Məhkəmə qərarları › İş №1(100)-569/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-569/2025

18.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-569/2025 18.02.2026 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Müslümov Bəhruz Firizman oğlundan ibarət tərkibdə, Salmanzadə Ülkər Hikmət qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər Gəncə şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, 21 avqust 1999-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs müayinə olunması üçün 19 mart 2025-ci il tarixdə Gəncə şəhəri, Məmməd Xələfov 142 ünvanında yerləşən Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsinin 2-ci mərtəbəsində 220 nömrəli otaqda onunla eyni vaxtda olan əvvəllər tanımadığı Zərərçəkmiş şəxs həkim və tibb personalına bir neçə müayinə üçün göndərilməsinə öz etirazını bildirərkən, bu vəziyyətə heç bir aidiyyəti olmadığı halda özünü fövqəladə şəxs olmasını göstərərək mübahisəyə müdaxilə edib, Zərərçəkmiş şəxs bu davranışını nəlayiq ifadələr kimi qəbul etdiyini bildirib, bunu cüzi bəhanə edərək, bu hərəkətləri özünə və digər şəxslərə qarşı edilmiş hörmətsizlik kimi qəbul edib, həmin hörmətsizliyin hər kəsin görməsi, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdən ötrü öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edib bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini qabaqcadan görüb və bunu arzu edərək, bilərəkdən özünü ictimai qaydaya qarşı qoyaraq gücünü nümayiş etdirmək üçün həmin gün saat 13:16 radələrində heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə məhəl qoymadan, qarşılıqlı davranış qaydalarının pozulmasında ifadə olunan, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, ictimai yer olan Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsinin 2-ci mərtəbəsində 220 saylı otaqda xuliqanlıq niyyəti ilə sağ əlinin yumruğu ilə qəsdən bir dəfə Zərərçəkmiş şəxs sifət nahiyəsinə zərbə vuraraq, sonuncuya “alt dodağın selikli qişasının səthi yarası” kimi sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarət yetirdikdən sonra, Zərərçəkmiş şəxs həmin otaqdan çıxaraq kömək üçün qaçdığını görərkən onun ardınca qaçaraq 2-ci mərtəbə ilə 1-ci mərtəbənin arasında olan pilləkənlərdə Zərərçəkmiş şəxs saxlayaraq cinayətkar hərəkətlərinin davamı olaraq üzərində saxladığı istintaqla təyinatı müəyyən edilməyən silah qismində istifadə etdiyi bıçağın tiyə hissəsi və sağ əlinin dördüncü barmağında olan üzüklə Zərərçəkmiş şəxs sifət və baş nahiyələrinə qəsdən bir neçə dəfə vuraraq ona “sol təpə və ənsə nahiyələrinin yaraları” kimi ümumilikdə sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə silah qismində istifadə etdiyi əşyadan istifadə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq etmişdir. Bundan başqa o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə külli miqdarda, ümumi təmiz çəkisi 3,297 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib eyni məqsədlə 0,733 qram, 0,669 qram, 0,454 qram, 0,853 qram və 0,588 qram olmaqla hissələrə bölüb satışa hazır vəziyyətə gətirərək üzərində saxlayaraq daşımış, 02 avqust 2025-ci il tarixdə saat 10:40da Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşların həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 4 ünvanında saxlanılmaqla əməliyyat video çəkilişi ilə üzəri yoxlanılarkən, əynində olan boz rəngli cins şalvarın sağ ön cibindən qanunsuz olaraq əldə edərək, üzərində saxlayaraq daşıdığı 01 ədəd sellofanın içərisindən 05 ədəd kağız bükümlərində, kimyəvi tərkiblərinə görə eynilik təşkil edən, ayrıayrılıqda təmiz çəkiləri 0,733 qram, 0,669 qram, 0,454 qram, 0,853 qram və 0,588 qram olmaqla ümumi təmiz çəkisi 3,297 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə günü başının ağrısı başladığı üçün xəstəxanaya öz həkiminin yanına dərman yazması üçün getmişdir. Xəstəxanada həkimin yanında olduğu zaman tanımadığı bir nəfər şəxs həkimin yanına gələrək ondan tibbi kağız istəmiş, həkim vermədiyi zaman nalayiq ifadələr işlətmişdir. O, həmin şəxsi əli ilə vurmuş və bu zaman barmağındakı üzük ona dəymişdir. Həmin vaxt üzərində bıçaq olmamışdır. Onu vurduqdan sonra o, çıxıb getmiş, daha sonra polis əməkdaşları gəlmişdir. Onların yanına getmiş, polis əməkdaşlarından qaçmamışdır. Onu iki gün şöbədə saxlamışlar. Sonra prokurorun yanına aparmışlar. İki gün sonra onu azadlığa buraxmışlar. Polis əməkdaşları ona çıxıb getməsini və birdə belə bir şeyin olmamasını bildirmişlər. Bundan başqa o, başqa vaxt evindən xəstəxanaya getdiyi zaman yolda qabağına avtomobillər çıxmış, tanımadığı şəxslər özlərini təqdim etmədən onu döyərək maşına mindirib baş idarəyə aparmışlar. Ona fiziki və psixoloji təsirlər göstərmişlər. Onlarla razılaşmadığını gördükləri zaman 03 qram patını və qardaşının şəkilini qabağına qoyub onu hədələmişlər. Ona əgər narkotik vasitəni götürməsə gedib qardaşını gətirəcəklərini bildirmişlər. O, narkotik vasitə istifadə etməmiş, ancaq psixotrop dərmanlar istifadə etmiş və həmin dərmanları həkimin resepti vasitəsi ilə almışdır. Polis əməkdaşları onu əvvəlcə saxlayıb idarəyə aparıb döymüşlər, daha sonra başqa bir yerə aparıb orda çəkiliş etmişlər. Onu qardaşı ilə hədələdikləri zaman məcbur olub narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Psixoloji vəziyyəti yaxşı deyildir. Hərbi xidmət zamanı ağır xəsarətlər almışdır. Hazırda zərərçəkmiş şəxs Zakirlə barışmışdır. Sonda məhkəmədən barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsini və həmin məcəllənin 128-ci maddəsi ilə yünügül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə günü əl barmağına görə Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya getmişdir. Həkimlər onu davamlı olaraq bir yerdən başqa bir yerə göndərmişlər. Həkimlərdən birinə “bunların başı xarab olub, məni niyə dala-qabağa, orabura göndərirlər” demişdir. Bu sözünə görə Elşadla aralarında mübahisə yaranmışdır. Elşad ona fikir və iradını bildirmədən birdən davaya başlamış, arxasınca düşmüş və ona xəsarət yetirmişdir. Elşad onu xəstəxananın içərisində baş nahiyəsindən iki yerdən vurmuşdur. Elşad onu konkret olaraq əli ilə yox bıçaqla vurmuşdur. Elşadın onu bıçağın kəsici-deşici və ya küt hissəsi ilə vurduğunu görməmişdir. İstintaqdakı ifadəsində Elşadın əlindəki üzüklə xəsarət yetirməsi ilə bağlı təkrar müstəntiqin yanına getmiş, üzüklə başın deşilmiş-kəsilmiş yarasının olmadığını, xəsarətin bıçaqla yetirildiyini bildirmişdir. Hazırda təqsirləndirilən şəxs Elşadla barışmışlar, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Abbas Səhhət adına xəstəxananın yanında köşk işlədir. Səs-küyə çxdığı zaman bir nəfər şəxsin qaça-qaça “səhv etmişəm bağışla” dediyini görmüşdür. Dayandığı yerdən aşağıda lotereya satılan stol var idi, həmin stolun arxa tərəfində Elşadı görmüş. Həmin qaçan şəxs lotereya stoluna dolaşıb yıxılmış, həmin vaxt o, Elşada doğru gedərək qabağına keçmişdir. Aralarındakı münasibətə görə onu eşidib dayanmışdır. Nə baş verdiyini, niyə dalaşdıqlarını soruşmuş, Elşad da cavab olaraq bildirmişdir ki, həmin oğlan içəridə qadınları təhqir etmiş, kobud davranmışdır. Elşadı oradan aralaşdırmış, daha sonra da polislər gəlmişdir. Hadisə zamanı Elşadın əlində bıçaq görməmişdir. İstintaqda verdiyi ifadəsini oxumadan imzalamışdır. İstintaqdakı ifadəsini deyil, məhkəmədəki ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Abbas Səhhət adına xəstəxananın poliklinikasında işləyir, Elşadı qazi kimi tanıyır. Hadisə günü işdə otaqda oturmuşdu, xəstə sayı hədsiz çox olmuş. Həmin vaxt Elşad da öz dərmanlarını yazdırmağa gəlmişdir. Bir nəfər tanımadığı oğlan gəlib həkimə əl barmağının zədələndiyini bildirərək ona baxmasını və rentgen müayinəsinə yazmasını bildirmişdir. Həkim də ona baxıb sahə onun sahəsi olmadığından, rentgen növbəsi üçün kod olmadığını, bu səbəbdən travmatoloqun qəbuluna getməli olduğunu bildirmişdir. Həmin xəstə “bunların da başı xarabdı, bəs məni buraya nə üçün göndəriblər” deyə-deyə qapıdan çıxmışdır. Həkim xəstə sayının çoxluğundan hövsələsizcə ondan nə üçün belə dediyini soruşmuş, o isə düz dediyini bildirərək çıxıb getmişdir. Həmin vaxt Elşad kənarda sakit dayanmışdı, həmin xəstə çıxıb gedəndə onun dalınca getmişdir. Çöldə nə baş verdiyini, nə olduğunu onlar görməmişlər, xəstələr həmin oğlanın çöldə döyüldüyünü bildirmişlər. Elşadın onu bışaqla ya da başqa nə iləsə vurduğunu eşitmişlər. Hadisə otaqdan çöldə baş verdiyi üçün nə baş verdiyini görməmişlər. Həmin vaxt Elşadın əlində bıçaq görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Abbas Səhhət adına xəstəxananın poliklinikasında işləyir, Elşadı qazi kimi tanıyır. Bir çox qazilər kimi ona da müayinədən sonra dərman yazır, bütün qazilərin orada xəstəlik tarixçəsi və anket məlumatları mövcuddur. Hadisənin baş verdiyi tarix yadında deyil, bayram günlərindən öncə, keçən ilin mart ayı idi. Xəstə kimi Elşad onun qəbuluna gəlib gözləmişdir. Həmin vaxt qəbulunda şəhid ailəsi olmuş, onlara “Yaşat Fondu”-na sənədlər yazıb hazırlayırdı. Xəstə sayı içəridə hədsiz çox olmuş, o qarışıqlıqda dəqiq nə baş verdiyini görmək mümkünsüzdür. İçəridə şəhid ailəsi ola-ola bir oğlan icazəsiz içəri girib əl barmağının rentgen görüntüsünün çıxarılmasını istəmişdir. Tibbi sığorta ilə bağlı bütün xəstəliklər və xidmətlər ayrı-ayrı kodlarla təyin olunurdu və onun da hər xəstəliyi təyin etmək üçün kodu olmamış, yalnız öz sahəsi ilə bağlı xəstəlik kodları təyin edə bilirdi. O, da bunu xəstəyə başa salaraq rentgen müayinəsi üçün kodu travmatoloqun təyin edə biləcəyini bildirmişdir. Xəstə isə onu oraya elə travmatoloqun özünün yönləndirdiyini bildirmişdir. Həmin xəstə “Bunların başı xarab olub, o buraya göndərir, bu oraya göndərir” deyərək deyinə-deyinə getmişdir. Daha sonra nə baş verdiyini bilməmişdir. Sonradan Elşadın kimisə vurduğunu eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xatırladığı qədəri ilə yay ayları idi, hadisə ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış Bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri Şahid1, Şahid3 və o, məlumatda qeyd olunan ünvana, mərkəzi poçta yaxın çayın kənarına getmişlər. Şübhəli şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya maddə olub-olmaması barədə soruşmuşlar. Şəxs üzərində olan psixiatrop maddəni könüllü şəkildə onlara təqdim etmişdir. Ondan həmin maddəni haradan əldə etməsi barədə soruşduqda 3 nömrəli xəstəxanaya gedəndə yolun kənarından tapdığını bildirmişdir. Şəxsin üzərindən metamfetamin aşkar olunmuşdur. Maddənin çəkisini xatırlamır, təxmini 4-5 büküm olmuşdur. Elşadın həmin narkotik vasitəli satması barədə onlara məlumat daxil olmamışdır. Elşada hər hansı təsir və təzyiq göstərməmişlər, sadəcə sual vermişlər, o da könüllü şəkildə üzərində olan metamfetamini onlara təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, avqust ayında idarəyə bir nəfər şübhəli şəxs ilə bağlı əməliyyat məlumatı daxil olmuş, məlumatda həmin şəxsin üzərində narkotik vasitə olduğu bildirilmişdir. Əməliyyat qrupu yaratmış və qeyd olunan ünvana getmişlər. Həmin vaxt şübhəli şəxs parkda oturmuş, ona doğru yaxınlaşaraq CPM-in 90-cı maddəsindəki hüquq və vəzifələrini izah etmiş və ona üzərində narkotik vasitə gəzdirməsi haqqında əməliyyat məlumatının daxil olduğunu bildirərək, üzərində hər hansı qanunsuz əşya, predmet və ya maddə olubolmamasını soruşmuşlar. Könüllü şəkildə üzərindəki narkotik vasitəni təqdim etmiş, video çəkiliş ilə həmin kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq onlar tərəfindən götürülmüş, həmin götürdükləri narkotik vasitə ilə birlikdə vətəndaşı da idarəyə aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, idarəyə bir nəfər şübhəli şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyata Samir müəllim başçılıq etmişdir. Həmin şübhəli şəxs Elşad idi, onlar çay kənarı parkda ona yaxınlaşmışlar. O, əməliyyatda köməkçi olaraq iştirak etmişdir. Elşadın üzərinə baxış zamanı metamfetamin aşkar edilmişdir. Aşkarlanan metamfetamini onun həyata keçirtdiyi video çəkiliş ilə elektron tərəzidə çəkmiş və qablaşdıraraq götürmüşlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” 03 avqust 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilib ibtidai istintaq aparılmışdır. “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 02 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ ön cibində olan sellefonun içərisində 05 ədəd büküm hər birinin 1-ci 1.00, 2-ci 0.75, 3-cü 0.81, 4-cü 1.00 və 5-ci 0.60 qram psixotrop maddə olan metamfetaminə bənzər kütlələri təqdim etmiş, sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və sellofan və kağız bükümlər ilə birlikdə çəkisi 4.29 (dörd tam yüzdə iyirmi doqquz) qram olmuş. Sonra həmin kütlələr müvafiq qaydada qablaşdırılaraq DİN-in 91 saylı möhürü ilə möhürlənərək imzalanmışdır. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 02 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 10:40 radələrində Gəncə şəhəri, Məmməd Bürcəliyev küçəsində, Gəncə çayın sol sahilində şübhəli şəxs qismində saxlanılmışdır. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 02 avqust 2025-ci il tarixli 16/696 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd sellofan bükümdə olan 05 (beş) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri, 0.733 qram, 0.669 qram, 0.454 qram, 0.853 qram, 0.588 qram, ümumi təmiz çəkisi 3.297 qram olan maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir, kimyəvi tərkiblərinə görə eynidirlər. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi – 3.297 qram, tədqiqata sərf edildi – 0.25 qram (hər birindən 0.05 qram), qalıq - 3.047 qram. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 04 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətində, yəni xx.xx.2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 02 avqust 2025-ci il tarixdən hesablanmışdır. “Cinayət işlərinin bir icraatda birləşdirilməsi və tövsif edilməsi haqqında” 04 avqust 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəsi ilə davam etdirilərək ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin məcəllənin 128 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. “Baxış keçirilməsi haqqında” 19 mart 2025-ci il tarixli protokoldan görünür ki, Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsinə - hadisə yerinə baxış keçirilmiş, bu barədə hadisə yerlərinin fotoşəkilləri çəkilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 19 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 19 mart 2025-ci il tarixdə 23:15 dəqiqədə müdafiəçinin iştirakı ilə tutulmuşdur. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 21 mart 2025-ci il tarixli protokoldan görünür ki, 21 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlanılması aparılmış və Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində göstərərək ifadəsini bir daha təsdiq etmişdir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında” 21 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və saxlanıldığı Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir. Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə-tibbi ekspertizasının 19 mart 2025-ci il tarixli 294 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol təpə və ənsə nahiyələrinin yaraları kəsici əşyanın, alt dodağın selikli qişasının səthi yarası isə - küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir. Xəsarətlərin əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcələrinə görə sol təpə və ənsə nahiyələrinin yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir; alt dodağın selikli qişasının səthi yarası isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Vətəndaş Zərərçəkmiş şəxs alt dodaq nahiyəsində olan yara ekspertizaya təqdim olunmuş üzüklə vurulan zərbə nəticəsində əmələ gələ bilər. “Video görüntüyə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Gəncə şəhər BPİ-nin CAİ-nin XMİÜ baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, Gəncə şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Gəncə şəhər BPİ-nin CAİ-nin kiçik inspektoru, polis baş serjantı Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə yoxlama keçirilmişdir. Üzəri yoxlanılmamışdan qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və o hüquqlarının aydın olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ ön cibinin içərisindən 01 ədəd sellofan bükümün içərisində olan 05 ədəd kağız bükümləri təqdim etmişdir. Həmin kağız bükümlərin içərisinə baxış keçirilmiş və içərisindən ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Bundan başqa üzəri yoxlanılan zaman Təqsirləndirilən şəxs üzərindən 01 ədəd “İphone” markalı mobil telefon, 01 ədəd “Sobranie” markalı siqaret qutusu və 01 ədəd alışqan aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, onu Gəncə çayının kənarında tapdığını və şəxsi istifadə üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs başqa yerdə psixotrop maddə saxlamadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütlə tərəzidə çəkilmiş və həmin kütlənin sellofan və kağız bükümlər ilə birlikdə ümumilikdə çəkisi 4.29 qram olması müəyyən edilmişdir. Ona hər hansı bir fiziki və ya psixi təsirin, insan ləyaqətini alçaldan hərəkətlərin olub-olmadığını soruşan zaman Təqsirləndirilən şəxs ona qarşı heç bir psixi, fiziki təsirin olmadığını bildirmişdir. Bundan sonra həmin kütlə Şahid1 tərəfindən 01 ədəd zərfdə qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 91 saylı möhürü ilə möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Gəncə şəhər Psixonevroloji Dispanserin cavab məktubundan görünür ki, Qazi Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə dispanserə müraciət edib və ona “Postkontuzion sindrom F07.2” diaqnozu qoyulmuşdur. Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserindən alınmış arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə heç bir məlumat yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin № İ-8068 nömrəli, 24 iyun 2021-ci il tarixli, 2720 nömrəli sərəncamı ilə (Azərbaycan Respublikası Medalının vəsiqəsi) “Suqovuşanın azad olunmasına görə” medalı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin № İ-19453 nömrəli, 21 aprel 2022-ci il tarixli, 250s nömrəli sərəncamı ilə (Azərbaycan Respublikası Medalının vəsiqəsi) “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Xəstəlik haqqında şəhadətnamənin sürətindən görünür ki, Təqsirləndirilən şəxs “Mülayim dərəcədə ifadə olunmuş poskommotsion sindrom. Mülayim dərəcədə ifadə olunmuş posttravmatik stress pozuntusu. Sağ körpücük, bel nahiyəsinin qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları” diaqnozu qoyulmuşdur. Bunlar hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. “Video görüntüyə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, 19 mart 2025-ci il tarixdə saat 13:16-da Gəncə şəhəri Məmməd Xələfov 142 ünvanında yerləşən Gəncə şəhər Abbas Səhhət adına xəstəxananın poliklinika şöbəsinin 1-ci mərtəbəsində Zərərçəkmiş şəxs 2-ci mərtəbənin pilləkəni tərəfdən çıxışa tərəf qaçır. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs ardınca qaçır. Qaçan zaman Təqsirləndirilən şəxs yıxılır. Bu zaman Zərərçəkmiş şəxs poliklinikanın çıxışına tərəf qaçaraq küçəyə çıxır. Təqsirləndirilən şəxs isə kənardakı şəxslərin köməyi ilə ayağa qalxır, bir neçə saniyə sonra əlində istintaqa təyinatı məlum olmayan əşya ilə Zərərçəkmiş şəxs ardınca küçəyə tərəf qaçır. “Cinayətin tövsif edilməsi haqqında” 07 noyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 234.4.3cü maddələrindən həmin məcəllənin 221.3 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər narkoloji Dispanserin 10 noyabr 2025-ci il tarixli 1785 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixtrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Ruhi xəstə olduğuna görə məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji Dispanserdə qeydiyyata alınması məsləhət görülür. Kompleks ambulotor məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 12 sentyabr 2025-ci il tarixli 651 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədən zaman və hal-hazırda postkontizion sindrom, posttravmatik stress pozuntusu xəstəliyindən əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs qeyd olunan xroniki psixi xəstəlik onu ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də, Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi Azərbaycan Respublikası CM-in 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Fərdi-psixi xüsusiyyətlərində qıcıqlara qarşı həssaslıq, hövsələsizlik, stressə qarşı dayanıqsızlıq, emosional dəyişkənlik, özünü tükənmiş kimi hiss etmək aşkar olunur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 3 nömrəli SİƏD üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşadığı müddət ərzində onun barəsində qonşular və sakinlər ərəfindən Gəncə Şəhər İcra hakimiyyəti başçısının 3 saylı Sahə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şifahi və yazılı surətdə şikayət daxil olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 14 noyabr 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə öz хüsusiyyətinə, əlаmətlərinə, üzərində hаdisənin izlərini sахlаdığınа görə cinаyət təqibi üzrə əhəmiyyət kəsb еdən hаllаrın müəyyən еdilməsinə kömək еtdiyindən Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış ümumi təmiz çəkisi 3.297 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və tədqiqata sərf edildikdən sonra ümumi qalıq çəkisi 3.047 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin cinayət prosesinin iştirakçıları cinayət işinin materialları ilə tanış olduqdan sonra cinayət təqibi üzrə icraat başa çatanadək Gəncə şəhər Baş Polis İdarəsinə məsul saxlanca verilmiş, həmçinin cinayət işinə əlavə edilmiş 02 avqust 2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılan zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 01 ədəd “CD” disk, Gəncə şəhəri, Məmməd Xələfov 142 ünvanında yerləşən Gəncə şəhər Abbas Səhhət adına xəstəxananın poliklinika şöbəsinin müşahidə kameralarından əldə edilmiş 19 mart 2025-ci il tarixdə baş vermiş xuliqanlıq hadisəsinin görüntülərini özündə əks etdirən 01 ədəd “CD” disk, Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd üzük və "xxxx" MMC-dən daxil olan 01 ədəd “CD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. Zərərçəkmiş şəxs xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, o, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Əməlin tövsifi və digər hüquqi məsələlər: Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmiş, sonuncunun əməli ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamda onun psixotrop maddə olan metamfetamini məhz satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıması göstərilsə də, iş materiallarında olan 17 sentyabr 2025-ci il tarixli əməliyyat tapşırığına cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin şatışı ilə məşğul olması barədə əməliyyat məlumatı olsa da satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamaqla, ümumiyyətlə satış niyyətinin olması barədə də hər hansı bir sübut əldə edilməmişdir. Təqsirləndirilən şəxs psixotrop maddələri əldə etməsində köməklik edən şəxslərin olub-olmaması və baş vermiş digər cinayətlərdə iştirakına dair hər hansı əməliyyat məlumatı daxil olmamışdır. Həmçinin psixotrop maddədən digər yerdə gizlədərək saxlaması müəyyən olmamışdır. Göründüyü kimi verilmiş ittihamın bu hissəsində tamamilə ziddiyyətli məlumatlar əks olunmuşdur. Həmçinin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək ifadəsində psixotrop maddə istifadəçisi olmadığını, polis əməkdaşları tərəfindən aşkar olunan psixotrop maddənin ona məxsus olmadığını, həmin psixotrop maddənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulduğunu bildirmişdir. Lakin ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan psixotrop maddəni tapdığını və həmin psixotrop maddəni heç kimə satmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 126.6-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Hazırki iş üzrə Təqsirləndirilən şəxs psixotrop maddənin başqa digər şəxs və ya şəxslərə satması, əvvəlcədən onlarla razılıq əldə etməsi məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Eyni zamanda məhkəmə iclası zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitəni satması ilə bağlı onlara məlumat daxil olmadığını bildirmişlər. Bundan başqa, iş materiallarında olan Gəncə şəhər BPİ-nin CAİ-nin rəisi, polis polkovnik-leytenantı Şahin Musayevin tərtib etdiyi xx.xx.2025-ci il tarixli raportda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib istifadə etməsi və üzərində saxlamasında şübhəli bilinərək saxlanılmışdır. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda onun psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması göstərilsə də işin faktiki halları, əsasən də elə ibtidai istintaq orqanının istinad etdiyi əməliyyat tapşırığına cavab məktubu ilə Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə etməsi hər hansı bir mötəbər sübutla təsdiq olunmur, əksinə əməliyyat tapşırığına cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrin şatışı ilə məşğul olması barədə əməliyyat məlumatı olsa da satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Ona narkotik vasitələri əldə etməsində köməklik edən şəxslərin olubolmaması və baş vermiş digər cinayətlərdə iştirakına dair hər hansı əməliyyat məlumatı daxil olmamışdır. Bütün yuxarıda qeyd olunanlara baxmayaraq, ibtidai istintaq orqanı xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarında yalnız Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamin ümumi çəkisinin külli miqdar təşkil etməsini, yəni xeyli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddindən 1 dəfə artıq olmasını əsas götürərək sonuncuya qarşı satış məqsədi ilə bağlı ittiham irəli sürmüşdür. Bununla belə, məhkəmə tərkibi hesab edir ki, şəxsin üzərindən aşkar edilmiş psixotrop maddənin külli miqdarda olması onun satış məqsədini təsdiq edən fakt kimi qəbul edilə bilməz. Belə ki, istintaq orqanı satış məqsədi ilə külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı Təqsirləndirilən şəxs ittiham irəli sürsə də, satış məqsədini təsdiqləyən, yəni Təqsirləndirilən şəxs istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsinə və ya sövdələşməsinə, şərti alıcı ilə aralarında razılığa dair telefon danışığının və mesajların olmasına, onun külli miqdarında psixotrop maddə metamfetaminin məhz sifariş əsasında əldə etməsinə, psixotrop maddənin tam olaraq çəkilib xırda bağlamalara bükülməsinə və bu kimi sair hərəkətlərə dair hər hansı bir sübut əldə edə bilməmişdir. Əksinə əməliyyat tapşırığına cavab məktubunda bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmadığını, həmçinin narkotik vasitələrin satışı ilə məşğul olmasını görə biləcək şahidləri, eləcə də külli miqdarda psixotrop maddə metamfetaminin mənbəyini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamı təsdiqləyən hər hansı bir mötəbər sübut mövcud olmadığı halda, istintaq orqanı törədilən əməlin hüquqi tövsifinə dair qənaətini yalnız Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddələrin miqdarı ilə əsaslandırmağa çalışmışdır. Halbuki cinayət işinin materiallarında olan sübutlar əsasında Təqsirləndirilən şəxs psixotrop maddə metamfetaminin istifadəçisi olduğunu güman etmək olsa da, onun metamfetamini satış məqsədilə, əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə əldə etməsini təsdiqləyən yetərli sübutları aşkar etmək olmur. Yuxarıda qeyd edilən halların olması Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda əldə edib üzərində saxlamaqla daşımasını təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırkı iş üzrə ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı psixotrop maddəni məhz satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı ittiham irəli sürsə də, Ali Məhkəmənin Plenumunun həmin qərarında formalaşmış hüquqi mövqeyə uyğun olaraq təqsirləndirilən şəxsin əldə etdiyi narkotik vasitəni satmaq niyyətində olmasını narkotik vasitənin miqdarı ilə yanaşı digər hər hansı bir mötəbər sübutla təsdiq edə bilməmişdir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edərkən aşkar olunan psixotrop maddənin külli miqdarda olması ilə yanaşı satış məqsədi ilə bağlı daxil olmuş əməliyyat məlumatını da əsas götürmüşdür. Bununla belə, cinayət işində satış məqsədi ilə bağlı daxil olmuş əməliyyat məlumatının mötəbərliyini, yəni həqiqətə uyğunluğunu təsdiq edə biləcək heç bir sübut, sənəd, material və s. mövcud deyildir. Eləcə də cinayət işinin materiallarından satış məqsədi ilə bağlı daxil olmuş əməliyyat məlumatının nədən ibarət olması, həmin məlumatın Təqsirləndirilən şəxs təqsirini hansı qaydada təsdiq etməsini və onun hansı qaydada sübut kimi qəbul edilməsini də müəyyən etmək mümkün deyildir. Məhkəmə tərkibi hesab edir ki, sadəcə söz yığınından ibarət olan satışla əlaqədar əməliyyat məlumatına əsaslanıb Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək Cinayət-Prosessual Məcəllənin 137-ci maddəsinin tələblərinə ziddir. Cinayət-Prosessual Məcəllənin 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət-Prosessual Məcəllənin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə tərkibi qeyd edir ki, cinayət-prosessual qanunvericiliyin tələbinə görə hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanın (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və “ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır. Psixotrop maddənin külli miqdarda olması şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün yetərli deyil, həmin psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi hər bir fərdi halda cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə müqayisəli şəkildə qiymətləndirilməlidir ona görə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə görə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yayılmasına yönəldilmiş hərəkətlər yalnız əvəzli və ya qazanc əldə edilməsi, yaxud digər şəxsi maraq məqsədilə həyata keçirildikdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Beləliklə, aparılmış istintaq nəticəsində psixotrop maddənin satış məqsədi ilə əldə edilməsinə dəlalət edən tamamilə heç bir sübut növünün məhkəmə istintaqına təqdim edilmədiyi halda, təqsirləndirilən şəxsin üzərindən sadəcə aşkar edilmiş psixotrop maddənin çəkisinin külli miqdar təşkil etməsi əsas götürülərək Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddənin satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin prinsiplərinə zidd olardı. Bununla da, yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək üzərində saxlamaqla daşıması tam olaraq sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddənin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.2-ci maddəsinə əsasən psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 16/696 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin ümumi təmiz çəkisi 3,297 qram olmaqla külli miqdar təşkil edir. Bunda başqa Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilməmiş, həmin məcəllənin 128-ci maddəsi ilə təqsirli bilmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadə kimi qəbul edərək, həmin ifadənin zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri, o cümlədən istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs onu xəstəxanada bıçaqla vurduğunu bildirmişdir. Həmçinin Məhkəmə-tibbi ekspertizasının 19 mart 2025-ci il tarixli 294 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol təpə və ənsə nahiyələrinin yaraları kəsici əşyanın təsirindən törənməsi, Bunndan başqa iş materiallarında olan “Video görüntüyə baxış keçirilərkən də görünür ki, Gəncə şəhər Abbas Səhhət adına xəstəxananın poliklinika şöbəsinin 1-ci mərtəbəsində Zərərçəkmiş şəxs 2-ci mərtəbənin pilləkəni tərəfdən çıxışa tərəf qaçır. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs ardınca qaçır. Qaçan zaman Təqsirləndirilən şəxs yıxılır. Bu zaman Zərərçəkmiş şəxs poliklinikanın çıxışına tərəf qaçaraq küçəyə çıxır. Təqsirləndirilən şəxs isə kənardakı şəxslərin köməyi ilə ayağa qalxır, bir neçə saniyə sonra əlində istintaqa təyinatı məlum olmayan əşya ilə Zərərçəkmiş şəxs ardınca küçəyə tərəf qaçır. Beləliklə Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmiş, təqsirləndirilən şəxsin əməli ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli, eyni zamanda təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibinin olması əsası ilə cəza verilməlidir. Beləliklə də məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsini (CM 59.1.9), yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, Vətən müharibəsi iştirakçısı olmasını (CM-59.2) cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən etməmişdir. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində; 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü və 234.1-1-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini (CM-58.3.), həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü və 234.1-1ci maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 19 mart 2025-ci il tarixdən 21 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu vaxtdan yəni 02 avqust 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, 1785 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs ruhi xəstə olduğuna görə barəsində məcburi müalicə tətbiq edilə bilməz, lakin ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlanc anbarına təhvil verilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 3.047 qram psixotrop maddə olan metamfetamin məhv edilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd üzük onun yaxın qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs üzəri yoxlanılan zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 01 ədəd “CD” disk, Gəncə şəhəri Məmməd Xələfov 142 ünvanında yerləşən Gəncə şəhər Abbas Səhhət adına xəstəxananın poliklinika şöbəsinin müşahidə kameralarından əldə edilmiş 19 mart 2025-ci il tarixdə baş vermiş xuliqanlıq hadisəsinin görüntülərini özündə əks etdirən 01 ədəd “CD” disk və "xxxx" MMC-dən daxil olan 01 ədəd “CD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi1 tərəfindən 15 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi1 işlədiyi Gəncə Reginal Vəkil Bürosunun hesabına 165 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CM-nin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə, CM-nin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 19 mart 2025-ci il tarixdən 21 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 02 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlanc anbarına təhvil verilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 3.047 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd üzük onun yaxın qohumlarına qaytarılsın. Təqsirləndirilən şəxs üzəri yoxlanılan zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 01 ədəd “CD” disk, Gəncə şəhəri Məmməd Xələfov 142 ünvanında yerləşən Gəncə şəhər Abbas Səhhət adına xəstəxananın poliklinika şöbəsinin müşahidə kameralarından əldə edilmiş 19 mart 2025-ci il tarixdə baş vermiş xuliqanlıq hadisəsinin görüntülərini özündə əks etdirən 01 ədəd “CD” disk və "xxxx" MMC-dən daxil olan 01 ədəd “CD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Dövlət büdcəsi hesabından Müdafiəçi1 üçün 165 (yüz altmış beş) manat pul onun vəkil işlədiyi Gəncə Reginal Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar