Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-560/2025 25.12.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Natiq Mürsəl oğlu (sədrlik edən), məruzəçi hakim İbişov İlkin İlqar oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1967-ci ildə Azərbaycan Respublikası Xankəndi şəhərində anadan olmuş, Ermənistan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7, 29, 120.2.11, 214.2.3, 228.1 və 315-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah hesab olunan AKMS markalı avtomat, onun komplekt hissələrini, döyüş sursatı hesab olunan “F1” markalı, “RQD 5” markalı əl qumbarasını əldə etmiş, saxlamış, daşımış, gəzdirmiş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar, ümumi təhlükəli üsulla, terrorçuluqla əlaqədar qəsdən öldürməyə, yəni onları qəsdən həyatdan məhrumetməyə cəhd etmiş, qanunsuz olaraq əldə etdiyi odlu silahdan, döyüş sursatından istifadə etməklə Azərbaycan Respublikası ərazisində ictimai təhlükəsizliyin pozulması, əhali arasında vahimənin yaradılması, dövlət hakimiyyəti orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərilməsi məqsədi ilə insanların sağlamlığına zərər vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış və digər hərəkətlər (terror aktı) törətməklə terrorçuluq etmiş, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrinin yerinə yetirməsi ilə əlaqədar zor tətbiq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7, 29, 120.2.11 və 214.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 13 sentyabr 2025-ci il tarixdə ona sığınacağa getməli olduğu bildirilmişdir. Sığınacaqda olan zaman təxminən gece saat 02:00 – 03:00 radələrində yatmaq isdəmiş, lakin yatması üçün otaq olmadığına görə sığınacaqda olan əməkdaşa müraciət edərək, “otaq verin, yatmaq istəyirəm” desə də, cavabında həmin əməkdaş ona “sənin yatmaq nəyinə lazımdır” deyerək mobil telefonla oynamağa davam etmişdir. Sığınacaqda olan insanların əksəriyyəti ümumiyyətlə yatmayaraq gecə saatlarına qədər danışırlarmış. Həmin gecə o səhərə kimi yatmamış, səhər açıldığı zaman yatmaq üçün evinə getmişdir. Bundan sonra 2 nəfər onun evinə yaxınlaşaraq sığınacaqa getməli olduğunu desə də, o “sığınacağa gedə bilmərəm” deyə cavab vermişdir. O həmin vaxt onda olan avtomat silahını təhvil vermək isdəsə də, bu mümkün olmamış, 24 saat yatmadığından stresli halda olmuşdur. Həmin vaxt bütün şəhərdə polislər olmuş, ona “avtomatı ver və sığınacağa gəl” deyə bildirmişlər. O avtomat silahı və 2 ədəd qumbaranı mağazadan tapmış, polis əməkdaşları ilə razılaşmaq isdəsə də, həmin an stresli olmuşdur. O müharisəyə alınmış, həmin an qorxduğunnan qumbaradan istifadə etmiş, lakin heç kim olmayan əraziyə atmışdır. Həmin an polislər onun qumbara atdığı yerdə insanların öldüyünü zənn etmiş, o vurulmuş, huşu özünə gələn zaman cibindən pulunun götürüldüyün hiss etmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, Xankəndi şəhərində “Köhnə bazar” deyilən yerdə yaşamışdır. Sentyabr ayının 13-ü sığınacağa getmiş, oradan çıxmağa icazə vermədiklərindən, polis əməkdaşlarına xəbər vermədən pəncərədən qaçıb getmişdir. O silahı bir neçə gün əvvəl şəhərdən tapmış, onda 2 ədəd qumbara və avtomat olmuş, onları evin yanında yerləşən qarajda saxlamışdır. Tapdığı silah-sursatı vaxtı olmadığına görə təhvil verə bilməmişdir. Polis əməkdaşlarına sığınacağa getmək isdəmədiyini demiş, orada çoxlu sayda polis əməkdaşı olduğundan qaçmaq isdəmişdir. Onun ətrafına atəş açıldığı üçün, avtomatın işləyib-işləmədiyini yoxlamaq məqsədilə havaya atəş açmışdır. Bundan sonra ona təslim olmağı deyilmiş, onu mühasirəyə almışlar. Avtomat silahla havaya atəş açmış, həmin vaxt polis əmkaşları uzaqda olmuş, qumbaranı isə heç kimin olmadığı əraziyə atmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 13 sentyabr 2025-ci il tarixində onlara bütün erməni əsilli vətəndaşların sığınacağa yerləşdirilməsi barədə məlumat verilmiş, onlar da həmin şəxsləri sığınacağa təhvil vermişlər. Səhər təxminən 08:40 radələrində sığınacağa təhvil-təslim üçün getdikləri zaman erməni əsilli vətəndaş Təqsirləndirilən şəxs orada olmadığı məlum olmuş, bu barədə rəhbər şəxs olan Şahid1 məlumat verilmiş, O və Şahid2 Təqsirləndirilən şəxs evinə getmək tapşırılmışdır. Ora getdikləri vaxt Təqsirləndirilən şəxs evdə olduğu məlum olmuş, sonuncu onları görən zaman silah doğrultmuş, onlar isə “ağılsızlıq etmə Karen, gəl gedək sığınacağa” deyə bildirmiş, cavabında “gəlmə mənə yaxın, get” deyərək yerdən daş götürmüş və onun sol çiyin nahiyəsinə xəsarət yetirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qapıdan çıxmış, o da rəhbərliyə Təqsirləndirilən şəxs əlində silahla şəhərə tərəf qaçdığı barədə məlumat vermişdir. Əlavə olaraq Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs onlara silahla atəş açmamış, əlində torba olmuş, lakin içində nə olduğu onlara məlum olmamışdır. Onların üzərlərində hər hansı od silah və ya digər vasitə olmadığından şəxsin yalnız hərəkətlərini müşahidə etmişlər. Karen Avansesyanın həmin vaxtı fikri, tədbir keçiriləcək xəstəxanaya doğru irəliləmək olmuşdur. Əvvələr hər-hansı belə bir problem yaşanmamış, həmin vaxt Qadir adlı polis əməkdaşı xəsarət almışdır. Təqsirləndirilən şəxs silahı atəşə hazır olmuş, aralarındakı məsafə təxminən 5 metr olmuşdur. Sığınacaqda hamının yatması üçün kifayət qədər yer olmuş, tədbirin keçirilməsi barədə erməni əsilli vətəndaşların məlumatı olmuşdur. Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, keçiriləcək tədbir ilə əlaqədar 13 sentyabr 2025-ci il tarixində Xankəndi şəhərinə ezam olunmuş, 14 avqust tarixindən xidmətə başlamışdır. Onlara Təqsirləndirilən şəxs silahlı təxribat törətməsi barədə məlumat daxil olduqdan dərhal sonra ora yollanmışlar. Bundan sonra onun yerini dəyişdiyi məlum olub və onlar gizləndiyi hasarlı həyətin olduğu yerə getmişlər. Həmin an avtomatdan atəş açılmış və tüstü çıxmış, bununla da şəxsin yeri müəyyən olunmuşdur. Bundan sonra şəxsin gizləndiyi həyətə daxil daxil olan zaman qumbara atılması nəticəsində partlayış baş vermişdir. Partlayış nəticəsində qol və çiyin nahiyələrindən xəsarət almış və qan gəldiyi məlum olmuşdur. Əlavə olaraq Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, hadisə yerinə təxminən 15-20 nəfər polis əməkdaşı getmişdir. Təqsirləndirilən şəxs onlara doğru atəş açmış, bundan sonra onun yeri dəqiq olaraq müəyyən edilmişdir. Onlar hadisə yerinə yaxanlaşanda, Təqsirləndirilən şəxs həyətdə gizlənmiş vəziyyətdə olmuşdur. Başqa şəxslərin xəsarət alıb-almaması barədə məlumatı olmamışdır. Partlayış nəticəsində 4 ədəd qəlpə qoluna, 1 ədəd qəlpə isə çiyninə xəsarət yetirmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, avqust ayının 14-ü səhər saatlarında həyəcan siqnalı verilmiş və onlar təcili olaraq xüsusi avtomaşınlarla hadisə yerinə yollanmışlar. Hadisə yerini dəqiqi bilmədiklərinə görə biraz vaxt keçmiş, avtomobildən düşüb hərəkət edən zaman atəş səsi eşidilmişdir. Bundan sonra döyüş vəziyyəti almış, yenidən atəş səsi eşidilmişdir. Onlar darvazanın arxasında gizlənə bilsələrdə, Qadir adlı polis əməkdaşı sol tərəfdə açıq sahədə olmuşdur. Qumbara partlayışı nəticəsində qəlpə qolundan sürtərək keçmiş, Qadir adlı polis əməkdaşının isə qolundan qan axdığını görmüşdür. Qadirə ilkin tibbi yardım göstərilmiş və o təxliyə edilmişdir. Əlavə olaraq Zərərçəkmiş şəxs3 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs qumbaranı onlarla üzbəüz olan zaman atmış və o xəsarət almışdır. Həyətin içində 2 yaşayış binası olmuş, Təqsirləndirilən şəxs soldakı binada mövqe tutmuş və atış səsləri həmin ərazidən gəlmiş, aralarında məsafə təxminən 6-7 metr olmuşdur. Təqsirləndirilən şəxsdən şikayətçidir Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid1 ifadəsində bildirmişdir ki, 2025-ci ilin sentyabr ayının 14-ü tarixində Xankəndi şəhərində 1 nömrəli tədbir keçirilirdi. Həmin vaxt onlara erməni əsilli şəxslərin sığınacaqa yerləşdirilməsi və şəxslərin saylarının dəqiqləşdirilməsi tapşırılmışdır. Erməni əsilli şəxslərin sayının 14 olmasına baxmayaraq, sayım zamanı 1 nəfər şəxsin, yəni Təqsirləndirilən şəxs olmadığı məlum olmuş, onun yaşadığı yerə əməkdaşlar göndərilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs silahlı hücumu barədə məlumat verilmişdir. Daha sonra rəhbərliyə məruzə olunmuş, o da hadisə yerinə yollanmışdır. Təqsirləndirilən şəxs əlində avtomat müqavimət göstərməyə başlamış, dəfələrlə “silahı yerə qoy” deyilməsinə baxmayaraq həyətdən-həyətə qaçaraq atəş açmışdır. Əlavə olaraq Şahid1 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs yaralanmasını görməmiş, sonuncu yaralandıqdan təxminən yarım saat sonra gəlmişdir. Hadisə yerinə təxminən 15 nəfərə yaxın şəxs getmiş, Təqsirləndirilən şəxs ətrafa tək-tək nizamsız atəşlər açararaq, onlara “sabah qayıdacam” deyə bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid2 ifadəsində bildirmişdir ki, o xidmət vaxtı avtomobildə olan zaman Təqsirləndirilən şəxs evdən çıxıb qaçdıqını görmüşdür. Təqsirləndirilən şəxs əlində silah olduğunu görmüşdür. Əlavə olaraq Şahid2 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs əlində silah olduğunu görmüş, Mirağa adlı polis əməkdaşı qarajın qarşısında olmuş və orada gizlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid3 ifadəsində bildirmişdir ki, xidmət vaxtı daxil olan məlumata əsasən əlində avtomat olan şəxs polis əməkdaşlarına atəş açmış, verilən tapşırığa əsasən həmin şəxs polis əməkdaşları tərəfindən sağ vəziyyətdə tutulmalı və bu səbəbdən polis əməkdaşları tərəfindən təqib olunmuşdur. Təqsirləndirilən şəxs tərəfindən onlara atış açılmış, lakin o atəşlərin sayını xatırlamır. Bundan sonra sonuncu daxil olduğu həyətdə polis əməkdaşları tərəfindən mühasirəyə alınmış, qumbara istifadə etdikdən sonra qarşılıqlı olaraq 2-3 dəfə polis əməkdaşları ona atəş açmışlar. Bundan sonra Təqsirləndirilən şəxs, həmçinin polis əməkdaşları yaralanmış, sonuncular ona yaxınlaşan zaman artıq silahı yerə qoymuşdur. Əlavə olaraq Şahid3 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs havaya deyil onların üzərinə doğru atəş açmış və qumbara atmamışdan qabaq onun tərəfindən vurulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid7 ifadəsində bildirmişdir ki, hadisə baş verən gün Xankəndi şəhər polis şöbəsində xidmətdə olmuş, həmin vaxt onlara şəhər ərazisində silahlı bir şəxsin təxribat törətməsi barədə məlumat daxil olmuş və onlar hadisə yerinə yaxınlaşmışlar. Hadisə yerində Təqsirləndirilən şəxs onlara qarşı silahdan istifadə etmiş və xatırladığına görə 2-3 ədəd qumbaradan istifadə etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən yaralanmış və ilkin tibbi yardım göstərilərək Xankəndi şəhər Mərkəzi xəstəxanasına təxliyyə edilmişdir. Əlavə olaraq Şahid7 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, 3-4 metr məsafədən dəfələrlə tək-tək atəş açmaqa davam etmişdir. Onlara qarşı qumbara birinci olaraq aşağı tərəfdən, sonra isə gizləndiyi yuxarı hissədən atılmışdır. Dəfələrlə mövqeyini binalar arasında dəyişmiş və yerdəyişmə əsasən xəstəxana istiqamətində baş vermişdir. Onlar Təqsirləndirilən şəxsla qarşı-qarşıya gəlmiş, sonuncu onları görərək güllə atmış, lakin onlara dəyməmişdir. Təqsirləndirilən şəxs 1-ci qumbaranı hadisə baş verən zaman aşağı hissəyə atmış, 2 ədəd qumbaranı isə gizləndəyi yerdən atmış, bir polis əməkdaşı çiyin hissədən yaralanmışdır. Eyni zamanda Təqsirləndirilən şəxsı vuran şəxsi görməmiş, sonuncu yaralandıq sonra tibbi yardım göstərilmiş, 1-ci qumbara atılan zaman orada olmamış, 2-ci və 3-cü qumbara atılan zaman isə orada olmuşdur. Qumbaraların atılması arasında 15-20 saniyə vaxt olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid14 ifadəsində bildirmişdir ki, xidmət zamanı bir nəfər silahlı şəxsin aşkar olunması barədə onlara məlumat daxil olmuş, onlar 3 nəfər polis əməkdaşı olmaqla hadisə yerinə yollanmışlar. Hadisə yerinə yaxınlaşan zaman silah səsi eşidilmiş və onlar qapının arxasında axra-arxaya dayanmışlar. Təqsirləndirilən şəxs qapını nişan alaraq onlara tərəf atəş açmış, onlar isə mövqe dəyişərək ona tərəf yaxınlaşmışlar. Bu zaman 1-ci dəfə qumbara səsi edilmiş, daha sonra isə yenidən 2-ci dəfə qumbara səsi eşitmişlər. Daha sonra digər qapıda dayanan polis əməkdaşı yaxınlaşaraq “mənə nəsə oldu” demiş, əlini qaldırdığı zaman xəsarət aldığını və qan axdığını görmüşlər. Onlar daha sonra evin arxa tərəfində olan dama qalxaraq mövqe seçmiş və evi müşayiət etmişlər. Əlavə olaraq Şahid14 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, Daxili İşlər Nazirliyinin, X4, Xüsusi təyinatlı 1-ci taborunun 3-cü bölüyünün polis serjantı vəzifəsində çalışır. Onlar hadisə yerinə yaxınlaşan zaman Təqsirləndirilən şəxs olduğu yeri dəyişməmiş, onlar evin damında olmuş, az sonra sonuncunun artıq zərərsizləşdirilməsi barədə məlumat verilmişdir. Birinci dəfə atılan qumbaranın istiqamətini bilməsə də səsini eşitmiş, 2-3 dəqiqə sonra isə 2-ci dəfə qumbara partlayışının səsini eşitmişdir. Hadisə yerinə ilk dəfə gəldiyi zaman Təqsirləndirilən şəxsı görmüş, daha sonra mövqeyini dəyişdikdən sonra görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid11 ifadəsində bildirmişdir ki, hadisə zaman postda xidmətdə olmuş, məlumat gəldikdən sonra hadisə yerinə yaxınlaşmış, artıq polis əməkdaşlarının orada olduqunu görmüşdür. Hadisə yerinə çatan zaman partlayış səsi eşitmiş və Qadir adlı polis əməkdaşının yaralandığını və hadisə yerindən təxliyə edildiyini görmüşdür. Darvaza görmüş lakin təhlükəli olduğunnan yaxın getməyərək evin damına qalxmış, həmin an Təqsirləndirilən şəxs artıq zərərsizləşdirildiyinin şahidi olmuşdur. Əlavə olaraq Şahid11 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, hadisə yerinə avtomobillə 15 dəqiqə ərzində çatmış, avtomobildən düşən zaman artıq atəş səsləri və az sonra isə partlayış səsi eşitmişdir. Şəhərə bələd olmadığından hadisənin hansı tərəfdə olduğu ona məlum olmamış, polis əməkdaşı qumbara patrlaması nəticəsində xəsarət almışdır. Təqsirləndirilən şəxsı özü birbaşa görməmiş, qapıdan girmək isdəyən əməkdaşlara atəş edilmiş, daha sonra həyətə daxil olan polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs zərərsizləşdirilmişdir. Hadisə yerində təxminən 15-20 nəfər polis əməkdaşları olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, həmin gün Xankəndi şəhəri ərazisində “1 nömrəli” tədbir keçirilmiş, 1 nəfər şəxsin avtomatla atəş açması barədə məlumat daxil olduqdan sonra ora yaxınlaşaraq mövqe tutmuşlar. Qüdrət adlı polis əməkdaşı ilə 2-ci qapıda yer tutmuş və bu zaman partlayış səsi gəlmişdir. Daha sonra Zaur və Qadir adlı polis əməkdaşları gəlmiş və bu zaman 2 ci partlayış səsi eşidilmiş, Qadir adlı polis əməkdaşı qolundan yaralanmışdır. Yaralı polis əməkdaşları hadisə yerindən təxliyyə edildikdən sonra, yenidən atəş səsləri eşidilmişdir. Həyətə daxil olduqdan sonra, Təqsirləndirilən şəxs qışqırıq səsləri eşidilmiş, yaralı olduğu üçün ilkin tibbi yardım göstərildikdən sonra, təcili tibbi yardımla xəstəxanaya təxliyyə edildi. Əlavə olaraq Şahid10 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, 1-ci və 2-ci qumbara partlayışı arasında təxminən 20-30 dəqiqə vaxt olmuşdur. Qadir adlı polis əməkdaşı 2-ci qumbara partlayışı nəticəsində xəsarət almışdır. Məhkəmə iclasında cinayət prosesi tərəflərinin iştirakları ilə Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş, Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2008-ci il tarixində Daxili İşlər Nazirliyində xidmətə qəbul olunaraq Əlahiddə X4 Xüsusi təyinatlı taboruna polis nəfəri vəzifəsinə təyin olunmuş və 2023-cü ildən isə Xüsusi təyinatlı taborda manqa komandiri vəzifəsində işləyir. Əlahiddə X4 Xüsusi təyinatlı taborunun əməkdaşları Dövlət əhəmiyyətli tədbirlərin keçiriləcəyi məkanın yerləşdiyi əraziyə cəlb olunmaqla təhlükəsizliyin təmin olunmasına, eləcə də ictimai asayişin qorunmasına nəzarət edirlər. 14 sentyabr 2025-ci il tarixdə Xankəndi, Şuşa, Xocalı, Xocavənddə keçiriləcək “1” nömrəli tədbirlə əlaqədar tədbirlərin keçiriləcəyi ərazilərdə təhlükəsizliyin təmin olunması ilə bağlı taborun digər əməkdaşları (təxminən 300 nəfər şəxsi heyət) 13 sentyabr 2025-ci il tarixdən həmin ərazilərə ezam olunmuşlar. 14 sentyabr 2025-ci il tarixdə, təxminən saat 10 radələrində tabor komandiri, polis kapitanı Vüqar Ağabalıyevin onlara ötürdüyü məlumat əsasında erməni milliyyətindən olan bir nəfər müxtəlif növ odlu silahlardan istifadə etməklə Xankəndi şəhərində polis əməkdaşlarına müqavimət göstərməsini bilmişlər. O, təxminən 15 nəfər şəxsi heyətlə birlikdə göstəriş əsasında hadisə yerinə cəlb olunmuşdur. Onlar hadisə yerinə yaxınlaşan zaman yerli polis orqanı əməkdaşlarının həmin ünvanın ətrafında mövqe tutduqlarını və müqavimət göstərən erməni milliyyətindən olan şəxsin tək-tək olmaqla müxtəlif vaxtlarda atəşlər açdığını görmüşdür. O, göstəriş əsasında həmin şəxsin gizləndiyi fərdi yaşayış evinin həyətyanı sahəsinə giriş qapısının yaxınlığında polis əməkdaşları Qadir və Zaur ilə birlikdə mövqe tutmuşdur. Həmin şəxsin açdığı atəş nəticəsində havaya dağılan barıt tozlarından onların tərəfindən erməni əsilli şəxsin gizləndiyi yer müəyyən edilmişdir. Qadir və Zaur içəri daxil olmaq istədikdə partlayış səsi eşidilmiş və ani olaraq həmin şəxslər yerə yıxılmışlar. Hər iki polis əməkdaşı qumbara partlaması nəticəsində xəsarət almışlar. Onlar müxtəlif istiqamətlərdən “Zəfər K” markalı tapança tipli odlu silahlardan erməni əsilli şəxsə tərəf açdıqları çoxsaylı atəşlər nəticəsində sonradan adının Karen Avasyan olduğunu bildiyi şəxs xəsarət alaraq təslim olmuşdur. Onlar Təqsirləndirilən şəxs üzərindən 1 ədəd “kolaşnikov” markalı avtomat silah, üzərində 1 ədəd daraq, 1 ədəd döyüşə yararlı əl qumbarası, 1 ədəd əl qumbarasının gövdəsi, 3 ədəd içərisi patronla dolu daraq, 1 ədəd əl qumbarasının partladıcısını görmüş və hadisə yerinin mühafizəsini təmin edərək Xankəndi şəhər prokurorluğunun müstəntiqinə təhvil vermişlər. Bundan sonra, onlar xəsarət almış Təqsirləndirilən şəxsı təcili tibbi yardım avtomobilinə mindirib Xankəndi şəhər xəstəxanasına aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, həmin gün Xankəndi şəhəri ərazisində “1 nömrəli” tədbir keçirilmiş, məlumat daxil olduqdan sonra hadisə yerinə gedilmiş və atışma olmasının şahidi olmuşdur. Həmin vaxt artıq 1 nəfər polis əməkdaşı yaralanmışdır. Sonradan Xankəndi şəhər polis şöbəsinin əməkdaşları ilə birlikdə it üçün nəzərdə tutulmuş dama daxil olunmuş və Təqsirləndirilən şəxs yaralı olduğu məlum olmuş, təcili təbii yardım avtomobili ilə xəstəxanaya təxliyyə edilmişdir. Əlavə olaraq şahid X2 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, məlumat daxil olduqdan sonra hadisə yerinə təxminən 15 dəqiqə ərzində çatmışlar. Bundan sonra Təqsirləndirilən şəxs 1 dəfə qumbara atmış və bir polis əməkdaşı yaralanmış, həmçinin atəş səsləri də eşidilmişdir. Onlar hadisə yerinə gəlməmişdən öncə də qumbara atılması barədə ona deyilmiş, Təqsirləndirilən şəxs əynində şalvar və köynək olmuş, orada olan əməkdaşların sayını tam xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, hadisə vaxtı postda olmuş, komandirdən göstəriş gəldikdən sonra avtomobillə hadisə yerinə getmişlər. Ora çatdıqda silah səsləri eşidilmiş, bir nəfər polis əməkdaşının yaralandığı məlum olmuşdur. Mövqe götürərək dayanmış, bir az sonra Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən içəridən çıxarılmışdır. Sonuncu tərəfindən qumbara atışı o hadisə yerinə gəlməmişdən əvvəl baş vermişdir. Təqsirləndirilən şəxs əynində şalvar olmuş, lakin köynək olmamışdır. Əlavə olaraq Şahid13 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, onlar hadisə yerinə gələn zaman artıq polis əməkdaşı yaralanmış, həmçinin qumbara partlayışını görməmişdir. Təqsirləndirilən şəxs təcili tibbi yardım maşınına mindirilərkən o orada olmamış, yanında kimin və neçə nəfərin olduğu ona məlum deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, sentyabr ayının 14-ü tədbir olan zaman hadisə yerinə çağırılmış, çatdıqları zaman Qadir adlı polis əməkdaşı ilə birlikdə qabaq qapıda dayanmış və bu zaman qumbara partlayışı olmuşdur. Birinci qumbara partlayışından sonra gizlənmiş, 2-ci qumbara partlayışından sonra Qadir adlı polis əməkdaşı xəsarət almışdır. Daha sonra o qabaq qapıdan, Allahyarov Xəyal isə arxa qapıdan həyətə daxil olmuş, eyni zamanda evin damında da polis əməkdaşları olmuşdur. Təqsirləndirilən şəxs xəsarət aldığı üçün təcili tibbi yardım avtomobili ilə oradan təxliyyə edilmişdir. Əlavə olaraq Şahid15 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, 1-ci və 2-ci qumbara partlayışı təxminən 4-5 dəqiqə fasilələrlə olmuşdur. 1ci qumbara həyətə atılmış, 2-ci qumbara atılanda o ora da olmuş və Qadir adlı polis əməkdaşı xəsarət almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2025-ci ilin 14 sentyabr tarixində, Xankəndi şəhərində ölkə başçısının gəlişi ilə bağlı ayrıayrı yerlərdə polis əməkdaşları xidmətdə olan zaman, Təqsirləndirilən şəxs silahla sığınacaqdan qaçması barədə məlumat daxil olmuşdur. Hadisə yerinə gələn zaman, onun avtomat silahı ilə aşağıya doqru hərəkət etdiyinin şahidi olmuşlar. Silahı atması barədə göstəriş verilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs göstərişə əməl etməmiş, onların sonuncunu öldürmək niyyətləri olmamış, bu məqsədlə sağa sola atəş açmışlar. Həmin vaxt partlayış baş vermiş, Təqsirləndirilən şəxs həyətə daxil olaraq atəş açmağa başlamışdır. Biraz az sonra 2-ci dəfə qumbara atılmış və partlayış baş vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yaralanmış və xəstəxanaya təxliyyə edilmişdir. Əlavə olaraq Şahid4 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, hadisə yerinə yaxınlaşan zaman neçə nəfər polis əməkdaşı olduqunu xatırlamır. Həmin vaxt Təqsirləndirilən şəxs onlar istiqamətində tək-tək atəş açmağa başlamışdır. Qumabara partlayışları arasında çox zaman olmamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, sentyabr ayının 14-ü Xankəndi şəhərində “1 nömrəli” tədbir olmuş, təlimata əsasən öz xidməti yerlərinə yollanmışlar. Xidmət yerində olan zaman 1 nəfər erməni əsilli vətəndaşın odlu silahla sığınacaqdan çıxaraq uzaqlaşması barədə məlumatdaxil olmuş, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı əraziyə doğru gedilmiş, “silahı qoy yerə təslim ol, nəsə problem varsa gəl bizlə danış” dedik də, “mənim arxamca gəlməyin” demiş, söhbət edilən əsnada anidən 3-4 dəfə atəş açmışdır. Bundan sonra qaçaraq yaşayış olmayan fərdi həyətə girmiş, onun arxasınca daxil olmağa çalışarkən qumbara partlayışı eşidilmişdir. Davamlı olaraq bir həyətdən digərinə daxil olaraq qaçmağa çalışmış, polis əməkdaşları onuntəqib edən zaman tək-tək atəş açmağa davam etmişdir. Sonuncu daxil olduqu yerdə, xidməti silahdan istifadə edərək havaya atəş açmışlar. Daha sonra Təqsirləndirilən şəxs onların sayının çox olduğunu görmüş və onlara tərəf qumbara atmışdır. Həmin vaxt polis əməkdaşlarından biri “onu yaraladığımı təxmin edirəm” dedi. Sonra Təqsirləndirilən şəxs qışqırıraq yaralandığını dedi, içəri daxil olduqdan sonra avtomatın qapının qarşısında olduğu, özünün isə uzandığını müşahidə etdik. Bundan sonra təcili tibbi yardım avtomobili ilə oradan təxliyə etdik. Əlavə olaraq Şahid5 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs gülləni onlara tərəf atmış, evin damından onları gördükdən sonra qumbaranı onlara doğru atmışdır. Birinci dəfə üz-üzə gələn vaxt Təqsirləndirilən şəxs əlində silah olmuş, polis əməkdaşları onun arxasınca gələn zaman çevrilərək atəş açmağa başlamışdır. Hadisə yerində mülki vətəndaş olmamış, yalnız polis əməkdaşları olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Xankəndi şəhərində xidmətdə olan zaman, erməni əsili şəxsin odlu silahla mülki vətəndaşlara qaşı silahlı təxribat hazırlaması barədə məlumat verilmiş, rəhbərliyin göstərişinə əsasən hadisə yerinə yaxınlaşmışlar. Hadisə yerinə çatan zaman əl qumbarasının partlaması səsi eşidilmiş, Təqsirləndirilən şəxs silahı yerə qoyması barədə xəbərdarlıq edilməsinə baxmayaraq, sonuncu əlində olan bütün vasitələrdən istifadə edərək, avtomat silahından atəş açmış, həmçinin əl qumbarasından da istifadə etmişdir. Həmin gün Xankəndi şəhərində “1 nömrəli” tədbir olmuş, məqsəd təxribat törətmək olmuşdur. Polis əməkdaşlarının sayıqlıqı nəticəsində təxribatın qarşısı alınmışdır. Təqsirləndirilən şəxs evlərdən birinə daxil olmuş, bir nəfər adını bilmədiyi polis əməkdaşı, o və Amin Gözəlov birlikdə həmin evə daxil olmuş, ona “bu ana qədər heç nə olmayıbdır, heç kimə zərər dəyməyibdir, silahı yerə qoy təslim ol” deyilmiş, həmçinin “sənə heç nə etməyəcəyik, vurmayacayıq, nə lazımdır qayda qanun qarşısında olacaq” deyilməsinə baxmayaraq onlar istiqamətində 7-8 güllə və əl qumbarası atmışdır. 1-ci dəfə əl qumbarası atıldıqdan 15-20 saniyə sonra 2 ci dəfə əl qumbarası atılmışdır. Əlavə olaraq Şahid6 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs yaralanan kimi, təcili tibbi yardım avtomobili ilə təcili sürətdə xəstəxanaya təxliyə edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan dilində “mən qəhrəmanam, mən Ermənistanın qəhrəmanıyam” deyə qışqırmışdır. Dayandığı divarda güllə izləri olmuş, Təqsirləndirilən şəxs niyyəti sırf onu öldürmək olmuşdur. Sonuncu tərəfindən ayılan 3 qumbara partlayışı səsi eşitmişdir. Birinci dəfə hadisə yerinə çatan zaman, ikinci dəfə adını xatırlamadığı polis əməkdaşı ilə onun üzərinə, üçüncü dəfə isə Qadir adlı polis əməkdaşının yaralandığı zaman. Təqsirləndirilən şəxs yerdə uzanan vaxt xatırladığına görə, əynində palıd rəngli cızıqlı köynək və şalvar olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 14 sentyabr tarixində Təqsirləndirilən şəxs sığınacağı xəbər vermədən tərk etmiş, o hadisə baş verən vaxt sığınacaqda olmuş və hadisənin şahidi olmamışdır. Sığınacaqda dövlət tərəfindən hər cür şərait yaradılmış, orada qalan şəxslər gün ərzində 3 dəfə yeməklə təmin edilmiş, eyni zamanda dövlət tərəfindən aylıq 320 manat vəsait verilmiş, həmçinin həmin şəxslər heç kim tərəfindən incidilməmişdir. Əlavə olaraq Şahid8 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, sığınacaqda bəzi şəxslər daimi qalmış, onlara aylıq olaraq 320 manat dövlət tərəfindən vəsait verilmişdir. Sığınacaq 2 mərtəbədən ibarət olmuş, hadisə günü orada 14 şəxs olmuşdur. Əvvəllər Təqsirləndirilən şəxs saxlanma şəraiti ilə bağlı heç bir şikayəti olmamış, həmçinin o sığınacaqda yalnız Xankəndi şəhərində keçirilən rəsmi tədbirlər zamanı qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, hadisə baş verdikdən sonra Xankəndi şəhərində olmuşdur. Təqsirləndirilən şəxs əvvəlcədən emosiyanal aqresiyalar olmuş, mütəmadi olaraq psixoloqlar reabilitasiya prosesində iştirak etmiş, lakin bütün şəxslərdə uğurlu olmamış, həmçinin mütəxəsislər mütəmadi olaraq həmin şəxslərlə, eyni zamanda Təqsirləndirilən şəxsla söhbət aparmışlar. Əlavə olaraq Şahid9 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, hadisə ilə bağlı məlumat gəldikdən dərhal sonra Bakı şəhərindən Xankəndi şəhərinə yola düşmüşdür. Həmin vaxt artıq hadisə baş vermiş və Təqsirləndirilən şəxs xəstəxanaya yerləşdirilmişdir. Şəxslərin qaldığı sığınacaqda lazımi şərait yaradılmış, həmçinin BMT-nin ölkəmizdəki nümayəndəliyinin və Ombudsman aparatının nümayəndələri tərəfindən mütəmadi olaraq sığınacağa baxış keçirilmişdir. Təqsirləndirilən şəxs hətda onunla bir yerdə qalan erməni əsilli vətəndaşlarla münasibətləri yaxşı olmamış, həmin şəxslər mütəmadi olaraq ondan şikayət etmişlə. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15 sentyabr 2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7, 315 və 228.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “cinayət işinin tövsif edilməsi haqqında” qərarın surətindən görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7, 315 və 228.1ci maddələrindən həmin Məcəllənin 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7, 29, 120.2.11, 214.2.3, 228.1 və 315-ci maddələrinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 16 sentyabr 2025-c il tarixli, 4(065)-15/2025 saylı Xankəndi Şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 16 sentyabr 2025-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, erməni əsilli Təqsirləndirilən şəxs yaşadığı Xankəndi şəhərində olan iki mərtəbəli fərdi yaşayış evi “Google earth” proqramı üzrə 39;49;05.0”N və 46;45;42.8”E koordinatlarda yerləşir. Həmin evə baxış zamanı 2 ədəd “Samsung” markalı, 1 ədəd “Nokia” markalı mobil telefon, 1 ədəd 8 gb həcmli yaddaş qurğusu, 1 ədəd əmək kitabçası, 3 ədəd medalla təltifə dair vəsiqə, 1 ədəd pasport, daxilində erməni dilində sənədlər olan 1 ədəd qovluq götürülmüşdür. Təqsirləndirilən şəxs polis əməkdaşlarına silahlı müqavimət göstərdiyi məkan “Google earth” proqramı üzrə 39;49`03.5”N 46;45`41.2”E koordinatlarda yerləşir. Hadisə yerinə keçirilmiş baxış zamanı aşağıdakı predmetlər götürülmüşdür: 1) 01 ədəd “BC1465” nömrəli, qundaqsız “AKMS” markalı avtomat silah, 2) “BC1465” nömrəli silahın patron yuvasında olan 1 ədəd 7.62 mm kalibrli patron, 3) həmin avtomat silaha taxılmış və daxilində 18 ədəd 7.62 mm kalibrli patron olan 1 ədəd daraq, 4) 1 ədəd çiyin çantası - daxilində 1 ədəd 7.62 mm kalibrli patron və hər birində 30 ədəd 7.62 mm kalibrli patron olan 3 ədəd daraqla birlikdə, 5) 1 ədəd F-1 markalı əl qumbarası, 6) 1 ədəd RQD-5 markalı əl qumbarasının gövdəsi, 7) 1 ədəd əl qumbarasının partladıcısı, 8) 1 ədəd əl qumbarasının partladıcısının metal hissəsi, 9) 2 ədəd metal hissəcik, 10) 4 ədəd güllə, 11) 2 ədəd deformasiyaya uğramış metal hissəcik, 12) 40 ədəd 9 mm kalibrli giliz, 13) 9 ədəd 7.62 mm kalibrli giliz, 14) 2 ədəd 7.62 mm kalibrli patron, 15) daxilində məişət əşyaları olan 1 ədəd çanta, 16) 2 ədəd pambığa hopdurulmuş qan nümunələri. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli “Google Earth” proqramı üzərindən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə hərəkət marşrutuna baxış keçirilməsi haqqında protokoldon görünür ki, xəritə üzərində sonuncunun hərəkət trayektoriyasının aşağıdakı kimi olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixdə hadisə yerinə baxış keçirilərkən götürülmüş Ermənistan Respublikasına aid xx.xx.2021-ci il tarixli, ARM № AT0676590 nömrəli pasportdan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Ermənistan Respublikasının vətəndaşıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixdə hadisə yerinə baxış keçirilərkən götürülmüş Ermənistan Respublikasına aid xx.xx.2003-cü il tarixli № 224464 nömrəli hərbi biletdən görünür ki, xx.xx.1967-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.1990-cı il tarixdə hərbi komissiya tərəfindən hərbi xidmətə yararsız hesab edilmiş və hərbi qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixdə hadisə yerinə baxış keçirilərkən götürülmüş Xankəndi şəhər qeydiyyat şöbəsindən verilmiş xx.xx.1989-cu il tarixli 254 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs atası Albert Avanesyan xx.xx.1989cu il tarixdə vəfat etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli 2-2/1-123418/2025 nömrəli məktubdan görünür ki, xx xxxx 1967-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli 464/MEŞ nömrəli məhkəmə tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi müayinəsi zamanı sol bazu nahiyəsində sıyrılmış yara izi olan dəri çapığı aşkar edilmişdir. Qeyd olunan çapıq qəlpə yarasının izi olub, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixi və şəraiti inkar etmir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli 451/MEŞ nömrəli məhkəmə tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı sol tərəfli braxialgiya (sinir inervasiyasının periferik hissiyyat pozğunluğu) ilə müşayiət olunan sol bazunun orta 1/3nin ön səthinin çoxqəlpəli dərin yarası (sümüküstlüyünə qədər) və sağ körpücüküstü nahiyənin bir ədəd kor qəlpə yarası aşkar edilmişdir. Qeyd olunan xəsarətlər əl qumbarasının partlaması nəticəsində qəlpələrin təsiririndən əmələ gəlmişdirlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixi və şəraiti inkar etmir, dərəcəsinə görə, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli 823 nömrəli məhkəmə tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət sol bazu oynağının ön səthinin sıyrığı küt əşyanın təsirindən törənmişdir. Törənmə müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli, 3304 nömrəli kompleks ambulator məhkəmə psixiatrik, psixioloji və narkoloji ekspertizalarının rəylərindən görünür ki, Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə: Karen Avanşesyan inadkarlıq, öz maraqlannı üstün tutmaq, eqoizm, emosionallıq, nümayişkarlıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməllərini törətməzdən əvvəlki dövrdə deməsinə görə yuxusuz halda olmuş, astenik vəziyyəti ilə əlaqədar polis əməkdaşlarının onu aparmaq istəməsi zamanı gərginləşmiş, emosional sferasında çaşğınlıq, təşviş kimi hallar əmələ gəlmişdir. Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən güclü ruhi-həyəcan fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən keçirdiyi emosional halının polis əməkdaşlarının ona qarşı etdiyi hərəkətlər nəticəsində yaranması müəyyən edilmir. Təqsirləndirilən şəxs özündən uydurmağa, təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik aşkar edilmir. Təqsirləndirilən şəxs video görüntü ilə ifadələr verərkən psixi təsir və təzyiq altında ifadə verməsi müşahidə edilmir. Məhkəmə-narkoloji ekspertizası üzrə: Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya və xroniki alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur. Müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya və xroniki alkoqolizm xəstəliyindən əzab çəkmir. Narkomaniyadan və xroniki alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli, 25/1536 nömrəli məhkəmə partlayış-texniki ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd əşya zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı F-1 tipli əl qumbarasının gövdəsidir, natamam döyüş sursatıdır. Digər 01 ədəd əşya zavod üsulu ilə istehsal olunmuş, hücum təyinatlı RQD-5 tipli əl qumbarasının gövdəsidir, natamam döyüş sursatıdır. Digər 02 ədəd əşya isə “UZRQM” tipli partladıcıdır, F-1, RQD-5, RQ-42 əl qumbaralarının partladıcısıdır. Həmin 02 ədəd əl qumbaralarının gövdəsi ilə 02 ədəd “UZRQM” tipli alışdırıcı partladıcını komplektləşdirdikdə zavod üsulu ilə istehsal olunmuş müdafiə təyinatlı döyüş sursatıdırlar, MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunur, tamlığının pozulmadığına görə təyinatları üzrə istifadə üçün yararlıdırlar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli, 25/1640 nömrəli məhkəmə balistik ekspertizasının rəyindən görünür ki,
1. Tədqiqata təqdim edilmiş 01 ədəd 6C-1465 №-li silah, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1967-ci ildə istehsal olunmuş Kalaşnikov konstruksiyalı AKM modelli avtomatdır, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə-mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir.
2. Tədqiqata təqdim edilmiş 04 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş hər birinə 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, silahların komplekt həmin kalibrli Kalaşnikov hissəsi, yəni darağlarıdır, döyüş sursatı hesab edilmirlər, texniki cəhətdən sazdırlar və təyinatı üzrə istifadə üçün yararlıdırlar.
3. Tədqiqata təqdim edilmiş 112 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar.
4. Tədqiqata təqdim edilmiş 10 ədəd giliz zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsi, yəni atılmışgilizləridir, döyüş sursatı hesab edilmirlər. Həmin gilizlərdən 03 ədədi tədqiqata təqdim edilmiş 5C-1465 №-li Kalaşnikov konstruksiyalı AKM modelli avtomatdan atılmışdır. Digər 07 ədəd 7,62x39 mm kalibrli gilizlər isə başqa eyni bir silahdan atılmışdır.
5. Tədqiqata təqdim edilmiş 39 ədəd gilizdən 27 ədədi Azərbaycan Respublikasında, 12 ədədi xarici dövlətdə zavod üsulu ilə istehsal olunmuş 9x19 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsi, yəni atılmış-gilizləridir, döyüş sursatı hesab edilmirlər. Həmin gilizlərdən 06 ədədi T0620- 12D01356 №-li, Zəfər-K modelli tapançadan atılmışdır. Gilizlərdən 06 ədədi başqa eyni bir silahdan, 12 ədədi başqa eyni bir silahdan, 14 ədədi başqa eyni bir silahdan və digər 01 ədədi isə başqa bir silahdan atılmışdır.
6. Tədqiqata təqdim edilmiş 01 ədəd giliz zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x25 mm kalibrli olmaqla, həmin kalibrli Tokarev (TT) konstruksiyalı silahdan atəş açmaq üçün nəzərdə tutulmuş patronun bir hissəsi, yəni atılmış-gilizidir, döyüş sursatı hesab edilmir.
7. Tədqiqata təqdim edilmiş 03 ədəd güllə zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsi, yəni atılmış güllələridir, döyüş sursatı hesab edilmirlər. Güllələr tam deformasiyaya uğradığından onların müqayisəli tədqiqatını aparmaq mümkün olmamışdır.
8. Tədqiqata təqdim edilmiş 01 ədəd güllə zavod üsulu ilə istehsal olunmuş 7,62 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş patronun bir hissəsi, yəni atılmış gülləsidir, döyüş sursatı hesab edilmir. Güllə tam deformasiyaya uğradığından onun müqayisəli tədqiqatını aparmaq mümkün olmamışdır.
9. Tədqiqata təqdim edilmiş 01 ədəd darağ zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi, yəni darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır.
10. Tədqiqata təqdim edilmiş 01 ədəd BC-1465 №-li AKM modelli avtomatdan eksperimental atəşlər zamanı əldə olunmuş güllə-gilizlər və təqdim edilmiş 01 ədəd 7,62x25 mm kalibrli giliz, DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilmişdir. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Qeyd: Təqdim edilmiş 112 ədəd 7,62x39 mm kalibrli patronlardan 05 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Qarabağ Universitetindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 3/29-73/2-580/2025 nömrəli məktubdan görünür ki, 14 sentyabr 2025-ci il tarixdə saat 15:00 radələrində Ali rəhbərliyin iştirakı ilə Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışı mərasimi keçirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, hadisə yerindən götürülmüş - 01 ədəd “BC1465” nömrəli, qundaqsız “AKMS” markalı avtomat silah, həmin avtomat silaha taxılmış və daxilində 18 ədəd 7.62 mm kalibrli patron olmuş 1 ədəd daraq, hər birində 30 ədəd 7.62 mm kalibrli patron olmuş 3 ədəd daraq, 107 ədəd 7.62 mm kalibrli patron, 1 ədəd RQD-5 markalı əl qumbarasının gövdəsi, 1 ədəd əl qumbarasının partladıcısı və 01 ədəd F-1 markalı əl qumbarasının (qumbara partladıcısı ilə birlikdə), 1 ədəd əl qumbarasının partladıcısının metal hissəsi, 2 ədəd metal hissəcik, 4 ədəd güllə, 2 ədəd deformasiyaya uğramış metal hissəcik, 6 ədəd 9 mm kalibrli, 3 ədəd 7.62 mm kalibrli giliz maddi sübut kimi tanınmış, 01 ədəd “BC1465” nömrəli, qundaqsız “AKMS” markalı avtomat silah, həmin avtomat silaha taxılmış və daxilində 18 ədəd 7.62 mm kalibrli patron olmuş 1 ədəd daraq, hər birində 30 ədəd 7.62 mm kalibrli patron olmuş 3 ədəd daraq, 107 ədəd 7.62 mm kalibrli patron saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin Binəqədi rayon polis idarəsinə təhvil verilmiş, 1 ədəd RQD-5 markalı əl qumbarasının gövdəsi, 1 ədəd əl qumbarasının partladıcısı və 01 ədəd F-1 markalı əl qumbarasının (qumbara partladıcısı ilə birlikdə) Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Xankəndi şəhərində yerləşən anbarında saxlanılması nəzərə alınmış, 1 ədəd əl qumbarasının partladıcısının metal hissəsi, 2 ədəd metal hissəcik, 4 ədəd güllə, 2 ədəd deformasiyaya uğramış metal hissəcik, 6 ədəd 9 mm kalibrli giliz, 3 ədəd 7.62 mm kalibrli giliz Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutların saxlanıldığı otağa təhvil verilmişdir. Məhkəmə Karen Avenesyanın məhkəmə baxışı iclası zamanı verdiyi ifadədə, özünü ona elan olunmuş ittihamlarla təqsirli bilmədiyini, eyni zamanda Sentyabr ayının 13-ü tarixində sığınacağa getməsi, oradan çıxmağa icazə vermədiklərindən, polis əməkdaşlarına xəbər vermədən pəncərədən qaçıb getməsi, silahı bir neçə gün əvvəl şəhərdən tapması və əlavə iki ədəd qumbarası olduğunu, tapdığı silah-sursatı vaxtı olmadığına görə təhvil verə bilməməsini və əvvəllər aşkar etdiyi silah-sursatı müvafiq qurumlara təhvil verməsini, polis əməkdaşlarına sığınacağa getmək istəmədiyini deməsi, orada çoxlu sayda polis əməkdaşı olduğundan qaçmaq istəsə də, onun ətrafına atəş açıldığı üçün, avtomatın işləyib-işləmədiyini yoxlamaq və qorxduğu üçün havaya atəş açdığını və qumbaranı isə heç kimin olmadığı əraziyə atması barədə göstərdiyi sözügedən xüsusatlar, iş üzrə toplanmış çoxsaylı danılmaz sübutlarla (şahidlərin ifadələri, keçirilmiş çoxsaylı istintintaq hərəkətləri, protokollar, ekspert rəyləri və.s) tamamilə təkzib edilmişdir. Bununla yanaşı, xx.xx.2025-ci il tarixli 464/MEŞ nömrəli məhkəmə tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi müayinəsi zamanı sol bazu nahiyəsində sıyrılmış yara izi olan dəri çapığı aşkar edilmişdir. Qeyd olunan çapıq qəlpə yarasının izi olub, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2025ci il tarixi və şəraiti inkar etmir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Bundan başqa, xx.xx.2025-ci il tarixli 451/MEŞ nömrəli məhkəmə tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı sol tərəfli braxialgiya (sinir inervasiyasının periferik hissiyyat pozğunluğu) ilə müşayiət olunan sol bazunun orta 1/3-nin ön səthinin çoxqəlpəli dərin yarası (sümüküstlüyünə qədər) və sağ körpücüküstü nahiyənin bir ədəd kor qəlpə yarası aşkar edilmişdir. Qeyd olunan xəsarətlər əl qumbarasının partlaması nəticəsində qəlpələrin təsiririndən əmələ gəlmişdirlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixi və şəraiti inkar etmir, dərəcəsinə görə, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. Həmçinin, xx.xx.2025-ci il tarixli 823 nömrəli məhkəmə tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət sol bazu oynağının ön səthinin sıyrığı küt əşyanın təsirindən törənmişdir. Törənmə müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Bundan baqşa, xx.xx.2025-ci il tarixli, 25/1536 nömrəli məhkəmə partlayıştexniki ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd əşya zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı F-1 tipli əl qumbarasının gövdəsidir, natamam döyüş sursatıdır. Digər 01 ədəd əşya zavod üsulu ilə istehsal olunmuş, hücum təyinatlı RQD-5 tipli əl qumbarasının gövdəsidir, natamam döyüş sursatıdır. Digər 02 ədəd əşya isə “UZRQM” tipli partladıcıdır, F-1, RQD-5, RQ-42 əl qumbaralarının partladıcısıdır. Həmin 02 ədəd əl qumbaralarının gövdəsi ilə 02 ədəd “UZRQM” tipli alışdırıcı partladıcını komplektləşdirdikdə zavod üsulu ilə istehsal olunmuş müdafiə təyinatlı döyüş sursatıdırlar, MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunur, tamlığının pozulmadığına görə təyinatları üzrə istifadə üçün yararlıdırlar. Həmçinin, xx.xx.2025-ci il tarixli, 25/1640 nömrəli məhkəmə balistik ekspertizasının rəyindən görünür ki,
1. Tədqiqata təqdim edilmiş 01 ədəd 6C-1465 №-li silah, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1967-ci ildə istehsal olunmuş Kalaşnikov konstruksiyalı AKM modelli avtomatdır, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə-mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir.
2. Tədqiqata təqdim edilmiş 04 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş hər birinə 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, silahların komplekt həmin kalibrli Kalaşnikov hissəsi, yəni darağlarıdır, döyüş sursatı hesab edilmirlər, texniki cəhətdən sazdırlar və təyinatı üzrə istifadə üçün yararlıdırlar.
3. Tədqiqata təqdim edilmiş 112 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar.
4. Tədqiqata təqdim edilmiş 10 ədəd giliz zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsi, yəni atılmışgilizləridir, döyüş sursatı hesab edilmirlər. Həmin gilizlərdən 03 ədədi tədqiqata təqdim edilmiş 5C-1465 №-li Kalaşnikov konstruksiyalı AKM modelli avtomatdan atılmışdır. Digər 07 ədəd 7,62x39 mm kalibrli gilizlər isə başqa eyni bir silahdan atılmışdır.
5. Tədqiqata təqdim edilmiş 39 ədəd gilizdən 27 ədədi Azərbaycan Respublikasında, 12 ədədi xarici dövlətdə zavod üsulu ilə istehsal olunmuş 9x19 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsi, yəni atılmış-gilizləridir, döyüş sursatı hesab edilmirlər. Həmin gilizlərdən 06 ədədi T0620- 12D01356 №-li, Zəfər-K modelli tapançadan atılmışdır. Gilizlərdən 06 ədədi başqa eyni bir silahdan, 12 ədədi başqa eyni bir silahdan, 14 ədədi başqa eyni bir silahdan və digər 01 ədədi isə başqa bir silahdan atılmışdır.
6. Tədqiqata təqdim edilmiş 01 ədəd giliz zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x25 mm kalibrli olmaqla, həmin kalibrli Tokarev (TT) konstruksiyalı silahdan atəş açmaq üçün nəzərdə tutulmuş patronun bir hissəsi, yəni atılmış-gilizidir, döyüş sursatı hesab edilmir.
7. Tədqiqata təqdim edilmiş 03 ədəd güllə zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsi, yəni atılmış güllələridir, döyüş sursatı hesab edilmirlər. Güllələr tam deformasiyaya uğradığından onların müqayisəli tədqiqatını aparmaq mümkün olmamışdır.
8. Tədqiqata təqdim edilmiş 01 ədəd güllə zavod üsulu ilə istehsal olunmuş 7,62 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş patronun bir hissəsi, yəni atılmış gülləsidir, döyüş sursatı hesab edilmir. Güllə tam deformasiyaya uğradığından onun müqayisəli tədqiqatını aparmaq mümkün olmamışdır.
9. Tədqiqata təqdim edilmiş 01 ədəd darağ zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi, yəni darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır.
10. Tədqiqata təqdim edilmiş 01 ədəd BC-1465 №-li AKM modelli avtomatdan eksperimental atəşlər zamanı əldə olunmuş güllə-gilizlər və təqdim edilmiş 01 ədəd 7,62x25 mm kalibrli giliz, DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilmişdir. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Qeyd: Təqdim edilmiş 112 ədəd 7,62x39 mm kalibrli patronlardan 05 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. Həmçinin, Xankəndi Şəhər Prokurorluğunun xx.xx.2025-ci il tarixli, 2-2-463/2- 274510/2025 saylı məktubundan görünür ki, Xankəndi şəhər polis şöbəsinə və digər hüquq-mühafizə orqanlarına Təqsirləndirilən şəxs tərəfindən hər-hansı döyüş silahsursatı, partlayıcı maddə və ya bu qəbildən olan hər hansı vasitə təhvil verilməmişdir. Məhkəmə yuxarıda göstərilənləri əsasən qeyd edir ki, zərərçəkmiş şəxslərin aldığı xəsarətlərin dərəcəsi və lokalizasiyası, eyni zamanda ekspertiza rəylərindən də göründüyü kimi təqsirləndirilən şəxsin istifadə etdiyi avtomatın, patronların və qumbaraların texniki cəhətdən saz vəziyyətdə, atışa yararlı vəziyyətdə olmasını və eyni zamanda, Karen Avanesiyan əvvəllər döyüş silah-sursatı tapıb onu hüquq-mühafizə orqanlarına təhvil verdiyini bildirsə də, Xankəndi Şəhər Prokurorluğundan daxil olmuş məktubndan göründüyü kimi onun iddia etdiyi kimi əvvəllər hər hansı döyüş silah-sursatlarını təhvil vermədiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi sözügedən xüsusatlara tənqidi yanaşır və vurğulayır ki, Karen Avenesyanın ifadəsində göstərdiyi sözügedən xüsusatlar ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaşın hüquq və azadlıqlarının ali dəyər olduğunu bəyan edir və belə dəyərin qorunmasını dövlətin başlıca vəzifəsi kimi təsbit edir. Azərbaycan Respublikasi Konstitusiyasının 28-ci maddəsinə əsasən hər kəsin azadlıq hüququ vardir. Bu hüquq hərkəsin respublika ərazisində sərbəst hərəkət edə bilməsini, özünə yaşayış yeri seçə bilməsini və Azərbaycan Respublikasinin ərazisindən kənara gedə bilməsini nəzərdə tutur. Konstitusiyanın 31-ci maddədə vətəndaşların təhlükəsiz yaşamaq hüququ olduğu göstərilir. Qeyd olunur ki, qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə qəsd etmək, ona qarşı zor işlətmək olmaz. İnsanın hüquq və azadlıqlarının cinayətkar qəsdlərdən qorunması cinayət qanunvericiliyinin başlıca vəzifələrindən sayılır. Qanunla yol verilən hallarda həyatdan məhrum etmədən, bədbəxt hadisə nəticəsində baş verən ölümdən, habelə özünü öldürməkdən fərqli olaraq, öldürmə halları cinayət məcəlləsinin xüsusi hissəsində qeyri hüquqi əməl kimi müəyyən edilir və belə əməli törədən qanunla təqib olunur. Adam öldürmə başqasını qanunsuz olaraq, qəsdən və ya ehtiyatsızlıqdan həyatdan məhrum etmədə ifadə olunan ictimai təhlükəli əməldir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə görə digər şəxsin qəsdən həyatdan məhrum edilməsi Azərbaycan Respublikası CM-in 120-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Bu cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Qəsdən adam öldürmə cinayətinin obyektiv cəhəti zərərçəkmiş şəxsin həyatdan məhrum edilməsində ifadə olunur. Qəsdən adam öldürən şəxs yol verdiyi hərəkətin (hərəkətsizliyin) başqasını həyatdan məhrum edəcəyini əvvəlcədən dərk edir və belə nəticəni arzu edir. Qəsdən adam öldürmə cinayətləri üzrə cinayətin subyekti əməli törədərkən 14 yaşa çatmış, anlaqlı şəxs ola bilər. İnsanın həyatına qəsd edilmişdirsə, lakin ölümdən ibarət nəticə baş verməmişdirsə, belə halda əməl başa çatmayan cinayət sayılır. Qanunvericilik cinayətin edilmə üsulunu ağırlaşdırıcı hallarda törədilən adam öldürməyə görə məsuliyyət müəyyən edən CM-in 120.2-ci maddəyə tərkib əlaməti kimi daxil etmişdir. Azərbaycan Respublikası CM-in 120.2-ci maddəsi ilə nəzərdə tutulan ağırlaşdırıcı və Azərbaycan Respublikası CM-in 121-123, 135-ci maddələri ilə nəzərdə tutulan yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayəti Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə tövsif edilir. Bu cinayətlərə qəsdən adam öldürmənin xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədi ilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilməsi halları aid edilir. Bundan başqa, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2002-ci il tarixli, 03 nömrəli qərarının 03-cü bəndinə əsasən, Qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmiş şəxsi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Bununla belə, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Ehtiyatsızlıqdan adam öldürmə cinayəti obyektiv cəhətdən məişətdə təsərrüfatda, istehsalatda, xidməti və peşə vəzifələrinin yerinə yetirilməsi zamanı və sair hallarda müxtəlif qaydaların pozulması ilə müşayiət olunan və nəticədə başqa şəxsin ölümünə səbəb olan hərəkət və ya hərəkətsizliklə xarakterizə olunur. Təqsirkarın hərəkət və hərəkətsizli ilə zərərçəkmiş şəxsin ölümü arasında səbəbli əlaqə olmalıdır. Adam öldürmənin ehtiyatsızlıqdan törədilib-törədilməməsini müəyyən etmək üçün subyektiv (təqsirkarın şəxsiyyəti, həyat və iş təcrübəsi, biliyi, dünyagörüşü və s) və obyektiv (hadisənin baş verdiyi yer, vaxt, şərait və s.) meyarlar nəzərə alınmalıdır. Cinayət təqibi zamanı hazırkı cinayət əmələri üzrə qəsdən adam öldürmə cinayətinin aşağıdakı ağırlaşdırıcı halları müəyyən edilir: - Zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun özünü öldürmə (CM-in 120.2.3-cü maddə); - Ümumi təhlükəli üsulla adam öldürmə (CM-in 120.2.4-cü maddə), - İki və ya daha çox şəxsi öldürmə (CM-in 120.2.7-ci maddə); - terrorçuluqla əlaqədar adam öldürmə (CM-in 120.2.11-ci maddə); Təqsirləndirilən şəxs əməlində yuxarıda göstərilənlərdən başqa, qəsdən adam öldürmənin ağırlaşdırıcı tərkib əlamətlərini nəzərdə tutan digər motivlər olmamışdır. Həmin cinayət əməlləri təqsirləndirilən şəxs tərəfindən birbaşa qəsdlə törədilmişdir. Belə ki, təqsirləndirilən şəxs törətdiyi əməllərin hüquqi nəticələrini əvvəlcədən görmüş və belə nəticənin baş verməsini arzu etmişdir. Qəsdən adam öldürmə istər zərərçəkmiş şəxs tərəfindən xidməti vəzifələrin, ictimai borcun bilavasitə yerinə yetirilməsi zamanı, istərsə də xidməti vəzifə, ictimai borcla şərtləndirilən müvafiq hərəkət edilənə (qərar qəbul edilənə) qədər və ya bundan sonra törədilmiş olsun, cinayətin bu əlamət üzrə tövsif edilməsi üçün əsas yaranır. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi” haqqında Ali Məhkəmənin xx.xx.2002-ci il tarixli, 03 nömrəli Plenum qərarının 8-ci bəndinə əsasən ümumi təhlükəli üsulla adam öldürmə zamanı tətbiq edilən üsul nəinki zərərçəkmiş şəxsin, həm də başqa şəxs(lər)in də həyatı və sağlamlığı üçün təhlükə törədir. Həmin Plenum qərarının 8-ci bəndinə əsasən xüsusi amansızlıqla adam öldürmə zamanı cinayət əməli həyatdan məhrum etmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması məsxərəyə qoyulması və təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsə xüsusi ağrılar yetirilməsində ifadə olunmalıdır. Lakin Təqsirləndirilən şəxs üzərində olan odlu silahdan polis əməkdaşlarına qarşı atəş açması və əl qumbarası atması zamanı onun qəsdi birbaşa həmin şəxslərin həyatdan məhrum edilməsinə yönəlmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi amansızlıqla adam öldürməyə cəhd cinayətinin tərkib hissəsi yoxdur. Bundan başqa, CM-in 61.2-ci maddəsi odlu silahdan və ya partlayıcı maddədən istifadə etdiyi üçün ümumi təhlükəli üsulla qəsdən adam öldürmə cinayətinin törədilməsində CM-in 120.2.4-cü maddəsi ilə təqsirli bilinmiş şəxslərə cəza təyin edilərkən cinayətin odlu silahdan, partlayıcı maddələrdən istifadə etməklə törədilməsinin CM-in 61.1.10-cu maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasını istisna edir. Azərbaycan Respublikası CM-in 214.1-ci maddəsinə əsasən terrorçuluq - ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələməni ehtiva edir. Həmin Məcəllənin 214.2.3-cü maddəsinə əsasən eyni əməllərin odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədilməsini nəzərdə tutmuşdur. "Terrorizmə qarşı mübarizə" haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən terrorizm dedikdə, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq və ya dövlət hakimiyyəti orqanları tərəfindən terrorçuların maraqlarına cavab verən qərarların qəbul edilməsinə nail olmaq məqsədilə insanların kütləvi şəkildə qırılmasına, onlara bədən xəsarəti yetirməsinə, yaxud səhhətinə başqa cür zərər vurulmasına, habelə başqa ağır nəticələrə səbəb olan əməllərin törədilməsi və ya bu cür əməllərin törədilməsinə yönələn hədə başa düşülür. Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında Ali Məhkəmənin xx.xx.2002-ci il tarixli, 03 nömrəli Plenum qərarının 15-ci bəndinə əsasən quldurluq, hədəqorxu ilə tələb etmə, banditizm və terrorçuluq cinayətləri törədilərkən zərərçəkmişin həyatına da qəsd edilərsə bu cinayətlərin məcmusunu təşkil edir və təqsirkarın əməli cinayət qanunvericiliyinin 120.2.11-ci maddəsi ilə yanaşı müvafiq olaraq digər maddələri ilə də tövsif edilməlidir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-in 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7, 29, 120.2.11, 214.2.3, 228.1 və 315 -ci maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd olunan cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7, 29, 120.2.11, 214.2.3, 228.1 və 315 -ci maddələri ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2-ci maddəsinin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin cəza başa çatmış cinayətlər üçün nəzərdə tutulmuş, lakin Təqsirləndirilən şəxs isə CM-in 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7, 29 və 120.2.11-ci maddələrində nəzərdə tutulan həmin cinayət əməllərini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırmamış, yəni qeyd olunan cinayət əməllərini törətməyə cəhd etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən isə cinayəti etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.4-cü madddəsinə əsasən cinayətə hazırlığa və ya cinayət etməyə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7, 29 və 120.2.11-ci maddələrində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmənin yuxarı həddi 20 ildir və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayətə cəhdə görə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddəti də 20 ilin dörddə üçündən çox ola bilməz və eyni zamanda, CM-in 63.4-cü maddəsinə əsasən ona 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7, 29 və 120.2.11-ci maddələrində başa çatmış cinayətlərə görə nəzərdə tutulmuş ömürlük azadlıqdan məhrum etmə cəzası sözügedən maddəyə münasibətdə təyin edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin xx.xx.2002-ci il tarixli, 03 nömrəli Plenum qərarının 18-ci bəndinə əsasən Qəsdən adam öldürmə cinayətində CM-in 120.2-ci maddəsinin bir neçə tövsifedici əlamətləri olduqda, əməl bu əlamətlərin hamısı ilə tövsif edilməlidir. Cəza isə hər bir tövsifedici əlaməti nəzərdə tutan maddələrlə ayrı-ayrılıqda bir neçə dəfə deyil, əlamətlərin hamısı sadalanmaqla bir dəfə təyin edilməlidir. Cəza təyin edilərkən bu hallar əməlin xarakterini və ictimai-təhlükəlilik dərəcəsinin yüksək olmasını əks etdirən hallar kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halları nəzərə alaraq vurğulayır ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 214-cü maddəsinə münasibətdə həmin Məcəllənin 61.1.8 və 61.1.10-cu maddələrinə əsasən cinayətin öz qulluq borcunu yerinə yetirən şəxslərə qarşı partlayıcı vasitələrdən istifadə etməklə törətməsi məsuliyyətini ağırlaşdıran hallar kimi nəzəzə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, Karen Avenesyanın barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixdə hadisə yerinə baxış keçirilərkən götürülmüş Ermənistan Respublikasına aid xx.xx.2021-ci il tarixli, ARM № AT0676590 nömrəli pasportdan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Ermənistan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası CM-in 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Azərbaycan Respublikası CM-in 52.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü aşağıdakı şəxslərə şamil edilmir: 52.2.1. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək beş il Azərbaycan Respublikasının ərazisində daimi yaşayan şəxslərə; 52.2.2. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan şəxslərə; 52.2.3. Azərbaycan Respublikasında doğulmuş şəxslərə; 52.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə; 52.2.5. qaçqın statusuna malik olan və ya Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilmiş şəxslərə; 52.2.6. himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağı, fəaliyyət qabiliyyəti olmayan və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olan şəxslərə; 52.2.7. məcburi çıxarıldığı zaman gedəcəyi ölkədə işgəncəyə və ya təqibə məruz qala biləcəyinə ciddi əsaslar olduğu ehtimal edilən və ya məcburi çıxarılması milli təhlükəsizliyin təmin edilməsi mənafeyinə zidd olan şəxslərə. Məhkəmə vurğulayır ki, Təqsirləndirilən şəxs Ermənistan Respublikasının vətəndaşı olsada, o, Azərbaycan Respublikasının tərkib hissəsi olan Xankəndi şəhərində anadan olmuşdur. Buna görə də CM-in 52.2.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında doğulduğu üçün, ona Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza təyin edilə bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci 56.1.3. xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15 sentyabr 20245-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7, 315 və 228.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 16 sentyabr 2025-c il tarixli, 4(065)-15/2025 saylı Xankəndi Şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 16 sentyabr 2025-ci il tarixdən hesablanmışdır. Odur ki, təqsirləndirilən şəxs Karen Avenesyanın həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı şübhəli şəxs qismində tutulduğu 16 sentyabr 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7, 29, 120.2.11, 214.2.3, 228.1 və 315-ci maddələrində nəzərdə tutulmuş üç fərqli cinayət əməlləri törətmişdir. O, həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərində Azərbaycan Respublikası CM-in 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmçinin Təqsirləndirilən şəxs barəsində hər hansı tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsas yoxdur. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 132-ci maddəsinə əsasən cinayət işi üzrə maddi sübutlar – Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 01 ədəd “BC1465” nömrəli, qundaqsız “AKMS” markalı avtomat silah, həmin avtomat silaha taxılmış və daxilində 18 ədəd 7.62 mm kalibrli patron olmuş 1 ədəd daraq, hər birində 30 ədəd 7.62 mm kalibrli patron olmuş 3 ədəd daraq, 107 ədəd 7.62 mm kalibrli patron, Azərbaycan Respublikası DİN-nin Binəqədi rayon polis idarəsində, 1 ədəd RQD-5 markalı əl qumbarasının gövdəsi, 1 ədəd əl qumbarasının partladıcısı və 01 ədəd F-1 markalı əl qumbarası (qumbara partladıcısı ilə birlikdə) Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Xankəndi şəhərində yerləşən anbarında, 1 ədəd əl qumbarasının partladıcısının metal hissəsi, 2 ədəd metal hissəcik, 4 ədəd güllə, 2 ədəd deformasiyaya uğramış metal hissəcik, 6 ədəd 9 mm kalibrli giliz, 3 ədəd 7.62 mm kalibrli giliz xüsusi müsadirə tətbiq edilərək, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınıb və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin silah-sursat anbarına təhvil verilməlidir. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı vəkil Müdafiəçi 28 (iyirmi səkkiz) iş saatı həcmində hüquqi yardım göstərmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxslərə göstərilmiş 28 (iyirmi səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına müdafiəçi üçün 308 (üç yüz səkkiz) manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə ediləsi əmlak və məhkəmə məsrəfi yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29 120.2.3, 29, 120.2.4, 29, 120.2.7, 29, 120.2.11, 214.2.3, 228.1 və 315-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7 və 29, 120.2.11-ci maddələri ilə 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 214.2.3 -cü maddəsi ilə 15 (on beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 228.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və CM-in 315-ci maddəsi ilə isə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə, Təqsirləndirilən şəxs qəti olaraq 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində saxlanıldığı 15 sentyabr 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra işi üzrə maddi sübutlar – Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 01 ədəd “BC1465” nömrəli, qundaqsız “AKMS” markalı avtomat silah, həmin avtomat silaha taxılmış və daxilində 18 ədəd 7.62 mm kalibrli patron olmuş 1 ədəd daraq, hər birində 30 ədəd 7.62 mm kalibrli patron olmuş 3 ədəd daraq, 107 ədəd 7.62 mm kalibrli patron, Azərbaycan Respublikası DİN-nin Binəqədi rayon polis idarəsində, 1 ədəd RQD-5 markalı əl qumbarasının gövdəsi, 1 ədəd əl qumbarasının partladıcısı və 01 ədəd F-1 markalı əl qumbarası (qumbara partladıcısı ilə birlikdə) Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Xankəndi şəhərində yerləşən anbarında, 1 ədəd əl qumbarasının partladıcısının metal hissəsi, 2 ədəd metal hissəcik, 4 ədəd güllə, 2 ədəd deformasiyaya uğramış metal hissəcik, 6 ədəd 9 mm kalibrli giliz, 3 ədəd 7.62 mm kalibrli giliz xüsusi müsadirə tətbiq edilərək, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınıb və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin silah-sursat anbarına təhvil verilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.