Məhkəmə qərarları › İş №1(100)-561/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-561/2024

26.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-561/2024 26.11.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər X1 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X5 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1980-ci il tarixdə Samux rayonu, Alıuşağı kəndində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işsiz, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, Samux rayonu, Alıuşağı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan və 2005ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİ-ci siyahısına əsasən külli miqdarda, yəni 7 (yeddi) ədəd gümüşü rəngli falqa bükümlərdə ümumi təmiz çəkisi 2,279 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, həmin siyahıların İ-ci siyahısına əsasən xeyli miqdarda, yəni 4 (dörd) ədəd gümüşü rəngli falqa bükümlərdə ümumi təmiz çəkisi 1,276 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz əldə edib üzərində saxlamaqla daşımış, 15 iyul 2024-cü il tarixdə saat 09:40 dəqiqədə Kəlbəcər RPŞ-nin əməkdaşları tərəfindən Gəncə şəhəri, Yeni qəsəbə, 1500 yaşayış massivi ərazisində olarkən saxlanılaraq Kəlbəcər rayon polis şöbəsinə dəvət olunmuş və Gəncə şəhəri, Yeni qəsəbə, 1500 ünvanında yerləşən Kəlbəcər rayon İcra Hakimiyyətinin inzibati binasında Kəlbəcər rayon polis şöbəsinin xidməti istifadəsinə verilmiş otaqda 15 iyul 2024-cü il tarixdə saat 10:40-dan saat 11:10-dək olan müddət ərzində üzərində keçirilmiş şəxsi axtarış zamanı üzərində olan qara rəngli dəri materiallı əşya çantasının içərisindən satış məqsədi olmadan qanunsuz olaraq üzərində saxlamaqla daşıdığı 4 (dörd) ədəd gümüşü rəngli falqa bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,372 qram, 0,317 qram, 0,276 qram və 0,311 qram olmaqla, ümumi təmiz çəkisi 1,276 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, eləcə də 7 (yeddi) ədəd gümüşü rəngli falqa bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,400 qram, 0,417 qram, 0,382 qram, 0, 368 qram, 0,367 qram, 0,287 qram və 0,058 qram olmaqla, ümumi təmiz çəkisi 2,279 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, saxlanılarkən üzərində olan narkotik vasitə “kokos” və “patı”nı 3-4 gün qabaq “WhatsApp” proqramı vasitəsilə tanış olduğu Əli adlı İran vətəndaşından şəxsi istifadəsi üçün almışdır. O, “E-manat” ödəniş portalı vasitəsilə həmin şəxsə pul göndərmiş, sonuncu da narkotik vasitəni qoyduğu yeri ona demişdir. O, həmin narkotik vasitələri Gəncə şəhəri “Əllərin dairəsi” adlı ərazidən götürmüşdür. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, təxminən 2 ildir ağrıları olduğu üçün narkotik vasitə olan “kokos” və “patı” istifadə etmişdir. Bir-iki dəfə istifadə etdikdən sonra isə aludəçi olmuşdur. Əvvəllər də narkotik vasitəni alan zaman pulu “WhatsApp” proqramı vasitəsilə tanış olduğu Əli adlı İran vətəndaşına göndərmiş, həmin şəxs də narkotiki atdığı yerin məkanını ona göndərmişdir. O, əvvəllər 5-10 dəfə Əli adlı İran vətəndaşından narkotik vasitə almışdır. İranlı narkotik vasitəni hər dəfə eyni yerə atmışdır. O, “kokos” və “patı”nı hər dəfə qramını 20 manata olmaqla 5-10 qram almışdır. O, gündəlik “kokos” və “patı”-nın hər birindən 0,5 qram istifadə etmişdir. Bir dəfə narkotik vasitə alan zaman 10-15 gün istifadə etmişdir. Saxlanılarkən üzərindən aşkar edilmiş “kokos” və “patı”nın üstündən istifadə etmiş, həmin vaxt “kokos” və “patı”nın hər birindən 5 qram almışdır. O, narkotik vasitəni şəxsi istifadəsi üçün bükümlərə ayırmış və üzəridən götürüb istifadə etmişdir. Aldığı narkotik vasitəni adətən bütöv formada atmışlar, lakin bundan əvvəl 1-2 dəfə elə olmuş ki bükümlər formasında atmışlar. O, ağrıları olduğu üçün narkotik vasitəni dərman kimi üzərində gəzdirmişdir. Saxlanılarkən və polis şöbəsində olarkən ona heç bir təzyiq-təsir göstərilməmiş, şəxsi axtarış zamanı üzərindən aşkarlanan narkotik vasitə ona məxsus olmuşdur. Saxlanılarkən üzərindən aşkar olunan narkotik vasitəni də Gəncə şəhərində “Əllərin dairəsi” adlanan ərazidə “Dubay” bazarına gedən yolun kənarından götürmüşdür. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilməklə göstərmişdir ki, təxminən 2 il müddətdir mütəmadi olaraq narkotik vasitə olan “kokos” və “patı”dan istifadə etmişdir. Həmin narkotik vasitələri Əli adlı İran vətəndaşından almış, sonuncu ilə “WhatsApp” mobil tətbiqi vasitəsi ilə əlaqə saxlamış, Əli adlı şəxs həmin narkotik vasitələri qoyduğu yeri demiş, o da gedib narkotik vasitələri götürmüşdür. O, narkotik vasitələri xatırlamadığı vaxtlarda Bakı və Gəncə şəhərlərində dəqiq yadında qalmayan yerlərdən götürmüşdür. Sonuncu dəfə Əli adlı şəxs ilə telefon vasitəsi ilə təxminən polis əməkdaşları tərəfindən saxlanılmamışdan 2-3 gün əvvəl danışmış, həmin şəxs “kokos” və “patı”nı Gəncə şəhərində Dubay bazarına gedən yolun kənarında gizlətdiyini demişdir. O, həmin vaxtı orada 5 qram “patı” və 5 qram “kokos” olduğunu görmüş, sonradan isə həmin narkotik vasitədən 3-4 dəfə özü istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə saat 09 radələrində Gəncə şəhərində Yeni qəsəbəyə yaxın yerdə olduğu vaxt çay içmək istəmiş və bu səbəbdən piyada Gəncə şəhəri, Yeni qəsəbə 1500 yaşayış massivinə gedib çay içmək üçün açıq kafe axtarmışdır. Qəsəbə ərazisində olan mağazaya girərək siqaret alıb qəsəbənin girişinə yaxınlaşanda “Bazarstore” adlı marketin yaxınlığında iki nəfər mülkü geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduğunu bildirib özlərini təqdim edərək onun şübhəli davrandığını deyib rayon polis şöbəsinə dəvət etmişlər. O da polislərlə birlikdə polis şöbəsinə getmişdir. Şöbədə müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilən zaman o, “kokos” və “patı” adlandırdığı maddələri üzərində olan qara rəngli sumkanın içərisindən çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Şifahi sorğu-sual zamanı o, Əli adı ilə özünü təqdim edən şəxsi internet vasitəsi ilə tanıdığını, sonuncunun İranda yaşaması haqqında ona məlumat verdiyini, Əli ilə telefon vasitəsi ilə əlaqə saxladığını, həmin şəxsin narkotik vasitələri müxtəlif yerlərə qoyduğunu və həmin yerləri ona dediyini, özünün də gedib götürdüyünü, sonuncunun həmin narkotik vasitələri kimin vasitəsi ilə müxtəlif yerlərə qoyması barədə məlumatının olmadığını, sonuncu dəfə narkotik vasitəni polis əməkdaşları tərəfindən saxlanılmazdan 2-3 gün əvvəl Gəncə şəhəri, Dubay bazarı adlanan yerin yaxınlığından götürdüyünü, narkotik vasitələri sadəcə olaraq öz şəxsi istifadəsi üçün əldə etdiyini, satmaq fikrinin olmadığını, pay vermədiyini, heç vaxt psixotrop maddə və ya narkotik vasitənin satışı ilə məşğul olmadığını, sonuncu dəfə narkotik vasitə “kokos” və “patı”dan polis əməkdaşları tərəfindən saxlanılmazdan bir neçə saat əvvəl Gəncə şəhərində xatırlamadığı yerdə istifadə etdiyini, Əli adlı şəxslə bir neçə dəfə telefon vasitəsi ilə əlaqə saxladığını və narkotik vasitə aldığını, üzərində aşkar edilmiş maddələrin metamfetaminlə heroin olduğunu, həmin maddələri yuxarıda qeyd etdiyi yerdən götürən zaman falqanın içərisində xırda bükümlərdə olmaqla ümumilikdə 5 qram metamfetamin və 5 qram heroin olduğunu, götürdükdən sonra saxlanılan vaxtadək həmin maddələrdən bir neçə dəfə istifadə etdiyini, həmin “kokos” və “patı”nı götürəndə hərəsinin 5 qram olmaqla daha xırda bükümlərdə olduğunu gördüyünü, istifadə etmək məqsədi ilə narkotik vasitələri həmin formada saxlamağa davam etdiyini, başqa şəxsin tapmaması üçün evə və ya başqa yerdə saxlamayıb üzərində saxladığını, saxlanılarkən və polis şöbəsinə gətirilərkən ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini göstərmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan edilmiş ifadələri doğru yazılmış və o, həmin ifadələri təsdiq etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqında tədqiq edilmiş şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Kəlbəcər RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Kəlbəcər RPŞ-yə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında Təqsirləndirilən şəxs onun tərəfindən xx.xx.2024-cü il tarixdə səhər saat 9-10 radələrində Gəncə şəhəri, Yeni qəsəbədə yerləşən “Bazarstore” marketinin arxa tərəfində saxlanılmışdır. Həmin vaxt yanında şöbənin PPXB-nin polis nəfər Şahid2 də olmuşdur. Təqsirləndirilən şəxs yaxınlaşdıqdan sonra üzərində narkotik vasitə saxlamasında şübhəli olduğunu demişlər, sonuncu da həmin vaxt üzərində narkotik vasitə olmasını inkar etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Kəlbəcər RPŞ-nin inzibati binasına gətirmişlər. Təhqiqatçının otağında müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və sonuncunun üzərindən narkotik vasitə aşkar edilmişdir. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki qara çantanın içərisindən ümumilikdə 11 bükümdə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin özünə məxsus olduğunu, istifadə etdiyini və İran vətəndaşından aldığını demişdir. Saxlanılarkən və polis şöbəsində olarkən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki yaxud psixoloji təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs ilk dəfə yaxınlaşan zaman sonuncu üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Kəlbəcər RPŞ-nin PPXBninpolis nəfəri Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 16/782 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki: 1) Ekspertizaya təqdim edilmiş üzərində “xx.xx.2024-cü il təvəllüdlü Təqsirləndirilən şəxs şəxsi axtarışa xx.xx.2024-cü il tarixdə məruz qalarkən üzərindən aşkar edilərək 01 ədəd falqa kağıza bükülü qutu içərisində 11 ədəd falqa kağızında bükülü olan ilk baxışdan metamfetaminə və heroinə bənzər kütlə” sözləri və imzalar olan kağız paketdəki 01 (bir) ədəd üzəri “gümüşü” falqa ilə sarınmış kiçik ölçülü plastik qutuda - 4 (dörd) ədəd “gümüşü” rəngli falqa bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,372 qram, 0,317 qram, 0,276 qram və 0,311 qram olmaqla, ümumi təmiz çəkisi 1,276 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; 7 (yeddi) ədəd “gümüşü” rəngli falqa bükümlərdə ayrı-ayrılıqda təmiz çəkilər 0,400 qram, 0,417 qram, 0,382 qram, 0,368 qram, 0,367 qram, 0,287 qram və 0,058 qram olmaqla, ümumi çəkisi 2,279 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in 1-ci siyahısının İ-ci bəndinə daxildir. Metamfetamin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in 1-ci siyahısının İİ-ci bəndinə daxildir. Qeyd: heroinin təmiz çəkisi – 1,276 qr., tədqiqata sərf edildi – 0,2 qr., qalıq 1,076 qram. Metamfetaminin təmiz çəkisi – 2,279 qr., tədqiqata sərf edildi – 0,35 qr., qalıq – 1,929 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 1528 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Gəncə şəhər şöbəsinin xx.xx.2024-cü il tarixli, 977 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 10:15-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2024-cü il tarixdə saat 09:40-da azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 16 iyul 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamın məzmununa əlavə və dəyişikliklər edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman sonuncunun üzərində olan qara rəngli dəri materiallı əşya çantasının cibinin iç hissəsindən 01 (bir) ədəd falqa materiallı qabın içərisindən 7 (yeddi) ədəd gümüşü rəngli falqa bükümlərdə psixotrop maddə metamfetaminə, 4 (dörd) ədəd gümüşü rəngli falqa bükümlərdə isə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. 7 (yeddi) ədəd gümüşü rəngli falqada olan bükümlər elektron tərəzidə çəkildikdə 3,1 qram, 4 (dörd) ədəd gümüşü rəngli falqada olan bükümlər isə elektron tərəzidə çəkildikdə 1,8 qram olması müəyyən edilmişdir. Daha sonra şəxsi axtarış davam etdirilərək çantanın içərisində “Samsung” və “F+” markalı mobil telefonlar aşkar edilmişdir. Mobil telefonlar və narkotik vasitə ilə psixotrop maddəyə bənzər kütlələr müvafiq qaydada qabşaldırılaraq götürülmüşdür. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik vasitə ilə psixotrop maddəyə bənzər kütlələr olan 11 (on bir) ədəd bükümləri xx.xx.2024-cü il tarixdə Bakı şəhərində tanımadığı şəxsdən aldığını, əvvəllər də narkotik vasitə qəbul etdiyini, xx.xx.2024-cü il və xx.xx.2024cü il tarixlərdə patı və kokos qəbul etdiyini, üzərində narkotik vasitə olması barədə heç bir şəxsə məlumat vermədiyini və heç kimə satmadığını göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı yer - Gəncə şəhəri, Yeni qəsəbə 1500 adlı ərazidə yerləşən “Bazarstore” adlı marketin arxa hissəsidir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “əşyaya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefona baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə olunmasına dair iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir məlumat aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “əşyaya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarış zamanı X2 götürülmüş 01 ədəd “F+” markalı mobil telefona baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə olunmasına dair iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir məlumat aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “informasiya daşıyıcısı olan diksə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş informasiya daşıyıcı olan diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə dair özündə məlumatları əks etdirən "xxxx" MMC tərəfindən təqdim olmuş diskə baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə edilməsinə dair iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “informasiya daşıyıcısı olan diksə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş informasiya daşıyıcı olan diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə dair özündə məlumatları əks etdirən "xxxx" MMC tərəfindən təqdim olmuş diskə baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə edilməsinə dair iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “informasiya daşıyıcısı olan diksə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş informasiya daşıyıcı olan diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə dair özündə məlumatları əks etdirən "xxxx" MMC tərəfindən təqdim olmuş diskə baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə edilməsinə dair iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri “Dubay bazarı” adlanan yerin yaxınlığında üzərində aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni götürdüyü yeri və şəraiti əyani göstərməklə törətdiyi cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “mənzilə və yaşayış sahəsinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Samux rayonu, Alıuşağı kəndindəki fərdi yaşayış evinə baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə edilməsinə dair iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir predmet aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Kəlbəcər RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs mütəmadi olaraq psixotrop maddə və narkotik vasitə qəbul etməsi, psixotrop maddə və narkotik vasitəni üzərində saxlaması barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Kəlbəcər RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportdan görünür ki, mütəmadi olaraq psixotrop maddə və narkotik vasitə qəbul etməkdə, üzərində saxlamaqda və satışında şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2024-cü saat 09:40-da Gəncə şəhəri, Yeni qəsəbə 1500 adlı ərazi yaxınlığında saxlanılaraq Kəlbəcər RPŞ-ya gətirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Kəlbəcər RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, mütəmadi olaraq psixotrop maddə və narkotik vasitə qəbul etməkdə, üzərində saxlamaqda və satışında şübhəli bilinən Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Kəlbəcər RPŞ-nin xx.xx.2024-cü il və 14.202024-cü il tarixli əməliyyat tapşırığına cavab məktublarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri satması və ya başqa bir şəxsə verməsi ilə bağlı hər hansı bir fakt müəyyən edilməmiş, bu barədə heç bir əməliyyat məlumatı daxil olmamış, eyni zamanda Təqsirləndirilən şəxs həmin narkotik vasitələri və psixtorop maddələri almasını bildirdiyi Əli adlı şəxsin istifadə etdiyi +**********25 saylı mobil nömrə Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən mobil operatorlara məxsus olmadığından həmin nömrənin kimə məxsus olmasını və kim tərəfindən istifadə edilməsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 221.3 və 228.4-cü maddələri təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2010-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “maddi sübut kimi tanınma haqqında” qərarlardan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,076 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1,929 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, eləcə də şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş “Samsung” və “F+” markalı mobil telefonlar maddi sübut kimi tanınmış və saxlanılması üçün Kəlbəcər RPŞ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk isə iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 11061213 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-cü il təvəllüdlü Nihad Orucov adlı azyaşlı övladı var. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Samux RİH başçısının Alıuşağı kənd İƏDÜN-nin xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Samux rayonu, Alıuşağı kəndində yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Beləliklə, yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini və xeyli miqdarda narkotik vasitə olan heroini əldə edərək üzərində saxlamaqla daşıması tam olaraq sübuta yetirir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarın, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Həmin Qərarın 16-cı bəndində göstərilmişdir ki, CM-in 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilib-törədilməməsi məsələsi 961-İİQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4- 1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edib-etməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən heroin narkotik vasitə, siyahıların İİ-ci siyahısına əsasən metamfetamin psixotrop maddə hesab olunur; heroinlə metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı hədləri 0,15 qramdır, külli miqdarın aşağı həddi isə 2 qramdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 16/782 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin ümumi təmiz çəkisi 1,276 qram olmaqla xeyli miqdar təşkil etsə də, psixotrop maddə olan metamfetaminin ümumi təmiz çəkisi 2,279 qram olmaqla külli miqdar təşkil edir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Oirkaz oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 15 iyul 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 120 (bir yüz iyirmi) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Kəlbəcər RPŞ-nin saxlanc anbarına məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,076 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1,929 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv ediləli, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş “Samsung” və “F+” markalı mobil telefonlar Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, eləcə də telefon danışıqlarına dair özündə məlumatları əks etdirən "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC tərəfindən təqdim olunmuş 03 (üç) ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 1528 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 15 iyul 2024-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 120 (bir yüz iyirmi) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Kəlbəcər RPŞ-nin saxlanc anbarına məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,076 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1,929 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş “Samsung” və “F+” markalı mobil telefonlar Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, eləcə də telefon danışıqlarına dair özündə məlumatları əks etdirən "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC tərəfindən təqdim olunmuş 03 (üç) ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar