da saxlanılaraq ünvan 5 ünvanında yerləşən Goranboy Rayon Polis Şöbəsinə dəvət olunub üzərinə həmin gün saat 23:32-da şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən iki ədəd bükümdə heroinə oxşar maddə aşkar edilərək götürülmüşdür. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 08 dekabr 2022-ci ildən hesablanmışdır. «Maddi sübut hesab edilməsi haqqında» 10 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 9.644 qram narkotik vasitə olan heroin iş üzrə məddi sübut hesab edilərəik saxlanılması üçün DİN-nin Baş Mütəşşəkkil Cinaytkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş külli miqdarda narkotik vasitənin mənbəyinin müəyyən olunması məqsədilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış tapşırığa cavab olaraq daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitənin onun satış məqsədi ilə əldə etdiyi müəyyən edilsə də, aşkar edilmiş narkotik vasitənin əldə etdiyi şəxsin kimliyini, onun əlaqələrini, ondan götürülmüş narkotik vasitəni əldə etməsini görə biləcək şəxsləri, eləcə də tapşırığda göstərilən digər halları müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 dekabr 2022-ci il tarixli 6/6971 nömrəli rəylərində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən....” sözləri yazılmış paketdəki iki ədəd bükümdəki təmiz çəkiləri 5,293 qram və 4,451 qram olmaqla ümumilikdə 9,744 qram olan maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qalıq 9,644 qram. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 10 dekabr 2022-ci il tarixli 7507 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin istifadə halları olub, lakin hal-hazırda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkolioji dispanserdə proflaktiki qeydiyyata alınması məsələhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsin məhkəmə-kimyəvi ekspertizasının 23 dekabr 2022ci il tarixli 4625/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisində alınan və təbii mənşəli narkotik vasitə hesab edilən kannabioid aşkar edildi. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan məlum olur ki, cinayət işi üzrə 10 dekabr 2022-ci il tarixli qərara əsasən bir ədəd kağız paketdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 9,644 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk və Təqsirləndirilən şəxs ilə şahidlər arasında üzləşdirmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut hesab edilmiş,narkotik vasitənin maddi sübütların saxlanma kamerasında saxlanılması nəzərə alınmışdır. Cinayət işinin materiallarından narkotik vasitənin mənbəsinə görə material ayrılmışdır. Goranboy rayon İHB-nın Düzqışlaq kənd İƏD- üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Xəlilov X1 qeydiyyyatdadır, lakin Gəncə şəhərində yaşayır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psiştrik Xəstəxanası PHŞ tərəfindənverilmiş xx.xx.2022-ci il tarixli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından, hökmün surətindən və Azərbaycan Respublikası Ədliyyə Naziyliyi Gəncə şəhər Probasiya Şöbəsi xx.xx.2023-cü il tparixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Samux rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 315.2-i maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Gəncə şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə «8 noyabr- Zəfər günü münasibəti ilə Aministiya elan edilməsi» haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilməklə 02 il 02 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının cəkilməmiş 11 ay 29 gün hissəsindən azad edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş, şahidlərin ifadələrini, özünün ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələrini, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Belə ki, məhkəmə iclasında tədqiq olunan ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Azərbaycan dilində latın qrafikalı əlifba ilə yazıb-oxuya bildiyi üçün ifadəsinin alınmasında tərcüməçinin və mütəxəssisin iştirakını istəməmişdir. Yuxarıda qeyd olunan ünvanda tək yaşamışdır. Əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Daimi iş yeri olmamışdır. Gəncə şəhəri ərazisində pendir alveri ilə məşğul olmuşdur. Əvvələr arada bir narkotik vasitə heroindən iynəmək yolu ilə qəbul etmişdir. Narkotik vasitəni təsadüfi şəxslərdən əldə etmişdir. Təxminən 07 dekabr 2022-ci il tarixdə yaşadığı ünvan 4 ünvanının yaxınlığında yerdə şübhəli səliqəli bükülmüş iki bükümü görüb onları yerdən qaldırıb içərisinə baxdıqda həmin bükümlərdə əvvəllər qəbul etdiyi narkotik vasitə heroin olduğunu görmüşdür. Həmin narkotik vasitəni gələcəkdə istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. 08 dekabr 2022-ci il tarixdə saat 21:30 radələrində tanışları Şahid9, Şahid10 Fəhrad oğlu, Şahid11, Şahid12, Şahid13, Şahid14 və Şahid15 ilə birlikdə Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisində olduqları zaman 7-8 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirib anket məlumatlarını soruşmuşlar. Özlərini təqdim etdikdən sonra polis əməkdaşları ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Üzərində narkotik vasitə olan heroin olduğu və tutularaq məsuliyyətə cəlb olunacağını fikirləşib polislərdən qaçmış, lakin az məsafə qət etdikdən sonra qaranlıq olduğundan ayağı yad cismə toxunaraq ilişməsi nəticəsində müqavimətini itirərək yerə yıxılmış, nəticədə öz ehtiyyatsızlığından başından xəsarət almışdır. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində “heroin” adı ilə tanıdığı narkotik maddə vardır. Bundan sonra polis əməkdaşları onları Goranboy Rayon Polis Şöbəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin polis şöbəsinə gəlmişlər. Polis şöbəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış, eyni zamanda onunla birlikdə saxlanılaraq polis şöbəsinə aparılmış Şahid9, Şahid10, Şahid11, Şahid12, Şahid13, Şahid14 və Şahid15 üzərinə isə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində “heroin” və ya “kakos” adı ilə tanıdığı narkotik maddə olduğunu bildirib, əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən açarlar, gödəkcəsinin sağ yan cibində olan 2 ədəd şəffaf sellafona bükülü halda olan narkotik vasitə heroini, şalvarının sağ arxa cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonunu, şalvarının sol yan cibində olan 29 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 02 ədəd sellafon bükümün içində “heroin” və ya“kakos” adı ilə tanıdığı narkotik maddə olduğunu bildirmişdir. Təqdim etdiyi 02 ədəd sellafon büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisindən narkotik vasitə heroin aşkar olunmuşdur. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Sorğu zamanı üzərindən aşkar edilmiş narkotik vasitə heroini 07 dekabr 2022-ci il tarixdə axşam vaxtı kirayə yaşadığı ünvan 3 ünvanının yaxınlığından təsadüfən tapdığını və narkotik vasitəni öz şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellafon bükümdə olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 29 manat pul və açarları özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra polis əməkdaşları tərəfindən şəxsi axtarış, baxış və götürmə aparılması prosesində iştirak edən Şahid9, Şahid10, Şahid11, Şahid12, Şahid13, Şahid14 və Şahid15 üzərinə baxış keçirilmiş, baxış zamanı onların üzərindən narkotik vasitələr, psixotrop maddələr və qanunsuz əşyalar aşkar edilməmişdir. Sorğu zamanı həmin şəxslər üzərində narkotik vasitə heroin olmasından əvvəlcədən məlumatlarının olmadıqlarını bildirmişdirlər. Bundan sonra şəxsi axtarış və baxış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Törətdiyi cinayət əməlindən çox peşman olduğunu bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş ittihamla aşağıdakı səbəblərə görə razılaşmır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamış və daşımışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirməsində mötəbər, biri-birini tamamlayan sübutlara və işin faktiki hallarına əsaslanmamışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirərkən polis əməkdaşlarının ibtidai istintaq zamanı verdikləri “Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin əldə edib daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur.”ifadəsinə, xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubda göstərilən “Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitənin onun satış məqsədi ilə əldə etdiyi müəyyən edilsə də, aşkar edilmiş narkotik vasitənin əldə etdiyi şəxsin kimliyini, onun əlaqələrini, ondan götürülmüş narkotik vasitəni əldə etməsini görə biləcək şəxsləri, eləcə də tapşırığda göstərilən digər halları müəyyən etmək mümkün olmamışdır” sözlərə əsaslanmışdır. Belə ki, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin satış məqsədi ilə əldə edib saxlaması nə ibtibai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmasına və satış məqsədi ilə əldə etməsinə dair heç bir möhtəbər dəlil göstərməmiş, məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları isə Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatında onun narkotik vasitənin satış məqsədi ilə əldə etdiyini göstərsə də, məhkəmə istintaq zamanı ifadələrində narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə ibtidai istintaq zamanı verdiyi ifadəsini onunla əsaslandırmışdır ki, təcrübələrində belə halların çox olduğunu, yəni şəxsin barəsində daxil olan məlumatda narkotik vasitənin qanunsuz istifadəsi və satması və ya satış məqsədi ilə əldə etməsi barədə məlumatlar olsa da, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmadığını bildirmişlər. Bununla əlaqədar əməliyyat axtarış tədbirləri davam etdirilmiş, onun əlaqələri, həmin narkotik vasitəni kimdən, nə vaxt, hansı çəkidə əldə etməsi, kimlərə satması və ya digər formada verməsi barədə müsbət nəticə əldə edilmədiyini, narkotik vasitəni kiməsə satması təsdiq olunmadığını bildirmişdir. Həmçinin 24.01 2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitənin onun satış məqsədi ilə əldə etdiyi müəyyən edilsə də, aşkar edilmiş narkotik vasitənin əldə etdiyi şəxsin kimliyini, onun əlaqələrini, ondan götürülmüş narkotik vasitəni əldə etməsini görə biləcək şəxsləri, eləcə də tapşırığda göstərilən digər halları müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra narkotik vasitəni kimdən, nə vaxt, hansı şəraitdə və nə məqsədlə əldə etməsini müəyyən etmək üçün əməliyyat tədbirləri keçirilmiş və 15 gün sonra müəyyən edilməsi daha real və asan olan narkotik vasitəni kimdən, nə vaxt, hansı şəraitdə əldə etməsini müəyyən etməyin mümkün olmadığı qeyd edildiyi halda, müəyyən edilməsi daha çətin olan yəni, şəxsin niyyətini onun narkotik vasitəni satış məqsədi ilə əldə etməsinin göstərilməsi isə inandırıcı hesab edilə bilməz və ehtimaldan başqa bir şey deyildir. Göründüyü kimi ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirməsində dair heç bir möhtəbər dəlilə əsaslanmamışdır. Məhkəmə hesab edir ki, istintaq orqanının topladığı qeyd edilən sübutlarının heç biri mötəbər, biri-birini tamamlayan, işin faktiki hallarına əsaslanan Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham üzrə yekun nəticəyə gəlməyə imkan verən düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edən sübut kimi qiymətləndirilə bilməz. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən X5 satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən plenumun qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair heç bir möhtəbər sübut olmadığı halda təkcə narkotik vasitənin çəkisinin çox olmasını ehtimal edib, narkotik vasitəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarını və azadlıqlarını Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28-ci maddəsinə İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azadlıq hüququnun məhdudlaşdırılması ictimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. Məhkəmə hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazılıq prinsiblərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmunun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o, heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasınında da öz əksini tapmışdır. Konvensiyanın 6cı maddəsinin tələblərinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Belə olan halda Təqsirləndirilən şəxs əməli heç bir halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs əməli satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini əldə edib saxlama kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin satış məqsədi ilə saxlamasına dair heç möhtəbər sübut yoxdur. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci və 146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib saxlama cinayətinin əlamətləri olmadığından onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, ekspertiza rəyləri, məhkəmə prosesi zamanı araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X6 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.6, 1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu və CM-nin 61-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasının aşağı hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 10 dekabr 2022-ci il tarixli 7507 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək DİN-nin BMCMİ-də saxlanılan bir ədəd kağız paketdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 9,644 qram çəkidə narkotik vasitə heroin, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X5 X6 üzrə Dövlət Komissiyasının Daimi X9 Qrupu tərəfindən həyata keçirilməlidir. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk və Təqsirləndirilən şəxs ilə şahidlər arasında üzləşdirmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı 08 dekabr 2022ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq DİN-nin BMCMİ-də saxlanılan bir ədəd kağız paketdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 9,644 qram çəkidə narkotik vasitə heroin, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X5 X6 üzrə Dövlət Komissiyasının Daimi X9 Qrupu tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk və Təqsirləndirilən şəxs ilə şahidlər arasında üzləşdirmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:

1. (sədrlik edən) Faiq Mahmudov

2. Dadaş İmanov

3. Abdulla Məmmədov Düzdür: Məhkəmənin hakimi Faiq Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar