Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-562/2023 07.12.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi: hakimlər Məmmədov Abdulla Elşad oğlunun sədrliyi Məmmədzadə Mikayıl Maarif oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibləri X7 və X5, tərcüməçi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində X6 Üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4, təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 7 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1983-cü ildə Ermənistan Respublikasının İrəvan şəhərində doğulmuş, Ermənistan Respublikasının vətəndaşı, subay, orta-ixtisas təhsilli, fərdi əməklə məşğul olmaqla hadisə vaxtı Ermənistan Respublikası Müdafiə Nazirliyinin Cermux məntəqəsində yerləşən atıcı alayının 5-ci bölüyünün 2-cı taqımının hərbi qulluqçusu, Ermənistan Respublikası İrəvan şəhəri, Davitaşven, 2-ci küçəsi ev 17 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120.2.11, 29.120.2.12, 206.3.2, 214.2.1, 214.2.3, 228.2.1, 283.2.1, 318.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Sabunçu rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasını keçirərək məhkəmə, Müəyyən etdi: Təqsirləndirilən şəxs Aşoti, şəxsiyyətləri müəyyən olunmayan Ermənistan Respublikası Silahlı Qüvvələrinin kəşfiyyat-diversiya qrupunun hərbi qulluqçuları və qeyriləri ilə 2023-cü ilin avqust ayının ortaları dəqiq müəyyən olunmayan tarixdə və yerdən milli düşmənçilik zəminində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq Kəlbəcər rayonunun İstisu kəndi istiqamətindən keçərək milli nifrət və düşmənçiliyin salınmasına yönəlməklə Azərbaycan Respublikasında ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyü ziddinə, işğaldan azad olunmuş Azərbaycan Respublikasının Kəlbəcər və digər rayonlarının Ermənistan Respublikasının işğalı altında qalması barədə qərar qəbul edilməsinə təsir göstərmək, habelə sülh danışıqlarını pozmaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmiş, cinayətkar plana uyğun olaraq Təqsirləndirilən şəxs Aşoti 16 avqust 2023-cü il tarixdə, səhər saatlarında SƏ 198 nömrəli RPK-74 əl pulemyotu, 1 (bir) ədəd 45 patron tutumlu pulemyot üçün sandıqça, 270-76 nümunəli 25 (iyirmi beş) ədəd 7,62 mm PS çaplı patronu, 539-73 nümunəli 1 (bir) ədəd 7,62 mm çaplı PS patronu, 711-75 nümunəli 2 (iki) ədəd 7,62 mm çaplı T-45 patronu, 711-77 nümunəli 1 (bir) ədəd 7,62 mm çaplı T-45 patronu, 711-80 nümunəli 1 (bir) ədəd 7,62 mm çaplı T-45 patronu olmaqla ümumilikdə 30 (otuz) ədəd patron, eləcə də, 1 (bir) ədəd zirehli gödəkcə və 1 (bir) ədəd hərbi geyim dəsti, qrupun digər üzvləri müəyyən edilməyən odlu silah, onun komplekt hissələri və müxtəlif kalibrli döyüş sursatları ilə silahlanıb hazırkı Ermənistan Respublikasıın Cermux yaşayış məntəqəsi (əvvəlki Dərələyəz mahalının İstisu kəndi) istiqamətindən 16 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun İstisu kəndinə doğru piyada hərəkət edərək Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən və gömrük sərhədindən gömrük nəzarətindən kənar keçib, qanunsuz olaraq əldə edib saxladıqları, daşıyıb özləri ilə gəzdirdikləri odlu silah, onun komplekt hissələrini və döyüş sursatlarını döyüşə hazır vəziyyətə gətirmiş və öz cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə Kəlbəcər rayonunun İstisu kəndi ərazisində xidmət aparan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının yerləşdiyi istiqamətdə döyüş mövqelərinin təxminən 2 (iki) km dərinliklərinə doğru irəliləmişlər. Həmin gün, saat 11 radələrində Təqsirləndirilən şəxs Aşoti də, daxil olmaqla qeyd edilən cinayətkar qrupun üzvləri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri tərəfindən qeyd edilən kəndin ərazisində yerləşən 39°51'51.894"N 045°45'37.068" E [WGS84] (X:4414841.01, Y:8565160.00) coğrafi koordinatında aşkar edilməklə qabaqlayıcı tədbirlər görülərkən qrupun digər üzvləri Ermənistan Respublikası istiqamətində geri çəkilməklə Azərbaycan Respublikasının ərazisini tərk edib qaçmağa nail olsalar da, Təqsirləndirilən şəxs Aşoti qaçmağa imkan tapmadığından ərazidə olan dərə boşluğuna düşərək əlverişli mövqe seçməklə orada gizlənmiş və həmin vaxt ərazidə xidmət aparan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin 3-cü taborunun qərargah rəisinin maddi texniki təminat üzrə köməkçisi, mayor Zərərçəkmiş şəxs1 və onun tabeliyində olan həmin taborun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları – kiçik çavuşlar Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, habelə əsgərlər - Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 tərəfindən aparılmış axtarışlar nəticəsində gizləndiyi mövqedə aşkar edilmişdir. Bundan sonra mayor Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxsı tərksilah etmək məqsədilə əl hərəkətləri ilə ondan təslim olmasını tələb etmiş, Təqsirləndirilən şəxs isə təslim olmaq barədə çoxsaylı tələblərə məhəl qoymayıb öz cinayətkar niyyətini, eləcə də, insanların həlak olması təhlükəsi yaradan terrorçuluqla bağlı hərəkətlərini davam etdirərək üzərində olan 7,62 mm çaplı «RPK» markalı pulemyotu döyüşə hazır vəziyyətə gətirmiş və zərərçəkmiş şəxs kimi xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar əvvəlcə Zərərçəkmiş şəxs1 terrorçuluqla əlaqədar, eləcə də, milli ədavət və düşmənçilik zəminində qəsdən öldürmək niyyəti ilə ona tərəf iki, ardınca isə eyni niyyət və ümumi təhlükəli üsulla əks istiqamətdə, sağ təpənin üstündə dayanan kiçik çavuşlar Zərərçəkmiş şəxs5la Zərərçəkmiş şəxs3 doğru daha iki-üç atəşlər açmaqla onları qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, lakin atdığı atəşlər hədəfə dəymədiyindən iradəsindən asılı olmayan səbəblərdən niyyətini başa çatdıra bilməmişdir. Bu zaman mayor Zərərçəkmiş şəxs1 öz növbəsində cinayətkar qrupun üzvünün mövqe seçdiyi təpə yamacını cavab atəşinə tutmuş və nəticədə terrorçuluq məqsədilə qanunsuz olaraq gizli yolla Azərbaycan Respublikasının ərazisinə sızmış və Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına silahlı müqavimət göstərən Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun üzvü Təqsirləndirilən şəxs sol baldır nahiyəsinin aşağı 1/3-nin arxa səthindən nüfuz edərək (giriş dəliyi) sol incik sümüyünün diafızmin açıq, qəlpəli, yerini dəyişən smığı ilə müşaiyət olunan və sol baldır nahiyəsinin aşağı 1/3-nin bayır səthindən xaric olan (çıxış dəliyi) bir ədəd dəlib-keçən odlu silah-güllə yarası xəsarəti alaraq tərksilah edilməklə saxlanılmış və üzərində qanunsuz gəzdirdiyi SƏ 198 nömrəli RPK-74 əl pulemyotu, 1 (bir) ədəd 45 patron tutumlu pulemyot üçün sandıqça, 270-76 nümunəli 15 (on beş) ədəd 7,62 mm çaplı PS patronu, 539-73 nümunəli 1 (bir) ədəd 7,62 mm çaplı PS patronu, 711-75 nümunəli 2 (iki) ədəd 7,62 mm çaplı T-45 patronu, 711-77 nümunəli 1 (bir) ədəd 7,62 mm çaplı T-45 patronu, 711-80 nümunəli 1 (bir) ədəd 7,62 mm çaplı T-45 patronu, 1 (bir) ədəd hərbi geyim dəsti, 1 (bir) ədəd zirehli gödəkcə, habelə hadisə yerindən 1 (bir) ədəd 270-76 nümunəli 7,62 mm çaplı PS patronu və həmin nümunəli və çaplı 1 (bir ədəd) giliz aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Aşoti ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120.2.11, 29.120.2.12, 206.3.2, 214.2.1, 214.2.3, 228.2.1, 283.2.1, 318.2-ci maddələri ilə özünü qismən yəni, dövlət sərhəddini icazəsiz keçməkdə və Azərbaycan Silahlı qüvvələrinin hərbi qulluqçularına atəş açmaqda təqsirli bilmiş, məqsədinin onları öldürmək deyil özünümüdafiə etmək olduğunu bildirmiş, məhkəmədə ifadə verməkdən imtina etmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini isə qismən təsdiq etmişdir. Məhkəmə baxışında ibtidai istintaq zamanı verdiyi ifadəsinin təsdiq etdiyi hissəsində Qagik Aşoti göstərmişdir ki, 2023-cü ilin yay fəslində Ermənistanda hərbi postlarda mühafizəni təşkil etmək üçün əsgər çatışmazlığı səbəbindən İrəvan hərbi komissarlığı tərəfindən səfərbərliklə iki həftəlik müddətli həqiqi hərbi xidmətə cəlb edildikdən sonra təxminən 40 nəfər çağırışçı ilə birlikdə Ermənistan-Azərbaycan sərhədində yerləşən Zod kəndində nömrəsini xatırlamadığı hərbi hissəyə təlim-toplanış məntəqəsinə aparılmışdır. Orada 4-5 gün müddətində «AKM», «AKS» markalı avtomat silahlardan, «RPK» və «PK» markalı pulemyotlardan atış təlimlərinə cəlb edilmiş və hər bir çağırışçı hərbi geyim ləvazimatları ilə təmin olunaraq, onlara avtomat silah, patron və digər döyüş sursatları təhkim edilmişdir. Təxminən xx.xx.2023-cü il tarixdən isə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun İstisu kəndi ilə sərhəddə dislokasiya olunan Ermənistan Respublikası Müdafiə Nazirliyinin nömrəsini xatırlamadığı ordu birləşməsinin Cermux yaşayış məntəqəsində yerləşən nömrəsini xatırlamadığı atıcı alayının 5-ci bölüyünün 2-ci taqımında xidmətə başlamış və bölük komandiri mayor rütbəli Armen adlı zabit, taqım komandiri isə müqavilə üzrə xidmətdə olan Armen adlı kiçik çavuş olmuşdur. Orada ona sərhəddə yerləşən döyüş mövqelərindəki postlarda növbə ilə cəmi iki həftə xidmət aparacaqları və yenidən mülki həyata qayıdacaqları izah edilmiş, habelə yenidən növbəli şəkildə hərbi komissarlıqlar vasitəsilə bu qaydada səfərbərlik növündə hərbi xidmətə çağırılacağı bildirilmişdir. xx.xx.2023-cü il tarixdə o, İrəvan şəhərindən olan «Rafo» adlı hərbçi yoldaşı ilə birlikdə ilk dəfə Cermux yaşayış məntəqəsində 4-cü postda döyüş növbəsinə çıxarkən, ona təhkim edilmiş SƏ 198 nömrəli «RPK-74» əl pulemyotu, bir ədəd 45 tutumlu pulemyot üçün sandıqça, təxminən otuz ədəd 7,62 mm çaplı patron və bir ədəd zirehli gödəkcə xidmət dövründə üzərində olmuşdur. Post yoldaşı «Rafo»ya isə AKM markalı avtomat silah verilmiş və döyüş növbəsində olduqları xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Ermənistan-Azərbaycan sərhədinin Cermux-İstusu mövqeləri arasında hər hansı silahlı münaqişə və ya atəşkəsin pozulması halları baş verməmişdir. Hərbi xidmət keçməkdən boyun qaçırmaq və döyüş bölgəsindən çıxıb Cermux kəndinə getmək məqsədilə o, xx.xx.2023-cü il tarixdə saat 04 radələrində özbaşına postu tərk etmiş, kimsə müqavimət göstərəcəyi təqdirdə müdafiə olunmaq üçün əynindəki zirehli gödəkçəni, dəbilqəni təhkim edilmiş silah-sursatı da özü ilə götürmüşdür. Postdan çıxıb dağ relyefli ərazidə təkbaşına təxminən iki kilometr məsafə qət etdikdən sonra hava işıqlaşan vaxt Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları ilə rastlaşmışdır. Təxminən 50 metr məsafədə 6-7 nəfərin Azərbaycan dilində danışdığını eşidib görüb, yolu azaraq Azərbaycan Respublikasının ərazisinə keçdiyini anlamış qarşı tərəfdən gələn Azərbaycan hərbi qulluqçuları da onun azərbaycanlı olduğunu zənn edərək, «salam qardaş» ifadəsi ilə salamlamış, cavabında onlara rus dilində «privet» cavabını vermişdir. Onun cavabından Azərbaycan hərbçilərinin şübhələndiyini anlasa da, onlar normal şəkildə hərəkətlərini davam etdirmiş, O isə əlindəki pulemyotun qoruyucusunu açaraq silahı döyüş vəziyyətinə gətirib Azərbaycan hərbi qulluqçularına tərəf 2-3 dəfə tək-tək rejimdə atəş açmışdır. Atəş açmaqla həmin şəxsləri öldürməyi arzu etməsə də, buna şüurlu surətdə yol vermiş, lakin düzgün nişan ala bilmədiyindən və atəş açdığı şəxslər atəşlərdən yayındığından atdığı güllələr onlara dəyməmişdir. Azərbaycanlı hərbçilər ətrafa dağılışıb özləri üçün əlverişli döyüş mövqelərinə çəkildikdə, ona qarşı müqavimət göstərilmədiyi halda atəş açmasından qorxduğu üçün geri qaçmağa başlamış və atəş açdığı yerdən 5-7 dəqiqə müddətində təxminən bir kilometr məsafədə uzaqlaşaraq dərədə gizlənmişdir. Ermənistan ərazisinə qayıtmaqdan ötrü gizlənib özünə döyüş mövqeyi seçməklə səhərin açılmasını gözləmiş, hərəkət etməkdə çətinlik yaranmaması üçün əynindəki zirehli və qış gödəkçəsini çıxarıb yanında saxlamış və bir müddət sonra tank səsi gəldiyini eşitmişdir. Əlindəki pulemyotu atəş vəziyyətində saxlayıb ona tərəf gələn 2-3 nəfəri müşahidə etmiş, əvvəlcə təslim olmamaq qərarına gəlmiş və müqavimət göstərmək məqsədilə isti hərbi və zirehli gödəkçəsini əyninə geyinmiş, Azərbaycan hərbi qulluqçuları istiqamətində bir neçə dəfə atəş açmışdır. Azərbaycan hərbiçilərindən birinin açdığı atəş nəticəsində ayağından yaralanmış, təslim olduqdan sonra hansısa hərbi hissənin tibb məntəqəsinə aparılmış, orada həkimlər tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra isə Bakıya aparılmışdır. Təqsirləndirilən şəxs məhkəmə baxışında da ibtidai istintaq zamanı verdiyi ifadəsində Ermənistan Respublikası İrəvan şəhərində yaşadığı ünvanı, eyni zamanda ünvan 1 döyüş növbətçiliyi apardığı döyüş mövqeyini, eləcə də ərazidə olan Ermənistan Silahlı Qüvvələrinin digər döyüş postlarını və əlaqə yollarını, üzbəüz mövqedə yerləşən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş mövqelərinin olduğu yeri və istiqaməti “Google Earth”proqramı vasitəsilə əyani olaraq göstərmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsinin 2023-cü ildə və əsgər kimi hərbi xidmət dövründə, eləcə də, mülki həyatın bütün dönəmlərində onlara komandirləri, müəllimləri və ümumilikdə ictimaiyyət tərəfindən Azərbaycanlılarla düşmən olduqları, onlara nifrət etmələri, milli düşmənçilik aşılandığını, Azərbaycanlıların yaşadıqları torpaqların böyük əksəriyyətinin onlara məxsus olduğunu, İİ Qarabağ müharibəsi dövründə Azərbaycanın qələbəsinin qisasının alınmalı olmasını, bu səbəbdən də, özündə də, həmin hislərin olduğundan Azərbaycanda ictimai təhlükəsizliyi pozmaq və əhali arasında vahimə yaratmaq kimi istəkləri olmasına dair hissədə təsdiq etməyərək məhkəmə baxışında verilmiş suallara cavab olaraq göstərdi ki, postlarda əsgər olmadığına görə ona çağırış vərəqəsi gəlmiş, müddətli - 25 günlük xidmətdə olacağı bildirilmişdir. Gecə yuxuda ona gedəcəyi istiqamət deyilmiş, o da marağından, yenilik axtarmaq və ov etmək üçün gecə saat 04 radələrində olduğu postdan çıxıb, özünü müdafiə məqsədilə silah sursatını da götürüb azərbaycanlılar tərəfindən aşkar olunduğu istiqamətdə təxminən 2-3 km yolu piyada getmişdir. Üzərində pulemyot, hərbi geyimlər, zirehli gödəkçə olmuş, vacib olduğu üçün onları üzərində götürmüşdür, hava çiskinli və dumanlı olmuş, onun məqsədi digər posta doğru getmək olmuşdur. Lakin səslər eşitdikdən sonra səs gələn tərəfə doğru 8 dəfə tək-tək rejimdə atəş açmışdır. Sonrakı hadisələrin baş vermə vaxtını və necə yaralanmasını isə dəqiq xatırlamır, Azərbaycan ərazisinə tək keçmişdir. Yaralandıqdan sonra ona ilkin tibbi yardım göstərilmiş, bud nahiyyəsi qanı kəsmək üçün jqutla sıxılmışdır. Təqsirləndirilən şəxs məhkəmədə bildirdi ki, Azərbaycan ərazisinə keçdiyi və hərbçilərə atəş açdığı üçün onlardan üzrxahlıq edir, məhkəmədən isə ədalətli mühakimə olunmağını istəyir və məhkəmədən ona rəhm etməsini xahiş edir. Məhkəmədə dindirilmiş zərərçəkmiş şəxs N saylı hərbi hissənin 3-cü taborunun qərargah rəisinin maddi-texniki təminat üzrə köməkçisi, mayor Zərərçəkmiş şəxs1 göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində 3-cü taborun maddi texniki-təminat taqımının avtomobil manqasının sürücüsü müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Zərərçəkmiş şəxs5 idarə etdiyi «Kamaz» markalı avtomobillə taqımın yerləşmə məntəqəsinə gəlib bölüyün dayaq məntəqəsinə gedən yoldakı dərə boşluğu olan ərazidə 4-5 nəfər erməni hərbi qulluqçusu gördüyünü, 4 nəfərinin təxminən 100-150 metr, qalan bir nəfərin isə təxminən 20-30 metr məsafədə olduğunu digərlərinin qaçmasına baxmayaraq, bir nəfərin orada qaldığını və üzərində «RPK» əl pulemyotunun olduğunu, ətraf ərazilərin boşluq və açıqlıq olması səbəbindən sonuncunun qaçmaması üçün Zərərçəkmiş şəxs3 erməni hərbi qulluqçusunu atəş nəzarətində saxlamaq məqsədilə ərazidə düşürdüyünü bildirmişdir. Dərhal «AKMS» markalı avtomat silahını götürüb kiçik çavuş Zərərçəkmiş şəxs5 idarə etdiyi «Kamaz» markalı avtomobillə hadisə yerinə getmiş, həmin vaxt yaxında olan, hazırda xatırlamadığı daha bir-neçə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusuna arxaları ilə gəlmələrini tapşırmışdır. Şimal-Şərqdən Cənub-Qərbə doğru uzanan düzənlik və təpəlik relyefə malik ərazidəki dərə boşluğunun yuxarısına çatıb qayalıqda özünə mövqe seçən əsgər Zərərçəkmiş şəxs3 yaxınlaşdıqda, sonuncu irəlidəki təpə yamacını göstərərək erməni hərbi qulluqçusunun bir-neçə dəqiqə əvvəl dərə boşluğuna enib müşahidə dairəsindən itdiyini bildirmişdir. Müxtəlif istiqamətlərə dağılaraq axtarışlara başlamış, özü dərə boşluğunun sol tərəf istiqamətindəki təpədə hərəkət edərkən Zərərçəkmiş şəxs5 ona qışqıraraq erməni hərbi qulluqçunun dərə dibindəki çayın kənarında olduğunu demiş, baxanda həmin şəxsin çıxardığı zirehli və qış səhra gödəkçəsini, eləcə də «RPK» markalı əl pulemyotunu yanında saxlayıb çay daşına söykəndiyini görmüşdür. Erməni hərbi qullquçuya rus və erməni dillərini bilmədiyi üçün təslim olmasını əli işarələri ilə bildirsə də sonuncu buna məhəl qoymayıb zirehli və səhra gödəkçəsini geyinmiş, zirehli gödəkçədən çıxardığı bir ədəd patron darağını «RPK» markalı əl pulemyotuna yerləşdirmişdir. Bu səbəbdən o, dərhal üzərindəki «AKM S» markalı avtomat silahı döyüşə hazır vəziyyətə gətirərək, öldürmək niyyəti olmadan, qorxudub təslim olmağa məcbur etmək məqsədilə erməni hərbi qulluqçusunun sağ və sol tərəflərinə avtomatik rejimdə atəşlər açmışdır. Təxminən 10-15 güllədən sonra erməni hərbi qulluqçusunun təpə yamacına tərəf üzü üstə uzandığını gördükdə, yaralandığını zənn edib atəşi dayandırmış, lakin erməni hərbi qulluqçusu qəfil ona tərəf dönüb, olduğu yerə doğru iki dəfə atəş açmış, O isə özünü qorumaq məqsədilə dərhal yerə uzanmışdır. Erməni hərbi qulluqçu yenidən təpə yamacına tərəf dönüb bu dəfə təpənin sağ tərəfində olan kiçik-çavuş Zərərçəkmiş şəxs5 istiqamətinə 2-3 dəfə atəş açmış, sonuncu da yerə uzanıb atəşdən yayınmışdır. Ayağa qalxıb özünü və digər tabeliyində olan hərbi qulluqçuların həyat və sağlamlığını qorumaq üçün erməni hərbi qulluqçunun üzərinə avtomatik rejmində atəşlər açmışdır. Bu zaman erməni hərbi qulluqçu silahını yerə qoyub əllərini havaya qaldıraraq təslim olmuş, rus və erməni dilini bilmədiyi üçün əl hərəkətləri ilə erməni hərbi qulluqçusuna ona tərəf gəlməsini işarə etmişdir. Erməni hərbi qulluqçu patron darağını silahdan ayırıb zirehli gödəkçəsinə yerləşdirmiş, silahını boşaltmış və ayağa qalxıb ona tərəf çətinliklə yeriməyə başlamışdır. O, erməni hərbi qulluqçunun ayağından yaralandığını görmüş, kiçik çavuş Zərərçəkmiş şəxs5la əsgər Zərərçəkmiş şəxs3 da təpənin üzərindən enərək erməni hərbi qulluqçusunun arxası ilə gəlmişdir. O əli ilə erməni hərbi qulluqçusuna silahını daşın üzərinə qoymasını işarə etmiş, erməni hərbi qulluqçusu silahını daşın üzərinə qoyduqdan sonra əsgər Zərərçəkmiş şəxs3 erməni hərbi qulluqçusunun zirehli və qış səhra gödəkçəsini əynindən çıxarıb yerə qoymuş, erməni hərbi qulluqçusu azərbaycan dilini, onlar isə erməni və rus dillərini bilmədiklərinə görə hadisə yerində sorğu-sual edə bilməmişlər. Erməni hərbi qulluqçusunun gözlərini və əllərini bağlayaraq «Kamaz» markalı avtomobilə mindirməklə, ərazidən uzaqlaşmış və tağıma qayıtmış, baş vermiş hadisə barədə hərbi hissə komandanlığına məruzə etmiş və yaralı erməni hərbi qulluqçuya ilkin tibbi yardım göstərib qanaxmanı dayandırmaq üçün jqutla ayağının bud nahiyyəsini sıxmışlar. Hadisə Azərbaycan- Ermənistan şərti dövlət sərhədinin Kəlbəcər rayonu ərazisindən keçən hissəsində baş vermiş, həmin ərazidən erməni hərbi qulluqçularının yerləşdiyi ən yaxın döyüş mövqeyi arasındakı məsafə 2 km-dan çox olmuş, ərazi minalanmış sahə olmamış, erməni hərbi qulluqçusu tutularkən tək olmuş, üzərində şəxsiyyətini təsdiq edən sənəd aşkar edilməmişdir. Zərərçəkmiş şəxs1 məhkəmədə verilmiş suallara cavab olaraq göstərdi ki, həmin ərazidə erməni və azərbaycanlı hərbi qulluqçular əvvəllər ovla məşğul olmamış, Təqsirləndirilən şəxs əynindəki geyimlər isə ov paltarı deyil, hərbi geyim olmuşdur. Onun pulemyot, zirehli gödəkcə dəmir dəbilqə və silah sursatla ova gəlməsini bildirməsi isə sadəcə gülünc xarakterlidir. Əvvəlki aylarda və günlərdə erməni postlarından bir neçə dəfə yerləşdiyi mövqelərdən taborun 7-ci bölüyünün döyüş mövqeləri müxtəlif atıcı silahlardan atəşə tutulsa da hadisədən əvvəlki günlərdə, qeyd olunan istiqamətdə Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu üzvləri tərəfindən şərti dövlət sərhədinin pozulması halları aşkar olunmamışdır. Erməni hərbi qulluqçu Təqsirləndirilən şəxs şikayətçidir, onun ömürlük azadlıqdan məhrum edilməsini xahiş edir. Zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş N saylı hərbi hissənin 3-cü taborunun maddi-texniki təminat taqımının, avtomobil manqasının sürücüsü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Zərərçəkmiş şəxs5 göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində idarə etdiyi «Kamaz» markalı avtomobillə xidmətdə olduğu taborun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Zərərçəkmiş şəxs3la birlikdə su götürmək üçünə taborun maddi-texniki təminat taqımının yerləşdiyi məntəqədən çıxıb 3 km aralıda yerləşən 7-ci bölüyün dayaq məntəqəsinin yaxınlığındakı su hövzəsi istiqamətində hərəkət etmişdir. Təxminən 2.5 km yol qət etdikdən sonra yolun sol tərəfindəki dərə boşluğu istiqamətində 4-5 nəfər erməni hərbi qulluqçusunu görmüş, erməni hərbçilərindən biri onlara yaxın - təxminən 20-30 metr, digərləri isə bir qədər uzaq 100-150 metr məsafədə olmuşdur. O dərhal avtomobilin hərəkətini dayandırmış, nisbətən uzaqda olan erməni hərbi qulluqçuları onları görüb pərakəndə şəkildə öz döyüş postları istiqamətində qaçmağa başlamış, yaxınlıqda qalan tam təchizatlı, əynində isti qış və zirehli gödəkçəsi olan erməni hərbçisi isə əlində «RPK» markalı əl pulemyotu ilə yerə uzanıb döyüşə vəziyyəti almış və mövqelənmişdir. Qaçan şəxslər erməni döyüş postları istiqamətində qaçdığı üçün həmin şəxslərin Ermənistan Ordusunun hərbi qulluqçuları olduğunu bilmiş, lakin həmin ərazidə mobil şəbəkə, digər rabitə əlaqə vasitələri işləmədiyindən geriyə taqıma qayıdıb məlumat vermək qərarına gəlmişdir. Ərazidə qalan bir nəfər silahlı erməni hərbçini nəzarətdə saxlamaq üçün isə idarə etdiyi avtomobili geriyə, təxminən 150 metr sürüb, əlverişli müşahidə mövqeyi seçmək üçün kiçik-çavuş Zərərçəkmiş şəxs3 daşlıq-qayalıq ərazidə düşürmüş, özü isə avtomobillə taqıma qayıtmışdır. Məntəqəyə daxil olan kimi dərhal taborun qərargah rəisinin maddi-texniki təminat üzrə köməkçisi mayor Zərərçəkmiş şəxs1 7-ci bölüyün dayaq məntəqəsinə gedən yolda tam təchizatlı və silahlı 4-5 erməni hərbçisini aşkar etməsini, bir erməni hərbi qulluqçusunun onun idarə etdiyi avtomobilə silah tuşlamasını, digərlərinin isə Ermənistan istiqamətində qaçmasını və qalan hərbiçini nəzarətdə saxlamaq məqsədilə Zərərçəkmiş şəxs3 ərazidə düşürməsini məruzə etmişdir. Mayor Zərərçəkmiş şəxs1 bu məlumatı alan kimi dərhal xidməti silahını götürüb onun idarə etdiyi «Kamaz» markalı avtomobilə minmiş, orada olan hazırda xatırlamadığı hərbi qulluqçulara da onların arxasınca gəlməsini tapşırdıqdan sonra birlikdə hadisə yeri olan əraziyə yollanmışlar. Hadisə yerində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Kəlbəcər rayonu ərazisindən keçən həmin hissəsi düzənlik və təpəlik relyefli olmaqla, Şimal-Şərqdən başlayaraq Cənub- Qərbə doğru uzanan, sağ və sol tərəf istiqamətləri təpəlik olan dərə boşluğundan ibarət olmuş, erməni hərbi qulluqçularının ən yaxın döyüş mövqeyi ilə hadisənin baş verdiyi yerə qədər məsafə təxminən 2 kilometrdən artıq olmuşdur. Qeyd edilən əraziyə çatıb orada müşahidədə qalan kiçik çavuş Zərərçəkmiş şəxs3 erməni hərbçisinin olduğu mövqeni öyrəndikdən sonra onlar perimetr üzrə müxtəlif istiqamətlərə dağılıb axtarışlara başlamış, erməni hərbi qulluqçunu aşkar etmək üçün dərə boşluğunun sağ tərəf istiqamətindəki təpəyə çıxmış, arxalarınca «Kamaz» markalı avtomobillə köməyə gələn taborun digər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, əsgərlər Zərərçəkmiş şəxs4la Zərərçəkmiş şəxs2 isə dərə boşluğundan çıxan yolda dayanıb müşahidə mövqeyi tutmuşlar. Təxminən beş dəqiqə ərzində davam edən axtarışlar zamanı o, erməni hərbi qulluqçusunun dərə boşluğundakı çayın kənarında zirehli və qış səhra gödəkçəsini əynindən çıxarıb yanında saxladığını, özünü isə çay daşına söykəmiş vəziyyətdə uzandığını görmüş, dərə boşluğunun sol tərəf istiqamətində olan təpənin üzərindən gələn mayor Zərərçəkmiş şəxs1 da, erməni hərbi qulluqçunu görmüşdür. Zərərçəkmiş şəxs1 əlqol hərəkətləri ilə təslim olmasına işarə etsə də sonuncu yanında saxladığı zirehli və qış səhra gödəkçəsini əyninə geyinib, zirehli gödəkçəsindən çıxardığı bir ədəd patron darağını «RPK» markalı əl pulemyotuna yerləşdirmiş, bunu görən Zərərçəkmiş şəxs1 üzərində olan avtomat silahını döyüşə hazır vəziyyətə gətirib, erməni hərbi qulluqçusunun olduğu yerin sağ və sol tərəfinə avtomatik atəş rejimində təxminən 10-15 atəş açdıqdan sonra erməni hərbi qulluqçusu təpə yamacına tərəf üzü üstə uzanmış, lakin qəfil Zərərçəkmiş şəxs1 doğru çevrilib əlindəki silahdan sonuncu istiqamətində iki-üç dəfə atəş açmışdır. Zərərçəkmiş şəxs1 özünü qorumaq üçün yerə uzandıqda, erməni hərbi qulluqçusu bu dəfə onun olduğu təpəyə tərəf dönərək həmin istiqmətdə 2-3 dəfə atəş açmış, o da atəşdən yayınmaq məqsədilə yerə uzanmışdır. Mayor Zərərçəkmiş şəxs1 yenidən ayağa qalxaraq erməni hərbi qulluqçusunun üzərinə avtomatik rejimdə atəşlər açmış, bundan sonra erməni hərbi qulluqçusu silahı yerə qoyaraq əllərini qaldırıb təslim olduğunu göstərmiş və mayor Zərərçəkmiş şəxs1 əl hərəkəti ilə erməni hərbi qulluqçusuna ona tərəf gəlməsini işarə etmişdir. Erməni hərbi qulluqçusu patron darağını silahdan ayırıb zirehli gödəkçəsinə yerləşdirmiş, silahını boşaltdıqdan sonra ayağa qalxaraq mayor Zərərçəkmiş şəxs1 tərəf getmiş, ayağından yaralandığına görə çətin hərəkət etmişdir. O əsgər Zərərçəkmiş şəxs3la bərabər təpənin üzərindən düşərək erməni hərbi qulluqçusunun arxası ilə getmiş, erməni hərbçisi silahını daşın üzərinə qoyduqdan sonra əsgər Zərərçəkmiş şəxs3 zirehli və qış səhra gödəkçəsini erməni hərbi qulluqçusunun əynindən çıxarmış, lakin erməni hərbçisi azərbaycan dilini, onlar isə erməni və rus dillərini bilmədiklərinə görə hadisə yerində sorğu-sual apara bilməmişlər. Məxfiçiyiə görə məni hərbi qulluqçusunun gözlərini və əllərini bağlayaraq «Kamaz» markalı avtomobilə mindirib ərazidən uzaqlaşmış və baş vermiş hadisə barədə hərbi hissə komandanlığına məruzə olunmuş, erməni hərbi qulluqçuya ilkin tibbi yardım göstərilmiş və hospitala təxliyyə olunmuşdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq göstərmişdir ki, ilk dəfə erməni hərbi qulluqçuları aşkar edərkən özləri 2 nəər, erməni hərbiçiləri isə 4-5 nəfər olsa da, ermənilər yəqin ki, Zərərçəkmiş şəxs3la birlikdə əraziyə avtomobildə gəldikləri üçün çoxlu adam olduğunu güman etmiş, ifşa edildiklərini başa düşüb ərazidən uzaqlaşmışlar. İlkin sorğu-sual zamanı Təqsirləndirilən şəxs onlara guya ov etmək məqsədilə azıb həmin əraziyə gəldiyini demişdir. Lakin həmin ərazidə əvvəllər hər hansı ov heyvanı və quşları müşahidə edilməmiş, özlərinin və erməni hərbi qulluqçularının nə vaxtsa ərazidə ov etmələrinin şahidi olmamışdır. Erməni hərbi qulluqçu Təqsirləndirilən şəxs şikayətçidir, məhkəmə tərəfindən ona ədalətli cəza verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş N saylı hərbi hissənin 3-cü taborunun maddi-texniki təminat taqımının, avtomobil manqasının sürücüsü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Zərərçəkmiş şəxs3 da Zərərçəkmiş şəxs5la eyniməzmunlu ifadə verərək əlavə olaraq göstərmişdir ki, dərə boşluğunda ilk dəfə erməni hərbi qulluqçuları meşahidə edərkən onların sayı 4-5 nəfər olmuş, biri onların avtomobilindən 20-30 metr, digərləri isə təxminən 100-150 metr aralı məsafədə olmuşdur. Kiçik çavuş Zərərçəkmiş şəxs5 avtomobili dayandırdıqda, nisbətən uzaqda olan erməni hərbi qulluqçuları dağınıq şəkildə öz döyüş postları istiqamətində qaçsa da, 20-30 metr yaxın məsafədə qalan tam təchizatlı, əynində isti qış və zirehli gödəkçəsi olan erməni hərbçisi yerə uzanaraq, üzərindəki «RPK» markalı əl pulemyotunu onların olduğu «Kamaz» markalı avtomobilə doğru tuşlamış, lakin atəş açmamışdır. Zərərçəkmiş şəxs5 ərazidə mobil şəbəkə, eləcə də digər rabitə əlaqə vasitəsi işləmədiyinə görə dəstək qüvvələri çağırmaqdan ötrü geri qayıdıb bölməyə məlumat vermək onu isə ərazidə qalan silahlı erməni hərbçisini nəzarətdə saxlamaq məqsədilə avtomobili geriyə təxminən 150 metr sürüb daşlıq qayalıq ərazidə saxlamışdırzərbaycan-Ermənistan şərti dövlət sərhədinin Kəlbəcər rayonu ərazisindən keçən həmin hissəsi düzənlik və təpəlik relyefli olmaqla, Şimal-Şərqdən başlayaraq Cənub-Qərbə doğru uzanan, sağ və sol tərəf istiqamətləri təpəlik olan dərə boşluğundan ibarətdir, erməni hərbi qulluqçularının ən yaxın döyüş mövqeyi ilə hadisənin baş verdiyi yerə qədər olan məsafə 2 kilometrdən çoxdur Zərərçəkmiş şəxs5 getdikdən sonra özü daşlıq ərazidə gizləndiyi mövqedən təxminən 5-10 dəqiqə müddətində təpənin yamacından yavaş-yavaş dərə boşluğuna enən erməni hərbi qulluqçusunu müşahidə dairəsindən itənədək vizual olaraq izləmiş qısa müddət sonra onunn yanına gələn kiçik çavuş Zərərçəkmiş şəxs5la taborun qərargah rəisinin maddi texniki təminat üzrə köməkçisi mayor Zərərçəkmiş şəxs1 erməni hərbi qulluqçusunu sonuncu dəfə gördüyü yeri göstərmişdir. Zərərçəkmiş şəxs1 tapşırığına əsasən onlar erməni hərbçisinin gizləndiyi istiqaməti müxtəlif ərazilərə dağılaraq mühasirəyə almaqla axtarışlara başlamış, o, dərə boşluğunun orta tərəfindəki təpəyə çıxmış, köməyə gələn taborun digər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, əsgərlər Zərərçəkmiş şəxs4la Zərərçəkmiş şəxs2 isə «Kamaz» markalı avtomobillə dərə boşluğundan çıxan yolu tutub ərazini müşahidə etmişlər. Təxminən beş dəqiqə davam edən axtarışlardan sonra dərə boşluğunda aşkar edilən erməni hərbi qulluqçusuna sol təpə istiqamətindən gələn mayor Zərərçəkmiş şəxs1 əl-qol hərəkətləri ilə təslim olmasını işarə etsə də erməni hərbçisi zirehli və qış səhra gödəkçəsini əyninə geyinib, zirehli gödəkçəsindən çıxardığı bir ədəd patron darağını «RPK» markalı əl pulemyotuna yerləşdirmiş, mayor Zərərçəkmiş şəxs1 erməni hərbi qulluqçusuna tərəf avtomatik atəş rejimində təxminən 10-15 atəş açmışdır. Erməni hərbi qulluqçusu üzü üstə təpə yamacına tərəf uzanıb qəfil mayor Zərərçəkmiş şəxs1 doğru çevrilmiş və əlindəki silahdan sonuncu istiqamətində iki dəfə atəş açmışdır. Mayor Zərərçəkmiş şəxs1 dərhal yerə uzandıqda, erməni hərbçisi bu dəfə digər təpənin üstünə, kiçik-çavuş Zərərçəkmiş şəxs5 istiqamətinə çevrilib 2-3 dəfə atəş açmış Zərərçəkmiş şəxs5 da atəşdən yayınmaq məqsədilə yerə uzanmış və elə bu vaxt mayor Zərərçəkmiş şəxs1 yenidən ayağa qalxaraq erməni hərbi qulluqçusunun üzərinə avtomatik rejimdə atəşlər açmış, yalnız bundan sonra erməni hərbi qulluqçusu silahını yerə qoyaraq əllərini havaya qaldırıb təslim olmuşdur. Mayor Zərərçəkmiş şəxs1 əl hərəkəti ilə erməni hərbi qulluqçusuna yaxınlaşmasını işarə etmiş, erməni hərbi qulluqçusu bu vaxt patron darağını silahından ayırıb zirehli gödəkçəsinə yerləşdirmiş və silahını boşaltdıqdan sonra ayağa qalxıb mayor Zərərçəkmiş şəxs1 doğru getməyə başlayanda o, erməni hərbçisinin ayağından yaralandığına görə çətin hərəkət etdiyini görmüşdür. Təslim olan erməni hərbi qulluqçusunun arxası ilə o, kiçik çavuş Zərərçəkmiş şəxs5la birlikdə təpənin üzərindən düşərək erməni hərbçisinin arxası ilə getmiş, erməni hərbçisi silahını daşın üzərinə qoyduqdan sonra o, erməni hərbçisinin əynindən zirehli və qış səhra gödəkçəsini çıxarmışdır. Təqsirləndirilən şəxs şikayətçidir, ona ömürlük azadlıqdan məhrumetmə cəzasının verilməsini xahiş edir. Məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxs N saylı hərbi hissənin 3-cü taborunun 7-ci bölüyünün 2-ci taqımının sürücüsü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs4 göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində 3-cü taborun maddi-texniki təminat taqımının avtomobil manqasının sürücüsü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Zərərçəkmiş şəxs5 idarə etdiyi «Kamaz» markalı avtomobillə taqımın yerləşdiyi məntəqəyə daxil olaraq, taborun qərargah rəisinin madditexniki təminat üzrə köməkçisi mayor Zərərçəkmiş şəxs1 7-ci bölük istiqamətində gedən yolda təxminən 4-5 erməni hərbi qulluqçusu gördüklərini, birinin onlara silah çəkdiyini, digərlərinin isə qaçdığını, əsgər Zərərçəkmiş şəxs3 ərazidə qalaraq erməni hərbi qulluqçusunu müşahidə etdiyini məruzə etmiş, myor Zərərçəkmiş şəxs1 özünə təhkim edilmiş silahı götürərək kiçik çavuş Zərərçəkmiş şəxs5 idarə etdiyi «Kamaz» markalı avtomobillə həmin əraziyə gedərkən, ona və taborun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs2 də gəlməsini tapşırmışdır. Dəstək məqsədilə silahını götürüb taborun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs2 ilə birlikdə idarə etdiyi «Kamaz» markalı avtomobillə kiçik çavuş Zərərçəkmiş şəxs5 idarə etdiyi «Kamaz» markalı avtomobilin arxası ilə hərəkət etmiş, taqımın yerləşdiyi məntəqədən təxminən 2.5 km məsafədə yerləşən hadisə yerinə, yəni Şimal-Şərqdən başlayaraq Cənub-Qərbə doğru uzanan düzənlik və təpəlik relyefə malik dərə boşluğunun üst təpələrinə çatıb, kiçik çavuş Zərərçəkmiş şəxs3 erməni hərbçisinin yerləşmə mövqeyini öyrəndikdən sonra müxtəlif istiqamətlərə dağılaraq axtarışlara başlamışlar. O, idarə etdiyi «Kamaz» markalı avtomobili dərə boşluğundan çıxan yolun önündə saxlayaraq dərə boşluğundakı çayın kənarında yerləşən çay daşına söykənmiş vəziyyətdə erməni hərbi qulluqçusunun olduğunu görmüş, bu zaman avtomat silahdan açılan atəş səsləri tərəfə baxdıqda, erməni hərbi qulluqçusunun kiçik çavuş Zərərçəkmiş şəxs5 istiqamətinə atəş açdığını görmüş və dərhal öz avtomat silahını döyüş vəziyyətinə gətirərək erməni hərbçisinə tərəf iki dəfə atəş açmışdır. Daha sonra idarə etdiyi «Kamaz» markalı avtomobilə minərək hadisə yerinə yollandıqda, artıq təslim olub silahını yerə qoyan erməni hərbi qulluqçusunun gözlərini və əllərini bağlamaqla, «Kamaz» markalı avtomobilə mindirib ərazidən uzaqlaşmış və baş vermiş hadisə barədə hərbi hissə komandanlığına məruzə olunmuşdur. Təqsirləndirilən şəxs şikayətçidir, ömürlük azadlıqdan məhruetmə cəzası verilməsini xahiş edir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Müdafiə Nazirliyi N saylı hərbi hissənin 3-cü taborunun 8-ci bölüyünün baş sürücüsü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs2 eyniməzmunlu ifadə verərək, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 dediklərini təsdiq etmiş, Təqsirləndirilən şəxs ən ağır cəza olan ömürlük azadlıqdan məhrumetmə cəzası verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1595 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarət - sol baldır nahiyəsinin aşağı 1/3-nin arxa səthindən nüfuz edərək (giriş dəliyi) sol incik sümüyünün diafizin açıq, qəlpəli, yerini dəyişən sınığı ilə müşaiyət olunan və sol baldır nahiyəsinin aşağı 1/3-nin bayır səthindən xaric olan (çıxış dəliyi) bir ədəd dəlib-keçən odlu silah-güllə yarası patronuna güllə qoyulmuş odlu silahla atəşin əlavə faktorlarının təsir etmədiyi məsafədən (1,5-2 metrdən uzaq məsafə) açılmış bir atəş nəticəsində əmələ gəlmiş, yara kanalının istiqaməti arxadan-önə, içəridən-bayıra və bir qədər aşağıdanyuxarıya doğru olmaqla, dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa «AZ AĞİR» zərər vurmaya aiddir və hadisənin baş verdiyi tarixdə odlu silahdan açılmış atəş nəticəsində əmələ gələ bilərdi. Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş odlu silah yarasının lokalizasiyası və yara kanalının istiqaməti həmin xəsarətin şəxsin özü tərəfindən yetirilməsi üçün xarakterik deyil, xəsarət alan zaman atəş açan şəxslə müxtəlif vəziyyətlərdə, o cümlədən arxası atəş açan şəxsə tərəf ola bilərdi. Həmçinin, onun bədən səthində bərk küt əşyanın təsirindən və eləcə də döyülmə nəticəsində əmələ gələ biləcək hər hansı bir xəsarət (qançır, sıynq və s.) aşkar edilməmiş, sol bud nahiyəsində müəyyən edilən stranqulyasiya şırımı isə həmin ayaqda olan yaradan qanaxmanı dayandırmaq üçün ilkin tibbi yardım zamanı qoyulmuş rezin sıxıcının izidir və buna görə də həmin şırım sağlamlığa zərər vurma dərəcəsinin təyinində nəzərə alınmamışdır. İş üzrə təyin edilmiş və məhkəmədə araşdırılmış Səhiyyə Nazirliyinin Məhkəmə X2 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 2606 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Aşoti hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, həmçinin ittiham olunan əməl dövründə onda hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğuna görə ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilir. o, hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur, o, iş üçün vacib olan halları düzgün qavramaq iqtidarındadır. Təqsirləndirilən şəxs idrak prosesləri (duyğu, qavrayış, diqqət, hafizə, təfəkkür və s.) normaya uyğun olduğundan o, iş üçün əhəmiyyət kəsb edə biləcək qıcıqlandırıcını qəbul etmək qabiliyyətinə malikdir və onda yüksək təlqin etmək əlamətləri müşahidə edilir. Onda özündən uydurmağa və fantazyorluğa meylilik əlamətləri müşahidə edilməsə də, situasiyanı öz xeyrinə yönəltmək məqsədilə hadisələri təhrif edib danışa bilər. Təqsirləndirilən şəxs eidetik yaddaş müəyən edilməsə də, onun digər yaddaş prosesləri normaya uyğun olduğundan o, həmin ərazidə sərbəst hərəkətini təmin edə bilərdi. Cinayət işi üzrə təyin edilmiş və məhkəmədə araşdırlmış Ədliyyə Nazirliynin Məhkəmə Ekspertizası Mərkəzinin kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 11/497 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmur, o, fərdi-psixoloji xüsusiyyətlərinə görə ekstravertə (insanın psixi fəaliyyətinin xarici aləmə yönəlməsi) daha yaxındır və fərdi-psixoloji xüsusiyyətlərində ünsiyyətcillik, aktivlik, ehtiyatlılıq və dəyişkənlik kimi əlamətlər üstünlük təşkil edir. Təqsirləndirilən şəxs psixi inkişafına, fərdi-psixoloji xüsusiyyətlərinə, eləcə də hadisənin baş verdiyi konkret şəraitə görə iş üçün əhəmiyyətli halları düzgün olaraq dərk etmək, o cümlədən sensor-perseptiv (duyğu və qavrayış) prosesləri normal inkişaf etməklə, qıcıqlandırıcıları qəbul etmək, onları analiz və sintez etmək qabiliyyətlərinə malikdir. Onda yüksək təlqin etmək (öz maraqlarına uyğun olaraq qarşısındakı insanı inandırmaq, qarşısındakının fikrini dəyişmək bacarığı) əlamətləri müəyyən olunur, lakin fərdipsixoloji xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri üzə çıxmır, bununla belə o, fərdi-psixoloji xüsusiyyətlərinə görə qarşılaşdığı şəraitdən asılı olaraq verdiyi informasiyaları təhrif edə bilər. Təqsirləndirilən şəxs eidetik yaddaş əlamətləri müəyyən olunmur, lakin onun vizual yaddaşı yaxşı inkişaf etməklə o, ərazidə sərbəst hərəkətini təmin edə bilərdi. İş üzrə təyin edilmiş və məhkəmədə araşdırılmış Ədliyyə Nazirliynin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-3/1344;3/1345 nömrəli, kompleks məhkəmə ballistik-trasoloji və kriminalistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah zavod üsulu ilə 1960-ci ildə, İjevsk mexaniki zavodunda istehsal edilmiş, «Kalaşnikov» konstruksiyalı, 7,62 mm kalibrli, «RPK» markalı, 198 nömrəli pulemyotdur - yivli odlu döyüş silahıdır, saz vəziyyətdədir, üzərində hər hansı zədə yoxdur və təyinatı üzrə atəş açmaq üçün yararlıdır, döyüş vəziyyətinə gətirib tətiyini çəkmədən ondan öz-özünə atəş açılmır. Təqdim edilən 20 (iyirmi) ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik «Kalaşnikov» konstruksiyalı «AK» («AKM», «AKS», «AKMS») markalı avtomat silahlarda, «RPK» («RPKS») markalı əl pulemyotlarında, «SKS» karabinində və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patrondur, döyüş sursatı hesab edilir, üzərində hər hansı zədə yoxdur, təyinatı üzrə istifadəyə (atəşə) yararlıdır. Onlardan, 4 (dörd) ədəd gülləsinin uc hissəsi yaşıl rəngdə olan patron həmçinin izburaxan-istiqamət göstərmək təyinatına malikdir. Bir ədəd predmet «Kalaşnikov» konstruksiyalı «PPK» və.s markalı əl pulemyotların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə istehsal edilmiş, 45 (qırx beş) ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik olan sandıqçadır, saz vəziyyətdədir, təyinatı üzrə istifadəyə yararlıdır. Eləcə də, üzərində «39C-23 nömrəli material üzrə maddi sübutlar, 01 ədəd giliz, 01 ədəd patron /imza/ möhür/» yazı qeydləri olan bağlamada təqdim edilmiş 01 (bir) ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, pistonu mərkəzdən alışan, 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik «Kalaşnikov» konstruksiyalı «AK» («AKM», «AKS», «AKMS») markalı avtomat silahlarda, «RPK» («RPKS») markalı əl pulemyotlarında, «SKS» karabinində və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən patrondur, təyinatı üzrə istifadəyə (atəşə) yararlıdır. Həmin patronun hazırki ekspertiza tədqiqatı aparılan silahın patronluğuna yerləşdirilib-yerləşdirilməməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin, «39C-23 nömrəli material üzrə maddi sübutlar, 01 ədəd giliz, 01 ədəd patron /imza/ möhür/» yazı qeydləri olan bağlamada təqdim edilmiş 01 (bir) ədəd giliz 7,62 mm kalibrli «AK», «AKM», «AKMS» modelli avtomat silahlarda, «RPK» əl pulemyotlarında, «SKS» karabinlərdə və s. uyğun kalibrli silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə istehsal edilmiş 7,62 mm kalibrli patronun atəş prosesində ayrılmış hissəsidirgilizdir, təqdim edilmiş vəziyyətdə döyüş sursatı hesab edilmir, təyinatı üzrə istifadəyə (atəşə) yararsızdır. Həmin giliz təqdim edilmiş «RPK» markalı 198 nömrəli silahdan atılmışdır. Tədqiqata təqdim edilmiş silahın lülə kanalından atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə əsasən, həmin silahdan sonuncu təmizlənmədən sonra atəş (atəşlər) açılmışdır. Təqdim edilən bir ədəd hərbi şalvarın və sol tay hərbi çəkmənin üzərində rəyin tədqiqi hissəsində qeyd edilən sayda və ölçüdə zədələr vardır. Həmin zədələrin formasına, ölçüsünə, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəcikləri və mis metal izinin aşkar edilməsinə əsasən, şalvarın ön sol ayaqlığın aşağı hissəsində olan zədə və sol tay çəkmənin arxa yan hissəsindəki zədə giriş, şalvarın arxa sol ayaqlıq hissəsindəki zədə və çəkmənin ön hissəsindəki zədə çıxış zədəsi olmaqla, (şalvarın ayaqlıq hissəsi çəkmənin içərisində bükülmə və fırlanma nəticəsində şalvarın ön aşağı hissəsində olan zədə giriş, arxa aşağı hissəsindəki zədə isə çıxış zədəsidir) odlu silahdan açılmış bir atəş nəticəsində diametri təxminən 7.62 mm kalibrli güllənin təsirindən bir metrdən yuxarı məsafədən arxadan-önə doğru istiqamətdə yetirlməyə xarakterikdir. O cümlədən, bir ədəd hərbi zirehli gödəkçə, bir ədəd gödəkçə, bir ədəd bel kəməri, bir ədəd papaq, sağ tay çəkmə, bir ədəd kitel, bir ədəd yun papaq, bir ədəd qısaqol köynəyin səthindən atəşin əlavə faktoru olan tam yanmamış, tüstüsüz barıt hissəcikləri aşkar edilmişdir. Eyni zamanda, bir ədəd alt tumanı və bir ədəd corabın səthindən atəşin əlavə faktoru olan tam yanmamış, tüstüsüz barıt hissəciklərinin mövcudluğu müəyyən olunmamışdır. Sadalanan geyim əşyalarının üzərində odlu silahdan açılan atəş nəticəsində güllənin təsirindən yaranmağa xarakterik zədə (zədələr) aşkar edilmədi. Habelə, hərbi geyim əşyaları sol tay çəkmə və şalvar üzərində olan (giriş, çıxış) zədələr yerləşmə yerinə istiqamətinə görə bir-biri ilə və Təqsirləndirilən şəxs bədən xəsarətinə dair məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1595 nömrəli rəyində qeyd edilən bədən xəsarəti ilə üst-üstə düşməklə nisbi uyğunluq təşkil edir. Cinayət işinə əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu üzvünün aşkar edildiyi yer düzənlik və təpəlik relyefli, Şimal-Şərqdən başlayaraq Cənub-Qərbə doğru uzanan dərə boşluğundan ibarət Azərbaycan- Ermənistan şərti dövlət sərhədinin Kəlbəcər rayonu ərazisindən keçən hissəsidir. Sağ tərəf istiqamətindəki təpənin hündürlüyü 50 metr, sol tərəf istiqamətindəki təpənin hündürlüyü isə 20 metr təşkil edən həmin dərə boşluğunun ərazisi iri və kiçik ölçülü çay daşlarından, quru və yaşıl ot örtüyündən, həmçinin çöl bitkilərindən ibarət olmaqla, dərə dibində eni 1.50 metr, dərinliyi isə 20 sm olan axar sulu kiçik gvardır. Hadisənin baş verdiyi ərazidən Ermənistan Silahlı Qüvvələrinin ən yaxın döyüş mövqeyinə qədər olan məsafə 2.45 km-dir. Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu üzvünün aşkar olunduğu yer dərə boşluğunun sol tərəf istiqamətindəki təpənin üzərindən 35 dərəcəli bucaq altında dərə dibinə doğru 30 metr məsafədə yerləşməklə, həmin yer iri və kiçik həcmli çay daşlarından, quru və yaşıl ot örtüyündən ibarətdir. Erməni hərbi qulluqçusunun çay (qurumuş) kənarında uzandığı yerdə ot örtüyü əzilmiş və tapdalanmış vəziyyətdə olmaqla, söykəndiyi iri həcmli çay daşı üzərində də güllənin təsirindən yaranması ehtimal edilən zədələr mövcuddur. Baxış zamanı qeyd olunan çay daşının dibində ot örtüyünün arasından bir ədəd patron, çay daşının arxa tərəfindən axan çayın dibindən bir ədəd gilizə bənzər metal predmet aşkar edilmiş və müəyyən olunmuşdur ki, həmin gilizlə erməni hərbi qulluqçusunun atəş açdığı yer arasında məsafə 4,25 metr təşkil edir. Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu üzvlərindən birinin Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçularına atəş açdığı və zərərsizləşdirildiyi yerdə aşkar edilən «270 76» nümunəli bir ədəd patron və bir ədəd giliz 7,62 mm kalibrlidir. Cinayət işinə əlavə edilmiş məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Ermənistan Respublikasının hərbi qulluqçusu Təqsirləndirilən şəxs üzərindən bir ədəd «SƏ 198» nömrəli 7,62 mm kalibrli «RPK» markalı əl pulemyotu, bir ədəd 45 patron tutumuna malik olan sandıqça, 270-76 nümunəli 15 (on beş) ədəd 7,62 mm PS patronu, 539-73 nümunəli bir ədəd 7,62 mm PS patronu, 711-75 nümunəli iki ədəd 7,62 mm T-45 patronu, 711-77 nümunəli bir ədəd 7,62 mm T-45 patronu, 711-80 nümunəli bir ədəd 7,62 mm T-45 patronu, o cümlədən bir ədəd zirehli gödəkcə, bir ədəd hərbi qış səhra tipli gödəkcə, bir cüt qara rəngli hərbi çəkmə, bir ədəd hərbi səhra tipli papaq, bir ədəd hərbi bel kəməri, bir ədəd hərbi səhra tipli kitel, bir ədəd hərbi səhra tipli şalvar, bir ədəd tünd qırmızı rəngli qısaqol köynək, bir ədəd yun papaq, bir ədəd alt tumanı və bir ədəd qara rəngli corab götürülmüşdür. Sadalanan geyim əşyalarından, bir ədəd qara rəngli sol tay çəkmə və bir ədəd hərbi səhra tipli şalvarda dəlib-keçən zədələr və hər iki əşya üzərində tünd qəhvəyi rəngli qanabənzər ləkələr aşkar edilmişdir. Digər geyim elementləri – bir ədəd hərbi qış səhra tipli gödəkcə, bir ədəd qara rəngli sağ tay çəkmə, bir ədəd hərbi səhra tipli papaq və bir ədəd yun papağın üstündə tünd qəhvəyi rəngli qanabənzər ləkələrin mövcudluğu müəyyən olunsa da, üzərlərində hər-hansı zədə aşkar olunmamışdır. Bundan başqa, bir ədəd hərbi səhra tipli kitel, bir ədəd qısaqol köynək, bir ədəd alt tumanı və bir ədəd corab üzərində isə iş üçün əhəmiyyət kəsb edən hər-hansı iz müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “sübutların qiymətləndiirlməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 1 ədəd «SƏ 198» nömrəli 7,62 mm kalibrli «RPK» markalı əl pulemyotu, 21 ədəd 7,62 mm kalibrli patron (həmin 21 ədəd patronun altı ədədi espertiza tədqiqatı zamanı eksperimental atəşlərdə istifadə edilib), «270 76» nümunəli 1 ədəd 7,62 mm kalibrli giliz, 1 ədəd zirehli gödəkcə, 1 ədəd hərbi qış səhra tipli gödəkcə, 1 cüt qara rəngli hərbi çəkmə, 1 ədəd hərbi səhra tipli papaq, 1 ədəd xaki rəngli hərbi bel kəməri və 1 ədəd hərbi səhra tipli şalvar maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Müdafiə Nazirliyinini Maddi-Texniki Baş idarəsinin raket-artilleriya silahları idarəsində saxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Aşoti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120.2.11, 29.120.2.12, 206.3.2, 214.2.1, 214.2.3, 228.2.1, 283.2.1, 318.2-ci maddələri ilə verilmiş ittiham üzrə qeyd edilən cinayət əməllərini törətməsi məhkəmə istintaqında tədqiq edilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və istintaq hərəkəti protokolları cinayət işinin digər obyektiv materialları ilə Təqsirləndirilən şəxs Aşoti qabaqcadan əlbir olan bir qrup şəxs halında, ümumi təhlükəli üsulla, iki və ya daha çox zərərçəkmiş şəxsi xidməti vəzifəsinin yerinə yetirməsi, eləcə də, terrorçuluqla əlaqədar, milli ədavət və düşmənçilik niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasında ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq və dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə odlu silahdan istifadə etməklə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan digər hərəkətlər törətməklə terrorçuluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhəddini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında hərbi silahı, o cümlədən odlu silah və döyüş sursatını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirmiş, zor tətbiq etməklə milli nifrət və düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə edib, özündə saxlamış və daşıyaraq gəzdirməsi tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında göstərdiyi, Azərbaycan Respublikasının ərazisinə xx.xx.2023-cü ildə hava şəraiti çiskin olduğuna görə öz mövqeləri və Cermux yaşayış məntəqəsi istiqmətində getmək istəyərkən tək keçib azaraq gəlməsi, xx.xx.2023-cü ildə tək döyüş postundan çıxarkən özünümüdafiə etmək və izah edə bilmədiyi səbəbdən özü ilə ona təhkim edilmiş silah-sursat və hərbi ləvazimatla çıxmasını, yuxudan ona həmin istiqamətdə getməsi, məqsədinin yenilik axtarmaq və ov etmək olduğu, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına qorxduğu üçün atəşlər açması, terrorçuluq cinayəti törətməməsi, milli zəmində düşmənçilik salmaması barədə ifadələrinə tənqidi yanaşaraq həmin hissədə sübut növü kimi qəbul etmir, qeyd edilənlər təqsirləndirilən şəxsin özü ifadəsindən başqa digər sübut növləri ilə təsdiq edilmədiyindən və zərərçəkmiş şəxslərin ifadələri iş materialları və cinayət işinin obyektiv halları ilə inkar edildiyindən məhkəmə həmin ifadələri təqsirləndirilən şəxsin öz cinayət məsuliyyətini yüngülləşdirmək, ağır cəzadan yayınmaq məqsədi daşıdığından uğursuz özünümüdafiə cəhdi kimi qiymətləndirir və gəldiyi nəticəni aşağıda göstərilən sübut növləri ilə əsaslandırır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazisinə azıb gəlməsi, yolu hava şəraiti çiskin dumanlı olduğuna görə itirməsini bildirməsini işin halları ilə tam ziddiyət təşkil edir. Belə ki, hadisə yerinə baxış keçirilməsi haqqında protokol və əlavə edilmiş fotocədvəllərdən, zərərçəkmiş şəxslərin ifadələrinin yerində yoxlanılması haqqında protokol və fotocədvəllərdən görünür ki, hadisə yerində Ermənistan və Azərbaycan Respublikasının şərti olaraq dövlət sərhəddində olan mövqeləri üzbəüz yerləşməklə erməni tərəfi azərbaycan mövqelərini aydın şəkildə müşahidə etmək qabiliyyətindədir. Həmçinin Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsindən başlayaraq bütün araşdırma və məhkəmə baxışı zamanı verdiyi ifadəsində döyüş növbətçiliyini apardığı postu və qarşı mövqeləri sərbəst şəkildə müşahidə etmiş, öz deməsinə görə təxminən 15-20 gün həmin ərazidə fasiləsiz xidmət aparmışdır. Göstərilənlər, təqsirləndirilən şəxsin həm öz xidmət ərazisini, həm də Azərbaycan mövqelərini tanımasını, ərazinin relyefi və əlaqə yollarını bilməsini təsdiq edir, təqsirləndirlən şəxsin azaraq Azərbaycan Respublikasının ərazisinə gəlməsi ehtimalını istisna edir. Bundan başqa iş materialları və zərərçəkmiş şəxslərin ifadələri, hadisənin baş verdiyi ərazinin yerləşdiyi coğrafi mövqe və iqlim şəraiti, mövsümün yay fəsli olması da hadisə vaxtı həmin ərazidə güclü çiskin və duman olması ehtimalını inkar edir. Təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs məhkəmə baxışında verilmiş suallara cavab olaraq Azərbaycan Respublikası ərazisinə gah ov etmək, gah yuxudan həmin istiqamətdə hərəkət etməsi bildirildiyinə görə gəlmək, gah da həmin ərzilər onda maraq yaratdığı üçün yenilikləri görmək üçün gəlmək istəməsini bildirməsini isə məhkəmə tərkibi təqsirləndirilən şəxsin məhkəmədə qeyri-səmimi olması, hadisələri kifayətə qədər aydın qavrama və təsviretmə qabiliyyətinə malik olsa da guya xatırlamama kimi göstərməklə cəzadan yayınmaq istəyi kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin məhkəmə baxışında göstərdiyi digər xüsusat yəni Azərbaycan Respublikası hərbi qulluqçularına qorxduğu üçün atəş açmasına münasibətdə isə məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxslərin ifadələri hadisənin baş vermə vaxtına və təqsirləndirilən şəxsə verilmiş ittihama əsasən onun digər şəxslərlə (hərbi qulluqçu və qeyriləri ilə) Ermənistan Respublikası Silahlı Qüvvələrinin Cermux ərazisində yerləşən postunu bütün təchizatla gecə saatları təxminən 03-04 aralığında tərk edərək havanın qaranlıq olmasından istifadə edib, minalanmayan və patrul xidməti olmayan dərə boşluğu ilə Azərbaycan Respublikasının ərazisinə keçməsi istisna edilmir. Lakin Təqsirləndirilən şəxs məhkəmə baxışında göstərdiyi kimi Azərbaycan Silhalı Qüvvələrinin ərazidə dislokasiya edilmiş hərbi qulluqçuları tərəfindən aşkar edilməsi və silahlı münaqişə xx.xx.2023-cü il tarixdə, saat 11:00 radələrində baş vermişdir. Həmin vaxt isə hava aydın olmuş, həm erməni, həm də azərbaycan döyüş mövqelərindən kifayət qədər məsafədə aydın görünmüş, hətta bununla bağlı erməni dövlət rəsmilərinin rəsmi sosial şəbəkə hesablarında Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra “Kamaz” markalı avtomobillə ərazidən aparılması qeydə alınmış və bununla bağlı paylaşım edilmişdir. Bununla bağlı məhkəmə baxışında dindirilmiş zərərçəkmiş şəxslər də erməni döyüş mövqelərinin nisbətən yüksəkdə yerləşməsini, həmin ərazidə şərti olaraq “snayper postu” adlandırdıqları döyüş mövqeyinin olmasını və orada stasionar müşahidə kamerasının quraşdırılmasını, qeyd edilən çəkilişin məhzhəmin kamera ilə aparılmasını göstərmişlər. Təkcə həmin halın özü Qakig Voskanyanın ifadələrində göstərdiyi qaranlıqda danışıq səsləri gəlməsi və zirehli texnika (tank) səsi eşitdiyi üçün Azərbaycan hərbi qulluqçularına atəş açmasının yalan olduğunu göstərir. Məhkəmə təqsriləndirilən şəxsin öz müdafiəsini üçün gətirdiyi dəlillərdən digəri olan əraziyə ov etmək məqsədi, yaxud yuxuda ona həmin əraziyə getməsini bildirməsi ilə bağlı qeyd edir ki, göstərilən ərazidə hər hansı ov quşu, yaxud ov heyvan(ları)nın əvvəllər müşahidə edilməsi, həm erməni həm də azərbaycan hərbi qulluqçularının xidmətdənkənar vaxtda orada ovla məşğul olması mümkün deyil. Çünki ərazi hər iki ölkənin şərti sərhəd zolağında olduğundan hər iki tərəfin nizamnamələrinə əsasən ərazidə qeyri-hərbi fəaliyyətin qadağan edilməsi istisna edilmir, atəş səsləri isə hər iki tərəfdə qarşı tərəfin hücum etməsi, hərbi əməliyyata başlaması, mövqelərin irəliləmə cəhdi, yaxud hansısa məqsədlə təxribat törətməsi kimi qiymətləndirilə bilər. Məhkəmə həmçinin göstərir ki, təqsirləndirilən şəxsin üzərində olan ona təhkim edilmiş yivli odlu silah olan RPK pulemyotu ovda alət kimi istifadə üçün deyil, düşmənin canlı qüvvəsini və yüngül zirehli texnikasını sıradan çıxartmaq, atəş nöqtələrini susdurmaq və şəxsi heyətin hücumda hərəkət təhlükəsizliyini təmin edən, müdafiədə isə davamlı atəşə imkan verən yivli odlu silahdır. Təqsirləndirilən şəxsin saxlanılarkən üzərində olan zirehli qoruyucu jilet, pulemyot sandıqçası və dəmir döyüş dəbilqəsindən ov məqsədilə istifadə edilməsi isə hər hansı hüquqi qiymətləndirmə və tövsif tələb etmədən adi şüur və məntiqlə ovda istifadə edilməni istisna edir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə təsdiq etsə də məhkəmə inkar etdiyi milli zəmində düşmənçilik salınması ilə bağlı bütün həyatı dövründə cəmiyyətdə və hərbi xidmətdə olduğu müddətdə ona həmin fikirlərin aşılanması ilə bağlı göstərir ki, təəssüflər olsun ki, 35 ildən artıq davam edən silahlı münaqişənin kökündə heç bir əsası olmayan milli düşmənçilik dayanır. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizalarının rəylərindən görünür ki, Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri yoxdur, onda yüksək təlqin etmək (öz maraqlarına uyğun olaraq qarşısındakı insanı inandırmaq, qarşısındakının fikrini dəyişmək bacarığı) əlamətləri müəyyən olunur və o, fərdi-psixoloji xüsusiyyətlərinə görə qarşılaşdığı şəraitdən asılı olaraq verdiyi informasiyaları öz xeyrinə, yəni məsuliyyətdən yayınmaq məqsədilə təhrif edə bilər, eləcə də, Təqsirləndirilən şəxs vizual yaddaş yaxşı inkişaf etdiyindən o, ərazidə, hətta ona tanış olmayan ərazidə belə sərbəst hərəkətini təmin edə bilər. Bu isə öz növbəsində Təqsirləndirilən şəxs törətdiyi əməlləri məhz qeyd edilən motiv və məqsədlə cinayətkar niyyətlə törətməsini, lakin cinayət məsuliyyətindən yayınmaq məqsədilə hadisələrin həqiqi məzmununu təhrif etməklə qarşılaşdığı şəraiti öz xeyrinə dəyişməyə cəhd etməsini, fərdi xüsusiyyətlərindən istifadə edərək xəritə və digər müvafiq materiallar vasitəsilə çətin dağ relyefi olan ərazidə əlverişli mövqe tutmağa və sərbəst hərəkətini təmin edə bilərdi. «Terrorçuluğa qarşı mübarizə haqqında» Azərbayca Respublikasının 18 iyun 1999-cu il tarixli qanununun 1-ci maddəsinə əsasən terrorçuluq dedikdə adamların həlak olması...... başqa ağır nəticələrin baş verməsi təhlükəsi törədən partlayışların, yanğınların və ya digər hərəkətlərin edilməsi, bu hərəkətlər ictimai təhlükəsizliyi pozmaq, əhalini qorxutmaq, hakimiyyət orqanlarının qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə, habelə həmin məqsədlə bu hərəkətlərin törədilməsinə yönəldilmiş hədə başa düşülür. Cinayət qanunvericiliyinə əsasən şəxsin ictimai təhlükəsizliyi pozmaq və əhali arasında vahimə yaratmaq məqsədilə insanların həlak olması və ya onların sağlamlığına zərər vurulması təhlükəsi yaradan hərəkətləri etməsi onun terrorçuluq maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün əsasdır (kəsik tərkibli cinayət) və həmin hərəkətlərin edildiyi andan cinayət əməli bitmiş hesab edilir, bu zaman hər hansı ağır nəticələrin baş verməsi tələb edilmir. Terrorçuluq hərəkətlərinin törədilməsi zamanı qəsdən adam öldürməyə cəhd edildikdə həmin əməl terrorçuluq cinayətinin tərkibi ilə əhatə olunmur və əlavə olaraq 29,120-ci maddələri ilə cinayətlərin məcmusu qaydasında tövsif edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olduğu bir qrup şəxslə birlikdə tam silahlanmış halda Azərbaycan Respublikasnın suveren ərazisinə daxil olduğu və mövqelərimizin dərinliklərinə doğru irəlilədiyi andan həmin ərazidə xidmət aparan hərbi qulluqçularımızın həyatı və sağlamlığı üçün real təhlükə yaratmış öz cinayətkar əməl və niyyətlərini davam etdirərək döyüş mövqelərində xidmət aparan hərbi qulluqçularımıza çoxsaylı atəş açmaqla onların öldürülməsinə cəhd etmiş, lakin ərazidə cəmlənmiş hərbi qulluqçuların sayının çox olması, təxribat-diversiya qrupunun üzvləri olan əlbir olduğu şəxslərin onu tərk edib müxtəlif istiqamətlərdə hadisə yerindən yayınmaları, Silahlı Qüvvələrimizin hərbi qulluqçularının düzgün mövqe seçməklə atəşdən yayınmağa nail olmaları səbəbindən məhz qəsdən adam öldürmə cinayətini iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməmişdir. Mövcud cinayət qanunvericiliyinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələri və döyüş sursatını saxlama, daşıma və gəzdirmə CM-nin 228.1-ci, həmin predmetlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsi Cinayət Məcəlləsinin 206.3.2 və 228.2.1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs Aşoti, hərbi silah hesab edilməklə odlu silah və döyüş sursatları olan SƏ 198 nömrəli RPK-74 əl pulemyotu, ümumilikdə 30 (otuz) ədəd patronu, eləcə də, 1 (bir) ədəd zirehli gödəkcə və 1 (bir) ədəd hərbi geyim dəstini, qrupun digər üzvləri isə istintaqla marka və modeli müəyyən edilməyən odlu silah, onun komplekt hissələri və müxtəlif kalibrli döyüş sursatlarını əldə etdikdən sonra qanunsuz olaraq saxlamış, habelə üzərlərində gəzdirməklə Azərbaycan Respublikasının dövlət sərhədləri ilə üst-üstə düşən Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından və gömrük nəzarətindən kənar, yəni gömrük orqanlarının müəyyən etdiyi yer və məntəqələrdən kənar keçirmiş, habelə həmin əməli hazırda istintaqa məlum olmayan Ermənistan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmişdir, bu səbəbdən də, onun həmin hissədə əməli CM-nin 206.3.2 və 228.2.1-ci maddələri ilə tövsif edilmişdir. Milli mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılması və ya üstünlüklər müəyyən edilməsi həm bilavasitə, həm də dolayı, həm açıq, həm də üstüörtülü şəkildə edilə bilər. Milli mənsubiyyətindən asılı olaraq insanların hüquqlarının məhdudlaşdırılması və ya bu əsasda üstünlüklər (imtiyazlar) müəyyən etmədə ifadə oluna bilər. Zor tətbiq etməklə törədilmə CM-in 283.2-ci maddəsinin tövsifedici əlaməti kimi nəzərdə tutulur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının suveren ərazisində təxribat-diversiya əməllərini, qəsdən adam öldürməyə cəhd və terror cinayətlərini törətməsi öz növbəsində milli nifrət və düşmənçiliyin salınmasına yönələn aşkar hərəkətlər kimi qiymətləndirilmiş və əməli Azərbaycan Respublikası CM-in 283.2-ci maddəsi ilə tövsif edilmişdir. «Azərbaycan Respublikasının dövlət sərhədi haqqında» Qanunun 9-cu maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində sərhəd mühafizə dəstəsinin nəzarət-buraxılış məntəqələri yaradılır və ölkəyə gələn vətəndaşların buraxılışı həmin məntəqələrdə həyata keçirilir. Belə məntəqələrdən kənarda dövlət sərhədini keçmə qadağandır və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən keçirilməsi CM-in 318.2-ci maddəsinin həmin cinayətin tövsifedici əlamətlərini nəzərdə tutur və həmin əlamətlərə bu cinayətin törədilməsi də aiddir. Hadisə yerinə baxış keçirilməsi və zərərçəkmiş şəxslərin ifadələrinin yerində yoxlanılması protokollarından görünür ki, cinayət törətmiş şəxslər Azərbaycan Respublikasının dövlət sərhədlərinin təxminən 2 km dərinliklərində aşkar edilmiş, həmin ərazi isə Kəlbəcər rayonunun İstisu kəndi ərazisində yerləşməklə orada, eləcə də, yaxın və ətraf ərazilərdə hər hansı nəzarətburaxılış məntəqələri mövcud olmamış və cinayət törətmiş şəxslər həmin əraziyə Ermənistan Respublikasının Silhalı Qüvvələrinin yerləşdiyi Cermux yaşayış məntəqəsi ilə Kəlbəcər rayonunun İstisu kəndi arasında olan, dərə boşluqlarından istifadə etməklə gizlin olaraq gəlmişlər. Cinayət törətmiş şəxslərin nəzarət-buraxılış məntəqələrindən kənar Azərbaycan Respublikasının ərazisinə daxil olması həmin şəxslərin dövlət sərhədini məhz təxribat-diversiya məqsədilə qanunsuz keçmələrini bir daha təsdiq edir. Bütün bu qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs həmin hissədə əməli CM-in 318.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan ərazisinə qanunsuz olaraq tək daxil olması isə iş materialları ilə, xüsusilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxsin ölkə sərhədlərini qabaqcadan əlbir olan 1 qrup şəxs halında keçməsini və ilkin olaraq ondan təxminən 100-150 metr geridə Azərbaycan Respublikasının ərazisinə 4-5 nəfər şəxsin daxil olmasını göstərməsi ilə inkar olunur. Belə ki, hazırki cinayət işi üzrə zərərçəkmiş şəxslər həmin vaxt tək olan təqsirləndirilən şəxsi Təqsirləndirilən şəxsı zərərsizləşdirmək üçün kifayət qədər təchizata malik olmaqla həmin vaxt əlavə dəstək və köməyə ehtiyacları olmamışdır. Məhkəmənin qənaətinə görə məhz təqsirləndirilən şəxsin qabaqcadan əlbir olan kəşfiyyat diversiya qrupunun digər üzvləri ilə Azərbaycan Respublikasının dərinliklərinə doğru irəliləməsini təsadüfən aşkar edən Zərərçəkmiş şəxs5 yanındakı xidmət yoldaşını müşahidə məqsədilə nisbətən təhlükəsiz olan və təbii sipərə malik qayalıq sahədə düşürüb dərhal N saylı hərbi hissəsinin 7-ci bölüyünün taqımının ərazisinə getmiş, məsul şəxs olan hazırki iş üzrə Zərərçəkmiş şəxs1 məruzə edərək, digər hərbi qulluqçularla birlikdə təxribat diversiya qrupunun üzvlərinin aşkar edildiyi sahəyə-Təqsirləndirilən şəxs olduğu yerə qayıtmışdır. Məhkəmə qeyd edir ki, hadisənin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi şəraitdə baş verməsi, yəni qaranlıqda qarşıdan gələn Azərbaycan hərbi qulluqçularına salam verməsi, cavabından şübhələndiyini hissə etdiyi hərbi qulluqçulara özünü qorumaq məqsədilə bir neçə dəfə atəş açması işin halları ilə tam uyğunsuzluq təşkil edir. İş materiallarından da görünür ki, hadisənin təqsirləndirilən şəxsə qarşı verilmiş ittihamda göstərilən şəraitdə baş verməsi müəyyən edildiyindən Təqsirləndirilən şəxs qarşı məhz həmin məzmunda ittiham verilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxsin həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı etirafedici ifadələrini, zərərçəkmiş şəxslərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120.2.11, 29.120.2.12, 206.3.2, 214.2.1, 214.2.3, 228.2.1, 283.2.1, 318.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir və onun əməllərində cinayət tərkibi vardır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddədə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası CM-nin 120.2.1., 120.2.3., 120.2.4, 120.2.7. 120.2.11 120.2.12. maddələri qəsdən adamöldürməyə cəhd on beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə, CM-nin 206.3.2-ci maddəsindəki əməl isə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə, CM-nin 214.2.1, 214.2.3 cü maddələrindəki əməllər on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə, CM-nin 228.2.1-ci maddəsindəki əməllər üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə, CM-nin 283.2.1-ci maddəsindəki əməl üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə CM-nin 318.2-ci maddəsindəki əməl isə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünün verdiyi məlumatlara və iş materiallarına əlavə edilmiş sənədlərə əsasən Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 214.2.1 və 214.2.3-cü maddələri ilə nəzərdə tutulan əməlləri həmin Məcəllənin 61.1.6-cı maddəsinə əsasən milli düşmənçilik və sair alçaq niyyətlə, 61.1.8-ci maddəsinə əsasən öz qulluq borcunu yerinə yetirən şəxsə qarşı törətməsi, Azərbaycan Respublikası CM-nin 283.2.1-ci maddəsi ilə nəzərdə tutulan əməli həmin Məcəllənin 61.1.3-cü maddəsinə əsasən qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən, CM-nin 61.1.10-cu maddəsinə əsasənodlu silahdan istifadə etməklə törətməsi onun cəzasını ağırlaşdıran hallardır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə qarşı verilmiş və məhkəmə baxışında sübuta yetirilmiş ittiham üzrə CM-nin 214.2.1, 214.2.3-cü maddələrinin sanksiyasında iyirmi ilədək müddətə və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutulsa da, məhkəmə Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin etməklə və şəxsin həmin cəzanı real olaraq çəkməklə islah olunacağı və qeyd edilən əməllərin törədilməsində hərəkətverici motiv olan milli düşmənçilik təfəkküründən azad olacağı, tətbiq edilən rejim daxilində onda ümumbəşəri və insani meyllərin artacağı qənaətinə gəlmişdir. Qeyd edilən qənaətə gələrkən məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışında zərərçəkmiş şəxslərdən onlara atəş açdığı üçün üzrxahlıq etməsini və Azərbaycan Respublikasının suveren ərazisinə qanunsuz daxil olmasından peşmanlıq çəkməsini nəzərə alır. Məhkəmə xüsusilə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma və məhkəmə istintaqı aparıldığı Azərbaycan Respublikasında olduğu təxminən 4 (dörd) ay müddətində ona hər hansı ayrı-seçkilik edilmədən, qanunvericiliyin imkan verdiyi hədlərdə normal saxlanma şəraiti ilə təmin edilməsi, ona qarşı olan insani və humanist münasibətin xüsusi təsiri olmuşdur və məhkəmə həmin halların şəxsin islah olunmasını nəzərə alaraq qeyd olunan maddələrin sanksiyasında nəzərə tutulan həddə cəza təyinini qanuni və ədalətli hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndinə əsasən, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-887/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Aşoti barəsində məhkəmənin qərarı ilə 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsə almanın əvvəli saxlanıldığı xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs Aşoti barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikası CM-nin 29, 120.2.1, 29,120.2.3, 29,120.2.4, 29, 120.2.7, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12, 214.2.1, 214.2.3-cü maddələrinin sanksiyasına əsasən həmin əməlləri xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs törətdiyi əməllərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Aşoti mənfi meyllərdən azad olması və islah olması üçün O, təyin edilmiş cəzanın bir hissəsini qapalı tipli cəzaçəkmə müəssisəsi olan həbsxanada, cəzanın qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak Təqsirləndirilən şəxs cinayət törədilməsi zamanı istifadə etdiyi ona təhkim edilmiş döyüş silahı olan 7,62 mm kalibrlı əl pulemyot və döyüş sursatı olan 7,62 mm kalibrli döyüş patronları, zirehli gödəkçə və sandıqçalardır. Odur ki iş üzrə maddi sübut olan 1 ədəd «SƏ 198» nömrəli 7,62 mm kalibrli «RPK» markalı əl pulemyotu, 15 ədəd 7,62 mm kalibrli patron (altı ədədi ekspertiza tədqiqatı zamanı eksperimental atəşlərdə istifadə edilməsi nəzərə alınır) 1 ədəd zirehli gödəkcə dövlət nəfinə müsadirə edilərək Müdafiə Nazirliyi Maddi-Texniki Baş idarəsinin raket-artilleriya silahları idarəsinə təhvil verilməli, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olan 1 ədəd hərbi qış səhra tipli gödəkcə, 1 cüt qara rəngli hərbi çəkmə, 1 ədəd hərbi səhra tipli papaq (dəbilqə), 1 ədəd xaki rəngli hərbi bel kəməri və 1 ədəd hərbi səhra tipli şalvar, «270 76» nümunəli 1 ədəd 7,62 mm kalibrli giliz isə xüsusi əhəmiyyət kəsb etmədiyindən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Aşoti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29,120.2.11, 29.120.2.12, 206.3.2, 214.2.1, 214.2.3, 228.2.1, 283.2.1, 318.2-ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Aşotiyə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120.2.11, 29.120.2.12-cü maddələri ilə 15 il müddətində azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 6 il 6 ay müddətində azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü maddələri ilə 16 il 6 ay müddətində azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə 4 il müddətində azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Aşotiyə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 18 il müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Aşoti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3 və 56.2ci maddəsinə əsasən cəzasının ilk 5 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli saxlanıldığı xx.xx.2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən əcnəbi Təqsirləndirilən şəxs Aşoti Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza təyin edilsin və həmin cəza əsas cəzanı çəkdikdən sonra icra edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar 1 ədəd «SƏ 198» nömrəli 7,62 mm kalibrli «RPK» markalı əl pulemyotu, 15 ədəd 7,62 mm kalibrli patron (altı ədədi ekspertiza tədqiqatı zamanı eksperimental atəşlərdə istifadə edilməsi nəzərə alınsın) 1 ədəd zirehli gödəkcə dövlət nəfinə müsadirə edilərək Müdafiə Nazirliyi Maddi-Texniki Baş idarəsinin raket-artilleriya silahları idarəsinə təhvil verilsin, 1 ədəd hərbi qış səhra tipli gödəkcə, 1 cüt qara rəngli hərbi çəkmə, 1 ədəd hərbi səhra tipli papaq (dəbilqə), 1 ədəd xaki rəngli hərbi bel kəməri və 1 ədəd hərbi səhra tipli şalvar, «270 76» nümunəli 1 ədəd 7,62 mm kalibrli giliz məhv edilsin, İş üzrə məhkəmə məsrəfi olan 220 manat-təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Aşotidən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs Aşotiyə verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-562/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-562/2023
07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver