Məhkəmə qərarları › İş №1(100)-57/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-57/2021

05.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-57/2021 05.02.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X12 Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş Zərərçəkmiş şəxs, zərər çəkmiş şəxsin qanuni nümayəndəsi Şahid6, müdafiəçi – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X9 və təqsirləndirilən Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Ağdam rayonu, Xıdırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Xıdırlı kəndində qeydiyyatda olmaqla, Bərdə rayonu, Şirvanlı kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham verilmişdir ona görə ki, o, xx xxxx 2020-ci il tarixdə gecə saat 22:30 radələrində Bərdə rayonunun Şirvanlı kəndində xx.xx.2003-cü ildə X2 Vilayətinin Orexovazuyevo şəhərində anadan olmuş, hazırda Bərdə rayonunun Dəymədağlılar kəndində daimi qeydiyyatda olub yaşayan yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs Səmədoviçlə, Bərdə rayonunun Şirvanlı kəndində həmin kənd sakini Şahid5 nəvəsi Şahid3 Seymur oğlunun hərbi xidmətə getməsi ilə ələqədar evinin həyətində təşkil etdiyi məclisdə iştirak edərək, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs məclis başa çatması ərəfəsində məclis qurtardıqdan sonra şənlənmək üçün maşın tutub dağa getməyənin ünvanına işlətdiyi nalayiq sözə görə onunla mübahisə etmiş, sonuncu onunla mübahisə etməkdən çəkinərək məclisdən çıxıb həyət darvazasından da çölə çıxaraq, evlərinə getmək istəyərkən, onun ardınca gedib ona yaxınlaşıb, boyun nahiyəsinə əlini salıb, “ sənə sözüm var “ deyib Zərərçəkmiş şəxs Şahid5 evindən 100 metr kənara aparıb, orada kimsənin olmadığı bir vəziyətdə “sən içəridə quşladın" deyib həmin halı bəhanə edərək xuliqanlıq niyyəti ilə üstündə gəzdirdiyi istintaqa məlum olmayan cib bıçağını çıxarıb, qəsdən Zərərçəkmiş şəxs boğaz nahiyəsinin ön hissəsindən bir dəfə vuraraq ona traxeyanın kəsilmiş- deşilmiş yaralanması ilə nəticələnən və dərəcəsinə görə həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Qeyd olunan cinayət hadisəsinin baş verməsi təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin, zərər çəkmiş şəxsin qanuni nümayəndəsinin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin faktiki halları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib həmin Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli olduğunu qeyd edərək ifadəsində bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə Bərdə rayonunun Şirvanlı kəndində qonşuluğunda yaşayan Şahid3 hərbi xidmətə çağrılması ilə ələqədar məclis qurulmuş, o da qonşu kimi həmin məcilisə iştirak etmiş, eləcə də Fəridin dayısı Fərhada kabab bişirilməsində köməklik etmişdir. Saat 21 radələrində isə orada oturub çörək yeyərkən iki stəkan pivə içmişdir. Saat 22 radələrində hərbi xidmətə gedən Fərid onu məclisdə oynamağa dəvət etdiyindən Fəridlə birlikdə oynamağa başlamış, təxminən 2-3 dəqiqə oynadıqdan sonra kənara çəkilib oynayanlara əl çalmağa başlamışdır. Bu ərəfədə əvvəllər tanımadığı Samir də yanında olmuşdur. Samir yanında olan tanımadığı bir oğlana tərəf üzünü tutub orada olan şəxslərin ünvanına nalayiq sözlər demişdir. Samirin həmin sözü kimin ünvanına və nəyə görə dediyini tam başa düşməmişdir. O, nalayıq söyüş etdiyinə görə Samirə irad tutmuş, Samir isə yaxşı edib söyüş söydüyünü bildirmiş və sözləri düz gəlmədiyinə görə Samir onu söhbət etmək üçün küçəyə dəvət etmişdir. O, məclisdə olduqlarını və məclisi dağıtmamağı Samirə desə də Samir çölə çıxmayanın ünvanına nalayiq söyüş söymüşdür. Bundan sonra o, Samirin sözü ilə Fəridgilin həyət darvazasından çölə çıxmış, darvazadan 100 metr uzaqlaşıb köhnə mağaza binasının yanında dayanmış, Samir də onun yanına gəlmişdir. Məclisdə söyüş işlədiyi üçün yenidən Samirə irad bildirən zaman Samir əl atıb yaxasından tutaraq ünvanına nalayiq söyüş söydüyünə görə aralarında münaqişə yaranmışdır. O, Samiri qorxutmaq üçün üstündə gəzdirdiyi dırnaqtutanı çıxarıb uc hissəsində olan balaca bıçağı açmış və Samirin boğaz nahiyəsinə bir dəfə vurmuşdur. Samir yenə də ona əl atmaq istəyəndə tanımadığı adamlar yaxınlaşıb onları aralamışlar. O, həmin yerdən çıxıb Bərdə şəhəri ərazisində Tərtər çayının üzərindən körpüdən keçərkən Samiri vurduğu həmin dırnaq tutanı Tərtər çayına atmışdır. Samiri söyüş söydüyünə görə vurmuş, hazırda əməlindən peşmandır. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxx 2020ci il tarixdə saat 19 radələrində o, Murad və Ziya ilə birlikdə dostu Fəridin hərbi xidmətə çağrılması ilə ələqədar yığıncaqda iştirak etmək üçün sonuncunun evinə getmişlər. Təxminən saat 22 radələrində həmin məclisdə iştirak edən tanışı Şahid7 onları oynamağa dəvət etmiş və onlar oynayan zaman hərbi xidmətə çağrılan Fərid də oynamışdır. Həmin vaxt kimsə onu arxa tərəfdən itələmiş, arxaya çönüb baxanda sonradan tanıdığı Təqsirləndirilən şəxs görmüşdür. O, Yunisin hərəkətlərinə əhəmiyyət verməmişdir. Bundan sonra Yunis yenə də onu arxadan itələmiş, o, Yunisə etirazını bildirdikdə sonuncu üstünə gəlib onunla mübahisə etmək istəmiş, həmin vaxt Şahid8 onu həyətdən küçəyə çıxarmışdır. Bundan sonra Yunis də içəridən çölə çıxaraq ona yaxınlaşıb səmimi halda əlini boynuna salıb onu söhbət etmək üçün Şükür adlı şəxsin mağazasına tərəf aparmışdır. Həmin yerdə dayanan kimi Yunis ona “sən içərdə quşdadın” deyib əlində olan bıçaqla boynunun ön hissəsindən bir dəfə vurmuşdur. O, əlini boğaz nahiyəsinə aparanda barmağının boğazının içərisinə keçdiyini hiss etmişdir. Yunis isə onu vuran kimi Bərdə şəhər istiqamətinə qaçıb getmişdir. Həmin vaxt Ramal, Murad və başqaları yanına gəlib onu əvvəl Fəridgilin həyətinə, daha sonra isə Mehman adlı taksi sürücüsünün “VAZ-2106” markalı maşını ilə Bərdə MRX-na aparmışlar. Bərdə MRX-da ona ilkin tibbi yardım göstərildikdən sonra Gəncə Beynəlxalq xəstəxanasına aparılaraq orada əməliyyat olunmuşdur. O, daha sonra ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun həmin məclisdə söyüş işlətməsi barədə dedikləri həqiqətə uyğun deyil. O, söyüş söyməmiş, sadəcə öz yoldaşları arasında məclisdən çıxıb istirahət etmək üçün dağa getməyənin unvanına “lənət olsun” sözünü işlətmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayətçidir və təqsirləndirilən şəxsin barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərər çəkmiş şəxsin qanuni nümayəndəsi Şahid6 ifadəsində göstərmişdir ki, xx xxxx 2020ci il tarixdə təxminən saat 20 radələrində oğlu Samir sinif yoldaşları Ramal, Ziya və Muradla birlikdə Bərdə rayonunun Şirvanlı kəndində yaşayan tanışı Fərid adlı oğlanın hərbi xidmətə çağırılması ilə ələqədar sonuncunun həyətində keçirilən tədbirdə iştirak etmək üçün getmişlər. Həmin gün saat 22- 40 radələrində dayısı oğlu Fəxrəddin Qafarov yaşadığı evə gəlmiş və sonuncunun sözlərindən ona məlum olmuşdur ki, oğlu Samir dalaşaraq xəsarət aldığına görə Bərdə mərkəzi xəstəxanasındadır. Bundan sonra onlar Bərdə mərkəzi xəstəxanasına Samirin yanına getmişlər. Xəstəxanaya çatan zaman həkimlərin Samirə ilkin tibbi yardım göstərdiklərini, Samirin boğaz nahiyəsinin sarındığını, həmin sarıqdan isə qanlı olduğunu görmüşdür. Bundan sonra həkimlərin məsləhəti ilə Samiri Bərdə mərkəzi xəstəxanasından Gəncə Beynəlxalq xəstəxanasına aparmışlar. Yolda olan zaman Samirdən nə baş verdiyini soruşmuş, Samir də bildirmişdir ki, məclisdə oynadıqları zaman sonradan tanıdığı Yunis adlı şəxs səbəbsiz olaraq onu itələyərək mübahisə etməyə başlamış, lakin dostları onları mübahisə etməyə qoymamışlar. Bundan sonra o, küçəyə çıxmış, Yunis də içəridən çölə çıxaraq ona yaxınlaşıb söhbət etmək üçün onu kənara dəvət etmişdir. Kənara çəkiləndən sonra Yunis üstündə olan cib bıçağını çıxarıb onu boynunun ön nahiyəsindən bıçaqla bir dəfə vurub xəsarət yetirərək qaçmışdır. Zərər çəkmiş şəxsin qanuni nümayəndəsi Şahid6 daha sonra ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs öz əməllərinə haqq qazandırmaq üçün guya oğlu Samirin məclisdə söyüş söyməsi barədə yalan məlumat vermişdir. O, təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı şikayətçidir və onun qanunda nəzərdə tutulan ən ciddi cəza ilə cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Əhəd oğlu şahid Şahid6 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində Şahid2 ifadəsində göstərmişdir ki, Əsədov Yunis Baxşeyiş oğlunu təxminən 3-4 il olar ki, bir qonşu kimi tanıyır, münasibəti normaldır. Ələsgərov Samir Səmədoviçi isə bacısı oğlu Həsənzadə Fərid Seymur oğlunun xx xxxx 2020-ci il tarixdə hərbi xidmətə getməsi ilə ələqədar keçirilən tədbir günü tanımışdır. xx xxxx 2020-ci il tarixdə təxminən saat 18 radələrində onların həyətlərində təxminən 25-30 nəfər yaxınları olmuş, tədbirdə Təqsirləndirilən şəxs Baxşeyiş oğlu da iştirak etmişdir. Yunis qardaşı Fərhada kabab bişirməkdə köməklik etmişdir. Təxminən saat 21 radələrində Yunisin Zərərçəkmiş şəxs “yenə söyüş etdin?” deyib irad tutduğunu eşitmişdir. O, kimin söyüş söydüyünü Yunisdən soruşmuş Yunis də həmin vaxt ona “Faiq dayı sənlik bir şey yoxdur, ötüb keçdi” demişdir. Saat 22 radələrində Samirin onların həyət darvazasından çölə çıxdığını, bundan təxminən 5 dəqiqə sonra Yunisin də Samirin arxasınca həyət darvazasından çıxıb küçəyə getdiyini görmüşdür. O, Yunisin Samirlə dalaşacağını güman etmədiyindən küçəyə çıxmamışdır. Bundan təxminən 10-15 dəqiqə sonra küçədən səs-küy gəlmiş, Samirlə Yunisin dalaşdıqlarını eşitmişdir. O, dərhal həyət darvazasından çölə çıxmış, Samirin onların həyət darvazasından 20-30 metr kənarda dayandığını, ətrafında bir-neçə nəfər cavan uşaqların olduğunu, Samirin boyun nahiyəsinin dəsmalla sarındığını görmüşdür. Samirə yaxınlaşıb nə baş verdiyini soruşmuş, lakin Samir boğazından xəsarət aldığından və danışa bilmədiyindən ona cavab verməmişdir. Samiri həyətlərinə gətirmiş, boğaz nahiyəsinə baxanda boğazının ön hissəsindən kəsilmə yeri olduğunu və qan gəldiyini görmüşdür. Samirin yarasının ciddi olduğunu görüb dərhal başa düşmüşdür ki, onu xəstəxanaya çatdırmaq lazımdır. Bundan sonra onlar Samiri avtomobillə Bərdə RMX-na aparmışlar. Həmin ərəfədə Samirin anası və nənəsi də xəstəxanaya gəlmişlər. Xəstəxanada Samirə ilkin tibbi yardım göstərildikdən sonra həkimlərin məsləhəti ilə onu Gəncə şəhər Beynəlxalq xəstəxanasına aparmışlar. Samiri palataya yerləşdirib evlərinə qayıtmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və Şahid5 şahid Əliyev Faiq Elxan oğlunun ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində o, Samir və Ziya ilə birlikdə Şirvanlı kəndində yaşayan Fəridin hərbi xidmətə getməsi ilə əlaqədar keçiriləcək məclisə getmişlər. Onlar məclisdə iştirak etmişlər, çörək yeyib vaxt keçirmişlər. Saat 22 radələrində məclisdə Şahid3, Şahid7, Fəridin dayıları Şahid2 oynamışlar. O, Samir, Yunis isə dayanıb oynayanlara əl çalmışlar. Həmin vaxt Samir bir balaca əlini qaldırıb oynayıb dayanmış və öz aralarında məclisdən çıxan kimi istirahət etmək üçün dağa getməyənin ünvanına söyüş söymüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs Samirə “axırıncı dəfə olsun ki, qapıda belə söyüş söyürsən, bir də söymə” demişdir. Həmin vaxt Samir Yunisin sinəsindən geriyə itələmiş, Elşənlə o, Yunislə Samirin mübahisə etmələrinə imkan verməmişlər. Bundan sonra Samiri küçəyə çıxarmış, təxminən 5 dəqiqədən sonra Təqsirləndirilən şəxs da həyət darvazasından çölə çıxıb onların yanına gəlmişdir. Yunis yaxınlaşıb Samirə “səni bir dəqiqə olarmı” deyə soruşmuş, Samir də etiraz etməmişdir. Həmin vaxt Yunis əlini Samirin boynuna salıb “sənə sözüm var gəl bəri” deyib Samiri yola tərəf çəkmişdir. O, hara getdiklərini soruşanda Yunis “Samirə bir söz deyib gəlirəm” demişdir. Bunu deyib onlar uzaqlaşıb yola tərəf getmişlər. Bundan sonra Şükür adlı şəxsin mağazasının yanında uşaqların toplaşdıqlarını görmüş, həmin istiqamətə gedəndə Samirin yaralandığını eşitmişdir. Mobil telefonun fanarını yandırıb Samirin boğaz nahiyəsinə baxanda Samirin boğaz nahiyəsinin kəsildiyini və qan gəldiyini görmüşdür. Samiri Yunis boğazından bıçaqla vurub və vurandan sonra qaçıb getdiyini başa düşmüşdür. Samirin boğazının kəsilən yerini su ilə yuduqdan sonra yenə də qanadığını görüb Fəridgilin həyətinə gətirmişlər. Bundan sonra Samiri avtomobillə Bərdə MRX-na aparmışlar. Samir xəstəxanaya gedəndən sonra Ziya ilə birlikdə evlərinə getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 şahid qismində dindirilmiş Şahid8 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmədə tədqiq edilən hadisə yerinı baxış keçirilməsi haqqında 27 iyun 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Bərdə rayonu, Şirvanlı kəndində Şahid5 yaşayış evinin həyət darvazasından 100 metr aralıda kəndarası yol hissəsində və həmin yerin sağ tərəfində artıq fəaliyyət göstərməyən köhnə mağaza binasının 10 metrliyindən yol hissəsində baş vermişdir. Məhkəmədə tədqiq edilən Bərdə rayon Mərkəzi Zəstəxanasının xx.xx.2020-ci il tarixli, 718 saylı arayışından görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə boynunun ön səhətinin traxeyanın kəsilmiş- deşilmiş yarası ilə xəstəxanaya daxil olmuşdur. Məhkəmədə tədqiq edilən Məhkəmə-tibbi ekspertizasının 13 avqust 2020-ci il tarixli 647 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət traxeyanın kəsilmiş- deşilmiş yaralanması deşici-kəsici əşyanın təsirindən törənmişdir, ola bilsin ki, bıçaqla, müddəti qərarda göstərilən tarixə-yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmədə tədqiq edilən Ağdam rayon Hakimiyyəti Başçısının Xıdırlı kənd inzibati ərazi dairəsi üzrə nümyəndəliyinin xx.xx.2020-ci il tarixli, 103 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonundan məcburi köçkün olmaqla Bərdə rayon Şirvanlı kəndində məskunlaşmıdır. Məhkəmədə tədqiq edilən “Bərdə rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin xx xxxxxx 2021-ci il tarixli, 173 və 176 nömrəli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs Bəxşeyiş oğlu Bərdə şəhər poliklinikasında narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. Məhkəmədə tədqiq edilən Bərdə İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümyəndəliyinin xx.xx.2020-ci il tarixli, 2020-ci il tarixli, arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Şirvanlı kəndində atası X6, anası X5 və qardaşı X1 ibarət ailə tərkibi ilə yaşamış, yaşadığı müddət ərzində yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ- dən Təqsirləndirilən şəxs adına alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq edilən edilmiş xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Bəxşeyiş oğlunun ifadəsi özünün iştirakı ilə hadisə yerində yoxlanılmaqla dəqiqləşdirilmişdir. Məhkəmədə tədqiq edilən xx xxxx 2020-ci il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bəxşeyiş oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq edilən Bərdə rayon Məhkəmsinin xx xxxx 2020-ci il tarixli, 4(021)56/2020 saylı surətindən görünür ki, Təqsirləndirilən şəxs Bəxşeyiş oğlunun baarəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Bəxşeyiş oğlunun əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs Bəxşeyiş oğlu özünü qismən, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə deyil, həmin Məcəllənin 126.1-ci maddəsi ilə təqsirli bildiyini qeyd etmişdir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs Bəxşeyiş oğlunun əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində Bərdə rayonu Şirvanlı kəndində yaşayan Şahid3 hərbi xidmətə çağrılması ilə ələqədar sonuncunun babası Şahid5 yaşadığı evin həyətində keçirilən məclisdə təqsirləndirilən Təqsirləndirilən şəxs ilə zərər çəkmiş Zərərçəkmiş şəxs Səməd oğlunun arasında əvvəlcə sözlə mübahisə yaranmışdır. Bundan sonra təqsirləndirilən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaxınlaşıb, boyun nahiyəsinə əlini salıb, “sənə sözüm var” deyib Zərərçəkmiş şəxs məclisin keçirildiyi yerdən təxminən 100 metr kənara aparıb, orada bir az əvvəl aralarında sözlə olan mübahisəni bəhanə edərək üstündə gəzdirdiyi və istintaqa məlum olmayan bıçaqla qəsdən Zərərçəkmiş şəxs boğaz nahiyəsinin ön hissəsindən bir dəfə vuraraq ona traxeyanın kəsilmiş-deşilmiş yaralanması ilə nəticələnən və dərəcəsinə görə həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Qeyd edilən hal həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin ifadələri ilə təsdiq olunur. Buna baxmayaraq, onların hər biri baş vermiş cinayət hadisəsinin səbəbi kimi müxtəlif halları göstərmişlər. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadəsində göstərmişdir ki, o, xx xxxx 2020-ci il tarixdə Bərdə rayonunun Şirvanlı kəndində qonşuluğunda yaşayan Şahid3 hərbi xidmətə çağrılması ilə ələqədar keçirilən məclisdə qonşu kimi iştirak etmişdir. Saat 22 radələrində hərbi xidmətə gedən Fərid onu məclisdə oynamağa dəvət etdiyindən Fəridlə birlikdə oynamağa başlamış, təxminən 2-3 dəqiqə oynadıqdan sonra kənara çəkilib oynayanlara əl çalmağa başlamışdır. Bu ərəfədə əvvəllər tanımadığı Samir də yanında olmuşdur. Samir yanında olan tanımadığı bir oğlana tərəf üzünü tutub orada olan şəxslərin ünvanına nalayiq sözlər demişdir. O, nalayıq söyüş etdiyinə görə Samirə irad tutmuş, Samir isə yaxşı edib söyüş söydüyünü bildirmiş və sözləri düz gəlmədiyinə görə Samir onu söhbət etmək üçün küçəyə dəvət etmişdir. O, Samirin sözü ilə Fəridgilin həyət darvazasından çölə çıxmış, darvazadan 100 metr uzaqlaşıb köhnə mağaza binasının yanında dayanmışdır. Samir ona yaxınlaşıb əl atıb yaxasından tutaraq ünvanına yenidən nalayiq söyüş söydüyünə görə aralarında münaqişə yaranmış və o, Samiri qorxutmaq üçün üstündə gəzdirdiyi dırnaqtutanı çıxarıb açmış, uc hissəsi ilə Samirin boğaz nahiyəsinə bir dəfə vurmuşdur. Zərərçəkmiş şəxs isə məhkəmə istintaqında bildirmişdir ki, Təqsirləndirilən şəxs onun həmin məclisdə söyüş işlətməsi barədə dedikləri həqiqətə uyğun deyil. O, söyüş söyməmiş, sadəcə öz yoldaşları arasında məclisdən çıxıb istirahət etmək üçün dağa getməyənin unvanına “lənət olsun” sözünü işlətmişdir. Bundan başqa, Yunis onu həmin məclisdə səbəbsiz yerə təkrarən arxadan itələdiyinə görə etirazını bildirdikdə, Yunis üstünə gəlib onunla mübahisə etmək istəmiş, həmin vaxt dostu Murad onu həyətdən küçəyə çıxarmışdır. Bundan sonra Yunis də içəridən çölə çıxaraq ona yaxınlaşıb səmimi halda əlini boynuna salıb söhbət etmək üçün onu Şükür adlı şəxsin mağazasına tərəf aparmış, həmin yerdə dayanan kimi Yunis ona “sən içərdə quşladın” deyib əlində olan bıçaqla boynunun ön hissəsindən bir dəfə vurub xəsarət yetirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş Zərərçəkmiş şəxs öz aralarında, yəni Ziya və Murada məclisdən çıxan kimi istirahət etmək üçün dağa getməyənin ünvanına söyüş söyməsi Şahid8 ifadəsi ilə təsdiq olunsa da, Zərərçəkmiş şəxs təqsirləndirilən Təqsirləndirilən şəxs və ya məclisdə iştirak edən digər şəxslərin ünvanına nalayiq söyüşlər söyməsi nə ibtidai istinqda, nə də məhkəmə istintaqında öz təsdiqini tapmamışdır. Əksinə təqsirləndirilən Təqsirləndirilən şəxs mahiyyətini başa düşmədiyi sözlərə görə zərərçəkmiş Zərərçəkmiş şəxs irad bildirməsi və sonuncunu kənara dəvət edib istintaqa məlum olmayan bıçaqla ona xəsarət yetirməsi həm zərər çəkmiş şəxsin, həm də şahidlərin ifadədləri ilə birmənalı şəkildə təsdiqini tapmışdır. Buna görə də məhkəmə cinayətin törədilməsinə səbəb olan hallar barədə təqsirləndirilən şəxsin göstərdiyi dəlilləri inandırıcı saymır. Yuxarıda təhlil edilən halları məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, xx xxxx 2020-ci il tarixdə təxminən saat 21:30 radələrində Bərdə rayonu Şirvanlı kəndində Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyətilə üzərində gəzdirdiyi və istintaqa məlum olmayan bıçaqla qəsdən Zərərçəkmiş şəxs sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti onun heç bir əsaslı səbəb olmadan zərərçəkmiş şəxsə qarşı zorakı və qəddar hərəkətlərini açıq nümayiş etdirməsində də ifadə olunur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2002-cı il tarixli 3 nömrəli qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, qəsdən adam öldürmə cinayəti xuliqanlıq niyyəti ilə o vaxt tövsif edilməlidir ki, təqsirkar öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törətmiş olsun (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə). İstər “Qəsdən adam öldürmə”, istərsə də “Qəsdən sağlamlığa ağır zərər vurma” cinayətlərinin tövsifedici əlaməti olan “xuliqanlıq niyyəti” təqsirkarın öz davranışı ilə özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə əxlaq normalarını kobud surətdə pozması halında öz əksini tapır. Eyni zamanda qeyd edilən cinayət əməlinin çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi bəhanə etməklə törədilməsi xuliqanlıq niyyətinin olmasına dəlalət edir. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edərək heç bir səbəb olmadan, yaxud cüzi səbəbdən bəhanə etməklə cinayət törədir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri vardır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmənin gəldiyi bu nəticə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2002-ci il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyasında altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhəmkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Bəxşeyiş oğlunun qismən də olsa etirafı, əməlindən peşman olması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması, Ağdam rayonundan məcburi köçkün olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasın onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə istintaqında təqsirləndirilən Təqsirləndirilən şəxs Bəxşeyiş oğlunun əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bəxşeyiş oğluna təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə bərabər həmçinin məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Bəxşeyiş oğlunun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Bəxşeyiş oğlunun maddi imkanı olmadığından onun hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X9 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Rihat Məmmədov 16 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 16 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil X4 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 96 manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə istintaqı zamanı dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçi X4 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 96 manat məbləğində pul köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs Bəxşeyiş oğlu isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində X12 Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:

1. (sədrlik edən) Məhəmməd Bağırov

2. Dadaş İmanov

3. Nural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar